Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1006/2024 03.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, e-2-2(113)-3111/2024 saylı qərardadından iddiaçı "xxxx" ASC-nin nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdehlər cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" MMC və Cavabdeh2 müştərək qaydada 1125 manat məbləğində sığorta ödənişi, 60 manat məbləğində mediasiya xərci və 10 manat məbləğində kargüzarlıq xərci olmaqla, cəmi 1195 manat pul vəsaitinin tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 07 avqust 2024-cü il tarixli, e-2-2(113)-3111/2024 saylı qərardadına əsasən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılması qərara alınmışdır. Məhkəmənin həmin qərardadından "xxxx" ASC-nin nümayəndəsi tərəfindən şikayət verilmişdir. Məhkəmənin 13 avqust 2024-cü il tarixli, e-2-2(113)-3111/2024 saylı qərardadı ilə şikayət elektron kağız daşıyıcıda tərtib edildiyi və iddiaçının nümayəndəsi tərəfindən qələmlə imzalandığı və möhürləndiyi üçün geri qaytarılmışdır. Daha sonra iddiaçı "xxxx" ASC Bakı Kommersiya Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, e-2-2(113)-3111/2024 saylı qərardadından şikayət verərək, məhkəmənin qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2- 2(113)3111/2024 saylı qərardadı ilə verilmiş şikayət geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, MPM-in “Apellyasiya şikayətinin forması” adlı 2 saylı əlavəsində apelyasiya şikayətində hansı məlumatların hansı ardıcılıqla göstərilməli olması müəyyən edilmiş, Əlavə ilə tələb olunmuşdur ki, apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad edilməklə məhkəmələr tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmələr tərəfindən araşdırılmadığını dəqiq bildirməli, işin haları ilə bağlı mövqe mübahisənin predmetinə aidiyəti nəzərə alınmaqla, yığcam çəkildə, xronoloji ardıcıllıqla, sadə və anlaşıqlı formada təqdim edilməli; şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeyini aydın şəkildə ifadə edən izah verməli; məhkəmənin hansı faktiki halları aydınlaşdırmadığı dəqiq göstərməli və hər birinin qarşısında bu halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətinin nədən ibarət olduğunaaydın şəkildə izah verməli; məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli olan hansı halların sübut edilməməsi dəqiq göstərilməli və hərbirinin qarşısında bunun nədə ifadə olunmasına (qanunla göstərilən sübutlarla təsdiq edilməməsi və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilməsi) aydın şəkidə izah verilməli; apellyasiyaşikayəti verən şəxs özünün tələblini aydın göstəməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinəvə mübahisənin həlli iləbağlı nəbarədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. şikayət verilərkən ərizəçi tərəfindən mülki prosessual qanunvericiliyin qeyd olunan imperativ göstərişlərinə əməl etməmiş, şikayət “Apellyasiya şikayətinin forması” adlı 2 saylı əlavə ilə tələb olunan forma və məzmuna uyğun tərtib edilməmişdir. 2 saylı əlavə “Apellyasiya şikayətinin forması” adlandırılsa da əlavə “Apellyasiya şikayətinin forması”adlandırılsada, əlavənin məzmununda “şikayət olunan qətnamə və ya qərardad” ifadəsi qeyd olunduğundan bu imperativ göstərişlər qətnamə ilə yanaşı qərardaddan şikayətə də aid olunur. İddiaçının nümayəndəsinə məxsus “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə yüklənmiş şikayətindən görünür ki, şikayət kağız daşıyıcıda tərtib edilmiş və iddiaçının nümayəndəsi tərəfindən qələmləimzalanmış və möhürlənmişdir. Məhkəmənin qeyd edilən mövqeyini tamamilə əsassız hesab edilir. Belə ki, şikayətdən müəyyən olunur ki, prosessual hüquq normalarının pozulması şikayətdə müfəssəl formada əsaslandırılmışdır. Məhkəmənin istinad etdiyi MPM-in “Apellyasiya şikayətinin forması” adlı 2 saylı əlavəsində apelyasiya şikayətində hansı məlumatların hansı ardıcıllıqla göstərilməli olması və buna əməl edilməməsi barədə məhkəmənin mövqeyi barədə qeyd edilir ki, hazırkı halda iddianın baxılmamış saxlanılması barədə məhkəmə qərardadından şikayət verilmişdir və iddianın baxılmamış saxlanılmasının əsasları Azərbaycan Respublikası MPM-in 256cımaddəsində göstərilmişdir. “Apellyasiya şikayətinin forması”adlı 2 sayl əlavəsindəki bütün bəndlər maddi hüquq normalarının pozulmasına aid deyil və tərəfdən bütün bəndlərin doldurulmasını tələb etmək yalnız onun hüquqlarını süni surətdə məhdudlaşdırmağa yönəlmiş mövqedir. AzərbaycanRespublikası MPM yalnız prosessual hüquq normalarının pozulması əsaslarını tənzimləyir və məhkəmə xx.xx.2024-cü il tarixli, e-2- 2(113)-3111/2024 saylı qərardadında heç bir maddi hüquq normasına istinad etməməsinə baxmayaraq, iddiaçıdan həm maddi hüquq normalarının, həm də prosessual hüquq normalarının pozulmasının əsaslandırılmasını tələb edir. Təbii sual yaranır ki, işə mahiyyəti üzrə baxılmadığı və iddia baxılmamış saxlanıldığı halda hansı maddi hüquq normalarının pozuntusundan söhbət gedə bilər? Məhkəmə özü də xx.xx.2024-cü il tarixli qərardadla iddianı baxılmamış saxlayarkən yalnız Azərbaycan Respublikası MPM-nin 259.0.7, 260, 263-264, 267-268-ci maddələrinə istinad etsə də iddiaçının maddi hüquq normalarının tətbiqi əsaslarını qeyd etməməsi barədə anlaşılmaz nəticəyə gəlmişdir. Məhkəmənin şikayətin qələmlə imzalanması və möhürlə təsdiqlənməsi barədə mövqeyi də anlaşılmaz və qeyri-müəyyəndir. Belə ki, şikayət qələmlə imzalanıb, möhürlənsə də iddiaçı "xxxx" ASC-nin qanuni təmsilçisinin elektron imzası ilə təsdiq edilmişdir. Qeyd edilən qaydada verilmiş bütün şikayət və iddialar məhkəmələr tərəfindən qəbul edilmişdir. Lakin hazırkı halda işə baxan məhkəmə yeni “metod” ixtira etməklə həm də tərəfin məhkəmə çatımlılığı hüququnu kobud şəkildə pozmuşdur. Məhkəmə göstərilən qərardadı çıxarmaqla iddiaçının məhkəməyə müraciət etmək hüququnu pozmuşdur. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsində apellyasiya şikayətində hansı məlumatların hansı ardıcıllıqla göstərilməli olması müəyyən edilmişdir. Belə ki, Əlavə ilə tələb olunmuşdur ki, apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad edilməklə məhkəmələr tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmələr tərəfindən araşdırılmadığını dəqiq bildirməli, işin halları ilə bağlı mövqe mübahisənin predmetinə aidiyyəti nəzərə alınmaqla, yığcam şəkildə, xronoloji ardıcıllıqla, sadə və anlaşıqlı formada təqdim edilməli; şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməli; məhkəmənin hansı faktiki halları aydınlaşdırmadığı dəqiq göstərilməli və hər birinin qarşısında bu halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətinin nədən ibarət olduğuna aydın şəkildə izah verilməli; məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hansı halların sübut edilməməsi dəqiq göstərilməli və hər birinin qarşısında bunun nədə ifadə olunmasına (qanunla göstərilən sübutlarla təsdiq edilməməsi və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilməsi) aydın şəkildə izah verilməli; apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. - 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; - 10-1.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının “15” iyul 2019-cu il tarixli “17-N” nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarının 3.1-5-ci bəndlərində əks edilmiş tələblərə əsasən: İnformasiya Sisteminin iştirakçıları və istifadəçiləri tərəfindən sənədlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2011-ci il 29 noyabr tarixli 3-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 441-ci bəndində göstərilən tələblər nəzərə alınmaqla hazırlanır. İnformasiya Sisteminin istifadəçiləri tərəfindən sənədlər “Elektron kabinet” vasitəsilə PDF, ADOC və EDOC formatında “Proses iştirakçısının Elektron kabineti”ndən istifadə qaydalarında nəzərdə tutulmuş prosedurlar üzrə gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə göndərilir. Sənədə onun göndərilməsi zamanı maddi sübut qismində təqdim edilən fotoşəkil, videoyazı, audioyazı və digər maddi daşıyıcılar qoşula bilməz. Bu maddi daşıyıcılar barədə məlumat “Elektron kabinet” vasitəsilə göndərilən sənədlərdə qeyd oluna bilər. Sənəd göndərilməzdən əvvəl İnformasiya Sisteminin istifadəçisi onun düzgün tərtib edildiyini (elektron imzanın, əsas və əlavə rekvizitlərin olmasını) və ünvanlanmasını yoxlayır. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsi ilə müəyyən edilmiş hallarda İnformasiya Sistemi həmin sənədi İnformasiya Sisteminin istifadəçisi tərəfindən göndərilməmiş hesab edir. Sənədlərin elektron dövriyyəsi zamanı göndərilən sənədlərin gücləndirilmiş elektron imza ilə təsdiq edilməsi tələb olunur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyun tarixli 1043 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamənin 3.6-cı bəndinə əsasən: Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.2-ci maddəsində nəzərdə tutulan “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. “Elektron kabinet”dən istifadə təlimatının 8.2-ci bəndində proses iştirakçıları tərəfindən şikayətinin verilməsi qaydası, 8.2.6-cı bəndində isə şikayətin imzalanması qaydası izah edilmişdir. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi iddiaçı tərəfindən məhkəmə qərardadından verilmiş şikayət qanunvericilikdə nəzərdə tutulmuş elektron qaydada deyil, kağız daşıyıcıda tərtib olunaraq imzalanmışdır və buna görə də həmin şikayət məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır. İddiaçının apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı şikayəti skan olunmuş formada əl imzası ilə yükləsə də, elektron imza edərək şikayəti kabinetə imzalamışdır. Bu hal şikayətin elektron imzalanması hesab olunmalıdır. “Elektron kabinet”dən istifadə təlimatının 8.2-ci bəndini təhlil etdikdə aydın olur ki, şikayətin elektron yüklənməsi zamanı faylın (vord) elektron sistemə yüklənməsi ilə şikayətin skan versiyasının yüklənməsi fərqləndirilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, şikayətin skan formasında əl imzası ilə elektron imza edərək kabinetə yüklənməsi yuxarıda qeyd edilən normalara əsasən şikayətin elektron imzalanması hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd edilənlərə əsaslanaraq hesab edir ki, şikayətin geri qaytarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı və qanunidir. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, e-2-2(113)-3111/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(103)-1006/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1006/2024
03.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver