Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-83/2023 13.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: yaranmış borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı “yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 11 oktyabr tarixli 2-2(103)-700/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qayd asında baxılmışdır. I. İŞİN HALLARİ 1. 2017-ci il 1 iyun tarixli LWC-2017/26 nömrəli “İşlər üzrə satınalma” müqaviləsinə əsasən sifarişçi – Cavabdeh ASC Azərbaycan Respublikasının dövlət vəsaiti hesabına Hacıqabul və Şamaxı rayonlarında 10.000 hektar və Zərdab rayonunda 10.000 hektar ərazinin suvarma suyu ilə təmin edilməsi layihəsi çərçivəsində daxili diametri 1.600 mm-lik dəmir beton borularla tunel tipli keçidlərin tikintisi işlərinin satın alınması üçün icraçının 2.697.480 manat (ƏDV daxil) məbləğində təklifini qəbul etmişdir. İcraçı "xxxx" MMC müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satınalınan daxili diametri 1.600 mm-lik dəmir beton borularla tunel tipli keçidlərin tikintisi işlərinin yerinə yetirilməsini, Sifarişçi isə müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında i şlərin (malların və xidmətlərin) İcraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür.
2. Cavabdeh ASC-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionları üzrə BP şirkətinə ünvanlanmış 2017-ci il 1 avqust tarixli 07/04-1/12986 nömrəli məktubundan görünür ki, su kəmərinin tikinti-quraşdırma işlərini “Alke” İnşaat Sənaye və Ticarət A.Ş. şirkəti həyata keçirəcəyindən, tikinti işlərinin icrası və boru üzərində dərinliklərin öyrənilməsi məqsədilə “Alke” İnşaat Sənaye və Ticarət A.Ş. şirkətinə qazıntı işlərinin aparılması üçün icazə verilməsi xahiş olunmuşdur. 3. 2017-ci il 18 avqust tarixli LWE-2017/29 nömrəli “İşlər üzrə satınalma” müqaviləsinə əsasən sifarişçi – Cavabdeh ASC Azərbaycan Respublikasının dövlət vəsaiti hesabına Hacıqabul və Şamaxı rayonlarında 10.000 hektar və Zərda b rayonunda 10.000 hektar ərazinin suvarma suyu ilə təmin edilməsi layihəsi çərçivəsində elektrik işləri ilə bağlı avadanlıqların və mal-materialların təchiz olunması və quraşdırılması işləri üçün podratçının – "xxxx" MMC-nin 499.986,06 manat (ƏDV daxil) məbləğində təklifini qəbul etmişdir. Podratçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satınalınan Hacıqabul və Şamaxı rayonlarında 10.000 hektar və Zərdab rayonunda 10.000 hektar ərazinin suvarma suyu ilə təmin edilməsi layihəsi çərçivəsində elektrik işləri ilə bağlı avadanlıqların və mal-materialların təchiz olunması və quraşdırılması işlərini, Sifarişçi isə müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların Podratçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür.
4. Cavabdeh ASC-nin Azərbaycan-Gürc üstan-Türkiyə regionları üzrə BP şirkətinə ünvanlanmış 2017-ci il 29 avqust tarixli məktubundan görünür ki, “BP Azərbaycan” şirkətinə məxsus 4 ədəd magistral kəmərin keçdiyi ərazidə 2 ədəd D1400 mm-lik suvarma xəttinin quraşdırma işlərinin yerinə yetiriləcəyi müddətdə podratçı təşkilat “Alke” İnşaat Sənaye və Ticarət A.S. şirkətinə məxsus 9 ədəd texnikanın və 54 ədəd işçinin əraziyə daxil olmasına şərait yaradılması haqqında müvafiq göstəriş verilməsi xahiş olunmuşdur.
5. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli “Hacıqabul, Şamaxı və Zərdab rayonlarında ərazilərin suvarma suyu ilə təminatı layihələrinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən Cavabdeh ASC-yə 8 milyon manat ayrılmışdır. 6. 2017-ci il 22 sentyabr tarixli LWE-2017/30 nömrəli “İşlər üzrə satınalma” müqaviləsinə əsasən sifarişçi – Cavabdeh ASC Azərbaycan Respublikasının dövlət vəsaiti hesabına Hacıqabul və Şamaxı rayonlarında 10.000 hektar və Zərdab rayonunda 10.000 hektar ərazinin suvarma suyu ilə təmin edilməsi layihəsinin tamamlanması ilə əlaqədar yenidənqurma və tikinti işlərinin satın alması üçün Podratçının – Cavabdeh ASC-nin "xxxx" Müəssisəsinin 2.905.151,37 manat (ƏDV daxil) məbləğində təklifini qəbul etmişdir. Podratçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satınalına n Hacıqabul və Şamaxı rayonlarında 10.000 hektar və Zərdab rayonunda 10.000 hektar ərazinin suvarma suyu ilə təmin edilməsi layihəsinin tamamlanması ilə əlaqədar yenidənqurma və tikinti işlərinin yerinə yetirilməsini, Sifarişçi isə müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında işlərin (malların və xidmətlərin) Podratçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. 7. 2017-ci il 22 sentyabr tarixli LWE-2017/30 nömrəli “İşlər üzrə satınalma” müqaviləsinə 2 nömrəli Əlavə Razılaşmaya əsasən müqavilənin icra müddəti 2018-ci il 21 sentyabr tarixindən 2019-cu il 30 dekabr tarixinə qədər uzadılmışdır. 8. 2018-ci il 28 mart tarixli 07/07-1/11049 №li təhvil-təslim aktına əsasən “Alke” İnşaat Sənaye və Ticarət” ASC və “X3” MMC tərəfindən Xəzər rayonu Qala qəsəbəsində yerləşən sah ədə suvarma xəttinin inşa olunması üzrə dəyəri 3.425.299 manat (ƏDV daxil) olan işlərin görüldüyü qeyd olunmuşdur. 9. 2018-ci il 28 mart tarixli 07/07-1/11053 №li təhvil-təslim aktına əsasən “Alke” İnşaat Sənaye və Ticarət” ASC və “X3” MMC tərəfindən Zərdab şəhərində polad borulu magistral su xəttinin tikintisi üzrə dəyəri 6.612.845 manat (ƏDV daxil) olan işlərin görüldüyü qeyd olunmuşdur. 10. 2018-ci il 28 mart tarixli 07/07-1/11152 №li təhvil-təslim aktına əsasən “Alke” İnşaat Sənaye və Ticarət” ASC və “X3” MMC tərəfindən Padarçöl ərazisində iki ədəd su anbarının və polad borulu magistral su xəttinin tikintisi üzrə dəyəri 18.809.860 manat (ƏDV daxil) olan işlərin görüldüyü qeyd olunmuşdur. 11. 2018-ci il 6 iyul tarixli LWC-2018/69 nömrəli “İşlər üzrə satınalma” müqaviləsinə əsasən “X4 və Ticarət” ASC “Regional su təminatı zəif olan kəndlərdə su təchizatı sisteminin yaradılması” işlərini 4.774.041,17 manat (ƏDV daxil) məbləğində icra etməyi qəbul etmişdir. Podratçı – “X4 və Ticarət” ASC müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçi – Cavabdeh ASC-yə satınalınan “Regional su təminati zəif olan kəndlərdə su təchizatı sisteminin yaradılması” işlərinin yerinə yetirilməsini, Sifarişçi isə müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında işlərin (malların və xidmətlərin) icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. 12. 2019-cu il 20 may tarixli LWC-2019/49 nömrəli “İşlər üzrə satınalma” müqaviləsinə əsasən “Sifarişçi” – Cavabdeh ASC “Biləsuvar rayonu ərazisində məskunlaşmış məcburi köçkün ailələrinin su təminatının yaxşılaşdırılması” işlərinin satın alınması üçün “İcraçı”nın – İddiaçı ASC-nin 3.947.979,69 manat (ƏDV daxil) məbləğində təklifini qəbul etmişdir. İcraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında müqavilənin 2.1-ci bəndinə uyğun olaraq tikinti işlərinin yerinə yetirilməsini, Sifarişçi isə müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında işlərin (malların və xidmətlərin) icraçıdan qəbul edilməsini və müqaviləyə əsasən yerinə yetirilən işlərə görə razılaşdırılmış məbləği icraçının təqdim etdiyi Forma 2 aktlarına əsasən ödəməyi öhdəsinə götürmüşdür.
13. İddiaçı ASC Cavabdeh ASC-yə 2021-ci il 29 iyul tarixli 101/21 nömrəli pretenziya məktubu göndərərək, Cavabdeh ASC-nin şifahi tapşırığına əsasən 2016-2019-cu illərdə icra edilmiş işlərə görə 14.166.255,53 (ƏDV daxil) manat borcun qısa zamanda ödənilməsini tələb etmiş, əks h alda borcun ödənilməsi üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
14. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh ASC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə 2022-ci il 7 yanvar tarixində Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehin müvafiq tapşırıqlarına əsasən iddiaçı tərəfindən 2016-2017-ci illərdə ümumi dəyəri 1.490.446,50 manat (ƏDV daxil) məbləğində olan KÜR-2 magistral su kəmərinin Sanqaçal nasos stansiyasından Biləcəri nasos stansiyasınadək olan hissəsindən uzunluğu 11.500 metr, diametri isə 1.420 mm olan boruların torpaq altından çıxarılaraq pasdan təmizlənməklə faskalanması və cavabdehin anbarına daşınması işləri, 2017-ci ildə Zərdab rayonu ərazisi ndə dəyəri 3.097.894,51 manat (ƏDV daxil) məbləğində, ümumi uzunluğu 4.006,71 metr, diametri 1.420 mm olan magistral su xəttinin tikinti işləri, 2017-ci ildə Bakı şəhəri Qala qəsəbəsi ərazisində ümumi dəyəri 785.314,21 manat (ƏDV daxil) uzunluğu 330.000 metr, diametri isə 530 mm olan magistral su xəttinin tikintisi işləri, 2017-2019-cu illərdə Şamaxı və Hacıqabul rayonları (Padarçöl) ərazisində dəyəri 8.792.600,31 manat (ƏDV daxil) uzunluğu 9.313 metr, diametri isə 1.420 mm olan magistral su xəttinin tikintisi işlərinin dəyəri olan 14.166.255,53 manat (ƏDV daxil), həmin məbləğə görə 6.000.000 manat faiz və ödənilmiş 10.879 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. İddia tələbi onunla əsaslandırılmış dır ki, tərəflər arasında yaranmış qarşılıqlı işgüzar əməkdaşlıq çərçivəsində iddiaçı tərəfindən cavabdehin müvafiq tapşırıqlarına əsasən qeyd olunan işlər (bax yuxarıda § 14) görülmüşdür. İddiaçı tərəfindən həyata keçirilən yuxarıda göstərilən işlərin ümumilikdə dəyəri 14.166.255,53 manat (ƏDV daxil) təşkil edir. Tərəflər arasında olan razılaşmaya əsasən işlər görülüb qurtardıqdan sonra cavabdeh tərəfindən həmin işlərin dəyəri iddiaçıya ödənilməli idi. Lakin işlərin görülüb başa çatmasından 2 il keçməsinə baxmayaraq cavabdeh tərəfindən üzərinə düşən öhdəlik yerinə yetirilməmişdir. “X4 və Ticarət” ASC-nin adı 2018-ci il 6 sentyabr tarixində dəyişdirilərək İddiaçı ASC olmuş, 2021-ci il 25 oktyabr tarixində isə İddiaçı ASC İddiaçı MMC olmuşdur. Öhdəliyin icra edilməsi ilə bağlı cavabdehə yaz ılı xəbərdarlıq, pretenziya, mediasiya təklifi göndərilməsinə baxmayaraq, cavabdeh ilkin mediasiya sessiyasında iştirak edilməsindən imtina etmiş və öhdəliyi bu günədək yerinə yetirməmişdir.
16. İddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 389, 390.1, 425.1, 442, 443.1, 448.1, 448.2, 449.1-ci maddələrinə istinad edilərək əsaslandırılmışdır.
17. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək göstərmişdir ki, iddia tələbində qeyd olunan işlərin görülməsi ilə bağlı tərəflər arasında heç bir müqavilə bağlanmamışdır. Müqavilə ilə müəyyənləşdirilməli olan işlərin görülməsinə dair Forma-2 və Forma-3 sənədləri, podratçı tərəfindən təqdim edilməli olan elektron qaimə, invoys və digər zəruri sənədlərin heç biri mövcud deyildir. Görülən işlərin dəyərinin 1. 490.446,50 manat olduğu bildirilsə də, həmin işlərin hansı qaydada hesablanması və buna dair müvafiq sənədlər təqdim olunmamışdır. Halbuki işlər görülməmişdən əvvəl layihənin smeta dəyəri müəyyən olunmalı və smeta xərclərini nəzərdə tutan sənədlər hazırlanmalı idi. Digər tərəfdən isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 28 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsi”ndə göstərilmişdir ki, bu müqavilə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 40.11-ci maddəsinə uyğun olaraq dövlət müəssisə və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar tərəfindən malların (işlərin və xidmətlərin) dövlət vəsaiti hesabına satın al ınmasında tərtib olunur. Göründüyü kimi, qərarda aşkar surətdə dövlət müəssisəsi ilə müqavilənin yazılı formada bağlanmasının zəruriliyi tələbi nəzərdə tutulmuşdur. Odur ki, iddia tələbi əsassızdır.
18. Bakı Kommersiya Məhkəməsi tərəfindən 2022-ci il 4 may tarixli e-2-2(113)790/2022 saylı xüsusi qərardad qəbul edilərək, iddiaçı və cavabdehin əməkdaşlarının əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 294.1 və 320-ci maddələrinin əlamətlərinin olması ilə bağlı araşdırma aparılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir (hakim – F.Qasımov).
19. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 4 may tarixli e-2-2(113)-790/2022 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim – F.Qasımov).
20. Birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən hallarına istinadən gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, MM-də podrat müqaviləsinin yazılı şəkildə bağlanılmasına dair imperativ göstəriş mövcud deyil. Bu baxımdan podrat müqaviləsinin şifahi formada bağlanılması mümkünlüyü istisna edilmir. Lakin nəzərə almaq lazımdır ki, müqavilənin bağlanması üçün tərəflərin müqavilənin mühüm şərtləri barədə lazımı formada razılığa gəlmələri tələb edilir. "Müqavilənin predmeti” "müddət" “muzd” podrat müqaviləsinin mühüm şərtlərini təşkil edir. "İşi icra etmə" şərti podratçıya, "muzd" şərti isə sifarişçiyə işarə edir. Hazırkı mübahisə üzrə tərəflər arasında yazılı podrat müqaviləsi olmadığından, cavabdeh ümumiyyətlə belə bir müqavilənin bağlanmasını inkar etdiyindən və iddiaçı isə podrat müqaviləsi üzrə işləri gördüyünü iddia etdiyindən, tərəflər arasında şi fahi podrat müqaviləsinin bağlanıldığının sübut etmək yükü İddiaçının üzərinə düşür. Lakin iddiaçı tərəfindən şifahi podrat müqaviləsinin bağlanması ilə bağlı hər hansı sübut (məsələn, tərəflər arasındakı yazışmalar, əgər podratçı işi öz materialları ilə icra edibsə, həmin materialların alınmasına dair və s.) məhkəməyə təqdim edilməmişdir. Başqa sözlə, İddiaçı tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmasını və cavabdehin muzd ödəmək öhdəliyinin əmələ gəldiyini sübut edə bilməmişdir.
21. Bundan başqa, iddiaçı boruların torpaq altından çıxarılaraq pasdan təmizlənənməklə faskalanması ilə bağlı podrat işləri gördüyünü iddia etsə də, bu barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki görülmüş işlər və onların dəyəri yazılı sübutla rla ("Forma 2" aktlar, iddiaçının işlərin görülməsi ilə bağlı çəkdiyi xərcləri təsdiq edən ödəniş sənədləri və s.) öz təsdiqini tapmalı idi. Digər konsensual müqaviələrdən fərqli olaraq, podrat müqaviləsi bağlandığı anda icra edilə bilməz, çünki işlərin görülməsi ilə bağlı müəyyən vaxt sərf etmək lazımdır ki, tələb olunan nəticə əldə edilsin. Podrat müqaviləsinin predmetini görülmüş işlərin nəticələri təşkil edir. İşlərin görülməsi, podratçının öz vəzifəsinin icra edilməsi üçün ilk öncə müqavilə bağlanılır, burada hansı işlərin görülməsi (podratla bağlı smetanın tərtibi) və müddəti müəyyən edilir.
22. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 3226 №-li sərəncamından görünür ki, Hacıqabul və Şamaxı rayonlarında 10.000 hektarlıq və Zərdab rayonunda 10.000 hektarlıq ərazinin suvarma suyu ilə təminatı layihəsinin həyata keçirilməsi üçün cavabdehə 8.000.000 manat pul vəsaiti ayrılmışdır. Sərəncamın məzmunundan da görünür ki, layihənin həyata keçirilməsi üçün ayrılan məbləğ ümumilikdə 8.000.000 manat təşkil edir. Lakin iddia tələbində Zərdab rayonu ərazisində aparılan işlərə görə 3.097.894,51 manat, Şamaxı və Hacıqabul rayonları ərazisində aparılan işlərə görə 8.792.600,31 manat, ümumilikdə 11.890.494,82 manat vəsait tələb olunur.
23. Bundan başqa, iddiaçı tərəfindən sübut kimi məhkəməyə təqdim olunmuş 2018-ci il 28 mart tarixli 07/07-1/11152 saylı təhvil-təslim aktında “Padarçöl ərazisində iki ədəd su anbarının və polad borulu magistral su xəttinin tikintisi” layihəsinə “X4 və Ticarət” ASC-nin iştirak payı 85% olmaqla 18.809.860 manat, “Zərdab şəhərind ə polad borulu magistral su xəttinin tikintisi” layihəsinə “X4 və Ticarət” ASC-nin iştirak payı 85% olmaqla 6.612.845 manat məbləğində vəsaitin xərcləndiyi qeyd olunur. Təhvil-təslim aktlarında göstərilən məbləğlər nəzərə alınarsa, hazırda iddiaçı tərəfindən 2 layihə üzrə tələb olunan məbləğ müvafiq olaraq 15.988.381 manat və 5.620.918,25 manat olmaqla ümumilikdə 21.609.299,25 manat təşkil etməli idi.
24. Digər məqam ondan ibarətdir ki, qüvvədə olan qanunvericiliyə əsasən vəsaitin dövlət büdcəsindən ayrıldığı, cavabdehin səhmləri dövlətə məxsus olan hüquqi şəxs olduğu və ayrılan vəsaitin məbləği nəzərə alınaraq, qeyd olunan işlərin görülməsi satınalma müqaviləsindən kənar həyata keçirilə bilməzdi.
25. Qeyd olunan xüsusatla bağlı cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş 2017-ci il 1 iyu n tarixli LWC-2017/26 nömrəli, 2017-ci il 18 avqust LWE-2017/29 nömrəli, 2017-ci il 22 sentyabr tarixli LWE-2017/30 nömrəli “İşlər üzrə satınalma” müqavilələri üzrə görüləcək işlərin ümumi dəyəri 6.102.617,43 manat təşkil edir (bax yuxarıda §§ 1, 3, 6) ki, bu məbləğ də 8.000.000 manat həddindədir.
26. Bundan başqa, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş analoji müqavilələrdən görünür ki, tərəflər arasında bağlanmış 2018-ci il 6 iyul tarixli LWC2018/69 nömrəli və 2019-cu il 20 may tarixli LWC-2019/49 nömrəli “İşlər üzrə satınalma” müqavilələri bağlanmışdır.
27. Vergi Məcəlləsinə əsasən və tərəflərin hər ikisinin də vergi ödəyicisi olan hüquqi şəxs olması nəzərə alınmaqla elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsi kimi müəyyən olunsa da, iddiaçı tərəfindən bu tələbə əməl olunması ilə bağlı heç bir sübut təqdim olunmamışdır.
28. Tərəflər arasında yazılı formada deyil, şifahi razılaşmanın olması qəbul olunsa belə, işlər görülməmişdən əvvəl layihənin smeta dəyəri müəyyən olunmasını, smeta xərclərini nəzərdə tutan işlərin görülməsini, 14.166.255,53 manat məbləğində pul vəsaitinin xərclənməsini əsaslandıran sənədlər də məhkəməyə təqdim olunmamışdır.
29. İddiaçı tərəfindən sübut olaraq məhkəməyə müxtəlif hüquqi şəxslərlə bağlanmış müqavilələr, ödəniş tapşırıqları, bank hesabından çıxarışlar və digər sənədlər təqdim olunsa da, həmin sənədlərin hazırkı mübahisəyə aidiyyətinin olması müəyyən edilmir. Sübut olaraq təqdim olunmuş cavabdehin müxtəlif hüquqi şəxslərə ünvanladığı iddiaçıya məxsus texnikaların və işçilərin əraziyə daxil olmasına şərait yaradılması haqqında məktublarına əsasən də hansı işlərin görülməsi, hansı xərclərin çəkilməsi qənaətinə gəlinməsi mümkün deyildir.
30. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 2018-ci il 28 mart tarixli 07/071/11049 №li təhvil-təslim aktına əsasən “X4 və Ticarət” ASC və “X3” MMC tərəfindən Xəzər rayonu, Qala qəsəbəsində yerləşən sahəyə suvarma xəttinin inşa olunması üzrə dəyəri 3.425.299 manat (ƏDV daxil) olan işlərin görüldüyü qeyd olunmaqla müqavilə nömrəsi AZ/0704-23D göstərilmiş, 2018-ci il 28 mart tarixli 07/07-1/11053 №li təhvil-təslim aktına əsasən “X4 və Ticarət” ASC və “X3” MMC tərəfindən Zərdab şəhərində polad borulu magistral su xəttinin tikintisi üzrə dəyəri 6.612.845 manat (ƏDV daxil) olan işlərin görüldüyü qeyd olunmaqla müqavilə nömrəsi V78 6/2018 göstərilmiş, 2018-ci il 28 mart tar ixli 07/07-1/11152 №li təhvil-təslim aktına əsasən “X4 və Ticarət” ASC və “X3” MMC tərəfindən Padarçöl ərazisində iki ədəd su anbarının və polad borulu magistral su xəttinin tikintisi üzrə dəyəri 18.809.860 manat (ƏDV daxil) olan işlərin görüldüyü qeyd olunmaqla müqavilə nömrəsi AZ12/017 göstərilmişdir.
31. Cavabdehin 2022-ci il 29 aprel tarixli məktubunda qeyd olunmuşdur ki, təhvil-təslim aktlarının qeydiyyat nömrələrinin cəmiyyətin istehsal fəaliyyəti ilə bağlı, işə aidiyyəti olmayan digər təşkilatlara ünvanlanmış məktublara aid olduğu müəyyən edilmişdir. Həmçinin təhvil-təslim aktı adlı sənədlərin cəmiyyətin kargüzarlıq xidməti tərəfindən hər hansı bir qeydiyyatının aparılmadığı müəyyən edilmişdir. Tərəflər arasında aktlarda göstərilən AZ/0704-23D, V78 6/2018, AZ12/017 nömrəli müqaviləl ər bağlanmamışdır və ümumiyyətlə mövcud deyildir. Digər tərəfdən, iddia ərizəsi ilə iddiaçı tərəfindən tələb olunan məbləğ kreditor borcu kimi mühasibat uçotu sənədlərində öz əksini tapmamışdır.
32. Məhkəmə qeyd edilən təhvil-təslim aktlarını iddia tələbinin əsasını təşkil edən faktı təsdiq edən mötəbər sübut kimi qəbul etməmişdir. Çünki təhvil-təslim aktlarında cavabdehin iddiaçı qarşısında müxtəlif məbləğdə borcunun olması qeyd edilsə də, həmin borcun tərəflər arasında bağlanmış hansı müqavilədən irəli gəldiyi qeyri-müəyyəndir. Halbuki təhvil-təslim aktları tərəflər arasında onun imzalanmasına qədər yaranmış öhdəlik hüquq münasibəti üzrə tərəflər arasındakı vəziyyəti təsdiqləyir. Əgər aktlarda onun imzalanmasına səbəb olmuş əsasa (konkret halda, iddia edilən podrat müqaviləsi) istinad ed ilməyibsə, həmin aktın iddia tələbinin haqlılığını təsdiq edən sübut kimi qəbulu yolverilməzdir. Məhkəmə araşdırması zamanı da təhvil-təslim aktlarında istinad olunan müqavilələr məhkəməyə təqdim olunmamışdır.
33. Analoji əməliyyatlar üzrə tərəflər arasında münasibətlərin qanunvericiliyin tələblərinə uyğun olaraq satınalma müqavilələri bağlanmaqla həyata keçirilməsi, iddia tələbinin əsasını təşkil edən layihələr üzrə digər hüquqi şəxslərlə satınalma müqavilələrinin bağlanması, tələb olunan məbləğin Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 3226 №-li sərəncamına əsasən ayrılmış məbləğdən artıq və iddiaçı tərəfindən sübut kimi məhkəməyə təqdim olunmuş təhvil-təslim aktlarında göstərilən məbləğdən aşağı olmasını, smeta dəyəri müəyyən olunması, smeta xərclərini nəzər də tutan, işlərin görülməsi, pul vəsaitinin xərclənməsi barədə sənədlərin təqdim olunmadığını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia əsassız olduğuna görə rədd olunmalıdır.
34. Birinci instansiya məhkəməsi bu qənaətini MM-in 324.1, 386.1, 389.1, 405.1, 752.1, 753.1, 769-cu, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.11-6, 71-1, 176-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 78.1, 81, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı ” iş üzrə 2007-ci il 26 iyul tarixli və “Qavazov Bolqarıstana qarşı” iş üzrə 2008-ci il 6 mart tarixli qərarlarına istinad edərək əsaslandırmışdır.
35. İddiaçı 2022-ci il 4 iyun tarixdə həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
36. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2022-ci il 2 avqust tarixli 2-2(103)-700/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə xətşünaslıq və sənədlərin məhkəmə-texniki ekspertizası təyin edilərək, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Məhkəmə-xətşünaslıq ekspertizası üzrə: işin 3-cü cildinin 103-cü vərəqəsində olan 2018-ci il tarixli 28 mart 07/07-1/11152 nömrəli təhvil-təslim a ktı, 105-ci vərəqəsində olan 2018-ci il 28 mart tarixli 07/07-1/11053 nömrəli təhvil-təslim aktı və 107-ci vərəqəsində olan 2018-ci il 28 mart tarixli 07/07-1/11049 nömrəli təhvil-təslim aktının kserosurətlərində cavabdeh ASC-nin sədr müavini Etibar Məmmədov, TOOM-un direktoru Səid Salayev, TOOM-un direktorunun birinci müavini Elman Məmmədov və TOOM-un regional layihələr üzrə tikinti şöbəsinin rəisi İntiqam Quliyevin adından olan (əks olunmuş) imzalarla işin 3-cü cildinin 213-275-ci vərəqələrində olan Forma 2 aktlarının kserosurətlərində müvafiq olaraq cavabdeh ASC-nin sədr müavini Etibar Məmmədov, TOOM-un direktoru Səid Salayev, TOOM-un direktorunun birinci müavini Elman Məmmədov və TOOM-un regional layihələr üzrə tikinti şöbəsinin rəisi İntiqam Quliyevin adından olan (əks olunmuş) imzala r eyni şəxslər tərəfindən icra olunmuşdurmu? - Sənədlərin məhkəmə-texniki ekspertizası üzrə: həmin təhvil-təslim aktlarının kserosurətlərində əks olunmuş cavabdehin dairəvi möhür əksi ilə həmin Forma 2 aktlarının kserosurətlərində əks olunmuş cavabdehin dairəvi möhür əksi eynilik təşkil edirmi?
37. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2022ci il 30 sentyabr tarixli 4/1173-5/917 №-li rəyinə əsasən 2018-ci il 28 mart tarixli təhviltəslim aktlarının üzərindəki imzalar cavabdehin dörd vəzifəli şəxsi (Sədr müavini Etibar Məmmədov, Tikilməkdə olan obyektlər müdiriyyətinin direktoru Səid Salayev, onun müavini Elman Məmmədov və regional layihələr üzrə tikinti şöbəsinin rəisi İntiqam Quliyev) tərəfindən icra olunmuşdur. Təhvil-təslim aktlarının üzərində olan möhü r əksləri relyef klişe vasitəsilə sənədlərin üzərlərinə birbaşa vurulmuşdur və həmin möhür əksləri tədqiqata təqdim edilmiş eyniməzmunlu möhürün sərbəst əks nümunəsinin reproqrafik surətləri ilə eynilik təşkil edir.
38. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2022-ci il 11 oktyabr tarixli 2-2(103)-700/2022 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, iş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 200 manat məbləğində pul vəsaitinin iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Məmmədov və V.Baxışova).
39. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı şi fahi podrat müqaviləsi əsasında pulun tutulması tələbini irəli sürmüşdür. Cavabdeh isə bildirir ki, onlar arasında müqavilə bağlanmamışdır. Mübahisənin həlli baxımından həll edilməli olan birinci məsələ tərəflər arasında etibarlı podrat müqaviləsinin bağlanıb-bağlanmaması məsələsidir. MM-də podrat müqaviləsinin yazılı şəkildə bağlanılmasına dair hər hansı imperativ göstəriş mövcud deyil. Bu baxımdan, podrat müqaviləsinin şifahi formada bağlanılmasının mümkünlüyü istisna edilmir. Bu əsasla iddia tələblərinin qanuni əsasını MM-in 752-ci maddəsi təşkil edə bilər.
40. Lakin apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı işdə podrat müqaviləsinin forması ilə bağlı tələblər “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun müəyyən olunmalıdır. Hazırki işdən də görünür ki, cavabdeh səhmlərinin 100%-i dövlətə məxsus təşkilatdır. Bu baxımdan, malların (işlərin) və xidmətlərin dövlət satınalmaları ilə bağlı onun tərəfindən həyata keçirilən bütün tədbirlər və bağlanılan bütün müqavilələr həmin Qanunun tələblərinə uyğun olmalıdır. Həmin Qanundan göründüyü kimi, malların (işlərin) və xidmətlərin dövlət satınalmaları şifahi qaydada deyil, yalnız yazılı satınalma müqaviləsi ilə həyata keçirilməlidir. Lakin hazırki işdə həmin Qanunun tələblərinə uyğun olaraq tərəflər arasında bağlanmış heç bir satınalma müqaviləsi mövcud deyil. İddianın əsasını isə məhz tərəflər arasında şifahi razılaşmanın, yəni şifahi qaydada bağlanan podrat müqaviləsi üzrə görülmüş işlərin dəyərinin ödənilməsi təşkil edir.
41. İddianın əsasını təşkil edən şifahi podrat müqaviləsi MM -in 329.1-ci maddəsinə əsasən etibarsız əqddir. Etibarsız əqd isə onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Hazırkı iddianın əsasını təşkil edən podrat müqaviləsinin etibarsız əqd olduğunu və belə əqdin hüquqi nəticələrə, o cümlədən öhdəliklərin əmələ gəlməsinə səbəb olmadığını nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia özlüyündə əsassız olduğuna görə sübutlar araşdırılmadan rədd olunmalıdır.
42. Apellyasiya instansiyası məhkəməsi bu qənaətini MM-in 329.1, 337.4, 752.1-ci, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.1, 2, 5.1, 5.3, 16.1, 21.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
43. Qətnamə 2022-ci il 21 oktyabr tarixdə tərəflərin elektron kabinetində yerləşdirilmişdir.
44. Həmin qətnamədən iddiaçı 2022-ci il 25 noyabr tarixdə kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
45. MM-in 337.5 maddəsi pozulmuşdur. Birinci instansiya məhkəməsindən fərqli olaraq apellyasiya məhkəməsi iddia tələblərinin əsasını təşkil edən müqavilələrin bağlandığı, lakin həmin müqavilələrin, onların forması guya qanuna uyğun gəlmədiyinə görə etibarsız olduğu nəticəsinə gəlmişdir. Lakin 2017-ci il 15 yanvar tarixində cavabdehin rəhbərliyinin dəvəti ilə iddiaçının nümayəndələri cavabdehin ofisində olmuşdur. Orada cavabdehin rəhbərliyi təcili qaydada bir sıra işlərin görülməsinə zərurət olduğunu, iddiaçıdan başqa di gər qurumların belə işlərin görülməsi üçün İSO sertifikatının olmamasını, buna görə də BP-yə məxsus əraziyə başqalarının buraxılmamasını bildirərək, bu işlərin iddiaçı tərəfindən görülməsini xahiş etmişdir. Məhz həmin münasibətlər çərçivəsində cavabdehin müvafiq tapşırıqlarına əsasən iddiaçı iddia ərizəsində göstərilən layihələri həyata keçirmişdir. Cavabdeh həmin işlərin görülməsini etiraf etmiş, bu hallar apellyasiya məhkəməsinin özünün təyin etdiyi məhkəmə ekspertizası rəyləri ilə sübuta yetmişdir. Cavabdeh heç vaxt müqavilələrin etibarsızlığı barədə məsələ qaldırmamış, iddia verməmişdir. İddiaçı özəl şirkət olmaqla dövlət satınalmaları üzrə tender keçirmir və buna görə məsuliyyət daşıya bilməz. Başlıcası isə, hətta tərəflərin bağladıqları müqavilələrin etibarsızlığı fikri qəbul edilsə belə, məhkəmə kollegiyası əqdin etibarsızlığı ilə bağlı nəticələri, yəni MM-in 337.5-ci maddəsini tətbiq edərək, iddia tələblərini tam şəkildə təmin etməli idi.
46. MM-in 752.1, 753.1, 756, 759.1, 769, 770, 1091.1, 1092.2-ci maddələri, İnsan Hüquqları və X1 Haqqında Konvensiyanın 14-cü maddəsi və Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinin tələbləri pozulmuşdur. İddiaçı cavabdehin tapşırığına əsasən iddia ərizəsində göstərilən layihələri həyata keçirmişdir. Qanunvericiliyə əsasən, muzdun miqdarının müəyyənləşdirilməməsi podrat müqaviləsinin bağlanılmaması anlamına gəlmir. Əksinə, MM bu kimi hallarda adi muzdun şərtləşdirildiyini müəyyən edir. Yazılı podrat müqaviləsi olmadığı halda, tərəfin görülmüş işlərin nəticələrini təhvil verməsi və işlər hansı şəxs üçün görülübsə, həmin şə xs tərəfindən onların nəticələrinin qəbul edilməsi podrat müqaviləsinin bağlanmasını təsdiq edir. Belə müqavilə üzrə öhdəliklər yazılı podrat müqaviləsi üzrə podratçı tərəfindən icra edilmiş öhdəliklərə bərabərdir. Bu kimi hallarda işlər görüldükdən sonra, yazılı müqavilə zamanı olduğu kimi həmin işlərin ödənilməsi üzrə öhdəliklər yaranır. Cavabdehin təhvil aldığı işlərə görə muzd ödəməməsi, onun işləri görmüş iddiaçının hesabına əsassız varlanmasına gətirib çıxarır. Belə ki, iş neçə ildir təhvil verilmiş, cavabdeh isə həmin işlərin nəticələrindən istifadə edir. Cavabdeh iddiaçının muzdunu nə hissə-hissə, nə hər layihə başa çatdırıldıqdan sonra, nə də dörd layihə üzrə işlər yerinə yetirildikdən sonra ödəmişdir.
47. Bundan başqa, iddiaçı işləri hər bir layihə üzrə aylar uzunu, dörd layihə b irlikdə götürüldükdə isə bir neçə il ərzində görsə də, cavabdeh işlər qurtaranadək müqavilədən imtina etməmişdir. Bu onu göstərir ki, həmin layihələrin həyata keçirilməsi cavabdeh üçün müstəsna əhəmiyyət kəsb etmişdir.
48. İddiaçı cəmiyyətin maraqlarına, qanunla və beynəlxalq hüququn ümumi prinsiplərinə zidd şəkildə öz mülkiyyətindən məhrum edilmişdir. İddiaçı dörd layihə üzrə gördüyü işlərdə öz mal-materialından, texnikasından istifadə edərək, subpodratçılarla hesablaşmışdır. Podrat müqavilələri çərçivəsində onun tələb etdiyi vəsaiti almağa qanuni gözlənti hüququ olmuşdur.
49. Apellyasiya instansiyası məhkəməsi “Dövlət satınalmaları haqqında” Qanununu belə təfsir edir ki, həmin qanun əsasında bağlanmalı olan müqavilələrdə, yəni tərəflərdən birinin dövlət müəssisə və təşkilatı olan müqavil ələrdə əqdin müvafiq formasına əməl edilmədikdə, podratçı təşkilat müvafiq işləri gördüyü təqdirdə belə, müqavilə elə şəkildə etibarsız hesab edilə bilər ki, podratçının gördüyü işlərin müqabilində heç bir ödəniş edilməsin. Burada MM ilə “Dövlət satınalmaları haqqında” Qanun bir-birinə qarşı qoyularaq, belə nəticə çıxarılır ki, adıçəkilən qanun podratçıların hüquqlarının pozulması üçün vasitə kimi istifadə edilə bilər.
50. MPM-in 14.2, 77.1, 372.1, 418-ci maddələri pozulmuşdur. Məhkəmə prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, sübutların tədqiq edilməsindən tamamilə imtina etmiş, hər iki instansiyadakı məhkəmə baxışlarında ümumiyyətlə səslənməyən əqdlərin etibarsızlığı nəticəsinə gəlmişdir. İddiaçının apellyasiya baxışında belə mövqeyə dair izahat vermək imkanı olmamışd ır.
51. İddiaçı məhkəməyə çoxsaylı və mübahisə üzrə düzgün nəticəyə gəlmək üçün kifayət qədər sübut təqdim etmişdir. Qətnamədə cavabdehin sədr müavini Etibar Məmmədovun BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə Baş menecerinə ünvanlandığı 2017-ci il 1 avqust və 2017-ci il 29 avqust tarixli məktublarına istinad olunsa da, sübutlar qiymətləndiriləndə həmin məktublar nəzərə alınmamışdır. Həmçinin qətnamədə “X4 və Ticarət” ASC-nin Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin İxrac Neft və X2 Təhlükəsizlik İdarəsinin rəisinə 2017-ci il 5 dekabr tarixli məktubuna və onun əlavələrinə, BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə Baş menecerinin cavabdehə göndərdiyi 2017-ci il 18 avqust tarixli məktubuna ümumiyyətlə qiymət verilməmişdir.
52. Bundan başqa, Zərdab şəhərində polad borulu magi stral su xəttinin tikintisinə, Qala qəsəbəsində yerləşən sahəyə suvarma xəttinin inşa olunmasına, Padarçöl ərazisində iki ədəd su anbarının və polad borulu magistral su xəttinin tikintisinə dair üç təhvil-təslim aktının hər birində cavabdeh sifarişçi, iddiaçı Baş podratçı kimi göstərilmiş, müqavilələrin müddəti və işlərin dəyəri əksini tapmışdır. Bu aktların həqiqiliyini şübhə altına alan birinci instansiya məhkəməsindən fərqli olaraq, apellyasiya məhkəməsi iş üzrə məhkəmə ekspertizası təyin etmiş, ekspertlər təhvil-təslim aktlarının hər birində cavabdehin dörd vəzifəli şəxsinin imzasının qoyulması və həmin cəmiyyətin möhürünün vurulması nəticəsinə gəlmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
53. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. II. KASSASİYA ŞİKAYƏTİNİ N MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
54. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətlərinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.
55. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
56. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üç ün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ
57. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın....” “Maddə
353. Əqdin konversiyası Tərəflər əqdin etibarsızlığını bildikdən sonra etibarlı olmasını arzuladıqda, əgər etibarsız əqd başqa əqd üçün nəzərdə tutulan tələblərə uyğun gəlirsə, başqa əqdin qaydaları tətbiq edilir.” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etmə yən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....”
58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Babayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 25 fevral 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il 28 dekabr tarixli qərarında müəyyən edilmişdir ki: “Konstitusiya Məhkəməsi Plenumunun bu məsələ ilə bağlı hüquqi mövqeyi ondan ibarətdir ki, konstitusiya hüq uqunun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli Qərarı).”
59. Azərbaycan Respublikas ı Konstitusiya Məhkəməsi Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2023-cü il 3 mart tarixli Qərarında müəyyən edilmişdir ki: “Qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər.......Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) v ə ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.... Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında da formalaşdırdığı hüquqi mövqeyə əsasən, müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınm aqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar).”
60. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Van de Huk Niderlanda qarşı” iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
61. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kraska İsveçrəyə qarşı iş” üzrə 1993cü il 19 aprel tarixli qərarında məhkəmə araşdırmasının ədalətli aparılıb-aparılmamasının müəyyənləşdirilməsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı “məhkəmə” üçün öhdəlik yaradır ki, o, öz qərarına aid olub-olmamasına dair qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırsın (§ 30)
62. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlill ərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (“Hiro Balani İspaniyaya qarşı” iş üzrə 1994-cü il 9 dekabr, “Kuznetsov və digərləri Rusiyaya qarşı” iş üzrə 2007-ci il 21 yanvar tarixli Qərarları).
63. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli 4 nömrəli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “...
17. Kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər....”
64. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə
81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiya sı məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” İV. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
65. Hazırkı mübahisədə iddiaçı cavabdehin müvafiq tapşırıqlarına əsasən tərəflər arasında yaranmış qarşılıqlı işgüzar əməkdaşlıq çərçivəsində (şifahi razılaşmalar əsasında) 2016-2019-cu illərdə 4 layihə üzrə müxtəlif regionlarda görülmüş işlərə görə cəmi 14.166.255,53 manatın və həmin məbləğə hesablanmış 6.000.000 manat faiz borcunun ödənilməsini cavabdehdən tələb etmiş, birinci instansiya məhkəməsi işdə olan sübutlara qiymət verərək iddianı təmin etməmiş, apellyasiya instansiyası məhkəməsi aşağı məhkəmənin qətnaməsini dəyişdi rmədən saxlamışdır.
66. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinə uyğun olaraq bağlanmış heç bir yazılı satınalma müqaviləsi mövcud deyil. İddianın əsasını təşkil edən şifahi podrat müqaviləsi etibarsız əqddir. Etibarsız əqd isə hüquqi nəticələrə səbəb olmur. Bu baxımdan, iddia özlüyündə əsassız olduğuna görə sübutlar araşdırılmadan rədd olunmalıdır.
67. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin mövqeyi ilə aşağıdakı səbəblərdən razılaşmır.
68. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdehin Azərbaycan-Gürcüstan-Türkiyə regionları üzrə BP şirkətinə ünvanlanmış 2017-ci il 1 və 29 avqust tarixli məktublarla müvafiq olaraq su kəmərinin tikinti-quraşdırma işlərini iddiaçının həyata keçirəcəyindən, tikinti işlərinin icrası və boru üzərində dərinliklərin öyrənilməsi məqsədilə iddiaçıya qazıntı işlərinin aparılması üçün icazə verilməsi, habelə “BP Azərbaycan” şirkətinə məxsus 4 ədəd magistral kəmərin keçdiyi ərazidə suvarma xətlərinin quraşdırma işlərinin yerinə yetiriləcəyi müddətdə podratçı olan iddiaçıya məxsus 9 ədəd texnikanın və 54 ədəd işçinin əraziyə daxil olmasına şərait yaradılması haqqında müvafiq göstəriş verilməsi xahiş olunmuşdur.
69. Həmçinin işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından o da görünür ki, 2018-ci il 28 mart tarixli təhvil-təslim aktlarında “Alke” İnşaat Sənaye və Ticarət” ASC (hazırkı iddiaçı) tərəfindən Xəzər rayonu, Qala qəsəbəsində yerləşən sahəyə suvarm a xəttinin inşa olunması, Zərdab şəhərində polad borulu magistral su xəttinin tikintisi və Padarçöl ərazisində iki ədəd su anbarının və polad borulu magistral su xəttinin tikintisi üzrə görülən işlər və onların dəyəri qeyd olunmuşdur. İş materiallarında olan həmin aktlar cavabdeh təşkilatın sədr müavini və digər vəzifəli şəxslər tərəfindən imzalanmış və cavabdeh təşkilatın möhürü ilə rəsmiləşdirilmişdir.
70. İddiaçı məhz həmin məktublara, təhvil-təslim aktlarına, habelə işdə olan digər sənədlərə istinad edərək tərəflər arasında mübahisə predmeti olan podrat müqaviləsi üzrə münasibətlərin mövcud olmasını iddia etmişdir.
71. Beləliklə, iddianın əsaslı olub-olmamasının müəyyən edilməsi bilavasitə işdə olan sübutların hüquqi qiymətləndirilməsindən asılıdır.
72. Lakin birinci instansiya məhkə məsindən fərqli olaraq apellyasiya instansiyası məhkəməsi heç bir sübuta qiymət verməmiş, iddiaçının apellyasiya şikayətinin dəlillərini ümumiyyətlə cavablandırmamış, bununla da hüquqi-müəyyənlik prinsipini və prosessual tələbləri pozaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
73. Məhkəmə kollegiyasının mövqeyinə görə, apellyasiya şikayətinin dəlillərinə məhkəmə tərəfindən qiymət verilməməsi iş üzrə əsassız nəticəyə gəlinməsinə səbəb olmaqla yanaşı, həm də hüququn təməl sütunu hesab edilən hüquqi müəyyənlik prinsipinə, bununla bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun, Ali Məhkəməsi Plenumunun, eləcə də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdıqları hüquqi mövqelərə ziddir.
74. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun bu məsələ ilə bağlı formala şdırdığı hüquqi mövqeyə görə, qanunun aliliyinin əsas elementlərindən biri kimi, hüquqi müəyyənlik prinsipi ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmə qərarlarında həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalı, işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (bax yuxarıda § 58).
75. Ali Məhkəmə Plenumunun mövqeyinə görə, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər (bax yuxarıda § 63).
76. Avropa İnsan Hüquqları Məhkəməsinin də mövqeyi ondan ibarətdir ki, məhkəmənin vəzifəsi öz qərarına aid olub-olmamasına dair qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaqdır. Məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir, ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (bax yuxarıda §§ 60-62).
77. Bundan başqa, məhkəmə kollegiyasınin qənaəti nə görə, apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlandığı bildirilən şifahi razılaşmanı etibarsız hesab edirdisə də belə, ən azından, tərəflər arasında münasibətlərin xarakterini, mübahisə predmeti olan işlərin görülüb-görülməsini, görülmüşdürsə, bu işlərin nəticələrinin cavabdeh tərəfindən faktiki bəyənilib-bəyənilməməsini (qəbul edilib-edilməsini), görülmüş işlərini dəyərini nəzərə almalı idi.
78. Belə ki, əgər iddia olunan işlər həqiqətən də şifahi razılaşmalar (sifarişlər) əsasında yerinə yetirilmişdirsə və cavabdeh tərəfindən qəbul edilmişdirsə, habelə hazırda da bu işlərin nəticələrindən cavabdeh tərəfindən istifadə olunursa, lakin işlərin haqqı ödənilməmişdirsə, hazırkı mübahisəyə MM-in əsassız varlanmaya dair 1091-ci maddəsinin (bax yuxarıda § 57) və digər normaların ın tətbiqi imkanları dəyərləndirilməlidir.
79. Eyni zamanda, iddia olunan işlərin görülməsində iddiaçının özünün və ya onun subpodratçılarının mal-materiallarından, texnikalarından və xidmətlərindən istifadə edildiyi halda iddiaçının müəyyən itkilərə, zərərə məruz qalmasının mümkünlüyü nəzərə alınaraq, ən azından, bu itkilərə, zərərə görə cavabdeh tərəfindən iddiaçıya müvafiq məbləğdə əvəzin və ya kompensasiyanın ödənilib-ödənilməməsi məsələsinə də aydınlıq gətirilməli, eləcə də MM-in zərərlə bağlı 21.1, 443.1-ci maddələrinin (bax yuxarıda § 57) və digər normalarının tətbiqi üçün hüquqi əsasların mövcud olub-olmaması aydınlaşdırılmalıdır.
80. İstənilən halda, məhkəmə kollegiyasının mövqeyinə, əgər həqiqətən də cavabdehin sifarişləri əsasında (hətta sifarişlər şifahi olsa) iddiaçı iddia etd iyi işləri yerinə yetirərək cavabdehə təhvil vermişdirsə, tərəflər arasında öhdəlik münasibətlərinin mövcudluğu heç bir şübhə doğurmayacaqdır.
81. Belə ki, MM-in 385.1-ci maddəsinə (bax yuxarıda § 57) görə, öhdəliyə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkəti etməli (pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s.) və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsində (bax yuxarıda § 57) öhdəliyin 4 yaranma əsası müəyyən edilmişdir: 1) müqavilə; 2) zərər vurulması; 2) əsassız varlanma; 4) MM-də nəzərdə tutulmuş digər əsaslar.
82. Lakin apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilən məsələlərin heç birinə, o cümlədən tərəflər arasında faktiki öhdəlik münasibətlərinin mövcud olubolmamasına, əgər mövcud olmuşdursa, həmin öhdəliklərin hansı əsas(lar)la yaranmasına, eləcə də bundan irəli gələn hüquqi nəticələrə aydınlıq gətirilməmişdir.
83. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə” 2023-cü il 3 mart tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərdən (bax yuxarıda § 59) də aydın olur ki, qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər.... Müqavilənin... forma tələbi nə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.... Müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər.
84. Nəzərə alınmalıdır ki, baxılan işdə hər iki tərəf öz aralarında şifahi razılaşma ba ğlayarkən (əgər həqiqətən də belə razılaşmalar olmuşdursa) dövlət satınalmaları haqqında imperativ prosedurlara əməl etmədiklərin açıq-aydın bilirdilər və bilməli idilər. Buna baxmayaraq iddiaçı cavabdehin şifahi sifarişləri əsasında işlər gördüyünü, bu işlərin nəticələrinin cavabdeh tərəfindən qəbul olunduğunu iddia edir və bununla bağlı məhkəməyə müvafiq sənədlər təqdim edir.
85. MM-in 353-cü maddəsinə (bax yuxarıda § 57) görə, tərəflər əqdin etibarsızlığını bildikdən sonra etibarlı olmasını arzuladıqda, əgər etibarsız əqd başqa əqd üçün nəzərdə tutulan tələblərə uyğun gəlirsə, başqa əqdin qaydaları tətbiq edilir.
86. Hazırkı halda dövlət satınalınması prosedurları formatında yazılı müqavilə bağlanmasa da, tərəflər arasındakı münasibətlər (əgər həqiqətən də belə münasibətlər mövcud olmuş dursa) MM-in 752.1-ci maddəsinə (bax yuxarıda § 57) uyğun olaraq, mahiyyət etibarilə podrat müqaviləsi çərçivəsində formalaşmışdır, odur ki, həmin münasibətlərə MM-in podrat müqavilələri ilə bağlı müddəaları şamil olunmalıdır. Həmin müddəalarda isə podrat müqaviləsinin mütləq yazılı formada bağlanmalı olması ümumiyyətlə nəzərdə tutulmamışdır.
87. Lakin apellyasiya instansiya məhkəməsi öz qətnaməsində mübahisəli əqdin konversiya edilməsinin mümkünlüyünü nəzərdən keçirməmiş, müvafiq olaraq MM-in podrat müqaviləsinə dair müddəalarının hazırkı mübahisənin həllinə tətbiqi imkanlarını qiymətləndirməmişdir.
88. Həmçinin işdən görünür ki, Bakı Kommersiya Məhkəməsi tərəfindən 2022-ci il 4 may tarixli e-2-2(113)-790/2022 saylı xüsusi qərardad qəbul edilərək, iddiaçı və cavabdehin əməkdaşlarının əməl lərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 294.1 və 320-ci maddələrinin əlamətlərinin olması ilə bağlı araşdırma aparılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir.
89. Eyni zamanda, iş materiallarında olan apellyasiya instansiyası məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sədrinə göndərilmiş 2022-ci il 1 avqust tarixli məktubdan (İV cild, i/v 66) məlum olur ki, sözügedən cinayət işi üzrə həmin İdarədə araşdırma aparılır.
90. Bununla belə, iş materiallarında olan Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin apellyasiya instansiyası məhkəməsinə göndərdiyi məktubda (İV cild, i/v 74) bildirilmişdir ki, cinayət işi üzrə toplanmış materiallar eyni məzmunlu xüsusatlar üzrə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işinə əlavə edilməsindən ötrü Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə göndərilmişdir.
91. Lakin həmin cinayət işinin nəticələri iş materiallarından görünmədiyindən hazırkı kommersiya mübahisəsi icraatının dayandırılması üçün hüquqi əsas(lar)ın mövcud olubolmaması, habelə cinayət işinin materiallarının (cinayət işi çərçivəsində müvafiq şəxslərin verdikləri izahatlar, alınmış ekspert rəyləri və s.) hazırkı kommersiya mübahisəsində nəzərə alınması imkan(lar)ının mövcudluğu məlum deyildir.
92. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi MPM-in 80, 8 1 və 88-ci maddələrinin (bax yuxarıda § 64) tələblərini pozaraq işdəki sübutları aidlik, mümkünlük və mötəbərlik baxımından qiymətləndirməmiş, əvvəlki paraqraflarda istinad olunmuş maddi hüquq normalarının hazırkı mübahisəyə tətbiqi imkanlarını aydınlaşdırmamış, maddi hüquq pozuntularına yol vermiş, nəticədə MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 64) zidd olaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
93. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 11 oktyabr tarixli 2-2(103)-700/2022 saylı ləğv edilməli və yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmalıdır.
94. Yeni apellyasiya baxışı zamanı məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmalı, o cümədən: 1) iddiaçının apellyasiya şikayətinin dəlillərinə və iş də olan sübutlara qiymət verməli; 2) tərəflər arasında münasibətlərin xarakterini, mübahisə predmeti olan işlərin görülüb-görülməsini, görülmüşdürsə, bu işlərin nəticələrinin cavabdeh tərəfindən faktiki bəyənilib-bəyənilməməsini (qəbul edilib-edilməsini), görülmüş işlərini dəyərini nəzərə almalı; 3) tərəflər arasında faktiki öhdəlik münasibətlərinin mövcud olubolmamasına, əgər mövcud olmuşdursa, həmin öhdəliklərin hansı əsas(lar)la yaranmasına, eləcə də bundan irəli gələn hüquqi nəticələrə aydınlıq gətirməli, mübahisəli əqdin konversiya edilməsinin mümkünlüyünü nəzərdən keçirməli; 4) hazırkı mübahisəyə MM-in əsassız varlanmaya, eləcə də zərərin əvəzinin ödənlməsinə, podrat müqaviləsinə dair normalarının tətbiqi imkanlarını dəyərləndirməli; 5) müvafiq cinayət işinin cari vəziyyəti və nəticə ləri üzrə hazırkı kommersiya mübahisəsi icraatının dayandırılması üçün hüquqi əsas(lar)ın mövcud olub-olmaması, habelə cinayət işinin materiallarının (cinayət işi çərçivəsində müvafiq şəxslərin verdikləri izahatlar, alınmış ekspert rəyləri və s.) hazırkı kommersiya mübahisəsində diqqətə alınması imkanlarını nəzərdən keçirməli, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməlidir.
95. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 11 oktyabr tarixli 2-2(103)-700/2022 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.