Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-86/2023 29.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: podrat müqaviləsi, pulun tutulması və vurulmuş zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “xidmət müqavilələri üzrə pul vəsaitlərinin tutulması və dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 26 oktyabr tarixli, 2-2(103)-766/2022 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 2021-ci il 6 iyul tarixli, Q21-003 saylı xidmət müqaviləsindən (bundan sonra – “Müqavilə Q21-003”) görünür ki, sifarişçi Cavabdeh MMC müqavilədə nəzərdə tutulmuş (keyfiyyətə nəzarət yoxlamaları və müayinələri, bütün sənədləşmə işləri, işin icra üsullarının tərtibatı, material keyfiyyətinin yoxlanılması və təslimat işləri, bütün test işləri) bütün təslimat işləri xidmətlərin göstərilməsini icraçıya sifariş verməyi və razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada sifariş olunmuş xidmətləri göstərməyi öhdəsinə götürmüşdür.
2. Q21-003 saylı müqaviləyə 1 saylı əlavədən (xidmətlərin siyahısı) görünür ki, 2021-ci il 6 iyul tarixli xidmət müqaviləsinə əsasən göstəriləcək xidmətlər və onların qiymətləri əks olunmuş cədvəl tərtib edilmişdir. 3. 2021-ci il 6 iyul tarixli, Q21-004 saylı xidmət müqaviləsindən (bundan sonra – “Müqavilə Q21-004”) görünür ki, həmin müqaviləyə əsasən iddiaçı cavabdehə SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit) xidmətəri (bütün SƏTƏM yoxlanmaları, giriş təlimatları, SƏTƏM planının tərtibatı, risklərin qiymətləndirilməsi göstərməyi öhdəsinə götürür.
4. Hər iki müqavilənin 1.2-ci bəndinə əsasən göstərilən xidmətlərin həcmi bu müqaviləyə əlavə edilən Əlavə (və ya Əlavələr) ilə müəyyənləşdirilir. Müqavilələrin 1.3-cü bəndinə əsasən icraçı müqaviləyə uyğun olaraq xidmətin nəticələrini sifarişçiyə vaxt cədvəli ve aylıq hakediş (Forma 2 ve 3) ilə birlikdə təqdim edir. Sifa rişçi xidməti qəbul edirsə, icraçı tərəfindən təqdim olunmuş vaxt cədvəli ve aylıq hakediş (Forma 2 ve 3) imzalayır. Müqavilələrin 2.2.1-ci bəndinə əsasən xidmətləri qüsursuz, peşəkar qaydada, lazımi keyfiyyətlə və hazırki müqavilə ilə müəyyən olunmuş qaydada, şərtlərlə, habelə müəyyən olunmuş müddətdə yerinə yetirərək təhvil vermək və bu xidmətlərin icra olunmasında bütün ağlabatan sənətkarlıq, qayğı və çalışqanlıqdan istifadə etmək; 2.2.3-cü bəndə əsasən xidmətləri Azərbaycan Respublikasında qüvvədə olan normativ hüquqi aktlara, qayda və standartlara, həmçinin bu müqaviləyə uyğun olaraq tam dəqiqliklə sifarişçinin tələblərinə əsasən keyfiyyətlə icra edərək təhvil vermək icraçının vəzifələrindəndir. Müqavilələrin 3.1-ci bəndinə əsasən göstərilən xidmətlərin həcmi və xidmətlərin göstərilmə sinə dair xidmət haqqı bu müqaviləyə əlavə edilən Əlavə (və ya Əlavələr) ilə müəyyənləşdirilir. 3.2-ci bəndə əsasən, bu müqavilə çərçivəsində sifarişçi icraçıya xidmət haqqını aşağıdakı qaydada bank köçürülməsi ilə ödəyəcək. 5.3-cü bəndə əsasən müqavilənin icrası müddətində sifarişçi aşkar olunmuş qüsurlar haqqında icraçıya dərhal bildiriş verməli və bildirişlə qüsurların aradan qaldırılması üçün məsuliyyət müddəti göstərilməlidir. 5.5-ci bəndə əsasən icraçının xidmətlərin icrası zamanı müvafiq qanun və qaydalara riayət etməməsinə, yol verdiyi qüsurlara və buraxdığı səhvlərə görə sifarişçi məsuliyyət daşımır. 5. 2021-ci il 26 iyul tarixli aylıq icra bəyənnaməsindən görünür ki, “Müqavilə Q21-003” üzrə icra olunmuş işlərin, o cümlədən bu günə qədər xalis dəyərləndirmə, qiymətləndirməyə görə cari məbləğ, ödəniləcək ümumi məbləğ 16.714,23 manat təşkil edir. 2021-ci il 7 iyul tarixindən 2021-ci il 31 iyul tarixi daxil olmaqla qalıq yerinə yetirilən podrat işlərı haqqında arayışdan (Forma 2) görünür ki, cəmi 16.714,23 manat məbləğində işlər görülmüşdür. 2021-ci il tarixindən 2021-ci il 31 iyul tarixi daxil olmaqla qalıq podrat işlərinin müqavilə qiyməti ilə dəyəri haqqında arayışdan (Forma 3) görünür ki, Müqavilə Q21-004 üzrə cəmi ödəniləcək məbləğ 16.714,23 manat təşkil edir. 6. 2021-ci il 7 sentyabr tarixli aylıq icra bəyənnaməsindən görünür ki, Müqavilə Q21003 üzrə icra olunmuş işlərin, o cümlədən bu günə qədər xalis dəyərləndirmə 43.067,62 manat, əski əvvəlki aylar üzrə xalis dəyərləndirmə 16.714,23 manat, qiymətləndirməyə görə cari məbləğ, ödəniləcək ümumi məbləğ 26.353,38 manat təşkil edir. 2021-ci il 1 avqust tarixindən 2021-ci il 31 avqust tarixi daxil olmaqla qalıq yerinə yetirilən podrat işləri haqqında arayışdan (Forma 2) görünür ki, cəmi 26.353,38 manat məbləğində işlər görülmüşdür. 2021-ci il 1 avqust tarixindən 2021-ci il 31 avqust tarixi daxil olmaqla qalıq podrat işlərinin müqavilə qiyməti ilə dəyəri haqqında arayışdan (Forma 3) görünür ki, Müqavilə Q21-004 üzrə cəmi ödəniləcək məbləğ 26.353,38 manat təşkil edir. 7. 2021-ci il 1 oktyabr tarixli aylıq icra bəyənnaməsindən görünür ki, Müqavilə Q21003 üzrə icra olunmuş işlərin, o cümlədən bu günə qədər xalis dəyərləndirmə 67.167,23 manat, əvvəlki aylar üzrə xalis dəyərləndirmə 41.904,38 manat, qiymətləndirməyə görə cari məbləğ, ödəniləcək ümumi məbləğ 25.262,85 manat təşkil edir. 2021-ci il 1 sentya br tarixindən 2021-ci il 30 sentyabr tarixi daxil olmaqla qalıq yerinə yetirilən podrat işlərı haqqında arayışdan (Forma 2) görünür ki, cəmi 25.262,85 manat məbləğində işlər görülmüşdür. 2021-ci il 1 sentyabr tarixindən 2021-ci il 30 sentyabr tarixi daxil olmaqla qalıq podrat işlərinin müqavilə qiyməti ilə dəyəri haqqında arayışdan (Forma 3) görünür ki, Müqavilə Q21-004 üzrə cəmi ödəniləcək məbləğ 25.262,85 manat təşkil edir. 8. 2021-ci il 29 oktyabr tarixli aylıq icra bəyənnaməsindən görünür ki, Müqavilə Q21003 üzrə icra olunmuş işlərin, o cümlədən bu günə qədər xalis dəyərləndirmə 91.737,43 manat, əski əvvəlki aylar üzrə xalis dəyərləndirmə 67.167,23 manat, qiymətləndirməyə görə cari məbləğ, ödəniləcək ümumi məbləğ 24.570,20 manat təşkil edir. 2021-ci il 1 oktyabr tarixindən 2021-ci il 2 9 oktyabr tarixi daxil olmaqla qalıq yerinə yetirilən podrat işlərı haqqında arayışdan (Forma 2) görünür ki, cəmi 24.570,20 manat məbləğində işlər görülmüşdür. 2021-ci il 1 oktyabr tarixindən 2021-ci il 29 oktyabr tarixi daxil olmaqla qalıq podrat işlərinin müqavilə qiyməti ilə dəyəri haqqında arayışdan (Forma 3) görünür ki, Müqavilə Q21-004 üzrə cəmi ödəniləcək məbləğ 24.570,20 manat təşkil edir. 9. 2021-ci il 26 iyul tarixli aylıq icra bəyənnaməsindən görünür ki, Müqavilə Q21-004 üzrə icra olunmuş işlərin məbləği, o cümlədən bu günə qədər xalis dəyərləndirmənin məbləği, qiymətləndirməyə görə cari məbləğ, ödəniləcək ümumi məbləğ 16.120 manat təşkil edir. 2021-ci il 7 iyul tarixindən 2021-ci il 31 iyul tarixi daxil olmaqla qalıq yerinə yetirilən podrat işlərı haqqında arayışdan (Forma 2) g örünür ki, cəmi 16.120 manat məbləğində işlər görülmüşdür. 2021-ci il 7 iyul tarixindən 2021-ci il 31 iyul tarixi daxil olmaqla qalıq podrat işlərinin müqavilə qiyməti ilə dəyəri haqqında arayışdan (Forma 3) görünür ki, Müqavilə Q21-004 üzrə cəmi ödəniləcək məbləğ 16.120 manat təşkil edir. 10. 2021-ci il 7 sentyabr tarixli aylıq icra bəyənnaməsindən görünür ki, Müqavilə Q21-004 üzrə icra olunmuş işlərin, o cümlədən bu günə qədər xalis dəyərləndirmə 49.914,38 manat, əvvəlki aylar üzrə xalis dəyərləndirmə 16.120 manat, qiymətləndirməyə görə cari məbləğ, ödəniləcək ümumi məbləğ 33.794,38 manat təşkil edir. 2021-ci il 1 avqust tarixindən 2021-ci il 31 avqust tarixi daxil olmaqla qalıq yerinə yetirilən podrat işlərı haqqında arayışdan (Forma 2) görünür ki, cəmi 33.794,38 manat məbləğində işlər görülmüşdür. 2021-ci il 1 avqust tarixindən 2021-ci il 31 avqust tarixi daxil olmaqla qalıq podrat işlərinin müqavilə qiyməti ilə dəyəri haqqında arayışdan (Forma 3) görünür ki, Müqavilə Q21-004 üzrə cəmi ödəniləcək məbləğ 33.794,38 manat təşkil edir. 11. 2021-ci il 1 oktyabr tarixli aylıq icra bəyənnaməsindən görünür ki, Müqavilə Q21004 üzrə icra olunmuş işlərin, o cümlədən bu günə qədər xalis dəyərləndirmə 64.845,38 manat, əvvəlki aylar üzrə xalis dəyərləndirmə 49.914,38 manat, qiymətləndirməyə görə cari məbləğ, ödəniləcək ümumi məbləğ 14.931 manat təşkil edir. 2021-ci il 1 sentyabr tarixindən 2021-ci il 30 sentyabr tarixi daxil olmaqla qalıq yerinə yetirilən podrat işlərı haqqında arayışdan (Forma 2) görünür ki, cəmi 14.931 manat məbləğində işlər görülmüşdür. 2021-ci il 1 sentyabr tarix indən 2021-ci il 30 sentyabr tarixi daxil olmaqla qalıq podrat işlərinin müqavilə qiyməti ilə dəyəri haqqında arayışdan (Forma 3) görünür ki, Müqavilə Q21-004 üzrə cəmi ödəniləcək məbləğ 14.931 manat təşkil edir.
12. Aylıq icra bəyannamələri və forma 2 sənədlərində öz əksini tapmış məbləğlərə əsasən görülən işlərin dəyəri 157746,04 manat təşkil edir. Həmin sənədləri cavabdehin adından layihə rəhbəri qismində XXX imzalamışdır. Həmin sənədlərdəki imzanın XXX aid olduğu cavabdeh tərəfindən mübahisələndirilmir.
13. X1 (bundan sonra – “XXX”) ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsi və əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, XXX Cavabdeh MMC-də layihə rəhbəri vəsifəsinə 2021-ci il 1 oktyabr tarixdən təyin edilmiş və əmək müqaviləsinin müddət i 2021-ci il 31 dekabr tarixədək müəyyən edilmişdir. Cavabdeh MMC-nin işdəki arayışından görünür ki, XXXla bağlanmış əmək müqaviləsinə 2022-ci il 15 fevral tarixdən xitam verilmişdir və 2021-ci il 1 oktyabr tarixdən əvvəl XXXla Cavabdeh MMC arasında əmək müqaviləsi bağlanmamış, o MMC-də həmin tarixədək hər hansı vəzifə tutmamışdır. 14. 2022-ci il 21 aprel tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, XXX 2022ci il 6 aprel tarixdə vəfat etmişdir.
15. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yerinə yetirilmiş işlərlə bağlı göndərilmiş və qüvvədə olan 3 elektron qaimə mövcuddur: EBBK seriyalı, 522247 saylı, 2021-ci il 11 oktyabr tarixli elektron qaimədə Müqavilə Q21-003 üzrə 40.616 manat, EBBL seriyalı, 820947 saylı, 2021-ci il 3 noyabr tarixli elektron qaimədə Müqavilə Q21-003 üzrə 24.570,2 0 manat, EBBK seriyalı, 521784 saylı, 2021-ci il 11 oktyabr tarixli elektron qaimədə Müqavilə Q21-004 üzrə 39.211,81 manat dəyərində xidmət göstərildiyi qeyd olunur. Elektron qaimələrə əsasən yerinə yetirilmiş xidmətlərin ümumilikdə dəyəri 104.398,01 manat təşkil edir. Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə müqavilə üzrə nağd qaydada avans olaraq 52.000 manat pul ödənilmişdir.
16. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 2021-ci il 30 oktyabr tarixli məktubdan görünür ki, tərəflər arasında bağlanmış Müqavilə Q21-004 saylı (SETEM servis) 2021-ci il 30 sentyabr tarixdə, Müqavilə Q-21-003 isə 2021-ci il 29 oktyabr tarixdə iddiaçının 10 gün əvvəl edilmiş xəbərdarlığı əsasında ləğv edilmişdir. İddiaçı cavabdehdən göstərilmiş xidmətlərə görə müqavilələr ləğv edildiyi tarixədək hesablan mış xidmət haqqının ödənilməsini tələb etmişdir. Cavabdeh tərəfindən pretenziya məktublarına cavab verilməmişdir. Müqavilələrin 7.1-ci bəndində müqavilə tərəflərinin digər tərəfi 10 iş günü əvvəl xəbərdarlıq etmək şərti ilə müqaviləni bütövlükdə və ya qismən ləğv etmək hüququ nəzərdə tutulmuşdur.
17. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 2021-ci il 18 noyabr tarixli pretenziya məktubu ilə Cavabdeh MMC-dən 10 təqvim günü ərzində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. 18. "xxxx" MMC-nin 2021-ci il 5 iyul, 2021-ci il 12 iyul və 2022-ci il 24 avqust tarxli iclaslarında iştirak edən şəxslərin siyahısından görünür ki, həmin iclaslarda Cavabdeh MMC-nin layihə rəhbəri qismində iddiaçı tərəfindən təqdim edilmiş icra bəy annamələrini və forma 2 sənədlərini imzalamış XXX iştirak etmişdir.
19. DSMF-yə ödənişlərin gecikdirilməsinə görə iddiaçıya tətbiq edilmiş maliyyə sanksiyasının əvəzi olaraq 6.230,74 manat pul tələbi ilə bağlı məhkəməyə İddiaçı MMCnin şəxsi hesab vərəqəsindən çıxarış təqdim edilmişdir. II. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
20. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə qarşı (bundan sonra – “cavabdeh”) iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək Müqavilə Q21-003 üzrə 66.349,66 manat, Müqavilə Q21-004 üzrə 39.212,38 manat, cəmi 105.562,04 manat borcun, əldən çıxmış faydaya görə 105.562,04 manatın, cavabdehin ödənişi gecikdirilməsi ilə əlaqədar DSMF-yə ödənişlərin gecikdirilməsinə görə iddiaçıya tətbiq edilmiş mali yyə sanksiyasının əvəzi olaraq 6.230,74 manat, cavabdehin ödənişinin gecikdirməsi ilə əlaqədar əmək haqqının verilməsində çətinlik yarandığı üçün işçilərin əmək müqaviləsinə vaxtından əvvəl xitam verilməsi və vergi öhdəliklərinin icrasını gecikdirdiyi üçün iddiaçının işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi olaraq 100.000 manat, cəmi 318.585,82 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçının hesablaşma hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
21. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış hər iki müqavilə üzrə təhvil verilmiş işlərə görə sifarişçi icraçıya 157.746,04 manat xidmət haqqı ödəməli olsa da bu məbləği tam olaraq hələ də ödəməmişdir. Bununla bağlı icraçı sifarişçiyə dəfələrlə şifahi və 19, 25 və 30 oktyabr 2021- ci il tari xli yazılı müraciətlərində narazılığını və xəbərdarlığını bildirsə də, sifarişçi heç bir səbəb gətirmədən öhdəliyini icra etməkdən imtina etmiş və xidmət haqqını hələ də ödəməmişdir. Mübahisənin danışıqlar yolu ilə həll edilməsi məqsədi ilə cavabdehə dəfələrlə şifahi və 14, 19, 25 və 2021-ci il 30 oktyabr tarixdə yazılı müraciətlər edilsə də, cavabdeh heç bir səbəb gətirmədən öhdəliyini icra etməmişdir. 2021-ci il 18 noyabr tarixdə cavabdehə pretenziya məktubu göndərilsə də, bu pretenziya üzrə cavabdeh heç bir ödəniş etməmişdir. 2021-ci il 3 dekabr tarixdə cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilsə də, cavabdeh heç bir ödəniş etməmişdir. Müqavilə üzrə xidmət haqqının vaxtında ödənilməməsi ilə əlaqədar vergi borcları, işçilərin əmək haqqı vaxtında ödənilməmiş, işçilərlə bağlanmış əmək müqavilələrinə vaxtından əvvəl xitam verilmiş, iddiaçının işgüzar nüfuzuna ziyan dəymişdir.
22. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385, 442, 425, 445-ci maddələrinə istinad olunmuşdur.
23. İddia ərizəsinə qarşı etiraz təqdim olunaraq bildirilmişdir ki, tərəflər arasında imzalanmış Q21-003 saylı xidmət müqaviləsinin 1.3-cü bəndinə əsasən, icraçı müqaviləyə uyğun olaraq bütün xidmətin nəticələrini sifarişçiyə Forma 2 ve 3 ilə birlikdə təqdim edir. Sifarişçi xidməti qəbul edirsə, icraçı tərəfindən təqdim olunmuş Forma 2 və 3 imzalayır. Eyni zamanda tərəflər arasında imzalanmış Q21-004 saylı xidmət müqaviləsinin 1.3-cü bəndinə əsasən, icraçı müqaviləyə uyğun olaraq bütün Xidmətin nəticələrini sifarişçiyə Form a 2 ve 3 ilə birlikdə təqdim edir. Sifarişçi xidməti qəbul edirsə, icraçı tərəfindən təqdim olunmuş Forma 2 və 3 imzalayır. İş materiallarına əlavə edilmiş təhvil-təslim aktlarından göründüyü kimi işlərin qəbul edilməsinə səlahiyyəti olmayan şəxs imza etmiş, MMC-nin rəhbəri tərəfindən isə həmin aktlara imza edilməmişdir. Rəhbərin təhvil-təslim aktlarını imza etməməsinin səbəbi isə görülmüş işlərlə (xidmətlərlə) razı olmaması və xidmətlərin keyfiyyətsiz olması olmuşdur. Tərəflər arasında bağlanmış müqavilə şərtlərindən biri də görülmüş işlərin təhvil verilməsidir. İddiaçı tərəfindən isə müqavilədə göstərimiş qaydada işlər təhvil verilməmiş və buna görə də cavabdeh tərəfindən ödənişlər edilməmişdir. İddiaçının xidmət etdiyi tikinti “Pasha İnşaat”-a məxsusdur. Cavabdeh isə tikinti işlərini ap aran podratçı şirkətdir. İddiaçı tərəfindən tikintinin keyfiyyətinə vaxtında nəzarət edilmədiyinə görə, hal-hazırda "xxxx" tikintini qəbul etmir. Yəni, bildirmək istəyirəm ki, iddiaçı müqavilə öhdəliyini lazımınca icra etmədiyinə görə, həmin işlər cavabdehin rəhbəri tərəfindən qəbul edilməmişdir.
24. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 20 aprel tarixli, e-2-2(113)-911/2022 saylı qərardadı ilə "xxxx" MMC (bundan sonra – “MMC”) müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
25. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 27 may tarixli, e-2-2(113)-911/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir (hakim Leyla Əliyeva).
26. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xidmət müqavilələrinin şərtlərinə əsasən icraçı olan iddiaçı göstərdiyi x idmətlərin nəticələrini sifarişçi cavabdehə vaxt cədvəli və aylıq hakediş ilə birlikdə təqdim etməli olduğu və sifarişçi xidməti qəbul etdikdə təqdim edilmiş vaxt cədvəli və aylıq hakedişi imzalamalı olduğu halda iddiaçı məhkəməyə həmin müqavilələr üzrə göstərilmiş xidmətlərin cavabdeh tərəfindən qəbul olunmasını təsdiq edən sənədləri təqdim edə bilməmişdir.
27. İddiaçının məhkəməyə təqdim etdiyi aylıq bəyannamələr, görülmüş işlər üzrə arayışlar cavabdehin adından XXX adlı şəxs tərəfindən imzalanmış, üzərinə cavabdeh şirkətin möhürü vurulmamış, görülmüş işlərin məbləği barədə sənədlər isə cavabdehin adından ümumiyyətlə imzalanmamışdır. Arayış və bəyannamələri cavabdehin adından imzalamış XXXun cavabdehin adından təhvil-təslim aktlara imzalamaq səlahiyyətinə malik olmasını təsdiq edən sən əd isə məhkəməyə təqdim olunmamışdır. Bundan əlavə aktların əksəriyyətinin imzalandığı dövrdə XXXun cavabdehin işçisi olması da iş materialları ilə öz təsdiqini tapmamışdır.
28. İddiaçının XXXun səlahiyyətli şəxs olmasını sübuta yetirmək üçün məhkəməyə təqdim etdiyi MMC-də təşkil edilmiş 2021-ci il 5 iyul tarixli, 2021-ci il 12 iyul tarixli və 2022ci il 24 avqust tarixli iclaslarda XXXun Cavabdeh MMC-nin adından layihə rəhbəri qismində iştirak etməsini təsdiq edən iclasda iştirak edən şəxslərin siyahısının surətinə gəldikdə məhkəmə qeyd etmişdir ki, əvvəla həmin siyahıların həqiqiliyi cavabdehin nümayəndəsi və vəkili tərəfindən mübahisələndirilmiş, sənədin əsli isə məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən göstərilən siyahıların həqiqi olması ehtimal edilsə belə, həmin dövrdə cavabdehi n rəsmi işçisi belə olmayan XXXun cavabdehi iclaslarda təmsil etməsi faktı həmin şəxsin cavabdehin adından görülmüş xidmətləri qəbul etmək, onların həcminin və dəyərini təsdiq etmək səlahiyyətinə malik şəxs olmasının müəyyən edilməsi üçün kifayət etmir. Cavabdehin adından göstərilmiş xidmətləri qəbul etmək səlahiyyəti XXXa etibarnamə əsasında verilməmiş, sonuncunun belə bir səlahiyyətə malik olması qanun normalarından və hüquqi şəxsin nizamnaməsindən irəli gəlmir.
29. Bundan başqa, iddiaçı nə cavabdehin hüquqazidd, təqsirli əməlləri nəticəsində onun işgüzar nüfuzunun ləkələndiyini, nə də həmin əməllər nəticəsində ona maddi zərər dəyməsini sübuta yetirə bilməmişdir.
30. Gəldiyi nəticəni məhkəmə MM-in 21.1, 21.2, 49.1, 359.1, 433.1, 433.3, 443.1, 443.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021 tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli qərarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2, 1.3, 2.5.3-cü bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
31. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahi ş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
32. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 26 oktyabr tarixli, 2-2(103)-766/2022 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə ilə iddia tələbi qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 52.398,01 manat əsas borc və 436 manat faiz borcunun tutulması qət edilmişdir (sədrlik edən – V.Baxışova, hakimlər – V.Məmmədov və R.Qurbanov).
33. Məhkəmə kollegiyasının mövqeyi belə olmuşdur ki, birinci instansiya məhkəməsi işdə iddiaçının müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etdiyini təsdiq edən sübutların olmadığına dair nəticəyə gələrkən cavabdehin iddia tələbinə qarşı yazılı etirazında iddiaçı tərə findən müqavilə ilə razılaşdırılmış xidmətlərin göstərildiyinin mübahisələndirilmədiyini nəzərə almamışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı tərəfindən həyata keçirilmiş nəzarət xidmətinin qüsurlu olması, sübutlar olmadan yalnız izahatlar əsasında müəyyən edilə bilməzdi.
34. İşdəki icra bəyannamələri və forma 2 sənədlərindən görünür ki, iddiaçı tərəfindən yerinə yetirilmiş işlər cavabdeh tərəfindən 2021-ci il 1 oktyabr tarixdən layihə rəhbəri kimi işə götürülmüş XXX adlı şəxs tərəfindən qəbul edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, XXXun nə 2021-ci ilin oktyabr ayınadək, nə də həmin tarixdən sonra cavabdehin adından işləri qəbul etmək səlahiyyətinə malik olduğu müəyyən edilmir. Cavabdeh 2021-ci il 1 oktyabr tarixədək XXXun cavabdehin adından hər hansı sənə di imzalamaq səlahiyyəti olduğunu qəbul etməsə də, həmin şəxsin tikinti aparılan sahəyə hansı əsasla buraxılmasını, MMC-nin iclaslarında hansı əsasla cavabdehin əməkdaşı kimi iştirak etməsi, o cümlədən işlərin cavabdeh tərəfindən MMC-yə təhvil verilməsi barədə aktların hansı əsasla layihə rəhbəri olaraq XXX tərəfindən imzalanmasının səbəbini izah edə bilməmişdir. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş cavabdeh tərəfindən yerinə yetirilmiş işlərin MMC-yə təhvil verilməsi ilə bağlı tərtib edilmiş “checklist” adlı sənədlərdən görünür ki, 2021-ci ilin avqust-oktyabr aylarında tərtib edilmiş bütün “checklist” sənədləri cavabdehin layihə rəhbəri kimi XXX tərəfindən imzalanmışdır.
35. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, hazırkı halda iddiaçı tərəfindən həyata keçiri lmiş xidmətlərin qüsurlu olduğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşdüyü halda bu barədə iş materiallarında sübutlar olmadığı, işlərin qüsurlu olması barədə iddiaçıya pretenziya göndərilmədiyi, müqavilələrin cavabdeh tərəfindən deyil, ödəniş həyata keçirilmədiyinə görə iddiaçı tərəfindən ləğv edildiyi, xidmətlərin dəyəri ilə bağlı göndərilmiş elektron qaimələrə cavabdeh tərəfindən etiraz bildirilmədiyi nəzərə alınaraq xidmət müqavilələri üzrə ödənilməmiş borcun cavabdehdən tutulmasına dair iddiaçının tələbi əsaslı olmuşdur.
36. İddiaçı cavabdehdən 105.562,04 manat borcun tutulmasını xahiş etsə də, cavabdehə xidmətlərin dəyəri ilə bağlı göndərilmiş elektron qaimələrin cəmi 104.398,01 manat olduğundan və müqavilə üzrə 52.000 manat avans ödənildiyindən məhkəmə cavabdehdən iddiaçının xeyrinə xidmət müqavilələri üzrə 52.398,01 (104.398,01 – 52.000) manat borcun tutulmalı olması, müqavilələr üzrə borcun tutulmasına dair iddia tələbinin qalan hissədə rədd edilməli olması nəticəsinə gəlmişdir.
37. Pul öhdəliyinin icrasının gecikdirilməsinə görə iddiaçı MM-nin 445.7-ci maddəsinə əsasən cavabdehdən əldən çıxmış fayda tələb etməyə haqlıdır. İddiaçının iddia tələbi ilə elektron qaimələrin göndərildiyi tarixdən 2 ay sonra 2022-ci il 13 yanvar tarixdə məhkəməyə müraciət etdiyi nəzərə alınarsa məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə icranın gecikdirildiyi iki ay üçün 52.398,01 manat qalıq borcun illik 5%-i məbləğində cəmi 436 manat faiz tutulmalı, əldən çıxmış fayda tələbi qalan hissədə rədd edilməlidir.
38. İddiaçı ilə 3 işçi arasında bağlanmış əmək müqaviləsinə xi tam verilməsinin məhz cavabdeh tərəfindən öhdəliyin icrasının gecikdirilməsi ilə bağlı olduğu əsaslı şübhədən kənar sübutlarla təsdiq edilmədiyindən, hətta sübut edilsə belə şirkətlə müqavilə münasibətlərinə son vermək istəyən işçilərin sayı cəmi 3 nəfər olduğu üçün bu halın iddiaçının işgüzar nüfuzuna ziyan dəyməsinə əsas olan hal kimi qiymətləndirilməsi mümkün olmadığından iddia bu hissədə təmin edilə bilməz.
39. Cavabdehin pul öhdəliyinin icrasının gecikdirilməsi ilə əlaqədar DSMF-yə ödənişlərin gecikdirilməsinə görə iddiaçıya tətbiq edilmiş maliyyə sanksiyasının əvəzi olaraq 6.230,74 manat pulun tutulması tələbi ilə bağlı məhkəmə. bu tələblə bağlı sübut qismində təqdim edilmiş şəxsi vərəqəyə əsasən iddiaçıya məcburi dövlət sosial sığorta haqqı ödənişlərini gecikdirməyə görə hesablanmış peniyanın 6.230,74 manat deyil, 437,42 manat təşkil etdiyinin müəyyən olunduğunu qeyd etmişdir. İddiaçı cavabdehin müqavilə üzrə ödədiyi 52.000 manat məbləğdən işçilərinin əmək haqqı ödənişlərini həyata keçirərkən eyni zamanda məcburi dövlət sosial sığorta haqqı üzrə ödənişləri də həyata keçirmək imkanına malik olduğundan 6.230,74 manat pulun cavabdehdən tutulması hissəsində iddia əsassız hesab edilmişdir.
40. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 433.1, 433.2, 445.7, 760, 770-ci maddələrinə istinad etmklə əsaslandırmışdır.
41. Qətnamə 2022-ci il 5 noyabr tarixdə proses iştirakçılarının şəxsi elektron kabinetinə yerləşdirilmiş, qətnamədən iddiaçı 2022-ci il 20 dekabr tarixdə kassasiya şikayəti verərək onun dəyişdirilərək iddiaçının xeyrinə tutulmalı olan əsas borc məbləğinin 104.39 8,01 manat müəyyən edilməsi barədə, cavabdeh isə 2022-ci il 28 dekabr tarixdə kassasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin olunduğu hissədə ləğv, iddia tələbinin tam rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. III. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) İddiaçının kassasiya şikayətinin dəlilləri
42. MM-in 445, 448.1, 385-ci, MPM-in 82.1-ci maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə cavabdeh tərəfindən iddiaçıya müqavilə üzrə nağd qaydada avans olaraq 52.000 manat vəsaitin ödənildiyini işin mübahisəsiz halı kimi qəbul etsə də, nəticədə cavabdehin müqavilə üzrə iddiaçıya cəmi 52.398,01 manat əsas borcun ödəməli olduğunu qeyd etmişdir. Məhkəmə cavabdehin ödədiyi bu 52.000 manatı ümumi xidmət haqqından deyil iddia üzrə irəli sürülmüş əsas bor cun məbləğindən çıxmış və nəzərə almamışdır ki, iddia üzrə əsas borcun məbləği bu 52.000 çıxılmaqla qeyd olunmuşdur. Belə ki, Müqavilə Q21-003 üzrə cavabdeh iddiaçıya 92.900,66 manat, Müqavilə Q21-004 üzrə isə 64.845,38 manat, yəni cəmi 157.746,04 manat xidmət haqqı ödəməli idi. Lakin, cavabdeh xidmət haqqının bir hissəsini yəni 52.000 manatı ödədiyi üçün iddiaçı əsas borc üzrə iddia tələbini 157.746,04 manat deyil, cəmi 105.562,04 manat məbləğində irəli sürmüşdür Hesablama: 92.900,66 manat (Müqavilə Q21-003 üzrə xidmət haqqı) + 64.845,38 manat (Müqavilə Q21-004 xidmət haqqı) = 157.746,04 manat – 52.000 manatı (cavabdeh xidmət haqqından ödədiyi hissə) = 105.562,04 manat (iddia tələbi). Belə olan halda, məhkəmə bu 52.000 manat vəsaiti iddia tələbi üzrə əsas borcun məbləğindən çıxmalı deyild i və nəticə olaraq təmin etdiyi əsas borcun məbləği ən azı 104.398,01 manat olmalı idi. b) Cavabdehin kassasiya şikayətinin dəlilləri
43. MM-in 760.2-ci maddəsinin tələbi pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi MM-in 760-cı maddəsinə istinad etsə də, həmin maddəni mübahisəyə düzgün tətbiq etməmişdir. Belə ki, həmin maddə müqaviləyə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərə bağlı olan səbəblərə görə xitam verilmə qaydasını nəzərdə tutur. Həmin müqavilənin xitamına cavabdehin deyil, bilavasitə iddiaçının hərəkətləri (hərəkətsizliyi) səbəb olmuşdur. Belə ki, Q21-003 saylı müqaviləyə əsasən icraçı iddiaçı keyfiyyətə nəzarət yoxlamaları və müayinələri, bütün sənədləşmə işlərini, işin icra üsullarının tərtibatını, material keyfiyyətinin yoxl anılması və təslimat işlərini, test işlərini əhatə edən xidmətlərin göstərilməsini, Q21-004 saylı müqaviləyə əsasən SƏTƏM yoxlamaları, giriş təlimatları, SƏTƏM planının tərtibatı və risklərin qiymətləndirilməsini əhatə edən SƏTƏM xidmətlərinin göstərilməsini, sifarişçi cavabdeh isə göstərilmiş xidmətlərin dəyərinin ödənilməsini üzərinə götürmüşdür. Lakin, icraçı müqavilə üzrə öhdəliklərini kobud şəkildə pozmuş, keyfiyyətə nəzarət yoxlamaları və müayinələri keyfiyyətli (müqavilədə qeyd edildiyi kimi) həyata keçirmədiyi üçün şərtləşdirilmiş keyfiyyətə uyğun gəlməyən iş icra etmişdir. Belə olan təqdirdə həmin görülmüş işlər heç bir halda tərəfimizdən qəbul edilə, həmçinin onların dəyəri ödənilə bilməzdi. Həmçinin iddiaçı tərəfindən göstərilməsi iddia olunan xidmətlərin keyfiyyətsiz (qüsurlu) olması ilə əlaqədar həmin xidmətlər tərəfimizdən qəbul edilməmiş və xidmət haqqının ödənilməsindən imtina edilmişdir. Bundan başqa iddiaçının xidmət göstərilməsi barədə öhdəliklərini lazımi qaydada icra etməməsi ilə əlaqədar tərəflərindən görülmüş tikinti işlərində qüsurların yarandığı üçün həmin tikinti işləri sifarişçi "xxxx" MMC tərəfindən hal-hazıradək qəbul edilməmişdir.
44. MM-in 759.2, 762-ci maddələrinin tələbləri pozulmuşdur. İddiaçı tərəfindən irəli sürülmüş tələb üzrə yerinə yetirilmiş işin haqqı o zaman tələb edilə bilərdi ki, yerinə yetirilmiş iş qüsursuz olsun və həmin işdə sifarişçinin marağı olsun. İddiaçı tərəfindən yerinə yetirilmiş işlər qüsurlu olduğuna görə tərəfimizdən qəbul edilməmiş, bu halları birinci instansiya və apellyasiya məhkəməsində izahat vermiş üçüncü şəxs in nümayəndələri də təsdiq etmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, “birinci instansiya məhkəməsi işdə iddiaçının müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etdiyini təsdiq edən sübutların olmadığına dair nəticəyə gələrkən cavabdehin iddiaya yazılı etirazında iddiaçı tərəfindən müqavilə ilə razılaşdırılmış xidmətlərin göstərildiyini mübahisələndirmədiyini nəzərə almamışdır. Cavabdehin etirazının əsası bundan ibarət olmuşdur ki, görülmüş işlər (xidmətlər) keyfiyyətsiz olduğu üçün MMC-nin rəhbəri forma 2 aktlarına imza etməmiş, işlər buna səlahiyyəti olmayan şəxs tərəfindən qəbul edilmişdir”. Halbuki apellyasiya məhkəməsi görülməli olan işin hər hansı bir iş deyil, müqavilə üzrə şərtləşdirilmiş keyfiyyətə cavab verən iş olmalı olduğunu nəzərə alma mışdır. İddiaçı tərəfindən müqavilə öhdəlikləri pozulduğuna görə görülmüş olan işlər qəbul edilməmişdir.
45. MPM-in 77.1, 217.1-ci maddələrinin tələbləri pozulmuşdur. Müqavilədə qeyd edilən xidmətlərin nəticələri spesifikasına görə gözlə görünməsə də həmin xidmətlərin bəzilərinin icra prosesi kağız daşıyıcıda və elektron sənədlərdə əks olunmalı olduğu halda (məsələn, yoxlama və müayinələrin nəticələri, işin icra üsullarının tərtibatı, giriş təlimatları, SƏTƏM planının tərtibatı və risklərin qiymətləndirilməsi işləri) həmin xidmətlərin icra prosesinin aparılmasını təsdiq edən sənədlər də (məsələn, tərtib edilmiş Sətəm planı, giriş təlimatı, müayinələrin nəticələrinə dair aktlar və s.) iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə iddiaçı tərəfindən işlərin Cavabdeh MMC-nin nümayəndəsi XXX tərəfindən qəbul edildiyinə istinad edilsə də iddiaçının məhkəməyə təqdim etdiyi aylıq bəyannamələr, görülmüş işlər üzrə arayışlar cavabdehin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmamış və həmin sənədlərin üzərində şirkətin möhürü olmamış, görülmüş işlərin məbləği barədə sənədlər isə cavabdehin adından ümumiyyətlə imzalanmamışdır. Həmçinin, iddiaçı tərəfindən arayış və bəyannamələri cavabdehin adından imzalamış XXXun cavabdehin adından təhvil-təslim aktlarına imza etmək səlahiyyətinə malik olmasını təsdiq edən sənəd isə məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə aktların əksəriyyətinin imzalandığı dövrdə (xx.xx.2021-ci il tarixədək olan dövrdə) XXXun cavabdehin işçisi olması da iş materialları ilə öz təsdiqini tapmamışdır. Qeyd edilən sənədlər məhkəməyə təqdim edildiy i üçün, iddiaçı tərəfindən birinci instansiya məhkəməsində yalnız xidmət haqqı tələbinin əsaslılığını sübuta yetirmək üçün göstərilmiş xidmətlərə görə cavabdehə təqdim edilmiş cəmi 104.398,81 manat məbləğində elektron qaimələri məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları” na əsasən 1.2-ci bəndinə görə elektron qaiməfaktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Həmin qaydaların 1.3-cü bəndinə görə bu Qaydalara uyğun tərtib edilməyən elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas vermir. Sözügedən qaydaların 2.5.3-ci bəndinə görə elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil- qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” sətrində qeyd olunur. Göründüyü kimi elektron qaimə-fakturalar malların (işlərin, xidmətlərin) təqdim edilməsini təsdiq edən ilkin sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında tərtib edilməlidir. Elektron qaimə-faktural arın əsasında xidmətlərin göstərilməsinə dair hər iki tərəfin təsdiq etdiyi Forma 2 və 3 olmadığından həmin qaiməfakturalar müvafiq xidmətlərin təqdim edilməsini rəsmiləşdirən sənəd kimi qəbul edilə bilməz. Digər tərəfdən onu da vurğulamaq lazımdır ki, məhkəməyə təqdim edilmiş işlərin görülməsi barədə arayış və xidmətlərin məbləği barədə sənədlərinə əsasən mübahisəli müqavilələr üzrə göstərilməsi iddia edilən xidmətlərin cəmi məbləği 157.746,04 manat (Q21- 003 saylı müqavilə üzrə 92.900,66 və Q21-003 saylı müqavilə üzrə 64.845,38 manat) təşkil etdiyi halda iddiaçı tərəfindən mübahisəli müqavilələr üzrə cavabdehə cəmi 104.398,81 manat (Q21-003 saylı müqavilə üzrə 65.187 manat və Q21-004 saylı müqavilə üzrə 39.211,81 manat) məbləğində elektron qaimələr göndərilmişdir. Qeyd edilən hal onu gös tərir ki, iddiaçının göstərilmiş xidmətlərin həcmini və məbləğini təsdiq etmək üçün təqdim etdiyi sənədlər qeyri-mötəbər olmaqla yanaşı ziddiyyətlidirlər. c) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
46. İddiaçı cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iş materiallarında olan sənəd və sübutlardan tərəflər arasında bağlanmış müqavilənin xitamının səbəbinin məhz cavabdehin hərəkətlərinin (hərəkətsizliyinin) səbəb olması müəyyən edilmiş, cavabdeh özü də bu faktı inkar etməmiş və buna dair etirazını bildirməmişdir. Cavabdeh xidmətlərin keyfiyyəti ilə bağlı iddiaçıya heç bir irad bildirməmiş, xidmətlərin nəticəsini tam qəbul etmiş, və bu nəticələri "xxxx" MMC-yə təhvil vermiş, məhz həmin xidmətlərin müsbət nəticəsi əsasında işlərini davam etdirmiş, bu xidmətlərin dəyərinin 52.000 manatını iddiaçıya ödəmişdir. Cavabdeh 52.000 manat pulun iddiaçıya ödənildiyini və görülmüş işlərə görə iddiaçıya iradnamə göndərmədiyini etiraf etmişdir. IV. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
47. Kassasiya şikayətləri vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin verildiyi gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətlərinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
48. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələbləri baxımından yoxlanılacaqdır.
49. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiy a instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. V. TƏTBİQ EDİLƏN HÜQUQ
50. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəz ərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə
49. Hüquqi şəxsin orqanları 49.1. Hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası, müvafiq olaraq, nizamnamə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Əmanətlərin sığortalanması haqqında” Azərbayc an Respublikasının qanunları ilə müəyyənləşdirilir....” “Maddə
359. Əqdlərdə təmsilçilik anlayışı 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər....” “Maddə
433. Tələbin ixtiyarlı şəxsə icra edilməsi 433.1. Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 433.2. Əgər öhdəliyin icrasını ixtiy arsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır. 433.3. Öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.... 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır....” “Maddə
445. Borclunun icranı gecikdir məsi... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir....” “Maddə
760. Müqaviləyə podratçının təşəbbüsü ilə xitam verilməsi 760.1. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun. 760.2. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər.” “Maddə
770. Yerinə yetirilmiş işin qəbul edilməsi Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.” 51. "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respub likasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 2022-ci il 20 aprel tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilmişdir:... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir...”
52. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli q ərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nda nəzərdə tutulmuşdur:
1. Ümumi müddəalar... 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir. 1.3. Bu Qaydalara uyğun tərtib edilməyən və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”na əsasən əmtəəsiz əməliyyat çərçivəsində tərtib edilmiş elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin (göndərilməsinin, qaytarılmasının, təsərrüfatdaxili yerdə yişməsinin) rəsmiləşdirilməsinə əsas vermir....”
2. Elektron qaimə-fakturanın tərtib edilməsi... 2.5. Elektron qaimə-faktura aşağıdakı qaydada doldurulur: 2.5.3. elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhviltəslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” sətrində qeyd olunur;...”
53. Azərbaycan Respublikasının Mülki Prosessual müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Məcəlləsinin müvafiq “Mad də
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” VI. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, habelə qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan iş üzrə Ba kı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 26 oktyabr tarixli, 2-2(103)-766/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin edilməməlidir.
55. İddiaçının kassasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, məhkəmə 52.000 manat vəsaiti iddia tələbi üzrə əsas borcun məbləğindən çıxmalı deyildi və nəticə olaraq təmin etdiyi əsas borcun məbləği ən azı 104.398,01 manat olmalı idi.
56. Məhkəmə kollegiyası kassasiya şikayətinin göstərilən dəlili ilə razılaşmayaraq qeyd edir ki, işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən olunmuş hallarına əsasən iddiaçı tərəfindən cavabdehə xidmətlərin dəyəri ilə bağlı göndərilmiş elektron qaimələrin cəmi 104.398,01 manat olmaqla cavabdeh tərəfindən 52.000 manat avans ödənildiyindən, apellyasiya in stansiyası məhkəməsinin iddia tələbinin təmin edilməli olan hissəsinin 104.398,01 manat – 52.000 manat = 52.398,01 manat təşkil etməsinə dair gəldiyi nəticə əsaslı olmuş, iddiaçı xidmətlərin dəyərinin daha artıq təşkil etməsinə dair aşağı instansiya məhkəmələrinə hər-hansı digər sübutlarını təqdim etməmişdir. Həmçinin, işə apellyasiya instansiyası məhkəməsində baxılarkən 2022-ci il 26 oktyabr tarixli məhkəmə iclasında iddiaçı 104.398,81 manat məbləğində 3 elektron qaimə vurulduğunu, daha əvvəl 52.000 manat nağd şəkildə ödənildiyini və bu ödənişlərin qaiməsi vurulsa da, sonradan həmin qaimələrin ləğv olunduğunu bildirmiş, (İİİ cild, iş.v115) lakin bununla bağlı da hər hansı sübut təqdim etməmişdir.
57. Cavabdehin kassasiya şikayətinin dəlilləri isə bundan ibarət olmuşdur ki, iddiaçı tərəfin dən görülmüş işlər qüsurlu olduğundan onun tərəfindən qəbul oluna bilməzdi, habelə iddiaçı tərəfindən işlərin Cavabdeh MMC-nin nümayəndəsi XXX tərəfindən qəbul edildiyinə istinad olunsa da, XXX işlərin cavabdehin adından qəbul olunması üçün onun səlahiyyətli nümayəndəsi olmamışdır.
58. Bununla bağlı qeyd olunmalıdır ki, tərəflər arasında 2021-ci il 6 iyul tarixli, Q21-003 və Q21-004 saylı xidmət müqavilələri bağlanmış, bu müqavilələr mahiyyət etibarı ilə subpodrat müqavilələri olmuşdur.
59. MM-in podrat müqaviləsi ilə bağlı müddəalarına əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməlidirsə, sifarişçi yerinə yetiril miş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır (Mülki Məcəllənin 752.1 və 770-ci maddələri).
60. Göründüyü kimi podrat münasibətlərində müvafiq işlərin görülməsi müqabilində sifarişçi muzd ödəməlidir. Muzdun ödənilməsi ilə bağlı sifarişçinin öhdəliyinin yaranması anı isə bir halda iş yerinə yetirildikdən sonra, digər hallarda isə yerinə yetirilmiş iş sifarişçi tərəfindən qəbul edildikdə sonra başlanılır. İkinci halda yerinə yetirilmiş işin qəbulu müqavilədə nəzərdə tutulmalı və ya işin xarakterindən irəli gəlməlidir.
61. Tərəflər arasında bağlanmış xidmət müqavilələrinin 1.3-cü bəndlərində göstərilmişdir ki, İcraçı müqaviləyə uyğun olaraq bütün xidmətin nəticələri ni Sifarişçiyə vaxt cədvəli və aylıq hakediş (Forma 2 və 3) ilə birlikdə təqdim edir. Sifarişçi xidməti qəbul edirsə, İcraçı tərəfindən təqdim olunmuş vaxt cədvəli və aylıq hakediş (Forma 2 və 3) imzalayır.
62. Hazırkı halda, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, icra bəyannamələri və Forma 2 sənədləri əsasında iddiaçı tərəfindən yerinə yetirilmiş işlər cavabdeh tərəfindən layihə rəhbəri kimi XXX adlı şəxs tərəfindən qəbul edilmişdir. Doğrudur XXX cavabdeh tərəfindən 2021-ci il 1 oktyabr tarixdə işə götürülmüş olsa və cavabdeh həmin şəxsin işləri qəbul etmək səlahiyyətinin olmadığını bildirsə də, onun tikinti aparılan sahəyə hansı əsasla buraxılmasını, üçüncü şəxsin iclaslarında hansı əsasla cavabdehin əməkdaşı kimi iştirak etməsi, hab elə işlərin cavabdeh tərəfindən üçüncü şəxsə təhvil verilməsi barədə aktların hansı əsasla layihə rəhbəri kimi göstərilən XXXtərəfindən imzalanmasının səbəblərini əsaslandıra bilməmişdir. Həmin şəxsin işdə adı keçən XXX deyil, eyni ad soyada malik digər bir şəxs olması dəlili isə irəli sürülməmiş, mübahisələndirilməmiş və buna dair hər hansı sübut təqdim olunmamışdır.
63. Bundan başqa, iş materiallarında olan birinci instansiya məhkəməsinin 2022-ci il 11 may tarixli məhkəmə iclas protokolunda əvvəllər iddiaçı müəssisədə çalışmış V.Allahyarov izahatında işlərin keyfiyyəti yoxlanıldıqdan sonra cavabdehin layihə rəhbəri olan XXXa və sahə rəisinə verildiyini, XXXun imzası olmadığı halda üçüncü şəxsin işləri təhvil almağa gəlmədiyini bildirmiş, həmçinin 2022-ci il 27 may tarixli məhkəmə iclasın da üçüncü şəxsin nümayəndəsi XXXun yığıncaqlarda cavabdehin adından iştirak etməsini bildirmişdir.
64. Belə ki, iddiaçı tərəfindən nəzarət xidmətləri həyata keçirilmiş, üçüncü şəxs tərəfindən podratçı cavabdehdən işlərin qəbul edilməsinə dair “checlist” adlı sənədləri də cavabdehin adından layihə rəhbəri kimi XXX imzalamışdır.
65. MM-in 433.2-ci maddəsinin tələbi baxımından isə əgər öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır.
66. Cavabdeh elektron qaimələrin onun tərəfindən iddiaçıya xidmət haqqının ödənilməsi üçün mötəbər sübut kimi nəzərə alınmasına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni mübahisələndirsə də, işin qüsurlu olması, buna dair iddiaçıya hər-hansı xəbərdarlıqların edilməsi, Forma-2 aktının dəyişdirilməsi və elektron qaimələrin mötəbərliyini şübhə alaraq onlarda əks olunmuş məlumatları təkzib edəcək sübutlarını aşağı instansiya məhkəmələrinə təqdim etməmişdir.
67. MPM-in 76-cı maddəsinin tələblərinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-in 76.1, 76.2-ci maddələri).
68. Həmçinin, komme rsiya mübahisələri üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir.
69. MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 1 4.2, 77.1, 80, 81-ci maddələri).
70. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan sübutlar əsasında hüquqi qiymətləndirməni düzgün aparmışdır.
71. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin işin faktiki hallarına əsaslanan dəlillərinə münasibətdə vurğulayır ki, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, hazırkı icraat çərçivəsində məhkəmənin gəldiyi nəticənin işin hallarına uyğun gəlməməsi ilə bağlı dəlillər üzrə MPM-nin 407-ci maddəsinin tələblərinə əsasən araşdırma aparılmır və onlara qiymət verilmir. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşır.
72. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləs inin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında göstərilmişdir ki, “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir.
73. Göründüyü kimi, kassa siya instansiyası məhkəməsinin vəzifəsi apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul olunmuş qərarın maddi və prosessual hüquq normalarının mübahisəyə düzgün tətbiq olunub-olunmamasının yoxlanılması ilə məhdudlaşmaqla kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının yenidən müəyyən olunması istisna olunmuşdur.
74. Bununla yanaşı, belə hüquqi yanaşma MPM-in kassasiya şikayətlərinin məzmunu ilə bağlı şərtlərdə də öz əksini tapmışdır. Belə ki, MPM-in 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
75. Kassasiya şikay ətlərinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-nin 14, 77.1, 80, 88, 217-ci maddələrinin tələblərinə əməl edilmiş, işdəki sübutlar ətraflı araşdırılmış, prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
76. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hü quq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 21 sentyabr tarixli, 2-2(103)727/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
77. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 26 oktyabr tarixli, 2-2(103)-766/2 022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul olunduğu andan qanuni qüvvəyə minir.