Məhkəmə qərarları › İş №2-2(102)-761/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-761/2022

27.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Pod
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-761/2022 27.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 29 iyul tarixli 2-2(103)-685/2022 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddia çı ilə cavabdeh arasında bağlanmış 2020-ci il 15 sentyabr 15 sentyabr tarixli AG-39/20 nömrəli tikintidə subpodrat müqaviləsinə əsasən subpodratçı (cavabdeh), podratçının (iddiaçı) tapşırığı ilə özünün və/və ya podratçının materiallarından və avadanlıqlarında istifadə etməklə, müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələrdə nəzərdə tutulan konkret tikinti, təmir, quraşdırma, sazlama, işəsalma və sair işlərini həmin əlavələrdə müəyyən olunmuş müddətdə mövcud norma və qaydalara, standartlara və müqavilə şərtlərinə uyğun yerinə yetirməyi öz öhdəsinə götürür. Podratçı isə görülmüş işləri təhvil götürməyi və müəyyən edilmiş müddətdə şərtləşdirilmiş qiymətlə haqqını ödəməyi öhdəsini götürür. - Müqavilənin 5.1-ci maddəsinə əsasən işlərin qiyməti Əlavə ilə razılaşdırılır və ödənişi təhvil-t əslim aktı əsasında aparılır. - Müqavilənin 5.2-ci maddəsinə əsasən işlər üzrə hesablaşma işlərin hər mərhələsinin qəbulundan sonra bir ay müddətində podratçı tərəfindən subpodratçının bank hesabına köçürülməklə aparılır. - Müqavilənin 5.3-cü maddəsinə əsasən əlavədə başqa ödəniş qaydası da (beh, avans ödəmə, aralıq hesablaşmaları və s.) nəzərdə tutula bilər. Podratçı işlərin qiymətinin 25%-i miqdarında avans yolu ilə subpodratçının ilkin xərclərinin ödənilməsində iştirak edə bilər. Avansın alınması üçün subpodratçı podratçıya avansın 100 % məbləğində bank təminatını təqdim edir. Avans ödənişi üçün verilən təminat avans qaytarılana qədər qüvvədə qalır. Aralıq hesablaşmaların dəyəri işlərin qiymətinin 90 % qədər təşkil edə bilər. Məbləğin son 10%-lik hissəsi obyekt təhvil verilən tarixdən s onrakı 1 il ərzində yarana biləcək çatışmazlıqların podratçının öz qüvvəsi ilə aradan qaldırılmasının təmin edilməsi məqsədi ilə bu müddət ərzində ödənməyəcək və yalnız bu müddət keçdikdən sonra istifadə edilməyəcək məbəğ miqdarında subpodratçıya ödənəcək. - Müqavilənin 6.1-ci maddəsinə əsasən işlərin hər mərhələsinin və yaxud son nəticəsinin qəbulu Tərəflərin görülən işlərin təhvil-təslim aktının imzalanması və subpodratçı tərəfindən 2 saylı Formanın təqdim edilməsi ilə təsdiq edilir. - Müqavilənin 8.2-ci bəndinə əsasən subpodratçı müqavilədə/əlavədə nəzərdə tutulan müddət ərzində işləri təhvil verməzsə, podratçı hər gecikdirilmiş günə görə işlərin qiymətinin 0,1 faizi məbləğində dəbbə pulu ödənilməsini Subpodratçıdan tələb edə bilər. 2. 2020-ci il 15 sentyabr tarixli AG-39/20 nömrəli sub podrat müqaviləsinə 1 saylı əlavədə görüləcək işlərin, təchiz ediləcək mallar və qiymət razılaşma protokolundan görünür ki, tərəflər Gəncə şəhərində, Azərbaycan Bayrağı küçəsindəki 6.23 ha ərazidə yaşayış kompleksinin tikintisi ilə əlaqədar 3 nömrəli 9 mərtəbəli 2 bloklu yaşayış binasının tikintisinin qiymət cədvəli barədə razılığa gəlmiş və görüləcək işlərin ümumi məbləği 911.827,31 manat təşkil edir 3. 2020-ci il 15 sentyabr tarixli AG-39/20 nömrəli subpodrat müqaviləsinə 2 saylı əlavə görüləcək işlərin, təchiz ediləcək mallar və qiymət razılaşma protokolundan görünür ki, tərəflər Gəncə şəhərində, Azərbaycan Bayrağı küçəsindəki 6.23 ha ərazidə yaşayış kompleksinin tikintisi ilə əlaqədar 4 nömrəli 9 mərtəbəli 2 bloklu yaşayış binasının tikintisinin qiymət cədvəli barədə razılığa gəlmiş və görüləcək işlərin ümumi məbləği 911.827,31 manat təşkil edir. 4. 2020-ci il 15 sentyabr tarixli AG-39/20 nömrəli subpodrat müqaviləsinə 3 saylı əlavə - görüləcək işlərin, təchiz ediləcək mallar və qiymət razılaşma protokolundan görünür ki, tərəflər Gəncə şəhərində, Azərbaycan Bayrağı küçəsindəki 6.23 ha ərazidə yaşayış kompleksinin tikintisi ilə əlaqədar 5 nömrəli 9 mərtəbəli 2 bloklu yaşayış binasının tikintisinin qiymət cədvəli barədə razılığa gəlmiş və görüləcək işlərin ümumi məbləği 911.827,31 manat təşkil edir 5. 2020-ci il 15 sentyabr tarixli AG-39/20 nömrəli subpodrat müqaviləsinə 4 saylı əlavə görüləcək işlərin, təchiz ediləcək mallar və qiymət razılaşma protokolundan görünür ki, tərəflər Gəncə şəhərində, Azərbaycan Bayrağı küçəsindəki 6.23 ha ərazidə yaşayış kompleksinin tikint isi ilə əlaqədar 6 nömrəli 12 mərtəbəli 1 bloklu yaşayış binasının tikintisinin qiymət cədvəli barədə razılığa gəlmiş və görüləcək işlərin ümumi məbləği 832.548,11 manat təşkil edir. 6. 2020-ci il 15 sentyabr tarixli AG-39/20 nömrəli subpodrat müqaviləsinə 5 saylı əlavə görüləcək işlərin, təchiz ediləcək mallar və qiymət razılaşma protokolundan görünür ki, tərəflər Gəncə şəhərində, Azərbaycan Bayrağı küçəsindəki 6.23 ha ərazidə yaşayış kompleksinin tikintisi ilə əlaqədar 7 nömrəli 12 mərtəbəli 1 bloklu yaşayış binasının tikintisinin qiymət cədvəli barədə razılığa gəlmiş və görüləcək işlərin ümumi məbləği 767.621,07 manat təşkil edir.

7. Əsaslı tikinti (dəmir-beton) işlərinin yerinə yetirilmə barədə qrafikindən görünür ki, bu qrafik 2020-ci il 15 sentyabr tarixli AG-39/20 nömrəli subpodrat müqaviləsinin 6 saylı Əlavəsi hesab edilir və müqavilənin ayrılmaz tərkib hissəsidir

8. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış 2020-ci il 15 sentyabr tarixli AG-39/20 nömrəli subpodrat müqaviləsi üzrə 2021-ci il 29 aprel tarixli Üzləşmə aktına əsasən.... smeta üzrə görülən işləri başa çatdırmaqda çətinlik yaranmış, yaranmış çətinliyin aradan qaldırılmasında iddiaçı tərəfindən əlavə olaraq armatur alışı həyata keçirilərək layihə üzrə beton quraşdırma işlərini bitirmək üçün cavabdehə natura şəklində 651,5 ton armatur təhvil verilmişdir. Qeyd edilənlərlə əlaqədar cavabdehin 186 ton armatur və ya hesablaşma gününə həmin miqdarın bir tonu üzrə qiymətinin 186 ton üçün cəmi qədər iddiaçıya borcu yaranmışdır.

9. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş 2021-ci il 22 yanvar tar ixli OD1 nömrəli ödəniş tapşırığına əsasən EBAW 438887 nömrəli elektron qaimə üzrə 11.000 manat, 2021-ci il 22 iyun tarixli OD3 nömrəli ödəniş tapşırığına əsasən EBBD 624353 nömrəli elektron qaimə üzrə 15.000 manat, 2021-ci il 23 iyun tarixli OD3 nömrəli ödəniş tapşırığına əsaəsn EBBD 693024 nömrəli elektron qaimə üzrə 15.000 manat, 2021-ci il 14 iyul tarixli OD9 nömrəli ödəniş tapşırığına əsasən EBBE 854846 nömrəli elektron qaimə üzrə 17.000 manat, 2021-ci il 30 aprel tarixli OD10 nömrəli ödəniş tapşırığına əsasən avans üzrə 5.000 manat, 2020-ci il 21 fevral tarixli 194 nömrəli ödəniş tapşırığına əsasən EBAG 634680 nömrəli elektron qaimə üzrə 6.016,82 manat, 2021-ci il 5 fevral tarixli OD5 nömrəli ödəniş tapşırığına əsasən avans üzrə 7.500 manat, 2021-ci il 7 iyul tarixli OD12 nömrəli ödə niş tapşırığına əsasən EBBE 457805 nömrəli elektron qaimə üzrə 7.813 manat, 2021-ci il 16 iyul tarixli OD9 nömrəli ödəniş tapşırığına əsasən EBBE 854846 nömrəli elektron qaimə üzrə 8.950,68 manat, 2021-ci il 8 fevral tarixli OD1 nömrəli ödəniş tapşırığına əsasən EBAX 155676 nömrəli elektron qaimə üzrə 10.000 manat, 2021-ci il 17 mart tarixli OD3 nömrəli ödəniş tapşırığına əsasən EBAY 861062 nömrəli elektron qaimə üzrə 118.241,06 manat, 2020-ci il 24 dekabr tarixli 737 nömrəli ödəniş tapşırığına əsasən EBAV 299957 nömrəli elektron qaimə üzrə 120.000 manat, 2019-cu il 20 sentyabr tarixli 64 nömrəli ödəniş tapşırığına əsasən İF685930 nömrəli elektron qaimə üzrə 131.857,58 manat, 2020-ci il 20 oktyabr tarixli 01 nömrəli ödəniş tapşırığına əsasən EBAR 364214 nömrəli elektron qaimə üzrə 16.000 m anat, 2021-ci il 12 fevral tarixli OD5 nömrəli ödəniş tapşırığına əsasən EBAX 383942, EBAX 155676 nömrəli elektron qaimələr üzrə 182.621,18 manat, 2020-ci il 16 oktyabr tarixli 11 nömrəli ödəniş tapşırığına əsasən EBAR 364214 nömrəli elektron qaimə üzrə 190.000 manat, 2020-ci il 8 sentyabr tarixli 4 nömrəli ödəniş tapşırığına əsasən EBAP 694218 nömrəli elektron qaimə üzrə 200.000 manat, 2020-ci il 15 sentyabr tarixli 05 nömrəli ödəniş tapşırığına əsasən AG 39/20 nömrəli müqavilə üzrə avans qismində 200.000 manat, 2020-ci il 23 oktyabr tarixli 01 nömrəli ödəniş tapşırığına əsasən EBAR 364214 nömrəli elektron qaimə üzrə 233.983,75 manat, 2019-cu il 12 dekabr tarixli 131 nömrəli ödəniş tapşırığına əsasən görülən işlərə görə EVHF İİ 642** İİ ***02 nömrəli elektron qaimələr üzrə 250.000 manat, 2019-cu il 11 sentyabr tarixli 60 nömrəli ödəniş tapşırığına əsasən subpodrat müqaviləsi üzrə 267.569,02 manat, 2020-ci il 24 dekabr tarixli O1 nömrəli ödəniş tapşırığına əsasən EBAV 300683 nömrəli elektron qaimə üzrə 400.000 manat, 2020-ci il 24 dekabr tarixli 736 nömrəli ödəniş tapşırığına əsasən EBAV 300683 nömrəli elektron qaimə üzrə 20.000 manat, 2021-ci il 15 fevral tarixli 807 nömrəli ödəniş tapşırığına əsasən EBAX 478620 nömrəli elektron qaimə üzrə 25.000 manat, 2021-ci il 15 fevral tarixli 807 nömrəli ödəniş tapşırığına əsasən EBAX 478620 nömrəli elektron qaimə üzrə 25.000 manat, 2021-ci il 31 may tarixli 859 nömrəli ödəniş tapşırığına əsasən EBBC 462531 nömrəli elektron qaimə üzrə 30.500 manat, 2021-ci il 5 fevral tarixli OD3 nömrəli ödəniş tapşırığına əsasən EBAP 694218 nömrəl i elektron qaimə üzrə 32.500 manat, 2020-ci il 10 aprel tarixli 268 nömrəli ödəniş tapşırığına əsasən İİ 674201 nömrəli elektron qaimə üzrə 40.000 manat, 2020-ci il 12 dekabr tarixli 01 nömrəli ödəniş tapşırığına əsasən EBAT 803447 nömrəli elektron qaimə üzrə 40.000 manat, 2021-ci il 28 aprel tarixli OD1 nömrəli ödəniş tapşırığına əsasən avans qismində 40.000 manat, 2021-ci il 19 yanvar tarixli OD4 nömrəli ödəniş tapşırığına əsasən 32300.47 EBAV 300683 EBAW 324314 nömrəli elektron qaimə üzrə 42.372,88 manat, 2021-ci il 27 aprel tarixli OD4 nömrəli ödəniş tapşırığına əsasən EBBA 815088 nömrəli elektron qaimə üzrə 50.000 manat, 2020-ci il 11 sentyabr tarixli 07 nömrəli ödəniş tapşırığına əsasən EBAP 877240 nömrəli elektron qaimə üzrə 70.000 manat, 2020-ci il 17 iyul tarixli 461 nömrəli ödəni ş tapşırığına əsasən İİ 674201 nömrəli elektron qaimə üzrə 92.554,94 manat, 2021-ci il 17 mart tarixli OD1 nömrəli ödəniş tapşırığına əsasən avans qismində 10.000 manat, 2020-ci il 18 sentyabr tarixli 06 nömrəli ödəniş tapşırığına əsasən avans qismində 10.000 manat, 2020-ci il 21 dekabr tarixli 727 nömrəli ödəniş tapşırığına əsasən EBAV 161306 nömrəli elektron qaimə üzrə 100.000 manat, 2020-ci il 23 sentyabr tarixli 03 nömrəli ödəniş tapşırığına əsasən EBAQ 366113 nömrəli elektron qaimə üzrə 100.000 manat, 2020-ci il 25 sentyabr tarixli 01 nömrəli ödəniş tapşırığına əsasən EBAQ 441126 nömrəli elektron qaimə üzrə 100.000 manat, 2020-ci il 29 sentyabr tarixli 03 nömrəli ödəniş tapşırığına əsasən EBAQ 594206 nömrəli elektron qaimə üzrə 100.000 manat, 2020-ci il 17 iyul tarixli 462 nömrəli ödə niş tapşırığına əsasən görülən işlər üzrə 107.445,06 manat, 2020-ci il 24 dekabr tarixli 737 nömrəli ödəniş tapşırığına əsasən EBAV 299957 nömrəli elektron qaimə üzrə 120.000 manat pul köçürülmüşdür.

10. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 2022-ci il 17 mart tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən AG 39/20 nömrəli müqavilə üzrə avans qismində 200.000 manat, 2022-ci il 17 mart tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən avans qismində 100.000 manat, 2022-ci il 17 mart tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən EBAQ 366113 nömrəli elektron qaimə üzrə 100.000 manat, 2022-ci il 17 mart tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən EBAQ 441126 nömrəli elektron qaimə üzrə 100.000 manat, 2022-ci il 17 mart tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən EBAQ 594206 nömrəli elektron qaimə üzrə 100.000 manat, 2022-ci il 17 mart tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən EBAR 364214 nömrəli elektron qaimə üzrə 190.000 manat, 2022-ci il 17 mart tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən EBAR 364214 nömrəli elektron qaimə üzrə 160.000 manat, 2022-ci il 17 mart tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən EBAR 364214 nömrəli elektron qaimə üzrə 233.983,75 manat, 2022-ci il 17 mart tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən EBAT 803447 nömrəli elektron qaimə üzrə 40.000 manat, 2022-ci il 17 mart tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən EBAV 161306 nömrəli elektron qaimə üzrə (dövlət vəsaiti) 100.000 manat, 2022-ci il 17 mart tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən EBAV 300683 nömrəli elektron qaimə üzrə 400.000 manat, 2022-ci il 17 mart tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən EBAV 300683 nömrəli elektron qaimə üzrə 20.000 manat, 2022-ci il 17 mart tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən 32300.47, EBAV 300683, EBAW 324314 nömrəli elektron qaimə üzrə 42.372,88 manat, 2022-ci il 17 mart tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən EBAW 438887 nömrəli elektron qaimə üzrə 110.000 manat, 2022-ci il 17 mart tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən EBAX 155676 nömrəli elektron qaimə üzrə 10.000 manat, 2022-ci il 17 mart tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən EBAX 383942, EBAC 155676 nömrəli elektron qaimələr üzrə 182.621,18 manat, 2022-ci il 17 mart tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən avans qismində 100.000 manat, 2022-ci il 17 mart tarixli *** **** nömrəli ödəniş tapşırığına əsasən EBBA 815088 nömrəli elektron qaimə üzrə 50.000 manat, 2022-ci il 17 mart tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən avans qismində 40.000 manat, 2022-ci il 17 mart tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən avans qismində 5000 manat, 2022-ci il 17 mart tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən EBBC 462531 (dövlət hesabına) nömrəli elektron qaimə üzrə 30.500 manat, 2022-ci il 17 mart tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən EBBD 624353 nömrəli elektron qaimə üzrə 15.000 manat, 2022-ci il 17 mart tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən EBBD 693024 nömrəli elektron qaimə üzrə 15.000 manat, 2022-ci il 17 mart tarixli 102OCAZ21076001D nömrəli ödəniş tapşırığına əsasən EBAY 861062 nömrəli elektron qaimə üzrə 118.241, 06 manat, 2022-ci il 17 mart tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən EBAP 694218 nömrəli elektron qaimə üzrə 32.500 manat, 2022-ci il 17 mart tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən avans qismində 7.500 manat pul köçürülmüşdür.

11. İş materiallarındakı 23 ədəd “Yerinə yetirilmiş işlərin qəbul aktları”na əsasən 2020-ci ilin sentyabr ayından 2021-ci ilin fevral ayınadək olan dövrlərdə ƏDV daxil 1.916.961.71 manat məbləğində işlər təhvil alınmışdır (2-ci cild, i.v. 41-128). 12. "xxxx" QSC tərəfindən verilmiş 2022-ci il 27 aprel tarixli arayışa əsasən həmin tarixə armaturun 1 tonunun qiyməti 1320 manat, ƏDV daxil olmaqla isə 1557,60 manat təşkil edir.

13. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 2021-ci il 17 dekabr tarixli PM-A/114/2021 nömrəli arayışdan görünür ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat mediasiyaya dair xərc ödənilmişdir. İİ. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

14. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pulu köçürülmüş, lakin görülməmiş və təhvil verilməmiş işlər üçün 671.315 manat, 186 ton armatur çatışmazlığı üzrə 289.926 manat, müqavilə üzrə görülən işlər üzrə nöqsanların aradan qaldırılması üçün çəkilmiş xərclər 193.773 manat, çəkilmiş əlavə nəzarət və digər xərclər üçün 50.000 manat, müqavilənin 8-ci bəndinə müvafiq olaraq 433.565 manat dəbbə pulunun, mediasiya xərcləri və dövlət rüsumu üçün ödənilmiş ola n 900 manat pulun, ümumilikdə, 1.584.979 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).

15. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında AG-39/20 saylı 2020-ci il 15 sentyabr tarixli Tikintidə subpodrat müqaviləsi imzalanmışdır. Həmin müqavilənin predmetini cavabdeh tərəfindən iddiaçının sifarişi əsasında Gəncə şəhərində, Azərbaycan Bayrağı küçəsindəki 6,23 ha ərazidə yaşayış kompleksinin tikintisi ilə əlaqədar 5 ədəd binada dəmir-beton işlərinin görülməsi, iddiaçının isə bu müqavilənin şərtlərinə uyğun olaraq bu işlər üzrə müvafiq haqqın ödənilməsi münasibətləri təşkil edir. Lakin tikinti zamanı köçürülmüş vəsait hesabına cavabdeh məlum olmayan səbəblərdən tam olaraq dəmir beton kons truksiya işlərini görməmiş və, edilən yazılı və şifahi tələblərə baxmayaraq AG-39/20 saylı 2020-ci il 15 sentyabr tarixli müqavilə üzrə yerinə yetirməli olduğu öhdəlikləri tam olararaq icra etməmişdir. İddiaçı tərəfindən köçürülən pul qarşılığında az miqdarda işlər görmüş, həmin işləri isə tam keyfiyyətsiz həyata keçirmişdir. Görüləcək işlər və alınacaq mal material üçün iddiaçı tərəfindən cavabdehə müqavilədə qeyd edilmiş rekvizitlər üzrə 2.502.718 manat pul vəsaiti köçürülmüşdür. Müqavilənin şərtlərinə görə cavabdeh tərəfindən görüləcək işlər müqavilənin Əlavələrində müəyyən olunmuş müddətdə və mövcud normalar, qaydalar, standartlar və bu Müqavilə şərtlərinə uyğun yerinə yetirilməli idi. Müqavilə üzrə cavabdehə Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsindəki 6,23 ha torpaq sahəsində - 3, 4, 5, 6 və 7 saylı yaşayış binalarının tikintisində beton konstruksiya işləri üçün ümumilikdə 2.502.718,87 manat və ƏDV 450.489,4 manat pul vəsaiti köçürülsə də, cavabdeh tərəfindən öhdəliklər icra edilməmiş, tikinti, quraşdırma və mal-material tam alınmamışdır. Öhdəliklərin icra edilməməsi faktı cavabdeh tərəfindən etiraf edilmişdir. Bundan başqa, öhdəliklərin tam icrası üçün tərəflər arasında razılaşdırılmış son icra müddəti də bitmişdir.

16. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Konstitusiyanın 125-ci maddəsinin 7-ci hissəsinə, 127-ci maddəsinin 7-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.1, 385.1, 386.1, 389.1, 442, 421.1, 421.2, 423.2, 425, 460.1, 478, 480, 752.1, 753.4, 759.1, 759.2, 762.2, 762.2, 762.3, 763.1, 763.2, 764.1, 764.2, 767.1, 7 67.2, 768.1, 768.1.1, 768.1.2, 768.1.3, 768.2, 776.1, 1128.1, 1129.1, 1129.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 9, 14.1, 77, 88, 217.1, 217.3-cü maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və MM-in 390-cı maddələrinin şərh edilməsinə dair” 2012-ci il 12 mart tarixli Qərarına istinad etmişdir.

17. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.

18. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 29 aprel tarixli e-2-2(113)-988/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən təhvil verilməmiş işlərə görə 671.315 (altı yüz yetmiş bir min üç yüz on beş ) manat, təhvil verilmiş 186 ton armatura görə 289.926 (iki yüz səksən doqquz min doqquz yüz iyirmi altı) manat, 30. 000 (otuz min) manat dəbbə pulu və ödənilmiş 500 (beş yüz) manat məbləğində dövlət rüsumu, ümumilikdə 991.741 (doqquz yüz doxsan bir min yeddi yüz qırx bir) manat məbləğində pul tutularaq iddiaçıya ödənilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir (sədrlik edən hakim Ü.Həsənova).

19. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı işin mübahisəsiz hallarına əsasən, tərəflər arasında imzalanmış AG-39/20 saylı 2020-ci il 15 sentyabr tarixli “Tikintidə subpodrat müqaviləsi” üzrə iddiaçı tərəfindən cavabdehə ümumilikdə ƏDV daxil olmaqla, 2.953.207 manat pul ödənilmişdir. İddiaçı həmin vəsaitdən yanız 2.281.892 manat həcmində işlərin görüldüyünü, qalan 671.315 manat məbləğində işlərin cavabdeh tərəfindən təhvil verilmədiyini iddia edir, cavabdeh isə ona təhvil verilmiş pulun müqabilində bütün işlərin təhvil verildiyini bildirdiyindən, öhdəliyin icra edilibedilməməsi ilə bağlı hal araşdırılmalı və sübut olunmalıdır.

20. Hazırkı halda «qanunda birbaşa əks göstəriş yoxdursa, öhdəliyin icrasını borclunun sübut etməsinə dair» prezumpsiya tətbiq edilməlidir. Belə ki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə də etirazının əsası kimi istinad etdiyi bu halı, yəni 671.315 manat məbləğində işlərin də görülüb təhvil verildiyini cavabdeh sübut etməlidir.

21. Cavabdeh həmin məbləğə münasibətdə sonuncu 2 saylı Formanın da tərəfindən tərtib edilərək iddiaçıya verildiyini, lakin iddiaçı tərəfindən təsdiq edilmədiyini, bundan əlavə, iddiaçıya göndərilmiş elektron qaim ələrin işlərin tam təhvil verildiyini təsdiq etdiyini bildirir. Məhkəmə cavabdehin həmin dəlilinə cavab olaraq bildirmişdir ki, cavabdeh həmin hissədə işlərin icra edilib təhvil verilməsini təsdiq edən belə bir sənəd (müqavilənin 6.1-ci maddəsinə əsasən 2 saylı Forma) təqdim edə bilmir. Həmin sənədin tərtib edildiyini, lakin iddiaçı tərəfindən təsdiq edilmədiyini bildirsə də, müqavilənin 6.2-ci maddəsinə əsasən bu halda (işlər podratçı tərəfindən 10 gün ərzində qəbul edilməzsə və ya podratçı əsaslandırılmış imtinanı təqdim etməzsə) cavabdeh tərəfindən birtərəfli akt tərtib edilməli idi.

22. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş elektron qaimələr hazırkı iş üzrə öhdəliklərin icrasını təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, ilkin vergi uçot sənədi olan elektron qaiməl ər mahiyyət etibarilə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq edən düzünə (bilavasitə) sübut olmadığından, hər bir mübahisədə həmin sənədlərə fərdi qaydada (işin hallarına uyğun şəkildə) yanaşılmalıdır. Yəni qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib olunaraq göndərilmiş və ləğv olunmamış, yaxud mübahisələndirilməmiş elektron qaimələr işdə başqa mötəbər sübutlar olmadığı halda mübahisənin həlli üçün mühüm əhəmiyyət kəsb etsə də, digər hallarda müqavilə şərtləri, tərəflər arasında formalaşmış münasibətlərin xarakteri, işgüzar təcrübə, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla işdəki digər sübutlarla birlikdə (kompleks şəkildə) qiymətləndirilməlidir. MPM-in 88-ci maddəsinin tələblərindən biri də məhz ondan ibar ətdir ki, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Cavabdeh bununla bağlı başqa sübut təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi pulu köçürülmüş, lakin görülüb təhvil verilməmiş işlər üçün 671.315 manat pulun tələb edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir

23. Cavabdehin müqavilə üzrə öhdəliklərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab e dir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 30.000 manat məbləğində müəyyən edilməlidir.

24. İddiaçı armaturun "xxxx" MMC-dən 2020-ci il 1 dekabr tarixli müqavilə əsasında ƏDV ödənilməklə alınıb cavabdehə verildiyini, tərəflər arasında bağlanmış üzləşmə aktına əsasən həmin armatur qaytarılmadıqda, hesablaşma gününə olan dəyərinin ödənilməli olduğunu, hazırda ölkədə əsas armatur istehsalçısının “X1” QSC olduğunu, həmin QSCdən verilmiş arayışa əsasən 2022-ci il 27 aprel tarixinə armaturun 1 tonunun qiymətinin 1320 manat (ƏDV-siz), 1557,60 manat (ƏDV daxil) olmasının nəzərə alınmasını xahiş etmişdir.

25. Bu hissədə də iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, cavabdehin nümayəndəs i də məhkəmə iclasında armaturun dəyərinin artdığını, hazırda orta bazar qiymətinin 1.500 manat civarında olduğunu, bununla belə, onlardan armaturun hazırkı deyil, təhvil verildiyi vaxtda olan (2021-ci ildə) dəyərinin tələb edilməli olduğunu göstərmişdir.

26. Məhkəmə bununla bağlı bildirmişdir ki, cavabdeh 2021-ci il 29 aprel tarixli üzləşmə aktında 186 ton armatur üçün hesablaşma gününə həmin armaturun bir tonu üzrə qiymətinin 186 ton üçün cəmi qədər iddiaçıya borcunun yarandığını qəbul etmiş, həmin üzləşmə aktı cavabdeh tərəfindən mübahisələndirilməmişdir.

27. İddia ərizəsində həmçinin cavabdeh tərəfindən təhvil verilmiş işlərdə yol verilmiş nöqsanların aradan qaldırılmasına çəkilmiş xərclərin (193773 manat) ödənilməsi də tələb edilmişdir. Məhkəmə bu hissədə iddia tələbini əsaslı hesab e tməmişdir. Belə ki, iddiaçı həmin nöqsanların ciddi, gözlə görünən və kobud qüsurlar olmasını bildirsə də, tərəflər arasında imzalanmış “yerinə yetirilmiş işlərin qəbul aktları” olan 2 saylı formalardan görünür ki, cavabdeh tərəfindən görülmüş işlər iddiaçı tərəfindən təhvil alınmış, həmin qəbul aktlarında işlərin qüsurlu olmasına dair iddiaçı tərəfindən hər hansı qeyd-şərt bildirilməmiş, cavabdehə əsaslandırılmış imtina verilməmişdir.

28. Belə ki, məhkəmə iddiaçı tərəfindən onun özü tərəfindən tərtib edilərək təqdim edilmiş qüsur aktlarını mötəbər sübut kimi qəbul etmir. Bundan əlavə, iddiaçı həmin qüsurların aradan qaldırıldığını bildirmiş, həmin işlərin görülməsinin sübutu qismində iddiaçı ilə üçüncü şəxslər arasında bağlanmış podrat müqavilələri təqdim etmişdir.

29. Məhkəmə həmin müqav ilələrə münasibətdə qeyd etməyi zəruri hesab etmişdir ki, həmin müqavilələrin predmeti kimi “subpodratçı podratçının tapşırığı ilə özünün və ya podratçının materiallarından və avadanlıqlarından istifadə etməklə, müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələrdə nəzərdə tutulan konkret tikinti, təmir, quraşdırma, sazlama-işəsalma və sair işlərin həmin əlavələrdə müəyyən olunmuş müddətdə mövcud norma və qaydalara, standartlara və müqavilə şərtlərinə uyğun yerinə yetirməyi öz öhdəsinə götürür. Podratçı isə görülmüş işləri təhvil götürməyi və müəyyən edilmiş müddətdə şərtləşdirilmiş qiymətlə haqqını ödəməyi öhdəsinə götürür” kimi qeyd olunmuşdur.

30. Beləliklə, təqdim edilmiş həmin müqavilələrin nə özündə, nə də onların əlavələrində hər hansı mövcud qüsurun aradan qaldırılması ilə bağlı müddəa nəzərdə tutulmamışdır.

31. Məhkəmə bu qənaətini Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarına, MM-in 462.1, 467, 752.1, 770, MPM-in 77.1, 88-ci maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli qərarına, Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 2008-ci il 6 mart tarixli qərarına istinad etməklə əsaslandırmışdır.

32. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

33. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 29 iyul tarixli, 2-2(103)-685/2022 saylı qətnaməsi ilə iş üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)988/2022 nömrəli 2022-ci il 29 aprel tarixli qətnaməsi iddia qismən təmin olunan – cavabdehdən təhvil verilməmiş işlərə görə 671.315 manat, 30.000 manat dəbbə pulu və ödənilmiş 500 manat məbləğində dövlət rüsumu, ümumilikdə 991.741 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddia təhvil verilməmiş işlərə görə 671.315 manat və 30.000 manat dəbbə pulunun tutulması hissəsində təmin edilməmiş, qətnamə rədd olunan qalan hissədə və cavabdehdən 186 ton armatura görə 289.926 (iki yüz səksən doqquz min doqquz yüz iyirmi altı) manat məbləğdə pulun tutularaq iddiaçıya ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmış, dövlət rüsumunun ödəmə diyi 709,29 manat məbləği iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilmiş, cavabdehin ödədiyi dövlət rüsumu məbləğindən 377,58 manatı iddiaçıdan tutularaq cavabdehə ödənilmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin edilmişdir (sədrlik edən hakim – V.Məmmədov, hakimlər – R.Qurbanov və V.Baxışova).

34. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin apellyasiya şikayəti ilə qətnamənin ləğvi xahiş edilsə də, mübahisənin predmeti bölünən olduğu, iddiaçı iddianın qismən təmin olunması ilə razılaşaraq apellyasiya şikayəti vermədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi) üçün, birinci instansiya məhkəməsinin qətnaməsinə iddia rədd olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnam əsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün qətnamənin mübahisələndirilməyən hissəsinə toxunulmamalı, qətnamə iddia təmin olunan hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır

35. Tərəflər arasında 2021-ci il 29 aprel tarixdə tərtib edilmiş AG-39/20 nömrəli 2020-ci il 15 sentyabr tarixli müqavilə üzrə Üzləşmə aktına əsasən, “... smeta üzrə görülən işləri başa çatdırmaqda yaranmış çətinliyin aradan qaldırılmasında iddiaçı tərəfindən əlavə olaraq armatur alışı həyata keçirilərək, layihə üzrə beton quraşdırma işlərini bitirmək üçün cavabdehə natura şəklində 651,5 ton a rmatur təhvil verilmişdir. Qeyd edilənlərlə əlaqədar cavabdehin 186 ton armatur və ya hesablaşma gününə həmin miqdarın bir tonu üzrə qiymətinin 186 ton üçün cəmi qədər iddiaçıya borcu yaranmışdır.” İşin 2-ci cildinin 41-128ci vərəqlərində olan, 2020-ci ilin sentyabr ayından 2021-ci ilin fevral ayınadək olan dövrləri əhatə edən 23 ədəd yerinə yetirilmiş işlərin qəbul aktlarına əsasən, ƏDV daxil 1.916.961,71 manat məbləğdə iş təhvil alınmışdır.

36. İşin 1-ci cildinin 133-150-ci vərəqlərində olan, 2020-ci il 23 sentyabr - 2021-ci il 23 iyun tarixləri əhatə edən 18 ədəd elektron qaimə, həmin qaimələrin 151-ci vərəqdə olan detallı siyahısından, 152-177-ci vərəqlərində olan, 2020-ci il 15 sentyabr – 2021-ci il 23 iyun tarixləri əhatə edən 26 ədəd ödəniş tapşırığı və həmin ödəniş tapşırıqlarının 178-ci vərəqdə olan hesabdan çıxarış adlı detallı siyahısından, 2-ci cildin 147-170-ci vərəqlərində olan, 2020-ci il 8 sentyabr – 2021-ci il 23 iyun tarixləri əhatə edən 23 ədəd ƏDV və avans ödəniş tapşırıqlarından müəyyən edilir ki, əsas məbləği 2.502.719 manat, ƏDV məbləği 450.489,42 manat olan elektron qaimələr üzrə iddiaçı cavabdehə əsas məbləğ üzrə 2.502.718,99 manat, ƏDV üzrə 450.489,40 manat olmaqla, cəmi 2.953.207 manat məbləğdə pul ödəmişdir.

37. İddiaçı ödədiyi həmin puldan yanız 2.281.892 manat pulun müqabilində işlərin görüldüyünü, qalan 671.315 manat məbləğdə (ondan 568.911 manat əsas məbləğ, 102.404 manat ƏDV məbləği) işlərin cavabdeh tərəfindən təhvil verilmədiyini irəli sürür və bu halı cavabdehin həmin məbləğdə işlərin icra edilib təhvil verilməsini təsdiq edən, Müqavilə nin 6.1-ci bəndi ilə nəzərdə tutulan 2 saylı Formanı təqdim edə bilməməsi ilə, cavabdeh isə ona verilmiş pulun müqabilində bütün işlərin təhvil verildiyini bildirir və bu mövqeyini iddiaçının həmin məbləğdə elektron qaimələri təsdiq edib, bütünlüklə ödəməsi ilə əsaslandırır.

38. İş materiallarından və məhkəmə kollegiyasının iclaslarında verilən izahatlarından məlum olmuşdur ki, 2020-ci il 15 sentyabr tarixli AG-39/20 nömrəli Tikintidə subpodrat müqaviləsi üzrə 2021-ci ilin əvvəllərindən etibarən tərəflər arasında qarşılıqlı narazılıqlar artmış, həmin ilin fevral ayından cavabdehin tikinti meydançasından kənarlaşdırılması prosesi başlamış, mart ayında isə cavabdeh işləri tamamilə dayandırmış, bununla da iddiaçı müqavilədən imtina etmişdir. Lakin iddiaçının müqavilədən imtina etməsi və cavab dehin işləri tamamilə dayandırması ilə tərəflər arasında hüquq münasibətləri dərhal başa çatmamış, bundan sonra da, yəni 2021-ci il 17 mart tarixdən 2021-ci il 23 iyun tarixədək cavabdeh iddiaçıya cəmi məbləği 441.014,45 manat təşkil edən 6 ədəd elektron qaimə təqdim etmiş, sonuncu da həmin qaimələri qəbul edərək, ləngitmədən ödəmişdir.

39. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə sübut olunmuşdur ki, iddiaçı podrat müqaviləsi üzrə sifarişçi kimi hüququndan istifadə edərək, müqavilənin davamından imtina etsə də, podratçı cavabdehə yerinə yetirilmiş işlərin haqqını da vermişdir. İşin bu halı işdə olan yerinə yetirilmiş işlərin qəbul aktları, elektron qaimələr və ödəniş tapşırıqları ilə təsdiq olun ur. Belə ki, adıçəkilən sənədlərin tarix, məbləğ, əsas və təyinatlarını təhlil etdikdə müəyyən olunur ki, əvvəlcə yerinə yetirilmiş işin qəbul aktı tərtib olunmuş, bundan sonra həmin aktda qəbul edilmiş işin ƏDV daxil əks etdirilmiş cəmi məbləğinə uyğun elektron qaimə təqdim olunmuş və sonda tələb olunan məbləğ ödənilmişdir. Misal olaraq, 2020-ci ilin sentyabr ayında 5 nömrəli binada, 4 nömrəli binada, 6 nömrəli binada və 7 nömrəli binada yerinə yetirilmiş işlərin qəbul aktları ilə ƏDV daxil cəmi 469.273,33 manat məbləğdə işin görüldüyü təsdiq edilmiş, bu barədə cavabdeh tərəfindən iddiaçıya əsası 2020-ci il 15 sentyabr tarixli AG-39/20 nömrəli müqavilə göstərilən, əsas məbləği 400.000 manat, ƏDV məbləği 72.000 manat, yekun məbləği 472.000 manat olan 2020-ci il 23 sentyabr tarixli EBAQ 366 113 nömrəli elektron qaimə təqdim edilmiş, cavabdeh həmin məbləğə görə 2020-ci il 15 sentyabr və 2020-ci il 18 sentyabr tarixlərdə müvafiq olaraq 200.000 manat və 100.000 manat avanslar da nəzərə alınmaqla, 2020-ci il 23 sentyabr tarixdə 100.000 manat, yəni cəmi 400.000 manat əsas məbləği, 2020-ci il 16 sentyabr tarixdə 36.000 (avans), 2020-ci il 23 sentyabr tarixdə isə 18.000 manat ƏDV ödəmişdir. İş materiallarında həmin elektron qaimə üzrə digər 18.000 manat məbləğdə ƏDV-nin ödənilməsi barədə sənəd yoxdur, lakin tərəflər həmin məbləğin ödənildiyini mübahisə etmir. Bundan əlavə, işdə 2020-ci il 8 sentyabr tarixdə EBAP 694218 nömrəli elektron qaimə üzrə 36.000 manat ƏDV-nin ödənilməsi haqqında ödəniş tapşırığı var ki, nə məhkəməyə təqdim olunan elektron qaimələrin arasında, nə elektron qai mələrin siyahısında belə bir qaimə vardır. EBAP 694218 nömrəli elektron qaimə üzrə əsas məbləğ 32.500 manat 2021-ci il 5 fevral tarixdə ödənilmişdir. Qeyd olunanlar da onu ehtimal etməyə əsas verir ki, həmin qaimə üzrə ödənilən məbləğ EBAQ 366113 nömrəli elektron qaimənin qalan 18.000 manat ƏDV-sini də əhatə edir.

40. Göründüyü kimi, subpodrat müqaviləsi üzrə tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika “1. yerinə yetirilmiş işin qəbul aktının tərtib olunması - 2. elektron qaimənin təqdim olunması - 3. ödənişin həyata keçirilməsi” ardıcıllığı (sxemi) üzrə formalaşmış və davam etmişdir. Belə olan halda, iddiaçının, “baxmayaraq ki, cəmi ƏDV daxil 2.953.207 manat məbləğdə pul ödənilmişdir, cavabdeh cəmi ƏDV daxil 671.315 manat məbləğdə işləri görməmiş və təhvil verməmişdir” məzm unda mülahizəsi işin müzakirə olunan halları ilə tam təkzib olunur. Belə ki, 2021-ci ilin mart ayında tikinti meydançasından çıxarılan cavabdehə 2021-ci il 23 iyun tarixədək, həm də 2021-ci il 17 mart 2021-ci il 17 mart - 2021-ci il 23 iyun tarixləri arasında təqdim olunan 6 elektron qaimə üzrə ödəniş həyata keçirdikdən sonra belə bir iddianın irəli sürülməsi inandırıcı deyil. Bu mövqe Konstitusiya Məhkəməsinin Plenumunun 2022-ci il 20 aprel tarixli Qərarının şərhinə də uyğundur. Çünki qeyd olunan nəticə təkcə elektron qaimələrin təqdim olunmasına əsaslanmır. Sözügedən nəticə daha çox tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikaya, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsuluna və həyata keçirilən ödənişlərə əsaslanır.

41. İddiaçının qeyd olunan mülahizəsi iddia ərizəsi ilə d ə təkzib olunur. Belə ki, ilk dəfə iddia cəmi 600.000 manat tələbi ilə qaldırılmış, iddianın faktiki əsası kimi isə ümumi ifadələrlə az miqdarda işlərin görülməsi, öhdəliklərin tam olaraq icra edilməməsi göstərilmişdir. Halbuki, cavabdeh 2021-ci ilin mart ayında tikintidən ayrıldıqdan 9 ay sonra verilən iddia ərizəsi tərtib edilərkən işin hazırkı mənzərəsi barədə iddiaçıda tam təsəvvürün olması labüd idi.

42. Bundan əlavə, iddiaçı görülməmiş və təhvil verilməmiş işlər üçün 671.315 manat məbləğdə pul tələbi ilə bağlı Məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş, hər hansı konkret fakta istinad etməmiş, tələbini bu hissədə yalnız Müqavilənin 6.1-ci bəndi ilə tələb olunan 2 saylı Formanın subpodratçı tərəfindən təqdim edilməməsi ilə əsaslandırmışdır. Halbuki, Müqavilənin 6.2-ci bəndinə görə, iddiaçı bu halda subpodratçıya (cavabdehə) işlərin qəbul olunmasından əsaslandırılmış imtina təqdim etməli idi ki, bunu etməmiş, üstəlik, cavabdeh tikintidən kənarlaşdırıldıqdan sonrakı 3 ay ərzində 400.000 manatdan çox ödəniş etməkdə davam etmişdir. Bu da özlüyündə MM-in 770-ci maddəsinin dispozisiya şərtlərinin iş üzrə yerinə yetirilməsi deməkdir.

43. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia pulu köçürülmüş, lakin görülməmiş və təhvil verilməmiş işlər üçün 671.315 manat məbləğdə pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissədə də, sübuta yetmədiyi əsası ilə, rədd edilməli idi. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin tələbin həmin hissəsi ilə bağlı dəlilləri ilə razılaşır və onları əsaslı sayır.

44. Apellyasiya şikayətinin 186 ton armatura gör ə 289.926 manatın tutulması ilə bağlı dəlili isə əsassızdır. Belə ki, 2021-ci il 29 aprel tarixli üzləşmə aktında birmənalı qaydada təsbit olumuşdur ki, cavabdeh ya 186 ton armaturun özü, ya da hesablaşma gününə həmin miqdarın bir tonu üzrə qiyməti qədər borcludur. Odur ki, cavabdehin armaturun bir tonunun qiymətinin tərəflərin təsdiq etdiyi qəbul aktlarında göstərilən 935 manat götürməsi “... hesablaşma gününə həmin miqdarın bir tonu üzrə qiyməti...” barədə aktın şərtinə ziddir.

45. Şikayətin 30.000 manat dəbbə pulunun tutulması tələbinin rədd edilməsi barədə dəlili isə əsaslıdır. Belə ki, iddia 671.315 manat məbləğdə pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissədə əsassız olduğundan, həmin məbləğə hesablanmış dəbbə pulu məbləği də əsaslı sayıla bilməz və bu səbəbdən rədd edilmə lidir.

46. Apellyasiya şikayətinin 2021-ci il 23 aprel tarixli bank qarantiyası üzrə 433.566 manat pul iddiaçının bank hesabına ödənildiyi halda iddianın təmin edilmiş hissəsindən çıxılmamasının qanunsuzluğu haqqında dəlili də əsassızdır. Sözügedən dəlillə bağlı təqdim olunan sənədlərdən müəyyən olunur ki, bank qarantiyasının tarixi 2021-ci il 23 aprel, üzləşmə aktının tarixi isə 2021-ci il 29 aprel, yəni sonrakı tarixdir. Bu da o deməkdir ki, bank qarantiyası verilən tarixdə məlum olmayan öhdəliyə görə qarantiya verilə bilməzdi. Bank qarantiyasının 2021-ci il 29 iyul tarixdə iddiaçıya ödənilən 433.566 manat məbləğinin iddia tələbinin görülməmiş və təhvil verilməmiş işlər üçün 671.315 manat, 186 ton armatur çatışmazlığı üzrə 289.926 manat, müqavilə üzrə görülən işlər üzrə nöqsanların arada n qaldırılması üçün çəkilmiş xərclər 193.773 manat, çəkilmiş əlavə nəzarət və digər xərclər üçün 50.000 manat və 433.565 manat dəbbə pulundan hansını əhatə etdiyini cavabdeh göstərməmişdir. Həmin məbləğ birinci instansiya məhkəməsinin qətnaməsi ilə təmin olunan 991.741 manatdan da 2 dəfə azdır. Odur ki, cavabdeh əsaslandıra bilmir və bu işdən də görünmür ki, 2021-ci il 23 aprel tarixli bank qarantiyası üzrə ödənilən məbləğ hansı borca görə ödənilmişdir və məhz hansı qaydada hesablanaraq hazırkı tələbdən çıxılmalıdır. Baxmayaraq ki, 2021-ci il 29 aprel tarixli üzləşmə aktı 2020-ci il 15 sentyabr tarixli subpodrat müqaviləsinin tərkib hissəsidir və iddiaçının banka ünvanladığı 2021-ci il 23 iyul tarixli müraciət məktubunda pul tutulmasının əsası kimi müqavilə şərtlərinin pozulması ilə yana şı xüsusi olaraq 2021-ci il 29 aprel tarixli üzləşmə aktına da istinad edilmişdir, bu hal ona dəlalət etmir ki, bank tərəfindən ödənilən 433.566 manat məhz həmin akta əsasən ödənilmişdir. Belə ki, 2021-ci il 29 aprel tarixli üzləşmə aktında heç bir konkret borc məbləğinə istinad olunmur, dolayısı ilə nəzərdə tutulmuşdur ki, cavabdeh ya 186 ton armaturu qaytarmalıdır, ya da onun hesablaşma gününə dəyərini.

47. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 390.1, 399.1, 404.1, 404.2, 425.1, 752.1, 759.1, 753.1, 770-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaiməfakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2, 3.9, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.4, 3.7, 3.7.1, 3.7.2, 3.7.3 maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli Qərarına, “Dövlət rüsumu haqqında” AR Qanununun 8.1.4, 9.1-1, MPM-in 14.2, 77.1, 217.1, 107, 113.1, 113.2, 119.1, 119.5, 119.6, 217.3, 385.1, 385.1.4, 390-cı maddələrinə istinad etməklə əsaslandırmışdır.

48. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 10 avqust tarixin də tərəflərin elektron kabinetlərində yerləşdirilmişdir.

49. İddiaçı 2022-ci il 4 oktyabr tarixində kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 29 iyul tarixli, 2-2(103)-685/2022 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələblərinin tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini və yaxud işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə geri qaytarılmasını xahiş etmişdir.

50. Cavabdeh 2022-ci il 8 oktyabr tarixində kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-685/2022 saylı, 2022-ci il 29 iyul tarixli qətnaməsinin qismən (iddianın təmin edilmiş hissəsində) ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) İddiaçının kassasiya şikayətinin dəlilləri

51. MM-in 753-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, tərəflər arasında bağlanmış 2020-ci il 15 sentyabr tarixli AG-39/20 nömrəli “Tikintidə subpodrat” müqaviləsinin şərtlərin görə müqavilə üzrə görüləcək işlər, onların maksimal məbləği və həcmi tərəflərin hüquq və vəzifələri arasında müəyyən edilmişdir. Göründüyü kimi subpodrat müqaviləsi üzrə podratçı(cavabdeh) görməli olduğu işin həcmindən məlumatlı olmuş lakin müqavilə şərtlərini pozaraq öhdəliklərin tam icrası üçün tərəflər arasında razılaşdırılmış sonra icra müddətinin bitməsinə baxmayaraq öz öhdəliklərini lazımınca icra etməmişdir. Bundan əlavə cavabdeh şəxs öz öhdəliklərinin icra edilməmə sini etiraf etmişdir. Sözügedən maddənin 4-cü bəndində qeyd olunmuşdur ki, “podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır.”

52. MPM-in 88, 217-ci maddələrinin tələbləri pozulmuşdur. Apellyasiya məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır. Belə ki, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Buna baxmayaraq məhkəmə cavabdeh tərəfin heç bir əsası olmayan şikayətini təmin etmiş, onun açıq-aşkar müqavilə şərtlərini pozması nəticəsində bizə vurulmuş ziyanı görməzdən gəlmişdir.

53. Apellyasiya instansiyasının iş üzrə qəbul etdiyi qətnaməsi qanuni və ədalətli deyildir. Belə ki, həmin maddənin tələblər inə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır və qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır. Lakin işə baxan məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş halların və tərəflərin qarşılıqlı münasibətinə əhəmiyyət verməmiş və qanunsuz qətnamə qəbul etmişdir.

54. İddiaçı kassasiya şikayətinə əlavə edərək qeyd etmişdir ki, məhkəmə Nazirlər Kabinetinin təsdiq etdiyi Normativ xarakterli aktı - “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nı üstün tutmaqla prosessual pozuntuya yol vermişdir.

55. Tərəflər arasında bağla nmış 2020-ci il 15 sentyabr tarixli AG-39/20 nömrəli Tikintidə subpodrat müqaviləsi üzrə 6.1-ci bəndinə əsasən, işlərin hər mərhələsinin və yaxud son nəticəsinin qəbulu tərəflərin görülən işlərin təhvil-təslim aktının imzalanması və subpodratçı tərəfindən 2 saylı Formanın təqdim edilməsi ilə təsdiq edilir; 6.2-ci bəndinə görə, Podratçı, Subpodratçı ona işləri tam yerinə yetirməsi haqqında rəsmi məlumat verəndən sonra 10 gün ərzində Subpodratçının iştirakı ilə yerinə yetirilmiş işləri baxıb qəbul etməli, təhvil-təslim aktını imzalayıb, onun bir nüsxəsini Subpodratçıya qaytarmalı və yaxud Subpodratçıya işlərin qəbul olunmasından əsaslandırılmış imtina təqdim etməlidir. Əgər Podratçı həmin müddət ərzində təhvil-təslim aktını imzalamazsa və yaxud əsaslandırılmış imtinanı təqdim etməzsə, işlər Subpodratçı tərəfindən tərtib olunan birtərəfli akt əsasında Podratçı tərəfindən qəbul edilmiş hesab olunacaqdır; 8.2-ci bəndinə əsasən, subpodratçı müqavilədə/əlavədə nəzərdə tutulan müddət ərzində işləri təhvil verməzsə, podratçı hər gecikdirilmiş günə görə işlərin qiymətinin 0,1 faizi məbləğində dəbbə pulu ödənilməsini Subpodratçıdan tələb edə bilər. Lakin cavabdeh subpodratçı həmin işlərin görülməsini təsdiq edən hər hansı sənəd, həmçinin F2-nin təqdim edilməsi barədə heç bir sübut təqdim edə bilməmişdir. Çünki bu işləri görməmiş və müqavilə üzrə öhdəliklərini icra etməmişdir. Əlavə olaraq cavabdehdən təhvil verilməmiş işlərə görə 671.315 manat, 30.000 manat dəbbə pulu və ödənilmiş 500 manat məbləğdə dövlət rüsumu hissədə məhkəmə təmin edilmiş hissəni ləğv etməsini ümumiyyətlə əsasland ırmamış həmçinin yenə də tərəflər arasında müqavilə azadlığına istinad edən tərəflərin iradəsini əks etdirən həmçinin iqtisadi fəaliyyət subyeklərinin münasibətlərini, o cümlədən intizamlığını tələb edən hüquqlarını pozmuşdur.

56. Tərəflər öz sərbəst iradələrinə əsasən müqavilələr və onun şərtlərini razılaşdırmaqla fəaliyyət göstərmişlər. Hazırda həmin müqavilə üzrə nəzərdə tutulmuş bütün öhdəliklər icra edilməli və müqavilə tələblərinə riayət edilməlidir. Məhkəmənin müqavilə qüvvədə olduğu dövrdə onun bəndlərindən kənar qaydalar tətbiq edilməsi qanunaziddir. b) Cavabdehin kassasiya şikayətinin dəlilləri

57. MPM-in 88, 217.3-cü maddələrinin tələbləri pozulmuşdur. İş birinci instansiya məhkəməsinin icraatında olarkən 2022-ci il 6 aprel tarixdə (hazırlıq iclasında) elektron məhkəmə sistemi v asitəsilə birinci instansiya məhkəməsinə iddiaçının Azərbaycan Beynəlxalq Bankına ünvanladığı 2021-ci il 23 iyul tarixli müraciət və məktub, həmçinin Azərbaycan Beynəlxalq Bankının cavabdehə ünvanladığı 2022-ci il 21 fevral tarixli məktub təqdim edilmişdir. Qeyd olunan sənədlər elektron məhkəmə sistemində sənədlər siyahısında 23-cü dür. Lakin birinci instansiya məhkəməsi həmin sənədləri iş materiallarına əlavə etməmiş, qətnamədə də həmin sənədlərə hər-hansı münasibət bildirməmişdir. Apellyasiya instansiyası məhkəməsi isə işin bu halına lazımi hüquqi qiymət verməmiş, qətnaməyə ümumi mülahizələr yazmaqla kifayətlənmişdir. Qeyd olunan sənədlərin məzmunundan görünür ki, iddiaçı Beynəlxalq Banka müraciət edərək cavabdehin tərəflər arasında bağlanmış 15 sentyabr 2020-ci il tarixli müqavilə şər tini pozduğunu, buna görə də 2021-ci il 23 aprel tarixli bank qarantiyası üzrə 433.566 (dörd yüz otuz üç min beş yüz altmış altı) manat pulun iddiaçının bank hesabına ödənilməsini xahiş etmiş, Beynəlxalq Bank həmin məbləği iddiaçının hesabına köçürmüşdür. Lakin, apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilmiş hissəsi olan 289.926 (iki yüz səksən doqquz min doqquz yüz iyirmi altı) manatı 433.566 manatdan çıxmamışdır. İddiaçı Azərbaycan Beynəlxalq Bankına ünvanladığı 2021-ci il 23 iyul tarixli müraciət məktubunda pul tutulmasının əsası kimi müqavilə şərtlərinin pozulması ilə yanaşı xüsusi olaraq 2021-ci il 29 aprel tarixli üzləşmə aktına da istinad edilmişdir. Hansı ki, məhz həmin akta əsasən həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri cavabdehdən 186 ton armatura görə 289.926 (iki yüz səksən doqquz min doqquz yüz iyirmi altı) manat pul tutmuşdur. Belə çıxır ki, iddiaçı üzləşmə aktına əsasən pulu həm bankdan almış, həm də təkrar məhkəməyə müraciət edərək məhkəmə yolu ilə əldə etmək istəyir.

58. Cavabdehdən 186 ton armatura görə 289.926 manatın tutulması da əsassızdır. Belə ki, 2021-ci il 29 aprel tarixli üzləşmə aktı tərəflər arasında həmin dövrdə olan qarşılıqlı etimad əsasında imzalanmış, üzləşmə aktının imzalanmasına səbəb o olmuşdur ki, cavabdehin 186 ton armaturun dəyərini əsas sifarişçidən istəməsi üçün həmin üzləşmə aktı iddiaçıya lazımdır. Sonradan isə iddiaçı həmin üzləşmə aktını cavabdehdən pul tələb etmənin əsası kimi istifadə etmişdir. Bu barədə həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrində cavabdehin direktoru Qanuni nümayəndə 2 ətraflı izahat vermişdir. 59. 186 ton armaturun bir tonunun 1300 manatdan (2022-ci ilin aprel ayında olan qiymətlə) hesablanması da əsassızdır. Belə ki, iddiaçı məhkəməyə müraciət etməzdən bir il əvvəl binalarda dəmir-beton işləri görülmüş, həmin dövrdə armaturun bir tonunun qiyməti hər iki tərəfin imza və möhürlə təsdiq etdiyi qəbul aktlarında 935 manat göstərilmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

60. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

61. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

62. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən yoxlanılacaqdır.

63. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ

64. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müd dəalarında Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. “Maddə

390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan mü qavilələr də bağlaya bilərlər....” “Maddə

399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur....” “Maddə

404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə

478. Qarantiya anlayışı Qarantiyaya əsasən qarant (bank, digər kredit idarəsi və ya sığorta təşkilatı) digər şəxsin (prinsipalın) xahişi ilə prinsipalın kreditoruna (benefisiara) qarantiya öhdəliyinin şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə həmin məbləği ödəyəcəyi barədə yazılı öhdəlik verir. M addə

479. Prinsipialın öhdəliyinin qarantiya ilə təmin edilməsi 479.1. Qarantiya prinsipialın benefisiar qarşısında öhdəliyini (əsas öhdəliyi) lazımınca icra etməsini təmin edir. 479.2. Qarantiya verilməsinə görə prinsipial qaranta şərtləşdirilmiş muzd ödəyir. Maddə

480. Qarantiyanın əsas öhdəlikdən asılı olmaması Qarantın benefisiar qarşısında qarantiya ilə nəzərdə tutulan öhdəliyi müstəqil öhdəlikdir və icrasının təminatı üçün verildiyi əsas öhdəlikdən, hətta qarantiyada bu öhdəliyə istinad edilsə belə, asılı deyildir....” “Maddə

752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....” “Maddə

759. Podrat müqaviləsinin ləğvi 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir...” “Maddə

753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır....” “Maddə

770. Yerinə yetirilmiş işin qəbul edilməsi Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetiri lmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.” Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.

65. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilm iş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “1. Ümumi müddəalar... 1.2. Elektron qaimə-faktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir....”

3. Elektron qaimə-fakturanın tətbiqi və istifadəsi... 3.9. ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi h esab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur....”

66. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “3. Elektron qaimə-fakturanın tətbiqi və istifadəsi... 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaiməfaktura proqram təminatı tərəfindən təsdi q edilir... 3.7. Elektron qaimə-faktura aşağıdakı müddətlərdə təqdim edilir: 3.7.1. malların təqdim edilməsi üzrə mallar göndərilən (verilən) vaxt; 3.7.2. əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 (beş) gün müddətində; 3.7.3. işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 (beş) gün müddətində...”

67. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazların ın əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən as ılı olmayaraq yoxlanılmalıdır.” IV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

68. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tətbiqində və sübutların qiymətləndirilməsində səhvə yol verildiyindən, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 29 iyul tarixli 2-2(103)-685/2021 saylı qətnaməsi qismən – cavabdehdən 186 ton armatura görə 289.926 manat pul tutulması hissəsində ləğv edilərək, iş həmin hissədə yenidən baxılmaq üçün apellyasiya məhkəməsinə göndərilməli, qətnamə digər hissədə dəyişdirilmədən saxlanılmalı, iddiaçının kassasiya şikayəti təmin edilməməli, cavabdehin kassasiya şikayəti isə qismən təmin edilməlidir.

69. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçı birinci instansiya məhkəməsini n qətnaməsini mübahisələndirməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddia tələbinin rədd edildiyi hissədə mübahisələndirmiş, kassasiya şikayətinin dəlilləri isə ümumi ifadələrdən ibarət olmaqla, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normasının pozuntusunun nədə ifadə olunmasına dair konkret dəlillərə istinad olunmamışdır.

70. Birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehdən təhvil verilməmiş işlərə görə 671.315 manat, 30.000 manat dəbbə pulu və ödənilmiş 500 manat məbləğində dövlət rüsumunun tutulması hissəsində ləğv edən apellyasiya məhkəməsi ona istinad etmişdir ki, iddiaçı podrat müqaviləsi üzrə sifarişçi kimi hüququndan istifadə edərək, müqavilənin davamından imtina etsə də, podratçı cavabdehə yerinə yetirilmiş işlərin haqqını da vermişdir. İşin bu halı işdə olan yerinə yetirilmiş işlərin qəbul aktları, elektron qaimələr və ödəniş tapşırıqları ilə təsdiq olunur. Belə ki, adıçəkilən sənədlərin tarix, məbləğ, əsas və təyinatlarını təhlil etdikdə müəyyən olunur ki, əvvəlcə yerinə yetirilmiş işin qəbul aktı tərtib olunmuş, bundan sonra həmin aktda qəbul edilmiş işin ƏDV daxil əks etdirilmiş cəmi məbləğinə uyğun elektron qaimə təqdim olunmuş və sonda tələb olunan məbləğ ödənilmişdir. Subpodrat müqaviləsi üzrə tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika “1. yerinə yetirilmiş işin qəbul aktının tərtib olunması - 2. elektron qaimənin təqdim olunması - 3. ödənişin həyata keçirilməsi” ardıcıllığı (sxemi) üzrə formalaşmış və davam etmişdir. Belə olan halda, iddiaçının, “baxmayaraq ki, cəmi ƏDV daxil 2.953.207 manat məbləğdə pul ödənilmişdir, cavabdeh cəmi ƏDV daxil 671.315 manat məbləğdə işləri görməmiş və təhvil verməmişdir” məzmunda mülahizəsi işin müzakirə olunan halları ilə tam təkzib olunur. Belə ki, 2021-ci ilin mart ayında tikinti meydançasından çıxarılan cavabdehə 2021-ci il 23 iyun tarixədək, həm də 2021-ci il 17 mart 2021-ci il 17 mart - 2021-ci il 23 iyun tarixləri arasında təqdim olunan 6 elektron qaimə üzrə ödəniş həyata keçirdikdən sonra belə bir iddianın irəli sürülməsi inandırıcı deyil.

71. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin ƏDV daxil 671.315 manat məbləğin cavabdehdən tutulması hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə təmin edilməməsi barədə apellyasiya instansiyası məhkəməsi tərəfindən verilmiş bu hüquqi qiymətlən dirmə və gəlinmiş nəticəni qanuni və əsaslı hesab edir və qərarın 37-43-cü paraqraflarında qeyd edilən əsaslarla iddiaçının kasasiya şikayətinin dəlilləri ilə razılaşmır.

72. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi, cavabdeh tərəfindən təhvil verilmiş işlərdə yol verilmiş nöqsanların aradan qaldırılmasına çəkilmiş 193.773 manat məbləğində xərclərin ödənilməsi hissəsində əsassız hesab edilərək təmin edilməmiş, iddiaçı tərəfindən isə məhkəmənin qətnaməsindən müvafiq apelyasiya şikayəti verilməmiş, beləliklə o, məhkəmənin iş üzrə gəldiyi nəticə ilə razılaşmış, apelyasiya şikayətinə verdiyi etirazda isə iddiaçı məhkəmə qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdır.

73. İddiaçının kassasiya şikayətində işə baxıla rkən MPM-in 88, 217-ci maddələrinin pozulduğu qeyd edilsə də bu pozuntuların konkret olaraq özünü nədə ifadə etdiyi əsaslandırılmamış, ümumi sözlərlə, sadəcə normalar sadalanmaqla kifayətlənilmişdir.

74. Cavabdehin kassasiya şikayətinin dəlilləri isə ondan ibarət olmuşdur ki, iddiaçı "xxxx" ASC-yə müraciət edərək, cavabdehin 2020-ci il 15 sentyabr tarixli müqavilə şərtini pozması ilə əlaqədar 2021-ci il 23 aprel tarixli bank qarantiyası üzrə 433.566 manat pulun iddiaçının bank hesabına ödənilməsini xahiş etmiş, bank həmin məbləği iddiaçının hesabına köçürmüşdür. İddiaçı banka ünvanladığı 2021-ci il 23 iyul tarixli müraciət məktubunda pul tutulmasının əsası kimi müqavilə şərtlərinin pozulması ilə yanaşı, 2021-ci il 29 aprel tarixli üzləşmə aktına da istinad etmişdir. Halbuki, məhz həmin akt a əsasən həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri cavabdehdən 186 ton armatura görə 289.926 manat pul tutmuşdur. Belə olan halda, iddiaçı üzləşmə aktına əsasən pulu həm bankdan almış, həm də eyni tələblə təkrar məhkəməyə müraciət etmişdir.

75. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin göstərilən dəlili ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsini 671.315 manat məbləğin cavabdehdən tutulması hissəsində ləğv edib, iddia tələbini bu hissədə təmin etməməklə apelyasiya məhkəməsi o nəticəyə gəlmişdir ki, iddia tələbi yalnız cavabdehdən 186 ton armatura görə 289.926 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslıdır. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş halına görə 2020-ci il 15 sentyabr tarixli AG-39/20 nömrəli “Tikintidə subpodrat müqaviləsi” üzrə 2021-ci ilin əvvəllərindən etibarən tərəflər arasında qarşılıqlı narazılıqlar artmış, həmin ilin fevral ayından cavabdehin tikinti meydançasından kənarlaşdırılması prosesi başlamış, mart ayında isə cavabdeh işləri tamamilə dayandırmış, bununla da iddiaçı müqavilədən imtina etmişdir.

76. Tərəflər arasında üzləşmə aktı isə cavabdeh tikinti meydançasından kənarlaşdırıldıqdan sonra – 2021-ci il 29 aprel tarixində tərtib olunmuş, həmin aktla tərəflər cavabdehin iddiaçıya həmin tarixə yalnız 186 ton armatur və ya hesablaşma gününə olan qiymət nəzərə alınmaqla, həmin miqdarda armaturun dəyəri qədər borcu yarandığını qəbul etmişlər. Həmin üzləşmə aktında cavabdehin iddiaçıya tərəflər arasında bağlanmış müqavilə üzrə hər hansı digər borcunun olduğu qeyd edilməmişdir. 77. "xxxx" ASC-nin 2021-ci il 23 aprel tarixli qarantiya məktubunda isə qeyd olunur ki, bank tərəflər arasında bağlanmış 2020-ci il 15 sentyabr tarixli müqavilə üzrə cavabdehin öhdəliklərinə görə iddiaçıya 433.566 manatdan artıq olmayan məbləğin ödənilməsinə təminat vermiş və Bank qarantiyası üzrə bank tərəfindən iddiaçıya 2021-ci il 29 iyul tarixdə, üzləşmə aktından 3 ay sonra 433.566 manat ödənilmişdir, işin bu hallarını isə tərəflər mübahisələndirmir.

78. Beləliklə, 2020-ci il 15 sentyabr tarixli müqavilə üzrə bank qarantiyası əsasında iddiaçıya ödənilmiş məbləğ apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə iddiaçının xeyrinə tutulması qət edilən məbləğdən artıq olsa da, iddia tələbini digər hissələrdə əsassız hesab edərək təmin etmə yən və üzləşmə aktına və işdəki sübutlara əsasən iddiaçıya yalnız 186 ton armatura görə hesablaşma gününə olan qiymət həddində borcu olduğu nəticəsinə gələn məhkəmənin, sonda bank qarantiyası üzrə ödənilmiş məbləği nəzərə almadan cavabdehdən186 ton armatura görə 289.926 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz.

79. Məhkəmə kollegiyası bir daha qeyd etməyi zəruri hesab edir ki, apelyasiya məhkəməsi iddia tələbini 671.315 manat məbləğdə əsas borc və 30.000 dəbbə pulu hissəsində əsassız hesab edərək rədd etmiş, bununla da cavabdehin iddiaçıya tərəflər arasında bağlanmış müqavilə üzrə 186 ton armaturun dəyərindən başqa digər borcu olmadığı barədə qanuni nəticəyə gəldiyi halda, sonradan həmin nəticəyə zidd mövqedən çıxış edə rək hesab etmişdir ki, bank qarantiyası üzrə iddiaçıya ödənilən 433.566 manat məbləğin iddia tələbinin görülməmiş və təhvil verilməmiş işlər üçün 671.315 manat, 186 ton armatur çatışmazlığı üzrə 289.926 manat, müqavilə üzrə görülən işlər üzrə nöqsanların aradan qaldırılması üçün çəkilmiş xərclər üzrə 193.773 manat, çəkilmiş əlavə nəzarət və digər xərclər üçün 50.000 manat və 433.565 manat dəbbə pulundan hansını əhatə etdiyini cavabdeh göstərməmiş, həmin məbləğ birinci instansiya məhkəməsinin qətnaməsi ilə təmin olunan 991.741 manatdan da 2 dəfə azdır. Odur ki, cavabdeh əsaslandıra bilmir və bu işdən də görünmür ki, 2021-ci il 23 aprel tarixli bank qarantiyası üzrə ödənilən məbləğ hansı borca görə ödənilmişdir və məhz hansı qaydada hesablanaraq hazırkı tələbdən çıxılmalıdır.

80. Məhkəmə k ollegiyası qeyd edir ki, bank tərəfindən cavabdehin ümumilikdə müqavilə üzrə 433.566 manatdan artıq olmayan öhdəlikləri üzrə qarantiya verilmiş, tərəflər arasında imzalanmış üzləşmə aktı da 2020-ci il 15 sentyabr tarixli müqavilə üzrə tərtib olunmaqla, məhkəmələr tərəfindən həmin akt üzrə cavabdehdən iddiaçının xeyrinə 289.926 manat məbləğində pul tutulması qət edilmişdir. Cavabdehin artıq 2021-ci ilin mart ayında tikinti meydançasından kənarlaşdırılmasını, tərəflər arasında tərtib edilən üzləşmə aktı ilə cavabdehin iddiaçıya 186 ton armatur və ya hesablaşma gününə olan qiymət nəzərə alınmaqla, həmin miqdarda armaturun dəyəri qədər borcu olmasının təsdiq olunmasını, iddia tələbinin yalnız həmin üzləşmə aktı ilə təsdiq edilən borc hissəsində əsaslı hesab edilməsini nəzərə alan məhkəmə kolle giyası hesab edir ki, apelyasiya məhkəməsinin iddiaçının xeyrinə tutulması qət edilən məbləğin bank qarantiyası əsasında iddiaçıya ödənilmiş məbləğdən çıxılmaması ilə bağlı gəldiyi nəticə, bu barədə sübutlar düzgün qiymətləndirilmədiyi üçün qanuni və əsaslı hesab edilə bilməz.

81. Məhkəmə kollegiyası bu zaman onu da nəzərə alır ki, iş materiallarına əsasən cavabdehin tərəflər arasında bağlanmış subpodrat müqaviləsi üzrə iddiaçıya hər hansı digər borcunun olduğu müəyyən edilmir.

82. Məhkəmə kollegiyası tərəfindən bu hal Mülki Məcəllənin 385, 478-480, 1091, 1092ci maddələrinin, həmçinin MPM-nin 88 və 217-ci maddələrinin pozuntusu kimi dəyərləndirilir.

83. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar arad an qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı). 84. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenunmunun 31 may 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sü butları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

85. Məhkəmə kollegiyası, cavabdehin kassasiya şikayətinin, 186 ton armaturun bir tonunun 1300 manatdan (2022-ci ilin aprel ayında olan qiymətlə) hesablanmasının əsassız olması”na dair dəlili ilə üzləşmə aktında hesablaşmanın aparıldığı gün mövcud qiymətlər nəzərdə tutulduğu üçün razılaşmır.

86. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya instansiyası məhkəməsi t ərəfindən işə baxılarkən qismən maddi və prosessual hüquq normalarının tətbiqində və sübutların qiymətləndirilməsində səhvə yol verildiyindən, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 29 iyul tarixli 2-2(103)685/2021 saylı qətnaməsi qismən – cavabdehdən 186 ton armatura görə 289.926 manat pul tutulması hissəsində ləğv edilərək, iş həmin hissədə yenidən baxılmaq üçün apellyasiya məhkəməsinə göndərilməli, qətnamə digər hissədə dəyişdirilmədən saxlanılmalı, iddiaçının kassasiya şikayəti təmin edilməməli, cavabdehin kassasiya şikayəti qismən təmin edilməlidir.

87. Göstərilənlərə əsasən və Azərbaycan maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Respublikası MPM-nin 417-419-cu QƏRARA ALDİ:

88. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 2 9 iyul tarixli 2-2(103)-685/2021 saylı qətnaməsi qismən – cavabdehdən 186 ton armatura görə 289.926 manat pul tutulması hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılmaq üçün apellyasiya məhkəməsinə göndərilsin. Qətnamə digər hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçının kassasiya şikayəti təmin edilməsin, Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar