Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1242/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Nağıyeva Elmira Eyvaz ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, iddiaçı X2 Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinı qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli e-2-2(113)-468/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X6 Cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək 108087,18 manat əsas borcun, 50.000 manat mənəvi zərərin, hüquqi xidmətə görə ödənilmiş 210 manatın və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 02.04.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə (iddiaçının məhkəmənin birinci çağırışına gəlməməsi) əsasən baxılmamış saxlanılmışdır. İddiaçı 10.06.2021-ci il tarixdə vəsatət ilə müraciət edərək, həmin qərardadın ləğv edilməsi və iş üzrə icraatın təzələnməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 14.06.2021-ci il tarixli, e-2-2(113)-468/2021 saylı qərardadı ilə vəsatət geri qaytarılmışdır. İddiaçı eyni məzmunlu vəsatət ilə müraciət edərək, 02.04.2021-ci il tarixli qərardadın ləğv edilməsi və iş üzrə icraatın təzələnməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli e-2-2(113)- 468/2021 saylı qərardadı ilə iddiaçının vəsatəti təmin edilməmişdir. Qeyd edilən qərardaddan iddiaçı tərəfindən şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı X2 Cavabdeh QSC-yə qarşı “pul tələbi”nə dair işə baxılarkən üzrlü səbəbdən məhkəmə iclasında iştirak etmədiklərinə görə 02 aprel 2021-ci il tarixdə Bakı Kommersiya Məhkəməsi tərəfindən iddianın baxılmamış saxlanılması haqqında qərardad çıxarılmışdır. 10 mart 2021-ci il tarixdə iddiaçının vəkili və nümayəndəsi COVİD-19 virusuna yoluxmuş və bununla əlaqədar olaraq 16 mart 2021-ci il tarixdə müalicəni davam etdirmək üçün Fövqəladə Hallar Nazirliyinin X4 yerləşdirilmişdir. Bir müddət müalicə aldıqdan sonra, yəni 30 mart 2021-ci il tarixdən COVİD-19 virusuna qarşı təkrar test vermiş, testin cavabı pozitiv çıxdığına görə müalicəni bir müddət evdə davam etdirmək məcburiyyətində qalmışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-468/2021 saylı, 15 sentyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh X3, nümayəndəsi və vəkili X1 məhkəmə iclasında şikayətə etiraz edərək təmin edilməməsini xahiş etmişlər. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında şikayətə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyərək, şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli e-2-2(113)-468/2021 saylı qərardadı ləğv edilməli, iş iddiaçının vəsatətinə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. İş materiallarından görünür ki, iş üzrə 02.02.2021-ci il, 18.02.2021-ci il, 01.03.2021-ci il, 09.03.2021-ci il, 16.03.2021-ci il, 02.04.2021-ci il tarixlərdə məhkəmə baxış iclasları keçirilmiş, iddiaçının nümayəndəsi və vəkili 16.03.2021-ci il və 02.04.2021-ci il tarixdə keçirilmiş iclaslarda üzürlü səbəbdən- Covid-19 virusu üzrə verdiyi PCR testinin cavabı 11.03.2021-ci il və 30.03.2021-ci il tarixlərdə pozitiv çıxdığı üçün iştirak etməmişdir. Bu barədə “Memorial Klinik” Tibb Mərkəzinin laboratoriya arayışları iş materiallarına əlavə edilmişdir.(iş mat. 196 və 205-ci vərəqlər) Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsinin sonuncu məhkəmə iclasında iştirak etməməsi və xəstəliyi ilə əlaqədar bu barədə məlumat verə bilməməsinin üzürlü səbəbdən baş verdiyi barədə sübutlar təqdim edildiyi və hazırkı iş üzrə iddiaçının məhkəmənin birinci çağırışına gəlməməsi əsası ilə iş üzrə keçirilmiş altıncı məhkəmə iclasında iddianın baxılmamış saxlanılmasının prosessual pozuntu olduğu nəzərə alınaraq mübahisələndirilən qərardad ləğv edilməli, iş iddiaçının vəsatətinə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.2, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı X2 şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli e-2-2(113)-468/2021 saylı qərardadı ləğv edilsin. İş Bakı Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-1242/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1242/2021
20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver