Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-745/2022 30.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: daşınmaz əmlakların alqı-satqı müqavilələrinin ləğvi, torpaq sahəsinin qaytarılması və pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi ilə, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müstəqil tələb irəli sürməyən Sumqayıt Asan Xidmət Mərkəzi, “Pravo-Az Hüquq Şirkəti” və “X2 Şirkəti” Qapalı Səhmdar Cəmiyyəti cəlb olunmaqla “daşınmaz əmlakların alqı-satqı müqavilələrinin ləğvi, torpaq sahəsinin qaytarılması və pul tələbi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 29 iyul tarixli, 2-2(105)-75/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I.İŞİN HALLARİ
1. Bir tərəfdən “mülkiyyətçi” - İddiaçı, digər tərəfdən “icraçı”lar - Cavabdeh2 və Cavabdeh1 arasında 2015-ci il 8 may tarixli Əməkdaşlıq müqaviləsində mülkiyyətçinin Xaçmaz rayon Yergüc kəndində yerşələn 0,56 ha torpaq sahəsi və onun üzərində mövcud 1.825 kv.m. qeyri-yaşayış sahəsində ona məxsus ½ hissəsinin, həmçinin satın aldığı, Qusarda olan 8 ha torpaq sahəsini tam müasir növlü alma bağı saldıqdan sonra “icraçı” tərəfə dövr etmək, həmçinin “icraçı” tərəfin təklif etdiyi Qusar rayon ərazisində yerləşən 20 ha torpaq sahəsində, yeni növlü alma bağ sahəsinin salınması üçün lazımi xərcləri çəkmək, bunun müqabilində “İcraçı” tərəf "xxxx" MMC-nin 33%, "xxxx" firmasının (Our Orchards MMC) 35% payının və 2 ildən sonra hər il üçün sezon başa çatanda 100.000 manat gəlirin “mülkiyyətçi”yə dövr edilməsinin təşkili ilə bağlı öhdəliklərin icrasının qarşılıqlı həyata keçirilməsi müqavilədə nəzərdə tutulmuşdur.
2. Cavabdeh3 2016-cı il 21 dekabr tarixində Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən kommersiya qurumu kimi qeydiyyata alınmış və bu barədə Kommersiya hüquqi şəxslərin Dövlət Reyestrindən Çıxarış verilmişdir (VÖEN **********).
3. Satıcı İddiaçı və alıcı Cavabdeh3-nin ad ından Cavabdeh1 arasında bağlanan 2017-ci il 18 yanvar tarixli, AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı” müqaviləsinə əsasən (reyestrdə 4Ə-153 nömrəli), Qusar rayonu Çağar kəndində yerləşən ümumi sahəsi 3,5174 ha olan torpaq sahəsi 34.900 manata, 2017-ci il 19 yanvar tarixli, AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı” müqaviləsinə əsasən (reyestrdə 4Ə173 nömrəli), Qusar rayonu Çağar kəndində yerləşən ümumi sahəsi 0,84 ha olan torpaq sahəsi 8.500 manata, 2017-ci il 19 yanvar tarixli, AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı” müqaviləsinə əsasən (reyestrdə 4Ə-174 nömrəli), Qusar rayonu Çağar kəndində yerləşən ümumi sahəsi 1,057 ha olan torpaq sahəsi 10.500 manata və 2017-ci il 19 yanvar tarixli, AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı” müqaviləsinə əsasən (reyestrdə 4Ə-176 nömrəli), Qusar rayonu Çağar kəndində yerləşən ümumi sahəsi 0,7211 ha olan torpaq sahəsi 7.500 manata, 2017-ci il 7 iyun tarixli, AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı” müqaviləsinə əsasən (reyestrdə 4Ə-2141 nömrəli), Qusar rayonu Çağar kəndində yerləşən ümumi sahəsi 0,5519 ha olan torpaq sahəsi 77.000 manata və 2017-ci il 7 iyun tarixli, AN-İ ******* №-li “Daşınmaz əmlakın alqı-satqı” müqaviləsinə əsasən (reyestrdə 4Ə-2142 nömrəli), Qusar rayonu Çağar kəndində yerləşən ümumi sahəsi 0,508944 ha olan torpaq sahəsi 71.400 manata İddiaçı tərəfindən Cavabdeh3-yə satılmışdır.
4. İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3-yə ünvanlanan pretenziya xarakterli məktubdan görünür ki, bağın salınması üçün sərf edilən 200.000 manat, əldən çıxmış fayd a kimi 90.000 manat pulun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı (bundan sonra – “iddiaçı”) 2020-ci il 21 oktyabr tarixində cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3-yə qarşı iddia ərizəsi 2022-ci il 12 aprel tarixində isə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 şəxsən faktiki və Cavabdeh1 iştirakı ilə iddiaçı və digər cavabdeh “Our Orchards" MMC arasında Sumqayıt “ASAN xidmət” Mərkəzində bağlanan 2017-ci il 18 yanvar tarixində reyestrdə 4Ə-153 nömrə ilə qeydə alınmış AN-İN ******* saylı, 2017-ci il 19 yanvar tarixində reyestrdə 4Ə-173 nömrə ilə qeydə alınmış ANİN ******* saylı, 4Ə-17 4 nömrə ilə qeydə alınmış AN-İN ******* saylı, 4Ə-176 nömrə ilə qeydə alınmış AN-İN ******* saylı, 2017-ci il 7 iyun tarixində reyestrdə 4Ə-2141 nömrə ilə qeydə alınmış A.NİN ******* saylı və 4Ə-2141 nömrə ilə qeydə alınmış AN-İN ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqavilələrinin ləğv edilməsi, Cavabdeh1 və Cavabdeh2 təhvil verilmiş Qusar rayonu Çağar kəndində yerləşən iddiaçıya məxsus faktiki 8 ha torpaq sahəsinin iddiaçıya geri qaytarılması və "Our Orchards” MMC-yə məxsus 12 ha torpaq sahəsində alma bağlarının salınmasına sərf edilmiş iddiaçıya məxsus 200.000 manat əsas məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddia tələbində mübahisələndirilən alqısatqı müqav ilələrinin predmeti olmuş Qusar rayonu Çağar kəndi ərazisində ayrı-ayrılıqda yerləşən ümumilikdə 7,196344 ha torpaq sahəsi mülkiyyət hüquqları əsasında iddiaçıya məxsus olmuşdur. Cavabdeh1 və Cavabdeh2 iddiaçının onlara olan etibarından istifadə edərək, iddiaçıya məxsus qeyd olunan əmlakı özlərinə uyğun özgəninkiləşdirilərək belə rəsmiləşdirilməyə nail olmuş, lakin əmlaka görə razılaşdırılan dəyərin əvəzində vədlərinə əməl etməmişlər. Nəticədə iddiaçı qanuni əsaslarla əldə etdiyi əmlakdan məhrum olmuşdur və əmlak onlarda qaldıqca cavabdehlər əsassız varlanmaqda davam edirlər. Cavabdeh1 və Cavabdeh2 bir-neçə il bundan əvvəl alma biznesində yaxşı gəlir olduğunu, iddiaçıya məxsus faktiki 8 ha torpaq sahəsində yüksək məhsuldarlığı olan "fransa” növlü alma bağı salaraq, Xaçmaz - Quba - Qusar ra yonları ərazilərində bu işi həyata keçirmək üçün yaradılmış Cavabdeh3-yə dövr etməklə və həmin firmaya məxsus daha 12 ha torpaq sahəsində yeni növlü alma bağı salınmasının xərclərinin ödəyəcəyi təqdirdə, iddiaçını həmin şirkətin 35% payına sahib edəcəklərini, 2 ildən sonra hər il ən azı 100.000 manat gəlir götürəcəyinə iddiaçını inandırmışlar. İddiaçı 73.225 avro köçürüb, Fransadan alma çilinglərini gətirərək, 8 ha torpaq sahəsində müasir alma bağı salmışdır. Qeyd olunan torpaq sahələri və başqa əmlaklarla bağlı cavabdehlər arasında 2015-ci il 8 may tarixində Əməkdaşlıq müqaviləsi bağlanmışdır. Hazırda mübahisələndirilən alqı-satqı müqavilələrinin aid olduğu torpaq sahələri və bağ massivinin salınması ilə bağlı qarşılıqlı razılaşmalar həmin müqavilədə əksini tapmışdır. Müqavilə üçüncü şəxs "xxxx" MMC tərəfindən iddiaçının iştirakı ilə və razılaşdırılan müqaviləni MMC-ni təmsil edən Cavabdeh1 iştirakı ilə iddiaçı və Cavabdeh3 arasında Daşınmaz Əmlakın alqı-satqı müqavilələri bağlanmışdır. Alqı-satqının rəsmiləşdirilməsi üçün ödənişlə bağlı tələb olunan simvolik məbləğ və pulun dövriyyəsi göstərilmiş, lakin pul alınmamışdır. Çünki razılaşmaya əsasən, əmlakın əvəzində həmin firmanın 35%-i iddiaçının adına rəsmiləşdirilməli idi. Bundan sonra iddiaçı yerdə qalan 12 ha. torpaq sahəsində yeni alma növlü bağ sahəsinin salınması üçün tələb olunan 200.000 manat məbləğində pulu nağd şəkildə Cavabdeh2 vermiş və sonuncu da həmin məbləği tam şəkildə alma bağının salınmasına sərf etmişdir. Müasir, yüksək məhsuldar bağ salınmış və oraya çəkilən xərclərin bir qismi məhz iddiaçı tərəfindən v erilmiş 200.000 manat məbləğin hesabına ödənilmişdir. İddiaçıya məxsus 8 ha bağ sahəsi də cavabdehlərə dövr edilmişdi. Lakin razılaşma müddəti başa çatmasına baxmayaraq, iddiaçının firmada payının rəsmiləşdirilməsi təmin olunmamışdır. Bununla iddiaçı cavabdehlər tərəfindən aldadılmaqla, əvəzi ödənilmədən, əmlakı əlindən çıxmışdır. Ona görə həmin alqı-satqı müqavilələri ləğv olunmalıdır. Bundan başqa, tərəflər arasında mövcud Əməkdaşlıq müqaviləsi əsasında cavabdehə məxsus torpaq sahəsində yeni alma bağlarının salınması üçün iddiaçı tərəfindən sərf edilmiş 200.000 manat məbləğində pul da cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, müqavilənin şərtinə əsasən, bağ sahələrinin salınması üçün iddiaçının çəkdiyi həmin məbləğin əvəzində iddiaçıya vəd edilmiş hər il gəlirdən ən azı 10 0.000 manat ödənilməli məbləğdən hər hansı pul ödənilməmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə isə onunla əsaslandırılmışdır ki, ilkin iddia veriləndən sonra cavabdehlərlə bağlı mövcud münasibətlərdə vəziyyətin dəyişməsi ilə əlaqədar olaraq iddia həcmini azaltmaqla, iddia tələbinin dəqiqləşdirilməsi vacibliyi ortaya çıxmışdır. Belə ki, hazırkı iş üzrə ləğvi tələb olunan Cavabdeh1 və Cavabdeh2 ilə iddiaçı arasında 2015-cı il 8 may tarixində bağlanmış Əməkdaşlıq müqaviləsi ilə bağlı müddət ötdükcə, həmin müqavilə üzrə cavabdehlərə aid edilən öhdəliyin həcmində və icra qaydasında da dəyişikliklər baş vermişdir. Ona görə də həmin müqavilənin ləğvi və onda razılaşdırılmış şərtlərdən irəli gələn öhdəliklərin icrası ilə bağlı cavadehlərə qarşı yeni tələblər irəli sürülmüşdür.
7. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 337.1, 404.2-ci maddələrinə istinad olunmuşdur. 8. 2020-ci il 19 noyabr tarixində Cavabdeh1 vəkili iddia ərizəsinə qarşı etiraz təqdim edərək, iddianın təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh1 iddiaya cavab verməli olmayan şəxsdir. Belə ki, iddia ərizəsində qeyd edilən alqı-satqı müqavilələrinin bağlanılmasında Cavabdeh1 fəaliyyəti Cavabdeh3-ni təmsil etmək olmuşdur. Etiraza əlavə edilmiş internet vergi idarəsindən çıxarışa əsasən, hazırda Cavabdeh3-nin qanuni təmsilçisi başqa şəxsdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 54.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, iddia o na cavab verməli olmayan şəxsə verildikdə, məhkəmə iddiaçının razılığı ilə işi xitam etmədən cavabdehi əsl cavabdeh ilə əvəz edə bilər. Ona görə də, mülki işə Cavabdeh1 hissəsində xitam verilməlidir. Digər tərəfdən, iddiada ifadə edilmiş “müqavilənin etibarsız hesab edilməsi barədə” tələb iddia müddəti ötürülməklə verilmişdir. İddiada ifadə olunmuş “müqavilənin etibarsız hesab edilməsi barədə” tələb sübutla təsdiq olunmayan və prosessual müddət ötürülməklə verildiyindən əsassız olmuşdur. 10. 2021-ci il 29 yanvar tarixində yenidən Cavabdeh1 tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilərək, iddianın pul tələbinin ona aid olan hissədə rədd olunmasını xahiş etmişdir.
11. Etiraz onunla əsaslandırılmışdır ki, iddiada etibarsızlığı tələb olunan müqavilələrin bağlanması və müqavilələrin aid olduğu əmlakla bağlı danışıqlarda, razılaşmalarda onun iştirakı olsa da, əməkdaşlıq müqaviləsindən başqa, həmin müqavilələr onunla deyil, faktiki olaraq A,Abdullayev tərəfindən firma ilə bağlanmışdır. Ona görə rəsmi baxımdan, həmin müqavilələrlə bağlı tələblər də ona deyil, Cavabdeh2 qarşı yönəlməlidir. Firmanın adına keçirilmiş torpaq sahələrinin dəyərinin və iddiaçının xərclərin ödənilməsi üçün verdiyi pulların sonradan ona qaytarmasının təmin edilməməsi ilə ziyan dəyməsinə gəldikdə, əmlakın dəyərinin və iddiaçının alma bağlarının salınması, həmçinin başqa layihələrdə cavabdehlərə inanmaqla, iddiaçının qoyduğu vəsaitin əvəzində vədə əməl olunmaması birbaşa onun günahı olmamış, Cavabdeh2 əli ilə şirkət tərəfindən hamının aldadılmasından irəli gəlmişdir. Adı keçən əməkdaşlıq müqaviləsinin bağlanması, eləcə də, sonradan iddiaçıya məxsus torpaq sahələrinə alqı-satqısı müqavilələrin bağlanması, alma bağlarının salınması üçün iddiaçıdan pulun götürülməsi, eləcə də onu şərikliyə cəlb edilməsinin müəllifi Cavabdeh2 olmuşdur. Bundan başqa firma üçün alınan daha 12 ha torpaq sahəsində yeni alma bağının salınması ilə bağlı Cavabdeh2 təklifini qəbul edərək, iddiaçı bunun üçün bankdan 250.000 manat məbləğində kredit götürmüş, ondan 200.000 manat pulu cavabdehin yanında Cavabdeh2 vermiş, sonuncu da həmin məbləği adı çəkilən sahədə alma bağlarının salınmasına sərf etmişdir. Alma bağlarının salınması ilə bağlı bütün xərclərin uçotu Cavabdeh2 ilə cavabdeh tərəfindən aparılmış və bununla bağlı iddiaçıya məlumat verilmişdir. İddiaçıdan götürülən 8 ha bağ sahəsindən əlavə 12 ha torpaq sahəsi ndə yeni növlü alma bağı salınması üçün xaricdən gətirilən alma çilinglərinə 286.000 evro xərclənmişdir. Bundan 200.000 manat iddiaçıdan götürülmüş, 70.000 ABŞ dolları onun şəxsi vəsaiti hesabına ödənilmişdir. İddiaçıya məxsus 8 ha torpaq sahəsinin alqı-satqısının rəsmiləşdirilməsi üçün qeyd edilən məbləğlərin hamısı həmin bağın salınmasına sərf edilmişdir. İddiaçıya məxsus qeyd olunan torpaq sahəsi və ödənilən pul vəsaitlərlə bağlı tələbində haqlı olmuşdur. Lakin iddiaçıya cavabdehlər tərəfindən vədin gecikdirilməsi onun iradəsindən asılı olmamışdır. Bütün vədlər və iddiada qeyd olunan mübahisə ilə bağlı məsələlərin təşkilini o deyil, Cavabdeh2 etmişdir. Alma bağının salınmasına qoyulan 70.000 dolları hələ də alına bilməmişdir. Ona görə hazırkı iddia ilə bağlı tələbə Cavabdeh2 özü və onun tərəfindən təsis edilərək, sonradan başqasının adına keçirilən Cavabdeh3 cavabdehlik daşımalıdır. Bu baxımdan həmin müqavilələrin etibarsızlığı ilə bağlı iddia tələbi əsaslı olmuşdur. Lakin Cavabdeh1 iddianın pul tələbinin müştərək olaraq ona da yönəldilməsini qəbul etməmişdir.
12. Cavabdeh2 iddia tələbinə qarşı etiraz təqdim edərək, iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
13. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edildiyi kimi iddia predmetinin aid olduğu torpaq sahəsi və pul vəsaitləri ilə bağlı iddiaçı ilə razılaşmalar olmuşdur. Firmaların açılması, xarici tərəflə görüşlər, işlərə başlamağa digər hazırlıqlar təqribən 1 il müddət çəkmişdir. Bütün bu müddətlər ərzində hər bir tərəf üzərinə götürdüyü öhdəliyi yerin ə yetirirdi. Sonradan aldanma nəticəsində düşdüyü çətin vəziyyətə görə müqavilə tərəfi olaraq üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsində çətinliklər yaranmışdır. İlkin olaraq razılaşdırıldığı kimi iddiaçı onun qardaşı Asəflə bərabər payda olan Xaçmaz rayon Yergüc kəndində yerləşən cəmi 0,56 ha ona məxsus 0,28 ha torpaq sahəsində istehsalat sahəsini qeyri-yaşayış obyekti tam təmir etmiş, artıq təsis etdiyi “Plastik A" MMC-nin istifadəsinə verilməsi üçün razılaşma üzrə iddiaçı həmin obyektin təmir-tikintisinin başa çatdırılması üçün "xxxx" ASC bankdan 150.000 manat kredit götürmüş və həmin kredit hesabına əmlakı təmir edib, hazır vəziyyətə gətirmişdir. Razılaşmanın alma bağları hissəsi üzrə iddiaçı özünə məxsus torpaq sahəsində yeni növlü alma bağı salmaq üçün, 2016-cı il 19 avqust tarixində 73.225 avronu köçürmüş, qeyd olunan məbləğdə alma çilingləri Fransadan gətirilmiş, bağ salınmışdır. Həmin sahədə alma bağının salınması təklifini razılaşmalarda cavabdeh də iştirak etsə də, danışıqlar əsasən, "Alma bağları" (Cavabdeh3) firmasının icraçı direktoru Cavabdeh1 tərəfindən aparılmışdır. Həmin bağ sahəsi "xxxx" firmasına dövr edilməli, əvəzində iddiaçıya "Alma bağları" firmasının 35% payı verilməli idi. Həmin razılaşma əsasında da iddiaçı tərəfindən özünə məxsus 8 ha torpaq sahəsi, 73225 avro məbləğində yeni növlü alma çilingi ilə təmin olunmuş, hazır şəkildə hissə-hissə "Alma bağları" firmasının adına rəsmiləşdirilmiş və sonuncuya dövr edilmişdir. Lakin razılaşmaya uyğun olaraq, iddiaçıya pul ödənilmədən, alqı-satqı müqaviləsi rəsmiləşdirilmişdir. Alqı-satqıya ödənild iyi qeyd edilən məbləğlərin hamısı firmaya məxsus sahədə alma bağların salınması üçün sərf olunmuşdur. İddiaçı ilə birgə fəaliyyətin davamı olaraq, ona firma üçün alınan cəmi 20 ha torpaq sahəsində, ona məxsus olan 8 ha-dan başqa 12 ha hissəsində yeni alma bağının salınması təklif edilmiş və alma bağı ərsəyə gələndə tezliklə borcun qaytarılmasının mümkünlüyündən təklifi qəbul etmiş və bunun üçün də bankdan 250.000 manat məbləğində kredit götürülmüşdür. İddiaçının götürdüyü 250.000 manat kreditdən 200.000 manat hissəsi alma bağlarının salınmasına sərf edilmiş, bunlar ortaq olan digər Cavabdeh1 razılığı və iştirakı ilə olmuşdur. Həmçinin o, icraçı direktor olduğundan alqısatqı sənədləri onun tərəfindən imzalanmışdır. Nəticədə iddiaçıdan götürülən 8 ha bağ sahəsindən əlavə firma üçün alınan 1 2 ha torpaq sahəsinin hazırlanmasından başqa, yalnız xaricdən alma çilinglərinin alınmasına 286.000 evro xərclənmişdir. Bunun 200.000 manatı iddiaçı, 70.000 ABŞ dolları Cavabdeh1, yerdə qalan məbləğ isə iddiaçıya məxsus 8 ha torpaq sahəsinin alqı satqısının rəsmiləşdirilməsi üçün qeyd edilən məbləğ də daxil olmaqla, firmadan götürülmüşdür. Razılaşmaya əsasən, müqavilənin müddəti hələ bitməmişdir. Ona görə hazırki iddia tələbində iddiaçı haqsız olmuşdur. Firmalarda paylar və əmlaklarla bağlı vədin gecikdirilməsi cavabdehin iradəsindən asılı olmamışdır. Digər tərəfdən o, mövcud müqavilənin şərtlərinə əməl edilməsinə hər vasitə ilə çalışmışdır. Məhkəmə torpaq sahələrinin (alma bağları) alqı-satqı müqavilələrini ləğv edərsə, iddiaçı əmlakı geri götürəcəkdir. Bu da firmanın fəaliyyətinin məhdud laşdırılması ilə nəticələnəcəkdir. İddiaçı müqavilələrin pozulması və verdiyi əmlakını geri qaytarılmasını deyil, əvəzində cavabdehdən pul tələb edə bilərdi. Bu səbəbdən iddia rədd olunmalıdır.
14. Cavabdeh3 iddia ərizəsinə qarşı etiraz təqdim edərək, iddianın rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
15. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbləri "xxxx" MMC-yə aid hissədə qanunsuz və əsassız olduğundan rədd edilməlidir. İddiaçı tələblərini nə qədər aldandığı, aralarında bağlanmış əməkdaşlıq müqaviləsinin olması ilə əsaslandırmağa çalışsa da, qanunverici əqdlərin mübahisələndirilməsi üçün ömürlük müddət müəyyən etməmiş və müddətin keçməsi ilə tərəfin belə bir hüququna xitam verilməsini nəzərdə tutmuşdur. İddiaçının özü də qeyd etmişdir ki, aldadıldığını 2019 -cu ilin iyul ayında bilmiş və 1 illik müddəti ötürərək 2020-ci ilin oktyabr ayında məhkəməyə müraciət etmişdir. Cavabdeh3 2016-cı il 12 dekabr tarixində Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfində qeydiyyata alınmış və bu barədə VÖEN ********** nömrəli kommersiya hüquqi şəxslərin Dövlət Reyestrindən çıxarış verilmişdir. Cəmiyyət iki şəxs tərəfindən təsis olunmuş və qeydiyyata alınmışdır. Nizamnamə kapitalında 65% payı olan “X3 Şirkəti” QSC və 35% paya malik Cavabdeh2 olmuşdur. Digər Cavabdeh1 isə cəmiyyətin direktoru olaraq 2016cı il 23 dekabr tarixində fəaliyyətə başlamışdır. İddiaçının istinad etdiyi əməkdaşlıq müqaviləsi isə 2015-ci il 8 may tarixində bağlanmışdır. Həmin müqavilə cəmiyyətin üzərinə öhdəlik qoya bilməzdi. Belə ki, həmin vaxt iddiaçı ilə müqavilə bağlayan şəxslə rin heç biri mövcud olmayan cəmiyyətin adından hər hansı öhdəliyi üzərinə götürə bilməzdi. Nəticə olaraq yuxarıda gətirilən dəlillərdən də görünür ki, iddiaçı işə aidiyyəti olmayan müqaviləni əlavə edib tələblərini əsaslandırmağa çalışsa da, əqdin etibarsızlığı ilə bağlı qanunvericiliklə müəyyən edilmiş tələb hüququnun vaxtını ötürmüşdür. 16. "xxxx" MMC tərəfindən 2021-ci il 1 fevral tarixində vəsatətlə Qusar Rayon Məhkəməsinə müraciət edilərək, işin aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi xahiş edilmişdir.
17. Qusar rayon Məhkəməsinin 2021-ci il 12 fevral tarixli, 2(029)-129/2021 nömrəli qərardadı ilə cavabdeh "xxxx" MMC-nin vəsatəti təmin edilmiş, 2(029)-129/2021 saylı mülki iş aidiyyatı üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir (hakim – R.Kaz ımov).
18. Sumqayıt Kommersiya Məhkəməsinin 2021-ci il 20 aprel tarixli, 2-2(119)508/2021 saylı protokol-qərardadı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “X2 Şirkəti” Qapalı Səhmdar Cəmiyyəti işə cəlb edilmişdir (hakim – Z.Məmmədov).
19. Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 15 aprel tarixli, 2-2(119)-11/2022 saylı qətnaməsi ilə iddiaçının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3-yə qarşı “daşınmaz əmlakların alqı-satqı müqavilələrinin ləğvi, torpaq sahəsinin qaytarılması və pul tələbi” barədə iddia tələbi təmin edilməmiş, məhkəmə xərcləri iddiaçının özünə aid olunmuşdur (hakim – Z.Sadiqov).
20. Məhkəmə qeyd etmişdir ki, iş üzrə məhkəmə araşdırması zamanı mübahisə predmeti olan torpaq sahələrinin müvafiq qaydada bağlanaraq, rəsmiləşdirilmiş alqı-satqı müqavilələri əs asında iddiaçı tərəfindən Cavabdeh3-yə satılması təsdiq olunsa da, iddia tələbində qeyd olunan həmin müqavilələrin ləğv olunmasına əsas ola biləcək hər hansı bir hal müəyyən edilməmişdir. Cavabdeh1 və Cavabdeh2 təhvil verilmiş Qusar rayonu Çağar kəndində yerləşən iddiaçıya məxsus faktiki 8 ha torpaq sahələrinin iddiaçıya geri qaytarılması, "Our Orchards” MMC-yə məxsus 12 ha torpaq sahəsində alma bağlarının salınmasına sərf edilmiş iddiaçıya məxsus 200.000 manat əsas məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə iddia tələbinin əsaslılığı da məhkəmə araşdırması zamanı mötəbər sübutlar əsasında təsdiq olunmamışdır. MPM-in tələblərinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan – hazırkı mübahisə üzrə də iddia tələbini təsdiq edən mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim olunmalı, iddia ərizəsində iddia tələbi iddiaçı tərəfin malik olduğu və məhkəməyə təqdim etdiyi sübutlar əsasında müvafiq qaydada əsaslandırılmalı və eləcə də, iş üzrə aparılan məhkəmə araşdırmasında da iddiaçı tərəfindən iddia tələbi sübut edilməli idi. Lakin, hazırkı iddia tələbində qeyd olunan 8 ha torpaq sahəsinin satılması ilə əlaqədar alqı-satqı müqavilələri iddiaçı və Cavabdeh3 arasında müvafiq qaydada notarial qaydada tərtib-təsdiq edilməklə bağlanmış, həmin müqavilələrin ləğvi üçün əsas ola biləcək halların mövcudluğunu və eyni zamanda, “Cavabdeh1 və Cavabdeh2 təhvil verilmiş Qusar rayonu Çağar kəndində yerləşən iddiaçıya məxsus faktiki 8 ha torpaq sahəsinin iddiaçıya geri qaytarılmalı və cava bdeh "Our Orchards” MMC-yə məxsus 12 ha torpaq sahəsində alma bağlarının salınmasına sərf edilmiş iddiaçıya məxsus 200.000 manat əsas məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalı” olmasının əsaslılığını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. İddiaçının cavabdehlərə qarşı “daşınmaz əmlakların alqı-satqı müqavilələrinin ləğvi, torpaq sahəsinin qaytarılması və pul tələbi” barədə iddia tələbinin əsaslılığı məhkəmə araşdırması zamanı sübut olunmamış və öz təsdiqini tapmamışdır.
21. Məhkəmə gəldiyi nəticəni MM-in 390.2, 394, 646.1, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarına, MPM-in 14.2, 76, 77.1, 88, 106.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
22. İddiaçı həmin qətnamədən 2022-ci il 21 may tarixində apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 29 iyul tarixli, 2-2(105)-75/2022 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Z.Məmmədov, hakimlər –R.Ağayev və İ.Dəmirov).
24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin materialları ilə müəyyən olunanlara əsasən, iddiaçı, Cavabdeh2 və C avabdeh1 arasında 2015-ci il tarixli 8 may tarixli Əməkdaşlıq müqaviləsi bağlanmış, həmçinin həmin müqavilə notarial qaydada təsdiq olunmamışdır.
25. Birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlillərini əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2022-ci il 22 fevral tarixli, 2(102)-620/2022 saylı qərarından görünür ki, iddiaçılar İddiaçı və X1 məhkəmədə Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq, birgə mülkiyyətlərində olan Xaçmaz rayonu, Yergüc kəndində yerləşən 0,56 ha torpaq sahəsinin və orada inşa edilmiş 1825 kv.m. sahəsi olan əmlak kompleksinin 1/2 hissəsinə dair Cavabdeh2 ilə Abdullayev Ağasəf arasında notarial qaydada bağlanmış 2016-cı il 16 iyun tarixli bağışlama müqaviləsinin, habelə sözügedən torpaq sahəsinin və əmlak kompleksinin ½ hissəsinə dair İddiaçıla Cavabdeh2 arasında notarial qaydada bağlanmış 2016-cı il 16 iyun tarixli alqı-satqı müqaviləsinin, həmin müqavilələrin yaratdığı sonrakı hüquqi nəticələrin etibarsız hesab edilməsi və əldən çıxmış faydaya görə cavabdehlərdən müştərək qaydada 40.000 manat pulun tutulub onlara ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.
26. Həmin iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “iddiaçıların istinad etdiyi 2015-ci il 8 may tarixli “Əməkdaşlıq müqaviləsi” notarial qaydada təsdiq edilməyib. Digər tərəfdən, sözügedən müqavilə 2015-ci il 8 may tarixində bağlandığı halda, "xxxx" MMC 2016-cı il 26 iyul tarixində təsis edilib. Belə olan halda 2015-ci il 8 may tarixdə bağlanılmış müqavilə ilə tərəfləri n təxminən 1 il, 2 aydan sonra təsis ediləcək olan "xxxx" MMC nizamnamə kapitalındakı payların nə qədər olacağı barəsində məlumatlı olmaları və bununla bağlı əvvəldən bağlanmış müqavilə ilə öhdəlik götürmələri ağlabatan hesab edilməməklə, həmin müqavilənin etibarlılığını şübhə altına alır.”
27. Həmin əməkdaşlıq müqaviləsi bağlanandan sonra eynilə hazırki iş üzrə cavabdeh olan Cavabdeh3 2016-cı il 21 dekabr tarixində Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən kommersiya qurumu kimi qeydiyyata alınmış və bu barədə Kommersiya hüquqi şəxslərin Dövlət Reyestrindən Çıxarış verilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarında 2015-ci il 8 may tarixli “Əməkdaşlıq müqaviləsi”nin etibarlılığı şübhə altına alınaraq həmin müqavil əyə artıq hüquqi qiymət verilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 390.2, 394, 646.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarına, MPM-in 14.2, 77.1, 88, 106.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
29. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 2 avqust tarixində iddiaçının vəkilinə məxsus şəxsi elektron kabinetdə yerləşdirilmişdir.
30. İddiaçı həmin qətnamədən 2022-ci il 25 sentyabr tarixində kassasiya şikayəti (Vəkil3 tərəfindən tərtib olunmuş) verərək onun tam ləğv edilərək işin yenidən baxılması üçün apellyasi ya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
31. İddiaçı həmin qətnamədən 2022-ci il 29 sentyabr tarixində kassasiya şikayəti (Vəkil4 tərəfindən tərtib olunmuş) verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını, cavabdehlər barəsində törətmiş olduqları cinayət xarakterli hərəkətlərinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başladılması üçün xüsusi qərardad qəbul olunmaqla prokurora xəbər verilməsini xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
32. MM-in 389, 407.2, 567-ci maddələrinin tələbləri pozulmuşdur. Alıcı Qusar rayonu Çağar kəndində yerləşən iddiaçıya məxsus faktiki 8 ha torpaq sahəsini mülkiyyətinə keçir miş, lakin qarşılığında ona faktiki olaraq pul vəsaiti ödəməmişdir. Apellyasiya məhkəməsinin mövqeyinə görə, mübahisə predmeti olan torpaq sahələrinin müvafiq qaydada bağlanaraq, rəsmiləşdirilmiş alqı-satqı müqavilələri əsasında iddiaçı tərəfindən Cavabdeh3-yə satılması təsdiq olunsa da, iddia tələbində qeyd olunan həmin müqavilələrin ləğv olunmasına əsas ola biləcək hər hansı bir hal müəyyən edilməmişdir. Halbuki, cavabdehlərin ifadələrində iddiaçı ilə aralarında faktiki bu halların olduğunu, iddiaçıya borclu olduqlarını, iddiaçının banklardan götürüb bu işlər üçün sərf edilən pulların mövcud olduğunu və iddiaçıya borclu olduqlarını etiraf edirlər. Həmçinin, onlar aparılmış alqı-satqı müqaviləsi əsasında notariat kontorunun depozit hesabına pul qoyularaq daha sonra o pulun çəkilib cavabde h tərəfdən şirkətə məxsus digər bağ sahəsinin salınması üçün istifadə olunmasını da təsdiq edirlər. Bu ifadələr "Our Orchards” MMC-nin təsisçiləri və onun müəyyən müddətə qədər icraçı direktoru olmuş şəxslər tərəfindən verilmişdir. Lakin, məhkəmə bu ifadələri mötəbər sübut kimi nəzərə almadan qətnamə qəbul etmişdir.
33. MM-in 337.1, 404.2, 567-ci maddəsinin tələbləri üzrə - tərəflər arasında “alıqsatqı” müqaviləsi bağlanan zaman əmlakın cavabdehin sərəncamına verilməsi işin mübahisəsiz halı olmuşdur. Lakin, iddiaçıya verdikləri əmlaka görə razılaşdırılmış pay verilməmişdir, yəni vəd edilmiş dəyər ödənilməmişdir. Göründüyü kimi, cavabdeh alqı-satqı müqaviləsi üçün qeyd olunan maddədə müəyyən olunmuş “əmlakın dəyərinin ödənilməsi ilə bağlı” öhdəliyini yerinə yetirməmişdir. Bundan başqa, məhk əmədə müqavilə tərəfi kimi “satıcı”ya pul verilmədiyi təsdiqlənmişdir ki, bu da tərəflər arasında qabaqcadan mövcud olan razılaşmadan irəli gəlmişdir. İddiaçıdan götürülmüş əmlakın əvəzində vəd edilmiş payın verilməməsi alqı-satqı müqaviləsinin ləğvi üçün əsasdır. Halbuki, hər bir halda tərəflərin sonrakı hərəkətləri ilkin olaraq aralarında gələcəkdə birgə kommersiya fəaliyyəti üçün razılaşdıqları şərtlərə uyğun olmalı idi.
34. MM-in 390.2, 394-cü və 646.1-ci maddələrinin tələbləri pozulmuşdur. Apellyasiya məhkəməsinin qətnaməsinin hüquqi əsası kimi daşınmaz əmlakın alqı-satqısının rəsmiləşdirilməsi qaydalarını müəyyən edən normalara istinad edilmişdir. Lakin, hazırkı iş üzrə iddianın əsası mübahisələndirilən daşınmaz əmlaklara dair alqı-satqı müqavilələrinin rəsmiləşdirilməsi zamanı pozun tuya yol verildiyi deyil, faktiki olaraq əmlakın şərtlə verildiyi və əvəzində şərtləndirilmiş vədin yerinə yetirilməməsi təşkil etmişdir. Halbuki, müqavilələrin düzgün rəsmiləşdirilib-rəsmiləşdirilməməsi məsələsi iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Belə ki, Cavabdeh3-nin alqı-satqı müqaviləsi bağlanan zaman direktoru olmuş Cavabdeh1 və bütün işləri qabaqcadan cavabdeh MMC-nin digər təsisçisi “X3 Şirkəti” QSC-nin direktoru ilə razılaşdırmış Cavabdeh2 öz aralarında qarşılıqlı razılaşma əsasında iddiaçı mülkiyyətində olan və hazırkı iş üzrə geri tələb olunan torpaq bağ sahələrinin əvəzini almadan alqı-satqını rəsmiləşdirmiş, bağ sahəsini onların istifadəsinə vermişdir. Lakin, bunun əvəzində ona vəd olunmuş və qabaqcadan Cavabdeh2 adına MMC-də rəsmiləşdirilmiş 35% payın yarısı 17,5% pay subyektiv səbəblərdən başqasının adına rəsmiləşdirildiyindən, iddiaçıya verilməsi rəsmən qeyrimümkün edilmişdir. Hazırkı iş üzrə tələb, əvəzində vəd olunmuş pay verilmədiyindən, iddiaçının mülkiyyətində olan əmlakın ələ keçirilməklə, mülkiyyət hüququna edilmiş müdaxilədən ibarətdir. Yəni mülkiyyətçi əsaslı yanılmalar nəticəsində əmlakından məhrum olmuşdur. Ona görə də mübahisəyə alqı-satqı müqavilələrinin düzgün rəsmiləşdirildiyi prizmadan deyil, verilmiş əmlakın əvəzində vəd edilmiş MMC-də 17% pay hüququnun verilmədiyi prizmasından baxılmalı idi. Belə olduqda apellyasiya məhkəməsi mübahisəni “alqı-satqı müqavilələrinin notariat qaydada rəsmiləşdirilməsi qaydasına kağız üzərində riayət edilməsi” ilə bağlı mübahisə olunmayan halla deyil, bu müqavilə ilə bağlı tərəflərin yuxarıda qeyd e dilən real münasibətləri baxımından həll etməli, maddi hüquq normalarını bu istiqamətdə tətbiq etməli idi.
35. MPM-in 420, 430-cu maddələrinin tələbləri pozulmuşdur. Apellyasiya məhkəməsi, həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2022-ci il 22 fevral tarixli, 2(102)-620/2022 saylı qərarına istinad edərək qeyd olunan qərarda 2015-ci il 8 may tarixli “Əməkdaşlıq müqaviləsi”nin etibarlılığının şübhə altına alınaraq həmin müqaviləyə artıq hüquqi qiymətin verildiyini göstərmişdir. Halbuki, yalnız həmin işə yenidən baxan məhkəmələr kassasiya instansiyasında çıxan qərarda şərh edilən göstərişlərə məcburi əməl etməlidir. Hazırkı halda isə, məhkəmə başqa bir iddia üzrə digər işə baxmaqda idi.
36. MPM-in 13.7, 76.1, 77.1, 88, 106, 191.3, 265.4, 417.1.4-cü maddələrinin təıləbləri pozulmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə” dair 2019cu il 18 mart tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarlarında göstərilən mövqeləri nəzərə alınmamışdır. Apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2020-ci il 28 fevral tarixli, 2(103)1707/2020 saylı qətnaməsində Cavabdeh2 tərəfindən verilmiş izahatda qeyd olunanları da nəzərə almamışdır. Halbuki, həmin izahatda hazırkı iş üzrə də əhəmiyyətli olan etiraf öz əksini tapmışdır. Cavabdeh3-nin bütün faktiki işlərin gedişatı zamanı iştirakçı olmayan nümayəndəsindən başqa hərkəs iddiaçının əmlakını MMC-yə pul almadan satdığını və işin gedişatı üçün əlavə 200.000 manat dəyərində pulun bank krediti yolu ilə əldə edilib bağ təsərrüfatının qurulması üçün sərf olunduğunu qəbul etmişlər. Beləliklə, bütün çıxışlar, ifadələr, etiraz və mülahizələr iddia tələbinin haqlı olduğuna dəlalət etmişdir. Həmçinin, məhkəmə iddiaçıya dəymiş külli miqdarda ziyanı nəzərə almamışdır.
37. MPM-in 217.3, 217.4-cü maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə iş üzrə müəyyən edilmiş, tərəflərin razılaşdıqları şərtlərdən irəli gələn halları nəzərə almamışdır. Cavabdehlər müqavilələr üzrə öhdəliklərini yerinə yetirmədiyindən, münasibətlər ilkin vəziyyətə gətirilməlidir. Bu da 6 ədəd alqı-satqı müqavilələrinin ləğvi ilə müm kündür. Məhkəmə tərəflər arasında yaranmış münasibətlərin və mübahisənin faktiki əsasına varmamış, müqavilənin düzgün rəsmiləşdirilməməsi ilə bağlı formal mövqedən çıxış etmişdir. Bundan başqa, Cavabdeh2 birinci instansiyası məhkəməsində iştirak etmədiyindən, mövqeyi məhkəmə üçün bəlli olmamışdır. Lakin, o apellyasiya məhkəməsində iştirak edərək məhkəmənin baxış iclasında tərəflər arasında baş vermiş münasibətlər ardıcıllığının faktlarla dəqiq izahını vermiş, iddiaçının əmlakının geri tələb etməkdə haqlı olduğunu bildirmiş və iddianı qəbul etmişdir. Belə olan halda isə iddia tələbi ən azından ona münasibətdə təmin edilməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 38. “X2 Şirkəti” QSC-nin vəkili Nümayəndə3 tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, iddiaçın ın kassasiya şikayəti təmin olunmaması və Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 29 iyul tarixli, 2-2(105)75/22 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
39. Məhkəmə tərəfindən MM-in 389-cu maddəsinin tətbiqi zamanı səhvə yol verilməsinə dair iddiaçının mövqeyi aydın deyil. İddiaçı şikayətində 2 dəfə ayrı-ayrılıqda müvafiq maddəni sadalamaqla kifayətlənmiş, pozuntunun konkret olaraq nədə ifadə edilməsini göstərməmişdir.
40. İddiaçı MM-in 567-ci maddəsinə istinad edərək torpaq sahələrinin özgəninkiləşdirilməsinin əvəzində pul vəsaitinin ödənilməməsini göstərmiş və bunu şahid ifadələri ilə əsaslandırmağa çalışmışdır. Halbuki, Cavabdeh3-nin nə təsisçisi, nə də direktoru və yaxud digər səlahiyyətli nümayəndəsi torpaq sahələrinin özgəninki ləşdirilməsi əvəzində pul vəsaitinin ödənilməməsini bildirməmişdir. Tam əksinə iş materiallarında olan notariat işindəki sənədlərdən görünür ki, Cavabdeh3 tərəfindən iddiaçıya torpaq sahələrinin əvəzində 209,800 manat pul vəsaiti ödənmişdir.
41. İddiaçı məhkəmə tərəfindən MM-in 407.2-ci maddəsinin düzgün tətbiq edilməməsini göstərərək bildirir ki, müqavilənin bağlanması üçün tələb olunan forma şərtinə tərəflər tam riayət etmişdir. Pozuntu isə müqavilə üzrə əmlakın şərtlə verildiyi və şərtləndirilmiş vədə əməl edilməməsidir. Halbuki, tərəflər arasında imzalanmış notarial alqı-satqı müqaviləsində əmlakın şərtlə verilməsinə dair hər hansı müddəa mövcud deyil. İddiaçının əmlakın şərtlə verilməsinə dair öz kassasiya şikayətində göstərdikləri notarial alğı-satqı müqaviləsində deyil, Cavabdeh3-ni n hələ təsis edilmədiyi dövrdə iddiaçı ilə digər cavabdehlər arasında bağlanmış 2015-ci il 8 may tarixli əməkdaşlıq müqaviləsində öz əksini tapmışdır. Tərəflər arasında mövcud olan digər bir mübahisəyə dair baxılan iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2022-ci il 22 fevral tarixli, 2(102)-620/2022 saylı qərarının 4-cü səhifəsinin son 2 abzasında təsbit olunmuşdur ki, 2015-ci il 8 may tarixli əməkdaşlıq müqaviləsi notarial qaydada təsdiq edilməmişdir. Digər tərəfdən sözügedən müqavilə 2015-ci il 8 may tarixdə bağlandığı halda, "xxxx" MMC 2016-cı il 26 iyul tarixində təsis edilmişdir. Belə olan halda 2015-ci il 8 may tarixində bağlanmış müqavilə ilə tərəflərin təxminən 1 il, 2 aydan sonra təsis ediləcək olan "xxxx" MMC nizamnamə kapitalındakı payların nə qədər olacağı barəsində mə lumatlı olmaları və bununla bağlı əvvəldən bağlanmış müqavilə ilə öhdəlik götürmələri ağlabatan hesab edilməməklə həmin müqavilənin etibarlılığını şübhə altına alır. Cavabdeh3 2016-cı il 21 dekabr tarixində, yəni əməkdaşlıq müqaviləsi bağlanandan 1 il, 7 ay sonra təsis olunmuşdur. Göründüyü kimi, iddiaçının istinad etdiyi Əməkdaşlıq müqaviləsi qanuni qüvvəsini almış məhkəmə qərarı ilə mötəbər sübut hesab edilməmişdir.
42. İddiaçı MPM-in 76.1-ci maddəsinə istinad edərək məhkəmə tərəfindən iddia tələbinin əsaslılığının mötəbər sübutlar əsasında təsdiq olunmamasına dair mövqeyini düzgün hesab etməsə də, iddia tələbinin əsaslılığını təsdiq edən mötəbər sübutlar təqdim edə bilməmişdir.
43. İddiaçı MPM-in 106-cı maddəsinə istinad edərək cavabdehlərin hər birinin iddia tələbini etiraf etdiyini, l akin bunun məhkəmə tərəfindən nəzərə alınmadığını göstərmişdir. Apellyasiya instansiyası zamanı izahatda bildirildiyi kimi Cavabdeh2 sözügedən işdə cavabdeh kimi iştirakı formal xarakter daşıyır, bunu apellyasiya instansiyası gedişində onun verdiyi izahatlar təsdiq edir. Digər tərəfdən iddiaçı cavabdehlərin hər birinin iddia tələbini etiraf etdiyini göstərsə də, Cavabdeh3 iddia tələbini heç vaxt etiraf etməmişdir.
44. İddiaçı “məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına dair dəlillər” başlığı ilə fikir bildirməyə çalışsa da, çoxsaylı maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyini sadalamaqdan başqa əsaslandırma aparmamışdır. Başqa sözlə, şikayətdə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına dair dəlil öz əksini tapmamışdır.
45. İddiaçı “digər məsələlər” başlığ ı altında onun aldanma nəticəsində alqı-satqı müqaviləsini bağladığını göstərmişdir. O, torpaq sahələrini Cavabdeh3-nin mülkiyyətinə vermiş, amma şirkət razılaşdırılmış pul vəsaitini ona ödəməmişdir. Bu təqdirdə müqavilənin ləğvi deyil, etibarsızlığı tələbi qoyulmalı idi. Qeyd edək ki, iddiaçı ilk öncə bu tələblə məhkəməyə müraciət etmiş, lakin iddia müddəti tətbiq olunaraq işə xitam veriləcəyindən çəkindiyindən iddia tələbini dəyişdirərək müqavilənin ləğvi tələbini qoymuşdur. İddiaçı etibarından sui-istifadə edərək onu aldatdıqlarına görə cavabdehlər barəsində cinayət işinin başlanması üçün xüsusi qərardad qəbul olunmasını xahiş etmişdir. İddiaçı hesab edir ki, özünün etibardan sui-istifadə halına dair mülahizəsini şikayətində bildirməsi xüsusi qərardadın qəbul edilməsi üçün əsasdır. Ha lbuki, belə bir hal mövcud olmamışdır. Həmin müqavilə isə müəyyən müddət davam edən xidmət və yaxud işlər görülməsinə dair müqavilə deyil, alqı-satqı müqaviləsi olmuşdur. İddiaçı torpaq sahələrini Cavabdeh3-nin mülkiyyətinə verdiyi və sonuncu torpaq sahələrinin əvəzində razılaşdırılmış məbləği tam ödədiyi üçün həmin müqavilə artıq mövcud deyildir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
46. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
47. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq yoxlanılacaqdır.
48. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
49. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
390. Müqavilə azadlığı 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi akt lar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir....” “Maddə
394. Daşınmaz əşyanın özgəninkiləşdirilməsi barədə müqavilənin bağlanması qaydası Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. (15 dekabr 2017-ci il tarixli 918-VQD nömrəli Azərbaycan Resp ublikasının Qanunu ilə 394-cü maddədə “əşyaya mülkiyyəti” sözlərindən sonra “və ya digər əşya hüquqlarını” sözləri əlavə edilmişdir.)” “Maddə
646. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsi 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür....”
50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarında aşağıdakılar nəzərdə tutulmuşdur: “... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tər əflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir....”
51. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblə rinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.... 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq o lunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən as ılı olmayaraq yoxlanılmalıdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
52. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
53. Kassasiya şikayəti ilə qətnamənin ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qətnamənin tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır.
54. Kassasiya şikayətinin dəlillərinin məzmunu bundan ibarət olmuşdur ki, cavabdehlər tərəfindən əməkdaşlıq müqaviləsinin şərtləri yerinə yetirilməyərək iddiaçı müqavilə üzrə əldə etməli olduqlarından məhrum edilməsinə baxmayaraq, apellyasiya məhkəməsi alqı-satqı müqavilələrinin həmin hissədə mübahisələndirilməsinə baxmayaraq rəsmiləşdirilməsi zamanı pozuntuy a yol verilmədiyinə istinad etməklə onların ləğvi üçün əsasların olmaması nəticəsinə gəlmiş, həmçinin əməkdaşlıq müqaviləsini mötəbər sübut kimi qəbul etməmişdir.
55. MM-in 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
56. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
57. Mülki Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prin siplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır (həmin Məcəllənin 14.2.1-ci maddəsi).
58. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
59. Göründüyü kimi mülki qanunvericilik onun tələblərinə zidd olmayan müqavilələrin bağlanmasını istisna etməmişdir.
60. Məhkəmə kollegiyası kassasiya şikayətinin MPM-in 13.7, 76.1, 77.1, 88, 106, 191.3, 265.4, 417.1.4-cü maddələrinə istinad olunmaqla əsaslandırılmış dəlillərinə münasinətdə qeyd edir ki, iddiaçı tərəfindən torpaq sahəsinin və vəsaitlərin verilməsi işin cavabdehlər tərəfindən mübahisələndirilməyən halı olmuşdur. İşin mübahisələndirilən halı isə iddiaçıya müəssisədən payın verilməsi və hər il gəlir əldə etməsi ilə bağlı olmuşdur.
61. Belə ki, iş materiallarında olan Cavabdeh1 tərəfindən verilmiş etiraz və mülahizədə İddiaçı alma bağlarının salınması ilə əlaqədar qoyduğu vəsaitin qarşılığında verilmiş vədlərə əməl olunmamış, ona pul ödənilməmişdir. Etirazda iddia tələbinin qismən əsaslı olduğu, iddia tələbinə görə Cavabdeh2 və MMC-nin cavabdehlik daşımalı olduğu göstərilmişdir (İ cild, iş.v 234).
62. Bundan başqa, işə apellyasiya instansiyasında baxılarkən 2022-ci il 29 iyul tarixli məhkəmə iclasında Cavabdeh2 izahatında iddianı müəyyən qədər qəbul etməsi, iddiaçı tərəfindən 200.000 manat vəsaitin verilməsi, alqı-satqı müqavilələrin qarşılığında iddiaçı ilə ortaqlıq yaradılması faktları öz əksini tapmışdır. Həmçinin, həmin iclasda Cavabdeh2 məhkəmədən iddiaçının apellyasiya şikayətinin təmin, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmasını xahiş etmişdir.
63. MPM-in 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəm ə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir.
64. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyində və cavabdeh MMC-nin kassasiya şikayətinə qarşı təqdim etdiyi etirazda göstərilmiş, alqı-satqı müqavilələri üzrə alınan əmlakın dəyərinin notariusun depozit hesabına ödənilməsi səbəbindən torpaq sahələrinin iddiaçıdan dəyəri ödənilməklə alınmış olmasına dair mövqeyə münasibətdə vurğulamağı zəruri hesab edir ki, daşınmaz əmlakın alqı-satqı müqavilələri bağlanan zaman vəsaitin notariusun depozit hesabına ödənilmədən alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi qanunvericiliyin tələbləri baxımından və faktiki olaraq qeyri-mümkündür. Bu səbəbdən, həmin vəsaitlərin notariusun depozit hesabına ödənilməsi istisna olunmur. Lakin, göstərilən vəsai tlərin notairusun depozit hesabından həqiqətən iddiaçı tərəfindən, və yaxud cavabdehlər və ya cavabdeh müəssisəsinin kassiri tərəfindən götürülməsi mübahisəli və iş üzrə tam, obyektiv və ədalətli nəticəyə gəlinməsi üçün mühüm əhəmiyyət daşıyan haldır. Belə ki, işə apellyasiya instansiyası məhkəməsində baxılarkən, üçüncü şəxsin nümayəndəsi sədrlik edən hakimin sualına cavab olaraq pulun Cavabdeh3-nin kassiri tərəfindən notariata gətirildiyini, pul depozitə qoyulduqdan sonra yenidən götürüb getdiklərini bildirmişdir. Eyni məzmunlu ifadələr həmçinin iddiaçının da məhkəmə iclaslarında verdiyi izahatlarında və məhkəmə aktlarından verdiyi şikayətin dəlillərində öz əksini tapmış, apellyasiya instansiyası məhkəməsi isə göstərilən izahatlara hüquqi qiymət verməmiş, göstərilən məsələ ilə bağlı lazım i qaydada araşdırma aparmamışdır. Halbuki, iş materiallarında olan, tərəflər arasında bağlanmış 2015-ci il 8 may tarixli “Əməkdaşlıq müqaviləsi”nin 2.2-ci bəndində də torpaq sahələrinin alqı-satqısı deyil, dövr edilməsi ifadələri işlənmişdir.
65. Bu baxımdan məhkəmə kollegiyası vurğulayır ki, MPM-in 62.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər.
66. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların pr osessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
67. Göründüyü kimi, məhkəmə obyektiv və ədalətli nəticəyə gəlmək üçün prosessual qanunvericiliklə nəzərdə tutulmuş tələbləri baxımından tam və hərtərəfli araşdırmanın aparılmasına şərait yaratmalı idi.
68. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”” 2018-ci il 11 iyun tarixli qərarında göstərilmişdir ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi isti nad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 14.1, 77, 88, 217.1 və 217.3-cü maddələri). Beləliklə, məhkəmə, sübutların qiymətləndirilməsinin nəticələrini öz qərarlarında ətraflı və aydın şəkildə əks etdirməlidir. Məhkəmə prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş bütün sübutların qəbul edilməsinin və ya edilməməsinin motivləri, o cümlədən qəra rın əsaslandırılması üçün hər hansı sübutların əsas götürülməsi və digər sübutların rədd olunmasının əsasları, həmçinin bir sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin əsasları aydın göstərilməlidir.
69. Hazırkı halda isə, birinci instansiya məhkəməsi yuxarıda göstərilən şübhəli hallarla bağlı əlavə araşdırma aparmamış, sübutların və məhkəmə iclaslarında əldə olunmuş izahatların əlaqəli şəkildə qiymətləndirilməsində səhvlərə yol vermiş, tam səlahiyyətli məhkəmə olaraq apellyasiya instansiyası məhkəməsi isə göstərilən nöqsanlara lazımi hüquqi qiymət verməmişdir.
70. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməli, 129-cu maddəsinin İİİ hissəsinə əsasən isə məhkəmə qərarı qanuna və sübutlara ə saslanmalıdır. 71. “Van de Hurk v. The Netherlands” işi üzrə ( N 16034/90) qəbul etdiyi 19 aprel 1994-cü il tarixli qərarında həmin məhkəmə göstərmişdir ki, məhkəmələr hər hansı suala ətraflı cavab verməyə borclu deyillər, lakin əgər təqdim edilmiş dəlil işin nəticələri üçün önəmlidirsə, məhkəmə həmin dəlillə bağlı mövqeyini konkret olaraq əsaslandırmalıdır.
72. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, MPM-in 265.4-cü maddəsində məhkəmələrin işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxardığı halda bununla bağlı müvafiq səlahiyyətlərinin mövcud olması da nəzərdə tutulmuşdur.
73. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi işdə olan sübutlar əsasında işin müvafiq hallarını müəyyən etməli, yuxarı da sadalanan şübhəli hallar üzrə əlavə araşdırma apararaq göstərilən nöqsanları aradan qaldırmalı və mübahisəyə obyektiv və ədalətli hüquqi qiymət verilməsinə nail olmalıdır.
74. Beləliklə Ali Məhkəmənin Kommersiya Kollegiyası yuxarıda sadalananlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilməmişdir və iddiaçının kassasiya şikayətində göstərilmiş dəlillər qətnamənin ləğv olunması üçün əsaslıdır.
75. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçı Qurban oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Komm ersiya Kollegiyasının 2022-ci il 29 iyul tarixli, 2-2(105)-75/2022 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin.