Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-716/2025 18.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdeh x1nə qarşı iş üzrə QƏRARİ Açar sözlər: xidmət müqaviləsi üzrə pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh x1nə qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 25 iyul tarixli 22(103)-698/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İş ü zrə tərəflər İddiaçı MMC və x1 27 sentyabr 2019-cu il tarixində “ümumi təmizlik və texniki qulluq, binanın daxili və xarici qurğu və texnikalarına nəzarət və idarəetmə xidmətlərinin göstərilməsi üzrə xidmət müqaviləsi” bağlamışlar.
2. Həmin müqavilə üzrə icraçı qismində İddiaçı MMC, sifarişçi qismində isə x1 olmaqla, icraçı “x” adlı inzibati binada və binaya aid ərazidə müvafiq məzmunlu xidmətlər göstərməyi, sifarişçi isə həmin xidmətləri qəbul etməyi və əvəzini razılaşdırılmış qaydada ödəməyi öz öhdəsinə götürmüşdür.
3. Sözügedən müqavilə 1 il müddətinə bağlanmış, bununla belə müqavilədə tərəflərin hər hansı birinin müqavilə müddətinin bitməsinə ən geci 15 gün qalmış yazılı etirazı olmadığı təqdirdə, müqavilə müddətinin eyni şərtlərlə uzadılması imkanı müəyyən edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı MMC (bundan sonra-"xxxx") x1nə (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçıya olan 1.593.072,04 manat məbləğində borcun, hüquqi yardım üçün ödənilən 1.000 manat və dövlət rüsumu kimi ödənilən 1.592,39 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, icraçı görülmüş və təhvil verilmiş işlərin dəyərinin ödənilməsi üçün cavabdehə elektron qaimə-fakturalar göndərmiş, lakin cavabdeh borc öhdəliklərini tam həcmdə icra etməmişdir. Hazırda cavabdehin 1.593.072,04 manat məbləğdə ödənilməmiş borcu qalmışdır. Dəfələrlə müraciət edilməsinə baxmayaraq, cavabdeh həmin borcu ödəməmişd ir. İddiaçı 2024-cü il 18 oktyabr tarixində “Elektron Məhkəmə Sistemi” və Dövlət Vergi Xidməti vasitəsi ilə, elektron qaydada cavabdehə pretenziya göndərərək, hesablanmış həmin borc məbləğinin 3 gün müddətində ödənilməsini xahiş etmişdir. Lakin cavabdeh iddiaçının həmin pretenziyasına cavab verməmişdir.
6. Cavabdeh iddiaya qarşı yazılı etirazını onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş təhvil-qəbul aktlarında əks olunan xidmətlərin faktiki olaraq icra edildiyini təsdiqləyən heç bir hüquqi qüvvəyə malik sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi təhvil-qəbul aktlarında göstərilən xidmətlərin icra edildiyini göstərən sübutlar iş materiallarında yoxdur. İddiaçı tərəfindən icra edildiyi iddia olunan xidmətlər əslində yerinə yetirilməmiş və ya onların faktiki icrası ilə bağlı hüquqi baxımdan mötəbər sübut təqdim edilməmişdir. İddiaçı tərəfindən görülmüş işlərin dəyərinin nə ilə əsaslandırıldığı, bu xidmətlərin yerinə yetirilməsi üçün istifadə olunmuş materialların haradan və hansı prosedura uyğun şəkildə əldə edildiyi, onların dəyərinin necə hesablandığına dair hər hansı müvafiq təsdiqedici sənədlər iş materiallarına əlavə edilməmişdir. Halbuki, bu məlumatlar və sənədlər borcun mövcudluğunun müəyyən olunması və ümumilikdə iddiaçının tələbinin hüquqi əsaslara söykəndiyini göstərmək baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, iddiaçının yalnız təhvil-qəbul aktları ilə kifayətlənərək, məhkəməyə borcun mövcudluğunu sübut etməyə çalışması hüquqi baxımdan kifayət qədər əsaslandırılmış hesab oluna bil məz.
7. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 16 aprel tarixli e-2-2(113)-924/2025 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim G.R.Namazova).
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş elektron qaimələr və təhvil aktları 2019-cu il 27 sentyabr tarixli podrat müqaviləsi üzrə 1.593.072,04 manat həcmində işlərin iddiaçı tərəfindən icra edildiyini təsdiq edən mötəbər sübut hesab edilə bilməz.
9. Məhkəmənin hazırlıq iclaslarında cavabdehin nümayəndəsi iddiaçı tərəfindən əlavə sübutların (həmin xidmətlərin hansı işçi heyəti tərəfindən yerinə yetirildiyi, bu prosesə konkret olaraq hansı əməkdaşların cəlb olunduğu, onların hansı əsasla ((əmək müqaviləsi, əmək müqaviləsi bildirişi və digər hüquqi sənədlərlə bu xidmətlərin g örülməsində iştirak etmələri barədə hər hansı digər sübut və s.) bu layihədə iştirak etdikləri, iddiaçı tərəfindən görülmüş işlərin dəyərinin nə ilə əsaslandırıldığı, bu xidmətlərin yerinə yetirilməsi üçün istifadə olunmuş materialların haradan və hansı prosedura uyğun şəkildə əldə edildiyi, onların dəyərinin necə hesablandığına dair sənədlərin) təqdim edilməsini tələb etsə də, iddiaçı tərəf təqdim etməmiş, əlavə sübutların təqdim edilməsinə zərurətin olmadığını, misal üçün işlərin görülməsi üçün hər hansı ləvazimatın alınmasına dair sübutu məhkəməyə təqdim etdikləri halda həmin ləvazimatların məhz bu işlər üçün istifadə edilməsini məhkəmə tərəfindən müəyyən edilə bilməyəcəyini bildirmiş, sonuncu hazırlıq iclasında isə iddiaçı tərəfindən hər hansı başqa sübutun məhkəməyə təqdim olunmayacağ ını bildirərək işin məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən 1.593.072,04 manat dəyərində podrat işlərinin həqiqətən də görülməsi möhtəbərliyi şübhə altına alınmayan və təkzibolunmaz sübutla təsdiq olunmur. Hüquqi şəxs olan iddiaçı tərəfindən kifayət qədər böyük həcmli və yüksək dəyərdə olan podrat işlərinin görülməsini təsdiq edən heç bir yazılı sübutun təqdim edilə bilməməsi inandırıcı və ağlabatan deyildir.
11. Bu baxımdan məhkəmə hesab etmişdir ki, heç bir yazılı sübutlar olmadığı halda iş üzrə elektron qaimələr və tərəflər arasında imzalanmış ikitərəfli təhvil aktları podrat işlərinin görülməsini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz.
12. Bundan əlavə, məhkəmə tərəfindən təhvil-qəbul aktlarına nəzər yetirdikdə i nzibati binaya gündəlik texniki xidmətin göstərilməsi-191.307,02 manat, binanın daxilinin və həyətyanı sahənin təmizliyinin gündəlik və mütəmadi təmin edilməsi- 62.754,48 manat və s. xidmətlərin bu qədər yüksək qiymətə müəyyən edilməsi (başa gəlməsi) məhkəmədə şübhə yaratmış və iddiaçıya bu qiymətlərin nəyə əsasən bu qədər yüksək olması, dəqiq olaraq binaya hansı texniki xidmətin göstərildiyi sualı verildikdə, binanın gündəlik təmizliyi, sanitar qovşaqları gigiyenik vasitələr ilə təmin edilməsi və sair bildirmişdir. Lakin bu cavablar aktlarda göstərilən məbləğlərin həqiqəti əks etdirdiklərini, 1.593.072,04 manat dəyərində işlərin faktiki olaraq görülməsinin doğruluğuna dair məhkəmədə daxili inam yarada bilməmişdir.
13. Beləliklə, məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən 1.593. 072,04 manat dəyərində podrat işlərinin yerinə yetirilməsi və bununla da, podrat müqaviləsi üzrə iddiaçının öz öhdəliyini icra etməsi sübut olunmur. Borcun tutulması hissəsində iddiaçı tələbini əsaslandıra və bununla bağlı (tərəflər arasında bağlanmış podrat müqaviləsi üzrə 1.593.072,04 manat həcmində işlərin görülməsini təsdiq edən) hər hansı mötəbər və təkzibedilməz sübutlar təqdim edə bilmədiyindən iddia təmin edilməməlidir.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 385.1, 386.1, 398.1, 399.1, 442, 445.2, 752.1 və 753.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.2, 76.1, 76.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
15. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 25 iyul tarixli 2-2(103)-698/2025 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbinin qismən təmin edilməsi, cavabdehdən 1.593.072,04 manat məbləğində borc, ödənilmiş 1592,39 manat dövlət rüsumu iddiaçıya ödənilməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 795 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir (sədrlik edən-məruzəçi hakim T.N.Mahmudova, hakimlər L.R.Əliyeva və Z.A.Şirinov).
17. Apel lyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmamış və hesab etmişdir ki, məhkəmə müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə yanlış nəticəyə gəlmişdir. Belə ki, iddiaçı tərəfindən xidmət müqaviləsi üzrə işlərin yerinə yetirilməsi işin materiallarında olan təhvil-təslim aktları və elektron qaimələrlə sübuta yetirilir. Təhvil-təslim aktlarını hər iki tərəf təsdiq etmişdir. Cavabdehin illərlə təsdiq etdiyi təhvil-təslim aktlarını sonradan mübahisələndirməsi ağlabatan olmamaqla vicdanlılıq prinsipinə ziddir.
18. Cavabdeh dövlətə məxsus şirkət olsa da, mülki dövriyyənin digər iştirakçıları ilə kommersiya münasibətlərinə daxil olarkən məhz həmin dövriyyənin sahibkarlıqla bağlı qaydaları çərçivəsində hərəkət edir. Bu bax ımdan, cavabdeh özünün təsdiq etdiyi təhviltəslim aktlarının hüquqi nəticələri ilə bağlı risk daşıyır.
19. Məhkəmə kollegiyasının qənaətinə görə, cavabdeh kommersiya fəaliyyəti ilə məşğul olan subyekt kimi, müqaviləni bağlayarkən və təhvil-təslim aktını təsdiqləyərkən iddiaçının xidmət müqaviləsini yerinə yetirmək qabiliyyətini, eləcə də görüləcək işlərin dəyərini və həcmini müəyyən etmək, eləcə də təftiş etmək hüququ var idi. Bu baxımdan, iddiaçı həm müqavilə bağlayarkən, həm də təhvil-təslim aktını təsdiq edərkən görülən işlər ilə bağlı tələb irəli sürməməklə, kommersiya subyekti kimi lazımı sayıqlıq göstərməmişdir. Tərəflər arasında uzun müddət işgüzar münasibətlər mövcud olmuş və cavabdeh görülən işlərlə bağlı hər hansı irad bildirməmiş, hətta müqavilənin uzadılmasına təşəbbüs göstərmi şdir.
20. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 5.3, 13, 14.2.1, 43.3, 385.1, 386.1, 390.1, 398.1, 398.3, 404.1, 404.2, 425.1, 442, 445.2.1, 448.1, 752.1, 753.1, 756.1 və 770-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 11 iyun tarixli və 2022-ci il 20 aprel tarixli və 26 aprel 2023-cü il tarixli Qərarlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2, 3.1, 3.2, 3.3 və 3.4-cü bəndlərinə və MPM-in 14.1, 14.2, 76.1, 76.2, 77.1, 81, 88, 106.1, 106.3 və 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
21. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv e dilməsi və iddia tələbinin rədd olunması barədə qərar çıxarılması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Apellyasiya məhkəməsinin tərəflər arasındakı münasibətləri işgüzar adətlər əsasında təfsir etməsi həm MM-in 10, 390 və 404.2-ci maddələrinin tələblərinə, həm də işin faktiki hallarına uyğun olmamışdır. Çünki, müqavilədə konkret şərtlər mövcuddursa və tərəflərin öhdəlikləri açıq şəkildə təsbit edilibsə, burda işgüzar adətlərin tətbiqi yolverilməzdir. Hazırki iş üzrə mübahisə xidmətlərin faktiki olaraq göstərilibgöstərilməməsindən ibarətdir, faktiki icra isə yalnız sübutlarla təsdiq edilə bilər, işgüzar adətlərlə əvəz edilə bilməz. MM-in 404.2-ci maddəsi işgüzar adətləri müqavilənin təfsirində nəzərə almağa imkan veri r, lakin bu yalnız müqavilə şərtlərinin mənasının aydınlaşdırılması üçün tətbiq edilir. Faktiki işlərin görülüb-görülməməsi məsələsi müqavilənin təfsiri deyil, sübutetmə predmetini təşkil edir.
23. Həmçinin, təhvil-təslim aktlarında əks olunan xidmətlərin dəyəri qeyri-real olmuşdur. Nümunə olaraq, sonuncu təhvil-təslim aktında 2022-ci il 1 oktyabr tarixindən 2022-ci il 27 oktyabr tarixinədək cəmi 26 gün üçün görülməsi iddia olunan işlərin dəyəri 333.964,18 manat göstərilmişdir. 26 gün ərzində belə bir məbləğdə xidmətin göstərilməsi mümkün deyildir. İddiaçı tərəfindən vicdanlılıq prinsipi pozularaq, faktiki olaraq heç bir xidmət göstərilmədiyi halda, müxtəlif xidmətlərin adları altında və bir-birini təkrarlayan formada əsassız pul vəsaitləri cavabdehdən tələb olunmuşdur. Həmçinin, müqavil ənin 3 saylı Əlavəsinin 1-ci sırasında qeyd edilən xidmətlərin təsvirində liftlər və eskalatorlara xidmət göstərilməsi ayrıca vurğulanmış və bu xidmətlər 2.550.760,23 manat məbləğində qiymətləndirilmişdir. Bununla yanaşı, həmin avadanlıqlara xidmət göstərilməsi yenidən 3cü sırada “Liftlərin və eskalatorların periodik baxımı” adı altında daxil edilmiş və bu xidmət üçün əlavə 340.200 manat müəyyən olunmuşdur. Halbuki bu xidmətlərin heç biri real olaraq həyata keçirilməmişdir. Eyni hal 2022-ci il 27 oktyabr tarixli təhvil-təslim aktında da müşahidə olunur: həmin aktın 1-ci bəndində *-ın inzibati binasına gündəlik texniki xidmət göstərilməsinə görə 191.307,02 manat, 3-cü bəndində isə lift və eskalatorlara gündəlik periodik xidmətə görə əlavə 25 515,00 manat pul vəsaiti tələb edilir. Lakin bu x idmətlərin heç biri faktiki yerinə yetirilməmiş, sadəcə kağız üzərində təqdim olunmuşdur. Nəticə etibarı ilə, təqdim olunan sənədlər əsasında görülməmiş işlərə görə, özü də təkrar qeyd edilərək pul tələb olunması, iddiaçı tərəfindən vicdanlılıq prinsipinin pozulması ilə nəticələnmişdir.
24. Bundan başqa, e-qaimənin tərtibi özlüyündə işlərin faktiki icrasını təsdiqləmir, eqaimə yalnız vergi məqsədləri üçün ilkin uçot sənədidir. Əgər e-qaimə faktiki icra sübutu kimi qəbul edilərsə, şəxs heç bir xidmət göstərmədən, sadəcə kağız üzərində sənədləşməklə sifarişçidən ödəniş tələb edə bilər ki, bu da qanunvericiliyə ziddir. Apellyasiya məhkəməsinin e-qaiməyə həddindən artıq hüquqi qüvvə verərək, işlərin görülməsinin məhz e-qaimə ilə də təsdiqləndiyini bildirməsi müvafiq Qaydaların və Vergi Məcəllə sinin məqsədinə zidd olmuşdur.
25. Apellyasiya instansiya məhkəməsinin cavabdehin e-qaimələri mübahisələndirmədiyi üçün bu sənədlərə görə risk daşıması və hazırda onları mübahisələndirməsi vicdanlılıq prinsipinə zidd olmasına dair mövqeyinə münasibətdə də qeyd edilməlidir ki, elektron qaimə mübahisələndirilən sənəd kateqoriyasına daxil deyildir. Bu səbəbdən məhkəmənin cavabdehin e-qaimələri mübahisələndirməməsini qeyd etməsi də qanunvericiliyə zidd olmuşdur. Ümumiyyətlə, e-qaiməyə vaxtında etiraz olunmaması, yalnız vergi uçotu baxımından əhəmiyyət kəsb edə bilər. Lakin öhdəliyin faktiki icrasının sübutu hesab edilə bilməz. Əks halda, yuxarıda da qeyd edildiyi kimi, podratçı heç bir real xidmət göstərmədən, yalnız e-qaimə tərtib etməklə vəsait tələb edə bilər ki, bu da həm Mülki Məcəllənin, həm də Vergi Məcəlləsinin prinsiplərinə ziddir.
26. Apellyasiya məhkəməsi yalnız təhvil-qəbul aktları və e-qaimələrə əsaslanmaqla yekun nəticəyə gəlmişdir. Halbuki həmin sənədlərin faktiki icranı təsdiqləyən mötəbər sübut olmadığını birinci instansiya məhkəməsi düzgün müəyyən etməklə, həmin mövqe hüquqi və faktiki əsaslara söykənmişdir. Tərəflər arasında imzalanmış təhvil-təslim aktlarının təqdim olunması faktı, özlüyündə görülmüş işlərin həcmini və keyfiyyətini obyektiv sübut etmir. Təqdim olunan aktlar işlərin real yerinə yetirilməsi ilə bağlı məlumatları ehtiva etmədiyindən, təhvil-təslim aktları mötəbər sübut kimi qəbul edilməməli, həmin aktlar ayrılıqda işlərin yerinə yetirildiyini təsdiqləyən mötəbər sənəd hesab edilməməli idi. Qısa müddətdə böyük həcmdə işlərin göstərilməsi və ya e yni xidmətlərin təkrar daxil edilməsi halları və s. bu kimi hallar mövcud olduğundan, həmin aktlar vicdanlılıq prinsipi əsasında da etibarlı sübut hesab oluna bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Kassasiya baxışının hədləri
28. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq bütövlükdə yoxlanılacaqdır.
29. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və o nlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “Maddə
5. Mülki hüquq münasibətlərinin subyektləri... 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar....” “Maddə
11. Mülki qanunvericiliyin analogiya üzrə tətbiqi 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləy ən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası)....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə
752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....”
31. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqd im etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əs aslandırır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Baxılan iş üzrə mübahisə, tərəflər arasında müqavilə münasibətlərindən yaranmaqla, iddiaçı cavabdeh tərəfindən müqavilə öhdəliklərinin icra edilməməsinə istinadla iddia olunan pulun tutulmasını x ahiş edir.
33. Cavabdeh iddia tələbinə etiraz edərək, iddiaçı tərəfindən icra edildiyi iddia olunan xidmətlərin əslində yerinə yetirilmədiyini, təhvil-təslim aktlarında əks olunan qiymətlərin reallığı əks etdirmədiyini, eyni məzmunlu işlərin müxtəlif adlarla bir neçə dəfə göstərilməklə xərclərin şişirdildiyini bildirir və xərclərin həqiqətən çəkildiyini təsdiq edən müşayiətedici fakturalar, ödəniş qəbzləri, xidməti həyata keçirdiyi iddia edilən işçi heyəti barədə konkret məlumatlar (cəlb edilmiş işçilərin siyahısı, əmək müqavilələri və sairə) təqdim edilməsini tələb edir.
34. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddianın qismən təmin olunmasına dair nəticəsi ilə razılaşmır və kassasiya şikayətinin dəlilləri üzrə aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri h esab edir.
35. Kollegiya, ilk növbədə iddianın əsasını təşkil edən xidmət müqaviləsinin hüquqi təbiəti ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, MM-də sözügedən münasibətləri tənzimləyən xüsusi norma mövcud olmasa da, müqavilə azadlığı prinsipinə uyğun olaraq, belə müqavilələrin bağlanması yolveriləndir. Həmin müqavilə münasibətlərindən yaranmış mübahisələr MM-in ayrı-ayrı fəsillərində xidmət xarakterli öhdəlik münasibətlərinə dair müddəaları əsasında; işin hallarından asılı olaraq tərəflər arasındakı müqavilə şərtləri, işgüzar adətlər və mülki qanunvericiliyin öhdəlik münasibətlərini tənzimləyən ümumi normalarının tələbləri əsasında; və ya Mülki Məcəllənin 11-ci maddəsində müəyyən edilən qaydada tətbiq edilən maddi hüquq normaları əsasında həll olunmalıdır.
36. Baxılan işdə də, apellyas iya instansiyası məhkəməsi, MM-in 11-ci maddəsinə əsasən, tələbin qanuni əsası kimi podrat müqaviləsi ilə bağlı müddəalarını nəzərdən keçirmişdir.
37. Nəzərə alınmalıdır ki, MPM-in sübutetmənin əsaslarını müəyyən edən normalarının tələblərinə əsaslanaraq vurğulayır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
39. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda, sübutetmə yükü iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aiddir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşü r.
40. İstinad olunan prosessual tələbləri nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, baxılan iş üzrə qısa müddət ərzində cavabdehə 1.593.072,04 manat dəyərində təmizlik, texniki qulluq, nəzarət və idarəetmə xidmətlərinin göstərildiyini sübut etmək, bununla bağlı tərəflər arasında bağlanmış müqavilə şərtlərinə cavab verən, “əsaslı şübhələr yaratmayan” mötəbər sübutları təqdim etmək iddiaçının üzərinə düşür.
41. Tərəflər arasında bağlanmış müqavilədə müvafiq xidmətin göstərildiyinin təsdiqini şərtləndirən bir nepçə bənd nəzərdə tutulmuşdur. Belə ki, müqavilənin 6.4-cü bəndində göstərilmişdir ki, müntəzəm təmir və ya bərpa xidmətləri zamanı çıxarılmış qüsurlu və ya yararsız hissələr İcraçı tərəfindən Sifarişçiyə təqdim olunmalıdır. Digər bir bənddə (7.1-ci bənd) isə tərəflər razılaşmışlar ki, İcraçı, hər ay göstərilmiş xidmətlər üçün müqavilənin 4.3-cü bəndinə uyğun olaraq, özündə aşağıdakı məlumatları əks etdirən hesab fakturanı hazırlamalı: Aylıq istismar və təmizlik xidmətlərinin qiyməti; Müqavilənin 5.2-ci maddəsinə əsasən hər bir qüsurun dəyəri, əgər varsa; Üçüncü tərəfdən əldə edilən xidmət və malların faktura məbləğinə bərabər olan və Müqavilə qiymətinə daxil edilməmiş məbləğ və bu məbləğin Sifarişçi ilə öncədən razılaşdırılmış 5% (beş faiz) həcmində əlavəsi; Sifarişçinin məmnuniyyəti üçün, satınalınan xidmət və işlər, ehtiyat hissələri, sərf edilən ləvazimatlar, materiallar, alətlər, avadanlıqlar və sairlə əlaqədar 3cü tərəflərə aid müşayətedici fakturalar və ödəniş qəbzlərini faktuaya əlavə edərək Sifarişçiyə çatdırmalıdır.
42. Sözügedən müqavilənin 4.3-cü bəndind ə göstərilən xidmətlərin dəyərinin icraçı tərəfindən göstərilən xidmətlərin dəyərinin hər növbəti ayın ən geci 10-dək tərəflərin təyin edəcəkləri səlahiyyətli nümayəndələri tərəfindən təsdiq edilmiş təhvil-qəbul aktları və icraçı tərəfindən verilmiş hesab-faktura əsasında ödənilməsi, təhvil-qəbul aktının və hesab-fakturanın hər növbəti ayın ən geci 5-dək təsdiq edilməsi və Sifarişçiyə göndərilməsi razılaşdırılmışdır.
43. Tərəflər arasında bağlanmış müqavilənin istinad olunan bəndlərinin birgə təhlili belə qənaətə gəlməyə əsas verir ki, yalnız təhvil-təslim aktının tərtib edilməsi, həmin aktlarda göstərilmiş xidmətlərin görüldüyünü təsdiq etmir, icraçı tərəfindən həm də müqavilənin 7.1-ci maddəsinin tələblərinə cavab verən hesab faktura və müəyyən müşayətedici sənədlər (qəbzlər və s.) təqdi m olunmalıdır.
44. Lakin işin materiallarından belə müşayətedici sənədlərin təqdim olunması müəyyən edilmir. Bununla belə apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı xidmət müqaviləsi üzrə işlərin yerinə yetirilməsini sübuta yetirmişdir.
45. Bundan əlavə, məhkəmə tərəfindən sözügedən təhvil-təslim aktlarının mötəbərliyinə qiymət verilərkən, cavabdehin həmin aktlarda əks olunan qiymətlərin reallığı əks etdirməməsi, eyni məzmunlu işlərin müxtəlif adlarla bir neçə dəfə göstərilməsi ilə bağlı dəlilləri üzrə də hər hansı dəyərləndirmə aparılmamış, işin hərtərəfli, tam və obyektiv araşdırılması prinsipi pozulmuşdur.
46. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə mübahisəli hallara, xüsusən iddia olun an xidmətin göstərilməməsinə dair cavabdehin dəlillərinə müqavilənin qeyd olunan şərtləri baxımından qiymət verilməklə, həm MPM-nin 88, 217.1, 217.3-cü maddələrinin (bax § 31) tələbləri pozulmuş, həm də mülki qanunvericiliyin müqavilə hüququnu, eləcə də podrat müqaviləsini tənzimləyən (hazırki halda analogiya üzrə tətbiq edilən) normalarına zidd nəticəyə gəlinmiş, qətnamədə istinad olunsa belə, Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 11 iyun tarixli qərarında ifadə olunmuş hüquqi mövqeləri nəzərə alınmamışdır.
47. Halbuki, «..tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edibetməmələrini hərtərəfli araş dırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə» 2018-ci il 11 iyun tarixli qərarı).
48. İddiaçı tərəfindən təqdim olunmuş elektron qaimə fakturaların qiymətləndirilməsi zamanı isə nəzərə alınmalıdır ki, ilkin uçot sənədi olan elektron qaimə fakturaların kommersiya mübahisələrinin həlli zamanı sübut əhəmiyyəti ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci i l 20 aprel tarixli Qərarında göstərilmişdir ki,... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
49. Göründüyü kimi, elektron qaimə-faktura elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir və ö z-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir.
50. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi maddi və prosessual hüquq normalarının pozulmasına görə ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməli, kassasiya şikayəti qismən təmin edilməlidir.
51. İşin yeni apellyasiya baxışı zamanı iddianın əsasını təşkil edən müqavilənin şərtləri nəzərə alınmaqla, iddia tələbinə, işdə olan sübutlara və hər iki tərəfin dəlillərinə qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.
52. MPM-in 416, 417 və 419-cu maddələrini rə hbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 25 iyul tarixli 2-2(103)-698/2025 nömrəli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.