Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-637/2022 06.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin Cavabdeh MMC-yə və iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 24 may tarixli, 2-2(103)-324/2022 saylı qətnaməsindən İddiaçı MMC və Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. İŞİN HALLARİ
1. İddiaçı MMC ilə Cavabdeh MMC arasında 2020-ci il 18 may tarixli, 18.05.20 saylı podrat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, podratçı Cavabdeh MMC Bakı şəhəri Dənizkənarı bulvarda yerləşən “Dəniz Mall” ticarət mərkəzinin “Vasilchuki” restoranında tikinti-quraşdırma və bəzək işləri yerinə yetirməli, sifarişçi İddiaçı MMC isə əvəzində müqavilədə olan ödəniş qrafikinə əsasən, müxtəlif vaxtlarda altı ödənişlə ƏDV daxil 365.754,22 ABŞ dolları məbləğində pulu podratçıya ödəməlidir. Həmin müqavilənin: - 1.1.1-ci bəndinə görə, sifarişçinin göstərişi ilə müqavilədə göstərilən bütün işləri tam yerinə yetirmək üçün lazımi material və avadanlıqların çatdırılmasını podratçı müqavilə ilə müəyyən edilmiş müddət ərzində yerinə yetirməyi öhdəsinə götürmüşdür. - 2.3-cü bəndinə görə, İddiaçı MMC tərəfindən pulları n köçürülməsi aşağıdakı qaydada həyata keçirilməli idi: Avans ödəmə - müqavilənin bağlandığı tarixdən 10 təqvim günündən gec olmayaraq. Bu məbləğ müqavilənin dəyərinin 30%-i və ya 109.726,28 ABŞ dolları, o cümlədən 16.737,92 ABŞ dolları məbləğində 18% ƏDV təşkil edir. Məbləğ ödəniş günündə Azərbaycan manatı ilə Mərkəzi Bankın məzənnəsi ilə ödənilir. 1 nömrəli Aralıq ödənişi - işə başlandığı gündən 30 təqvim günündən gec olmayaraq. Məbləğ müqavilənin dəyərinin 20%-i və ya 73.150,84 ABŞ dolları, o cümlədən 11.158,60 ABŞ dolları məbləğində 18% ƏDV təşkil edir. Məbləğ ödəniş günündə Azərbaycan manatı ilə Mərkəzi Bankın məzənnəsi ilə ödənilir. 2 nömrəli Aralıq ödənişi - işə başlandığı gündən 60 təqvim günündən gec olmayaraq. Məbləğ müqavilənin dəyərinin 10%-i və ya 36.575,42 ABŞ dolları, o cüml ədən 5.579,30 ABŞ dolları məbləğində 18% ƏDV təşkil edir. Məbləğ ödəniş günündə Azərbaycan manatı ilə Mərkəzi Bankın məzənnəsi ilə ödənilir. 3 nömrəli Aralıq ödənişi - işə başlandığı gündən 90 təqvim günündən gec olmayaraq. Məbləğ müqavilənin dəyərinin 10%-i və ya 36.575,42 ABŞ dolları, o cümlədən 5.579,30 ABŞ dolları məbləğində 18% ƏDV təşkil edir. Məbləğ ödəniş günündə Azərbaycan manatı ilə Mərkəzi Bankın məzənnəsi ilə ödənilir. 4 nömrəli Aralıq ödənişi – işə başlandığı gündən 120 təqvim günündən gec olmayaraq. Məbləğ müqavilənin dəyərinin 10%-i və ya 36.575,42 ABŞ dolları, o cümlədən 5.579,30 ABŞ dolları məbləğində 18% ƏDV təşkil edir. Məbləğ ödəniş günündə Azərbaycan manatı ilə Mərkəzi Bankın məzənnəsi ilə ödənilir. Son ödəniş-iş başa çatdıqdan və zəruri şərtlərə əməl edildikdən sonra 30 təqvim günündən gec olmayaraq. Məbləğ müqavilənin dəyərinin 20%-i və ya 73.150,84 ABŞ dolları, o cümlədən 11.158,60 ABŞ dolları məbləğində 18% ƏDV təşkil edir. Məbləğ ödəniş günündə Azərbaycan manatı ilə Mərkəzi Bankın məzənnəsi ilə ödənilir. - 3.1-ci bəndinə görə, işə başlama tarixi sifarişçi tərəfindən bu müqavilənin 2.3-cü bəndində göstərilən avansın ödənilməsindən sonrakı gündür, lakin istənilən 2020-ci il 1 iyun tarixindən gec olmamalıdır; - 3.2-ci bəndinə görə işin görülmə müddəti, işə başlandığı gündən başlayaraq 120 təqvim günüdür; - 8.3-cü bəndinə əsasən bu müqavilə ilə müəyyən edilmiş işlərin yerinə yetirilmə müddətləri, xüsusən də, müqavilənin 3.2-ci bəndi pozulduğu halda, sifarişçi gecikmiş hər günə görə podratçıdan Mərkəzi Bankın tənbeh gününə olan məzənnəsi üzrə 1000 ABŞ d olları məbləğində dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir; - 8.4-cü maddəsinə əsasən bu müqavilənin 2-ci maddəsi ilə müəyyən edilmiş görülmüş işlərin dəyərinin ödənilmə müddəti pozulduğu halda podratçı öhdəliyin icra olunacağı gündən sonra 15-ci gündən başlayaraq ödəniş daxil olduğu günə qədər gecikmiş hər iş günü üçün sifarişçidən vaxtında ödənilməyən məbləğin 0,3% həcmində dəbbə pulunun ödənilməsini tələb etmək hüququ vardır; - 8.7-ci bəndinə görə dəbbə pulu yalnız hər hansı tərəf yazılı şəkildə pretenziya təqdim etdiyi halda ödənilir. Pretenziya təqdim edilmədiyi halda dəbbə pulu hesablanmır və ödənilmir. Bu zaman sifarişçi podratçını ödənişin həyata keçiriləcəyi gündən 5 iş günü öncədən xəbərdar etməklə yazılı pretenziyada göstərilmiş dəbbə pulunun məbləğini podratçı ya bu müqavilə çərçivəsində görülmüş işlərə görə ödəniləcək məbləğlərdən çıxmaq hüququna malikdir.
2. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, müqavilənin 8.3 və 8.7-ci bəndlərinə əsasən, hesablanmış dəbbə pulu ödəniləcək məbləğlərdən çıxılmış və Cavabdeh MMC-dən 123.567 ABŞ dolları pul tələb olunmuşdur.
3. Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 2021-ci il 2 iyul tarixli, 456/21 nömrəli pretenziya məktubundan görünür ki, görülən işlərə görə ödənilməmiş 114.433 ABŞ dolları məbləğində borc və 35.990,3 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 150.423,3 ABŞ dolları pulun 5 iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci inst ansiya məhkəməsindəki icraat
4. İddiaçı MMC 2021-ci il 12 iyul tarixində Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 123.567 ABŞ dolları məbləğində pulun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi nəzərə alınmaqla manatla və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2020-ci il 18 may tarixli, 18.05.20-2 saylı iş (podrat) müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, cavabdeh müqavilədə şərtləşdirilmiş işləri vaxtında görməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci və 3.2-ci bəndlərinə görə, cavabdeh işlərin görülməsinə 2020-ci il 1 iyun tarixindən g ec olmayaraq başlamalı və işə başlandığı tarixdən 120 təqvim günü ərzində işləri yekunlaşdırmalı idi. Cavabdehin işlərə başlama tarixi nəzərə alındıqda, onun işləri bitirmə tarixi 2020-ci il 29 sentyabr olmalı idi. Lakin faktiki olaraq işlər 2021-ci il 25 may tarixində yekunlaşdırılmışdır. Göründüyü kimi, cavabdeh müqavilə üzrə öhdəliyinin icrasını 238 təqvim günü gecikdirmişdir. Müqavilənin 8.3-cü bəndinə əsasən, bu müqavilə ilə müəyyən edilmiş işlərin yerinə yetirilmə müddətləri, xüsusən, müqavilənin 3.2-ci bəndi pozulduğu halda, ilkin iddiaçı gecikmiş hər günə görə cavabdehdən Mərkəzi Bankın tənbeh gününə olan məzənnəsi üzrə 1000 ABŞ dolları məbləğində dəbbə pulunun ödənilməsini tələb etmək hüququ vardır. Beləliklə, cavabdehin işlərin görülməsini 238 gün ərzində gecikdirdiyi nəzərə alın dıqda, ödəməli olduğu dəbbə pulu məbləğinin 238.000 ABŞ dolları (238 gün X 1000 ABŞ dolları) təşkil etdiyi görünür. Müqavilənin 8.7-ci bəndinə əsasən, dəbbə pulu, yalnız hər hansı tərəf yazılı şəkildə pretenziya təqdim etdiyi halda ödənilir. Bu zaman İddiaçı MMC Cavabdeh MMC-ni ödənişin həyata keçiriləcəyi gündən 5 iş günü öncədən xəbərdar etməklə yazılı pretenziyada göstərilmiş dəbbə pulunun məbləğini cavabdehə müqavilə çərçivəsində görülmüş işlərə görə ödəniləcək məbləğlərdən çıxmaq hüququna malikdir. İddiaçı MMC-nin görülmüş işlərə görə cavabdehə ödəməli olduğu qalıq məbləğ 114.433 ABŞ dolları təşkil edirdi. İddiaçı MMC müqavilənin 8.7-ci bəndinə əsaslanmaqla, həmin qalıq borc məbləğini cavıabdehin ödəməli olduğu 238.000 ABŞ dolları məbləğindən silmişdir. Bununla belə, cavabdehin İddiaç ı MMC-yə 123.567 ABŞ dolları (238.000114.433) məbləğində borcu da qalmaqdadır. 123.567 ABŞ dolları məbləğində pulun ödənilməsi haqqında cavabdehə pretenziya ünvanlanmasına baxmayaraq, sonuncu həmin məbləği ödəməkdən imtina etmişdir.
6. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 442, 448.1, 462.1, 462.3-cü maddələrinə istinad olunmuşdur.
7. İddiaçı MMC-nin iddia ərizəsinə qarşı yazılı etiraz təqdim olunmamışdır.
8. Eyni zamanda Cavabdeh MMC 2021-ci il 26 iyul tarixində İddiaçı MMC-yə qarşı iddia ərizəsi, bundan sonra isə iddianın həcminin artırılması barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, İddiaçı MMC-dən 114.433 ABŞ dollar məbləğində əsas borcun, eləcə də 90.963,06 ABŞ dolları məbləğində cərimənə olmaqla, cəmi 205.396,06 ABŞ dollarının və 30 manat dövlət rüsumunun tutularaq Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. Cavabdeh MMC-nin iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2020-ci il 18 may tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh MMC (podratçı) İddiaçı MMC (sifarişçi) isə görülən işlərin müqabilində 356.754,22 ABŞ dolları ödəniş həyata keçirməli idi. Müqavilə şərtləri əsasında Cavabdeh MMC-nin üzərinə düşən bütün öhdəliklər icra olunmuş, götürülmüş işlər sifarişçi İddiaçı MMC tərəfindən qəbul edilmişdir. Lakin müqavilədə nəzərdə tutulan ödənişlər (avans, 1 nömrəli, 2 nömrəli, 3 nömrəli, 4 nömrəli və son ödənişlər) gecikdirilmiş, eyni zamanda müqavilədə göstərilən İddiaçı MMC tərəfindən ödənilməli olan 356.754, 22 ABŞ dolları məbləğindən 114.433 ABŞ dolları məbləğində borc qalmışdır. İddiaçı MMC tərəfindən müqavilənin 2.3 və 8.4-cü bəndlərinin tələbləri pozulmuş, nəticədə İddiaçı MMC-nin Cavabdeh MMC qarşısında 35.990,3 ABŞ dolları məbləğində məsuliyyəti yaranmışdır. Müqavilənin 8.4-cü maddəsinə əsasən, işlərin dəyərinin ödənilmə müddəti pozulduğu halda podratçı öhdəliyin icra olunacağı gündən sonra 15-ci gündən başlayaraq ödəniş daxil olduğu günə qədər gecikmiş hər iş günü üçün sifarişçidən vaxtında ödənilməyən məbləğin 0,3% həcmində dəbbə pulunun ödənilməsini tələb etmək hüququ vardır. Həmçinin, İddiaçı MMC tərəfindən müqavilədə göstərilən məbləğlərin gecikdirilməsi, ödənməməsi səbəbi ilə Cavabdeh MMC müqavilədə göstərilən öhdəliklərin icrası, işçilərin əmək haqlarının və digər xərclərin ödəniş ini həyata keçirmək üçün "xxxx" ASC ilə 2020-ci il 29 dekabr tarixli, DC00072193-04 saylı kredit müqaviləsi bağlanmış və 60.000 manat borc götürülmüşdür. İddiaçı MMC tərəfindən müqavilədə göstərilən öhdəliklərin icra edilməməsinə və müqavilə ilə nəzərdə tutulan məbləğin ödənilməməsinə baxmayaraq, Cavabdeh MMC-yə 114.433 ABŞ dolları məbləğində borc və 35.990,30 ABŞ ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, cəmi 150.423,30 ABŞ dolları məbləğində borcu mövcuddur.
10. İddia tələbinin maddi hüquqi əsası kimi MM-nin 442, 448.1, 465.2-ci maddələrinə istinad olunmuşdur.
11. İddiaçı MMC 2021-ci il 1 dekabr tarixində Cavabdeh MMC-nin iddia ərizəsinə qarşı etiraz təqdim edərək, Cavabdeh MMC-nin iddiasının rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. Etirazdə göstərilmişdir ki, İ ddiaçı MMC-nin "xxxx" ASC-də olan bank hesabından 2021-ci il 16 avqust tarixli çıxarışla avans ödənişinin 2020-ci il 3 iyun tarixində həyata keçirilməsi təsdiq edilir və burada hər hansı gecikməyə yol verilməmişdir. Bu fakt Cavabdeh MMC-nin İddiaçı MMC-yə ünvanlandığı pretenziya və məhkəməyə təqdim etdiyi iddia ərizəsində də öz əksini tapmışdır. 1 nömrəli Aralıq ödənişi 2020-ci il 17 iyul tarixində edilmişdir və buradakı gecikmə 16 günə bərabərdir. 2 nömrəli Aralıq ödənişi 2020-ci il 5 avqust tarixində edilmişdir və buradakı gecikmə 5 günə bərabərdir. 3 nömrəli Aralıq ödənişi 2020-ci il 20 avqust tarixində edilmişdir və burada gecikmə olmamışdır. Göründüyü kimi, İddiaçı MMC tərəfindən pul ödəmələri 2020-ci ilin iyun-avqust aylarında cüzi gecikmələrlə həyata keçirilmişdir. Belə ki, avans öd ənişi və 3 nömrəli Aralıq ödənişində gecikmə olmamış, digər iki ödəniş üzrə isə 5 və 16 günlük gecikmə olmuşdur. Bu baxımdan, həmin gecikmələrin Cavabdeh MMC-nin öz öhdəliyinin icrasını 2021-ci ilin may ayının sonunadək icra etməsinə əsas verdiyini iddia etmək anlaşılmazdır. Cavabdeh MMC 4 nömrəli Aralıq ödənişi və Son ödənişin həyata keçirilməməsinin onun öz öhdəliyini vaxtında icra etməsinə mane olduğunu iddia edə bilməz. Çünki, 4 nömrəli Aralıq ödənişi işə başlandığı tarixdən 120 təqvim günündən gec olmayaraq ödənilməli idi. Bu isə işlərin bitirilmə tarixi deməkdir. Müqavilənin 3.2-ci bəndinə görə, işin görülmə müddəti, işə başlanıldığı gündən başlayaraq 120 təqvim günüdür.
13. İşin mübahisəsiz halıdır ki, Cavabdeh MMC işləri 120 təqvim günündə bitirməmişdir. Dolayısı ilə İddiaçı MMC- nin həmin məbləği köçürməməsi başa düşüləndir. Son ödəniş isə iş təhvil verildikdən sonra həyata keçirilməli idi. Ona görə də, həmin ödənişin ümumiyyətlə, Cavabdeh MMC-nin öhdəliyini lazımınca icra etməməsi üzərində təsiri ola bilməzdi. Cavabdeh MMC-nin bu dəlilinin əsasında o hal dayanır ki, İddiaçı MMC pulu vaxtında köçürmədiyi üçün onlar maliyyə çətinliyi ilə üzləşmişdirlər və bu da onların öz öhdəliyini vaxtında icra etməsinə mane ölçuşdur. Halbuki, qeyd edildiyi kimi, işlərin təhvil verilməsindən sonra ödəniləcək məbləğin özündən əvvəlki dövrdə görülməli olan işlərin vaxtında icrası üzərində hər hansı təsiri ola bilməz. Bəzi materialların İddiaçı MMC tərəfindən təchiz edilməli olması və bu təchizatın gecikməsi ilə bağlı dəlil də əsassızdır. Belə ki, müqavilənin 2.2-ci bəndinə əsasən, materialların dəyəri işlərin qiymətinə daxildir. Analoji müddəa müqaviləyə 1 nömrəli əlavə olan X1 da öz əksini tapmışdır.
14. Göründüyü kimi, sifarişçi İddiaçı MMC-nin hər hansı material təmin etmək öhdəliyi olmamışdır. Fərz edilsə ki, həqiqətən də, bəzi materiallar İddiaçı MMC tərəfindən təqdim edilməli olmuşdur, lakin vaxtında təqdim edilməmişdir. Bu dəlilin əsaslı ola bilməsi üçün Cavabdeh MMC əvvəla hansı materiallardan söhbət getməsini, ikincisi gecikmənin hansı dövrə təsadüf etməsini, yəni İddiaçı MMC konkret materialı hansı tarixdə təqdim etməli olduğunu, lakin faktiki olaraq hansı tarixdə təqdim etməsini, üçüncüsü gecikmənin Cavabdeh MMC-nin öhdəliyinin icrasına təsirinin hansı həcmdə olmasını isbat etməlidir. Cavabdeh MMC bu barədə sübut təqdim edə bilməmiş, yalnız mücərrəd şəkil də məsuliyyətdən yayınmaq məqsədilə bu cür dəlil irəli sürmüşdür.
15. İddiaçı MMC-nin onlara ödəməli olduğu muzdu birtərəfli qaydada dəbbə pulu ilə əvəzləşdirməsinin qanunsuz olması ilə bağlı dəlil də əsassız olmuşdur. Belə ki, müqavilənin 8.3-cü bəndinə əsasən, bu müqavilə ilə müəyyən edilmiş işlərin yerinə yetirilmə müddətləri, xüsusən də, müqavilənin 3.2-ci bəndi pozulduğu halda, İddiaçı MMC gecikmiş hər günə görə Cavabdeh MMC-dən Mərkəzi Bankın tənbeh gününə olan məzənnəsi üzrə 1.000 ABŞ dolları məbləğində dəbbə pulunun ödənilməsini tələb etmək hüququ vardır. Müqavilənin 8.7-ci bəndinə görə dəbbə pulu, yalnız hər hansı tərəf yazılı şəkildə pretenziya təqdim etdiyi halda ödənilir. Bu zaman İddiaçı MMC, Cavabdeh MMC-ni ödənişin həyata keçiriləcəyi gündən 5 iş günü öncədən xəbərdar etməkl ə yazılı pretenziyada göstərilmiş dəbbə pulunun məbləğini Cavabdeh MMC-yə bu müqavilə çərçivəsində görülmüş işlərə görə ödəniləcək məbləğlərdən çıxmaq hüququna malikdir.
16. Göründüyü kimi, İddiaçı MMC-nin dəbbə pulunu ödəniləcək muzdla əvəzləşdirmək hüququ müqavilənin 8.7-ci bəndindən irəli gəlir. Əvəzləşdirmə birtərəfli əqddir və bunun üçün Cavabdeh MMC-nin razılığına ehtiyac yoxdur. Tərəflər arasındakı yazışmalarla bağlı Cavabdeh MMC məhkəməyə bəzi yazışmaları təqdim etmişdir. Həmin yazışmaların natamamlığı onunla təsdiq olunur ki, bəzi yazışmalar 2020-ci il 8 may tarixlidir, yəni müqavilənin bağlanmasından əvvəl olmuşdur.
17. Digər tərəfdən Cavabdeh MMC tərəflər arasındakı yazışmaların hamısını təqdim etmir. Halbuki, 2020-ci il 15 oktyabr tarixində Aleksandr Zaytsev tərəfindən Cavabdeh MMC-nin səlahiyyətli şəxslərinə məktub ünvanlanaraq işlərin görülməsində gecikməyə yol verildiyi xatırladılmış, natamam işlərin görülməsinin tam qrafiki tələb edilmiş, 2020-ci il 26 oktyabr tarixində Aleksandr Zaytsev tərəfindən Cavabdeh MMC-nin səlahiyyətli şəxslərinə pretenziya məktubu yazılmışdır. Pretenziya məktubunun məzmunu ondan ibarət olmuşdur ki, Cavabdeh MMC sifarişçi İddiaçı MMC ilə razılaşdırmadan layihədə dəyişiklik etmişdir. Buna görə də, İddiaçı MMC bu halı müqavilənin kobud pozuntusu kimi qiymətləndirmiş və zəruri tədbirləri görəcəyini bildirmişdir. 2020-ci il 30 oktyabr tarixində İgor Dragilev tərəfindən Cavabdeh MMC-nin səlahiyyətli şəxslərinə məktub ünvanlanaraq məktubda sadalanmış yerlər üzrə görülmüş işlərlə bağlı foto hesabatın və gizli işlərə dair aktların həmin gün ün sonunadək təqdim olunması tələb olunmuş, lakin bu hesabat təqdim edilməmişdir. Halbuki, müqavilənin 4.1.14-cü bəndinə görə, podratçı Cavabdeh MMC sifarişçi İddiaçı MMC-ni işlərin gedişi barədə məlumatlandırmaq öhdəliyini daşıyır. 2020-ci il 22 dekabr tarixində Aleksandr Zaytsev tərəfindən Cavabdeh MMC-nin səlahiyyətli şəxslərinə məktub yazılmış və qrafikin təqdim olunması tələb edilmişdir.
18. Cavabdeh MMC 2021-ci il 27 iyul tarixində Bakı Kommersiya Məhkəməsinə ərizə ilə müraciət edərək, e-2-2(113)-3896/2021 və e-2-2(113)-3633/2021 saylı kommersiya işlərinin bir icraatda birləşdirilməsinə dair qərardad qəbul olunmasını xahiş etmiş, həmin məhkəamənin 2021-ci il 9 avqust tarixli, e-2-2(113)-3896/2021 saylı qərardadı ilə hər iki iddia tələbi üzrə iş bir icraatda birləşdirilmişdir.
19. C avabdeh MMC 2021-ci il 13 dekabr tarixində ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, İddiaçı MMC-dən 114.433 ABŞ dollar məbləğində əsas borcun, eləcə də 90.963,06 ABŞ dolları məbləğində dəbbə pulunun tutularaq ödənilməsi ilə bağlı tələblə yanaşı, Cavabdeh MMC və İddiaçı MMC arasında bağlanmış 2020-ci il 18 may tarixli, 18.05.20-2 saylı iş müqaviləsi üzrə 432.396 ABŞ dolları əsas pulun, öhdəliyin icrasının müqavilənin 8.4-cü maddəsini rəhbər tutaraq 510 gün gecikdirilməsi səbəbi ilə 661.565 ABŞ dolları dəbbə pulunun, həmçinin 30 manat dövlət rüsumu olmaqla, cəmi 1.299.357,06 manat pulun İddiaçı MMC-dən tutularaq Cavabdeh MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
20. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 15 dekabr tarixli, e-2-2(113)3633/2021 s aylı qərardadı ilə “ərizə geri qaytarılmış və izah edilmişdir ki, mediasiya prosesində iştirakını təsdiq edən sənəd, həmçinin cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd, eləcə də iddia ərizəsinin alınması barədə sübut ərizəyə əlavə edildikdən sonra təkrarən məhkəməyə müraciət oluna bilər (hakim E.Əliyev).
21. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 15 dekabr tarixli, e-2-2(113)3633/2021 saylı qətnaməsi ilə İddiaçı MMC-nin Cavabdeh MMC-dən 123.567 ABŞ dolları və 30 manat məbləğində dövlət rüsumunun tutulması tələbi ilə bağlı iddiası təmin edilməmiş, Cavabdeh MMC-nin İddiaçı MMC-yə qarşı iddiası qismən təmin edilmiş, İddiaçı MMC-dən 114.433 ABŞ dolları əsas borc və 5.567 ABŞ dolları dəbbə pulu, cəmi 120.000 ABŞ do lların ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 17,52 manat məbləğində pulun tutularaq Cavabdeh MMC-yə ödənilməsi qət edilmişdir (hakim E.Əliyev).
22. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 2020-ci il 18 may tarixində podrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, podratçı 2020-ci il 1 iyun tarixindən gec olmayaraq işə başlamalı və 120 gün ərzində Bakı şəhəri Dənizkənarı bulvarda yerləşən “Dəniz Mall” ticarət mərkəzinin “Vasilchuki” restoranında tikinti-quraşdırma və bəzək işləri, yəni 2020-ci il 1 oktyabr tarixində görməklə akta əsasən obyekti təhvil verməli, sifarişçi isə əvəzində müqavilədə olan ödəniş qrafikinə əsasən müxtəlif vaxtlar da altı ödənişlə ƏDV daxil 365754,22 ABŞ dolları məbləğində pulu podratçıya ödəməlidir. Lakin sifarişçi tərəfindən 2020-ci il 1 oktyabr tarixinədək ödənilməsi nəzərdə tutulan ƏDV daxil 292.603,38 ABŞ (ƏDV daxil 73150,84 ABŞ dolları təhvil-təslimdən sonra ödənilməlidir) dolları vəsaitindən ƏDV daxil 41.282,16 ABŞ dollarını ödəməmiş, podratçı tərəfindən isə obyekt 2020-ci il 1 oktyabr tarixində deyil, 2021-ci il 25 may tarixində təhvil verilmişdir.
23. Cavabdeh MMC-nin nümayəndəsinin sifarişçinin nümayəndəsi Aleksandr Zaytsev ilə “whatsApp” yazışmasından görünür ki, 2020-ci il 19 noyabr tarixli yazıda parketin statusu barədə sorğu verilir, 2020-ci il 20 noyabr tarixli cavabda sifarişçi parketin Gürcüstanda olması və növbəti həftə obyektə təhvil verilməsi, həmçinin 2021-ci il 28 yanvar tarixl i yazışmada işıq avadanlığının gəmi ilə “01.02” tarixdə gəlməsi, daha sonra 710 günə çatdırılması qeyd edilmişdir.
24. Həmin məhkəmə hesab etmişdir ki, Cavabdeh MMC-nin əsas borc tələbi əsaslı, İddiaçı MMC-nin tələbi isə əsassızdır. Belə ki, sifarişçi ödənişlərin vaxtında aparılması hissəsində müqavilə şərtlərini pozaraq ən azı 2020-ci il 1 oktyabr tarixinədək 4 nömrəli aralıq ödənişi olan ƏDV daxil 36.575,42 ABŞ dolları məbləğində vəsaiti ödəməmiş, bununla yanaşı tərəflərin arasında aparılan yazışmalardan müəyyən edilmişdir ki, parket və işıqlandırma sistemlərinin podratçıya çatdırılması gecikdirilmiş, yəni 2020-ci il 1 oktyabr tarixinədək podratçıya verilməli sözügedən əşyalar müvafiq olaraq təxminən 2020-ci ilin dekabr və 2021-ci ilin fevral ayında Cavabdeh MMC-yə təhvil verilmişdir. Göründüyü kimi, Cavabdeh MMC müqavilədə nəzərdə tutulan müddətdən 238 gün sonra obyekti təhvil versə də, İddiaçı MMC bu əsasla pulu tələb etsə də, ilk öncə pulun vaxtında ödənilməsi öhdəliyini məhz sifarişçi İddiaçı MMC pozmaqla, 2020-ci il 1 oktyabr tarixinədək 4 nömrəli aralıq ödənişi olan ƏDV daxil 36.575,42 ABŞ dolları məbləğində vəsaiti ödəməmişdir.
25. Məhkəmə İddiaçı MMC-nin qrafikə uyğun ödənişin etmədiyini, həmçinin podratçıya işin davam etdirilməsi üçün bəzi tikinti materiallarını vaxtında təhvil vermədiyini nəzərə alaraq hesab etmişdir ki, Cavabdeh MMC-nin 114.433 ABŞ dolları əsas borc tələbi hissəsində iddiası əsaslı olduğundan təmin edilməlidir.
26. Cavabdeh MMC-nin dəbbə pulu tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, dəbbə pulunun hesablanması qaydası və şərtləri müqavil ənin 8.3, 8.4 və 8.7-ci bəndində (rus dilində) qeyd edilmişdir. Həmin bəndlərə əsasən, pretenziyanın təqdim ediləcəyi təqdirdə dəbbə pulunun hesablanmasının mümkünlüyü, sifarişçinin isə ödənişə 5 gün qalmış xəbərdar etməklə dəbbə pulunun görülmüş işlərə görə ödəniləcək məbləğdən çıxmaq hüququ müəyyən edilmiş, tərəflər də bir birinə dəbbə pulu hesablanması ilə bağlı pretenziyaları göndərmişlər. Cavabdeh MMC müqavilənin 8.4-cü bəndinə əsasən, 90.963,06 ABŞ dolları məbləğində dəbbə pulu tələb etsə də, gecikmə müddətini təqvim günləri kimi hesablamışdır. Halbuki gecikdirilmiş hər iş günü üçün hesablamalı idi. Həmçinin, məhkəmə dəbbə pulunun tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq, dəbbə pulunu 5.567 ABŞ dollaradək azaltmışdır.
27. İddiaçı MMC-nin tələbi ilə bağlı qeyd edilmişdir ki, m üqavilədən irəli gələn öhdəliklər öncədən sifarişçi tərəfindən pozulduğuna görə, bu isə obyektin 2020-ci il 1 oktyabr tarixində deyil, 2021-ci il 25 may tarixində təhvil verilməsinə səbəb olduğuna görə, İddiaçı MMC-nin Cavabdeh MMC-dən 123.567 ABŞ dolları və 30 manat məbləğində dövlət rüsumunun tutulması tələbi ilə iddiası təmin edilə bilməz. Cavabdeh MMC-nin iddia tələbinin 58,42%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab etmişdir ki, ödənilmiş dövlət rüsumunun 58,42%-i, yəni 17,52 manatı İddiaçı MMC-dən tutularaq Cavabdeh MMC-yə ödənilməlidir.
28. Məhkəmə gəldiyi nəticəni MM-in 467, 752, MPM-in 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
29. İddiaçı MMC həmin qətnamədən verdiyi apellyasiya şikayətində İddiaçı MMC-nin iddia tələbinin tam təmin olunması, Cavabdeh MMC-nin id dia tələbinin tam təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
30. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 24 may tarixli, 2-2(103)-324/2022 saylı qətnaməsi ilə İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni İddiaçı MMC-nin iddiasının rədd edilməsi və Cavabdeh MMC-nin iddiasında irəli sürülmüş əsas borcun tutulması hissəsində ləğv olunmuş, həmin hissədə hər iki iddia qismən təmin edilmiş, İddiaçı MMC tərəfindən görülən işlər üçün Cavabdeh MMC-yə ödənilməli olan 114.433 ABŞ dollar məbləğindən 63.000 ABŞ dolları məbləğində dəbbə pulunun çıxılması və yekun olaraq İddiaçı MMC-dən 51.433 ABŞ dolları məbləğində əsas bo rcun tutularaq Cavabdeh MMC-yə ödənilməsi qət olunmuş, qalan hissədə həmin iddialar təmin edilməmiş, qətnamə İddiaçı MMC-dən Cavabdeh MMC-nin xeyrinə 5.567 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim R.Qurbanov, hakimlər V.Baxışova və V.Məmmədov).
31. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 2020-ci il 18 may tarixdə podrat müqaviləsi üzrə podrat işləri yekunlaşmış, sifarişçi tərəfindən cəmi 251.321,22 ABŞ dolları ödənilmişdir, ödənilməyən məbləğ 114.433 ABŞ dolları təşkil edir.
32. Həmin məhkəmə belə qənaətə gəlmişdir ki, İddiaçı MMC-nin iddia tələblərinin qanuni əsasını MM-nin 462.1-ci maddəsi təşkil edir, hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcud olm uşdur. Bu baxımdan iddia qismən əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 8.3-cü bəndinə əsasən, bu müqavilə ilə müəyyən edilmiş işlərin yerinə yetirilmə müddətləri, xüsusən də, müqavilənin 3.2-ci bəndi pozulduğu halda, sifarişçi gecikmiş hər günə görə podratçıdan Mərkəzi Bankın tənbeh gününə olan məzənnəsi üzrə 1000 ABŞ dolları məbləğində dəbbə pulunun ödənilməsini tələb etmək hüququ vardır. Həmçinin, müqavilənin 3.1-ci və 3.2-ci bəndlərinə görə, işə başlama tarixi sifarişçi tərəfindən bu müqavilənin 2.3-cü bəndində göstərilən avansın ödənilməsindən sonrakı gündür, lakin istənilən halda 2020-ci il 1 iyun tarixindən gec olmamalıdır. İşin görülmə müddəti, işə başlandığı gündən başlayaraq 120 təqvim günüdür.
33. İddiaçı MMC bildirir ki, cavabdehin işlərə başlama tarixi diqq ətə alındıqda, onun işləri bitirmə tarixi-29 sentyabr 2020-ci il idi. Lakin faktiki olaraq işlər 25 may 2021- ci il tarixdə yekunlaşdırılmı, cavabdeh müqavilə üzrə öhdəliyinin icrasını 238 təqvim günü gecikdirmişdir. Cavabdeh MMC isə bildirir ki, podrat işlərinin gecikməsində təqsirkar İddiaçı MMC olmuşdur. Belə ki, o, işlərin görülməsi üçün podrat ödənişlərini vaxtında həyata keçirmədiyi və lazımi mal-material, avadanlıqları vaxtında vermədiyi üçün işlər yubanmışdır.
34. Məhkəmə hər iki tərəfin dəlillərinə münasibətdə ilk olaraq qeyd etmişdir ki, podrat işlərinin faktiki olaraq 25 may 2021-ci il tarixdə yekunlaşdırılması işin mübahisəsiz halı kimi qəbul edilməlidir. Çünki birinci instansiya məhkəməsində Cavabdeh MMC bu halı mübahisələndirməmişdir. Apellyasiya icraatında bu halın mübahisəl əndirməsi isə MPM-in 372.2-ci maddəsinin tələblərinə ziddir. Cavabdeh MMC əsaslandırma gətirmədən birinci instansiya məhkəməsində mübahisələndirmədiyi halı apellyasiya icraatında mübahisələndirmişdir. Ona görə də məhkəmənin bu məsələ ilə bağlı qənaəti yalnız birinci instansiya məhkəməsində istinad olunmuş faktlara əsaslanmışdır.
35. Cavabdeh MMC-nin istinad etdiyi dəlillər-öhdəliyin icrasının məhz İddiaçı MMCnin ödənişi gec həyata keçirməsi səbəbindən gecikdirilməsi ilə bağlı Cavabdeh MMC-nin istinad etdiyi dəlillərə dair qeyd olunmuşdur ki, İddiaçı MMC tərəfindən ödənişlərin gecikdirilib-gecikdirilməməsi halı mübahisənin həllinə təsir etmir. Belə ki, MM-in 441.1, 441.2-ci maddələrinin tələblərindən göründüyü kimi, öhdəliklərin qarşılıqlı icrası tərəflər arasında əvvəlcədən şərtləşdirilməl i və ya bunu aşkar edən hallar olmalıdır. Lakin hazırki işdə bu hallar müəyyən edilmir.
36. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 2.3-cü bəndinə görə, İddiaçı MMC tərəfindən pulların köçürülməsi aşağıdakı qaydada həyata keçirilməli idi: Avans ödəmə (müqavilə dəyərinin 30%, yəni ƏDV daxil 109.726,28 ABŞ dolları). Bu məbləğ, müqavilənin bağlandığı tarixdən 10 bank günündən gec olmayaraq ödənilməli idi. 1 nömrəli Aralıq ödənişi (müqavilə dəyərinin 20%, yəni ƏDV daxil 73.150,84 ABŞ dolları). Bu məbləğ, işə başlanıldığı tarixdən 30 təqvim günündən gec olmayaraq ödənilməli idi. 2 nömrəli Aralıq ödənişi (müqavilə dəyərinin 10%, yəni ƏDV daxil 36.575,42 ABŞ dolları). Bu məbləğ, işə başlanıldığı tarixdən 60 təqvim günündən gec olmayaraq ödənilməli idi. 3 nömrəli Aralıq ödənişi (müqavilə dəyərinin 10%, yəni ƏDV daxil 36.575,42 ABŞ dolları). Bu məbləğ, işə başlanıldığı tarixdən 90 təqvim günündən gec olmayaraq ödənilməli idi. 4 nömrəli Aralıq ödənişi (müqavilə dəyərinin 10%, yəni ƏDV daxil 36.575,42 ABŞ dolları). Bu məbləğ işə başlanıldığı tarixdən 120 təqvim günündən gec olmayaraq ödənilməli idi. Son ödəniş (müqavilə dəyərinin 20%, yəni ƏDV daxil 73.150,84 ABŞ dolları). İş başa çatdıqdan və zəruri şərtlərə əməl edildikdən sonra 30 təqvim günündən gec olmayaraq ödənilməli idi. Müqavilənin 3.1-ci bəndinə görə, Cavabdeh MMC tərəfindən işlərə ən geci, 2020-ci il 1 iyun tarixində başlanılmalı idi.
37. Göründüyü kimi, müqavilədə öhdəliklərin qarşılıqlı icrası, yəni təfsilatı ilə göstərilən konkret podrat işlərinin məhz konkret məbləğdə muzdun ödənilməsindən sonra həyata keçirilm əli olmasını müəyyən edən hər hansı bir norma, eyni zamanda, öhdəliklərin qarşılıqlı icrasını aşkar edən hallar da mövcud deyil. Bu baxımdan, məhkəmə hesab etmişdir ki, Cavabdeh MMC-nin həmin dəlillərə istinad etməsi əsassız olmuşdur.
38. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, Cavabdeh MMC-nin istinad etdiyi həmin hallar sonuncuya yalnız İddiaçı MMC-dən müqavilənin 8.4-cü maddəsinin tələblərinə uyğun olaraq dəbbə pulunun tutulmasını tələb etmək hüququ verir ki, hazırda da bununla bağlı Cavabdeh MMC tərəfindən tələb irəli sürülmüşdür.
39. Bununla yanaşı məhkəmə hesab etmişdir ki, İddiaçı MMC tərəfindən lazımi malmaterial, avadanlıqların vaxtında vermədiyi üçün podrat işlərinin gecikməsi ilə bağlı Cavabdeh MMC-nin dəlilləri qismən əsaslı olmuşdur. Tərəflər arasında bağlanmış müqavilədə pod rat işlərinin məhz İddiaçı MMC tərəfindən verilən mal-material və avadanlıqlarla həyata keçirilməli olması ilə bağlı konkret hər hansı müddəa nəzərdə tutulmamışdır. Əksinə, müqavilənin 1.1.1-ci bəndinə əsasən, müqavilədə göstərilən bütün işləri tam yerinə yetirmək üçün lazımi material və avadanlıqların çatdırılması öhdəliyi podratçının üzərinə qoyulmuşdur.
40. Bununla belə, tərəflər arasında baş tutan e-mail və “whatsapp” yazışmalarından (2021-ci il 5 mart tarixinə aid “whatsapp” yazışması istisna olunmaqla tərəflərdən heç biri digər yazışmaların həqiqiliyini mübahisələndirməmişdir) belə müəyyən olunmuşdur ki, tərəflər bir sıra mal-material və avadanlıqların İddiaçı MMC tərəfindən verilməli olması ilə bağlı razılığa gəlmiş, o cümlədən konkret işlər üçün konkret görülmə müddəti müəyyən etmi ş, hətta bununla əlaqədar həftəlik siyahılar tərtib etmişlər. Məhkəmə iclasında da İddiaçı MMC-nin nümayəndəsi bu halla bağlı birmənalı etirazını bildirməmiş, əksinə 2021ci ilin yanvar-fevral aylarına aid həftəlik siyahıları təqdim etmişdir.
41. Apellyasiya instansiyası məhkəməsi MM-nin 404.1 və 404.2-ci maddələrinin tələbləri baxımından müqaviləni təfsir edərək müəyyən etmişdir ki, tərəflər bəzi malmaterial və avadanlıqların İddiaçı MMC tərəfindən verilməsini və məhz bundan sonra da Cavabdeh MMC tərəfindən ayrı-ayrı işlər üçün müəyyən olunan konkret tarixlərdə işlərin görülməsini şərtləşmişlər. Bu baxımdan məhkəmə hesab etmişdir ki, podrat işlərinin bitmə tarixi məhz İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə sonuncu mal-material və avadanlıqların verildiyi və həmin işlər üçün müəyyən olunan konkret tarixdən sonrakı tarix hesab olunmalıdır.
42. Cavabdeh MMC ilk olaraq bildirmişdir ki, sonuncu mal-materiallar (parket və işıq avadanlıqları) 2021-ci il 15 fevral tarixində təqdim edilmişdir. İddiaçı MMC-nin nümayəndəsi bu hala birmənalı etiraz etməmiş və bildirmişdir ki, sonuncu mal-materiallar (parket və işıq avadanlıqları) 2021-ci il 15 fevral tarixində Cavabdeh MMC-yə təhvil verildiyi qəbul edilsə belə həmin işlər 35 gün müddətində yekunlaşmalı idi. Sonradan Cavabdeh MMC-nin nümayəndəsi bildirmişdir ki, mal-materiallar (parket və işıq avadanlıqları) 2021-ci il 15 fevral tarixində deyil, faktiki 2021-ci il 5 mart tarixində təhvil verilmişdir. İddiaçı MMC-nin nümayəndəsi bu hala etiraz etmiş, Cavabdeh MMC isə bunu təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim etməmiş və MPM-in 77.1 -ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Onun tərəfindən təqdim edilən 2021-ci il 5 mart tarixinə aid “whatsapp” yazışmasına isə İddiaçı MMC-nin nümayəndəsi etiraz etmiş, eyni zamanda Cavabdeh MMC həmin yazışmanın mötəbərliyi ilə bağlı sübutlar təqdim etməmişdir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, Cavabdeh MMC əksini sübut etmədiyi üçün mal-materialların verilmə tarixi kimi məhz İddiaçı MMCnin etiraz etmədiyi tarix, yəni 2021-ci il 15 fevral tarixi qəbul edilməlidir.
43. Tərəflərin imzaladığı və möhürlə təsdiq etdiyi işlərin görülmə cədvəlinin 14.5-ci bəndinə görə, parketin quraşdırılması üçün 33 gün müəyyən edilmiş və həmin işlər 2020ci il 24 avqust -26 sentyabr tarixlərində həyata keçirilməli idi.
44. Müqavilənin 15.1 və 15.2-ci bəndlərinə görə, işıq və elektrik avadanlıqlarının quraşdırılması üçün müvafiq olaraq 33 və 18 gün müəyyən edilmiş və həmin işlər 2020-ci il 25 avqust-27 sentyabr tarixində və 2020-ci il 9 sentyabr – 27 sentyabr tarixində həyata keçirilməli idi. Eyni zamanda, işlərin görülmə cədvəlindən müəyyən edilir ki, bütün podrat işləri 2020-ci il 29 sentyabr tarixində yekunlaşmalı idi.
45. Beləliklə məhkəmə, qeyd olunan işlərin həyata keçirilməsi müddətləri və bütün işlərin yekunlaşması tarixləri (2020-ci il 24 avqust – 29 sentyabr) nəzərə alaraq müəyyən etmişdir ki, Cavabdeh MMC qeyd olunan podrat işlərini 37 gün müddətində, 2021-ci il 15 fevral tarixindən hesablandıqda isə 2021-ci il 23 mart tarixində başa çatdırıb təhvil verməli idi. Lakin podrat işləri 2021-ci il 25 may tarixində, yəni 63 gün gecikdirilməklə başa çatdırılmışdır. Bu baxımdan, İddiaçı MMC tərəfindən dəbbə pulu ilə bağlı yazılı şəkildə pretenziya təqdim edildiyi nəzərə alınaraq məhkəmə hesab etmişdir ki, İddiaçı MMC podrat müqaviləsinin 8.3-cü bəndinə uyğun olaraq gecikən hər günə 1000 ABŞ dolları hesablamaqla 63 günə görə 63.000 ABŞ dolları məbləğində dəbbə pulunun ödənilməsini Cavabdeh MMC-dən tələb etmək və müqavilənin 8.7-ci bəndinə uyğun olaraq həmin dəbbə pulunun məbləğini görülmüş işlərə görə ödəniləcək məbləğdən çıxılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, podrat müqaviləsinin 8.7-ci bəndinə görə, dəbbə pulu yalnız hər hansı tərəf yazılı şəkildə pretenziya təqdim etdiyi halda ödənilir. Pretenziya təqdim edilmədiyi halda dəbbə pulu hesablanmır və ödənilmir. Bu zaman sifarişçi podratçını ödənişin həyata keçiriləcəyi gün dən 5 iş günü öncədən xəbərdar etməklə yazılı pretenziyada göstərilmiş dəbbə pulunun məbləğini podratçıya bu müqavilə çərçivəsində görülmüş işlərə görə ödəniləcək məbləğlərdən çıxmaq hüququna malikdir.
46. Həmçinin məhkəmə hesab etmişdir ki, Cavabdeh MMC-nin də iddia tələbləri qismən əsaslı olmuşdur. Cavabdeh MMC-nin müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra etməsi, lakin İddiaçı MMC-nin podrat işlərinin 114.433 ABŞ dollar dəyərini ödəməməsi işin mübahisəsiz halını təşkil edir. Bununla yanaşı, həmin tələb tam təmin edilə bilməz. Belə ki, İddiaçı MMC-nin tərəflər arasında bağlanmış müqavilənin 8.7-ci bəndinə uyğun olaraq dəbbə pulunun məbləğini podratçıya ödəniləcək məbləğdən çıxmaq hüququ mövcuddur. Həmin müqavilə şərtinə uyğun olaraq İddiaçı MMC tərəfindən görülən işlər üçün Cavabdeh M MC-yə ödənilməli olan 114.433 ABŞ dollar məbləğindən, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ödənilməli olan 63.000 ABŞ dolları dəbbə pulunu çıxdıqda isə müəyyən olunmuşdur ki, yekun olaraq 51.433 ABŞ dolları məbləğində əsas borc İddiaçı MMC-dən tutularaq Cavabdeh MMC-yə ödənilməlidir (114.433 – 63.000 = 51.433).
47. Məhkəmə hesab etmişdir ki, Cavabdeh MMC hazırki apellyasiya baxışının həddində, yəni 5.567 ABŞ dolları məbləğində dəbbə pulunun tutulmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, həmin iddia tələblərinin də qanuni əsasını MM-in 462.1-ci maddəsi təşkil edir və hazırki işdə qeyd olunan maddənin dispozitiv şərtləri mövcuddur. Çünki, tərəflər arasında bağlanmış müqavilənin 8.4-cü maddəsinə əsasən, bu müqavilənin 2-ci maddəsi ilə müəyyən edilmiş görülmüş işlərin dəyərinin ödənilmə müddəti pozulduğu halda podratçı öhdəliyin icra olunacağı gündən sonra 15-ci gündən başlayaraq ödəniş daxil olduğu günə qədər gecikmiş hər iş günü üçün sifarişçidən vaxtında ödənilməyən məbləğin 0,3% həcmində dəbbə pulunun ödənilməsini tələb etmək hüququ vardır.
48. İşin materiallarından müəyyən edilmişdir ki, İddiaçı MMC tərəfindən pul ödəmələri gecikmələrlə həyata keçirilmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliklərin qarşılıqlı icrası nəzərdə tutulmamışdır. Belə olan halda isə Cavabdeh MMC tərəfindən işlərin yerinə yetirilməsi müddətlərinin gecikdirilib gecikdirilməməsindən asılı olmayaraq İddiaçı MMC tərəfindən bütün aralıq ödənişlər vaxtında həyata keçirilməli idi. Lakin işin materiallarından müəyyən edilmişdir ki, 73.150,84 ABŞ doları məbləğində 1 nömrəli aral ıq ödəniş 16 gün müddətində və 36.575,42 ABŞ doları məbləğində 2 nömrəli aralıq ödəniş 5 gün müddətində gecikdirilməklə ödənilmiş, 36.575,42 ABŞ doları məbləğində 4 nömrəli aralıq ödəniş isə ümumiyyətlə ödənilməmişdir.
49. Bununla müəyyən edilmişdir ki, İddiaçı MMC-nin ödəməli olduğu dəbbə pulunun məbləği birinci instansiya məhkəməsinin müəyyən etdiyi 5.567 ABŞ dolları məbləğindən daha artıq məbləğ təşkil edir. Lakin Cavabdeh MMC tərəfindən qətnamədən apellyasiya şikayəti verilmədiyi üçün dəbbə pulunun cəmi məbləğinə (o cümlədən apellyasiya baxışında təqdim olunmuş ərizəyə) qiymət verilmədən məhkəmə hesab etmişdir ki, Cavabdeh MMC İddiaçı MMC-dən 5.567 ABŞ dolları məbləğində dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır.
50. Cavabdeh MMC tərəfindən hazırki mübahisə üzrə hər iki tərəfin öz tələblərinin əsası kimi istinad etdiyi 2020-ci il 18 may tarixli podrat müqaviləsindən əlavə olaraq ödənişlərin nağd qaydada aparılması ilə bağlı 2020-ci il 18 may tarixli, 18.05.20-2 saylı iş müqaviləsinə istinad edilməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, həmin müqavilə hazırki iddiaların əsasını təşkil etmədiyi üçün araşdırma predmetinə aid deyil.
51. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 404.1, 404.2, 441.1, 441.2, 462.1, 752.1, MPM-in 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
52. İddiaçı MMC tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin tam ləğv edilməsi, İddiaçı MMC-nin iddia tələbinin təmin olunması, Cavabdeh MMC-nin isə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunması xahiş edilmişdir..
53. Cavabdeh MMC-nin h əmin qətnamədən verdiyi kassasiya şikayətində Cavabdeh MMC-nin iddia tələbinin təmin olunması, İddiaçı MMC-nin isə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) İddiaçı MMC-nin kassasiya şikayətinin dəlilləri
54. MM-in 404.1, 404.2-ci maddələrinin tələbləri pozulmuşdur- apellyasiya instansiya məhkəməsi həftəlik siyahıların tərtibi İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə əlavə vaxt verilməsi kimi hesab etmişdir. Məhkəmənin mövqeyi əsassız olmuşdur. Apellyasiya məhkəməsinə İddiaçı MMC-nin təqdim etdiyi yazılı izahatda bu məsələ ilə bağlı mövqe tam və əsaslandırılmış şəkildə ifadə edilməsinə baxmayaraq məhkəmə yenə də, mübahisə ilə bağlılığı olmayan MM-in 404.1 və 404.2-ci maddələrini tətbiq etmiş, bununl a maddi hüquq pozuntusuna yol vermişdir. Müqavilə şərtlərinin təfsirində məqsəd, tərəf iradələrinin həqiqi mənasını ortaya çıxarmaqdır. Hazırkı işin halları baxımından müqavilənin 3.1 və 3.2-ci bəndlərinin məzmunu kifayət qədər aydındır. Yəni həmin şərtlərin mətni ilə tərəflərin bu istiqamətdəki iradə ifadəsi arasında hər hansı anlaşılmazlıq olmadığından onların təfsirinə zərurət yoxdur. Bu mənada, MM-in 404-cü maddəsinin hazırkı mübahisə ilə əlaqəsi mövcud deyil. Müqavilənin 3.1 və 3.2-ci bəndlərinə görə, işlərin görülməsinə ən geci 2020-ci il 1 iyun tarixində başlanılmalı və işlər 120 gün ərzində bitirilməli idi.
55. Müqavilənin 4.1.12-ci bəndinə görə, “Obyektiv səbəblərdən sifarişçi ilə razılaşdırılmış müddətlərdə işləri görmək mümkün olmadıqda, podratçı bu obyektiv səbəblərin yarandığı gündən 1 iş günü ərzində müqavilədə göstərilən qaydada işlərin görülməsini mümkün olmayan səbəbləri göstərərək, sifarişçiyə bu barədə əsaslandırılmış yazılı bildiriş verməli, bu müqaviləyə müvafiq əlavə saziş imzalamaq yolu ilə işlərin yerinə yetirilməsinin yeni müddətlərini sifarişçi ilə razılaşdırmalıdır”. Müqavilənin 12.2-ci bəndinə görə, “Bu müqaviləyə edilən əlavə və dəyişikliklər yalnız yazılı şəkildə tərtib edildiyi və hər iki tərəfin səlahiyyətli nümayəndələri tərəfindən imzalandığı halda etibarlı hesab edilir və imzalandığı andan bu müqavilənin ayrılmaz hissəsinə çevrilirlər”. MM-in 423.1-ci maddəsinə görə, “Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni forma da bağlanır”. İşin materiallarında bu barədə hər hansı müqaviləyə müddətin uzadılmasına dair əlavə sazişin bağlanmasını təsdiqləyən sənəd mövcud deyil.
56. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-dən qrafik tələb edilməsi müqavilə üzrə məlumat almaq hüququnun həyata keçirilməsi ilə əlaqədardır. Belə ki, müqavilənin 4.1.14cü bəndinə görə, podratçı CavabdehMMC sifarişçi İddiaçı MMC-ni işlərin gedişi barədə məlumatlandırmaq öhdəliyini daşıyır. Həmin bənd mövcud olmasaydı belə, Cavabdeh MMC, MM-in 777.4 və 781-ci maddələrilə bu öhdəliyi daşıyırdı.
57. MM-in 442, 448.1, 448.2, 448.4-cü maddələrinin tələbləri pozulmuşdurapellyasiya məhkəməsinə görə, Cavabdeh MMC işlərin görülməsini cəmi, 63 gün gecikdirib. Həmin məhkəmənin işlərin görülməsinin cəmi, 63 gün (2021-ci il 23 mart – 2021-ci il 25 may) ge cikdirildiyinə və buna görə Cavabdeh MMC-yə ödəniləcək muzddan 63.000 ABŞ dolları məbləğində dəbbə pulunun çıxılmasına dair gəldiyi nəticə əsassız olmuşdur. Cavabdeh MMC tərəfindən işlərə ən geci 2020-ci il 29 sentyabr tarixində yekunlaşdırılmalı və İddiaçı MMC-yə təhvil verilməli idi. Lakin işlər 2021-ci ilin may ayında təhvil verilmişdir. Gecikmənin olması obyektiv olaraq tarixlərə baxmaqla müəyyən edilir.
58. Məhkəmə, gecikmənin cəmi 63 gün olduğu nəticəsini əsaslandıra bilmək üçün MM-in 404-cü maddəsinə istinad etməklə maddi hüquq pozuntusu olduğuna dair mövqeyimizi yuxarıda ifadə edilmişdir. Məhkəmə əsas olmadan gecikmə müddətini 238 gündən 63 günə endirmişdir. Halbuki, MM-in sadalanan normalarının tələbinə görə, Cavabdeh MMC məsuliyyətdən azad edilmək üçün konkret və əsaslandırılmı ş sübutlar təqdim etməli idi, lakin işdə bu barədə sübut mövcud deyil.
59. İddiaçı MMC-nin apellyasiya şikayətində qeyd edildiyi kimi, İddiaçı MMC-nin hər hansı material təmin etmək öhdəliyi olmamışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən, materialların dəyəri işlərin qiymətinə daxildir. Analoji müddəa müqaviləyə 1 nömrəli əlavə olan X1 da öz əksini tapmışdır.
60. İddiaçı MMC-nin nümayəndəsinin bəzi mal-materialların MMC tərəfindən təqdim ediləcəyinə dair tərəflərin razılığa gəlməsinə birmənalı etirazını bildirməməsinə dair məhkəmənin dəlili əsassız olmuşdur. Bəzi materialların İddiaçı MMC tərəfindən təqdim edilməli olması ehtimalında belə onun məsuliyyətdən azad ola bilməsi üçün hansı materiallardan söhbət getməsini, gecikmənin hansı dövrə təsadüf etdiyini, MMC konkret materialı hansı tarix də təqdim etməli olmasını, lakin faktiki olaraq hansı tarixdə təqdim etməsini, gecikmənin Cavabdeh MMC-nin öhdəliyinin icrasına təsirinin hansı həcmdə olmasını isbat etməsi zəruri idi. Bu barədə sübut mövcud deyildir.
61. Gecikdirildiyi iddia edilən materiallar döşəmə və tavanda quraşdırılması nəzərdə tutulmuş mallardır. Deməli, həmin materiallar təhvil verilənə qədər Cavabdeh MMC işlərin görülməsinin ancaq parket və işıqların quraşdırılması işlərinin qalması mərhələsinə çatmalı idi. Cavabdeh MMC-nin 2020-ci ilin noyabr-dekabr aylarında işıqların quraşdırılması və 2021-ci ilin fevral ayında parketin vurulması işlərinin görülməsinə başlayacaq səviyyədə iş gördüyünü, işləri tamamladığını təsdiqləyən sübut mövcud deyil. Əksinə, Cavabdeh MMC-nin “Planlaşdırılmış işlərin görülmə vəziyyəti” adlı sənədlər vardır. Cavabdeh MMC-nin 2020-ci il 1 dekabr - 2020-ci il 20 dekabr tarixləri arasında və 2021-ci il 22 yanvar -2021-ci il 7 fevral tarixləri arasında görülməsini planlaşdırdığı işlərin qrafiki öz əksini tapmışdır. Qeyd edilən sənədlərlə təsdiq edilir ki, həmin tarixlərə işlərin hamısı görülməmişdir. Burada işlər dedikdə, İddiaçı MMC-nin gecikdirdiyini iddia etdiyi parket daxil deyil, işıq isə həmin tarixə təhvil verilmişdi. Bəzi işlər 50, bəziləri 90 faiz görülmüşdür. VİP otaqlardakı və qonaq tualetlərindəki “Watson” səs sistemləri boyama işlərinə görə ümumiyyətlə quraşdırılmamışdır. Divarların boyanmasına 2021-ci il 16 yanvar tarixində başlanılmış, 2021-ci il 18 yanvar tarixində bitirilmişdir. Divarların “Beton” dekorativ gips məhlulu ilə ağardılması işləri 2021-ci 12-18 yanvar tarixlərində görülmüşdür. Qeyd edilənlərdən görünür ki, 2021-ci ilin yanvar-fevral aylarında belə Cavabdeh MMC parket və işıqlandırma işlərini görəcək mərhələyə gəlib çatmamışdı. Cavabdeh MMC-nin işləri gecikdirməsi həqiqətən də İddiaçı MMC-nin iddia edilən halları təqdim etməsindən qaynaqlanmış olsaydı, Cavabdeh MMC tərəfindən hər hansı pretenziya, xəbərdarlıq məktubu və s. olardı. Bu barədə sənəd mövcud deyildir.
62. MM-in 390.1, 399.1, 462.3, 465.1-ci maddələrinin tələbləri pozulmuşdurməhkəmə, Cavabdeh MMC-nin xeyrinə 51.433 ABŞ dolları məbləğində pul tutmaqda haqlı olmamışdır. Cavabdeh MMC-nin işlərin görülməsini 238 gün ərzində gecikdirdiyi işin mübahisəsiz halıdır. İddiaçı MMC MM-in 462.3, 465.1-ci maddələrinə istinad edərək qeyd edir ki, müqavilənin 8.3-cü bəndinə əsasən, bu müqavi lə ilə müəyyən edilmiş işlərin yerinə yetirilmə müddətləri, xüsusən də, müqavilənin 3.2-ci bəndi pozulduğu halda, gecikmiş hər günə görə Cavabdeh MMC-dən Mərkəzi Bankın tənbeh gününə olan məzənnəsi üzrə 1.000 ABŞ dolları məbləğində dəbbə pulunun ödənilməsini tələb etmək hüququ vardır. Müqavilənin 8.7-ci bəndinə əsasən, dəbbə pulu, yalnız hər hansı tərəf yazılı şəkildə pretenziya təqdim etdiyi halda, ödənilir. Bu zaman İddiaçı MMC Cavabdeh MMC-ni ödənişin həyata keçiriləcəyi gündən 5 iş günü öncədən xəbərdar etməklə yazılı pretenziyada göstərilmiş dəbbə pulunun məbləğini Cavabdeh MMC-yə bu müqavilə çərçivəsində görülmüş işlərə görə ödəniləcək məbləğlərdən çıxmaq hüququna malikdir.
63. MM-in 462.1, 560-cı maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsini n qətnaməsini Cavabdeh MMC-nin xeyrinə 5.567 ABŞ dolları dəbbə pulunun tutulması hissəsində qüvvədə saxlamaqda da haqlı olmamışdır. İddiaçı MMC podratçıya ödəniləcək muzdu dəbbə pulu ilə əvəzləşdirmişdir. Lakin sifarişçi hər hansı bir pozuntuya yol verməmişdir. Məhkəmənin mövqeyinə görə “tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliklərin qarşılıqlı icrası nəzərdə tutulmamışdır. Belə olan halda isə Cavabdeh MMC tərəfindən işlərin yerinə yetirilməsi müddətlərinin gecikdirilib gecikdirilməməsindən asılı olmayaraq İddiaçı MMC tərəfindən bütün aralıq ödənişlər vaxtında həyata keçirilməli idi”. Qeyd edilən mövqe əsassız olmuşdur.
64. Belə ki, müqaviləyə 2 saylı Əlavəyə əsasən, işlərin ƏDV daxil olmaqla ümumi dəyəri, 365.754,22 ABŞ dolları təşkil edir. Bu məbləğin, ƏDV daxil olmaqla, 322.46 3,02 ABŞ dolları mal-materialın dəyəri, 43.291,2 ABŞ dolları isə, işçiliyin dəyəridir (Əlavənin müvafiq olaraq 8-ci və 10-cu bəndləri). İşin mübahisəsiz halıdır ki, 2020-ci il 3 iyun - 2020ci il 20 avqust tarixlərində avans və 3 (1, 2 və 3 nömrəli) aralıq ödənişi üzrə Cavabdeh MMC-yə ümumilikdə, 251.321,22 ABŞ dolları məbləğində pul ödənilmişdir. Müqavilənin dəyərinin 20 faizini (73.150,84 ABŞ dolları) təşkil edən Son Ödəniş iş başa çatdıqdan sonra və zəruri şərtlərə əməl edildikdən sonra 30 təqvim günündən gec olmayaraq həyata keçirilməli idi. Göründüyü kimi, işlərin icrasına başlanıldığı tarixdən bitirilməsinə qədər İddiaçı MMC ümumilikdə, ƏDV daxil, 292.603,38 ABŞ dolları məbləğində pul ödəməli idi. İddiaçı MMC bu məbləğdə 251.321,22 ABŞ dollarını 2020-ci il 3 iyun - 20 avqust tarixləri ndə ödəmişdir. Cavabdeh MMC aldığı pulun qarşılığında iş görməmişdir və bunu işdəki sənədlər təsdiq edir. b) Cavabdeh MMC-nin kassasiya şikayətinin dəlilləri
65. MM-in 441-ci maddəsinin tələbi pozulmuşdur- apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin 9-12-ci abzaslarına nəzər yetirildikdə, məhkəmə MM-in 441.1 və 441.2-ci maddələrinə istinad edərək Cavabdeh MMC və İddiaçı MMC arasındakı mövcud öhdəliklərin qarşılıqlı icranı nəzərdə tutmadığını qeyd etmişdir. Lakin məhkəmə MM-in 441.5-ci maddəsinə istinad etməmişdir. Həmin maddəyə əsasən, müqavilə ilə öhdəliyin qarşılıqlı icrası barədə ayrı qayda nəzərdə tutulmadıqda belə tərəflər arasında qarşılıqlı icranın olduğu müəyyənləşdirilməlidir. Bundan başqa, tərəflər arasında bağlanan podrat müqaviləsindən və smeta sənədindən müəyyən olunur ki, sözügedən mübahisə qarşılıqlı icranı nəzərdə tutmuşdur. Smetadan görünür ki, podratçının öhdəliyinin icrası birbaşa olaraq sifarişçi tərəfindən verilən vəsaitdən asılı olaraq icrası mümkündür. Sifarişçi tərəfindən müqavilə ilə nəzərdə tutulmuş maliyyə vəsaitlərinin verilməməsi, malmaterialların təmin edilməməsi və işçilərin əmək haqlarının verilməməsi işlərin görülməməsinə səbəbdir.
66. MM-in 404-cü maddəsi, müqavilənin 8.7-ci bəndi ilə əlaqəli tətbiq edilməmişdirmüqavilənin 8.7-ci maddəsinin tələbləri baxımından dəbbə pulunun hesablanması üçün birinci tələb yazılı pretenziyanın verilməsidir. İddiaçı MMC-nin nümayəndəsi e-mail yazışmasını pretenziya olduğunu bildirsə də haqlı olmamışdır. Həmin yazışma layihə dəyişikliyi ilə bağlı edilmiş pretenziya olmuş, həmin pretenziyanın öhdəliyin icrasının gecikdirilməsi ilə bağlı olmadığı e-mailin məzmunundan aydın görünür. Əgər pretenziya verilmişdirsə hansı səbəbdən məhkəməyə iddia verilən zaman təkrar pretenziya verilməməsi sual olunur.
67. Bundan başqa, dəbbə pulunun ödəniş həyata keçiriləcəyi gündən 5 gün öncə tutulması imkanı nəzərdə tutulmuşdur. Bu isə faktiki olaraq dəbbə pulunun müqavilədə nəzərdə tutulmuş avans, 1 nömrəli, 2 nömrəli, 3 nömrəli, 4 nömrəli aralıq və son ödənişlərin müqavilədə nəzərdə tutulmuş edilməli tarixdən 5 gün öncə tutulması ilə məhdudlaşdırılmışdır.
68. MM-in 1.2, 462, 467-ci maddələrinin tələbləri pozulmuşdur-MM-in əsas vəzifələrindən biri mülki dövriyyəni təmin etməkdir. Məhz bu səbəbdən qanunvericilikdə 467 və 1091-ci maddələr nəzərdə tutulmuşdur. Belə ki, əsassız varlanma ilə bağlı məqsəd yoxsul laşan tərəfin itirdiklərini bərpa etmək deyil, əksinə varlanmış tərəfin əlində cəmlənmiş mülki dövriyyədən kənar vəsaitin qanuni dövriyyəyə qaytarmaqdır. Eyni məntiq MM-in 467-ci maddəsi ilə də təsbit olunmuşdur. Həmin maddə məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq hüququ vermişdir.
69. MPM-in 88-ci maddəsinin tələbi pozulmuşdur- məhkəmə tərəfindən təqdim olunan sübutlara düzgün qiymət verilməmişdir. Belə ki, işin materiallarına əlavə olunmuş sənədlərdən müəyyən edilir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında eyni münasibətləri tənzimləyən nağd və nağdsız olmaqla iki müqavilə bağlanmışdır. Bu hal iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə, tərəflərin sübut qismində təqdim etdiyi e-mail yazışmaları ilə təsdiq olunur. Lakin məhkəmə öhdəliyin pozulması, işlərin gecikməsi ilə birbaşa səbəbli-əlaqəni müəyyənləşdirən bu halı araşdırmamış və məhkəmə araşdırmasının predmeti olmadığını qeyd etməklə işin faktiki hallarını tam araşdırmamışdır.
70. İddiaçı MMC ilə Cavabdeh MMC arasında olan razılaşmaya əsasən, İddiaçı MMC “Çayxona №1” restoran şəbəkəsinin “Dəniz Mall” Ticarət Mərkəzində açılması üçün icarəyə götürülmüş qeyri-yaşayış sahəsinin həmin restoranlar şəbəkəsinin konseptinə uyğun təmir edilməsi Cavabdeh MMC-yə həvalə etməklə, Cavabdeh MMC-yə həmin təmirlə əlaqədar olaraq 789.149, 22 ABŞ dolları pul ödəməyi öz öhdəsinə götürmüşdür. Eyni zamanda təmirin konspetinə uyğun və “Vasilchuki” tələbi ilə bəzi tikinti malları konseptə uyğun olaraq sifarişçi və ya françayzinqin sahibi təqdim etməli idi. Təmir işlərinin investisiy asının bir qismini “Vasilchuki” şirkəti, bir qismini isə İddiaçı MMC maliyyələşdirməli idi. Pulların bir qisminin xaricdən gəlməsi səbəbi ilə İddiaçı MMC-nin təklifi ödənilməli olan pul məbləği iki yerə bölünərək, bir öhdəlik üzrə 2 müqavilə bağlanmış, həmin müqavilələrdən biri ilə ödənişlər nağdsız şəkildə yəni bank hesabına köçürmə yolu ilə, digəri isə nağdsız şəkildə həyata keçirilməli idi. 71. 2020-ci il 18 may tarixli, 18.05.20-2 saylı və iş 2020-ci il 18 may tarixli, 18.05.20 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, Cavabdeh MMC (podratçı)İddiaçı MMCnin (sifarişçi) xeyrinə müqavilə ilə müəyyənləşdirilmiş işləri görməli, sonuncu isə görülən işlərin müqabilində 432.395 ABŞ dolları ödəniş həyata keçirilməli idi.
72. Müqavilə ilə Cavabdeh MMC-nin üzərinə düşən bütün öhdəliklər icr a olunmuş, görülmüş işlər sifarişçi İddiaçı MMC tərəfindən qəbul edilmişdir. Lakin müqavilədə nəzərdə tutulan ödənişlər (avans, 1 nömrəli, 2 nömrəli, 3 nömrəli, 4 nömrəli və son ödənişlər) gecikdirilmiş, eyni zamanda müqavilədə göstərilən İddiaçı MMC tərəfindən ödənilməli olan 432.395 ABŞ dolları məbləğindən 72.919 ABŞ dollarında məbləğ borc qalmışdır.
73. Bundan başqa, təhvil-təslim 2021-ci il 27 may tarixində olmamışdır. Belə ki, Vasilchuki CHAİHONA N1 şirkətinin rəsmi səhifəsində 2021-ci il 27 may tarixində xəbərlər bölməsində Bakı şəhərində Dəniz Mall Ticarət Mərkəzində yeni restoranın açılması barədə məlumat paylaşılmışdır. Restoranın təhvil verildiyi gün 27 may qəbul edilə bilməz. Açılışın elan edilməsi üçün müvafiq şəkillər çəkilməli, avadanlıqlar ən azı bir həftə test edilməli, açı lış tədbiri üçün hazırlıqlar görülməlidir. "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış müqavilədən görüldüyü kimi, "xxxx" MMC mebellərin quraşdırılmasını təxmini olaraq 2021ci il 20 may tarixinədək icra etməli idi. Quraşdırılmalı olan mebellərin bir qisminin içərisində və üzərində bəzi elektrik avadanlıqları ilə təchiz edilməli olduğu üçün mebellərin quraşdırılmaması Cavabdeh MMC-nin işlərinə təsir göstərmişdir. Məhkəmə restoranın açılması ilə təhvil təslimin eyni gün qəbul edilməsində haqlı olmamışdır. Cavabdeh MMC tərəfindən işlər may ayının 4-ündən gec olmayaraq təhvil verilmişdir. Lakin sifarişçi tərəfindən işlərin koordinasiyasının düzgün qurulmaması (mebellərin quraşdırılması, kolonların yenidən qurulması, malların gömrük tərəfindən saxlanılması, smeta ilə nəzərdə tutulmuş malların Cavabdeh MMC-yə çatdırılmaması) səbəbi ilə restoranın açılışı yubanmışdır. c) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
74. Kassasiya şikayətlərinə qarşı tərəflər etiraz təqdim etməmişdir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
75. Kassasiya şikayətləri vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətlərinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.
76. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq yoxlanılacaqdır.
77. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa d a apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ
78. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mən ası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır....” “Maddə
441. Öhdəliklərin qarşılıqlı icrası 441.1. Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. 441.2. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini t ələb edə bilər.” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə
752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....”
79. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Prosessual Məcəlləsinin müvafiq “Ma ddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər..... 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılm amasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir”. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
80. Məhkəmə kollegiyası tərəflərin kassasiya şikayətlərinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 81. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı).
82. Məhkəmə kollegiyası İddiaçı MMC-nin kassasiya şikayətinin § 54-56-da göstərilən, MM-nin 404.1 və 404.2-ci maddələrinin pozulmasına dair dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsi müqavilənin işlərin yerinə yetirilməsini tənzimləyən bəndini, tərəflərin mübahisələndirilməyən yazışmalarında ifadə olunan mövqeləri nəzərə alınmaqla təfsir etmiş və hesab etmişdir ki, cavabdeh tərəfindən işlərin yekunlaşdırılması üçün son tarix 2021-ci il 23 mart kimi müəyyənləşdirilməlidir.
83. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin həmin qiymətləndirməsi (bax yuxarıda §40) MM-in 404-cü maddəsinin tələblərinə uyğun olmuşdur. Həmin normada müqavilə şərtləri təfsir olunarkən bütün müvafiq halların, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmaların, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikanın, işgüzar adətlərin, eləcə də tərəflərin sonrakı hərəkətlərinin nəzərə alınması t əsbit olunmuşdur.
84. Kassasiya şikayətinin § 57-61-də qeyd olunan dəlillərinə münsibətdə qeyd olunmalıdır ki, işə baxmış məhkəmələrə tərəflərin nümayəndələri arasında baş tutmuş email və whatsapp yazışmaları təqdim edilmiş, həmin yazışmaların mötəbərliyi iddiaçı və cavabdeh tərəfindən mübahisələndirilməmiş, eyni zamanda, iddiaçının nümayəndəsi apellyasiya instansiyası məhkəməsindəki 2022-ci il 24 may tarixli məhkəmə iclasında verdiyi izahatda işıqlanma üçün zəruri olan materialların və parketin iddiaçı tərəfindən verilməli olduğunu qəbul edərək, ən geci 2022-ci ilin fevralında-şərti olaraq isə 15 fevral tarixində həmin materialların təhvil verildiyini bildirmişdir.
85. Kollegiya həmçinin nəzərə alır ki, iddiaçı kassasiya şikayətində də həmin yazışmaların mötəbərliyini mübahisələndirməmiş, əksinə döşəmə və tavanda quraşdırılması nəzərdə tutulmuş malların iddiaçı tərəfindən gec təqdim edilməsi ehtimalından çıxış edilsə belə, cavabdehin öhdəliyinin icrasının gecikdirilməsinin həmin gecikmədən qaynaqlandığının sübut olunmadığını qeyd etmişdir.
86. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, tərəflər arasında bağlanmış müqavilədə iddiaçının material təqdim etmək öhdəliyi nəzərdə tutulmasa da, sonradan bununla bağlı razılaşma əldə edildiyindən və belə razılaşmanın mövcudluğunu tərəflərdən heç biri mübahisələndirmədiyindən, apellyasiya instansiyası məhkəməsinin müqavilə şərtlərinin təfsiri, eləcə də cavabdehin müqavilə üzrə yerinə yetirilməli olan işlərin cəmi 63 gün gecikdirilməsinə dair gəldiyi nəticə qanuni və əsaslı olmuş, bu zaman kassasiya şikayətində göstərilə n maddi hüquq normalarının pozulmasına yol verilməmişdir.
87. İddiaçının kassasiya şikayətinin § 62-63-də göstərilən dəlillərinə gəldikdə, məhkəmə kollegiyası mübahisələndirilən məsələ ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin qarşılıqlı icrası nəzərdə tutulmadığından, cavabdehin öhdəliklərini gecikdirməsindən asılı olmayaraq iddiaçı öz öhdəliklərini icra etməli idi. İşə baxmış məhkəmələr tərəfindən isə müəyyən olunmuşdur ki, cavabdeh-"xxxx" MMC gecikmə ilə olsa da öhdəliyini icra etmiş, iddiaçı isə müqavilə öhdəliyini icra etməmiş, 114.433 ABŞ dolları məbləğində ödənişi həyata keçirməmişdir.
88. Kassasiya şikayətinin digər dəlilləri işin faktiki hallarına aid olduğundan, MPM-nin 407.2-ci maddəs inin tələbləri (bax §79) baxımından həmin hallara hazırki icraat çərçivəsində qiymət verilmir. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşır.
89. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası cavabdeh (eyni zamanda iddiaçı)-"xxxx" MMC-nin kassasiya şikayətinin dəlilləri ilə aşağıdakı səbəblərdən razılaşmır.
90. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin MM-nin 441.5-ci maddəsinə istinad edilməməsi, həmin maddənin düzgün tətəbiq edilməməsi kimi qiymətləndirilmişdir. MM-nin 441.5-ci maddəsinin tələbinə görə müqavilədə ayrı qayda nəzərdə tutulmadıqda, Məcəllənin 441.2-441.4-cü maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Cavabdeh baxılan iş üzrə podrat müqaviləsində və smet a sənədlərində qarşılıqlı icranın nəzərdə tutulduğunu göstərsə də, bununla bağlı müqavilənin konkret bəndinə istinad edə bilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası müvafiq qiymətləndirməni təkrarlamadan apellyasiya instansiyası məhkəməsinin hazırki işdə müqavilə üzrə qarşılıqlı icranın mövcud olmamasına dair mövqeyi ilə razılaşır (bax yuxarıda §35-37) və kassasiya şikayətinin həmin dəlilini əsassız hesab edir.
91. Cavabdehin kassasiya şikayətinin § 66-da göstərilən dəlili ilə bağlı qeyd olunmalıdır ki, tərəflər arasında bağlanmış podrat müqaviləsinin 8.7-ci bəndinə görə dəbbə pulu yalnız hər hansı tərəf yazılı şəkildə pretenziya təqdim etdiyi halda ödənilir. Pretenziya təqdim edilmədiyi halda dəbbə pulu hesablanmır və ödənilmir. Bu zaman sifarişçi podratçını ödənişin həyata keçiriləcəy i gündən 5 iş günü öncədən xəbərdar etməklə yazılı pretenziyada göstərilmiş dəbbə pulunun məbləğini podratçıya bu müqavilə çərçivəsində görülmüş işlərə görə ödəniləcək məbləğlərdən çıxmaq hüququna malikdir.
92. Apellyasiya instansiyası məhkəməsi İddiaçı MMC-nin iddiasına müqavilənin həmin bəndinin tələbləri baxımından qiymət vermiş və sonuncu tərəfindən dəbbə pulu ilə bağlı yazılı şəkildə pretenziya təqdim edildiyi nəzərə alınaraq, podrat işlərinin müəyyən edilmiş gecikmə günlərinə uyğun olaraq dəbbə pulu tutulmuşdur. Bu zaman məhkəmə cavabdehin kassasiya şikayətində göstərdiyi kimi, iddiaçının emal yazışmasına deyil, yazılı pretenziyasına istinad etmişdir. Belə pretenziya isə cavabdehin də qeyd etdiyi kimi, iddianın qaldırılmasından əvvəl cavabdehə ünvanlanmışdır.
93. MM-in 1.2, 462 və 46 7-ci maddələrinin tələblərinin pozulması barədə dəlilləri ilə bağlı qeyd edilməlidir ki, tərəflər podrat müqaviləsi üzrə işlərin gecikməsinə görə, hər gecikmiş gün üçün konkret məbləğ (1000 manat) müəyyən etmişlər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansyası məhkəməsinin hər iki tərəfin qarşılıqlı razılığı ilə müəyyən etdiyi dəbbə pulu məbləğini azaltmaması qeyd olunan maddi hüquq normalarının pozulması kimi qiymətləndirilə bizməz.
94. Cavabdehin kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3 cü maddəsi). Kollegiya hesab edir ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-nin 14, 77.1, 80, 88-ci maddələrinin tələblərinə əməl edilmiş, işdəki sübutlar ətraflı araşdırılaraq, mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir.
95. Kassasiya şikayətinin işin faktiki hallarının aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı qeyd edilir ki, MPM-in 385-ci maddəsinin tələbinə görə belə dəlillər apellyasiya qaydasında məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Hazırkı icraat çərçivəsində məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və işin hallarının sübut olmaması ilə bağlı dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir.
96. Beləliklə, mə hkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.
97. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayətləri təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 24 may tarixli, 22(103)-324/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanıl sın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: B.F.Qəribov V.T.Həsənov