Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1308/2025 14.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdehnə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: universal hüquq varisliyi, X14 yenidən təşkili, müqavilə üzrə öhdəliyin icra edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Cəfərov Səməd Fəxrəddin oğlu, Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndələri X3 və X4 iştirakı ilə İddiaçı MMC-nin Cavabdehnə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2- 2(113)-5283/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı (icraçı) ilə “Bakı Nəqliyyat Agentliyi” Publik hüquqi şəxs (sifarişçi) arasında 19 avqust 2020-ci il tarixli, 41/2020 saylı mal, iş və xidmətlər üzrə satınalma müqaviləsi bağlanmışdır.
2. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, sifarişçi Bakı şəhərində qanunsuz parklama hallarının qarşısının alınması məqsədilə müşahidə kameralarının və dirəklərin alınması, quraşdırılması, sazlanması, sistemə qoşulmasının təmin edilməsi və 2 illik texniki xidmətinin satın alınması üçün icraçının bü müqaviləyə əlavə olunmuş X1 nəzərdə tutulmuş 6 066 848,46 manat məbləğində tender təklifini (ƏDV) daxil qəbul etmişdir.
3. İddiaçı MMC və Bakı Nəqliyyat Agentliyi Publik hüquqi şəxs arasında hər iki hüquqi şəxsin imzası və möhürü ilə təsdiq edilmiş 19 avqust 2020-ci il tarixli, 41/2020 saylı mal, iş və xidmətlər üzrə satınalma müqaviləsi üzrə yerinə yetirilmiş işlərin qəbuluna dair xx.xx.2022-ci il tarixli 8 saylı təhvil-təslim aktı üzrə ümumilikdə 376 680.94 manat, xx.xx.2023-cü il tarixli 11 saylı təhvil-təslim aktı üzrə ümumilikdə 980 713.17 manat, xx.xx.2023-cü il tarixli 7 saylı təhvil-təslim aktı üzrə ümumilikdə 235 520.84 manat, xx.xx.2023-cü il tarixli 9 saylı təhvil-təslim aktı üzrə ümumilikdə 205 569.59 manat və xx.xx.2023-cü il tarixli 10 saylı akt üzrə ümumilikdə 243 035.14 manat məbləğində yerinə yetirilmiş işlər sifarişçi tərəfindən qəbul edilmişdir.
4. Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2023-cü il tarixli 2109 nömrəli fərmanının 2-ci bəndindən görünür ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” X14 ona qoşulması formasında yenidən təşkil edilmişdir.
5. “Bakı Nəqliyyat Agentliyi” Publik hüquqi şəxs (BNA) ilə Cavabdeh Publik hüquqi şəxs (AYNA) arasında imzalanmış xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2023-cü il tarixli 2109 nömrəli Fərmanı rəhbər tutularaq BNA-nın aktda sadalanan balans uçotunda olan maşın, avadanlıq və hesablama texnikasının təhviltəslimi aparılmışdır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
6. İddiaçı MMC Cavabdeh Publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2020-ci il tarixli, 41 nömrəli müqavilə üzrə 2.158.247,88 manat məbləğində olan borcun, 2000 manat yardıma görə xərcin və 1871 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə BNA arasında bağlanmış xx.xx.2020-ci il tarixli 41 saylı müqaviləyə əsasən, sifarişçi Bakı şəhərində qanunsuz parklama hallarının qarşısının alınması məqsədilə müşahidə kameralarının və dirəklərin alınması, quraşdırılması, sazlanması, sistemə qoşulmasının təmin edilməsi və 2 illik texniki xidmətiin satın alınması üçün İcraçının bu müqaviləyə əlavə olunmuş X1 nəzərdə tutulmuş 6.066.848,46 manat məbləğində tender təklifini (ƏDV daxil) qəbul etmişdir. xx.xx.2022-ci il tarixli, 8 №-li yerinə yetirilmiş işlərin qəbul aktına əsasən, icraçı İddiaçı MMC tərəfindən ümumi dəyəri 378.680,94 manat məbləğində olan işləri sifarişçi BNA PHŞ-yə təhvil vermişdir. İddiaçı MMC tərəfindən BNA-ya EBCL seriyalı 512399 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli, 11№-li yerinə yetirilmiş işlərin qəbul aktına əsasən, icraçı tərəfindən ümumi dəyəri 980.713,17 manat məbləğində olan işləri sifarişçiyə təhvil verilmiş, İddiaçı MMC tərəfindən EBDT seriyalı 894597 nömrəli, xx.xx.2023-ci il tarixli elektron qaimə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli, 9№-li yerinə yetirilmiş işlərin qəbul aktına əsasən, icraçı tərəfindən ümumi dəyəri 205.569,59 manat məbləğində olan işləri sifarişçiyə təhvil verilmiş, daha sonra EBDV seriyalı 194581 nömrəli, xx.xx.2023-ci il tarixli elektron qaimə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli, 10№-li yerinə yetirilmiş işlərin qəbul aktına əsasən, icraçı tərəfindən ümumi dəyəri 243.035,14 manat məbləğində olan işlər sifarişçiyə təhvil verilmiş, buna əsasən, EBDV seriyalı 196051 nömrəli, xx.xx.2023-ci il tarixli elektron qaimə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli, 7№-li yerinə yetirilmiş işlərin qəbul aktına əsasən, icraçı tərəfindən ümumi dəyəri 235.520,84 manat məbləğində olan işlər sifarişçiyə təhvil verilmiş, İddiaçı MMC tərəfindən BNA-ya EBDV seriyalı 197084 nömrəli, xx.xx.2023-ci il tarixli elektron qaimə təqdim edilmişdir. Müqavilə üzrə Bakı şəhərində 250 ədəd kamera müşahidə məntəqəsi quraşdırılmalı və vahid müşahidə mərkəzinə telekommunikasiya şəbəkəsi vasitəsi ilə birləşdirilərək tam işlək vəziyyətdə təhvil verilməlidir. Müqavilə şərtlərinə əsasən quraşdırılmış müşahidə məntəqələrinə təhvil-təslim tarixindən xx.xx.2022-ci ilə qədər texniki dəstək göstərilməlidir. xx.xx.2023-cü il tarixli, 2 illik texniki dəstək üzrə yerinə yetirilmiş işlərin qəbulu üzrə 1№-li AKT-a əsasən, İddiaçı MMC tərəfindən xx.xx.2022-ci il tarixədək Bakı Nəqliyyat Agentliyi X12 göstərilmiş texniki dəstək üzrə hesablanmış məbləğ 134.334,72 manat təşkil etmişdir. xx.xx.2022-xx.xx.2023-cü il tarixlərində göstərilmiş texniki dəstək üzrə hesablanmış məbləğ 280,393.48 manat təşkil etmişdir. BNA tərəfindən İddiaçı MMC-yə EBCL seriyalı 512399 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə xx.xx.2022-ci il tarixdə 100.000 manat, xx.xx.2023-cü il tarixdə 200.000,01 manat məbləğində ödənişlər olunmuşdur. Müqavilə üzrə BNA-nın təhvil verilmiş işlərə görə 1.743.047,68 manat, xx.xx.2022-ci il tarixədək göstərilmiş texniki dəstəyə görə 134.334,72 manat, xx.xx.2022- xx.xx.2023-cü il tarixlərində göstərilmiş texniki dəstəyə görə 280.393,48 manat, cəmi 2.158.247,88 manat məbləğində İddiaçı MMC-yə borcu vardır.
8. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2020-ci il tarixli, 41 nömrəli müqavilə üzrə təchiz edilən mallara görə 739457,70 manat, təchiz edilən xidmətlər üzrə məbləği 1004061,96 manat, texniki dəstək işlərinə görə 414728,20 manat olmaqla ümumi 2158247,86 manat məbləğində borcun, 2000 manat vəkilə göstərdiyi yardıma görə xərcin və 1871 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. 30.09.2025-ci il tarixdə cavabdeh iddia tələbinə etiraz ərizəsi təqdim etmişdir.
10. Etiraz onunla əsaslandırılmışdır ki, AYNA BNA-nın hüquqi varisi deyil. Belə ki, “Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” AR Prezidentinin xx.xx.2023-cü il 2109 nömrəli Fərmanına 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki AYNA Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” X14 ona qoşulması formasında yenidən təşkil edilmişdir. Sözügedən Fərmanın 3-cü hissəsinə əsasən, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” X14 balansındakı əmlakın Agentliyin balansına verilməsi göstərilmişdir. Fərmandan göründüyü kimi, ölkə Prezidenti AYNA-ya yalnız BNA-nın balansındakı olan əmlakının keçməsini göstərmiş, hər hansı öhdəliyinin keçməsini qeyd etməmiş və onu hüquqi varis qismində göstərməmişdir. BNA ləğv edilməmiş və təhvil-təslim aktı ilə onun vəzifə və öhdəlikləri AYNA-ya ötürülməmişdir. Göründüyü kimi hüquqi varislik, yalnız bir hüquqi şəxsin hüquq və vəzifələrinin digər hüquqi şəxsə keçməsi üçün onların təhvil aktı və bölünmə balansında göstərilməsindən sonra keçir. Qeyd edilənləri nəzərə alaraq, AYNA-nın BNA-nın hüquqi varisi olması üçün mütləq şərtlər bunlardır : 1. BNA-nın fəaliyyətinə xitam verilməsi haqqında qeyd hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmalıdır; 2. AYNA-nın hüquqi varis olması üçün BNA ilə təhvil-təslim aktlarında öhdəliklərin, hüquq və vəzifələrin AYNA-ya ötürülməsi qeyd edilməli idi. Məhkəməyə elektron məhkəmə sistemi vasitəsi ilə təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin elektron saytından da göründüyü kimi, “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxs hal-hazıradək ləğv edilməmiş, beləliklə də Mülki Məcəllənin 55.5-ci maddəsində göstərilən tələb icra edilməmişdir. Əlavə olaraq, təqdim etdikləri BNA ilə AYNA arasında bağlanmış 17 iyun 2023-cü il tarixdə təhvil-təslim aktından göründüyü kimi, BNA onun bağladığı bütün müqavilələri AYNA-ya təhvil vermişdir. Həmçinin, BNA ilə AYNA arasında bağlanmış 17 iyun 2023-cü il tarixli təhvil-təslim aktına əsasən 19 aprel 2023-cü il tarixli vəziyyətə balans uçotunda olan maşın, avadanlıq və hesablama texnikası BNA tərəfindən AYNA-ya təhvil verilmişdir. Sözügedən təhvil-təslim aktlarına nəzərə yetirdikdə, yalnız aktlarda sadalanan əmlaklar AYNA-ya təhvil verilmiş, bu zaman hər hansı vəzifə və ya öhdəlik təhvil verilməmişdir. Həmçinin, AYNA tərəfindən həmin təhvil-təslim aktı ilə ancaq müqavilə predmeti olan və 2023-cü ilin avqust ayına qədər İddiaçı MMC tərəfindən BNAya təhvil verilmiş kameralar BNA-dan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə verilməsi məqsədi ilə təhvil alınmışdır. Təqdim edilmiş ödəniş tapşırıqlarından da göründüyü kimi, müqavilə üzrə BNA-nın etdiyi son ödənişlər xx.xx.2023-ci il tarixində edilmişdir. Göründüyü kimi, BNA həmin müqavilə üzrə son ödənişləri də özünün balansında olan əmlakın AYNA-ya təhvil-təslim aktı ilə verdiyi xx.xx.2023-cü il tarixdən əvvəl etmişdir. Məhz bu səbəbdən BNA və AYNA arasında edilmiş təhvil-təslim aktı zamanı həmin müqavilə üzrə də hər hansı bir öhdəliyinin olmasını AYNA-ya bildirməmiş və təhvil verməmişdir.
11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin və təqdim etdiyi izahat ərizəsinin məzmuuna uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, cavabdeh qismində AYNA-nın cəlb edilməsini məqsədəmüvafiq hesab edir.
12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri X5 və X3 etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
13. Birinci instansiya məhkəməsinin 2-2(113)-5283/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.
14. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, hüquqi şəxs qoşulma formasında yenidən təşkil edilərkən hüquq və vəzifələr universal hüquq varisliyi qaydasında keçir. Ümumi (universal) hüquq varisliyinə görə qanunun hüquq varisliyinə yol vermədiyi hallar istisna olmaqla, hüquqi varis bütün hüquq münasibətlərində öz hüquqi sələfinin yerini tutur və onu əvəz edir. Bu zaman hüquqi sələfin bütün hüquq münasibətləri üzrə hüquq və vəzifələri tam kompleks və məcmu halında hüquqi varisə keçir. Bundan əlavə qoşulma formasında yenidən təşkil hüquqi şəxsin idarəetmə sisteminin optimallaşdırılması, onun resurs, əmlak və əmlakdan əldə edilən gəlirinin daha əlverişli iqtisadi şəraitdə bölüşdürülməsinə xidmət edən bir vasitədir.
15. Sadalanan maddi hüquq normalarının tələbindən də göründüyü kimi mülki qanunvericilik qoşulma formasında yenidən təşkil zamanı hüquq varisliyinin keçməsinin iki yolunu müəyyən etmişdir: 1. qoşulan hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi haqqında qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi, 2. qoşulan hüquqi şəxsin hüquq və vəzifələrinin, bütün kreditorları və borcluları barəsində öhdəliklərinin təhvil aktı əsasında əvvəlki hüquqi şəxsə keçməsi.
16. Məhkəmə qeyd etmişdir ki, birinci yolun mövcudluğu digərinin sübut edilməsi zəruriliyini aradan qaldırır, çünki hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi haqqında qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi faktı hüquqi şəxsi dövlət qeydiyyatına alan orqanın verdiyi sənəd (çıxarış) ilə təsdiq olunur, həmin sənəd qoşulan hüquqi şəxsin yenidən təşkil olunmasına əsas olan məlumatlar əsasında verilir və təqdim edilən məlumatlarda (o cümlədən təhvil aktında) hüquq varisliyi haqqında müddəaların olmaması dövlət orqanının yeni yaranmış hüquqi şəxslərin dövlət qeydiyyatına almaqdan imtina etməsinə səbəb olur.
17. Digər tərəfdən əgər hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi barədə qeyd dövlət reyestrinə daxil edilməmişdirsə, hüquqi şəxslər arasında bağlanan təhvil aktında qoşulan hüquqi şəxsin bütün kreditorları və borcluları barəsində öhdəliklərinin hamısı, o cümlədən tərəflərin mübahisə etdikləri öhdəliklər üzrə hüquqi varisliyi haqqında müddəalar nəzərdə tutulmalıdır.
18. Belə ki, hüquqi şəxslər arasında hüquq varisliyinin baş tutub-tutmaması faktının araşdırılması zamanı məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazırkı mərhələdə qoşulan hüquqi şəxsin (BNA-nın) fəaliyyətinə xitam verilməsi haqqında qeyd hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməmişdir. Bundan əlavə BNA və AYNA arasında imzalanmış xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından müəyyən olunur ki, müvafiq fərmana uyğun olaraq BNA-nın yalnız müəyyən (aktda qeyd olunan) əmlaklarının (maşın, avadanlıq və hesablama texnikası) təhvil-təslimi aparılmış, təhvil aktında qoşulan hüquqi şəxsin hüquq və vəzifələri (passivləri), kreditorları və borcluları barəsində öhdəliklərinin hamısı, o cümlədən tərəflərin mübahisə etdikləri öhdəliklər üzrə hüquqi varislik haqqında müddəalar öz əksini tapmamışdır.
19. Lakin hazırkı işdə nə hüquqi şəxslərin dövlət reyestrində BNA-nın fəaliyyətinə xitam verilməsi barədə qeyd aparılması (birinci üsul), nə də təhvil aktı əsasında BNA-nın bütün hüquq və vəzifələrinin AYNA-ya keçməsi (ikinci üsul) halı məhkəmə tərəfindən müəyyən olunmamışdır. Qeyd edilənlər isə bu qənaətə gəlməyə əsas verir ki, hazırkı mərhələdə BNA-nın fəaliyyətinə xitam verilməmiş və universal hüquq varisliyi baş tutmamışdır.
20. Məhkəmə xüsusi olaraq qeyd etmişdir ki, məhkəmə icraatının gedişində AYNA iş üzrə cavabdehin əsl cavabdeh ilə əvəz olunması barədə vəsatət vermiş, iddiaçı vəsatətə etiraz edərək işə hazırkı tərkibdə baxılmasının davam etdirilməsini xahiş etmiş, daha sonra məhkəmə tərəfindən iddiaçıya cavabdehin BNA ilə əvəz olunması təklif olunmuş, buna şərait yaradılması üçün məhkəmə iclası 2 dəfə təxirə salınmış, lakin iddiaçı məhkəməyə təqdim etdiyi sonuncu ərizəsində və məhkəmə iclasında verdiyi izahatda cavabdehin AYNA olaraq qalmasını əsaslı hesab etdiyini qeyd etmişdir.
21. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, AYNA hazırkı iddiaya cavab verməli şəxs olmadığından, iddiaçı BNA ilə bağladığı müqavilənin icrasını ondan tələb edə bilməz.
22. Məhkəmə hesab etmişdir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu və hüquqi yardım xərci iddiaçının özünə aid edilməlidir.
23. Birinci instansiya məhkəməsi qətnaməsini əsaslandırarkən Mülki Məcəllənin 55.5, 56.2, 57.1, 57.2, 57.3, 58.1, 58.2-ci maddələrinə istinad etmişdir.
24. İddiaçının nümayəndəsi (vəkili) qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını, işin hallarına uyğun gəlməyən qərar çıxardığını irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
25. Cavabdeh apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (bundan sonra - AYNA) “Bakı Nəqliyyat Agentliyi” X10 (bundan sonra - BNA) hüquqi varisi deyil, BNA ləğv edilməmiş və təhvil-təslim aktı ilə onun vəzifə və öhdəlikləri AYNA-ya ötürülməmişdir. Hər hansı hüquqi aktda, o cümlədən 19 aprel 2023-cü il tarixli 2109 nömrəli Fərmanda AYNAnın BNA-nın hüquqi varisi olması göstərilməmişdir. BNA satınalma müqaviləsi üzrə alınmış əmlakları və işləri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə vermişdir. İddiaçı MMCnin iddia ərizəsinə hər hansı bir hüquqi əhəmiyyəti olmayan kağızları əlavə etməklə onları sübut olaraq göstərməyə cəhd etmişdir. İddiaçı apellyasiya şikayətində hazırki işə aid olmayan maddi normalara istinad etmişdir.
Apellyasiya baxışı, izahatlar
26. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) özünün apellyasiya şikayətinin dəlillərini müdafiə edərək müvafiq qətnamə çıxarılmasını xahiş etmiş, cavabdehin nümayəndələri isə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
28. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
29. Maddə 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır.
30. Maddə 52.1. Hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir.
31. Maddə 55.5. Hüquqi şəxs başqa hüquqi şəxsin ona qoşulması şəklində yenidən təşkil edilərkən qoşulan hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi haqqında qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan birinci hüquqi şəxs yenidən təşkil edilmiş sayılır.
32. Maddə 56.2. Hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir.
33. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
34. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
35. Maddə 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir.
36. Maddə 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
37. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
38. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
39. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
40. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
41. Maddə 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
42. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
43. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
44. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
“Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu
45. Maddə 9. X14 ləğvi və yenidən təşkili ilə bağlı məsələlər onun nizamnaməsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.
“Bakı Nəqliyyat Agentliyi” X10 Nizamnaməsi
46. Bənd 10.1. Agentliyin ləğvini və yenidən təşkilini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.
Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərinin inzibati ərazisində avtomobi nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2023-cü il tarixli 2109 nömrəli Fərmanı
47. Bənd 2. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (bundan sonra – Agentlik) Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” X14 ona qoşulması formasında yenidən təşkil edilsin.
48. Bənd 5. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi: 5.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlikdə Agentliyin yenidən təşkili, o cümlədən “Bakı Nəqliyyat Agentliyi” X14 fəaliyyətinə xitam verilməsinin dövlət qeydiyyatı ilə bağlı zəruri tədbirləri həyata keçirsin; 5.2. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün tədbirlər görsün.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
50. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
53. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
54. Maddə 115.0.6. Vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.
55. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
56. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
57. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
58. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
59. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
60. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
61. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tam rədd edilmiş və qətnamə iddiaçı tərəfindən tam mübahisələndirilmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin əsaslılığı tam yoxlanılır.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
62. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 55-ci və 56-cı maddələrinin qarşılıqlı əlaqəsini və sistemli tətbiqini nəzərə almamış, bu normaları formal və dar təfsir etmiş, nəticədə işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir.
63. Mülki Məcəllənin 55.5-ci maddəsi yenidən təşkil olunmanın başa çatma anını müəyyən edir, 56.2-ci maddə isə qoşulan hüquqi şəxsin hüquq və vəzifələrinin yenidən təşkil olunan hüquqi şəxsə hansı qaydada ötürüldüyünü tənzimləyir. Bu normalar alternativ mexanizmlər kimi yox, bir-birini tamamlayan qaydalar kimi işlənməlidir.
64. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən X14 ləğvi və yenidən təşkili ilə bağlı məsələlər onun nizamnaməsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. “Bakı Nəqliyyat Agentliyi” X10 Nizamnaməsinə görə isə Agentliyin yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Prezidentinin müstəsna səlahiyyətinə aiddir.
65. Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2023-cü il tarixli 2109 nömrəli Fərmanı ilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi “Bakı Nəqliyyat Agentliyi” X6 qoşulması formasında yenidən təşkil edilmişdir ki, bu da Mülki Məcəllənin 56.2-ci maddəsinin birbaşa tətbiq olunduğunu göstərir.
66. Həmin Fərmanın 5.1-ci bəndində müvafiq icra hakimiyyəti orqanlarına yenidən təşkil, o cümlədən “Bakı Nəqliyyat Agentliyi” X10 fəaliyyətinə xitam verilməsinin dövlət qeydiyyatı ilə bağlı zəruri tədbirlərin görülməsi tapşırılmışdır. Bu tapşırıq yenidən təşkil faktının özünü deyil, onun texniki və inzibati rəsmiləşdirilməsini əhatə edir.
67. Kollegiya qeyd edir ki, hüquqi şəxslərin dövlət reyestri hüquqi şəxs barədə məlumatların uçotu və təsdiqi məqsədi daşıyır və qanunverici hüquqi varisliyin bütün hüquqi nəticələrini yalnız yenidən təşkilin dövlət qeydiyyatına alınması anı ilə məhdudlaşdırmamışdır; xüsusilə publik hüquqi şəxslər dövlət iradəsi ilə yaradıldığı və yenidən təşkil edildiyi üçün, onların hüquqi varisliyi Prezident fərmanı ilə müəyyən edilən tarixdən etibarən hüquqi nəticələr doğurur və reyestr qeydinin gecikdirilməsi kreditorların hüquqlarını məhdudlaşdıra bilməz.
68. Əks yanaşma yenidən təşkil prosesinin qəsdən uzadılması və ya dövlət reyestrində müvafiq qeydin gecikdirilməsi yolu ilə kreditorların hüquqlarının həyata keçirilməsini faktiki olaraq səmərəsiz edə bilər. Bu halda borclu hüquqi şəxs formal mövcudluğunu saxladığı halda, əmlakının və funksiyalarının faktiki olaraq digər hüquqi şəxsə keçməsi nəticəsində kreditor qarşısında real icra imkanından məhrum, “içi boşaldılmış” hüquqi şəxs qalır ki, belə vəziyyət öhdəliyin icrasının tələb edilməsini mənasız edir və məhkəmə müdafiəsinin effektivliyi prinsipi ilə uzlaşmır.
69. Kollegiya diqqətə alır ki, Cavabdeh yenidən təşkil edilməsini nəzərdə tutan Fərmanın qəbul edilməsindən üç ilə yaxın müddət keçməsinə baxmayaraq, “Bakı Nəqliyyat Agentliyi” X10 fəaliyyətinə xitam verilməsi barədə məlumatın hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməməsi, yenidən təşkil prosesinin uzanmasının kreditorların hüquqlarının həyata keçirilməsi baxımından real risk yaratdığını göstərir.
70. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı ilə “Bakı Nəqliyyat Agentliyi” X10 balansındakı əmlakın Cavabdeh balansına verildiyi təsdiqlənmişdir. Cavabdehin nümayəndəsinin məhkəmədə verdiyi izahatdan da bu hissədə fərmanın icrasının tam və vaxtında başa çatdığı müəyyən edilmişdir.
71. Mülki Məcəllənin 43.1 və 52.1-ci maddələrinin məzmununa görə, hüquqi şəxs müstəqil balansına malik olmaqla öz öhdəlikləri üçün ona məxsus bütün əmlakla cavabdehdir. Bu normalar hüquqi şəxsin əmlakı ilə öhdəlikləri arasında ayrılmaz hüquqi əlaqənin mövcudluğunu təsbit edir.
72. Bu baxımdan, hüquqi şəxsin yenidən təşkili zamanı balansındakı əmlakın hüquqi varisə keçməsi yalnız aktivlərin deyil, həmin əmlakla bağlı mövcud öhdəliklərin də keçməsini ehtiva edir. Əks halda, hüquqi şəxs anlayışı formal xarakter daşıyar və kreditorların hüquqları faktiki olaraq təminatsız qalardı.
73. “Bakı Nəqliyyat Agentliyi” X10 müstəqil balansı və həmin balans üzrə məsuliyyəti nəzərə alındıqda, bu balansın Cavabdeh idarəçiliyinə keçməsi onun hüquqi varis kimi öhdəliklərə də cavabdeh olmasını şərtləndirir. Bu yanaşma Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququnun real və səmərəli həyata keçirilməsinə xidmət edir. Bu baxımdan, yenidən təşkil zamanı dövlət orqanları tərəfindən təhvil-təslim aktlarının tərtib edilməməsi, dövlət qeydiyyatının gecikdirilməsi və ya öhdəliklərin aktda əks olunmaması kreditorun tələb hüququnun aradan qalxmasına və ya faktiki olaraq təminatsız qalmasına səbəb ola bilməz.
74. Cavabdehin əmlakın digər quruma verilməsi ilə bağlı dəlilləri müqavilə öhdəliyinin mövcudluğunu və hüquqi varisliyin nəticələrini aradan qaldırmır. İddiaçının satdığı əşyaların və görülmüş işlərin nəticələrinin cavabdeh tərəfindən üçüncü şəxslərə verilməsi müqavilə tərəfi kimi onun öhdəliklərinə xitam verilməsi üçün, iddiaçıya isə üçüncü şəxslərə qarşı tələb irəli sürmək üçün əsas ola bilməz. Borclunun əvəz edilməsi öhdəliyin verilməsi və ya hüquqi varislik halı üçün mümkündür. Öhdəliyin tərəfi “Bakı Nəqliyyat Agentliyi” X11muş və onun hüquqi varisi kimi Cavabdeh müqavilə üzrə öhdəliklərin icra edilməməsinə görə məsuliyyət daşıyır.
75. İşin faktiki hallarından müəyyən edilir ki, “Bakı Nəqliyyat Agentliyi” X15 və İddiaçı MMC arasında arasında özündə alqı-satqı müqaviləsi, podrat və xidmət müqaviləsinin ünsürlərini əks etdirən xx.xx.2020-ci il tarixli 41 nömrəli qarışıq müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, sifarişçi (BNA) Bakı şəhərində qanunsuz parklama hallarının qarşısının alınması məqsədilə müşahidə kameralarının və dirəklərin alınması, quraşdırılması, sazlanması, sistemə qoşulmasının təmin edilməsi və 2 illik texniki xidmətinin satın alınması üçün icraçının 6.066.848,46 manat məbləğində tender təklifini (ƏDV daxil) qəbul etmişdir.
76. “Bakı Nəqliyyat Agentliyi” X15 ilə İddiaçı MMC arasında xx.xx.2020-ci il tarixli 41 nömrəli qarışıq müqavilə üzrə bir neçə dəfə təhvil-təslim aktı tərtib edilmiş və İddiaçı MMC tərəfindən ümumi dəyəri 2 043 519,68 manat olan işlər sifarişçiyə təhvil verilmişdir (xx.xx.2022-ci il tarixli 8№-li akt – 378 680,94 manat, xx.xx.2023-cü il tarixli 11№-li akt – 980 713,17 manat, xx.xx.2023-cü il tarixli 9№-li akt – 205 569,59 manat, xx.xx.2023-cü il tarixli 10№-lu akt – 243 035,14 manat, xx.xx.2023-cü il tarixli 7№-li akt – 235 520,84 manat).
77. İddiaçı MMC “Bakı Nəqliyyat Agentliyi” X12 aşağıdakı qaimə-fakturaları təqdim etmişdir: EBCL seriyalı 512399 nömrəli, xx.xx.2022-ci il tarixli – 378 680,94 manat; EBDT seriyalı 894597 nömrəli, xx.xx.2023-cü il tarixli – 980 713,17 manat; EBDV seriyalı 194581 nömrəli, xx.xx.2023-cü il tarixli – 205 569,59 manat; EBDV seriyalı 196051 nömrəli, xx.xx.2023-cü il tarixli – 243 035,14 manat; EBDV seriyalı 197084 nömrəli, xx.xx.2023-cü il tarixli – 235 520,84 manat. Qaimə-fakturaların ümumi məbləği 2 043 519,68 manat təşkil edir.
78. “Bakı Nəqliyyat Agentliyi” tərəfindən həmin aktlara əsasən təqdim edilmiş elektron qaimələrə görə xx.xx.2022-ci il tarixdə 100 000 manat, xx.xx.2023-cü il tarixdə 200 000,01 manat ödənişlər edilmişdir. Beləliklə, işlər üzrə ödənilmiş məbləğ 300 000,01 manat, ödənilməmiş qalan məbləğ isə 1 743 519,67 manat təşkil edir.
79. Müqavilənin 16.1-ci bəndinə əsasən icraçı (İddiaçı MMC) tərəfindən hər sifariş əsasında quraşdırılan və Sistemə qoşulan kameralar üzrə 2 illlik texniki dəstək xidməti təhvil-təslim aktı imzalandığı tarixdən başlayaraq göstərilməlidir. Satınalma müqaviləsində X2 4-cü bəndinə əsasən 1 il üçün texniki dəstək xidmətlərinin dəyəri tərəflər arasında 5.21.085,00 manat müəyyən edilmişdir. Belə olan halda kollegiya müəyyən edir ki, 1 müşahidə kamerası üçün 1 ay texniki dəstək xidmətinin dəyəri 173,70 manat (5.21.085, 00 : 12 : 250 =173,695) müəyyənləşdirilmişdir.
80. İş materialları ilə müəyyən edilir ki, icraçı tərəfindən 2021-ci ilin iyul ayından 2022-ci ilin aprel ayına kimi 134.334,72 manat, 2022-ci ilin aprel ayından 2023-cü ilin noyabr ayına qədər 93 məntəqə üzrə 280.393,48 manat dəyərində texniki dəstək xidməti göstərilmişdir. Nəticə olaraq, göstərilmiş texniki dəstək xidmətlərinin ümumi dəyəri 414 728,20 manat təşkil edir (134 334,72 manat + 280 393,48 manat). Bu məbləğ də müqavilə üzrə öhdəliklərə daxil olmaqla, sifarişçi tərəfindən ödənilməmişdir.
81. Beləliklə, İddiaçı MMC-nin müqavilə üzrə həyata keçirdiyi işlər və göstərdiyi xidmətlər üçün ümumilikdə 2 458 247,88 manat borc yaranmış, sifarişçi tərəfindən yalnız 300 000,01 manat ödənilmiş, 2 158 247,87 manat məbləğində ödəniş edilməmiş qalmışdır.
82. Kollegiya qeyd edir ki, təhvil-təslim aktları “Bakı Nəqliyyat Agentliyi” X14 imzası və möhürləri ilə təsdiq edilmiş, eyni zamanda elektron qaimə-fakturalar təsdiq edilmiş, həmin qaimə-fakturalara “Bakı Nəqliyyat Agentliyi” X15 tərəfindən hər hansı etiraz verilməmiş və ya düzəliş edilməsi üçün müraciət edilməmişdir.
83. Tədqiq edilmiş sübutlar əsasında müəyyən edilir ki, İddiaçı MMC müqavilə üzrə öhdəliklərini icra etmiş (mallar təhvil verilmiş, işlər görülmüş və xidmətlər göstərilmiş) lakin “Bakı Nəqliyyat Agentliyi” X15 tərəfindən təhvil alınmış malların və göstərilmiş xidmətlərin dəyəri ödənilməmişdir. Yuxarıda qeyd edildiyi kimi, “Bakı Nəqliyyat Agentliyi” X10 hüquqi varisi kimi Cavabdeh həmin öhdəliklərin icrası üçün məsuliyyət daşıyır. Öhdəliyin mövcudluğunu sübuta yetirmək vəzifəsi kreditorun, öhdəliyin icra edildiyini və ya icra edilməli olmadığını sübuta yetirmək vəzifəsi isə borclunun üzərinə düşür. Cavabdeh iddia ilə tələb edilən pul öhdəliyinin artıq icra edildiyini və ya həmin öhdəliyin icra edilməli olmadığını sübuta yetirə bilmədiyindən iddia qanuni və əsaslı hesab edilir.
84. Yuxarıda göstərilənlərə əsasən, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddiaçının Cavabdehnə qarşı pul tələbi təmin olunmalıdır.
85. Mülki Prosessual Məcəllənin 119 və 121-ci maddələrinə müvafiq olaraq, işin hallarını və iddianın tam təmin olunmasını nəzərə alaraq, kollegiya vəkilin göstərdiyi hüquqi xidmətə görə iddiaçının ödədiyi 2.000 manat məbləği ağlabatan hesab edir. Bu məbləğ məhkəmə xərcləri kimi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
86. Kollegiya hesab edir ki, iddia tələbi təmin olunduğundan iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri Cavabdehndən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
87. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-5283/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı MMC-nin Cavabdehnə qarşı iddia tələbi təmin edilsin. Cavabdehndən xx.xx.2020-ci il tarixli, 41 nömrəli müqavilə üzrə təchiz edilən mallara görə 739457,70 manat, təchiz edilən xidmətlər üzrə məbləği 1004061,96 manat, texniki dəstək işlərinə görə 414728,20 manat olmaqla ümumi 2158247,86 manat (iki milyon yüz əlli səkkiz min iki yüz qırx yeddi manat səksən altı qəpik) məbləğində borc, 2000 (iki min) manat hüquqi yardıma görə xərc və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 1871 (bir min səkkiz yüz yetmiş bir) manat pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 935 (doqquz yüz otuz beş) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.