Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1275/2021 05.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-90/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 17.09.2021-ci il tarixli qərardadından iddiaçı "xxxx" MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan İddiaçı MMC-nin xeyrinə 370.387,67 manat məbləğində pul vəsaitinin və həmin məbləğin vaxtında ödənilməməsinə görə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təsdiq edilmiş bank faiz uçot dərəcəsi nəzərə alınmaqla faizlərin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda Cavabdeh MTK ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdeh İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia qaldıraraq, 16.03.2018-ci il tarixdə podrat müqaviləsinə imzalanmış görüləcək işlərin 1 kv.metrinin dəyəri 29 manat, 37 manat və 39 manat olmaqla göstərilməsi, həmin müqavilənin “F” bəndində qəlib quraşdırılmasında istifadə olunacaq hər cür ana və köməkçi vəsaitlərin podratçıya aid olması barədə eyni tarixli, 1 nömrəli əlavənin etibarsız hesab edilməsi; İddiaçı MMC-yə 16.05.2019-cu il tarixədək artıq ödənilmiş 1.583.537,3 manat vəsaitin sonuncudan tutularaq Cavabdeh MTK-yə ödənilməsi; İddiaçı MMC-yə 16.05.2019-cu il tarixədək artıq ödənilmiş 1.583.537,3 manat məbləğində vəsaitin vaxtında qaytarılmamasına görə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təsdiq edilmiş bank faiz uçot dərəcəsi nəzərə alınmaqla faizlərin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin iddiaçı Maraqlı şəxs MMC cavabdehlər Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə cavabdeh İddiaçı MMC arasında bağlanmış 17.03.2018-ci il və 19.03.2018-ci il tarixli icarə müqavilələrinin ləğv edilməsi və həmin müqavilələr üzrə cəmi 164.025 manat məbləğində pulun cavabdehdən tutulması, cavabdehlər Cavabdeh MTK və İddiaçı MMC-dən iddiaçıya məxsus mexanizm və avadanlıqların məcburi alınaraq qaytarılması və cavabdehlərdən onların dəyəri olaraq 706.589,92 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı Maraqlı şəxs MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı MMC-nin ilkin iddia üzrə Cavabdeh MTK-ya qarşı borcun ödənilməsi, müqaviləyə əlavənin etibarsız hesab edilməsi və avadanlıqların qaytarılması tələbinə dair ilkin iddia qismən təmin edilmiş, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-nın cavabdeh İddiaçı MMC-yə qarşı müqaviləyə əlavənin etibarsız hesab edilməsi və pul tələbinə dair qarşılıqlı iddia və iddiaçı Maraqlı şəxs MMC-nin Cavabdeh MTK-ya qarşı avadanlıqların qaytarılması və zərərin ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı "xxxx" MMC həmin qətnamədən apellyasiya şikayəti vermiş və Bakı Kommersiya Məhkəməsinin 14.06.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti prosessual müddətin ötürülməsi əsası ilə geri qaytarılmışdır. İddiaçı "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti vermək üçün buraxılmış müddəti üzrlü hesab edərək bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsini 12.01.2021-ci il tarixdə rəsmi qaydada almışlar. Qətnamədən 12 fevral 2021-ci il tarixdə EMİS vasitəsilə apellyasiya şikayəti vermişlər. Lakin şikayətin göndərilməsi barədə məlumatları EMİS-də bir neçə gün görə bilməmişlər. Ona görə də, məcbur olub 17.02.2021-ci il tarixdə apellyasiya şikayətini təkrar olaraq EMİS vasitəsilə göndərmişlər. Bundan başqa isə hər ehtimala qarşı şikayəti həmin gün poçt vasitəsilə də göndərmişlər. Qeyd olunan hal apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsi üçün üzrlü hal sayılmalıdır. Bakı Kommersiya Məhkəməsinin 17.09.2021-ci il tarixli e-2-2(113)-1870/2020 saylı qərardadı ilə ərizə rədd edilmişdir. İddiaçı "xxxx" MMC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin 06.10.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinin tələblərinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Lakin kollegiya hesab edir ki, hazırkı işdə həmin maddənin tətbiq edilməsi və prosessual müddətin bərpası üçün əsaslar mövcud deyildir. Belə ki, ərizədə prosessual müddətin buraxılmasının heç bir üzrlü səbəbi göstərilməmiş və yalnız qeyd olunmuşdur ki, apelyasiya şikayəti müddət ötürülmədən 12.02.2021-ci il tarixdə elektron məhkəmə informasiya sisteminə yüklənmiş, lakin texniki nasazlıq səbəbindən həmin tarixdə sistemdə görünməmişdir. Halbuki, elektron məhkəmə informasiya sistemindən görünür ki, iddiaçı "xxxx" MMCyə məxsus apelyasiya şikayəti 17.02.2021-ci il tarixdə həmin sistemə yüklənmişdir. İddiaçı isə 12.02.2021-ci il tarixdə sistemdə texniki nasazlıq olduğunu bildirsə də, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayət isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-90/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 17.09.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Məmməd Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-1275/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1275/2021
05.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver