Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-92/2024 05.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı borcun tutulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 oktyabr tarixli 2-2(103)-876/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halla rı
1. İddiaçı MMC ilə Cavabdeh MTK arasında 2021-ci il 11 yanvar tarixli P01/21 nömrəli podrat müqaviləsi bağlanmışdır.
2. Həmin müqaviləyə əsasən, İddiaçı MMC Cavabdeh MTK-ya məxsus, Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişməsindəki ** ünvanında tikintisi yarımçıq qalmış 3 bloklu, çoxmərtəbəli yaşayış binasında tikinti-quraşdırma işləri görmüşdür. Cavabdeh MTK tərəfindən müqavilə üzrə müqavilə dəyərinin 20 faizi 520.163,4 manat avans olaraq ödənilmiş, eyni zamanda həmin məbləğdə bank qarantiyası verilmişdir. 3. 2021-ci ilin fevral ayı üçün görülmüş işlər Forma 2 arayışı əsasında Cavabdeh MTK tərəfindən təhvil alınmış və işlərin dəyəri olaraq ödənilməli olan 352.822,95 manat pulun bir hissəsi-70.254,69 manat avansdan çıxılmış, 282.25 8,36 manat hissəsi Cavabdeh MTK tərəfindən ödənilmişdir. 2021-ci ilin mart, aprel, may ayları üçün İddiaçı MMC tərəfindən Cavabdeh MTK-ya ümumi dəyəri 402.302,81 manat olan Forma 2 təqdim olunmuş, həmin Forma 2 arayışı Cavabdeh MTK tərəfindən təsdiq edilməmiş, sonuncunun həmin işlərə görə tərtib etdiyi Forma 2 arayışında işlərin dəyəri 300.473,98 manat qeyd olunmuşdur. Ödəniş həyata keçirilmədiyindən 2021-ci il 3 iyun tarixindən işlər dayandırılmış və İddiaçı MMC həmin tarixdə yazılı bildiriş göndərməklə müqaviləyə xitam vermişdir. Cavabdeh MTK tərəfindən qəbul edilməmiş Forma 2 üzrə işlərin dəyərindən 151.339,83 manat bank qarantiyasından silinmişdir.
4. İddiaçı MMC tərəfindən Cavabdeh MTK-ya qalıq 101.828,83 manat pulun 5 gün ərzində ödənilməsi barədə 2022-ci il 11 avqust tarixində prete nziya məktubu göndərilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı MMC (bundan sonra-“iddiaçı”) cavabdeh Abidə” MTK-ya (bundan sonra“cavabdeh”) qarşı iddia ərizəsi ilə 2022-ci il 30 sentyabr tarixində məhkəməyə müraciət edərək, cavabdehdən 101.828,83 manat əsas borc, gecikdirilmiş borca görə 7.891,73 manat olmaqla, cəmi 109.720,56 manat pul və 400 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2021-ci il 11 yanvar tarixli P-01\21 nömrəli ümumi dəyəri 2.600.817 manat təşkil edən müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, cavabdeh müqavilənin ümumi məbləğinin 20 faizini, yəni 520.163,4 manat pulu avans şəklində iddiaçıya ödəmişdir. İd diaçı tərəfindən cavabdehə 520.163,4 manat məbləğində bank qarantiyası verilmişdir. 2021-ci ilin fevral ayı üçün görülmüş işlərin dəyəri Forma 2 arayışına əsasən 352.822,95 manat təşkil etmiş, həmin məbləğin 70.564,59 manat hissəsi avansdan çıxılmış, qalan 282.258,36 manat hissəsi isə iddiaçıya ödənilmişdir. 2021-ci ilin mart ayı üçün görülmüş işlərə görə ümumi dəyəri 289.802,47 manat təşkil edən Forma 2 arayışı iddiaçı tərəfindən cavabdehə təqdim olunmuşdur. Qeyd edilən Forma 2 arayışı əsasında cavabdehə hesab-faktura və elektron qaimə göndərilmişdir. Həmin ödəniş cavabdeh tərəfindən həyata keçirilməmiş və səbəb olaraq bank hesabının üzərində həbsin olması bildirilmişdir.
7. İddiaçı tərəfindən 2021-ci ilin aprel və may aylarında da işlər davam etdirilmiş, lakin ödəniş həyata keçirilmədiyi nə görə 2021-ci il 3 iyun tarixində işlər dayandırılmışdır və iddiaçı tərəfindən müqaviləyə xitam verilməsi qərara alınmışdır. Bununla bağlı 2021-ci ilin mart, aprel və may ayları üzrə ümumi dəyəri 402.302,81 manat təşkil edən Forma 2 arayışı cavabdehə təqdim olunmuş, lakin həmin arayış cavabdeh tərəfindən qəbul olunmamış və qeyd edilən dövrə görə ümumi dəyəri 300.473,98 manat təşkil edən Forma 2 arayışı iddiaçıya təqdim edilmişdir. Lakin həmin arayış da iddiaçı tərəfindən qəbul olunmamışdır. Buna baxmayaraq, cavabdeh 151.339,83 manat ödəniş tələbi ilə banka müraciət etmiş və həmin məbləğ bank qarantiyasından silinmişdir. 2021-ci ilin mart, aprel və may ayları üzrə görülmüş işlərin dəyəri 402.302,81 manat təşkil etdiyi halda, cavabdeh tərəfindən həmin dövrə görə görülmüş işlərin dəyəri 300.473,98 manat müəyyən edilmişdir. Beləliklə, mübahisəli dövr üzrə 101.828,83 manat pul cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Həmçinin, cavabdeh pul vəsaitinin ödənilməsini gecikdirdiyinə görə həmin məbləğdən faizlər ödəməlidir. Bu halda Mərkəzi Bank tərəfindən müəyyən edilən uçot dərəcəsi nəzərə alınsa, öhdəliyin icra edilməməsinə görə 7.75 faiz miqdarında faiz hesablanıb borc məbləğinə əlavə olunmalıdır. Bu halda həmin məbləğ 7.891,73 manat təşkil edəcəkdir (101.828,83*7.75%=7.891,73).
8. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı tərəfindən təqdim olunan Forma 2-də olan işlər düzgün qeyd olunmadığı üçün cavabdeh tərəfindən qəbul edilməmişdir. İddiaçının cavabdehə qarşı qaldırdığı iddia Forma 2-lər üzrə yaranmış fərqdir. Cavabdeh tərəfindən Forma 2 uyğu n formada yenidən tərtib edilərək iddiaçıya təqdim olunmuşdur. İddiaçı tərəfindən cavabdehin təqdim etdiyi Forma 2 uyğun hesab edilmədiyi üçün, cavabdeh başqa şəxslə müqavilə bağlamış və təhvil-təslim aktı ilə həmin işləri gördürmüşdür.
9. İddiaçının vəsatəti əsasında məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-tikintitexniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 16 iyun tarixli 10/41 nömrəli ekspert rəyinin (bundan sonra – “ekspert rəyi”) nəticə hissəsində aşağıdakılar göstərilmişdir: - Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişməsindəki ** ünvanında tikintisi yarımçıq qalmış 3 bloklu, çoxmərtəbəli yaşayış binasında tərəflər arasında bağlanmış 2021-ci il 11 yanvar tarixli P-0 1V21 nömrəli podrat müqaviləsinə əsasən 2021-ci ilin mart, aprel və may aylarında yerinə yetirilən işlərinin ümumi dəyəri ƏDV-siz 334.890,26 manat müəyyən edilmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 24 iyul tarixli e-2-2(113)-187/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehdən 94.696,52 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd olunmuş, ödənilmiş 400 manat dövlət rüsumunun 148 manat məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qalan 252 manat məbləğin iddiaçıya aid edilməsi qət olunmuşdur (hakim – Z.Pirverdiyev).
11. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 11 yanvar 2021-ci il tarixli P-01\21 nömrəli podrat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı, cavabdehin t ələblərinə əsasən cavabdehə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişməsindəki ** ünvanında tikintisi yarımçıq qalmış 3 bloklu, çoxmərtəbəli yaşayış binasının tikinti - quraşdırma üzrə podrat işlərini yerinə yetirməyi, işi başa çatdırmağı və cavabdehə tam hazır vəziyyətdə təhvil verməyi, cavabdeh isə iddiaçının gördüyü işin müqabilində bu Müqavilədə razılaşdırılmış haqqı ödəməyi öhdələrinə götürürlər. İddiaçı tərəfindən işlər icra edilmiş, cavabdeh tərəfindən qəbul edilmişdir.
12. Hazırda tərəflər işlərin icra edilməsini mübahisələndirmir. Tərəflərin arasındakı mübahisə yalnız 2021-ci ilin mart, aprel, may ayları üzrə icra edilmiş işlərin dəyəri barədədir. Mübahisənin mahiyyətini göstərilən dövr üzrə icra edilmiş işlərin dəy ərinə dair fikir ayrılığı təşkil edir. Cavabdeh bu dəyərin 300.473,98 manat, iddiaçı isə 402.302,81 manat təşkil etdiyini bildirmişdir.
13. Podrat müqaviləsi üzrə 2021-ci ilin mart, aprel və may ayları üzrə görülən işlərin dəyərinin nə qədər təşkil etdiyinin müəyyən edilməsi üçün təyin olunmuş ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona tədqiqatın aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş, sübutlara və işin həqiqi hallarına uyğun olmuş və kifayət qədər əsaslandırılmışdır.
14. İddiaçı tərəfindən tələb olunan 101.828.83 manat borc, icra edilmiş işlərə dair iddiaçının müəyyən etdiyi dəyərlə cavabdehin müəyyən etdiyi dəyər arasındakı fərqdir. Ekspert rəyi ilə müəyyən edilmiş məbləğ ƏDV ilə h esabladıqda və həmin məbləğdən cavabdeh tərəfindən hesablanmış 300.473,98 manat dəyər çıxıldıqda cavabdeh tərəfindən iddiaçıya ödənilməli borc 94.696,52 manat (395.170,5(334.890,26x18%ƏDV = 60.280,2 +334.890,26=395.170,5)-300.473,98=94.696,52) müəyyən edilmişdir. İddia cavabdehdən iddiaçının xeyrinə 2021-ci ilin mart, aprel, may ayları üzrə icra edilmiş işlərə görə 94.696,52 manat muzd tutulmaqla qismən təmin olunmalıdır.
15. Məhkəmə iddia tələbinin ödənilməsi gecikdirilmiş borca görə tələb olunan pul vəsaitinə münasibətdə qeyd etmişdir ki, tələb Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 449.1-cu maddəsinə əsaslanaraq irəli sürülmüşdür. Qeyd olunan normadan görünür kimi, faizlərin ödənilməsi borcun ödənilməsini gecikdirməklə faydalanmağa görə olmalıdır. Belə ola n halda həmin faydalanmağı sübut etmək vəzifəsi bu tələbi irəli sürən iddiaçının üzərinə düşmüş, iddiaçı isə cavabdehin borcun ödənilməsini gecikdirməklə faydalandığını sübuta yetirə bilməmiş və bu halı təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir.
16. Məhkəmə gəldiyi nəticəni MM-in 449.1, 449.2, 752.1 və 753.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.1, 14.2 və 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
17. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 oktyabr ta rixli 2-2(103)-876/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmiş, cavabdehdən iddiaçının xeyrinə 93.351,32 manat pulun tutulması qət edilmişdir (sədrlik edən-məruzəçi hakim V.Baxışova, hakimlər R.Qurbanov və A.Hüseyn).
19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında 11 yanvar 2021-ci il tarixli P01/21 nömrəli podrat müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı, cavabdehin tələblərinə əsasən cavabdehə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişməsindəki ** ünvanında tikintisi yarımçıq qalmış 3 bloklu, çoxmərtəbəli yaşayış binasında 2021-ci ilin mart, aprel, may aylarında görülmüş tikinti-quraşdır ma işlərinin həcmi və dəyəri ilə bağlı tərəflər arasında mübahisə yaranmışdır.
20. İddiaçı tərəfindən cavabdehə həmin dövr üçün təqdim edilmiş ümumi dəyəri 402.302,81 manat olan Forma 2 arayışı təsdiq edilməmiş, cavabdeh həmin işlərin tam görülmədiyini bildirərək 300.473,98 manat hissədə ödəniş etməyi qəbul etmişdir.
21. İddiaçı tərəfindən dəyəri tələb edilən işlərin həqiqətən görülüb-görülmədiyinin müəyyənləşdirilməsi üçün işə birinci instansiya qaydasında baxılarkən iş üzrə məhkəmə mühəndis texniki ekspertizası təyin edilmiş, ekspert Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişməsindəki ** ünvanında tikintisi yarımçıq qalmış 3 bloklu, çoxmərtəbəli yaşayış binasında görülmüş işlərə yerində baxış keçirməklə işlərin ümumi dəyərinin ƏDV-siz 334.890,26 manat təşkil etdiyinə dair nəticəyə gəlmişdir.
22. Məhkəmə qeyd etmişdir ki, ekspert iş həcmini ekspertiza tədqiqatı zamanı görülmüş işlərə yerində baxış keçirməklə, işlərin dəyərini isə tərəflər arasında razılaşdırılmış smetada qeyd edilmiş qiymətlər əsasında hesablanmışdır.
23. Cavabdeh tərəf qəbul edir ki, Məhkəmə Ekspertiza Mərkəzinin 19 iyun 2023-cü il tarixli 10/41 saylı rəyində öz əksini tapmış işlər həqiqətən görülmüşdür. Lakin iddiaçı müqaviləni ləğv edərkən işlər tam görülmədiyi üçün iddiçının dəyərini tələb etdiyi işlərin bir hissəsi cavabdehin sonradan müqavilə bağladığı digər şirkət tərəfindən görülmüşdür. Cavabdehin mövqeyinə görə, ekspert ekspertiza tədqiqatı zamanı cavabdeh tərəfindən ona təqdim edilmiş foto şəkillərə və video materiala əsasən işlərin hansı hissə sinin iddiaçı tərəfindən, hansı hissəsinin digər şirkət tərəfindən görüldüyünü müəyyənləşdirməli idi.
24. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, MPM-nin 78.1-ci maddəsinin tələbinə əsasən prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdeh tərəfindən sübutlar ekspertə deyil, hazırlıq icraatı mərhələsində məhkəməyə təqdim edilməli olduğundan ekspertə cavabdehin təqdim etdiyi, işin materiallarında olmayan foto şəkil və ya video material əsasında hər hansı tədqiqat aparıla bilməzdi. Ekspertiza qarşısında məhkəmə tərəfindən qoyulmuş sual iddiaçının dəyərini tələb etdiyi işlərin həqiqətən görülüb-görülmədiyini müəyyən etmək olmuşdur. Faktiki görüldüyü müəyyən edilmiş işlərin bir hissəsi digər şirkət tərəfindən icra edilmişdirsə bu hala cavabdehin təqdim edəcəyi sübutlara əsasən hüquqi qi ymət verilməsi ekspertin deyil, məhkəmənin səlahiyyətinə aiddir. İşdən görünür ki, cavabdeh iddiaya etirazında bu halı qeyd etsə də, dəyəri tələb edilən işlərin bir hissəsinin digər şirkət tərəfindən görüldüyünə dair birinci instansiya məhkəməsinə hər hansı sübut təqdim etməmişdir.
25. Cavabdeh tərəfindən apellyasiya instansiyası mərhələsində təqdim edilmiş, "xxxx" MMC ilə bağlanmış 06 iyul 2021-ci il tarixli podrat müqaviləsi və müqaviləyə əlavə edilmiş smeta cavabdehin iradəsindən asılı olmayaraq birinci instansiya məhkəməsinə təqdim edildiyi əsaslandırılmadığından MPM-nin 372.2-ci maddəsinə əsasən sübut kimi qəbul kimi qəbul edilməmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, hətta təqdim edilmiş yeni sübutlar məhkəmə tərəfindən qəbul edilsəydi belə, müqavilənin icrasını təsdiq edən Forma 2 aktları, ödəniş sənədləri olmadan həmin müqavilənin sonradan əvvəlki tarixlə tərtib edilmə ehtimalı nəzərə alınarsa dəyəri tələb edilən işlərin bir hissəsinin digər podratçı tərəfindən icra edildiyi təsdiq edilə bilməzdi. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndəsinin apellyasiya instansiyası mərhələsində iş üzrə təkrar ekspertiza keçirilməsi barədə verdiyi vəsatət məhkəmə tərəfindən əsassız hesab edilərək təmin edilməmişdir.
26. Cavabdehin apellyasiya şikayətində qeyd edilir ki, iddiaçı tərəfindən təqdim olunmuş 2 nömrəli Forma arayışda “taxta ASK-dan qalıb” kimi qeyd olunan və ekspertiza rəyində məbləği 1.939,20 manat göstərilən materialın iddiaçıya məxsus material kimi qiymətləndirilərək dəyərinin cavabdehdən tutulması əsassızdır.
27. Məhkəmə apellyasiya şikayətinin bu dəlili ilə ba ğlı qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə şərtlərinə və smetaya əsasən cavabdeh iddiaçıya həm görülmüş işlərin, həm də istifadə edilmiş tikinti materiallarının dəyərini ödəməli idi. Həmin materialların podratçı tərəfindən əvəzli və ya əvəzsiz şəkildə əldə edilməsindən asılı olmayaraq (hazırkı halda iddiaçının nümayəndəsi izahatında müəyyən materialların əvvəlki podratçı "xxxx" ASCdən dəyəri ödənilməklə əldə edildiyini bildirmişdir) sifarişçi faktiki istifadə edilmiş malmaterialların dəyərinin ödənilməsindən imtina edə bilməz.
28. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda nəzərə almışdır ki, ekspert rəyinin “Blok 3” də görülmüş elektrik işlərinə aid 44-cü bənddə liftlərə quraşdırılmış requlyatorların montajına sərf edilmiş 330 manat dəyərində kabelin də "xxxx"dan qaldığı qey d edildiyi halda, cavabdeh özünün Forma 2 arayışında həmin kabelin dəyərinin ödənilməli olduğu ilə razılaşmışdır.
29. Məhkəmə ekspert rəyini və hər iki tərəfin təqdim etdiyi Forma2 aktlarını müqayisəli araşdıraraq müəyyən etmişdir ki, iddiaçı tərəfindən görülmüş müəyyən işlərin həcmi, o cümlədən cavabdehin özü tərəfindən təsdiq edilmiş aktlarla təhvil verilmiş müəyyən qurğu və avadanlıqların sayı, o cümlədən işlərin smeta üzrə razılaşdırılmış qiyməti cavabdehin tərtib etdiyi Forma 2 aktında azaldılaraq göstərildiyi üçün ödəniş qiymətində fərq yaranmışdır. Məsələn: işdəki xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli aktlara əsasən, iddiaçı tərəfindən cavabdehə hər birinin qiyməti 200 manat olan 6 ədəd su nasosu təhvil verildiyi halda, cavabdeh Forma 2 arayışında cəmi 1 ədəd su nasos u, hər birinin dəyəri 1850 manat olan 3 ədəd drenaj nasosu təhvil verildiyi halda cavabdeh 2 ədəd drenaj nasosu göstərmişdir. Blok 1 üzrə damın izolyasiya işlərinin dəyəri 1 m2 üçün razılaşdırılmış smetada 65 manat nəzərdə tutulduğu halda cavabdeh Forma 2-də 1m2 üçün qiymət 27 manat göstərmişdir. Ekspert qiymətləri smeta üzrə göstərdiyindən məhkəmə ekspert rəyinin əsassız olduğuna dair cavabdehin mülahizələri ilə razılaşmır. Ekspert rəyinin 69-cu bəndində “Görülmüş elektrik işləri” əvəzinə “Görüləcək elektrik işləri” qeyd edilməsini isə məhkəmə texniki səhv kimi qəbul edir. Belə ki, cavabdehin birtərəfli təsdiq etdiyi Forma 2 arayışının 69-cu bəndində də iddiaçı tərəfindən elektrik işləri görüldüyü qeyd edilmiş, həmin işlərin həcmi fərqli göstərilmiş və bu işlərə görə 1300 manat ödəniş hes ablanmışdır.
30. Məhkəmə cavabdehin apellyasiya şikayəti ilə bu hissədə razılaşmışdır ki, iddiaçı tərəfindən təqdim edilmiş Forma 2 arayışında və Məhkəmə Ekspertiza Mərkəzinin 19 iyun 2023-cü il tarixli 10/41 saylı rəyində iddiaçı tərəfindən cavabdehə hər birinin dəyəri 95 manat olan 102 ədəd metal qapı dəsti təhvil verildiyi qeyd edildiyi halda, işin materiallarına əlavə edilmiş cavabdehin möhürü ilə təsdiq edilmiş 04 iyun 2021-ci il tarixli aktdan görünür ki, iddiaçı tərəfindən MTK-nın anbarına 90 ədəd mənzillər üçün metal qapı təhvil verilmişdir. Odur ki, məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdehə 90 ədəd qapıdan artıq qapının təhvil verilməsi barədə iddiaçı tərəfindən sübut təqdim edilmədiyindən iddiaçının tələbi 12 ədəd qapıya görə cavabdehdən 1.345,20 manat (12x95=1140 manat+205,20 manat ƏDV=1.345,20) pulun tutulması hissəsində əsassız olmuşdir. Bu məbləğ təmin edilmiş məbləğdən çıxılaraq iddia tələbinin podrat müqaviləsi üzrə ƏDV daxil 93.351,32 manat qalıq borcun tutulması hissəsində əsaslı olduğu müəyyən olunur.
31. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 752.1, 753.1, 753.3, 760.2 və 769-cu maddələrinə, MPM-in 78.1, 101.7, 102.2 və 372.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
32. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
33. Azərbaycan Respublikasının Konstitusiyasının 125.7 və 127.2-ci maddələrinin tələbləri pozulmuş, Azə rbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli qərarı və “E.Şahbazovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2021-ci il 18 mart tarixli qərarında müəyyən olunan hüquqi mövqelər nəzərə alınmamışdır- apellyasiya instansiyası məhkəməsi mübahisənin həllini MPM-in 371 və 372.2-ci maddələrinin tələbinə əməl etməmişdir. Belə ki, cavabdeh ilə "xxxx" MMC arasında olan 2021-ci il 6 iyul tar ixli müqavilənin 11-ci maddəsinə əsasən, bu müqavilə ilə əlaqədar olaraq sifarişçiyə, yaxud podratçıya məlum olan məlumatlar məxfidir və qarşılıqlı razılıq olmadan üçüncü şəxsə verilə bilməz. Sifarişçi və podratçı sənədlərin və məlumatların məxfiliyinin pozulmasına görə “Kommersiya sirri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. İş birinci instansiya məhkəməsinin icraatında olduğu dövrdə "xxxx" MMC-nin rəhbərinin səhhətində yaranmış problemlə əlaqədar onun razılığı olmadan müqavilə məlumatlarının məhkəməyə təqdim edilməsi qeyri-mümkün olmuş, müqavilə və əlaqədar sənədlərə məhkəmə tərəfindən vizual baxış keçirilmişdir. Lakin müvafiq razılıq əldə olunduğu üçün cavabdeh ilə "xxxx" MMC arasında olan müqavilə, müqaviləyə 1 nömrəli əlavə və 2 nöm rəli Forma arayışlar apellyasiya məhkəməsinə təqdim olunmuşdur. Lakin məhkəmə sənədləri qəbul etməmiş, həqiqətin müəyyən olunmasını təmin etməmiş, podratçı "xxxx" MMC tərəfindən görülmüş işləri iddiaçı tərəfindən yerinə yetirilmiş hesab etmişdir. Apellyasiya məhkəməsi cavabdeh tərəfindən təqdim olunmuş sübutlara, həmçinin işin faktiki hallarına əhəmiyyət verməmiş, hüquqi qiymətləndirməni düzgün aparmamışdır.
34. MM-in 752.1, 754.1 və 754.2-ci maddələrinin tələbləri pozulmuşdur-tərəflər arasında imzalanmış 2021-ci il 21 yanvar tarixli podrat müqaviləsinin 5.2-ci yarımbəndinə əsasən, bu müqavilə üzrə işlərin həcminə və (və ya) dəyərinə bütün əlavə və dəyişikliklər tərəflərin yazılığı razılığı əsasında edilir. 2021-ci ilin fevral ayı üçün iddiaçı tərəfindən görülmüş işlərin dəyəri Forma 2 ara yışına əsasən 352.822,95 manat təşkil etmiş, həmin məbləğ iddiaçıya ödənilmişdir. 2021-ci ilin mart, aprel, may ayları üzrə isə görülmüş işlərin dəyəri iddiaçı tərəfindən 402.302,81 manat müəyyən edilmişdir. Lakin sözügedən aylar üzrə görülmüş işlərin dəyəri cavabdeh tərəfindən 300.473,98 manat qiymətləndirildiyindən, həmin məbləğ iddiaçıya ödənilmişdir. Cavabdeh tərəfindən görülən işlərin dəyərinin hesablanması tərəflər arasında iş həcmi cədvəlinə uyğun hesablanmışdır. Tərtib olunmuş smeta tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı tərəfindən təqdim olunmuş 2021-ci ilin mart, aprel, may ayları üzrə görülmüş işlərin dəyəri olan 402.302,81 manatın müəyyən edilməsi barədə Forma 2 arayışdan görünür ki, görülən işlərin dəyəri iş həcmləri cədvəlinin xaricinə çıxmışdır.
35. İddia çı tərəfindən yerinə yetirilməmiş işlər də görülmüş işlər siyahısına daxil edilmiş, bununla da iddiaçı müqavilə şərtlərini pozmuşdur. Belə ki, ekspert rəyinin 54-cü bəndinin 2-ci yarımbəndində “taxta ASK-dan qalıb” kimi qeyd olunan və rəydə məbləği 1.939,20 manat göstərilən həmin material iddiaçıya məxsus kimi qiymətləndirilərək, görülən işlər siyahısına daxil edilmişdir. Məhkəmə iclasında həm Forma 2 arayışı, həm də ekspert rəyində qeyd olunan "xxxx"-ın açıqlaması soruşulmuş, lakin iddiaçının nümayəndəsi sualı cavablandıra bilməmiş, həmin taxtanın "xxxx"dan aldığı bildirilmiş, lakin bununla bağlı məhkəməyə sübut təqdim olunmamışdır.
36. Ekspert rəyinin 19-cu bəndində göstərilən 2.320,27 manat məbləğində istifadə olunmuş materiallar anbardan qeyd edilə bağlı nəzərə alınmalıdır ki, nə idd iaçının Forma 2 arayışı, nə də ekspert rəyində həmin materialların adı, sayı və.s göstərilməmişdir. Halbuki, həm iddiaçının Forma 2 arayışı, həm də ekspert rəyi cədvəl şəklində olmuş, cədvəldə göstərilən işlərin və xərclərin adı, ölçü vahidi, miqdarı, vahidin qiyməti və məbləği qeyd edilmişdir. Ekspert rəyinin 22-ci bəndinin 2-ci yarımbəndində göstərilən 12.445,50 manat məbləğində havalandırma işləri ilə bağlı isə həqiqətən havalandırma işləri iddiaçı tərəfindən görülmüş olsa idi, bu həm cavabdehin "xxxx" MMC ilə olan smetasında olmaz, həm də ekspert görülmüş işi digər işlər kimi açıq şəkildə qeyd edərdi. Ekspert rəyinin 54-cü bəndinin 4-cü yarımbəndində 3.952 manat məbləğində qeyd olunan bina ətrafı drenaj xəttinin çəkilməsi və quyuların tikilməsi iddiaçı tərəfindən yerinə yetirilmədiyi h alda, görülmüş işlər kimi qeyd olunmuşdur. Həmin işlərin iddiaçı tərəfindən deyil, "xxxx" MMC tərəfindən yerinə yetirilməsini sübut edən smeta, Forma 2 arayış, video və foto şəkilləri məhkəməyə təqdim olunsa da, məhkəmə tərəfindən qəbul edilməmişdir. Bundan əlavə, elektrik işlərinin montajı və işə salınması işçilik dəyəri cavabdeh tərəfindən smeta dəyərinə uyğun 1.300 manat nəzərdə tutulduğu halda, ekspert tərəfindən 6.500 manat dəyərində qiymətləndirilmişdir. Ekspert rəyin 69-cu bəndində görüləcək işlər yazmaqla həmin işlərin görüləcəyini qabaqcadan necə qeyd etməsi və iddiaçının Forma 2 arayışında yazılanı olduğu kimi rəyə köçürməsi məhkəmənin diqqətinə çatdırılsa da, “görüləcək elektrik işləri” qeyd olunmasını məhkəmə texniki səhv kimi qəbul etmişdir.
37. Binanın daxilindəki kanalizasiy a xətlərinin quyulara çəkilməsi və binanın həyətində quyuların birləşməsi işçilik dəyəri cavabdeh tərəfindən smeta dəyərinə uyğun 1.100 manat nəzərdə tutulduğu halda, ekspert tərəfindən 2.200 manat dəyərində; 8,5 metr səviyyəsində monolit dəmir/beton sütunlar-cavabdeh tərəfindən smeta dəyərinə uyğun 3.330 manat nəzərdə tutulduğu halda, ekspert tərəfindən 6.808 manat; pəncərələrdə tamamlama işləri cavabdeh tərəfindən smeta dəyərinə uyğun 3.456 manat nəzərdə tutulduğu halda ekspert tərəfindən 8.678,40 manat; maşın mexanizm xərcləri və qurğular 5.090,43 manat nəzərdə tutulduğu halda ekspert tərəfindən 6.802,55 manat; şirkətin gəliri 20.361,71 manat nəzərdə tutulduğu halda ekspert tərəfindən 27.142,9 manat; sifarişçinin anbarına mədaxil olunan dikt 132 manat nəzərdə tutulduğu halda ekspert tər əfindən 180 manat; metal qapı dəsti 8.550 manat nəzərdə tutulduğu halda ekspert tərəfindən 9.690 manat dəyərində hesablanmışdır. Həmçinin, yuxarıda qeyd olunan işlərin iddiaçı tərəfindən görülməməsi Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişməsindəki ** ünvanında 3 bloklu, çoxmərtəbəli yaşayış binasında əyani şəkildə ekspertə göstərilmişdir. İddiaçının işləri natamam təhvil verildiyi dövrdə çəkilmiş foto və videolar da sübut kimi ekspertə təqdim edilmiş, lakin ekspert qərəzli rəy vermişdir.
38. MPM-in 77.1, 88, 97,1, 101,7 və 102-ci maddələrinin tələbləri pozulmuşdur. Ekspert rəyində şübhə doğuran kifayət qədər əsasın olması, yəni iddiaçının tərəflər arasında razılaşdırılmış smetadan kənara çıxması, smetadan kənara çıxılması barədə podra tçının sifarişçini qabaqcadan məlumatlandırmaması və onun razılığını almamasının ekspert tərəfindən nəzərə almaması barədə məhkəməyə sübutlar təqdim olunsa da, cavabdehin apellyasiya məhkəməsində təkrar ekspertiza keçirilməsi barədə vəsatəti təmin olunmamışdır.
39. MPM-in 101.7-ci maddəsinin tələbi pozulmuşdur-ekspert rəyinin qiymətləndirilməsi məhkəmənin yekun qərarında tam şəkildə əks olunmalı və orada ekspertin nəticələrinin nəyə əsaslandığı, ekspertizaya təqdim olunan bütün materialların nəzərə alınıbalınmadığı, uyğun analizin aparılıb-aparılmadığı qeyd olunmalıdır. Lakin məhkəmə qanunvericiliyin bu tələblərini nəzərə almamış, ətraflı araşdırma aparmadan yalnız ekspert rəyinə əsaslanan qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
40. Kassasiya şikayətinə q arşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
41. Cavabdeh tərəf apellyasiya məhkəməsinin qətnaməsinin tam ləğvini xahiş etsə də, iddia qismən təmin olunduğundan hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı yalnız iddianın təmin edildiyi hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri)
42. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırı lması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
43. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot d ərəcəsini əsas götürməklə təmin edə bilər.[412] 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir....” “Maddə
752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....” “Maddə
753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənil miş sayılır.... 753.3. Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir....” “Maddə
760. Müqaviləyə podratçının təşəbbüsü ilə xitam verilməsi... 760.2. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər.” “Maddə
769. Yerinə yetirilmiş iş üçün muzd ödənilməsi Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.”
44. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut et mə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq e dilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
101. Ekspert rəyi... 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir....” “Maddə
102. Əlavə və təkrar ekspertiza... 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər....” “Maddə
372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri... 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansi ya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 46. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqla ndırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
47. Baxılan iş üzrə cavabdehin kassasiya şikayətində, ilk növbədə iddiaçı tərəfindən yerinə yetirilməyən işlərin başqa hüquqi şəxs tərəfindən yerinə yetirilməsinə dair sübutların apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilməmə si ilə MPM-nin 372-ci maddəsinin tələblərinin pozulduğu göstərilmişdir.
48. Bununla bağlı ilk növbədə nəzərə alınmalıdır ki, qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla apellyasiya baxışında yeni tələblərin və sübutların təqdim edilməsinin yolverilməz olduğu barədə qayda MPM-də həmişə mövcud olmuşdur (372-ci maddə). 09 iyul 2021-ci il tarixində MPM-ə edilmiş dəyişikliklərlə isə sübutların işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşanadək təqdim edilməsi ilə bağlı yeni qayda müəyyən edilmişdir. Yeni sübutlar və tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmaya n səbəblərə görə mümkün olmadığını əsaslandırsın (MPM-in 372.2-ci maddəsi). İşdə iştirak edən şəxslər tərəfindən belə əsaslandırma təqdim olunmadığı və ya məhkəmənin bunu əsassız hesab etdiyi halda birinci instansiya məhkəməsində işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşdıqdan sonra, o cümlədən, apellyasiya baxışı zamanı yeni sübutlar və yeni tələblər qəbul edilə və məhkəmə araşdırmasının predmeti ola bilməz.
49. Baxılan işin materiallarından göründüyü kimi, cavabdeh tərəfindən mülki prosessual qanunun istinad olunan tələbinə əməl edilməmiş, apellyasiya qaydasında işə baxılarkən yeni sübutlar təqdim olunsa da, həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığı əsaslandırılmamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesa b edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin apellyasiya baxışı mərhələsində təqdim edilmiş yeni sübutları qəbul etməməsi ilə MPM-nin 372-ci maddəsinin tələbləri pozulmamışdır.
50. Cavabdeh kassasiya şikayətinin digər dəlilləri ekspert rəyinin mötəbərliyi ilə bağlıdır. Bununla bağlı qeyd edilməlidir ki, cavabdehin eyni məzmunlu apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsinin qətnaməsində hüquqi qiymət verilmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətinin həmin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda bu qərarın 23-24-cü bəndləri).
51. Bundan əlavə nəzərə alınmalıdır ki, tərəf hansı səbəbdən ekspert rəyi ilə razı olmamasını əsaslandırmalı və həmin rəyin mötəbərliyini şübhə altına alan zəruri sübutları işin faktiki hallarını araşdıran, sübutları qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələrə təqdim etməlidir. Lakin işin materiallarından cavabdeh tərəfindən belə sübutların təqdim edildiyi və əsaslandırılmış vəsatətin təqdim edildiyi müəyyən edilmir
52. Kassasiya şikayətinin işin faktiki hallarının araşdırılmaması barədə dəlillərinə münasibətdə qeyd edilməlidir ki, hazırkı icraat çərçivəsində məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlı dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir.
53. Cavabdehin kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir.
54. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə qətnamənin ləğv edilməsinə əsas olan prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Odur ki, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
55. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh MTK tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 oktyabr tarixli 2-2(103)-876/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: K.N.Abiyeva B.F.Qəribov A.Q.Hüseynov