Məhkəmə qərarları › İş №2-2(102)-88/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-88/2024

05.04.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-88/2024 05.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: dövlət mülkiyyətində olan torpaqların icarəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlunun məruzəsi ilə, hakimlər Elşad Şamayev Yaquboviç və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair ilk iddiası; Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı MMC-yə qarşı “torpaq sahəsindən çıxarılma və vurulmuş zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia sına dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 19 oktyabr tarixli 2-2(104)-43/2023 nömrəli qətnaməsindən iddiaçı və cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 nömrəli Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş torpaq sahələrinin planı və ölşüsü barədə sənədlərin surətindən görünür ki, Samux rayonu, “Boz dağ” massivində yerləşən 1200 ha torpaq sahəsinə icarə hüququ əsasında İddiaçı MMC-nin istifadə hüquqları dövlət qeydiyyatına alınmışdır. 2. 2007-ci il 7 may tarixli 07 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Samux Rayon İcra Hakimiyyəti tərəfindən Samux rayonu ərazisində “Boz dağ” massivində yerləşən 35-36 nömrəli sahədən 300 hektar qış otlaq sahəsi qoyunçuluğu inkişaf etdirmək məqsədilə 15 il müddətinə icarəçi Cavabdeh3 icarəyə verilmişdir. 3. 2007-ci il 7 may tarixli 08 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Samux Rayon İcra Hakimiyyəti tərəfindən Samux rayonu ərazisində “Boz dağ” massivində yerləşən 35-36 nömrəli sahədən 300 hektar qış otlaq sahəsi qoyunçuluğu inkişaf etdirmək məqsədilə 15 il müddətinə icarəçi X12 icarəyə verilmişdir.

4. Samux Rayon İcra Hakimiyyəti başçısının 2016-cı il 14 noyabr tarixli 121 nömrəli sərəncamından çıxarışdan görünür ki, Samux rayonu “Boz dağ” massivi 34 nömrəli qışlaqdan 48 ha, 36 nömrəli qışlaqdan 183 ha, 37 nömrəli qışlaqdan 516 ha və 38 nömrəli qışlaqdan 453 ha olmaqla, qış otlaq sahələrinin əkinə yararlı, relyefi düzənlik hissələrindən 1200 ha qış otlaq sahəsinin kateqoriyasının və təyinatının dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilməsi nəzərdə tutulmuşdur. Həmin ərazilərdə örüş sahələrindən qanuna uyğun olaraq istifadə edən icarəçilərin digər ərazilərdə yerləşdirilməsi və icarə müqavilələrində qismən dəyişiklik edilməsi işlərinin qanuna müvafiq qaydada həyata keçirilməsi məqsədilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 9 mart tarixli 10/4pr nömrəli protokolu rəhbər tutularaq Samux rayonunda iri taxılçılıq, yemçilik təsərrüfatlarının yaradılması məqsədilə “Boz dağ” massivi qış otlaq sahələrində yerləşən icarəçilər X7, X5, X13, X8, Cavabdeh3, X9 və X10 icarəsində olan 34 nömrəli qışlaqdan 48 ha, 36 nömrəli qışlaqdan 183 ha, 37 nömrəli qışlaqdan 516 ha və 38 nömrəli qışlaqdan 453 ha olmaqla, qış otlaq sahələrinin əkinə yararlı, relyefi düzənlik hissələrindən 1200 hektarın geri alınması, “Boz dağ” qış otlaq sahələrindən 1200 hektar torpaq sahəsinin dövlət ehtiyat fonduna keçirilməsi ilə əlaqədar həmin ərazidə yerləşən, icarəçilərə qış otlaq sahəsinin icarəyə verilməsinə dair Samux Rayon İcra Hakimiyyəti başçısının sərəncamlarında və icarəçilərlə bağlanmış icarə müqavilələrində müvafiq dəyişikliklərin edilməsi qərara alınmışdır.

5. Samux Rayon İcra Hakimiyyəti başçısının 2018-ci il 12 fevral tarixli 14 nömrəli sərəncamından çıxarışdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair “X27”ni rəhbər tutaraq, Samux r ayonunda aqroparkların salınması, iri taxılçılıq, yemçilik təsərrüfatlarının yaradılması üçün “Boz dağ” massivi 34 nömrəli qış otlaq sahəsindən 48.05 hektar, 35 nömrəli qış otlaq sahəsindən 78.18 hektar və 36 nömrəli qış otlaq sahəsindən 153.77 hektar olmaqla, cəmi 280 hektar qış otlaq sahəsi üzərində torpaqdan istifadə hüququna xitam verilmiş və torpaq sahələri geri alınmış, “Boz dağ” qış otlaq sahələrindən 280 hektar torpaq sahəsinin "xxxx" MMC-nin istifadəsinə verilməsi ilə əlaqədar həmin ərazidə yerləşən qış otlaq sahələrinin icarəyə verilməsinə dair Samux Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamları ləğv edilmiş və icarəçilərlə bağlanmış icarə müqavilələri qüvvədən düşmüş hesab edilmişdir.

6. Samux Rayon İcra Hakimiyyəti Başçısının sərəncamından 2018-ci il 15 fevral tarixli 18 nömrəli çıxarışdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair "X39"sini rəhbər tutaraq, Samux rayonunda aqroparkların salınması, iri taxılçılıq, yemçilik təsərrüfatlarının yaradılması üçün “Boz dağ” massivi 34 nömrəli qış otlaq sahəsindən 48.05 hektar, 35 nömrəli qış otlaq sahəsindən 78.18 hektar və 36 nömrəli qış otlaq sahəsindən 153.77 hektar olmaqla, cəmi 280 hektar qış otlaq sahəsi "xxxx" MMC-yə 49 il müddətinə icarəyə verilmişdir.

7. Samux Rayon İcra Hakimiyyəti Başçısının sərəncamından 2017-ci il 31 avqust tarixli 107 nömrəli çıxarışdan görünür ki, Samux rayonu “Boz dağ” massivi 35, 36 və 37 nömrəli sahədən təyinatı üzrə istifadə edilmədiyindən, 35 nömrəli sahədən 143.4 ha, 36 nömrəli sahədən 75.05 ha və 37 nömrəli qış otlaq sahəsindən 11.55 ha, ümumilikdə 230 ha qış otlaq sahəsinin geri alınması qərara alınmışdır.

8. Samux Rayon İcra Hakimiyyəti Başçısının sərəncamından 2017-ci il 5 sentyabr tarixli 111 nömrəli çıxarışdan görünür ki, Azərbaycan Respublikasının Prezidentinin ölkədə iri taxılçılıq təsərrüfatlarının, aqroparkların yaradılması istiqamətində verdiyi tapşırıqların icrasının təmin edilməsi məqsədilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 30 yanvar tarixli 38s nömrəli Sərəncamı ilə əkin kateqoriyasına keçirilmiş və "xxxx" MMC-nin istifadəsinə verilmiş 1200 ha torpaq sahəsinə yaxın olan rayonun “Boz dağ” massivində yerləşən dövlət fondu torpaqları sahələrindən ümumilikdə 230 hek tar torpaq sahəsi ayrılaraq "xxxx" MMC-yə 49 il müddətinə icarəyə verilmişdir. 9. 2018-ci il 15 fevral tarixli 04 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Samux Rayon İcra Hakimiyyəti tərəfindən Samux rayonu ərazisində “Boz dağ” massivində yerləşən 34, 35, 36 nömrəli sahədən 280 hektar qış otlaq sahəsi aqroparkın salınması, iri taxılçılıq, yemçilik təsərrüfatlarının yaradılması məqsədilə 49 il müddətinə icarəçi İddiaçı MMC-yə icarəyə verilmişdir.

10. Samux Rayon İcra Hakimiyyəti Başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri X22, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi X15, İddiaçı MMC-nin mühafizə xidmətinin rəisi X23, İddiaçı MMC-nin nəzarətçisi, Kənd Təsərrüfatı Nazirliyinin Samux DAİM-nin direktor müavini X19, Kənd Təsərrüfatı Nazirliyinin Samux DAİM-nin bitkiçilik sektorunun müdiri X14, Samux rayonu Lək kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi X20, Lək kənd Bələdiyyəsinin sədri X16, Samux rayon Polis şöbəsinin Lək kəndi üzrə sahə müvəkkili X17 tərəfindən tərtib edilmiş 2021-ci il 28 yanvar tarixli aktdan görünür ki, Samux rayonunun inzibati ərazisi daxilində fəaliyyət göstərən İddiaçı MMC-nin icarəsində olan torpaq sahəsində elit repreduksiyalı buğda əkilmiş 93 hektar ərazisi olan 4№-li pivotun 30 hektarına qonşu ərazidə yerləşən fiziki şəxs Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ailəsinə məxsus xırdabuynuzlu heyvan sürüsü otarılaraq ziyan vurulmuşdur.

11. İddiaçı MMC-nin baş aqronomları Turgay Beyazçiçek və İxtiyar Əsədov, aqronom Yusif Məmmədov, tərəzi operatoru Ziya Əhmədov, nəzarətçi Bəhman Rzayev və mühafizə rəisi İlqar Babayev tərəfindən tərtib edilmiş 2021-ci il 2 iyul tarixli aktdan görünür ki, İddiaçı MMC-yə məxsus Samux rayonu inzibati sərhədinə aid olan hissəsində yerləşən 4 nömrəli pivotun altında “Qırmızıgül” R1 repreduksiyalı toxumluq buğda bitkisi biçilərək yekunlaşmışdır. Biçin zamanı 4 nömrəli pivotun otarılaraq ziyan vurulmuş 30 hektardan 95.4 ton məhsul biçilmişdir.

12. İddiaçı MMC-nin Samux rayonunun inzibati sərhədinə aid olan hissəsində əkilən buğda bitkisinə dəymiş ziyanın müəyyən olunması haqqında mütəxəssis Samux DAİM-in Bitkiçilik sektorunun müdiri X14 tərəfindən verilmiş 2021-ci il 14 iyun tarixli rəydən görünür ki, həmin sahədə əkilən buğda bitkisi xırdabuynuzlu heyvanlar müxtəlif dərəcədə otarıldığına görə aşağıdakı kimi ziyan dəydiyi müəyyənləşdirilmişdir: Ərazinin 5,0 hektarında məhsuldarlıq 50% (12.5 ton), 15 hektarında 40% (30 ton), 10,0 hektarda isə 20% (10 ton) məhsul itkisinə yol verildiyi gözlənilir. Ümumilikdə 30 hektarda əkilən “Qırmızıgül” Elit repreduksiyalı toxumluq buğda sahəsindən əldə ediləcək “Qırmızıgül” R1 repreduksiyalı toxumluq buğda (orta məhsuldarlığı hektara 50 sentner) əkininə 52.5 ton ziyan dəydiyi gözlənilir. Ziyan dəymiş 30 hektar toxumluq buğda sahəsi toxumluq üçün lazım olan tələbləri ödəmədiyi üçün AXA LESM Göygöl RM-nin mütəxəsisləri tərəfindən çıxdaş edilmişdir.

13. Aqrobasiyadan əvvəl toxumluq əkinlərə baxış keçirilməsi barədə 0853 nömrəli aktdan görünür ki, 2021-ci il 1 iyun tarixində Goranboy rayonunun Faxralı kəndində fəaliyyət göstərən İddiaçı MMC toxumçuluq təsərrüfatının (Təsərrüfat rəhbəri Məmmədova Xatirə F.) toxumluq əkinlərində aqrobasiya aparılması üçün həmin əkin sahələrinə baxış keçirilmiş və baxış zamanı 134 hektar sahədə əkilən “Qırmızıgül” Elit repreduksiyalı toxumluq buğdanın 104 hektarından 50-55 s məhsul götürülmüş, 30 hektar sahənin məhsulu bitki inkişafdan qaldığı üçün çıxdaş edilmişdir. 14. 2020-ci il 10 oktyabr tarixli 003660 nömrəli, 2020-ci il 13 oktyabr tarixli 003672 nömrəli, 2020-ci il 4 noyabr tarixli malların fiziki şəxslərə təhvili-qəbulu qəbzlərindən görünür ki, vahidinin qiyməti 0,75 qəpiyə olan 2957,33 kq ümumilikdə 2218 manat dəyərində “Qırmızıgül” R1 repreduksiyalı toxumluq buğda İddiaçı MMC tərəfindən X1, X18 və X11 təhvil verilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icr aat

15. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) 2021-ci il 8 fevral tarixində Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra birlikdə - “cavabdehlər”, ayrı-ayrılıqda – “Cavabdeh1”, “Cavabdeh2”, “Cavabdeh3”) qarşı iddia ərizəsi, sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən vurulmuş maddi ziyan hesabına 76.500 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. İddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, cavabdehlər tərəfindən iddiaçıya vurulmuş maddi ziyanın həcmi düzgün hesablanmamış, yəni tələb olunan məbləğ vurulmuş real zərəri tam əks etdirmir. Cavabdehlərin iddiaçıya qonşu sahədə qoyunçuluq təsərrüfatları vardır. Samux Rayon İcra Ha kimiyyəti başçısının 2018-ci il 12 fevral tarixli, 14 nömrəli sərəncamı ilə cavabdehlərin istifadəsində olan “Boz dağ” massivinin 35 nömrəli qış otlaq sahəsindən 78.18 hektar və 36 nömrəli qış otlaq sahəsindən 153.77 hektar qış otlaq sahəsi üzərində torpaqdan istifadə hüququna xitam verilmiş, cavabdehlərlə bağlanmış icarə müqaviləsi qüvvədən düşmüş hesab edilmiş, həmin torpaqların geri alınması qərara alınmışdır. Samux Rayon İcra Hakimiyyəti tərəfindən həmin torpaqların əvəzində cavabdehlərə başqa sahədən qış otlaq sahələri təklif edilmişdir. Cavabdehlər tərəfindən həmin sərəncam mübahisləndirilməmişdir. Buna baxmayaraq, onlar həmin sahədən köçməyərək, iddiaçı tərəfindən ərazidə toxum istehsalı məqsədi ilə əkilmiş 93 hektar torpaq sahəsinin 30 hektarından artıq taxıl sahəsini qəsdən və qər əzli şəkildə və dəfələrlə otarılmasını həyata keçirərək, iddiaçıya böyük miqdarda zərər vurmuşlar. Bu hal iddia ərizəsinə əlavə edilmiş aktlarla, foto-şəkillərlə, video-disk və şahid ifadələri ilə tam təsdiq edilir. Cavabdehlər tərəfindən 30 hektar ərazinin otarılması nəticəsində orada əkilmiş toxumun məhsuldarlığı əhəmiyyətli həcmdə aşağı düşmüş və məhsul dəyişikliyə uğrayaraq aşağı keyfiyyətli və daha az qiymətli məhsula çevrilməklə iddiaçıya aşağıdakı hesablamalara uyğun zərər vurulmuşdur. Nəzərə alınmalıdır ki, ərazidə gözlənilən məhsuldarlıq hər hektara minimum 5 ton, yəni 50 sentnerdir. Mütəxəssis rəyləri ilə təsdiq olunmuşdur ki, hazırda iddiaçı tərəfindən əkilmiş toxum məhsulunun məhsuldarlığı minimum 6 tona, yəni 60 sentnerə bərabərdir. Lakin iddiaçı vurulmuş zərərin maksimum deyi l, minimum hesablamalara əsasən aparılmasını daha real hesab edir. Əgər cavabdehlər tərəfindən 30 hektar ərazi otarılmasaydı, həmin sahədən iddiaçı minimum hər hektara 50 sentner hesabı ilə 1500 sentner (150 ton) məhsul götürməli idi. Otarılmadan sonra hazırda həmin ərazidən hər hektara görə maksimum 30 sentner məhsul gözlənilir. Bu isə 40 faiz itkiyə səbəb olmaqla hər hektara görə 20 sentner az məhsuldur. Bu hesablamalara görə 30 hektara görə onlar ən çoxu 90 ton məhsul almaqla 60 ton itkiyə məruz qalmışlar. 60 ton (600 sentner) toxum məhsulunun 0,75 qəpikdən hesablanmaqla əldən çıxmış fayda 45.000 manat təşkil edir. Bundan əlavə, otarılmış 30 hektar ərazidən gözlənilən 90 ton məhsulun otarılması nəticəsində, həmin toxumun təyinatı dəyişikliyə uğramışdır. Yəni bu gün 30 hektar ərazidə o tarılmadan sonra əmələ gəlmiş məhsul, yüksək keyfiyyətli, sertifikata uyğun olan toxum məhsulu kimi deyil, az keyfiyyətli və daha ucuz qiymətə satıla bilən yem məhsulu kimi yetişmişdir. Aydın olması üçün bildirilir ki, iddiaçının əkdiyi toxum sertifikata uyğun yüksək keyfiyyətli “Qırmızıgül R1 repreduksialı” buğda növüdür. Əgər həmin məhsul otarılarsa, onun yüksək repreduksiyası dəyişikliyə uğrayaraq, aşağı repreduksiyaya çevrilir. Bunun nəticəsində kiloqramı 0,75 qəpiyə satılması nəzərdə tutulan buğda toxumu, 35-40 qəpiyə satılan buğda ilə eyniləşir. Bu hesabla onlar həmin ərazidən istehsal edəcəkləri 90 ton məhsulun hər kiloqramını ən bahası 0,40 qəpiyə satacaqları halda, hər tonda 350 manat az gəlir əldə etməklə, ümumilikdə 31.500 manat itkiyə məruz qalmaqla zərərə düşmüşlər. Bu hesabla malara uyğun olaraq onlara cavabdehlər tərəfindən həmin ərazilərin otarılması nəticəsində ümumilikdə 76.500 manat zərər dəymişdir.

17. Cavabdehlər 2021-ci il 11 mart tarixində iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən onlara qarşı verilmiş iddia ərizəsinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin olunmaqla iddiaçının müqavilə üzrə onların istifadəsində olan torpaq sahəsindən çıxarılması və onlara vurduğu 2.507.500 manat məbləğində zərərin əvəzinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınaraq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

18. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlər Samux rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək qoyunçuluqla məşğul olmaq üçün Samux rayon ərazisindən 600 hektar qış otlaq sahəsinin icarəyə verilməsini xahiş etmişlər. Müraciətləri Samux rayon İcra Hakimiyyətində baxılmışdır. Samux rayon İcra Hakimiyyəti başçısının 2017-ci il 7 may tarixli 71 və 72 nömrəli sərəncamlarına əsasən Samux rayon “Boz dağ” massivində 35-36 nömrəli qış otlaq sahəsindən 600 hektar, orta ot örtüyünə malik, 600 baş tutumu olan torpaq sahəsi 15 il müddətinə onlara icarəyə verilmişdir. Bu barədə 2007ci il 7 may tarixli 07 və 08 nömrəli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilələr imzalanmışdır. İcarələrində olan torpaq sahəsinin ölçülərini, cizgilərini və koordinatlarını dəqiqliklə bilirlər və 2007-ci ildən hal-hazıradək torpaqdan istifadəyə dair icarə haqqını mütəmadi olaraq onlar ödəməkdədirlər. İddiaçı icarə müqaviləsi üzrə istifadələr ində olan torpaq sahəsini qeyri-qanuni zəbt edərək istifadə etməkdədir. Həmin torpaq sahəsi üzrə icarə haqqını onlar ödəməklərinə baxmayaraq, iddiaçının özbaşınalığı ucbatından ərazidən istifadə edə bilmirlər. Eyni zamanda, iddiaçı ərazidə əvvəllər mövcud olan yulğun meşəsinin kütləvi kəsilməsini həyata keçirməkdə, həmçinin torpaqdan istifadə qaydalarını kobud surətdə pozaraq, dərin qazıntı işləri aparıb torpağın təbii relyefini dəyişdirir. Bu barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və nazirliyin 10 nömrəli Regional idarəsinə müraciət etmişlər. Nazirliyin nümayəndələri ərazidə monitorinq keçirmiş və həqiqətən də ağacların kütləvi kəsilməsi faktını aşkar edərək akt tərtib etmiş və tədbir görülməsi üçün aidiyyəti üzrə Samux rayon Polis şöbəsinə göndərmişlər. İ ddiaçı yuxarıda qeyd edilmiş təyinatı bilinməyən qazılmış əraziyə su anbarından qəsdən su buraxır və heyvanlar susuzluqdan özlərini suya vuraraq tələf olurlar. Bunun nəticəsində onların təsərrüfatlarına külli miqdarda ziyan vurulmuşdur. İddiaçı onların öz vəsaitləri hesabına quraşdırdıqları artezian quyusunu məhv edərək, təsərrüfatlarını susuz qoymuş, eyni zamanda təsərrüfata gələn elektrik dirəklərini, naqillərini və su borularını məhv edərək tam yararsız vəziyyətə salmışdır. İddiaçının onların təsərrüfatlarına qəsdən vurduğu ziyanın məbləği aşağıdakı kimidir: 6 il ərzində yonca əkinindən - 172.000 manat, 6 il ərzində arpa əkinindən - 150.000 manat, artezian quyusunun qiyməti - 70.000 manat, suda boğulan və aclıqdan ölən heyvanların dəyəri 1.865.500 manat, oğurlanmış heyvanların dəyəri - 250.000 manat. Beləliklə, iddiaçının bu qeyri-qanuni hərəkətləri Azərbaycan Respublikası Regionlarının Sosial-İqtisadi İnkişafına dair Dövlət Proqramının həyata keçirilməsinə birbaşa maneçilik törətməkdədir. Ona görə də vurduğu maddi ziyanı ödəməlidir.

19. Gəncə Kommersiya Məhkəməsinin 2021-ci il 27 iyul tarixli 2-2(115)-450/2021 nömrəli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, 39.375 manat zərərin əvəzinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, ilk iddianın qalan hissəsinin və qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir (hakim – R.Məmmədov).

20. Birinci instansiya məhkəməsi işin hallarına istinadən (bax § 1-14) gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, iş materiallarında olan 2021-ci il 28 yanvar tarixli akt və şahid ifadələrinə əsasən, cavab dehlərə məxsus heyvanların iddiaçının icarə hüququ əsasında istifadəsində olan əkin sahəsinə keçib otarılması nəticəsində sonuncuya zərər dəymişdir. Ona görə də, cavabdehlərə məxsus heyvanların iddiaçıya vurduğu zərərin əvəzi ödənilməlidir.

21. Zərərin əvəzinin müəyyən edilməsinə gəldikdə, məhkəmə qeyd etmişdir ki, iddiaçı heyvanların əkin sahəsində otarılması nəticəsində 60 ton toxum məhsuluna ziyan dəydiyini iddia etsə də, işdə olan 2021-ci il 14 iyun tarixli mütəxəssis rəyində ziyanın həcmi 52.5 ton göstərilmişdir. Əkinə 52.5 ton ziyan dəydiyi və toxum məhsulunun 1 kiloqramının 0.75 manat olduğu nəzərə alınmaqla, vurulmuş ziyanın həcmi 39.375 manat təşkil edir. İddiaçı əkin sahəsinin otarılması nəticəsində əldə edilən məhsulun daha aşağı qiymətə satılacağını iddia edərək, 31.500 manat m əbləğində itkiyə məruz qalacağını iddia etsə də, iddiaçının nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, otarılmış sahədən əldə edilən məhsul satışa çıxarılmadan iddiaçının anbarında saxlanılır. Bundan başqa, 90 ton “Qırmızıgül” R1 repreduksiyalı toxumluq buğdanın 0,40 qəpiyə satılacağını ehtimal edərək, dəymiş zərərin məbləği müəyyən edilə bilməz. Belə ki, MM-in 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Belə olan halda, iddiaçının hansı məbləğdə itkiyə məruz qalacağı təsdiq olunmur. Ona görə də, iddia 31.500 manat məbləğində əldən çıxmış fayda hissəsində təmin edilə bilməz.

22. Cavabdehlərin qarşılıqlı iddia tələbi təmin edilməməlidir. İş materiallarından görün düyü kimi, cavabdehlər qarşılıqlı iddia üzrə tələbin əsası kimi istinad edilmiş hallara dair mötəbər sübutlar təqdim etməmişlər. Cavabdehlər torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsi ilə bağlı Samux Rayon İcra Hakimiyyəti ilə bağlanmış 2007-ci il 7 may tarixli icarə müqaviləsinə istinad etməklə iddiaçının torpaq sahəsindən çıxarılmasını tələb etsələr də, həmin icarə müqaviləsi cavabdehlərdən yalnız Cavabdeh3 ilə bağlanmış və həmin icarə hüquq münasibətlərinə Samux Rayon İcra Hakimiyyətinin sərəncamı ilə xitam verilmişdir. Digər cavabdehlərin isə torpaq sahəsinə qanuni əsasla sahiblik etmələri barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Cavabdehlər iddiaçıya qarşı 2.507.500 manat məbləğində vurulmuş ziyanın ödənilməsinə dair tələb irəli sürsələr də, vurulmuş ziyanın məhz iddiaçının vəzifəli şəxslərinin və ya işçilərinin təqsirli hərəkət və yaxud hərəkətsizliyi üzündən baş verməsini məhkəmədə sübuta yetirə bilməmişlər.

23. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.1, 21.2, 443.4, 1110-cu və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

24. Cavabdehlər tərəfindən apellyasiya şikayəti verilərək, həmin qətnamənin ləğv edilməsi, ilkin iddianın rədd, qarşılıqlı iddianın isə tam təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

25. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 19 yanvar tarixli 2-2(104)-22/2022 nömrəli qətn aməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi 39.375 manat zərərin əvəzinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi hissəsində dəyişdirilmiş, cavabdehlərdən müştərək qaydada vurulmuş zərərin əvəzi olaraq 2.010,40 manat tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Ş.Rzaquliyev, hakimlər – Ə.Abdullayev və A.İsgəndərova).

26. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materialına əlavə edilmiş iddiaçının işçiləri tərəfindən mübahisələndirilən torpaq sahəsinə baxış keçirilməsi haqqında video görüntülərdən məlum olur ki, iddiaçıya məxsus Samux rayonu inzibati sərhədinə aid olan 4 nömrəli pivotun əhatə dairəsində yerləşən 93 hektar torpa q sahəsinin 30 hektarına deyil, 4 hektarlıq hissəsinə ziyan dəymişdir. İddiaçı cavabdehlərə məxsus xırdabuynuzlu heyvanların 30 hektar ərazidə yerləşən əkin sahəsinə ziyan vurduqlarını iddia etmiş olsa da, özləri tərəfindən məhkəməyə təqdim olunmuş sübutla ziyanın 3-4 hektar torpaq sahəsindəki əkin sahəsinə yetirildiyi məlum olur.

27. Digər tərəfdən iddiaçının əvvəlcə verdiyi iddia ərizəsindən görünür ki, cavabdehlər tərəfindən 30 hektar torpaq sahəsindəki əkin məhsulu otarılmaqla və tapdalanmaqla vurulmuş ziyan 15.078 manat məbləğində müəyyən edilmiş, lakin bir müddətdən sonra iddia tələbinin həcminin artırılmasına dair verdiyi ərizə ilə vurulmuş ziyanın məbləği 5 dəfədən çox artırılmışdır ki, bu da ehtimallara əsaslanmış məbləğdir. Odur ki, kollegiya 30 hektar əkin sahəsi üçün hesablanmı ş ziyan məbləğini 15.07 manat kimi qəbul etməklə, 4 hektar əkin sahəsinə vurulmuş ziyanı 2010,4 manat (15.078 man: 30 ha x 4 ha) kimi müəyyən edir və hesab edir ki, ilk iddia 2010,4 manat məbləğində təmin edilməlidir.

28. Məhkəmə kollegiyası qətnamənin qarşılıqlı iddianın təmin edilməməsinə dair hissəsi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçıya icarəyə verilmiş 1200 ha torpaq sahəsi ilə cavabdehlərin faktiki istifadələrində olan torpaq sahələri üst-üstə düşmür və işin hallarından da göründüyü kimi cavabdehlər Samux Rayon İcra Hakimiyyəti başçısının iddiaçıya torpaq sahəsinin icarəyə verilməsi barədə 2018-ci il 15 fevral tarixli 04 nömrəli sərəncamı ilə razılaşmamışlar. Ayrılması nəzərdə tutulan həmin torpaq sahəsində iddiaçı tərəfindən hər hansı iş görülməmişdir. Torpaq sahələri üzərind ə qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qarşılıqlı iddiaya dair hissəsi ilə razılaşmayaraq qeyd etmişdir ki, apellyasiya şikayətində iddiaçı tərəfindən cavabdehlərin fəaliyyəti üçün süni şəkildə maneələr yaradıldığı, bunlardan birinin də iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməsi olduğu göstərilmişdir. Cavabdehlərə məxsus xırdabuynuzlu heyvanların iddiaçıya məxsus əkin sahəsinə daxil olaraq otlaması və əkin sahəsini tapdalaması işin mübahisəsiz halı olduğuna görə cavabdehlərin iddiaçının ziyan tələbinə dair iddia ilə məhkəməyə müraciət etməsini fəaliyyəti üçün maneə hesab etməsi əsassızdır.

30. Bundan başqa, iş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclası bu və ya digər səbəbdən dəfələrlə təxirə salınmış, cavabdeh məhkəmə iclaslarında iştirak etmiş, sübutlarını məhkəməyə təqdim etmək imkanında olmuş, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmədiyini təsdiq edəcək sübutu məhkəmə kollegiyasına da təqdim etməmişdir.

31. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 21.1, 21.2, 1096.1, 1097.1, 1110-cu maddələrinə, Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci hissəsi, 47-ci maddəsinin 2-ci hissəsi, 66-cı maddəsinin 1-ci və 2-ci hissələri, 67-ci maddəsinin 1-ci və 4cü hissələrinə, MPM-in 77.1, 77.3, 78.1, 78.2, 80, 88, 217.3, 217.4-cü maddələrinə, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 12, 23-cü maddələrinə, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Ko nstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.

32. Cavabdehlər kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir.

33. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini və ya işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

34. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 11 oktyabr tarixli 2-2(102)-515/2022 nömr əli qərarı ilə kassasiya şikayətləri qismən təmin olunmuş, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 19 yanvar tarixli 2-2(104)-22/2022 nömrəli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir (məruzəçi hakim – K.Abiyeva, hakimlər – B.Məmmədli və V.Həsənov).

35. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, Samux rayon İcra Hakimiyyətinin müvafiq sərəncamına əsasən ilkin iddiaçının istifadəsinə verilmiş torpaq sahəsinin bir hissəsi Cavabdeh3 istifadəsində olmuş, həmin İcra Hakimiyyəti tərəfindən sonuncuya və Cavabdeh1 qarşı özbaşına tikililərin sökülməsi və torpaq sahəsindən çıxarılma barədə iddia qaldırılmışdır. Həmin iddia tələbi üzrə yekun məhkəm ə aktı qəbul edilməmişdir.

36. İş materiallarından həmçinin aydın olur ki, cavabdehlər “iş üzrə icraatın dayandırılması”na dair ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət edərək, istifadələrində olan torpaq sahələri ilə bağlı Samux rayon İcra Hakimiyyətinin qaldırdığı iddia tələbi üzrə yekun məhkəmə aktının qəbul edilməməsi səbəbindən baxılan iş üzrə icraatın dayandırılmasını xahiş etmişlər. Həmin vəsatət tərəflərin iştirakı ilə 2021-ci il 24 noyabr tarixində keçirilən məhkəmə iclasında müzakirə edilmiş, vəsatət təmin edilməmişdir. Lakin məhkəmənin vəsatət üzrə gəldiyi nəticənin səbəbləri nə ayrıca akt şəklində tərtib olunan qərardadda, nə də məhkəmə iclas protokolunda qeyd olunmamış, bununla da apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-nin 263.5-ci maddəsinin tələblər i pozulmuşdur. Odur ki, məhkəmə kollegiyası hesab etmişdir ki, işin yeni apellyasiya baxışı zamanı, Samux rayon İcra Hakimiyyətinin Gəncə Kommersiya Məhkəməsində qaldırdığı iddianın, hazırkı iddia ilə bağlılığı müzakirə edilməli və iş üzrə icraatın dayandırılması məsələsinə Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” 2004-cü il 25 mart tarixli qərarındakı hüquqi mövqe və Azərbaycan Respublikası MPM-nin 254-cü maddəsinin tələbləri baxımından hüquqi qiymət verilməlidir.

37. Məhkəmə kollegiyası ziyan tələbi ilə bağlı qeyd etmişdir ki, ilkin iddiaçı ərizəsində qanuni əsaslarla istifadəsində olan 1200 ha torpaq sahəsinin 30 hektar hissəsinin cavabdehlər tərəfindən otarılması nəticəsində ziyan vurulduğunu, cavabdehlər (qarşılıqlı iddiaçılar) isə ilkin iddiaçının onlara məxsus torpaq sahəsində əkin əkməklə ziyan vurduğunu iddia edir.

38. Belə ki, zərər vurulması öhdəliyin əməl gəlmə əsaslarından biridir (MM-nin 386.1-ci maddəsi). Mülki qanunvericiliyin tələbinə əsasən mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətin yaranması üçün zərərin özünün varlığı; zərər vuranın təqsirli (təsirsiz məsuliyyət halları istisna olmaqla); hüquqa zidd əməli və əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Baxılan iş üzrə zərərə görə mülki məsuliyyətin yaranma əsaslarının mövcud olub-olmamasının yoxlanılması baxımından əhəmiyyətli olsa da, apellyasiya instansiyası məhkəməsi ziyan vurulan əkin sahəsinin hüdudlarını, mübahisələndirilməyən, yoxsa Samux rayon İcra Hakimiyyəti ilə Cavabdeh3 arasında m übahisəsi gedən ərazinin hüdudlarında yerləşib-yerləşməməsini mötəbər sübutlarla müəyyən etməmiş, bununla da MPM-nin 14.2 və 77.1-ci maddələrinin və MMnin 1096-cı maddəsinin tələblərini pozmuşdur.

39. Bundan əlavə, iddiaçı Cavabdeh2 də vurulmuş ziyanın ödənilməsini tələb etmiş, apellyasiya instansiyası məhkəməsi sonuncudan da müştərək qaydada ziyanın tutulması qənaətinə gəlmişdir. Lakin iş materiallarına Cavabdeh2 “Boz dağ” massivində torpaq sahəsinin ayrılmasına dair hər hansı sübut əlavə edilməmişdir.

40. Həmçinin, Cavabdeh1 baxılan işdə cavabdehliyinə gəldikdə, iş materiallarında olan Samux rayon İcra Hakimiyyəti Başçısının 2018-ci il 9 iyul tarixli 77 nömrəli sərəncamına əsasən 2010-cu il 4 noyabr tarixli 147 nömrəli sərəncamla X6 icarəyə verilmiş 200 hektar torpaq sahəsi icarədar vəfa t etdiyi üçün onun qızı Cavabdeh1 15 il müddətinə icarəyə verilmişdir. Lakin həmin sərəncamdan ayrılmış torpaq sahəsinin “Boz dağ” massivində, ilkin iddiaçı ilə qonşu yerləşməsi müəyyən edilmir. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, işin yeni apellyasiya baxışı zamanı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilkin iddia üzrə cavabdehliyinə qeyd olunan xüsusatlar nəzərə alınmaqla qiymət verilməli, həmin cavabdehlər tərəfindən ilkin iddiaçıya ziyan vurulmasına gətirib çıxaran hərəkətlərin nədən ibarət olması mötəbər sübutlarla müəyyən edilməlidir.

41. Bundan başqa, işin yeni apellyasiya baxışı zamanı işin hərtərəfli və tam araşdırılması məqsədilə, Samux rayon İcra Hakimiyyətinin iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməsinin məqsədəuyğunluğu da müzakirə edil məlidir.

42. Məhkəmə bu qənaətini MM-in 386.1, 1096-cı maddələrinə, MPM-in 14.2, 77.1, 254.1.4, 255, 263.5-ci maddələrinə; Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” 2004-cü il 25 mart tarixli Qərarına istinad etməklə əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

43. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 19 oktyabr tarixli 2-2(104)-43/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi 39.375 manat zərərin əvəzinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi hissəsində dəyişdirilmiş, cavabdehlərdən müştərək qaydada vurulmuş zərərin əvəzi olaraq 2.010,40 manat tutula raq iddiaçıya ödənilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – R.Mamedov, hakimlər – F.Mehtiyev və A.Bayramov).

44. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin 2021-ci il 21 noyabr tarixli 197 nömrəli arayışı və 2021-ci il 17 dekabr tarixli vəkil sorğusuna cavab məktubuna əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017ci il 30 yanvar tarixli 38 nömrəli Sərəncamı ilə təyinatı dəyişdirildikdən sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydiyyata alınmış RX seriyalı ******* №-li çıxarışa əsasən Samux Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçının icarəsinə verilmiş 1200,0 ha torpaq sahəsinin Samux Rayon İ cra Hakimiyyəti Başçısının 2018-ci il 12 fevral tarixli sərəncamı ilə həmin Boz dağ massivindəki qış otlaq sahəsindən iddiaçının icarəsinə verilməsi nəzərdə tutulan torpaq sahəsinə dair tərtib olunmuş yerquruluşu planında göstərilən 280.0 ha torpaq sahəsi fərqli koordinatlarda və fərqli ərazilərdə yerləşməklə üstüstə düşmür.

45. İddiaçı tərəfindən sübut növü kimi iddia ərizəsinə əlavə edilmiş video disk yazısı məhkəmə iclas zalında səsləndirilərkən müəyyən olunmuşdur ki, cavabdehlərə məxsus xırdabuynuzlu heyvan sürüsü iddiaçıya məxsus əkin sahəsinin 3-4 hektar hissəsinə bu və ya digər qaydada (otarılmaqla və tapdalamaqla) ziyan vurmuşdur. Bundan başqa məhkəmə kollegiyası torpaq sahəsinə yerində baxış keçirmiş (fotoşəkillər iş materiallarına əlavə edilmişdir) və müəyyən edilmişdir ki, qeyd olunan torpaq sahələri su kanalı ilə biri birindən ayrılır və cavabdehlərə məxsus xırdabuynuzlu heyvan sürüsünün həmin kanaldan keçərək ilk iddiaçıya məxsus əkin sahəsinə ziyan vurması mümkündür.

46. Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 18 iyul tarixli 9/3827 nömrəli rəyindən görünür kimi, nəzəri hesablama yolu ilə iş materiallarında olan X43 X3 Sektoru tərəfindən tərtib edilmiş rəyə əsasən, nəzəri hesablama yolu ilə iddiaçının Samux rayonunun inzibati sərhəddinə aid olan hissəsində yerləşən 4 nömrəli pivotun əhatə dairəsinə aid olan 93 hektar torpaq sahəsinin 4 hektarına dəymiş ziyan təxminən 2010,40 manat müəyyən olunur.

47. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materialına əlavə edilmiş iddiaçının işçiləri tərəfindən mübahisəl əndirilən torpaq sahəsinə baxış keçirilməsi haqqında video görüntülərindən məlum olur ki, iddiaçıya məxsus Samux rayonu inzibati sərhəddinə aid olan 4 nömrəli pivotun əhatə dairəsində yerləşən 93 hektar torpaq sahəsinin 30 hektarına deyil 4 hektarlıq hissəsinə ziyan dəymişdir. İddiaçı cavabdehlərə məxsus xırdabuynuzlu heyvanların 30 hektar ərazidə yerləşən əkin sahəsinə ziyan vurduqlarını iddia etmiş olsa da, özləri tərəfindən məhkəməyə təqdim olunmuş sübutla ziyanın 3-4 hektar torpaq sahəsindəki əkin sahəsinə yetirildiyi məlum olur. Həmçinin ziyanının ilk iddia üzrə cavabdehlərdən müştərək qaydada tutulmasına münasibətdə kollegiya hesab etmişdir ki, torpaq sahəsi Samux Rayon İcra Hakimiyyəti başçısının 2018-ci il 9 iyul tarixli 77 nömrəli sərəncamına əsasən 2010-cu il 4 noyabr tarixli 1 47 nömrəli sərəncamla X6 icarəyə verilmiş 200 hektar torpaq sahəsi icarədar vəfat etdiyi üçün onun qızı hazırkı iş üzrə cavabdeh olan Cavabdeh1 15 il müddətinə icarəyə verilmişdir.

48. Bundan əlavə, Samux Rayon İcra Hakimiyyətinin 2023-cü il 22 fevral tarixli 5-72/2264/2023 nömrəli məktubundan görünür ki, Samux Rayon İcra Hakimiyyəti ilə Cavabdeh2 arasında heç bir icarə müqaviləsi mövcud deyildir. Samux Rayon İcra Hakimiyyəti başçısının 2018-ci il 9 iyul tarixli 77 nömrəli Sərəncamına əsasən Boz Dağ massivindən 200 hektar qış otlaq sahəsi Cavabdeh1 15 il müddətinə icarəyə verilmişdir. Tərəflər arasında 2018-ci il 9 iyul tarixli 16 nömrəli icarə müqavilə bağlanmışdır və həmin müqavilə qüvvədədir. Cavabdeh1 15 il müddətinə icarəyə verilmiş 200 ha torpaq sahəsi 2016-cı il 12 dekabr tarixli RA -001 nömrəli "torpaq sahəsinin icarəyə verilməsi haqqında" müqavilə əsasında iddiaçının üzərində mülkiyyət hüquqları qeydə alınan Samux rayonu "Boz dağ" massivində yerləşən 1200.0 ha torpaq sahəsi ilə həmsərhəddir.

49. Həmçinin cavabdehlər də bildirmişlər ki, onlar Samux rayon İcra hakimiyyətinə ərizə ilə müraciət edərək qoyunçuluqla məşğul olmaq üçün Samux rayon ərazisindən 600 hektar qış otlaq sahəsinin icarəyə verilməsini xahiş etmişlər. Müraciətləri Samux rayon İcra hakimiyyətində baxılmışdır. Samux rayon İcra hakimiyyəti başçısının 2017-ci il 7 may tarixli 71 və 72 nömrəli sərəncamlarına əsasən Azərbaycan Respublikası “Torpaq qanunvericiliyinə” uyğun olaraq və Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair “Dövlət Proqramı”-nın həyata keçirilməsi məqsədilə Samux rayon “Boz-dağ” massivində 35-36 nömrəli qış otlaq sahəsindən 600 hektar, orta ot örtüyünə malik, 600 baş tutumu olan torpaq sahəsi 15 il müddətinə onlara icarəyə verilməsi qərara alınmışdır. Göründüyü kimi həmin torpaq sahəsində cavabdehlər birgə təsərrüfatla məşğul olurlar. Beləliklə də, həmin torpaq sahəsi Cavabdeh1 15 il müddətinə icarəyə verilmiş və hazırda həmin torpaq sahəsi Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən xırdabuynuzlu heyvan təsərrüfatı bağlı istifadə edildiyi iş materialları ilə sübuta yetirilir.

50. Digər tərəfdən ilkin iddia üzrə iddiaçının əvvəlcə verdiyi iddia ərizəsindən görünür ki, cavabdehlər tərəfindən 30 hektar torpaq sahəsindəki əkin məhsulu otarılmaqla və tapdalanmaqla vurulmuş ziyanı 15 078,0 manat məbləğində müəyyən etmiş, lakin bir müddətdən sonra iddi a tələbinin həcminin artırılmasına dair verdiyi ərizə ilə vurulmuş ziyanın məbləğini 5 dəfədən çox artırmışdır ki, bu da ehtimallara əsaslanmış məbləğdir. Odur ki, kollegiya 30 hektar əkin sahəsi üçün hesablanmış ziyan məbləğini 15.078 manat kimi qəbul etməklə, 4 hektar əkin sahəsinə vurulmuş ziyanı 2010,4 manat (15.078 man: 30 ha x 4 ha) kimi müəyyən edir və hesab edir ki, ilk iddia 2010,4 manat məbləğində təmin edilməli, beləliklə də qətnamə ilk iddianın təmin edilmiş hissədində dəyişdirilməlidir.

51. Məhkəmə kollegiyası qətnamənin qarşılıqlı iddianın təmin edilməməsinə dair hissəsi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçıya icarəyə verilmiş 1200 ha torpaq sahəsi cavabdehlərin faktiki istifadələrində olan torpaq sahələri ilə üst-üstə düşmür və işin hallarından da göründüyü kimi cavabde hlər Samux Rayon İcra Hakimiyyəti başçısının iddiaçıya torpaq sahəsinin icarəyə verilməsi barədə 2018-ci il 15 fevral tarixli 04 nömrəli sərəncamı ilə razılaşmamışlar. Ayrılması nəzərdə tutulan həmin torpaq sahəsində isə qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən hər hansı iş görülməmişdir.

52. Həmçinin kollegiya kassasiya instansiyası məhkəməsinin göstərişləri ilə bağlı qeyd etmişdir ki, Gəncə Kommersiya Məhkəməsinin 2020-ci 2 oktyabr tarixli 2-2(115)-03/2020 nömrəli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Samux Rayon İcra Hakimiyyətinin cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qarşı özbaşına inşa olunmuş tikililərin sökülməsi, onlara təklif olunan ərazilərə daşınması və cavabdehlərin torpaq sahəsindən çıxarılması tələbinə dair ilk iddiasının təmin edilməməsi, qarşıl ıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 Samux Rayon İcra Hakimiyyətinə qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair qarşılıqlı iddialarının təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Samux Rayon İcra Hakimiyyəti apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin 2020-ci 2 oktyabr tarixli 22(115)-03/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, Samux Rayon İcra Hakimiyyətinin cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qarşı “özbaşına inşa olunmuş tikililərin sökülməsi, onlara təklif olunan ərazilərə daşınması və cavabdehlərin torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 aprel tarixli 2-2( 104)-52/2021 nömrəli qətnaməsi ilə Samux Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Kommersiya Məhkəməsinin 2020-ci il 2 oktyabr tarixli 2-2(115)-03/2020 nömrəli qətnaməsi ilk iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmaqla, ilk iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 “Boz dağ massivinin“ Samux rayonu inzibati ərazisində yerləşən 35 nömrəli qış otlaq sahəsinin 78.18 ha və 36 nömrəli qış otlaq sahəsinin 153.77 ha hissəsindən çıxarılması, “Boz dağ massivinin“ Samux rayonu inzibati ərazisində yerləşən 35 nömrəli qış otlaq sahəsinin 78.18 ha və 36 nömrəli qış otlaq sahəsinin 153.77 ha hissəsində qoyun yataqları, çoban evləri və digər köməkçi tikililər olduğu təqd irdə cavabdehlərin hesabına sökülməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, apellyasiya şikayətinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan qarşılıqlı iddia üzrə iddiaçılar (ilk iddia üzrə cavabdehlər) Cavabdeh3 və Cavabdeh1 kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 9 aprel tarixli 2-2(115)-52/2021 nömrəli qətnaməsinin ilk iddianın təmin olunmuş hissəsində ləğv edilərək, ilk iddianın tamamilə rədd olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2021-ci il 13 oktyabr tarixli 2-1(102)-413/2021 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 9 aprel tarixli 2-2(104)-52/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işi n yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 yanvar tarixli 2-2(104)-7/2023 nömrəli qərardadı ilə Samux Rayon İcra Hakimiyyətinin apellyasiya şikayətindən imtina etməsi barədə ərizəsinin qəbul edilməsi, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Samux Rayon İcra Hakimiyyətinin Gəncə Kommersiya Məhkəməsinin 2020-ci il 2 oktyabr tarixli 22(115)-03/2020 nömrəli qətnaməsindən verdiyi şikayəti üzrə apellyasiya icraatına ona münasibətdə xitam verilməsi qərara alınmışdır. Hazırda həmin qərardad qanuni qüvvəsini almışdır.

53. Bundan başqa, qəbul edilmiş qətnamə üçüncü şəxslərin hüquq və qanuni mənafələrinə birbaşa təsir etməsə də, həmin torpaq sahəsi Samux Rayon İcra Hakimi yyətinin başçısının sərəncamına əsasən iddiaçının icarəsinə verilmişdir. Odur ki, məhkəmə kollegiyası tərəfindən Samux Rayon İcra Hakimiyyəti iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmişdir.

54. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 21, 1096, 1097, 1110-cu, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66, 67-ci, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci, MPM-in 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

55. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək, iddia tələbinin tam təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

56. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qətnamədən kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin qismən – ilk iddianın təmin olunmuş və qarşılıqlı iddianın rədd olunmuş hissəsində ləğv edilərək, ilk iddianın tamamilə rədd edilməsinə, qarşılıqlı iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin və onlara qarşı etirazın dəlilləri a) İddiaçının kassasiya şikayətinin dəlilləri

57. MM-in 21.1, 22.2, 1097.1, 1110-cu maddələri üzrə - İş üzrə cavabdehlər tərəfindən iddiaçıya vurulmuş zərərin miqdarının 76.500 manat təşkil etməsi iş üzrə toplanmış sübutlarla tam təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsində də cavabdehlər tərəfindən həmin zərərin yetirilməsi, yəni məhsuldarlığın azalması və əldən çıxmış fayda ilə bağlı iddiaçının dəlilləri sübut olunmuşdur. Birinci instansiya məhkəməsi iddia tələbinin 31.500 man at əldən çıxmış fayda hissəsini təmin etməyərkən, qətnamədə yalnız onu göstərmişdir ki, iddiaçı otarılmış sahədən biçdiyi 90 ton “Qırmızıgül” R1 repreduksiyalı toxumluq buğdanın həmin vaxt satışını həyata keçirmədiyi üçün buğdanın 75 qəpikdən deyil, 40 qəpikdən satacağı ehtimalı ilə dəymiş zərərin məbləği müəyyən edilə bilməz. İddiaçı məhkəmənin gəldiyi bu nəticəyə görə, 90 ton çıxdaş buğdanı 40 qəpiyə satdıqdan sonra itirdiyi 31.500 manat zərərin tələb etmək hüququ saxlandığı üçün birinci instansiya məhkəməsinin qətnaməsinin təmin olunmayan həmin hissəsindən apellyasiya şikayəti verməyi zəruri hesab etməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən olunmuş, 30 hektar sahənin otarılması ilə əlaqədar məhsuldarlığın 52.5 ton azalması nəticəsində iddiaçıya vurulmuş zərərin tam məbləğinin 39.375 manat müəyyən edilməsi tam əsaslı olduğu halda, apellyasiya məhkəməsi tərəfindən həmin zərərin tam məbləğinin yalnız bir dəlil əsasında azaldılaraq 2.010 manat müəyyən edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Ona görə də, qətnamə həmin hissədə dəyişdirilərək, dəymiş zərərin tam ödənilməsinə dair qərar qəbul edilməlidir.

58. MPM-in 77.1, 80, 88, 106.1-ci maddələri üzrə - İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmədə sübut etmişdir. Apellyasiya məhkəməsi iddiaçının tələblərini təsdiq edən faktlar və hallarla əlaqədar sübutları qəbul etməmiş, mötəbər sübutları qiymətləndirmədən kənarda qoyaraq, yalnız bir fakta əsaslanaraq nəticəyə gəlmişdir. Eyni zamanda, hadisə yerinə dəvət edilən Samux rayonu icra, bələdiyyə və hüquq mühafizə orqanlarının iştirakı ilə otarılmış sahəyə ətraflı baxış keçirilərək müəyyən edilmişdir ki, cavabdehin heyvanlarının iddiaçının əkin sahəsinə girib otlaması və tapdalanması nəticəsində 30 hektar sahədə yerləşən əkinə zərər vurulmuşdur. Bununla əlaqədar həmin vaxt doqquz nəfərin iştirakı ilə akt tərtib olunmuşdur. Həmin aktı imzalamış şəxslərin əksəriyyəti birinci instansiya məhkəməsində izahat verərək müayinə vaxtı 30 hektar ərazinin tapdalanaraq otarıldığını təsdiq etmişlər. Bundan əlavə, apellyasiya məhkəməsi iş üzrə birinci instansiya məhkəməsi tərəfindən tədqiq olunmuş digər sübutları da qiymətləndirməmiş və mümkünlüyünə münasibət bildirməmişdir. İşə əlavə edilmiş 2021-ci il 1 iyun tarixli 0853 nömrəli aktla müəyyən edilmişdir ki, iddiaçının toxumçuluq təsərrüfatının 134 hektar sahəsində aqrobasiya aparılm ış, 104 hektardan 50-55 sentner məhsul götürülmüş, 30 hektar sahənin bitkisi inkişafdan qaldığı üçün çıxdaş edilmişdir. İşə əlavə edilmiş Samux DAİM-nin 2021-ci il 14 iyun tarixli rəyi ilə müəyyən edilmişdir ki, 30 hektar əkin sahəsinin 5 hektarında 50 faiz (12,5 ton), 15 hektarında 40 faiz (30 ton), 10 hektarında isə 20 faiz (10 ton) məhsul itkisinə yol verilmiş, ümumilikdə 52.5 ton az məhsul əldə edilməklə ziyan vurulmuşdur. 30 hektar toxumluq buğda sahəsindən biçilmiş məhsul toxumluq üçün tələbləri ödəmədiyinə görə, AXA LESM Göygöl RM-in mütəxəssisləri tərəfindən çıxdaş edilmişdir. İşdə olan 2021-ci il 2 iyul tarixli aktla təsdiq olunmuşdur ki, iddiaçının 4 nömrəli pivotunun otarılmış 30 hektarından 95.4 ton məhsul biçilmişdir. Yəni məhsuldarlıq ümumi normadan xeyli aşağı olmuşdur. Apel lyasiya məhkəməsi birinci instansiya məhkəməsinin məcmu halında araşdırıb qiymətləndirərək qəbul etdiyi həmin sübutların heç birinə toxunmamış, onları müzakirə edib qiymətləndirmədən nəticəyə gəlmişdir.

59. Digər məsələlər üzrə - Apellyasiya məhkəməsi iddiaçıya vurulmuş zərərin miqdarını 2010 manat məbləğində müəyyən edərkən, iddiaçının ilkin iddia ərizəsi üzrə tələb etdiyi 15.078 manat məbləği əsas götürmüş, ilkin iddia ərizəsi üzrə araşdırma aparmış, həmin ərizədəki sübutları araşdırmış ondan istifadə etmiş və qətnaməsini həmin sübutlarla əsaslandırmışdır. Lakin iddiaçının ilkin iddia ərizəsindəki tələblərinin əsasları ilə sonrakı iddia tələbinin əsasları tam fərqlidir. İddiaçı iddia tələbinin əsaslarını dəyişməklə tələbini dəqiqləşdirmiş, 30 hektarın otarılması və tapdalanması nəticəs ində 60 ton məhsul itkisinə görə 45.000 manat və əldə etdiyi 90 ton məhsulun yüksək qiymətə deyil, aşağı qiymətə satılması ilə bağlı itirdiyi 31.500 manat əldən çıxmış faydanın ödənilməsini tələb etmişdir. Ekspert zərəri hesablayarkən DAİM-in ilkin iddia tələbi üzrə verdiyi rəyi əsas götürmüş, məhkəmə də həmin rəyə əsaslanaraq iddiaçının zərərini 2010 manat hesablamışdır. Məhkəmənin gəldiyi nəticədən görünür ki, məhkəmə cəmi 4 hektar ümumi sahəyə vurulmuş zərəri qəbul etmişdir. İddiaçı 30 hektarın otarılması barədə dəlilini müdafiə edərək bildirir ki, hətta 4 hektar sahənin otarılmasını qəbul edəcəkləri halda belə, yenə zərər məbləği az hesablanmışdır. İddiaçı hesab edir ki, həmin zərər məbləğinin aşağıdakı qaydada hesablanması daha real və ağlabatandır. Belə ki, işdə olan Samux DAİM-nin 2 021-ci il 14 iyun tarixli rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının əkin sahəsinin otarılmış 5 hektarında məhsuldarlıq 50%, yəni 12,5 ton az olmuşdur. Bu hesabla 4 hektar otarılmış sahədə 10 ton məhsul itirilmişdir. 10 ton toxumluq məhsulun hər kiloqramı 75 qəpik olmaqla 7500 manat təşkil edir. Bundan əlavə, həmin 4 hektardan 50% məhsuldarlıqla biçilmiş, toxumluq təyinatını itirmiş buğda məhsulunun 75 qəpikdən deyil, 40 qəpiyə satıldığı nəzərə alınaraq, hər kiloqramda 35 qəpik olmaqla 10 tona görə 3500 manat itirilmişdir. Beləliklə, iddiaçıya həmin 4 hektarın otarılması nəticəsində vurulmuş zərərin məbləği 10.500 manat təşkil etmişdir. b) Cavabdehlərin kassasiya şikayətinin dəlilləri

60. MM-in 21, 1110-cu maddələri üzrə - Məhkəmə həmin normaları tətbiq etməzdən əvvəl MM-in 21.1-ci maddəsi ndə nəzərdə tutulmuş şərtlərə – zərərin həqiqətən vurulmasına, vurulduğu təqdirdə kim tərəfindən vurulmasına və nəhayət iddiaçının “tələb etmək hüququna malik olan şəxs” olub-olmasına aydınlıq gətirməli idi. Belə ki, iddiaçı cavabdehlərin qanuni istifadəsində olan torpaq sahəsində əkin əkməklə, onların hüquqlarını pozmuş, iddia etdiyi “zərərin” yaranmasında özünün təqsiri olmuşdur. Məhkəmə nəzərə almamışdır ki, Samux RİH-nin sərəncamlarına əsasən, iddiaçının icarəsinə verilmiş torpaq sahələri cavabdehlərin torpaq sahələrinin yerləşdiyi 35-36 nömrəli sahələri də əhatə edir və Samux RİH tərəfindən cavabdehlərin torpaq icarə müqavilələrinə xitam verilməsi həmçinin həmin torpaqların iddiaçıya ayrılması ilə əsaslandırılmışdır. Bundan əlavə, apellyasiya məhkəməsi iddiaçıya zərər vurulmasının təs diqi kimi 2021-ci il 28 yanvar tarixli akta istinad etmişdir. Həmin aktda bildirilir ki, guya “Samux rayonunun inzibati ərazisi daxilində fəaliyyət göstərən iddiaçının icarəsində olan torpaq sahəsində elit repreduksiyalı buğda əkilmiş 93 hektar ərazisi olan 4№-li pivotun 30 hektarına qonşu ərazidə yerləşən fiziki şəxs Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ailəsinə məxsus xırdabuynuzlu heyvan sürüsü tərəfindən otarılaraq ziyan vurulmuşdur.” Lakin məhkəmə nəzərə almamışdır ki, heyvanların yanvar ayında otarılması və iddiaçıya zərər vurulması mümkün deyildi. Bundan əlavə, həmin akt bilavasitə maraqlarına toxunan şəxslərin (cavabdehlərin) iştirakı olmadan tərtib edilmiş, onların həmin akta etiraz etmək və ya digər formada münasibət bildirmək imkanı təmin edilməmiş, ümumiyyətlə, həmin xırdabuynuzlu heyvanların mənsubiyyəti təsdiq edilməmişdir. Bundan əlavə, “otarılma” nəticəsində “dəymiş zərər” barədə tərtib edilmiş 2021-ci il 2 iyul tarixli akt isə ümumiyyətlə, yalnız iddiaçının işçiləri (“iddiaçının baş aqronomu, aqronomu, tərəzi operatoru, nəzarətçisi və mühafizə rəisi) tərəfindən tərtib edilmiş, faktın müəyyən edilməsində maraqlı olmayan hər hansı digər şəxs dəvət edilməmişdir. İddiaçıya ziyan vurulmasını “təsdiq edən” digər aktların da ziddiyyətli və qərəzli olması aşkar görünür (həmin aktları tərtib edən subyektlər, səbəbi “dəqiqliklə” “aşkar edilən” faktlar və s. baxımdan).

61. MM-in 1110-cu maddəsində istifadə olunan “zərər” anlayışı həmin Məcəllənin 21-ci maddəsi ilə müəyyən edildiyindən, 1110-cu maddə bilavasitə deyil, 21.3-cü maddənin tələbləri və həmin norma ilə məhdudla şdırılan “zərərçəkənin, onun işçisinin.... davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması” nəzərə alınmaqla tətbiq edilə bilərdi. Digər tərəfdən, iddia edilən “zərərin” vurulmasında cavabdehlərin təqsirinin olması, “zərərin” miqdarının müəyyən edilməsi və s. bu kimi halları təsdiq edən “sübutların” qiymətləndirilməsi düzgün aparılmamışdır.

62. MPM-in 88, 254.1.4-cü maddələri üzrə - İddiaçının təqdim etdiyi “sübutlar” açıqaşkar qərəzli və ziddiyyətli olduğu üçün iddiaçıya “zərər” vurulmasını təsdiq edən mötəbər sübut kimi çıxış edə bilməzdi. İddiaçının iddiasının təmin edilməsinin əsası kimi istinad edilən aktlar cavabdehlərin iştirakı və xəbəri olmadan, bəzi hallarda isə ümumiyyətlə yalnız ilkin iddiaçının özünün işçiləri tərəfindən tərtib edilmişdir ki, bel ə “akt”ın MPM-in 88ci maddəsinin tələbləri baxımından düzgün qiymətləndiriləcəyi halda, iddianın təmin olunmasına əsas kimi çıxış edə bilməyən “sübut” olduğu aşkar görünər. Digər tərəfdən, “zərər” vurulmasına səbəb kimi göstərilən xırdabuynuzlu heyvanların mənsubiyyətini təsdiq edən hər hansı sübutun olmadığı halda, ehtimal əsasında onların cavabdehlərə məxsus olması da məhkəmələr tərəfindən MPM-in 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymətləndirilməmişdir.

63. Hazırkı işə birinci dəfə kassasiya qaydasında baxan Ali Məhkəmə qərarında kassatorun dəlilləri ilə razılaşaraq, iş üzrə icraatın dayandırılmalı olmasına münasibət bildirərək qeyd etmişdir ki, “87.... işin yeni apellyasiya baxışı zamanı, Samux rayon İcra Hakimiyyətinin Gəncə Kommersiya Məhkəməsində qaldırdığı iddianın, hazı rkı iddia ilə bağlılığı müzakirə edilməli və iş üzrə icraatın dayandırılması məsələsinə Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” 2004-cü il 25 mart tarixli qərarındakı hüquqi mövqe və Azərbaycan Respublikası MPM-nin 254-cü maddəsinin tələbləri baxımından hüquqi qiymət verilməlidir.” Apellyasiya məhkəməsi Ali Məhkəmənin həmin göstərişinə əsasən, icraatın dayandırılmalı olmasına münasibətdə qeyd etmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 yanvar tarixli 2-2(104)-7/2023 saylı qərardadı ilə ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Samux Rayon İcra Hakimiyyətinin apellyasiya şikayətindən imtina etməsi barədə ərizəsinin qəbul edilməsi, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Samux Rayon İcra Hakimiyyətinin Gəncə Kommersiya Məhkəməsinin 2020-ci il 2 oktyabr tarixli 2-2(115)-03/2020 saylı qətnaməsindən verdiyi şikayəti üzrə apellyasiya icraatına ona münasibətdə xitam verilməsi qərara alınmışdır. Hazırda həmin qərardad qanuni qüvvəsini almışdır. Məhkəmə belə təəssürat yaratmağa cəhd etmişdir ki, guya həmin mübahisə yekunlaşmışdır və kassatorların torpaq icarəsi müqavilələri üzrə artıq mübahisə mövcud deyil. Halbuki, həmin icarə müqavilələri üzrə yaranmış mübahisəyə hazırda məhkəmədə (hazırda Ali Məhkəmənin icraatındadır, iş № 2-2(102)-565/2023, məruzəçi hakim Elşanə Vəliyeva) baxılır və müqavilələr qüvvədədir. Samux Rayon İcra Hakimiyyətinin apellyasiya şikayətindən imtina etməsi isə həmin mübahisənin tam həll edilməsi kim i dəyərləndirilə bilməz. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

64. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

65. Apellyasiya məhkəməsinin qətnaməsi iddiaçı və cavabdehlər tərəfindən əsas və qarşılıqlı iddia hissələrində bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

66. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məh kəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

67. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şərai tində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.” “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.” “Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülk i hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər....” “Maddə 1110. Heyvanın vurduğu zərərin əvəzinin ödənilməsi Heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir.”

68. Azərbaycan Respublikası Torpaq aşağıdakılar nəzərdə tutulmuşdur: Məcəlləsinin müvafiq müddəalarında “ M a d d ə 6

6. Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər

1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.

2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifad ə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.” “ M a d d ə 6

7. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi

1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır....

3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.

4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.” 69. “Torpaq icarəsi haqqında” Azə rbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “ M a d d ə 1

2. Torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatı Torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır.”

70. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edə rkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi y oxdur.”..” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

71. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, habelə qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 19 oktyabr tarixli 2-2(104)-43/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin edilməməlidir.

72. İddiaçının kassasiya şikayətinin vurulmuş maddi ziyanın məbləği ilə razılaşmadığı barədə dəlili ilə bağlı qeyd olunmalıdır ki, iddiaçı tərəfindən təqdim olunmuş disk (1-ci cild, i/v 23) yazısından görünür ki, cavabdehlərə məxsus xırdabuynuzlu heyvan sürüsü iddiaçıya məxsus əkin sahəsinin yalnız 3-4 hektar hissəsinə bu və ya digər qaydada (otarılmaqla və ya tapdalamaqla) ziyan vurmuşdur. Bundan başqa apellyasiya məhkəməsi tərəfindən baxış keçirilmiş ərazinin fotoşəkillərindən müəyyən olunur ki, qeyd edilən torpaq sahələri su kanalı ilə bir-birindən ayrılır və cavabdehlərə məxsus xırdabuynuzlu heyvan sürüsünün həmin kanaldan keçərək iddiaçıya məxsus əkin sahəsinə ziyan vurm ası mümkündür. Qeyd olunan hal iş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin nəticəsi ilə də öz təsdiqini tapmışdır.

73. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, ilkin iddia üzrə iddiaçı əvvəlcə vermiş olduğu ərizəsinə əsasən, cavabdehlər tərəfindən 30 hektar torpaq sahəsindəki əkin məhsulu otarılmaqla və tapdalanmaqla vurulmuş ziyanı 15.078 manat məbləğində müəyyən etsə də, daha sonradan iddia tələbinin həcminin artırılmasına dair verdiyi ərizə ilə vurulmuş ziyanın məbləğini 5 dəfədən çox artırmışdır. Belə ki, 30 hektar əkin sahəsi üçün hesablanmış ziyan məbləğini 15.078 manat kimi qəbul etməklə, 4 hektar əkin sahəsinə vurulmuş ziyan 2.010,40 manat məbləğində (15.078 manat:30 ha x 4 ha) müəyyən olunmuşdur ki, apellyasiya məhkəməsinin ilk iddia tələbini həmin hissədə təmin etməsi əsaslı olmuşdur.

74. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş rəydən isə məlum olmuşdur ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan X43 X4 Sektoru tərəfindən tərtib edilmiş rəyə əsasən, iddiaçının Samux rayonunun inzibati sərhədinə aid olan hissəsində yerləşən 4 nömrəli pivotun əhatə dairəsinə aid olan 93 hektar torpaq sahəsinin 4 hektarına dəymiş ziyan təxminən 2.010,40 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə ekspert rəyinin mötəbərliyinin şübhə altına alınması üçün hər hansı əsasların olmadığını nəzərə alaraq o nəticəyə gəlmişdir ki, iddiaçının cavabdehlərdən 39.375 manat məbləğində zərərin əvəzinin ödənilməsini tələb etməsi əsassızdır.

75. İddiaçının “əldən çıxmış fayda” tələbi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı heyvanların əkin sahəsində otarılması nəticəsində 60 ton toxum məhsuluna ziyan dəydiyini iddia etsə də, işdə olan 2021-ci il 14 iyun tarixli mütəxəssis rəyində ziyanın həcmi 52.5 ton göstərilmişdir. Əkinə 52.5 ton ziyan dəydiyi və toxum məhsulunun 1 kiloqramının 0.75 manat olduğu nəzərə alınmaqla, vurulmuş ziyanın həcmi 39.375 manat təşkil edir. İddiaçı əkin sahəsinin otarılması nəticəsində əldə edilən məhsulun daha aşağı qiymətə satılacağını iddia edərək, 31.500 manat məbləğində itkiyə məruz qalacağını iddia etsə də, iş materiallarında olan məhkəmə iclas protokolundakı qeydlərə əsasən iddiaçının nümayəndəsi bildirmişdir ki, otarılmış sahədən əldə edilən məhsul satışa çıxarılmadan iddiaçının anbarında saxlanılır. Digər tərəfdən, 90 ton “Qırmızıgül” R1 repreduksiyalı toxumluq buğdan ın 0,40 qəpiyə satılacağını ehtimal edərək, dəymiş zərərin məbləği müəyyən edilə bilməz. Belə ki, MM-in 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Qeyd edilən hallar nəzərə alındığı halda isə iddiaçının hansı məbləğdə itkiyə məruz qalacağı təsdiq olunmur. Ona görə də, apellyasiya məhkəməsi iddianın 31.500 manat məbləğində əldən çıxmış fayda hissəsində təmin edilə bilmədiyi barədə qanuni nəticəyə gəlmişdir.

76. MM-in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mül ki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

77. Cavabdehlərin eyni məzmunlu kassasiya şikayətləri ilə bağlı isə məhkəmə tərkibi qeyd edir ki, iş materiallarında olan Samux rayon İcra hakimiyyəti başçısının 2017-ci il 7 may tarixli 71 və 72 nömrəli sərəncamlarına əsasən Azərbaycan Respublikası “Torpaq qanunvericiliyinə” uyğun olaraq və Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair “Dövlət Proqram”nın həyata keçirilməsi məqsədilə Samux rayon “Boz-dağ” massivində 35-36 nömrəli qış otlaq sahəsindən 600 hektar, orta ot örtüyünə malik, 600 baş tutumu olan torpaq sahəsinin 15 il müddətinə onlara icarəyə verilməsi qərara alınmışdır. Həmin sərəncamlardan göründüyü kimi cavabdehlər qeyd olunan torpaq sahəsində birgə təsərrüfatla məşğul olmu şlar və həmin torpaq sahəsi Cavabdeh1 15 il müddətinə icarəyə verilmiş və həmin torpaq sahəsinin digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən xırdabuynuzlu heyvan təsərrüfatı ilə bağlı istifadə edildiyi sübuta yetirilmiş, cavabdehlərin zərərlə bağlı dəlilləri isə məhkəmə tərəfindən düzgün olaraq hər hansı mötəbər sübutlarla təsdiq edilmədiyi üçün əsassız hesab edilmişdir.

78. Cavabdehlərin digər dəlili isə Samux Rayon İcra Hakimiyyətinin Gəncə Kommersiya Məhkəməsinin 2020-ci il 2 oktyabr tarixli 2-2(115)-03/2020 nömrəli qətnaməsindən verilmiş şikayət üzrə apellyasiya icraatına ona münasibətdə xitam verilməsi ilə bağlı olmuşdur. Kassasiya şikayətində qeyd edilir ki, məhkəmə belə təəssürat yaratmağa cəhd etmişdir ki, guya həmin mübahisə yekunlaşmışdır və kassatorların torpaq icarəsi m üqavilələri üzrə artıq mübahisə mövcud deyil. Halbuki, həmin icarə müqavilələri üzrə yaranmış mübahisəyə hazırda məhkəmədə (hazırda Ali Məhkəmənin icraatındadır, iş № 2-2(102)565/2023, məruzəçi hakim Elşanə Vəliyeva) baxılır və müqavilələr qüvvədədir. Samux Rayon İcra Hakimiyyətinin apellyasiya şikayətindən imtina etməsi isə həmin mübahisənin tam həll edilməsi kimi dəyərləndirilə bilməz.

79. Məhkəmə kollegiyası cavabdehlərin kassasiya şikayətinin bu dəlili üzrə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının (E.Vəliyeva sədrlik edən və məruzəçi, hakimlər E.Şamayev və Ə.Xıdırov) 2023-cü il 15 dekabr tarixli 22(102)-565/2023 nömrəli qərarı ilə iddiaçı Cavabdeh3 və X9 cavabdeh Samux Rayon İcra Hakimiyyətinə qarşı “icarə müqaviləsinin müddətinin uzadılması” təl əbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 aprel tarixli 2-2(104)-97/2023 nömrəli qətnaməsindən iddiaçı Cavabdeh3 və X21 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, iddia tələbinin təmin edilməməsi barədə Gəncə Apellyasiya Məhkəməsinin həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

80. Məhkəmə kollegiyası yekun olaraq qeyd edir ki, apellyasiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında hüquqi qiymətləndirməni qanunvericiliyin tələblərinə əsasən düzgün aparmış və qanunvericiliyin müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmiş, iddiaçı və cavabdehlərin kassasiya şikayətlərində göstərilən dəlillər isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas ola b ilməz.

81. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 19 oktyabr tarixli 22(104)-43/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

82. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 19 oktyabr tarixli 2-2(104)-43/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən verilmiş kassas iya şikayəti təmin olunmasın. Cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətləri təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar