Məhkəmə qərarları › İş №2-2(102)-86/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-86/2024

31.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-86/2024 31.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh MMC-yə və iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı birləşdirilmiş icraata dair iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin lazımınca icra edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi və iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı pul tələbinə dair işlərin birləşdirilmiş icraatı üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 16 may tarixli 2-2(103)471/2023 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. “Sifarişçi”-Cavabdeh MMC ilə “icraçı”-İddiaçı MMC arasında 2021-ci il 12 yanvar tarixli “serial çəkilişinə dair” müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, icraçı 1.2-ci bənddə göstərilən xidməti bu müqaviləyə uyğun şəkildə icra edib sifarişçiyə təqdim etməyi, sifarişçi isə öz növbəsində, xidməti qəbul edib icraçıya bu müqavilə ilə razılaşdırılmış efir saatı verməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, bu müqavilə üzrə icraçının icra etdiyi xidmət bu müqavilənin Əlavəsində adı göstərilən audiovizual əsərin çəkilməsidir.

2. Həmin müqaviləyə 1 nömrəli əlavədə tərəflər aşağıdakılar barədə razılığa gəl mişlər: 1) serialın adı: "**"; 2) serialın xronometrajı və sayı: 42-45 dəqiqə hər seriya; 3) serialın yayımlanması sifarişçi tərəfindən müəyyən olunacaq; 4) serialın ilk dəfə təhvil veriləcəyi tarix: 2021-ci il 15 mart; 5) anonsun ilk dəfə təhvil veriləcəyi tarix: 2021-ci il 1 mart; 6) serialın çəkilmə prosesi: bu müqavilə imzalandıqdan 1 həftə ərzində serialın ilk 5 seriyasının ssenarisi və sujet xətti icraçı tərəfindən müəyyən olunaraq sifarişçiyə təqdim edəcəkdir ki, sifarişçi müvafiq ssenari və sujet xətti ilə bağlı icrası icraçı üçün məcburi əhəmiyyətə malik göstərişlər verə bilər və yalnız sifarişçi tərəfindən təsdiq edildikdən sonra icraçı serialın çəkilişlərinə başlayacaqdır. İcraçı hər növbəti dörd seriyanın senarisini sifarişçiyə təqdim edəcəkdir; 7) xidmət haqqı: hər seriya üçün 2.000 manat; 8) avans şəklində 8.000 manat ödəniləcəkdir.

3. Müqavilə bağlandıqdan sonra Cavabdeh MMC tərəfindən 2021-ci il 4 fevral tarixində 4.000 manat, 2021-ci il 18 fevral tarixində 8.000 manat, 2021-ci il 6 aprel tarixində 4.000 manat və sonradan 2000 manat olmaqla, ümumilikdə 20.000 manat İddiaçı MMC-yə ödənilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı MMC (bundan sonra-“icraçı”) Cavabdeh MMC-yə (bundan sonra“sifarişçi”) qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, müqaviləyə əsasən sifarişçidən icraçının xeyrinə 52.000 manat pulun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış “serial çəkili şinə” dair müqaviləyə əsasən, icraçı tərəfindən 36 bölümdən ibarət olan “**” adlı serial 2021-ci il 15 mart tarixinə kimi çəkilməli və sifarişçiyə təhvil verilməli idi. İcraçı müqavilə üzrə öhdəliyi tam icra etmişdir. “**” adlı serialın 36 bölümünün hamısı çəkilmiş və 36 bölümün 29 bölümü sifarişçi tərəfindən qeyd-şərtsiz qəbul olunmuşdur. Yalnız son 7 bölümü sifarişçi əsassız olaraq işin qüsurlu icra edildiyini əsas gətirərək, təhvil almaqdan imtina etmiş, lakin işin qüsuru icra edildiyinin nədən ibarət olmasını əsaslandıra bilməmişdir. İcraçı tərəfindən çəkilən bütün bölümlər yüksək səviyyədə, keyfiyyətdə çəkilmiş və qüsur olmamışdır. “**” adlı serialın 36 bölümünün çəkilməsinə görə 72.000 manat puldan sifarişçi cəmi 20.000 manat ödəmişdir. Sifarişçinin icraçıya “**” adlı serialın 36 böl ümünün çəkilib verilməsinə görə 52.000 manat borcu qalmışdır.

6. Sifarişçi də icraçıya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20.000 manat pul, 200 manat mediasiya xərci, vəkilə ödənilmiş 500 manat və dövlət rüsumu kimi ödənilmiş 150 manat pulun icraçıdan tutularaq sifarişçiyə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, “serial çəkilişinə dair” müqaviləyə əsasən, icraçı “**” adlı serialı 2021-ci il 15 mart tarixinə qədər çəkib sifarişçiyə təhvil verməli idi. Müqavilə imzalandıqdan sonra 2021-ci il 4 fevral tarixində 4.000 manat, 2021ci il 18 fevral tarixində 8.000 manat və 2021-ci il 6 aprel tarixində isə 4.000 manat olmaqla, cəmi 20.000 manat sifarişçi tərəfindən icraçıya avans şəklində ödənilmişdir. İcraçı müqavilə nin 6.4.1-ci bəndinə əsasən xidməti yüksək keyfiyyətlə, qüsurlardan azad, müqavilənin və sifarişçinin tələblərinə uyğun şəkildə icra etməli idi. Lakin icraçı müqavilə üzrə öhdəliklərini lazımınca və qeyd olunan vaxtda yerinə yetirməmişdir. İcraçı serialın bir hissəsini bir neçə dəfə sifarişçiyə təqdim etsə də, həmin hissələr qüsurlu çəkildiyindən və keyfiyyət parametrləri aşağı olduğundan təhvil alınmamış, bu barədə icraçıya məlumat verilmişdir. Müqaviləni 9.7-ci bəndinə əsasən, icraçı işi keyfiyyətlə icra etmədikdə və müqavilənin şərtlərini pozmaqla icra etdikdə sifarişçiyə dəymiş zərərə görə tam maddi məsuliyyət daşıyır və zərəri belə zərərin baş verdiyi tarixdən 10 iş günü ərzində ödəməlidir.

8. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 19 oktyabr tarixli e-2-2(113)5580/2022 nömrəli qərar dadı ilə hər iki iş bir icraatda birləşdirilmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 23 yanvar tarixli e-2-2(113)-148/2023 nömrəli qətnaməsi ilə icraçının iddiası qismən təmin olunmuş, sifarişçidən 38.000 manat pulun tutularaq icraçıya ödənilməsi qət edilmiş, icraçının iddiası qalan hissədə təmin olunmamış, sifarişçinin iddiası təmin edilməmişdir (hakim Z.Axundova).

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, icraçı tərəfindən serialın son 7 seriyası istisna olmaqla, qalan 29 seriya sifarişçiyə təhvil verilmiş və sifarişçi tərəfindən həmin seriaların dəyərinin bir hissəsi (20.000 manat) ödənilmişdir. Sifarişçinin nümayəndəsi müqavilə şərtlərinə əsasən seriyaların təhvil təslim aktları əsasında təqdim edilməli olduğunu və tərəflər arasında belə aktla rın bağlanmadığını bildirsə də, sifarişçi tərəfindən xidmət haqqı ödənilmiş seriyalar üzrə də tərəflər arasında hər hansı təhvil təslim aktı tərtib olunmamışdır. Sifarişçinin nümayəndəsi məhkəmə iclasında işin qüsuru qismində baş rol ifaçısının atası rolunu oynayan aktyor dəyişikliyini göstərmiş, aktyorun 5-ci seriyadan sonra dəyişdirildiyini və bunun qüsur olduğunu bildirmişdir. Lakin sifarişçi tərəfindən edilən ödənişlərdən də görünür ki, sifarişçi müqavilə şərtlərinə uyğun olaraq 8.000 manat ödəniş etdikdən sonra, yəni qüsur kimi istinad etdiyi halı bildikdən sonra daha 12.000 manat ödəniş etmişdir.

11. Sifarişçi tərəfindən aktyor dəyişikliyi ilə bağlı hər hansı iradın bildirilməsi və ya serialın növbəti hissələrinin çəkilişlərinə həmin aktyorla davam etdirilməməsi ilə icraçıya iradları n, xəbərdarlıqların bildirilməsi, hər hansı başqa qüsurların nədən ibarət olması və bununla bağlı sübutlar məhkəməyə təqdim olunmamışdır.

12. Ödənilmiş 20.000 manat məbləğin 8.000 manatı avans ödəniş olmuş, qalan hissəsi isə serialın bölüm xidmət haqları olaraq ödənilmişdir. 2021-ci il 5 aprel tarixli EBAZ seriyalı 643560 nömrəli elektron qaimədən müəyyən edilmişdir ki, serialın 6 bölüm xidmət haqqının ümumi məbləği 12.000 manat təşkil etmiş, onun 4.000 manat hissəsi ödənilmiş, 8.000 manat hissəsi isə ödənilməmişdir. 36 seriyanın tam çəkilməsini özündə əks etdirən maddi daşıyıcı məhkəməyə təqdim olunmuşdur.

13. Məhkəmə sifarişçi tərəfindən 29 seriyanın qəbul olunduğunu və buna görə 20.000 manat ödəniş edildiyini nəzərə alaraq qeyd etmişdir ki, 29 seriyaya görə ödənilməli olan 58.000 manat məbləğin (29x2.000=58.000) 20.000 manat hissəsi sifarişçi tərəfindən ödənildiyindən, qalan 38.000 manat pul sifarişçidən tutularaq icraçıya ödənilməlidir. İcraçının iddia tələbində 36 bölümün xidmət haqqının ödənilməsi tələb olunsa da, məhkəmənin gəldiyi qənaətə əsasən, 7 bölümə görə xidmət haqqının tutulması hissəsində iddia təmin olunmamalıdır. İcraçı iddia ərizəsində 7 bölümün sifarişçi tərəfindən qəbul olunmadığını qeyd etmiş, müqavilənin 5.2-ci bəndinə əsasən sifarişçinin serianı təhvil aldıqdan sonra özünün daxili qaydaları əsasında müəyyən edilmiş forma və qaydada analizini aparmaq; analiz zamanı serialın qanunvericiliyə, Milli Televiziya və Radio Şurasının, bu müqavilənin, sifarişçinin daxili qaydalarının və icrasının icraçı üçün məcburi olduğu sifarişçi tərəfindən verilmiş göstə rişlərin tələblərinə uyğunluğunu yoxlamaq; həmçinin analizin nəticələrindən asılı olaraq sifarişçinin xidməti qəbul etməkdən imtina hüququ olmuşdur.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 442, 448.1, 752.1, 759.1, 762.2, 762.3, 763.1, 768.2 və 770-ci maddələrinə istinadla əsaslandırmışdır.

15. Sifarişçi tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, onun iddia tələbinin təmin olunması, icraçının iddia tələbinin isə rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 16 may tarixli 2-2(103)-471/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin ed ilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi icraçının iddiasının qismən təmin olunmuş və sifarişçinin iddiasının rədd olunmuş hissələrində dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim R.Qurbanov, hakimlər A.Hüseyn və V.Baxışova).

17. Apellyasiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, sifarişçi serialın tam çəkilməsini mübahisələndirməmiş, işlər qüsurlu görüldüyünə görə onun qəbulundan imtina edildiyini bildirmişdir. Sifarişçinin nümayəndəsi birinci instansiya məhkəməsində işin qüsuru qismində aktyorun dəyişilməsini göstərmiş (baş rol ifaçısının atası rolunu oynayan aktyor), aktyorun 5-ci seriyadan sonra dəyişdirildiyini və bunun qüsur olduğunu bildirmişdir. Apellyasiya baxışı zamanı sifarişçinin nümayəndəsi bildirmişdir ki, baş rol ifaçısının atası rolunu oynayan aktyorun dəyişməsinin səbəbi onun vəfat etməsi olmuşdur və onların bundan xəbəri olmuşdur. İşin materiallarında olan tərəflər arasında baş tutan “whatsapp” yazışmalarının məzmunundan da müəyyən olunmuşdur ki, həmin aktyor vəfat etdikdən sonra onun yerinə aktyor seçilməsində sifarişçi də iştirak etmişdir.

18. Tərəflər arasında bağlanmış müqavilənin 2.8-ci bəndində də göstərilmişdir ki, icraçı serialda çəkiləcək aktyorların seçimi barədə sifarişçinin göstərişlərinə əməl etməlidir. Sifarişçi tərəfindən aktyor dəyişikliyi ilə bağlı hər hansı bir iradın bildirilməsi və ya serialın növbəti hissələrinin çəkilişlərinə həmin aktyorla davam etdirilməməsinə dair icraçıya iradların və ya xəbərdarlıqların bildirilməsi ilə bağlı sübutlar sifarişçi tərəfindən məhkəməyə təqdim olunmamışdır. Görün düyü kimi, sifarişçinin istinad etdiyi yeganə hal, yəni aktyorun dəyişməsi icraçıdan asılı olmayan obyektiv səbəblərdən (aktyorun vəfat etməsi) baş vermiş, eyni zamanda sifarişçi həmin aktyorun yenisi ilə əvəz olunması və seçilməsində iştirak etmiş, habelə bununla bağlı etirazını bildirməmişdir. Bu baxımdan, sifarişçinin istinad etdiyi hal qüsur kimi qiymətləndirilə bilməz.

19. Sifarişçi tərəfindən serialın qüsurlu çəkilməsi ilə bağlı hər hansı digər dəlillərə (rejissor, operator, rəssam və s. işlərinin keyfiyyətsizliyi ilə bağlı) istinad edilmədiyi üçün iş üzrə incəsənət sahəsində mütəxəssislərin cəlb edilməsi üçün əsaslar mövcud olmamışdır. Sifarişçi tərəfindən edilən ödənişlərdən görünür ki, sifarişçi müqavilə şərtlərinə uyğun olaraq 8.000 manat ödəniş etdikdən sonra, yəni qüsur kimi is tinad etdiyi halı bildikdən sonra daha 12.000 manat ödəniş etmişdir.

20. İcraçı tərəfindən 29 seriya tam çəkilib qurtarmışdır. Apellyasiya baxışının həddinə yalnız həmin hissənin aid olduğu sözügedən seriyalarda sifarişçinin istinad etdiyi hal çərçivəsində hər hansı qüsurlar aşkar edilməmiş, sifarişçi digər qüsurlara istinad etməmiş, belə olan halda MM-in 765-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud olmamış və qeyd olunan sayda seriyaya görə ödənilməli olan 58.000 manat məbləğin (29x2.000=58.000) 20.000 manat hissəsi sifarişçi tərəfindən ödənilmişdir.

21. İcraçı tərəfindən çəkilmiş 29 seriyada sifarişçinin istinad etdiyi hal çərçivəsində hər hansı qüsur aşkar edilməmişdir. Belə olan halda, sifarişçi tərəfindən görülmüş işlərin təhvil almaması əsaslı hesab edilə bilməz və görülmüş işlə r qəbul olunmuş hesab edilməli, habelə muzd ödənilməlidir.

22. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 448.1, 448.2, 448.4, 752.1, 762.1- 762.3, 765 və 770-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

23. Sifarişçi tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin, 129-cu maddəsinin İİİ hissəsinin, MM-in 385.1, 442, 443, 448 və 752.1-ci maddələrinin tələbləri pozulmuşdu r-icraçı kobud şəkildə müqavilənin bəndlərini pozmuş, məhkəmə icraçının müqavilə üzrə öhdəliklərinin icra etməməsinə əhəmiyyət verməmişdir. Müqavilə üzrə üzərinə öhdəlik götürən tərəf serial çəkilən zaman bütün riskləri öz üzərinə götürür, çəkiliş zamanı baş verə biləcək bütün hallara görə risk daşıyır və qüsurların aradan qaldırılmasını öz üzərinə öhdəlik götürür. Serialın 36 seriyadan ibarət olacağına dair razılaşma olmasına baxmayaraq, 23 seriya çəkilmiş, məhkəməyə isə 29 adı ilə təqdim olunmuş və 29 seriyanın pulu məhkəmə tərəfindən qət edilmişdir. Müqavilədə nəzərdə tutulan iş keyfiyyətlə və vaxtında icra edilməmişdir. Serialın mart ayında təhvil verilməsi təsdiqlənsə də, aylar sonra 4 seriya təqdim olunmuş və onlar da qüsurlu vəziyyətdə sifarişçiyə verilmiş, sifarişçi onları qəbul et məkdən imtina etmişdir.

25. Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinin, MPM-in 9 və 78.1-ci maddələrinin tələbi pozulmuşdur-məhkəmədə şahidlərin ifadələri və mütəxəssislərin rəyi tələb olunmadığından, kassator kassasiya şikayətinə “**” serialında aşkarlanan qüsurlar barədə (1-27 seriyalar) rəy əlavə edir. Məhkəməyə diskdə 27 seriya verilsə belə, 27 seriya yazılmasına baxmayaraq, 18, 20, 22 və 23-cü seriyalar mövcud deyil, digər seriyalarda isə qüsurlar mövcuddur. Serial üçün çəkilmiş seriyaların sayı 23 seriya təşkil edir. Təqdim olunmuş seriyalarda qüsurlar olduğu və efir normalarına uyğun olmayan səviyyədə çəkildiyi üçün qəbul edilməsi qeyri-mümkündür.

26. Sifarişçinin serialın tam çəkilməsini mübahisələndirməməsi, işlərin qüsurlu görüldüyünə görə onun qəbulundan imti na edilməsi ilə bağlı qətnamədə göstərilənlərlə bağlı kassator bildirir ki, serial çəkilməmişdən öncə tərəflər arasında şifahi razılaşmaya əsasən, icraçının iddia ərizəsində də etiraf etdiyi kimi, serialın 36 seriyadan ibarət olması nəzərdə tutulmuşdur. İcraçı tərəf razılaşmanı pozaraq 23 seriya çəkmişdir. Sifarişçi serialın tam çəkilməməsini, həmçinin onun qüsurlu çəkilməsini mübahisələndirir. Müqavilənin 5.1ci bəndinə əsasən, bu müqavilə üzrə icraçı tərəfindən çəkiləcək bütün seriallar sifarişçiyə sifarişçi tərəfindən müəyyən ediləcək elektron daşıyıcı növündə və təhvil-təslim aktları əsasında təqdim ediləcəkdir. Lakin tərəflər arasında təhvil-təslim aktı imzalanmamış və seriyalar təhvil alınmamışdır. Həmçinin, müqavilənin 6.1.1-ci maddəsində qeyd edilir ki, xidmət icraçı tərəfindən qüsu rla icra edildikdə, sifarişçi xidməti qəbul etməkdən imtina etmək və bununla əlaqədar əlavə icra tələb etmək və ya vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. 27. “Whatsapp” yazışmasından sifarişçinin icraçıya aktyorun dəyişməsinə razılıq verməsi ilə bağlı qətnamədə qeyd olunanlara dair qeyd edilməlidir ki, həmin yazışmanın icraçı tərəfindən hansı iclasda təqdim edildiyi və məhkəmə sisteminə yüklənibyüklənməməsi məlum deyil. Sifarişçinin nümayəndələri tərəfindən bu barədə sənəd təqdim edilməmişdir. Belə olan halda, məhkəmənin bu yazışmaya icraçının ifadəsi əsasında, yoxsa hansı əsasla istinad etməsi sual olunur. Müqavilənin 2.9-cu bəndində göstərilir ki, serialın çəkilişi zamanı sifarişçi konkret aktyor(ların)un digər aktyorla əvəz edilməsi barədə icrası icraçı üçün məcburi ol an göstərişlər verə bilər. İcraçı müqavilənin bu bəndlərini pozmuş, sifarişçi ilə razılaşdırılmadan 4-cü seriadan başlayaraq serialın baş rol ifaçısının atasının dəyişməsi qərarına gəlmişdir. Sonradan isə 4 serianı çəkib sifarişçiyə təqdim etdikdə etirazlara baxmayaraq, öz işinə davam etmişdir. Məhkəmənin sübutların təqdim edilməməsinə dair mövqeyinə gəldikdə qeyd edilməlidir ki, bu sübutlar yalnız işin icraçıları və birbaşa buna nəzarət edəcək şəxslər arasında şifahi telefon danışıqları ilə aparıldığından və məhkəmə araşdırması zamanı həmin şəxslər şahid qismində məhkəməyə çağırılmamışdır. Buna dair sübut tərəflərin nümayəndələri arasında olan danışıqlardır. Məhkəmə isə yalnız 1 dəfə 2023-cü il 16 may tarixində iclas keçirməklə qətnamə qəbul etmişdir.

28. Tərəflər arasında mübahisənin y eganə səbəbi aktyor məsələsi olmamışdır. Serialın ilk 4 seriyası sifarişçiyə təqdim olunarkən və onlar nəzərdən keçirilərkən dərhal irad bildirilmiş, kifayət qədər çəkiliş qüsuru aşkar edilmişdir. Təqdim olunmuş 4 seriyada səs, işıq, montaj, kameranın əsməsi kimi texniki qüsurlar, seriyanın Azərbaycan televiziyalarında göstərilməsi normalarına uyğun gəlməməsi, müqavilənin əlavəsində göstərilən xronometraj baxımından, yəni 42-45 dəqiqə olmasına baxmayaraq, daha aşağı dəqiqə ərzində çəkilməsi, hər seriyanın sonunda gedən titrlarda serialın çəkilişinə sponsorluq etmiş təşkilatlarının loqotipləri yerləşdirilərək göstərilməsi sifarişçi ilə razılaşdırılmamışdır. Müqavilənin 4.2-ci bəndinə əsasən, bu hüquq icraçıya yalnız sifarişçi ilə razılaşdırıldıqdan sonra verilə bilər. Bu kimi digər texniki qüsurlar seriyalarda mövcud idi. Müqavilənin 6.1.3-cü bəndinə əsasən, müqavilə üzrə işlər vaxtında icra olunmaması üçün sifarişçi icraçıdan onların icrasını tələb etmək hüququ vardır. Belə olan halda, müqaviləyə edilmiş əlavədə göstərilən 5-ci bənddə - anonsun ilk dəfə veriləcəyi tarix 2021ci il 1 mart, serialın ilk dəfə təhvil veriləcəyi tarix 2021-ci il 15 mart göstərilsə də, 4 və 5-ci bəndlər icraçı tərəfindən icra olunmamışdur və serialın ilk 4 seriyası sifarişçiyə təqdim olunmuşdur. Belə olan halda, müqavilənin 9.6-cı bəndində göstərilən uyğun olaraq hər gecikdirilmiş gün üçün icraçı tərəfindən sifarişçiyə pul ödənilməli idi.

29. Apellyasiya məhkəməsinin serialın qüsurlu olması barədə digər dəlillər gətirilmədiyindən mütəxəssis rəyinə ehtiyacın olmamasına dair mövqeyinə münasibətdə qe yd edilmişdir ki, məhkəmə seriyaların hansı keyfiyyətdə və şərtlər əsasında çəkilməsinə əhəmiyyət verilməmişdir, halbuki buna dair mütəxəssis mövqeyi olmalıdır. Ödənilən ilk 8.000 manat müqaviləyə edilmiş əlavədə də göstərildiyi kimi, avans ödəniş kimi qəbul edilməlidir. Çünki, bu avans ödənilməsəydi, serialın çəkilişinə də başlanılmazdı. Qalan 12.000 manat məbləğdən 8.000 manat şirkətin mühasibi tərəfindən yenidən avans olaraq ödənilmiş və bundan öncə avansın ödənildiyini bilməmişdir. 4.000 manat ödənişin isə ilk 4 serial təhvil alınmamış, sadəcə şifahi şəkildə 2 seriyanın çəkilməsi üçün ödənilməsinə göstəriş verilmişdir. Avans səhvən 2 dəfə ödənilmişdir. Sonradan bu seriyalara baxıldıqda və qüsurlar aşkar edildikdə tərəflər arasında mübahisə yaranmış və ödənişlərin edilməsi dayandırılmış dır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. İcraçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

31. Etiraz onunla əsaslandırılmışdır ki, icraçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam icra etmişdir. “**” serialının 36 bölümünün hamısı çəkilmiş və 29 bölüm sifarişçi tərəfindən qeyd-şərtsiz qəbul olunmuşdur. Sifarişçi yalnız son 7 bölümü işin qüsurlu icra edildiyi əsası ilə təhvil almaqdan imtina etmişdir. Lakin sifarişçi işin qüsurlu icra edildiyinin nədən ibarət olmasını əsaslandıra bilməmişdir. Çünki, bütün bölümlər yüksək keyfiyyətdə çəkilmiş və heç bir qüsur olmamışdır. Sifarişçi serialın çəkilişinə görə ödəməli olduğu vəsaiti ödəməkdən yayınmaq üçün sonradan bölümlərin hamısının q üsurlu olduğunu iddia etmişdir. Halbuki, 29 bölüm sifarişçi tərəfindən qeyd-şərtsiz qəbul olunmuş, həmin vaxt serialın hər hansı bölümündə qüsurun olmasına dair irad irəli sürülməmişdir.

32. İcraçı tərəfindən çəkilmiş 29 seriyada sifarişçinin istinad etdiyi hal çərçivəsində hər hansı qüsur aşkar edilməsi məhkəmə baxışları zamanı öz təsdiqini tapmamış və məhkəmələr haqlı olaraq icraçının iddia tələbini əsaslı, sifarişçinin isə iddia tələbinin əsassız olması qənaətinə gəlmişlər. Aşağı instansiya məhkəmələri işin faktiki hallarını düzgün qiymətləndirməklə hesab etmişlər ki, icraçı tərəfindən çəkilmiş 29 seriyada sifarişçinin istinad etdiyi hal çərçivəsində hər hansı qüsur aşkar edilməsi faktı öz təsdiqini tapmamışdır. Kassasiya şikayətinin dəlilləri əsassız olmaqla, formal mülahizələrdən ib arətdir. Kassasiya baxışının hədləri

33. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi, apellyasiya şikayətinin hədləri daxilində (iddianın qismən təmin edildiyi, qarşılıqlı iddianın rədd olunduğu hissədə) bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

34. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxla nılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

35. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.... 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağ lanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.” “Maddə

752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....” “Maddə

762. Podratın nəticələrini qüsursuz icra etmək vəzifəsi 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi q üsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur....” “Maddə

765. Məmulatın qüsuru nəticəsində podrat müqaviləsindən imtina Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.” “Maddə

770. Yerinə yetirilmiş işin qəbul edilməsi Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.”

36. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsas ı kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq ol unmuş sübutlarla əsaslandırır.....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Tərəflər müqavilə bağlayaraq sifarişçi tərəfindən ödəniləcək müvafiq muzd müqabilində icraçı tərəfindən müqaviləyə uyğun şəkildə 36 bölümdən ibarət serial çəkilməsini razılaşd ırmışlar. Hazırda həm icraçı, həm də sifarişçi müqavilə öhdəliklərinin icra edilməməsi əsası ilə məhkəmədə iddia qaldırmış, icraçı görülmüş işlərə görə sifarişçi tərəfindən muzdun ödənilməsini, sifarişçi isə xidmətlərin qüsurlu icrası ilə əlaqədar tərəfindən icraçıya ödənilmiş pulun geri qaytarılmasını tələb etmişdir.

38. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, icraçı tərəfindən tam çəkilmiş 29 bölümdə sifarişçinin istinad etdiyi hər hansı qüsurlar aşkar edilməmiş, belə olan halda, sifarişçi tərəfindən görülmüş işlərin təhvil alınmaması əsaslı hesab edilə bilməz və görülmüş işlər qəbul olunmuş hesab edilməli, habelə muzd ödənilməlidir.

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə tərəflər arasındakı müqavilə şərtlərinə və MM -nin podratın qüsurlu icra ilə bağlı nəticələrini tənzimləyən müddəalarına uyğun olmamışdır.

40. Belə ki, tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən müqavilə üzrə görüləcək işlər icraçı tərəfindən yüksək keyfiyyət və sifarişçinin tələblərinə cavab verən şəkildə icra edilməli, icraçı tərəfindən çəkiləcək bütün bölümlər elektron daşıyıcı növündə və təhvil-təslim aktları əsasında sifarişçiyə təqdim edilməlidir.

41. Sifarişçi iddia tələbini icraçı tərəfindən təqdim olunmuş bölümlərin qüsurlu çəkilişi və keyfiyyət parametrlərinin aşağı olması ilə əsaslandırsa da, apellyasiya məhkəməsi, sifarişçi tərəfindən serialın qüsurlu çəkilməsi ilə bağlı hər hansı digər dəlillərə (rejissor, operator, rəssam və s. işlərinin keyfiyyətsizliyi ilə bağlı) istinad edilmədiyini əsas götürərək, incəsən ət sahəsində mütəxəssislərin cəlb edilməsi üçün əsaslar mövcud olmadığı qənaətinə gəlmişdir.

42. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, müqavilə predmeti olan audiovizual əsərdə sifarişçinin iddia etdiyi kimi qüsurlu və keyfiyyətsiz çəkiliş hallarının olub-olmaması incəsənət və kinematoqrafiya sahəsində xüsusi biliyə malik mütəxəssis və ekspertlər tərəfindən müəyyənləşdirilməli hal olmaqla, işin düzgün həlli baxımından əhəmiyyətli olsa da, apellyasiya məhkəməsi müvafiq ekspertiza təyin etməməklə, qanunvericiliklə məhkəmələrə verilmiş səlahiyyətlərindən lazımi həcmdə istifadə etməmişdir.

43. Mülki prosessual qanunvericilik mübahisələrin həlli zamanı məhkəmələrə aşağıdakı imkanları təqdim etmişdir: - işə baxılarkən kömək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxslər ə – mütəxəssislərə müraciət etmək; - yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq etmək; - işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin etmək (Mülki Prosessual Məcəllənin 64.1, 79.1 və 97.1-ci maddələri). Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən Mülki Prosessual Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirmək lə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 76.1, 76.2 və 88-ci maddələri) (S.Fərəcovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 dekabr 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 2020-ci il 8 yanvar tarixli qərar).

44. Həmçinin tərəflər arasında bağlanmış müqavilə şərtlərində xidmət icraçı tərəfindən qüsurla icra edildikdə xidməti qəbul etməkdən imtina etmək və bununla əlaqədar əlavə icra tələb etmək və ya vurulmuş zərərin ödənilməsini tələb etmək sifarişçinin hüququ kimi nəzərdə tutulmuşdur.

45. Bununla ba ğlı qeyd edilməlidir ki, icraçı ilə müqavilə bağlayan sifarişçi 36 bölümdən ibarət yüksək keyfiyyətli audiovizual əsərin əldə edilməsini hədəfləsə də, işə baxmış məhkəmələr tərəfindən yalnız 29 bölümün tam çəkilib sifarişçiyə təhvil verildiyi müəyyən olunmuşdur.

46. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur (MM-nin 762.3-cü maddəsi). Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər (763.1-ci maddə). Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı q əbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər (766-cı maddə).

47. Tərəflər arasındakı müqavilənin yuxarıda qeyd edilən qüsurlu icra ilə bağlı şərtləri və mülki qanunvericiliyin göstərilən müddəaları baxımından, icraçı onun təqsiri səbəbindən yaranmış qüsurları sifarişçi tərəfindən təyin edilmiş müddət ərzində aradan qaldırmalı, əlavə icra üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etməyən və müqavilədən imtina etdiyini bildirməyən sifarişçi muzdun miqdarını qüsurun məmulatın dəyərini azaltdığı qədər azalda bilər.

48. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işin yeni apellyasiya baxışı zamanı icraçının sifarişçidən podrat müqaviləsi üzrə muzd tələbinə, eləcə də sifarişçinin icraçıdan qüsurlu icra ilə bağlı tələbinə, iş üzrə müvafiq ekspertiza təyin edilməklə, işin müəyyən edilmiş faktiki halları, tərəflər arasında bağlanmış müqavilə şərtləri və mülki qanunvericiliyin podrat münasibətlərini tənzimləyən normalarının tələblərinə uyğun olaraq yenidən hüquqi qiymət verilməlidir.

49. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Pl enumunun 2008-ci il 13 iyun tarixli qərarı).

50. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulmasına görə ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

51. MPM-in 416-419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 16 may tarixli 22(103)-471/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: K.N.Abiyeva V.T.Həsənov Z.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar