Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1219/2025 25.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Şirinovun sədrliyi və məruzəsi ilə, X6 və X2 ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 10 sentyabr 2025-ci il tarixli, e-2-2(113)- 2041/2025- nömrəli “İddiaçı MMC-nin Cavabdeh qarşı “sahənin boşaldılması, vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “ərizənin etibarsız sayılması və s.” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə “qarşılıqlı iddia üzrə icraat xitam verilməsinə dair” qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı MMC Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Məhəmədəli oğlundan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ******* saylı, 05 mart 2018-ci il tarixli Çıxarışına əsasən İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.10137 ha torpaq sahəsində olan ümumi sahəsi 871.7 kv.m qeyri-yaşayış sahəsinin boşaldılması, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 05 mart 2018-ci il tarixdən boşaldıldığı tarixədək hər ay üçün əldən çıxmış fayda olaraq 5000 manat məbləğində pul, maddi ziyana görə 10.000 manat pul, mənəvi ziyana görə 10.000 manat pul, dövlət rüsumunun əvəzi olaraq 500 manat məbləğində pul cavabdehdən alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Cavabdeh İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İlkin iddianın rədd edilməsinə, xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 9 saylı notariat ofisində rəsmiləşdirilən 9428 reyestr nömrəli ərizənin etibarsızlığına və qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin 10 sentyabr 2025-ci il tarixli, e-2-2(113)-2041/2025 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək, ünvan 1 ünvanında yerləşən 0.10137 ha torpaq sahəsində ümumi sahəsi 871.7 kv.m qeyri-yaşayış sahəsinin Cavabdeh tərəfindən boşaldılması, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi, ilkin iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin 10 sentyabr 2025-ci il tarixli, e-2-2(113)-2041/2025- 050 nömrəli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “sahənin boşaldılması, vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiasının “ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsi 05 mart 2018-ci il tarixdən boşaldıldığı tarixədək hər ay üçün əldən çıxmış fayda olaraq 5000 manat məbləğində pulun cavabdehdən alınaraq İddiaçınə ödənilməsi” hissəsində baxılmamış saxlanılması qərara alınmışdır.
5. Bakı Kommersiya Məhkəməsinin 10 sentyabr 2025-ci il tarixli, e-2-2(113)-2041/2025- 049 nömrəli qərardadı qərardadı ilə Cavabdeh İddiaçı MMCyə qarşı “ərizənin etibarsız sayılması” tələbinə dair qarşılıqlı iddiası üzrə icraata xitam verilməsi qərara alınmışdır.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
6. “Cavabdeh xx.xx.2025-ci il tarixdə “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinin 10 sentyabr 2025-ci il tarixli, e-2-2(113)-2041/2025-049 nömrəli qərardadından şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e2-2(113)-2041/2025 nömrəli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
7. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin mübahisələndirilən ərizənin heç bir hüquqi nəticə yaratmaması barədə qənaəti yanlış olmuşdur. Belə ki, ilkin iddiaçı da istər inzibati məhkəmədə tərəflər arasında gedən mübahisələrdə, istərsə də hazırki kommersiya işi üzrə həmin ərizəyə istinad edərək Cavabdeh 250.000 manatlıq kompensasiya aldığını və gələcəkdə heç bir tələb və şikayətinin olmayacağını öhdəsinə götürdüyünü bildirmişlər. Cavabdeh də həmin ərizənin verildiyi tarixdən etibarən hüquq-mühafizə orqanlarına şikayətlər ünvanlamaqla ona hədə-qorxu vasitəsilə həmin ərizənin yazdırıldığını bildirmişdir. Lakin hazırki tarixədək həmin müraciətlərin heç bir nəticəsi olmamışdır. Həmin ərizə də təktərəfli əqd olmaqla Cavabdeh qeyd edilən əraziyə heç bir tələbi olmayacağına dair hüquqi nəticəni yaratmışdır. Hazırki icraatda da Cavabdeh qarşı məhz həmin ərizəyə istinad olunmaqla ərazidən çıxarılma və pul tələbinə dair iddiaya baxılmışdır. Belə olduğu təqdirdə həmin ərizənin etibarlılığı yoxlanılmadan çıxarılan məhkəmə aktı qanuni hesab oluna bilməz. Çünki qeyd edilən tələblər bir-biri ilə sıx bağlıdır. Həmin ərizə birbaşa mülki hüquqi vəzifələr yaratmış və həmin nəticələrə əsaslanmaqla iddiaçı tərəf Cavabdeh icarə müqaviləsi əsasında ayrılmış olan torpaq sahəsinə dair Cavabdeh xəbəri və məlumatı olmadan çıxarış almasını gizlədə bilmişdir. İstər inzibati məhkəmədə Cavabdeh qeydiyyatdan çıxarılma məsələsində, istərsə də Cavabdeh inzibati qaydada qaldırmış olduğu çıxarışın ləğvinə dair tələblərdə məhz həmin ərizə sistemə yüklənməklə Cavabdeh heç bir tələbi olmayacağına dair öhdəlik götürdüyü vurğulanmışdır. Hazırki icraatda da məhz həmin ərizə yenə iddia ərizəsinə əlavə olunmaqla Cavabdeh həmin ərazidə qalmağa davam etməsi, öhdəliyini icra etməməsi göstərilmişdir. Belə olduğu təqdirdə həmin ərizənin etibarsız olmasına dair qaldırmış olduğu qarşılıqlı iddiaya məhkəmə qaydasında baxılmalı olmaması qənaətinə gəlmək yanlış olmuşdur. Həmin ərizənin etibarsız olması öz təsdiqini tapacağı halda bu etibarsızlığa əsaslanmaqla Cavabdeh həmin ərazidə inşa etdiyi tikililərin real dəyərini iddiaçıdan tələb edə, həmçinin tərəflər arasındaki real razılaşmanın həyata keçirilməsini tələb edə bilər.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2041/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
9. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
10. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
12. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.
13. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.
14. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Maddə 155.1. Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir.
17. Maddə 155.2. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir.
18. Maddə 155.3. Qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir.
AR Mülki Məcəlləsi
19. Maddə 324.1 Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və yaçoxtərəfliiradəifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfliəqd) zəruridir.
20. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
21. Maddə 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, məhkəmə həmin nəticəyə gələrkən maddi və prosessual normaların tələblərini pozmuşdur.
23. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli və birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
24. Birinci instansiya məhkəməsi icraata xitam verilməsi ilə bağlı qərardadında mövqeyini belə əsaslandırmışdır ki, hazırki işdə, İddiaçı MMC Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ******* saylı, 05 mart 2018-ci il tarixli çıxarışına əsasən iddiaçının xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən boşaldılmasını tələb edir. Cavabdeh isə çıxarış alındıqdan sonra işlərinə qanuni don geyindirmək üçün iddiaçını təhdid edərək, xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 9 saylı notariat ofisində rəsmiləşdirilən, iddiaçının İddiaçı MMC-yə məxsus qeyri-yaşayış sahəsindən çıxarılması üçün həmin şirkətin direktoru X4 tərəfindən 250000 manat kompensasiyanın ödənilməsi qarşılığında gələcəkdə bununla bağlı heç bir tələb irəli sürməyəcəyinə dair verdiyi ərizənin etibarsız sayılmasını təlb edir. Məhkəmə qeyd edir ki, Cavabdeh tərəfindən mübahisələndirilən ərizə öz-özlüyündə hər hansı bir hüquqi nəticə yaratmır, ona görə də, məhkəmə qaydasında mübahisələndirilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qeyd edilən hissəsi müstəqil iddia şəklində mübahisələndirilməsi mülki-prosessual qanunvericiliyin tələbləri baxımından yolverilməzdir.
25. İş materiallarına əlavə edilmiş “Elektron notariat” X1 çıxarışa əsasən Cavabdeh xüsus mülkiyyət hüququ əsasında İddiaçı MMC-yə məxsus olan qeyri-yaşayış sahəsindən çıxarılması üçün İddiaçı MMC-nin direktoru X5 tərəfindən ona 250.000 manat kompensasiyanın ödənildiyini, yuxarıda qeyd olunan qeyri-yaşayış sahəsinə dair heç bir iddiasının olmadığını və gələcəkdə də olmayacağını imzası ilə təsdiq edilmişdir.
26. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələrdə əqdə əsaslanan müxtəlif növ iddialara baxılır. Bu xarakterli mübahisələrin ortaq cəhəti irəli sürülən tələblərin və ya etirazların əsasını hər hansı əqdin təşkil etməsidir. Ərizə də birtərəfli əqd olmaqla Cavabdeh qeyd edilən əraziyə heç bir tələbi olmayacağına dair hüquqi nəticəni yaratmışdır.
27. Cavabdeh tələbi (qarşılıqlı tələbi) xx.xx.2018-ci il tarixdə verdiyi ərizədə ifadə olunan iradəsinin zədəli olması səbəbindən etibarsız hesab olunması ilə bağlıdır. İddianın faktiki əsasını isə həmin ərizənin hədə-qorxu altında yazılması təşkil edir.
28. Mülki Məcəllənin 324.2-ci maddəsinə görə, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.3-cü maddəsinə görə isə bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir.
29. Mübahisələndirilən əqdlər, onu bağlayan şəxsin iradəsinin zədələnməsi halında baş verir. Yəni, əqdi bağlayan şəxsin iradəsi zədələndikdə belə əqd mübahisə edilən əqd sayılır (MM 339.1-339.4-cü və 347 m.).
30. Tərəfin iradə ifadəsinin zədələnməsi hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində baş verir, belə hallarda əqd mübahisələndirilməklə etibarsız hala gəlir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarı).
31. «Əqdin mübahisələndirilməsi» dedikdə, bu barədə məhkəmədə iddia qaldırmaq yox, iradəsi zədələnməklə əqd bağlamış şəxsin həmin əqdlə bağlı olmadığına dair iradə ifadəsini 1 il müddətində məhkəmədənkənar qaydada müqavilənin qarşı tərəfinə istənilən formada (yazılı və ya şifahi) bildirmək hüququ başa düşülməlidir. Yəni, maddi hüquqi mənada bir əqdin mübahisə edilən (mübahisələndirilən) sayılması üçün meyar onun etibarsızlığına dair iddianın qaldırılması deyil, etibarsızlığın yuxarıda sadalanan iradə zədələnməsi hallarından irəli gəlib-gəlməməsidir.
32. Bununla belə, mübahisə edilən əqdlərdə iradənin zədələnməsinin qarşı tərəfə bildirilməsi təkçə məhkəmədənkənar qaydada həyata keçirilmir, bunu məhkəmədə iddia qaldırmaqla da etmək olar (məhkəmə bildirişi iddiaçının iradəsinin zədələnməsinin qarşı tərəfə bildirilməsi kimi qəbul olunur).
33. Beləliklə, hazırki işdə Cavabdeh qaldırdığı iddia birtərəfli əqdin etibarsız hesab olunması ilə bağlıdır və həmin iddiaya baxılaraq mahiyyəti üzrə qiymət verilməlidir (təmin və ya rədd olunmalıdır).
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin, iş bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla növbəti prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan şikayət verilə bilməz.