Məhkəmə qərarları › İş №2-2(102)-98/2024

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-98/2024

24.01.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-98/2024 24.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası QƏRARDAD İddiaçı1 ASC-nin cavabdeh “X2” MMC-yə qarşı iş üzrə Açar sözlər: kassasiya şikayətinin icraata qəbulundan imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2010-cu il 13 avqust tarixli, 2-2(103)-345/2010 nömrəli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı1 ASC (bundan sonra-“iddiaçı”) cavabdeh “X2” MMC-yə (bundan sonra“cavabeh”) q arşı “müqavilənin ləğvi və tələbin girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı Yerli İqtisad Məhkəməsinə müraciət edərək, tərəflər arasında bağlanmış 2**7-ci il 29 oktyabr tarixli xsaylı «X1»nə 2**8-ci il 28 avqust tarixli əlavəyə əsasən, Banka girov qoyulmuş Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində 0,40 ha torpaq sahəsinin boşaldılması, əmlak tam boşaldıldıqdan sonra açıq hərraca çıxarılaraq satılmaqla əldə edilmiş vəsaitdən cavabdehin 2**8-ci il 28 avqust tarixli Baş Kredt Müqavilələrinə əsasən 1.111.025 avro əsas kredit borcu, 204.066 avro hesablanmış faiz borcu olmaqla, cəmi 1.315.091 avro borcu və qətnamə icra olunan günədək həmin məbləğə hesablanmış illik 20 faiz məbləğinin və 5.**0 manat məbləğində hüquqi xidmət haq qının, 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2010-cu il 12 mart tarixli 2-(82)-130/2010 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehin hesabından 1.111.025 avro məbləğində kredit borcunun və 204.066 avro məbləğində faiz borcunun, cəmi 1.315.091 avro və 20 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, iddianın qalan- qətnamə icra olunan günədək 1.315.091 avro məbləğində hesablanmış illik 20 faiz məbləğinin və 5.**0 manat məbləğində hüquqi xidmət haqqının tutulması hissəsində və tutmanın Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində 0,40 ha torpaq sahəsini boşaldılaraq, onun açıq hərracda satılmaqla əldə edilmiş vəsaitdə n ödənilməsi hissəsində rədd edilməsi qət edilmişdir ( hakim M.Hacıbəyova ). Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, tərəflər arasında bağlanmış 29 oktyabr 2**7-ci il tarixli xsaylı «X1»nə 28 avqust 2**8-ci il tarixli əlavəyə əsasən, Banka girov qoyulmuş Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində 0,40 ha torpaq sahəsinin boşaldılması, əmlak tam boşaldıldıqdan sonra açıq hərraca çıxarılaraq satılmaqla əldə edilmiş vəsaitdən cavabdehin 28 avqust 2**8-ci il tarixli Baş Kredit Müqavilələrinə əsasən 1.111.025 Avro əsas kredit borcu, 204.066 Avro hesablanmış faiz borcu olmaqla, cəmi 1.315.091 avro borcu və qətnamə icra olunan günədək həmin məbləğə hesablanmış illik 20 faiz məbləğinin və 5.**0 manat məbləğində hüquqi xidmət haqqının, 20,** m anat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasına dair yeni qətnamə çıxarılması xahiş edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı tərəfindən məhkəməyə ünvanlanmış ərizədə tərəflər arasında razılaşma müqaviləsi bağlandığı bildirilmiş, barışıq sazişinin təsdiq edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2010-cu il 13 avqust tarixli 2-1(103)- 345/2010 saylı qərardadına əsasən İddiaçı1 ASC ilə “X2” MMC arasında 2010-cu il 2 iyun tarixində imzalanmış barışıq sazişi təsdiq edilmiş, birinci instansiya məhkəməsinin 2010-cu il 12 mart tarixli 2-(82)-130/2010 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. İş üzrə tərəf olmayan Maraqlı şəxs tərəfindən həmin qərardaddan kassasiya şikayəti verilməklə, qərardadı n qismən, ona məxsus olan qaraj hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 30 mart tarixli, 2-2(103)-345/2010 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2010-cu il 13 avqust tarixli 2-1(103)- 345/2010 saylı qərardadından iş üzrə tərəf olmayan Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır ( sədrlik edən-məruzəçi hakim V.Baxışova, hakimlər A.Hüseyn və R.Qurbanov). Maraqlı şəxs 2023-cü il 5 iyun tarixində Azərbaycan Respublikasının Ali Məhkəməsinə ərizə ilə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2010-cu il 13 avqust tarixli 2-1(103)- 345/2010 saylı qərardadının onun maraqlarına toxunduğunu bild irərək kassasiya şikayətinin verilməsi üçün əsasların olubolmamasının müəyyən edilməsi və ərizənin təmin edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs həmin işdə iştirak etməyə cəlb olunmamış, nə iddiaçı, nə də cavabdeh tərəfindən həmin qərardadla barışıq sazişinin təsdiq olunması barəsində xəbərdarlıq edilmiş, bu barədə hər hansı məlumatı olmamışdır və sözügedən qərardad etdiyi müraciətə əsasən ərizəçiyə yalnız 2023-cü il 27 fevral tarixində poçtla rəsmən təqdim edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 7 noyabr tarixli, 2-2(102)-381/2023 nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2010-cu il 13 avqust tarixli 2-1(103)-345/2010 saylı qərarda dından maraqlarına toxunan və işdə iştiraka cəlb edilməyən şəxs- Maraqlı şəxs tərəfindən verilmiş ərizənin təmin edilməsi, kassasiya şikayətinin mümkünlüyünü yoxlanılması məqsədi ilə işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır ( məruzəçi hakim B.Məmmədli, hakimlər B.Qəribov və M.Əhmədova). Həmin kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, kassasiya şikayəti verilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 407.4-cü maddəsinin tələblərinə əməl edilməmişdir. Belə ki, MPM-nin 407.4-cü maddəsinin tələbinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi, iddianın baxı lmamış saxlanılması və məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardaddan şikayət verilməsinə görə 50 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.17-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması, məhkəmə cərimələrinin qoyulması və müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardadlar istisna olmaqla, digər məhkəmə qərardadlarından verilən şikayətlər üzrə-işdə iştirak edən şəxslər dövlət rüsumu ödəməkdən azad edilir. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərardadı iş üzrə icraata xitam verilməsi ilə bağlı olduğundan, istinad olunan normaların tələbləri baxımından kassasiya şikayəti verilərkən qanunla müəyyən edilmiş m əbləğdə dövlət rüsumu ödənilməlidir. Lakin hazırki halda maraqlı şəxs tərəfindən kassasiya şikayəti verilərkən qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilməmişdir. MPM-in 408.1, 408.1.3-cü maddələrinə əsasən, kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrini rəhbər tutaraq, qə rara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2010-cu il 13 avqust tarixli, 2-2(103)-345/2010 nömrəli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: A.Ə.Abbasov Z.B.Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar