Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1129/2025 13.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Şirinovun sədrliyi və məruzəsi ilə, X9 və X1 ibarət tərkibdə, Əzizzadə Rüfanə Elxan qızının katibliyi ilə, Birinci iş üzrə iddiaçı, ikinci (birləşdirilmiş) iş üzrə cavabdeh İddiaçı və onun vəkili Vəkil1 iştirakı ilə, Birinci iş üzrə İddiaçı Cavabdehnə qarşı “pulun tutulması”, ikinci (birləşdirilmiş) iş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “pulun tutulması” tələbinə dair üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-50/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ
1. İddiaçı (sifarişçi qismində) ilə Cavabdeh MMC (podratçı qismində) arasında 30 yanvar 2023-cü il tarixli podrat müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, Cavabdeh MMC İddiaçı məxsus Quba rayonu ərazisində yerləşən 12 sot torpaq sahəsində layihə əsasında (Əlavə №1) çöl divardan– çöl divara ümumi sahəsi 102 kv.m. olmaqla, (75 kv.m. ev və 27 kv.m. terrasın sahəsi) 3 ayrı evin eyni ölçülərdə tikintisi, təmiri, ümumi sahənin landşaft işlərini həyata keçirməyi, İddiaçı isə görülmüş işlərin dəyəri olaraq 150000 manat pul ödəməyi öhdəsinə götürmüşdür
2. İddiaçı tərəfindən Cavabdeh MMC-yə ümumilikdə 131160 manat ödəniş edilmişdir Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 30 yanvar 2023-cu il tarixli podrat müqaviləsi üzrə yerinə yetirilməmiş işlərin dəyəri olaraq 46190,5 manat, qüsurların aradan qaldırılması üçün ödənilmiş 2000 manat, qiymətləndirmə rəyinə görə ödənilmiş 1500 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 243 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı qarşı iddia ərizəsi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, 30 yanvar 2023-cu il tarixli podrat müqaviləsi üzrə yerinə yetirilmiş işlərin dəyəri olaraq 29110 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 178 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2 (005)-2979/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “pulun tutulması” tələbinə dair 2 (005)-2979/2023 saylı mülki işin İddiaçı Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair 2(005) 2475/2023 saylı mülki işə birləşdirilməsi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2475/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə işin məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmış, Bakı Kommersiya Məhkəməsi tərəfindən iş baxılmaq üçün icraata qəbul edilmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-50/2025 nömrəli qətnaməsi ilə birinci iş üzrə iddia qismən təmin edilməsi,birinci iş üzrə İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli podrat müqaviləsi üzrə 31777,10 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilməsi, birinci iş üzrə iddia qalan hissədə təmin edilməməsi, ikinci (birləşdirilmiş) iş üzrə iddia təmin edilməməsi, ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 153 manat məbləğində pul birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdehndən tutularaq birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı ödənilməsi, ekspertiza xərci olaraq birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı 50 manat, birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdehndən 50 məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN– **********, hesab AZ34CTRE********************) ödənilməsi qət edilmişdir.
7. Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verərək, birinci iş üzrə İddiaçı Cavabdehnə qarşı “pulun tutulması”, ikinci (birləşdirilmiş) iş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “pulun tutulması” tələblərinə dair kommersiya mübahisəsina dair iddialar üzrə çıxarılmış xx.xx.2025-ci il tarixli, e-2-2(113)-50/2025 saylı Bakı Kommersiya Məhkəməsinin qətnaməsinin tam ləğv edilərək, ilkin iddia tələbinin təmin edilməməsi, birləşmiş iddia tələbinin isə tam təmin edilməsi barədə iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı məhkəmə eyni zamanda da ilkin iddiaçının tələbi üzrə təqdim edilmiş 18 may 2023-cü il tarixində “X5” MMC tərəfindən 64 nömrəli qiymətləndirmə rəyi əsas götürülmüşdür. Lakin məhkəmənin özü tərəfindən təyin edilmiş müstəqil ekspertiza olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 137/Mİ/24 nömrəli rəyini əsas götürməmiş və "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 137/Mİ/24 nömrəli rəyini əsassız hesab etmişdir. Belə ki, məhkəmə “X5” MMC-nin xx.xx.2023-cü il tarixli 64 nömrəli qiymətləndirmə rəyini təkrarladığı üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 3- 16-16/2-10/9726 nömrəli, 14 iyun 2024-cü il tarixli rəyi ilə razılaşmamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin kompleks məhkəməmühəndis və məhkəmə-iqtisad ekspertizaları üzrə məhkəmə ekspertizasının aparılmasından imtina edilməsinin əsası kimi qeyriyaşayış sahəsinin təmirli olduğuna (ilkin vəziyyətdə saxlanılmadığı) istinad edilmişdir. Bu isə ilkin vəziyyəti saxlanılmayan əmlakın hazırkı vəziyyətinə və audiovideo yazıya və fotoşəkillərə baxış keçirməklə məhkəmənin ekspert qarşısında qoyulmuş sualları cavablandırması məsələsini şübhə altına alır. Digər tərəfdən, "xxxx" MMC-nin xx.xx.2024 cü il tarixli 137/Mİ/24 nömrəli rəyindən görünür ki, rəyin “əsaslandırma” hissəsi terminlərə, ifadələrə, metodlara verilən ümumi anlayışların təsvirindən ibarət olub hər hansı əsaslandırma aparılmamış, əmlakın əvvəlki vəziyyəti ilə yeni vəziyyətinin müqayisəli təhlilinə dair hər hansı araşdırma aparılmamış, yalnız cədvəl şəklində iş həcmi və qiymətlər qeyd olunmaqla kifayətlənilmişdir. Su çəni və terrasın inşasına münasibətdə isə hər hansı əsaslandırma aparılmamış, iş həcmi və qiymətlər qeyd olunmamış, yalnız yekunda 2208 və 8250 manat kimi qiymətlər göstərilmişdir. Bundan başqa, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 137/Mİ/24 nömrəli rəyinin verilməsində iştirak edən Hüseyn İsmayılovun mütəxəssis qismində ixtisaslı biliyə malik olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etməsi MMC-yə təklif olunmuş, həmin şəxsin yalnız ali təhsil haqqında sənədinin surəti məhkəməyətəqdim olunmuşdur. Halbuki “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən, bu Qanunun 5.2-ci maddəsi nəzərə alınmaqla, ali təhsilə və 3 (üç) ildən az olmayan ümumi iş stajına malik olan, ixtisas imtahanını müvəffəqiyyətlə vermiş və Qiymətləndiricilər Palatasının üzvü olan şəxs qiymətləndirici ola bilər. Qeyd olunanların əksinə, isə məhkəmə “X5” MMC-nin xx.xx.2023-cü il tarixli 64 nömrəli qiymətləndirmə rəyi podratçının tikinti obyektindən getməsindən qısa müddət sonra xx.xx.2023-cü il tarixdə tədqiqat obyektinə baxış keçirilməklə verilmiş, obyektin fotoşəkilləri əlavə edilmiş, görülmüş işlərin həcmi, işçilik, material ayrı ayrılıqda göstərilmişdir. Qalıq mal-material da qeyd olunan rəydə əks olunduğundan onu əsaslı hesab etmişdir. Eyni zamanda da məhkəmə ilkin İddiaçı təqdim etdiyi xx.xx.2023-cü il tarixli podrat müqaviləsi, həmin müqavilənin qiymət razılaşdırılması protokolu və xx.xx.2023-cü il tarixli təhvil təslim aktından görünür ki, mübahisəli əmlakın tamamlanması üçün 69502 manat muzd razılaşdırılmış və ödənilmişdir. Həmin muzdun tərkibinə daxil olan işlərinin bir hissəsinin (darvazalar) hazırkı iş üzrə podratçı ilə razılaşdırılmış işlərdən əlavə iş kimi razılaşdırıldığı nəzərə alındıqda görülməmiş işlərinin təxmini 65000 manat olduğu aydın olur. Cavabdeh MMC tərəfindən görülmüş işlərin dəyəri və yuxarıda qeyd olunanlar nəzərə alındığında “X5” MMC-nin xx.xx.2023-cü il tarixli 64 nömrəli qiymətləndirmə rəyi ilə müəyyən edilən məbləğin mötəbərliyini bir daha təsdiq edildiyi qənaətinə gəlməsi belə qərəzli və absurtdur. Çünki ilkin İddiaçı təqdim etdiyi xx.xx.2023-cü il tarixli podrat müqaviləsi üzrə mübahisəli əmlakın tamamlanması üçün 69502 manat pul vəsaitinin ödənilməsini təsdiq edən hər hansı sübut təqdim edə bilməmişlər. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 137/Mİ/24 nömrəli rəyi əsaslı hesab edilərdisə 131160-121533=9627 manat qalıq təşkil edir ki, buda şirkətin işçi heyyətinin Qubada qalma xərclərinə (rəydə nəzərə alınmayıb şirkət xərcləri) olan xərci hesablasaq bizim ilkin iddiaçıya verdiyi pulun tam qarşılaşdırılmasını görərik. Bu səbəbdən hesab edirik ki, ilkin iddia təmin edilməməlidir. Tələb olunan pul vəsaitlərinin qarşılığı olan işlər podrat müqaviləsindən kənar ilkin iddiaçı tərəfindən verilmiş sifarişlərdir ki, hər bir sifariş yerinə yetirilmiş, ikinci iddiaçı tərəfindən pulu qarşılansada ilk iddiaçı həmin pul vəsaitini hələdə verməmişdir. Heçbir ekspert rəyində də bu görülən işlər hesablanmamışdır. Hesab edirəm ki, həmin pul vəsaitləri ilkin iddia üzrə cavabdeh tərəfindən qarşılandığı üçün ilkin iddiaçıdan həmin pul vəsaiti tutulub ilkin iddia üzrə cavabdehə ödənilməlidir. Yaranmış küclü külək nəticəsində dağıdılmış tikintinin bərpası üçün şirkət tərəfindən çəkilmiş xərc 7615 AZN (bu hal müqavilənin 8-ci bəndinə əsasən tələb edilir ki, təbii fəlakət nəticəsində tikintiyə dəymiş ziyanın məsuliyyəti Podraçıya aid olmadığı halda sifarişçinin razılığı ilə yenidən bərpa edilmişdir ki, onun dəyəri ödənilməmişdir. Müqavilədə qeyd edilən terrasdan əlavə inşa edilən 60 kv.m-dən çox olan terras-9000 AZN, 10 Tonluq su çəni 3000 AZN inşa edilmişdir ki, ilkin iddiaçı bunların pullarını ödəməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında iştirak edən birinci iş üzrə iddiaçı, ikinci (birləşdirilmiş) iş üzrə cavabdeh İddiaçı və onun vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.
11. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş, Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
Azərbaycan Respublikası Mülki Məcəlləsi
12. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
13. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir
14. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
15. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
17. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
18. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
19. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
20. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
21. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
22. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
23. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
24. Maddə 753. sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.
25. Maddə 759.1 sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir.
26. Maddə 759.2 əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
30. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
35. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
37. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin mübahisələndirilən hissədə yoxlanılması təşkil edir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
38. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
39. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyun 2018-ci il tarixli Qərarı).
40. Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda istinad edilən Qərarında da göstərilmişdir ki, “...Müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Mülki qanunvericiliyə müvafiq olaraq müqavilə azad qaydada bağlanılır və məzmunu tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Belə ki, Mülki Məcəllənin 390-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar”. Göstərilən prinsipi podrat müqaviləsini tətbiq edərək Plenum göstərmişdir ki, “...Mülki qanunvericiliklə tənzimlənən müqavilələrin bir növü olan podrat müqaviləsinin bağlanması, icra olunması, habelə bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığına əsaslanır.”. Həmçinin Plenum qeyd etmişdir ki, “...Podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir”.
41. İşin mbühasisəsiz halları ondan ibarətdir ki, İddiaçı (sifarişçi qismində) ilə Cavabdeh MMC(podratçı qismində) arasında 30 yanvar 2023-cü il tarixli podrat müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, Cavabdeh MMC İddiaçı məxsus Quba rayonu ərazisində yerləşən 12 sot torpaq sahəsində layihə əsasında (Əlavə №1) çöl divardan– çöl divara ümumi sahəsi 102 kv.m. olmaqla, (75 kv.m. ev və 27 kv.m. terrasın sahəsi) 3 ayrı evin eyni ölçülərdə tikintisi, təmiri, ümumi sahənin landşaft işlərini həyata keçirməyi, İddiaçı isə görülmüş işlərin dəyəri olaraq 150000 manat pul ödəməyi öhdəsinə götürmüşdür.
42. Kolelgiya podrat müqaviləsi üzrə mübahisəli əmlakın tamamlanması üçün 69502 manat pul vəsaitinin ödənilməsini təsdiq edən hər hansı sübut təqdim edilməməsi dəlilinə münasibətdə qeyd edir ki, xx.xx.2023-cü il tarixli İddiaçı(siafarçi) və X4(podratçı) tərərfindən izmaları ilə təsdiq edilmiş təhvil-təslim aktına əsasən, podrat müqaviləsi üzrə sifarişçi tərəfindən qiymət razılaşdırılma protokolunda göstərilən 69502 AZN məbləğindən 58502 AZN məbləğin podratçıya ödənilməsi və 11000 AZN borcun qaldığı müəyyən olunur. Həmçinin qeyd olunmalıdır ki, təhvil təslim aktı cavabdeh tərəfindən mübahisələndirilməyindən aktda qeyd olunanların qəbul olunması mənasına gəlir.
43. İş materillarında olan “X5” MMC-nin xx.xx.2023-cü il tarixli 64 nömrəli qiymətləndirmə rəyindən görünür ki, xx.xx.2025-ci il tarixdə İddiaçı mərkəzə müraciət etmiş, xx.xx.2023-cü il tarixdə tədqiqat obyektinə baxış keçirilmiş, xx.xx.2023-cü il tarixdə rəy verilmişdir. Rəyə tədqiqat obyektinin faktiki vəziyyətini əks etdirən fotoşəkillər əlavə edilmişdir. Rəydən görünür ki, ayrı-ayrı işlər, onların ölçüləri, işçilik haqqı, mal-materialın qiyməti ətraflı göstərilmiş, görülmüş işlərin dəyəri müəyyən edilmiş, yekun məbləğ müəyyən edilərkən tikinti sahəsində qalmış və istifadə olunmayan mal-materialın dəyəri, layihə və dizaynın hazırlanması da nəzərə alınmışdır. Görülmüş bütün işlərin və istifadə olunmayan mal-materialın dəyəri 97227,9 manat müəyyən edilmişdir
44. Məhkəmə icraatının gedişində Bakı Kommersiya Məhkəməsinin e-2-2(113) 4809/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/9726 nömrəli, 14 iyun 2024-cü il tarixli məhkəmə tikinti-texniki ekspertizası üzrə ekspert rəyi 11 iyul 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Lakin “X5” MMC-nin xx.xx.2023-cü il tarixli qiymətləndirmə rəyində müəyyən olunan işlər və qiymətləri cüzi fərqlə təkrarladığından, (rəylər arasındakı yekun qiymət fərqi 14 iyun 2024-cü il tarixli ekspert rəyinə istifadə olunmayan mal-materialın, layihə və dizaynın hazırlanması işinin, kirayə evlərin tutulması ilə bağlı xərcin daxil edilməməsi ilə bağlı yaranmışdır), tədqiqatın gedişi xx.xx.2023-cü il tarixli qiymətləndirmə rəyində olan fotoşəkillər əlavə edilməklə təsvir edildiyindən və əmlakın yeni vəziyyəti, əvvəlki vəziyyəti ilə yeni vəziyyətinin müqayisəli təhlilinə dair hər hansı araşdırma aparılmadığından məhkəmə 14 iyun 2024-cü il tarixli məhkəmə tikinti texniki ekspertizası üzrə ekspert rəyi ilə razılaşmamış, Bakı Kommersiya Məhkəməsinin e- 2-2(113)-4809/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə təkrar məhkəmə tikinti texniki ekspertizası təyin edilmişdir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 137/Mİ/24 nömrəli rəyi 31 oktyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur.
45. Bundan sonra Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-240/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə kompleks məhkəmə-mühəndis və məhkəməiqtisad ekspertizaları təyin edilmiş, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatı məhkəməyə daxil olmuş, imtinanın əsası kimi qeyri-yaşayış sahəsinin təmirli olduğunun (ilkin vəziyyətdə saxlanılmadığı) müəyyən edildiyi göstərilmişdir.
46. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 137/Mİ/24 nömrəli rəyindən görünür ki, rəyin “əsaslandırma” hissəsi terminlərə, ifadələrə, metodlara verilən ümumi anlayışların təsvirindən ibarət olub hər hansı əsaslandırma aparılmamış, əmlakın əvvəlki vəziyyəti ilə yeni vəziyyətinin müqayisəli təhlilinə dair hər hansı araşdırma aparılmamış, yalnız cədvəl şəklində iş həcmi və qiymətlər qeyd olunmaqla kifayətlənilmişdir. Su çəni və terrasın inşasına münasibətdə isə hər hansı əsaslandırma aparılmamış, iş həcmi və qiymətlər qeyd olunmamış, yalnız yekunda 2208 və 8250 manat kimi qiymətlər göstərilmişdir.
47. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 137/Mİ/24 nömrəli rəyinin verilməsində iştirak edən Hüseyn İsmayılovun mütəxəssis qismində ixtisaslı biliyə malik olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etməsi MMC-yə təklif olunmuş, həmin şəxsin yalnız ali təhsil haqqında sənədinin surəti məhkəməyə təqdim olunmuşdur. Halbuki “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən, bu Qanunun 5.2-ci maddəsi nəzərə alınmaqla, ali təhsilə və 3 (üç) ildən az olmayan ümumi iş stajına malik olan, ixtisas imtahanını müvəffəqiyyətlə vermiş və Qiymətləndiricilər Palatasının üzvü olan şəxs qiymətləndirici ola bilər.
48. “X5” MMC-nin xx.xx.2023-cü il tarixli 64 nömrəli qiymətləndirmə rəyi podratçının tikinti obyektindən getməsindən qısa müddət sonra xx.xx.2023-cü il tarixdə tədqiqat obyektinə baxış keçirilməklə verilmiş, obyektin fotoşəkilləri əlavə edilmiş, görülmüş işlərin həcmi, işçilik, material ayrı-ayrılıqda göstərilmişdir. Qalıq mal-material da qeyd olunan rəydə əks olunmuşdur. Həmçinin podratçının qanuni təmsilçisi qalıq mal-materialın həcmi və qiyməti ilə razılaşmış, rəyi bu hissədə şübhə altına almamışdır. Bu isə bir hissədə əsaslılığı mübahisələndirilməyən rəyin bütövlükdə də əsaslı olması qənaətinə gəlməyə əsas verir. Eyni zamanda təqdim olunan şəhadətnamələrdən görünür ki, “X5” MMC-nin xx.xx.2023-cü il tarixli 64 nömrəli qiymətləndirmə rəyinin verilməsində iştirak edən mütəxəssislərdən X6 Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2014-cu il tarixli şəhadətnamə ilə məhkəmə mühəndis-texniki ekspertiza növü üzrə tikinti-texniki obyektlərin tədqiqi ekspertizası keçirmək hüququ verilmişdir, X11 tərəfindən daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin qiymətləndirilməsi üzrə Azərbaycan Respublikasının Qiymətləndiricinin İxtisas Şəhadətnaməsi verilmişdir. Digər mütəxəssis X7 isə daşınar əmlakın (maşın və avadanlıqların, nəqliyyat vasitələrinin, heyvan və bitkilərin və s.) qiymətləndirilməsi üzrə Azərbaycan Respublikasının Qiymətləndiricinin İxtisas Şəhadətnaməsi verilmişdir.
49. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibtədə qeyd edir ki, apellyator podrat müqaviləsindən kənar işlər yerinə yetirildiyini, küclü külək nəticəsində dağıdılmış tikintinin bərpası üçün şirkət tərəfindən xərcin çəkildiyini, əlavə inşa edilən terras və su çəninin inşa olduğunu qeyd etsə də, bunları təsdiq edəcək heç bir sübut təqdim olunmamışdır.
50. Həmçinin “X5” MMC-nin qiymətləndirmə rəyinin mötəbərliyini şübhə altına alacaq hallar təsbit olunmamış, başqa qiymətləndirmə rəyi təqdim olunmamışdır.
51. Göründüyü kimi apellyator, məhkəmənin gəldiyi həmin nəticənin doğru olmadığı qənaətinə gəlinməsinə əsas verə biləcək hər hansı mötəbər sübut təqdim etməmişlər.
52. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir.
53. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. Tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı, iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.
54. Eyni zamanda, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
55. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
56. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
57. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-50/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verə bilər.