Məhkəmə qərarları › İş №2-2(102)-916/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-916/2025

24.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(102)-916/2025 24.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı İddiaçı cavabdehlər cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətixxxx cavabdeh2 və cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: podrat müqaviləsi üzrə iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi iləxxxxhakimlər Qurbanov Raqib Əliddin oğlu və və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh3 MMCxxxxcavabdeh2 və cavabdeh1 MMC-yə qarşı “podrat müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair” iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ######## tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. İddiaçı (bundan sonra – “İddiaçı”) ilə cavabdeh3 MMC arasında 2014-cü il ## ###### tarixli *** nömrəli podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən Podratçı Sifarişçinin təsisçisi cavabdeh2 (bundan sonra – “cavabdeh2”) məxsus Bakı şəhərixxxxBinəqədi rayonuxxxxSulutəpə qəsəbəsi 1 ünvanında yerləşən torpaq sahəsində bu Müqavilənin əlavələrində göstərilmiş tikililəri Sifarişçinin sifarişinə uyğun olaraq tikməyi (bundan sonra “Işlər”)xxxxSifarişçi isə bunun əvəzində müəyyən edilmiş xidmət haqqını ödəməyi öhdəsinə götürür. - 2.1-ci bəndinə əsasən podratçının hüquqları: 2.1.1-ci bəndinə əsasən işlərə görə Sifarişçidən ödənilməli olan məbləği tələb etmək; - 2.4-cü bəndinə əsasən Sifarişçinin vəzifələri: 2.4.1-ci bəndinə əsasən bu Müqavilənin şərtlərinə müvafiq olan məbləğdə və müddətdə yerinə yetirilmiş işlərə görə xidmət haqqını ödəmək; - 3.1-ci bəndinə əsasən podratçı tərəfindən göstərilən Işlərin dəyəri bu Müqavilənin Əlavələrinə əsasən müəyyən edilir və Sifarişçi tərəfindən ödənilir.

2. 2014-cü il ## ###### tarixli *** nömrəli podrat müqaviləsinə eyni tarixli * nömrəli Əlavəyə əsasən “xxxx” MMC-yə İddiaçı tərəfindən görüləcək işlərin həcmi 311.000 manat müəyyən edilmişdir.

3. 2014-cü il ## ###### tarixli *** nömrəli podrat müqaviləsinə 2015-ci il # ###### tarixli * nömrəli Əlavəyə əsasən “xxxx” MMC-yə İddiaçı tərəfindən 311.000 manat məbləğində işlərin görülüb təhvil verildiyi qeyd edilmişdir.

4. 2014-cü il ## ###### tarixli mədaxil qəbzinə əsasən “xxxx” MMC tərəfindən İddiaçı hesabına 30.000 manatxxxx2015-ci il # ###### tarixli mədaxil qəbzinə 15.000 manatxxxx2015-ci il # ##### tarixli mədaxil qəbzinə əsasən 15.000 manat məbləğində pul ödənilmişdir.

5. 2022-ci il # ##### tarixli mədaxil qəbzinə əsasən cavabdeh1 MMC tərəfindən İddiaçı hesabına 40.000 manat məbləğində pul ödənilmişdir.

6. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 və Uçotunun Təşkili Baş Idarəsinin 2025-ci il ## ###### tarixli *-**-*-*/*- *****/**** nömrəli uçota dair arayışına əsasən cavabdeh1 MMC-nin sahibkarlıq və ya digər vergi tutulan əməliyyatları 2022-ci il # ##### tarixindən 2027-ci il # ##### tarixinədək dayandırılmışdır. 7.

Iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

8.

9. Iddia tələbi onunla əsaslandırılmışdır kixxxxfərdi sahibkar İddiaçı ilə MMC-1 arasında bağlanılmış 2014-cü il ## ###### tarixli *** nömrəli podrat müqaviləsinin şərtlərinə əsasən MMC-1in təsisçisi cavabdeh2 məxsus Bakı şəhərixxxxBinəqədi rayonuxxxxSulutəpə qəsəbəsi 1 ünvanında yerləşən torpaq sahəsində bir sıra tikinti işlərinin aparılması razılaşdırılmışdır. Belə kixxxxhəmin torpaq sahəsində yük maşınlarının dayancağı və təmiri üçün bokslarxxxxofis binasıxxxxanbar damı və digər tikililər inşa olunmuş və işlərin ümumi dəyəri 311.000 manat olaraq müəyyən edilmişdir. Işlər 1 il ərzində tam icra olunaraq sifarişçiyə təqdim olunmuşxxxxlakin ödənişlər bugünki tarixədək tam həyata keçirilməmişdir.” MMC-1 tərəfindən 2014-cü il ## ###### tarixində 30.000xxxx2015ci il # ###### tarixində 15.000 və 2015-ci il # ##### tarixində 15.000 manat ödəniş edilmişdir. Qeyd olunan tarixdə tərəflər arasında münasibətlər normal olduğundan ödənişlərin gecikdirilməsi ilə bağlı iddiaçı tərəf ödənişləri şifahi tələb etmişxxxxlakin məhkəməyə müraciət etməmişdir. Daha sonra cavabdehlərin təsisçisi cavabdeh2 tərəfindən MMC-1in fəaliyyəti dayandırılmışxxxxeyni ünvanda yeni şirkət – MMC-2 təsis olunmuşdur. Ödənişlə bağlı maraqlandıqda yeni şirkətin hesabından 2022-ci il # ##### tarixində 40.000 manatlıq ödəniş icra olunmuş və həmin tarixdə yerdə qalan bütün məbləğin ödənilməsinə yazılı zəmanət verilmişdir. Görülmüş işlərlə bağlı qalıq 211.000 manat məbləğində vəsaitin ödənilməsi ilə bağlı dəfələrlə müraciət olunmasına baxmayaraq heç bir nəticə əldə olunmamışdır. Eyni zamanda müqavilə şirkətlə bağlanmasına baxmayaraq hər iki şirkət cavabdeh cavabdeh2 məxsus olmuşxxxxyeganə təsisçisi olmuş və həmçinin tikililər sonuncunun mülkiyyətində olan torpaq sahəsində tikilməklə hazırda onun faktiki istifadəsindədirxxxxhəmin sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqdadır. Şirkətlər sadəcə ödənişlər məqsədilə müvəqqəti yaradılmışdır.

10. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək onunla MMC-1 arasında bağlanmış podrat müqaviləsi üzrə ödənilməmiş 211.000 manat əsas borcun və həmin borc üzrə hesablanmış 198.690,90 manat faiz məbləğininxxxxümumilikdə 409.690,90 manat vəsaitin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

11. Cavabdehlər tərəfindən verilmiş etiraz və iddia müddətinin tətbiqi barədə ərizələrdə göstərilmişdir kixxxxiddia tələbinin əsası iddiaçı ilə MMC-1 arasında 2014-cü il ## ###### tarixli podrat müqaviləsindən irəli gəlirxxxxmüqavilə üzrə işlər 2015-ci ildə tam icra olunaraq təhvil verilmişxxxxlakin iddiaçı yalnız 2025-ci ildə məhkəməyə müraciət etmişdir kixxxxbu da Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 373.2 və 377.1-ci maddələrinin tələblərinə zidd olaraq üç illik iddia müddətinin açıq şəkildə ötürülməsi deməkdir və Məcəllənin 375.2-ci maddəsinə əsasən iddianın rədd edilməsi üçün əsasdır. Eyni zamanda vurğulanmışdır kixxxxmüqavilənin tərəfi yalnız MMC-1 olmuşxxxxMMC-2 və cavabdeh2 həmin hüquq münasibətlərinin iştirakçısı olmamışxxxxöhdəliyin ötürülməsinə dair hər hansı hüquqi sənəd mövcud deyildirxxxxMMClər isə MM-in 6.2 və 87.1-ci maddələrinə uyğun olaraq müstəqil hüquqi şəxs kimi fəaliyyət göstərir və iştirakçıları cəmiyyətin öhdəliklərinə görə məsuliyyət daşımır. 2022-ci il # ##### tarixli 40.000 manat ödənişlə bağlı təqdim edilmiş sadə yazılı mədaxil qəbzin hüquqi qüvvəsi şübhəli olmaqla yanaşıxxxxnağdsız hesablaşmalar və vergi qanunvericiliyinin tələblərinə uyğun sübutlarla təsdiq edilməmişdir və bu halın iddia müddətinin axımını süni şəkildə bərpa etməyə yönəldiyi ehtimal edilir. Göstərilənlərə əsasənxxxxiddianın həm əsassız olmasıxxxxhəm də iddia müddətinin ötürülməsi səbəbindən iddianın rədd olunması məhkəmədən xahiş edilmişdir.

12. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il # ##### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın rədd olunması qət edilmişdir (hakim – G.Namazova).

13. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir kixxxxiddiaçı ilə cavabdehlər MMC-2 və cavabdeh2 arasında hər-hansı müqavilə (öhdəlik) münasibətləri mövcüd olmamışdır. cavabdeh2 sadəcə MMC-1in təsisçisidir. Iddiaçının sübut kimi məhkəməyə təqdim etdiyi 2022-ci il # ##### tarixli məktuba gəldikdə isəxxxxməhkəmə qeyd etmişdir kixxxxbir hüquq subyektinin öhdəliklərinin digər şəxsə keçməsi məktub ilə deyilxxxxöhdəliklərin ötürülməsinə dair tərəflər arasında imzalanmış razılaşma ilə rəsmiləşməlidirxxxxbu cür razılaşmanın mövcudluğu iş materialları ilə müəyyən edilmir.

14. Bundan əlavəxxxxiddiaçı tərəfindən məhkəməyə təqdim olunan 2014-2015-ci il tarixli üç ədədxxxxhəmçinin 2022-ci il # ##### tarixli MMC-2 tərəfindən 40.000 manat ödənişin edilməsinə dair mədaxil qəbzi adlı sənədlərin surətinə gəldikdə isə məhkəmə qeyd etmişdir kixxxxhəmin sənəd ciddi hesabat blankında tərtib edilmədiyixxxxfərdi sahibkar və hüquqi şəxslər arasında hesablaşmaların nağdsız qaydada aparılmalı olduğuxxxxməhkəmə tərəfindən iddiaçı tərəfə vergi-mühasibatlıq hesabatlarının (borcun mövcüdluğuxxxxvəsaitlərin mədaxili və s.) təqdim edilməsi təklif olunsa daxxxxməhkəməyə təqdim etmədiyi üçün həmin ödəniş qəbzləri mötəbər və təkzib olunmaz sübut qismində qiymətləndirilə bilməz.

15. Həmçininxxxxhətta MMC-2 tərəfindən iddiaçıya 2022-ci il # ##### tarixində 40.000 manat ödənişin edilməsi zənn edilsə beləxxxxlakin həmin qəbzdə ödənişin məhz iddiaçı ilə MMC-1 arasında bağlanmış podrat müqaviləsi üzrə edilməsi müəyyən edilmir.

16. Beləlikləxxxxməhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab etmişdir kixxxxiddaçının MMC-2 və cavabdeh2 qarşı bu cür tələb irəli sürmək üçün hər-hansı hüquqi əsasları mövcüd olmamışdır.

17. Məhkəməxxxxiddiaçının qeyd edilən iki cavabdehə qarşı subyektiv tələb hüququna malik olmamasını müəyyən etsə dəxxxxlakin əlavə olaraq onu da qeyd etmişdir kixxxxhətta iddiaçının bu cür tələb hüququna malik olmuş olsaydı beləxxxxyenə də iddia tələbinin təmin edilməsini mümkün saymır. Ona görə kixxxxiddiaçıxxxxMM-in 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməklə iddia qaldırmışdır.

18. Belə kixxxxcavabdehlər iddia müddətinin tətbiqi barədə ərizələrində müqavilə tələbləri üzrə iddia müddətinin 3 il olduğunu və həmin müddətinin keçdiyini bildirmişlər. Iddiа müddəti keçdiyi üçün iddia təmin edilməməli və məhkəmə tərəfindən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməli olduğu qeyd olunmuşdur.

19. Iş materialları ilə müəyyən olunmuşdur kixxxx2025-ci il # ###### tarixli təhviltəslim aktına əsasən 311.000 manat məbləğində işlərin görülüb təhvil verilməsi qeyd edilmişdir. Bundan əlavə MMC-1 tərəfindən sonuncu ödəniş 2015-ci il # ##### tarixində həyata keçirilmişdir. Beləlikləxxxxiddia müddətinin axımı 2015-ci il # ##### tarixində sonuncu ödənişin edildiyi tarixindən hesablanaraq müəyyən edilir kixxxx2018-ci il # ##### tarixində iddia müddətinin axımı başa çatmışdır. Iddiaçı isə iddia ərizəsi ilə 2025-ci il ## ###### tarixində məhkəməyə müraciət etmişdir.

20. O ki qaldı 2022-ci il # ##### tarixli mədaxil qəbzinə məhkəmə qeyd etmişdir kixxxxhətta mübahisələndirilən podrat müqaviləsi üzrə həmin ödəniş nəzərə alınmış olsaydı beləxxxxyenə də həmin 2022-ci il tarixli ödəniş iddia müddətinin bitdiyi (2018-ci il) tarixindən sonra həyata keçirilmiş kimi qəbul oluna bilərdixxxxbelə olduğu halda isə artıq üç illik iddia müddətinin kəsilməsinə əsas kimi də qiymətləndirilə bilməzdi.

21. Beləlikləxxxxyuxarıda qeyd edilənlərə əsasən iddia MMC-2 və cavabdeh2 münasibətdə təmin edilə bilməz. Iddia tələbinin MMC-1ə münasibətdə məhkəmə aşağıdakıları qeyd etmişdir.

22. Iş materiallarından göründüyü kimi iddiaçı sənədlərin yalnız surətlərini məhkəməyə təqdim etmişdir. Məhkəmə hazırlıq iclasları zamanı məhkəmə tərəfindən iddiaçıya podrat müqaviləsinə əsasən görüləcək işlərin smetasınıxxxxtəhvil-təslim aktında göstərilən işlərin görülməsini təsdiq edən alt sənədlərixxxxe-qaimələrinxxxxMMC-nin iddiaçıya borcunun mövcüdluğunu təsdiq edən vergi-mühasibatlıq sənədlərinin və s. təqdim edilməsi təklif edilsə dəxxxxiddiaçı tərəfindən həmin sənədlər məhkəməyə təqdim edilməmişdir. Təqdim edilən ödəniş qəbzləri isə məhkəmə tərəfindən mötəbər sübut qismində qəbul edilməmişdir.

23. Odur kixxxxiddiaçı hər üç cavabdehə münasibətdə öz tələbinin əsaslı və qanuni olmasını sübuta yetirə bilməmişxxxxtələbinin əsaslı olması üçün mötəbər və təkzibolunmaz subutları təqdim etmədiyi üçün məhkəmədə iddianın əsaslılığına dair daxili inamı formalaşdıra bilməmişdir. Belə olan halda iddia tələbi 211.000 manat əsas borc hissəsində təmin edilə bilməz.

24. Iddia tələbinin digər hissəsi olan – borcun ödənişinin gecikdirilməsinə görə 198.690,90 manat faiz borcunun tutulması ilə bağlı məhkəmə qeyd etmişdir kixxxxiddia tələbi əsas borc hissəsində təmin edilmədiyi üçünxxxxiddia bu hissədə də təmin edilə bilməz.

25. Birinci instansiya məhkəməsi gəlidiyi nəticəni MM-in 372.1xxxx372.2xxxx373.2xxxx375.2xxxx377.1- 377.3xxxx378xxxx380.1xxxx385.1xxxx386.1xxxx387.2xxxx387.3xxxx425xxxx439.3xxxx44 5.7xxxx522xxxx752.1xxxx753.1xxxx755 və 769-cu maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il ## ###### tarixli Qərarına; “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2007-ci il # #### tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il # ### tarixli Qərarına; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1xxxx14.2xxxx77.1xxxx217.4xxxx218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. 26.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

27. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ######## tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişxxxxbirinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur (sədrlik edən – S.Cəfərovxxxxhakimlər – Z.Şirinov və T.Qocayev).

28. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir kixxxxiddiaçı ilə MMC-1 arasında 2014-cü il ## ###### tarixli podrat müqaviləsi bağlanmışdır. Iddiaçı ilə MMC-2 və cavabdeh2 arasında hər-hansı müqavilə (öhdəlik) münasibətləri mövcud olmamışdır. cavabdeh2 sadəcə MMC-1in təsisçisidir. Iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək onunla MMC-1 arasında 2014-cü il ## ###### tarixində bağlanmış podrat müqaviləsi üzrə ödənilməmiş 211.000 manat əsas borcun və həmin borc üzrə hesablanmış 198.690,90 manat faiz məbləğininxxxxümumilikdə 409.690,90 manat vəsaitin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili vəkil4 MMC-1in başqa şəxslər qarşısında icra olunmamış hər hansı bir öhdəliyinin olmamasını bildirərək iddianın rədd olunmasını xahiş etmişdir. Həmçininxxxxdigər cavabdeh MMC-2 məhkəməyə etiraz ərizəsi ilə müraciət edərəkxxxxhazırkı işdə MMC-2nin və cavabdeh2 müqavilə tərəfləri olmadıqları üçün cavabdeh ola bilmədiyini qeyd etmişdir. Bundan əlavəxxxxhər iki cavabdeh iddia müddətinin tətbiqi barədə ərizələr ilə müraciət etmişlər.

29. Mübahisənin mahiyyətinə gəldikdə məhkəmə kollegiyası qeyd etmişdir kixxxxiddiaçı məhkəməyə 2014-2015-ci il tarixli üç ədədxxxxhəmçinin 2022-ci il # ##### tarixli MMC-2 tərəfindən 40.000 manat ödənişin edilməsinə dair mədaxil qəbzlərinin surətlərini təqdim etmişdir.

30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir kixxxxhazırkı halda mədaxil qəbzlərinin surətləri mötəbər sübut kimi qəbul edilə bilməz.

31. Belə kixxxxiş materiallarından görünür kixxxxiddiaçı ********** nömrəli VÖEN-lə fərdi sahibkar kimi qeydiyyata alınmışdır. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasənxxxxhər iki tərəf vergi ödəyicisi olan şəxs arasında hesablaşmalar üzrə nağdsız ödəniş yalnız bu Qanunun 3.1.1-ci maddəsində müəyyən olunmuş formada həyata keçirilə bilər. Göründüyü kimixxxxfərdi sahibkar və hüquqi şəxslər arasında hesablaşmaların nağdsız qaydada aparılmalı olduğu haldaxxxxiddiaçı tərəfindən sadə yazılı formada tərtib edilmiş mədaxil qəbzlərinin surətləri təqdim olunmuşdur. Bundan əlavəxxxxiddiaçı MMC-2 tərəfindən ona 2022-ci il # ##### tarixində 40.000 manat ödənişin edilməsi barədə qəbz təqdim etsə dəxxxxhəmin ödəniş iddiaçı ilə MMC-1 arasında bağlanmış podrat müqaviləsi üzrə edilmədiyindənxxxxhəmin qəbz də əsaslı sübut hesab edilə bilməz.

32. Bundan başqaxxxxməhkəmə kollegiyası qeyd etmişdir kixxxxbir hüquq subyektinin öhdəliklərinin digər şəxsə keçməsi məktub ilə deyilxxxxöhdəliklərin ötürülməsinə dair tərəflər arasında imzalanmış razılaşma ilə rəsmiləşməli və həmin müqavilə tək borclu və üçüncü şəxslə deyilxxxxhəmçinin kreditorla bağlanmalıdır (MM-in 522.2 və 522.3-cü maddələri). Hazırkı iş üzrə bu cür razılaşmanın olması iş materialları ilə müəyyən edilməmişdir.

33. Qeyd olunanlara əsasənxxxxiddiaçının cavabdehlər MMC-2 və cavabdeh2 qarşı bu cür iddia tələbi irəli sürmək üçün hər hansı hüquqi əsasları mövcud olmamışdır. Iddiaçının cavabdeh MMC-1ə münasibətdə iddia tələbi ilə bağlı isə məhkəmə kollegiyası qeyd etmişdir kixxxxiddiaçı həmin tələbini sübuta yetirə bilməmişdir. Belə kixxxxiddiaçı yalnız sənədlərin surətlərini məhkəməyə təqdim etmişxxxxtəhvil-təslim aktında göstərilən işlərin görülməsini təsdiq edən sənədlərxxxxelektron qaimələrxxxxborcun mövcudluğu və vəsaitlərin mədaxili barədə vergi-mühasibatlıq hesabatları təqdim etməmişdir.

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddia müddəti ilə bağlı dəlillərinə münasibətdə bildirmişdir kixxxxiddia müddətlərinin dəqiq hesablanması üçün müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi həlledici əhəmiyyət kəsb edir. Bu məqamın yanlış müəyyən edilməsi iddia müddətinin süni olaraq uzadılmasına və yaxud da qısaldılmasına səbəb ola bilər.

35. Iş materiallarından da görünür kixxxx2025-ci il # ###### tarixli təhvil-təslim aktına əsasən 311.000 manat məbləğində işlərin görülüb təhvil verilməsi qeyd edilmişdir. Bundan əlavəxxxxcavabdeh MMC-1 tərəfindən sonuncu ödəniş 2015-ci il # ##### tarixində həyata keçirilmişdir. Bu haldaxxxxiddia müddətinin axımı sonuncu ödənişin edildiyi 2015-ci il # ##### tarixindən hesablanmalıdır. Iddiaçı isə iddia ərizəsi ilə 2025-ci il ## ###### tarixində məhkəməyə müraciət etmişdir. Göründüyü kimixxxxiddiaçı müqavilə tələbləri üçün qanunda nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüşdür.

36. Iddiaçının MM-in 373-cü maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyinixxxxhazırkı işdə MM-in 379 və 380-ci maddələrində göstərilən iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığınıxxxxhəmçinin iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəblərdən ötürülməsi barədə sübutların təqdim edilmədiyini və cavabdehlər tərəfindən iddia müddətinin tətbiqi barədə ərizələrin verildiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab etmişdir kixxxxiddia müddətinin ötürülməsi barədə birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir.

37. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 372.1xxxx372.2xxxx373.2xxxx375.2xxxx380xxxx385.1xxxx386.1xxxx387.2xxxx387.3xxxx 445.7xxxx522xxxx752.1xxxx753.1-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il # #### tarixli Qərarına; "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il # ###### tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022ci il ## ##### tarixli Qərarına; MPM-in 77.1xxxx119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

38. Iddiaçı kassasiya şikayəti verərək həmin qətnamənin ləğvxxxxiddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

39. MM-in 431.1-ci maddəsi üzrə - Bildirilməlidir kixxxxapellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişxxxxnəticədə əsassız qətnamə qəbul olunmuşdur. Məhkəmə mədaxil qəbzlərini “Nağdsız hesablaşmalar haqqında” Qanununun 3.2-ci maddəsinə istinadla mötəbər sübut kimi qəbul etməmişxxxxformal tələbləri mütləqləşdirərək tərəflər arasında faktiki formalaşmış müqavilə münasibətlərinixxxxişgüzar adətləri və öhdəliklərin real icra qaydasını nəzərə almamışdır. Hazırkı iş üzrə məhkəmələrin müəyyən etməli olduğu nüanslar tərəflərin müqavilədən yaranan öhdəlikləri və öhdəlikləri tərəflərin hansı qaydada icra etməsi idi. Belə kixxxxiş materiallarından görünür kixxxxtərəflər müqavilə və müqavilə üzrə öhdəliklərin icrasını öz aralarında razılaşdırlmış formada həyata keçirmiş və bu həmin dövrdə qüvvədə olan qanunvericiliyə zidd olmamışdır. Həmçinin nəzərə alınmamışdır kixxxx“Elektron qaiməfakturanın formasınınxxxxtətbiqixxxxuçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı 2017-ci il ## #### tarixində qəbul edilmişxxxx2019-cu ildən başlayaraq isə qaimə-fakturaların tətbiqi ilə bağlı Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən tədbirlər görülməyə başlanılmışdır. Hazırkı işdə ödənişlərin əsas hissəsi 2014-2015-ci illərdə icra edilmiş və həmin dövrdə elektron qaimə-fakturanın tətbiqi mövcud olmamışdır. Həmçinin məhkəmənin istinad etdiyi “Nağdsız hesablaşmalar haqqında” Qanun 2016-cı il ## ###### tarixindəxxxx“Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında” Maliyyə Nazirliyi Kollegiyasının Qərarı 2016-cı il # ##### tarixində qüvvəyə minmişdir. Bu səbəbdən məhkəmənin qeyd olunan sənədlərə istinadı yolverilməzdir. Eyni zamanda Konstitusiya Məhkəməsi Plenumunun mövqeyinə görə elektron qaimə-faktura özüözlüyündə hüquqi faktı sübut etmir və digər sübutlarla birlikdə qiymətləndirilməlidir. Hazırkı işdə isə məhkəmə sadəcə elektron qaimə-fakturaların mövcud olmamasına əsaslanmışxxxxtərəflərin münasibətlərinixxxxo cümlədən cavabdehlərin əsl iradələrini və onları ifadə edən hərəkətləri nəzərə almamışdır. Bundan başqaxxxxməhkəmə ilk iki mədaxil qəbzini sübut kimi qəbul etməsə dəxxxxeyni qəbzləri iddia müddətinin hesablanması zamanı nəzərə almışdırxxxxbununla da sübutların qiymətləndirilməsində ziddiyyətli yanaşma nümayiş etdirmişdir. Həmçininxxxx2022-ci il # ##### tarixli qəbz üzrə ödənişin podrat müqaviləsi üzrə edilmədiyi əsas gətirilərək həmin sübut rədd edilmişxxxxlakin öhdəliklərin ötürülməsi məsələsi düzgün qiymətləndirilməmişdir. Məhkəmə MM-in 522.2-ci maddəsinə istinadla rəsmi yazılı üçtərəfli razılaşmanın olmamasını əsas götürmüşdürxxxxhalbuki maddədə yalnız “razılaşma” anlayışı nəzərdə tutulur və buxxxxmütləq formal yazılı müqavilə demək deyildir. Eyni zamanda MM-in 431.1-ci maddəsinə görəxxxxöhdəliyin şəxsən icrası tələb olunmayan hallarda üçüncü şəxs tərəfindən icra mümkündür və bunun üçün ayrıca razılıq və ya müqaviləyə dəyişiklik tələb edilmir. Tərəflər ödənişin digər müəssisə tərəfindən icrasına etiraz etmədikləri haldaxxxxməhkəmənin formal əsaslarla bu icranı hüquqi nəticə doğurmayan hal kimi qiymətləndirməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi və işin hallarının natamam araşdırılması kimi qiymətləndirilməlidir.

40. MM-in 380.1 və 427-ci maddəsi üzrə - Birinci və apellyasiya instansiyası məhkəmələri iddia müddətinə dair maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Mübahisə sifarişçinin podratçı qarşısında ödəniş öhdəliyindən irəli gəldiyi haldaxxxxməhkəmələr iddia müddətinin başlanğıcını MMC-1 tərəfindən 2015-ci il # ##### tarixində həyata keçirilmiş ödənişlə əlaqələndirmiş və 2015-2022-ci illər arasında müddətin keçdiyini əsas götürmüşdür. Halbuki tərəflər arasında bağlanmış podrat müqaviləsində ödəniş üçün konkret son müddət müəyyən edilməmişxxxxödənişlər uzun müddət ərzində hissə-hissə həyata keçirilmiş və iddiaçı tərəfindən qəbul edilmişdir. Bu hal öhdəliyin davam edən və mərhələli icra olunan xarakter daşıdığınıxxxxeyni zamanda tərəflərin öz aralarındakı münasibətləri könüllü olaraq bu qaydada rəsmiləşdirdiyini göstərir. Belə öhdəliklərdə hüququn pozulması bir dəfəlik deyilxxxxöhdəliyin icrasının faktiki olaraq dayandırıldığı və ya son icranın rədd edildiyi andan qiymətləndirilir. Məhkəmə isə bu xüsusiyyəti nəzərə almadan iddia müddətini yalnız 2015-ci ildə həyata keçirilmiş ödənişlə bağlamışdır.

41. Eyni zamanda iş materialları ilə müəyyən olunur kixxxxcavabdeh tərəfindən 2022ci il # ##### tarixində növbəti ödəniş həyata keçirilmişxxxxiddiaçı həmin ödənişi podrat müqaviləsi üzrə öhdəliyin icrası kimi qəbul etmiş və məbləği tələb olunan borcdan çıxmışdır. Bu fakt müqavilə münasibətlərinin davam etdiyini və öhdəliyin başa çatmadığını təsdiq edir. Podrat müqaviləsindən irəli gələn ödəniş öhdəliyi vahid öhdəlikdir və hissəvi ödənişlər onun müstəqil öhdəliklərə bölünməsi demək deyildir. Məhkəmənin hər bir ödənişin ayrıca hüquqi fakt kimi qiymətləndirilməsi öhdəliyin mahiyyətinə ziddir və sifarişçiyə əsassız üstünlük yaradır. Ali Məhkəmənin 2021-ci il # #### tarixli *(***)-****/**** nömrəli qərarında da göstərilmişdir kixxxxiddia müddətinin axımı yalnız formal tarixlərə və ya ayrı-ayrı hadisələrə əsaslanmaqla müəyyən edilə bilməz. Məhkəmə qeyd etmişdir kixxxxiddia müddətinin başlanğıcı hüququn faktiki olaraq pozulduğuxxxxyəni öhdəliyin icrasının dayandırıldığıxxxxicradan açıq və qəti şəkildə imtina edildiyi və ya kreditorun öz hüququnun pozulduğunu real olaraq bildiyi və ya bilməli olduğu anla əlaqələndirilməlidir. Eyni zamandaxxxxtərəflərin sonrakı davranışıxxxxöhdəliyin davam edən xarakterixxxxhissəvi icra halları və münasibətlərin faktiki inkişafı nəzərə alınmadan iddia müddətinin tətbiqi maddi hüququn düzgün tətbiqi sayıla bilməz. Odur kixxxxhazırkı iş üzrə iddia müddəti ötürülməmişdir və məhkəmələrin iddia müddətinin keçməsi barədə gəldikləri nəticə maddi və prosessual hüquq normalarına ziddir.

42. MPM-in 9.1 və 372.1-ci maddələri üzrə - Iş üzrə mübahisəli halların çoxluğuna baxmayaraqxxxxapellyasiya instansiyası məhkəməsi qısa müddətdəxxxxfaktiki olaraq bir məhkəmə iclası ilə qətnamə qəbul etmişxxxxsübutlarınxxxxtərəflərin şikayət və etirazlarının hərtərəfli və obyektiv araşdırılmasını təmin etməmişdir. Bu hal iddiaçının məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsinə mane olmuşdur. Məhkəmələr mübahisəni həll edərkən həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən yetərincə istifadə etməmişdirlər. Qısa müddətdə apellyasiya instansiya məhkəməsinin qətnamə qəbul etməsi isə ədalət mühakiməsinin çəkişməxxxxtərəflərin bərabərliyi prinsipi əsasında həyata keçirilməsi qaydalarını pozmuşdur. Bundan əlavəxxxxiş materiallarında olan 2017-ci il ## ####xxxx2019-cu il ## ###### və 2021-ci il ## ###### tarixli məktublar sifarişçi tərəfindən ödəniş öhdəliyinin etirafını təsdiq etsə dəxxxxapellyasiya instansiyası məhkəməsi həmin sənədlərə hüquqi qiymət verməmişdir. Eyni zamandaxxxxişə baxılarkən prosessual pozuntulara yol verilmişxxxxiddiaçının vəsatətləri və sübutları araşdırılmamışxxxxapellyasiya instansiyasında isə iş tərəflərin iştirakı olmadanxxxxməhkəmə iclası keçirilmədən baxılmışdır.

43. MPM-in 217-ci maddəsi üzrə - Insan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmə aktlarının əsaslandırılması tələbinə riayət olunmamasını ədalətli məhkəmə araşdırılması hüququnun pozuntusu kimi qiymətləndirir və bu barədə bir sıra qərarlarında hüquqi mövqe ifadə etmişdir. “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 2007-ci il ## ###### tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir kixxxxmilli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə isə hüquqi müəyyənlik prinsipi Konstitusiyanın Preambulasında təsbit edilmiş qanunun aliliyinin əsas elementlərindən biridir və bu prinsip mövcud hüquqi vəziyyətə dair aydınlıq və müəyyənlik tələb edir. Bu baxımdan məhkəmə aktında iş üzrə bütün zəruri məsələlərə aydınlıq gətirilməlixxxxziddiyyətli məqamlar aradan qaldırılmalıxxxxişin ədalətli həllini şübhə altına alan müddəalara yol verilməməlidir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

44. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Kassasiya baxışının hədləri

45. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).

46. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa daxxxxapellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

47. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 372. Iddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə Yetirməyi və ya yerinə Yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmus şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.”

“Maddə 373. Iddia müddətləri ... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç ilxxxxdaşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. ...”

“Maddə 375. Iddia müddətinin tətbiqi ... 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.”

“Maddə 377. Iddia müddətinin başlanması

377.1. Iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. Icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.3. Icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanırxxxxborcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.”

“Maddə 380. Iddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdəxxxxhabelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.”

“Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidirxxxxməsələnxxxxpul ödəməlixxxxəmlak verməlixxxxiş görməlixxxxxidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidirxxxxkreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ...”

“Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulmasıxxxxəsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqlaxxxxöhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. ...”

“Maddə 387. Öhdəliyin tərəfləri ... 387.2. Əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsaxxxxoxxxxdigər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır. 387.3. Öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. ...” “Maddə 445. Borclunun icranı gecikdirməsi ... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsaxxxxborclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. ...”

“Maddə 522. Öhdəliklərin verilməsi əsasları və qaydası 522.1. Kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində oxxxxəvvəlki borclunu əvəz edir. 522.2. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsəxxxxbu yalnız kreditorun icazəsi ilə etibarlı olur. 522.3. Icazə yalnız borclunun və ya üçüncü şəxsin kreditoru öhdəliyin verilməsindən xəbərdar etdiyi halda verilir. Icazə verilənədək tərəflər müqaviləni dəyişdirə və ya ləğv edə bilərlər. Icazə verməkdən imtina edilərsəxxxxöhdəlik verilmiş sayılmır. 522.4. Borclu və ya üçüncü şəxs kreditordan icazəni müəyyənləşdirilmiş müddətdə elan etməyi tələb edirlərsəxxxxicazə həmin müddət qurtaranadək elan edilir; bu edilməsəxxxxhesab edilir kixxxxicazə verməkdən imtina olunmuşdur. 522.5. Kreditor icazə verməyənədəkxxxxöhdəliyi üzərinə götürmüş şəxs şübhə olduğu halda borcluya münasibətdə kreditoru vaxtında təmin etmək öhdəliyi daşıyır. Kreditorun icazə verməkdən imtina etdiyi halda da eyni qayda qüvvədə olur.”

“Maddə 752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyixxxxsifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. ...”

“Maddə 753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsəxxxxbelə hesab edilir kixxxxmuzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsəxxxxadi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdəxxxxpodratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. ...”

48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il # #### tarixli Qərarında aşağıdakılar göstərilmişdir:

“... iddia müddəti institutu mülki dövriyyəninxxxxhüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaqxxxxonların iştirakçılarını intizamlandırmaqxxxxhüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə kixxxxpozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamandaxxxxonları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. ...”

49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il # ###### tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022ci il ## ##### tarixli Qərarında aşağıdakılar göstərilmişdir:

"...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasınıxxxxişlərin görülməsinixxxxxidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtlərixxxxtərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikaxxxxişgüzar adətlərxxxxöhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”

50. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətənail olmaq üçün işin hərtərəflixxxxтам və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edirxxxxgörüləcəkxxxxyaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edirxxxxonların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”

“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”

“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni vəsaslı olmalıdır. ... 217.3. Qətnamə is üzrə müəyyən edilmiş həqiqi Hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. ...”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası hesab edir kixxxxkassasiya şikayəti qismən təmin edilməlidir.

52. Belə kixxxxiş materiallarında olan iddiaçı ilə cavabdeh3 MMC arasında bağlanılmış 2014-cü il ## ###### tarixli podrat müqaviləsinə əsasən cavabdeh3 MMC-nin təsisçisi cavabdeh2 məxsus Bakı şəhərixxxxBinəqədi rayonuxxxxSulutəpə qəsəbəsi 1 ünvanında yerləşən torpaq sahəsində həcmi 311.000 manat müəyyən olunmuş bir sıra tikinti işlərinin aparılması razılaşdırılmışdır.

53. Iddiaçı 2014-cü il ## ###### (30000 manat)xxxx2015-ci il # ###### (15.000 manat)xxxx2015-ci il # ##### (15.000 manat) tarixlixxxxhəmçinin 2022-ci il # ##### tarixli cavabdeh1 MMC tərəfindən 40.000 manat ödənişin edilməsinə dair mədaxil qəbzlərinin surətlərini təqdim etmişdir.

54. Həmçinin cavabdeh1 MMC tərəfindən iddiaçıya ünvanlanmış 2022-ci il # ##### tarixli məktubda göstərilmişdir kixxxxiddiaçı ilə cavabdeh3 MMC şirkəti arasında 2014-cü il ## ###### tarixində podrat müqaviləsi imzalanmışdır. Müqavilə əsasında şirkətin təsisçisi olan cavabdeh2 məxsus Bakı şəhərixxxxBinəqədi rayonuxxxxSulutəpə qəsəbəsi 1 ünvanında yerləşən torpaq sahəsində dəyəri 311.000 manat olmaqla tikinti işləri aparılmışdır. cavabdeh3 MMC tərəfindən işlərinin dəyərinin bir hissəsini təşkil edən 60.000 manat məbləğində vəsait müxtəlif vaxtlarda ödənilmişdir. Hazırda cavabdeh3 MMC şirkəti sahibkarlıqla bağlı yaranan çətinliklər səbəbindən faəliyyətini dayandırmışdır. cavabdeh3 MMC-nin təsisçisi cavabdeh2 tərəfindən cavabdeh1 MMC yaradılmışdır. cavabdeh1 MMC fəaliyyətini dayandırmış cavabdeh3 MMC-nin kontragentlər qarşısında hüquq və öhdəliklərini öz üzərinə götürmüşdür. Qalan borc məbləğindən 40.000 manat şirkət tərəfindən ona 2022-ci il # ##### tarixində ödənilmişdir. Bu məktubla zəmanət verir kixxxx2014-cü il ## ###### tarixli podrat müqaviləsi üzrə qalıq borc məbləği yaxın müddət ərzində tam həcmdə ödəniləcəkdir.

55. Hazırda iddiaçı həmin podrat müqaviləsi üzrə görülmüş işlərin ödənilməmiş məbləğini cavabdehlərdən tutulmasını tələb edir. Cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili vəkil4 cavabdeh3 MMC-nin başqa şəxslər qarşısında icra olunmamış hər hansı bir öhdəliyinin olmamasınıxxxxdigər cavabdeh cavabdeh1 MMC isə hazırkı işdə xxxx MMC-nin və cavabdeh2 müqavilə tərəfləri olmadıqları üçün cavabdeh ola bilmədiyini qeyd etmişdir. Bundan əlavəxxxxhər iki cavabdeh iddia müddətinin tətbiqi barədə ərizələr ilə müraciət etmişlər.

56. Belə kixxxxapellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən təqdim olunmuş yuxarıda adı çəkilən mədaxil qəbzlərini və 2022-ci il # ##### tarixli məktubu mötəbər sübut hesab etməyərək belə nəticəyə gəlmişdir kixxxxiddiaçının cavabdehlər cavabdeh1 MMC və cavabdeh2 qarşı bu cür iddia tələbi irəli sürmək üçün hər hansı hüquqi əsasları mövcud deyilxxxxdigər cavabdeh cavabdeh3 MMC-yə münasibətdə isə iddia tələbi sübuta yetirilməmiş (təhvil-təslim aktında göstərilən işlərin görülməsini təsdiq edən sənədlərxxxxelektron qaimələrxxxxborcun mövcudluğu və vəsaitlərin mədaxili barədə vergimühasibatlıq hesabatlarının təqdim edilməməsi)xxxxhəmçinin iddiaçı müqavilə tələbləri üçün qanunda nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüşdür.

57. Halbuki cavabdeh1 MMC-nin direktoru Məhəmməd Abdurrahmanov tərəfindən birinci instansiyası məhkəməsinə ünvanlanmış etirazda göstərilmişdir kixxxx“müəssisənin sahibi cavabdeh2 digər şirkəti olan cavabdeh3 MMC-nin direktoru Nəriman Verdiyev vəfat etdikdən sonra onun yerinə direktor təyin olunmuşxxxxbu zaman şirkətin maliyyə mühasibatlıq sənədlərinin əksər hissəsini tapa bilmədiklərindən həmin şirkətin fəaliyyətini dayandırmışlarxxxxcavabdeh2 sahibi olduğu cavabdeh1 MMC təsis olunmuşdur. Bir müddət sonra cavabdeh2 köhnə şirkətdən İddiaçı borc qaldığını və həmin borcu yeni şirkətin hesabına ödəyəcəklərinixxxxşirkətin fəaliyyət göstərdiyinixxxxMəmməd müəllimə məxsus torpaqdakı boksları İddiaçı tikdiyini bildirmişdir. Məmməd müəllimin göstərişi ilə İddiaçı müəyyən ödəniş etmişlərxxxxdaha sonra bildiyinə görə İddiaçı olan borc öz aralarındakı başqa işlərlə əvəzləşdirilmişdir (iş v.51)....”.

58. Bu mənada məhkəmə kollegiyası qeyd edir kixxxxMPM-in 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirirxxxxiş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyinixxxxnə kimi halların müəyyən edilmədiyinixxxxtərəflərin hansı hüquqi münasibətdə olmalarınıxxxxhəmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə iş üzrə qərarın əsasında yalnız obyektivxxxxqərəzsizxxxxhərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəflixxxxtam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir

60. Məhkəmə kollegiyası vurğulayır kixxxxkassasiya instansiyası məhkəməsi işin faktiki hallarınınxxxxhabelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyilxxxxsübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanmasıxxxxonların tədqiq edilməsixxxxtəqdim edilmiş sübutlara qiymət verilibverilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.

61. Lakin hazırkı iş üzrə cavabdeh1 MMC-nin iddiaya qarşı etiraz ərizəsində bildirdiyi hallara apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların mümkünlüyüxxxxaidiyyəti və mötəbərliyi bu Məcəllənin 80xxxx81 və 88-ci maddələrinin tələbləri baxımından hər hansı hüquqi qiymət verilməmişxxxxişdə olan digər sübutlarla (mədaxil qəbzlərixxxx2022-ci il # ##### tarixli məktub və s.) birgə qiymətləndirilməmiş və həmin halların qarşılıqlı şəkildə qiymətləndirilməsi zamanı hansı hüquqi nəticələrin yaranması və bu nəticələrin mübahisənin həllinə olan təsiri araşdırılmamışdır.

62. O da əlavə edilməlidir kixxxxapellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə toplanmış sübutlar təcrid olunmuş şəkildə deyilxxxxonların qarşılıqlı əlaqəsi və bir-birini tamamlayan xüsusiyyətləri nəzərə alınmaqla qiymətləndirilməli idi.

63. Bundan başqa məhkəmə kollegiyası hesab edir kixxxxapellyasiya instansiyası məhkəməsi iddia müddətinin axımının başlanma anının müəyyən edilməsi zamanı tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmişdir.

64. Belə kixxxxapellyasiya instansiyası məhkəməsi göstərmişdir kixxxxcavabdeh cavabdeh3 MMC tərəfindən sonuncu ödəniş 2015-ci il # ##### tarixdə həyata keçirilmişdir. Bu haldaxxxxiddia müddətinin axımı həmin tarixdən hesablanmalıdır. Iddiaçı isə iddia ərizəsi ilə 2025-ci il ## ###### tarixində məhkəməyə müraciət etmişxxxxbununla da müqavilə tələbləri üçün qanunda nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüşdür.

65. Qeyd olunmalıdır kixxxxiddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir (MM 377.1-ci maddəsi).

66. Icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır (MM 377.2-ci maddəsi).

67. Icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanırxxxxborcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır (MM 377.3-cü maddəsi).

68. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsəxxxxkreditor öhdəliyin dərhal icrasını tələb edə bilərxxxxborclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur (MM-in 427.2-ci maddəsi).

69. Hazırkı işin halları baxımından tərəflər arasında bağlanmış podrat müqaviləsinə əsasən öhdəliyin icra müddəti müəyyənləşdirilməmişdir. Belə olan təqdirdə apellyasiya instansiyası məhkəməsi işin bütün faktiki hallarını və iş üzrə toplanmış sübutları tamxxxxhərtərəfli və obyektiv araşdıraraqxxxxiddia müddətinin axımının hansı andan başladığını Mülki Məcəllənin yuxarıda göstərilən normalarının tələbləri baxımından müəyyən etməli idi.

70. Lakin apellyasiya instansiyası məhkəməsi iddia müddətinin axımının başlama anını müəyyən edərkən cavabdeh1 MMC-nin direktoru Məhəmməd Abdurrahmanov tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş etiraz ərizəsində göstərilən hallaraxxxxhabelə iş materiallarında olan # ##### 2022-ci il tarixli mədaxil qəbzixxxxməktub və digər sübutlara məcmu halında hüquqi qiymət verməmişxxxxhəmin halların Mülki Məcəllənin 377.3 və 427.2-ci maddələrinin tətbiqi baxımından əhəmiyyətini araşdırmamışdır.

71. Məhkəmə kollegiyası onu da qeyd edir kixxxxapellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 522.2 və 522.3-cü maddələrinə istinadla öhdəliyin ötürülməsi ilə bağlı yazılı razılaşmanın olmaması əsası ilə cavabdehlər cavabdeh1 MMC və cavabdeh2 qarşı bu cür iddia tələbi irəli sürmək üçün hər hansı hüquqi əsasların mövcud olmaması qənaətinə gəlmişdir.

72. Bu mənada qeyd olunmalıdır kixxxxcavabdeh1 MMC-nin direktoru Məhəmməd Abdurrahmanovun etiraz ərizəsindən görünür kixxxxcavabdeh3 MMC-nin iddiaçı qarşısında qalmış borcunun sonradan cavabdeh1 MMC tərəfindən ödənilməsi nəzərdə tutulmuşxxxxbu məqsədlə iddiaçıya müəyyən ödənişlər də həyata keçirilmişdir. Belə olan halda bu hala yuxarıda göstərilmiş müvafiq prosessual normaların tələblərinə uyğun şəkildə qiymət vermədən öhdəliyin keçirilməsi ilə bağlı ayrıca yazılı razılaşmanın mövcud olmaması əsası ilə apellyasiya instansiyası məhkəməsi yalnız Mülki Məcəllənin 522.2 və 522.3-cü maddələrinə istinad etməklə kifayətlənməməlixxxxhəmin etirazda qeyd olunanları və digər sübutları mübahisənin həlli baxımından hüquqi əhəmiyyətini qiymətləndirməli idi.

73. Qeyd olunanlarıxxxxişin hallarına və sübutlara qiymət verilməsinin zəruri olduğunu nəzərə alaraq kollegiya hesab edir kixxxxiddiaçının kassasiya şikayəti qismən təmin edilməli və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Işə yenidən baxılarkən cavabdeh1 MMC-nin iddiaya qarşı etiraz ərizəsində bildirdiyi hallara MPM-in 88-ci maddəsininxxxxeləcə də digər aidiyyəti normaların tələbləri baxımından işdə olan digər sübutlarla (2022-ci il # ##### tarixli mədaxil qəbzi və məktubxxxxpodrat müqaviləsi və s.) birgə yenidən qiymətləndirilməli və müəyyən edilmiş hallar əsasında yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələbləri nəzərə alınmaqla qanuni və əsaslı qətnamə qəbul edilməlidir.

74. Göstərilənləri və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDI: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ######## tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ləğv edilsin. Iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar