Məhkəmə qərarları › İş №2-2(102)-633/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-633/2022

29.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-633/2022 29.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı və Cavabdeh İddiaçınə qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı pul tələbi, Cavabdeh İddiaçınə qarşı pul tələbi barədə kommersiya işi üzrə cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 7 iyun tarixli 2-2(103)-479/2022 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qayda sında baxmışdır. İ. İŞİN HALLARİ

1. İş materiallarında olan 2019-cu il 18 noyabr tarixli, 1733-A.BAY-001 nömrəli podrat müqaviləsinə əsasən İddiaçı MMC (podratçı) Cavabdeh MMC-nin (sifarişçi) Bakı şəhərində yerləşən “Crescent cofferdam” tikinti obyektində təsdiq olunmuş lahiyəyə uyğun daşın qırılmasını, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürmüşdür. 2. 2019-cu il 18 noyabr tarixli, 1733-A.BAY-001 nömrəli podrat müqaviləsinə 1 nömrəli əlavəyə əsasən ümumilikdə 60000 ton daşın qırılması nəzərdə tutulmuş, 1 ton daşın qırılması üçün qiymət 3 manat razılaşdırılmışdır.

3. Abşeron rayon İcra Hakimiyyətinin "xxxx" firmasına ünvanlanmış 2019-cu il 26 noyabr tarixli, 1884 №-li məktubunda qeyd olunmuşdur ki, ərazidə süxurların xırdalanması məqsədi ilə partlayış işlərinin aparılmasına etiraz edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı MMC(bundan sonra-“Bayramoğlu” ) 2021-ci il 16 fevral tarixndə iddia ərizəsi ilə Bakı Kommersiya məhkəməsinə müraciət edərək Cavabdeh MMC-dən(bundan sonra-Cavabdeh) onun xeyrinə müqavilədən irəli gələn 95.000 manat məbləğində əsas borcun (17.100 manat ƏDV daxil olmaqla), borcu vaxtında icra etmədiyi üçün illki 7,25 faiz olmaqla 6.887,5 manat məbləğində öhdəliyin icrasını gecikdirməyə görə faiz və ödənilmiş dövlət rüsumu qismində 30 manat vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bayramoğlu ilə Gilan İnşaat arasında 2019-cu il 18 noyabr tarixli 1733-A.Bay-001 nömrəli podrat müqaviləsi(bundan sonra-“1733A.Bay-001 nömrəli müqavilə”) bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə və müqaviləyə 1nömrəli əlavəyə əsasən Podratçı ümumi dəyəri 180.000 manat (32.400 manat ƏDV daxil olmadan) olmaqla 60.000 ton miqdarında bərk dağ süxurunun-daşların qırılmasını öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci bəndinə əsasən sifarişçi olaraq Gilan İnşaat sifariş olunan işin dəyərinin 100% həcmində avans ödənişini podratçının bank hesabına köçürmə ilə həyata keçirilməli idi. Lakin həmin müqavilə şərtləri pozularaq cəmi 85.000 manat məbləğində vəsait ödənilmişdir ki, bu da müqavilə razılaşdırılmış məbləğin 47 faizini təşkil etmişdir. Lakin buna baxmayaraq, işgüzar münasibətləri və cavabdeh təşkilatın rəhbərinin şəxsi xahişini nəzərə alaraq, iddiaçı tərəfindən müqavilə şərtləri tam olaraq icra edil miş, cavadehin öz avtomaşınları ilə iddiaçıya məxsus daşqıran kompleksinə gətirilmiş 60000 tondan artıq daş, müqaviləyə 1 nömrəli əlavəyə uyğun olaraq qırılmışdır. Müaqavilənin icrası çərçivəsində daşların qırılması həyata keçirildikdən sonra cəmiyyət tərəfindən 14200 ton həcmində qırımış daş aparılmış, qalan 46000 tona yaxın qırılmış daş hal-hazırda daşqıran avadanlığın yaxınlığında yığılmış vəziyyətdə qalmaqdadır. Podratçı olaraq iddiaçının müqavilə şərtləri tam icra edilməsinə və xidmət haqqının ödənilməsi ilə bağlı cavabdehlə aparılmış telefon danışıqlarına baxmayaraq cavabdeh tərəfindən müqavilə üzrə ödəməli olduğu 95.000 manat hal – hazıra kimi ödənilməmişdir. Halbuki, tərəflər arasında bağlanmış müqavilənin 5.1-ci bəndinə əsasən, müqavilə üzrə işlər tam həcmdə başa çatdıqdan sonra p odratşçı ilə sifarişçi arasında təhvil-təslim aktı imzalanır. Lakin müraciət edilməsinə baxmayaraq, cavabdeh nə təhvil-aktını imzalamış, nə də ödənişi həyata keçirməmişdir.

6. Tələbin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 445, 449.1, 752.1, 753.1, 756.1, 756.2, 769, Azərbaycan Respublikası Mülki Prosessual məcəlləsinin(bundan sonra-“MPM”) 4.1, 151.1-ci maddələrinə istinad edilmişdir. 7. “Bayramoğlu”nun nümayəndəsi və vəkili 2021-ci il 19 mart tarixində məhkəməyə vəsatətlə müraciət edərək iş üzrə məhkəmə mühəndis-tikinti-texniki ekspertizasının təyin edilməsini xahiş etmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 6 aprel tarixli e-2-2(113)-1472/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə mühəndis-tikinti-texniki ekspertizası təyin edilmi ş, Ekspertizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə(bundan sonra-“Məhkəmə Ekspertizası Mərkəzi”) tapşırılmış, Ekspertizanın keçirilməsinə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Geoloji Kəşfiyyat Xidməti(bundan sonra-“ Geoloji Kəşfiyyat Xidməti”) və həmin nazirliyin Dövlət Ekspertizası İdarəsinin mütəxəssis qismində cəlb edilməsi qərara alınmışdır.

9. Cavabdeh 2021-ci il 13 aprel tarixində “Bayramoğlu”na qarşı iddia ərizəsi ilə Bakı Kommersiya məhkəməsinə müraciət edərək tərəflər arasında bağlanmış 1733-A.BAY-001 nömrəli müqavilə və onun 1 saylı əlavəsinə əsasən daşların qırılması üçün cavabdehin hesabına köçürülmüş 85.000 manat məbləğindən cavabdehin icra etdiyi 13369 ton daşın qırılması üçün müqaviləyə uyğun olaraq hər ton üçü n nəzərdə tutulmuş 3 manat işçilik qiyməti hesablanmaqla, 40.107 manat məbləğində hissəsinin çıxarılaraq, qalan 44.893 manat məbləğində vəsaitin “Bayramoğlu”dan alınaraq iddiaçıya ödənilməsini xahiş etmişdir.

10. İddia onunla əsaslandırılmışdır ki, Bayramoğlu ilə Cavabdeh arasında 1733-A.Bay-001 nömrəli podrat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Bayramoğlu (podratçı) Cavabdehın (sifarişçi) Bakı şəhərində yerləşən “Crescent cofferdam” tikinti obyektində təsdiq olunmuş lahiyəyə uyğun daşın qırılmasını öhdəsinə götürmüş, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürmüşdür. Qeyd edilən Podrat müqaviləsinin 1 saylı əlavəsinə əsasən, ümumilikdə 60000 ton daşın qırılması nəzərdə tutulmuş, 1 ton daşın qırılması üçün işçilik qiyməti 3 manat razılaşdırılmışdır. Beləlikl ə, müqavilənin ümumi qiyməti 180.000 manat və 18% ƏDV olmaqla, 32.400 manat, ümumilikdə 212.400 manat təşkil etmişdir. Həmin müqavilənin icrasına başlanılması məqsədilə Cavabdeh tərəfindən avans olaraq cavabdeh “Bayramoğlu”nun hesabına bank vastəsilə 2019-cu il 29 noyabr tarixdə ƏDV-siz 85.000 manat ödəniş edilmişdir. Tərəflər arasında bağlanılmış müqavilənin 2.4.4-cü maddəsinə əsasən sifarişçi tərəfindən alınmış və podratçıya verilmiş hər hansı material keyfiyyətsiz və yararsız olduqda, eləcə də, materialın möhkəmliyi və yararlılığı barədə şübhə yarandıqda sifarişçiyə bu barədə dərhal məlumat vermək podratçının öhdəliyidir. Bundan əlavə, tərəflər arasında bağlanan müqavilənin 2.4.5-ci maddəsinə əsasən sifarişçi tərəfindən verilmiş materialların istifdə edilməsi barədə sifarişçiyə yazılı h esabat vermək və işlər yerinə yetirildikdən sonra qalan materialları və fərdi mühafizə vasitələrini təhviltəslim aktına əsasən sifarişçiyə geri qaytarmaq podratçının öhdəliyidir. Həmçinin, tərəflər arasında bağlanan 1733-A.BAY-001 nömrəli podrat müqaviləsinin 5-ci maddəsi işlərin təhviltəslim aktına əsasında həyata keçirilməli olduğunu bildirir. Həmin müqavilənin 5.1-ci maddəsinə əsasən, işlər tam həcmdə başa çatdıqdan sonra, podratçı ilə sifarişçi arasında “Təhvil-Təslim aktı” imzalanır. Bunun ilə əlaqədar, Podratçının müraciəti alındıqdan sonra, Sifarişçi ya təhviltəslim aktını imzalayır, ya da yeddi təqvim günü ərzində yazılı surətdə podratçıya hər hansı aradan qaldırılmamış qüsurlar barəsində məlumat verir və bu qüsurların aradan qaldırılmasını tələb edir. Gilan İnşaat tərəfindən 2020- ci il 9 dekabr tarixli pretenziya məktubu göndərilərək, cavabdeh tərəfindən cəmi 13369 ton daşın qırılaraq Cavabdeha verildiyi bildirilmiş, bundan əlavə “Bayramoğlu”dan hansı səbəblərə görə işlərin tam həcmdə yerinə yetirilmədiyi barədə hesabat təqdim edilməsi tələb etmişdir. Həmçinin, pretenziya məktubunda cavabdehə ödənilmiş 85.000 manat avans məbləğindən cavabdehin icra etdiyi 13369 ton daşın qırılması üçün sərf edilmiş məbləğin 40.107 manat hissəsinin çıxılaraq, 44.893 manat məbləğində vəsaitin “Gilan İnşaat"a geri qaytarılması tələb etmişdir.

11. Tələbin maddi hüquqi əsası kimi MM-in 14.2.1, 373, 389.1, 390.1, 442, MPM-in 24.1, 26.1-ci maddələrinə istinad edilmişdir.

12. Cavabdehın nümayəndəsi və vəkili Nümayəndə1(bundan sonra-“Nümayəndə1”) 2021-ci il 11 iyun tarixində işlərin birləşd irilməsinə dair vəsatətlə məhkəməyə müraciət edərək, hər iki işin bir icraata qəbul edilməsini və digər hakim Fərrux Qasımovun icraatına verilməsini xahiş etmişdir.

13. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 11 iyun tarixli, e-2-2(113)-2164/2021 saylı qərardadı ilə iddiaçı Cavabdehın cavabdeh “Bayramoğlu”ya qarşı pul tələbinə dair e-2-2(113)- 2164/2021 saylı kommersiya mübahisəsinə dair iş, iddiaçı “Bayramoğlu”nun Cavabdeha qarşı pul tələbinə dair iş e-2-2(113)-1472/202 saylı kommersiya mübahisəsinə dair işlə bir icraatda birləşdirilmiş və baxılması üçün hakim Fərrux Qasımovun icraatına verilmişdir.(hakim L.Əliyeva)

14. Məhkəmə Ekspertiza Mərkəzinin 2021-ci il 23 avqust tarixli, 10/1943 saylı ekspert rəyi ilə Qələndərtəpə dolomit yatağında istismar olunmuş xammalın hesablanması haqqında arayışa uyğun olaraq, “Bayramoğlu”na məxsus daşqıran kompleksinin yaxınlığında 17224m³ həcmində, 45643600 kq çəkidə qırılmış dolomit süxurunun olduğu müəyyən edilmişdir.

15. Bundan başqa Məhkəmə Ekspertizası Xidmətləri MMC-nin 2021-ci il 8 dekabr tarixli,01126/21 nömrəli mütəxəsis rəyində Abşeron rayonu ərazisində toplanmış bərk dağ süxurlarının həcmi: doğranmış bərk süxurlar orta hesabla 150 tona, doğranmamış iri ölçülü süxurlar orta hesabla 20 tona bərabər olduğu vurğulanmışdır.

16. Həmçinin MBA LTD MMC Qiymətləndirmə Şirkəti tərəfindən Bakı Kommersiya məhkəməsinə ünvanlanmış 2022-ci il 16 may tarixli, MB14/0563 saylı arayışda qeyd edilmişdir ki, İmpuls MMC-yə məxsus olan sahədə 28810 m3 doğranmış dolomit qırıntıları, 10336 m3 həcmində isə doğranmamış dolomit qırıntıları mövcuddur.

17. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 15 fevral tarixli e-2-2(113)-105/2022 saylı qətnaməsi ilə "Bayramoğlu"nun "xxxx"a qarşı pul tələbi barədə iddiası rədd edilmiş, "xxxx"ın "Bayramoğlu"na qarşı pul tələbi barədə iddiası təmin edilmişdir.(hakim- F.Qasımov)

18. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, ilkin iddianın əsasını podrat müqaviləsi üzrə öhdəliklər yerinə yetirildiyinə görə şərtləşdirilmiş muzdun ödənilməsi, Cavabdehın iddiasının əsasını isə müqavilə üzrə öhdəliklər yerinə tam yetirilmədiyinə görə ödənilmiş pul vəsaitinin icra edilməmiş öhdəliyə uyğun olaraq geri qaytarılması təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, hər iki iddia müqavilənin şərtləri, bu şərtlərə riayət olunub – olunmaması baxımından araşdırılmalıdır.

19. Müqavilənin “H esablaşma qaydası adlanan” 3-cü maddəsinin məzmunu aşağıda kimi müəyyən olunmuşdur: 20. “3.1. Görülən işlərə görə muzdun məbləği bu müqavilənin tərkib hissəsi olan əlavələrdə müəyyən edilir. Tərəflər razılaşırlar ki, bu məbləğə Azərbaycan Respublikasının qanunvericiliyi ilə tətbiq edilən bütün vergilər və digər ödənişlər, o cümlədən podratçı tərəfindən cəlb edilən işçi heyətinin vergiləri və digər məcburi ödənişləri muzda daxildir və sifarişçi bu ödənişlərə görə heç bir məsuliyyət daşımır. 21. 3.2. Avans 100% ödəniş.”

22. Müqaviləyə 1 №-li əlavədə 60000 ton daşın qırılmasına görə işçilik haqqı hər ton üçün 3 manat müəyyən olunmaqla 180000 manat, ƏDV məbləği 32400 manat nəzərdə tutulmaqla ümumilikdə 212400 manat məbləğində pul vəsaitinin ödənilməsi nəzərdə tutulmuşdur.

23. İddia ərizəsinin məzmunundan da müqavilənin 3.2-ci bəndinə istinad edilərək 100% həcmində avans ödənişinin podratçının bank hesabına köçürülməli olduğu qeyd edilmişdir.

24. Tərəflər arasında bağlanmış müqavilənin “Sifarişçinin öhdəlikləri” adlanan 2.2-ci bəndinin 1-ci yarımbəndində “müvafiq qaydada təhvil verilmiş işlərə görə muzd ödəmək” Cavabdeh MMCnin öhdəliyi kimi müəyyən olunmuşdur.

25. Beləliklə müəyyən olunur ki, müqavilənin 3.2-ci bəndi ilə 2.2.1-ci bəndi arasında bir – birini istisna edən ifadələr mövcuddur. 3.2-ci bənddə yalnız “Avans 100% ödəniş” sözləri qeyd olunsa da, 2.2.1-ci bəndində sifarişçinin dəqiq öhdəliyi “müvafiq qaydada təhvil verilmiş işlərə görə muzd ödəmək” kimi müəyyən olunmuşdur. Buna görə də məhkəmə qeyd olunan xüsusatı MM-in 404-cü maddəsinin yuxarıdakı bəndlərinin məzmunu bax ımından qiymətləndirərək hesab edir ki, 2.2.1-ci bəndində öhdəlik dəqiq müəyyən olunduğuna görə işin halları qiymətləndirilərkən məhz bu bənddə göstərilən mənaya üstünlük verilməlidir.

26. Həmin bənd isə sifarişçinin müvafiq qaydada təhvil verilmiş işlərə görə muzd ödəmək öhdəliyini nəzərdə tutduğundan işlərin müqaviləyə uyğun təhvil verilib – verilməməsi məsələsi aydınlaşdırılmalıdır və bu baxımdan işlərin müqaviləyə uyğun təhvil verilməsini sübut etmək yükü iddiaçı “Bayramoğlu”nun üzərinə düşür.

27. Müqavilənin “İşlərin gedişatı” adlanan 6-cı maddəsinin məzmunu aşağıdakı kimi müəyyən olunmuşdur: 28. “6.1. Podratçı işlərin gedişatı barədə həftəlik hesabatları tərtib edib iş həftəsindən sonrakı həftənin 2-ci iş günündən gec olmayaraq sifarişçiyə hesabatı təqdim etməlidir. Hesabatda aşağı dakı məlumat əksini tapır: - işlərin gedişatını əks etdirən fotoşəkillər; - işlərin görülməsi sahəsinə gətirilmiş materiallar və materialların təchizatçı üçün verilmiş sifarişlərin yerinə yetirilməsi vəziyyəti; - hesabat həftəsi ərzində çəkilmiş xərclər və yerinə yetirilmiş işlərin qiyməti; - yoxlama və sınaq işləri üzrə hesabatlar 29. 6.2. Sifarişçinin əsaslandırılmış mülahizəsi əsasında işlərin gedişi qeyri – məqbul olduqda və ya podratçı işləri bu müqavilə ilə müəyyən olunmuş vaxt çərçivəsində yerinə yetirmədikdə podratçı dərhal sifarişçiyə ləngitmənin hansı səbəbdən baş verməsi barədə məlumat təqdim edir. Əgər ləngitmə podratçının təqsiri üzündən baş verərsə belə olan halda sifarişçi onun nəticələrinin podratçı tərəfindən aradan qaldırılmasını tələb etmək hüququ vardır.”

30. Lakin iddi açı “Bayramoğlu” tərəfindən məhkəməyə nəinki müqavilənin 6.1- ci bəndində göstərilən hesabatın Cavabdeha verilməsi barədə, həmin hesabatda göstərilməli olan məlumatların, sənədlərin (işlərin gedişatını əks etdirən fotoşəkillər, işlərin görülməsi sahəsinə gətirilmiş materiallar və materialların təchizatçı üçün verilmiş sifarişlərin yerinə yetirilməsi vəziyyəti, çəkilmiş xərclər və yerinə yetirilmiş işlərin qiyməti, yoxlama və sınaq işləri üzrə hesabatlar) mövcudluğuna dair heç bir sübut təqdim olunmamışdır.

31. Müqavilənin “Təhvil – təslim aktı” adlanan 5-ci maddəsinin məzmunu aşağıdakı kimi müəyyən olunmuşdur: 32. “5.1. Müqavilə üzrə işlər tam başa çatdırıldıqdan sonra podratçı ilə sifarişçi arasında təhvil – təslim aktı imzalanır. Bunun ilə əlaqədar podratçının müraciət alındıqdan sonra s ifarişçi ya təhvil – təslim aktını imzalayır, ya da 7 təqvim günü ərzində yazılı surətdə podratçıya hər hansı aradan qaldırılmamış qüsurlar barəsində məlumat verir və bu qüsurların aradan qaldırılmasını tələb edir. 33. 5.2. Belə qüsurlar mövcud olduqda sifarişçinin hər hansı hüququna xələl yetirmədən podratçı əsassız yubanmayan yol vermədən qüsuru aradan qaldırmalı və təhvil – təslim aktının imzalanması üçün yenidən sifarişçiyə müraciət etməlidir. Bu qayda belə bir zamana kimi təkrar olunur ki, işlər son olaraq müqavilə tələblərinə uyğun olaraq tamamlansın və yalnız bundan sonra sifarişçi təhvil – təslim aktını təsdiq edir.”

34. Müqavilənin 5.1-ci bəndinə əsasən təhvil – təslim aktı podratçı tərəfindən tərtib olunaraq imzalanması üçün sifarişçiyə təqdim edilməli olduğu halda, belə bir akt da mövcud olmadığından sübut olaraq məhkəməyə təqdim olunmamışdır. 35. “Bayramoğlu”nun istinad etdiyi digər hal qırılmış daşların hal – hazırda da həmin sahədə olması və Cavabdeh tərəfindən təhvil götürülməməsidir. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, qırılmalı olan daşlar "xxxx" firması tərəfindən “Bayramoğlu”na verilməli idi. 36. 1733-A.BAY-001 nömrəli podrat müqaviləsi üzrə Cavabdeh tərəfindən 85.000 manat məbləğində pul vəsaitinin “Bayramoğlu”na ödənilməsi işdə iştirak edən şəxslər tərəfindən mübahisələndirilmədiyindən məhkəmə qeyd olunan xüsusata işin mübahisləndirilməyən halı kimi qiymət verir. 40.107,6 manat dəyərində malın Cavabdeh tərəfindən təhvil alınması da sonuncu tərəfindən təqdim olunmuş sübutlarla təsdiqini tapır.

37. İş materiallarında olan Sumqayıt Kommersi ya Məhkəməsinin 2021-ci il 17 avqust tarixli, 2-2(119)-543/2021 saylı və Sumqayıt Apellyasiya Məhkəməsinin 2021-ci il 13 dekabr tarixli qətnamələrinin məzmunundan görünür ki, Cavabdeh ilə "xxxx" firmasının bir – birinə qarşı olan iddialarının əsasını dağ süxurunun satılması ilə bağlı müqavilə və həmin müqavilə üzrə öhdəliklərin icrası təşkil edir. Həmin qətnamələr qanuni qüvvəyə minməsə də, bu qətnamələrə əsasən "xxxx" firması tərəfindən 46800 ton daşın verilməsi təsdiqini tapmadığından ilkin və qarşılıqlı iddialar rədd edilmişdir. Hazırkı mübahisə üzrə də həmin daşın "xxxx" firması tərəfindən “Bayramoğlu”na təhvil verilməsini təsdiq edən sənəd təqdim olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, dağ süxurlarının "xxxx" firması tərəfindən “Bayramoğlu”na təhvil verilməsinin sübuta yetir ilməməsi də “Bayramoğlu”nun iddiasının əsassız olması qənaətinə gəlməyə əsas verir.

38. Elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsi kimi müəyyən olunsa da, Bayramoğlu tərəfindən bu tələbə də əməl olunmamış, Cavabdeha elektron qaimə-faktura göndərilməmişdir.

39. Məhkəmə öz qətnaməsini MM-in 404.1, 404.2, 404.4, 752.1, 753.1, 756.1, 767.2-ci, Vergi Məcəlləsinin(bundan sonra-“VM”) 16.1.11-6, 71-1, 176, MPM-in 77.1, 101.7-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

40. Bakı Kommersiya məhkəməsinin 2022-ci il 15 fevral tarxli, 2-2(113)-405/2022 saylı qərardadı ilə “Bayramoğlu”nun Cavabdeha qarşı pul tələbi, Gilan İnşaat”ın “Bayramoğlu”na qarşı pul tələbi barədə iddia ərizələrinə dair iş üzrə Cavabdehın tələbi müqaviləyə xitam verilməsi” hissəsində baxılmamış saxlanılmışd ır(hakim-F.Qasımov).

41. Bayramoğlu apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iş üzrə yeni qətnamə qəbul edilməsini, öz iddiasının tam təmin edilməsini, Cavabdehın iddiasının isə rədd edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

42. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 7 iyun tarixli 22(103)-479/2022 saylı qətnaməsi ilə “Bayramoğlu” tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 15 fevral tarixli, e-2-2(113)-105/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi qətnaməsi ləğv edilmiş, iddiaçı “Bayramoğlu”nun iddiası qismən təmin edilmiş, Cavabdehdan “Bayramoğlu”nun xeyrinə 92.038,4 manat əsas borc və 4.601,9 manat faiz borcunun tutulması, həmin iddianın qa lan hissədə təmin edilməməsi, iddiaçı Cavabdehın cavabdeh “Bayramoğlu”na qarşı 44.893 manat məbləğində vəsaitin “Bayramoğlu”dan alınaraq iddiaçıya ödənilməsi barədə iddiasının təmin edilməməsi qət edilmişdir(sədrlik edən – R.Qurbanov, hakimlər – V.Məmmədov və V.Baxışova).

43. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarətdir ki, ilk növbədə müqavilədə nəzərdə tutulan işin “Bayramoğlu” tərəfindən görülüb-görülmədiyi müəyyənləşdirilməlidir.

44. Göründüyü kimi “Bayramoğlu” tərəfindən ona məxsus daşqıran kompleksinin yaxınlığında 45643600 kq çəkidə dolomit süxurunun qırıldığı və yerləşdiyi ekspert rəyi ilə öz təsdiqini tapır.

45. Bununla belə Cavabdeh həmin işlərlə bağlı tərəflər arasında hər hansı təhvil-təslim aktının tərtib olunmamasına istinad edir.

46. Tərəflər arasında bağlanan podrat müqaviləsinin 5.1-ci bəndində də müəyyən edilmişdir ki, işlər tam həcmdə başa çatdıqdan sonra, podratçı ilə sifarişçi arasında təhvil-təslim aktı imzalanır. Bununla əlaqədar, podratçının müraciəti alındıqdan sonra, sifarişçi ya təhvil-təslim aktını imzalayır, ya da yeddi təqvim günü ərzində yazılı surətdə podratçıya hər hansı aradan qaldırılmamış qüsurlar barəsində məlumat verir və bu qüsurların aradan qaldırılmasını tələb edir.

47. Lakin kollegiya hesab edir ki, Cavabdehın istinad etdiyi həmin dəlillər əsassızdır.

48. Belə ki, Cavabdeh tərəfindən 13369 ton qırılmış daşın heç bir təhvil-təslim aktı olmadan “Bayramoğlu”dan götürülməsi işin mübahisəsiz halını təşkil edir. Birinci instansiya məhkəməsində də məhkəmə iclasında Cavabdehın nümayəndəsi bildirmişdir ki, iddiaçı tərəfindən q ırılmış daş Cavabdeha məxsus avtomaşınlarla aparılırdı.

49. Göründüyü kimi təhvil-təslim aktı tərtib olunması müqavilə şərti kimi nəzərdə tutulsa da, tərəflər arasında olan işgüzar adətlərə əsasən qırılmış daşların bir qismi sifarişçi Cavabdeh tərəfindən heç bir təhvil-təslim aktı olmadan ona məxsus avtomaşınlarla daşınmışdır.

50. Tərəflər qırılmış daşların məhz Cavabdeh tərəfindən heç bir təhvil-təslim aktı tərtib olunmadan götürülməsini şərtləşmişlər.

51. Bayramoğlu tərəfindən 45643,6 kq çəkidə qırılmış dolomit süxuru - daşının Cavabdeh tərəfindən qəbul edilmiş sayılmalıdır.

52. Eyni zamanda yuxarıda da qeyd olunduğu kimi Cavabdeh tərəfindən 13369,2 ton qırılmış daşın “Bayramoğlu”dan götürülməsi işin mübahisəsiz halını təşkil edir.

53. Göründüyü kimi “Bayramoğlu” podrat müqaviləsi üzrə ö z öhdəliyini yerinə yetirmiş, yəni ümumilikdə 59012,8 ton daşın qırılması işini icra etmişdir (45.643,6 + 13.369,2 = 59.012,8).

54. Cavabdeh isə həm də görülmüş işlərin keyfiyyətsiz olması ilə bağlı müqavilə şərtlərinə, habelə 2020-ci il 9 dekabr tarixli pretenziya məktubunun göndərildiyinə istinad etsə də, bu halları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

55. Bu baxımdan qəbul edilir ki, podratçı tərəfindən işlər lazımi keyfiyyətdə həyata keçirilmişdir.

56. Podratçı tərəfindən görülmüş işlərin dəyəri isə ümumilikdə 177.038,4 manat təşkil edir (59.012,8 x 3 manat = 177.038,4).

57. Lakin Cavabdeh tərəfindən işlərə görə cəmi 85000 manat ödəniş həyata keçirilmişdir.

58. Bu baxımdan iddiaçı həmin işlərə görə ödəni lməli olan lakin ödənilməyən 92.038,4 manat məbləğində ödənişin həyata keçirilməsini tələb etməkdə haqlıdır (177.038,4 – 85.000 = 92.038,4) və ona görə də, həmin hissədə iddia qismən əsaslıdır.

59. Həmçinin əsas borca hesablanmış faiz borcunun tutulması barədə tələblər qismən əsaslıdır.

60. İddianın təmin edilməsi üçün iddiaçı sübut etməlidir ki, cavabdeh pul vəsaitini özündə saxlamaqla ondan faydalanmışlar. Bu halı təsdiq edən sübutlar isə təqdim edilməmişdir.

61. Bu baxımdan iddiaçı faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda iddiaçı daha böyük məbləği tələb etmək üçün digər əsasları sübut edə bilmədiyi üçün gecikdirilmiş vaxt üçün illik beş faizin ödənilməsini tələb edə bilər.

62. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, Cavabdeh tərəfindən “Bayramoğlu”nun hesa bına 2019-cu il 29 noyabr tarixində 85.000 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

63. Tərəflər arasında bağlanmış müqavilənin 3.2-ci bəndində əsasən sifarişçi sifariş olunan işin dəyərinin 100% həcmində avans ödənişini podratçının bank hesabına köçürmə ilə həyata keçirilməli idi.

64. Göründüyü kimi Cavabdeh 92.038,4 manat məbləğində ödənişi ən azı 2019-cu il 29 noyabr tarixində həyata keçirməli idi. Lakin o, bunu etməmiş və ödənişi təxminən 1 il 2 ay 18 gün (2019-cu il 29 noyabr tarixdən hazırki iddianın qaldırıldığı 2021-ci il 16 fevral tarixinədək) gecikdirmişdir. Bununla belə iddiaçı həmin müddət üçün deyil, yalnız 1 il gecikdirilmiş vaxt üçün faizin tutulmasını tələb etmişdir.

65. Həmin müddət üçün hesabladıqda isə müəyyən olunur ki, gecikdirilmiş faiz borcunun məbləği cəmi 4.601, 9 manat təşkil edir (92.038,4 x 5 % = 4601,9)

66. Bu baxımdan iddiaçı cavabdehdən gecikdirilmiş 1 il vaxt üçün cəmi 4.601,9 manat pulun tutulmasını tələb etməkdə haqlıdır. Ona görə həmin hissədə də iddia qismən əsaslıdır.

67. Həmçinin Cavabdehın pulun tutulması barədə iddia tələbi əsassızdır.

68. Belə ki, həmin iddia tələblərinin qanuni əsasını MM-in 439.4 və 1092.1-ci maddələri təşkil edir.

69. Hazırki işdə isə bu əsaslar müəyyən olunmur.

70. Belə ki, yuxarıda qeyd olunanlara əsasən müəyyən olundu ki, podrat müqaviləsi üzrə “Bayramoğlu”nun Cavabdeha deyil, sonuncunun “Bayramoğlu”na ödənilməmiş 92.038,4 manat borcu mövcuddur.

71. Göründüyü kimi Cavabdeh tərəfindən “Bayramoğlu”na öhdəlikdən kənar hər hansı pulun ödənilməsi halı müəyyən olunmur.

72. Ona görə də həmin iddia tələbi rədd edilmə lidir.

73. Məhkəmə öz qətnaməsini MM-in 404.1, 404.2, 439.4, 445.7, 449.1, 770, 1091.1, 1091.2, 1092.1-ci, MPM-in 77.1, 119.1, 385.1.1, -ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

74. Qətnamə 2022-ci il 17 iyun tarixində tərəflərin elektron kabinetinə yerləşdirilmişdir.

75. Cavabdehın nümayəndəsi və vəkili 2022-ci il 17 avqust tarixində kassasiya şikayəti verərək qətnamənin qismən – apellyasiya şikayətinin qismən təmin edilməsi hissəsində ləğv edilməsi, İddiaçı “Bayramoğlu”nun iddiasının tam şəkildə rədd edilməsi və Cavabdehın cavabdeh “Bayramoğlu”na qarşı 44.893 manat məbləğində vəsaitin “Bayramoğlu”dan alınaraq iddiaçıya ödənilməsinə dair iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayə tinin dəlilləri

76. MM-in 752.1-ci maddəsi üzrə: Maddənin tələbinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. İlk iddianın əsasını podrat müqaviləsi üzrə öhdəliklər yerinə yetirildiyinə görə şərtləşdirilmiş muzdun ödənilməməsi, Cavabdehın iddiasının əsasını isə müqavilə üzrə öhdəliklər yerinə tam yetirilmədiyinə görə ödənilmiş pul vəsaitinin icra edilməmiş öhdəliyə uyğun olaraq geri qaytarılması təşkil edir. Məhkəmə mühəndis – texniki ekspertizasının 2021-ci il 23 avqust tarixli, 10/1943 №-li rəyində qeyd olunmuşdur ki, “Qələndərtəpə dolomit yatağında istismar olunmuş xammalın hesablanması haqqında arayış”a uyğun olaraq İddiaçına məxsus daşqıran kompleksinin yaxınlığında 1722 4 m3 həcmində, 45643600 kq çəkidə qırılmış dolomit süxurunun olduğu müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsi yalnız bu rəyə istinad edərək, belə qənaətə gəlmişdir ki, “Bayramoğlu” podrat müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmişdir. Halbuki, iş materiallarında “Bayramoğlu” tərəfindən Cavabdeha vergi hesab fakturası göndərməsinə, malı müqavilədə nəzərdə tutulmuş vaxtda və keyfiyyətdə təhvil-təslim etməsinə və ekspert rəyində göstərilən daşqıran kompleksin yaxınlığında olan 17224 m3 həcmində, 45643600 kq çəkidə qırılmış dolomit süxurunun məhz Cavabdeha məxsus olmasına dair hər hansı bir sübut mövcud deyildir. Məhkəmənin tədqiq etmədiyi və qiymət vermədiyi iş materiallarında olan MBA LTD MMC Qiymətləndirmə şirkəti tərəfindən verilmiş 2022-ci il 16 may tarixli arayışdan görünür k i, İmpuls MMC-nə məxsus olan sahədə 28810 m3 doğranmış dolomit qırıntıları, 10336 m3 həcmində isə doğranmamış dolomit qırıntıları mövcuddur. İşdə olan "xxxx" MMC tərəfindən məhkəməyə təqdim olunmuş 2021-ci il 8 dekabr tarixli, 01126/21 №-li mütəxəssis rəyində qeyd olunmuşdur ki, doğranmış bərk süxurlar orta hesabla 150 tona, doğranmamış iri ölçülü süxurlar isə orta hesabla 20 tona bərabərdir. Beləliklə iş materialları ilə “Bayramoğlu”nun podrat müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməsi təsdiqini tapmır. Müqavilənin 5.1-ci bəndinə görə müqavilə üzrə işlər tam başa çatdırıldıqdan sonra podratçı ilə sifarişçi arasında təhvil – təslim aktı imzalanır. Bunun ilə əlaqədar podratçının müraciət alındıqdan sonra sifarişçi ya təhvil – təslim aktını imzalayır, ya da 7 təqvim günü ərzində yazıl ı surətdə podratçıya hər hansı aradan qaldırılmamış qüsurlar barəsində məlumat verir və bu qüsurların aradan qaldırılmasını tələb edir. Müqavilənin 5.2-ci bəndinə görə belə qüsurlar mövcud olduqda sifarişçinin hər hansı hüququna xələl yetirmədən podratçı əsassız yubanmayan yol vermədən qüsuru aradan qaldırmalı və təhvil – təslim aktının imzalanması üçün yenidən sifarişçiyə müraciət etməlidir. Bu qayda belə bir zamana kimi təkrar olunur ki, işlər son olaraq müqavilə tələblərinə uyğun olaraq tamamlansın və yalnız bundan sonra sifarişçi təhvil – təslim aktını təsdiq edir. Müqavilənin 5.1-ci bəndinə əsasən təhvil – təslim aktı podratçı tərəfindən tərtib olunaraq imzalanması üçün sifarişçiyə təqdim edilməli olduğu halda, belə bir akt da mövcud olmadığından sübut olaraq məhkəməyə təqdim olunmamı şdır. Apellyasiya instansiyası məhkəməsi isə 13369 ton qırılmış daşın heç bir təhvil-təslim aktı olmadan Cavabdeh tərəfindəngötürülməsini əsas gətirərək, belə qənaətə gəlmişdir ki, təhviltəslim aktı tərtib olunması müqavilə şərti kimi nəzərdə tutulsa da, tərəflər arasında olan işgüzar adətlərə əsasən qırılmış daşların bir qismi sifarişçi Cavabdeh tərəfindən heç bir təhvil-təslim aktı olmadan ona məxsus avtomaşınlarla daşındığından müqavilə təfsirinə görə tərəflər qırılmış daşların məhz Cavabdeh tərəfindən heç bir təhvil-təslim aktı tərtib olunmadan götürülməsini şərtləşmişlər. Müqavilə şərtlərində isə yuxarıda da qeyd edildiyi kimi işlər tam başa çatdırıldıqdan sonra təhvil-təslim aktı imzalanması nəzərdə tutulmuşdur. “Bayramoğlu”nun istinad etdiyi digər hal qırılmış daşların hal – hazırda da həmin sahədə olması və Cavabdeh tərəfindən təhvil götürülməməsidir. İş materiallarında olan Sumqayıt Kommersiya Məhkəməsinin 2021-ci il 17 avqust tarixli, 22(119)-543/2021 saylı və Sumqayıt Apellyasiya Məhkəməsinin 2021-ci il 13 dekabr tarixli qətnamələrindən görünür ki, Cavabdeh ilə "xxxx" firmasının bir – birinə qarşı olan iddialarının əsasını dağ süxurunun satılması ilə bağlı müqavilə və həmin müqavilə üzrə öhdəliklərin icrası təşkil edir. Bu qətnamələrə əsasən "xxxx" firması tərəfindən 46800 ton daşın verilməsi təsdiqini tapmadığından ilkin və qarşılıqlı iddialar rədd edilmişdir. “Bayramoğlu” da həmin daşın "xxxx" firması tərəfindən “Bayramoğlu”na təhvil verilməsini təsdiq edən sənəd təqdim olunmamışdır. Dağ süxurlarının "xxxx" firması tərəfindən “Bayramoğlu”na təhvil verilməsini n sübuta yetirilməməsi də “Bayramoğlu”nun iddiasının əsassız olması qənaətinə gəlməyə əsas verir. Digər tərəfdən VM-in 16.1.11-6-cı maddəsinə əsasən elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsi kimi müəyyən olunsa da, “Bayramoğlu” tərəfindən bu tələbə də əməl olunmamış, Cavabdeha elektron qaimə-faktura göndərilməmişdir. Bütün bu sadalanan xüsusatlar podratçının müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi birbaşa təsdiq edir.

77. MM-in 767.2-ci maddəsi üzrə. Maddənin tələbinə əsasən podratçı sifarişçinin materiallarından yanlış istifadə üçün məsuliyyət daşıyır. Podratçı materialların işlədilməsi haqqında sifarişçiyə hesabat verməyə və qalan materialı ona qaytarmağa borcludur. Tərəflər arasında bağlanmış müqavilənin 6.1-ci bəndinə əsasən Podratçı işlərin gedişatı barədə hə ftəlik hesabatları tərtib edib iş həftəsindən sonrakı həftənin 2-ci iş günündən gec olmayaraq sifarişçiyə hesabatı təqdim etməlidir. Lakin iddiaçı “Bayramoğlu” tərəfindən məhkəməyə nəinki müqavilənin 6.1-ci bəndində göstərilən hesabatın Cavabdeha verilməsi barədə, həmin hesabatda göstərilməli olan məlumatların, sənədlərin (işlərin gedişatını əks etdirən fotoşəkillər, işlərin görülməsi sahəsinə gətirilmiş materiallar və materialların təchizatçı üçün verilmiş sifarişlərin yerinə yetirilməsi vəziyyəti, çəkilmiş xərclər və yerinə yetirilmiş işlərin qiyməti, yoxlama və sınaq işləri üzrə hesabatlar) mövcudluğuna dair heç bir sübut təqdim olunmamışdır. Məhkəmə bu maddi hüquq normasını tətbiq etməmişdir.

78. MPM-in 14.1-ci maddəsi üzrə: Maddənin tələbinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işi n hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Apellyasiya instansiyası məhkəməsi malın müqavilədə nəzərdə tutulmuş vaxtda və keyfiyyətdə təhvil-təslim olunub-olunmamasını araşdırmamış və bununla da işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır.

79. MPM-in 88-ci maddəsi üzrə: Maddənin tələbinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüv vəsi yoxdur. Apellyasiya instansiyasıməhkəməsi yalnız ekspert rəyinə istinad etmiş, digər sübutlarla əlaqəli şəkildə həmi rəyi tədqiq etməmiş, işdə olan bəzi sübutlara, daha dəqiq desək MBA LTD MMC Qimətləndirmə şirkəti tərəfindən verilmiş 2022-ci il 16 may tarixli arayışa, Sumqayıt Kommersiya Məhkəməsinin 2021-ci il 17 avqust tarixli, 2- 2(119)-543/2021 saylı və Sumqayıt Apellyasiya Məhkəməsinin 2021-ci il 13 dekabr tarixli qətnamələrinə ümumiyyətlə münasibət bildirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

80. İddiaçı kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim edərək bildirmişdir ki, "Gilan İnşaat”ın kassasiya şikayətinin dəlilləri MM-nin 767.2-ci, 752.1- ci və tərəflər arasında bağlanmış podrat müqaviləsinin 6.1-ci bəndinin tələblərinin tətbiq edilməməsindən ibarətdi r. Halbuki, kassasiya şikayətinin həmin dəlilləri apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılıb və hər bir dəlilə uyğun hüquqi qiymət verilib.

81. Cavabdehın iddiasının əsasını təşkil edən hal ondan ibarətdir ki, guya “Bayramoğlu” podrat müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etməyib. Halbuki kommersiya işində olan mötəbər sübutlarla “Bayramoğlu” tərəfindən müqavilə öhdəliklərinin tam və hətta artıqlaması ilə icra edilməsi sübut olunur, əksinə Cavabdehın podrat müqaviləsinin 3.2-ci maddəsi ilə üzərinə götürdüyü öhdəliklərini icra etməməsi öz təsdiqini tapır.

82. Kassatorun istinad etdiyi maddələrin hazırkı kommersiya işinə heç bir aidiyyəti yoxdur və apelyasiya instansiyası tərəfindən haqlı olaraq mübahisəyə tətbiq edilməyib.

83. Kassasiya şikayətinin dəlillərindən biridə ondan ibarətdir ki: "Sumqayıt Kommersiya Məhkəməsinin 2021-ci il 17 avqust tarixli, 2-2(119)-543/2021 saylı və Sumqayıt Apelyasiya Məhkəməsinin 2021-ci il 13 dekabr tarixli qətnamələrindən görünür ki, Cavabdeh ilə "xxxx" Firmasının bir-birinə qarşı olan iddialarının əsasını dağ süxurunun satılması ilə bağlı müqavilə və həmin müqavilə üzrə öhdəliklərin icrası təşkil edir. Bu qətnamələrə əsaən "İmpuls’’ firması tərəfimdən 46800 ton daşın verilməsi təsdiqini tapmadığından ilkin və qarşılıqlı iddia rədd edilmişdir. "Bayramoğlu” da həmin daşın "İmpuls” firması tərəfindən “Bayramoğlu”na təhvil verilməsinin sübuta yetirilməməsi də "Bayramoğlu''nun iddiasının əsassız olması qənaətinə gəlməyə əsas verir. 84. "Gilan İnşaat”ın həmin dəlili ilə əlaqədar bildirmək istiyirəm ki. tərəflər arsında kı razılaşmaya görə qırılacaq daşları Cavabdeh “Bayramoğlu”na verməli idi. Cavabdeh "xxxx" Firmasında deyil başqa Firmadan da alıb "Bayramoğlu”na verməsinə mane olan hal yoxdur. "xxxx" Firmasından Cavabdehın daş almaması “Bayramoğlu”nun öz öhdəliyini tam icra etməsini şübhə altına ala bilməz. Ona görə də həmin dəlil də tamamilə əsassız dəlildir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

85. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

86. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin qismən təmin edilməsi hissəsində mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxla nılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

87. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

88. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.... 404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir....” “Maddə

439. Pul öhdəliklərinin icrası... 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər....” “Maddə

445. Borclunun icranı gecikdirməsi... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir....” “Maddə

449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bi lər....” “Maddə

752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....” “Maddə

753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır....” “Maddə

767. İşin podratçının materialları ilə icra edilməsi … 767.2. Podratçı sifarişçinin materiallarından yan lış istifadə üçün məsuliyyət daşıyır. Podratçı materialların işlədilməsi haqqında sifarişçiyə hesabat verməyə və qalan materialı ona qaytarmağa borcludur. “Maddə

770. Yerinə yetirilmiş işin qəbul edilməsi Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. “Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmada n varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. “Maddə 1092.Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə...”

89. Azərbaycan Respublikası Vergi Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 71-1. Elektron qaimə-fakturaları... 71-1.5. Vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zam anı əməliyyatın xarakterindən asılı olaraq aşağıdakı növdə elektron qaimə-faktura verilir: 71-1.5.1. malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə; 71-1.5.2. malların qaytarılması barədə;...”

90. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur. “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

91. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, habelə qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 7 iyun tarixli, 2-2(103)479/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

92. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəlilləri eynilik təşkil etdiyindən, apellyasiya instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin dəlillərinə dolğun cavab verildiyindən kassasiya şikayətinin dəlillərinə yenidən cavab verilməsinə lüzum görülmür.

93. Kollegiya bildirir ki, tərəflər arasında olan müqavilə podrat müqaviləsidir.

94. MM-in 752.1-ci maddəsində göstərilmişdir ki, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəmə yi öhdəsinə götürür.

95. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq müqavilədə nəzərdə tutulan işlər faktiki olaraq “Bayramoğlu” tərəfindən yerinə yetirilmiş, lakin Cavabdeh tərəfindən öhdəlik tam yerinə yetirilməmişdir.

96. Göründüyü kimi “Bayramoğlu” tərəfindən ona məxsus daşqıran kompleksinin yaxınlığında 45643,6 kq çəkidə dolomit süxurunun qırıldığı və yerləşdiyi 2021-ci il 23 avqust tarixli, 10/1943 saylı ekspert rəyi ilə öz təsdiqini tapır.

97. Həm birinci həm də apellyasiya məhkəməsində müəyyən edilmişdir ki, daşları Cavabdeh özü iddiaçıya məxsus daşqıran kompleksinə gətirmiş, 13.396.2 qırılmış daşı isə yenə özü geri daşımışdır.

98. Beləliklə “Bayramoğlu” podrat müqaviləsi üzrə öz öhdəliyini yerinə yetirmiş, yəni ümumilikdə 59.012,8 ton daşın(45.643,6 + 13.369,2 = 59.012,8) qırılması işini icra etmişdir.

99. Məhkəmə kollegiyası kassasiya şikayətinin §§ 78-79-da göstərilən dəlillərinə münasibətdə qeyd edir ki, MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

100. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdi rilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 7 iyun tarixli, 2-2(103)479/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

101. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 7 iyun tarixli, 2-2(103)479/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar