Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-123/2023 13.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X1 ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı MTK-nın nümayəndələri və vəkilləri Vəkil4 və Nümayəndə,nümayəndəsi X4, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2, qanuni təmsilçisi Zəhra Dəmirin iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-40/2021 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsindən İddiaçı MTK və Cavabdeh MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı MTK 2019-cu il 08 avqust tarixində Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə işlərin dəyəri ilə bağlı artıq ödənilmiş 185.131,42 manat, işlərin vaxtında görülməməsinə, tələb olunan sənədlərin vaxtında təqdim edilməməsinə, işçilərlə bağlı öhdəliklərə, sağlamlıq, əməyin təhlükəsizliyi və mühafizəsi ilə bağlı qanunvericiliklə və müqavilə ilə müəyyən edilmiş tələblərə, prosedur qayda və təlimatlara əməl olunmamasına görə hər gecikdirilmiş gün üçün cərimə kimi hesablanmış 31.200 manat, müqavilənin cavabdehin onu əhəmiyyətli dərəcədə pozması səbəbindən ləğvi nəticəsində dəyən real zərərin və əldən çıxmış faydanın əvəzi kimi 100.000 manat və ödənilmiş dövlət rüsümuna görə 30,40 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış podrat müqaviləsi ilə müəyyən olunan şərtlərə əsasən podratçı işləri sifarişçinin tələb etdiyi qaydada, onun təsdiq etdiyi və ya təqdim etdiyi layihəyə uyğun olaraq yerinə yetirməli və işi tam başa çatdıraraq, sifarişçiyə tam hazır vəziyyətdə, keyfiyyətli şəkildə, tikinti norma və qaydalarına ciddi riayət etməklə bu tələblərə cavab verəcək formada təhvil verməlidir. Lakin, müqavilədə işə başlama tarixi kimi nəzərdə tutulan 2019-cu il 5 mart tarixdən 2019cu il 1 iyul tarixədək ötən müddət ərzində podratçı tərəfindən müqavilə şərtlərinin bir sıra əhəmiyyətli dərəcədə pozulması hallarına yol verilmişdir. Belə ki: 1) Podratçı müqavilə ilə razılaşdırılmış iş qrafikinə əməl etməmiş, işləri iş proqramında göstərilən müddətlərdə başa çatdırmamış, tikinti işləri bilərəkdən və ya podratçının maliyyə çətinliyi səbəbindən gecikdirilmiş və vaxtında yerinə yetirilməmiş, iş proqramına əsasən F binasının zirzəmisinin (B1) döşəməsini və qeyri-yaşayış sahəsinin (C0) döşəməsini cari ilin iyun ayının 15-dək, G blokunun qarajının (B1) döşəməsini və qeyri-yaşayış sahəsinin (C0) döşəməsini isə iyun ayının 30-dək təhvil verməli olduğu halda, həmin işlər podratçı tərəfindən tamamlanmamış, 1 ay ərzində 2 blok üzrə (F və G) 2 mərtəbə təhvil verəcəyinə dair sənədə qol çəkilməsinə baxmayaraq, bir blokun 1 mərtəbəsini belə təhvil verə bilməmişdir. Gecikmə günləri 15 gündən artıq olmaqla, podratçının hazırkı vəziyyətdə işləri davam etdirə və vaxtında təhvil verə bilməyəcəyi aşkardır. Eyni zamanda podratçı tərəfindən işlərin aparılması üçün tələb olunan lazımi mal-materiallar (xüsusilə qəlib materialları və onun aksessuarları, armatur) vaxtında sahəyə gətirilməmiş, dəmir konstruksiyaların yığılmasına görə tələb olunan armaturun alınması üçün sifarişçi tərəfindən avans ödənilməsinə rəğmən, podratçı öz öhdəsinə düşən armaturu da sahəyə vaxtında gətirməmişdir ki, bu da bilavasitə işlərin ləngiməsinə və yubanmasına gətirib çıxarmış, işçilərin faktiki işləmədiyi aşkar edilmişdir. Eləcə də beton qəlibləri söküldükdən sonra ciddi seqreqasiya halları müşahidə edilmişdir. Nəticədə podratçı tərəfindən müqavilənin 6.3-cü bəndinin tələbləri pozulmuşdur. 2) Podratçı tərəfindən müqavilənin 5 saylı Əlavəsində nəzərdə tutulan və tələb edilən digər zəruri sənədlər (iş sahəsinə təhkim olunan işçilərin sayı, ixtisas səviyyələri, ştat cədvəli, əmək müqavilələrinin surəti, iş yerində istifadə edilən nəqliyyat vasitəsi, texnika və avadanlıqların siyahısı, onların sığortası, sahəyə gətirilən materiallar barədə məlumat və s.) sifarişçiyə ya ümumiyyətlə, ya da vaxtında təqdim edilməmişdir. Nəticədə podratçı tərəfindən müqavilənin 7.1, 11.3, 13.2, 13.3 və 13.4-cü bəndlərinin tələbləri pozulmuşdur. 3) Podratçı tərəfindən işə cəlb edilən yerli və əcnəbi işçi heyətinin sənədləşməsində, onların qeydiyyata alınmasında gecikmələr və uyğunsuzluqlar baş vermiş, qeydiyyatı (iş icazəsi) olmayan işçilərin tikinti ərazisinə buraxılması qadağan olduğu halda, dəfələrlə edilmiş xəbərdarlıqlara və yazılı göstərişlərə baxmayaraq, podratçı tərəfindən işçilərin müvafiq qeydiyyata alınmadan sahədə işə cəlb edildiyi müşahidə olunmuş, sifarişçinin məlumatı olmadan işçilər tikinti sahəsini özbaşına tərk etmiş, xarici vətəndaşlar iş icazəsi olmadan sahədə işə cəlb edilmişlər. Bundan başqa, sahədə aparılan işlərin həcmindən asılı olaraq işçi sayının artırılmasına ehtiyac yarandığı və işə əlavə işçilərin cəlb olunmasının tələb edildiyi hallarda podratçı iş həcminə uyğun şəkildə ixtisaslı işçilərin sahəyə təhkim edilməsini təmin etməmiş, həmçinin sahədə tikinti-quraşdırma işlərini həyata keçirən işçilərin qeyri-peşəkarlığı, bacarıqsızlığı və işi mükəmməl bilməməsi müşahidə edilmişdir ki, bu da öz növbəsində işlərin ləngiməsinə və tikinti tempinə öz mənfi təsirini göstərmişdir. Nəticədə podratçı tərəfindən Müqavilənin 13.4, 13.5, 13.7, 13.8 və 16.4-cü bəndlərinin tələbləri pozulmuşdur. 4) Podratçı sifarişçi tərəfindən verilmiş tapşırıqlara, yazılı və şifahi şəkildə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, sağlamlıq, əməyin təhlükəsizliyi və əməyin mühafizəsi (SƏTƏM) ilə bağlı tələblərə riayət etməmiş, işçilərinin sağlamlığı ilə bağlı tələb olunan arayışlar sifarişçiyə təqdim edilməmiş, işçilərin qidalanması və yuyunması üçün lazımi şərait yaratmalı olduğu halda, 3 ay müddət keçməsinə baxmayaraq, bu işləri təşkil etməmiş və ya yarımçıq təşkil etmiş, təhlükəsizlik tədbirləri lazımınca görülməmişdir. Nəticədə podratçı tərəfindən Müqavilənin 14.1, 14.3, 14.12, 14.13 və 16.3-cü bəndlərinin tələbləri pozulmuşdur. Layihənin icrasına başlanıldığı vaxtdan ötən müddət ərzində Sifarişçi tərəfindən podratçıya e-mail poçt vasitəsilə pozuntulara dair 2019-cu il 2 mart, 11 mart, 27 may, 3 iyun, 11 iyun, 12 iyun, 17 iyun, 19 iyun, 20 iyun tarixli xəbərdarlıqlar göndərilmişdir. Sifarişçi tərəfindən podratçıya müqavilənin 24.2-ci bəndinə əsasən 2019-cu il 3 iyul tarixdə müqaviləyə xitam verilməsi barədə Bildiriş göndərilərək, tərəflər arasında bağlanmış podrat müqaviləsinin 2019-cu il 18 iyul tarixdən ləğv edildiyi və tərəflərin müqavilə üzrə bütün öhdəliklərinə xitam verildiyi diqqətə çatdırılmaqla, bilidirişin qəbul edildiyi tarixdə Podratçının bütün işləri təxirəsalınmadan dayandırması, ona məxsus olan mal-materialların tikinti sahəsindən çıxarılması və 15 gün ərzində görülmüş işlərin tikinti norma və qaydalarına uyğun şəkildə sifarişçiyə təhvil verilməsi xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdarlıq olumuşdur. Sifarişçi tərəfindən Podratçıya 2019-cu il 3 iyul tarixdə müqaviləyə xitam verilməsi və təhvil-təslim edilməsi barədə bildiriş verilməsinə, 2019-cu il 12 iyul tarixdə isə sifarişçi ilə podratçı arasında işlərin yekunlaşması və son haqq-hesab edilməsi barədə təhvil-təslim aktı tərtib edilib göndərilməsinə baxmayaraq, podratçı tərəfindən tikinti sahəsi tərk edilməmiş və təhvil-təslim işləri Podratçının əsassız iddiaları və bəhanələri ucbatından baş tutmamışdır. Podratçının sifarişçiyə bildirişə cavab olaraq ünvanladığı 2019-cu il 8 iyul tarixli pretenziyada guya heç əsaslı səbəb olmadığına görə Müqavilənin ləğvini istəmədiyi, təhvil-təslim aktı ilə bağlı göndərdiyi 2019-cu il 13 iyul tarixli e-maildə 328.079 manat ödəniş olunmayacaqsa, sahənin təhvil-təslim edilməyəcəyi, heç bir akta qol çəkilməyəcəyi, bu müddət ərzində şirkətə dəyən ziyan və xərclərin sifarişçidən tələb olunacağı və 2019cu il 15 iyul tarixində sahədə işə başlanılacağı bildirilmişdir. Layihənin icrasına başlanılan 2019-cu il 5 mart tarixdən 2019-cu il 14 iyun tarixədək podratçı tərəfindən layihə üzrə təsdiq olunan Forma-2-lərə görə ƏDV daxil cəmi 323.030,2 manat (273.754,41 manat əsas məbləğ+49.275,79 manat ƏDV) məbləğində işlər görülmüş və bu müddətdə sifarişçi tərəfindən podratçıya görülən işlər üçün avans daxil cəmi 508.161,62 manat (430.645,44 manat əsas məbləğ+77.516,18 manat ƏDV) ödənilmişdir. Göründüyü kimi, görülmüş işlərin dəyəri ilə ödənilmiş məbləğ arasındakı fərq 185.131,42 manat (508.161,62-323.030,2) təşkil edir. Bununla əlaqədar, sifarişçi tərəfindən podratçıya 2019-cu il 15 iyul tarixdə pretenziya göndərilərək, bir daha bu pretenziyanın verdildiyi tarixdən 3 gün müddətində tərəflər arasında bağlanmış podrat müqaviləsinin 2019-cu il 18 iyul tarixdən ləğv edilməsi və tərəflərin müqavilə üzrə öhdəliklərinə xitam verilməsi ilə bağlı podratçı tərəfindən bütün işlərin dayandırılması, podratçıya məxsus olan mal-materialların, texnika və avadanlıqların tikinti sahəsindən öz hesabına çıxarılması və görülmüş işlərin tikinti norma və qaydalarına uyğun şəkildə sifarişçiyə təhvil verilməsi, həmçinin görülmüş işlərin dəyəri ilə ödənilmiş məbləğ arasındakı fərqi təşkil edən 185.131,42 manat pul vəsaitinin sifarişçiyə geri qaytarılması xahiş olunmuş, lakin podratçı tərəfindən həmin pretenziyada göstərilən tələblərin yerinə yetirilməsi təmin edilməmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.1, 385.1, 421.1, 421.3, 424.2, 424.5, 425.1, 425.2, 442, 443.1, 445.1, 448.1, 752.1, 759.1-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – "xxxx") 4.1-ci maddəsinə istinad edilmişdir. MTK-nın nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə “iddia tələbinin həcminin artırılmasına dair” ərizə verərək, podrat müqaviləsi və həmin müqaviləyə əlavələrə əsasən görülmüş işlərin dəyəri ilə bağlı artıq ödənilmiş 232.643 manat, işlərin vaxtında görülməməsinə, tələb olunan sənədlərin vaxtında təqdim edilməməsinə, işçilərlə bağlı öhdəliklərə, sağlamlıq, əməyin təhlükəsizliyi və mühafizəsi ilə bağlı qanunvericiliklə və müqavilə ilə müəyyən edilmiş tələblərə, prosedur qayda və təlimatlara əməl olunmamasına görə hər gecikdirilmiş gün üçün cərimə kimi hesablanmış 31.200 manat, müqavilənin əhəmiyyətli dərəcədə pozulması səbəbindən ləğvi nəticəsində dəyən real zərərin və əldən çıxmış faydanın əvəzi kimi 100.000 manat və ödənilmiş dövlət rüsümuna görə 30,40 manat məbləğində pul vəsaitlərinin MMC-dən tutularaq MTK-ya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. MMC 2019-cu il 6 dekabr tarixində MTK-ya qarşı ilk iddia tələbinə etiraz və qarşılıqlı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ilk iddia tələbinin tamamilə rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi, MTK-dan 1.441.253,01 manat məbləğində pulun tutularaq MMC-yə ödənilməsi və qarşılıqlı iddiada adları, miqdarı, vəziyyəti və qiyməti qeyd olunan 169 adda avadanlıq, qurğu və inşaat materiallarının MTK-nın qanunsuz sahibliyindən alınaraq MMC-yə qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Etiraz ərizəsində ilk iddia tələbinin tamamilə əsassız olması qeyd edilmişdir. Belə ki, tərəflər arasında bağlanmış podrat müqaviləsinə əsasən podratçı MMC sifarişçi MTK-ya məxsus "xxxx" BW57 layihəsi üzrə binanın tikintisini həyata keçirməyi öhdəsinə götürmüşdür. Müqavilə bağlandıqdan sonra qazma və tikinti işləri MMC tərəfindən həyata keçirilməyə başlanmışdır. Tikinti işlərinin aparıldığı dövr ərzində MMC tərəfindən tikinti norma və qaydalarına ciddi əməl olunmuşdur. Həmçinin MTK-nın tələb etdiyi sənədlər vaxtlı-vaxtında gecikdirilmədən MMC tərəfindən təqdim olunmuşdur. İlk iddia ərizəsində göstərilənlərin əksinə sahəyə təhkim olunmuş işçilər işə giriş təlimatı ilə tanış edilmiş, hər bir işçinin sənədləşməsi qanuna uyğun şəkildə aparılmışdır. Əmək müqaviləsi olmayan və müvafiq təlimatlarla təlimatlandırılmayan heç bir işçi işə cəlb edilməmişdir. Təhlükəsizlik qaydalarına əməl olunmaması barədə iddialar da əsassız olmuş, bununla bağlı nə "xxxx" İdarəsi SƏTƏM qrupu, nə də MTK tərəfindən yazılı xəbərdarlıqlar olmamışdır. Hətta 2019cu il 28 iyun tarixdə sahəyə gəlmiş SƏTƏM işçiləri hər hansı bir qüsur tapa bilməmişdilər. İlk iddia ərizəsində MTK işin gecikdirilməsini qeyd etsə də, bunun əslində hansı səbəblərdən baş verdiyi göstərilməmiş, yalnız MMC tərəfindən mal-materialın gecikdirilməsi ilə əlaqələndirilmişdir. Tikinti sahəsində baş verən gecikmələr əslində MTKnın öz işini düzgün qurmaması və sənədləşmələrdə yol verdiyi qanunsuzluqlar üzündən baş vermişdir. Belə ki, layihəyə ekspertiza rəyi almaq MTK-nın öhdəliyinə aid olmuş, lakin MTK tərəfindən "xxxx" BW-057 layihəsinə ekspertiza rəyi alınmamışdır. Bu səbəbdən, apardıqları tikinti işləri Fövqəladə Hallar Nazirliyi tərəfindən dəfələrlə dayandırılmış, bu da öz növbəsində işlərin gecikməsinə səbəb olmuşdur. Eyni zamanda, qeyd olunanın əksinə MMC tərəfindən işlər geçikdirilməyib, hətta nəzərdə tutulan proqramdan artıq işlər görülmüşdür. Podrat müqaviləsi ilə bağlı MMC tərəfindən hər hansı əhəmiyyətli bir pozuntuya yol verilməmiş, işlər vaxtlı-vaxtında görülmüşdür. MMC tərəfindən podrat müqaviləsi üzrə öhdəliklər vaxtında icra edildiyindən iddiaçının 35.000 manat cərimə və 100.000 manat məbləğində real zərər və əldən çıxmış fayda kimi tələbləri də əsassızdır. Əksinə, podrat müqaviləsinə vaxtından əvvəl xitam verilməsi nəticəsində MMC-yə külli miqdarda maddi ziyan dəymişdir. İlk iddia ərizəsində qeyd edilir ki, 2019-cu il 5 mart tarixdən 2019-cu il 14 iyun tarixədək lahiyə üzrə təsdiq edilən Forma-2-lərə görə ƏDV daxil 323.030,2 (273.754,41 manat əsas məbləğ+49.275,79 manat ƏDV) manat məbləğində işlər görülmüş, bu müddətdə sifarişçi tərəfindən podratçıya avans daxil cəmi 508.161,62 (430.645,44 manat əsas məbləğ+77.516,18 manat ƏDV) manat pul ödənilmişdir. Lakin, MTK 2019-cu il 14 iyun tarixdən 2019-cu il 1 iyul tarixədək yerinə yetirilmiş işlər haqqında hər iki tərəfin imzalayıb təsdiqlədiyi Forma-2 arayışını iddia ərizəsinə əlavə etməmiş və həmin Forma-2 üzrə ödəməli olduğu məbləği ümumi görülən işlərə münasibətdə nəzərə almamışdır. MMC 2019-cu il 14 iyun tarixdən 2019-cu il 1 iyul tarixədək mübahisəli tikinti sahəsində 142.831,40 manat dəyərində işlər yerinə yetirmişdir. Həmin işlərin görülməsinə dair Forma-2 arayışı hər iki tərəfin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış və təsdiq edilmişdir. Qeyd edilən Forma-2 arayışı üzrə görülmüş işlərə ƏDV daxil deyildir. Həmin məbləğin üzərinə 18% ƏDV hesablandıqda görülmüş işlərin dəyəri ƏDV daxil (142.831,40+25.709,65=168.540,58) 168.540,58 manat təşkil edir. Belə olan halda, ilk iddia ərizəsində qeyd olunanın əksinə Forma-2-lərə görə ƏDV daxil ödənilməli olan məbləğ 491.570,78 (323.030,20+168.540,58=491.570,78) manat təşkil etmişdir. Nəticə etibarilə tərəflər arasında təsdiq olunmuş Forma-2-lərin ümumi məbləği ilə sifarişçi tərəfindən ödənilmiş məbləğ arasındakı fərq 16.590,84 (508.161,62- 491.570,78=16.590,84) manat təşkil etmişdir. Belə olan halda ilk iddia üzrə 185.131,32 manat artıq ödənilmiş pul tələbi də tamamilə əsassız olmuşdur. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, MMC tərəfindən müqavilə üzrə tikinti sahəsində görülən işlərin həcmi sifarişçinin ödədiyi məbləğdən bir neçə dəfə çoxdur. Belə ki, MMC tərəfindən "xxxx" BW57 layihəsində yalnız qazma işlərinin aparılması üçün 381.232,80 manat pul xərclənmişdir. Həmçinin MMC ilə "xxxx" MMC arasında bağlanmış beton alqı-satqı müqaviləsinə əsasən "xxxx" BW57 layihəsi üçün 2449,5 m3 həcmdə beton almış və həmin beton üçün ƏDV daxil ümumilikdə 255.531,95 manat pul ödənilmişdir. Qeyd olunan həcmdə beton tikinti sahəsində təhvil verilmiş və təyinatı üzrə istifadə olunmuşdur. Eyni zamanda MMC tərəfindən tikinti sahəsinə təxminən 500 ton armatur gətirilmiş, həmin armaturun 430 tonu tikinti işləri zamanı istifadə olunmuş, MMC tikinti sahəsindən məcburi çıxarıldığı zaman 66 ton istifadə olunmamış armatur tikinti sahəsində qalmışdır. 430 ton armatur hər tonu orta hesabla 1.050 manatdan hesablandıqda istifadə olunmuş armaturun təxmini dəyəri 451.500 manat təşkil edir. Digər xərclər nəzərə alınmadan sadəcə qeyd olunan 3 hal üzərindən hesablama aparsaq, MMC tərəfindən həmin tikinti sahəsində bir milyon manatdan çox iş görüldüyü aydın olur. Lakin, MMC tərəfindən həmin tikinti sahəsində görülən işlərin ümumi həcmi göstərilən məbləğdən 2 dəfə çoxdur. Belə ki, "xxxx" MMC tərəfindən MMC-nin sifarişi əsasında Bakı Ağ şəhər BW 57 ünvanında yerləşən tikinti sahəsində MMC tərəfindən görülən işlərin həcmi və dəyəri barədə 2019-cu il 8 avqust tarixdə aparılmış hesablamalara əsasən MMC tərəfindən həmin tikinti sahəsində görülən işlərin həcmi və dəyəri 1.949.414.63 manat, belə olan halda isə, MMC tərəfindən görülmüş işlərin ümumi dəyəri ilə sifarişçi tərəfindən ödənilmiş məbləğ arasındakı fərqi 1.441.253,01 (1.949.414,63-508.161,62) manat təşkil edir. Nəticə etibarilə hazırkı vəziyyətdə MTK tərəfindən görülən işlərə görə MMC-yə ödənilməli olan məbləğ 1.441.253,01 manatdır. MTK-nın iddiasının əksinə hər hansı bir geçikmədən, müqavilə şərtlərinin əhəmiyyətli dərəcədə pozulmasından və s. kimi hallardan söhbət belə gedə bilməz. MMC tikinti işlərinin başlandığı gündən öz üzərinə düşən öhdəlikləri vicdanla yerinə yetirmiş, hətta bəzi tikinti işlərini nəzərdə tutulan proqramdan daha öncə tamamlamışdır. MMC həmin tikinti sahəsindən çıxarıldıqdan sonra bütün avadanlıq, qurğu və inşaat materialları həmin tikinti sahəsində qalmışdır. MMC dəfələrlə avadanlıq, qurğu və inşaat materiallarının tikinti sahəsindən çıxarılması ilə bağlı MTK-ya müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Daha sonra iddianın təmin tədbiri barədə qərardadla tikinti sahəsində olan, MMC-yə məxsus avadanlıq, qurğu və inşaat materiallarının bir hissəsinin üzərinə həbs qoyulmuşdur. Həmin qərardad apellyasiya qaydasında qismən ləğv edilərək, icarədə olan qüllə kranı, isgələ (800 ədəd) və alt-üst ayar millərinin (650+530 ədəd) üzərindən həbs götürülmüşdür. Hətta qeyd olunan avadanlıqların üzərindən həbs götürüldükdən sonra da MMC tərəfindən həmin avadanlıqların tikinti sahəsindən çıxarılmasına icazə verilməmişdir. Qeyd etmək lazımdır ki, həmin avadanlıqlar icarə müqaviləsi əsasında icarəyə götürülərək tikinti sahəsinə gətirildiyindən, MMC həmin əmlaklardan istifadə etmədiyi halda belə, hələ də onlara görə icarə haqqı ödəyir. Bu da öz növbəsində MMC-yə əlavə maddi ziyanın dəyməsinə səbəb olur. "xxxx" MMC tərəfindən mübahisəli tikinti sahəsində MMC-yə məxsus olan avadanlıq, qurğu və inşaat materiallarının mövcüd vəziyyətinə uyğun bazar dəyəri və siyahısı müəyyən edilmişdir. Həmin rəyə əsasən MMC tərəfindən tikinti sahəsində istifadə üçün gətirilən (faktiki orda olan) 169 adda avadanlıq, qurğu və inşaat materiallarının ümumi bazar dəyəri 1.014.148,22 manat təşkil edir. Həmin avadanlıq, qurğu və inşaat materiallarının bir çoxunun üzərinə həbs qoyulduğu halda, MTK tərəfindən binanın tikintisində istifadə olunur. İstifadə olunmayan avadanlıqlar açıq havada qalaraq yararsız vəziyyətə düşür. MMC tərəfindən dəfələrlə üzərində həbs olmayan avadanlıqların götürülməsi ilə bağlı müraciət edilsə də, MTK tərəfindən buna icazə verilməmişdir. Qarşılıqlı iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60-cı; MM-in 21, 152.1, 157.2, 157.4, 385.1, 442, 448, 752.1, 759.1-ci; MPM-in 4.1, 35.3, 155, 156.1.30-cu maddələrinə istinad edilmişdir. MMC-nin vəkili Vəkil2 məhkəməyə qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi və həcminin artırılması barədə ərizə ilə müraciət edərək, MTK-nın MMC-yə qarşı iddia tələbinin rədd edilməsi, görülmüş işlərə görə 729.657,2 manat, əlavə dəyər vergisinə görə 212.707,57 manat, dəymiş zərərə görə 276.365 manat, çatışmayan əmlakların dəyəri olaraq 95.167 manat, əldən çıxmış fayda 1.662.647 manat, iki illik faiz borcuna görə 72.965,7 manat, cəmi 3.049.509,47 manat məbləğində pulun MTK-dan alınıb MMC-yə ödənilməsi, adları, miqdarı və vəziyyəti qeyd olunan 169 adda avadanlıq, qurğu, inşaat materiallarının MTK-nın qanunsuz sahibliyindən alınıb MMC-yə verilməsi, qeyd edilən siyahıda göstərilən mal-materialların və avadanlıqlar verilmədiyi və ya mövcud olmadığı təqdirdə, onların dəyərinin alınıb MMC-yə verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. "xxxx" MMC-nin 2019-cu il 8 avqust tarixli AEM/A 17-776/19 saylı MMC-nin BW057 tikinti ərazisindəki inşaat işlərinin, mal-materialların həcminin və dəyərinin müəyyən edilməsi barədə hesabatda (MMC-nin müraciəti əsasında) qeyd olunur ki, qoyulan suallar üzrə aparılan hesablamalar və təhlillərə əsasən Bakı Ağ şəhəri ərazisindəki BW 57 ünvanında yerləşən "xxxx" MTK-ya məxsus 11 blokdan ibarət yaşayış binasının tikinti sahəsində rəsmi podratçı kimi iş görən MMC tikinti şirkəti tərəfindən istifadə üçün sahəyə gətirilən, onlara məxsus avadanlıq, qurğu və inşaat materiallarının mövcud vəziyyətinə uyğun olaraq bazar dəyəri 2019-cu il 8 avqust tarixinə 1.014.148,22 manat təşkil edir. Bundan başqa, aparılmış ölçmə işləri, hesablamalar və təhlillərə əsasən Bakı Ağ şəhər ərazisindəki BW 057 ünvanında yerləşən "xxxx" MTK-ya məxsus 11 blokdan ibarət yaşayış binasının tikinti sahəsində rəsmi podratçı kimi iş görən MMC tikinti şirkəti tərəfindən görülən işlərin həcmi və dəyəri 2019-cu il 8 avqust tarixə ƏDV daxil 1.949.414,63 manat təşkil edir. Qiymətləndirmə Xidməti Mərkəzi” MMC-nin (MTK-nın müraciəti əsasında) 2019-cu il 20 avqust tarixli 92-E saylı MMC-nin BW057 tikinti ərazisindəki mal-materialların siyahısının ümumi bazar dəyərinin müəyyən edilməsi barədə ekspert rəyində qeyd olunur ki, aparılan araşdırmalar, təhlillər və hesablamalar nəticəsində, MMC-nin BW-057 tikinti ərazisindəki mal-materialların siyahısının 2019-cu il 20 avqust tarixə olan ümumi bazar dəyəri 122.854 manat müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 14 avqust tarixli 5/369 saylı ekspert rəyində qeyd olunur ki, 1) tədqiqata təqdim edilmiş işin ikinci cildinin 21-ci vərəqindəki “xx/xx/2019-xx/xx/2019-cu il tarixə yerinə yetirilən işlər haqqında 6 nömrəli Arayış”ın aşağı sol küncündə olan “Azərbaycan Respublikası Mənzil-Tikinti Kooperativi Park Çinar” məzmunlu möhür əksi relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur. 2) tədiqaqata təqdim edilmiş işin ikinci cildinin 21-ci vərəqindəki “xx/xx/2019-xx/xx/2019-cu il tarixə yerinə yetirilən işlər haqqında 6 nömrəli Arayış”ın aşağı sol küncündə olan “Azərbaycan Respublikası Mənzil-Tikinti Kooperativi Park Çinar” məzmunlu möhür əksi ekspertizaya təqdim edilmiş "xxxx" Mənzil-Tikinti Kooperativinin möhürünün eksperimental əks nümunələri ilə eynilik təşkil etmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 29 yanvar tarixli 10/3742 saylı ekspert rəyində qeyd olunur ki, 1-ci variant üzrə sifarişçi və podratçının imzası və möhürü ilə təsdiq edilmiş 2 saylı formalarda qeyd olunan iş həcmləri və iş həcmləri vahidinin qiymətləri nəzərə alınmaqla, aparılmış hesablamalara əsasən tədqiq olunan obyekt üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin dəyəri 273.754 manat məbləğində müəyyən edilmişdir. 2-ci variant üzrə sifarişçi və podratçının imzası və möhürü ilə təsdiq edilmiş 2 saylı formalarda qeyd olunan iş həcmləri və iş həcmləri vahidinin qiymətləri nəzərə alınmaqla aparılmış hesablamalara əsasən, tədqiq olunan obyekt üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin dəyəri 1.338.739,05 manat məbləğində müəyyən edilmişdir. 3-cü variant üzrə podrat müqaviləsinə əlavə edilmiş hər iki 1 saylı əlavələrdə qeyd olunan iş həcmləri vahidinin qiymətlərinin cəmi nəzərə alınmaqla aparılmış hesablamalara əsasən, tədqiq olunan obyekt üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin dəyəri 1.617.814 manat məbləğində müəyyən edilmişdir. “X5” MMC-nin (MMC-nin müraciəti əsasında) 2021-ci il 1 mart tarixli mütəxəssis rəyində qeyd olunur ki, aparılmış araşdırmalar və təhlillərə əsasən MTK tərəfindən təsdiq edilmiş Forma 2-lərdə əks edilmiş həcmlərə istinadən istifadə edilmiş mal material (armatur, beton, qəlib, və sərfiyyat) və işçiliyin bazar dəyəri 1.458.044,6 manat təşkil edir.
63. Azərbaycan Respublikası Müstəqil Ekspertiza Mərkəzinin (MTK-nın müraciəti əsasında) 2021-ci il 4 mart tarixli 131 saylı ekspert rəyində qeyd olunur ki, tikinti norma və qaydalarının tələblərinə, respublika daxili real bazar qiymətlərinə uyğun olaraq tərəflər arasında bağlanmış podrat müqaviləsi və həmin müqaviləyə əlavələrə əsasən 2019-cu il 3 mart tarixdən 2019-cu il 18 iyul tarixədək olan müddət ərzində MMC tərəfindən Ağ şəhər Tikinti sahəsi BW-057 layihəsi üzrə tikinti sahəsində layihəyə uyğun görülən işlərin dəyəri iş materiallarına (təhvil-təslim aktları konkret yerinə yetirilən işlərə dair 2 sənədləri və s.) əsasən 979.429 manat müəyyən edilir. 64. Azərbaycan Respublikası Müstəqil X2 (MMCnin müraciəti əsasında) 2021-ci il 8 aprel tarixli ekspert rəyində qeyd olunur ki, ilkin ekspertiza tədqiqatı zamanı tərəflər arasında bağlanmış podrat müqaviləsi və həmin müqaviləyə edilən əlavələrə əsasən 2019-cu il 3 mart tarixdən 2019-cu il 18 iyul tarixədək olan müddət ərzində MMC tərəfindən Ağ şəhər Tikinti sahəsi BW 57 layihəsi üzrə tikinti sahəsində layihəyə uyğun görülən işlərin dəyəri iş materiallarına (təhvil-təslim aktları konkret yerinə yetirilən işlərə dair 2 sənədləri və.s) əsasən 979.429 manat müəyyən edilir. Əlavə ekspertiza tədqiqatı zamanı MTK tərəfindən məhkəməyə təqdim olunan 6 ədəd, MMC tərəfindən imzalı və möhürlü olan, MTK tərəfindən imzalanmış, lakin möhürlənməmiş, MMC tərəfindən məhkəməyə təqdim olunan 6 ədəd forma 2 sənədlərində əlavə qeyd olunan işlərin dəyəri bazar qiymətlərinə və forma 2 sənədlərində göstərilən iş həcmlərinə uyğun olaraq 270.017 manat təşkil edir. Ümumilikdə görülən işlərin dəyəri 1.249.446 manat təşkil edir. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 29 iyun tarixli e-2-2(113)-40/2021 saylı qətnaməsi ilə ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, MTKdan görülmüş işlərə görə 37.374,38 manat, illik 5 %-lə hesablanmaqla 1.868,70 manat olmaqla, cəmi 39.243,08 manat məbləğində pulun MMC-nin xeyrinə tutulması, BW57 tikinti ərazisində olmuş aşağıdakı alət və avadanlıqlar: 1. EYME BUKME MAKİNA 2 ədəd;
2. KESME MAKİNA 2 ədəd; 3. SU DİSPENSERİ 1 ədəd; 4. ETREQOL EYME UCUN 1 ədəd; 5. SLANQBAUN 1 ədəd; 6. QELİB 40 -2M 9 ədəd; 7. QELİB35 -2 M 5 ədəd; 8. QELİB 40 – İM 17 ədəd; 9. QELİB 35-1M 5 ədəd; 10. QELİB KUNC 3M - 20SM 5 ədəd;
11. LESA1.20 -1.45 (çalışma iskələsi dəst) 30 ədəd; 12. DORD YOL BAŞLİQLİ REZBA (başlıq nipel) 88 ədəd; 13. ALT AYAR MİLİ 260 ədəd; 14. QELİB 50 –İM 187 ədəd; 15. QELİB 50-2 M 75 ədəd; 16. SALYANQOZ 1500 ədəd; 17. PAYANDA ALTLİQİ 40 ədəd; 18. QURSAQ UCUN PAYANDA BAQLAYİCİ 41 ədəd; 19. SANCAQ PİM 25 ədəd; 20. PAYANDA 17 ədəd; 21. QELİB UCUN KORKULUQ 15 ədəd; 22. BADYA 1 ədəd; 23. DEMİR QELİB 50 1 M 105 ədəd; 24. DEMİR QELİB 50 1 M 75 ədəd; 25. UQOLNİK 3 M 30 ədəd; 26. UST AYAR MİLİ 280 ədəd: 27. ALT AYAR MİLİ 700 ədəd; 28. İSKELE DEST 150180 446 ədəd; 29. ELEKTRİK PANOSU BOYUK 1 ədəd; 30. AYAQ ALTİQİ İSKELE UCUN 76 ədəd; 31. İSKELE 1.10 -150 124 ədəd; 32. İSKELE 120-150 140 ədəd; 33. İSKELE 150180 159 ədəd; 34. CARPASLAR İSKELE UCUN 150 ədəd; 35. İSKELE 150- 180 33 ədəd; 36. FLYANSL1 DİREK 3M 72 ədəd; 37. DİREK QOLU 3M (flyanslı iskələ qolu 3 m) 133 ədəd; 38. ALT MİL48 45 ədəd; 39. BAŞLİQ NİPEL 200 ədəd; 40. AYAQ ALTİ DEMİR 32 ədəd; 41. İSKELE 150-180 dest 462 ədəd; 42. DOKA 4 M 160 ədəd; 43. Ust ayar mili 250 ədəd; 44. Teleskopikdirek 40 ədəd; 45. taxta 5*10 5 m3; 46. dikt 18 mm 100 ədəd; 47. Taxta Azman (5x20) 1000 metr; 48. Plywood 550 ədəd MTKdan alınaraq MMC-yə qaytarılması, qarşılıqlı iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim – Z.Axundova). MTK 2021-ci il 20 avqust tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək onun qismən – ilkin iddianın rədd, qarşılıqlı iddianın qismən təmin olunduğu hissəsində ləğv, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. MMC 2021-ci il 20 avqust tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin – qarşılıqlı iddianın qismən təmin olunduğu hissədə dəyişdirilməsi, qarşılıqlı iddianın tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
Apellyasiya və kassasiya instansiya məhkəmələrində aparılan icraat:
Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 mart tarixli 2-2(103)-58/2022 saylı qətnaməsi ilə MTK-nın apellyasiya şikayəti qismən təmin edilmiş, MMC-nin apellyasiya şikayəti təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi qismən – ilk iddiada irəli sürülmüş artıq ödənilmiş məbləğin geri qaytarılması barədə tələblərin rədd və qarşılıqlı iddiada irəli sürülmüş görülmüş işlərə görə pulun tutulması barədə tələblərin qismən təmin olunduğu hissədə ləğv edilmiş, həmin hissədə qarşılıqlı iddia rədd edilmişdir. İlk iddia isə qismən təmin olunaraq, MMC-dən MTK-nın xeyrinə 65.776,72 manat məbləğində pul vəsaitinin tutulması, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Məmmədov və V.Baxışova). MMC 2022-ci il 19 may tarixində həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv, MTK-nın iddiasının rədd, MMC-nin qarşılıqlı iddiasının isə tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-2(102)-622/2022 nömrəli qərarı ilə İlk iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 mart tarixli, 2-2(103)-58/2021 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Əlavə D-də göstərilən “Ümumi iş Jurnalı” adlanan sənəddə tikinti obyektinin adının, ünvanının, sifarişçi və podratçının adlarının, habelə tikinti işlərinin həm müqavilə üzrə həm də faktiki olaraq başlama və bitmə tarixinin öz əksini tapması və bu Jurnalın podratçı tərəfindən aparılması nəzərdə tutulmuşdur. Belə olduqda, ilk iddia tələbi üzrə iddiaçının qeyd etdiyi kimi əgər mübahisəli binanın tikintisi sonradan başqa şirkət tərəfindən aparılmışdırsa bu zaman həmin podratçı şirkət tərəfindən istinad olunan Normalarda nəzərdə tutulmuş müvafiq Jurnal tərtib olunmalı idi. Belə Jurnalın mövcudluğu binanın həmin şirkət tərəfindən tikintisinin faktiki olaraq hansı tarixdən davam etdirilməsinin və həmin tarixədək ilk iddia tələbi üzrə cavabdeh tərəfindən hansı işlərin görülməsinin müəyyən olunması üçün əhəmiyyətli ola bilərdi. . Bu baxımdan, işlərin MMC-dən sonra hansı şirkət tərəfindən və hansı tarixdən etibarən görülməsi və tikinti işlərinin hansı mərhələdən sonra digər şirkət tərəfindən davam etdirilməsi müəyyən olunmaqla faktiki olaraq hazırkı iş üzrə MMC tərəfindən tikinti işinin hansı mərhələyədək aparılması və MMC tərəfindən tikinti sahəsində görülmüş qazma və tikinti işlərinin ümumi həcminin və dəyərinin müəyyən edilməsi ilə bağlı yuxarıda qeyd olunan jurnallarda öz əksini tapmış məlumatlar əsas götürülməklə (nəzərə alınmaqla) tərəflərin iştirakı ilə və Tikintidə X3 Agentliyinin mütəxəssisləri cəlb olunamaqla yerində məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi zərurəti yaranmışdır. Yalnız belə ekspertiza keçirilməklə əldə olunmuş nəticələr əsasında gəlinmiş nəticə mübahisə üzrə tam, hərtərəfli və obyektivliyə cavab verə bilər . Kassasiya şikayətinin digər, avadanlıqların tikinti obyektində saxlanılaraq qarşılıqlı iddiaçı MMC-yə qaytarılmamaqla ona zərər vurulması və həmin avadanlıqların yararlı olduğu halda qaytarılması, yararlı olmadığı halda isə dəyərinin ödənilməsi ilə bağlı dəlillərinə gəldikdə isə qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi 48 adda avadanlığın MMC-yə qaytarılmalı olması, tələb olunan digər avadanlıqların isə ilk iddia tələbi üzrə iddiaçının tikinti sahəsində qalmasına dair sübutların mövcud olmaması qənaətinə gəlmişdir. Halbuki, mülki prosessual qanunvericilik məhkəmələrə təqdim olunmuş sübutlar kifayət etmədikdə tərəflərə zəruri əlavə sübutlar təqdim olunmasının təklif edilməsi səlahiyyəti verilmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddiaçı MMC kassasiya şikayətində də digər avadanlıqların ilk iddiaçının tikinti sahəsində qalması ilə bağlı israr etdiyindən göstərilən halların aydınlaşdırılması məqsədi ilə zəruri əlavə sübutların təqdim olunması təklif edilə bilər. Təkrar apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin və İddiaçı MTK-nın nümayəndə və vəkilləri təmsil etdikləri şəxslərin apellyasiya şikayətini müdafiə etdilər və əks tərəfin apellyasiya şikayətinə etiraz etdilər. ” apelyasiya şikayətini əsassız edərək, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq və kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası ilk növbədə kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq kassasiya instansiya məhkəməsinin qərarənda qeyd etdiyi iş jurnalları tələb etmiş bundan sonra Kollegiyanın 2-2(103)-1179/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə kompleks məhkəmə ekspertizası (məhkəmə tikinti-texniki və məhkəmə mühasibatlıq) təyin edərək, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: İddiaçı MTK tərəfindən təqdim ediləcək ümumi iş jurnalları (eyni zamanda, iş materiallarında olan forma 2-lər, təhvil-təslim aktları, sınaq və qəbul aktları, materialların alınmasına dair qaimələr və sair sənədlər) nəzərə alınmaqla, İddiaçı MTK və Cavabdeh MMC arasında bağlanmış 04 mart 2019-cu il tarixli, PKCHR-CA-001/2019 saylı podrat müqaviləsinə əsasən Cavabdeh MMC tərəfindən “Ağşəhər” Tikinti sahəsi BW57 layihəsi üzrə tikinti sahəsində görülmüş qazma və tikinti işlərinin ümumi həcmi nə qədər olmuşdur?
2. İddiaçı MTK tərəfindən təqdim ediləcək ümumi iş jurnalları nəzərə alınmaqla, İddiaçı MTK və Cavabdeh MMC arasında bağlanmış 04 mart 2019-cu il tarixli, PKCHR- CA-001/2019 saylı podrat müqaviləsi və həmin müqaviləyə edilən əlavələrə əsasən Cavabdeh MMC tərəfindən “Ağşəhər” Tikinti sahəsi BW57 layihəsi üzrə tikinti sahəsində görülmüş qazma və tikinti işlərinin müəyyən edilmiş ümumi həcminə uyğun olaraq, dəyəri nə qədər təşkil edir?
3. Həmin işlərin dəyəri yerinə yetirilən dövrdə olan orta bazar qiymətlərə əsasən nə qədər təşkil edir? Məhkəmə ekspertiza Mərkəzindən daxil olmuş ekspert rəyində aşağıdakılar qeyd edilmişdir: Göstərilən obyektdə aparılan qazma və tikinti-quraşdırma işləri rəsmi olaraq sifarişçi təşkilat: İddiaçı. Podratçı təşkilat: “Bingroup MMC” arasında xx.xx.2019-cu ildə bağlanmış müqavilə əsasında aparılmış və 4 (dörd) ay davam etmişdir. xx.xx.2019-cu il tarixdə sifarişçi rəsmi məktubla işi dayandırmışdır. Təsdiq olunmuş “Forma 2” və “Forma- 3” iş həcmləri cədvəlləri tam və düzgün tərtib olunmamış və qarşılıqlı təsdiqlənməmişdir. İş rəsmi dayandırıldıqdan sonra görülmüş və yarımçıq qalmış işlər qarşılıqlı razılaşma ilə həmin dövr üçün mövcud fakt kimi təsdiq edilməmiş və protokollaşdırılmamışdır. İlkin nəzərdə qarşılıqlı iddialar həqiqətə oxşar olsa da, hər iki tərəfdən (qarşılıqlı) təsdiqini rəsmi olaraq tapmadığından nə faktki iş həcmlərini, nə də işlənmiş mal-material, tikinti ləvazimatı, avadanlıq, maşın-mexanizim, müxtəlif köməkçi alətlərin sərfi və qalığını tam tərtib etmək mümkün deyil. Təqdim olunmuş istintaq materiallarına, o cümlədən "Ümumi iş jurnalına" əsasən “G", “F”, "E”, “D” və “C” bloklarında podratçı təşkilat "xxxx" MMC tərəfindən görülmüş qazma və tikinti-quraşdırma işlərinin həcmi aşağıdakı kimidir:
1. "xxxx" tikinti sahəsi BW 57 layihəsi üzrə “Bingroup MMC” tərəfindən bütün binaların (11 blok-bina) bünövrə çalasının qazılması- 90000,0m3.
2. Əks doldurma-1811,0m3
“G” Bloku üzrə görülən islər:
1. Binanın bünövrəsinin altına 20 sm qalınlığında qırmadaş səpilməsi və kipİəşdirilməsi-132,0 m3
2. beton hazırlıq qatı(B10)-10 sm qalınlığında- 66,0 m3
3. Bünövrəsinin izolyasiyası-881,2 m3 (PVC membran-2,00mm)
4. Qoruyucu qat betonu -66,0 m3
5. Bünövrə tavasının armatur!anması(A500C) - 127,0T
6. Bünövrə tavasının betonİaşması(B30) -634,0 m3
7. Çöl pərdənin armaturlanması (C500) -11,31T
8. Çöl pərdənin betonu (B30) -80,0 m3
9. Binanın pilləkən qəfəsi və lift pərdəsinin armaturlanması (A500C)- 9,86T 10.Binanın pilləkən qəfəsi və lift pərdəsinin qəlibi-187,9 m2 11.01 səviyyəli sütunların arm-23,00 T 12.01 səviyyəli sütunların betonu (30) -17.0 m3
“F” Bloku üzrə görülən işlər
1. Binanın bünövrəsinin altına 20 sm qalınlığında qırmadaş səpilməsi və kipləşdirilməsi – 132,0 m3 2.Beton hazırlıq qatı (B10) verilmişdir h= 10sm, V=79,0 metrkub 3.Bünövrənin izolyasiya işləri + 948,0 m2 4.Qoruyucu beton – məhlul qatı (B10) 10 sm-85,0 m3 5.Bünövrə tavasının armaturlanması (A500C) -132,0T
6. Bönövrə tavasının betonlaşması (B30)-767,0 m3
7. Çöl pərdə və sütunların (1-ci zirzəmi) armaturlanması A (500C)-12,0 T
8. Çöl pərdə və sütunların betonu (B30)-96,0 m3
9. Pilləkən qəfəsəsi və lift pərdəsinin (1-ci zirzəmi) armaturlanması-20,0 T 10.Pilləkən qəfəsəsi və lift pərdəsinin betonu-(B30)-76,0 m3
“E” Bloku üzrə görülən islər:
1. Bünövrə altında qum-qırmadaş qarışığı səpilmiş və kipləşdirİlmişdir-42,0 m3
2. Beton hazırlıq qatı(B10)-21,0 m3
3. Bönövrənin izolyasiyası-210,0 m2 4* Qoruyucu-düzləndirici beton-məhlul (B10) qatı-20,0 m3
5. Bünövrənin armaturu (A500C)-14,75 T
6. Bünövrənin betonu (B30)-110,0 m3
7. Çöl pərdə və sütunların armaturİanması-(A500C)-6,15 T
8. Çöl pərdə və sütuların qəlibi- 50,0 m2
“D” Bloku üzrə görülən islər:
1. Bünövrə altında qum-qırmadaş qarışığı layı verilmiş və kipləşdirilmişdir (20 sm)- 141,0 m3
2. beton hazırlıq qatı (B10)-70,0 m3
3. Bünövrənin izoiyasiyası-740,0 m2
4. Qoruyucu-beton-məhlul qatı-(10 sm)-74,0 m3
“C” Bloku üzrə görülən islər:
1. Bünövrə altında qum-qırmadaş səpilərək kipləşdirilmişdir (20 sm)-180,0 m3
2. Beton (B10) hazırlıq qatı (10 sm) verilmişdir-85,0 m3 Qərardadın ikinci və üçüncü suallarında “Park Çinar“ MTK tərəfindən təqdim ediləcək ümumi iş jurnalları nəzərə alınmaqla, “Park Çinar" MTK və “Bingroup" MMC arasında bağlanmış 04 mart 2019-cu il tarixli, PKCHR-CA-001/2019 saylı podrat müqaviləsi və həmin müqaviləyə edilən əlavələrə əsasən Cavabdeh MMC tərəfindən “Ağşəhər" Tikinti sahəsi BW57 layihəsi üzrə tikinti sahəsində görülmüş qazma və tikinti işlərinin müəyyən edilmiş ümumi həcminə uyğun olaraq dəyəri və həmin işlərin dəyəri yerinə yetirilən dövrdə oian orta bazar qiymətlərə əsasən nə qədər təşkil etməsini müəyyən etmək tələb olunmuşdur. Göründüyü kimi, ekspert rəyi ilə görülən işlərin həcmi müəyyən edilsə də, həcmə uyğun olaraq görülən işlərin dəyəri, o cümlədən işlərin dəyəri yerinə yetirilən dövrdə olan orta bazar qiymətlərə əsasən nə qədər təşkil etməsi müəyyən edilə bilinməmişdir. Cavabdeh MMC-nin nümayəndələri görülən işlərin dəyəri ilə bağlı sübut kimi Bakı şəhər İcra Hakimiyyətinin “Bakı mənzil Kommunal layihə” institutu tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli tikinti dəyərinin yekun (toplu) smeta hesablamalarını təqdim etsədə, həmin hesablamalar xx.xx.2022-ci il vəziyyətinə olan smeta qiymətləri əsasında tərtib edildiyindən Kollegiya həmin sübutu mötəbər hesab etmir. Bu səbəbdən də Kollegiya iş materiallarında olan sübutları araşdıraraq aşağıdakıları qeyd edir: İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı MTK-nın məhkəməyə təqdim etdiyi 1 saylı Əlavədə qazıntı işləri – 110000 manat, qırmadaş sərilməsi və kipləşdirilməsi – 10000 manat, bünövrə altında olan izolyasiya işləri – 115000 manat və dəmir, beton və qəlib işləri – ******* manat olmaqla, ümumilikdə ******* (altı milyon beş yüz min) manat müəyyən edilmişdir. Əlavənin “Qeyd” hissəsində göstərilir ki, iş həcmləri faktiki ölçülərə uyğun olaraq müqavilə şərtləri əsasında hesablanacaq və qarşılıqlı razılaşdırılaraq ödəniş sertifikatlarında öz əksini tapacaqdır. Əlavə hər iki tərəfin nümayəndəsi tərəfindən imzalanmış və möhürlənmişdir. Cavabdeh MMC-nin məhkəməyə təqdim etdiyi 1 saylı Əlavədə isə işlərin dəyəri ümumilikdə 13235483 (on üç milyon iki yüz otuz beş min dörd yüz səksən üç) manat müəyyən edilmişdir. Əlavənin “Qeyd” hissəsində göstərilir ki, iş həcmləri və müqavilə dəyəri nisbi xarakter daşıyır və faktiki ölçülərə uyğun olaraq müqavilə şərtləri əsasında hesablanacaq və qarşılıqlı razılaşdırılaraq ödəniş sertifikatlarında öz əksini tapacaqdır. Əlavə hər iki tərəfin nümayəndəsi tərəfindən imzalanmış, lakin təkcə Cavabdeh MMC tərəfindən möhürlənmiş, İddiaçı MTK tərəfindən isə möhürlənməmişdir. Qeyd edilənlərdən aydın olur ki, İddiaçı MTK-nın məhkəməyə təqdim etdiyi 1 saylı Əlavə hər iki tərəfin nümayəndəsi tərəfindən imzalanmış və möhürlənmiş, Cavabdeh MMC-nin məhkəməyə təqdim etdiyi 1 saylı Əlavə isə hər iki tərəfin nümayəndəsi tərəfindən imzalansa da, təkcə Cavabdeh MMC tərəfindən möhürlənmiş, İddiaçı MTK tərəfindən isə möhürlənməmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı MTK-nın nümayəndəsi Cavabdeh MMCnin məhkəməyə təqdim etdiyi 1 saylı Əlavədə olan imzanı və məlumatları təsdiq etmişdir. Eyni zamanda həm İddiaçı MTK, həm də Cavabdeh MMC tərəfindən eyni dövrü əhatə edən, sifarişçi və podratçının imzası və möhürü ilə təsdiq edilmiş, eyni zamanda təkcə sifarişçinin imzası və podratçının imzası və möhürü ilə təsdiqlənmiş, həmçinin təkcə podratçının imzası və möhürü olan 2 saylı formalar təqdim edilmişdir. Kollegiya qeyd olunan əlavələri və formaları nəzərdən keçirərək hesab edir ki, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən görülmüş podrat işlərinin dəyəri Cavabdeh MMC-nin məhkəməyə təqdim etdiyi 1 saylı Əlavəyə və hər iki tərəfin imzaladığı Forma 2 arayışlarına əsasən müəyyən edilməlidir. Bu əlavə cavabdeh tərəfindən təqdim edilsə də, iddiaçıda bu əlavə ilə razılaşır. Həmçinin forma 2 arayışlarını da hər iki tərəf imzaladığı üçün mötəbər hesab edilir. Eyni zamanda Park Çinar” MTK tərəfindən təqdim edilən hər iki tərəfin imzaladığı və möhürlə təsdiq etdiyi Forma 2 arayışlarında qeyd olunan məlumatlar ilə Cavabdeh MMC tərəfindən təqdim edilən hər iki tərəfin imzaladığı, lakin yalnız Cavabdeh MMC tərəfindən möhürlənmiş 2 nömrəli forma arayışlarda qeyd olunan məlumatlar qarşılıqlı olaraq təhlil edildikdə görünür ki, Cavabdeh MMC tərəfindən məhkəməyə təqdim edilən Forma 2 arayışlarında görülmüş bütün işlər detallı şəkildə açıqlanmış və qiymətləri də təfsilatı ilə göstərilmiş, ikincisi Cavabdeh MMC tərəfindən təqdim edilən Forma 2 arayışlarında əks olunan bütün işlər İddiaçı MTK tərəfindən təqdim edilən Forma 2 arayışlarında əks olunan işləri artıqlaması ilə tam əhatə edir. Əvvəlki apelyasiya baxışı zamanı iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 25 yanvar 2022-ci il tarixli 10/5906- 9/7872 saylı ekspert rəyi verilmişdir. Həmin rəydə qeyd olunur ki, İddiaçı MTK və Cavabdeh MMC arasında bağlanmış 04 mart 2019-cu il tarixli, PKCHR-CA-001/2019 saylı podrat müqaviləsi və həmin müqaviləyə edilən əlavələrə əsasən Cavabdeh MMC tərəfindən “Ağşəhər” Tikinti sahəsi BW57 layihəsi üzrə İddiaçı MTK və Cavabdeh MMC tərəfindən imzalanmış və möhür vurulmuş 2 saylı formalarda göstərilən tikinti-quraşdırma işlərinin ümumi dəyəri 273754,0 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin müvafiq mütəxəssisləri tərəfindən Bakı şəhəri, Xətai rayonu ərazisində, “Ağşəhər” Tikinti sahəsində BW57 layihəsi üzrə 2019-cu ilin 2-ci rübündə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin cari qiymətlər səviyyəsində ehtimal olunan müqavilə dəyərlərinin 1991-ci il bazis smeta qiymətlərinə nisbətən artım əmsalları tərtib edilməklə hesabat tərtib edilmiş və aparılmış hesablamalar nəticəsində tədqiq olunan obyekt üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin ümumi dəyəri “ƏDV”-siz 870707,10 manat, “ƏDV” ilə 1027434,38 manat məbləğində müəyyən edilmişdir. İddiaçı MTK və Cavabdeh MMC arasında bağlanmiş 04 mart 2019-cu il tarixli, PKCHR-CA- 001/2019 saylı podrat müqaviləsi və həmin müqaviləyə edilən əlavələrə əsasən Cavabdeh MMC tərəfindən “Ağşəhər” Tikinti sahəsi BW57 layihəsi üzrə İddiaçı MTK və Cavabdeh MMC tərəfindən imzalanmış, lakin İddiaçı MTK tərəfindən möhür vurulmamış 2 saylı formalarda göstərilən tikintiquraşdırma işlərinin ümumi dəyəri 1146294,9 manat məbləğində müəyyən edilmişdir. Kollegiya ekspert rəyində qüvvədə olmayan tikintidə müqavilə qiymətlərinin hesablanmasında bazis-əmsal üsulunun tətbiq edilməsi vasitəsilə hesablanmış 1027434,38 manatı qəbul etməyərək, ekspertin mülki iş materiallarındakı məlumatlar üzrə hesablamış olduğu məbləği, yəni 1146294,9 manatı daha mötəbər hesab edir. Çünki həmin hesablamalar aparılarkən Cavabdeh MMC tərəfindən “Ağşəhər” Tikinti sahəsi BW57 layihəsi üzrə İddiaçı MTK və Cavabdeh MMC tərəfindən imzalanmış, lakin İddiaçı MTK tərəfindən möhür vurulmamış 2 saylı formalar əsas götürülmüşdür. Bir daha qeyd edilməlidir ki, həm iddiaçı, həm cavabdeh tərəf həmin 2 saylı formaları qəbul edir. Görülmüş işlərin dəyərinin həm İddiaçı MTK, həm də Cavabdeh MMC tərəfindən məhkəməyə təqdim edilən Forma 2 arayışlarında qeyd olunan məbləğlərin, cəmi şəklində hesablanması ilə bağlı MMnin dəlili ilə bağlı isə Kollegiya bildirir ki, hər iki tərəfin təqdim etdiyi forma 2 arayışları eyni tarixlidir, eyni dövrü əhatə edir, eyni layihə ilə bağlıdır. Yalnız mülki iş üzrə tərəflərin təqdim etdiyi forma 2 arayışlarında qeyd edilən həmin işlərin həcmi və dəyərləri fərqli göstərilmişdir. Məhz hazırkı mübahisənin əsasını bu məsələ təşkil edir ki, belə olan halda tərəflərin təqdim etdikləri forma 2 arayışlarının toplanması əsassızdır. Yuxarda da göstərildiyi kimi İddiaçı MTK, həm də Cavabdeh MMC tərəfindən təqdim edilən Forma 2 arayışlarının müqayisəsindən müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən təqdim edilən Forma 2 arayışlarında əks olunan bütün işlər İddiaçı MTK tərəfindən təqdim edilən Forma 2 arayışlarında əks olunan işləri artıqlaması ilə tam əhatə etmişdir. Yəni, Cavabdeh MMC tərəfindən təqdim edilən Forma 2 arayışlarında əks olunan elə bir iş yoxdur ki, İddiaçı MTK tərəfindən təqdim edilən arayışda olmasın. Sadəcə olaraq Cavabdeh MMC tərəfindən məhkəməyə təqdim edilən Forma 2 arayışlarında görülmüş bütün işlər detallı, tam şəkildə tərtib edilmişdir. İş materiallarına və tərəflərin izahatlarına əsasən İddiaçı MTK faktiki olaraq xx.xx.2019-cu il tarixli podrat müqaviləsi üzrə ödəmələrin 1.212.071,62 manat olması işin mübahisəsiz halıdır. Belə olan halda, MTK tərəfindən 65776,72 manat (ödənilən məbləğ (1.212.071,62) – işlərin ümumi dəyəri (1146294,9) = artıq ödənilən vəsait 65776,72)) artıq ödəmənin olması müəyyən edilir. Beləliklə görülmüş işlərin həcmi, dəyəri və həmin işlərə görə ödənilmiş muzdla bağlı kollegiya bu nəticəyə gəlir ki, işlərin hansı həcmdə və dəyərdə görülməsini təsdiq edən 2 saylı formalar (hər iki tərəfin imzaladığı, lakin İddiaçı MTK tərəfindən möhür vurulmamış) olduğunu nəzərə alaraq bu halların ekspert rəyi əsasında müəyyən edilməsinə lüzum görülmür və tərəflər arasında imzalanmış 2 saylı formalar əsasında İddiaçı MTK tərəfindən Cavabdeh MMC-yə 65776.72 (1212071.62 – 1146294.9) manat məbləğində pul vəsaitinin artıq ödənildiyini müəyyən edilir. Cavabdeh onlar tərəfindən görülən işlərin xx.xx.2019-cu il tarixədək davam etdiyini bildirsə də, Kollegiya cavabdehin qeyd edilən dəlili ilə razılaşmır. Belə ki, MTK xx.xx.2019-cu il tarixdindən sonra cavabdeh tərəfindən hər hansı iş görülmədiyini bildirərək MMC-nin iddialarını təkzib edir və MMC tərəfindən işlərin xx.xx.2019-cu il tarixədək davam etməsi sübuta yetirilmir. Həmçinin iş materiallarında olan iş jurnallarından da MMC-nin qeyd edilən dəlili təkzib edilir. Belə ki, iş jurnalı ilə müəyyən edilir ki, xx.xx.2019-cu il tarixdən etibarən qeyd edilən layihə üzrə işlər MTK tərəfindən həyata keçirilməyə başlanılmışdır. Kollegiya hesab edir ki, bu halın müəyyən edilməsi ilə kassasiya instansiya məhkəməsinin iş jurnalları əsasında araşdırılmalı olan hallara aydınlıq gətirilmişdir. Belə ki, həmçinin bununla görülmüş işlərin MMC tərəfindən təqdim olunan forma 2 arayışları uyğun olduğunu müəyyən etmək olur. Eyni zamanda əvvəlki məhkəmə iclaslarında Cavabdeh MMC-nin nümayəndəsi 03 iyul 2019-cu ildən sonra 2 gün işlədiklərini bildirmişdir. Burdanda aydın olur ki, cavabdeh tərəfin xx.xx.2019-cu il tarixdən sonra işləmələri ilə bağlı həm sübut yoxdur, həm də bununla bağlı ziddiyyətli ifadələri mövcuddur. İddiaçının işlərin vaxtında görülməməsinə, tələb olunan sənədlərin vaxtında təqdim edilməməsinə, işçilərlə bağlı öhdəliklərə, sağlamlıq, əməyin təhlükəsizliyi və mühafizəsi ilə bağlı qanunvericiliklə və müqavilə ilə müəyyən edilmiş tələblərə, prosedur qayda və təlimatlara əməl olunmamasına görə hər gecikdirilmiş gün üçün cərimə kimi hesablanmış 31200 manatın tutulması ilə bağlı tələbini əsassız hesab edən Kollegiya bildirir ki, iddiaçı tərəfindən qeyd edilən hallarla bağlı iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməmiş, eyni zamanda məhkəmə araşdırması zamanı da qeyd edilənlər öz əksini tapmamışdır. Cavabdeh MMC-nin əvvəlki apellyasiya baxışı zamanı bəzi işlərin gecikdirilməsinin obyektiv, onlardan asılı olmayan səbəblərdən (müvafiq rəyin alınması və s.) baş verdiyini bildirərək, gecikdirilmə il bağlı halların onların təqsiri üzündən baş vermədiyini bildirmişdir. Kollegiya bildirir ki, tərəflər arasında bağlanmış müqavilədə və ona əlavədə öhdəliklərin icrası üçün hər hansı konkret tarix göstərilməmişdir. Eyni zamanda iddiaçı da bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı MTK tərəfindən irəli sürülmüş üçüncü tələb müqavilənin əhəmiyyətli dərəcədə pozulması səbəbindən ləğvi nəticəsində dəyən real zərərin və əldən çıxmış faydanın əvəzi kimi 100000 manatın tutulması ilə bağlıdır. Mülki Məcəllənin 21.2-ci maddəsinin, həmçinin hazırkı mübahisə üzrə xüsusi norma kimi çıxış edən Mülki Məcəllənin 443-cü maddəsinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin öhdəliyi pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Eyni zamanda Mülki Məcəllənin 21.2-ci maddəsində zərərin anlayışı göstərilmişdir. Həmin maddəyə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Kollegiya qeyd edir ki, MTK tərəfindən irəli sürülən bu tələb də, onun tərəfindən mötəbər sübutlarla sübut edilmədiyindən, təmin oluna bilməz. Cavabdeh MMC tərəfindən irəli sürülmüş tələblərlə bağlı isə Kollegiya aşağıdakıları qeyd edir : Cavabdeh MMC-nin ilk tələbi podrat müqaviləsi üzrə görülmüş işlərə görə 729657,2 manat və əlavə dəyər vergisinə görə 212707,57 manat pulun İddiaçı MTK-dan tutulması ilə bağlıdır. Mülki Məcəllənin 752.1-ci maddəsinə görə, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. İşin məhkəmə tərəfindən müəyyən edimiş hallarına əsasən isə, İddiaçı MTK-nın Cavabdeh MMC-yə podrat müqaviləsi üzrə görülmüş işlər üçün ödənilməyən borcu qalmamış, əksinə İddiaçı MTK podrat müqaviləsi üzrə Cavabdeh MMC-yə 65776,72 manat məbləğində artıq muzd ödəmişdir. Həmçinin Cavabdeh MMC-nin əsas borca illik 5 faizlə hesablanmış faiz borcunun tutulması barədə tələb irəli sürsə də, iddiaçının hər hansı borcu qalması müəyyən edilmədiyindən bu tələb də əsassızdır. Cavabdeh MMC-nin digər tələbi isə dəymiş zərərə görə iddiaçıdan 276365 manatın tutulması ilə bağlıdır. Mülki Məcəllənin: Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 439.4. Həmin maddələrin tələblərinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 443.6. Əgər əlavə müddətin təyin edilməsinin hər hansı nəticə verməyəcəyi aydındırsa və ya zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan dərhal istifadəyə hər iki tərəfin mənafeləri əsas götürülməklə haqq qazandıran xüsusi hallar mövcuddursa, əlavə müddət təyin edilməsi zərurəti yoxdur. 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. 443.8. Borclunun öhdəliyi qəsdən edilmiş hərəkətlər nəticəsində icra etməməsi zamanı onun zərərin əvəzini ödəməkdən azad edilməsi barədə tərəflərin qabaqcadan razılaşması yolverilməzdir. 443.9. Borclu öz qanuni təmsilçisinin və öhdəliklərinin icrası üçün xidmətlərindən istifadə etdiyi digər şəxslərin hərəkətləri üçün özünün təqsirli hərəkətləri üçün olan həcmdə məsuliyyət daşımalıdır. 443.10. Borclu icra predmetini başqa şəxsdən almalı olduqda və onu ala bilmədikdə də, əgər müqavilədən ayrı qayda irəli gəlmirsə, icra etməmək üçün məsuliyyət daşıyır. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan normalardan görünür ki, Cavabdeh MMC-nin zərərlə bağlı tələbi o halda təmin oluna bilərdi ki, cavabdeh zərərin mövcud olmasını, zərərin öhdəliyin pozulması nəticəsində vurulmasını və s. sübuta yetirsin. Lakin qeyd edilənlər nə cavabdeh tərəfindən sübuta yetirilə bilinir, nədə ki işin halları ilə müəyyən edilir. Cavabdeh MMC zərər bağlı tələbini onunla əsaslandırır ki, İddiaçı MTK onları qanunsuz şəkildə tikinti sahəsindən məcburi çıxartmış və bununla da Cavabdeh MMC-nin üçüncü şəxslərlə bağladığı icarə müqavilələri əsasında icarəyə götürdüyü mal-material və avadanlıqların tikinti sahəsində qalmışdır. Kollegiya Cavabdeh MMC-nin qeyd etdiyi dəlilləri ilə razılaşmayaraq bildirir ki, İddiaçı MTK tərəfindən müqavilənin ləğvi barədə göndərilən bildirişdən, e-mail yazışmalarından görünür ki, Cavabdeh MMC-yə müqavilənin xx.xx.2019-cu il tarixdən ləğv edildiyi və tərəflərin müqavilə üzrə bütün öhdəliklərinə xitam verildiyi bildirilmiş, bildirişin qəbul edildiyi tarixdə podratçının bütün işlərin təxirə salınmadan dayandırması, ona məxsus olan malmaterialların tikinti sahəsindən çıxarılması və 15 gün ərzində görülmüş işlərin tikinti norma və qaydalarına uyğun şəkildə sifarişçiyə təhvil verilməsi xahiş edilsə də, qeyd edilənlər nəzərə alınmamışdır. Cavabdeh MMC-nin digər dəlili isə, 166 adda avadanlıq, qurğu, inşaat materiallarının geri qaytarılması, həmçinin çatışmayan, cədvəldə qeyd edilən əmlakların dəyəri olan 95167,28 manat pul vəsaitinin tutulmasından ibarətdir. Bununla bağlı Kollegiya qeyd edir ki, İddiaçı MTK xx.xx.2019-cu il tarixdə iş üzrə müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək Cavabdeh MMC-yə məxsus hazırkı ərizəyə əlavə olunan siyahıda göstərilən tikinti mal-materiallarının və avadanlıqlarının üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, e-2-2(81)-1087/2019 nömrəli qərardadı ilə ərizə təmin edilmiş və mübahisəyə mahiyyəti üzrə baxılıb həll edilənədək müvəqqəti təminat tədbiri kimi Cavabdeh MMC-nin BW057 tikinti ərazisindəki mal-materialların təsviri və miqdarı barədə siyahıda göstərilən, Cavabdeh MMC-yə məxsus avadanlıqların üzərinə həbs qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, e-2- 2(103)-807/19 nömrəli qərardadı ilə Cavabdeh MMC-nin şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, e-2-2(81)- 1087/2019 nömrəli qərardadı qismən, isgələ (800 ədəd), alt-üst ayar milləri (650+530 ədəd) və qüllə kranının (1 ədəd) üzərinə həbs qoyulması hissəsində ləğv edilmiş, həmin hissədə ərizə təmin edilməmiş və qərardad qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, e-2- 2(81)-1087/2019 nömrəli qərardadı ilə üzərinə həbs qoyulmuş əmlakların istifadəsi İddiaçı MTK-ya qadağan edilmişdir. Bütün bu qərardadların icrası ilə bağlı tədbirlər görülmüş və bununla bağlı müvafiq aktlar tərtib olunmuşdur. Belə ki, Nəsimi Rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə 49 adda əmlakın üzərinə həbs qoyulmuş və İddiaçı MTK-nın saxlancına verilmişdir. Daha sonra üzərindən həbs götürülmüş əmlaklar, o cümlədən ağırlıqqaldıran mexanizm (kran) xx.xx.2020-ci il tarixdə təhvil aktı əsasında Cavabdeh MMC-yə təhvil verilmişdir. Yasamal Rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə üzərinə həbs qoyulmuş əmlakların istifadəsi İddiaçı MTK-ya qadağan edilmişdir. Göründüyü kimi, Cavabdeh MMC-nin zərər dəydiyini qeyd etdiyi əmlakların üzərinə mülki prosessual qanunvericiliyə uyğun olaraq həbs qoyulmuş və İddiaçı MTK-nın saxlancına verilmişdir. Üzərindən həbs götürlümüş əmlaklar da icra şöbələri tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. Bu hallar da müvafiq aktlarla öz təsdiqini tapır. Qərardadlarda qeyd olunmayan və iddia tələbində İddiaçı MTK-dan tələb edilən əmlakların isə İddiaçı MTK-da olmasının təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Həmçinin tərəflər arasında bağlanmış podrat müqaviləsinin 11.3-cü maddəsinə görə, podratçı iş yerində özünə aid alət, texnika və avadanlıq istifadə etdikdə bunların siyahısını sifarişçiyə bildirməli idi. Lakin, həmin avadanlıqların iddiaçıya bildirilməsi ilə bağlı hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda tərəflər arasında bağlanmış podrat müqaviləsinin 15.2-ci bəndinə əsasən podratçı onun mülkiyyətində yaxud istifadəsində olan, o cümlədən icarəyə götürülmüş, lizinq ilə əldə olunmuş və ya digər vasitə ilə podratçı tərəfindən təqdim edilmiş əmlakın bu müqavilənin yerinə yetirilməsindən irəli gələn və ya bununla əlaqədar olan itkisi və ya zərərə məruz qalması ilə əlaqədar olaraq sifarişçiyə münasibətdə bütün iddia, itki, zərər, xərc (o cümlədən hüquq xidmətlərinin göstərilməsi ilə əlaqədar olan xərclər), məsrəf və məsuliyyət üzrə öhdəlik daşıyır və bunlardan sifarişçini müdafiə edir və qoruyur və Sifarişçinin müvafiq məsuliyyətini ödəyir. Qarşılıqlı iddiada irəli sürülmüş ******* manat əldən çıxmış faydanın tutulması ilə əlaqədar olan tələbə gəldikdə isə, həmin hissədə də iddia təmin edilə bilməz. Cavabdeh MMC bu tələbini onunla əsaslandırır ki, İddiaçı MTK-da olan əmlakların dəyəri kimi göstərdiyi 722899 manat məbləğin 1/10 hissəsi qədər, ayda təxminən 72289,9 manat icarə haqqından əldə edəcəyi gəlirdən mərhum olmuşdur. Belə ki, tikintiyə başlamazdan öncə Cavabdeh MMC-nin qeyd olunan avadanlıqları icarəyə verməklə gəlir əldə edirdi ki, həmin müqavilələrə görə əmlakın dəyərinin 1/10 hissəsi icarə haqqı kimi qəbul olunurdu. Cədvəldə qeyd olunan avadanlıqları iddiaçı özündə saxlamaqla Cavabdeh MMC-nin təxminən əldə edəcəyi (23 ay x72289=1662647) ******* (bir milyon altı yüz altmış iki min altı yüz qırx yeddi) manat gəlirdən məhrum etmişdir ki, həmin pul da iddiaçıdan tutulub Cavabdeh MMC-yə ödənilməlidir. Kollegiya qeyd edir ki, İddiaçı MTK tərəfindən əmlakların siyahısı məhkəməyə təqdim olunmuş, həmin əmlakların (bir qismi istisna olmaqla) üzərinə həbs qoyularaq, İddiaçı MTK-nın saxlancına verilmişdir. Digər əmlakların iddiaçıda qalması ilə bağlı isə, yuxarda da qeyd edildiyi kimi cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Əlavə olaraq qeyd edilir ki, fayda əldə etmək üçün tədbirlər gördüyünü və bu məqsədlə hazırlıq işləri apardığını, yəni başqa şəxs və ya şəxslərlə icarə müqaviləsi bağlanması ilə bağlı danışıqlar apardığını, bununla bağlı razılığın əldə olunduğunu və s. halları təsdiq edən sübutları da təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı MTK-nın apellyasiya şikayəti qismən təmin edilməli, Cavabdeh MMC-nin apellyasiya şikayəti isə təmin edilməməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni ilk iddiada irəli sürülmüş artıq ödənilmiş məbləğin geri qaytarılması barədə tələblərin rədd edilməsi hissəsində və qarşılıqlı iddiada irəli sürülmüş görülmüş işlərə görə pulun tutulması barədə tələblərin qismən təmin edilməsi hissəsində ləğv edilməli, yuxarıda göstərilən əsaslara görə həmin hissədə qarşılıqlı iddia təmin edilməməli, ilk iddia isə qismən təmin edilməli və qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri bərabər hissələrdə tərəflərə aid edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı MTK tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-40/2021 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsi qismən, yəni ilk iddiada irəli sürülmüş artıq ödənilmiş məbləğin geri qaytarılması barədə tələblərin rədd edilməsi hissəsində və qarşılıqlı iddiada irəli sürülmüş görülmüş işlərə görə pulun tutulması barədə tələblərin qismən təmin edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə qarşılıqlı iddia təmin edilməsin. İlk iddia isə qismən təmin edilsin və Cavabdeh MMC-dən İddiaçı MTK-nın xeyrinə 65.776,72 (altmış beş min yeddi yüz yetmiş altı manat yetmiş iki qəpik) manat məbləğində pul vəsaiti tutulsun. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan 561,52 (beş yüz altmış bir manat, əlli iki qəpik) manat pul vəsaiti bərabər hissələrdə İddiaçı MTK və Cavabdeh MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə (VÖEN: **********, hesab: AZ34CTRE********************) və Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agenliyinin mütəxəssisləri tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 700,00 manat (yeddi yüz manat 00 qəpik) məbləğində pul bərabər hissələrdə İddiaçı MTK və Cavabdeh MMC-dən tutularaq mötərizədə qeyd edilən hesaba köçürülsün (Azərdövlətsənayelayihə Dövlət Layihə İnstitutu VÖEN: **********, H/h: AZ08AZFİ38060AZ**********006, "xxxx" ASC-nin Sahil filialı, Kod:501305, VÖEN: **********, M/m: AZ81NABZ********************, SWİFT:AZFİAZ22).