Məhkəmə qərarları › İş №2-2(103)-1049/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1049/2024

13.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1049/2024 13.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı cavabdehlər Cavabdeh1, Qanuni nümayəndə2, Cavabdeh2 MMC və Cavabdeh4 MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Elnur Məmmədsaat oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-472/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı ilə (Sifarişçi) ilə "xxxx" MMC (İcraçı) arasında bağlanmış 04 fevral 2021-ci il tarixli müqaviləyə əsasən icraçı sifarişçinin Samux Rayonu Kolayır kəndi ərazisində yerləşən 1.5 hektar torpaq sahəsi üzərində 18 seksiyadan, hər seksiyası metal konstruksiyalı karkasdan, xüsusi təyinatlı sellofan örtükdən ibarət müxtəlif çeşidli tərəvəz məhsullarının yetişdirilməsi üçün istixana kompleksinin montajını və eyni zamanda suvarma (nasos ve filterlər daxil olmaqla), eləcə də istilik (qazan və forsunkalar daxil olmadan) sisteminin quraşdırılması işlərini yerinə yetirməyi, "Sifarişçi" isə "İcraçı"nın yerinə yetirdiyi işləri qəbul edib dəyərini (qiymətini) bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öhdəsinə götürür.

2. Müqavilənin 2.1-ci maddəsinə əsasən müqavilənin ümumi dəyəri "Tərəflər"in qarşılıqlı razılığı əsasında 225000 ABŞ dolları müəyyən olunur. (Azərbaycan Respublikası gömrük rüsumları xaric) və müqavilə imzalandığı andan ilkin ödəniş formasında "sifarişçi" 30000 ABŞ dolları məbləğində ödəniş edir. Ödənişin qalıq hissəsini 4 ay müddətində hər növbəti ayın 1-i üçün 20000 ABŞ dolları, 5-ci ayın tamamında isə işlərin başa çatmaq ərəfəsində 115000 ABŞ dolları məbləğində "Sifarişçi" tərəfindən pul vəsaiti ödənir

3. Müqavilənin 2.2-ci maddəsinə əsasən müqavilə üzrə işlərin yerinə yetirilməsi zamanı icraçı tərəfindən müqavilədə razılaşdırmadığı hər hansı bir iş aşkar etdikdə və bununla əlaqədar ödəniləcək pul vəsaitinin miqdarında dəyişiklik edilməli olduqda o, həmin işi icra etməzdən əvvəl bu barədə qabaqcadan Sifarişçiyə məlumat verməlidir.

4. Müqavilənin 2.3-cü maddəsinə əsasən müqavilənin icrası zamanı Sifarişçi bu müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb etdikdə “tərəflər” həmin işlərin görülməsinə görə əlavə pul vəsaiti ödənilib ödənilməyəcəyini, əgər pul vəsaiti ödənəcəksə onun miqdarını əvvəlcədən razılaşdırmalıdırlar.

5. İddiaçı ilə (Sifarişçi) ilə Cavabdeh4 MMC (İcraçı) arasında bağlanmış 04 fevral 2021-ci il tarixli müqaviləyə əsasən “İcraçı” “Sifarişçi”nin Samux rayonu, Kolayır kəndi ərazisində yerləşən 1.5 hektar torpaq sahəsi üzərində 18 seksiyadan, hər seksiyası metal konstruksiyalı karkasdan, xüsusi təyinatlı sellofan örtükdən ibarət müxtəlif çeşidli tərəvəz məhsullarının yetişdirilməsi üçün istixana kompleksinin montajını və eyni zamanda daxili suvarma (nasos ve filterlər daxil olmaqla) eləcə də istilik (qazan və forsunkalar daxil olmadan) sisteminin quraşdırılması işlərini yerinə yetirməyi, "Sifarişçi" isə "İcraçı"nın yerinə yetirdiyi işləri qəbul edib dəyərini (qiymətini) bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öhdəsinə götürür.

6. Müqavilənin 2.1-ci maddəsinə əsasən müqavilənin ümumi dəyəri "Tərəflər"in qarşılıqlı razılığı əsasında 225000 ABŞ dolları müəyyən olunur. (Azərbaycan Respublikası gömrük rüsumları xaric) və müqavilə imzalandığı andan ilkin ödəniş formasında "sifarişçi" 30000 ABŞ dolları məbləğində ödəniş edir. Ödənişin qalıq hissəsini 4 ay müddətində hər növbəti ayın 1-i üçün 20000 ABŞ dolları, 5-ci ayın tamamında isə işlərin başa çatmaq ərəfəsində 115000 ABŞ dolları məbləğində "Sifarişçi" tərəfindən pul vəsaiti ödənir.

7. Müqavilənin 2.2-ci maddəsinə əsasən müqavilə üzrə işlərin yerinə yetirilməsi zamanı icraçı tərəfindən müqavilədə razılaşdırmadığı hər hansı bir iş aşkar etdikdə və bununla əlaqədar ödəniləcək pul vəsaitinin miqdarında dəyişiklik edilməli olduqda o, həmin işi icra etməzdən əvvəl bu barədə qabaqcadan Sifarişçiyə məlumat verməlidir.

8. Müqavilənin 2.3-cü maddəsinə əsasən müqavilənin icrası zamanı Sifarişçi bu müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb etdikdə “tərəflər” həmin işlərin görülməsinə görə əlavə pul vəsaiti ödənilib ödənilməyəcəyini, əgər pul vəsaiti ödənəcəksə onun miqdarını əvvəlcədən razılaşdırmalıdırlar.

9. İddiaçı ilə (Sifarişçi) ilə "xxxx" MMC (İcraçı) arasında bağlanmış 04 fevral 2021-ci il tarixli müqavilənin 6.2-ci bəndinə görə "Sifarişçi" "İcraçı" tərəfindən öhdəliklərin pozulduğu halda onu 3 gün öncədən yazılı surətdə xəbərdar etməklə bu müqaviləni birtərəfli qaydada xitam edə bilər və bu halda "Sifarişçi " müqavilə xitam olunmazdan əvvəl yerinə yetirilmiş və qəbul edilmiş işlərin dəyərini ödəməli olmasına baxmayaraq, İddiaçı ilə (Sifarişçi) ilə Cavabdeh4 MMC (İcraçı) arasında bağlanmış 04 fevral 2021-ci il tarixli müqavilənin 6.2-ci maddəsinə görə isə Sifarişçi" "İcraçı" tərəfindən öhdəliklərin pozulduğu halda onu 3 gün öncədən yazılı surətdə xəbərdar etməklə bu müqaviləni birtərəfli qaydada xitam etdiyi halda "Sifarişçi " müqavilə xitam olunmazdan əvvəl yerinə yetirilmiş və qəbul edilmiş işlərin dəyərini ödəməli deyildir.

10. Cavabdeh4 MMC-yə məxsus 04 fevral 2021-ci il tarixli kassa mədaxil orderindən görünür ki, 04 fevral 2021-ci il tarixli müqaviləyə əsasən 30000 ABŞ dolları qarşılığı olan 51000 manat məbləğində pul İddiaçı tərəfindən verilmiş, Qanuni nümayəndə2 tərəfindən qəbul edilmiş və kassaya mədaxil edilmişdir.

11. Cavabdeh4 MMC-yə məxsus 11 aprel 2021-ci il tarixli, 196 nömrəli kassa mədaxil orderindən görünür ki, 04 fevral 2021-ci il tarixli müqaviləyə əsasən 20000 ABŞ dolları məbləğində pul İddiaçı tərəfindən verilmiş, Qanuni nümayəndə2 tərəfindən qəbul edilmiş və kassaya mədaxil edilmişdir.

12. Cavabdeh4 MMC-yə məxsus 22 aprel 2021-ci il tarixli, 197 nömrəli kassa mədaxil orderindən görünür ki, 04 fevral 2021-ci il tarixli müqaviləyə əsasən 20000 ABŞ dolları məbləğində pul İddiaçı tərəfindən verilmiş, Qanuni nümayəndə2 tərəfindən qəbul edilmiş və kassaya mədaxil edilmişdir

13. Cavabdeh4 MMC-yə məxsus 02 iyun 2021-ci il tarixli kassa mədaxil orderindən görünür ki, 4700 ABŞ dolları məbləğində pul İddiaçı tərəfindən verilmiş, Cavabdeh4 MMC tərəfindən qəbul edilmiş və kassaya mədaxil edilmişdir.

14. 08 iyun 2021-ci il tarixli kassa mədaxil orderindən görünür ki, 8500 ABŞ dolları məbləğində pul İddiaçı tərəfindən verilmiş, Qanuni nümayəndə2 tərəfindən qəbul edilmişdir.

15. İş materiallarında olan xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli kassa mədaxil orderlərindən görünür ki, müvafiq olaraq 15000 ABŞ dolları məbləğində pul, gömrük rüsumları və nəqliyyat xərcləri qarşılığı kimi 18800 ABŞ dolları qarşılığı olan 31960 manat məbləğində pul və 11900 ABŞ dolları qarşılığı olan 20230 manat məbləğində pul, habelə 1000 manat (usta ödənişi olaraq) pul vəsaitləri 04 fevral 2021-ci il tarixli müqaviləyə əsasən İddiaçı tərəfindən verilmiş, Cavabdeh4 MMC tərəfindən qəbul edilmiş və kassaya mədaxil edilmişdir.

16. İş materiallarında olan xx.xx.2023-cü il və xx.xx.2022-ci il tarixli kassa mədaxil orderlərindən görünür ki, müvafiq olaraq 39500 ABŞ dolları və 17000 ABŞ dolları, habelə 3600 ABŞ dolları (usta haqqı) 04 fevral 2021-ci il tarixli müqaviləyə əsasən İddiaçı tərəfindən verilmiş, Cavabdeh4 MMC tərəfindən qəbul edilmiş və kassaya mədaxil edilmişdir.

17. "xxxx" ASC-nin Xətai Filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına görə 60000 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına görə 20000 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına görə isə 70000 manat məbləğində pul İddiaçı tərəfindən Cavabdeh4 MMC-yə ödənilmiş və ödənişlərin xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən istixananın əsas vəsaitinin alınması üçün köçürüldüyü qeyd olunmuşdur.

18. Cavabdeh4 MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə İddiaçı öz öhdəliklərini tam icra etmədiyi, müqavilə bağlandıqdan sonra ödənişlərin bir qismini vaxtında ödəmədiyi, qalıq borcunun 45900 manat təşkil etdiyini, ödənişləri uzun müddət ödəmədiyi üçün bazarda qiymət artımlarının olması nəzərə alınmaqla nəticədə MMC-yə 62628 manat vurulmuş zərərin ödənilməsi tələb edilmişdir.

19. Cavabdeh4 MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü tarixli məktubda göstərilmişdir ki, tərəflər arasında imzalanmış xx.xx.2021- ci il tarixli müqavilə üzrə iddiaçı tərəfindən MMC-yə xx.xx.2021-ci il tarixə qədər 117500 ABŞ dolları, xx.xx.2022-ci il tarixə qədər 102240 ABŞ dolları, ümumilikdə 219740 ABŞ dolları ödəniş edilmiş, müqavilə üzrə qiymətlər tərəflərindən yenidən hesablanmış, müqavilə üzrə iddiaçının əlavə olaraq 100000 ABŞ dolları vəsaiti xx.xx.2024-cü il tarixə qədər beş dəfə olmaqla ödənilməsi, işlərin tərəflərindən xx.xx.2024-cü il tarixədək tamamlanması təklif edilmişdir.

20. "xxxx" MMC tərəfindən verilmiş LP-012/2024 nömrəli, xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə görə Samux rayonu, Kolayır kəndi ərazisində yerləşən İddiaçı məxsus 1.5 ha torpaq sahəsində quraşdırılmalı olan istixanaya aid avadanlıqların 2021-ci ilə olan orta bazar qiyməti 130761 manat təşkil edir.

Birinci instansiya məhkəməsindəki icraat:

1. İddiaçı cavabdehlər Cavabdeh1, Qanuni nümayəndə2, Cavabdeh2 MMC və Formes.Group.Az” MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərə xx.xx.2021-ci il tarixli podrat müqaviləsi əsasında Samux rayonu, Kolayır kəndi ərazisində yerləşən torpaq sahəsində istixana kompleksinin tikilməsi üçün avans olaraq ödədiyi ümumilikdə 277780 ABŞ dollarının kursu ilə 472226 manat edən puldan görülmüş işin dəyəri hesab etdiyi 110000 ABŞ dollarının kursu ilə 187000 manat çıxılmaqla, yerdə qalan hissəsi, yəni əsas məbləğ üzrə 167780 ABŞ dollarının bu günə olan kursu ilə 285226 manat və bu məbləğin Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyənləşdirdiyi bank uçot dərəcəsi ( 9%) ilə hesablanmış 18921 manat faiz borcu, ümumilikdə isə əsas və faiz borcu üzrə 304147 manat və 594,15 manat ödədiyi dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2021-ci il tarixdə Bakı şəhərində cavabdehlərlə podrat münasibətləri üzrə müqavilə bağlamışdır. Podrat müqaviləsinə əsasən, xx.xx.2021-ci il tarixdən hesablanan altı ay müddətində sifarişçinin Samux rayonu, Kolayır kəndi ərazisində yerləşən 1.5 hektar torpaq sahəsi üzərində icraçı 18 seksiyadan, hər seksiyası metal konstruksiyalı karkasdan, xüsusi təyinatlı selofan örtükdən ibarət müxtəlif çeşidli tərəvəz məhsullarının yetişdirilməsi üçün istixana kompleksinin və eyni zamanda daxili suvarma (nasos və filtrlər daxil olmaqla), eləcədə istilik (qazan və forsunkalar daxil olmadan) sisteminin quraşdırılması işlərini yerinə yetirməyi və istismara tam hazır vəziyyətdə 2021-ci ilin altıncı ayının axırında (müqavilənin 5.1.-ci bəndi) təhvil verməyi öhdəsinə götürmüşdür. Sifarişçi olaraq iddiaçı işləri qəbul edib dəyərini (qiymətini) müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehlərlə danışıqlarda, razılaşmalarda, haqq-hesabda ilk gündən bu günədək birgə fəaliyyət göstərdiklərini bildirən Cavabdeh1 və Türkiyə Respublikasının vətəndaşı olan, özünü Podratçı Cavabdeh4 MMC-nin məsul şəxsi kimi təqdim edən Qanuni nümayəndə2 adlı şəxs iştirak ediblər. İlk müqaviləni Podratçı Cavabdeh4 MMC-nin direktoru Cavabdeh1 imzalamışdır. Müqavilə qiyməti 225000 ABŞ dolları razılaşdırılmışdır. 2021-ci ilin fevral ayının dördündən başlayaraq görülmüş işlərin haqqı kimi hissələrlə 110000 ABŞ dolları, tam hazır işin təhvil verilməsi nəzərdə tutulduğu 2021-ci ilin iyul ayının üçündə isə 115000 ABŞ dollarının ödənilməsi nəzərdə tutulmuşdur. İlkin ödənilmiş 30000 ABŞ dolları kimi hesablanmış 51000 manata görə Bakı şəhərində xx.xx.2021-ci il tarixdə nömrəsiz kassa mədaxil orderinə Cavabdeh1 imza atmışdır və bu pul ona və Cavabdeh4 MMC-nin məsul şəxsi Şen Mesut adlı Türkiyə vətəndaşına verilmişdir. İkinci ödənilmiş 20000 ABŞ dolları kimi hesablanmış 34000 manata görə Bakı şəhərində xx.xx.2021-ci il tarixdə 196 nömrəli kassa mədaxil orderinə Qanuni nümayəndə2 adlı Türkiyə vətəndaşı imza atmışdır və bu pul ona və Cavabdeh4 MMC-nin direktoru Cavabdeh1 verilmişdir. Üçüncü dəfə 20000 ABŞ dolları kimi hesablanmış 34000 manat bir neçə gün sonra yenə də Bakı şəhərində Şen Mesut adlı Türkiyə vətəndaşı tərəfindən tarixi xx.xx.2021-ci il göstərilmiş 197 nömrəli mədaxil orderi imzalamaqla ona və Cavabdeh4 MMC-nin direktoru Cavabdeh1 ödənilmişdir. Dördüncü dəfə ödənilmiş 4700 ABŞ dolları kimi hesablanmış 7990 manat xx.xx.2021-ci il tarixdə Bakı şəhərində nömrəsiz kassa mədaxil orderi Şen Mesut adlı Türkiyə vətəndaşı tərəfindən imzalanmaqla onun və Cavabdeh4 MMC-nin direktoru Cavabdeh1 verilmişdir. Beşinci ödəniş olan 8500 ABŞ dolları kimi hesablanmış 14450 manat yenə də Bakı şəhərində Şen Mesuta və Cavabdeh4 MMC-nin direktoru Cavabdeh1 xx.xx.2021-ci il tarixdə verilmişdir. Nömrəsiz kassa mədaxil orderi Qanuni nümayəndə2 tərəfindən imzalanmışdır. Altıncı dəfə, 2021-cı ilin iyul ayının əvvəlində iddiaçı 39500 ABŞ dolların kursu ilə hesabladıqları 67150 manatı Cavabdeh4 MMC-nin direktoru Şen Mesuta və Cavabdeh1 Bakı şəhərində ödəmişdir. Lakin bu ödəniş xx.xx.2022- ci il tarixində edilmiş ödəniş kimi qeyd edilmişdir. A4 formatında adi kağızda Şen Mesut öz xətti ilə qəbz tərtib etmişdir, imzalamışdır və Cavabdeh4 MMC-nin möhürü ilə təsdiqləmişdir. Nəticədə, 2021-ci ilin iyul ayının əvvəlinə ümumilikdə 122700 ABŞ dollarının kursu ilə 208590 manat ödənildiyinə baxmayaraq, cavabdehlər tərəfindən heç bir iş görülməmişdir, heç bir material, avadanlıq tikinti meydançasına gətirilməmişdir. Yəni, müqavilə şərtlərinə görə (müqavilənin 2.1.-ci bəndi) müqavilə bağlandıqdan sonra hesablanan 5-ci ayın sonuna tamamlanmalı olan iş, demək olar ki, heç başlamamışdır. Belə ki, bu müddətdə iddiaçı özü pulunu ödədiyi texnika ilə yalnız tikinti meydançasında planlaşdırma işləri aparılmışdır və dirəklərin təməli basdırılmışdır. Bundan sonra, cavabdehlər bildirmişlər ki, əvvəlki müqaviləyə xitam verilməlidir və yeni firma ilə yenidən müqavilə bağlanmalıdır. xx.xx.2022ci il tarixdə Cavabdeh4 MMC ilə olan müqaviləyə xitam verildiyi bildirilmişdir. İlkin müqavilənin üstündən xətt çəkilib xitam olunduğu təsdiqləndikdən sonra, Cavabdeh4 MMC –nin direktoru Şen Mesut ilə arxa tarix olan xx.xx.2021-ci il tarixə yeni podrat müqaviləsi bağlanmışdır. Hər iki müqavilənin şərtləri eynidir, fərq yalnız ondadır ki, təzə müqavilənin 6.2.-ci bəndində dəyişiklik olunub və bu iddiaçıya yalnız məhkəməyə sənədlərin hazırlığı vaxtı məlum olubdur. Belə ki, Cavabdeh4 MMC ilə bağlanmış müqavilənin 6.2.-ci bəndində nəzərdə tutulub ki, “Sifarişçi “İcraçı” tərəfindən öhdəliklərin pozulduğu halda onu 3 gün əvvəlcədən yazılı sürətdə xəbərdar etməklə bu Müqaviləni birtərəfli qaydada xitam edə bilər. Bu halda “Sifarişçi” müqavilə xitam olunmazdan əvvəl yerinə yetirilmiş və qəbul edilmiş işlərin dəyərini ödəməməlidir”. Cavabdeh4 MMC ilə imzalanmış müqavilənin 6.2.-ci bəndində isə tam əksinə olaraq deyilir ki, “Sifarişçi” “İcraçı” tərəfindən öhdəliklərin pozulduğu halda onu 3 gün əvvəlcədən yazılı surətdə xəbərdar etməklə bu müqaviləni birtərəfli qaydada xitam edə bilər. Bu halda “Sifarişçi” müqavilə xitam olunmazdan əvvəl yerinə yetirilmiş və qəbul edilmiş işlərin dəyərini ödəməlidir”. Yəni, İcraçı tərəfindən öhdəliklərin pozulduğu bir halda məsuliyyət daşımadığı haqda müqaviləyə qeyd yerləşdirilmişdir. Hər bir halda, iddiaçı bildirir ki, Cavabdeh4 MMC ilə bağladığı müqavilənin 3.1.9-cu bəndində qeyd olunub ki, “İşlərin icrası zamanı “İcraçı” “Sifarişçi”nin yazılı razılığı əsasında digər “İcraçı”dan istifadə edə bilər, lakin bu zaman digər “İcraçı”nın görmüş olduğu işin nəticələrinə görə “Sifarişçi” qarşısında müstəqil məsuliyyət daşıyır.” Bu ödənişlərdən sonra, cavabdehlər heç bir iş görmədikləri üçün ödəniş etməmişdir, lakin cavabdehlər tərəfindən pul ödənildiyi təqdirdə işə başlayacaqları vədlərinə görə və əvvəldən etdiyi ödənişləri nəzərə alaraq çıxılmaz vəziyyətdə qalıb yenə də onlara pul ödəmişdir. Belə ki, 2022-ci ilin sentyabr, oktyabr, dekabr aylarında ümumilikdə 88235 ABŞ dollarının ekvivalenti olan 150000 manatı iddiaçı bankdan kredit alıb ödəniş tapşırıqları ilə ikinci Podratçı Cavabdeh4 MMC-nin hesabına köçürmüşdür. Belə ki, xx.xx.2022-ci il tarixdə 60000 manat, xx.xx.2022-ci il tarixdə 20000 manat, xx.xx.2022-ci il tarixdə 70000 manat ödəniş etmişdir. Bundan sonra işlərin bir hissəsi yalnız 2022-ci ilin aprel ayında yerinə yetirilmişdir və sonra iş yarı-yarımçıq qalmışdır, işçilər də pulları ödənilmədiyi səbəbdən işləməkdən imtina edib dağılışmışlar. Həmin vaxtdan indiyədək heç bir əhəmiyyətli iş görülməmişdir. Hər dəfə iddiaçının çoxsaylı tələblərindən sonra cavabdehlər ara bir fəhlələr göndərib xırda işləri gördürüblər və yenə də iddiaçını aldadaraq mütəmadi qaydada pul tələb edib alıblar. Görülmüş işlər də, avadanlıqlar, materiallar şərtləşdirilmiş keyfiyyətə malik deyillər. Belə ki, cavabdehlərin gördükləri iş özlərinin təqdim etdikləri fotoalbomda olanlardan fərqlidir (müqavilənin 1.2.-ci bəndi). İstixana zavod üsulu ilə paslanmaz metaldan hazırlanmış yığılmağa hazır konstruksiya olması haqda razılaşmaqlarına baxmayaraq, istixananın dəmir karkası yerli metal materiallarının tikinti meydançasında kəsilib qaynaq etmək üsulu ilə quraşdırılmışdır. Hətta, iddiaçı özü onların Sumqayıtda olan dəmir sexlərini soraqlaşaraq tapmışdır. Görmüşdür ki, dəmir materialları kustarcasına orada hazırlayırlar. Aralarındakı şərtəri isə belə olmamışdır. Bu üsulla iddiaçı özü də fəhlə tutub iş gördürə bilərdi və bu qədər pulu cavabdehlərə ödəməzdi heç vaxt. İddiaçıya regionda nümunəvi istixananın quraşdırılmasına söz verilmişdir. Bu günə görülməli işlərin təxminən 20 faizi yerinə yetirilib. İşlərin və gətirilmiş, lakin quraşdırılmamış müəyyən avadanlıqların qiyməti, hesab edir ki, cəmi 110000 ABŞ dollarından, yəni 187000 manatdan artıq deyil. İşlər yarı-yarımçıq qalıb deyə, heç bir təhvil-təslim işləri olmayıb. İstifadə olunmuş materiallara, avadanlıqlara xərclənmiş və gömrük xərcləri adı ilə iddiaçıdan alınmış vəsaitlərə dair heç vaxt heç bir təsdiqedici sənəd iddiaçıya təqdim edilməmişdir. Belə ki, iddiaçı istifadəyə hazır istixananı qəbul edib şərtləşdirilmiş pulun tam ödənişi haqda razılaşmışdır. İddiaçının vəzifəsi pulu ödəmək və tikinti meydançasında maneəsiz iş görülməsini təmin etmək olub. Daha sonra, müqavilə şərtlərinə riayət etməyərək heç bir iş görülmədiyinə baxmayaraq, hissə-hissə cavabdehlərin tələbləri ilə 2023-cü ilin may ayının sonunadək material və gömrük ödənişləri adı ilə onlara əlavə olaraq 66845 ABŞ dollarının kursu ilə hesablandıqda 113636 manat ödəmişdir. xx.xx.2022-ci il tarixdə Bakı şəhərində cavabdehlərə 17000 ABŞ dolları təşkil etdiyini hesab etdiyi 28900 manat pulu vermişdir. Bu məbləğ də əvvəlki A4 formatlı kağızda tərtib edilmiş qəbzə Qanuni nümayəndə2 tərəfindən əlavə olaraq yazılmışdır. xx.xx.2023-cü il tarixdə Qanuni nümayəndə2 tərəfindən imzalanmış və möhürü ilə təsdiqlənmiş nömrəsiz kassa mədaxil orderi əsasında istixananın örtülməsi üçün sellofanın alınmasına iddiaçı 15000 ABŞ dolları, yəni kursla hesablanmış 25500 manatı ödəmişdir. Yalnız bu material söz verildiyi müddətdə gətirilmişdir, lakin halhazırda tikinti meydançasında digər bəzi avadanlıqlar kimi istifadəsiz və baxımsız qalmışdır. Qiyməti və keyfiyyəti haqda iddiaçıya heç bir təsdiqedici sənəd göstərilməmişdir. Lakin, artıq iddiaçıdan pul ala bilmədiklərinə əmin olandan sonra və mübahisənin həlli üçün məhkəməyə müraciət edəcəyini biləndən sonra, cavabdehlər münasibətlərini alqı-satqıya bənzətmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə 177000.00 manatlıq avadanlıqlara görə iddiaçıya Cavabdeh4 MMC- nin adından 591597 nömrəli elektron qaimə göndəriblər. Bu qaimədə sadalanan avadanlıqların nə olduğunu iddiaçı bilmir və ayrı-ayrılıqda bunlar ona lazım deyil. xx.xx.2023-cü il tarixdə gömrük və nəqliyyat xərcləri adı ilə iddiaçıdan cavabdehlər 18800 ABŞ dolları alıblar. Bu məbləğ də Şen Mesutun imzası və möhürü ilə nömrəsiz kassa mədaxil orderində qeyd olunmaqla təsdiqlənmişdir. Pul manatla ödənilmişdir və 31960 manat təşkil etmişdir. Pulun alınmasında həmişəki kimi Şen Mesutun şəriki olaraq Cavabdeh1 da iştirak etmişdir. xx.xx.2023-cü il tarixdə bir daha iddiaçıdan gömrük xərcləri adı ilə 11900 ABŞ dolları hesabladıqları 20230 manat pul alınmışdır. Nömrəsiz kassa mədaxil orderi tərtib edilmişdir və Qanuni nümayəndə2 imzası və direktoru olduğu firmanın möhürü ilə təsdiqlənmişdir. Bu qəbzdə əlavə olaraq cavabdehlərin əvəzinə fəhlələrə ödədiyi 1000 manat da yazılmışdır (545 ABŞ dolları). Qeyd edir ki, işlərin görülməsi əsasən yerli sakinlər olan qeyri peşəkar işçilərə həvalə edilmişdir. Halbuki, müqavilə şərtlərinə əsasən, işlərin yerinə yetirilməsi üçün cəlb edilmiş əməkdaşların ixtisas və peşə dərəcələri haqda məlumatlar iddiaçıya təqdim edilməli idi (müqavilənin 3.1.4.-cü bəndi). 2023-cü ilin may ayında bəzi xırda işlərə görə fəhlələrə cavabdehlərin əvəzinə yenə də iddiaçı pul ödəməli olmuşdur. Ödədiyi məbləğ 3600 ABŞ dolları kimi nəzərə alınmış 6120 manat etmişdir. Bu məbləğ də əvvəl Şen Mesutun A4 formatında kağızda tərtib etdiyi qəbzə əlavə yazılmışdır. Beləliklə də, bu günə qədər iddiaçı podrat münasibətləri üzrə cavabdehlərə hesabla 277780 dolları edən 472226 manat pul ödəmişdir. Bu isə müqavilədə göstərdikləri 225000 ABŞ dollarından 52780 ABŞ dollar artıq ödəniş deməkdir. 277780 ABŞ dollarının 77000 ABŞ dolları (130900 AZN) iddiaçıdan gömrük xərcləri adı ilə alınıb, halbuki, yalnız bir dəfə Türkiyə Respublikasından bir maşın avadanlıq gəlibdir. Onun da yalnız bir hissəsi bilavasitə iddiaçıya aid olubdur. Nəqliyyat xərcini iddiaçı ödəmişdir. Müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozduqlarına baxmayaraq, cavabdehlər Cavabdeh2 MMC-nin adından direktoru Qanuni nümayəndə2 tərəfindən imzalanmış 09 mart 2023-cü il tarixli məktubla rəsmi qaydada ona yazaraq birtərəfli qaydada təzə qrafik tərtib etdiklərini və müqavilə qiymətinin dəyişdiyini bildirərək onlara əlavə 100900 ABŞ dolları ödənilməli olduğunu və əks halda heç bir öhdəliklərinin olmadığını bildirmişlər. İddiaçı bu yeni şərtlərə qəti razı olmadığını bildirəndə Şen Mesut demişdir ki, bu formal bir müraciətdir, şirkətlərinin sənədləşmə işlərinə aiddir. Məktubda cavabdehlərin özləri qeyd ediblər ki, iddiaçı 30 iyul 2021-ci il tarixə qədər 117500 dollar ödəmişdir. Halbuki, o 2021-ci ilin iyul ayının əvvəlinə 122700 ABŞ dollarının kursu ilə 208590 ödəniş etmişdir. İddiaçı 2021-ci ilin yeddinci ayına kursla 110000 ABŞ dolları ödəməli olduğu halda, 12700 ABŞ dolları edən manatla artıq pul ödəmişdir. Həmin tarixə artıq tamamlama işləri aparılmalı olduğuna baxmayaraq, heç bir işə başlanmamışdır. Lakin buna baxmayaraq, cavabdehlər görülməyən işə görə yerdə qalan 115000 ABŞ dolları müqavilədə göstərildiyi kimi 2021-ci ilin 5-ci ayının tamamında tələb etmişdilər və verilmədiyi təqdirdə heç bir iş görülməyəcəyini bildirmişlər. Lakin müqaviləyə əsasən, sonuncu ödənişin edilməsinin şərti ümumi işlərin tamamlanma ərəfəsinə çatmasıdır. Yəni bu quraşdırılmış istixana kompleksinin istismara hazırlığının yoxlanılması ərəfəsi deməkdir. Qeyd edir ki, Müqavilənin 2.1.-ci bəndində 5-ci ayda işlərin yekunlaşması, təhvil verilməsi və ödənişin edilməsi şərti ilə müqaviləyə əlavədə xx.xx.2021-ci il tarixdə işlərin yekunlaşması və yerdə qalan 115000 ABŞ dolların ödənilməsi şərtləri eyni tarixləri nəzərdə tutur. Belə ki, bir halda müqavilənin imzalandığı tarixdən, digər sənəddə isə 2021ci ilin əvvəlindən tarix hesablanıb. Cavabdehlər məktubda qeyd ediblər ki, iddiaçı 31 dekabr 2022-ci il tarixə qədər 102240 dollar ödəniş etmişdir. Bu məbləğin 48000 dollarını nəqliyyat xərci kimi qeyd ediblər. Halbuki, müqavilədə (2.1.-ci bəndi) yalnız gömrük xərclərinin müqavilə qiymətindən ayrı ödənilməsi nəzərdə tutulub, ancaq sonradan birtərəfli qaydada nəqliyyat xərcləri və vergi xərcləri də əsassız olaraq iddiaçıya aid edilib. Anlaya bilmir ki, cavabdehlərə özü pulu ödəyəndən sonra, onların öz adları ilə aldıqları avadanlıqlara görə vergi borclarını nəyə görə özü ödəməlidir. Yuxarıda göstərdiyi kimi, əvvəl verdiyi pullardan başqa, iddiaçı 2022-ci ilin sentyabr, oktyabr və dekabr aylarında köçürmə yolu ilə 150000 manat (88235 dollar) ödəmişdir. Ödəniş tapşırıqlarında birmənalı olaraq göstərilib ki, bu ödənişlər “xx.xx.2021- ci il tarixli Müqaviləyə əsasən istixananın əsas vəsaitin alınması üçün köçürülür”. Bu 150000 manatın 90000 manatını cavabdehlər isti su borularının alınması adı ilə iddiaçıdan alıblar. Lakin bu günədək heç bir istilik borusunu o görməmişdir. Hətta, o özü onlara həmin avadanlığın ucuz yerini tapıb alınmasını təklif etsə də, cavabdehlər bundan imtina etmişlər. Yəni, ondan pulu alıb başqa bir məqsədlərə xərcləyiblər. xx.xx.2022-ci il tarixdə ödədiyi 17000 ABŞ dolları qədər manatla pulun da qəbzdə nəqliyyat xərcləri adı ilə alındığına baxmayaraq bu məqsədlə ödənildiyi qəbzdə qeyd edilməyib. Ümumilikdə isə, xx.xx.2022-ci ilədək iddiaçı cavabdehlərə 102240 dollar yox, 105235 dollar ödəniş etmişdir. Əlavə şərtlər haqda məktub ona göndərildiyi xx.xx.2023-cü il tarixə ümumilikdə 221935 ABŞ dollarının kursu ilə cavabdehlərə manatla pul ödənilib. Şərtlər qoyulduğu məktubda 9 mart 2023-cü il tarixə 219740 ABŞ dollarının ödənildiyi bildirilib. Baxmayaraq ki, məktubdakı şərtləri qəbul etməmişdir və cavabdehlər əks təqdirdə öhdəlik daşımadıqlarını bildirmişlər, onlar bundan sonra da müqavilənin qiyməti əsasında ödədiyi pulları qəbul ediblər. Həmin tarixdən sonra ödədiyi ödənişlər də nəzərə alınmaqla, ümumilikdə cavabdehlərə 277780 ABŞ dollarının kursu ilə manatla pul vermişdir. Məktubda cavabdehlər avadanlıqlara, quraşdırma işlərinə yeni qiymətlər təyin ediblər, halbuki işin müqavilə müddətlərində yerinə yetirilməməyinin təqsiri onların üzərindədir. Müqaviləyə və mülki qanunvericiliyə əsasən, podratçı üzərinə götürdüyü işi qurtarıb təhvil verməlidir ki, sifarişçi şərtləşdirilmiş qiyməti ödəsin. Digər tərəfdən, Podratçı kimi müqaviləni onunla imzalayan şirkətlər qeyri-rezident olmadıqları bir halda, onunla xarici valyuta ilə müqavilə qiymətini şərtləşdirdikdə məqsədləri manatın qiymətinin düşə bilməsi və materialların qiymət artımından sığortalanmaq olmuşdur. Yəni, şərtləşdirilmiş qiymətin birtərəfli qaydada artırılacağını nəzərə ala bilmədiyi və müqavilədə bu haqda heç bir şərtin olmadığı üçün, quraşdırma işlərinin yarımçıq qoyacaqları haqda rəsmi xəbərdarlıqlarından sonra hesab edir ki, indiyədək cavabdehlərə ödəniş etdiyi vəsaitin görülmüş işlərin dəyərindən artıq olan hissəsini cavabdehlər əsassız olaraq özlərində saxlamaqla faydalanmışlar. Bildirir ki, görülmüş işlərin ona heç bir faydası yoxdur. Faktiki olaraq, cavabdehlərin hərəkətləri ona hesablanıb ki, iddiaçı çıxılmaz vəziyyətə düşdüyü üçün yeni şərtlər əsasında onlara ödənişlər edəcək. Müqavilənin şərtlərinə görə, yalnız razılaşdırılmamış hər hansı bir iş aşkar edildikdə, əlavə işlərin görülməsi tələbi olunduqda əlavə pul vəsaiti sifarişçidən tələb oluna bilər (müqavilənin 1.3.1.-ci bəndi). Hesab edir ki, cavabdehlər podratçı kimi müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozublar və öhdəliklərindən birtərəfli qaydada imtina edəcəkləri hədəsi ilə heç bir müqavilə əsası olmadan, qiymətlərin artımı adı ilə ondan yenə də pul tələb edirlər. Hesab edir ki, qiymətlərin artıb-düşə bilməsinin ona heç bir aidiyyəti yoxdur. Bunun riski podratçıların üzərindədir. Yuxarıdakılara əsasən, belə nəticəyə gəlir ki, cavabdeh tərəf xx.xx.2021 - ci il tarixli podrat müqaviləsini faktiki olaraq birtərəfli qaydada icra etməkdən imtina edibdir. Ona görə də, xx.xx.2021 -ci il tarixdən bu günədək hissə-hissə ümumilikdə avans olaraq ödədiyi 277780 ABŞ dolları edən 472226 manat puldan görülmüş işin dəyəri çıxılmaqla yerdə qalan hissəsi və gömrük xərcləri adı ilə ondan alınmış 77000 ABŞ dolları, yəni 130900 manatı cavabdehlər ona qaytarmalıdırlar. Görülmüş işin dəyərini ümumilikdə 110000 ABŞ dolları, yəni 187000 manatdan artıq hesab etmir. Əksinin sübut olunması cavabdehlərin üzərindədir. Beləliklə də, hesab edir ki, cavabdehlər ümumilikdə 167780 ABŞ dollarını ödəniş gününə manatla hesablayaraq ona qaytarmalıdırlar. Bu da ki, dolların bu günə olan kursu ilə 285226 manat təşkil edir. Yuxarıda qeyd etdiyi kimi, podrat münasibətləri və bağladıqları müqavilənin mahiyyətinə görə, görülmüş işin haqqı cavabdehlərə hissə-hissə gördükləri işin müqabilində işin yekununda isə bütün şərtləşdirilmiş məbləğ ödənilməli idi. Lakin cavabdehlər öhdəliklərini tam yerinə yetirmədikləri səbəbdən onlara gördükləri işin dəyərindən artıq əvvəlcədən etdiyi ödənişlər avans və ya beh kimi qəbul edilməlidir. Bundan başqa, işlərin tam görülüb qurtarılması və təhvil verilməsi vaxtı kimi şərtləşdirilmiş 2021-ci ilin yeddinci ayının sonundan (müqavilənin əhəmiyyətli şərti) hesablanaraq görülmüş işlərin dəyərindən artıq avans şəklində hissəhissə ödədiyi məbləğlərin Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyənləşdirdiyi bank uçot dərəcəsi ( 9%) ilə hesablanmış faizlərini də cavabdehlər iddiaçıya ödəməlidirlər. Belə ki, 01.07.22 ödənilmiş 61150 manatın 21500 manatına görə - 2311.40 manat; 26.09.22 ödənilmiş 60000 manata gərə - 5163.28 manat; 13.10.22 ödənilmiş 20000 manata görə - 1637.26 manat; 08.12.22 ödənilmiş 70000 manata görə - 4763.84 AZN; 31.12.22 ödənilmiş 28900 manata görə - 1808.50 manat; 14.03.23 ödənilmiş 25500 manata görə - 1131.78 manat; 31.03.23 ödənilmiş 31960 manata görə - 1284.53 manat; 10.05.23 ödənilmiş 20230 manata görə - 613.55 manat; 15.05.23 ödənilmiş 1000 manata görə - 29.10 manat; 15.05.23 ödənilmiş 6120 manata görə - 178.07 manat cəmi 18921 manat faiz borcu təşkil edir.

3. İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbinin həcminin artırılması barədə xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərə xx.xx.2021-ci il tarixli podrat müqaviləsi əsasında Samux rayonu, Kolayır kəndi ərazisində yerləşən torpaq sahəsində istixana kompleksinin tikilməsi üçün avans olaraq ödədiyi ümumilikdə ABŞ dollarının kursu ilə 472226 manat edən puldan görülmüş işin və avadanlıqların bazar qiyməti ilə hesablanmış 133139 manat dəyəri çıxılmaqla yerdə qalan hissəsi, yəni əsas məbləğ üzrə 339087 manat və bu məbləğin Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyənləşdirdiyi bu günə olan bank uçot dərəcəsi (7.25%) ilə hesablanmış 37829 manat faiz borcu, ümumilikdə isə əsas və faiz borcu üzrə 376916 manat, əmlakın qiymətləndirilməsi üçün ödədiyi 1100 manat, 594.15 manat ödədiyi dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh4ndən (VÖEN: **********), Cavabdeh4ndən (VÖEN:**********), fiziki şəxslər Cavabdeh1 və Türkiyə Respublikasının vətəndaşı Şen Mesutdan (MYİ №: ******) alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-472/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 MMC-dən 323877 manat məbləğində pul, 1100 manat xidmət haqqı, 594,15 manat dövlət rüsumu, ümumilikdə 325571,15 (üç yüz iyirmi beş min beş yüz yetmiş bir manat on beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməməsini, ödənilmiş 74 manat dövlət rüsumunun İddiaçı özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı 100 manat ekspertiza xərci Cavabdeh2 MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbləri iki hissədən ibarətdir: 1. 339087 manat vəsaitin müştərək qaydada cavabdehlərdən tutulması; 2. Bank uçot dərəcəsi nəzərə alınmaqla hesablanmış 37829 manat əldən çıxmış faydanın ödənilməsi. Məhkəmə iddia tələbini birinci hissədə qismən, Cavabdeh2 MMC-yə aid olan hissədə əsaslı hesab etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilk öncə podrat müqaviləsini (Samux rayonu, Kolayır kəndi ərazisində yerləşən ona məxsus 1.5 ha torpaq sahəsində istilikxananın tikintisi ilə bağlı) Cavabdeh4 MMC ilə bağlamış, daha sonra həmin müqavilə tərəflərin qarşılıqlı razılığı ilə ləğv edilmiş, həmin işlərin görülməsi Cavabdeh2 MMC-yə həvalə edilmiş, bununla əlaqədar olaraq tərəflər arasında 04 fevral 2021-ci il tarixli podrat müqaviləsi bağlanmışdır. Samux rayonu, Kolayır kəndi ərazisində yerləşən ona məxsus 1.5 ha torpaq sahəsində istilikxananın tikintisi ilə bağlı görülmüş işlərin Cavabdeh2 MMC tərəfindən icra edilməsi məhkəmə iclasında iddiaçının özünün izahatı, habelə Cavabdeh2 MMC tərəfindən iddiaçıya ünvanlanmış materiallarda olan məktublar, habelə əvvəlki məhkəmə iclasında Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 izahatı ilə təsdiqlənmişdir. Materiallardan görünür ki, podrat müqaviləsi üzrə işlərin icrası ilə bağlı iddiaçı tərəfindən ümumilikdə 472226 manat vəsait ödənilmiş, xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 10/1523 nömrəli ekspert rəyinə əsasən Samux rayonu, Kolayır kəndi ərazisində yerləşən İddiaçı məxsus torpaq sahəsində quraşdırılmış istixanalar üzrə aparılmış işlərin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 72200 manat və tədqiq olunan istixanaların yerləşdiyi ərazidə mövcud olan, lakin istifadə edilməmiş materialların bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 60939 manat məbləğində olduğu müəyyən olunmuşdur. Məhkəmə hesab etmişdir ki, Cavabdeh2 MMC tərəfindən podrat müqaviləsi üzrə görülmüş işlərin, təhvil verilmiş materialların dəyəri həmin rəy əsas götürülməklə müəyyən edilməlidir. Belə ki, həmin rəyin mötəbərliyi tərəflər tərəfindən mübahisələndirilməmişdir. Materiallarda olan "xxxx" MMC tərəfindən verilmiş LP-012/2024 nömrəli, xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə görə iddiaçıya təhvil verilmiş 65 ədəd (52 kq) sellofanın ümumi dəyəri 15210 manat təşkil edir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddiaçıya təhvil verilmiş sellofanın dəyəri olan 15210 manat vəsait iddia tələbindən çıxılmalıdır. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddia tələbi 323877 manat (podrat müqaviləsi üzrə ödənişlərin cəmi olan 472226 manat – görülmüş işlərin dəyəri olan 72200 manat – təhvil verilib, istifadə edilməmiş materialların dəyəri olan 76149 manat) məbləğində pul podratçı olan Cavabdeh2 MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbini qalan cavabdehlərə aid olan hissədə isə əsassız hesab etmişdir. Belə ki, materiallardan görünür ki, podrat müqaviləsi üzrə bəzi vəsaitlər (xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə) cavabdehlər Cavabdeh4 MMC-yə, bəzi ödənişlər Qanuni nümayəndə2 və Cavabdeh1 ödənilsə də, həmin ödənişlər Samux rayonu, Kolayır kəndi ərazisində yerləşən ona məxsus 1.5 ha torpaq sahəsində istilikxananın tikintisi ilə bağlı olmuş, həmin ödənişlərin Cavabdeh2 MMC-yə daxil olması sonuncunun iddiaçıya ünvanlamış olduğu məktublarda da (c.1, i.v.152-156) təsdiq edilmişdir. Bundan əlavə, kommersiya qurumlarının dövlət reyestrindən çıxarışlara əsasən Qanuni nümayəndə2 Cavabdeh2 MMC-nin, Cavabdeh1 isə Cavabdeh4 MMC-nin qanuni təmsilçisidir. məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh4 MMC, Cavabdeh1 və Qanuni nümayəndə2 aid hissədə təmin edilə bilməz, bu baxımdan məhkəmə vurğulamışdır ki, adı çəkilən cavabdehlərin qeyd edilən hissədə iddiaçının iddia tələbinə cavab verməli olan subyektlər kimi qəbul edilməsi mümkün deyildir; hər hansı iddia tələbi isə məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə və təmin oluna bilər. Məhkəmə iddia tələbini ikinci hissədə əsassız hesab etmişdir. Belə ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə bank uçot dərəcəsi (7,25 faiz) nəzərə alınmaqla hesablanmış 37829 manat məbləğində faiz borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

6. Cavabdeh İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək iddianın təmin olunmamış hissədə qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehlərə ödənilmiş bütün pulların həqiqətən sonda Cavabdeh2 MMC-yə daxil olmasını və ümumiyyətlə bank köçürməsi ilə ödənilmiş 150.000 manatdan başqa Cavabdeh2 MMC-yə həqiqətən mədaxil olunmasını aydınlaşdırmamışdır. Nəticədə, podrat münasibətləri üzrə birgə qarşı tərəf kimi çıxış edən digər cavabdehlər ondan alınan pul vəsaitləri ilə faydalandıqlarına baxmayaraq, iddia tələbi onlar barəsində təmin edilməmişdir. Məhkəmə (hakim) cavabdehlərə nağd ödənilmiş pul vəsaitlərinin Cavabdeh2 MMC-nin kassasına və Cavabdeh4 MMC-nin kassasına mədaxil olunmasının sübut edilmədiyinə baxmayaraq, bu halları müəyyən edilmiş hesab etmişdir. Məhkəmə, nağd ödənişlərin bir hissəsinin Cavabdeh4 MMC-nin kassasına mədaxil edilməsini müəyyən edilmiş hesab edərək, sonra bu vəsaitlərin hamısının Cavabdeh2 MMC-yə daxil olduğunu müəyyən hesab etmişdir. Lakin bu hallara dair mötəbər sübut yoxdur. Məhkəmə bu halı yalnız Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkilinin etirafı və Cavabdeh2 MMC-nin heç bir sənədə əsaslanmayan məktublarını sübut hesab etmişdir. Məhkəmə, Cavabdeh1 Cavabdeh4 MMC-nin qanuni təmsilçisi olduğunu müəyyən etmişdir, lakin bu haqda heç bir sübut iş materiallarında yoxdur. Məhkəmə belə nəticəyə gəlmişdir ki, podrat müqaviləsi yalnız Cavabdeh2 MMC ilə bağlanıb. Lakin iş materiallarından görünür ki, münasibətlərin mahiyyəti həmin cəmiyyətlə podrat münasibətlərinin davam edilməsinə razı olduğu haqdadır. İşin halları isə belədir ki, əvvəlcə müqavilə Cavabdeh4 MMC ilə olub və yalnız il yarımdan sonra Cavabdeh2 MMC müqavilə tərəfi kimi ona təklif olunub. Münasibətlər eyni istixananın quraşdırılması haqda olduğu bir halda həmin hüquqi şəxslər podratın nəticəsi üçün və alınmış vəsaitə görə birlikdə cavabdehdirlər. İlkin müqavilədə də belə şərt var. Cavabdeh4 MMC ilə bağladıqları müqavilənin 3.1.9. -cu bəndində qeyd olunub ki, “İşlərin icrası zamanı “İcraçı” “Sifarişçi” nin yazılı razılığı əsasında digər “İcraçı”dan istifadə edə bilər, lakin bu zaman digər “İcraçı” nın görmüş olduğu işin nəticələrinə görə “Sifarişçi” qarşısında müstəqil məsuliyyət daşıyır.” Müqavilə şərtləri cavabdehlər tərəfindən təklif olunub və ona görə də onlar sübut etməli idilər ki, nəyi nəzərdə tuturlar. Digər tərəfdən,əvvəlcədən icracının dəyişdirilə bilməsi haqda şərtin müqavilədə göstərilməsi onu sübut edir ki, ikinci podratcı ilə birinci podratcının dəyişdirilməsi əvvəlcədən Şen Mesut və Cavabdeh1 tərəfindən planlaşdırılmışdır. Müqavilənin 3.1.9.-cu bəndində bilavasitə digər “İcraçı” haqda deyilir. Yəni, burada subpodrat müqaviləsi ilə başqasının cəlb oluna bilməsi haqda deyilmir. Ona görə də, münasibətlərin mahiyyətini və Cavabdeh4 MMC –nin-özü özünün üzərinə götürdüyü yazılı öhdəliyi birinci instansiya məhkəməsi özbaşına olaraq aradan qaldırmalı deyil.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

8. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları:

9. Məhkəmə iclasında İddiaçı, və iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi, qətnamənin ləğv edilməsini, iddianın tam təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmənin suallarına cavab olaraq qeyd etdi ki, hesab edirlər ki, borcun cavabdehlərdən müştərək qaydada tutulmalıdır, lakin məhkəmə uyğun hesab etdiyi halda borcun cavabdehlər arasında bölüşdürülməsinə də etiraz etmirlər.

10. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.1-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Tətbiq edilən hüquq:

11. Mülki Məcəllənin --449.1-ci maddəsinə əsasən özgəsinin -449.1-ci maddəsinə görə (mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiya) özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. -500.1-ci maddəsinə görə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. -500.2-ci maddəsinə görə birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. -522.1-ci maddəsinə görə kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. -522.2-ci maddəsinə əsasən əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. -752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. -753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. -759.2-ci maddəsinə görə əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 760.1-ci maddəsinə əsasən əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun.

12. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

13. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Apellyasiya baxışının hədləri

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

15. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

16. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apellyasiya şikayətində qətnamənin qismən ləğv edilməsini və iddia tələbinin bütün cavabdehlərə münasibətdə tam təmin edilməsini xahiş etmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, iddiaçı hər bir cavabdehə qarşı ayrıca tələb irəli sürməmiş, tutulmasını tələb etdiyi avans məbləğinin və faizlərin cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir. Odur ki, cavabdehlərə irəli sürülən tələb vahid tələb olduğundan Cavabdeh2 MMC-yə qarşı tələbin əsaslılığını yoxlanılmadan cavabdehlər Cavabdeh1, Qanuni nümayəndə2, Cavabdeh4 MMC-yə qarşı tələbin əsaslılığına hüquqi qiymət verilməsi qeyri-mümkündür. Odur ki, məhkəmə hesab edir ki, qətnamənin əsaslılığı tam şəkildə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia qismən təmin edilməlidir.

18. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilk öncə Samux rayonu, Kolayır kəndi ərazisində yerləşən ona məxsus 1.5 ha torpaq sahəsində istilikxananın tikintisi ilə bağlı podrat müqaviləsini Cavabdeh4 MMC ilə bağlamış, daha sonra həmin müqavilə tərəflərin qarşılıqlı razılığı ilə ləğv edilmişdir. Həmin müqavilə üzrə iddiaçı tərəfindən Cavabdeh4 MMC-yə 83.200 ABŞ dolları (141.440 manat) məbləğində ödəniş edilmişdir. Lakin həmin ödənişin müqabilində cavabdeh tərəfindən işlərin görülməsi iş materialları ilə öz təsdiqini tapmır.

19. Bundan sonra iddiaçı ilə digər Cavabdeh2 MMC arasında eyni işlərin görülməsinə dair podrat müqaviləsi bağlanmış və işlərin görülməsi Cavabdeh2 MMC-yə həvalə edilmişdir. Həmin müqavilə üzrə Cavabdeh2 MMC-yə 105.800 ABŞ dolları və 151.000 manat olmaqla cəmi 330.786 manat məbləğində ödəniş edilmişdir. Həmin müqavilə üzrə görülmüş işlərin və təqdim edilmiş materialların ümumi dəyəri iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə 133.139 manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda işə birinci instansiya məhkəməsində baxılarkən iddiaçı tərəf Cavabdeh2 MMC tərəfindən ona 15.200 manat dəyərində 65 ədəd sellofanın təhvil verdiyini təsdiq etmişdir. Odur ki, Cavabdeh2 MMC tərəfindən müqavilə üzrə görülmüş işlərin və təqdim edilmiş materialların ümumi dəyəri 148.339 manat təşkil edir.

20. Məhkəmə ilk növbədə iddianın cavabdehlər Şen Mesut və Cavabdeh1 qarşı olan hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı həmin hissədə tələbini nəğd ödənişləri müvafiq olaraq Cavabdeh4 MMC-nin və Cavabdeh2 MMC-nin direktorları olmuş Şen Mesut və Cavabdeh1 təqdim etməyi ilə əsaslandırsa da, iş materiallarına əlavə edilmiş kassa mədaxil orderlərindən də göründüyü kimi orderlərin bir qismi Cavabdeh4 MMC-yə aid olmaqla üzərinə Cavabdeh4 MMC-nin, digər qismi Cavabdeh2 MMC aid olmaqla üzərinə Cavabdeh2 MMC-nin möhürü vurulmuşdur. Göstərilən hal isə ona dəlalət edir ki, cavabdeh Şen Mesut və Cavabdeh1 həmin ödənişləri fiziki şəxs olaraq deyil, müvafiq olaraq Cavabdeh4 MMC-nin və Cavabdeh2 MMC-nin səlahiyyətli nümayəndələri qismində, yəni müvafiq hüquqi şəxslərin adından qəbul etmişlər. Göstərilən hal isə həmin ödənişlərə görə Şen Mesut və Cavabdeh1 fiziki şəxslər qismində məsuliyyət daşımasını istisna edir. Digər cavabdehlərə münasibətdə kollegiya qeyd edir ki, iddiaçı tərəfindən iki fərqli podrat müqaviləsi üzrə ayrı-ayrılıqda Cavabdeh4 MMC-yə və Cavabdeh2 MMC-yə ödənilmiş, lakin icra edilməmiş avansların həmin şirkətlərdən müştərək qaydada tutulması üçün əsas yoxdur. Belə ki, müştərək (birgə) məsuliyyətin yaranma əsaslarını müəyyən edən Mülki Məcəllənin 500.2-ci maddəsinə görə birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Hazırkı halda müştərək qaydada icra edilməsi tələb edilən öhdəliyin predmeti puldur, yəni bölünən əşyadır. Odur ki, hazırkı halda birgə öhdəlik yalnız qanun və müqavilə əsasında yarana bilərdi. Lakin qanunda əvvəlki podratçının sonrakı podratçının öhdəliklərinə görə birgə məsuliyyət daşıması nəzərdə tutulmamış, eləcə də tərəflər arasında belə bir məsuliyyəti müəyyən edən müqavilə bağlanmamışdır. Hər iki cavabdehin podrat müqaviləsinə əsasən birgə iş görməsi barədə cavabdehin istinad etdiyi dəlillərə münasibətdə kollegiya qeyd edir k, həmin dəlillər iş materialları ilə təkzib edilir. Belə ki, iddiaçı tərəf özü məhkəmə iclaslarında verdiyi izahatda ilkin olaraq müqavilənin Cavabdeh4 MMC ilə bağlandığını və sonradan Cavabdeh4 MMC-nin onlara Cavabdeh2 MMC ilə müqavilə bağlayaraq işləri həmin şirkətə həvalə etməyi təklif etdiyini bildirmişdir. Göstərilən hal, eləcə də 2021-ci ilin iyul ayınadək bütün ödənişlərin Cavabdeh4 MMC-yə, həmin tarixdən sonra isə Cavabdeh2 MMC-yə edilməsi, Cavabdeh4 MMC ilə bağlanmış müqavilənin üzərindən xətt çəkilməsi və “ləğv edildi” qeydinin yazılması və eyni şərtlərlə Cavabdeh2 MMC ilə müqavilənin bağlanması kimi d. hallar ona dəlalət edir ki, mübahisəli podrat işlərinin görülməsinə dair müqavilə əvvəl Cavabdeh4 MMC ilə bağlanmış, həmin müqavilə ləğv edildikdən sonra isə Cavabdeh2 MMC ilə yeni podrat müqaviləsi bağlanmış və işlərin görülməsi Cavabdeh2 MMC-yə həvalə edilmiş, yəni Cavabdeh4 MMC və Cavabdeh2 MMC eyni müqavilə üzrə podrat işlərini birlikdə icra etməmişlər.

21. Cavabdeh4 MMC ilə bağlanmış müqavilənin 3.1.9. -cu bəndində digər icraçıların gördüyü işlərə görə məsuliyyət daşımasının nəzərdə tutulması barədə dəlillərə gəldikdə qeyd edilməlidir ki, sözügedən bəndə əsasən “İşlərin icrası zamanı “İcraçı” “Sifarişçi”nin yazılı razılığı əsasında digər “İcraçı”dan istifadə edə bilər, lakin bu zaman digər “İcraçı”nın görmüş olduğu işin nəticələrinə görə “Sifarişçi” qarşısında müstəqil məsuliyyət daşıyır.

22. Bununla bağlı kollegiya qeyd edir ki, sözügedən bəndin məzmunundan da göründüyü kimi həmin bənddə sifarişçinin razılığı ilə podratçı tərəfindən cəlb edilən subpodratçının işlərinə görə podratçının daşıdığı məsuliyyət müəyyən edilir. Hazırkı halda isə Cavabdeh2 MMC iddiaçının razılığı ilə Cavabdeh4 MMC tərəfindən deyil, birbaşa iddiaçı ilə bağlanmış podrat müqaviləsinə əsasən işlərin görülməsinə cəlb edilmişdir.

23. Digər tərəfdən o da vurğulanmalıdır ki, hazırkı halda iddia tələbi podrat müqaviləsi üzrə görülmüş işlərin nəticələri ilə bağlı deyil, podrat müqavilələri üzrə ödənilmiş avansın geri qaytarılması ilə bağlıdır.

24. Yuxarıda göstərilən hallara əsasən kollegiya belə qənaətə gəlir ki, müqavilənin 3.1.9.-cu bəndinin Cavabdeh4 MMC-nin Cavabdeh2 MMC-yə ödənilmiş pulların qaytarılmasına görə məsuliyyətini müəyyən edən şərt kimi şərh edilməsi istisna olunur.

25. Beləliklə, hər iki podrat müqaviləsi ləğv edildiyindən Mülki Məcəllənin 759-cu və 760-cı maddələrinin tələbləri baxımından müvafiq olaraq cavabdehlər Cavabdeh4 MMC və Cavabdeh2 MMC həmin müqavilələr üzrə görülmüş işinin dəyərini tələb edə bilərlər, artıq ödənilmiş avans məbləği isə geri qaytarılmalıdır.

26. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiyası məhkəməsi iddiaçı Cavabdeh4 MMC –yə ödənilmiş 141.440 manat məbləğində pul vəsaitini də Cavabdeh2 MMC-yə ödənilmiş vəsait kimi nəzərə alaraq artıq ödənilmiş avans məbləği bütövlükdə Cavabdeh2 MMC-dən tutulmasını qət etmişdir. Halbuki iş materiallarından da göründüyü kimi 141.440 manat məbləğində pul vəsaiti iddiaçı tərəfindən məhz Cavabdeh4 MMC-nin kassasına mədaxil edilmişdir. Həmin vəsaitin qaytarılması öhdəliyinin isə kreditorun (yəni iddiaçının) razılığı ilə Cavabdeh2 MMC-yə verilməsi isə iş materialları ilə müəyyən edilmir. Odur ki, iddiaçı Cavabdeh4 MMC-yə ödənilmiş avansın sonuncu tərəfindən qaytarılmasını tələb etmək hüququna malik olmuşdur.

27. Geri qaytarılmalı olan avans məbləğinin məbləğlərinə gəldikdə isə iş materiallarından da göründüyü kimi Cavabdeh4 MMC–yə 141.440 manat məbləğində pul vəsaiti ödənildiyindən və bunun müqabilində heç bir iş görülmədiyindən, Cavabdeh4 MMC-dən 141.440 manat məbləğində avans tutularaq iddiaçıya qaytarılmalıdır. Cavabdeh2 MMC-yə gəldikdə Cavabdeh2 MMC-yə 330.786 manat məbləğində ödəniş müqabilində 148.339 manat məbləğində iş görüldüyündən (və mallar təqdim etdiyindən) Cavabdeh2 MMC-dən iddiaçının xeyrinə tutulacaq avans məbləği 182.447(330.786 - 148.339) manat məbəlğində müəyyən edilməlidir.

28. Əsas borc məbləğinə Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faiz tutulması tələbinə münasibətdə kollegiya qeyd edir ki, “Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə pul öhdəliklərinin icra edilməsinin gecikdirilməsi ilə bağlı Mülki Məcəllənin 449.1-ci maddəsinin tələbləri baxımından bank dərəcəsinə uyğun olaraq faizin tutulması üçün borclunun həmin pul vəsaitindən Mülki Məcəllənin 152.3-cü maddəsində göstərilmiş qaydada faydalanması tələb olunur. Hazırkı işdə isə cavabdehin vaxtında ödəmədiyi pul vəsaitindən faydalanması ilə bağlı heç bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Odur ki, əsas borc məbləğinə Mülki Məcəllənin 449.1-ci maddəsinin tələblərinə əsasən faiz hesablanması üçün əsas yoxdur.

29. Digər tərəfdən Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin əvəzinə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faizlərin tutulması imkanına gəldikdə isə nəzərə alınmalıdır ki, mübahisəli hüquq münasibətlərində podratçı olan cavabdehlərin öhdəliyi pulun ödənilməsindən deyil, iş görülməsindən ibarət olmuşdur. Mülki Məcəllənin 445.7-ci maddəsi isə yalnız pul öhdəliklərinin icra edilməməsinin gecikdirilməsinə görə tətbiq edilən sanksiya olduğundan hazırkı halda işin halları Mülki Məcəllənin 445.7-ci maddəsinin dispozisiya şərtləri ilə uzlaşmır.

30. Məhkəmə xərclərə gəldikdə iddia tələbi iki cavabdehə münasibətdə qismən təmin edildiyindən işə birinci instansiya məhkəməsində baxılması ilə bağlı çəkilmiş məhkəmə xərcləri yenidən bölüşdürülməli - 1100 manat xidmət haqqı, dövlət rüsumunun əvəzi olaraq 594,15 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh4 MMC və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq İddiaçı ödənilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı 100 manat ekspertiza xərci Cavabdeh4 MMC və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilməlidir.

31. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti qismən təmin edildiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumunun 160 hissəsi Cavabdeh4 MMC-dən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumunun qalan hissəsi isə iddiaçıya aid edilməlidir.

32. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-472/2024 saylı qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdeh2 MMC-dən 182.447 manat məbləğində və Cavabdeh4 MMC-dən 141.440 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Birinci instansiya məhkəməsində baxılması ilə bağlı çəkilmiş məhkəmə xərcləri - 1100 manat xidmət haqqı, dövlət rüsumunun əvəzi olaraq 594,15 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh4 MMC və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq İddiaçı ödənilsin, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı 100 manat ekspertiza xərci Cavabdeh4 MMC və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumunun 160 hissəsi Cavabdeh4 MMC-dən tutularaq iddiaçıya ödənilsin, dövlət rüsumunun qalan hissəsi isə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar