Məhkəmə qərarları › İş №2-2(102)-716/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-716/2022

21.12.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-716/2022 21.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin cavabdeh X3 qarşı iş üzrə QƏRAR Açar sözlər: müqavilənin ləğvi, pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi, hakimlər Həsənov Vüqar Təvəkkül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə İddiaçı MMC-nin cavabdeh X3 qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 24 iyun tarixli, 2-2(105)-59/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İŞİN HALLA Rİ 1. “Torpağa mülkiyyət hüququna dair” 2001-ci il 24 dekabr tarixli, JN0458, KOD 41017018 saylı dövlət aktına əsasən, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,50 hektar torpaq sahəsi mineral su qablaşdırma sexinin təsərrüfat sahələrində istifadə etmək üçün İddiaçı Müəssisəsinin mülkiyyətindədir.

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Göyçay bölgə şöbəsi tərəfindən verilmiş 2006-cı il 22 may tarixli, 07/Ç-157 saylı Kommersiya təşkilatlarının dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı MMC Ədliyyə Nazirliyində 1995-ci il 10 fevral tarixində 21508 nömrə ilə qeydiyyata alınmış İddiaçı sahibkar, istehsal, ticarət, kommersiya müəssisəsinin hüquqi varisidir. Həmin çıxarışda müəssisənin təsisçisi və qanuni təmsilçisi kimi nizamnamə kapit alında 100% paya malik olan X5 qeyd olunmuşdur. 3. 2020-ci il 12 avqust tarixli "xxxx" müqaviləsinə əsasən Ə.İsgəndərov MMC-də 2 paydan ibarət olan 100 faiz təsisçilik payını Nümayəndə bağışlamışdır. 4. 2021-ci il 31 mart tarixli «Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarış»dan görünür ki, İddiaçı MMC 2006-cı il 22 may tarixində dövlət qeydiyyatına alınmış və hazırda onun qanuni təmsilçisi Nümayəndədır.

5. İddiaçı MMC ilə X6 arasında bağlanmış 2018-ci il 4 oktyabr tarixli idarəetmə müqaviləsinə əsasən Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən torpaq sahəsi (JN0458 saylı KOD 41017018 torpağa mülkiyyət hüququna dair dövlət aktı) və torpaq sahəsi üzərində olan mineral süfrə suyu istehsalı müəssisəsi idarəyəverən İddiaçı MMC tərəfindən idarəedici S.Hüseynova idarə edi lməsi üçün verilmişdir.

6. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən idarəyəverənin idarə obyektini müqavilədə nəzərdə tutulan şərtlərlə və müddətə idarəediciyə idarəetməyə verməsi, idarəedicinin idarə edilən obyektini müqavilədə nəzərdə tutulan şərtlər və müddətə idarəetməyə götürməsi və idarəçinin kommersiya fəaliyyətini həyata keçirmək üçün ondan istifadə və ona sahiblik etməsi, istehsal fəaliyyəti ilə məşğul olması, gəlir əldə etməsi müqavilənin predmetini təşkil edir; 3.1-ci bəndinə əsasən, müqavilə imzalandığı tarixdən etibarən qüvvəyə minir və 10 il müddətinə qüvvədədir; 5.1-ci bəndinə əsasən, idarəyəverənin haqqı (aylıq idarə komissiyası) idarə obyektinin aylıq gəlirindən asılı olmayaraq 2.000 manat müəyyən edilmişdir; 6.1-ci bəndinə əsasən, idarəedici ilk 1 aylıq idarə haqqını idarə obyekti idarəyəverən tərəfindən idarəçiyə təhvil verildiyi gündən 30 gün müddətindən sonra ödəyir, növbəti cari aylar üçün idarə haqqını isə növbəti ayın onuna qədər idarəyəverənə ödəyir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı MMC (bundan sonra-“iddiaçı”) cavabdeh X3 (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə 2020-ci il 20 noyabr tarixində Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, 2018-ci il 4 oktyabr tarixli idarəetmə müqaviləsinin ləğv edilməsi, 20.000 manat komissiya haqqının, 10.000 manat maddi ziyanın və 40.000 manat əldən çıxmış faydanın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2018-ci il 4 oktyabr tarixli idarəetmə müqaviləsinə əsasən iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün cavabdehə 10 il müddətinə idarəetməyə verilmişdir. Müqaviləyə əsasən aylıq idarə komissiyası 2.000 manat təşkil etmişdir (5.1-ci bənd). Lakin keçən müddət ərzində cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, aylıq idarə komissiyasını ödəməmiş, qeyri-yaşayış sahəsinə əlavə adamlar cəlb etməklə qanunsuz olaraq istehsalla məşğul olmaqla iddiaçı üçün əlavə kommunal, sosial və vergi ödəlikləri yaradaraq borclandırmışdır. Bununla əlaqədar polisə müraciət edilsə də, heç bir hüquqi tədbir görülməmişdir. Cavabdehlə aparılan danışıqlar heç bir nəticə verməmişdir. Komissiya haqqının ödənilməsinə dair yazılı müraciətlər edilsə də, bu günədək cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirm əmiş və nəticəsiz qalmışdır.

9. Cavabdeh nəinki komissiya haqqını ödəmək öhdəliyini, müqavilə üzrə digər öhdəlikləri də pozmuş, istifadə məsrəflərini vaxtında ödənilməmiş (7.2.4-cü bənd), obyektin brendinqi və marketinqi təşkil edilməmiş (7.2.6-cı bənd), proqram planlaşdırma və əmlakın saxlamasının zəruri qaydaları, o cümlədən idarəetmə üsullarının inkişafının təşkili üsulları və həyata keçirilməsi (7.2.7-ci bənd) öhdəliyi yerinə yetirilməmişdir.

10. Bundan başqa, cavabdeh müqavilə, razılaşma olmadan ona verilən müəssisəni üçüncü şəxslərin isifadəsinə vermişdir və hazırda iddiaçı müəssisəni cavabdeh və üçüncü şəxslərin qanunsuz sahibliyindən ala bilmir. Eyni zamanda, cavabdeh üçüncü şəxslərlə əlbir olaraq müəssisədə istehsalatla məşğul olaraq “Çuxuryurd” adlı suyun qablaşdırılaraq satışı i lə məşğul olmalarına baxmayaraq, bu günədək komissiyanı ödəməyərək maddi ziyan vurmuş, müəssisəni qaytarmayaraq gəlirdən məhrum etmişdir.

11. Həmçinin, müəssisəyə məxsus əmlak qanunsuz olaraq istifadə olunmaqla maddi ziyan vurulmuşdur. Cavabdeh direktor olduğu müddətdə müəssisəni qanunsuz fəaliyyəti ilə borclandırmış, vergi və sosial öhdəlikər yaratmışdır.

12. İddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 685.1, 685.2, 700.1, 700.2, 700.3-cü maddələrinə istinadla əsaslandırılmışdır.

13. Sumqayıt Kommersiya Məhkəməsinin 2021-ci il 31 mart tarixli, 2-2(119)-63/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, tərəflər arasında bağlanılmış 2018-ci il 4 oktyabr tarixli idarəetmə müqaviləsi ləğv edilmiş, cavabdehdən 20.000 manat pulun tutularaq MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə iddia ərizəsinın məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatının iddiaçıya aid edilməsi, 10 manatının isə cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim Z.Məmmədov).

14. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh 2018-ci il 4 oktyabr tarixli müqavilənin tələblərinə əməl etməmiş, o cümlədən aylıq haqqı ödəməmişdir. İddiaçının bildirdiyinə görə sonradan müəssisəni təhvil vermişdir. Qeyd edilən səbəbdən iddiaçı (idarəyə verən) hazırda müqavilənin ləğv edilməsini tələb edir. Müqavilənin 8.2-ci bəndinə əsasən, müqaviləyə idarəyəverən tərəfindən xitam verilərkən 6 ay əvvəlcədən idarəedicini rəsmi qaydada xəbərdar etməlidir.

15. İddiaçı tərəfindən təqdim edilmiş 2 020-ci il 29 iyun tarixli xəbərdarlıq məktubunda cavabdehdən icarə haqqını ödəmədiyi üçün 5 gün müddətində su istehsalat sexinin boşaldılması tələb edilmişdir. İşin materiallarından göründüyü kimi, müqavilənin bağlanıldığı 2018-ci il 4 oktyabr tarixindən onun ləğvinə dair cavabdehə bildiriş göndərildiyi 2020-ci il 29 iyun tarixinədək 1 il 8 aya yaxın vaxt keçmişdir. Lakin iddiaçı hazırda həmin dövrlərdən yalnız 10 aylıq müddət üçün 20.000 manat məbləğində aylıq haqqı tələb edir.

16. İddiaçı cavabdehdən 10.000 manat maddi ziyan və 40.000 manat əldən çıxmış faydanı da tələb etməsinə baxmayaraq, həmin tələblərinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

17. Məhkəməyə təqdim olunmuş və müəssisəyə aid olduğu bildirilən "xxxx" ASC-nin **********0 saylı abunəyə dair “Abunə haqqında” məlumat vərəqində qeyd edilən abonent üzrə 523 manat borc olması əks olunsa da, həmin abonent nömrəsinin cavabdehə idarəetməyə verilmiş müəssisəyə deyil, Ə.İsgəndərova aid olmaqla, uçot sahəsi kimi “Aptek”ə aid olması müəyyən olunmuşdur.

18. Məhkəmə gəldiyi nəticəni MM-in 6.2, 14.2.1, 700.1, 700.2-ci, MPM-in 14.2, 77.1, 80, 119.1, 217.3, 217.4, 218.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun (bundan sonra-“KMP”) “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə” dair 2019-cu il 18 mart tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.

19. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qət namənin ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

20. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 24 avqust tarixli, 2-2(105)-100/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Kommersiya Məhkəməsinin 2021-ci il 31 mart tarixli 2-2(119)-63/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim-F.Məmmədov, hakimlər R.Ağayev və S.Qafari).

21. Apellyasiya instansiyası məhkəməsi işin §1-6-da göstərilən hallarına istinad etmiş və gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilən X4 ifadəsində göstərmişdir ki, o, MMC-də anbardar işləyir. Cavabdeh tərəf indən Ə.İsgəndərova 5.000 manat və 17.000 ABŞ dolları verilmişdir. 2019-2020-ci illərlə bağlı qalıq borcdan icarə haqqı əvəzi 5.000 manata yaxın pul verilmiş, 17.000 ABŞ dolları isə ayrıca verilmişdir.

22. Məhkəmə MM-nin 6.2, 14.2, 11.1, 404.1 və 700.1-ci maddələrinin tələblərini nəzərə alaraq apellyasiya şikayətinin müqavilə üzrə ödənilməmiş borcun olmaması barədə dəlilləri ilə bağlı göstərmişdir ki, idarəetmə müqaviləsi 2018-ci il 4 oktyabr tarixində 10 il müddətinə bağlanılmışdır. İdarəetmə müqaviləsinin 5.1-ci bəndində qeyd edilmişdir ki, idarəyəverənin haqqı hər ay üçün 2.000 manat müəyyən edilir.

23. İşin materiallarında olan Şamaxı RPŞ-nin TQ-nin təhqiqatçısının “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 2021-ci il 19 yanvar tarixli qərarının surətindən görünür ki, araşdı rma zamanı Ə.İsgəndərov izahatında göstərmişdir ki, cavabdehdən 1 ilin icarə pulunu 20.000 manat pulu nəğd şəkildə almışdır. O, izahatında həmçinin göstərmişdir ki, 2020-ci il 3 dekabr tarixində cavabdeh sexdə olan bütün avadanlıqları siyahıya alınmaqla video görüntüdən istifadə etməklə təhvil vermişdir.

24. İddia ərizəsi məhkəməyə 2020-ci il 20 noyabr tarixində təqdim edilmişdir. Məhkəmə iclasında isə cavabdeh tərəf obyekti hələ təhvil vermədiyini bildirmişdir. İşin materiallarında olan 2020-ci il 29 iyun tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı tərəf cavabdehdən müqaviləyə əsasən 9 ay icarə haqqını ödəmədiyi üçün 5 gün müddətində su istehsalat sexinin boşaldılmasını tələb etmişdir.

25. Göründüyü kimi, cavabdehin müqavilə üzrə ödədiyi 20.000 manat bir illik haqq kimi də nəzərə alınsa, b u, müqavilənin bağlanıldığı 2018-ci il 4 oktyabr tarixindən 2019-cu il 4 oktyabr tarixinədək olan dövrü əhatə edir. 2019-cu il 4 oktyabr tarixdən sonrakı dövr üçün isə cavabdeh iddiaçı tərəfə pul verilməsi barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. İddiaçı 2020-ci il 20 noyabr tarixində məhkəməyə verdiyi hazırkı iddia ərizəsi üzrə 10 ay üçün 20.000 manat məbləğində aylıq haqq tələb etmişdir. Müqavilə üzrə cavabdeh hər ay 2.000 manat aylıq idarə komissiyası ödəməyi öhdəsinə götürsə də, müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Belə olan halda iddiaçı həmin pul vəsaitini tələb etməkdə haqlı olmuşdur.

26. Cavabdeh apellyasiya şikayətində müqavilə üzrə borcunun olmadığını, mütəmadi olaraq hər ay müqaviləyə əsasən ödəniş edilməsini göstərsə də, məhkəməyə həmin halı təsdiq ed ən mötəbər sübut təqdim etməmişdir.

27. İşin materiallarından görünür ki, iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə 2020-ci il 29 iyun tarixli məktubla xəbərdarlıq etmiş, lakin xəbərdarlıqda göstərilən müddətdə cavab almamışdır. Belə olan halda cavabdeh tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduğuna görə iddiaçı müqavilənin ləğv edilməsini tələb etməkdə də haqlı olmuşdur.

28. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2022-ci il 15 mart tarixli, 2-2(102)140/2022 saylı qərarı ilə cavabdehin kas sasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

30. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi MPM-in 220.4-cü maddəsinin tələblərini nəzərə almadan şahid ifadəsinə qətnamədə ümumiyyətlə qiymət verməmiş, bu sübutu mötəbər hesab edib-etməməsini əsaslandırmamış, buna baxmayaraq iş üzrə nəticəyə gələrkən şahid ifadəsində deyilənləri nəzərə almamışdır. Halbuki, qətnamədə göstərilmişdir ki: “Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilən S.Mütəllimov ifadəsində göstərmişdir ki, o, MMC-də anbardar işləyir. Samir tərəfindən Əbilə 5.000 manat və 17.000 ABŞ dolları verilmişdir. 2019-2020-ci illərlə bağlı qalıq borcdan icarə haqqı əvəzi 5.000 manata yaxın pul verilmiş, 17.000 ABŞ dolları isə ayrıca verilmişdir.”

31. Bundan başqa, qətnamədə göstərilmişdir ki: “...cavabdehin müqavilə üzrə ödədiyi 20.000 manat bir illik haqq kimi də nəzərə alınsa bu, müqavilənin bağlanıldığı 2018-ci il 4 oktyabr tarixdən 2019-cu il 4 oktyabr tarixinədək olan dövrü əhatə edir. 2019-cu il 4 oktyabr tarixdən sonrakı dövr üçün isə cavabdeh iddiaçı tərəfə pul verilməsi barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir.” Bu zaman apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, tərəflər arasında bağlanmış müqavilədə aylıq idarə komissiyasının ödənilməsi və bu faktın rəsmiləşdirilməsi qaydası ümumiyyətlə müəyyən olunmamışdır. Bu mənada, işin apellyasiya instansiyası məhkəməsi tərəfi ndən müəyyən edilmiş hallarından məlum olur ki, cavabdeh müqavilə üzrə bir illik haqq kimi 20.000 manatı hər hansı rəsmiləşdirmə aparılmadan ödəmişdir. Belə olan halda, qətnamə qəbul olunarkən cavabdeh tərəfin təşəbbüsü ilə alınmış şahid ifadəsinə istinad olunmaması (həmin ifadə qeyri-mötəbər sübut kimi qiymətləndirilmədiyi halda), eləcə də cavabdehin iddiaçı tərəfə pul verilməsi barədə mötəbər sübut təqdim etməməsinin əsas götürülməsi ədalətsizdir.

32. Obyektin iddiaçı MMC-yə təhvil verilməsinin məhkəmə tərəfindən nəzərə alınmamasına dair dəlil ilə bağlı məhkəmə göstərmişdir ki, əvvəla apellyasiya məhkəməsinin qətnaməsində cavabdeh tərəfindən obyektin iddiaçıya təhvil verilibverilməməsi barədə ziddiyyətli (bir-birini təkzib edən) sübutlara istinad olunmuşdur. İkincisi isə, qətnamədə məhkə mə iclasında cavabdeh tərəfin obyekti hələ təhvil vermədiklərini bildirdiyi qeyd olunsa da, işin materiallarında olan apellyasiya məhkəməsi iclaslarının, hətta birinci instansiyası məhkəməsinin iclaslarının da protokollarında cavabdeh tərəfin bu cür məzmunda izahat verməsi öz əksini tapmamışdır. Əksinə, 2021-ci il 17 avqust tarixli məhkəmə iclasında iddiaçı tərəf bildirmişdir ki: “Obyekt hal-hazırda bizim istifadəmizdədir.”, “Cavabdeh tərəf özünə məxsus əşyaları aparıb.” (i/v 130-131).

33. Qətnamədə qeyd edilmişdir ki: “İş materiallarında olan Şamaxı RPŞ-nin TQ-nin təhqiqatçısının “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 2021-ci il 19 yanvar tarixli qərarının surətindən görünür ki, araşdırma zamanı X5 izahatında... göstərmişdir ki, 2020-ci il 3 dekabr tarixində X1 olan bütün avadanlıqları siyahıya alınmaqla video görüntüdən istifadə etməklə təhvil vermişdir. Mövcud iddia ərizəsi məhkəməyə 2020-ci il 20 noyabr tarixində təqdim edilmişdir. Məhkəmə iclasında isə cavabdeh tərəf obyekti hələ təhvil vermədiklərini bildirmişdir.”

34. Göründüyü kimi, həmin məsələ ilə bağlı apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin materiallarında olan mötəbər sübutlarla əsaslandırılmamamışdır. Ona görə də hazırkı vəziyyətdə obyektin cavabdeh tərəfindən iddiaçıya təhvil verilib-verilməməsi, təhvil verilmişdirsə, təhvilin tarixi barədə birmənalı nəticəyə gəlmək mümkün deyildir. Halbuki, hazırkı mübahisənin həllində (əgər vardırsa, borcun məbləğinin müəyyən edilməsi üçün) həmin məsələnin dəqiq aydınlaşdırılması mühüm əhəmiyyət kəsb edir.

35. Kassasiya şikayətinin Ə.İsgəndəro vun yaxın qohumu ilə aralarında sexə mülkiyyət hüququnun təsdiq edilməsi ilə bağlı məhkəmə mübahisələri, uzun sürən pandemiya səbəbindən obyektin bir müddət fəaliyyət göstərməməsinin, həmin müddətdə cavabdehin gəlirinin olmamasının məhkəmə tərəfindən nəzərə alınmamasına dair dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, müqavilənin 10.1-ci bəndinə görə tərəflər onların iradəsindən asılı olmayan və bu müqavilə imzalandığı tarixdən sonra baş verən təbii fəlakət, dövlət hakimiyyəti orqanlarının aktları və hərəkətləri, o cümlədən tərəflərin və ya onlardan birinin idarə obyekti ilə əlaqədar fəaliyyətinin məhdudlaşdırılması haqda dövlət orqanlarının hərəkətləri, yaxud digər qarşısı alınmaz qüvvə ilə bağlı hallarda müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməməsinə görə heç bir məsul iyyət daşımırlar.

36. Hamıya bəlli olan faktdır ki, uzun sürən pandemiya dövründə dövlət və özəl idarə müəssisə və təşkilatlarının, sahibkarların iş rejimi, bununla bağlı məhdudiyyətlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Operativ Qərargahın qərarları əsasında tənzimlənirdi. Odur ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış 2018-ci il 4 oktyabr tarixli idarəetmə müqaviləsinin 10.1-ci bəndində nəzərdə tutulmuş forsmajor hallarının hazırkı mübahisənin həlli baxımından tətbiqi imkanlarını dəyərləndirməli idi. Lakin apellyasiya instansiyası məhkəməsinin qətnaməsində müqavilənin 10.1-ci bəndinə ümumiyyətlə istinad olunmamışdır.

37. Bundan başqa, tərəflər arasında bağlanmış 2018-ci il 4 oktyabr tarixli idarəetmə müqaviləsinin 1-ci bəndinə əsasən, Aylıq İdarə kom issiyası-İdarəçinin obyekti idarə etməsindən əldə etdiyi aylıq gəlirdən İdarəyəverənə ödənilməli məbləğdir. Aylıq gəlir-hər ay xəzinəyə daxil olan məbləğdən aylıq xərcləri çıxdıqdan sonra qalan məbləğdir. Aylıq xərclər-işçilərin aylıq əmək haqları, aylıq işıq, qaz, zibil və digər kommunal xərcləri, reklam xərcləridir. Müqavilənin 5.1, 5.2 və 6.1-ci bəndlərinə əsasən isə, idarəyəverənin haqqı (aylıq idarə komisiyası) idarə obyektinin aylıq gəlirindən asılı olmayaraq 2.000 manat müəyyən edilmişdir. Həmin idarə komissiyası idarəedici tərəfindən azaldıla bilməz. İdarəedici ilk 1 aylıq idarə haqqını idarə obyekti idarəyəverən tərəfindən idarəçiyə təhvil verildiyi gündən 30 gün müddətindən sonra ödəyir, növbəti cari aylar üçün idarə haqqını isə növbəti ayın onuna qədər idarəyəverənə ödəyir.

38. Göründüyü kimi, müqavilənin 1-ci bəndi ilə 5.1, 5.2 və 6.2-ci bəndləri arasında açıqaşkar müşahidə olunan ziddiyyət mövcuddur. Belə ki, müqavilədə bir tərəfdən, aylıq idarə komissiyasının ödənilməsi bütün aylıq xərclər çıxıldıqdan sonra yerdə qalan aylıq gəlirin mövcudluğundan asılı edilmiş, digər tərəfdən isə, aylıq idarə komissiyasının konkret məbləği müəyyən edilmiş və bu məbləğin idarəedici tərəfindən azaldıla bilməyəcəyi nəzərdə tutulmuşdur.

39. Apellyasiya instansiyası məhkəməsi isə öz qətnaməsində nəinki həmin ziddiyyətin mövcudluğunu nəzərə almamış, iş üzrə nəticəyə gələrkən hansı səbəblərdən məhz müqavilənin 5.1, 5.2 və 6.2-ci bəndlərinə istinad etdiyini əsaslandırmamış, müqavilənin 1ci bəndinə ümumiyyətlə istinad etməmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi nin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, tərəflər hüquq və öhdəliklərini müqavilə ilə razılaşdırdıqları halda, məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edibetməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.

40. Hazırkı mübahisənin həlli üçün tərəflər arasında bağlanmış müqavilənin ayrı-ayrı bəndləri deyil, bütün müvafiq müddəalarının əlaqəli şəkildə təhlil olunmaqla tətbiq edilməli olması və iddiaçı tərəfindən müqavilənin ləğvi ilə bağlı yazılı bildirişlərin cavabdehə göndərilib-göndərilməməsinin, onun həmin yazılı bildirişləri alıb-almamasının məhkəmə tərəfindən araşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə bildirmişdir ki, müqavilənin 8.2-ci bəndinə əsasən, müqaviləyə idarəyəverən tərəfindən xitam verilərkən 6 ay əvvəlcədən idarəedicini rəsmi qaydada xəbərdar etməlidir. Apellyasiya instansiyası məhkəməsi isə müqavilənin həmin tələbinin hazırda bu müqavilənin ləğvini tələb edən iddiaçı tərəfindən yerinə yetirilib-yetirilməməsinə qiymət verməmiş, yalnız MMC-nin 2020ci il 29 iyun tarixli xəbərdarlıqla cavabdehdən 9 ay icarə haqqını ödəmədiyi üçün 5 gün müddətində su istehsalat sexinin boşaldılmasını tələb etdiyini göstərməklə kifayətlənmişdir. Lakin bu zaman apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, həmin xəbərdarlıq məktubunun (i/v 30) rəsmi qaydada göndərilməsi (təqdim olunması) və cavabdehə çatdırılması işin materialları ilə müəyyən olunmur.

41. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, apellyasiya instansiyası məhkəməsi MPM-in 88-ci maddəsinin tələbinə əməl etməmiş, iş üzrə MPM-in 217.1-ci maddəsinə uyğun gəlməyən əsassız qətnamə qəbul etmişdir. Odurki, məhkəmə hesab etmişdir ki, yeni apellyasiya baxışı zamanı apellyasiya instansiyası mübahisə predmeti olan obyektin cavabdeh tərəfindən iddiaçıya təhvil verilib-verilməməsini, təhvil verilmişdirsə, təhvil-təslimin tarixini aydınlaşdırmalı, tərəflər arasında bağlanmış idarəetmə müqaviləsinin 10.1-ci bəndində nəzərdə tutulmuş fors-major hallarının hazırkı mübahisənin həlli baxımından tətbiqi imkanlarını dəyərləndirməli, müqavilənin 1-ci bəndi ilə 5.1, 5.2 və 6.2-ci bəndləri arasındakı ziddiyyətin mövcudluğu baxımından aylıq idarə komissiyanın məbləği müəyyən olunarkən obyektin aylıq gəlir və xərclərinin nəzərə alınmalı olub-olmamasını, habelə 2020-ci il 29 iyun tarixli xəbərdarlıq məktubunun rəsmi qaydada göndərilib-göndərilməməsini, cavabdehə çatdırılıb-çatdırılmamasını müəyyən etməli, eləcə də müqavilənin ləğvi üçün 6 aylıq xəbərdarlıq müddətinə əməl olunubolunmamasına qiymət verməlidir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

42. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 24 iyun tarixli, 2-2(105)-59/2022 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia təmin edilməmişdir (sədrlik edən-məruzəçi hakim İ.Dəmirov, hakimlər E.Əhmədov və M.Rzayev).

43. Apellyasiya instansiyası məhkəməsi ilk növbədə qeyd etmişdir ki, cavabdeh ap ellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdiyi üçün, iddia tələbi üzrə 2018-ci il 4 oktyabr tarixli idarəetmə müqaviləsinin ləğv edilməsinə dair iddia tələbinin dəlillərinə düzgün hüquqi qiymət verilib-verilməməsi araşdırılmalıdır.

44. Məhkəmə MM-nin 421.2, 423.-ci maddələrinin tələblərinə istinadla göstərmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 8.2-ci bəndinə əsasən, müqaviləyə idarəyəverən tərəfindən xitam verilərkən 6 ay əvvəlcədən idarəedicini rəsmi qaydada xəbərdar etməlidir. Birinci instansiya məhkəməsi isə müqavilənin ləğvini tələb edən iddiaçı tərəfindən müqavilənin həmin bəndinin tələbinin yerinə yetirilib-yetirilməməsinə qiymət verməmiş, yalnız iddiaçı tərəfin 2 020-ci il 29 iyun tarixli xəbərdarlıqla cavabdehdən 9 ay icarə haqqını ödəmədiyi üçün 5 gün müddətində su istehsalat sexinin boşaldılmasını tələb etdiyini göstərməklə kifayətlənmişdir.

45. Bununla əlaqədar işə yenidən apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyası tərəfindən işin 30-cu vərəqində olan xəbərdarlıq məktubunun rəsmi qaydada cavabdehə göndərilməsini təsdiq edən poçt qəbzinin məhkəməyə a təqdim olunması iddiaçının nümayəndəsinə təklif olunmuş, iddiaçının nümayəndəsi isə növbəti məhkəmə iclasında 2020-ci il 3 sentyabr tarixində cavabdehə çatdırılmasına dair poçt qəbzini məhkəmə kollegiyasına təqdim etmişdir. Lakin 2020-ci il 29 iyun tarixli xəbərdarlığın 2020ci il 3 sentyabr tarixdə, yəni 2 ay 5 gün sonra cavabdehə çatdırılması ağlabatan deyildir.

46. Qeyd olunan 2020-ci i l 29 iyun tarixli məktubda 6 aylıq xəbərdarlıq müddətini gözləmədən 9 ay ərzində icarə haqqının ödənilməməsi göstərilməklə yalnız 5 gün müddətində su istehsalat sexinin cavabdeh tərəfindən boşaldılması tələb edilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi MM-in 423-cü maddəsinin tələbinə zidd olaraq müqavilənin ləğv edilməsinə dair hissədə iddia tələbini təmin etməklə düzgün hüquqi nəticəyə gəlməmişdir.

47. Bundan əlavə, birinci instansiya məhkəməsi 10 aylıq müddət üçün su istehsalat sexindən istifadəyə görə cavabdehdən 20.000 manat pulun tutulması hissəsində də düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsində 2021-ci il 27 iyul tarixdə keçirilmiş məhkəmə iclasında şahid kimi dindirilmiş S.Mütəllimov öz ifadəsində Əbillə yaxın qohum olduqlarını, MMC-də anbardar işlədiyini, Əbilin icarə haqqı üzrə pul lazım olduğunu bildirdiyi vaxt mütəmadi olaraq Samirin pulu ona ödədiyini bildirmişdir. Həmçinin, məhkəmə kollegiyasını 2022-ci il 24 iyun tarixli iclasında iddiaçının nümayəndəsi birinci instansiya məhkəməsinin qətnaməsi ilə tutulmuş pul məbləğini istəmədiklərini,yalnız müqavilənin ləğv olunmasını xahiş etdiyini bildirmişdir.

48. Həmçinin, Şamaxı rayon Məhkəməsinin 2020-ci il 6 fevral tarixli, 2(074)-266/2020 nömrəli qərardadı ilə iddiaçı S.İsgəndərovanın cavabdeh Ə.İsgəndərov, maraqlı tərəflər X11 Xidmət Mərkəzinin Notariat Ofisi, ƏMDK yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, imtina ərizəsinin etibarsız hesab edilməsi və vərəsə kimi tanınma tələbinə dair” iddia ərizəsi üzrə i ddianın təmini tədbiri olaraq ərizə təmin olunaraq həmin iddia ərizəsinə mahiyyəti üzrə baxılıb qurtarana kimi ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin və Çuxuryurd bələdiyyəsi ilə X2 arasında bağlanmış 2001-ci il 3 mart tarixli, 03 nömrəli “Torpaqların alqı-satqısına” dair Akta əsasən X2 tərəfindən satın alınmış 0.5 ha torpaq sahəsinin özgəninkiləşdirilməsi, sənədləşdirilmə işlərinin (alqı-satqı,qeydiyyata alınma,vərəsəlik və s.) və həmin torpaq sahəsi ilə bağlı hər hansı tikinti,söküntü işlərinin aparılması cavabdehə və digər şəxslərə qadağan edilmişdir. Həmin qərardada əsasən həmçinin müəyyən olunur ki, qərardadda qeyd olunan 0.5 ha torpaq sahəsi “Su sexi”nin ərazisinə aiddir.

49. Məhkəmə hesab etmişdir ki, hazırkı mübahisə müqavilədə nəzərdə tutulan aylıq haqların ödənilməsi ilə ə laqədar olmamış, yaxın qohumlar arasında mineral süfrə suyu istehsal edən müəssisədəki paylar üzrə məhkəmə mübahisəsinin olması və bunun nəticəsi olaraq həmin istehsalat fəaliyyətinə mülki hüquq müstəvisindən kənar özbaşına müdaxilələr olmuşdur. Belə ki, Şamaxı rayon polis şöbəsinin təhqiqat qrupunun təhqiqatçısı Ş.Şirinovun 2021-ci il 19 yanvar tarixli qərarı ilə Çuxuryurd kəndində yerləşən su sexindən avadanlıqların Samir adlı şəxs tərəfindən oğurlanmasına dair Ə.İsgəndərovun müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhz həmin qərarda Ə.İsgəndərov öz izahatında 2020-ci ilin avqust ayında sexin fəaliyyətini dayandırdığını göstərmişdir. Bundan əlavə, qərarda 2020-ci il 3 dekabr tarixdə S.Hüseynovun sexdə olan bütün avadanlıqları siyahıya almaqla video görüntülərdən istifadə etməklə sexi təhvil verdiyi qeyd olunmuşdur. Video görüntülər işin 66-cı vərəqində olan “fləş kart”la təsdiq olunur. Həmçinin, Şamaxı rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqi M.Daşdəmirli tərəfindən çıxarılmış 2021-ci il 13 mart tarixli qərara əsasən cavabdehin müraciəti ilə bağlı sexdən kapron butulkaların Ə.İsgəndərov tərəfindən özbaşına çıxarılması faktı üzrə Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə cinayət işi başlanmışdır.

50. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı tərəflər arasında bağlanmış 2018-ci il 4 oktyabr tarixli “İdarəetmə müqaviləsinin” şərtlərinə uyğun iddia tələbinin əsas hissəsi üzrə müqavilənin ləğvi tələbini irəli sürməkdə haqlı olmamışdır.

51. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kas asiya şikayətində, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİ VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

52. MPM-in 420-ci maddəsinin tələbi pozulmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2006-cı il 31 may tarixli Qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli Qərarının göstərişləri nəzərə alınmamışdır- apellyas iya məhkəməsi tərəfindən MPM-in 420-ci maddəsinin tələbinə formal olaraq yanaşılmışdır. Şahid ifadəsinin mötəbərli olub-olmaması yoxlanılmamış və qərəzli olmasına hüquqi qiymət verilməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 1-ci bəndi ilə 5.1, 5.2 və 6.2-ci bəndləri arasındakı ziddiyyətin mövcudluğu baxımından aylıq idarə komissiyanın məbləği müəyyən olunarkən obyektin aylıq gəlir və xərclərinin nəzərə alınmalı olub-olmaması araşdırılmamış, idarəetmə müqaviləsinin 10.1-ci bəndində nəzərdə tutulmuş fors-major hallarının hazırkı mübahisənin həlli baxımından tətbiqi imkanlarını dəyərləndirməmişdir. Müqavilənin 7.2.4-cü bəndinə əsasən, istifadə məsrəflərini vaxtında ödəməməsi, 7.2.6-cı bəndinə əsasən, obyektin Brendinqi və Marketinqi təşkil edilməməsi, 7.2.7-ci bəndinə əsasən, proqram planlaşdırma və əmlakın saxlamasının zəruri qaydalarına, o cümlədən idarəetmə üsullarının inkişafının təşkili üsulları və həyata keçirilməsi öhdəliyi yerinə yetirilməməsi, cavabdeh tərəfindən razılıq olmadan ona verilən müəssisəni üçüncü şəxslərin isifadəsinə verməsidir. Belə olan halda yalnız qərəzli şahid ifadəsinə istinad etməklə iddianın təmin edilməməsi əsassız olmuşdur.

53. Kassasiya şikayətinin «digər məsələlər» hissəsində göstərilmişdir ki, kassasiya instansiyası məhkəməsi yeni apellyasiya baxışı zamanı araşdırmalı olan halları aşağıdakı kimi müəyyən etmişdir: 1. mübahisə predmeti olan obyektin cavabdeh tərəfindən iddiaçıya təhvil verilib-verilməməsi, 2. təhvil verilmişdirsə, təhvil-təslimin tarixini aydınlaşdırmalı, 3. tərəflər arasında bağlanmış idarəetmə müqaviləsinin 10.1-ci bə ndində nəzərdə tutulmuş fors-major hallarının hazırkı mübahisənin həlli baxımından tətbiqi imkanlarını dəyərləndirməli, 4. müqavilənin 1-ci bəndi ilə 5.1, 5.2 və 6.2-ci bəndləri arasındakı ziddiyyətin mövcudluğu baxımından aylıq idarə komissiyanın məbləği müəyyən olunarkən obyektin aylıq gəlir və xərclərinin nəzərə alınmalı olub-olmamasını, 5. 2020-ci il 29 iyun tarixli xəbərdarlıq məktubunun rəsmi qaydada göndərilib-göndərilməməsinin (cavabdehə çatdırılıb-çatdırılmamasını) müəyyən edilməsi, 6. müqavilənin ləğvi üçün 6 aylıq xəbərdarlıq müddətinə əməl olunub-olunmamasına qiymət verilməsi, 7. şahid ifadəsinə sübut kimi qəbul edilib-edilməməsi qiymət verilməsi. Apellyasiya məhkəməsi isə qeyd olunan hallar üzrə məcburi göstərişləri araşdırmamış, MPM-nin 420-ci maddəsinin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 54.Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ 55.Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 56.Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələbləri baxımından yoxlanılacaqdır. 57.Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlay arkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ 58.Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları... 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xi dmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır....” “Maddə

421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları... 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, b unun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur....” “Maddə

423. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydası... 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.” “Maddə

427. Öhdəliyin icrası müddəti... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhd əliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Maddə

700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər....” 59.Azərbaycan Respublikasnın Mülki Prosessual müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymə tləndirilir. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır”. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

60. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). 61. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmama sı maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir ( Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı).

62. İddiaçının kassasiya şikayətinin «maddi hüquq normasının pozulmasına və ya düzgün tətbiq edilməsi dair mövqe (dəlillər)» hissəsində tərəflər arasında bağlanmış müqavilənin müvafiq bəndlərinin məntlərinə istinad olunmuş, apel lyasiya instansiyası məhkəməsi tərəfindən hazırki işə baxılarkən hansı maddi hüquq normalarının pozuntusuna yol verilməsi qeyd olunmamışdır.

63. İddiaçının kassasiya şikayətinin dəlili işə yenidən baxan apellyasiya instansiyası məhkəməsinin MPM-nin 420-ci maddəsinin tələblərinə əməl etməməsinidən ibarətdir (bax yuxarıda §52-53).

64. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlilləri ilə razılaşmır və aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir.

65. Qeyd olunmalıdır ki, hazırki iddia tələbi üç hissədən-tərəflər arasında bağlanmış idarəetmə müqaviləsinin ləğv edilməsi (birinci tələb); həmin müqavilə üzrə komissiya haqqının tutulması (ikinci tələb) və maddi ziyanın və əldən çıxmış faydanın tutulmasından ibarətdir (üçüncü tələb).

66. Müqavilənin ləğvi tələbi, ko missiya haqqının, maddi ziyanın və əldən çıxmış faydanın tutulması tələbindən yarandığı üçün Kollegiya ilk olaraq həmin tələblər üzrə apellyasiya instansiyası məhkəməsinin nəticəsinə münasibət bildirilməsini zəruri hesab edir.

67. Məhkəmə kollegiyası həmin tələblər (ikinci və üçüncü tələblər) üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, işin yeni apellyasiya baxışı zamanı, iddiaçının səlahiyyətli nümayəndəsi (iddiaçı MMC-nin qanuni təmsilçisi) «iddiaçının qarşı tərəfdən tutulacaq pulu istəmədiyini, müqavilənin ləğv olunmasını xahiş etdiyini» bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının pul tələbinə qiymət verərkən həmin izahata istinad etmişdir. İddiaçı kassasiya şikayətində qeyd olunan halı mübahisələndirilməmiş, hər hansı dəlili irəli s ürməmişdir.

68. İddiaçının maddi ziyan və əldən çıxmış faydanın tutulması tələbinə gəldikdə, iddiaçı həmin tələblərini təsdiq edən sübutları apellyasiya instansiyası məhkəməsinə təqdim etməmişdir. Bu baxımdan məhkəmənin nəticəsi MPM-nin 14.2 və 77.1-ci maddələrinin tələblərinə uyğun olmuşdur.

69. Müqavilənin ləğvi tələbi ilə bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422ci maddəsinin şərh edilməsinə dair» 07 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, « Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin əsasları, qaydası və nəticələri Mülki Məcəlləsinin 421-424-cü maddələrinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əg ər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Müqavilənin ləğv edilməsi onun qüvvəsinə xitam verir. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi əsasları aşağıdakılardır: 1) Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə; 2) Tərəflərdən birinin tələbi ilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Pozuntu o halda mühüm xarakterə malik olur ki, digər tərəfin müqavilənin məqsədlərinə nail olmasına imkan vermir; 3) Tərəflərdən biri müqavilənin icrasından tamamilə və ya hissə-hissə birtərəfli imtina etdikdə».

70. Baxılan işdə iddia ərizəsindən göründüyü kimi, iddiaçı müqavilənin ləğvi edilməsi üçün əsaslar kimi cavabdehin müqavilə üzrə ödənişləri aparmamasına, idarəetməyə verilən sahəni üçüncü şəxslərin istifadəsinə verməsinə, obyektin brendiqi və marketinqini təşkil etməməsinə istinad edir. Lakin işə mahiyyəti üzrə baxılarkən, iddiaçı çəkişmə prisipinin tələblərinə uyğun olaraq qeyd olunan halları təsdiq edən mötəbər sübutları təqdim etməmiş, eləcə də müqavilənin ləğvi tələbi iddiaçının pul tələbi ilə bilavasitə bağlı olsa da, işin yeni apellyasiya baxışı zamanı qarşı tərəfdən pulun tutulması tələbini müdafiə etməmiş (i.v 232), yuxarıda qeyd olunduğu kimi, kassasiya şikayətində də apellyasiya instansiyası məhkəməsinin pul tələbinə dair hissədə nəticəsin i mübahisələndirməmiş, hər hansı dəlil irəli sürülməmişdir.

71. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin müqavilənin ləğvi tələbi üzrə gəldiyi nəticə MM-nin 421-ci maddəsinin tələblərinə uyğun olmuşdur. İşin yeni apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlərə zidd nəticəyə gəlinməmiş, işdə olan sübutlara mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Odur k i, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. 72.Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 24 iyun tarixli, 2-2(105)-59/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: V.T.Həsənov E.Y.Şamayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar