Məhkəmə qərarları › İş №2-2(102)-748/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-748/2024

25.12.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-748/2024 25.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X2 məruzəsi ilə, hakimlər Xıdırov Əhliman Mehman oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı “daşınmaz əmlakların alqı-satqı müqavilələrinin ləğvi, torpaq sahəsinin qaytarılması və pul” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsini n Kommersiya Kollegiyasının 2024-cü il 21 noyabr tarixli 2-2(105)-15/2024 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə məhkəmə icraatı

1. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-yə (bundan sonra – birlikdə “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq – “Cavabdeh1”,” Cavabdeh2”, “MMC”) qarşı iddia ərizəsi, 2022-ci il 12 aprel tarixində isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə iddiaçı və MMC arasında Sumqayıt “ASAN xidmət” Mərkəzində bağlanan 2017-ci il 18 yanvar tarixində reyestrdə 4Ə-153 nömrə ilə qeydə alınmış AN-İN ******* saylı; 2017-ci il 19 yanvar tarixində reyestrdə 4Ə-173 nömrə ilə qeydə al ınmış ANİN ******* saylı, 4Ə174 nömrə ilə qeydə alınmış AN-İN ******* saylı, 4Ə-176 nömrə ilə qeydə alınmış AN-İN ******* saylı; 2017-ci il 7 iyun tarixində reyestrdə 4Ə-2141 nömrə ilə qeydə alınmış AN-İN ******* saylı və 4Ə-2141 nömrə ilə qeydə alınmış AN-İN ******* saylı daşınmaz əmlakın alqı-satqı müqavilələrinin ləğv edilməsi, Cavabdeh1 və Cavabdeh2 təhvil verilmiş Qusar rayonu, Çağar kəndində yerləşən iddiaçıya məxsus faktiki 8 ha torpaq sahəsinin iddiaçıya geri qaytarılması və MMC-yə məxsus 12 ha torpaq sahəsində alma bağlarının salınmasına sərf edilmiş iddiaçıya məxsus 200.000 manat əsas məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 15 aprel tarixli 2-2(119)-11/2022 nömrəli qətnaməsi ilə iddia rədd edilmiş, məhkəmə xərclərinin iddiaçının özünə aid olunması qət edilmişdir.

3. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 8 may tarixli 2-2(105)-15/2024 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – “iddianın təmin olunmayan MMC-yə məxsus 12 ha torpaq sahəsində alma bağlarının salınmasına sərf edilmiş iddiaçıya məxsus 200.000 manat əsas məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmasının rədd olunduğu” hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul olunmaqla, iddia qismən təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 200.000 manat pulun tutularaq iddiaçıya verilməsi qət edilmiş, qətnamə mübahisə ləndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

4. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək onun dəyişdirilməyən hissədə ləğv və iddianın tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. Cavabdeh1 də kassasiya şikayəti verərək, həmin qətnamənin ona aid hissədə ləğv edilərək, iddianın ona aid hissədə rədd olunmasını xahiş etmiş, sözügedən kassasiya şikayəti qanunla nəzərdə tutulmuş müddət buraxılmaqla verildiyi üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 20 avqust tarixli qərardadı ilə geri qaytarılması qərara alınmış, həmin qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin 2024-cü il 25 sentyabr tarixli 2-2(102)-572/2024 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

6. Cavabdeh1 yenidən apellyasiya instansiyası məh kəməsinin qətnaməsindən kassasiya şikayəti vermiş, həmçinin buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

7. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehin nümayəndələrinin dəyişməsi nəticəsində elektron məhkəmə informasiya sistemi ilə daxil olan qərardan xəbəri olmamış və yalnız poçt vasitəsilə yeni qərarı aldıqdan sonra müraciət edə bilmişdir. Bununla da qanunvericilikdə nəzərdə tutulmuş müddəti üzrlü səbəbdən ötürmüşdür.

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2024-cü il 1 noyabr tarixli 2-2(102)572/2024 nömrəli qərardadı ilə iddiaçı və Cavabdeh1 kassasiya şikayətlərinin icraata qəbul edilməsi barədə qərardad ləğv olunmuş, iş kassasiya baxışından çıxarılmaqla Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.

9. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 21 noyabr tarixli 2-2(105)-15/2024 nömrəli qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə təmin olunmamış, kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır (sədrlik edən hakim – A.Süleymanova, hakimlər – M.Hüseynov və V.Əzizova).

10. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 elektron kabineti olmaqla, məhkəmə qətnaməsi 2024-cü il 6 iyun tarixində elektron kabinetə yerləşdirilmiş, həmin tarixdən tərəfin məhkəmə qətnaməsindən məlumat almaqla apellyasiya şikayəti vermək hüququ yaranmışdır. Cavabdeh məhkəm ə mübahisəsi barədə bilmiş, işə apellyasiya qaydasında baxılmasından xəbərdar olmuş, məhkəmə iclaslarında etibarnamə əsasında səlahiyyətli nümayəndəsi vasitəsi ilə təmsil olunmuşdur. Cavabdeh tərəfin ərizədə göstərdiyi “nümayəndələrin dəyişməsi nəticəsində şəxsi kabinetdən lazımi qaydada istifadə edə bilməməsi” barədə olan dəlili müddətin buraxılmasının üzrlü səbəbi kimi qiymətləndirilərək buraxılmış prosessual müddətin bərpa edilməsi üçün əsas olaraq qəbul oluna bilməz. Bu dəlillər formal xarakterli olmaqla əsassız olmuşdur. Belə ki, qeyd edildiyi kimi cavabdeh məhkəmə mübahisəsi barədə xəbərdar olmaqla məhkəmə aktını əldə edərək mübahisələndirməkdə özü də maraqlı olmalı, hərəkətsizlik nümayiş etdirməməli idi.

11. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası nın Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 129.3, 130.1, 133.1, 402.2.3, 405.0.1 və 408.1.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

12. Cavabdeh1 həmin qərardaddan kassasiya şikayəti verərək onun ləğv olunması və kassasiya şikayətinə baxılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

13. MPM-in 88-ci maddəsi üzrə - Məhkəmə qərarı ilə bağlı prosessual müddət Cavabdeh1 tərəfindən üzrlü səbəbdən ötürülmüşdür. Belə ki, məhkəmə mübahisəsi ilə bağlı Cavabdeh1 Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri olan vəkillərlə hüquqi xidmətin göstərilməsi üçün müqavilə bağlamışdır. Həmin müqavilələrə əsasən, vəkillər qanunvericiliyin tələblərinə uyğun olaraq elektron məhkəmə sisteminə daxil olan bu məhkəm ə mübahisəsi ilə bağlı qəbul olunan qərarlara, o cümlədən bütün aktlara nəzarət etmək, müvəkkilini məlumatlandırmaq öhdəliyi daşıyırlar. Lakin vəkillər işə məsuliyyətsiz yanaşmış, ümumiyyətlə məlumatlandırmamış, hətta sonradan edilən müraciətlər yenə qanunsuz və əsassız olaraq müddətin bərpası ilə bağlı olmamış, qanunvericiliyin müddətlərlə bağlı tələblərinin, o cümlədən qərarların təqdim olunması ilə bağlı tələblərin kifayət qədər aydın olmasına baxmayaraq, müddətin ötürülmədiyi iddia edilmişdir.

14. Cavabdeh1 hüquqşünas deyil və qeyd olunan qanunvericilik tələblərindən məlumatsızdır. Elə məhz bunun üçün fərqli vaxtlarda fərqli vəkillərlə hüquqi xidmətin göstərilməsi üçün müqavilə bağlamış və bütün prosessual məsələlərin icra olunmasını onlara həvalə etmişdir. Nəticədə vəkillərin kobud po zuntuları və məsuliyyətsizlikləri Cavabdeh1 məhkəmədə hüquqlarının müdafiə edilməsi hüququnu həyata keçirə bilməməsinə gətirib çıxarmışdır.

15. Məhkəmə işin halları və mövcud vəziyyət düzgün araşdırılmamış, Cavabdeh1 hüquqlarının müdafiə olunmasına şərait yaradılmamışdır.

16. Cavabdehin nümayəndələrinin dəyişməsi nəticəsində elektron məhkəmə informasiya sistemi ilə daxil olan qərardan xəbəri olmamış və yalnız poçt vasitəsilə yeni qərarı aldıqdan sonra müraciət edə bilmişdir. Bununla da qanunvericilikdə nəzərdə tutulmuş müddəti üzrlü səbəbdən ötürmüşdür.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.5-ci maddəsinin şərh edilməsinə dair” 2024-cü il 27 fevral tarixli Plenum Qərarında qeyd edilmişdir ki, kassasiya şikayətinin MPM-in 405-ci maddəsi ilə nəzərdə tutulmuş müddət (2 ay) keçdikdən sonra və ya bu müddətin keçməsinə az vaxt qala geri qaytarıldığı halda, şikayətdəki nöqsanların aradan qaldırılmasından sonra yenidən məhkəməyə müraciət edilə biləcəyi prosessual müddət qanunvericiliklə müəyyən olunmamışdır. Bu isə bəzən şəxsin təqsiri olmadan, obyektiv səbəblərdən məhkəməyə şikayət verməklə bağlı qanunvericiliklə müəyyənləşdirilmiş müddətlərin ötürülməsi ilə nəticələnir, lakin belə hallar məhkəmələr tərəfindən üzrlü səbəb olaraq qiymətləndirilmir. Nəzərə alınmalıdır ki, MPM-in 133.1-ci maddəsinə uyğun olaraq məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Nəticədə şəxs şikayətin qaytarılmasına səb əb olan çatışmazlıqları aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququndan məhrum olur ki, bu da məhkəmə müdafiəsi hüququnun konstitusion mahiyyəti və təyinatı ilə uzlaşmır.

18. Göstərilənlər baxımından Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmələr tərəfindən şikayət verən şəxsin kassasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət etməsi üçün müvafiq müddətin qanunvericilik qaydasında müəyyən edilməsi məqsədəmüvafiq olar. Bu, şəxslərin Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində və Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi baxımından zəruridir. Kassasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanların aradan qaldırılması üçün müddətin müəyyən edilm əsi bir sıra ölkələrin qanunvericiliyində də nəzərdə tutulmuşdur. Məsələn, Rusiya Federasiyası Mülki Prosessual Məcəlləsinin 378.2-ci maddəsinə əsasən, kassasiya şikayətinin və ya təqdimatın hərəkətsiz saxlanılması haqqında qərardadda hakim şikayətin hərəkətsiz saxlanılmasının əsaslarını göstərməklə onların aradan qaldırılması üçün ağlabatan müddət müəyyən edir. Beləliklə, MPM-in kassasiya şikayətinin qaytarılmasını tənzimləyən 408.5-ci maddəsinin hazırkı redaksiyası kassasiya şikayəti verən şəxsin məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsinə tam təminat verə bilmir.

19. Bununla yanaşı Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, qanunvericilik qaydasında müvafiq tənzimlənmə həyata keçirilənədək Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində və Konvensiyanın 6-cı maddəs ində nəzərdə tutulan məhkəməyə müraciət hüququnun təmin edilməsi üçün şikayət verən şəxsin kassasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət etməsi üçün ağlabatan müddətin hakim tərəfindən müvafiq qərardad ilə müəyyən edilməsi məqsədəmüvafiqdir.

20. Oxşar hüquqi mövqe Avropa Məhkəməsinin X1rşı iş üzrə 2006-cı il 26 may tarixli Qərarında da qeyd olunmuşdur. Belə ki, həmin Qərara əsasən, X6 Məhkəməsi 2002-ci il 2 aprel tarixli qərardadı ilə şikayətə baxılması üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi təqdim etmədiyi üçün ərizəçinin kassasiya şikayətini mahiyyəti üzrə baxmadan rədd etmiş, 2002-ci il 26 aprel tarixli qərardadı ilə isə ərizəçinin şikayətini onun verilməsi üçün müəyyən edilmiş bir aylıq müddət keçdiyinə görə rədd etmişdir. Avropa Məhkəməsi qeyd etmişdir ki, Ali İqtisad Məhkəməsi formal çatışmazlıqları aradan qaldırdıqdan sonra ərizəçinin yenidən kassasiya şikayəti verə biləcəyini bildirsə də, şikayətin verilməsi üçün müəyyən edilmiş bir aylıq müddətin buraxılacağından xəbərsiz ola bilməzdi. Lakin o, nə 2002-ci il 2 aprel tarixli qərardadında bu məsələyə toxunmuş, nə də ərizəçiyə kassasiya şikayətinə düzəliş etmək üçün dəqiq müddət müəyyən etmişdir. Yekun olaraq kassasiya şikayətinin verilmə müddətinin ötürülməsi halında bu müddətin bərpası barədə müvafiq ərizə əlavə olunmaqla yenidən kassasiya şikayəti ilə məhkəməyə müraciət etməkdə haqlı olduğu qeyd edilmişdir.

21. Beləliklə, hazırki iş üzrə kassasiya şikayətinin verilməsi müddəti üzrlü səbəbdən ötürülmüşdür. Apellyasiya məhkəməsi təqdim edilən sü butları hərtərəfli və tam şəkildə araşdırmamışdır. Buna görə də, qəbul olunmuş qərardad qanuni və əsaslı hesab edilə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

23. Hazırkı icraat çərçivəsində də apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyindən, onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

129. Prosessual müddətlərin qurtarması... 129.3. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya v ə kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur....” “Maddə

130. Prosessual müddətlərin buraxılmasının nəticələri 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur....” “Maddə

133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir....” “Maddə

402. Kassasiya şikayəti vermə hüququ... 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdak ı qərardadlarından kassasiya şikayəti verilə bilər:... 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə;...” “Maddə

405. Kassasiya şikayəti vermə müddəti

405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;...” “Maddə

408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:... 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa;...” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məh kəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Sumqayıt Apellyasiya Məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

26. Belə ki, mülki prosessual qanunvericiliyə görə məhkəmə işdə iştirak edən şəxslərə, yəni tərəflərə, üçüncü şəxslərə və sair apellyasi ya instansiyası məhkəməsinin qətnaməsinin surətini rəsmi qaydada verməlidir və ya “elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki və kommersiya işləri üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və sair vasitəsilə) çatdırılır.

27. Mülki prosessual normaların mənasına görə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslər tərəfindən kassasiya şikayətinin verilməsi ilə bağlı 2 aylıq prosessual müddətin axımı - məhz qətnamənin surətinin onlara rəsmi qaydada verildiyi və ya “elektron kabinet”ləri old uğu halda isə orada yerləşdirildiyi və onlara bu barədə məlumatın həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və sair vasitəsilə) çatdırıldığı gündən başlayır.

28. Kollegiyanın qənaətinə görə, əvvəla, nümayəndə və vəkilin qətnaməni ərizəçiyə təqdim etməməsi qətnamədən kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası üçün üzrlü səbəb hesab edilə bilməz. Çünki qeyd olunan təmsil olunan ilə təmsil edən şəxs arasında tapşırıq müqaviləsi münasibətlərinin düzgün təşkil olunmaması ilə bağladır ki, buna görə də məsuliyyət ilk növbədə təmsil olunanın üzərinə düşür.

29. İkinci və ən əsası isə, Cavabdeh1 istənilən halda məhkəmə icraatında iş üzrə cavabdeh şəxsdir. Ona görə də proses iştirakçısı kimi icraatın gedişatı ilə cavabdehin uzun müddət ərzində maraqlanmaması, lazımi prosessual hərəkətlərin həyata keçirilməsi üçün səy göstərilməməsi heç cür anlaşılan deyildir.

30. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında göstərmişdir ki, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir. Atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin olunması məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır.

31. Avropa Məhkəməsinin “Akif Həsənov Azərbaycana qarşı” iş üzrə qəbul etdiyi 2019 -cu il 19 sentyabr tarixli Qərarda formalaşdırdığı hüquqi də aydın olur ki, hətta məhkəmə ərizəçini məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir.

32. Apellyasiya məhkəməsi də haqlı olaraq qeyd etmişdir ki, məhkəmə aktının rəsmi qaydada tərəfə təqdim edilməsi məlumatlandırma xarakteri daşıyır. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, cavabdeh məhkəmə mübahisəsi barədə bilmiş, işə apellyasiya qaydasında baxılmasından xəbərdar olmuş, məhkəmə iclaslarında etibarnamə əsasında səlahiyyətli nümayəndəsi vasitəsi ilə təmsil olunmuşdur. Cavabdeh tə rəfin şikayətdə göstərdiyi “nümayəndələrin dəyişməsi nəticəsində şəxsi kabinetdən lazımi qaydada istifadə edə bilməməsi” barədə olan dəlili müddətin buraxılmasının üzrlü səbəbi kimi qiymətləndirilərək buraxılmış prosessual müddətin bərpa edilməsi üçün əsas olaraq qəbul oluna bilməz. Bu dəlillər formal xarakterli olmaqla əsassız olmuşdur. Belə ki, qeyd edildiyi kimi, Cavabdeh1 məhkəmə mübahisəsi barədə xəbərdar olmaqla məhkəmə aktını əldə edərək mübahisələndirməkdə özü də maraqlı olmalı, hərəkətsizlik nümayiş etdirməməli idi.

33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi Cavabdeh1 istinad etdiyi halları ötürülmüş şikayətvermə müddətinin bərpa edilməsi üçün üzrlü səbəb hesab etməməklə MPM-in 133.1-ci maddəsinə uyğun hərəkət etmiş və hər hansı pro sessual pozuntuya yol verməmişdir.

34. Bu səbəbdən kassasiya şikayətinin buraxılmış prosessual müddətin bərpasından imtina edilməsindən və kassasiya şikayətinin qaytarılmalı olmasından ibarət apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər dəlillər isə əsasızdır və qərardadın ləğvi üçün əsas ola bilməz.

35. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 21 noyabr tarixli 2-2(105)-15/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

36. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 21 noyabr tarixli 2-2(105)-15/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar