Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-841/2025 26.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRAR Açar sözlər: öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 24 sentyabr tarixli 2- 2(103)-732/2025 nömrəli qətnaməsindən cavabdeh şikayətinə yazılı icraat qaydasında baxılmışdır. tərəfindən ve rilmiş kassasiya İşin halları
1. Sifarişçi İddiaçı ilə podratçı Cavabdeh arasında 2011-ci il 2 iyun tarixli obyektin tikintisi haqqında fərdi müqavilə bağlanmışdır. Müqaviləyə əsasən podratçı Bakı şəhəri, Səbail rayonu, 20-ci sahədə yerləşən 15 mərtəbəli “Biznes Mərkəz”də 7-ci mərtəbəni 1 il müddətində sifarişçiyə təhvil verməyi, sifarişçi də müqavilədə göstərilən ödəmə haqqını vaxtında ödəməyi öz öhdəsinə götürmüşdür.
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 172 ünvanında yerləşən qeyri-yaşayış binasının 7-ci mərtəbəsinin onun adına rəsmiləşdirilməsini, habelə 200 000 manat borcun və dövlət rüsumunun tutulmasını xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin 13 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək 200 000 manat və 490 manat dövlət rüsumu tutulmuş, əmlakın üçüncü şəxsə satılması səbəbindən natura üzrə tələbin mümkün olmadığı göstərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 30 noyabr tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış və cinayət əlamətlərinin araşdırılması üçün Baş Prokurorluğa məlumat verilməsi qərara alınmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə isə kassasiya şikayəti təmin edilməyərək apellyasiya instansiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəs i ilə məhkəməyə müraciət edərək, cavabdehdən dəymiş zərərin əvəzi kimi 1.680.000 manatın, nümayəndəyə çəkilən xərcə görə 3000 manatın, dövlət rüsumunun əvəzi qismində 1632 manatın tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2011-ci il 2 iyun tarixində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs cavabdehə 1.040.000 manat ödəməklə Bakı şəhəri, Səbail rayonu, 20-ci sahədə yerləşən 15 mərtəbəli “Biznes Mərkəz”in 7-ci mərtəbəsini bütövlüklə verilməsi barədə müqavilə imzalanmışdır. Müqavilə qiyməti olan 840.000 manat müqavilə bağlanan zaman, yəni 2011-ci il 2 iyun tarixində iddiaçı tərəfindən cavabdehə ödənilmişdir. Bundan başqa cavabdeh iddiaçıdan borc şəklində əlavə 200.000 manat pul almışdır. Müqavilənin şərtinə əsasən obyekt 1 il ərzində təhvil verilməli olduğu halda tikinti işləri ləng getdiyindən binanın tikintisi 2016-cı il tarixdə başa çatdırılmışdır. Bundan sonra iddiaçı obyektin təhvil verilməsini dəfələrlə cavabdehdən tələb etsə də, cavabdeh hər dəfə bir bəhanə ilə təhvil-təslimdən yayınmışdır. Cavabdeh son olaraq bildirmişdir ki, tezliklə binanın istismara qəbul aktı tərtib olunacaq, bundan sonra o, binaya hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması üçün aidiyyatı qurumlara müraciət edəcəkdir. 2022-ci ilin aprel ayının sonlarında iddiaçıya məlum olmuşdur ki, cavabdeh 2018-ci ildə həmin binaya reyestrdən çıxarış əldə edib və binanı hissələrlə satmağa başlayıb. İddiaçı cavabdeh tərəfindən aldadıldığını başa düşmüşdür. Bundan sonra o, iddia ə rizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 172 ünvanında yerləşən 13077,6 kvadrat metr olan qeyri-yaşayış binasının 7-ci mərtəbəsinin bütünlüklə iddiaçının adına rəsmiləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, sonradan 200.000 manat borc qismində aldığı pul vəsaitinin və iş üzrə ödənilmiş 1300 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə işə baxılarkən X3 ərizə ilə müraciət edərək, onun iş üzrə üçüncü şəxs qismində işə cəlb edilməsini xahiş etmiş və ərizəyə iş üzrə mübahisə predmeti olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 172 ünvanında yerləşən 13.077,6 kvadrat metr olan qeyri-yaşayış binasının ümumilikdə 862,30 kv.m olan 7-ci mərtəbə sinə dair 2023-cü ilin yanvar ayında onunla cavabdeh arasında bağlanmış iki alqı-satqı müqaviləsini əlavə etmişdir. Həmin əmlaka görə X3 cavabdehə 800.000 manat ödəniş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1331/2023 nömrəli, 2023-cü il 13 iyul tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 200.000 manat pul vəsaiti və dövlət rüsumunun əvəzi olaraq 490 manat tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmə hesab etmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə əsasən iddiaçının birinci tələbi – “Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 172 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 7-ci mərtəbəsi onun adına rəsmiləşdirilməsi” tələbinin təmin edilməsi, qeyd olunan əmlakın 3-cü şəxs X1 v ə ona təhvil verilməsi səbəbi ilə artıq qeyri-mümkün olduğu üçün təmin oluna bilməz. Digər tərəfdən, məhkəmə izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 452.1-ci maddəsinə əsasən kreditor (hazırkı işdə iddiaçı) öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2-2(103)-865/2023 saylı 2023-cü il 30 noyabr tarixli qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 13 iyul tarixli e-2-2(113)-1331/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən iddiaçı 2011-ci ildə podrat müqaviləsi üzrə ödədiyi 840.000 manatı cavabdehdən geri tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin internet saytında istehlak qiymətləri indeksinin hesablanmasına dair kalkulyator vasitəsilə 2011-ci ilin iyun ayından 2024-cü ilin iyun ayına olan istehlak qiymətlərinin indeksi hesablandıqda məlum olmuşdur ki, 2024-cü ildə iyun ayında 2011-ci ilin iyun ayına nisbətən istehlak qiymətləri indeksi 201,3 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 2 dəfə artmışdır. Bu əsasla cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan borc 2 dəfə artmışdır, yəni 840.000 manat x 2 = 1.680.000 manat.
5. Cavabdeh birinci instansiya məhkəməsinin iclaslarında iştirak etməmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 26 noyabr tarixli e-2-2(113)-5346/2024 saylı qətnaməsi ilə iddia tə ləbinin qismən təmin olunması, cavabdehdən 840.000 manat pul vəsaitinin, həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1130 manatın və vəkil yardımına çəkilmiş xərclərə görə 1000 manatın iddiaçının xeyrinə tutulması qət edilmişdir (hakim – G.Həşimova).
7. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırkı iş üzrə preyudisial xarakterli qərarına və iş materiallarında olan maliyyə arayışına istinad edərək belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən müqavilə üzrə cavabdehə 840.000 manat pul vəsaiti ödənilmiş, bununla da iddiaçı tərəfindən öhdəliklər tam yerinə yetirilmişdir. Həmçinin hazırkı icraat çərçivəsində cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsinin yenidən sübut edilməsinə ehtiyac yoxdur. Belə ki, bu hal əvvəlki icraat çərçivəsində s übuta yetirilmişdir və hazırda bununla bağlı hər hansı mübahisə ola bilməz. Buna görə də iddia tələbi 840.000 manat pul vəsaitinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi hissəsində tamamilə əsaslıdır və təmin edilməlidir.
8. Bununla belə məhkəmə, iddia tələbinin digər hissəsini əsassız hesab etmişdir. Belə ki, iddiaçı həmin hissədə tələbini Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin internet saytında “istehlak qiymətləri indeksinin hesablanmasına dair” kalkulyatordakı nəticəyə uyğun əsaslandırmışdır. Məhkəmə həmin dəlili tutarlı hesab etmədiyindən iddia tələbini həmin hissədə (dəymiş zərər) rədd edilməsi qənaətinə gəlmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 21.1, 385.1, 442, 443, 448.1ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin ( bundan sonra – “MPM”) 77.1, 82.3, 82.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
10. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə təmin olunmasını xahiş etmişdir.
11. Cavabdeh də apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 24 sentyabr tarixli, 2-2(103)-732/2025 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməmiş hissəsində ləğv edilərək, həmin iddia tələbi təmin edi lmiş, cavabdehdən dəymiş zərərin əvəzi olaraq 840.000 manat, hüquqi yardım göstərilməsinə görə 2000 manat və 502 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilmiş, iddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 816 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilmiş, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə cavabdehdən 840.000 manat pul vəsaiti, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 1130 manat və vəkil yardımına çəkilmiş xərclərə görə 1000 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – T.Mahmudova, hakimlər – L.Əliyeva, F.Abdıyev).
13. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərarlarına istinadən qeyd etmişdir ki, hazırkı halda mübahisə eyni tərəflər arasında olsa da, iddia tələbinin əsası və predmeti fərqlidir. Belə ki, cavabdehin istinad etdiyi qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının əsasını təşkil edən iddia tələbi ilə hazırkı iddia tələbi tamamilə fərqlidir.
14. Bu halda məhkəmə onu da nəzərə almışdır ki, əvvəlki iddia tələbi üzrə məhkəmələr cavabdehin öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi səbəbindən, iddiaçıya 2011ci ildə podrat müqaviləsi üzrə ödədiyi 840.000 manatı cavabdehdən geri tələb etmək hüququna malik olmasını izah etmişlər.
15. Belə olan halda birinci instansiya məhkəməsinin 840.000 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə gəldiyi qənaəti tamamilə əsaslıdır.
16. Bununla belə, birinci instansiya məhkəməsi hazırkı iddia tələbini digər hissədə (təmin edi lməyən 840 000 manat hissəsində) təmin etməməklə əsassız nəticəyə gəlmişdir.
17. Belə ki, iddiaçı inflyasiya nəticəsində itirdiyi pul vəsaitini MM-in 21.1, 442 və 443.1ci maddələrinə görə tələb edə bilər.
18. Azərbaycan Dövlət Statistika Komitəsinin müvafiq məlumatına görə 2025-ci ildə avqust ayında 2011-ci ilin oktyabr ayına nisbətən istehlak qiymətləri indeksi 211,8 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 2,1 dəfə artmışdır. Həmçinin Ali Məhkəmə Dövlət Statistika Komitəsinin bu tipli məlumatlarının kommersiya dövriyyəsində istifadəsini təsbit etmiş və bu məlumatlardan yararlanmağı tərəflərə tövsiyə etmişdir.
19. Eyni zamanda, Bakı Apellyasiya Məhkəməsinin 23 iyul 2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş və “Əmlak Ekspertiza Mərkəzini n” 2025-ci il 3 sentyabr tarixli rəyinə əsasən, Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, 15 mərtəbəli “Biznes Mərkəzi”ndə ümumi sahəsi 862,30 m2 olan 7-ci mərtəbənin 2025-ci il 3 sentyabr tarixinə bazar dəyəri 1.897.000 manat təşkil edir.
20. Məhkəmə yuxarıda göstərilən ekspert rəyinə istinadən qeyd etmişdir ki, istehlak qiymətləri Respublikanın ərazisində 2025-ci ildə avqust ayından 2011-ci ilin oktyabr ayına nisbətdə 2,1 dəfə artmışdır. Başqa sözlə, ölkədə qeyd edilən dövrlərdə inflyasiya nəticəsində pul vəsaitinin dəyəri azalmışdır və aydın məsələdir ki, bu halda iddiaçının 2011-ci ildə cavabdehə ödədiyi 840.000 manat pul vəsaitinin dəyəri də azalmışdır.
21. Digər tərəfdən məhkəmə onu da vurğulamışdır, hazırda sözügedən əmlakın bazar dəyəri 1.897.000 manat təşkil edir, yəni əmlakın dəyər i iddiaçı ödəniş etdiyi vaxtdan bəri 1.057.000 manat məbləğində artmışdır.
22. Belə olan halda məhkəmə bildirmişdir ki, iddiaçı əlavə olaraq 840.000 manat məbləğində pul vəsaitini tələb etməkdə haqlı olmuşdur.
23. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 15, 59-cu maddələrinə, MM-in 21.1, 21.2, 442, 443.1, 567, 752.1-ci maddələrinə, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 7, 8.2-ci maddələrinə, MPM-in 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.
24. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissədə ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri:
25. MM-in 449.1-ci və MPM-in 121.1-ci maddələri üzrə - apellyasiya instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamış, sübutları tam və hərtərəfli qiymətləndirməmiş, tikilinin sahəsi və qiymətləndirilməsi ilə bağlı gəldiyi nəticəni mötəbər sübutlarla əsaslandırmamışdır. Eyni zamanda, məhkəmə iddiaçı tərəfin izahatlarına əsaslanaraq 840.000 manat məbləğin ikiqat tələbini təmin etmiş və bunu Konstitusiya Məhkəməsi Plenumunun 2025-ci il 15 aprel tarixli qərarına istinadla əsaslandırmışdır. Halbuki, MM-in 445.7-ci maddəsinə görə pul öhdəliyinin icrasının gecikdirilməsi halında borclunun məsuliyyəti gecikdirilmiş vaxt üçün illik beş faizlə məhdudlaşır və daha artıq məbləğin tutulması yalnız qanunla nəzərdə tutulmuş xüsu si əsaslar olduqda mümkündür. Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında da bu hüquqi mövqe təsbit edilmişdir. Bundan əlavə, MM-in 449.1-ci maddəsi özgəsinin pul vəsaitindən qanunsuz istifadə hallarında yalnız faizlərin tutulmasını nəzərdə tutur. Apellyasiya instansiyası isə əlavə 840.000 manat tələbin hüquqi əsaslarını və tətbiq edilməli maddi hüquq normalarını araşdırmadan iddianı təmin etməklə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Həmçinin apellyasiya məhkəməsi əsassız iddianı təmin etməklə MPM-in 121.1-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Həmin normaya görə, nümayəndə və ya vəkilə görə tutulmalı olan xərclər yalnız konkret hallar və təqdim edilmiş sübutlar qiymətləndirilməklə ağlabatan məbləğdə müəyyən edilə bilər. Lakin iş üzrə idd iaçı tərəfin vəkilinə ödənildiyi iddia edilən 3000 manat məbləği təsdiq edən hər hansı konkret hesabat və ya sübut təqdim edilmədiyi halda apellyasiya instansiyası bu məbləği əsassız olaraq “ağlabatan” hesab etmişdir.
26. MPM-in 13, 14, 88, 217.1, 217.3 və 217.4-cü maddələri üzrə - apellyasiya məhkəməsi işin faktiki hallarını kifayət qədər araşdırılmayıb və tərəflərin qarşılıqlı münasibətlərinə düzgün hüquqi qiymətin verilməsi təmin etməyib. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
27. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh vəkilə ödənilən hansı məbləği ağlabatan, əsaslı hesab etdiyini də şikayətində qeyd etməmişdir. İddiaçı vəkilə ödədiyi hüquqi yardıma görə xərcin ödənilməsinin sübutu kimi məhkəməyə e lektron qaimə-fakturanı, bank ödənişi haqqında bank hesabından çıxarışı təqdim etmişdir. Beləliklə, ödəmə vergi qanunvericiliyinin tələblərinə uyğun şəkildə aparılmışdır. Ödənilən yardım haqqı işin mürəkkəbliyinə, araşdırılmasına sərf olunan vaxtın həcminə tamamilə uyğundur. Belə ki, iş xeyli mürəkkəbdir və məhkəmə araşdırması da uzun müddət aparmışdır. Bu faktlar açıq aşkar iş materiallarından, vəkilin məhkəməyə təqdim etdiyi izahatlardan, yazılı sübutlardan görünür. Həmçinin kassasiya şikayətindən görünür ki, cavabdeh faktiki əsas borcunu 800.000 manatı etiraf edir. Lakin, nəzərə almaq lazımdır ki, cavabdeh iddiaçı ilə borc müqaviləsi deyil, alqı-satqı müqaviləsini bağlamışdır və cavabdeh iddiaçıya həmin müqaviləyə əsasən əmlak verməli idi. Cavabdeh cinayət xarakterli əməllər törədərək iddiaçının hüquqları ilə yüklü olan daşınmaz əmlakı sonradan başqasına satmışdır və bu fakt qanuni qüvvədə olan məhkəmə qərarları ilə təsdiqlənmişdir. Belə olan halda, cavabdeh iddiaçıya vurduğu ziyanın əvəzini də ödəməlidir. Ziyanın əvəzi dedikdə iddiaçının eyni daşınmaz əmlakı hal-hazırda alması üçün əlavə ödəyəcəyi vəsait başa düşülür, çünki iddiaçı cavabdehlə müqavilə bağlayanda bu məqsədinə çatmağı hədəfləmişdir. Məhkəmə tərəfindən də bu məbləği müəyyən etmək üçün iş üzrə qiymətləndirmə ekspertizası təyin edilmişdir, daşınmaz əmlakın artmış dəyəri cavabdehdən tutulmuşdur. Bu yanaşma tamamilə qanuni və əsaslıdır. Cavabdehin iddiaçı qarşısındakı öhdəliyi əmlak öhdəliyi olduğuna görə cavabdeh eyni əmlakın hal-hazırda alınması üçün iddiaçının sərf etməli olduğu vəsaitlə vaxtilə cavabdehə ödədiyi vəsait arasındakı artmış məbləği ödəməlidir. Kassasiya baxışının hədləri
28. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq
29. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa et mək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 4 43.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır.” “Maddə
445. Borclunun icranı gecikdirməsi 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.” “Maddə
449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaq dan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.”
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə la zımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.” Maddə
115. İşə baxılması ilə əlaqədar məsrəflər 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər;” “Maddə
121. Nümayəndəyə və vəkilə göstərdiyi yardıma görə xərclərin ödənilməsi 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəf lərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.” “Maddə
218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.” “Maddə
392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.” “Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən as ılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
32. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
33. Kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulması barədə dəlillər isə əsassızdır.
34. Belə ki, hazırkı mübahisə üzrə kassasiya şikayətində istinad edilən MM-in 445.7 və 449.1-ci maddələri tətbiq edilə bilməz. Çünki həmin normalar müvafiq olaraq borclunun pul məbləğinin ödənilməsini gecikdirməsi və pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyəti nəzərdə tutur.
35. Hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilən hal ları isə ondan ibarətdir ki, tərəflər arasında 2011-ci il 2 iyun tarixli podrat müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdeh Bakı şəhəri, Səbail rayonu, 20-ci sahədə yerləşən 15 mərtəbəli “Biznes Mərkəz”in 7-ci mərtəbəsini bütövlüklə iddiaçıya verilməsi barədə öhdəlik götürmüşdür. İddiaçı həmin podrat müqaviləsi üzrə 2011-ci ildə cavabdehə 840.000 manat pul vəsaiti ödəmiş, lakin cavabdeh öz öhdəliyini icra etməmişdir. İddiaçının həmin əmlakın verilməsi barədə iddiası isə əmlakın başqa şəxsə satılması əsası ilə rədd edilmişdir.
36. Hazırda iddiaçı müqavilə üzrə ödədiyi pul vəsaitinin dəyərinin azalmasına (inflyasiyaya uğramasına) istinad edərək ikiqat məbləğin ödənilməsi tələbini irəli sürmüşdür.
37. Qeyd olunanlardan müəyyən edilir ki, cavabdehin iddiaçı qarşısında pul öhdəliyi olmayıb və ona görə də, hazırkı mübahisə üzrə MM-in 445 və 449-cu maddələrinin tətbiq edilməsi üçün əsaslar mövcud deyildir.
38. Eyni zamanda, hazırkı iddia öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi ilə bağlıdır.
39. Bu məsələləri tənzimləyən MM-in 443-cü maddəsində müəyyən edilmişdir ki, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır (443.3).
40. Tərəflər arasında bağlanmış müqavilədə və MM-in podrat münasibətlərini tənzimləyən 39-cu fəslinə aid maddələrdə də ayrı qayda nəzərdə tutulmamışdır.
41. Ona görə də, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hazırkı mübahisə üzrə MM-in 443-cü maddəsini tətbiq etmiş və zərərin məbləğini müəyyən edərkən tərəflər arasında bağlanmış müqavilənin predmetini təşkil edən daşınmaz əmlakın hazırkı dəyərini əsas götürmüşdür.
42. Həmçinin, iddiaçı tərəfindən hüquqi yardıma çəkilmiş xərclər elektron qaiməfaktura və bank ödənişi ilə sübuta yetirilmiş, məhkəmə tərəfindən işin mürəkkəbliyi nəzərə alınaraq ağlabatan məbləğ kimi tanınmışdır. Bu yanaşma hüquqi cəhətdən qanuni, əsaslı və məhkəmə təcrübəsinə uyğun hesab olunur. Ona görə də, kassasiya şikayətində qeyd edilən MPM-in 121.1-ci maddəsinin pozulması barədə dəlillər də əsaslı hesab edilə bilməz.
43. Kassasiya şikayətində qeyd edilən prosessual hüquq normalarının pozulmasının işdə olan sübutların və işin ha llarının düzgün qiymətləndirilməməsi ilə əlaqələndirilməsi isə əsassızdır.
44. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.
45. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyy ən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq ed ilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimov un şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərarı).
46. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.
47. Apellyasiya instansiyası məhkəməsi də öz səlahiyyətləri daxilində sübutları və işin hallarını qiymətləndirmiş və müəyyən etdiyi hallara əsasən kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmişdir.
48. Kollegiya qeyd edir ki, kassasiya şikayətində qeyd olunan prosessual hüquq normalarının pozulması barədə dəlillər o vaxt əsaslı hesab edilə bilərdi ki, məhkəmələr tərəfindən MPM-in 14.1, 217.3, 218.1-ci maddələrinin tələbləri pozularaq işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasın, cavabdeh tərəfin istinad etdiyi dəlillərə və təqdim etdiyi sübutlara qiymət verilməsin, habelə məhkəmə qətnaməsi əsaslandırılmasın. Lakin hazırkı işdə həmin hallara yol verilməmiş, habelə MPM-in 392.2ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən cavabdehin şikayətinin təmin edilmədiyini və iddiaçının şikayətinin təmin edildiyini qətnamədə göstərmişdir.
49. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
50. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 24 sentyabr tarixli, 2-2(103)-732/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi gündən qüvvəyə minir.