Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-655/2024 11.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: podrat müqaviləsi, muzd tələbi, pul məbləğinin gecikdirilməsinə görə gecikdirilmiş vaxt üçün illik 5% tələbi (Mülki Məcəllə, maddə 445.7), öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçının Cavabdehə qarşı “müqavilədən irəli gələn borc” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kolle giyasının 2024-cü il 26 iyul tarixli 2-2(103)-702/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Podratçı "xxxx" MMC ilə subpodratçı "xxxx" MMC arasında 2020-ci il 9 iyun tarixli PDL-21/20 nömrəli tikintidə subpodrat müqaviləsi (bundan sonra – “PDL-21/20 nömrəli müqavilə”) bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən, subpodratçı, podratçının tapşırığı ilə, özünün və ya podratçının materiallarından və avadanlıqlarından istifadə etməklə, müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələrdə nəzərdə tutulan konkret tikinti, təmir, quraşdırma, sazlama-işəsalma və sair işlərini həmin əlavələrdə müəyyən olunmuş müddətdə mövcud norma və qaydalara, standartlara və müqavilə şərtlərinə uyğun yerinə yeti rməyi öz öhdəsinə götürür. Podratçı isə görülmüş işləri təhvil götürməyi və müəyyən edilmiş müddətdə şərtləşdirilmiş qiymətlə haqqını ödəməyi öhdəsinə götürür. - 1.2-ci bəndinə əsasən, müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələr, sazişlər, qoşmalar, layihələr, cizgilər (çertyojlar), təsnifatlar, smetalar, razılaşma protokolları, cədvəllər və s. daxil olmaqla bütün sənəd və materialların siyahısından ibarət olur. - 1.3-cü bəndinə əsasən, əlavələrin bu və ya digər adla adlandırılması onların mahiyyətini dəyişmir və əlavələr hər iki tərəfdən imza və möhürlə təsdiqləndikdən sonra qüvvəyə minir. Əlavələr qüvvəyə mindikdən sonra tərəflər arasında görülən işlər barədə tam razılaşmanı əhatə edir. - 3.1-ci bəndinə əsasən, podratçının öhdəlikləri: - subpodratçıdan müqavilə ilə müəyyən olunm uş müddətdə və müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirilmiş işləri təhvil almaq (3.1.6-cı bənd). - subpodratçı tərəfindən yerinə yetirilmiş işlərin dəyərini müqavilə şərtlərinə uyğun olaraq ödəmək (3.1.7-ci bənd). - 5.1-ci bəndinə əsasən, işlərin qiyməti əlavə ilə razılaşdırılır və ödənişi təhvil-təslim aktı (forma 2) əsasında aparılır. - 5.2-ci bəndinə əsasən, işlər üzrə hesablaşma işlərin hər mərhələsinin qəbulundan sonra bir ay müddətində podratçı tərəfindən subpodratçının bank hesabına köçürülməklə aparılır. - 6.1-ci bəndinə əsasən, işlərin hər mərhələsinin və yaxud son nəticəsinin qəbulu tərəflərin görülən işlərin təhvil-təslim aktının imzalanması və subpodratçı tərəfindən 2 nömrəli formanın təqdim edilməsi ilə təsdiq edilir. - 6.2-ci bəndinə əsasən, podratçı, subpodratçı ona iş ləri tam yerinə yetirməsi haqqında rəsmi məlumat verəndən sonra 10 gün ərzində subpodratçının iştirakı ilə yerinə yetirilmiş işləri baxıb qəbul etməli, təhvil-təslim aktını imzalayıb onun bir nüsxəsini subpodratçıya qaytarmalı və yaxud subpodratçıya işlərin qəbul olunmasından əsaslandırılmış imtina təqdim etməlidir. Əgər podratçı həmin müddət ərzində təhvil-təslim aktını imzalamazsa və yaxud əsaslandırılmış imtinanı təqdim etməzsə, işlər subpodratçı tərəfindən tərtib olunan birtərəfli akt əsasında podratçı tərəfindən qəbul edilmiş hesab olunacaqdır.
2. PDL-21/20 nömrəli müqaviləsi üzrə (forma 2) “2020-ci il iyun ayında olan yerinə yetirilmiş işlərin qəbul aktı” adlı sənəddə görülməli olan işlərin ümumi dəyəri 87.472,67 manat müəyyən edilmişdir.
3. PDL-21/20 nömrəli müqavilə üzrə olan 1 nöm rəli əlavədə Astara rayonu, Xıçəso 40 şagirdlik yerlik modul tipli ibtidai məktəbin quraşdırılması ilə bağlı smetası 21.594,44 manat həcmində müəyyən olunmuş, həmin əlavəni hər iki tərəf imzalamış və möhürlə təsdiq etmişdir.
4. PDL-21/20 nömrəli müqavilə üzrə olan 2 nömrəli əlavədə Astara rayonu, Xıçəso 40 şagirdlik yerlik modul tipli ibtidai məktəbin quraşdırılması ilə bağlı smetası 6.164,18 manat olmuş, həmin əlavəni hər iki tərəf imzalamış və möhürlə təsdiq etmişdir.
5. PDL-21/20 nömrəli müqavilə üzrə Astara rayonu, Xiçəso kəndində yerinə yetirilmiş təmir-tikinti işlərinin qəbul aktı üzrə görülmüş işlər ƏDV xaric 21.369 manat müəyyən edilmişdir. 6. 2020-cı il 6 iyul tarixli EBAL987073 nömrəli e-qaiməyə əsasən "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə 25.134,44 manat həcmində işlər görüldüyü qeyd olunmuşdur.
7. Podratçı "xxxx" MMC ilə subpodratçı "xxxx" MMC arasında 2020-ci il 30 iyun tarixli PDL-30/20 nömrəli tikintidə subpodrat müqaviləsi (bundan sonra – “PDL-30/20 nömrəli müqavilə”) bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən, subpodratçı, podratçının tapşırığı ilə, özünün və ya podratçının materiallarından və avadanlıqlarından istifadə etməklə, müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələrdə nəzərdə tutulan konkret tikinti, təmir, quraşdırma, sazlama-işəsalma və sair işlərini həmin əlavələrdə müəyyən olunmuş müddətdə mövcud norma və qaydalara, standartlara və müqavilə şərtlərinə uyğun yerinə yetirməyi öz öhdəsinə götürür. Podratçı isə görülmüş işləri təhvil götürməyi və müəyyən edilmiş müddətdə şərtləşdirilmiş qiymətlə haqqını ödəməyi öhdəsinə götürür. - 1.2-ci bəndinə əsasən, müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələr, sazişlər, qoşmalar, layihələr, cizgilər (çertyojlar), təsnifatlar, smetalar, razılaşma protokolları, cədvəllər və s. daxil olmaqla bütün sənəd və materialların siyahısından ibarət olur. - 1.3-cü bəndinə əsasən, əlavələrin bu və ya digər adla adlandırılması onların mahiyyətini dəyişmir və əlavələr hər iki tərəfdən imza və möhürlə təsdiqləndikdən sonra qüvvəyə minir. Əlavələr qüvvəyə mindikdən sonra tərəflər arasında görülən işlər barədə tam razılaşmanı təşkil edir. - 3.1-ci bəndinə əsasən, podratçının öhdəlikləri: - subpodratçıdan müqavilə ilə müəyyən olunmuş müddətdə və müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirilmiş işləri təhvil almaq (3.1.6-cı bənd). - subpodratçı tərəfindən yerinə yetirilmiş işlərin dəyə rini müqavilə şərtlərinə uyğun olaraq ödəmək (3.1.7-ci bənd). - 5.1-ci bəndinə əsasən, işlərin qiyməti əlavə ilə razılaşdırılır və ödənişi təhvil-təslim aktı (forma 2) əsasında aparılır. - 5.2-ci bəndinə əsasən, işlər üzrə hesablaşma işlərin hər mərhələsinin qəbulundan sonra bir ay müddətində podratçı tərəfindən subpodratçının bank hesabına köçürülməklə aparılır. - 6.1-ci bəndinə əsasən, işlərin hər mərhələsinin və yaxud son nəticəsinin qəbulu tərəflərin görülən işlərin təhvil-təslim aktının imzalanması və subpodratçı tərəfindən 2 nömrəli formanın təqdim edilməsi ilə təsdiq edilir. - 6.2-ci bəndinə əsasən, podratçı, subpodratçı ona işləri tam yerinə yetirməsi haqqında rəsmi məlumat verəndən sonra 10 gün ərzində subpodratçının iştirakı ilə yerinə yetirilmiş işləri baxıb qəbul etməli, təhvil -təslim aktını imzalayıb onun bir nüsxəsini subpodratçıya qaytarmalı və yaxud subpodratçıya işlərin qəbul olunmasından əsaslandırılmış imtina təqdim etməlidir. Əgər podratçı həmin müddət ərzində təhvil-təslim aktını imzalamazsa və yaxud əsaslandırılmış imtinanı təqdim etməzsə, işlər subpodratçı tərəfindən tərtib olunan birtərəfli akt əsasında podratçı tərəfindən qəbul edilmiş hesab olunacaqdır. - 11.2-ci bəndinə əsasən, tərəflərdən hər biri digər tərəfi 30 gün qabaqcadan yazılı formada xəbərdar etməklə müqaviləyə xitam vermək hüququna malikdir.
8. PDL-30/20 nömrəli müqavilə üzrə (forma 2) “2020-ci il iyun ayında olan yerinə yetirilmiş işlərin qəbul aktı” adlı sənəddə görülməli olan işlərin ümumi dəyəri 110.956,78 manat müəyyən edilmişdir.
9. PDL-5/20 nömrəli müqavilə üzrə Astara rayonu, Şə vqo kəndində yerinə yetirilmiş təmir-tikinti işlərinin qəbul aktı üzrə görülmüş işlər ƏDV xaric 60.486 manat müəyyən edilmişdir.
10. PDL-30/20 nömrəli müqavilə üzrə olan 1 nömrəli əlavədə Astara rayonu, Şəvqo kəndi 40 şagirdlik yerlik modul tipli ibtidai məktəbin quraşdırılması ilə bağlı smetası 3.328,69 manat həcmində müəyyən olunmuş, həmin əlavəni hər iki tərəf imzalamış və möhürlə təsdiq etmişdir.
11. PDL-30/20 nömrəli müqavilə üzrə olan 1 nömrəli əlavədə Astara rayonu, Şəvqo kəndi 40 şagirdlik yerlik modul tipli ibtidai məktəbin quraşdırılması ilə bağlı smetası 27.283,55 manat olmuş, həmin əlavəni hər iki tərəf imzalamış və möhürlə təsdiq etmişdir. 12. 2020-cı il 6 iyul tarixli EBAL987259 nömrəli e-qaiməyə əsasən "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə 27.283,55 manat həcmində işlər gö rüldüyü qeyd olunmuşdur.
13. Podratçı "xxxx" MMC ilə subpodratçı "xxxx" MMC arasında 2020-ci il 6 noyabr tarixli PDL-51/20 nömrəli tikintidə subpodrat müqaviləsi (bundan sonra – “PDL-51/20 nömrəli müqavilə”) bağlanmış və həmin müqavilə ilə subpodratçı, podratçının tapşırığı ilə, özünün və ya podratçının materiallarından və avadanlıqlarından istifadə etməklə, müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələrdə nəzərdə tutulan konkret tikinti, təmir, quraşdırma, sazlama-işəsalma və sair işlərini həmin əlavələrdə müəyyən olunmuş müddətdə mövcud norma və qaydalara, standartlara və müqavilə şərtlərinə uyğun yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. Podratçı isə görülmüş işləri təhvil götürməyi və müəyyən edilmiş müddətdə şərtləşdirilmiş qiymətlə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Həmin mü qaviləyə əsasən, müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələr, sazişlər, qoşmalar, layihələr, cizgilər (çertyojlar), təsnifatlar, smetalar, razılaşma protokolları, cədvəllər və s. daxil olmaqla bütün sənəd və materialların siyahısından ibarət olur. 14. 2020-cı il 10 avqust tarixli EBAN463437 nömrəli e-qaiməyə əsasən "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə 11.800 manat həcmində, 2020-ci il 8 dekabr tarixli EBAT593447 nömrəli e-qaimə üzrə 24.127,20 manat həcmində və 2020-ci il 22 dekabr tarixli EBAV229390 nömrəli e-qaimə üzrə 17.930,43 manat həcmində işlər görüldüyü qeyd olunmuşdur.
15. PDL-51/20 nömrəli müqavilə üzrə smetaya əsasən işlərin ümumi dəyəri 110.112,61 manat təşkil etmişdir.
16. PDL-51/20 nömrəli müqavilə üzrə olan 1 nömrəli əlavədə Lerik rayonu, Loda kəndi 20 şagirdlik yerli k modul tipli ibtidai məktəbin quraşdırılması ilə bağlı smetası 53.857,67 manat olmuşdur.
17. PDL-51/20 nömrəli müqavilə üzrə Lerik rayonu, Loda kəndində yerinə yetirilmiş təmir-tikinti işlərinin qəbul aktı üzrə görülmüş işlər əlavə işlər ƏDV xaric 64.251 manat müəyyən edilmişdir.
18. PDL-51/20, PDL-21/20 və PDL-30/20 nömrəli müqavilələr üzrə 2021-ci il 21 aprel tarixində tərtib edilmiş yekun üzləşmə aktı ilə PDL-51/20 nömrəli müqavilə üzrə qalıq borc 12.799,47 manat, PDL-21/20 nömrəli müqavilə üzrə qalıq borc 2.223,88 manat və PDL30/20 nömrəli müqavilə üzrə qalıq borc 2.820,94 manat borc qaldığı və akt hər iki tərəfin imza və möhürü ilə təsdiqlənmişdir.
19. PDL-51/20, PDL-21/20 və PDL-30/20 nömrəli müqavilələr üzrə 2021-ci il 21 aprel tarixli yekun üzləşmə aktı olan 1 nömrəli əlavəyə əsas ən Astara rayon Xıçəso kənd 40 yerlik modul tipli məktəbin tikintisi üzrə bütün işlər yerinə yetirilmiş, məktəb direktorundan heç bir irad olmadığı, Astara rayon Şəvqo kənd 40 yerlik modul tipli məktəbin tikintisi üzrə su çəni doldurulmadığı və kombinin qoşulmadığı, qalan bütün işlər yerinə yetirildiyi, Lerik rayon Loda kənd 20 yerlik kənd məktəbinin tikintisi üzrə işlər yerinə yetirildiyi, amma göstərilən qüsurlar aradan qaldırılmalı olduğu qeyd olunmuşdur (qüsurlar - istinad divarlarının bəzi yerləri yenidən suvanmalı və emulsiya ilə rənglənməli, beton yol və səkinin üstündən sement qum məhlulu ilə hamarlayıcı qatın verilməsi, girişdə sol tərəfdə yaşıllıq sahəsi betonlanmalı, pilləkəndə qopmuş aqlay daşları bərpa olunmalı, aqlay tinləri və metal məhəccər uduqları cilalanmalı, metal hasar da qüsurlar aradan qaldırılmalı və rənglənməli, sınmış bordürlər düzəldilməli, kombi otağının sökülüb, yenidən layihəyə uyğun quraşdırılmalı, su axıdan borunun çıxışı 15m məsafəyə uzadılmalı, daxildə döşəməyə linonium vurulmalı, təmizlik işləri aparılmalı). Həmçinin "xxxx" MMC-nin nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilmiş qeydə əsasən 6.800 manat məbləğ müqabilində qeyd olunan bütün qüsurları 12 gün müddətində aradan qaldırmağı və obyektləri tam təhvil verilməsi öhdəliyi götürülmüşdür. 20. "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə Astara rayonu Xiçəsu kəndində yerləşən məktəbə görə 3.000 manat və 18.300,37 manat; Astara rayonu Şəvqo kəndində yerləşən məktəb üzrə 23.121,65 manat; Lerik rayonu Loda kəndində yerləşən məktəb üzrə isə 10.000 manat, 20.446,79 manat və 15.195,26 manat ödəni şlər edilmişdir (2024-cü il 18 aprel tarixli bank hesabından çıxarış). İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
21. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) 2023-cü il 12 oktyabr tarixində Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi, bundan sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək: - iddiaçı ilə cavabdeh arasında imzalanmış PDL-21/20, PDL-30/20 və PDL-52/20 nömrəli müqavilələrin ləğv edilməsi; - cavabdehdən iddiaçının xeyrinə PDL-21/20 nömrəli müqavilə üzrə Astara rayonu, Xiçəsu kəndində 40 şagirdlik modul tipli ibtidai məktəbin tikinti-quraşdırma işlərinə görə smeta dəyəri üzrə ƏDV daxil 62.338,23 manat və əlavə xərclərə görə ƏDV daxil 25.215,42 manat, gecikdirilmiş müddət üçün illik 5% hesablanmaqla 13.524 manat, cəmi 101.077,65 manat; - PDL-30/20 nömrəli müqavilə üzrə Astara rayonu, Şəvqo kəndində 40 şagirdlik modul tipli ibtidai məktəbin tikinti-quraşdırma işlərinə görə smeta dəyəri üzrə ƏDV daxil 80.344,54 manat və əlavə xərclərə görə ƏDV daxil 71.373,48 manat, gecikdirilmiş müddət üçün illik 5% hesablanmaqla 23.003 manat, cəmi 174.721,02 manat; - 2020-ci il 6 noyabr tarixli PDL-52/20 nömrəli tikintidə subpodrat müqaviləsi üzrə Lerik rayonu, Loda kəndində 20 şagirdlik modul tipli ibtidai məktəbin tikinti-quraşdırma işlərinə görə smeta dəyəri üzrə ƏDV daxil 52.124,98 manat və əlavə xərclərə görə ƏDV daxil 75.816,18 manat, gecikdirilmiş müddət üçün illik 5 % hesablanmaqla 17.099 manat, cəmi 145.040,16 manat borc, ödənilmiş 400 manat mediasiya xərci və 310 manat dövlət rüsumunun tutu lmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
22. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə "xxxx" MMC (indiki – iş üzrə cavabdeh) arasında bağlanmış PDL-21/20, PDL-30/20 və PDL-51/20 nömrəli müqavilələrə əsasən, ardıcıllığa uyğun olaraq iddiaçı Astara rayonunun Xiçəsu və Şəvqo kəndlərində, Lerik rayonun Loda kəndində modul tipli ibtidai məktəb binalarının tikinti-təmir işlərini həyata keçirməli, cavabdeh isə həmin məktəblərə görə ödənişləri etməlidir. Tərəflər arasında bağlanmış subpodrat müqavilələrinə əsasən cavabdehin yerinə yetirilmiş işlərin dəyərini müqavilə şərtlərinə uyğun ödəmək öhdəliyinin mövcud olmasına baxmayaraq, cavabdeh smeta dəyəri üzrə müəyyən miqdarda ödənişlər etsə də, qalan borcları ödəməmiş və öhdəliklərin icrasından məqsədli şəkildə yayınmışdır. Müqavilələrin 6.1-ci bəndinin tələbinə görə, işlər forma 2 və təhvil təslim aktı əsasında təhvil verilməlidir. Müəyyən mərhələlər üzrə cavabdeh tərəfindən sənədlər imzalansa da, sonradan işlərin bitib təhvil verilməsi mərhələsində cavabdeh qərəzli olaraq təqdim edilən forma 2 və təhvil təslim aktlarını imzalamaqdan boyun qaçırmışdır. Çəkilmiş əlavə xərclər barəsində də cavabdehə aktlar təqdim olunmuş, lakin cavabdeh həmin sənədləri də imzalamaqdan yayınmışdır. Müqavilələrin 6.2-ci bəndinin tələbinə görə, podratçı, subpodratçı ona işləri tam yerinə yetirməsi haqqında rəsmi məlumat verəndən sonra 10 gün ərzində Subpodratçının iştirakı ilə yerinə yetirilmiş işləri baxıb qəbul etməli, təhvil-təslim aktını imzalayıb onun bir nüsxəsini subpodratçıya qaytarmalı və yaxud subpodratçıya işlərin qəb ul olunmasından əsaslandırılmış imtina təqdim etməlidir. Əgər podratçı həmin müddət ərzində təhvil-təslim aktını imzalamazsa və yaxud əsaslandırılmış imtinanı təqdim etməzsə, işlər subpodratçı tərəfindən tərtib olunan birtərəfli akt əsasında podratçı tərəfindən qəbul edilmiş hesab olunacaqdır.
23. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək bildirmişdir ki, subpodrat müqaviləsi üzrə görüləcək iş və xidmətlərin, həmçinin alınacaq materialların qiymətləri müqavilələrin ayrılmaz tərkib hissələri olan əlavə razılaşma protokolları ilə tərəflər arasında razılaşdırılaraq rəsmiləşdirilmişdir. Əlavə olaraq tərəflər arasında müqavilələr üzrə daim üzləşmələr aparılmış, şəxsən iddiaçının direktoru X1 tərəfindən imzalanmış və möhürlənmişdir. Cavabdeh tərəfindən öhdəliklərin tam icra edilməsi, iddiaç ıya qeyd olunan müqavilələr üzrə heç bir borcun qalmadığı barədə üzləşmə aktı və ayrılıqda borcun olmaması barədə etiraflar rəsmiləşdirilmişdir. Həmçinin müqaviləyə əsasən, subpodratçı qarşısında öhdəliklər tam icra edilmiş və müqavilə üzrə tərəflər arasında əvvəlcədən razılaşdırılan məbləğ nəzərdə tutulan həcmdə subpodratçının müqavilədə göstərilən rekvizitləri üzrə və kəsdiyi e-qaimələr əsasında bank hesablarına köçürülmüşdür. İddiaçı tərəfindən bu günədək kəsilmiş e-qaimələr üzrə tam ödəniş həyata keçirilmiş və ödənilməmiş vəsait qalmamışdır.
24. İddiaçının vəsatəti əsasında məhkəmə tərəfindən təyin edilmiş kompleks məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2024-cü il 28 fevral tarixli 3-16-16/210 /9943 nömrəli ekspert rəyində aşağıdakılar göstərilmişdir: - Astara rayonu, Xiçəsu kəndində yerləşən məktəb üzrə aparılmış təmir-tikinti işlərinə sərf olunmuş vəsaitin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 73.416 manat məbləğində, əlavə təmir-tikinti işlərinə sərf olunmuş vəsaitin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 21.369 manat məbləğində olduğu; - Astara rayonu, Şəvqo kəndində yerləşən məktəb üzrə aparılmış təmir-tikinti işlərinə sərf olunmuş vəsaitin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 93.318 manat (ƏDV-siz və əmtəə əşyaları nəzərə alınmadan) məbləğində, əlavə təmir-tikinti işlərinə sərf olunmuş vəsaitin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 60.486 manat məbləğində olduğu; - Lerik rayonu, Loda kəndində yerləşən məktəb üzrə aparılmış təmir-tiki nti işlərinə sərf olunmuş vəsaitin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 92.669 manat (ƏDV-siz və əmtəə əşyalara nəzərə alınmadan) məbləğində, əlavə təmir-tikinti işlərinə sərf olunmuş vəsaitin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 64.251 manat məbləğində olduğu müəyyən edilmişdir.
25. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 6 may tarixli e-2-2(113)319/2024nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək: - iddiaçı ilə cavabdeh arasında bağlanmış PDL-21/20, PDL-30/20 və PDL-51/20 nömrəli müqavilələrin 2023-cü il 30 iyun tarixindən ləğv olunmuş hesab edilməsi; - cavabdehdən PDL-21/20 nömrəli müqavilə üzrə Astara rayonu, Xiçəsu kəndində 40 şagirdlik modul tipli ibtidai məktəbin tikinti-quraşdırma işlərinə görə smeta dəyəri ƏDV daxil 61.496,40 manat; əlavə xərclərə görə Ə DV daxil 25.215 manat, borcun gecikdirilməsinə görə 13.524 manat faiz borcu; - PDL-30/20 nömrəli müqavilə üzrə Astara rayonu, Şəvqo kəndində 40 şagirdlik modul tipli ibtidai məktəbin tikinti-quraşdırma işlərinə görə smeta dəyəri üzrə ƏDV daxil 80.344,54 manat, əlavə xərclərə görə ƏDV daxil 71.373,48 manat, borcun gecikdirilməsinə görə 23.003 manat faiz borcu; - PDL-52/20 nömrəli müqavilə üzrə Lerik rayonu, Loda kəndində 20 şagirdlik modul tipli ibtidai məktəbin tikinti-quraşdırma işlərinə smeta dəyəri üzrə ƏDV daxil 52.124,98 manat, əlavə xərclərə görə ƏDV daxil 75.816,18 manat, borcun gecikdirilməsinə görə 17.099 manat faiz borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 710 manat tutularaq iddiaçıya ödənilməsi; - məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat pu lun cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir (hakim – G.Namazova).
26. Məhkəmə borc məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair iddia tələbi ilə əlaqədar göstərmişdir ki, cavabdehin nümayəndəsi məhkəmə iclaslarında qeyd olunan məktəbləri iddiaçının deyil, cavabdeh şirkətin özünün tikdiyi bildirmişdir. Lakin həmin məktəblərin cavabdeh tərəfindən və ya hətta iddiaçı deyil, başqa şirkət tərəfindən tikilməsini təsdiq edən hər hansı sənəd (sənədlərin sayının çoxluğuna istinad edərək) məhkəməyə ümumiyyətlə təqdim edilməmişdir. Buna görə də məhkəmə cavabdehin bu cür arqumentini əsassız və sadəcə borcun ödənilməsindən yayınmaq məqsədi ilə irəli sürüldüyü qənaətə gəlmişdir.
27. Xidmətlərin göstərilmədiyi halda, cavabdeh iddiaçı tərəf indən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən olunmuş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırki işdə bu hal mövcud olmadığına görə bu hal cavabdeh tərəfindən xidmətin qəbul edilməsi mənasına gəlmişdir. Həmçinin cavabdeh tərəfindən bunun əksini təsdiq edən hər hansı bir sübut təqdim olunmamışdır.
28. Məhkəmə tərəfindən təyin olunmuş məhkəmə-tikinti ekspertizasının nəticəsi olaraq verilmiş rəydən də görünür ki, tərəflər arasında bağlanmış müqavilələrə müvafiq olaraq adıçəkilən ünvanlarda məktəblər tikilmiş, təmir-tikinti işlərinə sərf olunmuş vəsaitin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərləri (bax § 24) müəyyən olunmuşdur. Buna görə də məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymə tləndirərək hesab etmişdir ki, PDL-21/20 nömrəli müqavilə üzrə Astara rayonu, Xiçəsu kəndində 40 şagirdlik modul tipli ibtidai məktəbin tikinti-quraşdırma işlərinə görə smeta dəyəri ƏDV daxil 61.496,40 manat (ekspert rəyinə əsasən ƏDV-siz məbləğ 73.416 manat – 21.300,37 manat (Astara rayonu, Xiçəsu kəndində olan məktəbə görə ödəniş məbləği) = 52.115,63 manat + 18%ƏDV); əlavə xərclərə görə ƏDV daxil 25.215 manat; PDL-30/20 nömrəli müqavilə üzrə Astara rayonu, Şəvqo kəndində 40 şagirdlik modul tipli ibtidai məktəbin tikinti-quraşdırma işlərinə görə ödəniş məbləğləri çıxılmaqla smeta dəyəri üzrə ƏDV daxil 80.344,54 manat, əlavə xərclərə görə ƏDV daxil 71.373,48 manat; PDL52/20 nömrəli müqavilə üzrə Lerik rayonu, Loda kəndində 20 şagirdlik modul tipli ibtidai məktəbin tikinti-quraşdırma işləri nə görə ödəniş məbləğləri çıxılmaqla smeta dəyəri üzrə ƏDV daxil 52.124,98 manat, əlavə xərclərə görə ƏDV daxil 75.816,18 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
29. Həmçinin məhkəmə İddiaçı tərəfindən əsas borcun gecikdirilməsinə görə cavabdehə hesablanmış illik beş faiz borca dair iddia tələbini əsaslı hesab etmişdir.
30. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 421.1-421.3, 445.7. 752.1, 753.1, 760.2 və 769-cu maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə qaydaları"nın 1.2, 3.1, 3.2, 3.3 və 3.4-cü bəndlərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Ple numunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli və "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli qərarlarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 77.1 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
31. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraa t
32. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 26 iyul tarixli 2-2(103)-702/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – Z.Şirinov və V.Baxışova).
33. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmışdır. Eyni zamanda, cavabdehin öz etirazının əsası kimi istinad etdiyi hallarla apellyasiya şikayətində göstərilən dəlillərin eyni olduğu, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə qiymət verildiyi, kollegiyanın məhkəmənin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə tam razı olması nəzərə alınaraq, işin halları, həmçinin maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və birinci instansiya məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurətin olmaması qənaətinə gəlinmişdir.
34. Əlavə olaraq apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında PDL-21/20, PDL-30/20 və PDL-52/20 nömrəli müqavilələrin bağlanması və həmin müqavilələrdə qeyd olunan modul tipli məktəblərin tam inşa olunması işin mübahisəsiz halları olmuşdur. Cavabdeh smeta və təhvil-təslimlə bağlı sənədlərin təqdim olunmadığ ına istinad etsə də, məhkəmə iclasında onun nümayəndəsi etiraf etmişdir ki, iddiaçının təqdim etdiyi 2021-ci il 21 aprel tarixli yekun üzləşmə aktı tərtib olunmuş, sonradan onun birinci səhifəsi dəyişdirilmiş və ikinci variantda hər hansı rəqəmlər deyil, bütövlükdə layihənin başa çatdığı qeyd edilmiş, həmin aktın ikinci variantı cavabdeh tərəfindən təqdim olunmuşdur.
35. İddiaçının nümayəndəsi həmin aktın birinci səhifəsinin dəyişdirilməsini və ikinci variantda tərtib olunmasını qəbul etməmiş və bunun onların iştirakı olmadan edildiyini bildirmişdir. Eyni zamanda, həmin aktların hər iki variantının ikinci səhifəsi eyni məzmunda olmuş və orada “qeyd edilən məbləğ” ifadəsindən istifadə edilmiş, lakin cavabdehin təqdim etdiyi aktın nüsxəsində hər hansı məbləğ qeyd olunmamışdır. Bu baxımdan, k ollegiya yalnız həmin aktın iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş nüsxəsinin mötəbər sübut kimi qəbul oluna bilməsi qənaətinə gəlmişdir. Həmin 2021-ci il 21 aprel tarixində tərtib edilmiş və hər iki tərəfin imza və möhürü ilə təsdiq olunmuş aktda isə göstərilmişdir ki, PDL-51/20 nömrəli müqavilə üzrə Lerik rayonu Loda kənd 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılmasının (13x7,2 m) smeta dəyəri 93.315,77 manat təşkil etmişdir. İddiaçı tərəfindən təqdim olunmuş həmin müqaviləyə dair smetada da həmin məbləğ göstərilmiş, lakin həmin smeta cavabdeh tərəfindən imzalanmamış və möhürlə təsdiq edilməmişdir. Göründüyü kimi, tərəflər arasında olan işgüzar münasibətlərdə smeta təsdiq olunmadan da işlərin görülməsi həyata keçirilmişdir. Bundan əlavə, həmin fakt iddiaçının ist inad etdiyi halların, yəni cavabdehin müəyyən sənədlərin imzalanmasından yayınmasını da təsdiq etmişdir.
36. Həmin müqavilələrdə göstərilən modul tipli məktəblərin cavabdehin özü və ya digər şəxs (şəxslər) tərəfindən tikilməsini təsdiqləyən sübutların təqdim edilmədiyini və iş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının 2024-cü il 28 fevral tarixli 10/9943 nömrəli rəyinə əsasən işlərin görülməsinin təsdiq olunduğunu nəzərə alaraq, kollegiya hesab etmişdir ki, iddiaçının təqdim etdiyi PDL-21/20 nömrəli müqaviləyə aid 2020-ci il iyun ayında olan yerinə yetirilmiş işlərə dair akt (forma 2), ƏDV xaric 21.369 manat dəyərində işlərin görülməsi barədə qəbul aktı, PDL-30/20 nömrəli müqaviləyə aid 2020-ci il iyun ayında olan yerinə yetirilmiş işlərə dair akt (forma 2) və PDL-51/20 nömr əli müqaviləyə aid dəyəri ƏDV ilə birgə 110.112,61 manat və 53.857 manat olan smetalar, ƏDV xaric 60.486 manat dəyərində işlərin görülməsi barədə qəbul aktı, ƏDV xaric 64.215 manat dəyərində işlərin görülməsi barədə qəbul aktı cavabdeh tərəfindən təsdiq olunmasa da, həmin sənədlərdə göstərilən tikinti işləri iddiaçı tərəfindən yerinə yetirilmişdir.
37. İş üzrə keçirilmiş həmin ekspert rəyinin şübhə altına alınması üçün əsaslar mövcud olmamışdır. Rəydən görünür ki, ekspert tərəfindən 2024-cü il 15 və 16 fevral tarixlərində tədqiqat obyektlərinə baxış keçirilmiş, onların fotoşəkilləri çəkilmiş, aparılmış tədqiqat və hesablamalar ətraflı təsvir olunmuşdur. Eyni zamanda, cavabdeh həmin rəyi mübahisələndirsə də, rəydəki hər hansı ziddiyyətli məqamlara və ya digər konkret dəlillərə istinad etm əmişdir. Kollegiya iddiaçının təqdim etdiyi sənədlərin həqiqiliyi ilə bağlı dəlillərə dair qeyd etmişdir ki, məhkəmə iclasında iddiaçının nümayəndəsi tərəfindən həmin sənədlərin əsilləri təqdim edilmiş və onlara baxış keçirilmişdir.
38. Cavabdehin istinad etdiyi prosessual normaların pozulmasına dair qeyd edilmişdir ki, iş üzrə tərəfin verdiyi vəsatətlərin təmin olunmaması prosessual pozuntu kimi qiymətləndirilə bilməz. Belə ki, məhkəmənin vəzifəsi verilmiş vəsatətə münasibət bildirməkdən ibarətdir, həmin vəsatətin təmin edilib-edilməməsi isə işin hallarından asılı olaraq məhkəmənin səlahiyyətinə aid olan məsələdir.
39. MM-in 754-cü maddəsinin tələblərinin pozulması barədə dəlillər də əsaslı olmamışdır. Belə ki, iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, dağ yolları ilə ağır yüklü texnikaların hərəkətində çətinliklər və təhlükələr yarandığı üçün yüklərin az miqdarda daşınması, əllə yüklənib-boşaldılması və yolların düzəldilməsinə zərurət yaranmış, buna görə əlavə xərclər yaranmışdır. İş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının 2024-cü il 28 fevral tarixli 10/9943 nömrəli rəyindən də müəyyən edilmişdir ki, əlavə işlər əsasən tikinti materiallarının daşınması ilə əlaqədar yaranmışdır. Eyni zamanda, tikinti işlərinin Astara və Lerik rayonlarının dağ kəndlərində aparıldığı işin mübahisəsiz halı olmuşdur. Qeyd olunan halları və MM-in 754-cü maddəsinin dispozisiya şərtlərinin nəzərə alan kollegiya hesab etmişdir ki, əlavə xərclərin dəyəri ödənilməlidir. Çünki, iddiaçı tərəfindən artıq xərclərin əvvəlcədən nəzərdə tutmaması ağlabatan olmuşdur. Eyni zamanda, cavabdehin bundan məlumatsız olması inandırıcı olmamış, bununla yanaşı o, müqavilələrə xitam verməmişdir.
40. Tərəflər arasında bağlanmış müqavilələrdə də iddiaçının öhdəliklərinin icrası müddətləri müəyyən olunmuşdur. Cavabdeh isə iddiaçı tərəfindən həmin müddətlərin pozulması ilə bağlı sübutlar təqdim etməmişdir. Belə olan halda, MM-in 445.7-ci maddəsində nəzərdə tutulmuş faiz borcunun həmin müddətlərə uyğun hesablanması düzgün olmuşdur.
41. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 427.1-427.3, 445.7, 752.1, 753.1 və 754-cü, MPM-in 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
42. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin tam rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
43. MM-in 754-cü maddəsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” qərarı üzrə - Məhkəmə MM-in 754-cü maddəsini yanlış tətbiq etmişdir. İddiaçı artıq xərclər barədə sifarişçiyə heç bir məlumat vermədən, birbaşa ödəniş tələb etmişdir. Bu da sözügedən normanın tələblərinə uyğun gəlmir. Ali Məhkəmənin "xxxx" MMC işi üzrə 2019-cu il 27 fevral tarixli qərarında da vurğulanmışdır ki, təqribi smetadan kənara çıxma barədə sifarişçiyə əvvəlcədən məlumat verilmədikdə, həmin əlavə xərclərin ödənilməsi mümkün deyil. İddiaçı bu qeyd olunanlara əməl etməmiş və məhkəmə prosesi zamanı bu hal nəzərə alınmamışdır.
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini n 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli qərarı üzrə - İddiaçı müqavilələr üzrə 2020-ci ildən bu günədək cavabdehə heç bir rəsmi sənədlə nəinki işləri təhvil verməmiş, hər hansı kənara çıxma ilə bağlı da müraciət etməmişdir. Tərəflər arasında hər hansı təhvil-təslim olmamışdır. Məhkəmə qeyd olunanları müəyyənləşdirməmiş və gəldiyi nəticəni əsaslandırmamışdır.
45. MPM-in 218.2-ci maddəsi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şərh edilməsi haqqında” 2012ci il tarixli qərarı üzrə - İşin araşdırılması zamanı təyin olunmuş ekspertiza prosesi zamanı ciddi qanun pozuntularına yol verilmişdir. Belə ki, ekspertiza zamanı tərəflərin işt irakı təmin edilməmiş və ekspertin rəyi obyektivliyini itirmişdir. Buna görə də prosesin şəffaflığı qorunmamışdır və qərar qanunsuz sayılmalıdır. Həmçinin Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında da qeyd olunduğu kimi, tərəflərin iştirakı olmadan verilmiş rəy hüquqi əsası olmayan sənəd sayılır və məhkəmə prosesi zamanı qəbul edilməməlidir.
46. Məhkəmələr 2024-cü il 28 fevral tarixli 10/9943 nömrəli ekspert rəyinə istinad edərək, məktəbin tikintisinə sərf edilmiş xərclərə əsasən məbləği təmin etsə də, iddianı təmin edərkən mübahisəli ekspert rəyinə istinad etmişlər. Lakin ekspertiza təyin edilərkən iddiaçının vəsatətinə qarşı cavabdehin etiraz və ərizəsi, rəyin özünə verilmiş etirazlar, ekspertin dindirilməsi, və s. barədə ərizə və vəsatətlər təmin edilməmiş və qeyd olunan lara qətnamədə münasibət bildirilməmişdir. 47. 2024-cü il 19 yanvar tarixində məhkəməyə təqdim olunmuş 2024-cü il 9 yanvar tarixli ekspert vəsatətindən görünür ki, tərəflərin iştirakı ilə tədqiqi ekspertizanın aparılması üçün 2024-cü il 16 fevral tarixində saat 10:00-a baxış keçirilməsi barədə vəsatət verilmişdir. Ekspertizanın hansı sənədlər üzrə aparılması məlum deyil. Qısa müddət, yəni iki gün ərzində dağlıq ərazidə 3 ayrı kənddə yerləşən məktəblərin qiymətləndirilməsi və əraziyə gediş üçün vəsatətə əsasən təyin edilən vaxtda əraziyə gəlmədən rəydə tədqiqat keçirilməsinin qeyd edilməsi aşkar pozuntu olmaqla həqiqəti əks etdirmir. Çünki rəydə qeyd olunan tarixlərdə (2024-cü il 15 fevral və 16 fevral) həmin kənd ərazilərinə hər hansı ekspertin gəlməsi məktəblərin məsul şəxsləri tərəfindən təsdiq edilməmişdir. Ekspert kənar şəxslər tərəfindən çəkilmiş məktəblərin fotoşəkillərini işə əlavə etməklə özünün hadisə yerində olmağına işarə etmişdir. Halbuki, fotoşəkillərin çəkilmə tarixi, çəkilən aparatın markası, tərəflərin (ən azı iddiaçının) məktəbləri təqdim etməsini əks etdirən məlumatlar qeyd edilməmişdir. Ekspert verilmiş rəydə məktəblərin kimin tərəfindən tikilməsini müəyyən etməmişdir. Rəyin özünün “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri pozulmaqla aparılmasına dair ərizəyə də məhkəmə qiymət verməmişdir.
48. Kassator şikayətinin digər bölməsində bildirir ki, iddiaçı iddiasını və borcun yaranmasını təsdiq edən heç bir sənəd, o cümlədən müqavilə, qiymət razılaşması, təhvil təslim aktları; cavabdehə göndərilmiş, lakin ödənilm əmiş, hətta geri qaytarılmış, dəyişdirilmiş e-qaimə təqdim edilmədən, dövlət satınalması üzrə tikilmiş modul tipli məktəbin inşası üzrə əsassız olaraq çəkdiyi xərclərin tələbi ilə bağlı cavabdehə qarşı iddia qaldırmışdır. Məhkəmədə cavabdeh tərəfindən tələb olunmasına baxmayaraq, borcun yaranmasını dolayısı ilə də təsdiq edə biləcək hər hansı sənəd (işlərin hansı şəkildə görülməsi, material alışı, tərəfdaşlıq müqavilələri, əmək haqqı ödənişləri və s. sənədlər) məhkəməyə təqdim edilməmişdir. İddiaçı smeta üzrə alınmış materialların alınmasını təsdiq edən sənədlər də təqdim olunmamışdır. İddiaçının işləri tək, yəni 1 direktorla bənna, qaynaqçı, suvaqçı, mühəndis, elektrik və s. kimi işləri necə həyata keçirdiyi sual olunur. Cavabdeh isə tikinti lisenziyasına malik və 2017-ci ildən dövlət sif arişlərini icra edən, o cümlədən Respublika ərazisində 500-dən çox modul tipli məktəbin quraşdırılması üzrə dövlət satınalmalarında qalib olaraq, işləri müvəffəqiyyətlə yerinə yetirmiş şirkətdir.
49. İddiaçı tərəf borcun yaranmasını təsdiq edən təhvil-təslim aktları və ya müqavilə öhdəliklərinin icrasını təsdiqləyən sənədlər təqdim etmədən iddia qaldırmışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi sübutların mövcud olmamasına baxmayaraq, iddianı qismən təmin etmiş, apellyasiya məhkəməsi isə MPM-in 77-ci maddəsinə zidd olaraq həmin məhkəmə aktını qüvvədə saxlamışdır.
50. Tərəflər arasında rəsmiləşdirilmiş iddiaçı ilə cavabdeh arasında imzalanmış PDL-21/20, PDL-30/20 və PDL-52/20 nömrəli müqavilələr üzrə MM-in tələblərinə uyğun olaraq cavabdeh öz öhdəliklərini tam icra etmiş, əksinə i ddiaçı isə öhdəliklərini tam olaraq yerinə yetirməmişdir. Bu günədək nəinki aldığı vəsaitlərin müqabilində işləri təhvil verməmiş hətta məktəbin daxilindən bir sıra avadanlıqları oğurlamış, müxtəlif bəhanələrlə şəxsi borclarının yaranma səbəbini məktəb üzrə sərf etdiyi artıq xərclərin ona ödənilməməsini iddia etmişdir. Lakin dəfələrlə yaranış xərclərin nəinki əsassız olması, tərəflər arasında razılaşdırılmaması ona bildirilmiş hətta hansı borcların və hansı işlər əsasında yaranmasını təsdiq edən sənədlər və işləri təsdiq edən hər hansı sənədin müzakirə üzün təqdim edilməsi bildirilsə də iddiaçı hər dəfə müxtəlif rəqəmlər iddia edərək hər hansı sənəd bu günədək təqdim etməmişdir. Bu barədə hazırkı məhkəmə prosesinə məhkəməyə təqdim etdiyimiz yazılı ərizə, şifahi formada da hər iclasda ünv anlasa da hakim əsassız şəkildə ərizəni təmin etməmiş, heç məhkəmə aktında da bu barədə qeyd etməmişdir.
51. Məhkəmə icraatı zamanı cavabdehin verdiyi ərizə və vəsatətlər əsassız olaraq təmin olunmamışdır. Qarşı tərəfin təqdim etdiyi sənədlərin həqiqiliyi şübhəli olduğu üçün əyani baxış keçirilməsi tələb olunmasına baxmayaraq, həmin tələb təmin olunmamışdır. Həmçinin, sənədlərin saxtalaşdırılmasına kifayət qədər əsaslar olduğu üçün məhkəmə ekspertizasının təyin edilməsi barədə cavabdehin 2 ayrı vaxtda verdiyi ərizələrin biri qanunsuz əsaslandırma ilə rədd edilmiş, digərinə isə münasibət bildirilməmişdir. Mövcud olmayan və hansı tarixlərdə, hansı məbləğlərdə olduğu sual edilən qaimələrə əsasən nəticəyə gəlinmişdir. Halbuki hər bir e-qaimə elə məhkəmə aktında da qeyd edilən kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli qərarı ilə təsdiq olunmuş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə qaydaları”na əsasən ilkin uçot sənədidir, yəni o həm elektron portalda qalır, həm də iddiaçı mühasibat sənədlərində saxlamalı idi.
52. Məhkəmə prosesi zamanı cavabdeh tərəfin təqdim etdiyi sübutlar tam araşdırılmamış və yalnız iddiaçının mövqeyi nəzərə alınmışdır.
53. Apellyasiya məhkəməsi gəldiyi nəticəni “Elektron qaimə fakturanın tətbiqi, uçotu və istifadəsi qaydaları”na istinad etməklə əsaslandırmış, lakin dəfələrlə tələb olunsa da, qaimə fakturaların mövcudluğunu təsdiq edə biləcək sənədlər təqdim edilməmişdir. Çünki belə bir hal mövcud olmamışdır.
54. Həmçinin apellyasiya məhkəməsi iddiaçının təqdim etdiyi yekun üzləşmə akt ını əsas götürdüyünü qeyd etsə də, orada qalıq borcun təmin edilən məbləğdən dəfələrlə kiçik olması ziddiyyətini əsaslandıra bilmədiyi üçün həmin hissəyə aydınlıq gətirməmişdir. Ümumiyyətlə, yekun üzləşmə aktı ilə görülmüş işlər, məbləğlər, həmçinin öhdəliklərlə bağlı hissənin tövsifi qanunsuz olmuşdur.
55. Məhkəmə qətnaməsində işin faktiki halları, tərəflərin təqdim etdiyi sübutlar və müvafiq hüquqi normalar düzgün şərh olunmamış, məhkəmə heç bir əsaslı səbəb göstərmədən iddianı qismən təmin etmişdir. Apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə bağlı irəli sürülmüş dəlilləri nəzərə almamış və tərəflər arasında yaranmış hüquq münasibətlərini düzgün qiymətləndirməmişdir. Qərarın əsaslandırılması yetərli olmamışdır. Məhkəmə qətnaməsində toplanmış sübutların tam təhlil edilmədiyi və məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmadığı görünür. Məhkəmə prosessual qanunvericiliyin tələblərinə əməl etmədən qərar qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli qərarında da vurğulanmışdır ki, tərəflərin dəlilləri obyektiv şəkildə qiymətləndirilməli və məhkəmə müvafiq hüquqi normalara düzgün istinad edərək qərar qəbul etməlidir. Lakin hazırkı işdə bu tələblər pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
56. K assasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
57. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
58. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
59. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
427. Öhdəliyin icrası müddəti 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir....” “Maddə
445. Borclunun icranı gecikdirməsi... 445.7. Bu Məcəll ədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər (2023-cü il 24 fevral tarixli 822VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 445.7-ci maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir)....” “Maddə
752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....” “ Maddə
753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır....” “Maddə
754. Təqribi smetadan kənaraçıxmanın nəticələri 754.1. Əgər podratçı təqribi smetadan əhəmiyyətli dərəcədə kənara çıxarsa, yalnız razılaşdırılmış muzdun verilməsini tələb edə bilər, amma artıq xərci qabaqcadan nəzərdə tutmağın mümkün olmadığı hallar istisna təşkil edir. 754.2. Müqavilə bağlanarkən nəzərdə tutulması mümkün olmayan təqribi smetadan bu cür kənaraçıxma barəsində podratçı ləngimədən sifarişçiyə məlumat verməlidir. Əgər sifarişçi smetadan kənaraçıxma nəticəsində müqaviləyə xitam verərsə, icra olunmuş işi təqribi smeta üzrə ödəməyə borcludur.” “Maddə
770. Yerinə yetirilmiş işin qəbul edilməsi Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.”
60. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri s übutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
102. Əlavə və təkrar ekspertiza 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər oldu qda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
61. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən əsassız hesab edir.
62. İddiaçının müqavilələr üzrə bu günədək cavabdehə heç bir rəsmi sənədlə işləri təhvil verməməsinə, tərəflər arasında hər hansı təhvil-təslimin olmamasına dair dəlillərlə əlaqədar qeyd olunur ki, iddiaçı tərəfindən görülmüş işlərin dəyərini özündə əks etdirən işlərin qəbulu aktlarının tərtib olunması işin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarıdır.
63. Məhkəmə kollegiyasının mövqeyinə görə, həmin aktlar hazıradək cavabdeh tərəfindən rəsmiləşdirilməsə də apellyasiya instansiyası onlara mötəbər sübut kimi istinad edərkən hər hansı hüquq pozuntusuna yol verməmişdir.
64. Belə ki, MM-in 770-ci maddəsinə (bax § 59) əsasən, əgər müqaviləyə görə və ya işin xa rakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.
65. Həmçinin işə baxan məhkəmələrin istinad etdikləri mübahisəli müqavilələrdin 6.2-ci bəndinə əsasən, podratçı, subpodratçı ona işləri tam yerinə yetirməsi haqqında rəsmi məlumat verəndən sonra 10 gün ərzində subpodratçının iştirakı ilə yerinə yetirilmiş işləri baxıb qəbul etməli, təhvil-təslim aktını imzalayıb onun bir nüsxəsini subpodratçıya qaytarmalı və yaxud subpodratçıya işlərin qəbul olunmasından əsaslandırılmış imtina təqdim etməlidir. Əgər podratçı həmin müddət ərzində təhvil-təslim aktını imzalamazsa və yaxud əsaslandırılmış imtinanı təqdim etm əzsə, işlər subpodratçı tərəfindən tərtib olunan birtərəfli akt əsasında podratçı tərəfindən qəbul edilmiş hesab olunacaqdır.
66. Cavabdehin təhvil-təslim aktını imza etməkdən əsaslandırılmış şəkildə imtina etməsi, yaxud ümumiyyətlə tikilən məktəblərin hazırda təyinatı üzrə istifadə olunmaması isə cavabdehin təqdim etməli olduğu mötəbər sübutlar (MPM-in 77.1-ci maddəsi – bax § 60) əsasında işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir.
67. Bu mənada, məhkəmə kollegiyası borcun yaranmasını dolayısı ilə də təsdiq edə biləcək hər hansı sənədin məhkəməyə təqdim edilməməsinə dair dəlillərlə də razılaşmır. Belə ki, işdən görünür ki, hazırkı iş üzrə irəli sürülmüş pul tələbləri məhz sözügedən aktlarda əks edilmiş və cavabdeh tərəfindən ödənilməmiş işlərin dəyəri əsasında irəli sürülmüş və tələb olunan borcun qismən əsaslı olması iş üzrə toplanmış sübutlar əsasında məhkəmələr tərəfindən müəyyən edilmişdir.
68. İddiaçının artıq xərclər barədə sifarişçiyə heç bir məlumat verilmədən birbaşa ödəniş tələb etməsinə, bu səbəbdən də həmin əlavə xərclərin ödənilməsinin mümkün olmamasına dair dəlillərlə əlaqədar bildirilir ki, məhkəmə tərəfindən təmin olunan həcmdə əlavə xərclərin çəkilməsi və həmin əlavə işlərin əsasən tikinti materiallarının daşınması ilə əlaqədar yaranması, tikinti işlərinin Astara və Lerik rayonlarının dağ kəndlərində aparılması işin məhkəmələr tərəfindən müəyyən edilmiş işin mübahisəsiz halıdır və kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsini həmin hissədə hər hansı tutarlı dəlillə təkzib edə bilməmişdir.
69. MM-in 754.1-ci maddəsinin (bax § 50) məzm unundan aydın olur ki, əgər podratçı təqribi smetadan əhəmiyyətli dərəcədə kənara çıxarsa və artıq xərci qabaqcadan nəzərdə tutmaq mümkün olmazsa, podratçı həmin xərci sifarişçidən tələb edə bilər. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından isə məlum olur ki, iddiaçının tərtib etdiyi işlərin qəbulu aktlarında görülmüş işlərin dəyərinə əlavə işlərin dəyəri də daxil edilmişdir.
70. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə, sözügedən normanın tətbiqi ilə əlaqədar apellyasiya instansiyası məhkəməsi hər hansı pozuntuya yol verməmişdir.
71. İş üzrə alınmış ekspertiza rəyinin əsassız, qeyri-obyektiv olmasına dair dəlillərlə əlaqədar qeyd edilir ki, mübahisələndirilən qətnamədən göründüyü kimi, ekspert tərəfindən 2024-cü il 15-16 fevral tarixlərdə tədqiqat obyektlərinə baxış keçi rilmiş, onların fotoşəkilləri çəkilmiş, aparılmış tədqiqat və hesablamalar ətraflı təsvir olunmuşdur. Eyni zamanda, həmin rəyi mübahisələndirən cavabdehin rəydəki hər hansı ziddiyyətli məqamlara və ya digər konkret dəlillərə istinad etməsi iş materiallarından görünmür. O da qeyd edilməlidir ki, əlavə və ya təkrar ekspertizanın təyin edilməsi üçün MPM-in 102.1 və 102.2-ci maddələri (bax § 60) ilə nəzərdə tutulmuş əsaslardan hə hansı birinin mövcudluğu (ekspertin rəyinin kifayət qədər aydın və ya tam olmaması, məhkəmənin, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmaması, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlərin olması) cavabdeh tərəfindən əsaslandırılmamış və işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyas iya instansiyası məhkəməsi mahiyyətcə düzgün olan və şübhə doğurmayan ekspert rəyini yalnız formal mülahizələrlə qeyri-mötəbər hesab etməməklə hər hansı ciddi hüquq pozuntusuna yol verməmişdir.
72. Məhkəmə icraatı zamanı cavabdehin verdiyi ərizə və vəsatətlərin əsassız olaraq təmin edilməməsinə dair eyniməzmunlu dəlillərlə əlaqədar apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iş üzrə tərəfin verdiyi vəsatətlərin təmin edilməməsi prosessual pozuntu kimi qiymətləndirilə bilməz. Belə ki, məhkəmənin vəzifəsi verilmiş vəsatətə münasibət bildirməkdən ibarətdir, həmin vəsatətin təmin edilibedilməməsi isə işin hallarından asılı olaraq məhkəmənin səlahiyyətinə aid olan məsələdir.
73. İddiaçının təqdim etdiyi yekun üzləşmə aktında qalıq borcun təmin edilən məbləğdən dəfələrlə kiçik olmasına dair əlaqədar qeyd edilir ki, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-in 88-ci maddəsi, bax § 60). Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, tərəflər arasında bağlanmış müqavilələrdə qeyd olunan modul tipli məktəblər tam inşa olunmuş, həmin məktəblərin cavabdehin özü və ya digər şəxs (şəxslər) tərəfindən tikilməsini təsdiq edən sübutlar təqdim edilməmiş, iddiaçının tələb etdiyi borc məbləğlərinin qismən əsaslılığı məhkəmə mühəndis-texniki ekspertizasının mötəbər rəyi ilə öz təsdiqini tapmış, o cümlədən məktəblərin tikilməsi üçün görülmüş əsas və əlavə işlərin dəyəri ekspert rəyi ilə dəqiq müəyyən olunmuş, cavabdeh həmin ekspert rəyini tutarlı dəlillər əsasında mahiyyəti üzrə təkzib edə bilməmiş, cavabde hin tələb olunan borcu ödəməsi isə müəyyən edilməmişdir.
74. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 14.2, 77.1 və 88-ci maddələrinin (bax § 60) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 60) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
75. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 26 iyul tarixli 2-2(103)-702/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
76. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələr ini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh inkassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 26 iyul tarixli 22(103)-702/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.