Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-760/2023 28.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə və Cavabdeh4 MMC-yə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 avqust tarixli 2-2(104)-166/2023 nömrəli qətnaməsindən İddiaçı1 hüquqi varisi İddiaçı2 qızı tərəfindən verilmiş kassasiya şikayəti nəzərdən keçirilərək aşağıdakı qərardad qəbul edilmişdir. İş in halları, iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı1 (bundan sonra – “iddiaçı”) 2020-ci il 28 oktyabr tarixində Cavabdeh1, Cavabdeh2 MMC-yə və Cavabdeh4 MMC-yə (bundan sonra – “cavabdehlər”) qarşı (üçüncü şəxs Goranboy rayon Notariat Kontorunu qeyd etməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 arasında 2011-ci il 17 noyabr tarixində bağlanmış Goranboy rayon Dövlət Notariat Kontorunda reyestrdə 3M-1-131 № ilə qeyd edilmiş “nizamnamə kapitalının alqı-satqı müqaviləsi”nin, Cavabdeh2 MMC-yə məxsus olan əmlakın Cavabdeh3 MMC-yə (hal-hazırda Cavabdeh4 MMC) satılması haqqında alqı-satqı müqaviləsinin, Cavabdeh2 MMC-nin təsisçilərinin 2011-ci il 21 noyabr və 2011-ci il 7 dekabr tarixli qərarlarının etibarsız hesab edilməsi, Cavab deh2 MMC-nin X1 reyestr məlumatlarında müvafiq dəyişikliklərin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2. 2022-ci il 24 iyul tarixində iddiaçı ölmüş və Gəncə Kommersiya Məhkəməsinin 2023cü il 15 fevral tarixli e-2-2(115)-11/2023 nömrəli qərardadı ilə iddia tələbi üzrə İddiaçı2 qızı (bundan sonra – “İddiaçı2”) iddiaçının hüquqi varisi kimi tanınmış, işin icraatı təzələnmişdir.
3. Gəncə Kommersiya Məhkəməsinin 2023-ci il 3 aprel tarixli 2-2(115)-11/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – R.Məmmədov).
4. Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 MMC həmin qətnamədən apellyasiya şikayətləri verərək onun ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişlər. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
5. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 avqust tarixli 2-2(104)-166/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia rədd edilmişdir (sədrlik edən – Ş.Rzaquliyev, hakimlər – T.Muxtarov və İ.Həsənov).
6. İddiaçının hüquqi varisi İddiaçı2 2023-cü il 2 noyabr tarixində həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv olunması, iddianın təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq 7. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
1. Əsas anlayışlar 1.1 Bu Qanunda aşağıdakı əsas anlayışlardan istifadə edilmişdir:... 1.1.5. Gücləndirilmiş elektron imza (bundan sonra - güc ləndirilmiş imza) - imza sahibinin nəzarəti altında olan elektron imza vasitələri ilə yaradılan və yalnız imza sahibinə məxsus olmaqla onu identikləşdirən, əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünü, dəyişməzliyini, təhrif olunmadığını və saxtalaşdırılmadığını müəyyən etməyə imkan verən elektron imza;... 1.1.15. Elektron sənəd - informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəd;... 1.1.18. Sertifikatlaşdırılmış elektron imza vasitələri - müəyyən olunmuş tələblərə uyğunluğu sertifikatlaşdırma qaydaları əsasında təsdiq edilmiş elektron imza vasitələri;...” “Maddə
6. Elektron imzanın dövlət idarəçiliyi sahəsində istifadəsi 6.1. Dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının informasiya sistemlərində elektron sənəd mübadiləsi üçün ancaq gücləndirilmiş imzadan və sertifikatlaşdırılmış imza vasitələrindən istifadə edilir....”
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması... 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.... 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektr on sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir....” “Maddə 404-1. Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması... 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir....” “Maddə
402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kolle giyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər....” “Maddə
403. Kassasiya şikayəti ilə müraciət etmək hüququ 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər....” “Maddə 404-1. Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir....” “Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər... 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir....” “Maddə
408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;...” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
9. Aşağıda göstərilənlərə əsasən İddiaçı2 kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və icraata qəbul edilməməlidir.
10. Hazırkı iş üzrə kassasiya şikayətinin mümkünlüyü MPM-in 404-1.2-ci maddəsinə (bax §8) uyğun olaraq yoxlanılarkən müəyyən edilmişdir ki, qeyd olunan şikayət etibarnaməsi olmayan vəkil tərəfindən elektron qaydada imzalansa da, iddiaçının hüquqi varisi tərəfindən elektron qaydada imzalanmamış, bununla da kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.3-cü maddəsinin (bax §8) tələbləri pozulmaqla verilmişdir.
11. Belə ki, MPM-in 10-1.7-ci maddəsinin (bax §8) tələbləri ondan ibarətdir ki, “Elektron Məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elekt ron imza vasitələrindən istifadə edilir. 12. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 1.1, 1.1.5, 1.1.15 və 1.1.18-ci maddələrində (bax §7) verilmiş anlayışlara uyğun olaraq gücləndirilmiş elektron imza - imza sahibinin nəzarəti altında olan elektron imza vasitələri ilə yaradılan və yalnız imza sahibinə məxsus olmaqla onu identikləşdirən, əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünü, dəyişməzliyini, təhrif olunmadığını və saxtalaşdırılmadığını müəyyən etməyə imkan verən elektron imza; elektron sənəd - informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəd; sertifikatlaşdırılmış elektron imza vasitələri isə - müəyyən olunmuş tələblərə uyğunluğu sertifikatlaşdırma qaydaları əsasında təsdiq edilmiş e lektron imza vasitələridir.
13. Həmin Qanunun 6.1-ci maddəsinin (bax §7) tələblərinə görə, dövlət hakimiyyəti orqanlarının informasiya sistemlərində elektron sənəd mübadiləsi üçün ancaq gücləndirilmiş imzadan və sertifikatlaşdırılmış imza vasitələrindən istifadə edilir.
14. Göründüyü kimi, qanunverici dövlət hakimiyyəti orqanlarının informasiya sistemlərində, o cümlədən onun tərkib hissəsi kimi, “Elektron Məhkəmə” informasiya sistemində elektron sənəd kimi istisnasız olaraq sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə gücləndirilmiş elektron imza ilə rəsmiləşdirilmiş sənəd hesab etmişdir.
15. Məhkəmə kollegiyası qeyd edir ki, elektron məhkəmə informasiya sistemi vasitəsilə verilmiş şikayətləri onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tər tib etmiş vəkil tərəfindən elektron imza ilə təsdiq edilməsi üçün sistemdə müvafiq dəyişikliklər edilmiş, qeyd edilən funksionallıq (dəyişiklik) 2022-ci il 1 oktyabr tarixindən istifadəyə verilmişdir.
16. Beləliklə, 2022-ci il 1 oktyabr tarixindən sonra verilən bütün kassasiya şikayətləri bu dəyişikliyə cavab verməli, şikayət həm kassatorun özü və/və ya onun nümayəndəsi, həm də vəkil tərəfindən elektron imza ilə imzalanmalıdır.
17. Hazırkı iş üzrə isə EMİS-dən görünür ki, həmin tarixdən sonra, yəni 2023-ci il 2 noyabr tarixində elektron sistemə əlavə edilmiş kassasiya şikayətini yalnız Vəkil2 elektron qaydada imzalamışdır.
18. Həmçinin EMİS-ə əlavə edilmiş scan formatında olan kassasiya şikayətindən görünür ki, şikayəti imzalayan şəxslər – vəkil və İddiaçı2dır (kassator). Lakin İddiaçı2 sözügedən şikayəti özünün elektron imzası ilə rəsmiləşdirməmişdir.
19. Hazırda kassasiya şikayəti elektron qaydada yalnız vəkil tərəfindən imzalanmışdır. Həmin şəxsin etibarnaməsi olmadığından, İddiaçı2 isə şikayəti elektron qaydada imzalamadığından qeyd olunan kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir.
20. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi MPM-in 408.1 və 408.1.1-ci maddələrinin (bax §8) tələblərinə uyğun olaraq, kassasiya şikayətini geri qaytarmaq əvəzinə, baxılması üçün işlə birlikdə Ali Məhkəməyə göndərmişdir.
21. Beləliklə, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 avqust tarixli 2-2(104)-166/2023 qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinin hazırkı vəziyyətdə icraata qəbul edilməsi və bu şikay ətə kassasiya məhkəməsində baxılması qeyri-mümkündür.
22. Şərh olunanları nəzərə alaraq və MPM-in 404, 407 və 408-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının hüquqi varisi İddiaçı2 qızı tərəfindən Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 avqust tarixli 2-2(104)-166/2023 nömrəli qətnaməsindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və onun icraata qəbul edilməsindən imtina edilsin.