Məhkəmə qərarları › İş №2-2(102)-772/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-772/2022

13.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-772/2022 13.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı X1 Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: icraata xitam edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı x1 Cavabdehnə qarşı pul vəsaitinin qaytarılması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 11 oktyabr tarixli 2-2(103)1007/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İŞİN HALLARİ 1. 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 2018-ci il 29 oktyabr tarixli, 2-2(81)-947/2018 saylı qətnaməsi ilə iddiaçı “Elnur-2" X1 Şirkətinin cavabdeh x1yinə qarşı cavabdehdən 938.676,98 manat vəsaitin, ilk əvvəl 638.676,98 manat həcmində hissəsinin tutulması və qalan 300.000 manat məbləğ hissəsinin isə “Dövlət qəbul Aktından sonra iddiaçının hesabına ödənilməsi barədə iddiası təmin edilmişdir.

2. Qeyd edilən qətnamədən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası tərəfindən 2021-ci il 10 sentyabr tarixli, 2-2(103)-488/2021 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən-iddianın tam təmin edilməsi və qalan 300.000 manat məbləğ hissəsinin Dövlət qəbul Aktından sonra iddiaçını n hesabına ödənilməsi hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə rədd edilmişdir. Qətnamə qalan hissədə, yəni cavabdehdən iddiaçının xeyrinə 638.676,98 manat məbləğində pul vəsaitinin tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 9 mart tarixli, 2-2(102)-75/2022 saylı qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 10 sentyabr tarixli, 2-2(102)-488/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, həmin qərar qəbul edildiyi andan qüvvəyə minmişdir. 4. x1yi Cavabdehnə 2021-ci il 17 dekabr tarixli, 428 nömrəli pretenziya məktubu ünanlayaraq, 633.955,44 manat pul vəsaitinin onun hesabına ödənilməsini xah iş etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı x1yi (bundan sonra-“MN”) 2022-ci il 28 aprel tarixində Cavabdehnə(bundan sonra-“UİKŞ”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə 640.153,43 manat pul vəsaitinin (zərərin) iddiaçının hesablaşma hesabına köçürülməklə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, MN-in H.Əliyev adına Ali Hərbi məktəbinin ərazisində 3000 yerlik müdavim yeməkxanası binasının (qazanxana ilə birlikdə) layihələndirilməsi və tikintisi işlərinin həyata keçirilməsi üçün MN-in Əsaslı Tikinti şöbəsi və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 2013-cü il 27 dekabr tarixində 9.362.312,2 manat dəyərində 54 nömrəli podrat müqaviləsi(bundan sonra-“54 nömrəli podrat müqaviləsi”) bağlanmışdır. Tikinti işlərinin layihələndirilməsi ilə bağlı "xxxx" MMC ilə 140.000 manat dəyərində layihə müqaviləsi bağlandığı üçün tikinti işlərinə bağlanmış 54 nömrəli podrat müqaviləsinə əlavə razılaşma edilmiş və müqavilə dəyəri 140.000 manat azaldılaraq 9.222.312,2 manat təşkil etmişdir. "xxxx" MMC 2015-ci il 16 sentyabr tarixinə kimi obyektdə 2.672.830,87 manat dəyərində tikinti-quraşdırma işlərini icra etmişdir və görülmüş işlərin dəyəri şirkətə tam olaraq ödənilmişdir. Belə ki, şirkət tərəfindən torpağın qazılması, bünövrə hazırlığı, binanın monolit dəmir-beton bünövrəsinin və üç mərtəbədən ibarət binanın monolit dəmir-beton karkasının hazırlanması, dam örtüyü nün keramzitlə istilik izolyasiyası qatının verilməsi, xarici divarların mişar daşı ilə 40 sm enində tikilməsi, daxili arakəsmələrin mişar daşı ilə 19 sm enində qismən tikilməsi və suvanması, monolit dəmir-beton və daş istinad divarlarının tikilməsi işləri icra olunmuşdur. "xxxx" MMC maliyyə təsərrüfat fəaliyyətində çətinliklərin yaranması səbəbindən tikinti üzrə müqavilə öhdəliklərini yerinə yetirə bilmədiyindən 2015-ci il 15 sentyabr tarixində 54 nömrəli podrat müqaviləsinə xitam verilməsi barədə Əsaslı Tikinti şöbəsinə müraciət etmiş və 2015-ci il 16 sentyabr tarixində şirkətlə üzləşmə aktı tərtib olunaraq müqaviləyə xitam verilmişdir. İlkin müqaviləyə xitam verildikdən sonra tikinti işlərinin davam etdirilməsi üçün MN-in Əsaslı Tikinti Şöbəsi və UİKŞ arasında ümumi dəyəri 6.549.481,9 0 manat təşkil edən 2015-ci il 17 sentyabr tarixli 09 nömrəli müqavilə(bundan sonra-“9 nömrəli müqavilə”) bağlanmışdır.

7. Tərəflər arasında bağlanmış 2016-cı il 14 oktyabr tarixli əlavə razılaşmaya əsasən müqavilənin dəyəri 479.455,05 manat azaldılaraq 6.070.026,85 manat məbləğində müəyyən edilmişdir.

8. UİKŞ tərəfindən MN-ə qarşı qaldırılmış “cavabdeh MN-dən 938.676,98 manat vəsaitinin, ilk əvvəl 638.676,98 manat həcmində hissəsinin tutulması və qalan 300.000 manat məbləğ hissəsinin isə Dövlət qəbul Aktından sonra iddiaçı UİKŞ-in hesabına ödənilməsi”nə dair tələbi üzrə çıxarılmış Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 10 aentyabr tarixli, 2-1(103)-488/2021 saylı qətnaməsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-947/2018 saylı qətnaməsindən MN tərəfindən verilmiş apellya siya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsi qətnaməsinin “qalan 300.000 manat məbləğ hissəsinin isə Dövlət qəbul Aktından sonra iddiaçı UİKŞ-in hesabına ödənilməsi” hissəsi ləğv edilmiş, qalan hissədə, yəni “638.676,98 manat həcmində hissəsinin tutulması” hissəsində qətnamə dəyişdirilmədən saxlanılmışdır (bax yuxarıda §§ 1-2)

9. Bakı Apellyasiya Məhkəməsində kommersiya işi üzrə 2021-ci il 10 sentyabr tarixində keçirilmiş məhkəmə iclası zamanı üçüncü şəxs Azərbaycan Respublikası Hesablama Palatasının nümayəndəsi tərəfindən iş üzrə keçirilmiş ekspertizanın rəyi ilə bağlı təqdim edilmiş etirazdan tikinti obyekti üzrə ilkin iş həcmlərinin bir hissəsinin "xxxx" MMC tərəfindən görülməsinə baxmayaraq, bu işlərin UİKŞ-in gördüyü iş həcmlərinə əsassız olaraq daxil edilməsi (“Fo rma 2” aktları əsasında sənədləşdirilməsi) və şirkət tərəfindən görülmədiyi işlərin əvəzinə dövlət vəsaitinin alınması məlum olmuşdur.

10. Məlumat əsasında toplanmış sənədlərdən aşağıdakılar müəyyən edilmişdir: - Şirkət tərəfindən 2015-ci ilin oktyabrında tərtib olunmuş “Forma-2” aktının 13-23, 34-42, 44-46, 51-53 və 68-70 bəndlərində əks olunan bünövrə altının kipləşdirilməsi, çınqıl qatının verilməsi, beton hazırlıq qatı, bünövrə altının izolyasiyası və sement məhlulu ilə hamarlanması, monolit dəmirbeton sütunların və rigellərin betonlanması, monolit dəmir-beton örtük tavasının betonlanması, pilləkən qəfəsəsi və lift şaxtasının betonlanması işləri şirkət tərəfindən görülmədiyi halda, iş həcmi olaraq göstərilmişdir.

11. Yeməkxana binasının dəmir-beton karkasının hazırlanması və fasad diva rlarının tikilməsi "xxxx" MMC tərəfindən icra olunduqdan sonra UİKŞ tərəfindən yuxarıda qeyd olunmuş işlərin icra olunması mümkün deyildir. Yəni inşa olunmuş üç mərtəbəli binanın bünövrəsinin tikintisindən sonra altının kipləşdirilməsi, altına çınqıl, beton, armatur yerləşdirilməsi, izolyasiya olunması, dəmir-beton karkasının hazırlanması və fasad divarlarının tikilməsindən sonra istilik izolyasiya qatı verilmiş mövcüd dam örtüyünün betonlanması işləri Cavabdeh tərəfindən icra oluna bilməzdi.

12. Bu işlərə görə 2015-ci il oktyabrda tərtib olunmuş “Forma-2” aktı ilə və 2015-ci il 20 oktyabr tarixli 254 nömrəli bildiriş sənədi ilə şirkətə əsassız olaraq 406.670,43 manat (məbləğ 2015-ci ilə keçid əmsalları ilə hesablanmışdır) dövlət vəsaiti ödənilmişdir.

13. Əlavə olaraq, noyabr 2015-ci ildə təqdim olunmuş “Forma-2” aktının 4-cü bəndində, dekabr 2015-ci ildə təqdim olunmuş “Forma-2” aktının 4 və 10-cu bəndlərində əks olunmuş 2833 m sahədə dam örtüyünə çınqıl ilə hopdurulmuş 3 qat ruberoid qatının çəkilməsi işi ümumiyyətlə olunmadığından 2015-ci il 24 noyabr tarixli 296 nömrəli və 2015-ci il 11 dekabr tarixli 315 nömrəli bildiriş sənədləri ilə 104.002 manat (məbləğ 2015-ci ilə keçid əmsalları ilə hesablanmışdır) maliyyə vəsaiti UİKŞ-ə əsassız olaraq ödənilmişdir. Mərkəzləşmiş ventilyasiya və kondisionerləşmə sisteminin quraşdırılması işləri üzrə 2016-cı ilin aprelində tərtib olunmuş “Forma-2” aktının 53 və 54-cü bəndlərində əks olunmuş havalandırma borularının sinklənmiş polad vərəqlərdən izolyasiya olunması işi icra olunmamışdır. Bu işlərin bazis qiyməti 453,76 manat təşkil ed ir ki, bu qiyməti 2015-ci ilə keçid əmsalları ilə hesabladıqda 86.411 manat maliyyə vəsaitinin UİKŞ-ə artıq ödənildiyi aşkar edilir. Müvəqqəti bina və qurğuların quraşdırılması üzrə 2016-cı ilin iyun ayında tərtib olunmuş “Forma-2” aktının 74, 82 və 103-cü bəndlərində əks olunmuş hazır ofis binasının quraşdırılması (konteyner tipli ofis binası) 17.700 manat, anbar binasının quraşdırılması (anbar binası) 19.352 manat və yığma metal karkaslı talvarın quraşdırılması (metal talvar) 6.018 manat olmaqla, obyektdə iş yekunlaşdıqdan sonra şirkət tərəfindən geri götürülməsinə baxmayaraq, qeyd olunan müvəqqəti bina və qurğuların məbləği, bu bina və qurğulara görə ancaq amortizasiya və daşınma xərcləri şirkətə ödənilməli olduğu halda, 2016-cı il 11 avqust tarixli 88 nömrəli bildiriş sənədi tam olar aq ödənilmişdir. Göstərilənlər əsasında UİKŞ tərəfindən MN-ə qaytarılmalı olan pul vəsaiti (zərər) cəmi 640.153,43 manat təşkil edir.

14. Tələbin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“Mülki Məcəllə”) 14.2.1, 14.2.6, 21, 385, 386.1, 425-ci maddələrinə istinad edilmişdir.

15. Cavabdehin qanuni təmsilçisi 2022-ci il 1 iyun tarixində məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət edərək, iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsini xahiş etmişlər.

16. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 19 avqust tarixli, e-2-2(113)-2542/2022 saylı qərardadı ilə iş üzrə icraata xitam verilmişdir(hakim - Z.Axundova).

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, UİKŞ MN-ə qarşı 54 nömrəli müqavilə üzrə ü zərinə götürdüyü öhdəliklərini icra etməməsi ilə əlaqədar müqavilə üzrə müəyyən edilmiş ödəniləcək məbləğdən qalıq qalan borc məbləğinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmiş və son olaraq iddiası qismən təmin edilmiş, yekun məhkəmə aktı qanuni qüvvəyə minmişdir(bax yuxarıda §§ 1-3).

18. Hazırkı iş üzrə isə iddiaçı MN məhkəməyə cavabdeh UİKŞ-ə qarşı 54 nömrəli müqavilə üzrə artıq ödənilmiş vəsaitin (640.153,43 manat) qaytarılması tələbi ilə müraciət etmişdir.

19. Tərəflər arasında bağlanmış 2015-ci il 17 sentyabr tarixli 09 saylı müqavilədən irəli gələn mübahisəyə mahiyyəti üzrə baxılaraq yekun qərar qəbul edilmiş (Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 9 mart tarixli, 2-2(102)75/2022 saylı qərarı (bax yuxarıda § 3)) və sözügedən qərar qəbul edildiyi andan qüvvəyə minmişdir. Hazırda iddia tələbləri fərqli formada ifadə olunsa da, zahiri baxımdan fərqlənsə də, məhkəmə qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malik olmasını, işlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılmasının mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola biləcəyini nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iş üzrə icraata xitam verilməlidir.

20. Məhkəmə gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 261.0.2, 262.1, 262.4, 262.5-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları tərəfindən qəbul edilmiş “əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 2022-ci il 14 iyun tarixli, 02/2022 nömrəli qərardadının 37, 38, 40, 41, 43-cü bəndlərinə istinad etməklə əsaslandırmışdır.

21. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayətdə qərardadın ləğv edilməsi və kommersiya işinə mahiyyəti üzrə baxılması barədə qərardad çıxarılması xahiş edilmişdir.

22. Həmin şikayətə MPM-nin 269-cu maddəsinin tələbləri qaydasında Bakı Kommersiya Məhkəməsi tərəfindən baxılmış, həmin məhkəmənin 2022-ci il 15 sentyabr tarixli, e-2-2(113)2542/2022 saylı qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya məhkəməsinə göndərilmişdir (hakim Z.Axundova). b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

23. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 11 oktyabr tarixli, 2-2(103)-1007/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş, birinci instansiya məhkəməsinin 2022-ci il 19 avqust tarixli 2-2(113)-2542/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim R.Qurbanov, hakimlər- V.Məmmədov və V.Baxışova).

24. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə (bax yuxarı §§ 18-20) razılaşaraq göstərmişdir ki, gəlinən nəticə Mülki Prosessual Məcəllənin tələblərinə uyğundur, şikayətin dəlilləri isə əsassızdır.

25. Belə ki, mülki prosesdə iddianın predmetini iddiaçının məhkəmədən baxıl masını və həll olunmasını xahiş etdiyi maddi hüquqi tələb təşkil edir. İddianın əsasını isə irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın “faktiki tərkibi” adlanan faktların məcmusundan ibarət olur.

26. Hazırki iddianın əsasını aşağıdakı hüquqi faktlar təşkil edir;

1. Tərəflər arasında 54 nömrəli podrat müqaviləsi bağlanmış;

2. Podratçı UİKŞ həmin müqavilə üzrə öz öhdəliklərini (podrat işlərinin yerinə yetirməsi) lazımınca icra etməmiş;

3. Bunun nəticəsində sifarişçi MN-ə zərər dəymişdir.

27. İddianın predmetini isə podratçı UİKŞ tərəfindən həmin podrat müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərinin laz ımınca icra etməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi təşkil edir.

28. Bununla yanaşı, tərəflər arasında olan digər mübahisə üzrə qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 10 sentyabr tarixli, 2- 2(102)488/2021 nömrəli qətnaməsindən müəyyən edilir ki, iddiaçı UİKŞ cavabdeh MN-ə qarşı iddia qaldıraraq, tərəflər arasında bağlanmış 54 nömrəli podrat müqaviləsi üzrə cavabdehin öz üzərinə götürdüyü öhdəliklərini icra etməməsi ilə əlaqədar həmin müqavilə üzrə müəyyən edilmiş ödəniləcək məbləğdən qalıq qalan borc məbləğinin ödənilməsini xahiş etmişdir.

29. Həmin iddianın əsasını aşağıdakı hüquqi faktlar təşkil etmişdir: 1) Tərəflər arasında 54 nömrəli podrat müqaviləsi bağlanmış, 2) Podratçı UİKŞ həmin müqavilə üzrə öz öhdəliklərini (podrat işl ərinin yerinə yetirməsi) icra etmiş; 3)Sifarişçi MN həmin müqavilə üzrə öz öhdəliklərini (muzdun ödənilməsi) tam icra etməmişdir.

30. Həmin iddianın predmetini isə sifarişçi MN tərəfindən podrat müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərinin (muzdun ödənilməsi) icra edilməsi təşkil etmişdir.

31. Həmin mübahisəyə baxılarkən, tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi hallar nəzərə alınaraq aşağıdakı hallar araşdırılmışdır: 1) Tərəflər arasında 54 nömrəli podrat müqaviləsinin bağlanıb-bağlanılmaması; 2) Podratçı UİKŞ tərəfindən həmin müqavilə üzrə üzərinə götürdüyü podrat işlərinin yerinə yetirməsi öhdəliklərinin icra edib-etməmə, 3) Sifarişçi MN tərəfindən həmin müqavilə üzrə üzərinə götürdüyü muzdun ödənilməsi öhdəliklərinin tam icra edib-etməməsi.

32. Mübahisəni həll ed ən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında etibarlı podrat müqaviləsi (54 nömrəli) bağlanıb, podratçı “UİKŞ həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri qismən icra edib, sifarişçi MN isə həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam icra etməyib və ödənilməli olan, lakin ödənilməyən muzdun məbləği 638.676,98 manat təşkil edir.

33. Həmçinin, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, həmin müqavilə üzrə 2015-ci ilin sentyabr ayından 2017-ci ilin may ayına qədər olan dövrdə podratçı olan iddiaçı tərəfindən 6.070.026,85 manat dəyərində tikinti işlərinin yerinə yetirilməsi, sifarişçi olan cavabdeh tərəfindən cəmi 5.131.349,87 manat məbləğində pul vəsaitinin ödənilməsi və ödənilməli olan qalıq məbləğin 938.676,98 manat təşkil etməsi isə hər iki tərəfin möhür və imzaları ilə təsdiq edilmiş “Yerinə yetirilmiş podrat işlərinin və xərclərinin müqavilə qiyməti ilə dəyərinə aid” Arayışlar (Forma № 3) və 2017-ci il 3 may tarixli üzləşmə aktı ilə təsdiq olunur.

34. Hazırda isə iddiaçı həmin sənədlərin düzgün tərtib edilmədiyinə, aktlarda göstərilən bəzi işlərin digər şirkət tərəfindən yerinə yetirildiyinə, bəzi işlərin isə ümumiyyətlə yerinə yetirilmədiyinə istinad edərək, həmin işlərin dəyərini zərər kimi ödənilməsi barədə iddia irəli sürmüşdür.

35. Halbuki, Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

36. Apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilənlərə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 2007-ci il 13 fevral tarixli və G.İsmayılzadənin şikayəti üzrə 2016-cı il 29 noyabr tarixli qərarlarında, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları tərəfindən qəbul edilmiş “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 2022-ci il 14 iyun tarixli, 02/2022 nömrəli qərardadının 40, 41-ci bəndlərində ifadə olunmuş hüquqi mövqelərə istinad etməklə belə qənaətə gəlmişdir ki, 54 nömrəli podrat müqaviləsinin icrası ilə bağlı eyni tərəflər arasında, eyni mübahisə predmeti və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğuna görə iş üzrə icraata MPM-nin 261.0.2-ci maddəsinin tələblərinə görə xitam verilməlidir.

37. İddiaçı tərəfindən həmin qərardaddan verilmiş kassasiya şikayətində qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 ve 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 27 avqust tarixli qərarı; «M.Bağırovun şikayəti üzrə AR Ali Məhkəməsi MİÜMK -nın 04/05/07-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Konstitusiya Məhkəməsi Plenumunun qərarı- üzrə: Qərardadda göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə icraata xitam verilməsinə dair nəticəsi üzrə aşağıdakılar qeyd edilməlidir: UİKŞ-in MN-ə qarşı qaldırılmış “cavabdeh Nazirlikdən 938.676,98 manat vəsaitinin, ilk əvvəl 638.676,98 manat həcmində hissəsinin tutulması və qalan 300.000,0 manat məbləğ hissəsinin isə Dövlət qəbul Aktından sonra iddiaçı Şirkətin hesabına ödənilməsi”nə dair tələbi tərəflər arasında 2015-ci il 17 sentyabr tarixində bağlanmış 09 nömrəli müqavilənin şərtlərinin cavabdeh tərəfindən yerinə yetirilməməsi əsası ilə irəli sürülmüşdür. Qeyd olunan əsasla başlanılmış 2-1(81)-947/2018 saylı iş üzrə tələbin predmeti - “cavabdeh Nazirlikdən 938.676,98 manat vəsaitinin, ilk əvvəl 638.676,98 manat həcmində hissəsinin tutulması və qalan 300.000,0 manat məbləğ hissəsinin isə Dövlət qəbul Aktından sonra iddiaçı Şirkətin hesabına ödənilməsi”, tələbin əsası isə müqavilə üzrə müəyyən edilmiş həcmdə işlərin yerinə yetirildiyinə baxmayaraq əvəzinə pul vəsaitinin ödənilməməsi olmuşdur.

39. Bu fakt, işə mahiyyəti üzrə baxan və kassasiya instansiyası məhkəməsi tərəfindən qüvvədə saxlanılmış Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2-2(103)488/2021 saylı 2021-ci il 10 sentyabr tarixli qətnaməsinin “Həmin müqavilə üzrə 2015-ci ilin sentyabr ayından 2017-ci ilin may ayına qədər olan dövrdə podratçı olan iddiaçı tərəfindən 6.070.026,85 manat dəyərində tikinti işlərinin yerinə yetirilməs i, sifarişçi olan cavabdeh tərəfindən cəmi 5.131.349,87 manat məbləğində pul vəsaitinin ödənilməsi və ödənilməli olan qalıq məbləğin 938.676,98 manat təşkil etməsi isə hər iki tərəfin möhür və imzaları ilə təsdiq edilmiş “Yerinə yetirilmiş podrat işlərinin və xərclərinin müqavilə qiyməti ilə dəyərinə aid” Arayışlar (Forma № 3) və 2017-ci il 3 may tarixli üzləşmə aktı ilə təsdiq olunur.” İfadələrində əks olunmuş hüquqi mövqeyi ilə təsdiq olunur.

40. Bundan fərqli olaraq e-2-2(113)-2542/2022 nömrəli kommersiya işi üzrə tələbin predmeti-640.153,43 manat pul vəsaitinin (zərərin) MN-in hesablaşma hesabına qaytarılması, tələbin əsası isə UİKŞ-in 9 nömrəli müqavilənin icrası zamanı faktiki olaraq "xxxx" MMC tərəfindən görülmüş işlərin UİKŞ-in gördüyü iş həcmlərinə əsassız olaraq daxil edilməsi və şirkət tərəfindən görülmədiyi işlərin əvəzinə dövlət vəsaitin alınmasıdır.

41. Göründüyü kimi, 2-1(81)-947/2018 və e-2-2(113)-2542/2022 saylı işlər üzrə məhkəmə çəkişmələri eyni tərəflər arasında olsa da, göstərilən işlərin tələblərdə olan predmetlər və əsaslar fərqlidir. Məhkəmələr iddianın predmetini araşdırmadan, əsassız olaraq Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsini tətbiq etmişdir.

42. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları tərəfindən qəbul edilmiş “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 2022-ci il 14 iyun tarixli, 02/2022 nömrəli qərardad və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli 4 saylı Qərarının 2.2-ci bəndi üzrə- e-2-2(113)-2542/2022 saylı iş üzrə icraata xitam vermiş Bakı Kommersiya Məhkəməsinin və onun qərardadını əsaslı hesab edən Bakı Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları tərəfindən qəbul edilmiş sözügedən 2022-ci il 14 iyun tarixli, 02/2022 nömrəli qərardada istinadı və tətbiq edilməsi yolverilməz idi. Belə ki, MN-nin e-2-2(113)-2542/2022 nömrəli kommersiya işi üzrə tələbi, cavabdehlə bağlanmış 9 nömrəli müqaviləyə (əqdə) əsaslansa da, əqdin etibarsız hesab edilməsinə yönəlməmişdir. 9 nömrəli müqavilənin qanuniliyi və etibarlığı tərəfimizdən mübahisələndirilməmişdir. İddia ərizəsində müqavilənin etibarlığın ilə bağlı tələb və ya hərhansı qeyd mövcud deyil. Tələbin predmeti-640.153,43 manat pul vəsaitinin (zərərin) Müdafiə Nazirliyinin hesablaşma hesabına qaytarılmasıdır. Göstərilənlərə hüquqi qiymətin verilməməsi əsası ilə mübahisələndirilən qərardad ləğv edilməlidir.

43. Ali Məhkəmənin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli 4 saylı Qərarının 2.4-cü bəndi üzrə: apellyasiya instansiyası məhkəməsi MN-in hazırki iddia tələbinin və əsaslarının 2-2(103)-488/2021 nömrəli iş üzrə iddia tələbi və əsası ilə eyni olması kimi qanunsuz olaraq qiymətləndirməklə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” Qərarının tələblərini pozmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli 4 saylı Qərarının 2.4-cü bəndinə uyğun olaraq qət namə o vaxt əsaslı hesab edilir ki, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MN-in iddia ərizəsində kommersiya işinə əlavə olunmuş 2022-ci il 8 iyul tarixli, 11/2516 nömrəli vəsatətdə və nümayəndəsinin məhkəmə çıxışlarında iddianın predmeti və əsası aşağıdakıdır: “cavabdehin tikinti obyekti üzrə ilkin iş həcmlərinin bir hissəsinin "xxxx" MMC tərəfindən görülməsinə baxmayaraq, bu işlərin özünün gördüyü iş həcmlərinə əsassız olaraq daxil edilməsi və görmədiyi işlərin əvəzinə dövlət vəsaitinin alınması nəticəsində dəymiş zərərin (640.153,43 manat) qaytarılması”. Qərardadda işin hallarına uyğun olmayan, təhrif olunmuş məlumatların göstərilməsi nəticəsində məhkəmə əsassız və qanunsuz qərardad qəbul etmişdir.

44. Mülki Prosessual Məcəllənin 385.1.1-ci və 390-cı maddələri üzrə: Birinci instansiya məhkəməsinin qərardadında işin hallarına uyğun olmayan, səhv olan “... tərəflər arasında bağlanmış 54 nömrəli müqavilədən irəli gələn mübahisəyə mahiyyəti üzrə baxılaraq yekun qərar qəbul edilmiş (Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası 2022ci il 9 mart tarixli, 2-2(102)-75/2022 saylı qərar) və sözügedən qərar qəbul edildiyi andan qüvvəyə minmişdir.” dəlilinə hüquqi qiymət verilməmiş, habelə apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərardadda işin hallarına uyğun olmayan “... kollegiya hesab edir ki, 54 nömrəli podrat müqaviləsinin icrası ilə bağlı eyni tərəflər arasında, eyni mübahisə predmeti və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğuna görə iş üzrə icraata xitam verilməlidir.” hüquqi mövqeyi irəli sürülmüş, Mülki Prosessual Məcəllənin 390-cı maddəsini tətbiq edilməmiş, həmin Məcəllənin 385.1.1-ci maddəsini pozulmuşdur. MN ilə UİKŞ arasında 54 nömrəli müqavilə bağlanmamışdır. Tərəflər arasında 9 nömrəli müqavilə mövcuddur. Məhkəmələrin işin hallarına uyğun olmayan və səhv məlumatlar əsasında məhkəmə aktlarının çıxarılması, mübahisələndirdiyimiz qərardadların əsassız olmasının sübutudur. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

45. Cavabdehin kassasiya şikayətinə qarşı etirazında göstərilmişdir ki, MN-in adından təqdim olunan kassasiya şikayətini 3.7, 3.7.1, 3.7,2-ci və 11.1-ci bəndlərindən görünür ki, kassasiya şikayətini imza edən nümayəndəyə etibarnaməni Müdafiə Nazirliyin Hüquq İdarəsinin rəisi verib. Qüvvədə olan qanunvericiliyə əsasən hüquqi şəxs adından etibarnamə vermək səlah iyyəti hüquqi şəxsin rəhbəri, yaxud rəhbərin imzaladığı sərəncam əsasında hüquqi şəxsin müavinlərdən kiməsə bu səlahiyyət həvalə oluna bilər. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 49, 49-1 və 54-cü maddələrin tələbləri baxımından hüquqi şəxslər qanunvericiliyə (hərbi qanunvericilik və MN ilə əlaqədar digər normativ aktlar baxımından) uyğun olaraq öz orqanları vasitəsilə Mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. MN-in Hüquq İdarəsinin Nazirliyinin adından nümayəndəyə etibarnamə vermək səlahiyyəti yoxdur. Ona görə də, kassasiya şikayəti hüquqi olmayan şəxs tərəfindən verildiyi, imzalandığı üçün Mülki Prosessual Məcəllənin 408-ci maddəsinə əsasən geri qaytarılmalıdır.

46. MN-in Əsaslı Tikinti İdarəsi, 2013-cü il 27 dekabr tarixində "Dizayn Constraction” MMC ilə H. Əliyev adına Ali Hərbi məktəbin ərazisində 3000 yerlik müdavim yeməkxana binasının tikintisinə dair podrat müqaviləsi bağlanmışdır. Bu müqavilə ilə əlaqədar 2014-cü il 27 may tarixində tərəflər arasında əlavə razılaşma rəsmiləşdirilmişdir. Razılaşmaya əsasən tərəflər qeyd olunan tikinti işlərim yerinə yetirilməsi üçün müqavilənin ümumi dəyərini 9.222.312,20 manat həcmində müəyyən ediblər. Müqavilə üzrə podratçı tərəfindən 2015-ci il 1 iyul tarixinə qədər 2.672.830,87 manatlıq iş icra edilmişdir. Tərəflər arasında müqaviləyə 2015-ci ildə xitam verilmişdir. Tərəflər arasında müqaviləyə xitam verildikdən sonra, MN-in Əsaslı Tikinti İdarəsi 54 nömrəli müqavilə, digər sənədlər və ekspertrəyləri əsasında podrat müqaviləsi üzrə yerinə yetirilməmiş işlərin ümumi həcminin 6.549.481,53 manat olmasın ı qəbul etmişdir. 54 saylı müqavilə üzrə podrat müqaviləsi əsasında müəyyən olunmuş iş həcmlərinin icra edilməmiş 6.549.481,90 manat həcmində tikinti işlərin davanı etdirilməsi məqsədilə, 2015-ci il 17 sentyabr tarixdə cavabdeh (sifarişçi) təşkilat ilə, UİKŞ arasında 9 nömrəli müqavilə bağlanmışdır. Podrat müqaviləsi əsasında UİKŞ tərəfindən ilkin 54 saylı podrat müqaviləsi üzrə icra edilməli olan, H.Əliyev adına Ali Hərbi məktəbin ərazisində 3000 yerlik müdavim yeməkxanası binasını qazanxana ilə birlikdə tikinti işlərin davam etdirilməsini tərəflər müqavilə qaydasında razılaşıblar.

47. UİKŞ müqavilə üzrə qeyd olunan tikinti işlərini 2016-cı il 1 sentyabr tarixinə icra etməklə, obyekt istismara qəbu edilmişdir. Cavabdeh qeyd olunan müqavilələrdən irəli gələn öhdəliklərini icra etmədiyi üçü n, UİKŞ cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Müqavilədən irəli gələn eyni predmet və eyni əsasla əlaqədar olmuş işə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin 2018-ci il 29 oktyabr tarixli 947 saylı qətnaməsi, Bakı Apellyasiya Məhkəməsinin 2019-cu il 12 mart tarixli 58, 2019-cu il 7 noyabr tarixli 659 saylı və 2020-ci il 8 iyun tarixli 488 saylı (qüvvədədir) qətnaməsi qəbul edilmişdir. Eyni zamanda qeyd olunan mübahisəli məsələyə dair Ali Məhkəmə tərəfindən 2019-cu il 3 iyul tarixində 279 nömrəli, 2021-ci il 16 fevral tarixli 07 nömrəli və sonuncu 2022-ci il 9 mart tarixində 75 saylı qərar qəbul edilmişdir (İşin materiallarına əlavə edilib).

48. Bununlada Ali Məhkəmə tərəfindən eyni tərəflər arasında eyni predmetlə əlaqədar olan 2015-ci il 17 sentyabr tarixli 09 nömrəli müqavilədən irəli gələn öhdəlik üzrə yekun qərar qəbul edildikdən sonra, qərar qüvvəyə minmiş və icraya yönəldilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə sübut olunur ki, MN tərəfindən təqdim olunmuş hazırkı iş üzrə iddia ərizəsi əsasında UİKŞ-dən 9 nömrəli müqavilə üzrə görülmüş işlər üzrə guya artıq ödənilmiş məbləğin qaytarılması barədə qətnamə çıxarılmasını xahiş edir.

49. Nəzərə alınmalıdır ki, hazırkı və əvvəlki iddia tələbi eyni müqavilədən irəli gələn pul məbləği ilə əlaqədardır. Qanuni qüvvə almış məhkəmə aktları (MN-in 2016-ci il tarixli üzləşmə aktı, Ekspert rəyləri və sair) ilə təsdiq olunub ki, MN-in Əsaslı Tikinti İdarəsi UİKŞ-ə müqavilə üzrə icra edilmiş işlər üzrə borcludur. MN-in təqdim etdiyi hazırkı iddia ərizəsi əsasında məhkəmədən xahiş olunur ki, ey ni müqavilə və eyni tikinti işləri üzrə artıq ödədikləri məbləğ hesablarına qaytarılsın.

50. Qeyd olunanları Ali Məhkəmənin Mülki və Kommersiya Kollegiyaların 2022-ci il 14 iyun tarixli qərardadı ilə müəyyən olunan hüquqi mövqe nəzərə alınmaqla, Bakı Kommersiya Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qərarlar qanuni və əsaslı olduğundan kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması xahiş olunur. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

51. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələb lərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

52. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində MPM-in 403 və 416-cı maddələrinin tələbləri baxımından məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

53. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ

54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

233. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi... 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər....” “Maddə

261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir:... 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflə rin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa;...” “Maddə

262. İcraata xitam verilmə qaydası və nəticələri 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.... 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər.

55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 2007-ci il 13 fevral tarixli və G.İsmayılzadənin şikayəti üzrə 2016-cı il 29 noyabr tarixli qərarlarında qeyd edilmişdir ki, Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilə n maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər-hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İşlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər.

56. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları tərəfindən qəbul edilmiş “əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatd a həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 2022-ci il 14 iyun tarixli, 02/2022 nömrəli qərardadının müvafiq bəndlərində qeyd edilmişdir ki, 37-ci bəndində qeyd edilmişdir ki, əqdə əsaslanan iddia tələbinə mahiyyəti üzrə qiymət verildikdən sonra, eyni tərəflər arasında müvafiq iddianın əsasını təşkil etmiş həmin əqdin etibarsız hesab edilməsi barədə ayrıca iddiaya baxılması mülki prosessual qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. 38-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 avqust 2012-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə, mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür, iddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən, bütövlükdə hüquq münasibətlərini aid etmək olar... iddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir, iddianın obyekti - iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri- yaşayış sahəsi, sair konkret əmlak, iddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. 40-cı bəndində qeyd edilmişdir ki, iddianın predmeti iddia ərizəsinə əsasən tələb edilənlərlə məhdudlaşmayaraq, irəli sürülmüş tələblə ehtiva olunan və ona mahiyyəti üzrə baxılıb əsaslandırılmış qiymətin verilməsi üçün zəruri olan hüquq münasibətlərini də əhatə edir. Belə ki, iddianın predmeti, barəsində qərar qəbul olunması xahiş edilən subyektiv hüquq olduğu üçün iddianın obyektinə aid olan konkret hərəkətlərin yerinə yetirilməsi, əşyaların alınıb verilməsi kimi tələblərlə eyniləşdirilməməlidir. Ayrı-ayrı iddia tələblərinin fərqli formada ifadə olunması və ya zahiri baxımdan fərqlənməsi iddianın predmetinin fərqli olması qənaətinə gəlmək üçün əsas ola bilməz. Odur ki, oxşar iddia tələblərinin eyni predmetli olub-olmamasının müəyyənləşdirilməsi üçün həmin tələblərə iddiaçının subyektiv hüququ, onun qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətləri baxımından kompleks şəkildə qiymət verilməlidir. 41-ci bəndində qeyd edilmişdir ki, təsadüfi deyildir ki, MPM-in 261.0.2-ci maddəsi iş üzrə icraata xitam verilməsi üçün eyni tərəflər arasında, eyni tələb deyil, məhz eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasını yetərli hesab edir. 43 -cü bəndində qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 13 fevral 2007-ci il tarixli və G.İsmayılzadənin şikayəti üzrə 29 noyabr 2016-cı il tarixli qərarlarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndiriiən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər-hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İşlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatınd a baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

57. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi)

58. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, həmin dəlillər apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Məhkəmə kollegiyası iddiaçının dəlillərinə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxara q verdiyi hüquqi qiymətləndirmə və hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda § 25-37) və həmin qiymətləndirmənin təkrarən qeyd edilməsinə zərurət görmür.

59. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi nəticəsinə gəlinərkən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 2022-ci il 14 iyun tarixli qərardadının 40 və 41-ci bəndlərinə, eləcə də Azərba ycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 2007-ci il 13 fevral tarixli və G.İsmayılzadənin şikayəti üzrə 2016-cı il 29 noyabr tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelərə istinad əsaslı olmuşdur.

60. İddiaçının kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əməl edilmiş, işdəki sübutlar prosessual qanunverici liyin tələblərinə uyğun olaraq qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

61. Məhkəmə kollegiyası hazırki tərəflərin iştirak etdiyi məhkəmə aktları ilə müəyyən edilən halları, eləcə də mübahisənin 2015-ci il 17 sentyabr tarixli müqavilədən yaranmasını nəzərə alaraq, apellyasiya məhkəməsinin qərardadında tərəflər arasında bağlanmış müqavilənin tarixinin «2013-cü il 27 dekabr kimi» göstərilməsini texniki yanlışlıq kimi qiymətləndirir və bu hal prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmiş qərardadın ləğvi üçün əsas deyil.

62. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, qərardad dəyişdirilmədən saxlan malı, kassasiya şikayəti isə təmin edlməməlidir.

63. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 11 oktyabr tarixli, 22(103)-1007/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: B.F.Qəribov V.T.Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar