Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1119/2025 10.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı QSC-nin Cavabdeh şirkətinə qarşı “podrat müqaviləsi üzrə pul” tələbinə dair və birləşdirilmiş (qarşılıqlı iddia) iş üzrə iddiaçı Cavabdeh şirkətinin cavabdeh İddiaçı QSC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçün şəxs X5 X9 Şəxsi) zərərin ödənilməsi və s. tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi, pulu geri qaytarılması, zərərin tutulması) Hakimlər Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi və məruzəsi ilə, X8 və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X7, İlkin iddia üzrə cavabdehin/qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı QSC-nin Cavabdeh S.R.O şirkətinə qarşı “podrat müqaviləsi üzrə pul” tələbinə dair və birləşdirilmiş (qarşılıqlı iddia) iş üzrə iddiaçı Cavabdeh şirkətinin cavabdeh İddiaçı QSC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçün şəxs X5 X9 Şəxsi) zərərin ödənilməsi və s. tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 06 avqust 2025-ci il tarixli, e-2-2(113)-183/2025 nömrəli qətnaməsindən ilkin iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: İşin halları:
1. İddiaçı QSC ilə Cavabdeh arasında 13 yanvar 2023-cü il tarixli 130123 nömrəli müqavilə bağlanmışdır.
2. Həmin müqavilənin:
3. 1-ci bəndinə əsasən hazırki müqavilənin predmenti hazırki müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 Saylı Əlavəyə əsasən həcmdə, qaydada və qiymətə “İldə 12 000 ton silisiumlu ferroərinti məhsuldarlığı olan ferroərinti sexinin tikintisi” layihəsinin Texnikiiqtisadi əsaslandırmasının (TİƏ) işlənib hazırlanması üzrə mühəndis xidmətlərinin göstərilməsini, sifarişçi isə xidmətləri hazırkı müqavilənin şərtlərinə uyğun qəbul etməyi və ödəməyi öhdəsinə götürür.
4. 1.3-cü bəndinə əsasən Mühəndislik xidmətləri Sifarişçi tərəfindən təqdim edilən ilkin zəruri məlumatlar əsasında həyata keçirilir. 28.
5. 1.4-cü bəndinə əsasən Xidmətlərin yerinə yetirilməsi şərtləri haqırkı Müqaviləyə 1 saylı Əlavədə göstərilimir.
6. 3.1-ci bəndində xidmətlərin ümumi dəyəri ƏDV-siz 225.000 ABŞ dolları ABŞ dolları müəyyən olunmuşdur.
7. Müqavilənin 3.3-cü bəndinə əsasən Sifarişçi ödənişi mərhələli şəkildə aşağıdakı qaydada həyata keçirir: - 57 200,00 ABŞ dolları – ilkin ödəniş Sifarişçi tərəfindən Müqavilə imzalandığı gündən etibarən 5 bank günü ərzində həyata keçirilir; - 24 300,00 ABŞ dolları ilkin ödəniş Sifarişçi tərəfindən xx.xx.2023-cü il tarixədək ödənilir; - 86 800,00 ABŞ dolları ilkin ödəniş Sifarişçi tərəfindən xx.xx.2023-cü il tarixədək ödənilir; - 48 600,00 ABŞ dolları ilkin ödəniş Sifarişçi tərəfindən xx.xx.2023-cü il tarixədək ödənilir; - 8 100,00 ABŞ dolları– yekun ödəniş Sifarişçi tərəfindən Tərəflər Yerinə yetirilmiş xidmətlərin təhvil-təslim aktını imzaladıqdan sonra 60 təqvim günü ərzində həyata keçirilir.
8. 4.1-ci bəndinə əsasən xidmətlərin yerinə yetirilməsinə başlamazdan əvvəl İcraçı Sifarişçidən ilkin zəruri məlumatları tələb etməlidir. İcraçı Sifarişçidən bütün lazimi məlumatları aldıqdan sonra Xidmətləri yerinə yetirməyə başlayır.
9. 4.2-ci bəndinə əsasən xidmətlər yerinə yetirildikdə, İcraçı layihə sənədlərini baxılması və razılaşdırılması üçün elektron poçtla Sifarişçiyə göndərir.
10. 4.3-cü bəndinə əsasən Sifarişçi tərəfindən layihə sənədlərinin alınmasından sonra 5 təqvim günü ərzində Sifarişçi qəbul edilmiş sənədləri yoxlayır və layihə sənədlərinin həcmi və/ və ya keyfiyyəti ilə bağlı iddialar olmadığı təqdirdə, yerinə yetirilən xidmətlərin təhvil təslim aktını imzayır. Yerinə yetirilən xidmətlərin təhvil-təslim aktını imzalamaqdan əsaslandırılmış şəkildə imtina edildikdə, tərəflər zəruri tamamalama işlərinin siyahısını və onların həyata keçirilməsi üçün müddətləri göstərməklə protokol tərtib edirlər. İradların aradan qaldırılmasına cavabdeh olan tərəf iradları öz qüvvəsi ilə və öz hesabına aradan qaldırır.
11. 8.4-cü bəndinə əsasən Razılığa gələn tərəflər hazırkı müqavilənin və ona aid olan bütün informasiya və məlumatların kommersiya sirri hesab edildiyini bildirir və onu açıqlamamağı öhdələrinə götürürlər.
12. 8.5-ci bəndinə əsasən İcraçı Sifarişçi qarşısında məsuliyyətini saxlamaqla, Müqavilənin icrasına üçüncü şəxsləri cəlb etmək hüququnu özündə saxlayır. Sifarişçi Xidmətlərin yerinə yetirilməsi prosesinə nəzarət etmək hüququnu özündə saxlayır.
13. Qeyd olunan Müqaviləyə 1 saylı Əlavə (Spesifikasiyaya) əsasən yerinə yetirilməli işlər aşağıdakı kimi müəyyən edilmişdir:
14. İ mərhələ: Ümumi texniki həllərin (ÜTH) işlənib hazırlanması: - sexin texnoloji iş sxeminin işlənib hazırlanması; - Sexin əsas və koməkçi avadanlığının tələb olunan parametrlərinin müəyyən edilməsi üçün zəruri texnoloji hesablamaların aparılması (ərimə prosesinin maddi balansı, sobanın parametrlərinin hesablanması və s.). Sexin avadanlığının spesifikasiyasının işlənib hazırlanması; - baş planın və əsaslı tikinti həcmlərinin müəyyən edilməsi ilə avadanlığın yerləşməsinin bir neçə variantı üzrə (ən azı iki) üzrə layihələndirilən sexin kəsiklərinin işlənib hazırlanması;- sexin enerji istehlakının planlaşdırılması; - sifarişçi ilə razılaşdırmaq üçün aralıq hesabatın təqdim edilməsi.
15. İİ mərhələ: Sexin tikintisinin müxtəlif variantlarının iqtisadi cəhətdən qiymətləndirməsinin aparılması: - avadanlığın mümkün təchizatçılarının müəyyən edilməsi və dəyərinin qiymətləndirilməsi (Sifarişçi ilə birlikdə); - sexin tikintisinə əsaslı xərclərin hesablanması (CAPEX); - personalın zəruri ştatınn və əmək haqqı fondunun hesablanması; - əməliyyat xərclərinin səviyyəsinin hesablanması (OPEX); - həllərin iqtisadi səmərəliyinin hesablanması (bir neçə variant üzrə, ikidən az olmamaqla)– NPV, İPR, PBP; - layihənin gələcəkdə həyata keçirilməsi üçün əsas variantın Sifarişçi tərəfindən təsdiq edilməklə əsaslandırılmış seçimi.
16. İddiaçı QSC-nin Cavabdeh şirkətinə ünvanladığı 23 saylı xx.xx.2023-cü il tarixli “TİƏ-nin yerinə yetirilməsi üzrə müqavilənin icrası çərçivəsində işlərin yerinə yetirilməsinin cari vəziyyəti” adlı məktubdan görünür ki, İ-ci mərhələ üzrə 1-Sexin işinin texnoloji sxeminin işlənib hazırlanması- yerinə yetirilib, 2-Sexin əsas və köməkli avadanlığının tələb olunan parametrlərinin müəyyən edilməsi üçün zəruri texnoloji hesablamaların aparılması (əritmə prosesinin material balansı, sobanın parametrlərinin hesablanması v ə s.- yerinə yetirilib, 3-əsaslı tikinti həcmləri müəyyən olunmaqla avadanlığın yerləşməsinin bir neçə variantı üzrə (ikidən az olmamaqla) layihələndirilən sexin baş planının və kəsimlərinin işlənib hazırlanması– yerinə yetirilib, 4-Sexin enerji istehlakının planlaşdırılması- yerinə yetirilib. İİ-ci mərhələ üzrə “Lazımı işçi heyətinin və əmək haqqı fondunun səviyyəsinin hesablanması (işçi heyətinin ştatı üzrə ödənş fondu olmadan)- yerinə yetirilib.
17. Cavabdeh şirkətin ilkin iddia üzrə iddiaçıya təqdim etdiyi 123.127-TX.TİƏ X1 Bölmə adlı sənəddən görünür ki, İddiaçı QSC-nin “Silisiumlu ferroərintilərin illik istehsal gücü 12.000 ton olan ferroərinti sexinin tikintisi üzrə tikinti-texniki əsaslandırma hazırlanmışdır.
18. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə kompleks məhkəmə texniki-tikinti və əmtəəşunaslıq ekspertizası təyin edilmiş. Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Lakin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2025-ci il tarixində məhkəmə texniki-tikinti ekspertizasının aparılmasından imtina edilməsi ilə bağlı məlumat məhkəməyə daxil olmuşdur.
19. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə kompleks texnikitikinti və əmtəəşunaslıq ekspertizası təyin edilmişdir.
20. "xxxx" MMC-nin CVN/İ 46-204/25 nömrəli, 25 iyun 2025-ci il tarixli mütəxəsis rəyinə əsasən 1-ci sual üzrə: aparılan araşdırmalar və təhlillərə uyğun olaraq Cavabdeh tərəfindən hazırlanmış "İldə 12 000 ton silisiumlu ferroərinti məhsuldarlığı olan ferroərinti sexinin tikintisi" layihəsinin Texniki-iqtisadi əsaslandırması (123.127-TX.TİƏ) göstərilən məqsədlər üçün yararlıdır, təyinatı üzrə istifadə oluna bilər. 2-ci sual üzrə: aparılan araşdırmalar və təhlillərə əsasən "xxxx" QSC-nin 'X6" S.R.O. şirkətinə ünvanladığı 23 saylı xx.xx.2023-cü il tarixli "TİƏ-nin yerinə yetirilməsi üzrə müqavilənin icrası çərçivəsində işlərin yerinə yetirilməsinin cari vəziyyəti" adlı məktubunda göstərilən: 1-Sexin işinin texniki sənədləşdirilməsinin işlənib hazırlanması, 2-Sexin əsas və köməkçi avadanlığının tələb olunan parametrlərinin müəyyən edilməsi üçün zəruri texniki hesablamaların aparılması (əritmə prosesinin material balansı, sobanın parametrlərinin hesablanması və s.), 3-Tikinti həcmləri müəyyən olunmaqla avadanlığın yerləşdirilməsinin bir neçə variant üzrə (ikidən az olmamaqla) layihələndirilən sexin baş planının və kəsiklərinin işlənib hazırlanması, 4- Sexin enerji istehlakmın planlaşdırılması, 5-(İİ-ci mərhələ üzrə) "Lazımi işçi heyətinin və əmək haqqı fondunun səviyyəsinin hesablanması (işçi heyətinin ştat üzrə ödəniş fondu olmadan)" adlı işlər Müqaviləyə 1 saylı Əlavədə (Spesifikasiyada) göstərilən işlərin cəminə (işlərin təxmini çəki dərəcəsi, görülmə müddəti və digər xüsusiyyətləri nəzərə alınmaqla) münaisbətdə işlərin 78%-ni təşkil edir. 3-cü sual üzrə: qiymətləndirici mütəxəssis qarşısında qoyulmuş 3-cü suala uyğun olaraq müəyyən edilir ki, "xxxx" QSC-nin “X6" S.R.O. şirkətinə ünvanladığı 23 saylı xx.xx.2023-cü il tarixli "TİƏ-nin yerinə yetirilməsi üzrə müqavilənin icrası çərçivəsində işlərin yerinə yetirilməsinin cari vəziyyəti" adlı məktubunda göstərilən aşağıdakı işlərin ayrı-ayrılıqda qiymətləri 1-Sexin işinin texnoloji sxeminin işlənib hazırlanması 36.000 ABŞ dolları olmaqla, 2-Sexin əsas və köməkçi avadanlığının tələb olunan parametrlərinin müəyyən edilməsi üçün zəruri texnoloji hesablamaların aparılması (əritmə prosesinin material balansı, sobanın parametrlərinin hesablanması və s. 58.500 ABŞ dolları olmaqla, 3-əsaslı tikinti həcmləri müəyyən olunmaqla avadanlığın yerləşməsinin bir neçə variantı üzrə (ikidən az olmamaqla) layihələndirilən sexin baş planının və kəsimlərinin işlənib hazırlanması 54.000 ABŞ dolları olmaqla, 4-Sexin enerji istehlakının planlaşdırılması 24.750 ABŞ dolları olmaqla, 5- (İİ-ci mərhələ üzrə) "Lazımı işçi heyətinin və əmək haqqı fondunun səviyyəsinin hesablanması (işçi heyətinin ştatı üzrə ödəniş fondu olmadan) 2250,0 ABŞ dolları olmaqla qiymətləndirilir və onların cəmi qiyməti: 175,500.0 (bir yüz yetmiş beş min beş yüz) ABŞ dolları təşkil edir.
Birinci instansiya məhkəməsindəki icraat:
21. İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" S.R.O.-dan iddiaçının xeyrinə müqavilə üzrə alınan 164000 ABŞ dolları məbləğində pulun, xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilə qədər olan dövr üçün 403,88 ABŞ dolları məbləğində cərimənin, mütəxəssislərin (ekspertlərin) cəlb edilməsi ilə bağlı 60300 min ABŞ dolları məbləğində zərərin, 9800 ABŞ dolları məbləğində borc vəsaitləri üzrə faizlərin, 500.000 ABŞ dolları məbləğində itirilmiş mənfəətin, cəmi 734503,88 ABŞ dolları, hüquqi yardıma görə 1000 AZN və 1415 AZN dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş İddiaçı QSC ilə Çexiya Respublikasında qeydiyyatdan keçmiş Cavabdeh arasında 13 yanvar 2023-cü il tarixli 130123 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən podratçı “İldə 12000 ton silisiumlu ferroərinti məhsuldarlığı olan ferroərinti sexinin tikintisi” layihəsinin Texniki-iqtisadi əsaslandırmasının (TİƏ) işlənib hazırlanması üzrə injinirinq xidmətlərinin göstərilməsini, sifarişçi isə xidmətləri hazırkı müqavilənin şərtlərinə uyğun qəbul etməyi və ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.1ci bəndində xidmətlərin ümumi dəyəri ƏDV-siz 225000,00 ABŞ dolları müəyyən olunmuşdur. Müqavilənin 3.3-cü bəndinə əsasən Sifarişçi ödənişi mərhələli şəkildə aşağıdakı qaydada həyata keçirir:- 57 200,00 ABŞ dolları– ilkin ödəniş Sifarişçi tərəfindən Müqavilə imzalandığı gündən etibarən 5 bank günü ərzində həyata keçirilir;- 24300,00 ABŞ dolları ilkin ödəniş Sifarişçi tərəfindən xx.xx.2023-cü il tarixədək ödənilir;- 86800,00 ABŞ dolları ilkin ödəniş Sifarişçi tərəfindən xx.xx.2023-cü il tarixədək ödənilir;- 48 600,00 ABŞ dolları ilkin ödəniş Sifarişçi tərəfindən xx.xx.2023-cü il tarixədək ödənilir;- 8 100,00 ABŞ dolları– yekun ödəniş Sifarişçi tərəfindən Tərəflər Yerinə yetirilmiş xidmətlərin təhviltəslim aktını imzaladıqdan sonra 60 təqvim günü ərzində həyata keçirilir. Cavabdeh Spesifikasiyaya (müqavilənin 1 nömrəli əlavəsinə) uyğun olaraq, müqavilə imzalandığı, ilkin ödəniş və ilkin məlumatlar alındığı andan etibarən 105 təqvim günü müddətində 1cimərhələ (Ümumi texniki həllərin (ÜTH) işlənib hazırlanması)- sexin texnoloji iş sxeminin işlənib hazırlanması;- Sexin əsas və yardımçı avadanlığının tələb olunan parametrlərinin müəyyən edilməsi üçün lazımi texnoloji hesablamaların (əritmə prosesinin material balansı, sobanın parametrlərinin hesablanması və s.) aparılması. Sexin avadanlığının spesifikasiyasının işlənib hazırlan-ması;- əsaslı tikinti həcmləri müəyyən olunmaqla avadanlığın yerləşməsinin bir neçə variantı üzrə (ikidən az olmamaqla) layihələndirilən sexin baş planının və kəsimlərinin işlənib hazırlanması;- sexin enerji istehlakının planlaşdırılması;- sifarişçi ilə razılaşdırmaq üçün aralıq hesabatın təqdim edilməsini xidmətlərini öhdəsinə götürür. Sifarişçi 1-ci mərhələni razılaşdırdıqdan sonra 45 təqvim günü müddətində cavabdeh 2-ci mərhələ (Sexin tikintisinin müxtəlif variantlarının iqtisadi qiymətləndirməsinin aparılması)- avadanlıqların mümkün təchizatçılarının müəyyən edilməsi və dəyərinin qiymətləndirilməsi (Sifarişçi ilə birlikdə);- sexin tikintisinə əsaslı xərclərin hesablanması;- lazımi işçi heyətinin və əmək haqqı fondunun səviyyəsinin hesablanması;- əməliyyat xərclərinin səviyyəsinin hesablanması (OPEX);- həllərin iqtisadisəmərəliyinin (bir neçə variant üzrə, ikidən az olmamaqla) hesablanması– NPV, İPR, PBP;- Layihənin gələcəkdə həyata keçirilməsi üçün əsas variantın əsaslandırılmış seçimi (Sifarişçinin təsdiqi ilə) xidmətlərini öhdəsinə götürür. Müqavilənin 4.1 və 4.2-ci bəndlərinə əsasən, xidmətlərin yerinə yetirilməsinə başlamaq üçün İcraçı Sifarişçidən texniki tapşırıq da daxil olmaqla bütün zəruri ilkin məlumatları tələb edir və yalnız onları aldıqdan sonra işlərin yerinə yetirilməsinə başlayır. Xidmətləri yerinə yetirdikcə İcraçı layihə sənədlərini baxılması və razılaşdırılması üçün elektron poçt vasitəsilə Sifarişçiyə göndərir. Müqavilənin 4.1-ci bəndinə uyğun olaraq, iddiaçı işə başlanmazdan əvvəl WhatsApp messencerindən istifadə edərək ilkin məlumatları operativ şəkildə cavabdehə təqdim edib və 57200 ABŞ dolları məbləğində tam avans ödənişini icra edib, bununla da faktiki olaraq Müqavilənin icrasına başlamaq üçün şərtləri icra etmişdir. 157,900 ABŞ dolları məbləğində ödəniş 10 iyul 2023-cü il tarixinədək hissə-hissə ödəniş kimi müəyyən edilir ki, bu da Müqavilənin mənasına görə, cavabdehin birinci mərhələdə işləri yerinə yetirmək üzrə öhdəliklərini yerinə yetirməsi üçün şərt deyildir. İddiaçı QSC xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixədək ümumi məbləği 81.500 ABŞ dolları məbləğində ödəniş həyata keçirmişdir. (xx.xx.2023-cü il tarixli №1 ödəniş tapşırıqı ilə 57.200 ABŞ dolları, №2 xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə 19.700 ABŞ dolları, xx.xx.2023-cü il tarixli № 3 ödəniş tapşırıqı ilə 4.600 ABŞ dollarıməbləğində). Öz növbəsində, cavabdeh Spesifikasiyaya uyğun olaraq 1-ci mərhələ üzrə işin yekun nəticəsini xx.xx.2023-cü il tarixindən gec olmayaraq təqdim etməyi öhdəsinə götürmüşdür. Bununla belə, cavabdeh müqavilə öhdəliklərini pozaraq, xx.xx.2023-cü il tarixinədək texniki-iqtisadi əsaslandırmanın 1-ci mərhələsinə dair işin nəticəsini iddiaçıya təqdim etməmişdir. Bu səbəbdən iddiaçıcari ödənişləri dayandırmışdır. 30 avqust 2023-cü il tarixində cavabdeh texniki-iqtisadi əsaslandırmanın 1-ci mərhələsi ilə bağlı sənədləri iddiaçıya göndərmişdir. 2023-cü ilin sentyabr ayı ərzində iddiaçı cavabdeh tərəfindən təklif olunan 30 avqust 2023cü il tarixli texniki-iqtisadi əsaslandırmanın 1-ci mərhələsinin layihəsində səhvləri və çatışmazlıqları dəfələrlə şifahişəkildə cavabdehə bildirmişdi. İddiaçı QSC 02 oktyabr 2023cü il tarixli 29 nömrəli məktubla cavabdehə TİƏ-nin 1-ci mərhələsində işləri qəbul etməkdən imtinanı aradan qaldırılmaq üçün şərhlərin siyahısını göndərmişdir. İddiaçı tərəfindən işə cəlb olunan mütəxəssislərin rəylərinə əsasən müəyyən olunmuşdur ki, texniki-iqtisadi əsaslandırmanın 1-ci mərhələsi üçün cavabdeh tərəfindən təqdim edilmiş sənədlər iddiaçı tərəfindən təyinatı üzrə istifadə edilə bilməz. Cavabdehin işi heç bir istehlak dəyəri daşımır və iş müqavilənin predmetinə uyğun olmadığından zavodun tikintisi layihəsinin həyata keçirilməsi üçün istifadə edilə bilməz. 27 oktyabr 2023-cü il tarixində iddiaçı cavabdehə işlərin (xidmətlərin) keyfiyyətinin müqaviləyə uyğun olmaması ilə bağlı stenoqramı (siyahısını) göndərmişdir. Göstərilən stenoqrammaya uyğun olaraq, cavabdeh müqavilə üzrə gördüyü işin yekun nəticəsini 31 dekabr 2023-cü il tarixinədək iddiaçıya təhvil verməli idi. 22 dekabr 2023-cü il tarixli 388 nömrəliməktubla cavabdeh iddiaçıya yalnız Müqavilə üzrə bütün məbləğin tam ödənilməsindən sonra TİƏ-nin 1-ci mərhələsini yekunlaşdırmağa başlamağa hazır olduğunu bildirmişdir. Cavabdeh onu da bildirmişdir ki, TİƏ-nin 1-ci mərhələsi hazır deyil, TİƏ-nin 2-ci mərhələsinin hazırlanmasına isə hələ başlamamışdır. Beləliklə,cavabdeh müqavilənin şərtlərinə zidd olan tələblər irəlisürmüşdür. İddiaçı cavabdehin bəyan etdiyi mövqeyi ilə razılaşmamışdır, çünki cavabdeh tərəfindən işin başa çatdırılması üçün son müddətin uzadılması iddiaçı üçün daha böyük məbləğdə əlavə itkilərə səbəb olacaq. İşlərin nə zaman tamamlanması, bir daha son müddətin pozulmaması və işin nəticəsinin lazimi qaydada tamamlanmış halda iddiaçıya təhvil verilməsi ilə bağlı cavabdeh heç bir zəmanət verməmişdir. İddiaçının müqavilə üzrə ödəmə öhdəliyi yalnızişin birincimərhələsinin vaxtında və lazımi qaydada yerinə yetirildiyində yaranır. Müqavilənin və Spesifikasiyanın 3.3-cü bəndinə əsasən, “57200,00 ABŞ dolları– ilkin ödəniş Sifarişçi tərəfindən Müqavilə imzalandığı gündən etibarən 5 bank günü ərzində həyata keçirilir; 24300,00 ABŞ dolları ilkin ödəniş Sifarişçi tərəfindən xx.xx.2023-cü il tarixədək ödənilir; 86 800,00 ABŞ dolları ilkin ödəniş Sifarişçi tərəfindən xx.xx.2023-cü il tarixədək ödənilir; 48600,00 ABŞ dolları ilkin ödəniş Sifarişçi tərəfindən xx.xx.2023-cü il tarixədək ödənilir; 8100,00 ABŞ dolları– yekun ödəniş Sifarişçi tərəfindən Tərəflər yerinə yetirilmiş xidmətlərin təhvil-təslim aktını imzaladıqdan sonra 60 təqvim günü ərzində həyata keçirilir. Sifarişçi Xidmətlərin ödənilməsi üzrə öhdəliklərini pozduqda, pozuntunun Müqavilənin hansı əlavəsinə aid olmasından asılı olmayaraq, İcraçı Xidmətlərin göstərilməsinin bərpa edilməsi üçün lazım olan ağlabatan müddəti nəzərə almaqla, Sifarişçi tərəfindən yol verilən pozuntular aradan qaldırılana qədər Xidmətlərin göstərilməsini tam və ya qismən dayandıra bilər.” Beləliklə, TİƏ-nin 1-ci mərhələsinə uyğun olaraq cavabdehin işinin nəticəsi olmadıqda, cavabdehin iddiaçıdan ödənişi tam şəkildə tələb etməsi ilə əlaqədar arqumentləriəsassızdır. Müqavilənin 5.2-ci bəndinə əsasən, “Xidmətlərin yerinə yetirilməsi müddətlərinin İcraçı tərəfindən pozulmasına görə Sifarişçi hər gecikdirilən gün üçün gecikdirilən Xidmətlərin dəyərinin 0,001% məbləğdə cərimə tutur. 5.3. Sifarişçi tərəfindən pul öhdəliklərinin vaxtında yerinə yetirilməməsinə görə İcraçı hər gecikdirilən gün üçün vaxtında ödənilməyən məbləğin 0,001% həcmində cərimə tutur. 5.4. İcraçı tərəfindən Xidmətlərin yerinə yetirilməsi müddətlərinin pozulması Sifarişçinin təqsiri üzündən baş verdikdə Xidmətlərin yerinə yetirilməsi müvafiq gecikmə vaxtına uyğun uzadılır. 5.5. Cərimə sanksiyalarının ödənilməsi Tərəfləri hazırkı Müqavilənin şərtlərinin yerinə yetirilməsi vəzifəsindən azad etmir. 5.6. Müqavilənin tərəflərindən biri tərəfindən vurulmuş ziyan təqsirkar tərəf tərəfindən tam həcmdə ödənilməlidir.” Cavabdehin hərəkətləri nəticəsində İddiaçı QSC zavodun tikintisi layihəsini vaxtında həyata keçirmək imkanını itirmiş, bu da potensial tərəfdaşlarla əldə edilmiş razılaşmalara mənfi təsir göstərmiş və nəticədə ilkin razılaşmaların və müqavilələrin ləğvinə səbəb olmuşdur. İddiaçının məhsulların tədarükü üçün tərəfdaşlar tərəfindən edilən avans ödənişlərinin qaytarılması öhdəliyi yaranmışdır. İlkin razılaşmalar üzrə alınmamış avans ödənişlərişəklində itirilmiş mənfəətin ümumiməbləği 500.000 ABŞ dollarıdır. Həmçinin, cavabdehin işin tamamlanmasında gecikməsi səbəbindən iddiaçı kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı itkilərə məruz qalmışdır. Cavabdehin xidmətlərinin ödənilməsi üçün borc vəsaiticəlb edilmişdir. İddiaçı bu günə qədər kreditora kredit üzrə 9800 ABŞ dolları məbləğində faiz ödəmişdir. İddiaçı QSC-nin mühəndislik və iqtisadiyyat sahəsində xüsusi biliyi olmadığından, cavabdeh ilə bağlanmış müqaviləni dəstəkləmək və cavabdeh tərəfindən faktiki olaraq yerinə yetirilən işlərə, görülən işlərin normativ tələblərə uyğunluğuna obyektiv ekspertiza qiymətləndirməsini təmin etmək məqsədilə, müqavilə şərtlərinə uyğun olaraq, ekspert və iqtisadçını müqaviləyə əsasən işə cəlb etmişdir. İddiaçı bu mütəxəssislərə 60300 ABŞ dollarıməbləğində xidmət haqqı ödəmişdir. İddiaçı QSC tərəfindən xx.xx.2024-cü il tarixli pretenziya məktubu cavabdeh "xxxx" MMC-yə göndərilmişdir. Cavabdeh pretenziyaya 174 №-li xx.xx.2024-cü il tarixli məktubla cavab olaraq bildirmişdir ki, “Sumqayıt texnologiya parkının rezidenti statusunun əldə olunması üçün Sifarişçi tərəfindən Çexiya qanunvericiliyinə uyğun qeydiyyatdan keçmiş və fəaliyyət göstərən X6 S.R.O. şirkətinin əqli mülkiyyəti istifadə olunmuşdur.” Cavabdehin irəli sürdüyü dəlillər həqiqəti əks etdirmir. Belə ki, xx.xx.2023-cü il tarixli 23№li məktubda İddiaçı QSC sazişin birinci mərhələsi üzrə işlərin başa çatdırılmasını təsdiqləməmişdir, işlərin gedişatına nəzarət və əlavə məsələlərin müzakirəsi üçün iclas xx/xx/2023-cü il tarixinə planlaşdırılması bildirmişdir. Cavabdeh "xxxx" MMC-nin təqdim etdiyi TİƏ-nin 1 mərhələsinin layihəsində səhvlər və çatışmazlıqlar mövcud olmuşdur. Bu layihə əsasında İddiaçı QSC-nin Sumqayıt Texnologiyalar Parkında rezident statusunu alması qeyri-mümkündür. İddiaçı QSC tərəfindən hazırlanmış “Müasir texnologiyanın tətbiqi ilə illik istehsal gücü 12000 ton olan ferrosilisium FS75 xammalın istehsalı yönümlü” investisiya layihəsi əsasında Sumqayıt Texnologiyalar Parkının rezident statusunu əldə etmişdir. Həmin layihəyə cavabdehin təqdim etdiyi sənədlər əlavə edilməmişdir. Tərəflər arasında bağlanmış Müqavilənin 6.1-ci bəndində deyilir ki, “Tərəflər hazırkı müqavilənin şərtlərinin icrasızamanı yaranan mübahisələri, fikir ayrılıqlarını və ya tələbləri danışıqlar yolu ilə həlletməyə çalışacaq. Danışıqların istənilən nəticəsini tərəflər protokol qaydasında rəsmiləşdirir. Tərəflər arasında imzalanmış protokollar hazırkı Müqavilənin ayrılmaz hissəsi hesab olunur.
23. 25.05.2024-cü il tarixində ilkin iddia üzrə cavabdeh nümayəndəsi etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia tələbini qəbul etdimirlər və ona qarşı etiraz edirlər. Hesab edirlər ki, cavabdeh Çexiya Respublikasında qeydiyyatda olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2023-cü il tarixli müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımınca icra etmişdir. Buna baxmayaraq aşağıdakı əsaslara görə hesab edirlər ki, İddiaçı QSC öz öhdəliklərini pozmuşdur. Cavabdeh şirkət işçilərinə vaxtında əmək haqqı vermək və şirkətin fəaliyyətli ilə bilavasitə əlaqədar digər xərclərlə bağlı məsuliyyət daşıyır. Sifarişçi (iddiaçı) tərəfindən maliyyələşmənin gecikdirilməsi Şirkətin ixtisaslı layihəçilərinin xeyli müddət boş dayanması ilə nəticələnmiş, cavabdehi öz iş qüvvəsindən daha səmərəli layihələrdə istifadə etməsinin qarşısını almışdır. İddiaçı tərəfindən cəmi 164000 ABŞ dolları həcmində ilkin ödəniş edilmişdir. Sifarişçi (iddiaçı) tərəfindən ödənişlərin gecikdirilməsi barədə ətraflı məlumat əks edilmişdir: Tarix Ödənilməli məbləğ (ABŞ dolları) Ödənilmiş məbləğ (ABŞ dolları) Gecikmə günlərinin sayı Gecikmiş məbləğ (ABŞ dolları) xx.xx.2023 57 200,00 xx.xx.2023 57 200,00 xx.xx.2024 24 300,00 24 300,00 xx.xx.2024 19 700,00 25 4 600,00 xx.xx.2024 4 600,00 xx.xx.2024 86 800,00 86 800,00 xx.xx.2023 28 500,00 22 58 300,00 xx.xx.2023 6 500,00 27 51 800,00 xx.xx.2024 48 600,00 34 100 400,00 xx.xx.2023 25 000,00 35 75 400,00 xx.xx.2023 22 500,00 45 52 900,00 09.05.2*** *** ** **0,00 İşlərin görülmə prosesinə həmçinin aralıq nəticələrin razılaşdırılmasında Sifarişçinin (iddiaçının) yol verdiyi gecikmələr də öz mənfi təsirini göstərirdi. 25 iyul 2023-cü il tarixində 192 saylı məktubla İcraçı (cavabdeh) tərəfindən TİƏ-nin birinci mərhələri üzrə sənədləşmə təqdim edilmişdir. *Sonrakı mətndə birinci mərhələ “mərhələ” və ya “tom” kimi ifadə olunacaq. Tərtib olunmuş TİƏ-nin nömrəsi: 123.127-TX.TİƏ. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Kollegiyasının 15 may 2013-cü il tarixli 08 saylı qərarı ilə təsdiq edilmiş Hüquqi və fiziki şəxslərin sənaye parkının rezidenti kimi qeydiyyatdan keçmək üçün təqdim etdikləri ərizənin forması və ona əlavə edilən sənədlərin siyahısında göstərilir ki, Hüquqi və fiziki şəxslərin sənaye parkının rezidenti kimi qeydiyyata alınması üçün ərizəyə İnvestisiya layihəsi (biznes plan) da əlavə edilməlidir. İddiaçı 2023-cü ilin avqust ayında Sumqayıt Texnologiyalar Parkının rezidenti statusunu almışdır. 21 avqust 2023-cü il tarixli 23 saylı məktubla iddiaçı Müqavilənin birinci mərhələsi üzrə işlərin tam icra olunduğunu təsdiq etmişdir. Həmin məktubda qeyd olunmuşdur ki, İcraçı tərəfindən birinci mərhələ üzrə bütün işlər spesifikasiyaya uyğun yerinə yetirilmişdir. 23 avqust 2023-cü il tarixli 226 saylı, 24 avqust 2023-cü il tarixli 230 saylı, 30 avqust 2023-cü il tarixli 237 saylı, 01 sentyabr 2023-cü il tarixli 241 saylı, 07 sentyabr 2023-cü il tarixli 253 saylı məktublarla İcraçı (cavabdeh) tərəfindən Sifarişçiyə (iddiaçıya) *.dwg formatda sənədlər, eləcə də TİƏ-nin birinci tomuna (ТİƏ 123.127- ТХ.ТİƏ) qoşmalar və sənədlərin ingilis dilinə tərcümələri təqdim olunmuşdur. 07 sentyabr 2023-cü il tarixli 253 saylı məktubda İcraçı (cavabdeh) eləcə də birinci mərhələ üçün işlərin görülməsini razılaşdırmağı xahiş etmişdir ki, bu da ikinci mərhələnin (ТİƏ 123.127- ТХ.ТİƏ) icrası üçün vacibdir. Sifarişçi (iddiaçı) tərəfindən göndərilmiş 02 oktyabr 2023-cü il tarixli 29 saylı məktub göndərilmişdir. Həmin məktub faktiki olaraq 10 oktyabr tarixində, yəni görülmüş işlərin qəbul edilməsi barədə məktubdan 33 gün sonra təqdim edilmişdir. Həmin məktubda görülmüş işlərlə əlaqədar heç bir irad göstərilməmiş, bunun əvəzinə Sifarişçinin tələbatlarının dəyişməsi ilə şərtləndirilmiş bir sıra arzular ifadə olunmuş, faktiki olaraq icra olunmuş işlərin yenidən görülməsi xahiş olunmuşdur. 27 sentyabr 2023-cü il tarixli 35 saylı məktubla Sifarişçi (iddiaçı) müəssisənin yeni situasiya planını qəbul etməyi xahiş etmişdir. Təqdim olunmuş situasiya planı əvvəllər təqdim olunmuş ilkin məlumatlarla ziddiyyət təşkil etmiş, əvvəlcədən tərəflər arasında razılaşdırılmamış, artıq icra olunmuş işlərin yenidən icra olunmasına və İcraçı (cavabdeh) üçün əhəmiyyətli xərclərin çəkilməsinə gətirib çıxarıracaqdır. 10 noyabr 2023-cü il tarixli məktubla (həmin məktub cavabdehin işləri razılaşdırma barədə 07 sentyabr 2023-cü il tarixli 253 saylı məktubundan 64 gün sonra təqdim edilmişdir) Sifarişçi (iddiaçı) bildirmişdir ki, TİƏ-nın icra olunmuş mərhələsi onun tələblərinə cavab vermir. Buna baxmayaraq Sifarişçi (iddiaçı) icra olunmuş ilərin konkret olaraq hansı hissəsinin Müqaviləyə və ya hər-hansı normativ sənədə uyğunsuzluğu barədə məlumat verməmişdir. Birinci mərhələ üzrə sənədlərin tam paketini əldə etdikdən sonra Sifarişçi (iddiaçı) icra olunmuş işlərin razılaşdırılmasından yayınmış, ilkin ödənişin yerdə qalan hissələrini ödəməkdən də yayınmış, eləcə də bu günə qədər iradların konkret siyahısını təqdim etmir. İddia ərizəsində qeyd olunur ki, “30 avqust 2023cü il tarixli TİƏ-nin 1-ci mərhələsinin layihəsində səhvləri və çatışmazlıqları dəfələrlə şifahi şəkildə cavabdehə bildirmişdi”. Həmin qeyd həqiqətə uyğun deyil. Konkret səhvlər və çatışmazlıqlar barədə cavabdehə nə şifahi, nə də yazılı müraciət daxil olmamışdır. Konkret iradlar bildirməkdən çəkinib icra olunmuş işləri razılaşdırmayan Sifarişçi (iddiaçı) ilkin ödənişlərin edilməsini əhəmiyyətli şəkildə gecikdirmiş, buna görə də İcraçı (cavabdeh) öz növbəsində Müqavilə şərtlərini rəhbər tutmaqla işlərin icrasını dayandırmağa məcbur olmuşdur. Cavabdeh 27 mart 2023-cü il tarixli 60 saylı, eləcə də 14 aprel 2023-cü il tarixli 80 saylı məktubları ilə Sifarişçiyə (iddiaçıya) müraciət edərək görülmüş işlərin qəbul olunmasını (razılaşdırılmasını) xahiş etmişdir. Həmin işlər yalnız 21 avqust 2023-cü il tarixli 23 saylı məktubla razılaşdırılmışdır. Beləliklə, razılaşdırmalarda əhəmiyyətli gecikmələr işlərin icra müddətinə mənfi təsir edirdi. Nə məktublarında, nə də iddia ərizəsində iddiaçı izah edə bilmir ki, görüşmüş işlərdə konkret olaraq hansı hallar onu qane etmir. İddiaçı izah edə bilmir ki, spesifikasiyada olan hansı bəndlər cavabdeh tərəfindən icra olunmamışdır. Sifarişçinin (iddiaçının) 02 oktyabr 2023-cü il tarixli 29 saylı məktubu layihənin inşaat qiymətinin aşağı salınmasına yönəlmişdir. Bu onu göstərir ki, iddiaçı öz maliyyə imkanlarını öncədən doğru qiymətləndirməmişdir. Məktubda qeyd olunan dəyişikliklər gələcəkdə inşa olunacaq zavodun öz funksiyalarını icra etməsinə çətinlik yarada bilərdi. Məsələn, həmin məktubda Sifarişçi (iddiaçı) layihədən bəzi binaları və qurğuları xaric etmək barədə fikir ifadə etmişdir. Bu təklifi irad və ya narazılıq kimi deyil, layihənin dəyişdirilməsi barədə müraciət kimi qiymətləndirmək lazımdır. Qeyd edək ki, hər bir bina və qurğu kommunikasiyalarla əlaqəlidir, onların yerləşməsi və funksional təyinatı layihələndirmədə nəzərə alınır. Binaların layihədən kommunikasiyaları dəyişmədən çıxarılması layihənin tam yenidən işlənilməsini tələb edir. Bir halda ki, Sifarişçi (iddiaçı) birinci tomu (ТЭО 123.127-ТХ.ТЭО) Müqavilənin 4.3-cü bəndi ilə müəyyən edilmiş müddətlər ərzində qəbul etməkdən yayınmışdır və hər hansı əsaslandırılmış iradlar mövcud deyil, birinci mərhələ üzrə işlər tam qəbul olunmuş hesab olunmalıdır. İddiaçının Müqavilənin 4.3-cü bəndinə əsasən 5 təqvim günü ərzində əldə edilmiş layihə sənədlərini yoxlayaraq irad bildirmək və ya təhvil-təslim aktını imzalamaq vəzifəsi vardır. Təhvil-təslim aktını imzalamaqdan əsaslandırılmış imtina olunduqda tərəflər protokol tərtib edirlər. Həmin protokolda tamamlama işləri və onların icra müddəti göstərilməlidir. Beləliklə, iddiaçının təhvil-təslim aktı imzalamaq və ya əsaslandırılmış imtina etmək kimi vəzifəsi var. Bununla yanaşı iddiaçı AR Mülki Məcəlləsinin 770-ci maddəsinə əsasən görülmüş işi qəbul etmiş hesab olunur. Bu səbəbdən də birinci tomun (ТİƏ 123.127-ТХ.ТİƏ) Müqaviləyə uyğunsuzluğu barədə iddiaçının dəlilləri əsassızdır.
24. 04.06.2024-cü il tarixində cavabdehin nümayəndəsi etiraza əlavə ilə məhkəməyə müraciət edərək, Kommersiya mübahisəsinin mübahisə olunmayan halıdır ki, cavabdeh Müqavilə öhdəliklərini icra edərək 123.127-ТХ.ТЭО TOM1 adlı sənədi rus və ingilis dillərində iddiaçıya təqdim etmiş, iddiaçı isə Müqavilənin 3.3-cü bəndində şərtləndirilmiş ödənişləri lazımi qaydada etməmişdir. Müqavilənin 3.3-cü bəndinə görə sifarişçi (iddiaçı) müəyyən edilmiş ödəniş qrafikini pozduqda icraçının (cavabdehin) işlərin icrasını tam və ya qismən dayandırmaq hüququ var. Elektron kabinet vasitəsilə Məhkəməyə təqdim edilmiş 21 avqust 2023-cü il tarixli 23 saylı məktubla iddiaçı Müqavilənin birinci mərhələsi üzrə işlərin tam icra olunduğunu təsdiq etmişdir. Həmin məktubda qeyd olunmuşdur ki, İcraçı tərəfindən birinci mərhələ üzrə bütün işlər spesifikasiyaya uyğun yerinə yetirilmişdir. İddia tələbində cavabdehin işləri podrat müqaviləsində göstərilmiş qaydada və keyfiyyətdə icra edilməməsini təsdiq edən sübutlar əlavə edilməmiş, iddia tələbi formal mülahizələrdən və ümumi sözlərdən ibarətdir. İddia ərizəsində iddiaçının hansı mənfəətdən məhrum olması və bunda cavabdehin təqsirinin nədən ibarət olması açıqlanmamış və buna dair mötəbər sübutlar təqdim edilməmişdir. Eləcə də borc faizləri ilə bağlı “9800 ABŞ dolları” pul vəsaitini, “60300 min ABŞ dolları” mütəxəssislərin (ekspertlərin) cəlb edilməsi ilə bağlı zərərin cavabdehə nə aidiyyətinin olması əsaslandırılmamış və bunlara dair sübutlar təqdim olunmamış, həmin xərclərin (hətta çəkildiyi halda belə) cavabdehin təqsirli hərəkətləri ucbatından baş verdiyi göstərilməmişdir.
25. Cavabdeh şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “123.127- TX.TEO” adlı texniki-iqtisadi əsaslandırma sənədinin və onun ayrı-ayrı hissələrinin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması və təqdim edilməsi qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qadağan edilməsi, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh MMC-nin xeyrinə İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən 55.000 manat məbləğində kompensasiyanın tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. Cavabdeh şirkətinin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin icraatında e-2-2(113)-3125/2024 saylı kommersiya mübahisəsi var. İlkin iddia tələbi üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Çexiya Respublikasında qeydiyyatda olan Cavabdeh MMC-yə qarşı podrat müqaviləsi üzrə ödənişin geri qaytarılması, itirilmiş mənfəətin, cərimə sanksiyalarının и və digər məbləğlərin cavabdehdən tutulması barədə tələblər mövcuddur. Həmin iddia tələblərinə qarşı tərəfimizdən etiraz verilmişdir. e-2-2(113)-3125/2024 saylı işin materiallarına İddiaçı-ın nümayəndəsi tərəfindən AZEMİS vasitəsilə “X4 Private Limited” şirkətinin 24 senatyabr 2023-cü il tarixli məktubu əlavə edilmişdir. Məktubdan belə görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-nin layihə sənədləri Hindistanda qeydiyyatda olan “X4 Private Limited” şirkətinə öyrənilməsi və qiymətləndirilməsi üçün təqdim edilmişdir. İşin materiallarına İddiaçı-nı nümayəndəsi tərəfindən AZEMİS vasitəsilə “X10 Co., LTD şirkətinin 22 oktyabr 2023-cü il tarixli məktubu əlavə edilmişdir. Məktubdan belə görünür ki, Azpal tərəfindən Cavabdeh MMC-nin layihə sənədləri Çində qeydiyyatda olan “X10 Co., LTD” şirkətinə öyrənilməsi və qiymətləndirilməsi üçün təqdim edilmişdir. Layihə sənədlərinin hazırlanmasında MMC-nin sayı 50 nəfərdən çox olan mütəxəssislər ştatı çalışır. Layihənin tərtibatı prosesində şirkətimiz tərəfindən öz nau haularını, intelektual potensialını və çoxillik təcrübəyə söykənən məhsullarını ortaya qoyur. Bu texnologiyalar və həllər şirkətə bir tərəfdən mühəndislik sahəsində yüksək keyfiyyətli və innovativ xidmətləri təqdim etmək gücü verir, eyni zamanda da ona bu sahədə rəqabətdavamlı üstünlüklər qazandırır. Yuxarıda adları qeyd edilər Hindistan və Çində qeydiyyatda olmaqla sənaye metallurgiyasında və metalurgiya sahəsində istifadə olunan avadanlıqların istehsalına dair həllərin təqdim edilməsi ilə məşgül olduğu ehtimal olunan və injinirinq xidmətləri bazasında şirkətimizin rəqibi ola biləcək şəxslərdir. 13 yanvar 2023-cü il tarixli, 130123 nömrəli müqaviləyə əsasən İddiaçıın Azərbaycan Respublikası hüdudlarından kənarda layihə sənədlərindən istifadə etmək və zavod tikintisindən başqa layihə sənədlərindən istifadə etmək hüququ yoxdur. Layihə sənədlərinin başqasına ötürülməsi "X6" MMC şirkətinə zərər dəyməsinə səbəb olmuşdur. Layihədə olan bütün əqli mülkiyyəti rəqibə açıqlamaqla cavabdeh bizə əhəmiyyətli zərər vurmuşdur. Layihə sənədləri istehsal texnologiyaları, təsvirlər, texniki diaqramlar və hesablamaları ehtiva edir. Bu əqli mülkiyyət obyektlərinin verilməsi "X6" MMC-nin hüquqlarını pozmuşdur. Bu, haqsız rəqabət aktıdır. "xxxx"ın hərəkətləri "X6" MMC-nin rəqabət üstünlüklərinin sarsılmasına səbəb olmuşdur. " Azpal " məxfi və strateji əhəmiyyətli məlumatları bizim rəqibimizə açıqlamaqla şirkətimizə böyük iqtisadi ziyan vurmuşlar. Yuxarıda adları qeyd edilən Hindistan və Çin şirkətləri ekspert təşkilatları deyil, ona görə də Azpal-ın "X6" MMC-yə məxsus intellektual əmlakı rəqibə ötürmək üçün heç bir hüquqi əsası olmamışdır.
27. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-8247/2024 saylı qərardadı ilə iddiaçı X6 şirkətinin İddiaçı QSC-yə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair e-2-2(113)-8247/2024 saylı iş, İddiaçı QSC-nin cavabdeh X6 S.R.O qarşı “borcun ödənilməsi” tələbinə dair e-2 2(113)-3125/2024 saylı işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır.
28. 07.02.2025-ci il tarixində ilkin iddia üzrə cavabdehin nümayəndəsi etiraza əlavə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Müqavilənin 4.1-ci bəndində göstərilən “İcraçı bütün zəruri ilkin məlumatları Sifarişçidən aldıqdan sonra işlərin görülməsinə başlayır” şərtinə dair aşağıdakı məlumatları diqqətə çatdırır: 1. İşlərin görülməsinə başlanılmazdan öncə cavabdeh müəssisənin rəhbəri və işçiləri planlaşdırılmış zavodun inşa ediləcəyi ərazidə (Sumqayıt Kimya Sənaye Parkının müvafiq ərazisində) baxış keçirmiş və ərazinin cizgisini əldə etmişlər. Bu işin mübahisə olunmayan halıdır. 2. Əlavə olaraq xx.xx.2023-cü il tarixli elekron poçt məktubu ilə iddiaçının işçisi Zuev Oleg (Elektron ünvan 1) tərəfindən cavabdehin rəhbəri Pavel Minqazova (Elektron ünvan 2) müraciət edərək “Sumqayıt Kimya Sənaye Parkının ərazisində 94 ha” başlıqlı ərazinin cizgisini pdf formatda göndərmişdir. Məhkəməyə təqdim edilmiş TİƏ-nin 20-ci səhifəsindəki 9-cu bənddə qeyd edilir ki, “9. Sahənin əsas kommunikasiya xətlərinə qoşulma şərtləri. Əraziya iki müstəqil elektrik enerjisi xətti çəkiləcək (35 кВ). Zavodun su təchizatının mənbələri bunlardır: Sumqayıt Kimya Sənaye Parkının (SKSP) şəbəkələri, məişət və yanğınsöndürmə su ehtiyaclarını təmin edən;– İstehsalat ehtiyacları üçün su təminatını təmin edən idarələrarası texniki su boru kəməri Zavod tullantı sularının axıdılması nəzərdə tutulur:– Məişət tullantı sularının SKSP kanalizasiya şəbəkəsinə axıdılması;– Təmizlənmiş artıq istehsalat-yağış sularının SKSP kanalizasiya şəbəkəsinə axıdılması.”. Məhkəməyə təqdim edilmiş TİƏ-nin 21-ci səhifəsindəki 1.2-ci bənddə qeyd edilir ki, “12 000 ton/il istehsal gücünə malik silisium tərkibli ferroərintilər istehsalı zavodu yeni layihələndirilən müəssisədir. Bu müəssisənin Sumqayıt Kimya Sənaye Parkının ərazisində yerləşdirilməsi planlaşdırılır. Sumqayıt Kimya Sənaye Parkı (SKSP) Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 dekabr 2011-ci il tarixli 548 saylı Fərmanı ilə yaradılmışdır. SKSP Bakı şəhərindən 32,5 km məsafədə yerləşir və 583,5 hektar ərazini əhatə edir. SKSP ərazisində aşağıdakı infrastruktur obyektləri nəzərdə tutulmuşdur: Müəssisələrin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi üçün 110/35/6 kV və 110/6 kV gücündə iki yarımstansiya, 5 paylayıcı məntəqə və 22 transformator məntəqəsi fəaliyyət göstərir. Ümumi güc 140 MVt təşkil edir. Təbii qaz təhlükəsizlik normalarına və müvafiq standartlara uyğun şəkildə müəssisələrin ehtiyaclarını qarşılayır. Həcmi 10 000 m³/saat.”. Məhkəməyə təqdim edilmiş TİƏ-nin 77-ci səhifəsindəki 6.3-cü bənddə qeyd edilir ki, “Sumqayıt Kimya Sənaye Parkının (SKSP) şəbəkələrinə təbii qazın qoşulma nöqtəsində təzyiqin 0,3 MPa olduğu ilkin qəbul edilmişdir. Layihə sənədlərinin hazırlanmasının növbəti mərhələlərində, sifarişçinin qaz şəbəkəsinə qoşulmaq üçün texniki şərtləri əldə etməsindən sonra, istehlakçıların təbii qazla təminat sxemi dəqiqləşdiriləcəkdir.”. Daha əvvəllər də Məhkəməyə təqdim edilmiş sübutlardan görünürmüşdür ki, iddiaçı müvafiq məktublarımıza cavab verməmiş, SKSP-nın kommunikasiya şəbəkələrinə qoşulmaq üçün zəruri olan təsdiq edilmiş texniki şərtləri təqdim etməmişdir. Buna baxmayaraq sözü gedən infrastrukturun mövcudluğu TİƏ sənədində nəzərə alınmışdır və cavabdehin həmin infrastrukturun nəzərə alınmaması, guya zavodun “səhra”da inşa ediləcəyi təsəvvürünün yaranması ilə bağlı gətirdiyi dəlillər əsassızdır.
29. İlkin iddia üzrə iddiaçının nümayəndəsi qarşılıqlı iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, iddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 123.127 TX.TEO adlı texniki-iqtisadi əsaslandırma sənədinin və onun ayrı-ayrı hissələrinin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması və təqdim edilməsinin cavabdeh İddiaçı QSC-yə qadağan edilməsi, iddiaçı Cavabdeh MMC-nin xeyrinə cavabdeh İddiaçı QSC-dən 55000 (əlli beş min) manat məbləğində kompensasiyanın tutulması haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi aşağıda qeyd olunan səbəblərə görə əsassızdır və təmin edilməməlidir: 1) Ərizədə qeyd olunmuşdur ki, “Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)- 3125/2024 saylı işin materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli məktubdan və xx.xx.2023- cü il tarixli məktubdan görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-nin layihə sənədləri Hindistanda qeydiyyatda olan “VAİBH X3 Limited” şirkətinə və Çində qeydiyyatda olan “X10 Co.LTD” şirkətinə öyrənilməsi və qiymətləndirilməsi üçün təqdim edilmişdir. Bununla da cavabdeh İddiaçı QSC Cavabdeh MMC-nin kommersiya sirrini qarşı tərəfə açıqlamışdır.” “X10 Co.LTD” şirkətinin xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Cavabdeh MMCtərəfindən təqdim olunan 123.127-TP.FS nömrəli izahlı qeyd təfsilatı ilə araşdırılmışdır və aşağıdakı nəticəyə gəlinmişdir. Hazırki texnologiya dünya istehsal təcrübəsinə cavab vermir. Texnologiya istehsal olunmuş məhsulların maya dəyərində artıma səbəb olacaq vahidə və aqreqatlarla təchiz olunub. İstehsal sexləri və köməkçi avadanlıqlar xaotik şəkildə ərazidə yerləşir. Bu qərarların əsası hər hansı şəkildə əsaslandırılmayıb. Nəzərinizə çatdırırıq ki, təklif olunan sxemin həyata keçirilməsi layihə və inşaat və yığma işlərinin xərclərində əhəmiyyətli artıma səbəb olacaq.” “VAİBH X3 Limited” şirkətinin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, Cavabdeh LLC tərəfindən təqdim edilmiş 123.127-TP.FS nömrəli izahat və texniki təsnifata əsasən, təklif edilən variantda layihənin icrası böyük problemlərlə üzləşmişdir. Soba binasının hündürlüyü Ferrosilikon zavoduna uyğun deyildir. Həmçinin ərazi və avadanlıqdan səmərəsiz istifadə mənfəət itkisinə yol açacaq və istehsal dəyərini artıracaqdır. Fikrimizcə, soba 75% silisium tərkibində SiC qabığının dağılması, həll olması və əriməsini təmin edə bilərək yavaş fırlanma sisteminə malik olmalıdır. Alternativ olaraq, onların tərkibində fırlanma olmadan 68-70% silikon ola bilər və fırlanma olmadan hələ də konsistensiyanı təmin etmək mümkün deyildir. Ferrosilikon üçün biz fırlanma (rotasiya) sistemi və 3 adi fazalı transformatorlu 12MVA sobanı məsləhət görürük. Soba binasının hündürlüyü ən azı 21 metr və bunker sayı 10 olacaqdır.” Cavabdeh İddiaçı QSC “X10 Co.LTD” şirkətinə sxemlər və avadanlıqların parametrləri təqdim olunmuşdur. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 130123 nömrəli Müqavilənin 8.4-cü bəndinə əsasən, “Razılığa gələn tərəflər bu Müqavilənin və bütün əlaqəli məlumat və məlumatların kommersiya sirri olduğunu bildirir və tərəflər onu açıqlamamağı öhdələrinə götürürlər.” Bildiririk ki, müqavilənin qeyd olunan bəndində konkret olaraq layihə sənədlərinin kommersiya sirri olduğu müəyyən edilməmişdir. Müqavilə və onunla əlaqəli məlumatlar kommersiya sirri hesab edilir. Əlaqəli sənədlərin anlayışı müqavilədə yoxdur. Layihə müqavilənin icrası ilə bağlı sənəddir. Layihə kommersiya sirri hesab edilə bilməz, çünki tərəflərin niyyəti ondan ibarət olmuşdur ki, Sifarişçi əldə edəcəyi layihəyə əsasən istehsal sahəsini quracaq. İstehsal sahəsinin qurulması üçün təbii ki, inşaat, quraşdırma, avadanlıqların tədarükü işləri görülməlidir və onların görülməsi layihənin öyrənilməsi vasitəsilə həyata keçirilir. Cavabdeh İddiaçı QSC iddiaçı tərəfindən təqdim edilmiş layihənin sxemini “X4 PVT.LDT” şirkətinə və “X10 Co.LTD” şirkətinə təqdim edərək, avadanlıqların tədarükü və quraşdırlması üçün qiymət təkliflərini istəmişdir. Sözügedən şirkətlər də sxemlə tanış olduqda onun qeyri peşəkar, müasir texnologiyaya uyğun olmayan şəkildə tərtib edildiyini, iqtisadi baxımdan səmərəsiz olduğunu müəyyən etmişdilər və həmin sxemə əsasən istehsalın qurulmasını tövsiyə etməmişdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci (Sübut etmə vəzifəsi) maddəsinə əsasən, “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.” İddiaçı Cavabdeh MMC 123.127-TX.TEO adlı texniki-iqtisadi əsaslandırma sənədinin bütövlükdə cavabdeh İddiaçı QSC tərəfindən “X4 PVT.LDT” şirkəti və “X10 Co.LTD” şirkətinə göndərilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. 2) Ərizədə qeyd olunmuşdur ki, “Layihə sənədlərinin başqasına ötürülməsi Cavabdeh MMC şirkətinə zərər dəyməsinə səbəb olmuşdur. Layihədə olan bütün əqli mülkiyyəti rəqibə açıqlamaqla cavabdeh bizə əhəmiyyətli zərər vurmuşdur. Bu əqli mülkiyyət obyektlərinin verilməsi Cavabdeh MMC-nin hüquqlarına pozmuşdur. Bu haqsız rəqabət aktıdır. İddiaçı ın hərəkətləri Cavabdeh MMCnin rəqabət üstünlüklərinin sarsılmasına səbəb olmuşdur. Azpal məxfi və strateji əhəmiyyətli məlumatları bizim rəqibimizə açıqlamaqla şirkətimizə böyük iqtisadi ziyan vurmuşdur. Lakin, zərərin nədən ibarət olduğu və hansı şəkildə iddiaçıya vurulduğu heç bir formada əsaslandırılmamışdır. Tərəflər arasında bağlanmış müqavilənin 8.6-cı bəndinə əsasən, “Müqavilələr və işlənmiş layihə sənədlərinə əqli mülkiyyət hüquqları Sifarişçiyə görülən işlərin tam qiyməti tam ödənildiyi andan keçir.” Müqavilənin 3.1-ci bəndinə əsasən xidmətə görə sifarişçi ödənişi mərhəhəli şəkildə həyata keçirir. Tərəflər arasında təsdiq olunmuş xx.xx.2023-cü il tarixli 1№-li əlavə TİƏ-nin hazırlanmasında dair Spesifikasiyada 1-ci mərhələ üzrə xidmətlərin yerinə yetirilmə müddəti müqavilə imzalandığı, ilkin ödəniş və ilkin məlumatlar alındığı andan etibarən 105 təqvim günü müəyyən olunmuşdur. Texniki-iqtisadi əsaslandırmanın İ mərhələsi üzrə xidmətlərin yerinə yetirilmə müddəti xx.xx.2023-cü il tarixdə bitirdi, iddiaçı layihə sənədlərini xx.xx.2023-cü il tarixdə cavabdehə təqdim etmişdir. Cavabdeh İddiaçı QSC tərəfindən iddiaçıya xidmətlərin yerinə yetirilməsinə dair ilkin ödəniş xx.xx.2023-cü il tarixdə, sonuncu ödəniş isə xx.xx.2023-cü il tarixdə edilmişdir. Yəni, cavabdeh İddiaçı QSC tərəfindən iddiaçıya edilən ödəniş texnikiiqtisadi əsaslandırmanın İ mərhələsini əhatə edir. Belə olan halda layihə sənədlərinə olan mülkiyyət hüququ İddiaçı QSC-yə keçir.
30. Bakı Kommersiya Məhkəməsinin 06 avqust 2025-ci il tarixli, e-2-2(113)- 183/2025 nömrəli qətnaməsi ilə ilkin iddia üzrə İddiaçı QSC-nin Cavabdeh şirkətinə qarşı “podrat müqavilə üzrə pul” tələbinə dair ilkin iddia ərizəsinin rədd edilməsi, ilkin iddia verilən zaman ödənilmiş dövlət rüsumu və digər xərclərin ilkin iddia üzrə iddiaçının özünə aid edilməsi, birləşdirilmiş (qarşılıqlı iddia) iş üzrə iddiaçı Cavabdeh şirkətinin cavabdeh İddiaçı QSC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçün şəxs X5 X9 Şəxsi) zərərin ödənilməsi və s. tələbinə dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi, qarşılıqlı iddia verilərkən ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilməsi, mütəxəsis rəyinin alınmasına xərclənmiş 1000 manat məbləğində pul vəsaitinin ilkin iddia üzrə iddiaçı/qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı QSC-dən tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir.
31. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə iddiaçı görülən işlərin (təqdim edilən lahiyənin) müqavilə şərtlərinə əsasən keyfiyyətsiz olmasını sübuta yetirə bilməmişdir. Yəni, işlərin keyfiyyəti ilə bağlı müqavilənin hansı şərtlərinin pozulması məhkəmə araşdırılması zamanı sübuta yetirilmədi (işlərin keyfiyyəti ilə bağlı müqavilənin 2-ci bəndində deyilir ki, xidmətlərin keyfiyyəti hazırkı Müqaviləyə 1 saylı Əlavənin tələblərinə uyğun olmalıdır. Müqaviləyə Əlavədə yalnız görüləcək işlərin və ödəniləcək pulların mərhələləri göstərilmişdir). Beləliklə, müəyyən edilir ki, müqavilədə görüləcək işlərin keyfiyyəti xüsusi olaraq şərtləşdirilməmişdir. Müqavilə üzrə işlərin keyfiyyəti və sair xüsusiyyətləri (hansı tələblərə cavab verməli olduğu) dəqiq olaraq şərtləşdirilmədiyi halda ilkin iddia üzrə iddiaçının digər üçüncü şirkətlərin cavabdehin təqdim etdiyi tikinti-texniki əsaslandırmanın (zavodun tikintisi üçün layihənin) böyük məsrəflərə səbəb olması və s. barədə rəylərini ilkin iddia üzrə iddianın təmin edilməsi üçün əsas hesab edilə bilməz.
32. Məhkəmə qeyd edir ki, ilkin iddia üzrə iddiaçının cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda göstərdiyi “görülən işlərin siyahısı” cavabdeh tərəfindən mübahisələndirilmədiyi üçün, həmin işlərin təhvil-təslimi kimi qəbul edilməlidir. Sonradan iddiaçı şirkətin lahiyəsi üzrə şəxsi iqtisadi məqsədinin və ya həmin layihədən (zavodun tikintisi) gözləntilərinin dəyişməsi, cavabdeh şirkətin faktiki olaraq gördüyü və iddiaçıya təhvil verdiyi işlərin inkar etməsi üçün əsas ola bilməz və işgüzar münasibətlərdə mütləq mövcüd olmalı vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, ilkin iddia üzrə cavabdeh tərəfindən müqavilə üzrə işlərin 78%- 175.500 ABŞ dolları məbləğində işlər görülmüşdür və iddiaçıya təhvil verilmişdir. Belə olan halda ilki iddia– 164.000 ABŞ dolları məbləğində pulun geri qaytarılması hissəsində təmin edilə bilməz.
33. Məhkəmə ilkin iddia ərizəsinin ikincisi hissəsi – 403,88 ABŞ dolları məbləğində cərimənin tutulması hissəsində də ilkin iddianı əsassız hesab edir. Belə ki, müqavilə şərtlərinə əsasən görüləcək işlər edilməli ödənişlərin mərhələlərinə uyğun müddətdə icra edilməli idi. Lakin, işin mübahisəsiz halıdır ki, ilkin iddiaçı tərəfindən ödənişlər gecikdirilmiş və tamamlanmamışdır, ilkin cavabdeh tərəfindən isə ödənilən (164.000 ABŞ dolları) məbləğdən də artıq işlər (175.500 ABŞ dolları dəyərində) görülərək ilkin iddiaçıya təhvil verilmişdir. Belə olan halda cavabdehdən əlavə olaraq dəbbə pulunun tutulmasını məhkəmə qanunsuz və ədalətsiz hesab edir.
34. İlkin iddia ərizəsi üzrə əsas tələblər hesab edilən birinci (əsas borc olaraq 164.000 ABŞ dolları məbləğində pulun geri qaytarılması) və ikinci (403,88 ABŞ dolları dəbbə pulu) hissədə təmin edilmədiyi üçün, məntiqi davam olaraq məhkəmə digər tələbləri də (mütəxəssislərin (ekspertlərin) cəlb edilməsi ilə bağlı 60300 min ABŞ dolları məbləğində zərərin, 9800 ABŞ dolları məbləğində borc vəsaitləri üzrə faizlərin, 500.000 ABŞ dolları məbləğində itirilmiş mənfəətin) əsassız hesab edərək rədd edilməsi qənayətinə qəlir və prosessual qənayət prinsipi baxımından həmin tələblər üzrə hüquqi dəyərləndirmənin aparılmasını zəruri hesab etmir.
35. Məhkəmə qarşılıqlı iddia üzrə hesab etmişdir ki, birincisi, Sifarişçi İcraçı ilə müqavilə bağlayaraq zavodun tikintisi üçün layihənin (tikinti-texniki əsaslandırmasının) hazırlanmasını sifariş vermiş və həmin layihə əsasında zavodun tikintisini həyata keçirmək istəmiş. Zavodun tikintisinin həyata keçirilməsi üçün təbii ki, sifarişçi (qarşılıqlı iddia üzrə cavabdeh) həmin layihəni zavodu tikəcək yerli və xarici podratçı şirkətlərə təqdim etməli və işlərini davam etdirməlidir. Pul ödəyərək sifariş verdiyi həmin layihəni konfidensial saxlanılması (heç kimə göstərilməməsi), Azərbaycan Respublikasının hüquqlarından kənara çıxarılmasının və təqdim edilməsinin qadağan olunması heç bir məntiqə və qanuni əsaslandırmaya sığa bilməz. İkincisi, tərəflər arasında bağlanmış müqavilənin heç bir bəndində həmin lahiyyənin Sifarişçi tərəfindən istifadəsinə dair hər hansı məhdudiyyətin qoyulması və həmin məhdudiyyətin pozulmasına görə məsuliyyəti müəyyən edən bənd müəyyən edilməmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən qarşılıqlı iddiaçının iddiasında göstərdiyi hər hası zərərin vurulması sübuta yetirilmədiyi üçün 55.000 manat pulun tutulması hissəsində, həmçinin yuxarıda qeyd edilənlərə əsasən texniki-iqtisadi əsaslandırma sənədinin Azərbaycan Respublikasının hüquqlarından kənara çıxarılmasının və təqdim edilməsinin qadağan olunması hissəsində qarşılıqlı iddia ərizəsi rədd edilməlidir.
36. Birinci instansiya məhkəməsi gəlidiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 425, 462.1, 752.1, 753.1, 753.3, 756.1, 762.1, 762.2, 769, 770, 773, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
37. Həmin qətnamədən ilkin iddia üzrə iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ilkin iddianın təmin olunmaması hissəsində ləğv edilməsi və ilkin iddianın təmin edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
38. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Müqavilənin 4.1-ci bəndinə uyğun olaraq, iddiaçı işə başlanmazdan əvvəl WhatsApp messencerindən istifadə edərək ilkin məlumatları operativ şəkildə cavabdehə təqdim edib. Bunun ardınca xx.xx.2023-cü il tarixdə iddiaçı cavabdehin bank hesabına ilkin avans ödəniş kimi 57200 ABŞ dolları köçürüb. Cavabdeh bütün zəruri məlumatları əldə etdiyindən əmin olduqdan sonra xx.xx.2023-cü il tarixli ******* nömrəli invoysu iddiaçıya göndərərək ondan müqavilə üzrə nəzərdə tutulmuş ilkin avans ödəniş olan 57200 ABŞ dollar onun bank hesabına köçürülməsini tələb etmişdir. Bu faktları nəzərə alaraq, müqavilənin ilkin mərhələsinin icrası üçün nəzərdə tutulmuş 105 təqvim günü müddətinin axımının hesablanması xx.xx.2023 tarixdən başlanmışdır və xx.xx.2023 tarixdə bitmişdir. Cavabdeh müqavilə üzrə öhdəliyini pozaraq, birinci mərhələnin icrasına dair sənədləri yalnız xx.xx.2023 tarixdə (48 gün gecikmə ilə) göndərmişdir. İddiaçı QSC xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixədək ümumi məbləği 81.500 ABŞ dolları məbləğində ödəniş həyata keçirmişdir (xx.xx.2023-cü il tarixli No1 ödəniş tapşırığı ilə 57.200 ABŞ dolları, No2 xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə 19.700 ABŞ dolları, xx.xx.2023-cü il tarixli No3 ödəniş tapşırığı ilə 4.600 ABŞ dolları məbləğində). Beləliklə, birinci mərhələnin icrası başa çatmalı olan tarixə qədər iddiaçı müqavilə üzrə üzərinə götürdüyü ödənişləri tam icra etmişdir. Lakin, cavabdeh müqavilə ilə razılaşdırılmış müddət ərzində birinci mərhələnin icrasına dair sənədləri iddiaçıya təqdim etməmişdir. Hətta cavabdeh tərəfindən birinci mərhələnin icrası ilə bağlı işlərin vaxtında təhvil verilməməsinə baxmayaraq, iddiaçı müqavilə üzrə ödənişlərini davam etdirərək, xx.xx.2023 tarixdə 28500 ABŞ dolları, xx.xx.2023 tarixdə 6500 ABŞ dolları, xx.xx.2023 tarixdə 25000 ABŞ dolları, xx.xx.2023 tarixdə 22500 ABŞ dolları ödənilmişdir. xx.xx.2023 tarixdən sonra cavabdehə ödəniş edilməmişdir. 30 avqust 2023cü il tarixində 237 nömrəli məktubla cavabdeh müqavilə üzrə öhdəliyini pozaraq və 82 gün gecikmə ilə texniki-iqtisadi əsaslandırmanın 1-ci mərhələsi ilə bağlı sənədləri iddiaçıya göndərmişdir. Sənədlərin ümumi həcmi 192 səhifədən ibarət olmuşdur. Sənədlərin həcmi böyük olduğundan onların öyrənilməsinə iddiaçı bir aya yaxın vaxt sərf etmişdi. İddiaçı həmin sənədlərlə bağlı öz iradlarını cavabdehə ünvanladığı xx.xx.2023 tarixli 29 nömrəli məktubunda bildirmişdir. Bundan başqa, 2023-cü ilin sentyabr ayı ərzində iddiaçı cavabdeh tərəfindən təklif olunan 30 avqust 2023-cü il tarixli texniki-iqtisadi əsaslandırmanın 1 ci mərhələsinin layihəsində səhvləri və çatışmazlıqları dəfələrlə şifahi şəkildə cavabdehə bildirmişdi. İddiaçı QSC 02 oktyabr 2023-cü il tarixli 29 nömrəli məktubla cavabdehə TİƏ-nin 1-ci mərhələsində işləri qəbul etməkdən imtinanı aradan qaldırılmaq üçün şərhlərin siyahısını göndərmişdir. İddiaçı tərəfindən işə cəlb olunan mütəxəssislərin rəylərinə əsasən müəyyən olunmuşdur ki, texniki-iqtisadi əsaslandırmanın 1-ci mərhələsi üçün cavabdeh tərəfindən təqdim edilmiş sənədlər iddiaçı tərəfindən təyinatı üzrə istifadə edilə bilməz. Cavabdehin işi heç bir istehlak dəyəri daşımır və iş müqavilənin predmetinə uyğun olmadığından zavodun tikintisi layihəsinin həyata keçirilməsi üçün istifadə edilə bilməz. Bundan başqa, iddiaçı həmin məktubunda cavabdehə onun təqdim etdiyi xidməti qəbul etməkdən imtina etdiyini bildirərək yazmışdır ki, “xx.xx.2023-cü il tarixli 130123 nömrəli Müqaviləyə 1 nömrəli əlavəyə əsasən tərəfinizdən TİƏ-nin (spesifikasiya üzrə) birinci mərhələsi xx.xx.2023-cü il tarixədək yerinə yetirilməli idi.” Cavabdeh şirkəti tərəfindən İddiaçı QSC-nin ünvanına 281 nömrəli xx.xx.2023-cü il tarixli məktub göndərilmişdir. Həmin məktubda cavabdeh bildirilmişdir ki, “ xx.xx.2023-cü il tarixli 29 saylı məktubda göstərilən məsələlər xx.xx.2023-cü il tarixli müzakirələrin mövzusu olub. Tərəflərin nümayəndələri tərəfindən qərarlaşdırılıb ki, Sifarişçi tərəfindən müzakirənin protokolunda əks etdirilən bir sıra texniki şərtlər (Əlavə №1) təqdim ediləcək və əvvəl yerinə yetirilən işlərə korrektivlər aparılacaqdır.” Həmin məktubun sonunda isə cavabdeh qeyd edir ki, “Müqavilənin yerinə yetirilməsi və işlərin həcminin fiksə olunması üçün xahiş edirik ki, Sizin tərəfinizdən imzalanan, Müqaviləyə texniki tapşırıq təqdim edilsin ki, burada işlərin həcminin dəyişdirilməsinə aid qərarlar əks olunsun, eləcə də xx.xx.2023-cü il tarixli yığıncağın protokoluna uyğun olaraq texniki şərtlər təqdim edilsin.” Bununla da cavabdeh birinci mərhələ üzrə xidmətini gec və keyfiyyətsiz şəkildə təqdim edilməsinin səbəbini iddiaçı tərəfindən ona texniki şərtin verilməməsi ilə əlaqələndirmişdir. Halbuki, müqavilənin 4.1-ci bəndinə əsasən, cavabdeh texniki şərti iddiaçıdan almadığı təqdirdə ümumiyyətlə işlərin icrasına başlamamalı idi. Məktubun əlavələrində cavabdeh özünün tərtib etdiyi xx.xx.2023-cü il tarixli texniki yığıncaqın 2 №-li protokolu və sexin tikintisi üçün əsaslı məsrəflər adlarında sənədlər qeyd olunmuşdular. Məktuba əlavə olunmuş “İldə 12000 ton məhsuldarlığa malik silisium ərintilərinin ferroərinti sexinin tikintisi” layihəsinin realizə edilməsi məsələləri üzrə texniki yığıncağın xx.xx.2023-cü il tarixli, 2№-li Protokolunda bir sıra qərarların alındığı qeyd edilmişdir. Həmin protokolda cavabdeh yuxarıda qeyd edilən və bir sıra başqa səhvlərini düzəldəcəyini vəd edir və birinci mərhələ üzrə işləri qüsurlu formada icra etdiyini etiraf edir. Buradan da görünür ki, TİƏ-nin 1-ci mərhələsi üzrə layihə sənədləri müqavilədə nəzərdə tutulan müddətdə təqdim edilməməklə yanaşı, həm də qüsurlu şəkildə İddiaçı QSC-yə təqdim edilmişdir. Tərəflər arasında layihə üzrə keçirilmiş texniki yığıncaqda təqdim edilən sənədlərə dair cavabdehə iradlar bildirilmişdir. Cavabdeh S.R.O yuxarıda qeyd edilən məktubu ilə həmin iradları qəbul etmişdir. 27 oktyabr 2023-cü il tarixində iddiaçı cavabdehə işlərin (xidmətlərin) keyfiyyətinin müqaviləyə uyğun olmaması ilə bağlı stenoqramı (siyahısını) göndərmişdir. Göstərilən stenoqrammaya uyğun olaraq, cavabdeh müqavilə üzrə gördüyü işin yekun nəticəsini 31 dekabr 2023-cü il tarixinədək iddiaçıya təhvil verməli idi. 22 dekabr 2023-cü il tarixli 388 nömrəli məktubla cavabdeh iddiaçıya yalnız Müqavilə üzrə bütün məbləğin tam ödənilməsindən sonra TİƏ-nin 1-ci mərhələsini yekunlaşdırmağa başlamağa hazır olduğunu bildirmişdir. Cavabdeh onu da bildirmişdir ki, TİƏ-nin 1-ci mərhələsi hazır deyil, TİƏ-nin 2-ci mərhələsinin hazırlanmasına isə hələ başlamamışdır. Birinci mərhələ üçün sənədlərin vaxtında təqdim edilmədiyini və qüsurlu olduğunu nəzərə alaraq, iddiaçı həmin mərhələ üzrə işlərin təhvil alınması barədə cavabdehlə heç bir aktı imzalamamışdır. Cavabdeh də gördüyü işi gecikdirdiyinə və qüsurlu formada icra etdiyinə görə həmin mərhələ üzrə sənədləri iddiaçıya göndərərkən, birinci mərhələ üzrə işlərin yerinə yetirilməsi barədə təhvil-təslim aktını imzalayıb ona göndərməmişdir. Halbu ki, tərəflərin imzaladıqları müqavilənin 4.3-cü bəndinə əsasən, “Sifarişçi layihə sənədlərini aldıqdan sonra aldığı sənədləri 1 təqvim günü ərzində yoxlayır sənədlərin həcminə və / və ya keyfiyyətinə dair iradı olmadıqda Yerinə yetirilmiş xidmətlərin təhvil-təslim aktını imzalayır.” Qətnamə qəbul edildikdən sonra Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Akademik M.Nağıyev adına Kataliz və qeyriüzvi kimya institutunun baş direktoru, akademik Dilqəm Tağıyqvin imzaladığı xx.xx.2025 tarixli 040-16/210 nömrəli məktubunda qeyd edilmişdir ki, “İnstitutda ferrosilisium(Fe-Si) ərintisinin alınmasına aid sənaye istehsalı səviyyəsində işlər aparılmır. İnstitutumuzun laboratoriya müdiri k.e.d., prof. Mirsəlim Əsədov kimya texnologiyasının fiziki-kimyəvi əsaslarının işlənməsi sahəsində tədqiqatçıdır. Lakin, onun laboratoriyasında ferrosilisium ərintisinin alınması sahəsində iş aparılmır.” Bu məktub da rəyin səlahiyyəti olmayan şəxs tərəfindən verildiyini bir daha təsdiqləmişdir. Tərəflər arasında təsdiq olunmuş xx.xx.2023cü il tarixli 1№-li əlavə TİƏ-nin hazırlanmasına dair Spesifikasiyada 1-ci mərhələ üzrə xidmətlərin yerinə yetirilmə müddəti müqavilə imzalandığı, ilkin ödəniş və ilkin məlumatlar alındığı andan etibarən 105 təqvim günü müəyyən olunmuşdur. İddiaçı QSC tərəfindən cavabdehə xidmətlərin yerinə yetirilməsinə dair ilkin ödəniş xx.xx.2023-cü il tarixdə, sonuncu ödəniş isə xx.xx.2023-cü il tarixdə edilmişdir. Cavabdeh isə layihə sənədlərini məktubda xx.xx.2023-cü il tarixdə iddiaçıya göndərmişdir. Cavabdeh layihənin spesifikayada nəzərdə tutulduğu vaxtda iddiaçıya təqdim edilməsi öhdəliyini pozmuşdur. Məhkəmə qeyd edilən fakta heç bir hüquqi qiymət verməmişdir. Cavabdeh "xxxx" MMC xx.xx.2023-cü il tarixli 281 №-li məktubla İddiaçı QSC-nin Baş direktoru Mirzəzadə Fəxriyə müraciət edərək, xx.xx.2023-cü il tarixli 130123 saylı Müqavilə üzrə işlərin yerinə yetirilməsinə dair öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyini etiraf etmişdir və təqdim etdiyi texniki əsaslandırmaya düzəlişləri etməyi iddiaçıya təklif etmişdir. Cavabdeh məktubuna özünün tərtib etdiyi iki sənədi əlavə etmişdir: 1) xx.xx.2023-cü il tarixli texniki yığıncağın protokolu; 2) Sexin tikintisi üçün əsaslı məsrəflər haqqında cədvəl (layihənin iqtisadi əsaslandırması). Cavabdeh özünün təqdim etdiyi texniki əsaslandırmanın qüsurlu olduğunu həmin protokolda etiraf etmişdir. Həmin əsaslandırmaya düzəlişlərin edilməsi planını iddiaçı ilə razılaşdırmağa və yol verdiyi pozuntulara görə məsuliyyəti iddiaçının üzərinə qoymağa cəhd etmişdir. Cavabdeh bildirmişdir ki, guya onun keyfiyyətsiz iş görməsinin səbəbi iddiaçı tərəfindən ona texniki şərtlərin təqdim edilməməsi ilə bağlıdır. Lakin, cavabdeh iddiaçı ilə müqavilə bağlayanda iddiaçının ona texniki şərtləri təqdim edəndən sonra işin icrasına başlayacağı barədə şərti müqaviləyə daxil etməmişdir. Bununla yanaşı cavabdeh özü bildiyi kimi tərtib etdiyi texniki şərtləri iddiaçıya göndərmişdir və iddiaçıdan həmin sənədi arxa tarixlə imzalanmasını xahiş etmişdir. Bu yol ilə cavabdeh özünün tərtib etdiyi keyfiyyətsiz sənədi guya iddiaçıdan aldığı tapşırığa uyğunlaşdırmasına nail olmağa cəhd etmişdir. İddiaçı cavabdehin hazırladığı protokolu, texniki şərtləri imzalamaqdan imtina etmişdir və cavabdehdən aldığı xidmət haqqını qaytarmasını tələb etmişdir. Bundan başqa, xx.xx.2023 tarixli məktubun ikinci qoşması sexing tikintisi və avadanlırlarla təchiz edilməsi xərclərini əks etdirir. Həmin xərclər cədvəlin 1.5 sətrində birinci mərhələ üçün 32 918 000 ABŞ dolları və ikinci mərhələ üçün 11 264 000 ABŞ dolları göstərilmişdir. Toplam mənləğ 44 182 000 ABŞ dolları təşkil edir. Avadanlıqların alınması üçün 1.2 sətrdə 22 570 000 ABŞ dolları. Həmin avadanlıqların quraşdırılması üçün 1.3 sətrdə 5 490 000 ABŞ dolları nəzərdə tutulmuşdur. Bu qiymətlər şişirdilmişdir və şişirtmənin səbəbi ondan ibarətdir ki, cavabdeh zavodun quraşdırma sxemini muasir texnologiyalara uyğun hazırlamamışdır. İddiaçı daha sonra eyni işləri başqa təchizatçıya sifariş etməyə məcbur olmuşdur. Nəticədə iddiaçı daha səmərəli və əsaslandırılmış layihəni əldə etmişdir və layihənin qiyməti xeyli dərəcədə az olmuşdur. Bu faktlar da cavabdehin hazırladığı sənədlərin keyfiyyətsiz olduğunu, iddiaçının maraqlarına və tələblərinə cavab vermədiyini sübut edir. Məhkəmə tərtib edilmiş layihənin 2.118-2013 dövlət standartının tələblərinə, orta keyfiyyət göstəricilərinə cavab verib-vermədiyini araşdırmamışdır, bununla bağlı ekspertlər qarşısında suallar qoymamışdır. Qətnamədə qeyd olunmuşdur ki, “İlkin iddia ərizəsinin ikincisi hissəsi – 403,88 ABŞ dolları məbləğində cərimənin tutulması təşkil edir. Məhkəmə bu hissədə də ilkin iddianı əsassız hesab edir. Belə ki, müqavilə şərtlərinə əsasən görüləcək işlər edilməli ödənişlərin mərhələlərinə uyğun müddətdə icra edilməli idi. Lakin, işin mübahisəsiz halıdır ki, ilkin iddiaçı tərəfindən ödənişlər gecikdirilmiş və tamamlanmamışdır, ilkin cavabdeh tərəfindən isə ödənilən (164.000 ABŞ dolları) məbləğdən də artıq işlər (175.500 ABŞ dolları dəyərində) görülərək ilkin iddiaçıya təhvil verilmişdir. Belə olan halda cavabdehdən əlavə olaraq dəbbə pulunun tutulmasını məhkəmə qanunsuz və ədalətsiz hesab edir.” Məhkəmə bu hissədə mütəxəssis rəyinə əsaslanaraq hesab etmişdir ki, cavabdeh tərəfindən 175.500 ABŞ dolları dəyərində işlərin görüldüyündən cavabdehdən əlavə olaraq dəbbə pulu tutulmamalıdır. Lakin məhkəməyə təqdim edilən mütəxəssis rəyində qiymətləndirilmə düzgün aparılmamışdır. Rəy verən şəxslərdən ikisinin layihənin qiymətləndirilməsinə dair təhsilə və təcrübəyə malik deyildirlər. Cavabdeh tərəfindən 175.500 ABŞ dolları dəyərində işlər görülmədiyinə görə cavabdehdən əlavə olaraq 403,88 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması qanunidir. Müqavilənin 4.1-ci bəndinə görə, “Xidmətlərin yerinə yetirilməsinə başlamazdan əvvəl İcraçı Sifarişçidən lazımi ilkin məlumatların tələb edir və yalnız onları aldıqdan sonra xidmətlərin yerinə yetirilməsinə başlayır.” İddiaçı QSC tərəfindən texniki tapşırığın cavabdehə təqdim edilməsi müqavilənin müvafiq bəndində nəzərdə tutulmamışdır. Belə olan halda, Cavabdeh MMC iddiaçı tərəfindən texniki tapşırığın təqdim edilməsini müqaviləni imzalanmazdan əvvəl təklif edə bilərdi. Müqaviləyə uyğun olaraq ilkin məlumatlar cavabdeh tərəfindən iddiaçıdan layihənin hazırlanmasına başlamazdan əvvəl tələb edilməli idi. İlkin məlumatlar təqdim olunmadığı təqdirdə cavabdeh layihənin hazırlanmasına başlamamalı idi. Cavabdeh layihənin hazırlanmasına başladıqdan 3 ay sonra iddiaçıya məktubla müraciət edərək texniki tapşırığın təqdim olunmasını xahiş etmişdir. İddiaçı texniki tapşırığı təqdim etmədiyi təqdirdə cavabdeh işlərin icrasını dayandırmalı və ona ödənilmiş pul vəsaitini geri qaytarmalı idi. Lakin Cavabdeh S.R.O ilkin məlumatlar olmadan, öz təcrübəsinə əsaslanaraq TİƏ-nin layihəsini hazırlamışdır. Cavabdehin hərəkətləri nəticəsində İddiaçı QSC zavodun tikintisi layihəsini vaxtında həyata keçirmək imkanını itirmiş, bu da potensial tərəfdaşlarla əldə edilmiş razılaşmalara mənfi təsir göstərmiş və nəticədə ilkin razılaşmaların və müqavilələrin ləğvinə səbəb olmuşdur. İddiaçının məhsuların tədarükü üçün tərəfdaşlar tərəfindən edilən avans ödənişlərinin qaytarılması öhdəliyi yaranmışdır. İlkin razılaşmalar üzrə alınmamış avans ödənişləri şəklində itirilmiş mənfəətin ümumiməbləği 500.000 (beş yüz min) ABŞ dolarıdır. Həmçinin, cavabdehin işin tamamlanmasında gecikməsi səbəbindən iddiaçı kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı itkilərə məruz qalmışdır. Cavabdehin xidmətlərinin ödənilməsi üçün borc vəsaiti cəlb edilmişdir. İddiaçı kreditora kredit üzrə 9800 ABŞ doları məbləğində faiz ödəmişdir. İddiaçı QSC-nin mühəndislik və iqtisadiyyat sahəsində xüsusi biliyi olmadığından, cavabdeh ilə bağlanmış müqaviləni dəstəkləmək və cavabdeh tərəfindən faktiki olaraq yerinə yetirilən işlərə, görülən işlərin normativ tələblərə uyğunluğuna obyektiv ekspertiza qiymətləndirməsini təmin etmək məqsədilə, müqavilə şərtlərinə uyğun olaraq, ekspert və iqtisadçını müqaviləyə əsasən işə cəlb etmişdir. İddiaçı bu mütəxəssislərə 60.300 ABŞ doları məbləğində xidmət haqqı ödəmişdir. Məhkəmə tərəfindən bu faktlar nəzərə alınmamış, onlara düzgün hüquqi qiymət verilməmişdir.
Apellyasiya şikayətinə etiraz:
39. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
40. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
41. İlkin iddia üzrə iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə vəsatət ünvanlayaraq, ölkə xaricində olduğundan qeyd edilən məhkəmə iclasında şəxsən iştirak edə bilmədiyini, lakin məhkəmə iclasına videokonfrans vasitəsilə qoşula biləcəyini qeyd etmişdir.
42. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinin tələblərinə əsasən işə ilkin iddia üzrə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq:
43. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 387.2-ci maddəsinə əsasən əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır. - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. - 753.3-cü maddəsinə əsasən Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. - 756.1-ci maddəsinə əsasən Əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. - 762.1-ci maddəsinə əsasən Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. - 762.2-ci maddəsinə əsasən Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. - 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. - 770-ci maddəsinə əsasən Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. - 773-cü maddəsinə əsasən Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir.
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 384.0-cı maddəsinin tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsi: qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri:
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
46. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
47. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə ilkin və qarşılıqlı iddialar rədd edildiyindən və həmin qətnamə ilkin iddiaçı tərəfindən ilkin iddianın təmin edilməməsi hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslığı həmin hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 06 avqust 2025-ci il tarixli, e-2-2(113)-183/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
49. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən icraçı “ildə 12.000 ton silisiumlu ferroərinti məhsuldarlığı olan ferroərinti sexinin tikintisi” layihəsinin Texniki-iqtisadi əsaslandırmasının (TİƏ) işlənib hazırlanması üzrə mühəndis xidmətlərinin göstərilməsini, sifarişçi isə xidmətləri hazırkı müqavilənin şərtlərinə uyğun qəbul etməyi və ödəməyi öhdəsinə götürür.
50. İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında ümumi dəyəri 225.000 ABŞ dolları olmaqla podrat müqaviləsi bağlanmış, sifarişçi tərəfindən (müqavilədə nəzərdə tutulan ödəniş qrafikləri pozulmaqla olsa da) cəmi 164.000 ABŞ dolları məbləğində pul vəsaiti icraçıya (cavabdehə) ödənilmiş, icraçı tərəfindən (müqavilədə nəzərdə tutulan bütün işlər olmasa da) İddiaçı QSC-nin “Silisiumlu ferroərintilərin illik istehsal gücü 12.000 ton olan ferroərinti sexinin tikintisi üzrə 123.127-TX.TİƏ tikinti-texniki əsaslandırma (zavodun tikintisi üçün layihə) hazırlanaraq sifarişçiyə təqdim edilmişdir.
51. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər müqavilə üzrə görüləcək hər bir işin dəyərini ayrı-ayrılıqda müəyyən etməmişlər, sadəcə ümumi müqavilə dəyəri 225.000 ABŞ dolları müəyyən edilmişdir. İddiaçı cavabdeh tərəfindən təqdim edilmiş layihənin podrat müqaviləsində göstərilmiş qaydada və keyfiyyətdə icra edilməməsini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə ki, Müqavilənin 2-ci bəndində xidmətlərin keyfiyyətinin 1 saylı Əlavəyə uyğun olmalı olduğu göstərilsə də, həmin Əlavədə yalnız görüləcək işlərin mərhələləri və ödəniş qrafiki əks olunmuş, görüləcək işlərin keyfiyyətinə dair xüsusi tələblər şərtləşdirilməmişdir. Bununla da, işlərin keyfiyyəti ilə bağlı müqavilənin konkret hansı şərtlərinin pozulması müəyyən edilməmişdir.
52. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 762.2-ci maddəsinə əsasən Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.
53. Hazırki halda müqavilədə işlərin keyfiyyəti dəqiq olaraq şərtləşdirilmədiyi üçün, iddiaçının digər üçüncü şirkətlərdən aldığı rəylər hüquqi əsas hesab edilə bilməz.
54. Bununla yanaşı, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən görülən işlərin (təqdim olunan layihənin) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 762.2-ci maddəsinə əsasən müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olubolmamasını müəyyən etmək üçün tikinti-texniki ekspertizasını təyin etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən rəy verilmədiyi üçün, mütəxəsis rəyi alınmışdır. Mütəxəsis rəyinə əsasən müəyyən edilmişdir ki, aparılan araşdırmalar və təhlillərə uyğun olaraq Cavabdeh tərəfindən hazırlanmış "İldə 12.000 ton silisiumlu ferroərinti məhsuldarlığı olan ferroərinti sexinin tikintisi" layihəsinin Texnikiiqtisadi əsaslandırması (123.127-TX.TİƏ) göstərilən məqsədlər üçün yararlıdır, təyinatı üzrə istifadə oluna bilər.
55. Məhkəmə kollegiyası həmçinin, qeyd edir ki, iş materiallarına əlavə edilmiş İddiaçı QSC-nin Cavabdeh şirkətinə ünvanladığı 23 saylı xx.xx.2023-cü il tarixli “TİƏ-nin yerinə yetirilməsi üzrə müqavilənin icrası çərçivəsində işlərin yerinə yetirilməsinin cari vəziyyəti” adlı məktubda həm görülən, həm görülməyən işlər göstərilmişdir. Belə ki, iddiaçı müqavilənin birinci mərhələsi üzrə işlərin tam yerinə yetirildiyini təsdiq etmişdir. Müqavilə predmeti olan işlərin bir qisminin icra edilməməsi və buna mütənasib olaraq ödənişlərin tamamlanmaması isə işin mübahisəsiz halıdır. Çünki cavabdehin də mövqeyi ondan ibarətdir ki, o, müqavilə üzrə bütün işlərin deyil, məhz iddiaçı tərəfindən ödənilmiş vəsaitə ekvivalent olan iş həcminin yerinə yetirilməsini təmin etmişdir.
56. Bundan əlavə, mütəxəsis rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının məktubunda göstərilən görülmüş işlərin faiz nisbəti ilə həcmi 78%, dəyər baxımından (müqavilənin ümumi dəyərinin 225.000 ABŞ dolları olmasını nəzərə almaqla) isə 175.500 ABŞ dolları təşkil edir.
57. Belə olan halda, ilkin iddia üzrə cavabdeh tərəfindən müqavilə üzrə işlərin 78%-i, yəni 175.500 ABŞ dolları məbləğində işlər görülərək iddiaçıya təhvil verilməsi iş materialları ilə sübut olunmuşdur. Odur ki, ilkin iddia tələbinin əsas borc olaraq 164.000 ABŞ dolları məbləğində pulun geri qaytarılması hissəsi əsassızdır.
58. Dəbbə puluna münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, müqavilə şərtlərinə əsasən işlərin icrası ödənişlər mərhələlərinə uyğun müddətdə həyata keçirilməli idi. Lakin iddiaçı ödənişləri vaxtında həyata keçirməmiş və tam icra etməmişdir. Bunun əksinə, cavabdeh tərəfindən ödənilən məbləğdən (164.000 ABŞ dolları) daha artıq həcmdə (175.500 ABŞ dolları dəyərində) işlər görülərək iddiaçıya təhvil verilmişdir. Bu halda ilkin iddia üzrə iddiaçının cavabdehdən əlavə olaraq dəbbə pulunun tutulması barədə tələbi də qanunsuz və əsassızdır.
59. İlkin iddia ərizəsi üzrə digər tələblərə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia birinci (əsas borc olaraq 164.000 ABŞ dolları məbləğində pulun geri qaytarılması) və ikinci (403,88 ABŞ dolları dəbbə pulu) hissədə təmin edilmədiyi üçün, məntiqi davam olaraq digər tələblərin də (mütəxəssislərin (ekspertlərin) cəlb edilməsi ilə bağlı 60.300 min ABŞ dolları məbləğində zərərin, 9800 ABŞ dolları məbləğində borc vəsaitləri üzrə faizlərin, 500.000 ABŞ dolları məbləğində itirilmiş mənfəətin) əsassız hesab edilərək rədd edilməsi barədə düzgün qənaətə gəlmişdir.
60. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda qeyd olunanlara görə əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 06 avqust 2025-ci il tarixli, e-2-2(113)-183/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
61. Məhkəmə xərclərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə iddiaçının özünə aid edilməlidir.
62. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 06 avqust 2025-ci il tarixli, e-2-2(113)-183/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.