Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-790/2022 02.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının İddiaçının Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının hakimləri Dadaşov İlqar Ağababaş oğlu, Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinin ləğvi, torpaq sahəsi üzərindəki qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə qaytarılması” tələblərinə dair iş üzrə Şəki Kommersiya Məhkəməsinin 2022-ci il 15 noyabr tarixli 2-2(117)-1670/2 022 saylı qərardadına əsasən, Ağsu Rayon Məhkəməsi ilə Şəki Kommersiya Məhkəməsi arasında məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məsələ üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan aşağıdakı qərarı qəbul etdi. İ. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Ağsu rayonu, Kalva kəndində.... (bundan sonra – “iddiaçı”) 4 ha kənd təsərrüfati təyinatlı (örüş otlaq) torpaq sahəsi 2018-ci il 30 oktyabr tarixli 3M-109 saylı icarə müqaviləsi ilə 15 il müddətinə Cavabdehə (bundan sonra – “cavabdeh”) icarəyə verilmiş. Daşınmaz əmlakın dövlət r eyestrində 51 nömrəli reyestr kitabının 70 nömrəli vərəqində qeydiyyata alınmışdır.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinin Kalva bələdiyyəsinə 2020-ci il 10 sentyabr, 2021-ci il 22 yanvar, 2021-ci il 25 fevral, 2021-ci il 18 iyun tarixli tövsiyyə məktublarından görünür ki, bələdiyyə mülkiyyətinə aid torpaqlardan istifadə edərkən məqsədli təyinatına uyğun istifadə edilməsi və müəyyən olunmuş faktlar arasında müvafiq qanunauyğun tədbirlərin həyata keçirilməsi tövsiyyə edilmiş, bu tövsiyyənin 15 gün ərzində Bələdiyyə iclasında müzakirə edilməsi və qəbul edilmiş qərarın bir surətinin Göyçay regional ədliyyə idarəsinə göndərilməsi tapşırılmışdır.
3. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Fiziki şəxslərin vergi uçotu haqqında ********** qeydiyya t nömrəli Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 4 saylı Ərazi Vergilər İdarəsində 2020-ci il 6 may tarixdə qeydiyyata alınmışdır. İİ. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Ağsu Rayon Məhkəməsindəki icraat
4. İddiaçı 2022-ci il 20 may tarixində cavabdehə qarşı iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət edərək, 2018-ci il 30 oktyabr tarixli 3M-109 saylı icarə müqaviləsinin ləğvi, torpaq sahəsi üzərindəki qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Ağsu Rayon Məhkəməsinin 2022-ci il 22 avqust tarixli 2(016)-647/2022 saylı qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir (hakim – B.Qasımov).
6. Ağsu Rayon Məhkəməsi belə q ənaətə gəlmişdir ki, hazırkı mübahisə hüquqi şəxslə (bələdiyyə) fərdi sahibkar (VÖEN-i olan Cavabdeh) arasında yaranmış, həmçinin mübahisənin predmeti və xarakteri də sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Yəni, hazırkı iş üzrə tərəflər arasında yaranan mübahisə kommersiya mübahisəsidir (sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisədir).
7. Ağsu Rayon Məhkəməsi bu qənaətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.2, 26.1, 31.1, 32.3, 32.4-cü maddələrinə; Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra – “VM”) 13.2.37, 33-cü maddələrinə; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun (bundan sonra – “AMP”) “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mü bahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarının 11, 12, 20-ci bəndlərinə; “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. b) Şəki Kommersiya Məhkəməsindəki icraat
8. Şəki Kommersiya Məhkəməsinin 2022-ci il 15 noyabr tarixli 2-2(117)-1670/2022 saylı qərardadı ilə məhkəmə aidiyyəti məsələsinin həll edilməsi üçün iş Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdır (hakim – M.Hüseynov).
9. Şəki Kommersiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı mübahisə tərəflər arasında bağlanmış 2018-ci il tarixli 30 oktyabr 3M-109 saylı torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilə öhdəliklərin icra edilməməsi ilə bağlı yaranmışdır. Tərəflər arasında yaranmış münasibətlərin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi görünüşü yaratsa da, tərəflərin statusu baxımından hazırkı mübahisə kommersiya mübahisəsi hesab edilmir. Belə ki, iş materiallarından müəyyən edilmişdir ki, cavabdeh 2020-ci il 6 may tarixdə vergi orqanında vergi ödəyicisi kimi qeydiyyata alınmış və ona "dənli bitkilərin becərilməsi" istqamətində sahibkarlıq fəaliyyəti ilə bağlı VÖEN verilmişdir.
10. Hazırkı işdə cavabdeh vergi orqanında uçota alınsa da, tərəflər arasında icarə münasibətinin yaranması tarixi cavabdehin vergi orqanında uçota durduğu tarixdən əvvəlki dövrdə, yəni 2018-ci il 30 oktyabr tarixdə, əmələ gəldiyindən mübahisənin subyekt baxımından hazırkı iddiaya baxılması ümumi məhkəmənin səlahiyyətindədir.
11. Belə liklə, hazırkı mübahisə üzrə tərəflərin icarə münasibətinə daxil olduğu vaxt cavabdehin sahibkar statusu olmadığından mübahisəyə kommersiya məhkəməsi tərəfindən baxılması istisna edilir.
12. Şəki Kommersiya Məhkəməsi bu qənaətini VM-in 13.2.37-ci maddəsinə; MPM-in 24.1, 26.1, 31.1, 32.3, 32.7-ci maddələrinə; AMP-in “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarının 13, 14, 20, 23, 27-ci bəndlərinə; “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcə lləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.” “Maddə
26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....” “Maddə
31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir....”
14. Azərbaycan Respublikası Vergi Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar n əzərdə tutulur: “Maddə
13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar... 13.2.37. Sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə, həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir....” 15. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
1. Sahibkarlıq fəaliyyəti Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.” “ M a d d ə 1
0. Sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatı
1. Hüquqi şəxs yaratmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin dövlət qeydiyyatını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
2. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir.”
16. AMP-nin 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “...11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 2 5 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.
12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəa liyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.
14. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxs in sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır....
20. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər....
23. Mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı isə məhkəmələrə izah edilməlidir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyy ə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Həmçinin, nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 26.2-ci maddəsində müvafiq icra hakimiyyəti orqanının (Vergilər Nazirliyinin) vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizələrinə kommersiya işi kimi kommersiya məhkəmələrində baxılmasının mümkünlüyü nəzərdə tutulmaqla dövlət orqanının kommersiya mübahisəsində tərəf olması istisna edilməmişdir....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
17. Ali Məhkəmənin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının hakimləri Dadaşov İlqar Ağababaş oğlu, Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq məhkəmə tərkibi iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı iş mahiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəm əsinə göndərilməlidir.
18. Yuxarıda qeyd olunan MPM-in maddələrinin, AMP-nin 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarının (bax yuxarıda §§13,16) müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisənin kommersiya məhkəməsinə aiddiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün tərəflərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı müəyyən olunmalıdır.
19. Belə ki, subyektiv tərkib ilə əlaqədar iş materiallarından müəyyən edilmişdir ki, tərəflər arasında icarə müqaviləsi 2018-ci ildə bağlansa da, hazırkı iş üzrə cavabdeh 2020-ci ilin may ayında artıq (VÖEN: **********) fərdi sahibkar kimi qeydiyyata alınmış, iş üzrə iddiaçı bələdiyyə orqanı olmaqla hüquqi şəxsdir, 4 ha torpaq sahəsinin isə cavabdehə fərdi ist ehlak məqsədləri ilə icarəyə verilməsi ağlabatan deyildir. Beləliklə, tərəflər arasında 4 ha torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı hazırda mübahisələndirilən müqavilə bağlanarkən cavabdehin fərdi sahibkar statusu olmasa da, kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iş materiallarına əsasən məhz sahibkarlıq məqsədi ilə istifadə edilmiş, Göyçay Regional Ədliyyə İdarəsi tərəfindən Ağsu rayonu Kalva Bələdiyyəsinə verilən tövsiyyələr və Bələdiyyə tərəfindən cavabdehə edilmiş xəbərdarlıq isə cavabdehin artıq fərdi sahibkar kimi qeydiyyatdan keçdikdən sonrakı dövrlərə təsadüf edir. Hazırkı mübahisə isə məhz tərəflər arasında bağlanmış torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilə öhdəliklərinin cavabdeh tərəfindən yerinə yetirilməməsi ilə əlaqədar yaranmışdır. Buna görə də qarışıq məhkəmə tərkibi bu nəticəyə gəlir ki, mübahisənin subyekt tərkibi baxımından hazırkı iddiaya baxılması məhz kommersiya məhkəməsinin səlahiyyətinə aiddir. 20.Qeyd edildiyi kimi mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinə gəldikdə isə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırkı mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri də məhz cavabdehin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədardır və Ali Məhkəmənin istinad edilən qərardadında vurğulanmış hüquqi mövqeyə əsasən kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər.
21. Belə ki, 2018-ci il 30 oktyabr tarixli 3M-109 saylı icarə müqaviləsinə əsasən iddiaçı cavabdehə 4 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini icarəyə vermiş, yaranmış mübahisə isə torpağın icarəyə verilməsi ilə əlaqədar deyil, icarəyə verilmiş torpaq sahəsindən istifadə üzrə müqavilə öhdəliklərinin pozulması ilə əlaqədardır ki, bu mübahisə də iş materiallarına əsasən cavabdehin fərdi sahibkar kimi qeydiyyatdan keçdikdən sonrakı dövrlərə təsadüf edir. Hazırkı iş üzrə nəzərə alınmalı ən mühüm məqam isə ondan ibarətdir ki, kifayət qədər böyük həcmdə - 4 ha torpaq sahəsi cavabdehə şəxsi istehlak məqsədi ilə verilə bilməzdi, bu həcmdə torpaq sahəsi yalnız sahibkarlıq məqsədi ilə istifadə olunmaq üçün cavabdehin istifadəsinə ayrıla bilərdi.
22. Qeyd edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, hazırkı mübahisə məhz cavabdehin sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduğundan, tərəflərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmçinin yuxarıda istinad edilən hüquq normalarının tələblərinə uyğun olaraq kommersiya işi kimi mahiyyəti üzrə baxılmaq üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir.
23. Beləliklə, məhkəmə tərkibi MPM-in 24, 25 və 26-cı və 403-1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ:
24. İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinin ləğvi, torpaq sahəsi üzərindəki qanunsuz tikilinin ca vabdehin hesabına sökülməsi və torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə qaytarılması” tələbinə dair iş məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.