Məhkəmə qərarları › İş №2-2(102)-64/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-64/2022

25.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-64/2022 25.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pulun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi” tələbinə dair kommersiya işi üzrə iddiaçı tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 14 sentyabr tarixli, 2-2(103)-674/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə ya zılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ

1. Kommersiya qurumunun Dövlət reyestrindən Çıxarışa görə, İddiaçı 05 may 2016-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır.

2. İddiaçı ilə cavabdeh arasında bağlanmış 10 aprel 2018-ci il tarixli, 4-1/18 saylı Podrat müqaviləsinə görə, cavabdeh, iddiaçının təqdim etdiyi tapşırıqlar əsasında layihəyə və smetaya müvafiq olaraq, tərəflər arasında müəyyən edilmiş müddət ərzində Salyan rayonu, "X" kəndində yerləşən İstixana Kompleksinin ərazisində inzibati bina və digər köməkçi sahələr ilə bağlı inşaat-tikinti və digər əlaqəli işləri görməyi, iddiaçı isə cavabdehə bunun müqabilində razılaşdırılmış muzd ödəməyi öhdələrinə götürmüşlər. 3. 03 may 2018-ci il tarixli 23432 saylı və 23433 saylı, 28 avqust 2018-ci il tarixli 29614 saylı və 29615 sayl ı ödəniş tapşırıqlarına görə, iddiaçı tərəfindən 10 aprel 2018-ci il tarixli 4-1/18 saylı müqaviləyə əsasən cavabdehin hesabına müvafiq olaraq 52.983,12 manat, 9.536,96 manat, 37.586,70 manat və 6.765,60 manat, cəmi 106.872,38 manat pul vəsaiti köçürmüşdür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 106.872,38 manat pulun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış 10.04.2018-ci il tarixli, 4-1/18 saylı müqaviləyə əsasən cavabdeh Salyan rayonu, Kürsəngi kəndində yerləşən İstixana Komp leksinin ərazisində inzibati bina və digər köməkçi sahələr ilə bağlı inşaat-tikinti və digər əlaqəli işləri görməyi öz öhdəsinə götürmüşdür. İddiaçı müqavilə öhdəliklərini vaxtlı-vaxtında icra etməsinə baxmayaraq, cavabdeh öz öhdəliklərini yerinə yetirməmişdir və Salyan rayonu, "X" kəndində yerləşən İstixana Kompleksinin ərazisində inzibati bina və digər köməkçi sahələr ilə bağlı inşaat-tikinti və digər əlaqəli işləri icra etməmişdir. İddiaçının cavabdehə ünvanladığı çoxsaylı müraciətlər və yazılı pretenziya məktubu cavabsız və nəticəsiz qalmışdır. İddiaçı tərəfindən cavabdehə ƏDV daxil 106.872,38 manat pulun ödənilməsinə baxmayaraq, cavabdeh heç bir iş görməmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 06 aprel tarixli, e-2-2(113)-1238/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək, 1 06.872,38 manat və 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – Z.Pirverdiyev).

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən 10 aprel 2018-ci il tarixli 4-1/18 saylı müqaviləyə əsasən cavabdehin hesabına 03 may 2018-ci il tarixdə 52.983,12 manat və 9.536,96 manat, 28 avqust 2018-ci il tarixdə isə 37.586,70 manat və 6.765,60 manat, cəmi 106.872,38 manat pul vəsaiti köçürülmüş, lakin cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyini icra etməmişdir.

8. Podrat müqaviləsi iki tərəfin, podratçının və sifarişçinin bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən sifarişçi işi qəbul etmək hüququ və onun razılaşdırılmış mu zdunu ödəmək öhdəliyi, podratçı üçün müqavilədə nəzərdə tutulan işi icra etmək öhdəliyi və onun razılaşdırılmış muzdunun ödənilməsini tələb etmək hüququ yaranır.

9. İddiaçı ilə cavabdeh arasında bağlanmış podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, razılaşdırılmış muzdu cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir.

10. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – "Mülki Məcəllə”) 385.1, 386.1, 442, 448.1, 752.1 və 755-ci maddələrinə istinad etməklə əsaslandırılmışdır.

11. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 14 sentyabr tarixli, 2-2(103)-674/2021 saylı qətnaməsi ilə (hakimlər R.Ə.Qurbanov (sədrlik edən), V.M.Məmmədov və V.Ə.Baxışova) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 06 aprel tarixli, e-2-2(113)-1238/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra edərək, müqavilə üzrə görüləcək işlərin dəyərini əvvəlcədən cavabdehə ödəmiş, lakin sonuncu müqavilə üzrə podrat işlərini həyata keçirməmiş, bu halları təsdiq ed ən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş və üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirməmişdir.

14. Cavabdeh də podratı kəmiyyətcə yerinə yetirmədiyindən, sifarişçi olan iddiaçının müqavilədən imtina etməsi və müqavilə üzrə çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranmışdır.

15. Cavabdehin apelyasiya baxışı zamanı təqdim etdiyi fotoşəkillər, qaimə-fakturalar və “Forma-2” adlandırdığı sənəd iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, birinci instansiya məhkəməsində cavabdeh həmin sənədləri təqdim etməmişdir. Apelyasiya icraatında həmin sənədlərə istinad olunması isə Mülki Prosessual Məcəllənin 371-ci maddəsinin tələblərinə ziddir. Həmin maddəyə görə yeni sübutlar apelyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştira k edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin cavabdeh qeyd olunan maddənin tələblərinə riayət etməmişdir. Həmçinin, həmin sənədlər qəbul edilsə belə, sübut kimi qiymətləndirilə bilməz. Cavabdehin təqdim etdiyi “Forma-2” adlandırdığı sənəd əslində podrat müqaviləsi üzrə smeta olmuş və üzərindən diyircəkli qələmlə xətt çəkilərək, əlyazma ilə “Forma-2” yazılmışdır. Cavabdeh tərəfindən təqdim edilmiş qaimə-fakturalarda isə heç bir seriya nömrəsi qeyd olunmamış və qaimə-fakturaların məhz hazırki işə aidiyyətinin müəyyən olunması mümkün deyildir. Fotoşəkillərdə qeyd olunan tikililərin də məhz cavabdeh tərəfindən inşa edilməsi hər hansı sübutla təsdiq edilmir.

16. Məhkəmə bu qənaət ini Mülki Məcəllənin 752.1, 762.1,762.3, 765-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

17. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsi və işi yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

18. Mülki qanunvericiliyə görə podratçı müqavilə ilə bağlı xərclərin əvəzini ödəməlidir. Lakin Bakı Apelyasiya Məhkəməsinin gəldiyi qənaət ondan ibarət olmuşdur ki, müqavilə üzrə sifarişçinin ödədiyi məbləğ tam məbləğdə qaytarılmalıdır. Mülki Məcəllənin 765-ci maddəsi isə tam məbləğdə qaytarılmanı nəzərdə tutmur.

19. Podrat müqaviləsinə əsasən podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muz d ödəməyi öhdəsinə götürür. Bakı Apellyasiya Məhkəməsi hesab etmişdir ki, sifarişçi podratçıya muzd ödəsə də, podratçı podrat işlərini həyata keçirməmişdir. Halbuki, podratçı tərəfindən podrat işləri həyata keçirilmişdir. Lakin məhkəmə həmin sübutları qəbul etməmişdir.

20. Həmçinin Bakı Apellyasiya Məhkəməsi işə baxarkən MPM-nin 371-ci maddəsini tətbiq etmişdir. Hal-hazırda həmin maddə ləğv edilmişdir və 372.2-ci maddəyə əlavə olunaraq, təsbit olunmuşdur ki, yeni sübutlar və yeni tələblər apelyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Podratçı Bakı Kommersiya Məhkəməsində sübutları vaxtında təqdim etmək imkanında olmamışdır və Kommersiya məhkəməsi sübutlara istinad etmədən və işi hərtərəfli, obyektiv araşdırmadan qətnamə çıxartmışdır. Bu sübutlar (fotoşəkillər, qaimə-fakturalar) Bakı Apellyasiya Məhkəməsində təqdim olunsa da, Apellyasiya Məhkəməsi əvvəlki 371-ci (indiki 372.2) maddəyə istinad edərək sübutları qəbul etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. İş üzrə cavabdeh tərəf apelyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).

24. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

25. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

26. Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür”. “Maddə

762. Podratın nəticələrini qüsursuz icra etmək vəzifəsi 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirm əməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur”. “Maddə

765. Məmulatın qüsuru nəticəsində podrat müqaviləsindən imtina Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur”. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası nın 2021-ci il 14 sentyabr tarixli, 2-2(103)-674/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

28. Cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, yeni sübutlar apelyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Cavabdeh qanunvericiliyin tələblərinə riayət etməmiş, həmin sənədləri birinci instansiya məhkəməsinə təqdim etməməsi səbəbini göstərməmişdir. Qeyd edilənlərə əsasən podratçı Bakı Kommersiya Məhkəməsində sübutları vaxtında təqdim etmək imkanında olmadığı, bu sübutlar (fotoşəkillər, qaimə-fakturalar) Bakı Apellyasiya Məhkəməsinə tə qdim olunsa da, məhkəmə əvvəlki 371-ci (indiki 372.2) maddəyə istinad edərək sübutları qəbul etməməsi barədə cavabdehin dəlilləri əsassız olmaqla, apellyasiya instansiyası məhkəməsinin qanuni qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

29. Həmçinin Apelyasiya Məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, yuxarıda qeyd olunan sənədlər qəbul edilsə belə, sübut kimi qiymətləndirilə bilməz. Belə ki, cavabdehin təqdim etdiyi “Forma-2” adlandırdığı sənəd əslində podrat müqaviləsi üzrə smeta olmuş və üzərindən əlyazma ilə “Forma-2” yazılmışdır. Cavabdeh tərəfindən təqdim edilmiş qaiməfakturalarda isə heç bir seriya nömrəsi qeyd olunmamış və qaimə-fakturaların məhz hazırki işə aidiyyatının müəyyən olunması mümkün deyildir. Fotoşəkillərdə qeyd olunan tikililərin də məhz cavabdeh tərəfindən inşa ed ilməsi hər hansı sübutla təsdiq edilməmişdir.

30. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apelyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 14 sentyabr tarixli, 22(103)-674/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

32. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 14 sentyabr tarixli, 2-2(103)-674/2021 saylı qətnaməsi dəyişdirilmədən saxla nılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar