Məhkəmə qərarları › İş №2-2(103)-1246/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1246/2024

26.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1246/2024 26.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, X2 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-8883/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh Kikmət oğluna qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh və bütün digər şəxslərin ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 627,4 kv.m. olan qeyri-yaşayış sahəsindən (obyektdən, “Haven” adı ilə tanınan restoran) çıxarılması, həmin qeyri-yaşayış sahəsinin boşaldılması, sahədən qanunsuz olaraq icarə müddətindən artıq istifadə olunmasına görə 18 000 manat, ödənilmiş bütün dövlət rüsumlarına görə - 356,61 manat, vəkillə bağlanılan “hüquqi yardımın göstərilməsi haqqında” müqavilələrə ödənilmiş – 660 manat, cəmi 19016,61 manatın Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-8883/2024 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı geri qaytarılmışdır. Bundan sonra İddiaçı qeyd edilən qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 8883/2024 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı (cavabdeh) Cavabdeh ilə xx.xx.2023-cü il tarixində “İcarə Müqaviləsi” imzalamışdır. Həmin İcarə müqaviləsinə əsasən, ərizəçi (iddiaçı) İddiaçı özünə məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 627,4 kv.m. sahəsi olan qeyri-yaşayış obyekti “icarəçi” Cavabdeh icarəyə vermişdir. Həmin müqavilənin müddəti xx.xx.2024-cü il tarixinədək qüvvədə olması müəyyənləşdirmişdir. Müqaviləyə görə ilk aylar üzrə 18 000 manat, növbəti aylar üçün isə 15 000 manat məbləğində, eləcə də ödəniş tarixi hər növbəti ayın 5-nə kimi ödəniləcəyi tərəflər arasında razılaşdırılmışdır. Lakin üzərinə düşən öhdəliklər Cavabdeh tərəfindən lazımi qaydada və həcmdə icra olunmadığına görə, eləcə də ümumiyyətlə mövcud olan müqavilənin növbəti müddətə uzatmaq istəmədiyinə görə (müqavilənin şərtlərinə uyğun olaraq) xx.xx.2024-cü il tarixində müvafiq xəbərdarlıq ərizəçiyə (icarəçiyə) göndərilmişdir. Daha sonra isə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubları Cavabdeh göndərilmiş və sahənin xx.xx.2024-cü il tarixinədək boşaldılması tələb edilmişdir. Bu ərəfədə ərizəçi Cavabdeh onunla aparılmış danışıqlara əsasən, xx.xx.2024-cü il tarixində icarə obyektini tam olaraq icarəverən İddiaçı təhvil verəcəyinə vəd vermişdir. Lakin bütün bunlara baxmayaraq Cavabdeh tərəfindən xəbərdarlıq nəzərə alınmamış və bu günə qədər əsassız və qanunusuz olaraq icarəyə verilmiş əmlak qaytarılmamış, boşaldılmamış və həmçinin bu günə qədər icarəçi tərəfindən istifadə olunmaqdadır. Bu da təbii ki, icarəverənin hüquqlarını pozur və əksinə icarəçi Cavabdeh qanunsuz varlanmasına gətirib-çıxarır. Bu da yolverilməzdir. Məhz bütün bunlarla əlaqədar İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində cavabdeh – Cavabdeh və bütün digər şəxslərin ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 627,4 kv.m. olan qeyriyaşayış sahəsindən (obyektdən, “Haven” adı ilə tanınan restoran) çıxarılması, həmin qeyri-yaşayış sahəsinin boşaldılması, sahədən qanunsuz olaraq icarə müddətindən artıq istifadə olunmasına görə, 18 000 manat, ödənilmiş bütün dövlət rüsumlarına görə - 356,61 manat, vəkillə bağlanılan “hüquqi yardımın göstərilməsi haqqında” Müqavilələrə ödənilmiş – 660 manat, cəmi 19016,61 manat (ödədiyi bütün dövlət rüsumları daxil) cavabdeh X3 tutularaq iddiaçıya ödənilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Lakin Məhkəmənin bu qərardadla iddiaçının prosessual və konstitusion hüquqlarını kobud surətdə pozaraq işin mahiyyətinə, eləcə də bir neçə gün öncə cavabdeh (iddiaçı) Cavabdeh özünün iddiasını məhkəmə icraatına qəbul etməsinə baxmayaraq hazırki iddianı geri qaytarmışdır. Halbuki, həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər lazımi qaydada verilmiş, bütün zəruri prosessual tələblər yerinə yetirilmişdir. Belə ki, kommersiya mübahisələrə aid edilən tələblər AR MPM-ə uyğun olaraq iddiaçı tərəfindən yerinə yetirildikdən sonra e-məhkəmə sistemi vasitəsilə məhkəməyə təqdim olunmuşdur. Yəni pretenziyaya riayət olunmuş, iddia ərizəsinin cavabdehə müvafiq icra hakimiyyəti orqanının sistemi vasitəsilə cavabdehə çatdırılmış və bu haqda bütün zəruri sənədlər (sübutlar) məhkəməyə əlavə olunmuşdur. Lakin əfsuslar olsun ki, işə baxan məhkəmə buna diqqət yetirməmişdir. Lakin qeyd etmək istəyir ki, Cavabdeh öncə irəli sürdüyü iddiası pretenziya qaydasına, eləcə də MPM-də nəzərdə tutulmuş tələb, yəni iddia ərizəsinin cavabdehə çatdırılması və bu haqda müvafiq sənədin (sübutun) göndəriləcək iddia ərizəsinə əlavə olunaraq məhkəməyə təqdim olunmadan Bakı Kommersiya Məhkəməsinə verilmişdir. Bütün bunlara baxmayaraq həmin iddia ərizəsi tam qanunsuz olaraq icaata (e-2-2(113)- 8664/2024) qəbul olunmuşdur. Beləliklə, bir məhkəmədə (hətta eyni hakimdə, hər iki iş hakim Ülkər Həsənovadı) eyni məsələyə tam fərqli təcrübə tətbiq olunur. Halbuki, AR MPM-nin 152.1-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.4. kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdimedilmədikdə; 152.1.6. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə; Lakin bütün bunlara baxmayaraq bu iş üzrə olan Cavabdeh hazırki iş üzrə olan İddiaçı qarşı olan iddiası icraata qəbul olunmuşdur.(iddia ərizəsi əlavə olunur). Bundan başqa qeyd etmək istəyir ki, e-2- 2(113)-8883/2024; xx.xx.2024-cü il tarixli qərardadda qeyd olunur ki, iddia ərizəsinin tələb hissəsində cavabdehlə yanaşı bütün digər şəxslərin çıxarılması da qeyd olunur. Həmçinin onların fərdi identifikasiya məlumatları və ünvanları göstərilmədiyini bildirilir. Halbuki, idida tələbinin hissəsində cavabdehlə yanaşı göstərilən digər bütün şəxslər, onlar şərti olaraq göstərilir və yalnız icra olunan zaman çətinlik və ya hər hansı bir süni maneə cavabdeh tərəfindən göstərilməsin və ya bu haldan sui-istifadəsinə yol verilməsin. Çünki, Cavabdeh dəfələrlə yazdığı şikayətlərdə qeyd edir ki, qeyri-yaşayış sahədə onunla birgə çalışan işçilər vardı. Təbii ki, onlar tərəf deyil və onları adbaad kimliynin dəqiqləşdirilməsinə ehtiyac da yoxdur. Lakin buna baxmayaraq iddia tələbində sahədən çıxarılması hissəsində cavabdehlə yanaşı “bütün digər şəxslər” də qeyd olunmuşdur. Onsuzda tələbdə bundan başqa sahənin boşaldılması da göstərilmişdir. Hər bir halda iddia təmin olunacağı təqdirdə “boşaldılma” sözü sahədə nə və ya kim varsa sahədən çıxarılacaqdır. Artıq bununla bağlı müəyyənləşdirilmiş mıəhkəmə təcrübəsi vardır. Bundan başqa qeyd etmək istəyir ki, cavabdeh müqavilə üzrə götürdüyü öhdəliklər mütəmadi olaraq və davamlı olaraq pozduğundan icarə münasibətlərinin davam etdirmək istəməmiş və onların uzadılmaması haqqında müvafiq xəbərdarlıqlar (bildirişlər) vermişdir. Bununla da artıq icarə münasibətlərinə birtərəfli qaydada xitam verilmişdir. Təbii ki, bu iddiaçının hüququdur və müqavilə azadlığı anlayışı vardı və heç kəs zorla, aldatmaq və ya təzyiq yolu, eləcə də hər hansı bir formada prosessual hüquqlardan sui-istifadəyə yolverməklə müqavilənin davam etdirilməsinə nail ola bilməz. Hazırda qeyd etmək istəyir ki, uydurma və əsassız iddia irəli sürməklə cavabdeh (iddiaçı) Cavabdeh süni yolla faktiki olaraq pozulmuş icarə münasibətlərinə davam etdirilməsinə nail olmağa çalışır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-8883/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2-ci maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; 149.2.4-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149- cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Sadalanan qanunvericilik normalarının məzmunundan görüldüyü kimi iddia ərizəsi MPM-in tələblərinə uyğun verilmədikdə iddia ərizəsi geri qaytarılır. Hazırkı halda ddiaçı tərəfindən qaldırılmış birinci tələbdə tələbin yönəldiyi cavabdehlər kimi Cavabdeh və digər şəxslər yazılmış, digər şəxslərin kim (fiziki və ya hüquqi şəxs) olması ərizədə göstərilməmiş, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ümumiyyətlə ərizədə qeyd olunmamış, bununla da iddia ərizəsi MPM-nin tələblərinə uyğun verilməmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddia ərizəsinin geri qaytarılması barədə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, şikayətin dəlilləri isə əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli e-2-2(113)-8883/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Leyla Əliyeva Təranə Mahmudova Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar