Məhkəmə qərarları › İş №2-2(103)-100/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-100/2020

12.02.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-100/2020 12.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası Hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, X1 və Əhmədov İlham Bayram oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədov Rövşən Rafiq oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə iddiaçı “Caspian Servise” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Bank “BTB” Açıq Səhmdar Cəmiyyətinə qarşı «xx xxx 2017-ci il tarixli müqavilələrin ləğv edilməsi, tutmanın ipoteka predmetinə yönəldilərək açıq hərracda satılması, cavabdehə borcun ödənilməsi və artıq məbləğin qaytarılması»na dair iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-61/19 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən (hakim Rüstəm Kərimli) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətindən imtina edilməsi barədə ərizəyə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Caspian Servise” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Bank “BTB” Açıq Səhmdar Cəmiyyətinə qarşı «xx xxx 2017-ci il tarixli müqavilələrin ləğv edilməsi, tutmanın ipoteka predmetinə yönəldilərək açıq hərracda satılması, cavabdehə borcun ödənilməsi və artıq məbləğin qaytarılması»na dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-61/19 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-61/19 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə apellyasiya şikayətindən imtina edilməsi barədə ərizə verərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-61/19 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətindən imtinanın qəbul edilməsi və apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iddiaçının ərizəsinə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətindən imtinası 3-cü şəxslərin maraqlarına toxunmadığından ərizə qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qər а r а а ldı : İddiaçı “Caspian Servise” Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayətindən imtina barədə ərizəsi qəbul edilsin və apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar