Məhkəmə qərarları › İş №2-2(102)-825/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-825/2025

18.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Pod
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-825/2025 18.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Nümayəndə1 Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilə üzrə öhdəliyin icra edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun (məruzəsi ilə), Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı Nümayəndə1 Cavabdeh qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 9 sentyabr tarixli, 2-2(107)-111/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmış dır. İşin halları

1. Sifarişçi Cavabdeh ilə icraçı Nümayəndə1 arasında 2024-cü il 20 may tarixli 20/05/24 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən icraçı sifarişçinin sifariş etməklə ona tapşırdığı işi yerinə yetirməyi, həmin işlər yerinə yetirildikdən sonra isə sifarişçi qeyd olunan işlərin dəyərini icraçıya ödəməyi öhdəsinə götürmüşdür.

2. Müqavilənin 4.3-cü bəndinə əsasən icraçı sifarişçinin müqavilə əsasında götürdüyü işlərə 31500 manat nəğd olaraq öz hesabından ödədi. Bu işlərə 4590 manat plastik qapıpəncərə, 1500 manat nəğd, 1500 manat icarə haqqı, 15760 manat yeni Günəşlidə yerləşən Liman Şirkətinin pəncərələrin şüşəsinə, 3250 manat liman şirkətində çalışan fəhlələrə, 4900 manat liman şirkətində alınan mallar daxildir. İş tamamlanandan sonra sifarişçi icraçıya 31500 ma nat məbləği ödəməlidir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı Nümayəndə1 (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 30.500 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, müqavilənin 4.4-cü bəndinə uyğun olaraq iş tamamlandıqdan sonra sifarişçi – cavabdeh iddiaçıya 31500 manat məbləği ödəməlidir. İddiaçı müqavilə öhdəliklərini pozmamış, keyfiyyətsiz yerinə yetirməmiş və müddət pozuntusuna yol verməmişdir. Lakin cavabdeh müqavilə öhdəlikərini icra etməmiş və 31.500 manat məbləğini ödəməmişdir. Bundan sonra məslənin həlli ilə bağlı Binəqədi rayon Polis İdarəsinə şikayəti əsasın da cavabdeh Polis idarəsinə dəvət edilmiş, orada 30.000 manat borcunun olmasını etiraf etmiş, lakin bu fünə kimi borcu qaytarmamışdır.

5. Cavabdeh iddiaya etiraz etmiş və bildirmişdir ki, aralarında bağlanmış müqavilə formal xarakter daşıyır. Çünki o, iddiaçı ilə ortaq olmuş, onların gördüyü işlərin hamısında birlikdə iştirak etmişlər. Bundan başqa iddiaçının iddia etdiyi məbləğlə ümumiyyətlə razı deyil. Çünki tələb etdiyi məbləğ artıq ona ödənilib. O, ümumiyyətlə latın əlifbası ilə oxuyub yaza bilmir. Binəqədi RPİ-də olarkən də müstəntiqə bildirmiş ki, latın əlifbası ilə oxuyub yaza bilmir. Bunun üçün o, vəkillə təmin edilsin, müstəntiq isə onu vəkillə təmin etməmişdir. Cinayət işinin rədd olunması barədə qərarda borcu olduğunu bildirməmişdir. Əksinə onun qarşı tərəfə cəmi 3000 manat borc unun olduğunu bildirmiş və həmin məbləğdən başqa ümumiyyətlə heç bir borcunun olmadığını qeyd etmişdir. O, iddiaçıya 3000 manatı polis şöbəsində olarkən, görülən işlərin nəticəsi olaraq 1500, 1400, 1600 manatlıq tikinti materialı, 2024-cü il 9 yanvar tarixdə 700 manat, 2024-cü il 6 aprel tarixdə 300 manat, dəfələrlə əlbəəl ***-**** manat olmaqla qaytarmışdır. Bundan başqa 2024-cü ilin yanvar ayında təmir olunan evin qapı və pəncərələri təmir olunmuşdur və buna görə ev sahibi 15000 manat məbləğində onlara pul vermişdir. O da həmin pulu tam şəkildə iddiaçıya vermişdir. Eyni zamanda cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardanda görünür ki, 15.000 manat məbləğində pul onun tərəfindən iddiaçıya verilmişdir. Göründüyü kimi iddiaçının tələbi tam əsassızdır və ona qarşı irəli sürdüy ü iddia tələbi qanunsuzdur. Onun tələb etdiyi məbləğdən dəfələrlə çox pulu ona ödəmiş və heç bir borcu qalmamışdır.

6. Şəki Kommersiya Məhkəməsinin 2025-ci il 23 may tarixli, e-2-2(117)-302/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – E.Hüseynova).

7. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış podrat müqaviləsindən irəli gəlir. İddiaçı podrat müqaviləsindən irəli gələn öhdəliyini icra etmiş, yəni müqavilədə qeyd olunan 31.500 manat dəyərində iş və xidmətləri yerinə yetirərək cavabdehə təhvil vermişdir. Bu hal iş materiallarında olan Binəqədi RPİ-nin İstintaq Şöbəsi tərəfindən qəbul edilən 2024-cü il 19 dekabr tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarda göstərilən c avabdeh tərəfindən verilən izahatda və digər sənədlərlə öz təsdiqini tapmışdır. Cavabdeh isə öz üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və iddiaçıya ödənilməmiş borcu qalmışdır.

8. Məhkəmə cavabdehin iddia tələbinə qarşı etirazını əsassız hesab edərək qeyd etmişdir ki, həmin etirazda cavabdeh tərəfindən iddiaçıya borcunun olmaması, bütün ödənişləri iddiaçıya etdiyi və bununla bağlı məhkəməyə qəbz təqdim edəcəyini bildirsə də, heç bir sübut edəcək sənədləri məhkəməyə təqdim etməmişdir.

9. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 427.2, 442, 445.2, 448.1, 448.2, 752.1, 752.2, 769 və 770-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 78.1, 119.1, 119.2-ci maddələrinə istinadla əsaslan dırmışdır.

10. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 9 sentyabr tarixli, 2-2(107)-111/2025 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – E.Hüseynov, hakimlər – Ə.Kərimov və Z.Sadiqov).

12. Məhkəmə bildirmişdir ki, iddiaçı podrat müqaviləsindən irəli gələn öhdəliyini icra etmiş, yəni müqavilədə qeyd olunan 31.500 manat dəyərində iş və xidmətləri yerinə yetirərək cavabdehə təhvil vermiş dir. Bundan əlavə cavabdeh iddiaçıdan özünün yaranmış vergi borclarını ödəmək (bağlamaq) məqsədi ilə 2.000 pul vəsaiti götürmüşdür. Sonradan 2024-cü il 13 dekabr tarixində cavabdeh iddiaçıya 3.000 manat qaytarmışdır. Bu hallar iş materiallarında olan tərəflər arasında bağlanmış müqavilə, razılaşdırma protokolu, iddiaçı tərəfindən yazılmış qəbz və Binəqədi RPİ-nin İstintaq Şöbəsi tərəfindən qəbul edilən 2024cü il 19 dekabr tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarda göstərilən cavabdeh tərəfindən verilən izahatda və digər sənədlərlə öz təsdiqini tapmışdır. Cavabdeh isə öz üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və iddiaçıya ödənilməmiş borcu qalmışdır.

13. Məhkəmə apellyasiya şikayətinin tərəflər arasında bağlanmış müqavilənin formal xarakter daşıması barədə də lilini əsassız sayaraq qeyd etmişdir ki, cavabdeh iddiaçı ilə ortaq olduğunu etiraf etmiş və göstərmişdir ki, görülən işlərin nəticəsi olaraq iddiaçıya 1.500, 1.400, 1.600 manatlıq tikinti materialı, 2024-cü il 9 yanvar tarixində 700 manat, 2024-cü il 6 aprel tarixində 300 manat, dəfələrlə əlbəəl ***-**** manat olmaqla qaytarmışdır. Cavabdeh 1.500, 1.400, 1.600 manatlıq tikinti materialı qaytardığnı sübut edə bilməsə də, onlar arasında bağlanmış müqavilənin formal xarakterdə olmadığı müəyyən edilmişdir.

14. Məhkəmə qeyd etmişdir ki, 3.000 manatın qaytarılmasına gəldikdə həmin məbləğin qaytarılması iddiaçının vermiş olduğu 2024-cü il 13 dekabr tarixli qəbzlə də təsdiq olunmuşdur. Məhz cavabdeh həmin məbləği qaytardıqdan sonra onun iddiaçıya 30.500 manat borcu qalır (31.500 manat müqavilədə şərtləşdirilmiş məbləğ+2000 manat vergi borclarını bağlamaq üçün verilən məbləğ=33.500 manat-3.000 manat=30500 manat).

15. Məhkəmə cavabdehin 2024-cü il 9 yanvar tarixində 700 manat, 2024-cü il 6 aprel tarixində 300 manat qaytarması barədə dəlilləri ilə bağlı bildirmişdir ki, tərəflər arasında müqavilə göstərilən tarixlərdən sonra, yəni 2024-cü il 20 may tarixində bağlanmışdır.

16. Məhkəmə vurğulamışdır ki, cavabdeh pulu dəfələrlə əlbəəl 500-1.000 manat olmaqla qaytarması və 2024-cü ilin yanvar ayında təmir olunan evin sahibinin 15.000 manat məbləğində onlara vermiş pulu tam şəkildə iddiaçıya verməsinə dair sübutları işə baxan məhkəmələrə təqdim edə bilməmişdir. Eyni zamanda cavabdehin qaytarmış olduğunu bildirdiyi 15.000 manat pulun da qaytarılma tarixi də tərəflərin bağladığları müqavi lənin tarixindən əvvələ düşməsi nəzərdən qaçmamalıdır.

17. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 427.2, 442, 445.1, 445.2, 445.2.1, 445.2.2, 448.1, 448.2, 752.1, 752.2, 753.1, 769, 770-ci və MPM-in 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

18. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onu ləğv edilməsi və işin yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. MM-in 135.10, 385.1 və 425.1-ci maddələri üzrə - apellyasiya şikayətində qeyd olunan və məhkəmədə verilmiş izahatlara görə, tərəflər arasında olan yazışmalar, kart hesabına köçürmələr, polis şöbəsində ödənilmiş 3.000 manat məbləği n pulun qəbzi və sair diqqətə alınmamışdır. Cinayət işinin rədd olunması barədə qərara əsasən, cavabdeh qarşı tərəfə 15.000 manat və fərqli vaxtlarda digər ödənişlər etmişdir. Bu məhkəməyə təqdim edilən sənədlərdə də öz əksini tapmışdır. İddia tələbinin rəddi üçün iş materiallarına kifayət qədər sənəd əlavə olunsa da məhkəmə cavabdehin etirazına münasibət bildirməməklə qərəzli mövqe nümayiş etmişdir.

20. MPM-in 9.3, 88 və 218.1-ci maddələri üzrə - cavabdehin təqdim etdiyi sübutlara qiymət verilməmiş, yalnız cinayət işinin başlanmasının rədd olunması barədə qərara istinad edilmiş, məhkəmə ədalətli araşdırma aparmamış və sübutlara düzgün hüquqi qiymət verməmişdir.

21. Digər məsələlərdə qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilə formal xarakter daşıyır. Çünki tərəflər ortaq olmu ş və gördükləri işlərin hamısında birlikdə iştirak etmişlər. Bundan başqa iddiaçının iddia etdiyi məbləğlə cavabdeh razı deyildir. Çünki tələb etdiyi məbləğ artıq ona ödənilib. Məhkəmə isə iddiaçının mülahizəsini əsas tutaraq qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

23. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə ə sasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.” “Maddə

427. Öhdəliyin icrası müddəti 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozm aqla icra edilməsi) başa düşülür. “Maddə

445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.”

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tər əflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.” “Maddə

218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.” “Maddə

392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.” "Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edi lən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1.Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən a sılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

27. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

28. Kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması barədə dəlillər isə əsaslı hesab edilə bilməz.

29. Belə ki, kassasiya şikayətində pozuntuların nədən ibarət olmasına dair aydın şəkildə izah verilməmişdir.

30. Kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasının işdə olan sübutların və işin hallarının düzgün qiymətləndirilməməsi ilə əlaqələndirilməsi isə əsas sızdır.

31. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

32. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahi yyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan iba rət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərarı).

33. Məhkəmə k ollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.

34. Apellyasiya instansiyası məhkəməsi də öz səlahiyyətləri daxilində sübutları və işin hallarını qiymətləndirmiş və müəyyən etdiyi hallara əsasən kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasına yol verm əmişdir.

35. Kollegiya qeyd edir ki, kassasiya şikayətində qeyd olunan prosessual hüquq normalarının pozulması barədə dəlillər o vaxt əsaslı hesab edilə bilərdi ki, məhkəmələr tərəfindən MPM-in 14.1, 217.3, 218.1-ci maddələrinin tələbləri pozularaq işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasın, cavabdeh tərəfin istinad etdiyi dəlillərə və təqdim etdiyi sübutlara qiymət verilməsin, habelə məhkəmə qətnaməsi əsaslandırılmasın. Lakin hazırkı işdə həmin hallara yol verilməmiş, habelə MPM-in 392.2ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini qətnamədə göstərmişdir.

36. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq n ormalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri isə təmin edilməməlidir.

37. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 9 sentyabr tarixli, 2-2(107)-111/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi gündən qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar