Məhkəmə qərarları › İş №2-2(102)-679/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-679/2024

25.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-679/2024 25.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “pul” tələbinə dair ilk, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçınə qarşı eyni tələbə dair qarşılıqlı, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı eyni tələbə iddia ərizələri üzrə QƏRAR Açar sözlər: podrat müqaviləsi üzrə pul tələbi, sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Şamayev Elşad Yaquboviçin məruzəsi ilə, Qəribov Bəhman Fərhad oğlundan və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommer siya kollegiyasının 2024-cü il 12 iyul tarixli, 22(103)-451/2024 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Sifarişçi İddiaçı MMC və podratçı Cavabdeh1 MMC arasında bağlanmış 19 may 2015-ci il tarixli podrat müqaviləsi ilə sifarişçi Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən Bilgəh İqamətgahında kennet damının və günbəzlərin quraşdırılmasına dair zəruri materialların alınması və vurulmasına aid işlərinin görülməsini podratçıya həvalə etmiş, podratçı müqavilədə nəzərdə tutulmuş işi icra etməyi, sifarişçi isə podratçıya bu müqavilədə razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürü r.

2. Sifarişçi İddiaçı MMC və podratçı Cavabdeh1 MMC arasında bağlanmış 21 may 2015-ci il tarixli podrat müqaviləsi ilə sifarişçi Bakı şəhəri, Bilgəh qəsəbəsində yerləşən Bilgəh İqamətgahında yaşayış sahəsi üçün Kennet damı və günbəzlərə görə zəruri olan materialların alınması, dam örtüyü və günbəzlərin vurulması işlərinin görülməsini podratçıya həvalə etmiş, podratçı müqavilədə nəzərdə tutulmuş, işi icra etməyi, sifarişçi isə podratçıya bu müqavilədə razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürmüşdür.

3. Sifarişçi İddiaçı MMC və podratçı Cavabdeh1 MMC arasında bağlanmış 05 mart 2016-cı il tarixli podrat müqaviləsi ilə podratçı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dəniz sahilində inşa edilmiş iqamətgah kompleksində ümumi sahəsi 425 (+/-) kv.m təşkil edən sinklənmiş soyuq metal v ə paslanmayan polad (nerjaveyka) materialdan hazırlanan açılan tavan (avtomatik terrassa) və ünvan 1 ünvanlarında yerləşən əmlak kompleksində ümumi sahəsi 106.00 (+/-) kvadrat metr təşkil edən sinklənmiş soyuq metal və paslanmayan polad (nerjaveyka) materialdan hazırlanan açılan tavan (avtomatik terrassa) inşa etməyi öhdəsinə götürmüşdür.

4. Sifarişçi İddiaçı MMC və podratçı Cavabdeh1 MMC arasında bağlanmış 25 mart 2016-cı il tarixli podrat müqaviləsi ilə podratçı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dəniz sahilində inşa edilmiş iqamətgah kompleksində ümumi sahəsi (14,0 m. x 7,0 m.-98,0 kv.m) 98,0 kv.m təşkil besedka-təndirxana kompleksinin damının mis materialdan vurulması və bu müqaviləyə Əlavə-1 olan fotoşəkildə göstərilən dizayn və görünüşdə sifarişçiyə təhvil verilməsini, h əmçinin Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dəniz, sahilində inşa edilmiş iqamətgah kompleksində hər birinin ümumi sahəsi 45,0 kv.m, 2 ədədinin sahəsi 90,0 kv.m təşkil besedkaların damının mis materialdan vurulması və bu müqaviləyə Əlavə-2 olan fotoşəkildə göstərilən dizayn və görünüşdə sifarişçiyə təhvil verilməsini öhdəsinə götürmüşdür.

5. Sifarişçi İddiaçı MMC və podratçı Cavabdeh2 arasında bağlanmış 21 iyun 2016-cı il tarixli podrat müqaviləsi ilə podratçı ünvan 2 ünvanlarında yerləşən sifarişçiyə məxsus daşınmaz əmlakda bu müqaviləyə Əlavə-1 olaraq podrat işlərinin ilkin smetasında və/və ya fotoşəkillərdə göstərilən dizayn və görünüşdə sifarişçiyə təhvil verilməsini öhdəsinə götürmüşdür.

6. Sifarişçi İddiaçı MMC və podratçı Cavabdeh1 MMC arasında bağlanmış 17 iyun 2017-ci il tarixli podrat müqaviləsi ilə podratçı ünvan 2 ünvanlarında yerləşən, sifarişçiyə məxsus daşınmaz əmlakda bu müqaviləyə Əlavələr olacaq podrat işlərinin ilkin smetasında və/və ya fotoşəkillərdə göstərilən dizayn və görünüşdə sifarişçiyə təhvil verilməsini öhdəsinə götürmüşdür.

7. Sifarişçi İddiaçı MMC və podratçı Cavabdeh1 MMC arasında bağlanmış 05 avqust 2017-ci il tarixli podrat müqaviləsi ilə podratçı, sifarişçi tərəfindən təqdim olunan layihəyə əsasən müqavilə ilə müəyyən edilmiş müddət ərzində ünvan 3 ünvanında yerləşən obyektdə əsas binanın bütün mansardasının örtüyü üzrə bəzək işlərini icra etməyi öhdəsinə götürmüşdür.

8. Sifarişçi İddiaçı MMC və podratçı Cavabdeh1 MMC arasında bağlanmış 22 sentyabr 2017-ci il tarixli podrat müqaviləsi ilə podratçı, sifarişçi tərəfindən təqdim ol unan layihəyə əsasən müqavilə ilə müəyyən edilmiş müddət ərzində ünvan 4 ünvanında yerləşən mülkün damının (dam örtüyünün) rekonstruksiyasını həyata keçirməyi öhdəsinə götürmışdür.

9. Sifarişçi İddiaçı MMC və podratçı Cavabdeh1 MMC arasında bağlanmış 21 noyabr 2017-ci il tarixli podrat müqaviləsi ilə podratçı bu müqavilə ilə müəyyən edilmiş müddət ərzində ünvan 3 ünvanında yerləşən mülkdə əlavə işlərini və yenidən qurulmasını icra etməyi öhdəsinə götürmüşdür.

10. İddiaçı MMC tərəfindən Cavabdeh1 MMC-yə 2020-ci il 26 oktyabr tarixində pretenziya məktubu göndərilmiş və 542.159,35 ABŞ dolları (921.670,90 manat) məbləğində vəsaitin 3 təqvim günü müddətində İddiaçı MMC-yə ödənilməsi tələb olunmuş, əks təqdirdə vurulmuş birbaşa ziyanın, dəbbə pulunun, əldən çıxmış faydanın, məhkəmə xərclərinin və sair xərclərin məcburi qaydada İddiaçı MMC-nin xeyrinə tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

11. İddiaçı MMC cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 542.159,35 ABŞ dolları məbləğində vəsaitin ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə ifadə olunan ekvivalentinin Cavabdeh1 MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

12. Həmçinin İddiaçı MMC ayrı icraatda iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq 343.921,56 ABŞ dolları məbləğində vəsaitin Azərba ycan manatı ilə ifadə olunan ekvivalentinin cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

13. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 18 mart tarixli, e-2-2(113)-877/2021 nömrəli qərardadı ilə iki ayrı kommersiya işi bir icraatda birləşdirilmişdir.

14. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh1 MMC arasında bağlanmış 19 may 2015-ci il, 05 mart 2016-cı il tarixli, 25 mart 2016-cı il, 17 iyun 2016-cı il, 14 fevral 2017-ci il, 05 avqust 2017-ci il tarixli, 21 noyabr 2017-ci il tarixli müqavilələr üzrə Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Salahzadə küçəsi 9, ev 4, 5, 7, 11, 14, 15 ünvanlarındakı obyektdə təmir tikinti-quraşdırma işlərinin görülməsinə dair podrat işlərinin yerinə yetirilməsi Cavabdeh1 MMC-yə həvalə olunmuşdur. Podr at müqavilələri üzrə ümumi görülməli işlərin smeta dəyəri 4.755.779 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Müqavilələr üzrə podrat işlərinin icra müddəti və tam təhvil verilməsi müddəti ərzində Cavabdeh1 MMC tərəfindən müqavilə öhdəlikləri lazımı qaydada yerinə yetirilməmiş, işlər müqavilə şərtlərinə uyğun keyfiyyət və kəmiyyətdə, həmçinin tələb olunan işgüzar adətlərə uyğun qaydada təhvil verilməmişdir. İddiaçı tərəfindən podrat müqaviləsi üzrə öhdəliklər tam olaraq yerinə yetirilmiş və müvafiq olaraq 4.147.438 ABŞ dolları məbləğində pul vəsaiti cavabdehə ödənilmişdir. İddiaçı MMC-yə cavabdeh Cavabdeh1 MMC arasında bağlanmış podrat müqavilələri üzrə müddətin başa çatması ilə əlaqədar olaraq iddiaçı podrat müqaviləsinin icrasına marağını itirmişdir. Rusiya Federasiyasının hüquqi şəxsi olan “Lyuks İnteriors” şirkətlər qrupuna daxil olan "xxxx" MMC-nin ekspert mütəxəssisləri tərəfindən görülmüş işlərin keyfiyyətinin və kəmiyyətinin təftişi (auditi) aparılmış və bunların nəticəsinə dair “31” iyul 2020-ci il tarixli, 5/3 nömrəli texniki rəy tərtib edilib təqdim edilmişdir. Aparılmış təftişin (auditin) nəticəsində müəyyən edilmişdir ki, icra edilmiş tikinti-quraşdırma və bəzək işlərinin, eləcə də istifadə olunmuş materialların normativ sənədlərin tələblərinə uyğunluğunun müəyyən edilməsi üçün "xxxx" MMC-nin mütəxəssisləri – X2, X1 20 may 2020-ci il tarixdə cavabdehin nümayəndəsinin müşayiəti ilə Cavabdeh1 MMC-nin anbarına baxış keçirmişlər. Aşkar olunmuş qüsur və pozuntular əsasında "xxxx" MMC-nin mütəxəssisləri elə bir nəticəyə gəlirlər ki, parket taxtasının keyfiyyəti norm ativ sənədlərin tələblərinə uyğun deyil və Sifarişçinin nümayəndələri tərəfindən qəbul edilə bilməz. Darvaza və qapılar müqavilənin şərtlərinə və normativ tələblərə uyğun deyil və bu vəziyyətdə Obyektdə quraşdırıla bilməz. ünvan 5 ünvanındakı obyektdə görüləsi işlərə dair icraçının təqdim etdiyi smetalar üzrə, faktiki görülmüş işlərdə aşkar edilmiş qüsurların və çatışmazlıqların aradan qaldırılması məqsədilə görülməli tikinti-montaj işlərinin dəyərinin 719.772,57 ABŞ dolları təşkil etdiyi müəyyən edilmişdir. Nəzərə alınsa ki, 4.325.051,22 ABŞ dolları dəyərində faktiki işlər görülmüşdür və həmin işlərdə qüsurların aradan qaldırılması üçün 7.197.7257 ABŞ dolları tələb olunur və ümumilikdə sifarişçi tərəfindən podratçıya 4.147.438 ABŞ dolları ödənilmişdir, beləliklə də podratçı tərəfindən s ifarişçiyə 542.159,35 ABŞ dolları məbləğində pul ödənilməlidir.

15. İkinci iddiaya görə, İddiaçı MMC və Cavabdeh1 MMC arasında bağlanmış 05 mart 2016-cı il tarixli, 01 iyun 2016-cı il tarixli, 25 sentyabr 2017-ci il tarixli podrat müqavilələrinə və həmin müqavilələrin ayrılmaz hissələri hesab edilən əlavələrinə (əlavə işlərin smetalarına) əsasən ünvan 6 ünvanlarında yerləşən iddiaçının xüsusi mülkiyyətində olan binada podrat işlərinin yerinə yetirilməsi cavabdehə həvalə olunmuşdur. Podrat müqavilələri üzrə ümumi görülməli işlərin smeta dəyəri 1.105.484 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Müqavilələr üzrə podrat işlərinin icra müddəti və tam təhvil verilməsi müddəti ərzində Cavabdeh1 MMC tərəfindən müqavilə öhdəlikləri lazımı qaydada yerinə yetirilməmişdir. Eyni zamanda həmin müddət ərzində də işlər müqavilə şərtlərinə uyğun keyfiyyət və kəmiyyətdə, həmçinin tələb olunan işgüzar adətlərə uyğun qaydada təhvil verilməmişdir. İddiaçı tərəfindən podrat müqaviləsi üzrə öhdəliklər tam olaraq yerinə yetirilmiş və müvafiq olaraq 869.019,00 ABŞ dolları məbləğində pul vəsaiti cavabdehə ödənilmişdir. İddiaçının cavabdehə ünvanlandığı 23 oktyabr 2020-ci il tarixli pretenziyada göstərilmişdir ki, tərəflər arasında bağlanmış 05 mart 2016-cı il tarixli, 01 iyun 2016-cı il tarixli və 25 sentyabr 2017-ci il tarixli podrat müqavilələri və həmin müqavilələrin ayrılmaz hissələri hesab edilən əlavələri (əlavə işlərin smetaları) üzrə Cavabdeh1 MMC tərəfindən öhdəliklər lazımı qaydada yerinə yetirilməmiş, işlər təhvil verilməmişdir. Eləcə də bildirilmişdir ki, İddiaçı MMC və Cavabdeh1 MMC a rasında bağlanmış 05 mart 2016-cı il tarixli, 01 iyun 2016-cı il tarixli, 25 sentyabr 2017-ci il tarixli müqavilələr üzrə müddətin başa çatması ilə əlaqədar olaraq iddiaçı podrat müqavilələrinin icrasına marağını itirmişdir. 23 oktyabr 2020-ci il tarixli pretenziya ilə iddiaçı tələb etmişdir ki, 343.921,56 ABŞ dolları məbləğində vəsait iddiaçının bank hesabına ödənilsin. İddiaçının sifarişi əsasında Rusiya Federasiyasının hüquqi şəxsi olan “Lyuks İnteriors” şirkətlər qrupuna daxil olan "xxxx" MMC-nin ekspert mütəxəssisləri tərəfindən Bakı şəhəri, Səbail rayonu, Mirzə Şəfi küçəsi, 17 və 19 ünvanlarında yerləşən əmlakda cavabdehin yerinə yetirdiyi işlərin keyfiyyətinin və kəmiyyətinin cavabdehin nümayəndələrinin iştirakı ilə təftişi (auditi) aparılmış və bunların nəticəsinə dair 31 iyul 2020 -ci il tarixli 0702 nömrəli “Texniki Rəy” tərtib edilib təqdim edilmişdir. Aparılmış təftişin (auditin) nəticəsində müəyyən edilmişdir ki, faktiki icra edilmiş tikinti-quraşdırılma işlərinin dəyəri 841237,63 ABŞ dolları təşkil edir, qüsur və pozuntuların aradan qaldırılması üçün tikinti quraşdırma və bəzək işlərinin dəyəri 305613,65 ABŞ dolları təşkil edir, pozuntuların aradan qaldırılması üçün 10526,54 ABŞ dolları tələb edilir. Ümumilikdə isə, 316140,19 ABŞ dolları məbləğində pul vəsaiti tələb olunur. Nəzərə alınsa ki, İddiaçı MMC və Cavabdeh1 MMC arasında bağlanmış 05 mart 2016-cı il tarixli, 01 iyun 2016-cı il tarixli, 25 sentyabr 2017-ci il tarixli Podrat müqavilələrinə və həmin müqavilələrin ayrılmaz hissələri hesab edilən əlavələrinə əsasən Bakı şəhəri, Səbail rayonu, Mirzə Şəfi küçə si, 17 və 19 ünvanda yerləşən iddiaçının xüsusi mülkiyyətində olan binada cavabdeh tərəfindən görülmüş işlərin ümumi dəyəri 841.237,63 ABŞ dolları təşkil etmişdir, görülmüş işlərdə nöqsanların aradan qaldırılmasına ümumilikdə 316.140,19 ABŞ dolları məbləğində pul vəsaiti tələb olunur və həmin işlərə görə cavabdehə ümumilikdə təqdim edilmiş hesablar üzrə 869.019 ABŞ dolları ödənilmişdir. Beləliklə də, cavabdeh tərəfindən iddiaçıya 343.921,56 ABŞ dolları məbləğində pul ödənilməlidir.

16. İddiaçı Cavabdeh1 MMC cavabdeh İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 5 ünvanında yerləşən torpaq sahəsinin qarşılıqlı iddia üzrə iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməsi, həmin tələb üzrə cavabdehdən 4.755.779 ABŞ dolları əsas, 475.576 ABŞ dolları faiz, ümumi likdə cəmi 5.231.355 ABŞ dolları vəsaitinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

17. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, podrat müqavilələri və həmin müqavilələr əsasında razılaşdırılmış smetalar üzrə podratçı tərəfindən görülmüş işlərin ümumi dəyəri ilkin iddia üzrə göstərildiyi kimi 4.755.779 ABŞ dolları təşkil etmişdir. Təxminən 2019-cu ilin may-iyun aylarında göstərilən podrat müqavilələri üzrə podratçı tərəfindən müvafiq təmir-tikinti, quraşdırma işləri yerinə yetirilib tamamlandıqdan sonra sifarişçi görülmüş işlər üzrə razılaşdırılmış smeta dəyərini - muzdu ödəməkdən yayınmış, buna səbəb kimi isə ödənişin tezliklə ediləcəyi bəhanəsi, eləcə də onun tərəfindən görülmüş işlər üzrə auditin aparılması göstərilmişdir. Görülmüş işlərin dəyərinin ödənilməsi ilə bağlı dəfələrlə iddiaçıya müraciət edilsə də, müxtəlif bəhanələr və qərəzli mövqe göstərməklə heç bir müsbət nəticə əldə olunmamışdır.

18. Bundan əlavə, mübahisə predmeti barəsində müstəqil tələbi irəli sürən üçüncü şəxs X5 iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia tələbi Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 20 avqust tarixli qərardadı ilə icraata qəbul edilmişdir.

19. Sonradan, ilk iddiaçı və üçüncü şəxs birgə iddia tələblərinin dəqiqləşdirilməsi və iddia tələbinin həcminin artırılması barədə ərizələrlə məhkəməyə müraciət edərək, son nəticədə ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq 1.018.032,61 ABŞ dolları məbləğində vəsaitin Azərbaycan manatı ilə ifadə olunan ekvivalentinin və 56.787,55 manat məbləğində pul vəsaitinin cavabdehlər MMC -dən və Cavabdeh2 müştərək qaydada tutularaq, iddiaçı və üçüncü şəxsə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.

20. Həmçinin Cavabdeh1 MMC qarşılıqlı iddia tələbinin həcmini artırması barədə ərizə ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia üzrə cavabdehdən 5.861.263 ABŞ dolları əsas, 1.465.315 ABŞ dolları faiz olmaqla, ümumilikdə cəmi 7.326.578 ABŞ dolları məbləğin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

21. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə 2022-ci il 17 avqust tarixli rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, ünvan 7 ünvanlarında yerləşən obyektə dair iddiaçı və cavabdeh MMC arasında bağlanmış 2015-ci il 19 may tarixli 909/335 -2015 saylı, 2016-cı il 5 mart tarixli 909/386-16 saylı, 2016-cı il 25 mart tarixli 909/391-15 saylı, 2016-cı il 17 iyun tarixli 909/400-16 saylı, 2017-ci il 14 fevral tarixli 909/445-17 saylı, 2016-ci il 5 avqust tarixli 909/495-17 saylı, 2017-ci il 21 noyabr tarixli 909/518-17 saylı podrat müqavilələrə əsasən 4.755.779 ABŞ dolları və ünvan 6 ünvanlarında yerləşən binada 909/386-16 saylı 2016-cı il 5 mart tarixli, 909/395-16 saylı 2016-cı il 1 iyun tarixli, 909/504-17 saylı 2017-ci il 25 sentyabr tarixli podrat müqavilələrə əsasən 1.105.484 ABŞ dolları dəyərində olmaqla, həmin təmir-tikinti işlərinin bağlanmış müqavilələr üzrə həvalə edilmiş (icrası tapşırılmış) tikinti-quraşdırma və təmir işlərinin həcmi smetalarda ətraflı göstərilmişdir. Bakı şəhəri, ünvan 7 ünvanlarında yerləşən obyekt də təmir-tikinti işlərinin bağlanmış müqavilələr üzrə cavabdeh MMC tərəfindən görülmüş hissəsi, onların bazar qiymətləri və icra edilməsinə sərf olunan vəsaitin ümumi dəyəri 4.463.962,04 ABŞ dolları və ünvan 6 ünvanlarında yerləşən binada təmir-tikinti işlərinin bağlanmış müqavilələr üzrə cavabdeh MMC tərəfindən görülmüş hissəsi, onların bazar qiymətləri və icra edilməsinə sərf olunan 1.105.484 ABŞ dolları təşkil edir. Bakı şəhəri, ünvan 7 ünvanlarında yerləşən obyektdə və ünvan 9 ünvanlarında yerləşən binada təmir-tikinti işlərinin müqavilələr olmadan tapşırıqsız icra edilən işlər olmadığından qərardadın bu sualı üzrə tədqiqat aparılmadı. ünvan 10 ünvanlarında yerləşən obyektlərin dam hissələrində aparılmış tikinti-təmir işlərinə baxış keçirilən zaman hər hansı bir qüsurlar müəyyən olunma dı. Eyni zamanda Bakı şəhəri, ünvan 7 ünvanlarında yerləşən obyektlərin digər hissələrində və ünvan 6 ünvanlarında yerləşən binada cavabdeh MMC tərəfindən yerinə yetirilmiş tikinti işlərinin ilkin vəziyyəti saxlanılmadığı, eləcə də görülmüş işlərin üzərindən sifarişçi tərəfindən sonradan tikinti-rekonstruksiya xarakterli müxtəlif növ işlərin görülməsi səbəblərindən cavabdeh MMC tərəfindən yerinə yetirilmiş təmir-tikinti işlərində nöqsanların (qüsurlu işlərin) yol verilib-verilməməsini müəyyən etmək mümkün olmadı. Həmçinin cavabdeh tərəfindən 4 ədəd qapının quraşdırılması üçün iş xərci 61.538 ABŞ dolları, parketin vurulması üçün iş xərci 19.500 ABŞ dolları məbləğində işin icrası həyata keçirilmədiyi və 2 laylı darvazanın, 4 ədəd qapının, 650 kvadrat parketin müqavilə dəyəri olan 129.398 A BŞ dolları məbləğində materialların təhvil verilmədiyi müəyyən edilmişdir.

22. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində keçirilmiş təkrar məhkəmə tikinti-texniki ekspertizası üzrə 2023-cü il 11 may tarixli ekspert rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, ünvan 11 ünvanlarında yerləşən obyektə dair iddiaçı və cavabdeh MMC arasında bağlanmış 2015-ci il 19 may tarixli 909/335-2015 saylı, 2016-cı il 5 mart tarixli 909/386-16 saylı, 2016-cı il 25 mart tarixli 909/391-15 saylı, 2016-cı il 17 iyun tarixli 909/400-16 saylı, 2017-ci il 14 fevral tarixli 909/445-17 saylı, 2017-ci il 5 avqust tarixli 909/495-17 saylı, 2017-ci il 21 noyabr tarixli 909/518-17 saylı podrat müqavilələrə əsasən 4.755.779 ABŞ dolları və ünvan 6 ünvanlarında y erləşən binada 909/386-16 saylı 2016-cı il 5 mart tarixli, 909/395-16 saylı 2016-cı il 1 iyun tarixli, 909/504-17 saylı 25 sentyabr 2017-ci il tarixli podrat müqavilələrə əsasən 1.105.484 ABŞ dolları dəyərində olmaqla, həmin təmir-tikinti işlərinin bağlanmış müqavilələr üzrə həvalə edilmiş (icrası tapşırılmış) tikinti-quraşdırma və təmir işlərinin həcmi smetalarda ətraflı göstərilmişdir. Bakı şəhəri, ünvan 11 ünvanlarında yerləşən obyektdə təmir-tikinti işlərinin bağlanmış müqavilələr üzrə cavabdeh MMC tərəfindən görülmüş hissəsi, onların bazar qiymətləri və icra edilməsinə sərf olunan vəsaitin ümumi dəyərinin 4.334.564,04 ABŞ dolları və bu məbləğdən əlavə podratçının Bakı şəhəri, Bakıxanov qəsəbəsində yerləşən anbarında saxlanılan sifarişçi tərəfindən təhvil alınmamış 2 laylı darvazanın, 4 ədəd qapının dəyərinin 60 % 129398 ABŞ dolları təşkil etdiyi müəyyən olunur. Eyni zamanda ünvan 6 ünvanlarında yerləşən binada təmir-tikinti işlərinin bağlanmış müqavilələr üzrə cavabdeh MMC tərəfindən görülmüş hissəsi, onların bazar qiymətləri və icra edilməsinə sərf olunan vəsaitin ümumi dəyərinin 1.105.484 ABŞ dolları təşkil etdiyi müəyyən olunur. Bakı şəhəri, ünvan 11 ünvanlarında yerləşən obyektdə və ünvan 6 ünvanlarında yerləşən binada təmir-tikinti işlərinin müqavilələr olmadan tapşırıqsız icra edilən işlər olmadığından qərardadın bu sualı üzrə tədqiqat aparılmadı. Bakı şəhəri, ünvan 11 ünvanlarında yerləşən obyektlərin dam hissələrində aparılmış tikintitəmir işlərinə baxış keçirilən zaman hər hansı bir qüsurlar müəyyən olunmadı. Eyni zamanda ünvan 10 ünvanlarında yerləşən obyektl ərin digər hissələrində və ünvan 6 ünvanlarında yerləşən binada cavabdeh MMC tərəfindən yerinə yetirilmiş tikinti işlərinin ilkin vəziyyəti saxlanılmadığı, eləcə də görülmüş işlərin üzərindən sifarişçi tərəfindən sonradan tikinti-rekonstruksiya xarakterli müxtəlif növ işlərin görülməsi səbəblərindən cavabdeh MMC tərəfindən yerinə yetirilmiş təmir-tikinti işlərində nöqsanların (qüsurlu işlərin) yol verilib-verilməməsini müəyyən etmək mümkün olmadı. Bakı şəhəri, ünvan 11 ünvanlarında yerləşən obyektdə təmir-tikinti işlərinin bağlanmış müqavilələr üzrə cavabdeh MMC tərəfindən görülmüş hissəsi, onların bazar qiymətləri və icra edilməsinə sərf olunan vəsaitin ümumi dəyərinin 4.334.564,04 ABŞ dolları və bu məbləğdən əlavə podratçının Bakı şəhəri, Bakıxanov qəsəbəsində yerləşən anbarında saxlanıl an sifarişçi tərəfindən təhvil alınmamış 2 laylı darvazanın, 4 ədəd qapının dəyərinin 60 % 129.398 ABŞ dolları təşkil etdiyi müəyyən olunur. Eyni zamanda ünvan 6 ünvanlarında yerləşən binada təmir-tikinti işlərinin bağlanmış müqavilələr üzrə cavabdeh MMC tərəfindən görülmüş hissəsi, onların bazar qiymətləri və icra edilməsinə sərf olunan vəsaitin ümumi dəyərinin 1.105.484 ABŞ dolları təşkil edir.

23. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə 2023-cü il 25 oktyabr tarixli rəyində qeyd edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş iddiaçı və cavabdeh MMC arasında rəsmiləşdirilmiş “podrat müqavilələri, həmin müqavilələr üzrə tərtib edilmiş preforma invoys, invoys, ödəniş ta pşırıqları məlumatları nəzərə alınmaqla iddiaçı və üçüncü şəxs tərəfindən cavabdeh MMC-nin "xxxx" KB ASC-də olan bank hesabına 56.787,55 manat məbləğində, cavabdeh MMC və Cavabdeh2 tərəfindən tərtib edilmiş preforma invoys və invoys məlumatlarında qeyd edilən bank hesablarına ümumilikdə 5.362.571,84 ABŞ dolları məbləğində vəsaitin köçürüldüyü müəyyən edildi. Preforma invoys və invoys məlumatlarında Bakı şəhəri, ünvan 12 ünvanlarındakı obyekt üzrə, həm də ünvan 6 ünvanlarındakı obyekt (İçəri şəhər) üzrə görülmüş işlərin dəyəri əks etdirildiyindən aparılmış ödənişlərin hansı hissəsinin, hansı obyektə aid olduğunu ayırmaq mümkün olmadı.

24. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 26 dekabr tarixli, e-2-2(113)15/2023 nömrəli qətnaməsi ilə (hakim Z.Axundova) İddiaçı MMC-nin iddiasının qismən təmin edilməsi, Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada 862.443 ABŞ dolları məbləğində pul manatın ödəniş gününə məzənnə nisbəti ilə tutularaq İddiaçı MMCyə ödənilməsi, İddiaçı MMC-nin iddiasının qalan hissədə, müstəqil tələb irəli sürən üçüncü şəxs X3 iddiasının və qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir.

25. Birinci instansiya məhkəməsinin mövqeyinin belə əsaslandırmışdır ki, ilk iddia 1.018.032,61 ABŞ dolları və 56.787,55 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutulmasından ibarətdir. Podrat müqavilələri üzrə müəyyən olunan smeta dəyəri işin mübahisəsiz hallarındandır. Podratçı tərəfindən işlərin tam yerinə yetirilməsi, yerinə yetirilmiş işlərdə qüsurların olması, həmin qüsurların aradan qaldırılması üçün çəkilmiş xərclər, podrat müqavilələri üzrə yerinə yetirilmiş işlərə görə muzdun ödənilməsi, məbləği işin mübahisəli hallarını təşkil edir.

26. Məhkəmə tərəfindən məhkəmə mühasibatlıq və tikinti-texniki ekspertizalar təyin edilmiş və müvafiq rəylər verilmişdir. Rəylərdən görünür ki, podrat müqavilələrə əsasən bağlanmış müqavilələr üzrə həvalə edilmiş (icrası tapşırılmış) tikinti-quraşdırma və təmir işlərinin həcmi smetalarda Bilgəh layihəsi üzrə 4.755.779 ABŞ dolları və ünvan 6 ünvanlarında yerləşən bina üzrə isə 1.105.484 ABŞ dolları dəyərində müəyyən edilmişdir. Həmin rəylərlə Bakı şəhəri, ünvan 11 ünvanlarında yerləşən obyektdə təmir-tikinti işlərinin bağlanmış müqavilələr üzrə "xxxx" MMC tərəfindən görülmüş hissəsi, onların bazar qiymətləri və icra edilməsinə sərf olunan vəsaitin ümumi dəyərinin 4.334.564,04 ABŞ dolları tə şkil etdiyi, bu məbləğdən əlavə podratçının Bakı şəhəri, Bakıxanov qəsəbəsində yerləşən anbarında saxlanılan sifarişçi tərəfindən təhvil alınmamış 2 laylı darvazanın, 4 ədəd qapının dəyərinin 60 % 129.398 ABŞ dolları təşkil etdiyi müəyyən olunmuşdur. Eyni zamanda ünvan 6 ünvanlarında yerləşən binada təmir-tikinti işlərinin bağlanmış müqavilələr üzrə Cavabdeh1 MMC tərəfindən görülmüş hissəsi, onların bazar qiymətləri və icra edilməsinə sərf olunan vəsaitin ümumi dəyərinin 1.105.484 ABŞ dolları təşkil etdiyi müəyyən olunur. Beləliklə, görülmüş işlərin müəyyən olunan ümumi həcmi 5.569.446,04 (4.334.564,04+129.398+1.105.484=5.569.446,04) ABŞ dolları təşkil edir.

27. Görülmüş işlərə görə “Armadii Group" MMC-yə 56.787,55 manat (33.404,44 ABŞ dolları (56.787,55 manat/1,70manat=33.404,44 ABŞ dolla rı)) və ümumilikdə 5.362.571,84 ABŞ dolları, cəmi 5.395.976,28 (33.404,44 + 5.362.571,84=5.395.976,28) ABŞ dolları məbləğində vəsaitin ödənildiyi ekspert rəyi ilə öz təsdiqini tapmışdır.

28. İlk iddiaçı ödəniş sənədləri, proforma invoys və s. mötəbərliyini mübahisələndirsə də, məhkəmə həmin sənədləri iş üzrə mötəbər sübut kimi qəbul etmiş və hesab etmişdir ki, görülmüş işlərin həcmindən görülmüş işlərə görə edilmiş ödənişlərin cəmini çıxaraq, podratçıya ödənilməli olan məbləği müəyyən etmək olar. Həmin məbləğ 173.469,76 ABŞ dolları (5.569.446,04-5.395.976,28=173.469,76) təşkil edir.

29. İddiaçı görüləsi işlərə dair icraçının təqdim etdiyi smetalar üzrə faktiki görülmüş işlərdə qüsurların və çatışmazlıqların aşkar edildiyini və həmin qüsur və çatışmazlıqların aradan qaldırılması məqsədilə t ikinti-montaj işlərinin görüldüyünü bildirmişdir. Verilmiş rəylərdən görünür ki, Bakı şəhəri, ünvan 11 ünvanlarında yerləşən obyektlərin dam hissələrində aparılmış tikinti-təmir işlərinə hər hansı bir qüsurlar müəyyən olunmadı. Eyni zamanda rəylərdən görünür ki, ünvan 10 ünvanlarında yerləşən obyektlərin digər hissələrində və ünvan 6 ünvanlarında yerləşən binada Cavabdeh1 MMC tərəfindən yerinə yetirilmiş tikinti işlərinin ilkin vəziyyəti saxlanılmamış, eləcə də görülmüş işlərin üzərindən sifarişçi tərəfindən sonradan tikinti-rekonstruksiya xarakterli müxtəlif növ işlər görülmüşdür. Həmin səbəbdən Cavabdeh1 MMC tərəfindən yerinə yetirilmiş təmir-tikinti işlərində nöqsanlara (qüsurlu işlərə) yol verilib-verilməməsini müəyyən etmək mümkün olmamışdır.

30. Beləliklə, işlərin qüsurlu görülməsi i lə bağlı məhkəmənin gəldiyi qənaət bundan ibarət olmuşdur ki, həmin işlərin qüsurlu görülməsi öz təsdiqini tapır. Belə ki, ekspert rəylərindən göründüyü kimi, obyektlərin dam hissələrində aparılmış tikinti-təmir işlərinə baxış keçirilən zaman hər hansı bir qüsurlar müəyyən olunmasa da, hər iki ünvanda, birinci ünvanda obyektlərin digər hissələrində və ikinci ünvanda yerləşən binada Cavabdeh1 MMC tərəfindən görülmüş işlərin üzərindən sifarişçi tərəfindən sonradan tikinti-rekonstruksiya xarakterli müxtəlif növ işlərin görüldüyü qeyd olunmuşdur. Belə olan təqdirdə, məhkəmə iddiaçının qüsurlarla bağlı təqdim etdiyi "xxxx" MMC-nin ekspert mütəxəssisləri tərəfindən görülmüş işlərin keyfiyyətinin və kəmiyyətinin təftişinin nəticəsinə dair tərtib olunmuş texniki rəyləri sübut kimi qəbul etmişdir.

31. İlk iddia üzrə cavabdehin nümayəndəsi həmin rəylərin sübut əhəmiyyətini, mötəbərliyini şübhə altına aldığını bildirmişdir. Lakin məhkəmə həmin rəyləri digər sübutlarla yanaşı qiymətləndirərək qeyd olunan nəticəyə gəlmişdir.

32. Belə ki, iddiaçılar tərəfindən məhkəməyə hər iki layihə üzrə qeyd olunan işlərin görülməsi ilə bağlı üçüncü şəxslərlə bağlanan podrat müqavilələri, həmin işlərin görülməsi nəticəsində həmin müqavilələr üzrə icraçılara ödənilən məbləğlərlə bağlı sübutlar təqdim edilmiş, həmin pul vəsaitlərinin zərər kimi ilk iddia üzrə cavabdehdən tutulmasını xahiş edilmişdir.

33. Eyni zamanda ilk iddia üzrə cavabdehin nümayəndəsi işlərdə qüsurların olması, qüsurların aradan qaldırılması ilə bağlı iddiaçı tərəfindən podratçıya məlumatın verilmədiyini, hər hansı iradın bildirilm ədiyini qeyd etsə də, həmin hal iş materialları ilə öz təsdiqini tapmır.

34. Müəyyən olunur ki, qüsurların aradan qaldırılması üçün tələb olunan məbləğ 1.035.912,76 (719.772,57+316.140,19 (305.613,65+10.526,54)=1.035.912,76) ABŞ dolları təşkil etmişdir. Həmin məbləğdən podratçıya ödənilməli olan məbləği çıxdıqda 862.443 (1.035.912,76-173.469,76=862.443) ABŞ dolları məbləğ edir.

35. Beləliklə, birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada 862.443 ABŞ dolları məbləğində pul manatın ödəniş gününə məzənnə nisbəti ilə tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

36. Belə qənaətə gələrkən məhkəmə onu nəzərə almışdır ki, müqavilələrdən biri podratçı kimi Cavabdeh2 ilə bağlanmış, bəzilərində isə imza qoyulmuşdur. Hazırkı iş üzrə həm görülmüş işlər, həm edilmiş ödənişlərlə bağlı hansı hissənin hansı müqaviləyə aid olmasını müəyyən etmək mümkün olmadığından, görülmüş işlər, edilmiş ödənişlər, yol verilmiş qüsurları ümumi şəkildə müəyyən etmək mümkün olduğundan məhkəmə hesab etmişdir ki, qeyd olunan məbləğ cavabdehlərdən müştərək qaydada tutulmalıdır.

37. Məhkəmə həmçinin hesab etmişdir ki, mübahisə bağlanmış podrat müqavilələrindən irəli gəldiyindən, X5 həmin müqavilələrdə tərəf olmadığından müstəqil tələb irəli sürən üçüncü şəxs X3 iddiası təmin olunmamalıdır. Müqavilələr üzrə ödənişlərin X5 tərəfindən icra edilməsi müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının təmin olunması üçün əsas ola bilməz.

38. Nəhayət, məhkəmənin mövqeyinə görə, ilk iddia ilə bağlı gəlinən nəticə qarşılıqlı iddianın təmin edilməsini istisna edir.

39. Bi rinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1439.2, 442, 448.1,, 752.1-752.3, 753.1-753.4, 759.1, 759.2, 762.1-762.3, 763.1, 765-ci, Mülki Prosessual Məcəllənin 14.2, 76.1 və 77-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiya məhkəməsindəki icraat

40. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı MMC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddianın təmin olunmadığı hissədə ləğv edilməsi və ilk iddia tələbinin tam təmin edilməsi barədə yeni dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

41. Həmçinin ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 MMC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddia tələbinin təmin və qarşılıqlı iddia tələbinin rədd olunduğu hissələrində ləğv edilməsi, ilk iddia tələbinin və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddialarının rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

42. Cavabdeh2 da apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddia tələbinin təmin olunan hissəsində ləğv edilməsi, ilk iddia və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələblərinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

43. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 12 iyul tarixli 2-2(103)-451/2024 nömrəli qətnaməsi ilə (hakim Z.A.Şirinovun sədrliyi və məruzəsi ilə, hakimlər V.Ə.Baxışovadan və R.Ə.Qurbanovdan ibarət tərkibdə) ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia ü zrə cavabdeh) İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, ilkin iddia üzrə Cavabdeh2 apellyasiya şikayəti təmin edilmiş, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli, e-2-2(113)-15/2023 nömrəli qətnaməsi qismən, ilkin iddia və qarşılıqlı iddialara dair hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, ilk iddia üzrə İddiaçı MMC-dən 2.913.080 ABŞ dolları məbləğinin tutularaq ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 MMC-yə ödənilməsi, qarşılıqlı iddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir.

44. Apellyasiya instansiyas ı məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi qüsurlarla bağlı ilk iddiaçı tərəfindən qarşılıqlı iddiaçıya işlər başa çatdıqdan sonra hər hansı pretenziyanın göndərilməsini araşdırmamışdır. İddiaçı tərəfindən cavabdeh MMC-yə ünvanlanmış 2016-cı il 26 noyabr tarixli 16/1028-2016 nömrəli pretenziya məktubunun ilk iddiada qeyd olunan qüsurlara aidiyyəti olmamışdır. Həmin pretenziya məktubu 2016-cı il 5 mart tarixli podrat müqaviləsinin vaxtında icra edilməsi ilə əlaqədardır. 2020-ci il 26 oktyabr tarixli 16/1918-20 nömrəli pretenziya məktubu isə ilk iddiaçının məhkəməyə iddia ərizəsi ilə müraciət etməzdən qısa müddət əvvəl qarşılıqlı iddiaçıya göndərilmişdir. Qüsurlarla bağlı 2020-ci il 26 oktyabr tarixli pretenziya məktubundan başqa işlər başa çatdırıldıqdan sonra iddiaçı tərəf indən cavabdehə hər hansı məlumat, xəbərdarlıq, dəvət və pretenziya göndərilməmişdir. Belə ki, iddiaçının işlərin başa çatdırılmasından sonra aşkar edilmiş qüsurlarla bağlı 2020-ci il 26 oktyabr tarixli pretenziya məktubunun göndərilməsinə qədər, həmçinin Rusiya Federasiyasının hüquqi şəxsi olan “Lyuks İnteriors” şirkətlər qrupuna daxil olan "xxxx" MMC-nin ekspert mütəxəssisləri dəvət edilərək görülmüş işlərin keyfiyyətinin və kəmiyyətinin təftişinin (auditi) aparılması zamanı, hətta həmin ekspert mütəxəssislər tərəfindən qüsurlarla bağlı rəy verildikdən sonra belə qarşılıqlı iddiaçıya hansı qüsurların olması, onların aradan qaldırılması, qüsurların təftişinin keçirilməsi vaxtı və iştiraklarına dair dəvət barədə hər hansı məlumat, bildiriş, pretenziya göndərilməmişdir. Göründüyü kimi iddia olunan qüsurların müəyyən edilməsi, yenidən qurma işlərinin xərcləri və sair məsələlər birtərəfli qaydada, podratçının xəbəri olmadan aparılmış və həmin iddia olunan qüsurlar işdə olan ekspert rəylərinə əsasən müəyyən edilməmişdir.

45. Qeyd edilənlərə əsasən apellyasiya kollegiyası hesab etmişdir ki, sifarişçinin qüsurlar barədə pretenziya göndərməsi müəyyən edilmədiyindən, işləri qüsurlu qəbul edərək sifarişçinin başqa şirkət vasitəsilə iddia etdiyi qüsurların mövcud olması qəbul edilə bilməz. Belə ki, onların mövcudluğu ilə bağlı sübutlar cavabdehin iştirakı olmadan iddiaçı tərəfindən birtərəfli qaydada tərtib edilmişdir.

46. Apellyasiya instansiyası məhkəməsi müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasına birinci instansiya məhkəməsi tərəfindən qiymət verildiyindən və bu hal apelly asiya baxışının predmeti olmadığından üçüncü şəxsin iddiasına münasibət bildirilməsinə lüzum görməmişdir.

47. Apellyasiya məhkəməsi qarşılıqlı iddiaya münasibətdə hesab etmişdir ki, mübahisə predmeti olan 9 podrat müqavilələri üzrə görülüb başa çatdırılmış iki layihə ilə bağlı təmir-tikinti işlərinə görə ödənilən vəsaitlər aşağıdakı sübutlarla təsdiqini tapır:

48. Siyahısı aşağıda göstərilən praforma invoysların və 1 ədəd ödəniş tapşırığının məzmunundan görünür ki, sözügedən praformalar mübahisə edilən 19 may 2015-ci tarixli, 909/335-2015 №-li, 05 mart 2016-cı il tarixli, 909/386-16 №-li, 25 mart 2016-cı il tarixli, 909/391-15 №-li, 01 iyun 2016-cı il tarixli, 909/395-16 №-li, 17 iyun 2016-cı il tarixli, 909/400-16 №-li, 14 fevral 2017-ci il tarixli, 909/445-17№-li, 05 avqust 2017-ci il tarixli, 909/495-17 №-li, 25 sentyabr 2017-ci il tarixli, 909/504-17 №-li, 21 noyabr 2017-ci il tarixli, 909/518-17 №-li müqavilələrə əsaslanır və həmin müqavilələr üzrə tərtib edilmişdir: 260,517 ABŞ dolları məbləğində, ödəniş təyinatı 909/395-16 №-li 01 iyun 2016-cı il tarixli müqavilə olan 17071902 №-li, 19 iyul 2017-ci il tarixli invoys; 201,475 ABŞ dolları məbləğində, ödəniş təyinatı 909/495-17 №-li 05 avqust 2017-ci il tarixli müqavilə olan 17080601 №-li, 06 avqust 2017-ci il tarixli invoys; 162,740 ABŞ dolları məbləğində, ödəniş təyinatı 909/495-17№-li 05 avqust 2017-ci il tarixli müqavilə olan 17082801 №-li, 28 avqust 2017-ci il tarixli invoys; 71,338 ABŞ dolları məbləğində, ödəniş təyinatı 909/504-17 №-li 25 sentyabr 2017-ci il tarixli müqavilə olan 17092601 №-li, 26 sentyabr 2017 -ci il tarixli invoys; 112,729 ABŞ dolları məbləğində, ödəniş təyinatı 909/518-17 №-li 21 noyabr 2017-ci il tarixli müqavilə olan 17112401 №-li, 24 noyabr 2017-ci il tarixli invoys; 112,729 ABŞ dolları məbləğində, ödəniş təyinatı 909/518-17 №-li 21 noyabr 2017-ci il tarixli müqavilə olan 17121801 №-li, 18 dekabr 2017-ci il tarixli invoys; 56,365 ABŞ dolları məbləğində, ödəniş təyinatı 909/518-17 №-li 21 noyabr 2017-ci il tarixli müqavilə olan 18030101 №-li, xx.xx.2018-ci il tarixli invoys; 112,729 ABŞ dolları məbləğində, ödəniş təyinatı 909/518-17№-li 21 noyabr 2017-ci il tarixli müqavilə olan 18022001 №-li, 20 fevral 2018-ci il tarixli invoys; 99,388 ABŞ dolları məbləğində, ödəniş təyinatı 909/518-17 №-li 21 noyabr 2017-ci il tarixli müqavilə olan 18050801 №-li, 08 may 2018-ci il tarixli invoys; 118,263 ABŞ dolları məbləğində, ödəniş təyinatı 909/445-17 №-li 14 fevral 2017-ci il tarixli və 495/502-17 №-li 05 avqust 2017-ci il tarixli müqavilələr olan 17111101 №-li, 11 noyabr 2017-ci il tarixli invoys; 148794 ABŞ dolları məbləğində, ödəniş təyinatı 909/518-17 №-li 21 noyabr 2017-ci il tarixli müqavilə olan 17112101 №-li, 21 noyabr 2017-ci il tarixli invoys; 108549 ABŞ dolları məbləğində, ödəniş təyinatı 909/386-16 №-li 05 mart 2016-cı tarixli müqavilə olan 17060501 №-li, 05 iyun 2017-ci il tarixli invoys; 118614 ABŞ dolları məbləğində, ödəniş təyinatı 909/395-16 №-li 01 iyun 2016-cı tarixli müqavilə olan 17051801 №-li, 18 may 2017-ci il tarixli invoys; 300,000 ABŞ dolları məbləğində, ödəniş təyinatı 07 mart 2016, 01 iyun 2016 (aid olan) və 01 avqust 2016-cı il tarixli müqav ilələr olan, 17082901 №-li, 29 avqust 2017-ci il tarixli invoys; 95,920 ABŞ dolları məbləğində, ödəniş təyinatı 07 mart 2016, 01 iyun 2016 (aid olan) və 01 avqust 2016-cı il tarixli müqavilələr olan 18041402 №-li, 14 aprel 2018-ci il tarixli invoys; 101,957 ABŞ dolları məbləğində, ödəniş təyinatı 909/518-17 №-li 21 noyabr 2017-ci il tarixli (aid olan) və 15 may 2018-ci il tarixli müqavilələr olan 18052501 №-li, 25 may 2018-ci il tarixli invoys; 254,893 ABŞ dolları məbləğində, ödəniş təyinatı 909/518-17 №-li, 21 noyabr 2017-ci il tarixli (aid olan) və 15 may 2018-ci il tarixli müqavilələr olan 18052601 №-li, 26 may 2018ci il tarixli invoys; 15182.02 AZN məbləğində, ödəniş təyinatı 909/400-16 №-li, 17 iyun 2016-cı il tarixli müqavilə üzrə 209OPX16173 №-li, 22 iyun 2016-cı il tarixli ödəniş t apşırığı (8930 ABŞ dolları ekvivalentində).

49. Apellyasiya icraatı zamanı apellyasiya şikayətlərinə əlavə verərək Cavabdeh1 MMC-nin nümayəndəsi qeyd olunan müqavilələr və invoyslar üzrə ilkin İddiaçı MMC tərəfindən ödənişlər edilməsini qəbul etdiyini və həmin ödənişlərin qarşılıqlı iddia tələbindən çıxılmasına etirazlarının olmadığını bildirmişdir.

50. Bundan əlavə, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 may 2023-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, ünvan 11 ünvanlarında yerləşən obyektdə təmir-tikinti işlərinin bağlanmış müqavilələr üzrə Cavabdeh1 MMC tərəfindən görülmüş hissəsi, onların bazar qiymətləri və icra edilməsinə sərf olunan vəsaitin ümumi dəyərinin 4334564,04 ABŞ dolları və bu məbləğdən əlavə podratçının Bakı şəhəri, Bakıxanov qəsəbəsində yerləşən anbarında saxlanılan sifarişçi tərəfindən təhvil alınmamış 2 laylı darvazanın, 4 ədəd qapının dəyərinin 60 % 129398 ABŞ dolları təşkil etdiyi müəyyən olunur. Eyni zamanda ünvan 6 ünvanlarında yerləşən binada təmir-tikinti işlərinin bağlanmış müqavilələr üzrə Cavabdeh1 MMC tərəfindən görülmüş hissəsi, onların bazar qiymətləri və icra edilməsinə sərf olunan vəsaitin ümumi dəyərinin ******* ABŞ dolları təşkil edir. Ümumi görülən işlərə sərf olunan vəsaitin cəmi ******* ABŞ dolları təşkil etmişdir. Həmin məbləğdən, yəni ******* ABŞ dolları məbləğindən yuxarıda qeyd olunan 9 müqavilə üzrə proforma invoyslarla təsdiqini tapan cəmi ödənilmiş ******* ABŞ dolları məbləği çıxıldıqda ******* ABŞ dolları ödənilməyən vəsaitin qaldığı müəy yən edilir.

51. Həmçinin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 avqust 2022-ci il tarixli ekspert rəyi ilə Cavabdeh1 MMC tərəfindən 4 ədəd qapının quraşdırılması üçün iş xərci 61538 ABŞ dolları, parketin vurulması üçün iş xərci 19500 ABŞ dolları məbləğində işin icrası həyata keçirilmədiyi və 2 laylı darvazanın, 4 ədəd qapının, 650 kvadrat parketin müqavilə dəyəri olan 129398 ABŞ dolları məbləğində materialların təhvil verilmədiyi müəyyən edilmişdir. Belə olan halda, ekspert rəyi ilə müəyyən edilən yuxarıda göstərilmiş vəsaitlər ilkin iddiaçı tərəfindən ödənilməyən ******* ABŞ dolları məbləğindən çıxılmalıdır (3123516-61538-19500-129398=2913080).

52. Apellyasiya məhkəməsi göstərmişdir ki, işdə olan 29 may 2015-ci tarixli, 000014 №-li və 15 iyul 2015-ci tarixli, 000023 №-li ödə niş tapşırıqları İddiaçı MMC ilə Cavabdeh1 MMC arasında bağlanmış 21 may 2015-ci il tarixli podrat müqaviləsi əsasında təqdim edilən hesab fakturalar üzrə ödənilmişdir. Qeyd edilən müqavilə isə mübahisələndirilmədiyi üçün mübahisə predmetinə aid deyildir. İşdə olan 18052601 №-li 26 may 2018-ci il tarixli, 17080802 №-li 08 avqust 2017-ci il tarixli, 18032001 №-li 20 mart 2018-ci il tarixli, 18031401 №-li 14 mart 2018-ci il tarixli, 18031501 №-li 15 mart 2018-ci il tarixli, 18040601 №-li 06 aprel 2018-ci il tarixli, 18041301 №-li 13 aprel 2018-ci il tarixli, 18041302 №-li 13 aprel 2018-ci il tarixli, 18041401 №-li 14 aprel 2018-ci il tarixli, 18053001 №-li 30 may 2018-ci il tarixli proforma invoyslar İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 909/403-16 nömrəli 21 iyun 2016-cı il tarixli P odrat müqaviləsi əsasında təqdim edilmişdir. Həmin proforma invoyslar üzrə ödənişlərin olub-olmamasından asılı olmayaraq, qeyd edilən podrat müqaviləsi mübahisələndirilmir. Həmçinin həmin müqavilə üzrə podratçı tərəf kimi fiziki şəxs Cavabdeh2 çıxış edir ki, iddiaçı tərəfindən həmin müqavilə üzrə fiziki şəxs Cavabdeh2 qarşı hər hansı pretenziya və iddia tələbi irəli sürülməmişdir. Bundan başqa, həmin müqavilə ilk iddia tələbinin istinad edilən əsasını təşkil etmir.

53. İşdə olan 17090901 №-li 09 sentyabr 2017-ci il tarixli, 17101901 №-li 19 oktyabr 2017-ci il tarixli və eyni nömrə ilə eyni tarixli praforma invoyslar göründüyü kimi mübahisəyə aidiyyəti olmayan müqavilə və aktlar əsasında tərtib edilmişdir. Belə ki, həmin aktlardan görünür ki, yerinə yetirilmiş işlər İsmayıllı rayonu ərazisi ndə aparılan işlərlə əlaqədardır. Bu isə o deməkdir ki, həmin işlər üzrə tərtib edilən praforma invoysların hazırkı mübahisə predmetinə heç bir aidiyyəti yoxdur.

54. İşdə olan 17092201 №-li 22 sentyabr 2017-ci il tarixli və 17101601 №-li 16 oktyabr 2017-ci il tarixli praforma invoyslar İddiaçı MMC ilə Cavabdeh1 MMC arasında bağlanmış 909/502-17 nömrəli 22 sentyabr 2017-ci il tarixli podrat müqaviləsi əsasında tərtib edilmişdir. Göründüyü kimi həmin müqavilə və müqavilə üzrə görülmüş işlər də mübahisələndirilmir və mübahisə predmetinə daxil deyildir.

55. İşdə olan 11 №-li 20 iyun 2016-cı il tarixli, 09 №-li 30 may 2016-cı il tarixli və 10 №-li 06 iyun 2016-cı il tarixli invoyslardan görünür ki, invoysun ünvanlandığı və ödəyici tərəf “X8” adlı şirkətdir. Həmin invoysların iddiaçı və iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxslə heç bir əlaqəsi yoxdur. Belə olduğu halda invoyslarda adı qeyd edilən “X8” şirkətinin mübahisə tərəfi olmadığı üçün qeyd edilən invoyslarında mübahisəyə aidiyyəti yoxdur.

56. İşdə olan 010317 №-li 17 mart 2017-ci il tarixli invoys 07 mart 2017-ci il tarixli müqavilə əsasında təqdim edilmişdir. Göründüyü kimi invoysun tərtib edilməsi üçün əsas kimi qeyd edilən müqavilənin mübahisə predmeti olmadığı təkzibedilməz haldır. Həmçinin, həmin invoys üzrə ödəyici tərəf ilk iddiaçı deyildir.

57. İşdə olan 19 №-li 17 fevral 2017-ci il tarixli, 17 №-li 22 dekabr 2016-cı il tarixli və 18 №-li 11 yanvar 2017-ci il tarixli invoyslardan görünür ki, ödəyici şəxs müstəqil tələb irəli sürən üçüncü şəxs X4r. İş materiallarında olan digər müqavilələrdən görmək mümkünd ür ki, müstəqil tələb irəli sürən üçüncü şəxs X5 özü müstəqil tərəf kimi bir çox podrat müqavilələri bağlamışdır. İstər müstəqil tələb irəli sürən üçüncü şəxslə bağlanan müqavilələr, istərsə də iddiaçı ilə müxtəlif layihələr üzrə bağlanmış bir çox müqavilələr (mübahisə edilən və edilməyən) vardır ki, həmin müqavilələr əsasında Azərbaycan Respublikasının müxtəlif bölgələrində müvafiq podrat işləri yerinə yetirilmişdir. Bu səbəbdən həmin invoyslar üzrə ödənişlərin hansı müqavilə və hansı işlər üzrə təqdim edildiyini müəyyən etmək mümkün olmadığından, həmin praforma invoyslar sübut kimi qəbul edilə bilməz.

58. Göründüyü kimi ilkin iddiaçı tərəfindən elektron məhkəmə sisteminə yüklənmiş digər çoxsaylı proforma invoyslar, ödəniş tapşırıqları və e-mail yazışmaları məhkəmə kollegiyası tərəfindən tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin invoyslar, ödəniş tapşırıqları və e-mail yazışmalarının İddiaçı MMC və Cavabdeh1 MMC arasında hazırkı ilkin iddianın predmeti olan Bakı şəhəri, ünvan 7 ünvanlarında yerləşən obyektdə və ünvan 6 ünvanlarında yerləşən binada təmir-tikinti işləri ilə əlaqədar bağlanmış 9 ədəd müqavilələrə aidiyyəti yoxdur. Belə ki, həmin invoyslar, ödəniş tapşırıqları və e-mail yazışmaları İddiaçı MMC və Cavabdeh1 MMC, Cavabdeh2 arasında başqa layihələr üzrə bağlanmış müxtəlif müqavilələrə aiddir. Sözügedən invoysların və ödəniş tapşırıqlarına dair müqavilələr isə hazırkı ilkin iddianın predmeti olmadığına görə həmin invoys və ödəniş tapşırıqları mübahisə predmeti olan 9 müqavilə üzrə işlərin görülməsinə dair ödənişləri təsdiq edən sübut kimi qəbul edilə bilməz. 5

9. Beləliklə, məhkəmə kollegiyası iş materiallarında olan invoyslar, ödəniş tapşırıqları və digər sübutları ətraflı tədqiq edərək, belə qənaətə gəlir ki, sözügedən iki layihə üzrə yəni, Bakı şəhəri, ünvan 11 ünvanlarında yerləşən obyektdə və ünvan 6 ünvanlarında yerləşən binada təmir-tikinti işləri ilə əlaqədar bağlanmış 9 ədəd müqavilələr üzrə İddiaçı MMC tərəfindən Cavabdeh1 MMC-yə ödənilməyən məbləğ ******* ABŞ dolları təşkil edir. Qarşılıqlı iddia yalnız bu hissədə təmin edilməlidir.

60. Qarşılıqlı iddianın borcun gecikdirilməsinə görə illik 5 faiz həddində pulun tutulması hissəsində apellyasiya məhkəməsi Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad edərək göstərmişdir ki, sifarişçi və podratçı arasında işlər başa çatandan sonra mübahisə yarandığından işlərin təhvil alınmasının başlanğı cı iş materialları ilə müəyyən edilmədiyindən borcun gecikdirilməsinin başlanğıcını da müəyyən edilməsi mümkün olmamışdır. Odur ki, Mülki Məcəllənin 445.7-ci maddəsinin tətbiq edilməsi üçün kollegiya əsaslar müəyyən etməmişdir.

61. Qarşılıqlı iddianın ilkin iddiaçının mülkiyyətində olan Bakı şəhəri, ünvan 12 ünvanlarında və ünvan 6 ünvanlarında yerləşən torpaq sahələrinin qarşılıqlı iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməsi hissəsində apellyasiya məhkəməsi göstərmişdir ki, öhdəliyin icrasının təmin edilməsi üsulları kimi girov, ipoteka, saxlama kreditorun əmlaka sahiblik faktını şərtləndirir. Belə ki, kreditor əmlaka sahiblik etmirsə o, öhdəliyin icrasını təmin etmək üçün üsullardan istifadə etmək imkanından istifadə edə bilmir, nəticə olaraq öhdəliyin icrasını təmin edə bilmir. İşin m üəyyən edilmiş hallarına əsasən mübahisə yarandığı andan sifarişçiyə məxsus torpaq sahələri podratçının sahibliyində olmamışdır. Odur ki, ipoteka ilə yüklü edilmə barədə qarşılıqlı iddiaya münasibətdə Mülki Məcəllənin 758-ci maddəsinin tətbiq edilməsi üçün hüquqi əsaslar mövcud deyil.

62. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 385.1, 386.1, 442, 752.1, 752.2, 753.1-753.4, 759.1, 759.2, 762.1-762.3, 770, 773-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

63. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı MMC kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunması nı xahiş etmişdir.

64. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən aşağıdakı maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur: 64.1. Mülki Məcəllənin 763.1, 764.1 və 765-ci maddələri düzgün tətbiq olunmamışdır. Belə ki, kassatorun podrat müqavilələri üzrə ödənilməmiş borcu qalsaydı, ilk növbədə ona qarşı borcun ödənilməsi tələbi qaldırılardı. Lakin, iddiaçı iddia qaldırdıqdan sonra cavabdeh bu iddianın əsaslılığını şübhə altına almaq, aradan qaldırmağa nail olmaq üçün qarşılıqlı iddia qaldırmışdır. Göstərilən maddələrdə və ümumiyyətlə qanunvericilikdə podrat müqavilələrindən irəli gələn münasibətlərdə işlərin görülməsində mövcud olan qüsurlar barədə sifarişçi tərəfindən podratçıya məlumat vermək (pretenziya göndərmək) kimi öhdəliyi (vəzif əsi) imperativ norma şəklində nəzərdə tutulmamışdır. Mülki Məcəllənin 763.1-ci maddəsindəki hüquq norması sifarişçinin üzərinə məmulatın qüsuru olduğu halda, podratçıdan əlavə icranı tələb etmək vəzifəsi (öhdəliyi) qoymur, sifarişçiyə həmin hərəkətin edilməsi və ya edilməməsi səlahiyyəti verir. Yəni, qüsurlara görə podratçıdan əlavə icra tələb edə bilər, etməyə də bilər, bu sifarişçinin öz hüququdur. Digər tərəfdən əgər sifarişçi MM-in 763.1-ci maddəsinin ona verdiyi hüquqdan istifadə etsəydi, o halda o, MM-in 764.1 və 765-ci maddələrinə müvafiq olaraq əlavə icra üçün müəyyənləşdirilmiş müddətin nəticəsiz qurtardığı halda, qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi də tələb edə bilərdi və ya müqavilədən imtina edə bilərdi və podratçı da müqavilə ilə bağlı xərclərin əvəzin i sifarişçiyə ödəməyə borclu idi. Digər tərəfdən tərəflər arasında bağlanmış mübahisəli podrat müqavilələrində də sifarişçinin qüsurlar barədə podratçıya pretenziya göndərilməsi kimi belə öhdəliyinin və ya vəzifəsinin olması barədə şərt öz əksini tapmamışdır. Əksinə, müqavilə üzrə podratçının üzərinə işlərin yekunlaşması haqqında 24 saat müddətində sifarişçiyə məlumat (bildiriş) göndərilmə vəzifəsi, öhdəliyi qoyulub. Müqavilələrin yalnız 4.1-ci bəndlərində podratçının vəzifələri (öhdəlikləri) hissəsində işlərdə olan çatışmazlıq və qüsurların podratçının öz hesabına aradan qaldırması kimi vəzifəsi öz əksini tapıb, bunun üçün sifarişçi tərəfindən əlavə müddət müəyyən edilə bilər. 64.2. Mülki Məcəllənin 21.1, 21.2, 385.1, 386.1, 442, 443.1, 443.2, 443.3-cü maddələri üzrə - sifarişçinin qüsurl arın aradan qaldırılması üçün podratçıdan müddət müəyyənləşdirməklə əlavə icra tələbi hüququndan istifadə etməməsi, onu həmin qüsurlara görə çəkdiyi xərclərin əvəzini tələb etməkdən məhrum etmir və yaxud podratçını sözügedən qüsurlara görə çəkilmiş və ya çəkilə biləcək xərclərin əvəzini sifarişçiyə ödəmək öhdəliyindən azad etmir. Bağlanmış podrat müqavilələrinə əsasən tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilələrə görə podratçı bütün işləri müqavilə şərtlərinə, təsdiq olunan layihələrə və sifarişçi tərəfindən təsdiqlənmiş nümunələrə uyğun olaraq yüksək keyfiyyətlə, müqavilələr ilə müəyyən edilən müddətdə icra etməyi, sifarişçi isə podratçıya bu müqavilələrdə razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürmüşdür. Sifarişçi öz üzərinə düşən öhdəliyi icra etmiş, lakin pod ratçı isə işləri müəyyən olunmuş yüksək keyfiyyətlə icra etməməklə (qüsurlu icra etməklə) öhdəliyini pozmuşdur. Sifarişçinin öz üzərinə düşən öhdəliyi icra etdiyi, yəni, podratçıya bu müqavilələrdə razılaşdırılmış muzdu ödəməsi apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında da öz təsdiqini tapmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 17 avqust 2022-ci il tarixli və əlavə məhkəmə tikinti-texniki ekspertizasının 11 may 2023-cü il tarixli ekspert rəyləri ilə müəyyən edilən ümumi görülən işlərə sərf olunan vəsaitin cəmi olan 5.569.446,00 ABŞ dolları vəsaitdən işlərin icra edilmədiyi və materialların təhvil verilmədiyi 210.436,00 ABŞ dolları (61.538,00-19.500,00-129.398,00=210.436,00) çıxılmalıdır (5.569.446210.436=5.359.0 10). Belə olan halda, mübahisəli podrat müqavilələrinə əsasən ümumi görülən işlərə sərf olunan vəsaitin cəmi 5.359.010,00 ABŞ dolları təşkil etdiyi və həmin işlərin müqabilində sifarişçi tərəfindən 5.362.571,84 ABŞ dolları muzd ödəndiyi öz təsdiqini tapdığından sifarişçi tərəfindən mübahisəli podrat müqavilələri üzrə görülən işlərin müqabilində üzərinə düşən muzd ödəmək öhdəliyini 3.561,84 ABŞ dolları artıqlaması ilə ödədiyi sübuta yetirilmişdir. Apellyasiya instansiyası məhkəməsi ekspert rəylərini tədqiq edərkən səhvə yol vermiş, rəylərə münasibətdə düzgün yanaşma, mövqe sərgiləməmiş, ümumi görülən işlərin yekun məbləğini müəyyən edən əlavə məhkəmə tikinti-texniki ekspertizasının 11 may 2023-cü il tarixli rəyini deyil, məhkəmə tikinti-texniki ekspertizasının 17 avqust 2022-ci il tarixli rəyini əsas götürmüşdür. Apellyasiya instansiyası məhkəməsi podratçının məhz hansı müqavilələr, təhvil-təslim aktları, forma №2-lər və s. üzrə hansı mübahisəyə aidiyyəti olmayan müqavilələr və aktlar əsasında tərtib edilməsinə, həmin sənədlərin qeyri-müəyyənliyinə və s. istinad etmədən absurd bir nəticəyə gəlmişdir. Apellyasiya instansiya məhkəməsinin sübut kimi qəbul etmədiyi invoysların mübahisəli müqavilələr üzrə edildiyi şübhəsizdir və ekspert də bu ödənişləri nəzərə almışdır. Mübahisəli müqavilələrlə bağlı invoyslar üzrə ödəyicinin “X8” şirkətinin olması invoysların mübahisəli müqavilələr üzrə aidiyyətini şübhə altına ala bilməz və həmin ödənişlərin mübahisəli müqavilələr üzrə edildiyi qəbul edilməlidir. Belə ki, əvvəla invoysları imza və möhürü ilə təsdiq etməklə tərtib edən ilkin i ddia üzrə Cavabdeh1 MMC olmuş və özləri də invoyslarda, o cümlədən həmin invoyslarla bağlı e-mail yazışmalarında ödəyici şirkəti kimi “X8” göstərmiş və ödənişlərin mübahisəli podrat müqavilələri üzrə edildiyini ilkin cavabdeh özü invoysunda qeyd etmişdir, yəni bu ödənişə etirazları olmamışdır. Digər tərəfdən nə tərəflər arasında bağlanmış mübahisəli müqavilələrdə, nə də ki qanunvericilikdə podrat işlərinə görə ödənişlərin başqa vasitəçi (ödəyici) şirkət tərəfindən sifarişçinin yerinə yetirilməsinə qadağa yoxdur. Apellyasiya instansiya məhkəməsi həmin sübutlara qeyri-obyektiv, qərəzli yanaşaraq digər tərəfin hüquqlarını və qanuni maraqlarını nəzərə almadan, yəni əgər ilkin iddiaçının təqdim etdiyi bu invoyslar üzrə ödənişlərin mübahisəli müqavilələrlə bağlı edilib-edilmədiyi müəyyən deyilsə, onda həmin sübutlar neytral statusda, heç bir tərəfin istinad etdiyi halı təsdiq etməyən vəziyyətdə saxlanılmalı olduğu halda, bu sübutları heç bir hüquq normasına istinad etmədən ilkin cavabdehin xeyrinə yozmuşdur. Apellyasiya instansiyası məhkəməsi işlərin qüsurları barədə podratçıya pretenziya göndərilməli olduğuna istinad etməklə, qüsurların mövcudluğu ilə bağlı sübutların ilkin cavabdehin iştirakı olmadan birtərəfli qaydada tərtib edildiyini əsas gətirmişdir. Lakin, sifarişçinin qüsurlar barədə podratçıya pretenziya göndərməsi və ya xəbərdarlıq etməsi kimi vəzifəsi və ya öhdəliyi olmayıb. Digər tərəfdən mübahisəli müqavilələrin bir çoxuna diqqət yetirilsə, sifarişçi və podratçı arasında işlərdəki qüsurlar barədə mübahisə olduğu halda tərəflərdən birinin tələbi ilə ekspertiza təyin e dilə bilər. Bu səbəbdən sifarişçi tərəflər arasında mübahisə olduğundan qüsurların müəyyən edilməsi üçün ekspertiza təyin edilməsini tələb etmiş və Rusiya Federasiyasının hüquqi şəxsi olan “Lyuks İnteriors” şirkətlər qrupuna daxilolan "xxxx" MMC-nin ekspert mütəxəssisləri sözügedən obyektlərdə qüsurların mövcudluğunu müəyyən etmişdir. 64.3. Mülki Prosessual Məcəllənin 9.3, 76.1, 76.2, 77.1, 80, 88, 89.1, 101.7, 103.1, 217.1, 217.3, 385.1-ci maddələri üzrə - apellyasiya instansiyası məhkəməsi ilkin iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi halları, yəni qüsurların mövcudluğunu təsdiq edən və həmin hallarla və faktlarla əlaqədar olan tərəfindən qanunvericiliklə müəyyən olunmuş qaydada əldə edilən Rusiya Federasiyasının hüquqi şəxsi olan “Lyuks İnteriors” şirkətlər qrupuna daxil ol an "xxxx" MMC-nin ekspert mütəxəssisləri tərəfindən aparılmış mübahisəli müqavilələrlə bağlı 2 layihə üzrə görülmüş işlərin keyfiyyətinin və kəmiyyətinin təftişinin (auditi) nəticələrinə dair 31 iyul 2020-ci il tarixli texniki rəylərini sübut kimi qəbul etməmiş, ilkin iddia üzrə cavabdeh isə qüsurların mövcud olmaması barədə etirazında istinad etdiyi halları sübut etmək vəzifəsi olduğu halda bunu edə bilməmiş, lakin apellyasiya məhkəməsi ilkin cavabdehin istinad etdiyi hallarla razılaşmış, onların istinad etdiklərini sübut kimi qəbul etmişdir.

65. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

66. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

67. Azərbaycan Respublikası mülki pr osessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

68. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən müstəqil tələb irəli sürən üçüncü şəxs X5 da kassasiya şikayəti vermiş, lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli qərardadı ilə onun kassasiya şikayəti kassasiya baxışından çıxarılaraq, qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

69. Həmçinin qeyd olunmalıdır ki, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qarşılıqlı iddianın təmin olunmayan hissəsində mübahisələndirməmişdir.

70. Bu səbəbdən, hazırkı kassasiya baxışının predmetini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ilk iddianın təmin olunmaması və qarşılıqlı iddianın təmin olunan hissəsinin maddi və prosessual hüquq normalarına uyğunluğun un yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

71. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdi rilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. 763.2-ci maddəsinə əsasən əlav ə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. 764.1-ci maddəsinə əsasən əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.

72. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut e tməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara y ol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

73. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

74. Belə ki, apellyasiya instansi yası məhkəməsi tərəfindən həm iddia tələblərinin, həm də tərəflərin apellyasiya şikayətlərinin dəlillərinə uyğun araşdırmalar aparılmış və maddi hüquq normalarını düzgün tətbiq edərək qeyd olunan nəticəyə gəlinmişdir.

75. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası ilk iddiaya münasibətdə qeyd edir ki, həmin tələb podratın qüsuru ilə bağlıdır. Odur ki, apellyasiya məhkəməsi mübahisəyə düzgün olaraq Mülki Məcəllənin 763.1, 764.1 və 765-ci maddələrini tətbiq edərək hesab etmişdir ki, hazırkı halda sifarişçinin podratın qüsuru ilə bağlı əlavə icraya görə xərc tələbi əsassız olmuşdur.

76. Belə ki, qeyd olunan maddələr qarşılıqlı nəzərdən keçirilərkən müəyyən olunur ki, mülki qanunvericilik sifarişçiyə podratın qüsurunu aradan qaldırmaqla, çəkdiyi xərcin əvəzini podratçıdan tələb e tmək hüququnu bu halda tanımışdır ki, sifarişçi aşkar olunan qüsur barədə podratçıya məlumat verməklə, sonuncuya bu qüsurun aradan qaldırılması üçün imkan yaratsın, podratçı isə qüsuru aradan qaldırmasın. Qeyd olunan maddələrin dispozisiya şərtlərində “bilər” sözündən istifadə olunması, sifarişçiyə podratçıya pretenziya vermədən, bilavasitə özünün qüsuru aradan qaldırmaq və sonradan xərci tələb etmək hüququnu vermir. Həmin söz ümumi olaraq sifarişçinin podratçıya qarşı tələb irəli sürmək (qanunla müəyyən olunan şərtlər həddində) hüququnu təsbit edir.

77. Hazırkı işdə isə, sifarişçi olan ilk iddiaçının iddia etdiyi qüsurları aradan qaldırmaqdan əvvəl podratçıya pretenziya verməsi və bu qüsurları aradan qaldırması üçün şəraitin yaratması apellyasiya məhkəməsində sübut olunmadığından, apell yasiya məhkəməsi ilk iddianı rədd etməklə, maddi hüquq normalarını düzgün tətbiq etmişdir.

78. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, podratçı podrat müqavilələri üzrə görülən işlərin dəyərinin tam ödənilməliyini iddia etmişdir. Sifarişçi buna tələbə dair etiraz etməklə, müəyyən mühasibat sənədləri məhkəməyə təqdim etmişdir.

79. Qeyd olunmalıdır ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktl arın varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

80. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi səlahiyyətləri çərçivəsində sifarişçinin təqdim etdiyi sübutlara müfəssəl və ardıcıllıqla hüquqi qiymət verməklə, onun podratçıya qətnamədə qeyd olunan məbləğdə borcunun qalması nəticəsinə gəlmişdir (bax bənd 47-59). Bu zaman apellyasiya məhkəməsi tərəfindən sübutların tədqiqi və qiymətləndirilməsi ilə bağlı mülki pr osessual hüquq normalarının pozulmasına yol verməsi kassasiya icraatında müəyyən olunmamışdır.

81. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin həqiqi hallarının araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunm amasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

82. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

83. Göstərilənlərə əsasən və Azərbaycan Respubli kası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 12 iyul tarixli, 2-2(103)-451/2024 nömrəli qətnaməsi ilk iddianın rədd olunması və qarşılıqlı iddianın təmin olunmuş hissələrində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar