Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1038/2023 07.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, e-2-2(113)-3534/2023 nömrəli qərardadından cavabdeh "xxxx" ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-dən İddiaçı xeyrinə 56698 manat məbləğində vəsaitin, hüquqi yardıma görə vəkilə ödənilmiş 200 manat məbləğində vəsaitin, 800 manat təyyarə biletinin qiymətini təşkil edən vəsaitin, 50 manat mediasiya xərcinin və iş üzrə ödənilmiş 212,49 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3534/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh "xxxx" ASC-dən xidmət haqqı kimi 50028 manat, hüquqi yardıma görə vəkilə ödənilmiş 200 manat, mediasiya xərci kimi 50 manat və dövlət rüsumu kimi ödənilmiş 188,01 manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi, iddianın 800 manat təyyarə biletinin qiymətini təşkil edən vəsaitin ödənilməsi ilə bağlı hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh "xxxx" ASC xx.xx.2023-cü il tarixdə “AZEMİS” elektron məhkəmə sistemində yerləşdirilmiş apelyasiya şikayətini verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3534/2023 nömrəli qətnaməsini iddianın təmin edilən hissəsində ləğv edilməsi barədə məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3534/2023 nömrəli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 3534/2023 nömrəli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilən apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh "xxxx" ASC həmin qərardaddan şikayət verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2- 2(113)-3534/2023 nömrəli qərardadının ləğv edilməsini, apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Məhkəmə qərardadda qeyd etmişdir ki, iddia tələbi üzrə dövlət rüsumu 263 manat təşkil edir. Lakin qətnamənin qət etdi hissəsində 188 manat dövlət rüsumunun cavabdehdən tutulması qət edilmişdir. Tərəfimizdən qət edilmiş dövlət rüsumunun 50 faizi yəni 95 manat pul ödənilmişdir. Lakin məhkəmə 131,50 manat dövlət rüsumunun ödənilməsini qeyd etmişdir ki, bununla razılaşmaq olmaz. Bakı Kommersiya Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi, cavabdeh "xxxx" ASC tərəfindən verilən apellyasiya şikayətinin dövlət rüsumunun tam həcmdə ödənilməməsi, həmçinin “Apellyasiya şikayətinin forması” adlı 2 saylı əlavəsində müəyyən olunmuş qaydalara tam riayət edilməməsinə görə geri qaytarılması nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsinə apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. “Dövlət rüsumu haqqında” Qanunun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə ödənilməli olan dövlət rüsumu bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizini təşkil edir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda ödənilməli olan dövlət rüsumu 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi təşkil edir. Hazırkı iş materiallarından görünür ki, apellyasiya şikayətinin verilməsi üçün 95 manat dövlət rüsumu ödənilmişdir. Qətnamənin qət etdim hissəsinə mütənasib deyil, iddia qiymətinə uyğun müəyyənləşir. Halbuki, hazırki tələb üzrə isə dövlət rüsumu 263 manat təşkil etdiyindən, buna uyğun olaraq ödənilməli olan dövlət rüsumu 131,5 manatdır. “Dövlət rüsumu haqqında” Qanundan göründüyü kimi apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş dövlət rüsumu birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə tutulması qət edilmiş dövlət rüsumuna mütənasib deyil, iddia qiymətinə uyğun müəyyənləşir. Eyni zamanda məhkəmə kollegiyası apellyasiya şikayətinin müəyyən olunmuş forma və məzmun tələblərinə uyğun gəlməməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Bu mənada, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi dövlət rüsumunun tam həcmdə ödənilmədiyindən apellyasiya şikayətinin geri qaytarılması nəticəsinə gəldiyindən birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, e-2-2(113)-3534/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov
Məhkəmə qərarları › İş №2-2(103)-1038/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1038/2023
07.12.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver