Məhkəmə qərarları › İş №2-2(102)-681/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-681/2022

22.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-681/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehə qarşı iş üzrə QƏRARİ 22.11.2022 Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 20 iyun tarixli 2-2(103)-457/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İ. İŞİN HALLARİ

1. İş materiallarında olan İddiaçı MMC-nin Ca vabdeh MMC-yə ünvanladığı 2019-cu il 12 aprel tarixli elektron məktubunda qeyd edilmişdir ki: “Salam. 2019-cu il 11 aprel tarixində yanlışlıqla sizin hesaba 25.000 AZN pul köçürülmüşdür. Xahiş edirəm həmin ödənişi bizim hesaba geri qaytarasınız.”

2. İddiaçı MMC-nin Cavabdeh MMC-yə ünvanladığı 2021-ci il 8 fevral tarixli elektron məktubunda göstərilmişdir ki: “Salam. 2019-cu il 11 aprel tarixində yanlışlıqla sizin hesaba 25.000 AZN pul köçürülmüşdür. 2019-cu il 12 aprel tarixində Sizə yazaraq bu barədə məlumat vermiş və ödənişin geri qaytarılması üçün müraciət etmişik. Lakin həmin tarixdən bugünədək ödənişi geri ödəməmisiniz. Bir daha Sizdən ödənişin geri ödəməyinizi xahiş edirik.”

3. Cavabdeh MMC-nin İddiaçı MMC-yə ünvanladığı 2021-ci il 10 fevral tarixli məktubunda qeyd edilmişdir ki: “ Sizin 2021-ci il 8 fevral tarixli məktubunuza cavab olaraq bildiririk ki, ödədiyiniz 25.000 manat vəsaitin müqabilində şirkətimiz tərəfindən 2019-2020 illər ərzində, əlavə olunmuş siyahıya uyğun olaraq, X1 sizə aid istehsalat sexi üçün müxtəlif mallar təhvil verilmişdir və xidmətlər göstərilmişdir. Bununla bağlı, sizə sistem vasitəsi ilə müvafiq e-qaimələri göndərmək niyyətində olduğumuzu dəfələrlə bildirməyimizə baxmayaraq, siz hər zaman müxtəlif bəhanələrlə e-qaimələrin göndərilməsi prosesini uzatmısınız. Məhz bu səbəbdən də indiyədək tərəfimizdən sizə təhvil-təslim etdiyimiz mal və xidmətlərə görə heç bir e-qaimə göndərilməmişdir.”

4. İddiaçı MMC-nin Cavabdeh MMC-yə ünvanladığı 2021-ci il 11 fevral tarixli elektron məktubunda göstərilmişdir ki: “2021-ci il 8 fevral tarixli məktubumuza 2021-ci il 10 fevral tarixli məktubunuzda cavab olaraq bildirmisiniz ki, şirkətiniz tərəfindən 2019-2020-ci illər ərzində X1 bizə aid olduğunu iddia etdiyiniz istehsalat sexi üçün müxtəlif mallar və xidmətlər təhvil vermisiniz. İlk olaraq onu qeyd etmək istərdik ki, “iddiaçı" MMC-nin tabeliyində X2 ərazisində heç bir istehsalat sexi yoxdur. Digər tərəfdən, məktuba əlavə etdiyiniz siyahıda müxtəlif adda tikinti işləri ilə bağlı olaraq mal və xidmətlərin adlarını görmək olur. Lakin bizim mühasibatlıq sənədlərinin arxivində həmin mal və xidmətlərlə bağlı nəinki hər hansısa bir hesab-faktura, təhvil-təslim aktı (forma 2) sənədləri, ümumiyyətlə “iddiaçı’’ MMC ilə Cavabdeh MMC arasında tikinti işləri ilə bağlı malların alqı-satqısı, xidmətlərin göstərilməsi müqaviləsi belə yoxdur. Əgər Sizdə bel ə bir sənəd varsa, zəhmət olmasa, həmin sənədlərin surətini bizə göndərin. Əlavədə Cavabdeh MMC ilə tərəfdaşlığımız çərçivəsində bizə göndərdiyi e-qaimələr və həmin e-qaimələrin ödənişini əhatə edən cədvəli sizə göndəririk. E-qaimələrdən də görə bilərsiniz ki, tərəfinizdən bizə müxtəlif ofis avadanlıqlarının alqı-satqısı və bununla bağlı olaraq xidmətlər göstərilmişdir. Həmin e-qaimələr üzrə borclar bizim tərəfdən ödənilib. Amma Sizin bizə göndərdiyiniz cədvələ əsasən həmin e-qaimələrdə qeyd olunmuş mal və xidmətlər üzrə guya borclu olduğumuz göstərilir. (Məs. Siyahının 55-ci sətrində göstərilən Xiomi A2 LİTE 3GB 32GB telefon üzrə 2019-cu il 26 yanvar tarixində EAAP 147135 nömrəli e-qaimə göndərilmiş və həmin e-qaimə üzrə borc tərəfimizdən 2019-cu il 7 fevral tarixində ödənilmişdir. Siyahı nın 42-ci, 114-cü, 106cı, 83-cü, 84-cü və digər sətirlərində də həmin hallar ortaya çıxır.) Bir daha Sizdən şirkətimiz tərəfindən Cavabdeh MMC-yə yanlışlıqla ödənilmiş məbləği geri qaytarmağınızı xahiş edirik.”

5. Cavabdeh MMC-nin İddiaçı MMC-yə ünvanladığı 2021-ci il 25 fevral tarixli elektron məktubunda qeyd edilmişdir ki: “Nəzərinizə çatdırırıq ki, sizin 2021-ci il 11 fevral tarixli məktubunuzdakı əsassız iddialarınızla gəti razı deyilik. Sizin yalnış hesab etdiyiniz ödəniş tam düzgün olaraq xidmət və mallara görə avans şəklində ödənilmişdir. Hesab edirik ki, sizin bu cür iddialarınızın heç bir əsası yoxdur və bununla siz yalnız öz şəxsi maraqlarınızı güdürsünüz. Çünki vaxtı ilə elektron system vasitəsi ilə dəyəri 25.000 manat məbləğində olan malların və xidmətlərin qaiməsinin göndər ilməsi bir neçə dəfə sizə təklif olunmuşdur. Lakin siz hər dəfə həmin e-qaimənin “bir az sonra” göndərilməsini xahiş etmişdiniz. Bildirmək istəyirik ki, bütün təhvil verilmiş malların imzalı təhvil-təslim sənədləri mövcuddur. Həmin malların hansı ərazidə və sahədə quraşdırılması bəllidir. Şirkətimizin əməkdaşları və sizin şirkətinizin nümayəndələri bunu təsdiq edə bilərlər. Malların təhvil-təslimi ilə bağlı bütün yazışmalar da mövcuddur. Şirkətinizin, edilmiş ödənişin hər-hansı dələduzluq yolu ilə geri qaytarmaq niyyəti varsa, bildiririk ki, bu məsələ Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi çərçivəsində tənzimlənə bilər. Sözügedən bütün təhvil-təslim sənədləri sizdə də mövcud olmalıdır, əks halda, qanunvericiliyin tələbləri tərəfinizdən pozulmuş hesab edilərdi. Bizim üçün ç ox təəccüblidir ki, əgər sizin belə bir probleminiz vardısa, onun həlli üçün niyə görə iki il gözləmək lazım idi. Yəqin ona görə ki, ödədiyiniz vəsait əvəzinə sizə mal və xidmətlər tam şəkildə təhvil verilmişdir. Bəlkə yanlışlıq sizin mühasibatlığınızdadır (bizdə olan məlumata görə şirkətinizin oxşar problemləri bizimlə əməkdaşliq edən "xxxx" MMC ilə də yaşanmaqdadır). Bundan əlavə bildiririk ki, "X3”nda yerləşən sizə aid sahədə bizim şirkət tərəfindən görülmüş işlərə (patç-panellərin yığılması, Rack Cabinların yığılması və tənzimlənməsi, orqanayzerlərin quraşdırılması və digər şəbəkə avadanlıqların sazlanması) və bu işlər üçün istifadə olunmuş mallara görə ödənişlər hələ də tərəfinizdən tam şəkildə həyata keçirilməmişdir. Bu məsələnin həll yolarından biri kimi, təhvil-təslim edilmiş malla r və xidmətlər üzrə qarşılıqlı üzləşmə aktının bir yerdə hazırlanmasında görürük. Sonda qeyd etmək istəyirik ki, dələduzluqla və şər atmaqla mənfəət əldə etmək insanlığa yaraşan bir hal deyil və şirkətinizin əməkdaşlarının dələduz olmadığına da hər zaman inanmışıq.”

6. İddiaçı MMC-nin Cavabdeh MMC-yə pretenziya məktubu yollayaraq cəmi 27.500 manat pulun cavabdehdən iddiaçıya ödənilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı (bundan sonra – “iddiaçı”) 2022-ci il 18 yanvar tarixində Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 25.000 manat məbləğində pul vəsaitinin və pul vəsaitinin vaxtında qaytarılmadığına görə, illik 5 faiz hesablanmaqla 2.500 manatın, cəmi 27.500 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbini onunla əsaslandırılmışdır ki, tərəflər müvafiq işlərin görülməsi ilə bağlı şifahi qaydada razılağa gələrək podrat müqaviləsini bağlamışlar. Həmin müqaviləyə əsasən, iddiaçı tərəfindən cavabdehin hesabına 2019-cu il 11 aprel tarixində 25.000 manat pul köçürmüşdür. Lakin cavabdehlə aralarında olan şifahi razılaşma sonradan pozulmuşdur. Həmin vəsaitin ödənilməsi üçün cavabdeh tərəfindən iddiaçıya hər hansı xidmət göstərilməmiş, işlər görülməmişdir. Bunun əksini təsdiq edən hər hansı sənəd, sübut yoxdur. Göründüyü kimi, mülkiyyətdə olan 25.000 manat pul vəsaiti əsassız olaraq cavabdeh tərəfindən onlara geri qaytarılmır. Cavabdehin hesabına 25.000 manat məb ləğində köçürülmüş pulun iddiaçıya qaytarılması barədə dəfələrlə yazılı formada cavabdehə müraciət olunmuşdur. Lakin cavabdeh pulu qaytarmaqdan imtina etmiş, 25.000 manat pul vəsaitini qaytarmamaqla iddiaçının mülkiyyət hüquqlarını pozmuşdur. Pul uzun müddət qaytarılmadığından MM-in 445.7-ci maddəsini rəhbər tutularaq 25.000 manat üçün illik 5%, yəni 2.500 manat məbləğində pul vəsaiti də iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır.

9. Tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21, 152, 157.2, 157.5, 385.1, 442, 445.7-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1, 217-ci maddələrinə istinad edilmişdir. 10.Cavabdeh 2022-ci il 11 fevral tarixində iddi a müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin iddia müddəti keçdiyindən rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 2 mart tarixli, e-2-2(113)-957/2022 saylı qətnaməsi ilə iddiaçının iddiası rədd edilmişdir (hakim – K.Hüseynov). 12.Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, ilk növbədə müəyyən edilməli olan əsas məqam tərəflər arasında yaranmış öhdəlik münasibətlərinin müqavilədən yoxsa əsassız varlanmadan əmələ gəlməsi çıxış edir. 13.İddiaçı tərəflər arasında podrat münasibətlərinin yarandığını qeyd etsə də, podrat müqaviləsinin kimlər arasında bağlanması, hansı işlərin və xidmətlərin göstərilməli olması, görülməli işin və ya xidmətin hansı müddətdə yerinə yeti rilməli olması barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. 14.Qanunvericilikdə podrat müqaviləsinin imperativ olaraq hansı formada bağlanmalı olması qeyd edilmədiyindən podrat müqaviləsinin şifahi formada bağlanması da mümkündür. Ancaq podrat müqaviləsinin bağlanması üçün müqavilənin zəruri şərtləri aydın olmalıdır (tərəflər, predmet, müddət, məbləğ). Hazırkı halda isə iddiaçı tərəf podrat münasibətlərinin yarandığını qeyd etsə də, hansı işlərin görülməli olması, müddətini və s. kimi halları izah edə bilməmişdir. 15.Bundan başqa, təcrübi olaraq podrat müqaviləsi üzrə işlərin icra edilməsi müəyyən vaxt tələb edir. Belə olan halda 25.000 manat pulun 2019-cu il 11 aprel tarixində köçürülməsi və 1 gün sonra 2019-cu il 12 aprel tarixində məktub yazılaraq cavabdehdən geri tələb edilməsi tərəflər arasında hər hansı podrat münasibətlərinin yaranmamasına dəlalət edir. Belə ki, podrat müqaviləsi üzrə işlərinin (hansı işlər olduğunu müəyyən etmək mümkün olmadı) 1 gün ərzində icra edilməli olması da, ağlabatan deyildir. 16.Həmçinin iddiaçı tərəfindən cavabdehə ünvanlanmış pulun geri tələb edilməsi barədə 2019cu il 12 aprel tarixli məktubunda bundan xeyli zaman keçdikdən sonra 2021-ci il 8 fevral tarixli pulun geri tələb edilməsi barədə məktubunda, eyni zamanda Mediator tərəfindən verilmiş arayışda pulun yanlışlıqla köçürülməsi qeyd olunmuşdur. 17.Belə olan halda tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmamışdır və hazırkı işin həllinə əsassız varlanma müddəaları tətbiq edilməlidir. 18.Cavabdeh tərəf də, iddia müddətinin tətbiqinə dair ərizə ilə məhk əməyə müraciət edərək, iddianın rədd edilməsini xahiş edir. 19.İşdən də göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə 2019-cu il 11 aprel tarixində yanlışlıqla pul köçürülmüş, cavabdeh tərəfindən iddia müddətinin axımını kəsən hər hansı hərəkət edilməmiş, iddiaçı isə məhkəməyə 2021-ci il 11 aprel tarixinədək müraciət etməli olduğu halda, 2022-ci il 18 yanvar tarixində, yəni MM-in 1095-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən təxmini 9 ay sonra müraciət etmişdir. 20.Əsassız varlanma üzrə iddia müddəti keçdiyindən, iddia rədd edilməlidir. 21.Məhkəmə öz qətnaməsini MM-in 380, 405.1, 752.1, 1091, 1092.1, 1095-ci, MPM-in 14.2, 119.1, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələri nin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli qərarına istinad etməklə əsaslandırmışdır. 22.İddiaçı 2022-ci il 1 aprel tarixində apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 23.Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 20 iyun tarixli 2-2(103)457/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilmiş, 25.000 manat məbləğdə pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən – V.Məmmədov, hakimlər-R.Qurbanov və V.Baxışova).

24. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər hazırkı mübahisədən də əvvəl mülki hüquq münasibətlərində olmuş, iddiaçı 2019-cu ilin aprel ayında cavabdehə 25.000 manat ödəmiş, ödəniş günündən bir gün sonra sonuncuya müraciət edərək, həmin pulun qaytarılmasını xahiş etmiş, bu barədə qarşılıqlı yazışmalar olmuşdur. 25.İşin mübahisəli halları ondan ibarətdir ki, iddiaçı cavabdehə ünvanladığı iki məktubda 25.000 manatı yanlışlıqla sonuncunun hesabına köçürdüyünü bildirmiş, həmin iki məktuba cavabında cavabdeh pulun yanlışlıqla köçürülmədiyini, iddiaçıya aid istehsalat sexi üçün təhvil verilmiş mallar və göstərilmiş xidmətlərlə bağlı ödənildiyini qeyd etmişdir. Lakin hazırkı iddia qaldırılmaqla tərəflər mövqelərini 180 dərəcə dəyişərək, bu d əfə iddiaçı pulu yanlışlıqla köçürmədiyini, aralarında podrat hüquq münasibətinin olduğunu, cavabdeh isə pulun yanlışlıqla köçürüldüyünü, həmin məbləğlə bağlı aralarında heç bir hüquq münasibətinin olmadığını bildirmişlər. 26.İşdən həmçinin müəyyən olunur ki, iddia ərizəsində iddiaçı tələbinin faktiki əsası kimi podrat müqaviləsinə istinad etsə də, birinci instansiya məhkəməsi iddianı əsassız varlanma müddəalarına əsaslanmaqla rədd etmişdir. 27.Göründüyü kimi, birinci instansiya məhkəməsi iddiaçının mübahisə etmədiyi predmet barədə qətnamə qəbul etməklə faktiki olaraq iddianın əsasını dəyişmiş və bununla mülki prosesin təməl prinsipləri olan dispozitivlik və çəkişmə prinsipləri ilə uzlaşmayan prosessual pozuntuya yol vermişdir. 28.İddiaya mahiyyəti üzrə hüquqi qiymət verildikdə məlum olu r ki, iddia 25.000 manat məbləğdə pulun cavabdehdən tutularaq ona ödənilməsi hissədə qismən əsaslıdır. 29.Qanunvericilikdə podrat müqaviləsinin yazılı formada bağlanmalı olması barədə şərt olmadığından, hazırkı iş üzrə də podrat müqaviləsi şifahi formada bağlanmış qəbul edilir. Bu barədə qənaətə gəlməyə cavabdehin 2021-ci il 25 fevral tarixli elektron məktubu əsas verir, hansı ki, həmin məktubda sonuncu “Sizin yalnış hesab etdiyiniz ödəniş tam düzgün olaraq xidmət və mallara görə avans şəklində ödənilmişdir.” məzmunda mövqe bildirmişdir. Cavabehin iddia qaldırıldıqdan sonra mövqeyini dəyişməsi isə, özünün dediyi kimi, avans şəklində ödənilən, lakin bunun qarşılığında onun tərəfindən heç bir iş görülməyən və görülməyəcəyi də ödənildikdən dərhal sonra bəlli olan pul məbləğinin qaytarılmasınd an yayınmaq cəhdi kimi qiymətləndirilməlidir. Bütün bunlar da o deməkdir ki, tərəflər arasında şifahi qaydada bağlanmış podrat müqaviləsinə əsasən öhdəlikhüquq münasibətləri yaranmış, müqavilə bağlandığı andan qüvvəyə minmiş və tərəflər üçün məcburi olmuş, cavabdehin müqaviləni başqa şəxsə icra etdirmə niyyəti aşkara çıxmaqla iddiaçının müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum olacağı və bununla da cavabdehin müqaviləni əhəmiyyətli dərəcədə pozduğu sabit olduqdan sonra iddiaçının müqavilənin ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. 30.Cavabdehin mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə münasibətdə qeyd edilməlidir ki, birincisi, həmin ərizə əsassız varlanma ilə əlaqədar 2 illik tələbetmə müddətinin tə tbiqi ilə bağlı olmuşdur, lakin baxılan iddianın predmeti əsassız varlanma ilə əlaqədar deyil. İkincisi, əgər fərz olunsa ki, cavabdeh iş üzrə ümumi qaydada iddia müddətinin tətbiq edilməsini istəmişdir, o halda MM-in 776.1-ci maddəsində, o cümlədən “Podrat” adlı 39-cu fəslində yalnız iki (bir illik və beş illk) iddia müddətləri nəzərdə tutulmuşdur ki, onların hər ikisi qüsurla icra olunan işin qəbul edildiyi podrat müqavilələrinə aiddir. Hazırkı halda isə iş ümumiyyətlə görülməmiş və qəbul edilməmişdir. Odur ki, mübahisəyə yalnız MM-in 373.2-ci maddəsində təsbit olunan müqavilə tələbləri üzrə üç illik iddia müddəti tətbiq edilə bilərdi ki, 25.000 manat 2019-cu ilin aprel ayında ödənildiyi, iddia isə 2022-ci ilin yanvar ayında qaldırıldığı üçün bu müddət keçməmişdir. 31.Pul vəsaitinin vaxt ında qaytarılmadığına görə illik 5% hesablanmaqla 2.500 manatın cavabdehdən tutulması tələbi hissədə isə iddia əsassızdır. Belə ki, kreditorun MM-in 445.7-ci maddəsinə istinadən borcluya qarşı gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsi tələbini irəli sürə bilməsi üçün borcun MM-in 445.2-ci maddəsində təsbit olunan iki (öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi) halına uyğun qaydada icra edilməməsi tələb olunur ki, bu şərtlər də iş üzrə yerinə yetirilmir. Başqa sözlə, MM-in 445.7-ci maddəsinin iddia tələbinin maddi hüquqi əsası kimi çıxış edə bilməsi üçün konkret məbləğdə pulun ödənilməsi öhdəliyi mövcud olmalı və bu öhdəliyin icrası müddəti müəyyənləşdirilmiş ol malıdır. İş üzrə isə cavabdehin iddiaçı qarşısında indiki vaxta belə bir öhdəliyi müəyyən edilmir. 32.Məhkəmə öz qətnaməsini MM-in 373.2, 386.1, 399.1, 421.2, 445.1, 445.2, 445.7, 448.1, 448.2, 752.1, 776.1-ci, MPM-in 9.2, 14.2, 77.1, 217.1, 217.3, 384.0.2, 385.1.1, 387.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

33. Qətnamə 2022-ci il 29 iyun tarixində tərəflərin elektron kabinetinə yerləşdirilmişdir. 34.Cavabdeh 2022-ci il 20 avqust tarixində apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri 35.MM-in 405.1-ci maddəsi üzrə - İşin hallarından məlumdur ki, tərəflər arasında heç bir yazılı müqavilə olmamışd ır. Aydındır ki, podrat müqaviləsi şifahi şəkildə bağlana bilər. Lakin hər iki tərəfin hüquqi şəxs olduğunu nəzərə alsaq, bu müqavilə hər hansı bir şəkildə rəsmiləşdirilməli idi. İddiaçı bağlanılmış olduğunu iddia etdiyi podrat müqaviləsinin hansı işlərin görülməsinə dair bağlandığını, hansı müddətə icra olunmalı olduğunu, həmin müqavilənin hansı səlahiyyətli şəxslər tərəfindən razılaşdırıldığını belə izah edə bilmir. Bu hal üzrə birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, podrat müqaviləsinin bağlanması üçün müqavilənin zəruri şərtləri aydın olmalıdır (tərəflər, predmet, müddət, məbləğ). Hazırkı halda isə iddiaçı podrat münasibətlərinin yarandığını qeyd etsə də, hansı işlərin görülməli olması, müddətini və s. kimi halları izah edə bilməmişdir. Halbuki Bakı Apellyasiya Məhk əməsi birinci instansiyası məhkəməsinin bu mövqeyini rədd edərək tamamilə qanunsuz və əsassız olaraq və olduqca qərəzli şəkildə bu hala düzgün hüquqi qiymət verməmiş və bu qənaətə gəlmişdir ki, qanunvericilikdə podrat müqaviləsinin yazılı formada bağlanmalı olması barədə şərt olmadığından, hazırkı iş üzrə də podrat müqaviləsi şifahi formada bağlanmış qəbul edilir. Bu barədə qənaətə gəlməyə cavabdehin 2021-ci il 25 fevral tarixli elektron məktubu əsas verir, hansı ki, həmin məktubda sonuncu “Sizin yanlış hesab etdiyiniz ödəniş tam düzgün olaraq xidmət və mallara görə avans şəklində ödənilmişdir.” məzmunda mövqe bildirmişdir. Cavabdehin iddia qaldırıldıqdan sonra mövqeyini dəyişməsi isə, özünün dediyi kimi, avans şəklində ödənilən, lakin bunun qarşılığında onun tərəfindən heç bir iş görülməy ən və görülməyəcəyi də ödənildikdən dərhal sonra bəlli olan pul məbləğinin qaytarılmasından yayınmaq cəhdi kimi qiymətləndirilməlidir. Bütün bunlar da o deməkdir ki, tərəflər arasında şifahi qaydada bağlanmış podrat müqaviləsinə əsasən öhdəlik-hüquq münasibətləri yaranmış, müqavilə bağlandığı andan qüvvəyə minmiş və tərəflər üçün məcburi olmuş, cavabdehin müqaviləni başqa şəxsə icra etdirmə niyyəti aşkara çıxmaqla iddiaçının müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum olacağı və bununla da cavabdehin müqaviləni əhəmiyyətli dərəcədə pozduğu sabit olduqdan sonra iddiaçının müqavilənin ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Şübhəsiz ki, apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi tamamilə qərəzlidir. Belə ki, tərəflər arasında keçən məktublar sübut kimi qiymətləndirildiyi halda, iddiaçı tərəfin göndərmiş olduğu müvafiq olaraq 2019-cu il 11 aprel və 2021-ci il 8 fevral tarixli məktublarda vəsaitin iddiaçı tərəfindən yanlışlıqla ödənildiyi bildirilsə də, məhkəmə qeyri-obyektiv şəkildə bu xüsusatı nəzərə almamışdır. Beləliklə, Bakı Apellyasiya Məhkəməsi tərəfindən birtərəfli qaydada, qərəzli şəkildə bu hal iddiaçının xeyrinə həll edilmiş, işin tam reallığı qanunsuz və əsassız olaraq gözardı edilmişdir. 36.MM-in 423-cü maddəsi üzrə - Bakı Apellyasiya Məhkəməsinin tamamilə qanunsuz və əsassız olaraq və olduqca qərəzli şəkildə mübahisəyə düzgün hüquqi qiymət verməməsi qətnamədə göstərdiyi aşağıdakı mövqeyindən də açıq-aşkar görünür və həmin hallar MM-in 423-cü maddəsinin bir başa pozuntusu hesab edilir: “Bütü n bunlar da o deməkdir ki, tərəflər arasında şifahi qaydada bağlanmış podrat müqaviləsinə əsasən öhdəlik-hüquq münasibətləri yaranmış, müqavilə bağlandığı andan qüvvəyə minmiş və tərəflər üçün məcburi olmuş, cavabdehin müqaviləni başqa şəxsə icra etdirmə niyyəti aşkara çıxmaqla iddiaçının müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum olacağı və bununla da cavabdehin müqaviləni əhəmiyyətli dərəcədə pozduğu sabit olduqdan sonra iddiaçının müqavilənin ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranmışdır.” Bakı Apellyasiya Məhkəməsi tərəflər arasında xəyali olaraq etibarlı podrat müqaviləsini olmasını hesab etdiyi halda belə, iddiaçının həmin “xəyali” podrat müqaviləsini hansı qaydada ləğv etməsi, bunun üçün hansı addımları atdığını, bütün b unları nə ilə rəsmiləşdirdiyini və ya iddiaçının bu mövqeyini nə ilə sübut etdiyini araşdırmamış və iddiaçının verdiyi ziddiyyətli izahatları nəzərə almamışdır. Çünki iddiaçı qeyd edilənləri formal olaraq bildirmiş, bunları sübut edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmiş, verdiyi izahatlar bir-biri ilə ziddiyyətli olmuş, qeyd edilənlərlə bağlı sadəcə mülahizələrini irəli sürmüşdür. 37.MM-in 1091-ci maddəsi üzrə - Bakı Apellyasiya Məhkəməsi işin xüsusatlarının əsassız varlanmanın hüquqi təbiətinə uyğun olmamasını bildirir. Halbuki iddiaçı qeyd edilən iddianı bizə "xxxx" MMC-nin ona qarşı iddia ərizəsi irəli sürdükdən sonra qaldırmışdır. Belə ki, cavabdeh ilə "xxxx" MMC-nin faktiki rəhbərləri eyni şəxsdir, faktiki ünvanları da eyni ünvanda yerləşir, mühasibatlıq işləri də eyni mühasib tərəfindən aparılır. Sadəcə "xxxx" MMC-nin adından yazılmalı olanlar səhvən cavabdehin adından yazılmışdır. İddiaçının bizə ünvanladığı 2021-ci il 11 fevral tarixli məktubunda qeyd edilmişdir ki: “Lakin bizim mühasibatlıq sənədlərinin arxivində həmin mal və xidmətlərlə nəinki, hər hansı bir hesab faktura, təhvil-təslim aktı sənədləri, ümumiyyətlə İddiaçı MMC ilə Cavabdeh MMC arasında tikinti işləri ilə bağlı malların alqı-satqısı, xidmətlərin göstərilməsi müqaviləsi belə yoxdur.” Bununla da özləri də etiraf etmişlər ki, iddiaçı ilə cavabdeh arasında hər hansı podrat müqaviləsi olmamışdır. İkincisi, bizə yazdıqları pretenziya məktubunda da istinad edirlər ki, sizə yanlışlıqla pul vəsaiti köçülümüşdür və xahişi edirik həmin pul vəsaitini bizə geri qaytarın və MM-in 1091-ci maddəsində qey d edilmiş əsassız varlanma normalarına istinad edirlər. Beləliklə, bu maddi hüquq normasının da apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün tətbiq edilməməsi bir daha sübut edir ki, işə tam, hərtərəfli və obyektiv qaydada baxılmamış, olduqca qərəzli şəkildə bu hala düzgün hüquqi mövqe göstərilməmiş, məhkəmə tətbiq etməli olduğunu normanı qanunsuz olaraq tətbiq etməmişdir. 38.MPM-in 9-cu maddəsi üzrə - İş üzrə keçirilən məhkəmə iclaslarında iddiaçı tərəfin nümayəndəsinə həm cavabdehin nümayəndəsinin, həm də iclasa sədrlik edən və digər hakimlərin bir çox sualları ünvanlanmışdır. Həmin sualların ümumi başlıqları isə guya iddiaçı ilə bizim aramızda olan “xəyali” podrat müqaviləsinin ümumi şərtləri ilə bağlı idi. Belə ki, dəfələrlə iddiaçının nümayəndəsindən müqavilənin predmetinin nə olduğu, hansı müddətə və hansı məbləğə bağlanıldığı, hansı işlərin görülməli olduğu, müqavilənin hansı səlahiyyətli şəxsləri tərəfindən razılaşdırıldığı soruşulmuşdur. Lakin cavabdehin nümayəndəsi hər dəfə sualdan yayınmağa çalışmış, bu mümkün olmadıqda isə müxtəlif ziddiyyətli cavablar vermişdir. İddiaçı tərəf predmetini, məbləğini və müddətini, yəni bir sözlə, müqavilənin mühüm şərtlərini belə təqdim edə bilmədiyi bir müqavilə üzrə iddia tələbi irəli sürmüş, Bakı Apellyasiya Məhkəməsi də bu iddia ərizəsini təmin etmişdir. Bakı Apellyasiya Məhkəməsinin hazırkı qərarında iddiaçının nümayəndəsinə ünvanlanan sualları və onun iş üçün mühüm əhəmiyyət kəsb edən cavabları qeyd olunmamışdır. Bu səbəbdən də cavabdeh tərəf iclas protokoluna qeyd verilməsi üçün məhkəməyə müraciət etmiş, lakin proto kola qeyd verilməsindən də imtina edilmişdir. Göründüyü kimi, əsassız və qanunsuz olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə faktiki halların müəyyən edilməsi, sözügedən podrat müqaviləsinin mövcud olmaması nəzərə alınmamış, qərar verilərkən iş üzrə həlledici rol oynayan tərəfimizdən təqdim olunmuş sübut və dəlillərə əsassız və qanunsuz olaraq lazımınca hüquqi qiymət verilməmiş, ya da ümumiyyətlə, bəzi mühüm faktlarla heç bir hüquqi mövqe göstərilməmişdir. 39.MPM-in 77.1-ci maddəsi üzrə - Bakı Apellyasiya Məhkəməsi öz qətnaməsində qeyd edir ki, cavabdehin iddia qaldırıldıqdan sonra mövqeyini dəyişməsi isə, özünün dediyi kimi, avans şəklində ödənilən, lakin bunun qarşılığında onun tərəfindən heç bir iş görülməyən və görülməyəcəyi də ödənildikdən dərhal sonra bəlli olan pul məbləğinin qaytarılmasından yayınmaq cəhdi kimi qiymətləndirilməlidir. Bütün bunlar da o deməkdir ki, tərəflər arasında şifahi qaydada bağlanmış podrat müqaviləsinə əsasən öhdəlik-hüquq münasibətləri yaranmış, müqavilə bağlandığı andan qüvvəyə minmiş və tərəflər üçün məcburi olmuş, cavabdehin müqaviləni başqa şəxsə icra etdirmə niyyəti aşkara çıxmaqla iddiaçının müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum olacağı və bununla da cavabdehin müqaviləni əhəmiyyətli dərəcədə pozduğu sabit olduqdan sonra iddiaçının müqavilənin ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Lakin məhkəmənin bu mövqeyi də əsassız olmuşdur. Birincisi ona görə ki, iddiaçının nümayəndələri Bakı Kommersiya Məhkəməsi və Bakı Apellyasiya Məhkəmələrində verdik ləri izahatlarda, iddia ərizəsində müqavilənin predtmetinin nə olmasını, həmin işlərin hansı səlahiyyətli şəxslər tərəfindən razılaşdırılmasını izah edə bilməmiş, hər iclasda, iddia ərizəsində və apellyasiya şikayətində fərqli predmetlər göstərmiş, verilmiş suallara ziddiyyətli cavablar vermiş, iddia etdikləri halları sübut etməmiş, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübutu təqdim edə bilməmişdir. İddiaçının əsas kimi gətirdiyi şifahi müqavilə bağlandıqdan sonra cavabdehin iddiaçıya “həmin işləri” (görüləcək işlərin nədən ibarət olmasını, müqavilənin predmetinin nə olmasını iddiaçı onsuz da məhkəməyə bildirə bilməmişdir) subpodrat müqaviləsi əsasında digər üçüncü şirkətə həvalə edəcəyini bildirdiyi üçün bununla razılaşmadıqlarını, işlərin ancaq iddiaçı tərəfindən görülməsi üçün cava bdehlə müqavilə bağladıqlarını, işlərin görülməsini 3-cü şirkətə özlərinin də həvalə edə biləcəkləri üçün razılaşmadan imtina etdiyini bildirmiş, məhkəmə isə iddiaçının bu qeyd etdiklərini mötəbər sübut kimi qəbul etmiş, lakin iddiaçının qeyd etdiklərini hansı sübutlarla təsdiq edildiyini aydınlaşdırmamış, ziddiyyətli izahatlarını və əsassız mülahizələrini əsaslı sübut kimi qəbul edərək qətnaməsini həmin sübutlarla əsaslnadırmışdır. 40.MPM-in 88-ci maddəsi üzrə - Bakı Apellyasiya Məhkəməsi tərəfindən xüsusi bir diqqətlə istinad edilən elektron məktublarla bağlı edilən əsaslandırma tam qərəzlidir. Belə ki, təqdim edilmiş elektron məktubların göndərilməsi və nəzərdə tutulan pul məbləğinin köçürülməsi tarixlərinə nəzər saldıqda elə tərəflər arasında real müqavilə münasibətlərinin olmaması s übuta yetirilir. Bundan başqa, təcrübi olaraq podrat müqaviləsi üzrə işlərin icra edilməsi müəyyən vaxt tələb edir. Belə olan halda 25.000 manat pulun 2019-cu il 11 aprel tarixində köçürülməsi və 1 gün sonra 2019-cu il 12 aprel tarixində məktub yazılaraq cavabdehdən əsassız olaraq köçürülmüş pul vəsaitinin geri tələb edilməsi tərəflər arasında hər hansı podrat münasibətlərinin yaranmamasına dəlalət edir. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin qərarı tamamilə qərəzli və əsassızdır. Belə ki, təqdim edilmiş elektron məktubların əsas sübutetmə istiqaməti məhz tərəflər arasında müqavilə münasibətlərinin olmamasına istinad edirdi. Lakin apellyasiya instansiyası bu faktı da gözardı etmiş və ciddi prosessual pozuntuya yol vermişdir. 41.MPM-in 217-ci maddəsi üzrə - İddiaçı hazırkı iddianı "x xxx" MMC-nin ona qarşı iddia ərizəsi irəli sürdükdən sonra qaldırmışdır. Belə ki, cavabdeh ilə "xxxx" MMC-nin faktiki rəhbərləri eyni şəxsdir, faktiki ünvanları da eyni ünvanda yerləşir, mühasibatlıq işləri də eyni mühasib tərəfindən aparılır. Sadəcə "xxxx" MMC-nin adından yazılmalı olanlar səhvən cavabdehin adından yazılmışdır. İddiaçının bizə ünvanladığı 2021-ci il 11 fevral tarixli məktubunda eynilə qeyd olunur ki: “Lakin bizim mühasibatlıq sənədlərinin arxivində həmin mal və xidmətlərlə nəinki, hər hansı bir hesab faktura, təhviltəslim aktı sənədləri, ümumiyyətlə İddiaçı MMC ilə Cavabdeh MMC arasında tikinti işləri ilə bağlı malların alqı-satqısı, xidmətlərin göstərilməsi müqaviləsi belə yoxdur.” Bununla da, özləri də etiraf etmişlər ki, tərəflər arasında hər hansı podrat müqaviləsi o lmamışdır. İkincisi, bizə yazdıqları pretenziya məktubunda da istinad edirlər ki, sizə yanlışlıqla pul vəsaiti köçülümüşdür və xahiş edirik həmin pul vəsaitini bizə geri qaytarın və MM-in 1091-ci maddəsində qeyd edilmiş əsassız varlanmaya istinad edirlər. Daha sonra mediasiyaya müraciət edirlər. Mediasiyada da müraciətin əsası yanlışlıqla pulun köçürülməsi qeyd edilmişdir. Mediasiya sessiyasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili etiraf etmişdir ki, bəli, siz pulu yanlışlıqla köçürmüşünüz, hazırda da həmin pulu əsassız varlanma ilə geri tələb edirsiniz, lakin əsassız varlanma ilə əlaqədar pulun tələb edilməsi üçün iki illik iddia müddətini ötürmüşünüz. Mediasiyaya qədər pretenziya məktubunda və mediasiyaya dəvət məktublarında tələb əsasız köçürülmüş pul vəsaitinin geri qaytarılm ası olmuş, mediator tərəfindən tərtib edilmiş 2022-ci il 6 dekabr tarixli 2021-007819 saylı arayışda da mübahisənin yanlışlıqla köçürülmüş pulun geri qaytarılması ilə əlaqədar olması qeyd edilmişdir. Lakin pulun geri tələb edilməsi ilə bağlı mediasiya arayışını götürdükdən sonra yenidən pretenziya göndərirlər. Bu da onların iki illik iddia müddətini ötürdükdüklərini qəbul etdikdən sonra yeni məzmunda pretenziya göndərməsi ilə təsdiq edilir. Mediasiya sessiyasında iştirak etdikdən sonra yenidən pretenziya göndərməyə nə ehtiyac var idi. İddiaçının nümayəndəsi qeyd edir ki, layihə işlərinin görülməsi ilə əlaqədar tərəflər arasında razılaşma olmuşdur. Bakı Kommersiya Məhkəməsində üç iclas olmuşdur. Birinci iclasda nümayəndə qeyd etdi ki, təmir tikinti işlərinin aparılması barədə razılaşma olmu şdur. İkinci iclasda bildirdi ki, layihə sənədlərinin hazırlanması barədə razılaşma olmuşdur. Üçüncü iclasa nümayəndə gəlmədi. Apellyasiya şikayətində isə müqavilənin predmeti tamam başqa şey göstərilmişdir. Belə ki, apellyasiya şikayətində qeyd edilir ki, tərəflər müvafiq işlərin görülməsi ilə bağlı şifahi qaydada razılığa gələrək podrat müqaviləsi bağlamışlar, sözügedən podrat işi Balaxanı Sənaye parkı ünvanında kompüter, server avadanlığının quraşdırılması üçün razılaşdırılmışdır. Daha sonra Bakı Apellyasiya Məhkəməsində iddiaçının nümayəndəsi yenidən müqavilənin tikinti işlərinin görülməsi və daha sonra isə layihə sənədlərinin hazırlanması ilə əlaqədar bağlandığını qeyd etmişdir. Göründüyü kimi, iddiaçının nümayəndələri hər məhkəmə iclasında başqa-başqa predmet barəsində razılaşma oldu ğunu bildirmişdir. İddiaçı hələ müqavilənin predmetinin nə olmasını məhkəməyə deyə bilməmişdir. Göründüyü kimi, qeyd etdiyimiz fakt iddiaçının mövqeyinin mediasiya qurumuna müraciət etdikdən sonra dəyişdiyini açıq-aşkar sübuta yetirməkdədir. Buna baxmayaraq Bakı Apellyasiya Məhkəməsi tərəfindən hazırkı qərar qəbul edilərkən ümumiyyətlə iddia tələbinin predmetinin hansı şəraitdə və vaxtda dəyişdirilməsinə münasibət bildirilməmişdir. 42.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını ləğv edərkən yeganə istinad mənbəyi iddia predmeti ilə bağlı olmuşdur. Belə ki, edilən əsaslandırmaya görə iddianın predmeti əsassız varlanma deyil, podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri olmuşdur. Halbuki iddiaçı ilk başda göndərdiyi pretenziyada və keçirilən mediasi ya baxışında tələbini əsassız varlanma üzərinə qurmuşdur. Daha sonra isə Bakı Apellyasiya Məhkəməsinin qeyd etdiyinin əksinə cavabdeh tərəf yox, məhz iddiaçı tərəf iddia ərizəsinin əsassızlığından yayınmaq üçün saxta podrat müqaviləsi münasibətləri görüntüsü yaratmağa cəhd göstərmişdir. Nəticədə də hazırkı əsassız qərar qəbul edilmişdir. Bir daha qeyd edirik ki, tərəflər arasında hər hansı bir podrat müqaviləsi olmamış, bununla bağlı hər hansı bir razılığa gəlinilməmiş, iddiaçı tərəf iddia etdiyi heç bir halı sübut etməmiş və bununla bağlı məhkəməyə hər hansı mötəbər sübutu təqdim etməmişdir. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

43. İddiaçı tərəfin təqdim etdiyi etiraz ərizəsi əsas etibarilə iddia ərizəsində və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində götərilmiş xüsusatlarla əsaslandırılmışdır. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

44. Kassasiya şikayəti vaxtında verilmiş hesab edilmiş və kassasiya şikayətinin məzmunu MPMin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

45. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

46. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

47. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

373. İddia müddətləri... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

399. Müqavilənin qüvvə si 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur....” “Maddə

421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları... 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur....” “Maddə

445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliy yət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli p ozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə

752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....” “Maddə

776. Podrat müqaviləsi üzrə iddia müddəti 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər....”

48. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında “Maddə

9. Ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi... 9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin...” “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

53. İddianın dəyişdirilməsi İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....” “Maddə

218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. ” “Maddə

387. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun....”

49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respu blikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2016-cı il 16 iyul tarixli qərarında qeyd edilmişdir ki: “...məhkəmə qətnamə çıxararkən iddia tələblərindən kənara çıxmamalı və iddiaçının dispozitiv hüququnu pozmamalıdır.... Dispozitivlik prinsipinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik adlanan bu prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri gütürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır (“Azərbaycan Respublikası Mülki Pros essual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərar).... Konstitusiya Məhkəməsinin Plenumu L.İ.Binnətovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Buna uyğun olaraq iddianın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının iradəsindən asılıdır.”

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qəra rının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli qərarında qeyd edilmişdir ki: “Qüvvədə olan mülki prosessual qanunvericiliyə əsasən, məhkəmə tərəflərin hüquqlarının realizəsinə yönələn bir sıra prosessual səlahiyyətlərə malikdir. Bununla belə, məhkəmə heç bir halda tərəflərə məxsus prosessual səlahiyyətləri öz üzərinə götürə bilməz. İddianın əsasının və ya predmetinin dəyişdirilməsi iddiaçının müstəsna səlahiyyətinə aiddir.... İddianın predmetinin və ya faktiki əsasının məhkəmə tərəfindən dəyişdirilməsinin mümkünlüyü mülki mühakimə icraatının əsas prinsiplərindən olan dispozitivlik və çəkişmə prinsiplərinin pozulmasına səbəb olar. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında dispozitivlik prinsipin in ədalət mühakiməsinin həyata keçirilməsində əhəmiyyətini qeyd edərək vurğulamışdır ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edirlər. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Beləliklə, dispozitivlik prinsipi baxımından, pozulmuş maddi hüququn müdafiəsinin üsulu iddiaçı tərəfindən müəyyən edilir və iddianın predmeti və ya əsası yalnız Mülki Prosessual Məcəllənin 53-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada iddiaçı tərəfindən dəyişdi rilə bilər. Bu zaman məhkəmənin diskresiyası istisna edilir. İddianın predmetinin və əsasının yalnız iddiaçı tərəfindən dəyişdirilməsinə dair qayda həm də mülki prosesin digər fundamental prinsipi olan çəkişmə prinsipinin təmin olunmasına yönəlmişdir. Mülki Prosessual Məcəllənin 9.2-ci maddəsinə görə, işdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Beləliklə, iş üzrə cavabdeh müdafiəsini təşkil etmək, etirazlarını bildirmək, əks sübutlarını təqdim etmək, habelə iddia müddətinin tətbiq edilməsini istəmək (burada nəzərə almaq lazımdır ki, ayrı-ayrı tələblərə görə iddia müddəti də fərqlənə bilər) imkanına malik olmaq üçün qarşı tə rəfin ona yönəlmiş tələbinin əsası barədə aydın ifadə edilmiş məlumata malik olmalıdır. Məhkəmənin iddianın predmetini və ya əsasını dəyişdirmək imkanının mövcud olması eyni zamanda bərabərlik prinsipinin pozuntusu kimi qiymətləndirilə bilər. Bu halda cavabdeh işə baxılması zamanı nəinki iddia ərizəsində irəli sürülən əsas və dəlillərə qarşı, həmçinin hüquq münasibətlərinin məhkəmə tərəfindən müəyyən edilən fərqli tövsiflərinə qarşı müdafiə olunmaq məcburiyyəti ilə üzləşəcək.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

51. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax yuxarıda §§ 35-42) iş materialları ilə birgə araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 20 iyun tarixli 2-2(103)-457/2022 saylı qətnaməsi d əyişdirilmədən saxlanılmalıdır.

52. Kassatorun dəlilləri mahiyyət etibarilə ondan ibarətdir ki, cavabdeh iddiaçının onun hesabına səhvən köçürdüyü vəsaiti geri qaytarmaqla əsassız olaraq varlanmış, tərəflər arasında heç bir müqavilə münasibətləri olmamış, apellyasiya instansiyası məhkəməsi isə MM-in əsassız varlanmaya dair normalarını tətbiq etməməklə iş üzrə düzgün nəticəyə gəlməmişdir.

53. Əvvəla, MPM-in 218.3-cü maddə (bax yuxarıda § 48) ilə müəyyən edilmiş qaydaya görə məhkəmə iddaçının verdiyi tələblər üzrə qətnamə çıxarır.

54. Hazırkı iş üzrə iddia ərizəsi məhkəməyə əsassız varlanma üzrə verilmədiyi halda, birinci instansiya məhkəməsi iddiaçının mübahisə etmədiyi predmet barədə qətnamə qəbul etməklə faktiki olaraq iddianın əsasını dəyişmiş və bununla mülki prosesin təməl prinsipləri olan dispozitivlik və çəkişmə prinsipləri ilə uzlaşmayan prosessual pozuntuya yol vermiş, apellyasiya instansiyası məhkəməsi isə, məhkəmə kollegiyasının mövqeyinə görə, tamamilə haqlı olaraq birinci instansiya məhkəməsinin qanunsuz qətnaməsi ilə razılaşmamışdır.

55. Belə ki, MPM-in 53-cü maddəsinin (bax yuxarıda § 48) tələblərindən aydın olur ki, iddianın predmetini və əsasının dəyişdirmək hüququ yalnız iddiaçıya məxsusdur. Məhkəmə tərəfindən həmin tələblərə əməl olunmaması, yəni iddianın predmetinin və əsasının məhkəmə tərəfindən dəyişdirilməsi mülki prosessusal hüququn təməl prinsipi olan dispozitivlik prinsipinin, habelə MPMin 9.2-ci maddəsində (bax yuxarıda § 48) təsbit olunmuş çəkişmə prinsipinin, eləcə də tərəflərin bərabərliyi prinsipinin pozulması ilə nəticələnir.

56. Konstitusiya Məhkəməsinin Plenumunun öz qərarlarında formalaşdırdığı hüquqi mövqelərdə (bax yuxarıda §§ 49-50) görə, dispozitivlik prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri gütürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Buna uyğun olaraq iddianın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının iradəsindən asılıdır. Mə hkəmə qətnamə çıxararkən iddia tələblərindən kənara çıxmamalı və iddiaçının dispozitiv hüququnu pozmamalıdır.

57. Həmin mövqeyə görə, məhkəmə heç bir halda tərəflərə məxsus prosessual səlahiyyətləri öz üzərinə götürə bilməz. İddianın əsasının və ya predmetinin dəyişdirilməsi iddiaçının müstəsna səlahiyyətinə aiddir. İddianın predmetinin və ya faktiki əsasının məhkəmə tərəfindən dəyişdirilməsinin mümkünlüyü mülki mühakimə icraatının əsas prinsiplərindən olan dispozitivlik və çəkişmə prinsiplərinin pozulmasına səbəb olar. Dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur. Bu prinsipə əsasən məhkəmə deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin da irəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edirlər. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Beləliklə, dispozitivlik prinsipi baxımından, pozulmuş maddi hüququn müdafiəsinin üsulu iddiaçı tərəfindən müəyyən edilir və iddianın predmeti və ya əsası yalnız MPMin 53-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada iddiaçı tərəfindən dəyişdirilə bilər. Bu zaman məhkəmənin diskresiyası istisna edilir.

58. Konstitusiya Məhkəməsinin Plenumunun mövqeyinə görə, iddianın predmetinin və əsasının yalnız iddiaçı tərəfindən dəyişdirilməsinə dair qayda həm də mülki prosesin digər fundamental prinsipi olan çəkişmə prinsipinin təmin olunmasına yönəlmişdir. Cavabdeh müdafiəsini təşkil etmək, etirazlarını bildirmək, əks sübutlarını təqdim etmək imkanına malik olmaq üçün qarşı tərəfin ona yönəlmiş tələbinin əsası barədə aydın ifadə edilmiş məlumata malik olmalıdır. Məhkəmənin iddianın predmetini və ya əsasını dəyişdirmək imkanının mövcud olması eyni zamanda bərabərlik prinsipinin pozuntusu kimi qiymətləndirilə bilər. Bu halda cavabdeh işə baxılması zamanı nəinki iddia ərizəsində irəli sürülən əsas və dəlillərə qarşı, həmçinin hüquq münasibətlərinin məhkəmə tərəfindən müəyyən edilən fərqli tövsiflərinə qarşı müdafiə olunmaq məcburiyyəti ilə üzləşəcək.

59. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi MM-in əsassız varlanmaya dair normalarını tətbiq etməməklə hər hansı maddi hüquq pozuntusuna yol verməmişdir.

60. Bundan başqa, məhkəmə kollegiyasının mövqeyinə görə, apelly asiya instansiyası məhkəməsinin mübahisə tərəfləri arasında podrat müqaviləsi münasibətlərinin mövcud olmasına dair gəldiyi nəticə də aşağıdakı səbəblərdən qanuni və əsaslı olmuşdur.

61. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh iddiaçının ona ünvanladığı iki məktubda cavabında 25.000 manat pulun cavabdehin hesabına yanlışlıqla köçürülmədiyini, iddiaçıya aid istehsalat sexi üçün təhvil verilmiş mallar və göstərilmiş xidmətlərlə bağlı ödənildiyini qeyd etmişdir. Cavabdeh özünün 2021-ci il 25 fevral tarixli elektron məktubunda “Sizin yalnış hesab etdiyiniz ödəniş tam düzgün olaraq xidmət və mallara görə avans şəklində ödənilmişdir.” məzmunda mövqe bildirmişdir.

62. MM-də podrat müqaviləsinin yazılı formada bağlanmalı olması barədə şər t olmadığından, hazırkı iş üzrə də podrat müqaviləsi şifahi formada bağlanmış qəbul edilir.

63. Beləliklə, cavabdeh özünün məhkəməyəqədərki yazışmalarında tərəflər arasında şifahi podrat müqaviləsi münasibətlərinin mövcudluğunu, hesabına daxil olmuş vəsatin iddiaçı tərəfindən avans kimi ona ödənildiyini faktiki olaraq etiraf etdiyindən və həmin yazışmaların mötəbərliyinin məhkəmə icraatı zamanı mübahisələndirirlməsi iş materiallarından görünmədiyindən apellyasiya instansiyası məhkəməsi sözügedən məktubara istinad edərkən hər hansı pozuntuya yol verməmişdir.

64. Kassator hesab edir ki, iddiaçı podrat münasibətlərinin yarandığını qeyd etsə də, hansı işlərin görülməli olmasını izah edə, yəni müqavilə predmetini və digər şərtlərini dəqiq müəyyənləşdirə bilməmiş, apellyasiya instansiyası məhkəm əsi isə bu xüsusatı nəzərə almamışdır.

65. İş materiallarından görünür ki, iddiaçı mübahisə edilən məhkəmə icraatından bir neçə il əvvəl şifahi qaydada əldə olunmuş, lakin reallaşdırılmamış podrat razılaşmasının predmeti ilə bağlı məhkəmə iclaslarında və apellyasiya şikayətinə əlavədə müvafiq izahlar vermişdir.

66. Məhkəmə kollegiyasının mövqeyinə görə, apellyasiya instansiyası məhkəməsi cavabdehin həmin razılaşmanın mövcudluğunu təsdiq edən etiraf xarakterli yazılı məktublarını və tələb olunan pul vəsaitinin cavabdehin hesabına köçürülməsinin mübahisəsiz xarakter daşımasını nəzərə alaraq iş üzrə nəticəyə gələrkən hər hansı pozuntuya yol verməmişdir

67. Həmçinin eyni səbəblərdən kassatorun köçürülmüş pul vəsaitinin cəmi bir gün sonra geri tələb edilməsinin əslində müqavilənin bağlanmadığ ına dəlalət etməsinə dair digər dəlili də apellyasiya instansiyası məhkəməsinin əsassız nəticəyə gəlməsini təsdiq etmir.

68. Odur ki, yalnız formal mülahizələrlə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi yolverilməzdir.

69. Kassatorun digər dəlilindən isə belə nəticə hasil olur ki, apellyasiya instansiyası məhkəməsi mübahisə predmeti olan müqaviləni ləğv edilmiş kimi qiymətləndirərkən MM-in 423-cü maddəsinin tələblərini pozmuşdur.

70. Həmin maddəyə əsasən: “423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək tək lifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.”

71. Hazırkı işdə isə, yuxarıda qeyd olunduğu kimi, tərəflər arasındakı podrat razılaşması şifahi bağlandığından, məhkəmə kollegiyasının mövqeyinə görə, apellyasiya instansiyası məhkəməsi MM-in 423-cü maddəsini tətbiq etməməklə maddi hüquq pozuntusuna yol verməmişdir.

72. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 48) tələblərinə uyğun olaraq işdə olan sübutları əlaqəli şəkildə düzgün qiymətləndirmiş, MPM-in 2 17.1ci maddəsinə (bax yuxarıda § 48) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

73. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 20 iyun tarixli 2-2(103)457/2022 saylı qətnaməsi həmin kassasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar