Məhkəmə qərarları › İş №2-2(102)-74/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-74/2021

10.02.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-74/2021 10.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı Ləğv Prosesində olan İddiaçı-in Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və cərimənin tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə QƏRAR Açar sözlər: Kredit müqaviləsi üzrə əsas borc, faiz borcu. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi ilə, hakimlər X3, X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, İddiaçı Ləğv prosesində olan İddiaçı-in vəkili Vəkil iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kolleg iyasının 2020-ci il 27 avqust tarixli 2-2(103)-315/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. Ləğv Prosesində olan İddiaçı (bundan sonra-ASC) ilə Cavabdeh İvanovna (bundan sonra- Cavabdeh) arasında 2012-ci il 28 fevral tarixində 19K/12 saylı təminatlı kredit müqaviləsi bağlanmışdır.

2. Qeyd olunan müqaviləyə əsasən ASC tərəfindən Cavabdeh 1.011.500 manat məbləğində 48 ay müddətinə illik 18%-lə kredit verilmişdir.

3. Kredit müqaviləsi üzrə öhdəliyin icrasını təmin etmək məqsədilə ASC ilə Cavabdeh arasında 2012-ci il 28 fevral tarixində 19K/12 nömrəli girov müqaviləsi bağlanmış, müqaviləyə əsasən girov saxlayan girov qoyana 13 ədəd DAEWOO BS090 markalı avtobusların alınması və sığorta haqqının ödənilməsi üçün 1.011.500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə ödənişlərin icra olunmasına təminat olaraq girov qoyan istehsal tarixi 2011-ci il olan avtobusları girov saxlayana girov kimi təqdim edir.

4. Müqaviləyə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, 2016-cı il 28 fevral tarixinədək cavabdeh tərəfindən banka 414.700,56 manat faiz borcu olmaqla, cəmi 1.426.200,56 manat pul ödənilməli idi. 5. 2013-cü il 16 sentyabr tarixində tərəflər arasında kredit müqaviləsinə əlavə imzalanmış, əlavənin şərtlərinə əsasən nəzarət faiz qalığı, cərimə qalığı, əsas borcun nəzarət qalıq məbləğinin 32.370 manat əsas borc məbləğinə kapitallaşdırılması, ödəniş tarixinin hər ayın 11-i müəyyən olunması razılaşdırılmışdır. Həmin əlavə əsasında tərəflər arasında yeni ödəniş qrafiki tərtib edilməsi barədə sübut iş mat eriallarına əlavə olunmamışdır.

6. Müqavilənin 2.1-ci bəndinə əsasən tərəflərin razılığı ilə girov predmeti hər biri 82.000 manat olmaqla, cəmi 1.066.000 manat dəyərində qiymətləndirilmişdir.

7. İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən 2012-ci il 28 fevral tarixli, AA seriyalı ******* saylı çıxarışa əsasən nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilə üzrə ipoteka qoyan şəxs Cavabdeh DAEWOO BS090 avtobus markalı 10 TGT:66,67,68,69,70,71,72,73,,74,75,76,78,79 nəqliyyat vasitələrini ipoteka qoymuşdur. Nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilə üzrə ipoteka saxlayan şəxs ASC-dir.

8. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrindən görünür ki, 13 ədəd DAEWOO BS090 avtobusun sahibi Cavabdehdır.

9. ASC tərəfindən 2015-ci il 6 avqust tarixində Cavabdeh ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş ünvanlanaraq 2012-ci il 28 fevral tarixli, 19K/12 saylı təminatlı kredit müqaviləsi üzrə ödənilməmiş 685.440.03 manat əsas borc, 67.648.46 manat faiz borcu və 13.409.42 manat məbləğində dəbbə borcu, cəmi 766.497.91 manat təşkil edən borc məbləğinin ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı və ipoteka qoyana məxsus olan əmlaka tutmanın yönəldilməsi prosesinə başlanacağı barədə xəbərdarlıq olunmuşdur.

10. ASC tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X6 2015-ci il 11 avqust tarixində ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə ərizə ünvanlanaraq ərizənin qəbul edilməsi və bildirişin qeydiyyatı h aqqında banka rəsmi məlumat verilməsi xahiş olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı ASC Cavabdeh qarşı cavabdehlə bağlanmış 2012-ci il 28 fevral tarixli, 19K/12 saylı təminatlı kredit müqaviləsi və girov (ipoteka) müqaviləsinin ləğv edilməsi, cavabdehdən ASC-nin xeyrinə 685.440,03 manat əsas borc, 87.868,04 manat faiz borcu və 26.433.13 manat dəbbə borcu, cəmi 790.974.21 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tələbin girov qoyulmuş LSəlimovaya məxsus 13 ədəd DAEWOO BS 090 markalı avtobuslara yönəldilməsi, əmlakların açıq hərracdan satılması və satışdan əldə olunmuş məbləğdən tələbin ödənilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.

12. İddia tələbi onunla əs aslandırılmışdır ki, Cavabdeh 2012-ci il 28 fevral tarixli, 19K/12 saylı təminatlı kredit müqaviləsinə əsasən “avtobusların alınması və sığorta haqlarının ödənilməsi” məqsədi ilə Bank tərəfindən 48 ay müddətinə illik 18% olmaqla 1.011.500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən borclu öz öhdəliklərinin təminatı olaraq Cavabdeh məxsus olan 13 ədəd istehsal tarixi 2011-ci il olan avtobuslar ipoteka predmetləri kimi banka təqdim olunmuş və bu barədə 2012-ci il 28 fevral tarixli, 19K/12 saylı ipoteka müqaviləsi bağlanmış, lakin cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməyərək kreditin müəyyənləşdirilən qaydada qaytarılmasına əməl etməmişdir. Kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirməsi üçün cavabdehə dəfələrlə şifahi, 2015-ci il 6 avqust t arixində isə girov predmetinə məhkəmə qaydasında tutmanın yönəldiləcəyinə dair yazılı xəbərdarlıq olunmasına baxmayaraq cavabdeh kredit borcu və ona hesablanmış faizləri qaytarmamışdır. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq bildirişin qeydə alınmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X6 müraciət edilmiş və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş 2015-ci il 13 avqust tarixində qeydiyyata alınmışdır. İşə məhkəmədə baxılan ərəfədə 1 saylı Bakı inzibati iqtisadi Məhkəməsinin 2016cı il 1 fevral tarixli, 201(81)-1404/2016 saylı qərarı ilə ASC müflis elan olunmuş, iflas proseduruna başlanılmış, Əmanətlərin Sığortalanması Fondu ASC-in ləğvedicisi təyin olunmuşdur.

13. Tərəflər arasında bağlanmış 2012-ci il 28 fevral tar ixli, 19K/12 nömrəli təminatlı kredit müqaviləsi üzrə 2015-ci il 26 avqust tarixinə Cavabdeh əsas, faiz və dəbbə pulu borcunun miqdarının müəyyənləşdirilməsi məqsədilə məhkəmənin 2017-ci il 18 avqust tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliuyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə olunmuşdur.

14. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2018-ci il 8 fevral tarixli 29359 saylı rəyindən görünür ki, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 2012-ci il 28 fevral tarixli 19K/12 saylı kredit müqaviləsinin şərtləri, müqavilənin 4-cü bəndinin tələbləri nəzərə alınmaqla Cavabdeh banka olan borcu əsas borc üzrə 530. 972.24 (698.852.24-167.880.0) manat məbləğində müəyyən olunur. 15. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 28 mart tarixli, 2-2(82)12/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh ilə ASC arasında bağlanmış 2012-ci il 28 fevral tarixli, 19K/12 saylı təminatlı kredit müqaviləsi və 2012-ci il 28 fevral tarixli, 19K/12 saylı girov müqaviləsinin ləğv edilməsi, Cavabdeh 637.440.03 manat əsas borc, 87.868.94 manat məbləğində faiz borcu və 500 manat məbləğində dəbbə borcunun, cəmi 725.808.97 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın tutularaq iddiaçı ASC-ə ödənilməsi, borc tələbinin ödənilməsi üçün Cavabdeh məxsus olan 13 ədəd DAEWOO BS090 markalı, **-TG-*** qeydiyyat nişanlı; DAEWOO BS090 markalı, **-TG-*** qeydiyyat nişanlı; DAEWO O BS090 markalı, **-TG-*** qeydiyyat nişanlı; DAEWOO BS090 markalı **-TG-*** qeydiyyat nişanlı; DAEWOO BS090 markalı, **TG-*** qeydiyyat nişanlı; DAEWOO BS090 markalı **-TG-*** qeydiyyat nişanlı; DAEWOO BS090 markalı **-TG-*** qeydiyyat nişanlı; DAEWOO BS090 markalı, **-TG-*** qeydiyyat nişanlı; DAEWOO BS090 markalı, **-TG-*** qeydiyyat nişanlı; DAEWOO BS090 markalı, **TG-*** qeydiyyat nişanlı; DAEWOO BS090 markalı, **-TG-*** qeydiyyat nişanlı, DAEWOO BS090 markalı **-TG-*** qeydiyyat nişanlı və DAEWOO BS090 markalı **-TG-*** qeydiyyat nişanlı nəqliyyat vasitələrinə tutmanın yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, hər bir nəqliyyat vasitəsinin ilkin satış qiymətnin 82.000 manat məbləğində müəyyən olunması, hərrac üzrə xərclərin satışdan əldə olunan vəsaitdən çıxıldıqdan son ra bankın iddia tələbinin satılmış girov predmetlərinin hesabına ödənilməsi, iddiaçının tələblərinin ödənildikdən sonra qalan məbləğin Cavabdeh qaytarılması, girov predmetlərinin açıq hərracda satılmasında əldə edilmiş vəsaitin qeyd olunan borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borc məbləğinin Cavabdeh ASC-in xeyrinə tutulması, Cavabdeh 150 manat ekspertiza tədqiqatının dəyərinin tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM, VÖEN**********, Dövlət Xəzinadarlığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT Bik CTREAZ22) ödənilməsi, qalan hissədə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur (hakim H.Babayeva).

16. Məhkəmə hesab etmişdir ki, borcun ödənilməsi məqsədilə Cavabdeh məxsus olan 13 ədəd DAEWOO BS090 markalı avtobuslara tutma yönəldilməli, həmin əmlaklar açıq hərracda satılmalı, hər bir nəqliyyat vasitəsinin ilkin satış qiyməti 82.000 manat məbləğində müəyyən olunmalı, hərrac üzrə xərclər satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra bankın iddia tələbi satılmış girov predmetlərinin hesabına ödənilməli, iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılmalı, girov predmetlərinin açıq hərracda satılmasından əldə edilmiş vəsait qeyd olunan borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

17. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 269.1-269.6-cı, 295, 317.1, 319.1, 319.5, 319.6-cı maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 3 3, 34.1.1, 34.1.2, 39.3, 39.3.3-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

18. Cavabdeh 2018-ci il 17 may tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin Məhkəmə Ekspertizası Mərkəzinin 2018-ci il 26 yanvar tarixli 29359 saylı ekspert rəyində göstərilmiş həddə təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiya məhkəməsində birinci icraat

19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 27 avqust tarixli e-2-2(103)-124/2019 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayətinin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 28 mart tarixli, 2-1(82)12/2018 saylı qətnaməsinin ləğv olunması, iş üzrə yeni qətnamənin qəbul olunması, iddia tələbinin qismən təmin edilməsi, Cava bdeh ilə ASC arasında bağlanmış 2012-ci il 28 fevral tarixli, 19K/12 saylı təminatlı kredit müqaviləsinin və 2012-ci il 28 fevral tarixli, 19K/12 saylı girov müqaviləsinin ləğv olunması, Cavabdeh 482,972.24 manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq iddiaçı ASC-ə ödənilməsi, borc tələbinin ödənilməsi üçün Cavabdeh məxsus olan 13 ədəd DAEWOO BS090 markalı, **-TG-*** qeydiyyat nişanlı; DAEWOO BS090 markalı, **-TG-*** qeydiyyat nişanlı; DAEWOO BS090 markalı, **-TG-*** qeydiyyat nişanlı; DAEWOO BS090 markalı **-TG-*** qeydiyyat nişanlı; DAEWOO BS090 markalı, 10- TG-775 qeydiyyat nişanlı; DAEWOO BS090 markalı **-TG*** qeydiyyat nişanlı; DAEWOO BS090 markalı **-TG-*** qeydiyyat nişanlı; DAEWOO BS090 markalı, 10- TG-776 qeydiyyat nişanlı; DAEWOO BS090 markalı, * *-TG-*** qeydiyyat nişanlı; DAEWOO BS090 markalı, **-TG-*** qeydiyyat nişanlı; DAEWOO BS090 markalı, 10- TG-772 qeydiyyat nişanlı, DAEWOO BS090 markalı **-TG-*** qeydiyyat nişanlı və DAEWOO BS090 markalı **-TG-*** qeydiyyat nişanlı nəqliyyat vasitələrinə tutmanın yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, hər bir nəqliyyat vasitəsinin ilkin satış qiymətinin 82.000 manat məbləğində müəyyən edilməsi, hərrac üzrə xərclər satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra bankın iddia tələbi satılmış girov predmetlərinin hesabına ödənilməsi, iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh qaytarılması, girov predmetlərinin açıq hərracda satılmasından əldə edilmiş vəsait qeyd olunan borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borc məbləği Cavabdeh ASC-in xeyrinə tut ulması, Cavabdeh 295 (150 + 145) manat ekspertiza tədqiqatının dəyəri tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM, VÖEN**********, Dövlət Xəzinadarlığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT Bik CTREAZ22) ödənilməsi, qalan hissədə iddia tələbinin təmin olunmaması qət edilmişdir (sədrlik edən – V.Ağayev, hakimlər – A.Nuriyeva və C.Yusifov).

20. Cavabdehin nümayəndəsinin əlavə məhkəmə-mühasibatlıq ekspertizasının təyin olunması barədə vəsatətinə əsasən iş üzrə 2018-ci il 4 sentyabr tarixli qərardad ilə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuşdur.

21. Məhkəməyə təqdim edilmiş 2019-cu il 22 iyul tarixli 24034 nömrəli ekspert rəyi ilə 2012-ci il 28 fevral tarixli 19K/12 saylı kredit müqaviləsi üzrə Cavabdeh ASC-ə o lan borcunun 482.972,24 manat məbləğində olması müəyyən edilmişdir. (Qeyd: İlkin ekspert rəyi ilə, hazırki ekspert rəyi arasında yaranmış borc məbləği arasındakı fərq Borcalan tərəfindən 2018-ci il 17 yanvar tarixində 40.000,0 manat və 2018-ci il 14 fevral tarixində 8.000,0 manat məbləğində ödənişin aparılması nəticəsində olmuşdur.).

22. Məhkəmə kollegiyasının iclasında ekspertin əlavə rəyi araşdırılarkən müəyyən edilmişdir ki, əlavə məhkəmə mühasibatlıq ekspertizası üzrə rəy verilərkən ekspert tərəfindən düzgün hesablama aparılmışdır. Bundan əlavə, iddiaçı tərəfindən cavabdehdən ödənilməsi tələb edilən 87,868.94 manat məbləğində faiz borcuna münasibətdə iddia tələbi əsassız hesab olunur. Məhkəmə kollegiyası işin hallarını, müqavilə üzrə ödənilməli olan əsas borcun məbləğini nəzərə alaraq, iddia tələbinin dəbbə pulu hissəsində rədd edilməsini məqsədəuyğun hesab edir.

23. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 269.1-269.6-cı, 295, 317.1, 319.1, 319.5, 319.6, 385.1, 386, 389, 390.1, 442, 443.1, 448.1, 467, 739-cı maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 33, 34.1.1, 34.1.2, 39.3, 39.3.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

24. İddiaçının kassasiya şikayəti 2019-cu il 10 oktyabr tarixində Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur.

25. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv olunmasını, işin yeni apellyasiya baxışına göndərilməsi və ya iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

26. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin dəyişdirilməsini, q ətnamənin əsaslandırma hissəsində “cavabdehin müqavilə şərtlərini pozaraq əsas və faiz borcundan ödəmələr etməməsi” sözlərinin qətnamədən çıxarılması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. c) kassasiya instansiya məhkəməsində birinci icraat

27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 12 fevral tarixli, e-2-2(102)-48/2020 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2019-cu il 27 avqust tarixli, 2-2(103)-124/2019 saylı qətnaməsi ləğv olunmuş, iş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, iddiaçının kassasiya şikayəti təmin edilmiş, cavabdehin kassasiya şikayəti təmin olunmamışdır (sədrlik edən–İ.Dadaşov, hakimlər – K.Bədəlov və R.Nəbizadə).

28. Məhkəmə hesab etmişdir ki, iş materialların da cavabdehin müvafiq faizləri ödəmək öhdəliyini istisna edəcək hər hansı müstəsna hal yoxdur və mövcud qanunvericilik nəzərə alınmaqla müqavilənin qüvvədə olacağı razılaşdırılmış dörd il ərzində Cavabdeh kredit borcuna uyğun olaraq faiz məbləğlərini də banka ödəməli olduğu halda, apellyasiya məhkəməsi hər hansı əsaslandırma vermədən iddia tələbini bu hissədə əsassız hesab etmiş, dəbbə pulu hissəsində isə onun rədd edilməsini məqsədəuyğun saymışdır. İddia tələbinin cərimə hissəsi də Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə cavab vermədiyi və bu zaman kreditorun mənafeləri nəzərə alınmadığı üçün əsaslı deyil. Tərəflər arasında bağlanmış kredit müqaviləsində cavabdehin əsas borc məbləğindən əlavə kreditdən istifadəyə görə faizlər, ödənişlər gecikdirildiyi halda isə cərimə ödəmək öhdəli yi nəzərdə tutulduğundan cavabdehin apardığı ödənişləri yalnız əsas borca hesablamaqla verilmiş ekspert rəyi də yuxarıda istinad edilən maddi hüquq normalarına əsasən, həmçinin hüquqi məsələlərlə bağlı olduğu üçün əsaslı hesab oluna bilməz.

29. Bu məhkəmə daha sonra bildirmişdir ki, MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Digər tərəfdən iş materialları ilə cavabdeh tərəfindən müqavilə üzrə götürülmüş öhdəliklərin vaxtında icra edilməməsi, sonuncunun müqavilə şərtlərini pozaraq əsas və faiz borcundan vaxtında ödəmələr etmədiyi müəyyən olunduğundan, kassasiya şikayətinin sonunda “cavabdehin müqavilə şərtlərini pozaraq əsas və faiz borcundan ödəmələr etməməsi” sözlərinin qətnamədən çıxarılması barədə tələb də əsaslı hesab oluna bilməz. İşə yenidən baxılarkən qeyd olunan nöqsanlar aradan qaldırılmalı, cavabdehin kredit müqaviləsi üzrə istinad edilən normaların tələbləri nəzərə alınmaqla əsas borcu, faiz borcu və dəbbə pulunun məbləğləri dəqiq müəyyən olunmalı, əldə edilmiş sübutların məcmusundan asılı olaraq mübahisənin obyektiv həlli təmin olunmalıdır.

30. Məhkəmə qərarında öz qənaətini Mülki Məcəllənin 440, 467, 739.1, 739.2, 741-ci maddələrinə, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 36.6-cı maddəsinə, MPM-in 88, 103, 217.1, 217.3, 407.2 və 418.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

31. Məhkəmənin qətnaməsi tərəflərə 2020-ci il 10 mart tarixində göndərilmişdir. ç) apellyasiya instansiya məhkəməsində ikinci icraat

32. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 27 avqust tarixli e-2-2(103)-315/2020 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayətinin qismən təmin olunması, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 28 mart tarixli, 2-2(82)12/2018 saylı qətnaməsinin qismən-cavabdehdən iddiaçının xeyrinə əsas borc və faiz borcu tutulması hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamənin qəbul olunaraq Cavabdeh iddiaçı ASC-in xeyrinə 2012-ci il 28 fevral tarixli, 19K/İ2 saylı təminatlı kredit müqaviləsi üzrə 569.953,59 manat əsas borcun tutulması, Cavabdeh əsas borcun tutulması barədə iddia tələbi qalan hissədə və 87.868,04 manat faiz borcu tutulması hissəsində rədd edilməsi, mübahisələndirilən qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət olunmuşdur (sədrlik edən – V.Baxışova, hakimlər – R.Qurbanov və Q.Əsgərov).

33. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ekspert rəyləri və hesabdan çıxarışlara əsasən bank tərəfindən cavabdehin həyata keçirdiyi ödənişlərdən cərimə tutulduğu müəyyən olunmadığından və iddiaçı tərəfindən cərimə borcunun hansı qaydada hesablandığı, gecikdirilmiş günlərin sayı ilə bağlı məhkəməyə izahlı maliyyə arayışı təqdim olunmadığından məhkəmə bankın təqdim etdiyi 2020-ci il 26 avqust tarixli maliyyə arayışını cərimə ilə bağlı hissədə əsassız hesab edir və belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən həyata keçirilmiş ödənişlər yalnız faiz və əsas borca aid edilməlidir. Həmçinin bank tərəfindən iddia irəli sürülənədək cavabdehə göndərilmiş 2015-ci il 6 avqust tarixli ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişdə həmin tarixə olan kredit borcunun birdəfəyə ödənişi tələb olunduğundan müqavilə münasibətləri pozulduqdan və bank kredit müqaviləsinin ləğvi barədə tələb irəli sürdükdən sonra cavabdehə ödənişin qrafik üzrə həyata keçirilməməsinə görə cərimə hesablanması əsassızdır. Kredit müqaviləsinin 2.4-cü bəndinə əsasən, borc alanın kredit üzrə ödənişlərinin əvvəlcə faiz borcu, sonra əsas borca silinməli olduğu nəzərə alınarsa bank tərəfindən ödənişlərin silinməsinin müqavilə şərtlərinə uyğun həyata keçirilmədiyi, cavabdehin faiz borcu tam ödənilmədən ödənişin bir hissəsinin əsas borcdan silindiyi müəyyən olunur. Cavabdehin razılaşdırılmış ödəniş cə dvəlinə uyğun olaraq öhdəliyin icra müddətinin bitdiyi tarixədək banka 4 il üçün cəmi 414.700,56 manat faiz ödəməli olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh tərəfindən həyata keçirilmiş ödənişlər müqavilənin 2.4-cü bəndinə uyğun silindikdə faiz borcunun tam ödənildiyi, əsas borc üzrə ödənilməmiş qalıq məbləğin 569.953,59 manat (1.426.200,56-856246,97=569.953,59) təşkil etdiyi müəyyən olunur.

34. Məhkəmə qətnaməsində öz qənaətini Mülki Məcəllənin 440, 739.1, 739.2, 741-ci maddələrinə, Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 36.6-cı maddəsinə istinad etməklə əsaslandırmışdır.

35. Məhkəmənin qətnaməsi tərəflərə 2020-ci il 2 sentyabr tarixində göndərilmiş və iddiaçının kassasiya şikayəti 2020-ci il 16 oktyabr tarixində Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur. 3

6. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin tamamilə ləğv olunmasını və işin yeni apellyasiya baxışına göndərilməsi və ya iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

37. Belə ki, ödəniş edilsə belə ödənilən məbləğ əsas, faiz, cərimə borcundan müvafiq qaydada silinir, ödənilən bütün məbləğ yalnızca əsas borcdan silinmir.

38. Ekspert rəyləri arasında ziddiyyət mövcud olduğundan yeni ekspert rəyi əsasında qətnamənin qəbul olunması obyektiv tədbir deyil.

39. Mövcud vəziyyətdə ya ekspert rəyi nəzərə alınmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı və ya təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmal ı idi.

40. Apellyasiya instansiya məhkəməsi iş üzrə qərar qəbul edərkən müstəqil ekspert kimi borc məbləğini özü hesablamış, cavabdeh tərəfindən ödənilmiş məbləği yalnız əsas borc və qrafik üzrə ödənilməli olan faiz məbləğini əsas götürərək, cavabdeh tərəfindən ödənilmiş borc məbləğini özü müəyyən etmişdir (1.426.200,56-856.246,97=569.953,59).

41. Bankla cavabdeh arasında bağlanmış müqavilənin şərtlərindən göründüyü kimi, cavabdeh tərəfindən 1% miqdarında gecikdirilmiş əsas borca mütənasib dəbbə pulu ödənilməlidir.

42. Ekspert rəyində müəyyən olunmuş ödəniş cədvəllərindən də göründüyü kimi, cavabdeh tərəfindən borc məbləğinin ödənilməsində gecikmələr yarandığı üçün müqavilə şərtlərinə əsasən dəbbə pulu hesablanmışdır.

43. Cavabdeh tərəfindən ödənilmiş pul məbləğinin silinməsi də əvvəlcə də bbə pulundan, sonra isə faiz və cərimə məbləğlərindən silinməklə aparılmışdır.

44. Məhkəmə tərəfindən isə qanunsuz olaraq bank tərəfindən hesablanan dəbbə pulu nəzərə alınmamış, həmin dəbbə puluna silinmiş ödənilmiş borc məbləğləri isə yenidən hesablanaraq əsas və faiz borcuna silinmişdir. 45. 2016-cı il 1 fevral tarixindən Mərkəzi Bankın ərizəsi əsasında 1 saylı Bakı İnzibatiİqtisad Məhkəməsinin 2-1(81)-1404/2016 saylı qərarı ilə ASC müflis elan olunmuş, Əmanətlərin Sığortalanması Fondu banka ləğvedici təyin olunmuşdur.

46. Buradan belə nəticəyə gəlmək olar ki, ekspertlərin qərəzli yanaşmasına görə borc məbləğləri azaldılsa, ilk növbədə dövlət büdcəsinə zərər dəymiş olar. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Tərəflərin izahatları

47. İddiaçının vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 27 avqust tarixli, 22(103)-315/20 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi və ya iddia tələbinin tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

48. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəməyə teleqram vasitəsi ilə müraciət edərək xəstə olduğundan məhkəmə iclasın təxirə salınmasını xahiş etmiş, lakin məhkəməyə bunu təsdiq edən heç bir sübut təqdim etməmişdir. MPM-in 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.

49. Məhkəmə kollegiyası cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunduqlarını nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

50. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

51. Cavabdeh tərəf apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanu niliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

52. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib- etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

440. Pul öhdəliklərinin ödənilməsi növbəliyi 440.1. Əgər kreditorun xeyrinə olaraq borcluya müxtəlif öhdəliklərdən irəli gələn bir neçə oxşar ic ra həvalə edilmişdirsə və icra edilənlər bütün borcların ödənilməsi üçün yetərli deyildirsə, borclunun icra zamanı seçdiyi öhdəlik ödənilir, borclu seçmədikdə isə ödəniş müddəti birinci çatan borc ödənilir. 440.2. Əgər tələblərin icra müddətləri eyni vaxtda çatarsa, icrası borclu üçün daha ağır olan tələb birinci növbədə ödənilməlidir. 440.3. Əgər tələblər eyni dərəcədə ağırdırsa, daha az təmin edilmiş tələb birinci növbədə icra olunmalıdır. Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qay tarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə

741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu M a d d ə 3

6. Banklarla onların müştəriləri arasında münasibətlər... 36.6. Hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarmı və g östərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarım müəyyən etməkdə sərbəstdir. Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) zamanı köhnə nümunəli pul nişanlarının yeni nümunəli pul nişanlarına dəyişdirilməsinə görə banklar tərəfindən komisyon haqqı və digər ödənişlər tutulmur....”. İV. Ali MƏHKƏMƏNİN MÖVQEYİ

53. Ali Məhkəmənin Kommersiya Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiya məhk əməsinin 2020-ci il 27 avqust tarixli, 2-2(103)-315/2020 saylı qətnaməsi qismən-əsas və faiz borcu hissəsində ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməlidir.

54. MPM-in 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.

55. Ali Məhkəmənin Kommersiya Kollegiyası MPM-in 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmaması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apellyasiya instansiyas ı məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən olunub-olunmamasını da yoxlamalıdır.

56. Apellyasiya instansiyası məhkəməsi hazırki iş üzrə qəbul etdiyi 2020-ci il 27 avqust tarixli, 2-2(103)-315/2020 saylı qətnamə ilə Cavabdeh apellyasiya şikayətini qismən təmin edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 28 mart tarixli, 2-2(82)-12/2018 saylı qətnaməsinin qismən-cavabdehdən iddiaçının xeyrinə əsas borc və faiz borcu tutulması hissəsində ləğv olunması, həmin hissədə yeni qətnamə qəbul olunaraq Cavabdeh iddiaçı ASC-in xeyrinə 2012-ci il 28 fevral tarixli, 19K/12 saylı təminatlı kredit müqaviləsi üzrə 569.953,59 manat əsas borcun, Cavabdeh əsas borcun tutulması barədə iddia tələbinin qalan hissəsində və 87.868,04 manat faiz borcunun tutulması hissəsində rədd olunması, mübahisələndirilən qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gələrkən Mülki Məcəllənin 440, 739.1, 739.2 və 741-ci maddələrinə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 36.6-cı maddələrinə əsaslanmış, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən işin faktiki hallarının düzgün araşdırılmamasını, iş üzrə sübutların düzgün qiymətləndirilməməsini və bununla da səhv nəticəyə gəlindiyini göstərmişdir.

57. Ali Məhkəmənin Kommersiya Kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 2020-ci il 27 avqust tarixli, 2-2(103)-315/2020 saylı qətnaməsindən iddiaçının verdiyi kassasiya şikayəti ilə əlaqədar gəldiyi nəticəni qanunsuz və əsassız hesab edir.

58. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutları obyektiv, qərəz siz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

59. İş materiallarından görünür ki, ASC və Cavabdeh arasında bağlanmış 2012-ci il 28 fevral tarixli kredit müqaviləsinə əsasən, iddiaçı cavabdehə 1.011.511 manat məbləğində, 48 ay müddətində, illik 18 faiz ilə kredit verməyi, borcalan isə kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəlikəri icra edərək göstərilən məblədə kredit vəsaitini cavabdehə versə də, sonuncu tərəfindən müqavilə üzrə götürülmüş öhdəliklər vaxtında icra edilməmiş, müqavilənin şərtlər ini pozaraq əsas və faiz borcundan vaxtında ödəmələr etməmişdir.

60. Beləliklə, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh kreditdən istifadəyə görə 48 ay müddətində, illik 18 faiz məbləğində faizləri ödəməyi də öhdəsinə götürmüş, müqavilədə həmin faizlərin tam ödənilməsi öhdəliyi ilə bağlı hər hansı istisna (müstəsna hal) müəyyənləşdirilməmişdir.

61. Hazırki işə birinci instansiya məhkəməsində baxılarkən təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizası üzrə 2018-ci il 16 yanvar tarixli 29359 saylı rəydən, 2012-ci il 28 fevral tarixli 19K/12 saylı kredit müqaviləsinin şərtləri və müqavilənin 4-cü bəndinin tələbləri nəzərə alınmaqla, o cümlədən Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatlarına əsasən onun banka olan əsas borc üzrə 5 30.972,24 manat (698852,24-167880,00) məbləğində müəyyən edilmişdir.

62. Apellyasiya icraatı zamanı cavabdehin nümayəndəsinin vəsatətinə əsasən iş üzrə əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 2019-cu il 22 iyul tarixli, 24037 nömrəli rəyi ilə 2012-ci il 28 fevral tarixli 19K/12 saylı kredit müqaviləsi üzrə Cavabdeh ASC-ə olan əsas borcunun 482.972,24 manat məbləğində olması, faiz borcunun isə tam ödənildiyi müəyyənləşdirilmişdir.

63. Sonuncu ekspert rəyində cavabdeh tərəfindən kredit öhdəliyi üzrə 2014-cü il 16 yanvar tarixinədək 605.442,81 manat, 2014-cü il 17 feval tarixindən 2018-ci il 14 fevral tarixinədək 215.880 manat, cəmi 821.322,81 manat ödəniş edildiyi qeyd olunmuşdur. Ekspert rəylərindən görünür ki, cavabdeh 2014-cü il 16 yanvar tarixi nədək ödəniş qrafikinə əsasən iddiaçıya 653.686 manat ödəməli olduğu halda, ödənişləri həmin məbləğdən az omuşdur. İlkin ekspert rəyi ilə sonrakı ekspert rəyi arasında yaranmış borc məbləğinin fərqi borcalan tərəfindən 2018-ci il 17 yanvar tarixdə 40.000 manat, 2018-ci il 14 fevral tarixində 8.000 manat məbləğində ödəniş aparılması nəticəsində yaranmışdır.

64. Apelyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin Komersiya Kollegiyasının 2020-ci il 12 fevral tarixli qərarında Cavabdehnun kredit müqaviləsinin qüvvədə olduğu müddət ərzində kreditdən istifadə etdiyi 4 il üçün razılaşdırılmış faiz məbləğini banka ödəməli olması ilə bağlı mövqeyinə istinad edərək hesab etmişdir ki, iş üzrə verilmiş ekspert rəylərində cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan faiz borcunun məbləği kredit öhdəliyi nin icra müddətinin bitdiyi tarixədək deyil, yalnız 2014-cü il 16 yanvar tarixinədək hesablandığından, həmin rəylər əsasında cavabdehin kredit üzrə qalıq borcunun məbləği müəyyələşdirilə bilməz.

65. Daha sonra apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində yuxarıda göstərilən kredit müqaviləsinin 2.4-cü bəndinə istinad etməklə cavabdehin razılaşdırılmış ödəniş cədvəlinə uyğun olaraq öhdəliyin icra müddətinin bitdiyi tarixədək ASC-ə 4 il üçün cəmi 414.700,56 manat faiz ödəməli olduğunu nəzərə alaraq hesab etmişdir ki, cavabdeh tərəfindən həyata keçirilmiş ödənişlər müqavilənin göstərilən bəndinə uyğun qaydada silindikdə faiz borcunun tam ödənildiyi, qalıq mələğinin isə 569.953,59 manat olduğu təşkil edir (1.426.200,56 - 856.246,97 = 569.953,59).

66. Yuxarıda göstərilən 569.953,59 mana t iddiaçının təqdim etdiyi 2020-ci il 26 avqust tarixli maliyyə arayışına əsasən cavabdehin kredit borcu üzrə etdiyi cəmi ödənişin məbləğidir.

67. Mülki Məcəllənin 739.1 və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidir lər.

68. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 69. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 36.6-cı maddəsinə əsasən hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarmı və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarım müəyyən etməkdə sərbəstdir. Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) zamanı köhnə nümunəli pul nişanlarının yeni n ümunəli pul nişanlarına dəyişdirilməsinə görə banklar tərəfindən komisyon haqqı və digər ödənişlər tutulmur. Kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Faiz dərəcələri və bank qarşısında borca görə verilməli olan digər ödənişlər yalnız borcun olduğu günlər üçün borc qalığı məbləğinə hesablanır.

70. Məhkəmə kollegiyası vurğulayır ki, kassasiya şikayətinin əsas dəlili cavabdeh tərəfindən ödənilmiş məbləği yalnız əsas borc və qrafik üzrə ödənilməli olan faiz məbləğini əsas götürərək cavabdeh tərəfindən ödənilməli borc məbləğini apellyasiya instansiyası məhkəməsinin özünün müəyyən etməsi, cavabdeh tərəfindən ödənilmiş pul məbləğinin silinməsi müvafiq olaraq əvvəla dəbbə pulundan sonra isə faiz və cərimə məbləğlərindən silinməklə apar ılmasıdır. Lakin, apelyasiya instansiyası məhkəməsi tərəfindən hesablanan dəbbə pulu nəzərə alınmamış, həmin dəbbə puluna silinmiş, ödənilmiş borc məbləğləri isə təzədən hesablanaraq əsas və faiz borcuna silinmişdir.

71. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlili ilə bağlı hesab edir ki, hazırki iş üzrə yuxarıda göstərilən ekspert rəyləri arasında uyğunsuzluğun mövcud olması, habelə yuxarıda göstərilən kredit müqaviləsi üzrə cavabdehin iddiaçıya olan əsas və faiz borclarının dəqiq müəyyənləşdirilməsi işin obyektiv və ədalətli həlli baxımından zərurət təşkil edir. Belə ki, həmin məhkəmə cavabdeh barəsində kredit müqaviləsi üzrə ödənilməli olan borc məbləğini müəyyən edərkən iddiaçının irəli sürdüyü dəlillərin qəbul edilməməsini, ödənilmiş pul vəsaitinin hansı ardcıllıqla (əsas borc, faiz borcu dəbbə pulu ) silinməsini tam araşdırmamış və kifayət qədər əsaslandırmamış.

72. Belə ki, MPM-in 217.1 və 217.3-cü maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

73. MPM-in 102.1-ci maddəsinə əsasən ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər.

74. Bu baxımdan əlavə məhkəmə ekspertizası rəyi alındıqdan sonra cavabdehin kredit müqaviləsi üzrə istinad edilən normaların tələbləri də nəzərə alınmaqla əsas borc, faiz borcu məbləğləri dəqiq müəyyən edilməli, əldə edilmiş sübutların məcmusundan asılı olaraq mübahisənin obyektiv həlli təmin olunmalıdır.

75. Kassasiya şikayətinin dəbbə pulunun ödənilməli olduğu, lakin Bakı Apellyasiya Məhkəməsi tərəfindən nəzərə alınmadığı hissəsi ilə bağlı Məhkəmə Kollegiyası vurğulayır ki, apelyasiya instansiyası məhkəməsi 500 manat məbləğində dəbbə pulu ilə bağlı birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Bu baxımdan kassasiya şikayətinin dəbbə pulu (cərimə) ilə bağlı hissəsi əsaslı hesab edilmir. Digər tərəfdən qeyd olunmalıdır ki, hazırki işə ikinci apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi cavabdehin həmin qətnamədən verdiyi apellyasiya şikayətini əsassız hesab etmiş və birinci instansiya məhkəməsinin qətnaməsinin dəbbə borcu (cərimə) hissəsi ilə razılaşaraq faktiki olaraq razılaşmışdır (3-cü cild, i.v. 19).

76. MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

77. Məhkəmə Kollegiyası hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları pozulduğundan, sübutların qiymətləndirilməsində isə səhvə yol verildiyindən, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-2(103)315/2020 saylı qətnaməsi qismən- əsas və faiz borcu hissəsində ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, iddiaçı ləğv prosesində olan “xxxx” ASC-in kassasiya şikayəti qismən təmin edilməlidir.

78. Göstərilənlərə əsasən və MPM-in 417-41 9-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-2(103)-315/2020 saylı qətnaməsi qismən- əsas və faiz borcu hissəsində ləğv edilsin. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar