Məhkəmə qərarları › İş №2-2(103)-1115/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1115/2025

11.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(103)-1115/2025 11.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI ilkin iddia üzrə iddiaçı İddiaçı MMC-nin cavabdeh “xxxx” MMCyə qarşı “pul” tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: podrat müqaviləsi, alqı-satqı müqaviləsi, sübutetmə) hakimlər X7 (sədrlik edən və məruzəçi), X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhərrəmova Günel Elman qızının katibliyi, “xxxx” MMC-nin nümayəndəsi və vəkili Nümayəndə, nümayəndələri X2 və X4 iştirakları ilə ilkin iddia üzrə iddiaçı İddiaçı MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı “pul” tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “pul” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsindən “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: Işin halları

1. İddiaçı MMC ilə “xxxx” MMC arasında ##.##.2022-ci il tarixli, RVY/****-***** saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin: 1.1-ci bəndinə əsasən Bu Müqaviləyə görə Satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavədə göstərilmiş malları və xidmətləri (bundan sonra “Mallar” adlanacaq) Alıcının mülkiyyətinə verməyi, Alıcı isə malları və xidmətləri qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öz öhdəsinə götürür. 2.1-ci bəndinə əsasən bu Müqaviləyə əsasən Satıcı tərəfindən Alıcıya göndəriləcək Malın və xidmətin adı, siyahısı, təsviri, çatdırılma müddəti və həmin Malın satış qiyməti Alıcı tərəfindən verilən və Satıcı tərəfindən təsdiq edilən, bu Müqaviləyə əlavə olunacaq Sifariş Orderində təsbit edilir. Sifariş Orderi bu Müqaviləyə * saylı Əlavədə göstərilən qaydada tərtib olunur. 3.1-ci bəndinə əsasən Bu Müqavilə üzrə ödəniş Satıcının təqdim etdiyi Hesab-faktura əsasında aparılır. Bu Müqavilə üzrə ödəniş şərtləri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan * saylı Əlavədə müəyyən edilir. 3.2-ci bəndinə əsasən mallar və xidmətlər təhvil verilərkən, X3-faktura təqdim edir. 3.3-cü bəndinə əsasən mallar Alıcıya təhvil verildikdən sonra Tərəflərin Qaiməfakturanın imzaladığı tarix Malların təchiz tarixi hesab olunur. Mallarla əlaqədar olan bütün risklər və mülkiyyət hüququ X8 təchizi tarixində keçir. 3.4-cü bəndinə əsasən bu Müqavilə üzrə hər hansı vergi ödənişi Sifariş Orderində göstərilən məbləğlərə daxil edilir. 4.1-ci bəndinə əsasən Mallar Alıcı tərəfindən Sifariş Orderində göstərilən müddət ərzində Satıcı tərəfindən Alıcının əvvəlcədən göstərdiyi ünvana çatdırılacaqdır. Malların çatdırılması Sifariş Orderində qeyd olunan Malların qiymətinə daxildir və Satıcının hesabına həyata keçirilir. 4.2-ci bəndinə əsasən malların təchizatı müəyyən edildiyi müddətdən gecikdirildiyi hallarda Satıcı hər ləngidilmiş tam gün üçün 7.4-cü maddəsində göstərilmiş qaydada cərimə oluna bilər. 5.2-ci bəndinə əsasən alıcının vəzifələri: 5.2.1-ci bəndinə əsasən bu müqavilənin şərtlərinə uyğun malları qaimə-faktura əsasında satıcıdan qəbul etmək; 5.2.2-ci bəndinə əsasən Bu Müqavilə üzrə Malların keyfiyyətini yoxladıqdan sonra onların dəyərini Müqavilə və Sifariş Orderində göstərilən müddətdə və məbləğdə Satıcıya ödəmək. 5.3-cü bəndinə əsasən satıcının hüquqları: 5.3.1-ci bəndinə əsasən bu Müqavilə üzrə alınması nəzərdə tutulan Malların razılaşdırılmış qiymətinin Alıcı tərəfindən müqavilə və onun ayrılmaz tərkib hissələrində göstərilmiş vaxtda və miqdarda ödənilməsini tələb etmək. 5.4-cü bəndinə əsasən satıcının vəzifələri: 5.4.1-ci bəndinə əsasən bu müqaviləyə uyğun olaraq malları vaxtında alıcıya çatdıraraq onları qaimə-faktura əsasında təhvil vermək. 7.4-cü bəndinə əsasən satıcı bu müqavilənin 4.1-ci bəndi ilə müəyyən edilmiş öhdəliyini bu müqavilədə nəzərdə tutulmuş müddətdə yerinə yetirməzsə, icranın gecikdirildiyi hər təqvim günü üçün bu sifariş orderində göstərilən malların qiymətinin 0.1%-i həddində cərimə olunur.

2. ## ### 2022-ci il tarixli, RVY/****-***** saylı alqı-satqı müqaviləsinin * saylı əlavəsi olan * saylı sifariş orderinə əsasən mallar alıcıya məxsus olan və Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr pr., 113 ünvanında yerləşən binaya çatdırılacağı və quraşdırılacağı, o cümlədən 280486 manatlıq (ƏDV daxil 330973,48 manat) sifariş orderi üzrə malların çatdırılması və qurşadırılması avans ödənişi edildikdən sonra 60 gün ərzində yerinə yetiriləcəyi qeyd olunmuşdur.

3. ## ### 2022-ci il tarixli, RVY/****-***** saylı alqı-satqı müqaviləsinə * saylı əlavə olan ##.##.2022-ci il tarixli * saylı sifariş orderinə əsasən mallar alıcıya məxsus olan və Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr pr., 113 ünvanında yerləşən binanın 24-cü mərtəbəbəsinə çatdırılacağı və quraşdırılacağı, o cümlədən 290192,56 manatlıq (ƏDV daxil 342427,22 manat) sifariş orderi üzrə malların çatdırılması və qurşadırılması avans ödənişi edildikdən sonra 60 gün ərzində yerinə yetiriləcəyi qeyd olunmuşdur.

4. ## ### 2022-ci il tarixli, RVY/****-***** saylı alqı-satqı müqaviləsinin * saylı əlavəsinə * saylı qoşmasına əsasən cəmi məbləğ 280486 manat müəyyən edilmişdir.

5. ## ### 2022-ci il tarixli, RVY/****-***** saylı alqı-satqı müqaviləsinə * saylı əlavəsinə * saylı qomasına əsasən cəmi məbləğ 12518 manat, * saylı qoşmaya əsasən 17073,20 manat, * saylı qoşmasına əsasən 39120,66 manat, * saylı qoşmasına əsasən 35653,60 manat, * saylı qoşmasına əsasən 61767,10 manat, * saylı qoşmasına əsasən 290192,56 manat müəyyən edilmişdir.

6. İddiaçı MMC ##.##.2022-ci il tarixi müqavilə üzrə 212.752,23 manatlıq xidmətə dair ##.##.2023-cü il tarixli EBCP****** saylı, 6340 manatlıq xidmətə dair ##.##.2023-cü il tarixli EBCP****** saylı, 118.221,25 manatlıq xidmətə dair ##.##.2025-ci il tarixli EBDG****** saylı, 342427,22 manatlıq xidmətə dair ##.##.2023-cü il tarixli EBDG****** saylı, 100187,50 manatlıq xidmətə dair EBDG****** saylı və Əlavə işlər üzrə 128345,06 manatlıq xidmətə dair ##.##.2023-cü il tarixli EBDS****** saylı e-qaimə tərtib edilərək cavabdehə göndərilmişdir.

7. ##.##.2022-##.##.2023-cü il tarixli “xxxx” və İddiaçı MMC arasında hesablaşma üzrə təqdim edilmiş qaimələr üzrə cəmi ƏDV daxil 33142,41 manat borc və cəmi cəmi 699211,09 manat ödənildiyi qeyd olunmuşdur.

8. İddiaçı MMC ilə “xxxx” MMC arasında ##.##.2022-ci il tarixli, RVY/****-***** saylı xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin: 1.1-ci bəndinə əsasən bu Müqaviləyə görə icraçı bu Müqavilə ilə müəyyən olunmuş qaydada Tərəflər arasında imzalanmış Sifariş Orderi əsasında qeyd olunmuş müvafiq xidmətləri göstərməyi sifarişçi isə xidmətləri qəbul edib əvəzində müəyyənləşdirilmş pul məbləğini (qiyməti) ödəməyi öz öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən bu Müqaviləyə əsasən icraçı tərəfindən Sifarişçiyə göstəriləcək Xidmətlərin adı, siyahısı, təsviri, göstərilmə müddəti və həmin Xidmətin qiyməti Sifarişçi tərəfindən verilən və Satıcı tərəfindən təsdiq edilən, bu Müqaviləyə əlavə olunacaq Sifariş Orderində təsbit edilir. 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə ödəniş icraçının təqdim etdiyi hesab-faktura əsasında aparılır. Bu Müqavilə üzrə ödəniş şərtləri müvafiq Sifariş Orderində müəyyən edilir. 2.2-ci bəndinə əsasən Sifariş orderində qeyd olunmuş ödənişin edilməsi üçün icraçı Sifarişçiyə hesab-fakturanı təqdim edir. Sifarişçi hesab-fakturanı aldıqda, ödəniş hesabfakturanı aldığı tarixdən 10 təqvim günü ərzində həyata keçirir. Müqavilə üzrə hər yeni bir xidmətlər yerinə yetirildikdən sonra Tərəflər arasında təhvil-təslim aktı imzalanır. 3.1-ci bəndinə əsasən xidmətlər Sifarişçi tərəfindən Sifariş Orderi imzalandıqdan sonra Sifariş orderində müəyyən olunmuş müddət ərzində icraçı tərəfindən yerinə yetirilməlidir. 5.1-ci bəndinə əsasən sifarişçinin hüquqları: 5.1.6-cı bəndinə əsasən icraçı xidmətlərin göstərilməsində və ya göstərilmiş xidməltərin nəticələrini sifarişçiyə verməkdən imtina etdikdə bu müqavilənin icrasından imtina etmək və ödənişləri və xərcləri geri tələb etmək; 5.1.9-cu bəndinə əsasən sifarişçi xidmətlərin icrası zamanı qüsurlar baş verdikdə icraçının hesaına həmin qüsurun aradan qaldırılmasını tələb etmək.

9. “xxxx” MMC tərəfindən tərtib edilmiş İddiaçı MMC tərəfindən əlavə işlər üzrə * saylı cədvələ əsasən görülmüş və “xxxx” MMC tərəfindən qəbul edilən işlərin məbləği 53.816 manat, * saylı cədvələ əsasən - görülmüş və “xxxx” MMC tərəfindən qəbul edilən işlərin məbləği 8470 manat və * saylı cədvələ əsasən - görülmüş və “xxxx” MMC tərəfindən qəbul edilən işlərin məbləği 7000 manat müəyyən edilmişdir.

10. ##.##.2022-ci il tarixli hesab-fakturaya əsasən ##.##.2022-ci il tarixli alqı-satqı müqaviləsinə ##.##.2022-ci il tarixli * saylı əlavəyə əsasən ƏDV daxil 239699,05 manat məbəğində 70% avans ödənişi, ##.##.2023-cü il tarixli hesab-fakturaya əsasən alqı-satqı müqaviləsinin * saylı əlavəsinə əsasən ƏDV daxil 47265,49 manat məbəğində qismən ödəniş, ##.##.2023-cü il tarixli hesab-fakturaya əsasən ##.##.2022-ci il tarixli alqı-satqı müqaviləsinin ##.##.2022-ci il tarixli * saylı əlavəsinə əsasən ƏDV daxil 102728,17 manat məbəğində, * saylı əlavəsinə əsasən 118221,25 manat məbləğində, ##.##.2023-cü il tarixli hesab-fakturaya əsasən alqı-satqı müqaviləsinin * saylı əlavəsinə əsasən ƏDV daxil 165486,74 manat olmaqla 50% avans ödənişi “xxxx” MMC tərəfindən tam ödəmə həyata keçirilmişdir.

11. ##.##.2022-ci il tarixli *** saylı ödəniş tapşırığına əsasən 140243 manat məbəğində 50%-lik avans ödənişi, ##.##.2022-ci il tarixli *** saylı ödəniş tapşırığına əsasən alqı-satqı müqaviləsi üzrə ##.##.2022-ci il tarixli HF-yə əsasən 203134,79 manat məbləğində 70% avans ödənişi, ##.##.2023-cü il trixli, ** saylı ödəniş tapşırığına əsasən ##.##.2022-ci il tarixli müqaviləyə elave 2, **** saylı ##.##.2022-ci il tarixli HF-yə əsasən 3170 manat məbləğində 50% avans ödənişi, ##.##.2023-cü il tarixli, ** saylı ödəniş tapşırığına əsasən EBCP******* saylı e-qaimə üzrə 40055,50 manat məbəğində, ##.##.2023-cü il tarixli *** saylı ödəniş tapşırığına əsasən EBDG126352 və EBDG****** saylı e-qaiməyə əsasən 159158,48 manat məblğində pul vəsaiti “xxxx” MMC tərəfindən ödənilmişdir.

12. Köçürülmənin aparılması haqqında ##.##.2023-cü il tarixli bildirişə əsasən alqı-satqı müqaviləsi üzrə EBCP ******* saylı e-qaiməyə əsasən 7209.99 manat qalıq məbləğin qismən ƏDV ödənişi, ##.##.2023-cü il tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən BDG****** saylı, EBDG****** saylı e-qaimələr üzrə 28648,53 manat məbləğində qismən ƏVD ödənişi, “xxxx” MMC tərəfindən yerinə yetirilmişdir.

13. ##.##.2020-ci il tarixli ödəniş tapşırığına əsasən ##.##.2020-ci il tarixli hesab-faktura üzrə 154000 manat məbləğində, ##.##.2020-ci il tarixli ödəniş tapşırığına əsasən 500.000 manat xxxx LTD Şirkətinin AR Filialı tərəfindən “xxxx” MMC-yə ödənişlər edilmişdir.

14. Görülmüş işlərin təhvil-təslim aktına əsasən ##.##.2022-ci il tarixli müqaviləyə əlavə nömrə 1 qoşma 1 üzrə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 113 ünvanında yerləşən binada görülən işlərin cəmi məbləği 118221,25 manat müəyyən edilmiş və akt bir tərəfli qaydada imzalanmışdır.

15. Koray Gurbuzun əlavə görülən işlər üzrə ##.##.2023-cü il tarixli ünvanladığı elektron məktubda görüləcək işlərin açıqlaması və işlərə münasibət yazışmada öz əksini tapmışdır.

16. İddiaçı MMC tərəfindən tərtib edilmiş görülmüş “Əlavə işlər” cədvəlinə əsasən işlərin həcmi (ƏDV-siz) 108767 manat məbləğində müəyyən edilmişdir.

17. İddiaçı MMC-nin ##.##.2022-##.##.2024-cü il tarixinə “xxxx” MMC ilə aralarında olan hesablaşmaya dair maliyyə arayışına əsasən müqavilələr üzrə təqdim edilmiş elektron qaimə-fakturalara görə cəmi ƏDV daxil 732353,50 manat, cəmi ödənilən məlbəğ ƏDV daxil 699211,09 manat, ##.##.2022-ci il tarili RVY/****-***** nömrəli alqı-satqı müqaviləsinə ##.##.2022-ci il tarixli * saylı əlavəsinə əsasən qaimələr üzrə qalıq borc ƏDV daxil 33142,41 manat, əlavə işlər üzrə təqdim edilmiş elektron qaimə-fakturalara görə ƏDV daxil 99671,06 manat, layihələrin hazırlanması üzrə ƏDV daxil 28674 manat, əlavə işlərə və layihələrin hazırlanması üzrə qalıq borc ƏDV daxil 128345,06 manat müəyyən edilmişdir.

18. “xxxx” MMC ilə “xxxx” MMC arasında bağlanmış ## #### 2022-ci il tarixli RVY\****- ***** saylı icarə müqaviləsinə * saylı ##.##.2023-cü il tarixli Əlavə razılaşmaya əsasən müqavilənin “öhdəliklərin pozulması” adlanan 10-cu bəndinə yeni məzmunda 10.3-cü yarımbənd əlavə edilmiş və “Icarəyə verən bu müqavilənin 8.2.1-ci bəndində nəzərdə tutulmuş icarəyə verilən əmlakın təhvil verilməsinə dair öhdəliyini ## ###### 2023-cü il tarixinədək yerinə yetirməzsə, icarəçi tərəfindən icarəyə verənə təhvil-təslimin gecikdirildiyi hər ay üçün aylıq icarə haqqı məbləği qədər, yəni 29464,50 manat (ƏDV xaric) məbləğində cərimə tətbiq olunacaqdır”.

19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in ##.##.2024-cü il tarixli, **/**** saylı rəyində Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 113 ünvanında yerləşən qeyriyaşayış sahəsinin mətbəx tikilisinin divarlarının 54.0 kv.m. hissəsinə keramoqranit vurulduğu, uzunluğu 3,4 m olan “qəbul masası (reception desk)” yığılaraq üzərinə keramoqranit vurulduğu, qeyri-yaşayış sahəsinin işıqlandırılması üçün quraşdırılmış spot lampaların ümumi uzunluğu 45,0 m olan aliminium profillərlə tavana bərkildiyi, ümumilikdə 47 ədəd tavan müdaxilə qapaqlarının quraşdırıldığı müəyyən edildiyi, “xxxx” MMC tərəfindən tərtib olunmuş “Əlavə işlər cədvəlində” göstərilən “Proje hazırlanması” işin orta bazar qiymətinin nə qədər təşkil etməsinin müəyyən edilməsi “tikinti-texniki obyektlərin tədqiqi” ixtisası üzrə ekspertin səlahiyyətlərinə aid olmadığından bu sual üzrə tədqiqat aparılmadığı və Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 113 ünvanında yerləşən qeyri-yaşayış sahəsində ümumilikdə 17 ədəd qapı quraşdırıldığı, bu qapıların hər birində qapı dəstəyi, magnitli kilid (zamok), özəlgizli petlələrin olduğu müəyyən edildiyi, quraşdırılan qapı və aksesuarların qiymətinə dair tikinti bazarında, eləcə də internet saytlarında məlumat olmadığından bazar qiymətinin müəyyən edilməsinin mümkün olmadığı qeyd olunmuşdur.

20. “xxxx” MMC tərəfindən verilmiş MEB-***-**** nömrəli, ##.##.2026-cı il tarixli rəyinə əsasən ##.##.2022-ci il tarixli alqı-satqı müqaviləsinin tərkib hissəsi olan * saylı, ##.##.2022-ci il tarixli sifariş orderində nəzərdə tutulmuş işlər üzrə faktiki icra edilmiş işlərin ümumi dəyəri 253.855 manat, “Əlavə işlər” cədvəlində nəzərdə tutulmuş işlər üzrə faktiki icra edilmiş işlərin ümumi dəyəri 78.020 manat müəyyən edilmişdir.

21. “xxxx” MMC tərəfindən verilmiş MEB-***-**** nömrəli, 25.052026-cı il tarixli rəyinə əsasən ##.##.2022-ci il tarixli alqı-satqı müqaviləsinin tərkib hissəsi olan * saylı sifariş orderində nəzərdə tutulmuş işlər üzrə faktiki icra edilmiş işlərin ümumi dəyəri 243.045 manat müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

22. Ilkin iddia üzrə iddiaçı İddiaçı MMC cavabdeh “xxxx” MMC-yə qarşı iddia və dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən ## ### 2022-ci il tarixli RVY/****-***** saylı alqı-satqı müqaviləsinin ## ####### 2022-ci il tarixli, * saylı əlavəsinə əsasən qalıq borcu ƏDV daxil olmaqla 33.132,41 manat, əlavə işlərə görə ƏDV daxil olmaqla 128.345,06 manat, hüquqi xidmətə görə ödənilmiş 321 manat və ödənilmiş dövlət rüsumu 458 manat ümumilikdə 162.266,47 manat tutularaq iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Ilkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) ilə cavabdeh «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) ilə arasında ##.##.2022-ci il tarixdə imzalanmış RVY/****-***** saylı xidmət müqaviləyə əsasən tərəflər razılığa gəlmişlər ki, cavabdehin sifariş orderi əsasında iddiaçı tərəfindən cavabdehə müvafiq xidmətləri göstərilməlidir. Cavabdeh «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ## ######## 2022-ci il tarixdə, 1№-LI Sifariş Orderi əsasında ƏDV (7851.60) daxil olmaqla 51471.60 manat dəyərində, ## ######## 2022-cil tarixdə ƏDV (1141.20) daxil olmaqla 7481.20 manat dəyərində, ## ####### 2022-ci il tarixdə 3№-LI Sifariş Orderi əsasında 39.120.66 manat dəyərində, ## ### 2022-ci il tarixli alqı-satqı müqaviləsinin * saylı əlavəsinin * saylı qoşmasına əsasən 17.073 manat dəyərində, * saylı qoşmasına 39.120.66 manat dəyərində, * saylı qoşmasına əsasən ƏDV (17826.80) daxil olmaqla 35653.60 manat dəyərində, * saylı qoşmasına əsasən 61.767.10 manat dəyərində, * saylı qoşmasına əsasən cəmi ƏDV (52234.66) daxil olmaqla, 290.192.56 manat ümumilikdə 342.427.22 manat dəyərində işlərin görülməsi üçün iddiaçıya sifariş verilmişdir. ## ### 2022ci il tarixli alqı-satqı müqaviləsinin Əlavə 1, * saylı qoşmasına əsasən ƏDV (50.487) daxil, 280.486 manat cəmi 330.973.48 manat dəyərində işlərin görülməsi üçün iddiaçıya sifariş verilmişdir. Həmin sifarişlər iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həyata keçirilmiş və təmir tikinti işləri ilə əlaqədar təhvil-təslim Aktı tərtib edilərək imza və möhürlə təsdiq edilmişdir. Qeyd edilən tikinti təmir işləri Bakı şəhəri Xətai rayonu, 8 noyabr prospekti 113 ünvanında yerləşən binanda həyata keçirilmişdir. Sonradan əlavə olaraq həmin binada ƏDV (10.775) daxil olmaqla 70.637 manat dəyrində təmir işləri görülmüşdür. Qeyd edilən təmirtikinti işləri ilə bağlı cavabdehə elektron qaimələr göndərilmişdir. Qaimələr üzrə ödənişlər qismən edilmiş, lakin, 161.488 manat ƏDV daxil borc qalmışdır. Cavabdehə dəfələrlə həmin məbləğin ödənilməsi barədə xəbrdarlıq etməyimə baxmayaraq, cavabdeh 161.488 manat pulun ödənilməsindən imtina edir. Iddiaçı elektron qaimələr üzrə cavabdeh «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus sahədə tikinti, avadanlıqlarla təmin edilməsi və xidmət göstərilməsini öhdəsinə götürmüşdür. Iddiaçı müqavilə üzrə öhdəliyi yerinə yetirmiş və cavabdehlə təhvil-təslim aktı əsasında təhvil verilmişdir. Həmçinin cavabdehə görülmüş işlərin qaiməsi və hesab-fakturaları elektron qaydada göndərilmişdir. Göründüyü kimi cavabdeh ilə bağlanmış müqaviləyə əsasən iddiaçı öhdəliyini tam yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliyini hal-hazıradək yerinə yetirməmişdir. Tərəflər arasında bağlanmış müqavilələrə əsasən müştəri hesab-fakturaları təqdim etdiyi gündən ödəniş edilməlidir. Hesab-fakturaların, (elektron qaimələrin) təqdim edilməsindən xeyli vaxt keçməsinə baxmayaraq cavabdeh tərəfindən ödəniş tam olaraq həyata keçməmişdir.

24. Ilkin iddia ərizəsinə dair etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının iddia ərizəsində icra edilmiş kimi göstərilmiş və qarşılığında ödəniş edilmədiyi iddia edilən işlər xxxx tərəfindən qəbul edilməmişdir. Bu fakt və bu halın səbəbi iddia ərizəsndə açıqlanmır. Işlərin təhvil-təslim edilmədiyinin səbəbi, daha müfəssəl açıqlansa, ondan ibarət olmuşdur ki, həmin işlər Iddiaçının Iddia ərizəsində göstərilmiş ##.##.2022 tarixli RVY/2022- ***** saylı müqavilə və onun əsasında verilmiş **-** saylı Sifariş Orderləri (Müqaviləyə Əlavələr) üzrə müəyyən edilmiş iş həcminə daxil edilməmişdir. Əlavə olaraq, işlər Iddiaçı tərəfindən gecikdirildiyi və/və ya keyfiyyətsiz şəkildə yerinə yetirildiyi üçün həmin işlər təhvil-təslim edilməmiş, Cavabdeh tərəfindən qəbul edilməmiş və təhvil alınmamışdır. Buna görə də, ödəniş üçün hüquqi əsas əmələ gəlməmişdir. Cavabdeh dəfələrlə Iddiaçıya keyfiyyətlə icra edilmiş işlər üzrə, hətta onlar müqavilə üzrə Iddiaçının iş həcminə daxil edilməmişdirsə belə, ödəniş etməyə hazır olduğunu bildirmiş, həqiqətən yerinə yetirilmiş iş həcmlərinin müştərək şəkildə müəyyən edilməsinin və qüsurlu işlərdəki qüsurların aradan qaldırılmasının vacibliyini vurğulamışdır. Cavabdehin mövqeyi ona əsaslanmışdır ki, Iddiaçı tərəfindən müqaviləyə *-* saylı əlavələr ilə razılaşdırılmış və icra edilmiş bütün işlər üzrə 6 ayı keçən gecikmə baş vermişdir, işlərin heç də hamısı yerinə yetirilməmişdir, müəyyən iş həcmləri Iddiaçı tərəfindən icra edilmədiyinə görə başqa, üçüncü şəxslərə, verilmiş və həmin 3-cü şəxslər tərəfindən yerinə yetirilmişdir. Buna görə də, Iddia ərizəsində guya Iddiaçı tərəfindən bütün işlərin yerinə yetirilməsi və Cavabdehə təhvil verilməsi barədə bəyanat həqiqətə uyğun deyil və yanıldıcıdır. Yerinə yetirilməmiş işlər üçün təhvil-təslim aktları təqdim edilmiş, lakin təsdiq edilməmişdir, odur ki, təhvil-təslim aktlarının təsdiq edildiyi barədə Iddiaçının bəyanatı da yanlışdır. Cavabdeh tərəfindən Iddiaçıya göndərilmiş məktublarda Iddiaçının diqqətinə çatdırılmışdır ki, yalnız işlər təhvil-təslim aktları əsasında təhvil-təslim edildikdən və bu yolla yerinə yetirilmiş iş həcmləri Cavabdeh tərəfindən qəbul edildikdən sonra, qəbul edilmiş iş həcmlərinə görə ödənişlər imzalanmış təhvil-təslim aktlarına müvafiq olan hesab-fakturalar əsasında müvafiq ödənişlər edilə bilər. Lakin, Iddiaçı məqbul sayıla bilən iş həcmlərinin müəyyən edilməsindən imtina etmişdir və müqavilədə göstərilmiş bütün iş həcmləri üçün ödəniş istəmişdir, baxmayaraq ki, özü də yaxşı bilir ki, bütün iş həcmlərini icra etməmişdir, icra etdiyi işlərin hamısında gecikməyə yol vermişdir, bir sıra işlərin icrasını keyfiyyətsiz yerinə yetirmişdir, buna görə də müvafiq ödənişlərin həyata keçirilməsi mümkün olmamışdır. Hətta Iddiaçıya göndərilmiş son pretenziya məktubunda da (pretenziya məktubunun sutəri məhkəməyə təqdim edilmişdir) bu hallar vurğulanmış və Iddiaçıya təklif edilmişdir ki, məqbul sayıla bilərək təhvil götürülə bilən işlərin həcmi qarşılıqlı şəkildə müəyyən edilsin. Lakin, Iddiaçı yerinə yetirmədiyi və ya keyfiyyətsiz şəkildə Cavabdeh üçün qeyriməqbul və qeyri-qənaətbəxş olan qüsurlu işlərə görə də ödəniş tələb etməkdə israrlıdır. Əlavə olaraq, iddiaçı iddia ərizəsinə öz tələblərinin əsasını təşkil edə bilən hər hansı bir sənəd əlavə etməmişdir ki, onun tələblərini sübut edə bilsin. Hətta, ödənilməsini tələb etdiyi məbləğlərin hansı qaydada hesablanmış olduğunu göstərən hər hansı bir hesablama da təqdim etməmişdir. Bunun səbəbi onunla izah edilir ki, Iddiaçının tələblərinin həcmi dürüst müəyyən edilməmişdir, belə ki, yuxarıda göstərilən yerinə yetirilməmiş və.və ya keyfiyyətsiz yerinə yetirilmiş işlər üçün də Iddiaçı tərəfindən ödəniş istənilir ki, bu da tam əsassızdır. Iddiaçı tərəfindən əlavə olaraq (Müqaviləyə Əlavə qismində yazılı şəkildə razılaşdırılmamış) iş həcmləri üzrə təqdim edilən tələblər üzrə hesablamalarda ciddi yanlışlıqlar aşkar edilir, belə ki, Iddiaçı öz tələbində Cavabdeh tərəfindən Iddiaçıya ## ### 2023-cü il RVY–2023/009 Preternziya məktubu vasitəsilə yuxarıda göstərilən müqavillələr üzrə öhdəliklərinin yerinə yetirilmədiyi və ya lazımi qaydada yerinə yetirilmədiyi barədə bildiriş verilmiş, Iddiaçı tərəfindən təqdim edilmiş təhvil-təslim aktlarının (Qoşmalar 19 və 24) təsdiq edilməməsi səbəbləri diqqətə çatdırılaraq onların imzalanması şərtləri və tələbləri açıqlanmışdır, lakin, buna baxmayaraq, Iddiaçı Cavabdehə qarşı əsassız tələblər irəli sürməkdə davam edərək və yerinə yetirilməmiş yaxud lazımi şəkildə yerinə yetirilməmiş və avans qaydasında dəyəri ödənilmiş təchizat həcmlərinin icrası üçün heç bir tədbir görməmişdir. Iddiaçı Iddia ərizəsində bildirir ki, guya Cavabdeh elektron qaimələr üzrə tikinti, avadanlıqlarla təmin edilməsi və xidmət göstərilməsini öhdəsinə götürmüşdür. Bu bəyanat nəinki uydurma, həm də, tam məntiqsizdir, belə ki, elektron qaimələr öhdəlik yaratmaq vasitəsi deyillər, yalnız vergi orqanı tərəfindən kommersiya subyektlərinin ödənişləri üzərində nəzarət alətidir. E-qaimələr nəinki öhdəlik yaratmaq qabiliyyətində deyillər, onlar müstəqil şəkildə hər hansı təsdiqedici sənəd əhəmiyyətinə də malik deyillər. Belə ki yalnız tərəflər arasında imzalanmış təhvil-təslim aktına əsaslandıqda hüquqi əhəmiyyət kəsb edirlər. Iddiaçı tərəfindən Cavabdehə təqdim edilmiş, lakin Cavbdeh tərəfindən təsdiq edilməmiş təhvil-təslim aktları olmadan tərtib və təqdim edilmiş elektron qaimələrin hüquqi qüvvəsi yoxdur və belə elektron qaimələr Iddiaçı tərəfindən işlərin görülməsini və Iddiaçının Cavabdehə qarşı yönəlmiş tələblərini təsdiq edən sübutlar qismində qəbul edilə və qiymətləndirilə bilməz. Belə ki, “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın (Qaydalar) 2.5.3-cü maddəsinə əsasən “elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər ... əsasında doldurulur”. Belə sənədlərə göstərilən maddə ilə malın və ya xidmətin təqdim edilmiş olduğunu təsdiq edən sənədlər aid edilir və buraya qəbzlər, çeklər, (təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktları daxildir. Qaimənin qeyriqanuniliyi yuxarıda qeyd olunan Qaydaların 1.3-cü maddəsindən də irəli gəlir, belə ki, həmin maddədə deyilir ki, həmin “Qaydalara uyğun tərtib edilməyən elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin (göndərilməsinin, qaytarılmasının, təsərrüfatdaxili yerdəyişməsinin) rəsmiləşdirilməsinə əsas vermir”. Bununla bağlı, Cavabdeh tərəfindən təsdiq edilmiş təhviltəslim aktlarına əsaslanmayan e-qaimələr və hesab-fakturalar Iddiaçı tərəfindən 1-tərəfli qaydada tərtib edilmiş olmaqla, onun tərəfindən Cavabdehin qəbul etmədiyi işlərin təqdim edilməsinin sübutu olaraq qəbul edilə, və nəticə etibarilə, Cavabdehin tələblərinin həcminin azaldılması üçün əsas ola bilməz. Iddiaçının daha bir yalanı ondan ibarətdir ki, guya ödəniş hesab-fakturaların təqdim edildyi gün edilməlidir. Müqavilənin 3.1-ci maddəsi ödəniş şərtləri ilə bağlı Müqaviləyə * saylı Əlavəyə iqtibas edir, * saylı Əlavədə isə deyilir ki, ödəniş hesab-faktura təqdim edildikdən sonra 30 gün müddətində həyata keçirilməlidir. Hesab-fakturanın təqdim edilməsi üçün əsas isə təhvil-təslim aktı və ya qaimə-fakturadır (malların təhvil təslimi üçün). Odur ki, təhviltəslim aktının imzalanmadığı bir şəraitdə (işlərin gecikdirlməsi, keyfiyyəsiz icrası və ya ümumiyyətlə icra edilməməsi səbəbindən) hesab-faktura və e-qaimə təqdim edilməsi üçün əsas olmur və deməli, Cavabdehdə ödəniş öhdəliyi yaranmır. Odur ki, Iddiaçı tərəfindən 161.488 manat ƏDV daxil borc qalması barədə Iddiaçının bəyanatı yanlışdır və heç bir sənəd və ya digər sübutla təsdiq olunmur. Buna görə də, Cavabdeh tərəfindən ödəniş öhdəliyinin yerinə yetirilməmsi barədə iddia tam əsassızdır. Əlavə olaraq, Iddiaçı müqavilə üzrə iş həcmləri üçün avans ödənişlərini alsa da, təchizat həcmlərini tam şəkildə və keyfiyyətlə yerinə yetirməmişdir. Həmçinin, Iddiaçıya bildirilmişdir ki, Əlavələrin 3-cü maddələrinə əsasən qalıq məbləğlərin ödənişləri yalnız nəzərdə tutulmuş təchizat həcmləri Müqavilənin və Əlavələrin şərtlərinə əsasən tam çatdırıldıqdan və quraşdırıldıqdan sonra Cəmiyyət tərəfindən təhviltəslim aktları əsasında qəbul olunduğu halda təqdim ediləcək hesab-fakturalar üzrə aparıla bilər. Cavabdeh tərəfindən Müqavilə üzrə heç bir öhdəliyin pozulmaması Iddiaçının iddia tələblərinin əsassız olduğunu və Iddiaçıda ümumiyyətlə Iddia verilməsi üçün subyektiv hüququn əmələ gəlmədiyini göstərir. Belə ki, Iddiaçı tərəfindən həqiqətən yerinə yetirilmiş və Cavabdeh üçün məqbul olan işlərin müəyyənləşdirilməsi və təhvil-təslim aktı əsasında təhvil verilməsi Iddiaçıya dəfələrlə təklif edilmişdir. Iddiaçı tərəfindən bu təkliflər qəbul edilməmiş Və rədd edilmişdir. Nəticədə, Cavabdehin ödəniş etməsi üçün heç bir sənəd əsas olmamışdır. Göstərilənlərə əsasən, (ı) Iddiaçı tərəfindən 161 488 AZN məbləğdə iş görülmədiyini, bu əsasla Iddiaçının iddia qaldırmaq üçün subyektiv hüququnun olmadığı nəzərə alınaraq, cavabdeh Iddiaçının nəfinə Cavabdehdən 161.488 (bir yüz altmış bir min dörd yüz səksən səkkiz) manat əsas tələb, hüquqi yardım göstərilməsi üçün ödənilmiş 321 (üç yüz iyirmi bir) manat və 458 (dörd yüz əlli səkkiz) manat dövlət rüsumunun Cavabdehdən tutularaq Iddiaçıya ödənilməsi barədə iddia əsassız olduğu üçün rədd edilməlidir.

25. Həmçinin qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən icra edilməmiş təchizat həcmləri üçün iddiaçıya ödənilmiş 42976 manat məbləğində avans ödənişi, iddiaçı tərəfindən icra edilməsindən imtina edilmiş təchizat həcmlərinin yerinə yetirilməsi üçün digər şəxslərə ödənilmiş 10200 manat məbləğin və 24980,77 manat cərimə məbləği, cəmi ümumilikdə 78.157,37 manat iddiaçıdan tutularaq cavabdehə ödənilməsi barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir.

26. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ##.##.2022-ci il tarixdə imzalanmış RVY/****-***** saylı müqaviləyə əsasən tərəflər razılığa gəlmişlər ki, cavabdehin sifariş orderləri (müqaviləyə əlavələr və/yaxud həmin əlavələrə qoşmalar) əsasında iddiaçı tərəfindən cavabdehə müvafiq mallar tədarük edilir və həmin malları həmin sifariş orderlərində göstərilən müddətlərdə Cavabdehin Bakı şəhəri, Xətai r-nu, 8 Noyabr prospekti 113 ünvanında yerləşən Baku Bay qülləsinin yuxarıda göstərilən müqaviləyə əlavələrlə müəyyənləşdirilən sahələrində quraşdıraraq Cavabdehə təhvil verir. Müqaviləyə əlavələr (Sifariş orderləri) nəzərdə tutur ki, müvafiq Sifariş orderləri əsasında avans ödənişləri müvafiq sifariş orderinin dəyərinin 50% və ya 70% həcmində) həyata keçirildikdən sonra təchizat və quraşdırma müvafiq sifariş orderi ilə nəzərdə tutulan müddətdə (30 və ya 60 gün) icra edilir. Sifariş ilə nəzərdə tutulan malların təchizatı və quraşdırılması yekunlaşdıqdan sonra tərəflər arasında həmin malların təhvil-təslimi akt əsasında rəsmiləşdirilir və yalnız bundan sonra iddiaçı tərəfindən təqdim edilməli hesab-faktura və elektron qaimə əsasında müvafiq sifariş orderi dəyərinin qalan hissəsinin ödənişi həyata keçirilir. Müqavilə şərtləri aşağıdakılarla səciyyələnir: Maddə 7. 1: öhdəliklərin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə qarşı tərəfə vurulan zərərin əvəzini ödəməyə borcludurlar. Maddələr 7.4 və 7.5: cərimə - icranın gecikdirildiyi hər təqvim günü üçün Sifariş Orderi qiymətinin 0,1 %–i, lakin ləngidilmiş təchizatın dəyərinin 5%-dən (beş faizindən) çox olmamaqla, əks halda Müqaviləni ləğv etmək hüququ. Maddı 6.6: Mallar qüsurlu olduqda iddiaçı bütün xərcləri çəkməklə borcludur: (a) əlavə ödəniş almadan Malları təmir etmək; (b) əlavə ödəniş almadan qüsurlu Malları qüsursuz Mallar ilə əvəz etmək; və ya (c) qüsurlu Mallar üçün ödənilmiş məbləğləri qaytarır. Müvafiq sifariş orderləri ilə nəzərdə tutulan tənzimləmə və təchizat elementləri aşağıda təsvir edilir: Tənzimləmə: Malların və xidmətlərin ümumi dəyəri yuxarıdakı cədvələ əsasən hesablanır. Ödəniş (Maddə 3): (i) 50% – avans, (ii) 50% – Mallar və Xidmətlər tam çatdırıldıqdan və Alıcı tərəfindən təhvil-təslim aktı əsasında qəbul edildikdən sonra, hesab—faktura əsasında, hesab-fakturanın alındığı tarixdən etibarən 30 (otuz) təqvim günü ərzində. Çatdırılma quraşdırma – avansdan sonra 60 gün Malların keyfiyyətli şəkildə quraşdırılmasına görə məsuliyyət – Iddiaçının üzərində Tənzimləmə: Malların və xidmətlərin ümumi dəyəri yuxarıdakı cədvələ əsasən hesablanır. Ödəniş (Maddə 3): (iii) 50% – avans, (iv) 50% – Mallar və Xidmətlər tam çatdırıldıqdan və Alıcı tərəfindən təhvil-təslim aktı əsasında qəbul edildikdən sonra, hesab-faktura əsasında, hesab-fakturanın alındığı tarixdən etibarən 30 (otuz) təqvim günü ərzində. Çatdırılma quraşdırma – avansdan sonra 30 gün Malların keyfiyyətli şəkildə quraşdırılmasına görə məsuliyyət – Iddiaçının üzərində Əlavə 3. * saylı əlavə ilə bir neçə təchizat həcmləri nəzərdə tutulmuşdur. Əlavə 3 üzrə Tənzimləmə: Malların və xidmətlərin ümumi dəyəri yuxarıdakı cədvələ əsasən hesablanır. Ödəniş (Maddə 3): (v) 70% – avans, (vi) 30% – Mallar və Xidmətlər tam çatdırıldıqdan və Alıcı tərəfindən təhvil-təslim aktı əsasında qəbul edildikdən sonra, hesab-faktura əsasında, hesab-fakturanın alındığı tarixdən etibarən 30 (otuz) təqvim günü ərzində. • Çatdırılma quraşdırma – avansdan sonra 60 gün • Malların keyfiyyətli şəkildə quraşdırılmasına görə məsuliyyət – Iddiaçının üzərində 1. Yuxarıdakı göstərilən müqavilədən əlavə olaraq tərəfllər arasında ##.##.2022-ci il tarixdə RVY/****-***** saylı daha bir müqavilə imzlalanmışdır ki, həmin müqavilə də onun əlavələrində (Sifariş orderlərində) göstərilən xidmətlərin iddiaçı tərəfindən təchizatını nəzərdə tutur. Tənzimləmə: Malların və xidmətlərin ümumi dəyəri yuxarıdakı cədvələ əsasən hesablanır. Ödəniş (Maddə 3): (i) 50% – avans, (ii) 50% – Mallar və Xidmətlər tam çatdırıldıqdan və Alıcı tərəfindən təhvil-təslim aktı əsasında qəbul edildikdən sonra, hesab-faktura əsasında, hesabfakturanın alındığı tarixdən etibarən 30 (otuz) təqvim günü ərzində. Çatdırılma quraşdırma – avansdan sonra 30 gün • Malların keyfiyyətli şəkildə quraşdırılmasına görə məsuliyyət – Iddiaçının üzərində. Iddiaçı yuxarıda göstərilən təchizat həcmləri üçün avans ödənişlərini alsa da, təchizat həcmlərini tam şəkildə və keyfiyyətlə yerinə yetirməmişdir. Yerinə yetirilməmiş təchizat, habelə, keyfiyyətsiz şəkildə yerinə yetirilmiş təchizat həcmlərinə uyğun gələn avans məbləğləri, buna görə də, Iddiaçı tərəfindən geri ödənilməlidir. Müqavilənin 6.6-cı maddəsinin (c) bəndinə, 7.5-ci maddəsinin 2-ci və 3-cü cümlələrinə əsasən Cavabdeh yuxarıda göstərilən təchizat həcmlərinin yerinə yetirilməməsinə (və ya lazımi şəkildə yerinə yetirmədiyinə) görə Iddiaçıya avans olaraq ödənilmiş məbləğlərin geri qaytarılmasını tələb etmək hüququna malikdir. Bu məbləğlər, həmçinin, Iddiaçı tərəfindən Cavabdehə yetirilmiş ziyan hesab edilməlidir, belə ki, Cavabdeh real olaraq itkiyə malik qalmışdır, çünki, ödəmiş olduğu məbləğlərin qarşılığında heç nə əldə etməmişdir, deməli real itkiyə, yəni ziyana məruz qalmışdır. Əlavə olaraq, göstərilən məbləğlərin Iddiaçı tərəfindən geri ödənilməməsi Iddiaçı üçün əsassız varlanma halı əmələ gətirir ki, bu halda da Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 439.4-cü, 1091–1095-ci maddələrinə əsasən Cavabdeh Iddiaçıdan ona ödənilmiş və qarşılığı verilməmiş yaxud lazımi şəkildə verilməmiş məbləğləri geri ödənilməsini tələb etmək hüquqna malik olur. Beləliklə də, yuxarıdakı müqavilə və Sifariş Orderləri əsasında Iddiaçıya ödənişlər avans şəkilində həyata keçirildiyi üçün (ı) icra edilməmiş və (ıı) lazımi şəkildə icra edilməmiş təchizat həcmləri üzrə yerinə yetirilməmiş işlərə müvafiq olan ödəniş həcmləri ümumilikdə 42,976 AZN (artıq ödəmə) təşkil edilmişdir ki, həmin məbləğlər Cavabdehə qaytarılmalıdır. Bu məbləğlərin qaytarılması Iddiaçıdan ##.##.2023 və ##.##.2024 tarixlərdə pretenziya qaydasında (##.##.2023 tarixli RVY-****-*** saylı və ##.##.2024 tarixli * saylı pretenziya məktublarının surətləri 4 və 5-ci Qoşmalar qismində bu ərizəyə qoşulmuşdur) tələb edilsə də, Iddiaçı pretenziya məktubunu cavabsız qoymuşdur. Cavabdeh tərəfindən Iddiaçıya ## ### 2023-cü il RVY–2023/009 Pretenziya məktubu vasitəsilə yuxarıda göstərilən müqavillələr üzrə öhdəliklərinin yerinə yetirilmədiyi və ya lazımi qaydada yerinə yetirilmədiyi barədə bildiriş verilmiş, Iddiaçı tərəfindən təqdim edilmiş təhvil-təslim aktlarının (Qoşmalar 19 və 24) təsdiq edilməməsi səbəbləri diqqətə çatdırılaraq onların imzalanması şərtləri və tələbləri açıqlanmışdır, lakin, buna baxmayaraq, Iddiaçı Cavabdehə qarşı əsassız tələblər irəli sürməkdə davam edərək və yerinə yetirilməmiş yaxud lazımi şəkildə yerinə yetirilməmiş və avans qaydasında dəyəri ödənilmiş təchizat həcmlərinin icrası üçün heç bir tədbir görməmişdir. Həmin Pretenziya məktubunda, xüsusilə qeyd edilmişdir ki, ## ### 2022–ci il tarixli RVY/2022–***** saylı Alqı-satqı Müqaviləsinə **-** saylı Əlavələr və bu Əlavələrin Qoşmaları ilə nəzərdə tutulmuş təchizat üçün aşağıdakı kimi ödənişlər həyata keçirilmişdir: * saylı Əlavəsinin 3–cü maddəsinə əsasən ## #### 2022-ci il tarixində təchizatın ümumi dəyərinin 50%–i (əlli faizi), yəni 140,243.00 AZN (yüz qırx min iki yüz qırx üç manat. 00 qəpik) məbləğində avans ödənişi, ## ###### 2023-cü il tarixində 40,055.50 AZN (qırx min əlli beş manat 50 qəpik) məbləğində qalıq məbləğin qismən ödənişi, Müqavilənin * saylı Əlavəsinin 3.1–ci bəndinə əsasən ## ####### 2022–ci il tarixində təchizatın ümumi qiymətinin 70%-i (yetmiş faizi), yəni 203,134.79 AZN (iki yüz üç min yüz otuz dörd manat.79 qəpik) məbləğində avans ödənişi. Beləliklə, ümumilikdə 383,433.29 AZN (üç yüz səksən üç min dörd yüz otuz üç manat 29 qəpik) məbləğində avans ödənişi. Həmçinin, Iddiaçıya bildirilmişdir ki, Əlavələrin 3cü maddələrinə əsasən qalıq məbləğlərin ödənişləri yalnız nəzərdə tutulmuş təchizat həcmləri Müqavilənin və Əlavələrin şərtlərinə əsasən tam çatdırıldıqdan və quraşdırıldıqdan sonra Cəmiyyət tərəfindən təhvil-təslim aktları əsasında qəbul olunduğu halda təqdim ediləcək hesabfakturalar üzrə aparıla bilər. Lakin, Iddiaçı, buna baxmayaraq öhdəliklərini Müqavilə və əlavələr üzrə razılaşdırılmış şərtlərə uyğun olaraq yerinə yetirməmişdir ki, bu səbəbdən də, artıq ## ### 2023-cü il tarixinə mövcud olan vəziyyət etibarilə bildirilmişdir ki, təchizat tamamlanmadığı üçün, mövcud vəziyyət nəzərə alınaraq, təhvil-təslim aktlarının imzalanması mümkün olmamışdır. Iddiaçı, müqavilə və Əlavələrlə nəzərdə tutulan təchizatı tamamlamaq əvəzinə birtərəfli qaydada müqavilənin icrasını dayandıraraq öhdəliklərinin icrasından imtina etmişdir. Yuxarıda göstərildiyi kimi, işlərin bir qismi başqa şəxslər tərəfindən yerinə yetirilmişdir. Dəyəri Iddiaçıya avans qismində ödənilərək sonrada başqa şəxslər tərəfindən icra edilmiş təchizat həcmlərinin dəyəri Cavabdeh üçün əlavə xərc yaratmışdır ki, bu xərclərin də cəmi məbləği 10,200 AZN təşkil edir. Bu məbləğ Cavabdehə Iddiaçı tərəfindən MM-nin 451-ci maddəsinə əsasən ödənilməli olur. Həmçinin, Iddiaçı tərəfindən təchizat həcmlərinin vaxtında təhvil verilməməsi və keyfiyyəsiz yerinə yetirilməsi ilə bağlı yuxarıda göstərilən müqaqvilələr və Sifariş orderləri əsasında tətbiq edilmiş cərimələrin məbləği 24,980.77 AZN təşkil edir. Bu məbləğlər Cavabdehə Iddiaçı tərəfindən RVY****-***** saylı ##.##.2022 tarixli müqavilənin 7.4 və 7.5 maddələrinə əsasən ödənilməli olur. Iddiaçı tərəfindən Cavabdehə təqdim edilmiş, lakin Cavbdeh tərəfindən təsdiq edilməmiş təhvil-təslim aktları olmadan tərtib və təqdim edilmiş elektron qaimələrin hüquqi qüvvəsi yoxdur və belə elektron qaimələr Iddiaçı tərəfindən işlərin görülməsini və Iddiaçının Cavabdehə qarşı yönəlmiş tələblərini təsdiq edən sübutlar qismində qəbul edilə və qiymətləndirilə bilməz. Belə ki, “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın (Qaydalar) 2.5.3-cü maddəsinə əsasən “elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər ... əsasında doldurulur”. Belə sənədlərə göstərilən maddə ilə malın və ya xidmətin təqdim edilmiş olduğunu təsdiq edən sənədlər aid edilir və buraya qəbzlər, çeklər, (təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktları daxildir. Qaimənin qeyri qanuniliyi yuxarıda qeyd olunan Qaydaların 1.3-cü maddəsindən də irəli gəlir, belə ki, həmin maddədə deyilir ki, həmin “Qaydalara uyğun tərtib edilməyən elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin (göndərilməsinin, qaytarılmasının, təsərrüfatdaxili yerdəyişməsinin) rəsmiləşdirilməsinə əsas vermir”. Bununla bağlı, Cavabdeh tərəfindən təsdiq edilmiş təhviltəslim aktlarına əsaslanmayan e-qaimələr və hesab-fakturalar Iddiaçı tərəfindən 1-tərəfli qaydada tərtib edilmiş olmaqla, onun tərəfindən Cavabdehin qəbul etmədiyi işlərin təqdim edilməsinin sübutu olaraq qəbul edilə, və nəticə etibarilə, Cavabdehin tələblərinin həcminin azaldılması üçün əsas ola bilməz. Beləliklə, Iddiaçı tərəfindən Cavabdehə ödənlməli cəmi məbləğ 78,157.37 AZN təşkil edir ki, həmin məbləğin ödənilməsi pretenziya qaydasında xahiş edilmiş, lakin Iddiaçı tərəfindən laqeydliklə qarşılanmışdır. Cavabdehin mübahisənin danışıqlar yolu ilə həll edilməsi barədə pretenziya məktubunda ifadə edilmiş müraciəti Iddiaçı tərəfindən qulaqardına vurulmuşdur.

27. Qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək qarşılıqlı iddia üzrə cavabdeh “xxxx” MMC-dən qarşılıqlı iddia ilə tələb edilən 78,157.37 manat məbləğə əlavə olaraq 324.47 manat ödənilmiş dövlət rüsumunun, cəmi 78,481.84 manat məbləğin ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

28. Qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi ##.##.2024-cü il tarixində iddia tələbinə əlavə təqdim edərək, qarşılıqlı Iddia üzrə cavabdeh “xxxx” MMC-dən Qarşılıqlı iddia ilə tələb edilən 85,682.24 manat məbləğə əlavə olaraq 235,726.00 manat məbləğində xxxx tərəfindən işlərin gecikdirilməsi nəticəsində yetirilmiş ziyanın, cəmi 321,408.24 manat məbləğin ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

29. ##.##.2024-cü il tarixində qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi iddia təlbinə dair dəqiqləşmə ərizəsi təqdim edərək ilkin iddia üzrə Iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC şirkətindən cəmi 322019.65 manat məbləğin ilkin iddia üzrə Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC-nin nəfinə tutulması və sonuncuya (yəni xxxx MMC-yə) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

30. Qarşılıqlı iddia tələbinə dair etiraz onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin icraatında iddiaçı İddiaçıxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul" tələbinə dair ilkin, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul tələbinə” dair qarşılıqlı iddia ərizəsi üzrə mülki iş vardır. Ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən təqdim edilən iddia tələbini qəbul etmirik. Iddia tələbinə etirazla bağlı məhkəməyə bildirirəm ki, “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə tikinti təmir quraşdırma işlərini sifariş vermişdir. Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işçilik və materiallar birlikdə həmin sifarişləri həyata keçirmişdir. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin tərfindən görülmüş işlərlə bağlı tərəflər arasında heç bir qüsur aktı tərtib edilməmiş və bu barədə ümumiyətiə tərəflər arasında hər hansı sənədləşmə aparılmamışdır. Bundan əlavə tikinti təmir müqavilərində işlərin təhvil verilmə müddəti göstərilməmişdir. Buna baxmayaraq, tikinti işləri təhvil verilmiş və ödəniş qaimələrə göndərilmiş, qaimələr cavabdeh tərəfindən təsdiq edilmişdir. Qarşılqlı iddia ərizəsi və ona əlavə olunmuş ərizələr məhkəmə icraatı dövründə tərtib edilərək təqdim edilməsində görünür ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənişində yayınması halı yaradır. Çünki, qarşılıqlı iddia ərizəsində qeyd edilən icarə münasibətlərinin hazırki mülki işə heç bir aidiyyəti yoxdur. Tikinti təmir müqaviləsində qarşılıqlı iddia ərizəsində göstərilənlərə dair hər hansı məlumatlar olmamışdır. Qarşılıqlı iddia ərizəsində qeyd edilənlərin heç birinin hüquqi əsası və dəlili olmamışdır. Qanunvericiliyin tələblərindən göründüyü kimi qarşılıqlı iddia ərizəsində qeyd edilənlər işin faktiki hallı uyğun gəlməmişdir.

31. Qarşılıqlı iddiaçının nümayəndəsinin etiraza münasibəti onunla əsaslandırılmışdır ki, iddiaçı tamamilə əsassız olaraq bildirir ki, guya (a) iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh tərəfindən verilmiş sifarişləri işçilik və materiallar birlikdə guya tam həyata keçirmiş və (b) "xxxx” Məhdud Məsüliyyətli Cəmiyyəti tərəfindən görülmüş işlərlə bağlı tərəflər arasında heç bir qüsur aktı tərtib edilməmiş və bu barədə ümumiyətlə tərəflər arasında hər hansı sənədləşmə aparılmamışdır. Göstərilən iddiaların həqiqətlə heç bir uyarlığı yoxdur və bu əsassız bəyanlar iş üzrə toplanmış heç bir sənəd və digər materiallar ilə təsdiq edilmir. Etiraz müəllifi əsassız bəyanlarını təsdiq edə bilən heç bir sübut və ya dəlil təqdim etmir və əsassız bəyanlar verməklə kifayətlənməli olur. Halbuki, K-Poje tərəfindən təqdim edilmiş təhvil-təslim aktlarının imzalanmaması, habelə, işlərin yekunlaşması və ödənişlərlə əlaqədar olan yazışma (yazışma sənədləri məhkəməyə təqdim edilmişdir) aşkar şəkildə göstərir ki, xxxx tərəfindən yekunlaşdırılmış olduğu iddia edilən işlər və xxxx tərəfindən yerinə yetirilmiş kimi təqdim edilən iş həcmləri barədə bəyanlar səhih deyil və qüsurludur. Yazışma sənədləri və təhvil-təslim aktları elektron məhkəmə portalına yüklənmişdir və aşağıdakı nömrələr altında tapıla bilir: 43, 44, 53 - 55, 56 - 58, 68 – 80, 89, 90, 91 – 96, 97 – 126, 128. Bu sənədlərddən görünür ki, işlərin təhvil-təslimi proseduru xxxxnin nümayəndəsinin (Ulvi adlı şəxs) iştirakı ilə aparılmış, bu zaman qüsurlu işlərin fotoşəkilləri çəkilmiş, iş həcmləri yerində yoxlanılmış və müəyyənləşdirilmiş, xxxx tərəfindən faktiki yerinə yetirilmiş iş həcmlərindən artıq göstərilən işlər (başqa sozlə, faktiki yerinə yetirilmiş və xxxx tərəfindən yerinə yetirildiyi bildirilən iş həcmləri arasındakı fərqlər) barədə xxxx MMC-nin rəhbərlyi məlumatlandırılmışdır. xxxx tərəfindən tərtib edilmiş və imzalanması yuxarıda göstərilən səbəblərdən xxxx tərəfindən rədd edilmiş təhviltəslim aktlarında düzəlişlər aparılması və yenidən təqdim edilməsi xxxx rəhbərliyinə təklif edilmişdir. Bu sənədlər aşkar şəkildə Etiraz müəllifinin bəyanlarının əsassızlığını ortaya qoyur. Etiraz müəllifinin daha bir əsassız iddiası guya tikinti-təmir müqavilərində işlərin təhvil verilmə müddətinin göstərilmədiyi ilə əlaqədardır. Bu iddia onu göstərir ki iddia müəllifi nəinki iş materialları, hətta, mübahisənin əsasını təşkil edən müqavilələr ilə də kifayət qədər tanış olmamışdır və xxxx tərəfindən götürülmüş öhdəliklərdən bixəbərdir. Halbuki, konkret işlər, onların təsviri, qiyməti və həcmləri, yerinə yetirilməsi müddətləri tərəflər arasında imzalanmış RVY****-**** saylı müqavilənin əlavələri olan 01 və ** saylı Əlavələr (Sifariş Orderləri) ilə 60 təqvim günü olaraq müəyyən edilmişdir. Həm müqavilə, həm də 01 və ** saylı Əlavələr (Sifariş Orderləri) məhkəmə portalında iş səhifəsinə yüklənmişdir. Etiraz müəllifi, daha bir əsassız mülahizə ilə çıxış edir və bildirir ki, guya “tikinti işləri təhvil verilmiş və ödəniş qaimələri öhdəliklərini vaxtında yerinə yetirməmiş və işləri 8 ay gec təhvil vermişdir. Bu isə icarə haqqını avans olaraq ödəmiş icarədarda avans ödənişlərinin geri qaytarılmasını tələb etmək öhdəliyi əmələ gətirmişdir. Məhkəməyə təqdim edilmiş müqavilələr, habelə Türkiyənin UHB şirkətinin təhlili (sənəd No 150) təmir-tikinti işləri ilə icarə arasında əlaqəni aydın şəkildə ortaya qoyur, əgər xxxx və ya onun nümayəndəsi bu əlaqəni görməzdən gəlirlərsə, bu onların qərəzli mövqelərinin bariz göstəricisidir. Podrat müqaviləsinə icra müqaviləsi barədə məlumat daxil edilməli olduğu barədə Etiraz müəllifinin fikri, yenə də, həm hüquqi, həm də məntiqi cəhətdən qüsurludur. Qanunvericiliyin heç bir norması podrat müqaviləində hər hansı digər bir müqavilə barədə məlumat daxil edilməsi zorumluluğu barədə müddəa nəzərdə tutmur. Müqavilə, bilindiyi kimi, tərəflərin qarşılıqlı hüquq və öhdəliklərini müəyyən edir və tərəflərin qarşılıqlı münasibətlərinə aidiyyatı olmayan hər hansı bir müddəanın müqaviləyə daxil edilməsi tələb edilmir. Belə müddəanın olmaması müqavilənin hüquqi qüvvəsinə və tərəflər üçün məcburiliyinə xələl gətirmir. Etiraz müəllifi bunları bilmirsə nə yazıq, və ya bilərəkdən məsələlərə qarışıqlıq gətirirsə, o zaman məhkəmə onun bu hərəkətinə, düşünərək, müvafiq hüquqi qiymət verməlidir. Və nəhayət, Etiraz müəllifi yuxarıdakı bəlağət incilərini belə bir fikirlə tamamlayır ki, guya “Qarşılıqlı iddia ərizəsində qeyd edilənlərin heç birinin hüquqi əsası və dəlili olmamışdır”. Bununla əlaqədar məhkəməyə qarşılıqlı iddia ərizəsi və iddia məbləğinin artırılması barədə ərizədəki tələbləri təsdiq edən kifayət qədər sübut və dəlil təqdim edilmişdir (müqavilələr, pretenziya məktubları, yazışma sənədləri, aktlar, fotoşəkillər, cədvəllər və s.) Amma, etiraz müəllifi özü öz yazdıqlarını sübut və ya təsdiq edən heç bir sübut və dəlil təqdim edə bilmir. Yalnız məntiqdən uzaq əsassız bəyanlarla kifayətlənməli olur. Etiraz müəllifinin Etirazda daha sonra istinad etdiyi qanun müddəaları onun mövqeini yox, daha çox Cavabdehin mövqeini dəstəkləyir, xüsusən də, MM-nin • 390.1-ci maddəsi (müqavilə azadlığı – göstərir ki, podrat müqaviləsinin tərəfləri müqaviləyə icarə ilə əlaqədar hər hansı bir müddəa daxil etmək məcburiyyətində olmamışlar), • 752.1-ci maddəsi (podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi öhdəsinə götürmüş, lakin tam icra etməmişdir, icra olunmuş işlərin muzdunun ödənilməsindən Cavabdeh qaçmır, lakin bu şərtlə ki, iddiaçı da, Cavabdehə yetirdiyi zərəri tam həcmdə ödəsin. 752.2-ci maddəsinə istinad yersiz görünür və onun tətbiqi barədə etiraz müəllifi açıqlama vermir. 753.1-ci və 769-cu maddələrinə istinadın məqsəd və məramı anlaşılmır və etiraz müəllifi heç bir açıqlama təqdim etmir. Yalnız onu demək olar ki, şərtləşdirilmiş muzdun ödənilməsi işin qənaətbəxş şəkildə yekunlaşdırılaraq təhvil verilməsi ilə şərtləndirilir, qanun nəzərdə tutur ki, natamam iş üçün ya natamam muzd ödənilməli, ya da ümumiyyətlə ödənilməməlidir. 770-ci maddəyə istinad da yersiz görünür, belə ki, orada muzd ödənilməsi işin məqbulluğu ilə şərtləndirilir, baxılan halda isə yerinə yetirilən iş həcm və keyfiyyət cəhətlərindən qeyr-məqbul olmuşdur və deməli muzd ödənilməsi öhdəliyi əmələ gəlməmişdir. Və nəhayət etirazın yekunlaşdırıcı cümləsi də məntiqi cəhətdən qüsurludur, belə ki, deyilir ki, “Qanunvericiliyin tələblərindən göründüyü kimi qarşılıqlı iddia ərizəsində qeyd edilənlər işin faktiki haIına uyğun gəlməmişdir”. Lakin, işin faktiki halı qanunvericiliyin tələbləri ilə müəyyən edilə bilməz, əksinə müəyyən edilmiş faktiki hallara uyğun qanunvericilik müddəaları müəyyən və tətbiq edilməlidir. Qanunvericilik tələbləri həmişə mövcuddur və onlar faktiki halların mövcud olub-olmamasını müəyyənləşdirmirlər. Məsələn, öhdəlik pozulmasına görə məsuliyyət haqqında müddəa öhdəliyin faktiki olaraq pozulub-pozulmadığını müəyyən edə bilməz. Göründüyü kimi, bu bəyanda məntiqi qüsuruna görə məntiqi təhlilə gəlmir.

32. . Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının/qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi iddia və dəqiqləşmə ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia ərizəsinin rədd edilməsini xahiş etdi. Ilkin iddia üzrə tələbləri ## ####### 2022-ci il tarixli, * saylı əlavəsinə əsasən qalıq borcu ƏDV daxil olmaqla 33.132,41 manat, əlavə işlərə görə ƏDV daxil olmaqla 128.345,06 manatın tutulmasından ibarətdir.

33. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdehin/qarşılıqlı iddia üzrə iddiaçının nümayəndələri qarşılıqlı iddia və dəqiqləşmə ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddia tələbinin Əlavə işlərin dəyərinə münasibətdə qismən qəbul etdiklərini, qalan hissədə ilkin iddiaya etiraz edərək rədd edilməsini, qarşılıqlı iddia ərizəsinin təmin edilməsini xahiş etdilər. Əlavə olaraq bildirdilər ki, bir neçə dəfə qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verməklə nəticə etibarı ilə tələbləri: alqı-satqı müqaviləsi üzrə Sifariş orderi 1 və 3 üzrə icra edilməmiş və lazımi şəkildə icra edilməmiş təchizat həcmləri ilə bağlı yerinə yetirilməmiş və ya qüsurlu şəkildə yerinə yetirilmiş işlərə müvafiq olan ödəniş həcmləri ümumilikdə 50,177 manat artıq ödəmənin geri qaytarılması, müqavilə ilə nəzərdə tutulan, lakin KP tərəfindən yerinə yetirilməmiş və ya qüsurlu şəkildə yerinə yetirilmiş işlərə görə başqa şirkətə ödədikləri 10,200 manat pulun, Sifariş orderi 1 və 3-də göstərilən işlərin vaxtında təhvil verilməməsinə görə 24,980.77 manat cərimə məbləğinin, təmir işlərini qarşılıqlı iddia üzrə iddiaçı vaxtında təhvil vermədiyi və nəticədə “xxxx” MMC-nin bağladığı icarə müqaviləsinə əsasən qeyri-yaşayış sahəsini xxxx Şirkətinə vaxtında təqdim etmədiyi üçün xxxx tərəfindən Raviyə tətbiq etdiyi cərimə məbləği 235726 manatın zərər formasında və qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə cavabdehdən tutulmasından ibarətdir.

34. Birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, ilkin iddia üzrə cavabdeh “xxxx” MMC-dən ##.##.2022-ci il tarixli RVY/****-***** saylı alqı-satqı müqaviləsinin ## ####### 2022-ci il tarixli * saylı Əlavəsinə əsasən ədv daxil 33.132,41 manat, Əlavə işlərə görə ədv daxil 81.638,3 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 405 manat tutularq ilkin iddia üzrə iddiaçı İddiaçı MMC-yə ödənilməsi, ilkin iddia üzrə ödənilən qalan hissədə dövlət rüsumunu və vəkil xərci ilkin iddia üzrə iddiaçının özünə aid edilməsi, qalan hissədə ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-dən ##.##.2022-ci il tarixli RVY/****-***** saylı alqı-satqı müqaviləsi üzrə Sifariş Orderi 1 və Sifariş Orderi 3 üzrə işlərin icrasının gecikdirilməsinə görə 24.980,77 manat dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq 165 manat tutularaq qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC-yə ödənilməsi, qarşılıqlı iddia üzrə ödənilən qalan hissədə dövlət rüsumunu qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilməsi, qalan hissədə qarşılıqlı iddianın rədd edilməsi, məhkəmə-tikinti-texniki ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitini 50 manatı İddiaçı MMC-dən, 50 manatı isə “xxxx” MMCdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X10, 210005, VÖEN 1401555071, Müxbir Hesab AZ41NABZ01360100000000003944, SWIFT BIK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN 1700326621, hesab: AZ34CTRE00000000000002088501) hesabına keçirilməsi qət olunmuşdur.

35. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

 Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ilkin və qarşılıqlı iddia ərizələri qismən təmin edilməlidir.  Belə ki, işin halları ondan ibarətdir ki, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti arasında alqı-satqı və xidmət (podrat) müqavilələri bağlanılmış. «xxxx» MMC-nin sifariş orderlərinə əsasən icraçı İddiaçı MMC malları təchiz etməklə qeyri-yaşayış sahəsini təmir edib işləri sifarişçiyə təhvil verməli idi. Müqavilələrin bağlanması, işlərin və hətta əlavə işlərin bəzilərinin görülməsi, müvafiq ödənişlərin edilməsi işin mübahisə edilməyən halıdır.  Ilkin iddiaçı məhkəməyə müraciət edərək əsas işlərə görə (##.##.2022-ci il tarixli alqı-satqı müqaviləsinin * saylı əlavəsinə-Sifariş orderinə əsasən ƏDV daxil 342.427,22 manat) ödənilməmiş qalmış ƏDV daxil olmaqla 33.132,41 manatın və ümumiyyətlə ödənilməmiş əlavə işlərə görə ƏDV daxil olmaqla 128.345,06 manatın ilkin iddia üzrə cavabdehdən tutulmasını xahiş edir.  Ilkin iddianın - 33.132,41 manata dair hissədə məhkəmə aşağıdakıları qeyd edir.  Ilkin iddia üzrə cavabdeh bu tələbə etiraz edərək bildirir ki, iddiaçının birinci tələbi (33.132,41 manat) əsassızdır, belə ki, qarşılıqlı iddia verməklə bildirir ki, Sifariş Orderləri 1 və 3 üzrə artıq ödənilmiş və icraçı tərəfindən icra edilməmiş və lazımi şəkildə icra edilməmiş təchizat həcmləri ilə bağlı yerinə yetirilməmiş və ya qüsurlu şəkildə yerinə yetirilmiş işlərə görə 50,177 manat artıq ödəmənin geri qaytarılmasını tələb edir.  Məhkəmə ilkin iddianın bu hissəsini əsaslı, cavabdehin arqumentlərini əsassız hesab edir. Belə ki, ##.##.2022-ci il tarixli alqı-satqı müqaviləsinin * saylı ##.##.2022-ci il tarixli Sifariş orderinə əsasən iddiaçı tərəfindən cavabdehə 290.192,56 manatlıq (ədv daxil 342427,22 manat) EBDG****** saylı ##.##.2023cü il tarixli işlərin görülməsinə dair eqaimə göndərilmişdir. Həmin qaimə üzrə İddiaçı MMC tərəfindən «xxxx» MMC-yə **** saylı hesab-faktura təqdim edərək * saylı Sifariş orderinə (Əlavəyə) əsasən tam ödəmə qeyd edilsə də, «xxxx» MMC tərəfindən ##.##.2023-cü il tarixli *** saylı ödəniş tapşırığına əsasən 159.158,48 manatlıq ödənişin təyinatlarında başqa e-qaimələrlə yanaşı EBDG****** saylı eqaimə üzrə qismən ödəniş göstərərək ödənişi həyata keçirmişdir. Yəni, baxmayaraq ki, * saylı Sifariş orderinə əsasən görülən işlərin təhvil-təslimə dair akt cavabdeh tərəfinən imzalanmasa da, məhz həmin işlərə dair göndərilən eqaimə düzəliş (məbləğdə, işlərin həcmində) üçün geri qaytarılmamış, əksinə həmin e-qaimə üzrə müəyyən ödənişlər belə edilmişdir. Beləliklə də, məhkəmə tərəfindən Sifariş Orderi-3 üzrə işlərin tam görülməsi və cavabdeh tərəfindən qəbul edilməsi kimi giymətləndirərək, hesab edir ki, ilkin iddia 33.132,41 manata dair hissədə təmin edilməlidir.  Ilkin iddianın digər hissəsi - Əlavə işlərə görə ƏDV daxil olmaqla 128.345,06 manatın cavabdehdən tutulması təşkil edir. Bu hissədə məhkəmə iddianı qismən əsaslı hesab edir. Belə ki, müqavilədən və sifariş orderlərində göstərilmiş işlərdən başqa Əlavə işlərin görülməsini hər iki tərəf təsdiq və qəbul edir. Lakin, ilkin iddia üzrə cavabdeh Əlavə işlərə qismən etiraz edərək bildirmişdir ki, iddiaçı əlavə işlərin cədvəlini e-  mail vasitəsi ilə göndərilən zaman görüləcək Əlavə işlərin bəzilərinin qiymətlərini daha az məbləğdə göstərsə və onlarla razılaşdırsa da, lakin sonradan tələb olunan məbləği süni şəkildə artırmaq məqsədi ilə məhkəməyə təqdim etdiyi Əlavə-işlər cədvəlində işlərin giymətini daha baha göstərmişdir. Belə ki, məhkəməyə təqdim olunan Əlavə-işlər cədvəlində Genel WC Moydadır (corian materialdan yığılma) adlı işin qiyməti 2350 manat qeyd edilsə də, cavabdehə göndərilən Əlavə-işlər cədvəldə həmin işin dəyəri 1950 manat olaraq (cəmi dəyəri 3900 manat), Otaq 1də lustur və raylı sportların, rozetka və led isiqların... – 5550 manat göstərilsə də, cavabdehə 3250 manat olaraq (cəmi dəyər 3250 manat) və Genel WC cerciveli guzgu (hər iki tərəf bu işin əslində “plintus” işi olduğunu qeyd etdilər) – 29 manatla qeyd edilsə də, cavabdehə 26 manat (cəmi dəyəri 6760 manat) olaraq təklif edilmişdir və cavabdeh qeyd edilən işləri məhz həmin dəyərdə qəbul edərək razılıq vermişdir. Məhkəmə hesab edir ki, həmin işlərin görülməsi cavabdeh tərəfindən mübahisələndirmədiyi üçün, işlər görülmüş hesab edilməli, lakin işlərin dəyəri məhkəməyə təqdim edildiyi cədvəldə göstərilən giymətlə deyil, ilkin olaraq iddiaçı tərəfindən cavabdehə göndərilən təklifdə müəyyən edilən məbləğdə müəyyən edilməlidir.  Bundan əlavə, tərəflər arasında Əlavə işlərə dair mail üzərindən aparılmış razılaşma zamanı iddiaçı əlavə iş kimi “Proje Hazırlanması” (- 24.300 manat) və “Otaq qapıları için qapı desteyi, magnitli zamok, ozel gizli petle...”(- 9.775 manat) göstərsə də, lakin, cavabdeh tərəf həmiş işlərin qarşısında “0” qeyd edərək geri qaytarmışdır cədvəli.  Məhkəmə gedişatı zamanı ilkin iddia üzrə cavabdeh Əlavə işlərdən “Proje Hazırlanması” (- 24.300 manat) və “Otaq qapıları için qapı desteyi, magnitli zamok, ozel gizli petle...”(- 9.775 manat) ümumiyyətlə qəbul etməmişdir. Çünki cavabdeh proekti başqa şirkətə sifariş verərək işin görülməsi üçün hazır proekti ilkin iddia üzrə iddiaçıya təqdim edib, iddiaçı isə həmin proektə müəyyən düzəliş edərək yeni layihə tərtib edərək əlavə olaraq 24300 manat pul tələb edir. Qapı aksessuarlarına gəldikdə isə cavabdeh qeyd edir ki, ayrıca aksesuarlar iddiaçıya sifariş verilməmişdir, çünki qapı quraşdırılması deyəndə aksesuarlar daxil nəzərdə tutulmuşdur və giymətlər də razılaşdırılmışdır. Məhkəmə qedişatı zamanı ilkin iddia üzrə iddiaçı “Proje Hazırlanması” (- 24.300 manat) və “Otaq qapıları için qapı desteyi, magnitli zamok, ozel gizli petle...”(- 9.775 manat) adlı işlərin cavabdeh tərəfindən sifariş verilməsinə və tərəflər arasında razılaşdırılmasına dair hər-hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir, əksinə cavabdeh tərəf mail vasitəsi ilə Əlavə işlər razılaşdırılan zaman onlara etiraz edərək qarşılarında “0” qeyd edərək qeri qaytarmışdır. Ona görə də məhkəmə hesab edir ki, Əlavə işlərə görə tələb olunan məbləğdən 24.300 manat və 9.775 manat təmin edilə bilməz.  Bundan əlavə ilkin iddia üzrə cavabdeh Əlavə işlərin bəzilərinin giymətini deyil, ölçülərini mübahisələndirmişdir. Məhz mübahisələndirilən işlərin faktiki görülmüş ölçülərin müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və rəy alınmışdır. Rəydən də göründüyü kimi, bəzi işlər Əlavə-işlər cədvəlində qeyd edilən ölçüdə deyil, daha az ölçüdə görülmüşdür. Bu hissədə də məhkəmə hesab edir ki, ekspert rəyində göstərilən faktiki ölçülər götürülməklə Cədvəldə qeyd edilən işlərin dəyərinə vurulmaqla, həmin işlərə görə borc məbləği müəyyən edilməlidir. Yəni, Mövcud layihəyə uyğun olaraq mətbəx divarları üçün Keramoqranit alınması Əlavədə göstərilən 62 kv.m və ya cavabdehin bildirdiyi kimi 52 kv.m yox, ekspert rəyində göstərilən faktiki 54 kv.m, Keramoqranitlərin divara vurulması işçilik Əlavədə göstərilən 62 kv.m və ya cavabdehin bildirdiyi kimi 52 kv.m yox, ekspert rəyində göstərilən faktiki 54 kv.m, Mövcud layihəyə uyğun olaraq Reseption için Desk yığılması və Reseption için Desk uzerinə keramoqranit yığılması - Əlavədə göstərilən 3,5 kv.m yox, cavabdehin bildirdi və ekspert rəyində göstərilən faktiki 3,4 kv.m, Aluminyum profillərin alınması - Əlavədə göstərilən 50 kv.m və ya cavabdehin bildirdiyi kimi 44,2 kv.m yox, ekspert rəyində göstərilən faktiki 45 kv.m, Tavan müdahale kapakları alınması Əlavədə göstərilən 51 ədəd və ya cavabdehin bildirdiyi kimi 45 ədəd yox, ekspert rəyində göstərilən faktiki 47 ədəd əsas götürülməklə və həmin işlərə görə cavabdehin mübahisələndirmədiyi giymətlərlə hesablayaraq müəyyən edilməlidir (diqər qeyd edilmələn işlər və işlərin dəyərləri cavabdeh tərəfindən mübahisələndirilməmişdir).  Beləliklə, Əlavə işlərlə bağlı bütün mübahisəli hallar araşdırılaraq, məhkəmə hesab edir ki, Əlavə işlərin dəyəri olaraq tələb edilən məbləğdən cavabdehlə razılaşdırılması və cavabdehin sifariş verilməsi müəyyən edilməyən (“Proje Hazırlanması” (- 24.300 manat) və “Otaq qapıları için qapı desteyi, magnitli zamok, ozel gizli petle...”(- 9.775 manat)) işlərin dəyəri çıxılmalı, yuxarıda qeyd edilən giymət fərqləri ilə bağlı icraçı tərəfindən sifarişçi ilə email vasitəsi ilə razılaşdırdığı (təklifdə göndərildiyi) məbləğlər əsas götürülməli və görülmüş işlərin həcmi ilə bağlı mövcüd olan fəqlərə dair ekspert rəyində göstərilən ölçülər əsas götürülməklə işlərin giymətlərinə vurulmaqla yekun olaraq 69.185 manat borc məbləğ + 12.453,3 manat ƏDV məbləği olmaqla cəmi 81.638,3 manat Əlavə işlərə görə borc məbləği ilkin iddia üzrə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.  Qarşılıqlı iddia ərizəsi bir neçə tələbdən ibarətdir. Birincisi, 50.177 manat artıq ödəmənin geri qaytarılması tələbidir. Qarşılıqlı iddiaçı iddia edir ki, Sifariş Orderi 1 və 3 üzrə edilmiş ödənişlər müqabilində icraçı 50,177 manat dəyərində bəzi işləri görməmiş və bəzilərini qüsurlu icra etmişdir, ona görə də həmin məbləğin geri qaytarılmasını tələb edir. Məhkəmə bu tələbi əsassız hesab edir.  Belə ki, Sifariş Orderi 1 üzrə cəmi görülməli işlərin dəyəri tərəflər arasında qarşılıqlı olaraq 330.973,48 manat (ƏDV-siz məbləğ 280.486 manat) müəyyən edilməklə icarçı tərəfindən sifarişçiyə həmin işlərə görə iki e-qaimə (##.##.2023cü il tarixli EBCP****** saylı 212752,23 manat və ##.##.2023-cü il tarixli EBDG****** saylı 118221,25 manat) göndərilmişdir, Sifariş Orderi 3 üzrə tərəflər cəmi görülməli işlərin dəyərini 342.427,22 manat (ƏDV-siz məbləğ 290.192,56 manat) müəyyən etməklə icraçı tərəfindən sifarişçiyə bir e-qaimə (##.##.2023-cü il tarixli EBDG****** saylı) göndərilmişdir. Və ödəniş tapşırıqlarından da göründüyü kimi həmin qaimələr düzəliş üçün geri qaytarılmadan sifarişçi tərəfindən təyinatları məhz həmin Sifariş orderi və həmin e-qaimələr göstərilməklə ödənişlər edilmişdir. Beləliklə də, məhkəmə tərəfindən Sifariş Orderləri 1 və 3 üzrə işlərin tam görülməsi və sifarişçi tərəfindən qəbul edilməsi kimi giymətləndirərək və qətnamənin 86 paraqrafında yazılanları da əsas götürərək qarşılıqlı iddia tələbinin bu hissədə rədd edlməli qənayətinə gəlir.  Qarşılıqlı iddia tələbinin digər hissəsini - müqavilə ilə nəzərdə tutulan, lakin İddiaçı MMC tərəfindən yerinə yetirilməmiş və ya qüsurlu şəkildə yerinə yetirilmiş işlərə görə başqa şirkətə ödədikləri 10,200 manat pulun tutulması tələbini məhkəmə əsassız hesab edir. Belə ki, qarşılıqlı iddianın birinci tələbinin məntiqi davamı olaraq, məhkəmə qarşılıqlı iddiaçının qeyd etdiyi kimi bəzi işlərin görülməməsi və ya qüsurlu görülməsini (qətnamənin 94 və 95 paraqrafları) əsaslı hesab etmədiyi üçün, başqa şirkətlərə ödənilən xərc (zərər) kimi bu tələb də təmin edilə bilməz. Məhkəmə bu hissədə əlavə olaraq onu da qeyd edir ki, qarşılıqlı iddiaçının bu tələbə dair təqdim etdiyi sübutlardan digər üçüncü şirkətlə bağlanmış müqavilə üzrə görülən işlərin məhz qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən görülməli, lakin görülməmiş və ya qüsurlu görülmüş iş olduğu müəyyən edilmir.  Qarşılıqlı iddia üzrə digər tələb - Sifariş orderi 1 və 3-də göstərilən işlərin vaxtında təhvil verilməməsinə görə 24,980.77 manat cərimə məbləğinin cavabdehdən tutulmasını məhkəmə əsaslı hesab edir.  Belə ki, tərəflər arasında bağlanmış Müqavilənin 7.4-cü bəndinə əsasən satıcı bu müqavilənin 4.1-ci bəndi ilə müəyyən edilmiş öhdəliyini bu müqavilədə nəzərdə tutulmuş müddətdə yerinə yetirməzsə, icranın gecikdirildiyi hər təqvim günü üçün bu sifariş orderində göstərilən malların qiymətinin 0.1%-i həddində cərimə olunur.  Sifariş Orderi 1 (cəmi görülməli işlərin dəyəri 280.486 manat) və Sifariş Orderi 3 (cəmi görülməli işlərin dəyəri 290.192,56 manat) əsasən avans ödənişi edildikdən sonra 60 gün ərzində işlər təhvil verilməli idi. Lakin, Sifariş Orderi 1 üzrə avans ödənişi qarşılıqlı iddia üzrə cavabdehin ##.##.2022-ci il tarixli **** saylı hesabfakturasına əsasən iddiaçı ##.##.2022-ci il tarixində ödəniş etmiş olsa da və beləliklə işlər ən geci ##.##.2022-ci il tarixində təhvil verilməli olduğu halda, həmin Sifariş orderi üzrə təhvil-təslim aktı mövcüd deyil, həmin işlər üzrə e-qaimələr isə ##.##.2023 və ##.##.2023-cü il tarixində, yəni təxminən 4 və 6 aydan artıq müddət sonra sifarişçiyə göndərilmişdir. Sifariş Orderi 3 üzrə avans ödənişi edilib ##.##.2022-ci il tarixində, deməli işlər ən geci ##.##.2022-ci il tarixinə kimi təhvil verilməli olduğu halda həmin Sifariş orderi üzrə təhvil-təslim aktı mövcüd deyil, həmin işlər üzrə e-qaimələr isə ##.##.2023-cü il tarixində, yəni təxminən 5 aydan artıq müddət sonra sifarişçiyə göndərilmişdir.  Beləliklə, yuxarıda qeyd edilənlərdən müəyyən edilir ki, icraçı (qarşılıqlı iddia üzrə cavabdeh) işləri gecikdirmiş, belə olan halda Müqavilə şərtinə əsasən iddiaçı cavabdehdən dəbbə pulunun tələb edilməsində haqlı olmuşdur.  Məhkəmə gecikdirilən işlərin məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından, tələb olunan 24.980,77 manat dəbbə pulu qarşılıqlı iddia üzrə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.  Qarşılıqlı iddia ərizəsi üzrə sonuncu tələb - təmir işlərini qarşılıqlı iddia üzrə iddiaçı vaxtında təhvil vermədiyi və nəticədə “xxxx” MMC-nin bağladığı icarə müqaviləsinə əsasən qeyri-yaşayış sahəsini xxxx Şirkətinə vaxtında təqdim etmədiyi üçün xxxx tərəfindən Raviyə tətbiq etdiyi cərimə məbləği 235726 manatın zərər formasında qarşılıqlı cavabdehdən tutulması hissəsində tələbi məhkəmə əsaslı hesab etmir və həmin hissədə iddia rədd edilməlidir.  Tərəflər arasında bağlanmış Xidmət müqaviləsinin 6.1-ci bəndinə və Alqı-satqı müqaviləsinin 7.1-ci bəndinə əsasən Tərəflər bu Müqavilə üzrə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, məsuliyyət daşıyırlar və bununla qarşı tərəfə vurduqları zərərin əvəzini (vasitəli və ya dolayı zərər yaxud itki, əldən çıxmış fayda və ya gəlir, hasilat, məhsul itkisi istisna olmaqla) ödəməyə borcludur. Xidmət müqavilənin 5.1.6-ci bəndinə əsasən sifarişçi Icraçı Xidmətlərin göstərilməsindən və ya göstərilmiş Xidmətlərin nəticələrini Sifarişçiyə verməkdən imtina etdikdə bu Müqavilənin icrasından imtina etmək və ödənişləri və xərcləri geri tələb etmək hüququna malikdir.  Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilədə öhdəliklər icra edilmədikdə və ya lazımınca icra edilmədikdə vurulmuş zərərin ödənilməsi nəzərdə tutulsa da, vasitəli və ya dolayı zərər yaxud itki istisna edilmişdir. Icarə müqaviləsi üzrə icarəçiyə qeyri-yaşayış sahəsinin vaxtında təhvil verilməməsi nəticəsində vurulmuş zərər məhkəmə tərəfindən dolayı zərər kimi giymətləndirilir və tərəflər arasında bağlanmış müqavilələrdə həmin zərərin tələb edilməsi istisna edilmişdir. Bundan əlavə, qarşılıqlı iddia üzrə iddiaçı üçüncü şirkət (icarəçi xxxx Şirkəti) tərəfindən onlara cərimələrin tətbiq edilməsi və həmin 235.726 manat məbləğində cərimələrin onlar tərəfindən ödənilməsinə dair sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, iş materiallarına əlavə edilmiş müqavilələrdən görünür ki, “xxxx” MMC ilə “xxxx LTD” şirkəti ilə icarə münasibətləri ##.##.2020-ci il tarixindən etibarən başlanılmış və hər il davam etmiş, hazırki tərəflər arasında bağlanmış müqavilələr isə 2022-ci il tarixinə aiddir. Və cərimələrlə bağlı sübut qismində təqdim edilən “xxxx” MMC ilə “xxxx LTD” şirkəti arasında imzalanmış (hər ay üçün 29464,50 manat cərimənin tətbiq ediləcəyi barədə Icarə müqaviləsinə * saylı Əlavə Razılaşma) icarə müqaviləsinə * saylı Əlavə ##.##.2023-cu il tarixində imzalanmış və həmin tarixdən qüvvəyə minmişdir. Lakin, qətnamənin yuxarıdakı paraqraflarında məhkəmənin müəyyən etdiyi hallardan görünür ki, hazırkı iş üzrə işlər ən geci may 2023-cü ildə (yəni xxxx LTD şirkətinin qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC-yə cərimələrin tətbiq edilməsi üçün müqavilə əsasının yaranmasından 3 ay əvvəl) e-qaimələr əsasında “xxxx Mobiliya” MMC tərəfindən “xxxx” MMC-yə təhvil verilmiş və qismi ödənişlər də həyata keçirilmişdir. Əlavə işlər isə tərəflərin razılaşmasına əsasən görülmüş və həmin işlərin təhvil verilməsində hər-hansı vaxt məhdudiyyəti müəyyən edilməmişdir.  Məhkəmə hesab edir ki, dövlət rüsumuna görə ödənilmiş pul vəsaitlərin əvəzi qismində təmin edilmiş iddia tələblərinə münasibətdə (dövlət rüsumun hesablanması kalkulyatorun göstəricisi nəzərə alınmaqla) 405 manat məbləğində pul vəsaiti ilkin iddia üzrə cavabdehdən və 165 manat məbləğində dövlət rüsumunun əvəzi isə qarşılıqlı iddia üzrə cavabdehdən qarşı tərəfin xeyrinə tutulmalıdır.  Eyni zamanda məhkəmə-tikinti-texniki ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitindən 50 manatı İddiaçı MMC-dən, 50 manatı isə “xxxx” MMC-dən tutularaq ekspertiza mərkəzinə ödənilməlidir.  Hüquqi yardıma görə ödənilmiş pul vəsaitləri ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbləri qismən təmin edildiyindən həmin xərclər tərəflərin özünə aid edilməlidir.

36. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 21.1, 385.1, 390.1, 427.3, 442, 443.1, 448.1, 462.1, 467, 567, 568.1, 579.1, 600.1, 600.4, 752.1, 753.1, 759.1, 759.2, 769-cu maddələrinə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2021-ci il tarixli, ** №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının" 1.2, 3.1, 3.2, 3.3, 3.4-cü bəndlərinə istinad etmişdir.

37. Həmin qətnamədən “xxxx” MMC-nin nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək İddiaçı MMC-nin iddiasının təmin olunan, “xxxx” MMC-nin iddiasının rədd olunan hissəsində ləğv edilməsini və ilk iddianın tam rədd olunması, qarşılıqlı iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin və İddiaçı MMC-nin iddiasına etirazın məzmmununa uyğun əsaslandırmış və qeyd etmişdir ki: ” * saylı əlavə üzrə işlər tam təhvil verilmədiyindən ödəniş tam edilməyib. Belə ki, cavabdeh tərəfindən xxxx MMC-yə ümumilikdə * saylı əlavə üzrə 362 293.27 AZN ödəniş edilməsi, və e-qaimə üzrə qismən ödəniş edilməsi ona dəlalət etmirmi ki, işlər həqiqətən də tam təhvil verilmiş olsaydı, Şikayətçi ümumi ödəniş məbləğinin 10%-dən də az olan məbləği də ödəmiş olardı?”

Apellyasiya şikayət(lər)inə qarşı etiraz(lar)

38. Iddiaçı apellyasiya şikayətlərinə qarşı yazılı etiraz təqdim edərək şikayətin olunmamasını xahiş etmişdir.

Apellyasiya baxışı, verilən izahat

39. Iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

40. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

41. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

42. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

43. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

44. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

45. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

46. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

47. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

48. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

49. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

50. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

51. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

52. Maddə 579.1. Əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

53. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.

54. Maddə 600.4.Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

55. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

56. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.

57. Maddə 753.1.Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.

58. Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir.

59. Maddə 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.

60. Maddə 769. Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir..

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

61. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

62. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

63. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

64. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

65. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

66. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

67. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

68. Maddə 101-1.2. Işdə iştirak edən şəxsin sifarişi ilə ekspertiza həmin şəxslə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə eksperti arasında bağlanan müqavilə əsasında ekspertizanı sifariş edən şəxsin hesabına həyata keçirilir. Müqavilədə ekspertin bilə-bilə yalan rəy verməyə görə məsuliyyət daşıması barədə məlumatlandırıldığı onun imzası ilə təsdiq edilməlidir. Ekspertizanı sifariş etmiş şəxs ekspertə suallar siyahısını və tədqiqat üçün obyektləri verir.

69. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

70. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

Apellyasiya baxışının həddi

71. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

72. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

73. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının qismən yoxlanılması təşkil edir. Belə ki, apellyator apellyasiya şikayətində qətnaməni ilkin iddianın təmin olunan, qarşılıqlı iddianın rədd olunan hissəsində mübahisələndirmişdir.

Işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

74. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutları tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, nəticədə yanlış nəticəyə gəlmişdir.

75. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

76. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

77. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlı olsa da, iddia tələbinin düzgün qanuni əsasını müəyyənləşdirməklə qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir.

78. Işin faktiki hallarından görünür ki, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti arasında alqı-satqı və xidmət (podrat) müqavilələri bağlanılmış, İddiaçı MMC ilə “xxxx” MMC arasında həm alqı-satqı, həm də xidmət (podrat) münasibətlərindən ibarət qarışıq xarakterli öhdəlik münasibətləri yaranmışdır.

79. Məhkəmənin müəyyən etdiyi işin hallarından görünür ki, tərəflər arasında bağlanmış müqavilələrə əsasən İddiaçı MMC tərəfindən “xxxx” MMC-nin sifarişləri əsasında qeyri-yaşayış sahəsinin təmiri, mebel və interyer elementlərinin hazırlanması, elektrik və dekorasiya işlərinin görülməsi, müxtəlif malların təchizi və quraşdırılması həyata keçirilməli, cavabdeh tərəfindən isə həmin iş və malların dəyəri ödənilməli idi.

80. Birinci instansiya məhkəməsi ilkin iddianın 33.132,41 manat hissəsini təmin edərkən belə nəticəyə gəlmişdir ki, ##.##.2022-ci il tarixli alqı-satqı müqaviləsinin * saylı, ##.##.2022-ci il tarixli sifariş orderi üzrə iddiaçı tərəfindən cavabdehə 290.192,56 manatlıq (ƏDV daxil 342.427,22 manat) elektron qaimə təqdim edilmiş, cavabdeh tərəfindən həmin e-qaimə üzrə qismən ödənişlər həyata keçirilmiş və bu hal işlərin təhvil verilməsi və qəbul edilməsini təsdiq etmişdir.

81. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən yalnız elektron qaimələrin təqdim edilməsinə və həmin qaimələr üzrə qismən ödənişlərin həyata keçirilməsinə əsasən işlərin tam həcmdə və lazımi qaydada təhvil verilməsi nəticəsinə gəlinməsi düzgün olmamışdır.

82. Belə ki, ““xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının # ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ##### 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlımünasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

83. Kollegiya qeyd edir ki, iş üzrə mübahisə yalnız hüquqi deyil, eyni zamanda xüsusi bilik tələb edən texniki məsələlərlə bağlı olmuşdur. Belə ki, tərəflər arasında bağlanmış müqavilə və sifariş orderləri üzrə nəzərdə tutulmuş işlərin faktiki olaraq hansı həcmdə yerinə yetirilməsi, əlavə işlərin həqiqətən görülüb-görülməməsi, görülmüş işlərin dəyəri, habelə işlərin layihə və texniki sənədlərə uyğun icra olunub-olunmaması tərəflər arasında ciddi mübahisə predmeti olmuşdur.

84. Iddiaçı işlərin tam həcmdə icra edildiyini və cavabdehin qalıq borcunun yarandığını bildirsə də, cavabdeh buna etiraz edərək işlərin bir hissəsinin ümumiyyətlə görülmədiyini, bir hissəsinin isə qüsurlu və natamam icra olunduğunu göstərmişdir. Bundan əlavə, tərəflər əlavə işlərin həcmi, faktiki icrası və qiyməti ilə bağlı da bir-birinə zidd mövqelər irəli sürmüşlər.

85. Belə olan halda kollegiya iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi, tərəflərin qarşılıqlı hesablaşmalarının düzgün müəyyən olunması və mübahisəli işlərin faktiki həcminin qiymətləndirilməsi məqsədilə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsini zəruri hesab etmişdir.

86. “xxxx” MMC tərəfindən verilmiş MEB-***-**** nömrəli, ##.##.2026-cı il tarixli rəyinə əsasən ##.##.2022-ci il tarixli alqı-satqı müqaviləsinin tərkib hissəsi olan * saylı, ##.##.2022-ci il tarixli sifariş orderində nəzərdə tutulmuş işlər üzrə faktiki icra edilmiş işlərin ümumi dəyəri 253.855 manat, “Əlavə işlər” cədvəlində nəzərdə tutulmuş işlər üzrə faktiki icra edilmiş işlərin ümumi dəyəri 78.020 manat müəyyən edilmişdir.

87. Kollegiya qeyd edir ki, iş materiallarına həmçinin qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC tərəfindən təqdim edilmiş, “xxxx” MMC ilə bağlanmış müqavilə əsasında hazırlanmış MEB-***-**** nömrəli, ##.##.2026-cı il tarixli ekspert rəyi əlavə edilmişdir. Həmin rəydə ##.##.2022-ci il tarixli alqı-satqı müqaviləsinin tərkib hissəsi olan * saylı sifariş orderi üzrə faktiki icra edilmiş işlərin ümumi dəyərinin 243.045 manat təşkil etdiyi göstərilmişdir.

88. Kollegiya hesab edir ki, əsas hüquqi qiymətləndirmə ilk növbədə apellyasiya baxışı zamanı təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi, tərəflər arasında bağlanmış müqavilə və sifariş orderləri, habelə iş materiallarında olan elektron qaimələr, ödəniş tapşırıqları və tərəflərin qarşılıqlı yazışmaları əsasında aparılmalıdır.

89. Kollegiya hesab edir ki, faktiki icra edilmiş işlərin ümumi dəyəri apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyində qeyd edildiyi kimi 253.855 manat təşkil edir. Belə ki, iş materiallarında * saylı sifariş orderi üzrə tərəflər arasında imzalanmış təhvil-təslim aktı mövcud deyildir. Bununla yanaşı, İddiaçı MMC tərəfindən sifariş orderində nəzərdə tutulmuş işlərin ekspert rəyi ilə müəyyən edilən həcmdən artıq icra edilməsini təsdiq edən mötəbər və kifayət qədər sübutlar məhkəməyə təqdim edilməmişdir. Elektron qaimələrin təqdim olunması və həmin qaimələr üzrə müəyyən ödənişlərin aparılması isə özlüyündə işlərin tam həcmdə və qüsursuz şəkildə təhvil verilməsini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz.

90. Bu səbəbdən kollegiya hesab edir ki, ilkin iddianın 33.132,41 manat hissəsi üzrə iddiaçının tələbi iş üzrə toplanmış sübutlarla təsdiq olunmur.

91. Ilkin iddianın əlavə işlərə görə tələb edilən 128.345,06 manat hissəsinə münasibətdə isə kollegiya qeyd edir ki, apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə ekspertizası ilə “Əlavə işlər” cədvəlində göstərilmiş işlərin faktiki icra olunmuş hissəsinin dəyərinin 66.119 manat təşkil etdiyi müəyyən edilmiş, ekspert rəyində həmçinin qeyd olunmuşdur ki, həmin məbləğə 18 faiz ƏDV daxil deyildir və ƏDV məbləği 11.901 manat təşkil edir. Beləliklə, faktiki görülmüş əlavə işlərin ümumi dəyəri 78.020 manat müəyyən edilmişdir.

92. Ekspertiza rəyi ilə həmçinin müəyyən olunmuşdur ki, “Proje hazırlanması” xidməti üzrə layihə-smeta sənədləri təqdim edilmədiyindən həmin işin həcmini və bazar dəyərini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, bir sıra əlavə işlər üzrə tərəflər arasında razılaşdırılmış həcm və qiymətlər təsdiq edilməmiş, bəzi işlərin isə faktiki icra həcmi iddiaçı tərəfindən təqdim olunmuş cədvəldə göstərilən həcmdən az olmuşdur.

93. Kollegiya hesab edir ki, apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza işlərin faktiki həcmini və dəyərini müəyyən edən xüsusi biliklərə əsaslanan mötəbər sübut olmaqla digər sübutlarla birlikdə qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi əlavə işlər üzrə müəyyən etdiyi 81.638,30 manat məbləğini ekspertiza rəyi olmadan müəyyən etmiş, apellyasiya baxışı zamanı isə faktiki görülmüş işlərin dəyəri daha dəqiq şəkildə 78.020 manat müəyyən edilmişdir.

94. Bu səbəbdən kollegiya hesab edir ki, ilkin iddia əlavə işlərə görə 78.020 manat hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilməli, qalan hissədə isə rədd olunmalıdır.

95. Kollegiya qeyd edir ki, ilkin iddiaçı İddiaçı MMC tərəfindən * saylı, ##.##.2022-ci il tarixli sifariş orderi üzrə cavabdehə ƏDV daxil olmaqla 342.427,22 manat məbləğində elektron qaimə təqdim edilmiş və həmin qaimə üzrə 33.132,41 manat qalıq borcun qaldığı iddia edilmişdir.

96. Belə olan halda cavabdeh tərəfindən iddiaçıya həmin sifariş orderi üzrə ümumilikdə 309.294,81 manat məbləğində ödəniş edilmişdir.

97. Lakin apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, həmin sifariş orderi üzrə faktiki icra edilmiş işlərin ümumi dəyəri 253.855 manat təşkil etmişdir.

98. Beləliklə, cavabdeh tərəfindən ödənilmiş məbləğlə ekspertiza rəyi ilə müəyyən edilmiş faktiki görülmüş işlərin dəyəri arasındakı fərq 55.439,81 manat təşkil edir ki, bu da cavabdeh tərəfindən işlərin faktiki dəyərindən artıq ödəniş edildiyini göstərir.

99. Kollegiya nəzərə alır ki, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən 50.177 manat artıq ödənişin geri qaytarılması tələb edilmişdir. Həmin tələb məbləği iş materiallarında olan hesablamalar və ekspertiza rəyləri ilə müəyyən edilmiş faktiki iş həcmi ilə uyğunluq təşkil edir.

100. Bu baxımdan kollegiya hesab edir ki, apellyasiya baxışı zamanı əldə edilmiş ekspert rəyi və iş materiallarında olan ödəniş sənədləri ilə cavabdeh tərəfindən sifariş orderi üzrə artıq ödəniş edildiyi müəyyən olunur. Buna görə də ilkin iddianın həmin hissəsi rədd edilməli, qarşılıqlı iddia isə 50.177 manat hissəsində təmin edilməlidir.

101. Qarşılıqlı iddianın 10.200 manat və 235.726 manat hissələrinə münasibətdə isə kollegiya qeyd edir ki, cavabdeh tərəfindən həmin zərərin real olaraq çəkilməsi, məhz iddiaçının hərəkətləri nəticəsində yaranması və zərərin məbləği mötəbər sübutlarla təsdiq edilməmişdir. Xüsusilə, xxxx tərəfindən tətbiq olunduğu iddia edilən cərimələrin qarşılıqlı iddiaçı tərəfindən faktiki ödənilməsi barədə sübutlar məhkəməyə təqdim olunmamışdır. Buna görə də həmin hissələrdə qarşılıqlı iddia əsassız hesab edilməlidir.

102. Belə olan halda kollegiya hesab edir ki, “xxxx” MMC-nin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddianın 33.132,41 manat hissəsində ləğv edilməli, qarşılıqlı iddia 50.177 manat artıq ödənişin geri qaytarılması hissəsində təmin edilməli, qətnamə əlavə işlər üzrə tutulmalı məbləğin 78.020 manat müəyyən edilməsi hissəsində dəyişdirilməlidir.

103. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, ekspert rəyinə əlavə edilmiş məktubdan müəyyən olunur ki, “xxxx” MMC tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri 8.000 manat müəyyən edilmiş, ekspertiza xərci cavabdeh “xxxx” MMC tərəfindən tam ödənilmişdir. Kollegiya apellyasiya şikayətinin qismən təmin edilməsini nəzərə alaraq hesab edir ki, ekspertiza xərci tərəflər arasında müştərək qaydada bölünməli, 4.000 manat ekspertiza xərci İddiaçı MMC-dən tutularaq “xxxx” MMC-yə ödənilməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilən 293,05 manat dövlət rüsumunun 146,53 manatı İddiaçı MMC-dən tutularaq “xxxx” MMC-yə ödənilməlidir. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

104. Eyni zamanda, iş materiallarına xxxx” MMC tərəfindən öz təşəbbüsü ilə sifariş verilərək əldə olunmuş MEB-***-**** nömrəli ekspert rəyi əlavə edilmişdir. Həmin rəyin əldə olunması ilə bağlı çəkilmiş xərclər MPM-in məhkəmə ekspertizası xərclərinə dair müddəaları baxımından məhkəmə xərcləri kimi qarşı tərəfə aid edilə bilməz və həmin xərclər onu sifariş etmiş “xxxx” MMC-nin üzərində saxlanılmalıdır (§ 68).

105. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDI:

“xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi ##.##.2025-ci il tarixli qətnaməsi “Ilkin iddia üzrə cavabdeh “xxxx” MMC-dən ##.##.2022-ci il tarixli RVY/****-***** saylı alqı-satqı müqaviləsinin ## ####### 2022-ci il tarixli * saylı Əlavəsinə əsasən ƏDV daxil 33.132,41 manat tutularq İddiaçı MMC-yə ödənilməsi və qarşılıqlı iddia üzrə “xxxx” MMC-nin “50.177 manat artıq ödəmənin geri qaytarılması” barədə tələbinin rədd edilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı MMC-nin ““xxxx” MMC-dən 33.132,41 manat pulun tutulması” barədə iddia ərizəsi təmin edilməsin. “xxxx” MMC-nin “50.177 manat artıq ödəmənin geri qaytarılması” barədə tələbi təmin edilsin. İddiaçı MMC-dən 50.177 (əlli min bir yüz yetmiş yeddi) manat artıq ödəmə tutularaq “xxxx” MMC-yə ödənilsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi ##.##.2025-ci il tarixli qətnaməsi ““xxxx” MMC-dən Əlavə işlərə görə ƏDV daxil 81.638,3 manat borc məbləği tutularq İddiaçı MMC-yə ödənilməsi” hissəsində dəyişdirilsin. “xxxx” MMC-dən Əlavə işlərə görə ƏDV daxil 78.020 (yetmiş səkkiz min iyirmi) manat borc məbləği tutularq İddiaçı MMC-yə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilən dövlət rüsumunun əvəzi qismində 146,53 (bir yüz qırx altı manat əlli üç qəpik) manat İddiaçı MMC–dən tutularaq “xxxx” MMC-yə ödənilsin. Apellyasiya instansiyasında təyin edilmiş ekspertizanın keçirilməsi ilə bağlı 4.000 (dörd min) manat ekspertiza xərci İddiaçı MMC–dən tutularaq “xxxx” MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar