Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1032/2025 21.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: göndərmə (alqı-satqı) müqaviləsi, podrat müqaviləsi, öhdəliyin icra olunması, dəbbə pulunun azaldılması X2 Qocayevin sədrliyi ilə, hakimlər X3 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-2(113)-3850/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları:
1. İddiaçı (satıcı, icraçı) ilə Cavabdeh (alıcı, sifarişçi) arasında bağlanmış xx.xx.2022-ci il tarixli VVS/2302/22 nömrəli müqavilədən görünür ki, iddiaçı Buzovna İstirahət mərkəzinin fasad işlərini görməli, lazımi materialları almalı, cavabdeh isə görülmüş işlərin və alınmış mal-materialın dəyərini iddiaçıya ödəməlidir. Müqavilənin 1.2-ci bəndinə əsasən, malların təsviri, həcmi, qiymətlər, yerinə yetirilmə şərtləri və müddəti, digər şərtlər və təfsilatlar tərəflərin qarşılıqlı şəkildə təsdiqlədikləri Qiymətlərin Razılaşdırma Protokollarında göstərilmişdir.
2. Müqavilənin 3-cü bəndinə uyğun olaraq ödəniş şərtləri bu qaydada müəyyən edilmişdir: 50% avans olaraq sifarişçi tərəfindən cari müqavilə imzalandıqdan sonra dərhal, 40 % işin icra müddəti ərzində təhvil-təslim aktına əsasən, 10% müqavilədə qeyd olunan mallar (işlər, xidmətlər) tam icra edildikdən sonra ödənilir. İcraçı təqdim edilmiş mallara (işlər, xidmətlər) görə hesab-fakturaları təqdim edir. Sifarişçi vergi hesabfakturalara və qaimə-fakturalara uyğun olaraq aldığı malların (işlər, xidmətlər) dəyərini icraçının hesabına ödəyir. Müqavilənin tələblərini pozan tərəf ümumi məbləğin 0,5%-i olmaqla ümumi cərimə və öhdəliyin gecikdirilməsinə görə gecikdirilmiş hər gün üçün ümumi məbləğin 0,05 %-i məbləğində cərimə ödəməyi öz üzərinə götürür. Bütün ödənişlər bank köçürülmə yolu ilə, manatla həyata keçirilir.
3. xx.xx.2022-ci il tarixli VVS/2302/22 nömrəli alqı-satqı müqaviləsinin qiymət razılaşdırma protokoluna əsasən tərəflər arasında müxtəlif adlı, markalı ,idişeç) növü) və ölçülü malların həcmi, göstəriləcək xidmətlərin dəyəri kimi ümumilikdə ƏDV xaric 491213,06 manat razılaşdırılmışdır.
4. Müqaviləyə xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə (eyni tarixdə iki dəfə) və xx.xx.2022-ci il tarixdə 6 əlavə razılaşma protokolu imzalanmaqla, müqavilənin ümumi qiyməti hər dəfə artırılaraq sonda 679965,04 manat müəyyən edilmişdir.
5. EBBV nömrəli, 416865 seriyalı, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 236000 manat dəyərində mallar, EBBX seriyalı, 715184 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 212400 manat dəyərində mallar, EBBZ seriyalı, 200749 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 59000 manat dəyərində mallar, EBCB seriyalı, 109671 nömrəli,xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 59000 manat dəyərində mallar, EBCC seriyalı, 582963 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 450 manat dəyərində mallar, EBCG seriyalı, 701432 nömrəli, xx.xx.2022ci il tarixli elektron qaiməyə əsasən 176958.75 manat dəyərində yola salınmış malların,görülmüş işlərin və ya göstərilmiş xidmətlərin dəyərinin ödənilməsi üçün İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təqdim edilmişdir.
6. 2022-ci ilin aprel ayı daxilində yerinə yetirilən işlərin müqavilə qiyməti ilə dəyəri haqqında arayış və yerinə yetirilən işlərin siyahısına əsasən subpodratçı İddiaçı MMC tərəfindən 236000 manat dəyərində podratçı Cavabdeh MMC-yə xidmətlər göstərilmişdir.
7. 2022-ci ilin may ayı daxilində yerinə yetirilən işlərin müqavilə qiyməti ilə dəyəri haqqında arayış və yerinə yetirilən işlərin siyahısına əsasən subpodratçı İddiaçı MMC tərəfindən 212400,01 manat dəyərində podratçı Cavabdeh MMC-yə xidmətlər göstərilmişdir.
8. 2022-ci ilin iyun ayı daxilində yerinə yetirilən işlərin müqavilə qiyməti ilə dəyəri haqqında arayış və yerinə yetirilən işlərin siyahısına əsasən subpodratçı İddiaçı MMC tərəfindən 59000 manat dəyərində podratçı Cavabdeh MMC-yə xidmətlər göstərilmişdir
9. 2022-ci ilin iyul ayı daxilində yerinə yetirilən işlərin müqavilə qiyməti ilə dəyəri haqqında arayış və yerinə yetirilən işlərin siyahısına əsasən subpodratçı İddiaçı MMC tərəfindən 59000 manat dəyərində podratçı Cavabdeh MMC-yə xidmətlər göstərilmişdir
10. 2022-ci ilin avqust ayı daxilində yerinə yetirilən işlərin müqavilə qiyməti ilə dəyəri haqqında arayış və yerinə yetirilən işlərin siyahısına əsasən subpodratçı İddiaçı MMC tərəfindən 59000 manat dəyərində podratçı Cavabdeh MMC-yə xidmətlər göstərilmişdir.
11. 2022-ci ilin sentyabr ayı daxilində yerinə yetirilən işlərin müqavilə qiyməti ilə dəyəri haqqında arayışa əsasən 176916,29 manat dəyərində və yerinə yetirilən işlərin siyahısına əsasən subpodratçı İddiaçı MMC tərəfindən 176958,76 manat dəyərində podratçı Cavabdeh MMC-yə xidmətlər göstərilmişdir. Birinci instansiya məhkəməsindəki icraat:
1. İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli VVS/2302/22 nömrəli xidmət müqaviləsi üzrə yaranmış 80198,75 manat məbləğ, 37480 manat məbləğində cərimə, ümumilikdə 117678,75 manat pul vəsaiti, 320 manat vəkil xərcinin və ödənilmiş 408 dröd) yüz səkkiz) manat dövlət rüsumunun ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli VVS/2302/22 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən iddiaçı Buzovna İstirahət mərkəzinin fasad işlərini görməli, lazımi materialları almalı, cavabdeh isə görülmüş işlərin və alınmış mal-materialın dəyərini iddiaçıya ödəməlidir. Görülməli olan işlər, alınmalı olan materiallar müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə razılaşmalarda əksini tapmışdır. İddiaçı müqavilə üzrə öhdəliyini tam icra etmiş və müqavilənin əlavələrində göstərilən bütün işləri cavabdehə təhvil vermişdir. Həmin işlərin və alınmış materialların ümumi dəyəri ƏDV daxil olmaqla 802.358,75 AZN təşkil etmişdir. Bununla bağlı cavabdehə 6 ayrı e-qaimə göndərilmişdir. Həmin e-qaimələr üzrə ödənişlərin müəyyən hissəsi həyata keçirilsə də 80.198,75 AZN hissəsi (ƏDV daxil olmaqla) hazırki vaxtadək cavabdeh tərəfindən ödənilməmişdir. Göründüyü kimi iddiaçı tərəfindən xidmətlərin təhvil verilməsinə, bununla əlaqədar təhvil-təslim aktlarının imzalanmasına və e-qaimənin cavabdehə göndərilməsinə baxmayaraq cavabdeh müqavilənin şərtlərini pozmuş, xidmətlərin dəyərini tam ödəməmiş, müqavilə üzərə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etməmişdir. Həmin Müqavilənin 3.4-cü bəndinə uyğun olaraq müqavilənin tələblərini pozan tərəf ümumi məbləğin 0,5%-i olmaqla ümumi cərimə və öhdəliyin gecikdirilməsinə görə gecikdirilmiş hər gün üçün ümumi məbləğin 0,05 %-i məbləğində cərimə ödəməyi öz üzərinə götürür. Sonuncu e-qaimənin göndərildiyi xx.xx.2022-ci il tarixdən hazırkı vaxtadək 80198,75 manatlıq hissənin ödənilməməsi ilə bağlı hər gün üçün 40 manat olmaqla niğəlbəm) 0.05 %-i) 37480 manat nüg739) x 40manat) məbləğində cərimə ödəməlidir.
3. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəməyə ərizə ünvanlayaraq iddianı qismən - əsas borc hissəsində qəbul etdiklərini, lakin cərimə hissəsində qəbul etmədiklərini bildirmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il 2-2(113)-3850/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən 80198,75 manat əsas borc, 4000 manat cərimə, ümumilikdə 84198 manat 75 qəpik, hüquqi xidmətə görə vəkilə ödənilmiş 320 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 342,60 manat pulun tutularaq iddiaçı İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında qarışıq formada podrat və alqı-satqı müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Belə ki, iddiaçı müqavilədə nəzər tutulmuş müvafiq işləri öz materialları ilə yerinə yetirsə də və müqavilə üzrə müəyyən materialları təhvil versə də, cavabdeh tərəfindən görülmüş işlərə görə nəzərdə tutulmuş muzd və satılmış materialların dəyəri iddiaçıya ödənilməmişdir. Bununla da cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, qarşı tərəfin gördüyü işləri və satdığı materialları qəbul etsə də, şərtləşdirilmiş muzdu və aldığı materialların dəyərini ödəməmişdir. Bu fakt elektron qaimələrlə də öz təsdiqini tapır, çünki mübahisə yaranan dövr və ondan əvvəlki müddət ərzində tərəflərin qarşılıqlı münasibətlərində bu cür işgüzar adət, praktika və öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu formalaşmışdır ki, əvvəllər də iddiaçı tərəfindən görülən işlərlə bağlı verilmiş elektron qaimələr əsasında cavabdeh tərəfindən müxtəlif ödənişlər edilmişdir. Həmçinin cavabdehin nümayəndəsi əsas borcu qəbul etdiyini bildirmişdir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, yerinə yetirilmiş işlərə və aldığı materiallara görə 80198,75 manat məbləğində pul vəsaitini ödəmədiyini, iddiaçının razılaşdırılmış muzdun ödənilməsini və satdığı materialların dəyərini tələb etmək hüququnun olduğunu, tərəflər arasındakı işgüzar adəti, cavabdehin nümayəndəsinin əsas borcu qəbul etdiyini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi əsaslıdır, buna görə də 80198,75 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaçının 37480 manat dəbbə pulu tələbinə münasibət bildirərək qeyd etmişdir ki, tərəflərin bağladığı müqavilədə ödənişin gecikdirilməsinə görə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin, məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinə istinad edərək həmin məbləği tənasübsüz dərəcədə yüksək hesab etmiş və azaldaraq 4000 manat müəyyən etmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-3850/2025 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən apellyasiya şikayət verilmişdir.
7. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC müqavilə üzrə öz öhdəliklərini vicdanlılıq prinsipi çərçivəsində yerinə yetirmişdir. Həmçinin məhkəmə tərəfindən cərimənin tutulması da qanunsuzdur. Belə ki, borcu ödənilməməsi cavabdehin təqsiri ucbatından olmamışdır. Buna görə də cərimə hissəsi tam qanunsuzdur. İş üzrə cavabdehin təqsiri olmadığı halda cərimə məbləğinin tutulması qanunsuzdur.Cərimə öhdəliyin bilərəkdən cavabdeh tərəfindən gecikdirildiyi halda tətbiq edilə bilər, hazırki işdə, öhdəliyin cavabdehin təqsiri ucbatından icra edilməməsi öz təsdiqini tapmamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
8. İddiaçı MMC tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları:
9. Tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ... Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. ... Maddə 427. Öhdəliyin icrası müddəti … 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. ... 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər.
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. … Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. ... Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. … 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. … Apellyasiya baxışının hədləri:
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
13. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
14. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilsə də iddiaçı tərəfindən mübahisələndirilməmiş, cavabdeh tərəfindən isə yalnız dəbbə pulunun tutulması hissəsində mübahisələndirilmişdir. Odur ki, qətnamənin əsaslılığı yalnız bu hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
15. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
16. Birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarına əsasən tərəflər arasında qarışıq alqı-satqı və podrat müqaviləsi bağlanmış, həmin müqavilə əsasında verilmiş mallar və yerinə yetirilmiş işlərə görə cavabdehin iddiaçıya ödənilməmiş 80198,75 manat borcu qalmışdır. İddiaçı tərəfindən cavabdehə sonuncu elektron qaiməfaktura ödənilməsi üçün xx.xx.2022-ci il tarixdə göndərilmişdir.
17. Cavabdehin apellyasiya şikayətində öhdəliyin icrasının gecikdirilməsinin cavabdehin təqsiri üzündən olmamasını göstərsə də öhdəliyin pozulmasının hansı səbədən qaynaqlandığını göstərməmiş, eləcə də bu barədə sübutlar təqdim etməmişdir.
18. Cavabdeh tərəfindən müqavilə üzrə 80198,75 manat borcun ödənilməsinin gecidkirilməsi işin mübahisəsiz halıdır. Mülki Məcəllənin 448.1 və 448.4-cü maddələrinin tələblərinə uyğun olaraq (§ 10), öhdəliyin pozulmasına görə borclunun məsuliyyət daşıması prezumpsiyası qüvvədədir. Borclu pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirməklə məsuliyyətdən azad edilə bilər. Hazırkı işdə cavabdeh öhdəliyin pozulmasında təqsirinin olmamasını sadəcə sözlə ifadə etmiş, bu halı sübuta yetirməmişdir.
19. Məhkəmə kollegiyası dəbbə pulunun miqdarı ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi iddiada tələb edilən 37480 manat dəbbə pulunun miqdarını azaldaraq 4000 manat müəyyən etmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi dəbbə pulu miqdarı tənasübsüz surətdə yüksək olmadığından onun Mülki Məcəllənin 467ci maddəsinin tələblərinə əsasən əlavə olaraq azaldılması üçün də əsaslar yoxdur.
20. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayətində irəli sürülən dəlillər əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.
21. Apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
22. Hazırkı kommersiya mübahisəsi üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan az olduğuna görə bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
23. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət e t d i :
Cavabdeh "Caspian Road” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 11 iyul 2025-ci il tarixli 2-2(113)-3850/2025 saylı nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Tural Qocayev
Hakimlər: Elnur Həsənov
Təranə Mahmudova