Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1173/2025 21.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1, Cavabdeh2nə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: pulun tutulması, iddia müddəti, iddia müddətinin axımının kəsilməsi) hakimlər X1 (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X3 ibarət tərkibdə, Məhərrəmova Günel Elman qızının katibliyi, Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh1, Cavabdeh2nə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2- 2(113)-2757/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı MMC ilə Cavabdeh1 arasında imzalanmış xx.xx.2019-cu il tarixli üzləşdirmə aktına əsasən Sifarişçi "xxxx" MMC-i tərəfindən hesabatlar üzrə Cavabdeh1 2 310 000 AZN ödənilmişdir. Cavabdeh1 həmin məbləğin 2 060 000 manat qəbul etməsini təsdiqləmiş 250 000 AZN hissəsini isə qəbul etməməyini bildirmişdir. Cavabdeh1 yerinə yetirilmiş işlər haqqında Forma 2 təqdim etmiş və Forma 2 əsasən yerinə yetirilmiş işlərin ümumi məbləğini 2 321 335.60 manat olduğunu göstərərək imzası ilə təsdiq etmişdir. Verilmiş Forma 2 Sifarişçi və Alten Group MMC tərəfindən yoxlanılmış, yerinə yetirilmiş həqiqi işlərin dəyəri 1 437 552 manat olduğu müəyyən olunmuşdur. Cavabdeh1 tərəfindən təqdim olunmuş Forma 2 ilə real görülmüş işlərin arasında 883 783.21 manat fərq yaranmışdır. Bundan əlavə Cavabdeh1 132 980.24 məbləğində anbar qalığını təqdim etmişdir. Bu aktla bir daha təsdiq edirlər ki, Cavabdeh1 (250 000 azn nəzərə alınmamaqla) Sifarişçi "xxxx" MMC-i tərəfindən 2 060 000.00 pul ödənilmiş faktiki 1 437 552.00 iş yetirilmiş və 132980.24 azn anbar qalığı təqdim edilmişdir. Hal-hazırda akt tərtib edilən dövrə Cavabdeh1 490 020 manat borcu qalmışdır.
2. Cavabdeh1 tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizəsi ilə, o, iddiaçının 250 000 manat borcu qəbul edib, 490 000 manat borc məbləğindən azad edilməsini xahiş etmişdir.
3. X2 ifadəsində Cavabdeh1 2008-ci ildən tanıdığını, onunla tikintidə tanış olduğunu, sonradan müxtəlif yerlərdə birgə işlədiyini, Avanqardda işləməyi də mənə o təklif etdiyini, lakin orada işləyən briqada üzvlərinin hamısını Cavabdeh1 cəlb etmədiyini, 2012-ci ildən 2015-ci ilə kimi Cavabdeh1 ilə birgə Avanqard MMC-yə məxsus binada işlədiyini, onlar tərəfindən elektrik işlərinin 2015-ci ildə tam yekunlaşdığını bildirmişdir.
4. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilən "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edələn Cavabdeh1 tərəfindən imzalanan aktlarla 12 dekabr 2016-ci ildə "xxxx" MMC-nin təhvil verdiyi işlərin bəziləri əksini tapmışdır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
5. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh “Cavabdeh1, Cavabdeh2nə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən avans olaraq ödənilmiş 490,020,00 (dörd yüz doxsan min iyirmi) manat vəsaitin və iddia ərizəsinə görə ödənilmiş 781 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 MMC-dən və onun qanuni təmsilçisi Cavabdeh1 oğlnudan alınaraq "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh1 və onun rəhbəri olduğu Cavabdeh2 MMC ilə müvafiq elektrik işlərinin yerinə yetirilməsi haqqında razılaşaraq müqavilə bağlanmışdır. "xxxx" MMC-yə məxsus olan Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsində yerləşən “Park Akademiya” layihəsi üzrə elektrik işləri üzrə razılaşdırılmış məbləğ 2,310,000 (iki milyon üç yüz on min manat, sıfır qəpik) AZN təşkil etmişdir. Sifarişçi "xxxx" MMC tərəfindən hesabatlar üzrə Cavabdeh2 MMC-nin qanuni təmsilçisi Cavabdeh1 2,310,000 (iki milyon üç yüz on min manat, sıfır qəpik) AZN ödənilmişdir. Lakin işlərin görülməsi üçün aparılmış yoxlamalar nəticəsində müəyyən edilmişdir ki, yerinə yetirilmiş həqiqi işlərin dəyəri 1,437,552 (bir milyon dörd yüz otuz yeddi min beş yüz əlli iki manat, sıfır qəpik) AZN təşkil edir. Sonuncu tərəfindən təqdim edilmiş Forma 2 ilə real görülmüş işlərin arasında 883, 783,21 (səkkiz yüz səksən üç min, yeddi yüz səksən üç manat, iyirmi bir qəpik) AZN fərq yaranmışdır. Bundan əlavə Cavabdeh1 132,980,24 (yüz otuz iki min doqquz yüz səksən manat, iyirmi dörd qəpik) anbar qalığı təqdim edilmişdir. Yuxarıda təqdim olunan xronologiya üzrə aparılmış üzləşdirmə zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 MMC-nin qanuni təmsilçisi Cavabdeh1 "xxxx" MMC-dən nəğd şəkildə qəbul etdiyi ümumi məbləğin 490,020,00 (dörd yüz doxsan min iyirmi manat, sıfır qəpik) AZN hissəsinə dair hər hansı bir iş yerinə yetirilməmiş və bu məbləğdə vəsait Cavabdeh1 qalmışdır. Bu fakt müvafiq üzləşdirmə aktı ilə rəsmiləşdirilmiş və Cavabdeh1 tərəfindən tam təsdiq edilmişdir. Bundan sonra Cavabdeh1 həmin məbləği "xxxx" MMC-yə qaytarmağa söz verərək, ona yeni iş verilərsə eyni məbləğ əvəzinə iş yerinə yetirmək istəyini ifadə etsədə bugünə kimi avans şəkilində aldığı 490,020,00 (dörd yüz doxsan min iyirmi manat, sıfır qəpik) AZN vəsaiti MMC-yə qaytarmamaqla əsassız varlanmışdır. Cavabdeh1 Cavabdeh2 MMC-nin rəhbəri kimi bu proseslərdə çıxış etməsinə baxmayaraq öhdəlikləri MMC-nin adından götürsədə ödənilmiş vəsaiti nəğd şəkildə fiziki olaraq şəxsən özü qəbul etmişdir.
7. Cavabdeh iddia ərizəsinə etiraz edərək, ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Etiraz onunla əsaslanıdırlmıdır ki, İddiaçı MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə qarşı “borcun alınması” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək İddiaçı MMC tərəfindən avans olaraq ödənilmiş 490,020,00 (dörd yüz doxsan min iyirmi) manat vəsaitin və iddia ərizəsinə görə ödənilmiş 781 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 MMC-dən və onun qanuni təmsilçisi Cavabdeh1 alınaraq "xxxx" MMC-nin xeyrinə tutulması barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir
9. İddiaçı MMC öz iddia tələbinin əsası kimi göstərmişdir ki, guya "xxxx" MMC ilə Cavabdeh1 və onun rəhbəri olduğu Cavabdeh2 MMC ilə müvafiq elektrik işlərinin yerinə yetirilməsi haqqında razılaşaraq müqavilə bağlanmışdır. "xxxx" MMC-yə məxsus olan Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsində yerləşən “Park Akademiya” layihəsi üzrə elektrik işləri üzrə razılaşdırılmış məbləğ 2,310,000 (iki milyon üç yüz on min manat, sıfır qəpik) AZN təşkil etmişdir. Sifarişçi "xxxx" MMC tərəfindən hesabatlar üzrə Cavabdeh2 MMC-nin qanuni təmsilçisi Cavabdeh1 2,310,000 (iki milyon üç yüz on min manat, sıfır qəpik) AZN ödənilmişdir. Lakin işlərin görülməsi üçün aparılmış yoxlamalar nəticəsində müəyyən edilmişdir ki, yerinə yetirilmiş həqiqi işlərin dəyəri 1,437,552 (bir milyon dörd yüz otuz yeddi min beş yüz əlli iki manat, sıfır qəpik) AZN təşkil edir. Sonuncu tərəfindən təqdim edilmiş Forma 2 ilə real görülmüş işlərin arasında 883, 783,21 (səkkiz yüz səksən üç min, yeddi yüz səksən üç manat, iyirmi bir qəpik) AZN fərq yaranmışdır. Bundan əlavə Cavabdeh1 132,980,24 (yüz otuz iki min doqquz yüz səksən manat, iyirmi dörd qəpik) anbar qalığı təqdim edilmişdir. Yuxarıda təqdim olunan xronologiya üzrə aparılmış üzləşdirmə zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 MMC-nin qanuni təmsilçisi Cavabdeh1 "xxxx" MMC-dən nəğd şəkildə qəbul etdiyi ümumi məbləğin 490,020,00 (dörd yüz doxsan min iyirmi manat, sıfır qəpik) AZN hissəsinə dair hər hansı bir iş yerinə yetirilməmiş və bu məbləğdə vəsait Cavabdeh1 qalmışdır. Bu fakt müvafiq üzləşdirmə aktı ilə rəsmiləşdirilmiş və Cavabdeh1 tərəfindən tam təsdiq edilmişdir. Bundan sonra Cavabdeh1 həmin məbləği "xxxx" MMC-yə qaytarmağa söz verərək, ona yeni iş verilərsə eyni məbləğ əvəzinə iş yerinə yetirmək istəyini ifadə etsə də bu günə kimi avans şəkilində aldığı 490,020,00 (dörd yüz doxsan min iyirmi manat, sıfır qəpik) AZN vəsaiti MMC-yə qaytarmamaqla əsassız varlanmışdır. xx.xx.2024-cü il tarixdə isə Park Akademiya layihəsi üzrə iş icraçısı Cavabdeh1 "xxxx" MMC-yə ərizə ilə müraciət edərək, xx.xx.2019-cu il tarixli üzləşmə aktına əsasən borclu olduğu 490,020,00 (dörd yüz doxsan min iyirmi manat, sıfır qəpik) AZN borcun pay şəklində 45 (qırx beş) gün müddətində 250.000 (iki yüz əlli min manat, sıfır qəpik) ödəməyə hazır oduğunu qeyd etmişdir. Habelə səhətində və maddi imkanını nəzərə alaraq ondan 250.000 (iki yüz əlli min manat, sıfır qəpik) AZN borcunu qəbul edib, 490,020,00 (dörd yüz doxsan min iyirmi manat, sıfır qəpik) AZN borcunu ləğv edilməsini xahiş etmişdir. Bundan sonra Cavabdeh1 hərəkətlərində cinayət tərkibinin əlamətləri müşahidə edildiyindən (təqdim etdiyi forma 2 sənədlərinin həqiqətə uyğun olmaması və yerinə yetirilməmiş işlərin daxil edilməsi) Yasamal RPİ-nə müvafiq şikayət ərizəsi təqdim edilmişdir. Yasamal RPİ-nin istintaq şöbəsində aparılmış araşdırmanın nəticəsi olaraq xx.xx.2024-cü il tarixdə müstəntiq Ceyhun Mircavadlı tərəfindən HK-1 kitabında 1692 nömrəsi ilə qeydiyyata alınmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, "xxxx" MMC-yə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.
10. Aşağıdakılara əsasən iddia tələbinə etiraz edirəm. Hesab edirəm ki, iddia tələbi tamamilə qanunsuz və əsassızdır, ona görə də rədd edilməlidir: Əvvəla bildirirəm ki, "xxxx" MMC ilə nə mənim, nə də rəhbəri olduğum Cavabdeh2 MMC (həmin dövrdə MMC-nin aktiv fəaliyyəti olmamışdır) arasında elektrik işlərinin yerinə yetirilməsi barədə heç bir müqavilə bağlanmamışdır. Ümumi məbləği 2,310,000 (iki milyon üç yüz on min manat, sıfır qəpik) AZN təşkil edən müqavilənin şifahi sövdələşmə əsasında bağlanmasını iddia etmək reallıqdan cox uzaqdır. Eyni zamanda iddiaçı istinad etdiyi həmin müqavilənin mövcudluğunu təsdiq edən heç bir mötəbər sübut təqdim etməmişdir. Bəli, cavabdeh fiziki şəxs olaraq 2013-cü ilin əvvəlindən 2015-ci ilə qədər günəmuzd əmək haqqı hesabına Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospektində, “Elmlər Akademiyası” metrosu ilə üzbəüz yerləşən hündür mərtəbəli yaşayış binasında Park Akademiya layihəsi üzrə "xxxx" MMC-nin elektrik işlərini görmüş və 2015-ci il tarixdə işləri tam şəkildə təhvil vermiş, şirkət tərəfindən ona və orada onunla birlikdə çalışan digər ustalara elektrik işlərinin layihə üzrə yerinə yetirmələrinə dair heç bir irad bildirilməmişdir. Hazırda da qeyd olunan binada elektrik işləri yüksək səviyyədə olmuş, indiyə qədər heç bir problem yaşanmamışdır. Əksinə, iddiaçı vaxtilə həmin binanın fasad işıqlandırılması üzrə elektrik işlərini keyfiyyətsiz həyata keçirən və buna görə aralarında problemlər yaranan, hazırda isə iddiaçının biznes tərəfdaşı kimi bu işdə maraqlı olan və üçüncü şəxs kimi onu işə cəlb etməklə cavabdehə qarşı “mötəbər” sübutlar əldə olunmasında istifadə etdiyi "xxxx" MMC-nin dəstəyindən faydalanmağa çalışır. İddia ərizəsində sifarişçi İddiaçı MMC tərəfindən hesabatlar üzrə Cavabdeh2 MMC-nin qanuni təmsilçisi Cavabdeh1 2,310,000 (iki milyon üç yüz on min manat, sıfır qəpik) AZN ödənilməsi göstərilmişdir. Lakin iddiaçı həmin hesabatların təsdiqi olaraq heç mədaxil qəbzi və qaimə təqdim etməmişdir. Əgər cavabdehin "xxxx" MMC-dən nəğd şəkildə qəbul etdiyi ümumi məbləğin 490,020,00 (dörd yüz doxsan min iyirmi manat, sıfır qəpik) AZN hissəsinə dair hər hansı bir işin yerinə yetirilmədiyi və bu məbləğdə vəsaitin Cavabdeh1 qalması aşkar edilmişsə, nəyə görə 10 il bundan əvvəl görülən işlərə dair hesabatlar və 132,980,24 (yüz otuz iki min doqquz yüz səksən manat, iyirmi dörd qəpik) məbləğdə anbar qalığı təqdim edilərkən bu məsələlər araşdırılmamış, bu barədə cavabdehə və müvafiq orqanlara rəsmi müraciət edilməmişdir? Bununla əlaqədar olaraq qeyd edim ki, sonradan İddiaçı MMC-nin rəhbərliyi dəyişdikdən sonra yeni rəhbərliyin dövründə şirkətdə fəaliyyətə başlayan, özünü şirkətin hüquqşünası kimi təqdim edən Elxan adlı şəxs tanışlarının vasitəsilə onu şirkətin “Salyan kazarması” deyilən yer ilə üzbəüz yerləşən ofisinə çağırmış, o da həmin ofisə gedib orada Elxan adlı şəxslə görüşmüşdür. Elxan cavabdehə bildirmişdir ki, “sənlik burada bir iş yoxdur, lakin tikintidə müəyyən çatışmazlıq və problemlər var, biz təzə rəhbərlik olaraq bunları görürük və onları nizama salmaq istəyirik, biz sənə bir ərizə deyəcəyik, sən onu yaz, sənlik heç bir problem yoxdur, səni heç kim narahat etməyəcək”. Həmin şəxs onlar tərəfindən hazırlanmış üzləşdirmə aktına imza etdirmiş, həmin üzləşdirmə aktının məzmunu ilə tanış olmadan imzalamışdır. Ona bildirmişlər ki, “baxmayaraq ki, sən bu sənədləri imzaladın, sənlik bir şey yoxdur, narahat olma”. Doğrudan da bundan sonra onu uzun müddət heç kim narahat etməmişdir. 2024-cü ilin yanvar ayının sonunda İddiaçı MMC-nin direktoru X6 ona zəng edərək şirkətin ofisinə dəvət etmişdir. O, ofisə getdikdə orada Fərhaddan başqa şirkətin əvvəlki hüquqşünası olan Elxan və bir nəfər tanımadığı şəxs onu qarşılayıb ona psixoloji təzyiqlər göstərərək bildirmişlər ki, “biz deyən formada ərizə yazmalısan, yazmasan səndən Korrupsiyaya şikayət edəcəyik” bu sözləri Fərhad özü şəxsən ona demiş, o, etiraz etdikdə isə Fərhad bildirmişdir ki, “ərizəni ona görə yazdırırıq ki, biz daxildə özümüz bu işi bağlayaq, səni bir daha heç kim narahat etməyəcək”. Cavabdeh1 isə Fərhada bildirmişdir ki, “əgər məni bir daha narahat edən olsa, mən özüm sizin barənizdə prokurorluğa şikayət edəcəyəm”. Bundan sonra cavabdeh Fərhad Əliyevin diktəsi ilə xx.xx.2024-cü il tarixli ərizəni aldatma, hədə-qorxu və psixoloji təsir altında yazmağa məcbur olmuşdur. Əslində isə həmin ərizədə qeyd olunanların heç biri düzgün deyildir, onun tərəfindən şirkətin bir manat pulu belə mənimsənilməmişdir. Əgər belə hal olsaydı, köhnə rəhbərliyin vaxtında ondan işi təhvil almazdılar, həmin vaxt şikayət edərdilər. Ona görə də ərizədə yazılanlar ona qarşı aldatma, hədə-qorxu, təzyiq və təsir altında yazdırılmaqla hamısı şər və böhtandır! Cavabdeh tərəfindən imzalanan xx.xx.2019-cu il tarixli üzləşdirmə aktını, eləcə də cavabdeh tərəfindən yazılan və imzalanan xx.xx.2024-cü il tarixli ərizəsini müvafiq məhkəmə ekspertizası təyin etməklə həmin sənədlərin hansı şəraitdə və psixoloji vəziyyətdə imzalanmasını müəyyən etmək olar. Bundan sonra iddiaçı cavabdehə qarşı əsassız ittihamlarını davam etdirmiş, Yasamal RPİ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Lakin Yasamal RPİ-nin istintaq şöbəsində aparılmış araşdırmanın nəticəsində şikayət ərizəsində göstərilən xüsusatlar (Cavabdeh1 təqdim etdiyi forma 2 sənədlərinin həqiqətə uyğun olmaması və yerinə yetirilməmiş işlərin daxil edilməsi) öz təsdiqini tapmamışdır. Beləliklə də, araşdırma zamanı cinayət tərkibinin əlamətləri müəyyən edilmədiyinə görə xx.xx.2024-cü il tarixdə müstəntiq Ceyhun Mircavadlı tərəfindən “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. İddia ərizəsindən də göründüyü kimi, iddiaçı təxminən 10 ildən sonra əsassız olaraq və mülki qanunvericiliyin tələblərinə zidd formada haqsız tələblə məhkəmədə iddia qaldırmışdır. İddia ərizəsinin əsassız olması ilə yanaşı, nəzərə almaq lazımdır ki, mülki qanunvericiliyin tələbləri baxımından iddia müddəti də ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinə əsasən, ümumi iddia müddəti 10 il, müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə 6 il və vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə isə iddia müddəti 3 ildir. Belə məlum olur ki, hazırkı iddia tələbi iddia müddəti ötürülməklə verilmişdir. Həmçinin iddia tələbinin özü belə tam aydın deyil. Hətta iddiaçı cavabdehin hərəkətini gah müqavilədən əmələ gələn öhdəliklərin pozulması, gah da əsassız varlanma hesab edir. Hər iki halda iddiaçının mövqeyi tamamilə yalnış nəticə doğurur. Beləliklə, hesab edirəm ki, hazırkı iş üzrə iddia tələbinin təmin olunması istənilən halda mümkünsüzdür və heç bir hüquqi nəticə yarada bilməz. Çünki, iddia tələbinin əsaslandığı müqavilənin özü reallıqda mövcud olmamışdır. Mövcud olmayan müqavilə isə öz-özlüyündə öhdəlik yarada bilməz. Bu isə o anlama gəlir ki, iddia tələbi bilavasitə hüquqi əsas olmadan verildiyi üçün rədd edilməlidir.
11. Daha sonra cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək, e-2- 2(113)-2757/2025 saylı iş üzrə İddiaçı MMC tərəfindən avans olaraq ödənilmiş 490,020,00 (dörd yüz doxsan min iyirmi) manat vəsaitin və iddia ərizəsinə görə ödənilmiş 781 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 MMC-dən və onun qanuni təmsilçisi Cavabdeh1 alınaraq "xxxx" MMC-nin xeyrinə tutulması barədə iddia tələbinə iddia müddəti tətbiq edilməklə rədd edilməsini xahiş etmişdir.
12. Ərizə onunla əsaslanıdırılmışdır ki, iddia ərizəsindən də göründüyü kimi, iddiaçı təxminən 10 ildən sonra əsassız olaraq və mülki qanunvericiliyin tələblərinə zidd formada haqsız tələblə məhkəmədə iddia qaldırmışdır. İddia ərizəsinin əsassız olması ilə yanaşı, nəzərə almaq lazımdır ki, mülki qanunvericiliyin tələbləri baxımından iddia müddəti də ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinə əsasən, ümumi iddia müddəti 10 il, müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə 6 il və vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə isə iddia müddəti 3 ildir. Belə məlum olur ki, hazırkı iddia tələbi iddia müddəti ötürülməklə verilmişdir. Həmçinin iddia tələbinin özü belə qeyri müəyyəndir. Hətta iddiaçı cavabdehin hərəkətini gah müqavilədən əmələ gələn öhdəliklərin pozulması, gah da əsassız varlanma hesab edir. Hər iki halda iddiaçının mövqeyi tamamilə yalnış nəticə doğurur. Bunları qeyd etməkdə məqsədim o deyil ki, iddiaçının tələbi haqlıdır, sadəcə müddəti ötürüb. Xeyr! Əksinə məqsədim məhkəmənin diqqətini iddiaçının yalan və əsassız iddialarla başqasının əmlakına yiyələnmək niyyətinə yönəltməkdir. Çünki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
13. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddianın əsassız olmasını qeyd edərək iddianın rədd olunmasını xahiş etmişdir. Həmçinin izahatında tərəflər arasında bağlanmış müqaviləyə əsasən yaranmış borcun yaranmasından 3 ildən artıq vaxt keçdiyindən, iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir.
15. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.
16. Bakı Kommersiya Məhkəməsi xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət olunmuşdur.
17. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, xx.xx.2019-cu tarixli borcun etirafı barədə aktı mövcud borcun etirafı haqqında mücərrəd müqavilə kimi qəbul edilsə belə, həmin aktın bağlanmasından da 6 ildən çox vaxt keçmişdir. Ona görə də istənilən halda müqavilə tələbləri üzrə qanunla müəyyən edilmiş müddət ötürülmüşdür.
18. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 372.2, 776.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
Apellyasiya şikayətinin dəlilləri
19. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən iddianın 2019-cu il üzləşdirmə aktına əsaslanaraq 776.1-ci maddə ilə (podrat qüsurları üzrə 1 illik iddia müddəti) tələbin müddəti keçdiyi əsas götürülmüşdür. Lakin bu, iddianın mahiyyətinə uyğun deyil. İddia tələbinin əsas predmeti avansın (əsassız saxlanılan borcun) qaytarılmasıdır və bu, qüsur tələbindən fərqli olaraq, ümumi müqavilə və ya əsassız varlanma ilə bağlı müddətlə (3 il və ya ümumi 10 illik müddət) qiymətləndirilməlidir. 2024-cü ildə cavabdeh tərəfindən verilmiş rəsmi ərizə borcun yenidən etirafı kimi qiymətləndirilməlidir. Bu ərizə, 2019-cu il üzləşdirmə aktından sonra iddia müddətinin yenidən bərpasına səbəb olur və Mülki Məcəllənin 380-cı maddəsinə uyğun olaraq yeni iddia müddətini işə salır. Beləliklə, 2024-cü ildə verilmiş bu ərizə iddia müddətinin yeniləndiyini göstərir və məhkəmə bu hüquqi faktı nəzərə almalıdır
Apellyasiya şikayətinə qarşı etiraz
21. Cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmiş, etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbinin əsaslandığı müqavilənin özü reallıqda mövcud olmamışdır. Mövcud olmayan müqavilə isə öz-özlüyündə öhdəlik yarada bilməz. Bu isə o anlama gəlir ki, iddia tələbi bilavasitə hüquqi əsas olmadan verildiyi üçün rədd edilməlidir. Məhkəmə qətnaməsi qanuni və əsaslı olduğundan qüvvədə saxlanılmalıdır..
Apellyasiya baxışı, izahat
22. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və Cavabdeh2 nümayəndələrini məhkəməyə göndərməmişlər, məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi (vəkili) isə apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
24. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
25. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
26. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir.
27. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
28. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.
29. Maddə 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
30. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
31. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
32. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
33. Maddə 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.
34. Maddə 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.
35. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
36. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
37. Maddə 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.
38. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
44. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
45. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddi
46. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
48. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
49. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
50. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.
51. İşin faktiki halları ilə müəyyən edilir ki, tərəflər İddiaçı MMC ilə Cavabdeh1 arasında şifahi formada elektrik işlərinin görülməsinə dair razılaşma olmuşdur. Həmçinin İddiaçı MMC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli üzləşdirmə aktı imzalanmış, akta əsasən Sifarişçi "xxxx" MMC-i tərəfindən hesabatlar üzrə Cavabdeh1 2 310 000 AZN ödənilmişdir. Cavabdeh1 həmin məbləğin 2 060 000 manat qəbul etməsini təsdiqləmiş 250 000 AZN hissəsini isə qəbul etməməyini bildirmişdir. Cavabdeh1 yerinə yetirilmiş işlər haqqında Forma 2 təqdim etmiş və Forma 2 əsasən yerinə yetirilmiş işlərin ümumi məbləğini 2 321 335.60 manat olduğunu göstərərək imzası ilə təsdiq etmişdir. Verilmiş Forma 2 Sifarişçi və "xxxx" MMC tərəfindən yoxlanılmış, yerinə yetirilmiş həqiqi işlərin dəyəri 1 437 552 manat olduğu müəyyən olunmuşdur. Cavabdeh1 tərəfindən təqdim olunmuş Forma 2 ilə real görülmüş işlərin arasında 883 783.21 manat fərq yaranmışdır. Bundan əlavə Cavabdeh1 132 980.24 məbləğində anbar qalığını təqdim etmişdir. Bu aktla bir daha təsdiq edirlər ki, Cavabdeh1 (250 000 azn nəzərə alınmamaqla) Sifarişçi "xxxx" MMC-i tərəfindən 2 060 000.00 pul ödənilmiş faktiki 1 437 552.00 iş yetirilmiş və 132980.24 azn anbar qalığı təqdim edilmişdir. Hal-hazırda akt tərtib edilən dövrə Cavabdeh1 490 020 manat borcu qalmışdır.
52. Cavabdeh tərəfindən görülmüş işlərin 2016-ci ildə təhvil verilməsi iş materiallarında olan sübutlarla, müstəqil tələb irəli sürməyən 3-cü şəxs tərəfindən təqdim edilmiş audit yoxlamalarının tarixi, şahid ifadələri və tərəflərin izahatları ilə öz təsdiqini tapmışdır. İddiaçı tərəfindən cavabdehə qarşı 490,020,00 (dörd yüz doxsan min iyirmi manat, sıfır qəpik) AZN pul tələbinə dair yeganə sübut cavabdehlə aralarında imzalanmış xx.xx.2019-cu üzləşmə aktı, həmçinin xx.xx.2024-cü il tarixli cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış müraciətdir (borcunun azaldılması barədə). Cavabdeh həmin aktın aldatma yolu ilə imzaladığını iddia etsə də bu halı təsdiq edəcək heç bir sübut məhkəməyə təqdim etməmişdir.
53. Göründüyü kimi tərəflər arasında bağlanmış şifahi müqavilə və xx.xx.2019-cu üzləşmə aktı üzrə ödənilməyən borca münasibətdə pulun tutulması barədə iddia əsaslı hesab edilə bilər.
54. Bununla yanaşı iş materiallarından görünür ki, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh tərəfindən mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir.
55. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış elektrik işlərinin görülməsinə dair şifahi formada müqavilə və xx.xx.2019-cu üzləşmə aktı üzrə ödənilməyən borca münasibətdə pul tutula bilməz.
56. Kollegiya qeyd edir ki, pul məbləğinin ödənilməsi öhdəliyi Mülki Məcəllənin 386.1-ci maddəsində göstərilən istənilən əsasdan (zərər vurulma, əsassız varlanma, müqavilə) irəli gələ bilər.
57. Hazırki işin mübahisəsiz halıdır ki, cavabdehlərin pul məbləğinin ödənilməsi öhdəliyi tərəflər arasında bağlanmış şifahi podrat müqaviləsindən yaranmışdır.
58. Bu baxımdan, kollegiya hesab edir ki, hazırki mübahisəyə Mülki Məcəllənin Mülki Məcəllənin 776.1-ci maddəsinə əsasən müəyyən olunan 1 illik iddia müddəti tətbiq edilməlidir.
59. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı 2015-2016-ci ildə yekunlaşmış auditin nəticəsinə istinad edərək cavabdehin şifahi podrat razılaşmasına əsasən görməli olduğu işləri tam görməməsini iddia etmişdir. Bununla da birinci instansiya məhkəməsi haqlı olaraq müəyyən etmişdir ki, 1 illik iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür.
60. Eyni zamanda kollegiya qeyd edir ki, xx.xx.2019-cu tarixli borcun etirafı barədə aktı mövcud borcun etirafı haqqında mücərrəd müqavilə kimi qəbul edilsə belə, həmin aktın bağlanmasından 6 ildən çox vaxt keçmişdir.
61. Həmçinin apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, hazırki iddianın hüquqi əsasını əsassız varlanma təşkil etsə belə, görülmüş işlərlə təqdim edilmiş Forma 2-lər arasında fərq olduğu 2015-2016-ci ildə iddiaçı tərəfindən müəyyən edildiyindən həmin tələblə məhkəməyə müraciət edərkən 2 illik iddia müddətini ötürmüşdür.
62. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, 2024-cü ildə cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ərizənin tarixi (xx.xx.2024) artıq iddia müddəti keçdikdən sonra edildiyindən, hər bir halda artıq bitmiş iddia müddətinin kəsilməsinə səbəb ola bilməzdi. Bu səbəbdən iddia müddəti ötürülmüş hesab edilməlidir.
63. İddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
64. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.
65. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
66. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2757/2025 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.