Məhkəmə qərarları › İş №2-2(102)-8/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-8/2023

11.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-8/2023 11.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçılar “X6 Sistemləri Anonim” Şirkəti və “X6 Sistemləri Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı filialının Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi ilə, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, iddiaçılar “X6 Sistemləri Anonim” Şirkəti və “X6 Sistemləri Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı filialının Cavabdehnə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 20 22-ci il 2 avqust tarixli 2-2(103)407/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ 1. “X6 Sistemləri Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı filialı, “X6 Sistemləri Anonim” Şirkəti ilə Cavabdeh arasında bağlanmış üç tərəfli 2020-ci il 19 iyun tarixli 19062020 nömrəli “İstixana üzrə Mühəndislik, Satınalma və Tikinti” müqaviləsinin predmetini Abşeron rayonu, Zirə Tərəvəzçilik, Südçülük Sovxozu ərazisində yerləşən torpaq sahəsində 59.040 kv.m istixana kompleksinin tikilməsi təşkil edir. Müqaviləyə əsasən, Sifarişçi (Cavabdeh MMC) işlərin podratçı (“X6 Sistemləri Anonim” Şirkəti) və təchizatçı (“X6 Sistemləri Anonim” Şirkəti) tərəfindən yerinə yetirilməsini sifariş edir; podratçı istixana tikintisi layi hələrini hazırlayan və icra edən, təchizatçı isə istixana avadanlıqları və texnologiyaları təchiz edən şirkətdir. Podratçı və təchizatçı işləri icra etməyi öhdəsinə götürülər.

2. Həmin müqavilənin şərtlərinə görə: - Podratçı və təchizatçı işlərin layihələndirilməsini, tamamlanmasını, eləcə də layihə və xüsusiyyətlər və digər şərtlər və müddəalarına uyğun olaraq hər hansı bir qüsuru aradan qaldırmağı, sifarişçi isə bu müqavilə dəyərinin ödənilməsini öz öhdələrinə götürürlər (2.1-ci bənd); - Tərəflər işlərin 2 hissədən ibarət olacağını qəbul edir və razılaşırlar: 1) xaricdən təchizat, təchizatçı tərəfindən həyata keçirilmə; 2) lokal işlərin podratçı tərəfindən həyata keçirilməsi (2.2-ci bənd). - Xarici ölkələrdən təchiz olunacaq malların siyahısı bu müqavilənin 4-cü Əlavəsində qeyd olunmuşdu r (5.1-ci bənd). - Bütün xaricdən təchiz olunan mallar təchizatçı tərəfindən sifarişçinin adına Azərbaycan Respublikasına gətirilir (5.4-cü bənd); - Xaricdən təchiz olunan malların gömrük rəsmiləşdirilməsi təchizatçı və/və ya podratçı tərəfindən sifarişçinin adına aparılır. Gömrük rüsumlarının ödənilməsi üçün təchizatçı cavabdehdir (5.6-cı bənd); - Xaricdən təchiz olunan mallar gömrük rəsmiləşdirilməsindən sonra podratçı tərəfindən torpaq sahəsinə çatdırılmalıdır. Podratçı malların təhlükəsiz saxlanılmasına və işlərdə istifadə olunmasına görə cavabdehdir (5.7-ci bənd); - Podratçı işlərin tamamlandığı gündən 14 gün əvvəl sifarişçiyə məlumat verməlidir (8.3-cü bənd); - İşlərin yoxlanması və sınaqları zamanı tərəflər qüsurlar aşkar etdikdə, bu qüsurlar hər iki tərəfin imzaladıqları Qüsurlar P rotokolunda qeyd olunur (8.6-cı bənd); - İşlərdəki qüsurlar işlərin sifarişçi tərəfindən düzgün işləməsinə mane olmursa, tərəflər təhvil-təslim aktını hazırlayır və imzalayırlar. Qüsurlar Protokolu qəbul aktına əlavə olunur, təhvil aktında podratçının işdəki bütün qüsurları aradan qaldıracağı müddət göstərilməlidir (8.7-ci bənd); - Təhvil aktı imzalanma prosesi əsasında istixana istismara verilmiş sayılır. Təhvil aktı imzalanmadan sifarişçi fəaliyyətə başlayarsa, təhvil aktı imzalanmış və işlər qüsurlar aşkar edilmədən qəbul olunmuş sayılacaq (8.8-ci bənd); - Tərəflər vaxtın mahiyyətli olduğunu və işlərin başa çatdırılmasının və sifarişçi tərəfindən ən son tarix kimi 2020-ci il 15 oktyabr (təhvil vermə vaxtı) qəbul etməyə hazır olduqlarını qəbul edirlər (11-ci bənd); - Bu müqavilənin 2.2-c i bəndində göstərilən işlərin işlərin bölünməsinə görə, müqavilənin dəyəri 2 hissəyə bölünür: 1) xaricdən təchiz olunan mallar üzrə müqavilə dəyəri 1.905.000 ABŞ dolları; 2) lokal işlər üzrə müqavilə dəyəri 340.000 manat (12.2-ci bənd). - Müqavilə dəyəri üzrə ödənişlər, bu müqaviləyə əlavə olunmuş 5 nömrəli cədvələ uyğun olaraq həyata keçiriləcək (13.1-ci bənd); - Sifarişçi ödəmə cədvəlinə uyğun olaraq heç bir ödəniş etmədiyi və 14 gün ərzində belə defoltu düzəltməməsi halında əvvəlcədən xəbərdarlıq etmədən işləri dayandıra bilər (13.2-ci bənd). 3. 2020-ci il 19 iyun tarixli “İstixana üzrə Mühəndislik, Satınalma və Tikinti” müqaviləsinə 2020-ci il 30 iyun tarixli 1 saylı Əlavə Razılaşma ilə 2020-ci il 19 iyun tarixli müqavilənin 12.1-ci bəndi yeni redaksiyada verilmiş, müqavilənin ümumi dəyəri 3.345.000 ABŞ dolları və 340.000 manat məbləğində müəyyən edilmişdir. 4. 2020-ci il 20 oktyabr tarixindən 2020-ci il 30 noyabr tarixinədək Cavabdeh MMCnin nümayəndəsinin imzasının və həmin MMC-nin möhürü ilə təsdiq edilməmiş gömrük bəyannamələri aşağıdakılardır: - 25 oktyabr tarixli İnvoys dəyəri 17.076,27 ABŞ dolları olan; - 25 oktyabr tarixli İnvoys dəyəri 44.638,17 ABŞ dolları olan; - 25 oktyabr tarixli İnvoys dəyəri 16.268,14 ABŞ dolları olan; - 27 oktyabr tarixli İnvoys dəyəri 24.130 ABŞ dolları olan; - 27 oktyabr tarixli İnvoys dəyəri 24.130 ABŞ dolları olan; - 30 oktyabr tarixli İnvoys dəyəri 95.515,41 ABŞ dolları olan; - 30 oktyabr tarixli İnvoys dəyəri 11.938,25 ABŞ dolları olan; - 30 oktyabr tarixli İnvoys dəyəri 39.099,25 ABŞ dolları olan; - 30 oktyabr tarixli İnvoys dəyə ri 8.581 ABŞ dolları olan; - 4 noyabr tarixli İnvoys dəyəri 30.214 ABŞ dolları olan; - 4 noyabr tarixli İnvoys dəyəri 31.306 ABŞ dolları olan; - 4 noyabr tarixli İnvoys dəyəri 31.020 ABŞ dolları olan; - 5 noyabr tarixli İnvoys dəyəri 8.987,19 ABŞ dolları olan; - 7 noyabr tarixli İnvoys dəyəri 31.280 ABŞ dolları olan; - 8 noyabr tarixli İnvoys dəyəri 26.652 ABŞ dolları olan; - 9 noyabr tarixli İnvoys dəyəri 75.501,47 ABŞ dolları olan; - 11 noyabr tarixli İnvoys dəyəri 22.229,98 ABŞ dolları olan; - 13 noyabr tarixli İnvoys dəyəri 91.238,68 ABŞ dolları olan; - 15 noyabr tarixli İnvoys dəyəri 105.105 ABŞ dolları olan; - 15 noyabr tarixli İnvoys dəyəri 105.000 ABŞ dolları olan; - 16 noyabr tarixli İnvoys dəyəri 26.300,76 ABŞ dolları olan; - 16 noyabr tarixli İnvoys dəyəri 44.372,40 ABŞ dolları olan; - 16 noyabr tarixli İnvoys dəyəri 159.251,18 ABŞ dolları olan; - 16 noyabr tarixli İnvoys dəyəri 10.869,49 ABŞ dolları olan; - 18 noyabr tarixli İnvoys dəyəri 31.833,66 ABŞ dolları olan; - 21 noyabr tarixli İnvoys dəyəri 31.833,66 ABŞ dolları olan; - 21 noyabr tarixli İnvoys dəyəri 147.688,40 ABŞ dolları olan; - 27 noyabr tarixli İnvoys dəyəri 31.833,66 ABŞ dolları olan; - 27 noyabr tarixli İnvoys dəyəri 31.833,66 ABŞ dolları olan; - 29 noyabr tarixli İnvoys dəyəri 20.470,47 ABŞ dolları olan; - 29 noyabr tarixli İnvoys dəyəri 31.833,66 ABŞ dolları olan bəyannamələr. 5. 2020-ci il 19 iyun tarixli “İstixana üzrə Mühəndislik, Satınalma və Tikinti” müqaviləsinə 6 saylı Əlavənin şərtlərinə görə: - 2021-ci il 8 fevral tarixində “X6 Sistemləri A.Ş” müqavilədə göstərilmiş ünvanda Cavabdeh MM C üçün qurduğu 90.528 kv.m ölçülü istixananın qalan hissəsində şitil əkilməsi üçün tam yararlı şərait yaradılmasını öhdəsinə götürür (3-cü bənd). - Cavabdeh MMC “X6 Sistemləri A.Ş” əsas müqavilədə göstərilmiş ünvanda Cavabdeh MMC üçün qurduğu 90.528 kv.m ölçülü istixananın qalan hissəsində şitil əkildiyi gün ikincinin hesabına 165.000 ABŞ dolları ödəməyi öhdəsinə götürür (4-cü bənd). 6. 2021-ci il 8 oktyabr tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, cavabdeh mediasiya sessiyasının tarixi, saatı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, həmin sessiyada iştirak etməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçılar “X6 Sistemləri Anonim” Şirkəti (bundan sonra – “Şirkət”) və “X6 Sistemlər i Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı filialı (bundan sonra – “Filial”) 2021-ci il 18 oktyabr tarixində Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 696.795 manat əsas borcun və faizlərin, habelə işgüzar nüfuza vurduğu zərərə görə 100.000 manat vəsaitin tutularaq, toplam 796.795 manat vəsaitin Filiala ödənilməsi, cavabdehdən 1.283.529 ABŞ dolları, işgüzar nüfuza vurduğu zərərə görə 100.000 ABŞ dolları vəsaitin tutularaq, cəmi 1.383.529 ABŞ dollarının Şirkətə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şirkət, Filial və cavabdeh arasında 2020-ci il 19 iyun tarixində istixana üzrə mühəndislik, satınalma və tikinti müqaviləsi, 2020ci il 22 iyun ta rixində alqı-satqı müqaviləsi imzalanmışdır. Bundan əlavə, ilk müqaviləyə 2020-ci il 30 iyun tarixində əlavə imzalanmışdır.

9. Birinci müqavilə üzrə cavabdeh Şirkətə 3.345.000 ABŞ dolları ödəməli idi. Qeyd edilən sifarişin icrası ilə əlaqədar ölkəyə 3.367.410 ABŞ dolları miqdarında, yəni müqavilə öhdəliyindən 22.409 ABŞ dolları daha artıq mal-material və avadanlıq gətirilmişdir. 2020-ci il tarixli 22 iyun tarixli alqı-satqı müqaviləsi üzrə 1.335.000 ABŞ dolları məbləğində pul tam ödənilmişdir. Həmin müqavilə ilə bağlı mübahisə yoxdur. 10. 2020-ci il 19 iyun tarixli və həmin müqaviləyə 2020-ci il 30 iyun tarixli əlavə ilə yalnız 2.161.471 ABŞ dolları məbləğində pul ödənilmişdir. Faktiki borc 1.183.529 ABŞ dolları təşkil edir. Filiala ƏDV daxil 401.200 manat (ƏDV-siz 340.000 manat) vəsait öd əməli olduğu halda, ödənilməmişdir. Həmçinin ilkin razılaşmaya əlavə razılaşmaya və daha sonra 6 saylı əlavəyə əsasən, 90.528 kv.m, yəni ilkin müqavilədə qeyd edilmiş 59.040 kv.m-dən 31.488 kv.m daha artıq istixana inşa edilmişdir. Əlavə tikili üçün 226.500 manat cavabdeh tərəfindən ödənilməlidir. Qeyd edilən məbləğ ƏDV-siz 101.970 manat, müqavilənin 9.2-ci bəndinə əsasən cərimə məbləği toplam 28.325 manat təşkil edir. Beləliklə, Filiala 696.795 manat pul ödənilməlidir. Adıçəkilən vəsaitin ödənilməsi üçün rəsmi poçt vasitəsilə cavabdeh təşkilata pretenziya göndərilmiş, lakin bütün mümkün müddətlərin keçməsinə baxmayaraq, heç bir vəsait köçürülməmişdir.

11. Cavabdehin öhdəlikləri yerinə yetirməməsi səbəbindən digər layihələr üzrə Filial fəaliyyət göstərə bilmir, şirkətlərə mal-material borc ları yaranır, bununla əlaqədar olaraq, həmin təşkilatlar məhkəmələrə müraciət edir. Bu isə birbaşa təşkilatın işgüzar nüfuzuna xələl yetirir. İşgüzar nüfuza dəymiş zərəri 100.000 təşkil edir.

12. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 442, 443 və 449-cu maddələrinə istinad olunmuşdur. 13. 2021-ci il 8 dekabr tarixində cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək, iddianın rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmiş, etirazını onunla əsaslandırılmışdır ki, iddiaçılar tərəfindən müqavilənin bu müddəalarına əməl olunmamış, üzərlərinə götürdükləri öhdəlik vaxtında icra edilməmiş, işlərin təhvil verilməsi baş tutmamış, bu barədə cavabdehə hər hansı məlumat verilməmişdir. 14. 6 saylı Əlavənin 2-ci bəndinə əsas ən, 2021-ci il 1 mart tarixinədək cavabdeh Şirkətin bank hesabına 400.000 ABŞ dolları köçürəcəkdir. Şirkət bu məbləği rəsmi qəbul etdikdən sonra 5 bank günü ərzində “X3 MMC-yə həmin məbləği ödəməyi öhdəsinə götürmüşdür. Həmin məbləğ tam olaraq “X4” MMC-nin bank hesabına oturmayanadək cavabdeh tərəfindən Şirkətə hər hansı ödəniş edilməyəcəkdir.

15. Maddənin məzmunundan aydın olduğu kimi, 2020-ci ilin sentyabr ayında cavabdehin bank hesabında dollar vəsaiti olmadığı və iddiaçının 400.000 ABŞ dolları vəsaitini tələb etməsi səbəbilə eyni təsisçili digər hüquq şəxs olan “X3” MMC (təsisçilikdə pay 10%-i Hüseynov Yaqub, 90%-i "xxxx" MMC olmaqla) tərəfindən bu məbləğ 2020-ci il 22 sentyabr tarixli 20/025 saylı müqavilə əsasında iddiaçıya ödənilmişdir.

16. Əlavənin 2-ci bəndi ilə də müəyyən olunm uşdur ki, bu vəsait təkrarən cavabdeh tərəfindən ödəniləcəyi təqdirdə "X4” MMC-nin ödədiyi məbləğ ona qaytarılmalıdır. Buna görə 6 saylı Əlavənin 2-ci bəndində bu məbləğin geri qaytarılmadığı təqdirdə cavabdeh tərəfindən heç bir ödənişin olunmayacağı qeyd olunmuşdur. Əlavə sübuta və araşdırmaya ehtiyac qalmadan da təkcə bu bəndə əsasən sübuta yetirilir ki, iddiaçı tərəfindən “X4” MMC-yə qeyd olunan vəsait geri qaytarılmadığı üçün cavabdehin hər hansı ödəniş öhdəliyi mövcud deyildir.

17. Digər tərəfdən, iddia ərizəsində qeyd olunanın əksinə iddiaçı görülən işləri keyfiyyətsiz, müvafiq norma və standartlara uyğun olmayan, müqavilədə razılaşdırılanın əksinə istifadəyə yararlı olmayan vəziyyətdə, qüsurlu və qeyri-peşəkar şəkildə icra etmişdir. Buna dair video görüntülər elektron daşıyıcıda məh kəməyə təqdim olunacaqdır. Bu görüntülərdən aydın olur ki, görülən işlər nəinki AVRO 4 standartlarına, ümumiyyətlə Azərbaycan Respublikasının qüvvədə olan texniki norma və standartlarına da uyğun gəlmir.

18. Bundan başqa, iddia ərizəsində gömrük bəyannamələrinə istinad olunaraq cavabdehin adına 3.367.410 ABŞ dolları məbləğində mal-material və avadanlıq gətirildiyi qeyd olunmuş, bu məbləğdən cavabdehin ödədiyi 2.161.471 ABŞ dolları çıxılmaqla 1.183.529 ABŞ dollar məbləğinin borc olaraq qaldığı qeyd olunmuşdur. İlk növbədə qeyd olunmalıdır ki, gömrük bəyannamələri üzrə iddiaçının qeyd etdiyi kimi 3.367.410 ABŞ dolları məbləğində deyil, 3.113.612 ABŞ dollar məbləğində mal-material və avadanlıq cavabdehin adına ölkəyə gətirilmişdir. Həmçinin tərəflər arasında bağlanmış müqavilənin texniki spes ifikasiyasında ümumi qiymətə daxil texniki maşınlar cavabdehin özü tərəfindən alınmış, tərəflər arasındakı yazışmalarla iddiaçıların buna razı olduğu və qiymətə daxil edilmədiyi təsdiq olunmuşdur. İddiaçılar isə bunu bilə-bilə, həmin məbləği də iddia tələbinə daxil edilmişdir.

19. Əlavə olaraq qeyd edilməlidir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Bu halda isə iddiaçılar ümumiyyətlə hansı məlumatların yayılması, bunun nəticəsində hansı ziyanın dəyməsi, tələb olunan məbləğin hansı əsaslarla müəyyən edilməsinə dair dəlil təqdim edə bilməmiş dir.

20. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 31 yanvar tarixli e-2-2(113)-334/2022 saylı qətnaməsi ilə iddia rədd olunmuş, ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilmişdir (hakim – K.Hüseynov).

21. Məhkəmə qeyd etmişdir ki, hazırki mübahisə Filial və Şirkət ilə cavabdeh arasında bağlanmış üç tərəfli 2020-ci il 19 iyun tarixli “İstixana üzrə Mühəndislik, Satınalma və Tikinti” müqaviləsi və qeyd edilən müqaviləyə 2020-ci il 30 iyun tarixli 1 Saylı Əlavə razılaşma və Şirkət ilə cavabdeh arasında bağlanmış iki tərəfli 2021-ci il 5 fevral tarixli 6 Saylı Əlavə nəticəsində yaranmışdır.

22. Bundan başqa, iddiaçılar tərəfindən iddia ərizəsinin məzmununda qeyd edilmiş Şirkət ilə cavabdeh arasında bağlanmış 2020-ci il 22 iyun tarixli alqı-satqı müqaviləsi üzrə tərəflər arasında mübahisə mövcud deyil. Müqavilədə nəzərdə tutulmuş mallara dair işin materiallarında cavabdehin möhürü ilə təsdiq edilmiş gömrük bəyannamələri, təhvil-təslim aktı mövcuddur və məhkəmə iclasında iştirak edən tərəflər də, qeyd edilən müqavilə üzrə mübahisənin olmadığını bildirmişlər.

23. Məhkəmə işin hallarına istinadla qeyd etmişdir ki, məhkəmə iclasında iştirak edən tərəflər izahatlarında müqaviləyə 1 Saylı Əlavədə sahənin göstərilməməsinə baxmayaraq, Abşeron rayonu, Zirə Tərəvəzçilik, Südçülük Sovxozu ərazisində yerləşən torpaq sahəsində 90.528 kv.m istixana kompleksinin tikilməsi ilə bağlı razılığa gəldiklərini bildirmişlər.

24. Müqavilənin məzmunundan da göründüyü kimi, qeyd edilən müqavilə alqı-satqı və podrat müqaviləsinin ünsürlərini əhatə edən qarışıq müqavilədir. Ona görə də, hazırki iddia tələ bində Filialın tələbi üzrə iddianın qanuni əsası kimi MM-in podratla bağlı müddəaları, Şirkətin tələbi üzrə isə MM-in alqı-satqı müqaviləsinə aid normaları nəzərdən keçirilə bilər. Həm alqı-satqı müqaviləsi, həm də podrat müqaviləsi konsensual müqavilədir. Belə olan halda alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcının-hazırki halda Şirkətin, podrat müqaviləsi üzrə isə razılaşdırılmış işlərin icra edildiyini sübutetmə vəzifəsi isə podratçının-hazırkı halda Filialın üzərinə düşür.

25. İşin müəyyən olunmuş və mübahisələdirilməyən halları ondan ibarət olmuşdur ki, 59.040 kv.m istixana Filial tərəfindən inşa edilmişdir və cavabdeh tərəfindən Şirkətə 2.161.471 ABŞ dolları məbləğində pul ödənilmişdir. Hazırki iş üzrə müəyyən edilməli o lan məqamlar mübahisə predmeti olan əlavə olaraq 1.183.529 ABŞ dolları dəyərində olan malların cavabdeh tərəfindən qəbul edilib-edilməməsi, həmin malların istixananın tikilməsində istifadə edilib-edilməməsi və tikilmiş olan 59.040 kv.m istixana hissəsindən əlavə 31.488 kv.m istixananın Filial tərəfindən tikilib-tikilməməsi təşkil etmişdir.

26. İddiaçılar tərəfindən elektron sistem vasitəsi ilə iş materiallarına əlavə edilmiş 2020-ci il 19 iyun tarixli “İstixana üzrə Mühəndislik, Satınalma və Tikinti” müqaviləsinə aid gömrük bəyannamələrindən görünür ki, mallar Azərbaycan Respublikasına gəlmiş ancaq digər 2020-ci il 22 iyun tarixli müqavilə üzrə ölkəyə gələn mallarda olduğu kimi yəni cavabdehin işçisinin imzası və MMC-nin möhürü ilə təsdiq edilməmişdir. İddiaçı tərəf bu halla bağlı məhkəməd ə qeyd etmişdir ki, istixananın tikintisi üçün gələn malları gömrükdən Filialın işçisi olan Nümayəndə4 tərəfindən çıxarılmış və istixananın tikildiyi ünvana gətirilmişdir.

27. Cavabdehin nümayəndəsi isə məhkəmə iclasında qeyd etdikləri istixananın 31.488 kv.m hissəsi üçün nəzərdə tutulmuş malların gömrükdən Filialın öz işçisi tərəfindən çıxarıldığını və cavabdeh tərəfindən təhvil alınmadığını qeyd etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Nümayəndə4 malların onun tərəfindən etibarnamə əsasında gömrükdən çıxarıldığını, gömrük əməkdaşının müşaiyəti ilə istixananın tikildiyi əraziyə gətirilərək orada boşaldıldığını bildirmiş həmçinin cavabdehin əməkdaşları tərəfindən malların təhvil alınmasına dair hər hansı bir akt imzalanmadığını bildirmişdir.

28. Cavabdehin möhürü ilə təsdiq edilm iş Nümayəndə4 verilmiş 3 ədəd etibarnamədən görünür ki, 2020-ci il 20 iyul tarixindən 2020-ci il 20 oktyabr tarixinədək, 2020-ci il 30 noyabr tarixindən 2021-ci il 28 fevral tarixinədək, 2021-ci il 1 aprel tarixindən 2021-ci il 15 aprel tarixinədək gömrük orqanlarında cavabdehin təmsil etmək səlahiyyəti verilmişdir. Etibarnamələrin tarixlərindən də görünür ki, Nümayəndə4 2020-ci il 20 oktyabr tarixindən 2020-ci il 30 noyabr tarixinədək cavabdehi gömrük orqanlarında təmsil etmək səlahiyyəti olmamışdır.

29. Məhkəmə iş materiallarına əlavə edilmiş 2020-ci il 20 oktyabr tarixindən 2020-ci il 30 noyabr tarixinədək cavabdehin nümayəndəsinin imzası və cavabdeh MMC-nin möhürü ilə təsdiq edilməmiş və malların invoys dəyəri ümumilikdə 1.408.031,81 ABŞ dolları təşkil edən gömrük bəyannamələrini (bax yuxarıda § 4) qeyd etmişdir.

30. Həmçinin cavabdeh tərəfindən elektron sistem vasitəsi ilə əlavə edilmiş sənədlərdən də görünür ki, cavabdeh ayrı-ayrı vaxtlarda “X3”, “Sera Park”, “DHD Group”, “Azər Montaj”, “Nurlu Group”, “Kaspian Beton”, “Azergoktel”, “Ultra İnşaat”, "xxxx", “Soci”, “Kaskadhidro”, “AZ.Stimul”, “Narda Park”, "xxxx" MMC-lər, “Dinçer və Çarçıoğlu” BM, Namiq Güləliyev ilə müqavilə bağlamaqla müxtəlif mallar alınmış və işlər görülmüşdür. Cavabdeh tərəf qeyd edilən şirkətlərə bank vasitəsi ilə 436.422,41 manat, nağd qaydada 396.000, ümumilikdə 832.422,41 manat pul ödənildiyini qeyd edərək, istixananın qalan, yəni 31.488 kv.m hissəsi üçün malların alındığını və tikildiyini bildirmişdir.

31. Belə olan halda Şirkət qeyd edilən malların cavabdehə təhvil verildiyini bildirsə də, 1. 408.031,81 ABŞ dolları dəyərində olan malların sonuncuya təhvil verilməsi barədə hər hansı təhvil-təslim aktı və ya sadə yazılı formada yazılmış qəbzi məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, digər gömrük bəyannamələrində olan malların Filialın işçisi olan şəxs tərəfindən götürüldüyü iddiaçının özü tərəfindən də bildirilmiş və bütün malların çatdırıldığı bildirilsə də, qeyd edilən məbləğdə malların çatdırılması işin materiallarında olan sənədlər əsasında sübuta yetirilmir. Hansı ki, 2020-ci il 19 iyun tarixli “İstixana üzrə Mühəndislik, Satınalma və Tikinti” müqaviləsinin 5.7-ci bəndinə əsasən, xaricdən təchiz olunan mallar, gömrük rəsmiləşdirilməsindən sonra podratçı tərəfindən torpaq sahəsinə çatdırılmalıdır və podratçı malların təhlükəsiz saxlanılmasına və işlərdə istifadə olunmasın a görə cavabdehdir. O da qeyd edilməlidir ki, istixananın bir hissəsinin (59.040 kv.m) tikilməsində istifadə olunmuş malların bir qismi 2020-ci il 22 iyun tarixli alqı-satqı müqaviləsi əsasında alınmış, gömrük bəyannamələrinin cavabdehin əmakdaşının imzası və MMC-nin möhürü ilə təsdiq olunaraq qəbul edilmiş mallardır ki, bu barədə də tərəflər arasında mübahisə mövcud deyil.

32. Filial da müqavilədə lokal işlərin görülməsinə görə 340.000 manat nəzərdə tutulduğunu və bütün işlərin (90.528 kv.m istixananın tikilməsini) Filial tərəfindən artıq 2021-ci ilin mart ayında tam icra edildiyini bildirmişdir. Cavabdeh istixananın ancaq 59.040 kv.m hissəsinin müəyyən qüsurlar olsa da, iddiaçı tərəfindən inşa edildiyini bildirmiş və buna görə də, 100.000 ABŞ dolları məbləğində pulun verildiyini qeyd etm işdir. 33. 2021-ci il 1 oktyabr tarixində Filial tərəfindən cavabdehə 340.000 (ƏDV daxil 401.200,17) manatlıq elektron qaimə göndərilmişdir. Cavabdeh 2021-ci il 11 oktyabr tarixində 2 Saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət edərək e-qaimənin avtomatik olaraq sistem tərəfindən qəbul edildiyini, e-qaimənin ləğv edilməsi və ya düzəliş olunmasını, həmçinin 2021-ci il 11 oktyabr tarixində Filiala məktub göndərərək göndərilmiş e-qaimənin ləğv olunmasını, eyni zamanda 2021-ci il 14 oktyabr tarixində 2 Saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət edərək e-qaimənin avtomatik təsdiq edildiyini və öhdəlikləri kimi qəbul olunmamasını xahiş etmişdir.

34. Məhkəmə qeyd olunan 2021-ci il 1 oktyabr tarixli EBBK 100263 saylı e-qaiməni mötəbər sübut kimi qəbul etməmişdir. Belə ki, iddiaçı tərəf bütün işlə rin 2021-ci ilin mart ayında başa çatdığını bildirsə də, nəyə görə onlara pul ödənilmədiyi təqdirdə işin davam etdirilməsini, e-qaimənin məhz mart və ya ona yaxın aylarda deyil, 10 oktyabr tarixində verilməsini izah edə bilməmişdir. Həmçinin iş məhkəməyə 2021-ci il 10 oktyabr tarixində daxil olmuşdur.

35. Həmçinin iş materiallarından görünür ki, cavabdeh tərəfindən Filiala 100.000 ABŞ dolları pul ödənilmiş və Səmədov Murad (Filialın qanuni nümayəndəsi Qanuni nümayəndə1 bildirdiyinə görə onların xəzinədarı) tərəfindən qəbul edilmişdir. Bundan başqa, Qanuni nümayəndə1 məhkəmənin 2-ci baxışında izahatında 60-65.000 ABŞ dolları arası, 3-cü baxışında isə 40-50.000 ABŞ dolları pulun Türkiyədən Şirkət tərəfindən onlara göndərildiyini bildirmişdir. 36. 90.528 kv.m istixananın tikintisinə görə Fili ala 340.000 manat məbləğində pulun ödənilməli olduğunu nəzərə alaraq, istixananın 59.040 kv.m sahəsi üçün yuxarıda qeyd edilən məbləğdə pulun verilməsi Filiala qarşı öhdəliyin icra olunduğunu göstərir.

37. Bundan başqa, Şirkət ilə cavabdeh arasında bağlanmış 2020-ci il 19 iyun tarixli “İstixana üzrə Mühəndislik, Satınalma və Tikinti” müqaviləsinə 2021-ci il 5 fevral tarixli 6 Saylı Əlavədən görünür ki, istixananın 2021-ci il 10 mart tarixinədək tam şəkildə inşa edərək tamamlayacığını öhdəsinə götürsə də, qeyd edilən işlərin tamamlanmasına dair hər hansı bir akt tərtib edilməmişdir. Göründüyü kimi, iddiaçı 90.528 kv.m istixananın tam olaraq onlar tərəfindən tikilməsini bildirsə də, qeyd olunan halı sübuta yetirə bilməmişdir. Hazırki işdə iddiaçılar mübahisəli malların cavabdehə təhvil veril diyini və istixananın tam olaraq onlar tərəfindən inşa edilməsini sübuta yetirə bilməmişlər.

38. Məhkəmə gəldiyi nəticəni MM-in 567, 600.4, 752.1, 753.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

39. Şirkət və Filial ayrı-ayrılıqda 2022-ci il 9 mart tarixində apellyasiya şikayəti verərək qətnamənin tam ləğv edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş, qəbul olunacaq qətnamədə Şirkət tərəfindən ödənilmiş 716 manat dövlət rüsumunun, habelə vəkilə göstərdiyi yardıma görə ödənilmiş 100 AZN manat xərcin cavabdehdən tutulmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

40. Filial 2022-ci il 25 aprel tarixində vəsatətlə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin olunmasını xahiş et miş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 17 may tarixli 22(103)-407/2022 saylı qərardadı ilə vəsatət qismən təmin olunmuş, iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, məhkəmə ekspertizasının keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki ekspertizasının 2022-ci il 13 iyul tarixli 10/3637 saylı rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, cavabdehə məxsus Abşeron rayonu, Zirə Tərəvəzçilik, Südçülük sovxozu ərazisində yerləşən istixananın inşası zamanı istifadə olunan mal-materialların cavabdehin adına idxal edilən və işin 5-ci cildinin 244-338-ci vərəqləri ndə olan gömrük bəyannamələrində göstərilən malmateriallarla eynilik təşkil edib-etməməsini müəyyən etmək mümkün olmadı.

41. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 2 avqust tarixli 2-2(103)-407/2022 saylı qətnaməsi ilə Şirkət tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə qismən, yəni cavabdehdən 1.183.529 ABŞ dolları məbləğində pul vəsaitinin tutulması barədə tələblərin rədd olunması hissəsində ləğv edilmiş və həmin hissədə iddia təmin olunmuş, cavabdehdən 1.183.529 ABŞ dolları və ödənilmiş dövlət rüsumlarına görə 1.447 manat məbləğində pul vəsaitinin tutularaq Şirkətə ödənilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, iş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatını n dəyəri olan cəmi 100 manat məbləğində pul vəsaitinin 32,5 manat hissəsinin Şirkətdən, 67,5 manat hissəsinin isə cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (sədrlik edən hakim – R.Qurbanov, hakimlər – V.Baxışova və V.Məmmədov).

42. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış 2020-ci il 19 iyun tarixi müqavilə alqı-satqı və podrat müqaviləsinin ünsürlərini əhatə edən qarışıq müqavilədir. Ona görə də, iddiaçı tərəfindən irəli sürülmüş podrat işlərinə görə pulun tutulması tələbləri üzrə iddianın qanuni əsası kimi MM-in podratla bağlı müddəaları, alqı-satqı müqaviləsinə görə pulun tutulması tələbləri üzrə isə MM-in alqısatqı haqqında müddəaları tətbiq edilməlidir.

43. İşin mübahisəsiz halları ondan ibarət olmu şdur ki, cavabdeh tərəfindən ona təhvil verilməsi mübahisələndirilən mallar iddiaçı tərəfindən cavabdehin adına Azərbaycan Respublikasına gətirilərək gömrük rəsmiləşdirilməsindən keçirilmiş, həmin rəsmiləşdirməni iddiaçının əməkdaşı olmuş Nümayəndə4 həyata keçirmişdir. Birinci instansiya məhkəməsində həmin şəxs şahid qismində dindirilmiş və ifadəsində bildirmişdir ki, mallar onun tərəfindən etibarnamə əsasında gömrükdən çıxarılmış, gömrük əməkdaşının müşaiyəti ilə istixananın tikildiyi əraziyə gətirilərək orada boşaldılmış və cavabdehin əməkdaşları tərəfindən malların təhvil alınmasına dair hər hansı bir akt imzalanmamışdır.

44. Bilavasitə malları gömrük rəsmiləşdirilməsindən keçirən şəxs - Nümayəndə4 təsdiq etmişdir ki, iddiaçı tərəfindən cavabdehin adına gətirilərək gömrük rəsmiləşdirilm əsindən keçirilmiş bütün mallar, o cümlədən cavabdeh tərəfindən ona təhvil verilməsi mübahisələndirilən mallar istixananın tikildiyi əraziyə gətirilmişdir. Həmin şəxsin adına 2020-ci il 20 oktyabr tarixindən 2020-ci il 30 noyabr tarixinədək olan etibarnamənin təqdim edilməməsi isə şahid ifadəsinə tənqidi yanaşılması üçün əsas ola bilməz. Bununla bağlı iddiaçı tərəf bildirmişdir ki, həmin tarixlərə etibarnamə mövcud olmuşdur, lakin cavabdeh tərəfindən təqdim edilməmişdir. Eyni zamanda, işin materiallarından müəyyən edilmişdir ki, həmin şəxsin adına qeyd olunan tarixlərdən əvvəl və ən əsası, sonrakı tarixlərə də (2020-ci il 30 noyabr tarixindən 2021-ci il 28 fevral tarixinədək, 2021-ci il 1 aprel tarixindən 2021-ci il 15 aprel tarixinədək) gömrük orqanlarında cavabdehin təmsil etmək səlahiyy əti ilə bağlı etibarnamələr verilmişdir. Həmçinin cavabdeh tərəfindən etiraf olunmuşdur ki, istixanada quraşdırılmalı olan avadanlıqlar (istilik qazanları və boylerlər) iddiaçı tərəfindən təhvil verilmişdir.

45. İşin 5-ci cildinin 97-112-ci vərəqələrində olan həmin avadanlıqların gətirilməsi barədə gömrük bəyannamələri və onlara əlavə olunmuş invoys və s. sənədlərin tarixləri isə 2020-ci il 11, 15, 18, 21 noyabr tarixlərinə, yəni cavabdehin adından Nümayəndə4 adına etibarnamə olmadığı tarixlərə təsadüf edir, habelə həmin sənədlərin heç birində cavabdehin möhürü mövcud deyil. Qeyd olunan faktlar təsdiq etmişdir ki, tərəflər arasında işgüzar münasibətlər bu şəkildə də həyata keçirilmiş, yəni alqı-satqı müqaviləsi üzrə mallar Nümayəndə4 adına etibarnamə verilmədən və gömrük sənədlərinə cava bdeh MMC-nin möhürü vurulmadan da cavabdeh tərəfindən təhvil alınmışdır. Bu baxımdan, təhvil-təslim aktının tərtib edilməməsi və gömrük sənədlərində cavabdeh MMC-nin möhürünün olmaması ilə bağlı cavabdeh tərəfin dəlilləri əsassız olmuşdur.

46. Bundan başqa, cavabdehin mübahisələndirdiyi gömrük bəyannamələrindən (cild 5, i/v 262-338) görünür ki, cavabdehin adına Türkiyə Respublikasının müxtəlif şirkətləri, o cümlədən iddiaçı şirkət tərəfindən istehsal olunan istixanalar üçün “Qara metallardan borular”, “Qara metallardan sinklənmiş borular”, “Qara metallardan yığma tikinti konstruksiyaları”, “Qara metallardan metal konstruksiyalar”, “Korroziyaya davamlı poladdan profillər”, “Qara metallardan profillər” adlı mallar gətirilmişdir.

47. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 2022-ci il 13 iyul tarixli 10/3637 saylı rəyində də qeyd olunmuşdur ki, tədqiq olunan istixana tikilisi əsasən, müxtəlif ölçülü və tipli metal konstruksiyalardan, o cümlədən metal profillərdən, borulardan, plastik konstruksiyalardan istifadə edilməklə inşa olunmuş, üstü polietilen materialla örtülmüşdür.

48. Cavabdeh tərəfindən təqdim edilmiş cavabdeh ilə ayrı-ayrı vaxtlarda “X3”, “Sera Park”, “DHD Group”, “Azər Montaj”, “Nurlu Group”, “Kaspian Beton”, “Azergoktel”, “Ultra İnşaat”, "xxxx", “Soci”, “Kaskadhidro”, “AZ.Stimul”, “Narda Park”, "xxxx" MMC-lər, “Dinçer və Çarçıoğlu” BM, Namiq Güləliyev ilə bağlanmış müqavilələrin predmetini isə həmin mallar, yəni istixanaların inşa edilməsində istifadə olunan və yuxarıda qeyd olunan spesifik malların alqı-satqısı təşkil etmir.

49. Həmin alqı-satq ı müqavilələrindən (hansının ki predmetini müəyyən etmək olur) görünür ki, onların predmetini beton məhsulunun, elektrik malların, laminat parket, DSP, MDF, mebel aksessuarların, istixanada istifadə olunan iplər, salxıma dəstək, gövdə klipsinin, dəyəri 90 manat olan ayaq altı və pillələrdən ibarət metal konstruksiyanın alqısatqısı təşkil etmişdir. Yalnız cavabdehlə "xxxx" MMC arasında bağlanmış alqı-satqı müqaviləsinin predmetini metal profillər, armatur və polad təbəqələr təşkil etmişdir. Bununla yanaşı, həmin müqavilə üzrə cavabdeh tərəfindən "xxxx" MMC-yə cəmi 4.525,9 manat ödənilmişdir (139,86 + 777 + 1.898,19 + 341,67 + 1.160,32 + 208,86 = 4.525,9). Sübuta ehtiyacı olmayan haldır ki, bu məbləğdə olan həmin mallar hesabına ümumi sahəsi 31.488 kv.m təşkil edən istixana kompleksi inşa ol una bilməz.

50. Ən əsası isə, cavabdehin mübahisələndirdiyi hal, yəni iddiaçı tərəfindən yalnız 59.040 kv.m istixana kompleksinin inşa edilməsi və qalan 31.488 kv.m sahənin iddiaçı tərəfindən deyil, digər şirkətlər tərəfindən tikilməsi halı tərəflər arasında bağlanmış 2020-ci il 19 iyun tarixli müqaviləyə 6 saylı Əlavə ilə tamamilə təkzib olunmuşdur. Həmin 6 saylı Əlavənin 3-cü bəndində göstərilmişdir ki, 2021-ci il 8 fevral tarixində Şirkət müqavilədə göstərilmiş ünvanda cavabdeh üçün qurduğu 90.528 kv.m ölçülü istixananın qalan hissəsində şitil əkilməsi üçün tam yararlı şərait yaradılmasını öhdəsinə götürür. Həmin Əlavənin 4-cü bəndində isə göstərilmişdir ki, Şirkət əsas müqavilədə göstərilmiş cavabdeh üçün qurduğu 90.528 kv.m ölçülü istixananın qalan hissəsində şitil əkildiyi gün ikinci nin hesabına 165.000 ABŞ dolları ödəməyi öhdəsinə götürür. Göründüyü kimi, tərəflərin imzaladığı 6 saylı Əlavədə aydın şəkildə qeyd olunmuşdur ki, iddiaçı tərəfindən cavabdeh üçün 90.528 kv.m ölçülü istixana qurulmuşdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi 6 saylı Əlavənin həmin bəndlərinə ağlabatan izah verə bilməmiş və təhviltəslim aktının olmadığını bildirmişdir.

51. Beləliklə, qeyd olunan halları, yəni tərəflər arasında bağlanmış 2020-ci il 19 iyun tarixli müqavilə üzrə alqı-satqının predmeti olan malların iddiaçı tərəfindən cavabdehin adına Azərbaycan Respublikasına gətirilərək gömrük rəsmiləşdirilməsindən keçirildiyini, həmin malları gömrükdən təhvil alan Nümayəndə4 tərəfindən qəbul etdiyi malların, o cümlədən cavabdehin mübahisələndirdiyi malların cavabdehə təhvil verməsini t əsdiq etdiyini, tərəflər arasında olan işgüzar münasibətlərə görə alqı-satqı müqaviləsi üzrə mallar Nümayəndə4 adına etibarnamə verilmədən, gömrük sənədlərinə cavabdeh MMCnin möhürü vurulmadan da cavabdeh tərəfindən təhvil alındığını, 31.488 kv.metrdən ibarət istixanaların inşa edilməsi üçün tələb olunan spesifik malların cavabdeh tərəfindən əldə olunması ilə bağlı sübutların təqdim edilmədiyini və ən əsası, iddiaçı tərəfindən cavabdeh üçün 90.528 kv.metrdən ibarət istixananın qurulması tərəflərin imzaladığı 6 saylı Əlavə ilə təsdiq olunduğunu nəzərə alaraq kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış 2020-ci il 19 iyun tarixli müqavilə üzrə Abşeron rayonu, Zirə Tərəvəzçilik, Südçülük Sovxozu ərazisində yerləşən torpaq sahəsində 90.528 kv.m istixana kompleksinin inşa edilməsi üçün iddiaçı tərəfindən təchiz olunan və ümumi dəyəri 3.345.000 ABŞ dolları təşkil edən mallar cavabdehə təhvil verilmişdir.

52. Cavabdeh isə həmin malların dəyərini satıcıya tam ödəmək vəzifəsini yerinə yetirməmişdir. Çünki cavabdeh tərəfindən həmin müqavilənin alqı-satqı hissəsi üzrə cəmi 2.161.471 ABŞ dolları məbləğində pul vəsaiti ödənilmişdir. Belə olan halda isə iddiaçı MMin 598.3-cü maddəsinə əsasən, satılmış əşyalara görə ödənilməyən ümumilikdə 1.183.529 ABŞ dolları məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlı olmuşdur.

53. Tərəflər arasında bağlanmış 2020-ci il 19 iyun tarixli müqavilə üzrə imzalanan 2021-ci il 5 fevral tarixli 6 saylı Əlavə hazırki mübahisənin predmetini (alqı-satqı üzrə pulun ödənilməsi) təşkil etmir. Həmin əlavənin məzmunundan müəyyən edilmişdir ki, tər əflər ümumi sahəsi 90.528 kv.m istixana kompleksinin inşa olunmasından sonrakı öhdəlikləri müəyyən etmişlər. Həmin öhdəliklərə istixanada şitil əkilməsi üçün tam yararlı şəraitin yaradılması, tikinti sahəsində artıq qalan mal-materialların tikinti sahəsindən çıxarılması, cavabdeh tərəfindən ilkin qüsur aktının tərtib olunması və iddiaçı tərəfindən həmin qüsur aktındakı nöqsanların aradan qaldırılması və s. aid edilmişdir. Həmin əlavənin 2-ci bəndindən isə müəyyən olunmuşdur ki, tərəflər həmçinin digər hüquqi şəxslə bağlanmış müqavilə üzrə öhdəlikləri də müəyyən etmişlər. Həmin bənddə göstərilmişdir ki, 2021-ci il 1 mart tarixinədək cavabdeh Şirkətin bank hesabına 400.000 ABŞ dolları köçürəcəkdir. Şirkət bu məbləği rəsmi qəbul etdikdən sonra 5 bank günü ərzində cavabdehin afilə edilmiş şəxs i olan “X3” MMC-yə həmin 400.000 ABŞ dolları məbləğini ödəməyi öhdəsinə götürür. Həmin məbləğ tam olaraq “X3” MMC-nin bank hesabına oturmayanadək cavabdeh tərəfindən Şirkətə hər hansı bir ödəniş edilməyəcəkdir.

54. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 8 iyul tarixli e-2-2(113)-1823/2022 saylı qətnaməsindən isə müəyyən edilmişdir ki, iddiaçı “X5” MMC cavabdeh Şirkətə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Şirkətdən 400.000 ABŞ dolları məbləğində əsas borc və illik 5 faiz hesablanmaqla 20.000 ABŞ dolları olmaqla, ümumilikdə 420.000 ABŞ dolları məbləğində pul və ödənilmiş dövlət rüsumu olaraq 1.004 manat pulun tutularaq iddiaçı “X3” MMC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şirkət ilə “X3” MMC arasında bağlanmış 2020-ci il 22 sentyabr tarixli 20/025 nömrəli alqı-satqı müqaviləsi və bu müqavilə üzrə tərtib olunmuş 2020-ci il 22 sentyabr tarixli 043 saylı invoys əsasında iddiaçı tərəfindən 400.000 ABŞ dolları müvafiq malların alışı üçün ödənilsə də, bu günə qədər cavabdeh tərəfindən mallar təqdim edilməmiş, ödənilən vəsait geri qaytarılmamışdır. İddiaçı 089486 saylı tikinti lisenziyası əsasında fəaliyyət göstərən hüquqi şəxs qismində müxtəlif hüquqi və fiziki şəxslər üçün xidmət göstərməkdədir. Bununla əlaqədar olaraq iddiaçının üçüncü şəxslə bağladığı müqavilənin təmin olunması üçün cavabdehdən metal konstruksiya malları sifariş vermiş, tərəflər arasındakı razılaşmaya əsasən, ödəniş tam həcmdə əvvəlcədən həyata keçirilmiş, lakin sonradan cavabdeh bu malları təqdim etməkdən və ödənilmiş və saitin geri qaytarılmasından imtina etmişdir.

55. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, 6 saylı Əlavədə qeyd olunan qüsur aktının tərtib edilməməsi və cavabdeh tərəfindən işlərin qüsurla həyata keçirilməsinə istinad olunması da hazırkı mübahisənin predmetinə (alqı-satqı üzrə pulun ödənilməsi) aid deyil. Çünki bu halların tərəflər arasında bağlanmış müqavilənin alqı-satqı hissəsinə hər hansı aidiyyəti mövcud deyil. Cavabdehin etirazının dəlilləri də alqı-satqı üzrə təhvil verilmiş malların qüsurlu olması ilə deyil, 31.488 kv.m-dən ibarət istixananın inşa edilməsi üçün tələb olunan malların ümumiyyətlə təhvil verilməməsi ilə bağlı olmuşdur. Həmin dəlillər isə yuxarıda qeyd olunanlara əsasən əsassız hesab edilmişdir.

56. İddiaçı tərəfindən irəli sürülmüş 2020-ci il 19 iyun tarixli müqavilə üzrə yerinə yetirilmiş podrat işlərinə görə 696.795 manat məbləğində pul vəsaitinin tutulması barədə iddia isə təmin edilə bilməz. Həmin tələblərin qanuni əsasını MM-in 752.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Lakin hazırkı işdə həmin maddənin dispozisiya şərtlərinin mövcud olması sübut olunmamışdır. Çünki tərəflər arasında bağlanmış müqavilədə lokal işlər kimi qeyd olunan podrat işlərinin dəyəri 340.000 manat məbləğində müəyyən edilmişdir.

57. Eyni zamanda, iddiaçı həmin məbləğin 696.795 manat təşkil etməsini bildirsə də, bununla bağlı sübutları təqdim etməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəl ləsinin (bundan sonra – “MPM”) 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Müqavilə ilə müəyyən edilən 340.000 manat məbləğində pul vəsaiti isə iddiaçıya ödənilmişdir. Həm birinci instansiya məhkəməsində, həm də apellyasiya icraatında iddiaçının nümayəndəsi etiraf etdi ki, podrat işlərinə görə hissə-hissə cəmi 200.000 ABŞ dolları ödənilmişdir. Belə olan halda isə, müqavilə üzrə podrat işlərinə görə ödənilməli olan 340.000 manat məbləğində pul vəsaiti tam ödənilmişdir (200.000 x 1,7 = 340.000). Ona görə də iddiaçının həmin tələbləri MM-in 752.1-ci maddəsinə görə əsaslı hesab oluna bilməz və rədd edilməlidir.

58. Həmçinin, işgüzar nüfuza vurulmuş zərərin əvəzinin tutulması barədə tələblər də təmin edilə bilməz. Zərərin ödənilməsi məsələlərini tənzimləyə n və ümumi norma kimi çıxış edən MM-in 21-ci maddəsinin, həmçinin hazırkı mübahisə üzrə xüsusi norma kimi çıxış edən MM-in 443-cü maddəsinin mənasına görə, zərərin ödənilməsi üçün hüquqi əsaslar - zərərin mövcud olması, zərərin öhdəliyi pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması müəyyən edilməlidir. Lakin hazırkı işdə bu əsaslar müəyyən edilməmişdir. Çünki zərərin mövcudluğu, yəni cavabdehin öz öhdəliklərinin pozması nəticəsində iddiaçının işgüzar nüfuzuna zərərin hansı şəkildə dəyməsi əsaslandırılmamış və həmin zərərin dəyməsini təsdiq edən sübutlar təqdim edilməmişdir.

59. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 21, 404.1, 404.2, 443, 567, 598.3, 752.1, MPM-in 77.1-ci maddələrinə isti nad etməklə əsaslandırmışdır.

60. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 5 avqust tarixində Filiala və cavabdehin nümayəndəsinə məxsus şəxsi elektron kabinetlərdə yerləşdirilmişdir.

61. Cavabdeh 2022-ci il 1 sentyabr tarixində kassasiya şikayəti verərək qətnamənin onun ləğv, iddia tələbinin isə rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

62. MM-in 324.5 və 404-cü maddələri üzrə - Məhkəmə yalnız müqavilədəki sözlərin hərfi mənasını əsas götürmüş, tərəflərin iradə ifadəsinin həqiqi mənasını nəzərə almamışdır.

63. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 7 iyun tarixli 228 saylı Qərarı ilə təsdiq edilmiş “Əsaslı tikintidə podrat müqavilələri haqqında” Qaydaların 3.7.5.2, 3.7.5.3 və 3.8.3-cü bəndləri üzrə - Qeyd olunan normaların tələbi, eləcə də tərəflər arasında mövcud olan müqavilənin şərtlərinə əsasən, müvafiq aralıq aktları, təhvil-təslim, bildirişlər həyata keçirilməli olsa da, iddiaçı hər hansı belə sübut təqdim edə bilməmiş, bu da həmin halların sübuta yetirilmədiyini təsdiq etməkdədir.

64. MPM-in 14.1, 77, 81, 88, 103.2 və 174.2-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2006-cı il 31 may tarixli qərarı, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Pl enumunun 2005-ci il 24 noyabr tarixli 4 nömrəli qərarının 2.4, 3.2, 3.3, 6.2 və 6.3-cü bəndləri üzrə - Apellyasiya instansiyası məhkəməsi işin hərtərəfli, tam araşdırılmasını həyata keçirməmiş, obyektiv həqiqətin müəyyən edilməsi üçün bütün addımları atmamış, iddiaçının əvəzinə özü hansısa faktları sübuta yetirməyə çalışmış, iddiaçı tərəfindən sübut təqdim edilməməsinə baxmayaraq, müvafiq faktları sübuta yetirilmiş kimi qiymətləndirmiş, birbaşa sübutları, o cümlədən ekspert rəyini nəzərə almamış, iddiaçının hər hansı sübutları olmadığı halda, özü dolayı yollarla hansısa qənaətə gəlmiş, qanunun və müqavilənin tələblərinə əsasən, sübut edilməli olan halları özü qiymətləndirmiş, məhkəmənin özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübut ları rədd etmək üçün istinad etdiyi dəlilləri, rəhbər tutduğu qanunları hüquqi cəhətdən əsaslandırmamış, araşdırılan sübutların qəbul edilməməsinin səbəblərini göstərməmişdir. Məhkəmə ekspert rəyinə dair hər hansı əsaslandırma aparılmamış, ekspert rəyinin qəbul edilməməsi səbəblərini qətnamədə əks etdirməmiş, sübutları əlaqəli şəkildə şərh etməmiş, qəbul olunmayan sübutların səbəblərini izah etməmişdir.

65. Malların əraziyə gətirilməsi və cavabdehə təqdim olunması tərəflər arasında mövcud münasibətləri tənzimləyən 2020-ci il 19 iyun tarixli 19062020 saylı müqavilənin 8.7-ci bəndinə əsasən, yalnız təhvil-təslim aktı əsasında həyata keçirilə bilərdi. Müqavilənin 5.7-ci bəndinə əsasən, xaricdən təchiz olunan mallar, təchizatçı tərəfindən sifarişçinin adına Azərbaycan Respublikasına gətirilir, həmin malların gömrük rəsmiləşdirilməsi təchizatçı və/və ya podratçı tərəfindən sifarişçinin adına aparılır və gömrük rəsmiləşdirilməsindən sonra podratçı tərəfindən torpaq sahəsinə çatdırılmalıdır. Müqavilə şərtlərindən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 7 iyun tarixli 228 saylı Qərarı ilə təsdiq edilmiş “Əsaslı tikintidə podrat müqavilələri haqqında” Qaydaların 3.7.5.2, 3.7.5.3, 3.8.3-cü bəndindən də göründüyü kimi, bəyannamənin cavabdehin adına rəsmiləşdirilməsi hələ həmin malların həqiqətən sahəyə gətirilərək təhvil verilməsi, istixananın inşasında istifadə olunması demək deyildir. Təkcə istilik qazanları və broylerlərin əraziyə gətirilməsi həm də digər mal-materialların çatdırılmasını və istixananın inşasında istifadə olunmasını sübuta yetirmir. İddiaçı bu mal ları təhvil verib, digərlərini təhvil verməyə bilər. Əgər təhvil vermiş olsaydı, buna dair sübut təqdim edərdi. Müqaviləyə əsasən, malların çatdırılması öhdəliyi iddiaçının üzərində olduğu üçün bu faktı sübut etmək də onun vəzifəsidir. İddiaçı bu faktları sübuta yetirə bilməmişdir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 2022-ci il 13 iyul tarixli 10/3637 saylı rəyində də qeyd olunmuşdur ki, mübahisə predmeti olan istixananın inşası zamanı istifadə olunan mal-materialların gömrük bəyannamələrində göstərilən mal-materiallarla eynilik təşkil edibetməməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə, ümumiyyətlə bu rəyə münasibət bildirməmiş, nəyə görə mötəbər sübut kimi qəbul etmədiyini açıqlamamışdır. Məhkəmə yalnız dolayı yollarla, yanakı sübutlar gətirərək iddiaçının mövq eyindən çıxış etməklə iddia tələbini sübuta yetirməyə çalışmışdır. Lakin birbaşa bütün sübut və faktlarla, o cümlədən ekspert rəyi ilə təsdiq olunur ki, iddiaçı tərəfindən istixananın inşa olunması, müvafiq malların sahəyə gətirilməsi barədə hər hansı akt, forma 2 və tərəflər arasında yazışmalar mövcud deyildir. Məhkəmə iddiaçıdan iddia tələbini sübut etmək vəzifəsini tələb etmək əvəzinə, cavabdehdən istixananın qalan hissəsinin iddiaçı tərəfindən inşa olunmadığını sübut etməsini tələb etmişdir. Halbuki iddiaçı tələb etdiyi məbləğ üzrə görməli olduğu işləri həqiqətən yerinə yetirdiyini sübuta yetirə bilməmiş, nə birinci instansiya, nə də apellyasiya instansiyasında məhkəməyə sübut təqdim edə bilmişdir.

66. Digər tərəfdən məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən təqdim edilmiş cavabdeh ilə ayrı-ayrı vaxtlarda “X3”, “Sera Park”, “DHDGroup”, “Azər Montaj”, “Nurlu Group”, “Kaspian Beton”, “Azergoktel”, “Ultra İnşaat”, "xxxx", “Soci”, “Kaskadhidro”, “AZ.Stimul”, “Narda Park”, "xxxx" MMC-lər, “Dinçer və Çarçıoğlu” BM, Namiq Güləliyev ilə bağlanmış müqavilələrin predmetini istixanaların inşa edilməsində istifadə olunan və yuxarıda qeyd olunan spesifik malların alqı-satqısı təşkil etmir. Məhkəmə yalnız bu müqavilələrə münasibət bildirmiş, təqdim olunmuş təhvil-təslim aktlarını, nağd qaydada ödənilən məbləğləri, yerli bazardan alınan malları, iddiaçının gətirdiyi və dəyəri ödənilmiş əlavə malların istifadə olunmasını nəzərə almamışdır. Qeyd olunan təhvil-təslim aktları ilə müvafiq işlərin görülməsi tam şəkildə sübuta yetirilir. Nağd qaydada isə iddiaçının subpodratçısı X1 226.000 manat ödənilmişdir. Belə ki, tərəflər arasında bağlanmış 6 saylı Əlavənin 4-cü bəndində qeyd olunmuşdur ki: “Tərəflər qəbul edir ki, cavabdehin Şirkətin subpodratçısı X1 bu Əlavənin imzalanmasından öncə ödədiyi 35.000 ABŞ dolları nəzərə alınır və cavabdeh ilə Şirkət arasındakı hesablaşmalara daxildir.”. Göründüyü kimi, iddiaçının özünün də qəbul etdiyi kimi, subpodratçı X1 ödənilən məbləğlər müqavilə dəyərinə daxil edilmişdir. İstənilən halda məhkəmə cavabdehdən ümumi sahəsi 31.488 kv.m təşkil edən istixana kompleksinin hansı vəsait, hansı podratçılar tərəfindən inşa olunmasının sübuta yetirilməsini tələb etməli deyil, əksinə, iddiaçı bu sahənin onun özü tərəfindən inşa olunmasını sübuta yetirməli idi. Ümumilikdə, bu 6 saylı Əlavə icra olunmamış, iddiaçı öz öhdəliklərini yerinə yetir məmişdir.

67. Məhkəmə özünün də istinad etdiyi MM-in 404-cü maddəsini düzgün tətbiq etməmiş, yalnız bir söz əsasında digər bütün sübutları kənara qoymuşdur. İşin bütün sübutları ilə malların təhvil verilmədiyi müəyyən olunsa da, məhkəmə yalnız müqavilənin mübahisəli bir sözünə hüquqi qiymət vermiş, tərəflərin iradəsini, digər faktları nəzərə almamışdır. Bu müqaviləyə Əlavənin 11-ci bəndinə əsasən: “Hər bir halda Şirkət öhdəsinə götürür ki, əsas müqavilədə göstərilmiş ünvanda cavabdeh üçün 90 528 kv.m ölçülü istixananı 2021-ci il 10 mart tarixinədək tam şəkildə inşa edib tamamlayacaq və tikinti sahəsini tərk edərək ərazini boşaldacaqdır. 2021-ci il 10 mart tarixindən etibarən Şirkətin və onun Filialının əməkdaşları cavabdehin çağırışı və icazəsi olmadan istixana ərazisinə buraxılmayacaqlar. ” Məhkəmənin qeyd etdiyi “2021-ci il 8 fevral tarixində Şirkət müqavilədə göstərilmiş ünvanda cavabdeh üçün qurduğu 90.528 kv.m ölçülü istixana” ifadəsi həqiqətən iddiaçının bu istixananı tam şəkildə inşa etdiyini təsdiq etmiş olsaydı, bu bəndin hər hansı mənası qalmazdı. Aydın məsələdir ki, 2021-ci il 8 fevral tarixində inşa olunmuş istixana üçün iddiaçı yenidən 2021-ci il 10 mart tarixinədək tam şəkildə inşa edib tamamlamaq öhdəliyi götürə bilməzdi. Bu bəndin özü kifayət edir ki, daha əvvəl qeyd edilən “qurduğu” sözünün “inşa edilməkdə olan” mənasında istifadə olunduğu başa düşülsün. İstixananın əsas mahiyyətinin şitillərin əkilməsi olduğunu nəzərə alaraq, əgər həqiqətən iddiaçı 90.528 kv.m ölçülü istixana qursaydı, şitillərin əkilməsi üçün şərait yaratdığını sübuta yetirər, buna dair h ər hansı sənəd təqdim edərdi. Bundan başqa, tərəflər arasında 2020-ci il 19 iyun tarixli 19062020 saylı satınalma və tikinti müqaviləsinə 2020-ci il 30 iyun tarixli dəyişiklik edilməsi haqqında 1 saylı Əlavə Razılaşmanın 1-ci bəndinə əsasən: “Tərəflər arasında olan 2020-ci il 19 iyun tarixli 19062020 saylı müqavilənin 12.1-ci maddəsi aşağıdakı qaydada yeni redaksiyada verilsin: 12.1 Müqavilənin ümumi dəyəri 3.345.000 ABŞ dolları və 340.000 manat təşkil edir.” Göründüyü kimi, xaricdən təchiz olunan mallar üzrə müqavilə dəyəri artırıldığı halda, lokal işlər üzrə müqavilə dəyəri əvvəlki kimi 340.000 manat olaraq saxlanmışdır. Məhkəmənin qeyd etdiyi kimi, istixana kompleksi əlavə 31.488 kv.m təşkil edən sahəsinin inşası iddiaçı tərəfindən həyata keçirilsəydi, buna görə xidmət haqqı da müqavil əyə əlavə olunmalı idi. Hər bir halda kommersiya müəssisəsinin heç bir əlavə xidmət haqqı almadan 31.488 kv.m sahəni inşa etməsi mümkün deyildir. Eyni zamanda, 2020-ci il 30 iyun tarixli 1saylı Əlavə Razılaşma əsas sübut kimi qiymətləndirilməli olsaydı, bu razılaşmanın smetası, hər hansı əlavəsi, malların siyahısı, qiymət razılaşdırma protokolu və s. adda hər hansı bir qoşması olardı. Çünki bu razılaşma üzrə müqavilə dəyəri artırılsa da, iddiaçının hansı malları gətirməli olduğu, hansı mal-materiallar üzrə qiymətin artırıldığı göstərilməmişdir.

68. Tərəflər arasında 2020-ci il 19 iyun tarixli 19062020 saylı üçtərəfli “İstixana üzrə mühəndislik, satınalma və tikinti” müqavilənin 11-ci bəndinə əsasən: “11.1 Tərəflər vaxtın mahiyyətli olduğunu və işlərin başa çatdırılmasının və sifarişçi tərə findən ən son tarix kimi 2020-ci il 15 oktyabr tarixinədək (təhvil verilmə vaxtı) qəbul etməyə hazır olduqlarını qəbul edirlər. 11.2 Podratçı və Təchizatçı bütün işləri bu müqaviləyə əlavə olunmuş cədvəl 3-ə uyğun olaraq işlərin vaxt cədvəlinə uyğun şəkildə yerinə yetirməlidirlər.” Bu müqavilənin 8.3-cü maddəsinə əsasən: “Podratçı işlərin tamamlandığı gündən 14 gün əvvəl Sifarişçiyə məlumat verməlidir.” Göründüyü kimi, tərəflər işlərin yekun təhvil tarixi kimi 2020-ci il 15 oktyabr tarixini müəyyən etmiş, eyni zamanda bu tarixdən 14 gün əvvəl Podratçının Sifarişçiyə məlumat verməli olduğu razılaşdırılmışdır. Buna baxmayaraq, iddiaçılar tərəfindən müqavilənin bu müddəalarına əməl olunmamış, üzərlərinə götürdükləri öhdəlik vaxtında icra edilməmiş, işlərin təhvil verilməsi baş tutmamış, bu barədə cavabdehə hər hansı məlumat verilməmişdir.

69. Tərəflər arasındakı yuxarıda qeyd olunan müqavilənin 2021-ci il 5 fevral tarixində 6 saylı Əlavənin 2-ci bəndinə əsasən: “2021-ci il 1 mart tarixinədək cavabdeh Şirkətin bank hesabına 400.000 ABŞ dolları köçürəcəkdir. Şirkət bu məbləği rəsmi qəbul etdikdən sonra 5 bank günü ərzində cavabdehin afilə edilmiş şəxsi olan “X3” MMC-yə həmin 400.000 ABŞ dolları məbləğini ödəməyi öhdəsinə götürür. Həmin məbləğ tam olaraq “X3” MMC-nin bank hesabına oturmayanadək cavabdeh tərəfindən Şirkətə hər hansı bir ödəniş edilməyəcəkdir.” Maddənin məzmunundan da aydın olduğu kimi, 2020-ci ilin sentyabr ayında cavabdehin bank hesabında dollar vəsaiti olmadığı və iddiaçının 400.000 ABŞ dolları vəsaitinin təcili lazım olmasını əsas gətirərək tələb etməsi səb əbilə eyni təsisçi digər hüquq şəxs olan “X3” MMC (təsisçilikdə pay 10% Hüseynov Yaqub, 90% "xxxx" MMC olmaqla) tərəfindən bu məbləğ 2020-ci il 22 sentyabr tarixli 20/025 saylı müqavilə əsasında iddiaçıya ödənilmişdir. Əlavənin 2-ci bəndi ilə də müəyyən olunmuşdur ki, bu vəsait təkrarən cavabdeh tərəfindən ödəniləcəyi təqdirdə, “X3” MMC-nin ödədiyi məbləğ ona qaytarılmalıdır. Buna görə 6 saylı əlavənin 2-ci bəndində bu məbləğin geri qaytarılmadığı təqdirdə cavabdeh tərəfindən heç bir ödənişin olunmayacağı qeyd edilmişdir. Əlavə heç bir sübuta və araşdırmaya ehtiyac qalmadan da təkcə bu bəndə əsasən sübuta yetirilir ki, iddiaçı tərəfindən “X3” MMC-yə qeyd olunan vəsait geri qaytarılmadığı üçün cavabdehin hər hansı ödəniş öhdəliyi mövcud deyildir. Çünki MM-in 441.2-ci maddəsi ilə bir daha mü əyyən olunur ki, iddiaçı öz üzərinə düşdüyü öhdəliyi icra etmədiyi üçün cavabdehdən hər hansı məbləği tələb etmək hüququ mövcud deyildir. İddiaçı qeyd olunan 400.000 ABŞ dollarının “X3” MMC-yə qaytarmadığı kimi həmin məbləği cavabdeh ilə olan ödənişlərinə hesablamır və iddia tələbində həmin məbləği nəzərə almadan borc məbləğini hesablayır. Halbuki tərəflər arasında imzalanmış 6 saylı Əlavə ilə təsdiq olunduğu kimi, artıq bu məbləğ “X3” MMC tərəfindən ödənildiyi üçün borc məbləği kimi tələb edilə bilməz. Məhkəmə isə qeyd olunan halları nəzərə almamış, münasibət bildirməmiş, iddiaçının öz öhdəliklərini icra etməməsini gözdən gəlmişdir.

70. Belə qənaətə gəlmək mümkündür ki, məhkəmə qərəzli, yalnız iddiaçının mövqeyindən yanaşaraq qeyri-obyektiv, qanunsuz və əsassız qətnamə qəbul etmiş, qanuna, tərəflər arasında müqaviləyə əsasən, müvafiq sənədlər təsdiq edilməli olan işin hallarını başqa dolayı, analoji, öz ehtimal və fərziyəsinə əsaslanan sübutlarla sübuta yetirməyə çalışmışdır. Eyni məntiqlə yanaşılsa, iddiaçıdan başqa bir şirkət də mübahisə predmeti olan istixananı inşa edə və cavabdehdən pul tələb edə bilərdi. Məhz iddiaçı tərəfindən istixananın inşa olunmasına dair hər hansı sübut mövcud deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

71. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

72. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

73. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğvi xahiş edilsə də, kassasiya şikayətinin dəlillərindən göründüyü kimi, qətnamə faktiki olaraq iddianın təmin edildiyi hissədə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı yalnız həmin hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

74. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məh kəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

75. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır....” “Maddə

441. Öhdəliklərin qarşılıqlı icrası 441.1. Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. 441.2. Mükəlləfiyyətli tə rəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər....”

76. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

9. Ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi.... 9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə birbirlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin....” “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə

81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tə rəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

77. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 7 iyun tarixli 228 saylı Qərarı ilə təsdiq e dilmiş “Əsaslı tikintidə podrat müqavilələri haqqında Qaydalar”ın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “3.8.3. Buraxılış dövründə obyektin istismara buraxılması üçün şərait yaratmaq və nəticələri üçün məsuliyyət daşımaq vəzifələri tərəflər arasında, Müqavilədə qəbul edilmiş şərtlərdən asılı olaraq bölüşdürülür. Obyektin tam qurtarmış şəkildə təhvili üzrə bütün əsas vəzifələr və məsuliyyət müqaviləyə görə, baş Podratçı təşkilatın üzərinə düşür. Podratçı avadanlıqların istismarı üzrə bütün texniki təlimatları təqdim etməli, lazımi tənzimləmə işlərini görməli, texniki təhlükəsizlik tədbirlərini yerinə yetirməli, nümunə sınaqlarına başçılıq etmək üçün, təchizatçının müvafiq mütəxəssisləri də daxil olmaqla, kifayət qədər ixtisaslı heyət cəlb etməli, buraxılış dövrü ərzində işin s əmərəli təmini üçün, öz hesabına ehtiyat hissələri və istismar materialları (xammal və təchizatı Sifarişçinin vəzifələrinə daxil olan materiallardan başqa) göndərməli və avadanlığa texniki qulluqla əlaqədar bütün işləri yerinə yetirməlidir.”

78. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli 4 nömrəli Qərarında müəyyən edilmişdir ki: “6.2. Qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ hüquqi aktlar göstərilməlidir. 6.3. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində süb utlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

79. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax yuxarıda §§ 62-70) iş materialları ilə birgə araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 2 avqust tarixli 22(103)-407/2022 saylı qətnaməsi müahisələndirildiyi hissədə ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır.

80. Apellyasiya instansiyası məhkəməsi idxal olunmuş malların mübahisə predmeti olan istixananın inşasında istifadə olunduğu nəticəsinə gələrkən tikinti-texniki ekspertizasının 2022-ci il 13 iyul tarixli 10/3637 saylı r əyinə istinad edərək öz qətnaməsində bildirmişdir ki, tədqiq olunan istixana tikilisi əsasən müxtəlif ölçülü və tipli metal konstruksiyalardan, o cümlədən metal profillərdən, borulardan, plastik konstruksiyalardan istifadə edilməklə inşa olunmuş, üstü polietilen materialla örtülmüşdür.

81. Halbuki iddiaçının vəsatəti ilə keçirilmiş elə həmin ekspert rəyində o da göstərilmişdir ki: “Baxış zamanı, mülki iş materiallarındakı bəyannamələdə qeyd olunan istixanalar üçün tikinti materialları yerində müqayisə edilərkən, tədqiq olunan istixana tikintisində faktiki istifadə olunmuş tikinti materiallarının üzərində bəyannamələrdə qeyd olunan yazılar (markalar, istehsalçı firmaların və ölkələrin adları və s.) aşkar edilmədiyindən, Cavabdeh MMC-yə məxsus Abşeron rayonu, Zirə Tərəvəzçilik, Südçülük sovx ozu ərazisində yerləşən istixananın inşası zamanı istifadə olunan mal-materialların Cavabdeh MMC-nin adına idxal edilən və işin cildinin 244-338-ci vərəqlərində olan gömrük bəyannamələrində göstərilən mal-materiallarla eynilik təşkil edib-etməməsini müəyyən etmək mümkün olmadı.”

82. Lakin ekspert rəyinin bir hissəsinə istinad edən apellyasiya instansiyası məhkəməsi MPM-in 88 və 103-cü maddələrinin (bax yuxarıda § 76) tələblərini pozaraq rəyin qeyd olunan digər tədqiqat hissəsinə, habelə ekspert rəyinin nəticə hissəsinə hüquqi qiymət verməmişdir. Halbuki həmin hissədə qeyd olunanlar mübahisənin düzgün həlli üçün heç də az əhəmiyyət kəsb etmir.

83. Belə ki, cavabdehin müvafiq malları yalnız Şirkətdən deyil, digər sahibkarlıq subyektlərindən alması da istisna olunmur.

84. Qeyd etmək lazımdır ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin digər subyektlərlə bağladığı müqavilələrin onların predmetləri, bəzilərinin isə qiymətləri üzrə təhlil apararaq belə qənaətə gəlmişdir ki, həmin mallar, yəni istixanaların inşa edilməsində istifadə olunan və yuxarıda qeyd olunan spesifik malların alqı-satqısı təşkil etmir.

85. Halbuki cavabdeh tərəfin təqdim etdiyi digər subyektlər tərəfindən verilmiş arayışlardan, həmin subyektlərlə bağlanmış təhvil-təslim aktlarından (İV cild, i/v 82-87) müvafiq işlərin mübahisə predmeti olan istixanada yerinə yetirildiyi görünür. Lakin apellyasiya instansiyası məhkəməsi sübutetməyə dair prosessual tələbləri pozaraq həmin arayışlara, aktlara, habelə bununla bağlı ödəniş sənədlərinə qiymət verməmiş, bu sənədlərə əsasən, digər subyektlər tərəfindən istixan ada görülmüş işlərin həcmini və dəyərini müəyyən etməmiş, eləcə də həmin işlərin iddiaçı tərəfindən görüldüyü bildirilən işlərlə üst-üstə düşüb-düşməməsini aydınlaşdırmamışdır.

86. O da qeyd olunmalıdır ki, tərəflər arasında bağlanmış 6 saylı Əlavənin 4-cü bəndində qeyd olunmuşdur ki, “Tərəflər qəbul edir ki, Cavabdeh MMC-nin “X6 Sistemləri A.Ş”nin subpodratçısı X1 bu Əlavənin imzalanmasından öncə ödədiyi 35.000 (otuz beş min) ABŞ dolları nəzərə alınır və Cavabdeh MMC ilə “X6 Sistemləri A.Ş” arasındakı hesablaşmalara daxildir.”

87. Göründüyü kimi, iddiaçının özünün də qəbul etdiyi kimi, subpodratçı X1 ödənilən məbləğlər müqavilə dəyərinə daxil edilmişdir.

88. Lakin apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən həmin şəxsə ödənilmiş 35.000 ABŞ dollarının hazırkı iş üzrə iddia tələ blərinə təkrar daxil edilibediliməməsinə də hüquqi qiymət verməmişdir.

89. Bundan başqa, apellyasiya instansiyası məhkəməsinin iddiaçı tərəfindən idxal olunan malların cavabdehin adından Nümayəndə4 etibarnamə verilmədən təhvil alınması barədə gəldiyi nəticəni məhkəmə kollegiyası qanunsuz hesab edir.

90. Belə ki, qətnamədə qeyd olunmuşdur ki: “İşin 5-ci cildinin 97-112-ci vərəqələrində olan həmin avadanlıqların gətirilməsi barədə gömrük bəyannamələri və onlara əlavə olunmuş invoys və s. sənədlərin tarixləri isə 11, 15, 18, 21 noyabr 2020-ci il tarixlərə, yəni cavabdehin adından Nümayəndə4 adına etibarnamə olmadığı tarixlərə təsadüf edir, habelə həmin sənədlərin heç birində Cavabdeh MMC-nin möhürü yoxdur. Qeyd olunan faktlar təsdiq edir ki, tərəflər arasında işgüzar münasibətlər bu şəkildə də həyata keçirilmiş, yəni alqı-satqı müqaviləsi üzrə mallar Nümayəndə4 adına etibarnamə verilmədən və gömrük sənədlərinə cavabdeh MMC-nin möhürü vurulmadan da cavabdeh tərəfindən təhvil alınmışdır.”

91. Halbuki elə həmin qətnamənin özündən aydın olur ki, həmin tarixlərə etibarnamənin mövcud olduğunu məhz iddiaçı tərəf bildimişdir.

92. Apellyasiya instansiyası məhkəməsinin 2022-ci il 26 iyul tarixli iclasının protokolundan da görünür ki, həmin iclasda iştirak edən iddiaçının qanuni nümayəndəsi bildirmişdir ki: “... Raminin adına etibarnamə olmasaydı mallar ona təhvil verilməzdi. Sadəcə olaraq həmin etibarnaməni təqdim edə bilmirik.” (Vİ cild, i/v 136)

93. Göründüyü kimi, iddiaçı tərəfin özünün izahatında malların cavabdehin adından Nümayəndə4 bütün hallarda etibarnamə ilə təhvil verildiy i bildirilsə də, apellyasiya instansiyası məhkəməsi MPM-in 9.3 və 14.2-ci maddələrinə (bax yuxarıda § 76) uyğun olaraq öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq əvəzinə, özünün qulluq mövqeyinə görə irəli sürdüyü dəlillərə istinad etmiş, alqı-satqı müqaviləsi üzrə malların Nümayəndə4 adına etibarnamə verilmədən də cavabdeh tərəfindən təhvil alındığı nəticəsinə gəlmişdir.

94. Məhkəmə kollegiyasının qənaətinə görə, qeyd olunan hal çəkişmə prinsipinin apellyasiya instansiyası məhkəməsi tərəfindən pozulması kimi qiymətləndirilməlidir.

95. Bundan başqa, tərəflər arasında bağlanmış müqaviləyə 2021-ci il 5 fevral tarixində edilmiş 6 saylı Əlavənin 2-ci bəndində göstərilmişdir ki: “01 mart 2021-ci il ta rixədək Cavabdeh MMC “X6 Sistemləri A.Ş”in bank hesabına 400.000 (dörd yüz min) ABŞ dolları köçürəcəkdir. “X6 Sistemləri A.Ş” bu məbləği rəsmi qəbul etdikdən sonra 5 (beş) bank günü ərzində Cavabdeh MMC-nin afilə edilmiş şəxsi olan “X3” MMC-yə həmin 400.000 (dörd yüz min) ABŞ dolları məbləğini ödəməyi öhdəsinə götürür. Həmin məbləğ tam olaraq “X3” MMC-nin bank hesabına öturmayanadək Cavabdeh MMC tərəfindən “X6 Sistemləri A.Ş”nə hər hansı bir ödəniş edilməyəcəkdir.”

96. İmperativ xarakterli həmin müqavilə müddəasından aydın olur ki, 6 saylı Əlavənin 2-ci bəndində tərəflərin öhdəliklərinin dəqiq qarşılıqlı icra ardıcıllığı müəyyən edilmiş, yəni sözügedən əlavə imzalandığı tarixdən – 2021-ci il 5 fevral tarixindən sonra cavabdehin Şirkət qarşısında hər hansı ödəniş öhdəliyinin yaranması Şirk ət tərəfindən 400.000 ABŞ dollarının “X3” MMC-yə ödəmək öhdəliyinin icrasından asılı hala salınmışdır. Başqa sözlə, Şirkət tərəfindən 400.000 ABŞ dolları “X3” MMC-yə ödənilmədiyi halda, cavabdehdən də Şirkətin hesabına hər hansı ödənişin həyata keçirilməsinin tələb edilməsinin qeyrimümkünlüyü müəyyən edilmişdir.

97. Lakin apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən bu öhdəliyin qarşılıqlı icra ardıcıllığını ümumiyyətlə nəzərə almamış, həmin müqavilə şərtinin, habelə bununla əlaqədar MM-in 441.1 və 441.2-ci maddələrinin (bax yuxarıda § 75) hazırkı mübahisənin həllinə tətbiqi imkanlarını qiymətləndirməmişdir.

98. Əvəzində isə apellyasiya instansiyası məhkəməsi sadəcə olaraq “X3” MMC-nin Şirkətə qarşı digər məhkəmə prosesində qaldırdığı iddia üzrə birinci instansiya məhkəməsi nin çıxardığı qətnaməyə istinad etməklə kifayətlənmiş, lakin həmin qətnamə ilə müəyyən edilən halların hazırkı məhkəmə mübahisəsinin həllinə necə təsir etməsini konkret dəlillərlə əsaslandırmamış, yəni istinad etdiyi sübuta qiymət verməmiş, bununla da MPM-in 218.1-ci maddəsinin (bax yuxarıda § 76) tələblərini pozmuş, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli 4 nömrəli Qərarının 6.2 və 6.3-cü bəndlərində (bax yuxarıda § 78) formalaşdırdığı hüquqi mövqeləri nəzərə almamışdır.

99. Belə ki, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər göstərilməli, sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər süb utun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir.

100. O da nəzərdən qaçırılmamalıdır ki, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi birinci instansiya məhkəməsinin qətnaməsi 2022-ci il 8 iyul tarixində, yəni hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin 2022-ci il 2 avqust tarixində çıxardığı qətnaməsindən cəmi 25 gün əvvəl çıxarılmış, odur ki, hazırkı apellyasiya icraatı zamanı hələ qanuni qüvvəyə minməmişdi.

101. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi digər iş üzrə çıxarılmış, lakin hələ qanuni qüvvəyə minməmiş məhkəmə qətnaməsinə istinad edərkən MPM-in 80, 81 və 88-ci maddələrinin (bax yuxarıda § 76) də tələblərini pozmuşdur.

102. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi 6 saylı Əlavənin 3 v ə 4-cü bəndlərində istifadə olunmuş “X6 Sistemləri A.Ş” müqavilədə göstərilmiş ünvanda Cavabdeh MMC üçün qurduğu 90.528 kv.m ölçülü istixananın” və “X6 Sistemləri A.Ş” əsas müqavilədə göstərilmiş ünvanda Cavabdeh MMC üçün qurduğu 90.528 kv.m ölçülü istixananın” ifadələrinə istinadən hesab etmişdir ki, tərəflərin imzaladığı 6 saylı Əlavədə iddiaçı tərəfindən cavabdeh üçün 90.528 kv.m ölçülü istixana qurulduğu aydın şəkildə qeyd olunmuşdur.

103. Məhkəmə kollegiyası digər müqavilə şərtlərini əlaqəli şəkildə təhlil edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi əsassızdır.

104. Belə ki, elə həmin Əlavənin 11-ci bəndinə əsasən: “Hər bir halda “X6 Sistemləri A.Ş” öhdəsinə götürür ki, əsas Müqavilədə göstərilmiş ünvanda Cavabdeh MMC üçün 90 528 kv.m ölçülü istixananı 1 0 mart 2021-ci il tarixədək tam şəkildə inşa edib tamamlayacaq və tikinti sahəsini tərk edərək ərazini boşaldacaqdır...”

105. Əgər iddiaçı həqiqətən də cavabdeh üçün 90.528 kv.m ölçülü istixananı qurub başa çatdırmışdırsa, o zaman 6 saylı Əlavənin 11-ci bəndindəki öhdəliyin (“90 528 kv.m ölçülü istixananı 10 mart 2021-ci il tarixədək tam şəkildə inşa edib tamamla”) razılaşmaya hansı məqsədlə daxil edildiyi anlaşılmır.

106. Qeyd etmək lazımdır ki, hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 7 iyun tarixli 228 saylı Qərarı ilə təsdiq edilmiş “Əsaslı tikintidə podrat müqavilələri haqqında Qaydalar”ın 3.8.3-cü bəndinin (bax yuxarıda § 77) tələbləri ondan ibarətdir ki, obyektin tam qurtarmış şəkildə təhvili üzrə bütün əsas vəzifələr və məsuliyyət müqaviləyə gö rə, baş Podratçı təşkilatın üzərinə düşür. Podratçı avadanlıqların istismarı üzrə bütün texniki təlimatları təqdim etməli, lazımi tənzimləmə işlərini görməli, texniki təhlükəsizlik tədbirlərini yerinə yetirməli, nümunə sınaqlarına başçılıq etmək üçün, təchizatçının müvafiq mütəxəssisləri də daxil olmaqla, kifayət qədər ixtisaslı heyət cəlb etməli, buraxılış dövrü ərzində işin səmərəli təmini üçün, öz hesabına müvafiq ehtiyat hissələri və istismar materialları göndərməli və avadanlığa texniki qulluqla əlaqədar bütün işləri yerinə yetirməlidir.

107. İmperativ xarakterli həmin normativ tələblərin, xüsusilə də obyektin tam qurtarmış şəkildə təhvili üzrə bütün əsas vəzifələrin 6 saylı Əlavənin 11-ci bəndindəki öhdəliyə (“90 528 kv.m ölçülü istixananı 10 mart 2021-ci il tarixədək tam şəkildə inş a edib tamamla”) münasibətdə iddiaçı tərəfindən yerinə yetirilməsi, hətta işlərin başa çatdırılması barədə cavabdehə lazımi qaydada məlumat verilməsi belə iş materialları ilə öz təsdiqini tapmır.

108. Lakin apellyasiya instansiyası məhkəməsinin qətnaməsində sözügedən razılaşma müddəalarının əlaqəli təhlilini aparılmamış, nəticədə MM-in 404.1-ci maddəsini (bax yuxarıda § 75) düzgün tətbiq etməmiş, habelə “Əsaslı tikintidə podrat müqavilələri haqqında” Qaydalarının 3.8.3-cü bəndinin tətbiqi imkanlarını hazırkı mübahisəyə tətbiqi imkanlarını dəyərləndirməmiş, beləliklə də hüquqi müəyyənlik prinsipini pozaraq ziddiyyətli qənaətə gəlmişdir.

109. Qeyd edilən qeyri-müəyyənliklərin mövcud olduğu hazırkı vəziyyətdə isə iş üzrə birmənalı nəticəyə gəlmək mümkün deyildir.

110. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 76) tələblərini pozaraq işdə olan sübutları əlaqəli şəkildə düzgün qiymətləndirməmiş, nəticədə MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 76) zidd olaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Odur ki, həmin qətnamə mübahisələndirilən hissədə ləğv edilməlidir.

111. Yeni apellyasiya baxışı zamanı məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmalı, o cümlədən: 1) tikinti-texniki ekspertizasının 2022-ci il 13 iyul tarixli 10/3637 saylı rəyinə, cavabdehin müqavilələr bağladığı digər subyektlər tərəfindən verilmiş arayışlara, təhvil-təslim aktlarına, bununla bağlı ödəniş sənədlərinə və digər sənədlərə əlaqəli şəkildə qiymət verməli, bu sənədlərə əsasən, digər subyektlər tərəfindən istixanada faktiki görülmüş işlərin həcmini və dəyərini müəyyən etməli, eləcə də həmin işlərin iddiaçı tərəfindən görüldüyü bildirilən işlərlə üst-üstə düşüb-düşməməsini; 2) cavabdeh tərəfindən subpodratçı X1 ödənilən 35.000 ABŞ dollarının hazırkı iş üzrə iddia tələblərinə təkrar daxil edilib-ediliməməsini aydınlaşdırmalı; 3) bütün hallarda idxal olunan malların Filialın işçisi tərəfindən götürülməsi üçün ona cavabdehin adına etibarnamə verilib-verilmədiyini qiymətləndirərkən iddiaçı tərəfin öz izahatında belə etibarnamənin verildiyini bildirməsini nəzərə almalı; 4) 6 saylı Əlavənin 2-ci bəndində göstərilmiş cavabdehin ödədiyi 400.000 ABŞ dollarının iddiaçı tərəfindən “X3” MMC-nin hesabına keçirilməsi barədə razılaşma şərtinin, habelə bununla əlaqədar MM-in 441.1 və 441.2-ci maddələrinin; 5) eləcə də “Əsaslı tikintidə podrat müqavilələri haqqında” Qaydalarının 3.8.3-cü bəndinin hazırkı mübahisənin həllinə tətbiqi imkanlarını dəyərləndirməli; 6) 6 saylı Əlavənin 3, 4 və 11-ci bəndlərindəki razılaşma şərtlərinin bir-biri ilə və MM-in 404.1-ci maddəsi ilə (iddiaçı tərəfindən 90.528 kv.m ölçülü istixananın qurub başa çatdırılıb-çatdırılmaması baxımından) əlaqəli təhlilini aparmalı, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməlidir.

112. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh MMC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 2 avqust tarixli 2-2(103)-407/2022 saylı qətnaməsi mübahisələnidirildiyi hissədə ləğv edilsin. İş həmin hissədə yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar