Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-674/2024 11.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: podrat müqaviləsi, muzd tələbi, podrat müqaviləsi üzrə iddia müddəti, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 iyul tarixli 22(103)-58/2024 nöm rəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Sifarişçi "xxxx" ASC və icraçı İddiaçı MMC arasında bağlanmış “Gəncə-QazaxGürcüstan sərhəd yolunun dörd zolağa genişləndirilməsi” layihəsinə dair 2019-cu il 18 fevral tarixli AX 80/0619 nömrəli xidmət müqaviləsi (bundan sonra – “müqavilə”) ilə sifarişçinin tapşırığı əsasında icraçı, sifarişçiyə məxsus qum çınqıl karxanasından malmaterialların yüklənib tikinti ərazisinə daşınması, stoklanmasını və yararsız malmaterialların tikinti ərazisindən qazılaraq “Akkord” tərəfindən təyin olunmuş ərazilərə boşaldılması işlərini həyata keçirməyi, sifarişçi isə göstərilən xidmətlərin razılaşdırılmış dəyərini icraçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndində müqavilə nin ümumi məbləğinin icraçı tərəfindən göstərilən xidmətlər və bu xidmətlərin dəyərini özündə əks etdirən əlavə(lər) ilə müəyyən olunacağı razılaşdırılmışdır.
2. Müqaviləyə 1 nömrəli əlavə ilə müqavilə üzrə yekun məbləğin ƏDV daxil olmaqla 4.492.850 manat təşkil etdiyi müəyyən olunmuşdur. 3. 2019-cu il 18 fevral – 2019-cu il 31 mart tarixlərini əhatə edən dövr üzrə görülmüş işlərin cəmi dəyəri ƏDV daxil 4.492.850 manat təşkil etmişdir (müqavilə üzrə subpodratçının görülmüş işlərə dair 2019-cu il 31 mart tarixli qəbul aktları - forma 2 və forma 3). 4. 2019-cu il 31 mart tarixli HZ seriyalı 274008 nömrəli elektron vergi hesab-fakturası 4.492.850 manat vəsaitin ödənilməsi üçün İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə təqdim edilmişdir.
5. İddiaçı MMC tərəfindən təqdim olunmuş bank hesabından çıxa rışlardan məlum olur ki, müxtəlif tarixlərdə müqavilə əsasında "xxxx" ASC tərəfindən ödənişlər edilmiş, cəmi ödənilmiş məbləğ isə 685.350 manat ƏDV məbləği və 1.366.510 manat əsas məbləğ olmaqla 2.051.860 manat təşkil edir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) 2022-ci il 29 iyul tarixində "xxxx" ASC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2.440.990 manat əsas borc, 512.607,9 manat faiz borcu olmaqla, ümumilikdə 2.953.597,9 manat borc, 2.267 manat ödənilmiş dövlət rüsumu və 400 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı müqavilənin şərtlərinə müvafiq ol araq öhdəsinə götürdüyü işləri tam icra edərək təhvil vermiş, görülmüş işlərin təhviltəsliminə dair 2019-cu il 31 mart tarixində 3.807.500 manat əsas məbləğ, 685.350 manat ƏDV məbləği olmaqla, ümumi 4.492.850 manat məbləğində təhvil-təslim aktı imzalanmışdır. Cavabdeh tərəfindən təhvil verilmiş işlərin ümumi dəyərindən 2019-cu il 27 mart tarixində 685.350 manat ƏDV məbləği, 2019-cu il 1 aprel tarixindən 1 əsas məbləğ üzrə borc qalmışdır. Mərkəzi Bankın 2019-2022-ci illər üçün mövcud olan illik uçot dərəcəsinə uyğun olaraq 512.607,9 manat faiz olmaqla, ümumilikdə 2.953.597,9 manat pulun ödənilməsi ilə bağlı dəfələrlə müraciət olunmasına baxmayaraq, pul ödənilməmişdir.
8. Cavabdeh iddiaya etiraz edərək, iddia müddətinin tətbiqi barədə ərizə verərək iddianın rədd olunmasını xahiş etmişdir.
9. İddiaçı iddia müddətinin tətbiqinə dair ərizəyə münasibətdə qeyd etmişdir ki, cavabdeh 2019-cu ilin noyabr ayında son ödənişi edərək, qalıq borcunu hissə-hissə ödəyəcəyi haqda vədlər verməklə, onları 2 il 4 ay aldatmışdır. Nəticədə 2022-ci il 5 may tarixində Bakı 9 saylı Mediasiya Təşkilatına müraciət edərək problemin həll olunması xahiş edilmiş, 2022-ci il 3 iyun tarixində isə həmin təşkilatı arayış təqdim edərək problemin həlli istiqamətində cavabdeh tərəfindən tədbir görülməməsini bildirmiş, nəticədə məhkəməyə müraciət olunmuşdur. Faktiki olaraq iddia müddəti üzrə son ödəmə tarixindən hesablanmaqla 2022-ci ilin noyabr ayına qədər müddət mövcud olmuş, həmin müddət də ötürülmədən iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 10 aprel tarix li e-2-2(113)-115/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunaraq, cavabdehdən 2.440.990 əsas borc, 2.267 manat dövlət rüsumu, 400 manat mediasiya xərcinin iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır (hakim – A.Əliyeva).
11. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında xidmətlərin göstərilməsinə dair müqavilə imzalanmışdır. İddiaçı müqavilə üzrə xidmətləri göstərmiş, bununla bağlı tərəflər arasında görülmüş işlərin qəbul olunması barədə aktlar tərtib edilmişdir. İddiaçı müqavilə üzrə öhdəliklərini tam olaraq icra etmiş, cavabdeh müqavilə öhdəliklərini pozmuş, göstərilmiş xidmətlərin dəyərini tam olaraq ödəməmişdir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya müqavilədən və mülki qanunvericiliyin normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
12. Məhkəmə qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq, cavabdehdən 2.440.990 manat əsas borcun iddiaçının xeyrinə tutulması qənaətinə gəlmişdir.
13. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş işlərin görülməsi barədə qəbul aktlarını hər iki tərəf təsdiqləmişdir. Bundan başqa, cavabdeh tərəfindən ödənişlərin bir qisminin icra olunması öz təsdiqini tapsa da, müqavilə öhdəliyinin tam olaraq icra edilməsi öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə iş materiallarına məcmu halda qiymət verərək, i ddia tələbinin borc məbləği hissəsində əsaslı olduğundan təmin edilməsi qənaətinə gəlmişdir. Qeyd edilənlərdən əlavə, cavabdeh iddia tələbindən məlumatlı olmasına baxmayaraq, borc məbləğini mübahisələndirməmiş, bu hal da iddianın əsaslı olmasını təsdiq etmişdir.
14. Cavabdeh tərəfindən iddia müddətinin tətbiq olunmasına dair ərizə verildiyindən, məhkəmə həmin hala münasibət bildirilməsini də zəruri hesab etmişdir. Tərəflər arasında imzalanmış müqavilənin 10.1-ci bəndində razılaşdırılmışdır ki, bu müqavilə imzalandığı gündən qüvvəyə minir və 1 il müddətində qüvvədədir. Məhkəmə imzalanmış müqavilənin 2019-cu il 18 fevral tarixli olmasını, eyni zamanda iddiaçı tərəfindən məhkəməyə 2022-ci il 29 iyul tarixində müraciət olunmasını nəzərə alaraq, hazırki iddia tələbi üzrə iddia müddətinin tətbiq edilmə əsasının mövcud olmaması qənaətinə gəlmişdir.
15. İddiaçı 512.607,9 manat faiz borcunun da tutulmasını tələb etmişdir. İddia ərizəsinin məzmunundan həmçinin iddiaçının nümayəndəsinin məhkəməyə izahatından məlum olmuşdur ki, iddiaçı qeyd edilən məbləği bank uçot dərəcəsinə uyğun olaraq, yəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 449-cu maddəsinin tələblərinə uyğun olaraq tələb etmişdir. İddiaçı tərəfindən cavabdehin ödəməli olduğu pul məbləğini hər-hansı formada istifadə etməsini təsdiq edən hallar məhkəməyə təqdim edilmədiyindən, məhkəmə iddia tələbinin qeyd olunan hissədə təmin edilməməsi qənaətinə gəlmişdir.
16. Məhkəmə gəldiyi nəticəni MM-in 372.1, 373.2, 377.1, 385.1, 425.2, 442, 449, 752.1 və 753.1-ci maddələrinə, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 175.1.1 və 175.1.3-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2 və 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
17. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv olunması və iddianın rədd olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 iyul tarixli 2-2(103)-58/2024 nömrəli q ətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – R.Qurbanov, hakimlər – Z.Şirinov və V.Baxışova).
19. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, müqavilə xidmət müqaviləsi kimi adlandırılsa da, mahiyyət etibarı ilə podrat müqaviləsidir. Bu baxımdan iddia tələblərinin qanuni əsasını MM-in 752.1 və 753.2-ci maddələri təşkil etmiş, işdə qeyd olunan maddələrin dispozisiya şərtləri mövcud olmuşdur. Cavabdeh tərəfindən bu qərarın 5-ci bəndində göstərilən arayışdakı məbləğlərdən əlavə ödəniş edilməsi ilə bağlı sübutlar təqdim olunmamışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh müqavilə öhdəliklərini pozmuş, görülmüş işlərin dəyərini tam olaraq ödəməmişd ir. Bu baxımdan, iddiaçı ödənilməyən ƏDV daxil 2.440.990 manat muzdun cavabdehdən tutulmasını tələb etməkdə haqlı olmuşdur (4.492.8502.051.860=2.440.990).
20. İşə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh tərəfindən mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir. Kollegiyası iddiaçı tərəfindən müqavilə üzrə iddia müddəti ötürülmədiyi qənaətinə gəlmişdir. Belə ki, müqavilənin 2.3-cü bəndinə əsasən, müqavilə üzrə İcraçı tərəfindən göstərilən xidmətlərin dəyəri, eləcə də ödəniş qaydası bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə(lər)sə müəyyən edilir. Müqaviləyə 1 nömrəli əlavədə isə müəyyən olunmuşdur ki, həyata keçirilmiş xidmətlərin təhvil-təslimi tərəflər arasında təhvil-təslim aktının və forma 2, forma 3 imzalanması ilə təsdiq edilir. Ay ərzində icra olunmuş işlərə görə xidmət haqqı tərəflər təsdiq edilmiş təhviltəslim aktı, forma 2 və forma 3 əsasında hesablanaraq növbəti ayın 20-dək bank köçürmə yolu ilə ödənilir. Müqavilə üzrə iddiaçının gördüyü işlərin qəbuluna dair forma 2 və forma 3 aktları 2019-cu il 31 mart tarixində tərtib edilmişdir. Müqaviləyə 1 nömrəli əlavənin şərtlərinə görə ödəniş növbəti ayın, yəni aprel ayının 20-dək həyata keçirilməli idi. Buna görə də, kollegiya müqavilə tələbləri üzrə 3 illik iddia müddətinin axımının 2019-cu il 21 aprel tarixindən hesablanması qənaətinə gəlmişdir.
21. Eyni zamanda, 2019-cu il 1 iyul tarixində cavabdeh tərəfindən müqavilə üzrə sonuncu ödəniş edilmişdir. MM-in 380.1-ci maddəsinə əsasən, həmin tarixdə iddia müddətinin axımı kəsilmiş və yenidən hesablanmaya başlamışdır. 2022-ci il 6 may tarix ində iddiaçı tərəfindən tərtib edilmiş mediasiya prosesinin tətbiqi barədə təklif məktubu cavabdehə çatdırılmışdır. 2022-ci il 3 iyun tarixində isə Bakı 9 saylı Mediasiya Təşkilatı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/9-00016 nömrəli arayış tərtib olunmuşdur. Göründüyü kimi, iddiaçının müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququnun yarandığı gündən üç il müddətin tamamlanmasına (2022-ci il 2 iyul) 1 ay 26 gün qalmış, yəni 2022-ci il 6 may tarixində mediasiya prosesinin tətbiqi barədə təklifi qarşı tərəfə çatdırılmış və məhz həmin tarixdən də iddia müddətinin axımı dayandırılmışdır. İddiaçının bu təklifi əsasında mediasiya prosesi başlanmış və mediator tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 2022-ci il 3 iyun tarixli arayış tərtib olunmuşdur. Qanunvericiliyin tələblərinə əsasən iddia müddətinin axımı 2022ci il 3 iyun tarixindən həmin gün də daxil olmaqla hesablanmağa davam etmişdir. Həmin tarixdən 1 ay 26 gün keçməmiş və iddia müddətinin sonuncu günü olan 2022-ci il 29 iyul tarixində iddiaçı Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən müqavilə tələbləri üzrə 3 illik iddia müddəti ötürülməmişdir.
22. Kollegiya apellyasiya şikayətinin dəlillərini isə əsassız hesab edərək bildirmişdir ki, cavabdeh birinci instansiya məhkəməsində görülmüş işlərin həcmini mübahisələndirməmiş və iddiaçı tərəfindən işlərin görülmədiyinə istinad etməmiş, apellyasiya şikayətində isə bu hallara əsaslanmışdır. Kollegiya hazırda həmin faktların nəzərə alınmasının yolverilməz olmas ı və onların araşdırılmasına zərurətin olmaması qənaətinə gəlmişdir. Belə ki, MPM-in 209.3 və 372.2-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra işdə iştirak edən şəxslər məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad edə bilməzlər. Apellyasiya icraatında isə həmin hallara və sübutlara yalnız o halda istinad edilə bilər ki, işdə iştirak edən şəxslər onların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin cavabdeh tərəfindən belə əsaslandırma gətirilməmişdir.
23. Eyni zamanda, həmin hallar özlüyündə əsassız olmuşdur. Belə ki, müqavilənin 1.2-ci bəndinə əsasən, xidmətlər sifarişçi tərəfindən təh vil-təslim aktı, forma 2 və forma 3 əsasında qəbul olunduqdan sonra icra edilmiş sayılır. Müqavilənin 2.3-cü bəndinə əsasən, müqavilə üzrə İcraçı tərəfindən göstərilən xidmətlərin dəyəri, eləcə də ödəniş qaydası bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə(lər)lə müəyyən edilir. Müqaviləyə 1 nömrəli əlavənin 3-cü bəndində isə müəyyən olunmuşdur ki, həyata keçirilmiş xidmətlərin təhviltəslimi tərəflər arasında təhvil-təslim aktının və forma 2, forma 3 imzalanması ilə təsdiq edilir. Tərəflər arasında da müqavilə üzrə iddiaçının gördüyü işlərin qəbuluna dair 2019-cu il 31 mart tarixli forma 2 və forma 3 aktları tərtib edilmişdir. Ona görə də, görülmüş işlərin həcminin mübahisələndirməsi əsassız olmuşdur.
24. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 372, 373.2, 375.2, 380.1 və 753.1ci maddələrinə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 21.5 və 35-ci maddələrinə, MPM-in 77.1, 209.3 və 372.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
25. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək, onun ləğv edilməsi və iddianın rədd olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. MM-in 385.1-ci maddəsi üzrə - Müqaviləyə əsasən, görüləcək işlər və ödəniş qaydaları müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə razılaşdırılmış qiymətə əsasən müvafiq məbləği ödəyir. İddiaçı tərəf görülmüş işlərlə bağlı məhkəmə forma 2 aktlarını təqdim etmişdir. Təqdim edilmiş forma 2 aktları ilə faktiki görülmüş işlər arasında böyük fərqlər var. Belə ki, forma 2 aktlarında görülmüş işlər faktiki o laraq görülməmişdir və qiymətlər şişirdilmişdir. Bununla bağlı məhkəmə ekspertizası təyin olunmuş, lakin tərəflər tədqiqat obyektinə gəlmədiklərinə görə ekspert rəy verməkdən imtina etmişdir. Cavabdeh təkrar ekspertizanın keçirilməsi ilə bağlı əsasladırılmış vəsatət versə də, məhkəmə onu təmin etməmişdir. Belə olan halda, məhkəmə yenidən ekspertiza təyin etməli idi.
27. MM-in 441.3-ci maddəsi üzrə - Görülmüş işlər formal yəni kağız üzərində aparılmış, faktiki olaraq həmin işlər iddiaçı tərəfindən görülməmişdir. Məhkəmə baxışı zamanı cavabdeh tərəfindən müəyyən edilmişdir ki, iddiaçı forma 2 aktlarında qeyd olunan həcmdə işlər görməmişdir. Forma 2 aktının məzmunundan aydın olur ki, iddiaçı tərəfindən 2019-cu il 18 fevral tarixindən 2019-cu il 31 mart tarixinədək 1.628.378,82 kub/m yararlı m aterialların qazılıb avtomaşınlara yüklənməsi, stoka daşınması və stokda işlənməsi işləri görülmüşdür. Halbuki, bu müddət ərzində qeyd edilən həcmdə işlərin görülməsi texniki cəhətdən mümkün deyildir. Belə ki, iş materiallarına da əlavə olunmuş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə cavabdehin təqdim etdiyi 2019-cu il 1 fevral - 2019-cu il 29 mart dövrlərini əhatə edən forma 2 aktında sözügedən xidmətlərin 335.971 kub/m yararlı materiallar ilə bağlı olması qeyd edilmişdir. Belə ki, iddiaçı tərəfindən 1.628.378,82 kub/m işlərin görülməsi həqiqəti əks etdirmir.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “S.Əliyevin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbay can Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2007-ci il 31 may tarixli qərarı üzrə - Həmin qərarda göstərilir ki, məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarının qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh olunmalı, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Lakin məhkəmə qeyd olunanlara əməl etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassas iya baxışının hədləri
30. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
31. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
32. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır....”
33. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə et məlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
209. İşə mahiyyəti üzrə baxmağın qurtarması... 209.3. İşə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edilənədək işdə iştirak edən şəxslər tərəfindən onlara məlum olan hallar və sübutlar təqdim olunmamışsa, işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra heç kəs məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad etməyə haqlı deyildir.” “Madd ə
372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri... 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesa b edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 iyul tarixli 2-2(103)-58/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
35. Məhkəmə kollegiyası bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçın ın tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Hazırki iş üzrə irəli sürülmüş iddia tələbinin təmin olun hissədə qanuni əsası müəyyən edilmiş və faktiki hallar qanunvericiliyin müvafiq normalarındakı dispozisiya şərtləri ilə uzlaşmış, habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmamışdır.
36. Cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Cavabdeh tələb edilən borc məbləğinin təmin olunan hissədə əsassız olmasına dair hər hansı əsaslı arqument irəli sürə bilməmişdir. Belə ki, MPM-in 77.1-ci maddəsində müəy yən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.
37. Məhkəmə kollegiyası iş üzrə apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşır və ilkin olaraq qeyd edir ki, apellyasiya instansiyası iddiaçının müqavilə üzrə öhdəliklərini yerinə yetirməsi və buna dair sübutları təqdim etdiyi halda, cavabdehin müqavilə üzrə öhdəliklərini icra etməməsi qənaətinə gələrkən, kassasiya şikayətində istinad edilən hüquq normaları üzrə hər hansı pozuntusuna yol verməmişdir.
38. Apellyasiya məhkəməsi qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 2.4 40.990 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə almaqla, haqlı olaraq cavabdehdən 2.440.990 manat əsas borcu üzrə pulun tutularaq iddiaçıya ödənilməsi qənaətinə gəlmişdir.
39. Cavabdehin mübahisələndirdiyi görülmüş işlərin həcminə dair dəlillərə gəldikdə məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya məhkəməsi haqlı olaraq həmin dəlilləri əsassız hesab edərək bildirmişdir ki, cavabdeh apellyasiya şikayətində bu hallara əsaslanmasına baxmayaraq, birinci instansiya məhkəməsində görülmüş işlərin həcmini mübahisələndirməmiş və iddiaçı tərəfindən işlərin görülmədiyinə istinad etməmişdir. Beləliklə, apellyasiya məhkəməsi düzgün olaraq həmin faktların nəzərə alınmasının yolverilməzliyi və onların ar aşdırılmasına zərurətin olmaması qənaətinə gəlmişdir. Belə ki, MPM-in 209.3 və 372.2-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra işdə iştirak edən şəxslər məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad edə bilməzlər. Apellyasiya icraatında isə həmin hallara və sübutlara yalnız o halda istinad edilə bilər ki, işdə iştirak edən şəxslər onların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin cavabdeh tərəfindən apellyasiya instansiyasında işə baxılarkən belə əsaslandırma gətirilməmişdir.
40. Bundan başqa, kassatorun “ekspertiza təyin edildikdən sonra onun baş tutmamasına baxmayaraq, məhkəmə tərə findən təkrar ekspertiza təyin edilməməsinə dair” dəlillərinə gəldikdə isə qeyd olunmalıdır ki, iş üzrə ekspertizanın (həmçinin təkrar və ya əlavə ekspertizanın) təyin edilməsi MPM-in 97.1 və 102.3-cü maddələrinə əsasən, məhkəmənin vəzifəsi deyil, hüququdur. Hazırkı halda işə baxan birinci instansiya məhkəməsi növbəti dəfə ekspertiza təyin etməməklə sözügedən hüququndan istifadə etməmiş, apellyasiya məhkəməsi də qeyd olunanlarla bağlı həmin məhkəmənin mövqeyi ilə razılaşmışdır. Kollegiyanın qənaətinə görə, məhkəmə ekspertizanın keçirilməsinə lüzum görməmiş və bununla da hər hansı hüquq pozuntusuna yol verməmişdir.
41. Bundan başqa, kassasiya şikayətində qeyd olunan dəlillər apellyasiya instansiyasında da bildirilmiş, lakin dəlillərdə qeydə olunan xüsusatlar işə baxan apellyasiya məhkəməsi tərəfindən təsdiqedici sənədlər əsasında müəyyən olunmamışdır. Kassator isə bununla əlaqədar apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq pozuntularına yol verildiyini tutarlı şəkildə əsaslandıra bilməmişdir.
42. Kassasiya şikayətinin dəlilləri əsassız və formal xarakterli olmaqla yanaşı, əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Şikayətin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır. MPM-in 385-ci maddəsinin tələbinə görə belə dəlillər apellyasiya qaydasında məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası cavabdehin dəlillərinə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır.
43. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qətnaməsini mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki kassasiya məhkəməsinin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmiş olsun. Hazırkı halda mübahisələndirilən məhkəmə aktında kassasiya şikayətinin dəlillə ri üzrə maddi və prosessual hüquq normalarının pozuntusunun aşkar olunması müəyyən edilmir.
44. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 iyul tarixli 2-2(103)-58/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 iyul tarixli 2-2(103)-58/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.