Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-99/2022 25.01.2022 ALİ MƏHKƏMƏ İddiaçı-nin Cavabdeh qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: işin kassasiya baxışından çıxarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimləri Kəmalə Abiyeva (sədrlik edən və məruzəçi), İsmayıl Xəlilov və Vüqar Həsənovdan ibarət tərkibdə, İddiaçı-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair işlə bağlı Bakı Apellyasiya Məhkəməsi Kommersiya kollegiyasının 2(103)-466/2021 nömrəli iş üzrə 2021-ci il 18 oktyabr tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdeh ilə bağlanmış 2012- ci il 28 fevral tarixli 19/K12 nömrəli təminatlı kredit müqaviləsi və girov (ipoteka) müqaviləsinin ləğv edilməsi, cavabdehdən kredit üzrə İddiaçı-nin xeyrinə 685.440,03 manat əsas borc, 87.868,94 manat məbləğdə faiz borcu və 26.433,13 manat məbləğdə dəbbə borcu olmaqla, cəmi 790.974,21 manat məbləğin və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tələbin girov qoyulmuş cavabdehə məxsus 13 ədəd DAEWOO BS090 markalı avtobuslara yönəldilməsi, əmlakların açıq hərracdan satılması və satışdan əldə olunmuş məbləğdən tələbin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh də iddiaçıya qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, İddiaçı ilə aralarında bağlanmış 2012-ci il 28 fevral tarixli 19K/12 nömrəli “Təminatlı kredit müqaviləsi” üzrə süni şişirdilmə nəticəsi ndə yaranmış faiz borclarının və dəbbə pulunun silinməsi və tərəflər arasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 557.1-ci maddəsində nəzərdə tutulan vəziyyətin, yəni dövlət və ya bələdiyyə orqanının qəbul etdiyi akt nəticəsində öhdəliyin icrasının tamamilə və ya qismən qeyri-mümkün olduğuna görə iddiaçı ilə İddiaçı arasında bağlanmış 2012-ci il 28 fevral tarixli 19K/12 nömrəli “Təminatlı kredit müqaviləsi”nin yeni ödəmə qrafiki tərtibi yolu ilə öhdəliyin icrası müddətinin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-845/2016 nömrəli iş üzrə 2016cı il 29 avqust tarixli qərardadı ilə ilk və qarşılıqlı iddia ərizələri üzrə icraata xitam verilmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək, ləğv edilib, işə mahiyyəti ü zrə baxılmasının davam etdirilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 19 yanvar tarixli qərardadı ilə 2016-cı il 29 avqust tarixli qərardad ləğv edilmiş və iş üzrə icraat təzələnmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia ərizəsindən imtina etmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-12/2018 nömrəli iş üzrə 2018-ci il 16 mart tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi üzrə icraata xitam verilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 28 mart tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın ekspert rəyində göstərilmiş həddə təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Kommersiya kollegiyasının (sədrlik edən - Vidadi Məmmədov, hakimlər Nağıyeva Elmira, Həmidov Həmid) 2021-ci il 18 oktyabr tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi əsas borc və faiz borcu hissələrdə ləğv edilmiş, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilərək, Cavabdeh İddiaçı-nin xeyrinə 482.972,24 manat məbləğdə əsas borc tutulmuşdur. İddia 87.868,94 manat məbləğdə faiz borcunun tutulması hissədə təmin edilməmişdir. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2(103)-466/2021 nömrəli iş üzrə 2021-ci il 18 oktyabr tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 2021-ci il 28 dekabr tarixli qərardadı ilə icraata qəbul edimişdir. Bakı Ap ellyasiya Məhkəməsinin Ali Məhkəməyə ünvanlanmış 2022-ci il 14 yanvar tarixli məktubunda hazırki iş üzrə apellyasiya instansiya məhkəməsinin 2(103)-466/2021 nömrəli iş üzrə 2021-ci il 18 oktyabr tarixli qətnaməsindən Cavabdeh tərəfindən də kassasiya şikayəti verildiyindən, iddiaçının kassasiya şikayətinin MPM-nin tələblərinə uyğunluğunun yoxlanılması məqsədi ilə mülki işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə görə, kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını l əğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası hesab edir ki Bakı Apellyasiya Məhkəməsi Kommersiya kollegiyasının 2(103)-466/2021 nömrəli iş üzrə 2021-ci il 18 oktyabr tarixli qətnaməsindən iddiaçının verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin 28 dekabr 2021-ci il tarixli qərardadı ləğv edilməli, qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 406-409-cu maddələrinin tələblərinin yerinə yetirilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməli, bu səbəbdən də iş kassasiya baxışından çıxarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 406, 409 və 417-ci maddələrini r əhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2(103)466/2021 nömrəli iş üzrə 2021-ci il 18 oktyabr tarixli qətnaməsindən iddiaçının verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin 2021-ci il 28 dekabr tarixli qərardadı ləğv edilsin. 2(102)-99/2022 saylı kommersiya işi kassasiya baxışından çıxarılsın. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2(103)-466/2021 nömrəli iş üzrə 2021-ci il 18 oktyabr tarixli qətnaməsindən cavabdehin verdiyi kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dada
Məhkəmə qərarları › İş №2-2(102)-99/2022
Ali Məhkəmə Qərardad — İş №2-2(102)-99/2022
25.01.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver