Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-69/2022 01.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: podrat müqaviləsi, iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Bəhman Qəribovun sədrliyi, hakimlər İlqar Dadaşov və Bəhram Məmmədlidən ibarət tərkibdə, Cavabdeh ASC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-962/2021 saylı, 2021-ci il 28 sentyabr tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı MMC ilə (bundan sonra – iddiaçı) Cavabdeh ASC arasında (bundan sonra – cavabdeh) 2011-ci il 17 ya nvar tarixdə, DB-7460/LV/007/105 saylı podrat müqaviləsi (bundan sonra – Müqavilə) bağlanmışdır. Müqaviləyə əsasən, iddiaçı Qəbələ şəhərində sugötürücü qurğuları və baş su təchizatının tikinti layihəsi çərçivəsində cavabdehin tapşırdığı tikinti quraşdırma işlərini yerinə yetirməyi, cavabdeh isə iddiaçının gördüyü işlərin müqabilində müqavilə ilə razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürmüşdür.
2. Müqavilənin ümumi şərtlərinin (bundan sonra – ÜŞ) 40.1-ci bəndinə görə, ödənişlər əvvəlcədən ödənişlər edilməklə və çıxılmalar tutulmaqla tənzimlənir. Sifarişçi hər bir sertifikat verildiyi tarixdən etibarən 28 gün ərzində layihə rəhbəri tərəfindən təsdiq edilmiş məbləğləri podratçıya ödəməlidir. Sifarişçi ödənişləri gecikdirdikdə, növbəti ödənişdə gecikmiş ödəniş üçün podratçıya faiz ödənilir.
3. ÜŞ-in 45.1-ci bəndində qeyd olunmuşdur ki, müqavilənin ÜŞ-nin 51.1-ci bəndinə əsasən layihə rəhbəri tərəfindən işlərin tamamlama sertifikatı verildikdən sonra tutulan ümumi məbləğin yarısı podratçıya geri ödəniləcək, digər yarısı isə qüsurlara görə məsuliyyət müddəti keçdikdən və layihə rəhbəri tərəfindən podratçıya bildirilmiş qüsurların bu müddəti bitmədən əvvəl aradan qaldırılmasına dair layihə rəhbərinin təsdiqindən sonra ödəniləcəkdir.
4. ÜŞ-in 52.1-ci bəndinə əsasən, podratçı layihə rəhbərindən işlərin tamamlanma sertifikatını verməyi tələb edir və layihə rəhbəri bütün işlərin tamamlandığı qərarına gəldikdən sonra həmin sertifikatı verir.
5. ÜŞ-in 53.1-ci bəndinə əsasən, sifarişçi layihə rəhbəri işlərin tamamlanması sertifikatını verdikdən sonra 7 gün ərzində sahəni və işləri təh vil alacaqdır.
6. ÜŞ-in 54.1-ci bəndinə əsasən, podratçı layihə rəhbərini qüsurlara görə məsuliyyət müddətinin başa çatmasından əvvəl müqavilə üzrə ödənilməli olduğunu düşündüyü ümumi məbləğin yekun hesabatı ilə təmin edir. Podratçının hesabatı düzgün və tamdırsa, layihə rəhbəri bu hesabatı aldıqdan sonra 56 gün içində qüsurların öhdəliyi sertifikatını verir və podratçıya ödəniləcək son ödənişi təsdiq edir.
7. Müqaviləyə 2 saylı düzəliş ilə müqavilədə nəzərdə tutulan tamamlanma tarixi 2012-ci il 4 avqust, 3 saylı düzəliş ilə tamamlanma tarixi 2012-ci il 4 noyabr, 4 saylı düzəliş ilə 2013-cü il 28 fevral, 5 saylı düzəliş ilə 2013-cü il 31 avqust, 6 saylı düzəliş ilə 2013-cü il 31 oktyabra kimi uzadılmış, 7 saylı düzəliş ilə müqavilənin ümumi qiyməti 2.620.891,52 manat məbləğində artırılaraq 15.499.781,85 manat təşkil etmişdir. 8. 2013-cü il dekabr ayına yerinə yetirilmiş podrat işlərinin və xərclərinin müqavilə qiyməti ilə dəyərinə dair arayışa əsasən, yerinə yetirilən podrat işlərinin dəyəri 14.119.866,03 manat, həmçinin tikinti quraşdırma işlərinin dəyəri 293.121,46 manat təşkil etmişdir. 9. 2015-ci il 18 iyun tarixli təhvil-təslim aktına əsasən podratçıya layihə rəhbəri tərəfindən əlavə B-də göstərilən bütün qüsurların zəmanət müddətinin sonuna 2015-ci il 18 sentyabr tarixədək aradan qaldırmaq barədə göstəriş verilmişdir. 10. 2016-cı il 7 sentyabr tarixli tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktına əsasən obyektin tikintisinin 2013-cü il 27 dekabr tarixdə başa çatdığı qeyd olunmuşdur. 11. 2016-cı il 7 sentyabr tarixli qüsur öh dəliyi sertifikatına əsasən, ÜŞ-in 54.1-ci bəndinə uyğun olaraq podratçı qüsur üzrə məsuliyyət müddəti ərzində təmir öhdəliklərini qənaətbəxş şəkildə yerinə yetirmək də daxil olmaqla, müqavilə üzrə bütün öhdəliklərini lazımi qaydada yerinə yetirmiş və müqavilə üzrə ümumi məbləğin yekun hesabatını təqdim etmişdir. 12. 2016-cı il 17 iyun tarixli tamamlama sertifikatına əsasən podratçının Qəbələ şəhərində su təchizatı və qurğularının tikintisinə dair ÜŞ-in 52-ci bəndinin tələbləri baxımından bütün öhdəliklərini yerinə yetirmiş hesab olunması təsdiq edilmişdir. 13. 2019-cu il 20 fevral tarixli üzləşmə aktına əsasən, Qəbələ şəhərində sugötürücü qovşaq və su təchizatı qurğularının tikintisi üzrə yekun borc məbləği 382.641,49 manat təşkil etmişdir. 14. 2021-ci il 5 may tarixli arayışa əsasən, i ddiaçının cavabdehin keyfiyyət zəmanəti kimi saxladığı 722.075,16 manata tələb hüququ qüsur öhdəliyi sertifikatı verildikdən sonra, yəni 2016-cı il 17 iyun tarixdən yarandığı, 2018-ci il 23 aprel tarixdə cavabdeh keyfiyyət zəmanəti kimi saxladığı 722.075,16 manat vəsaitin 339.433,67 manatını ödədiyini, saxlanan vəsaitin 382.641,49 manatı ödənilmədiyi qeyd olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
15. İddiaçı cavabdehə qarşı 2021-ci il 15 mart tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 382.641,49 manat əsas borc, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 445.7-ci maddəsinə əsasən hesablanmış 83.698,81 manat faiz borcu olmaqla ümumilikdə 466.340,30 manat vəsaitin və 30 manat ödənilmiş dövlət rüsumunun cav abdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
16. İddia ərizəsi bununla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış podrat müqaviləsinə əsasən, podatçı iddiaçı Qəbələ şəhərində sugötürücü qurğuları və baş su təchizatının tikintisi layihəsi çərçivəsində sifarişçinin tapşırdığı tikinti quraşdırma işlərini yerinə yetirməyi, sifarişçi cavabdeh isə iddiaçının gördüyü işlərin müqabilində müqavilə ilə razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliklərini tam şəkildə icra etmiş və işləri tam yekunlaşdıraraq tərəflərin səlahiyyətli nümayəndələrinin və layihə üzrə nəzarətçi təşkilatın nümayəndəsinin imzaladığı “görülmüş işlərə dair qəbul aktı” ilə cavabdehə təhvil vermişdir. Lakin, cavabdeh müqavilə üzrə öhdəliyini ta m icra etməmiş, sonuncu ödənişi 2018-ci il 23 aprel tarixdə etmiş və onun 382.641,49 manat borcu qalmışdır. 2019-cu il 20 fevral tarixdə tərəflər arasında üzləşmə aktı imzalanmış və bu aktla cavabdeh iddiaçının göstərilən məbləğdə borcunun olduğunu təsdiq etmişdir. Pul öhdəliyinin bir hissəsinin icrası gecikdirildiyinə görə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borcun ümumi dəyərinin illik 5 faizi, yəni 83.698,81 manat da iddiaçıya ödənilməlidir.
17. Cavabdeh 2021-ci il 17 may tarixdə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmədən iddia müddətinin tətbiq olunmasını və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
18. Cavabdeh ərizəsini bununla əsaslandırmışdır ki, tərəflər arasında 2011-ci il 17 yanvar tarixdə bağlanmış podrat müqaviləsinin müddəti 201 3-cü il 31 dekabr tarixdə bitmiş, iddiaçı isə məhkəməyə 7 il 4 ay keçdikdən sonra iddia ərizəsi ilə müraciət etməklə 3 illik iddia müddətini ötürmüşdür.
19. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 26 may tarixli, e-2-2(113)-1855/2021 saylı qətnaməsi ilə iddia qismən – 382.641,49 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilmişdir (hakim F.Qasımov).
20. Məhkəmə bildirmişdir ki, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş və layihə cavabdeh tərəfindən qəbul edilmişdir. Həmçinin, 2016-cı il 17 iyun tarixli tamamlama sertifikatına əsasən podratçının Qəbələ şəhərində su təchizatı və qurğularının tikintisinə dair ÜŞ-in 52-ci bəndinin tələbləri baxımından bütün öhdəliklərini yerinə yetirmiş hesab olunması təsdiq edilmişdir. Lakin, cavabde h mübahisələndirilən zəmanət məbləğini tam ödəməmiş və 2019-cu il 20 fevral tarixli üzləşmə aktına əsasən Qəbələ şəhərində sugötürücü qovşaq və su təchizatı qurğularının tikintisi üzrə yekun borc məbləğinin 382.641,49 manat olduğunu qəbul etmişdir.
21. Müqavilə üzrə yerinə yetirilmiş işlərin dəyəri 14.119.866,03 manat təşkil etmiş, həmin məbləğin 13.397.791,13 manat hissəsi ödənilmişdir. Müqavilənin şərtlərinə uyğun olaraq yerinə yetirilmiş işlərdən sifarişçinin keyfiyyət zəmanəti kimi saxladığı məbləğ 722.075,16 manat olmuşdur. Müqavilə üzrə işlərin təhvil-təslim aktı 2015-ci il 18 iyun tarixdə imzalanmış, ÜŞ-nin 33-cü bəndində qüsurlara görə məsuliyyət müddəti 365 gün müəyyən olunmuş, bu müddət 2016-cı il 17 iyun tarixdə başa çatmış və bu barədə həmin tarixdə həm qüsur öhdəliyi sertifi katı, həm də işlərin tamamlanma sertifikatı verilmişdir. Müqavilə şərtlərinə uyğun olaraq sifarişçinin keyfiyyət zəmanəti kimi saxladığı 722.075,16 manata tələb hüququ da həmin tarixdən, yəni 2016-cı il 17 iyun tarixdən yaranmış, bundan sonra həmin məbləğin 339.433,67 manat hissəsi 2018-ci il 23 aprel tarixdə cavabdeh tərəfindən ödənilmiş, bununla da iddia müddətinin axımı kəsilmiş və həmin tarixdə yenidən başlamışdır. İddiaçı isə məhkəməyə iddia ərizəsi ilə 2021-ci il 15 mart tarixdə müraciət etdiyindən iddia müddətini ötürməmişdir.
22. Mülki Məcəllənin 445.7-ci maddəsində illik 5 faiz məbləğində pulun tutulması üçün “əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə” şərti nəzərdə tutulmuşdur. Belə olan halda, kreditor illik 5 faiz pul tutulmasını tələb etd ikdə, digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsini əsaslandırmalıdır. ÜŞ-də sifarişçi tərəfindən pulun ödənilməsinin gecikdirildiyi təqdirdə faizlərin ödənilməsi üçün xüsusi bənd nəzərdə tutulduğu halda, iddiaçı həmin bəndə əsasən müəyyən olunan faizlərin beş faizdən artıq olub-olmamasını müəyyən etmədən faiz tələbini irəli sürmüşdür. Məhkəmə, bu səbəbdən iddia tələbinin faiz hissəsində təmin olunmaması qənaətinə gəlmişdir.
23. Gəldiyi nəticəni məhkəmə Mülki Məcəllənin 372.2, 375.2, 377.1, 380.1, 380.2, 445.7-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
24. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun iddia tələbinin təmin olunduğu hissədə ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
25. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 28 sentyabr tarixli, 2-2(103)-962/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Baxışova və V.Məmmədov).
26. Məhkəmə kollegiyası işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına istinad etməklə onun gəldiyi nəticə ilə razılaşmışdır.
27. Apellyasiya məhkəməsinin qətnaməsi 2021-ci il 8 oktyabr tarixdə iddiaçı və cavabdehin nümayəndələrinə məxsus şəxsi elektron kabinetlərdə yerləşdirilmişdir.
28. Həmin qətnamədən cavabdeh kassasiya şikayəti verərək onun iddia tələbinin təmin olunduğu hissədə ləğv edilməsini və kassasiya şikayətinin verilməsi üçün ödə nilmiş 378,20 manat dövlət rüsumunun iddiaçıdan tutulmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
29. Tərəflər arasında bağlanmış müqavilənin müddəti 2013-cü il 31 dekabr tarixdə bitmiş, müqavilənin xüsusi şərtlərinə görə isə məsuliyyət müddəti 365 gün olaraq müəyyən edilmişdir. Qanunvericiliyin tələblərinə görə, sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində irəli sürə bilər. Yəni, qüsurların aradan qaldırılması üçün 1 il müddət nəzərdə tutulmuşdur. Müqavilənin bitmə tarixini nəzərə alsaq, həmin müddət 2014-cü il 31 dekabr tarixdə bitmişdir. Mülki qanunvericiliyin tələblərinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildi yi və ya bilməli olduğu gündən başlanır. Məhkəməyə iddia müddətini tətbiqinə dair ərizə verilsə də, məhkəmə əsassız olaraq iddia müddətinin axımının 2016-cı il 17 iyun tarixdə başlaması qənaətinə gəlmişdir. Halbuki, sifarişçi tərəfindən podratçıya 2014-ci il 31 dekabr tarixindən 3 il 8 ay keçdikdən sonra, 2018-ci il 23 aprel tarixdə 339.433,67 manat ödəniş edilmişdir. Göründüyü kimi, iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüşdür.
30. Cavabdeh kassasiya şikayətində Mülki Məcəllənin 373.2, 375.2, 377.1, 776.1ci, MPM-in 88, 386-cı maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. II. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
32. Kassasiya şikayət i vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin verildiyi gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
33. İş üzrə cavabdeh tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
34. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə
375. İddia müddətinin tətbiqi 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə
377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə
380. İddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Maddə
445. Borclunun icranı gecikdirməsi 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kredi tor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2018-ci il 28 noyabr tarixli qərarı Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
36. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da a pellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
37. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
38. Kassasiya şikayətinin dəlilləri bundan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış müqavilənin müddəti 2013-cü il 31 dekabr tarixdə bitmiş, müqavilənin xüsu si şərtlərinə görə 365 gün məsuliyyət müddəti müəyyən olunmuş, yəni həmin müddət 2014cü il 31 dekabr tarixdə bitmişdir. İddiaçı 3 illik iddia müddətini ötürmüş, məhkəmə isə iddia müddəti ilə bağlı məsələyə düzgün qiymət verməmişdir.
39. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlili ilə aşağıdakılara əsasən razılaşmadığını bildirir.
40. Belə ki, iş materiallarından göründüyü kimi tərəflər arasında 2011-ci il 17 yanvar tarixli podrat müqaviləsi bağlanmışdır.
41. Mülki Məcəllənin tələblərinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İcra müddəti müəyyənləşdirilmiş öh dəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır (Mülki Məcəllənin 372, 373.2, 377.1-ci maddələri).
42. Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 28 noyabr tarixli qərarına əsasən, müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur. Mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi və borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borcun etiraf olunması hallarına borcun qismən ödənilməsi, əsas borc üzrə faizin köçürülməsi, kred itora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi, öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər.
44. İş materiallarından göründüyü kimi, müqavilə üzrə yerinə yetirilmiş işlərin dəyəri 14.119.866,03 manat olmuş, həmin məbləğin 13.397.791,13 manat hissəsi ödənilmiş, həmçinin müqaviləyə əsasən sirfarişçi yerinə yetirilmiş işlərdən keyfiyyət zəmanəti kimi 722.075,16 manat saxladığı məbləğ mövcud olmuşdur. 2015-ci il 18 iyun tarixdə müqavilə üzrə işlərin təhvil-təslim aktı imzalanmış, qüsurlara görə məsuliyyət müddəti 365 gün nəzərdə tutulmaqla bu müddət də 2016-cı il 17 iyun tarixdə başa çatmaqla həmin tarixdə bu barədə qüsur öhdəliyi sertifikatı və tamamlama sertifikatı verilmişdir (bax § 9, 10, 12).
45. Məhkəmə kollegiyası hesab edir ki, sifar işçinin keyfiyyət zəmanəti kimi saxladığı 722.075,16 manata podratçının tələb hüququ da məhz həmin tarixdə, yəni 2016-cı il 17 iyun tarixdə yaranmış, cavabdeh tərəfindən 2018-ci il 23 aprel tarixdə həmin məbləğdən 339.433,67 manat ödənildiyindən isə qanunvericiliyin yuxarıda göstərilən müddəalarına uyğun olaraq iddia müddətinin axımı kəsilmiş və həmin tarixdən yenidən başlanmışdır. İddiaçı isə məhkəməyə iddia tələbi ilə 2021-ci il 15 mart tarixdə, yəni iddia müddətinin bitməsinə təxminən 1 aydan artıq vaxt qaldığı zaman müraciət etmiş və bu halda da iddia müddətini ötürməmişdir.
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında hüquqi qiymətləndirməni qanunvericiliyin tələblərinə və onlara verilmiş şərhə əsasən düzgün aparmış və qanunver iciliyin müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmiş, cavabdeh isə istinad etdiyi dəlilləri sübuta yetirə bilməmişdir.
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
48. Məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin olunmadığından mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq kassasiya şikayətinin verilməsi ilə bağlı ödəmiş olduğu dövlət rüsumu da onun özünə aid edilməlidir.
49. Beləliklə, məhkəmə kollegiyası hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Bakı Apel lyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-962/2021 saylı, 2021-ci il 28 sentyabr tarixli qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.
50. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
51. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-962/2021 saylı, 2021-ci il 28 sentyabr tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.