Məhkəmə qərarları › İş №2-2(103)-1363/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1363/2021

18.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1363/2021 18.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun məruzəsi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2260/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 22.10.2021-ci il tarixli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlavə dəyər vergisi ödənildikdən sonra 20 fevral 2018-ci il tarixli 1708-FNX-001 saylı podrat müqaviləsi üzrə 84.268.47 manat, 09 noyabr 2018-ci il tarixli 17**-FC-*** saylı podrat müqaviləsi üzrə 203.165.57 manat, 30 noyabr 2018-ci il tarixli 1721-FNX-001 saylı podrat müqaviləsi üzrə 176.146.12 manat, yəni, əlavə dəyər vergisi ödənildikdən sonra cəmi 463.580,16 manat məbləğində pul vəsaitinin, əldən çıxmış faydaya görə 100.000 manat məbləğində pul vəsaitinin, 31.940,67 manat həcmində faiz məbləğinin, vəkilə ödənilmiş 2.500 manat məbləğində pulun və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, iddiaçı iddianın təmin tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-yə məxsus 90JB942 dövlət qeydiyyat nişanlı, KAMAZ 53229 Ş DƏ 581465 YÜK markalı, 90JU310 dövlət qeydiyyat nişanlı, KAMAZ 6520 057 YÜK markalı, 90JV327 dövlət qeydiyyat nişanlı, KAMAZ 53229 Ş DƏ 581465 XÜSU markalı, 10ZX968 dövlət qeydiyyat nişanlı, MAZ 953000 Yarımqoşqu markalı, 10PC898 dövlət qeydiyyat nişanlı, HAVAL H6 minik markalı, 90JB943 dövlət qeydiyyat nişanlı, KAMAZ 53229 Ş DƏ 58146S Yük markalı, 90JX194 dövlət qeydiyyat nişanlı, KAMAZ 53229 Ş DƏ 581460 yük markalı, 90AB435 dövlət qeydiyyat nişanlı, VAZ 2123 X3 markalı, 90JX190 dövlət qeydiyyat nişanlı, KAMAZ 53229 Ş DƏ 58146C Yük, 90JC761 dövlət qeydiyyat nişanlı, KAMAZ 55111 018 02 Yük markalı, 90JU837 dövlət qeydiyyat nişanlı, KAMAZ 6520-029 Yük markalı, 90AK197 dövlət qeydiyyat nişanlı, VAZ21043 Minik markalı, 10ZF290 dövlət qeydiyyat nişanlı, altınordu yarımqoşqu markalı, 99JG194 dövlət qeydiyyat nişanlı, Kamaz 53215 Yük markalı, 99JL487 dövlət qeydiyyat nişanlı, X5 markalı, 90JB941 dövlət qeydiyyat nişanlı, KAMAZ 53229 Ş DƏ 58146S markalı, 90JZ164 dövlət qeydiyyat nişanlı, Volvo FMX yük markalı, 90JB335 dövlət qeydiyyat nişanlı, KAMAZ 53229 Ş DƏ 58164C Yük markalı, 10PR113 dövlət qeydiyyat nişanlı, Haval H6 minik markalı, 90JE626 dövlət qeydiyyat nişanlı, Qaz 3302 18 Yük markalı, 90JX370 dövlət qeydiyyat nişanlı, KAMAZ 53229 Ş DƏ 58146C Yük markalı, 90JF153 dövlət qeydiyyat nişanlı, PAZ 32054 07 AVTOBUS markalı, 90JB635 dövlət qeydiyyat nişanlı, QAZ 330202 14 YÜK markalı, 90AB735 dövlət qeydiyyat nişanlı, HAVAL H2 MİNİK markalı, 90JT882 dövlət qeydiyyat nişanlı, KAMAZ 6520 057 yük markalı, 10ZX913 dövlət qeydiyyat nişanlı, Tuğsan Yarımqoşqu markalı, 90JD835 dövlət qeydiyyat nişanlı, KAMAZ 55111 01802 yük markalı, 90 JB235 dövlət qeydiyyat nişanlı, KAMAZ 55239 Ş DƏ 58164C yük markalı, 90JE629 dövlət qeydiyyat nişanlı, QAZ 3309 1352 yük markalı, 90JF207 qeydiyyat nişanlı, Ford cargo yük markalı, 90JE 534 dövlət qeydiyyat nişanlı, KAMAZ 65115 018 13 yük, 99AR887 dövlət qeydiyyat nişanlı, Haval H6 minik markalı, 90JC762 dövlət qeydiyyat nişanlı, KAMAZ 55111 018 02 yük markalı, 90AE752 dövlət qeydiyyat nişanlı, VAZ 21715 minik markalı, 90PJ517 dövlət qeydiyyat nişanlı, X4 5 minik markalı, 90JB580 dövlət qeydiyyat nişanlı, KAMAZ 65115 023 13 yük markalı, 90JC935 dövlət qeydiyyat nişanlı, Mercedes Benz Xüsusi təy. Markalı, 90PD502 dövlət qeydiyyat nişanlı, Renault Logan minik markalı, 90JX196 dövlət qeydiyyat nişanlı, KAMAZ 53229 Ş DƏ 581460 yük markalı, 90 JB944 dövlət qeydiyyat nişanlı, KAMAZ 53229 Ş DƏ 58146S markalı, 90JB946 dövlət qeydiyyat nişanlı, KAMAZ 53229 Ş DƏ 58146S markalı, 90JV328 dövlət qeydiyyat nişanlı, KAMAZ 53229 Ş DƏ 58146S Xüsu markalı, 90 AB305 VAZ2123 X3 markalı, 90 JE543 dövlət qeydiyyat nişanlı, KAMAZ 65115 01813Yük markalı, 90JX 369 dövlət qeydiyyat nişanlı, KAMAZ 53229 Ş DƏ 58146C markalı, 90AK326 dövlət qeydiyyat nişanlı, Haval H2 minik markalı, 90PJ518 dövlət qeydiyyat nişanlı, X4 5 minik markalı, 90 JX189 dövlət qeydiyyat nişanlı, KAMAZ 53229 Ş DƏ 58146C yük markalı, 10 JZ060 dövlət qeydiyyat nişanlı, Haval H2 minik markalı, 90 JX195 dövlət qeydiyyat nişanlı, KAMAZ 53229 Ş DƏ 581460 Yük markalı, 90JB435 dövlət qeydiyyat nişanlı, KAMAZ 53229 Ş DƏ 58164C Yük markalı, 99JA435 KAMAZ 55111 016 13 Yük markalı, 99JL268 MAZ 642208232P13 yük markalı, 90JB940 dövlət qeydiyyat nişanlı, KAMAZ 53229 Ş DƏ 58146S yük markalı nəqliyyat vasitələrinə və "xxxx" ASC-də olan kod:503217, müxbir hesab: AZ81NABZ********************, SWİFT:AZFİAZ22XXX, hesab nömrəsi AZ41AZFİ40030AZ**********022 olan bank hesabına həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 30.04.2021-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, Cavabdeh MMC-yə məxsus 90JB942 dövlət qeydiyyat nişanlı, KAMAZ 53229 Ş DƏ 581465 YÜK markalı, 90JU310 dövlət qeydiyyat nişanlı, KAMAZ 6520 057 YÜK markalı, 90JV327 dövlət qeydiyyat nişanlı, KAMAZ 53229 Ş DƏ 581465 XÜSU markalı, 10ZX968 dövlət qeydiyyat nişanlı, MAZ 953000 Yarımqoşqu markalı, 10PC898 dövlət qeydiyyat nişanlı, HAVAL H6 minik markalı, 90JB943 dövlət qeydiyyat nişanlı, KAMAZ 53229 Ş DƏ 58146S Yük markalı, 90JX194 dövlət qeydiyyat nişanlı, KAMAZ 53229 Ş DƏ 581460 yük markalı, 90AB435 dövlət qeydiyyat nişanlı, VAZ 2123 X3 markalı, 90JX190 dövlət qeydiyyat nişanlı, KAMAZ 53229 Ş DƏ 58146C Yük, 90JC761 dövlət qeydiyyat nişanlı, KAMAZ 55111 018 02 Yük markalı, 90JU837 dövlət qeydiyyat nişanlı, KAMAZ 6520-029 Yük markalı, 90AK197 dövlət qeydiyyat nişanlı, VAZ21043 Minik markalı, 10ZF290 dövlət qeydiyyat nişanlı, altınordu yarımqoşqu markalı, 99JG194 dövlət qeydiyyat nişanlı, Kamaz 53215 Yük markalı, 99JL487 dövlət qeydiyyat nişanlı, X5 markalı, 90JB941 dövlət qeydiyyat nişanlı, KAMAZ 53229 Ş DƏ 58146S markalı, 90JZ164 dövlət qeydiyyat nişanlı, Volvo FMX yük markalı, 90JB335 dövlət qeydiyyat nişanlı, KAMAZ 53229 Ş DƏ 58164C Yük markalı, 10PR113 dövlət qeydiyyat nişanlı, Haval H6 minik markalı, 90JE626 dövlət qeydiyyat nişanlı, Qaz 3302 18 Yük markalı, 90JX370 dövlət qeydiyyat nişanlı, KAMAZ 53229 Ş DƏ 58146C Yük markalı, 90JF153 dövlət qeydiyyat nişanlı, PAZ 32054 07 AVTOBUS markalı, 90JB635 dövlət qeydiyyat nişanlı, QAZ 330202 14 YÜK markalı, 90AB735 dövlət qeydiyyat nişanlı, HAVAL H2 MİNİK markalı, 90JT882 dövlət qeydiyyat nişanlı, KAMAZ 6520 057 yük markalı, 10ZX913 dövlət qeydiyyat nişanlı, Tuğsan Yarımqoşqu markalı, 90JD835 dövlət qeydiyyat nişanlı, KAMAZ 55111 01802 yük markalı, 90 JB235 dövlət qeydiyyat nişanlı, KAMAZ 55239 Ş DƏ 58164C yük markalı, 90JE629 dövlət qeydiyyat nişanlı, QAZ 3309 1352 yük markalı, 90JF207 qeydiyyat nişanlı, Fprd cargo yük markalı, 90JE 534 dövlət qeydiyyat nişanlı, KAMAZ 65115 018 13 yük, 99AR887 dövlət qeydiyyat nişanlı, Haval H6 minik markalı, 90JC762 dövlət qeydiyyat nişanlı, KAMAZ 55111 018 02 yük markalı, 90AE752 dövlət qeydiyyat nişanlı, VAZ 21715 minik markalı, 90PJ517 dövlət qeydiyyat nişanlı, X4 5 minik markalı, 90JB580 dövlət qeydiyyat nişanlı, KAMAZ 65115 023 13 yük markalı, 90JC935 dövlət qeydiyyat nişanlı, Mercedes Benz Xüsusi təy. Markalı, 90PD502 dövlət qeydiyyat nişanlı, Renault Logan minik markalı, 90JX196 dövlət qeydiyyat nişanlı, KAMAZ 53229 Ş DƏ 581460 yük markalı, 90 JB944 dövlət qeydiyyat nişanlı, KAMAZ 53229 Ş DƏ 58146S markalı, 90JB946 dövlət qeydiyyat nişanlı, KAMAZ 53229 Ş DƏ 58146S markalı, 90JV328 dövlət qeydiyyat nişanlı, KAMAZ 53229 Ş DƏ 58146S markalı, 90 AB305 VAZ2123 X3 markalı, 90 JE543 dövlət qeydiyyat nişanlı, KAMAZ 65115 01813Yük markalı, 90JX 369 dövlət qeydiyyat nişanlı, KAMAZ 53229 Ş DƏ 58146C markalı, 90AK326 dövlət qeydiyyat nişanlı, Haval H2 minik markalı, 90PJ518 dövlət qeydiyyat nişanlı, X4 5 minik markalı, 90 JX189 dövlət qeydiyyat nişanlı, KAMAZ 53229 Ş DƏ 58146C yük markalı, 10 JZ060 dövlət qeydiyyat nişanlı, Haval H2 minik markalı, 90 JX195 dövlət qeydiyyat nişanlı, KAMAZ 53229 Ş DƏ 581460 Yük markalı, 90JB435 dövlət qeydiyyat nişanlı, KAMAZ 53229 Ş DƏ 58164C Yük markalı, 99JA435 KAMAZ 55111 016 13 Yük markalı, 99JL268 MAZ 642208232P13 yük markalı, 90JB940 dövlət qeydiyyat nişanlı, KAMAZ 53229 Ş DƏ 58146S yük markalı nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi qadağan edilmiş, Cavabdeh "xxxx" ASC-də olan kod: 503217, müxbir hesab: AZ81NABZ********************, SWİFT:AZFİAZ22XXX, hesab nömrəsi AZ41AZFİ40030AZ**********022 olan bank hesabındakı pul vəsaitlərinin üzərinə işçilərin əmək haqlarının, eləcə də dövlət büdcəsinə zəruri ödənişlərin (vergi, sosial və s.) verilməsinə məhdudiyyət qoyulmadan 495.520,83 manat həcmində həbs qoyulmuşdur. Cavabdeh MMC şikayət verərək, həmin qərardadın ləğv edilməsi və iddianı təmin tədbirinin tətbiq edilməsi barədə ərizənin təmin edilməməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 21.06.2021-ci il tarixli, 2- 2(103)-722/2021 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 30.04.2021-ci il tarixli, e-2-2(113)-2260/2021 saylı qərardadı qismən - bank hesabının üzərinə həbs qoyulması hissədə ləğv edilmiş, İddiaçı MMC-nin iddianı təminetmə tədbiri barədə ərizəsi həmin hissədə təmin edilməmiş, qalan hissədə qərardad dəyişdirilmədən saxlanılmışdır. Daha sonra İddiaçı MMC iddia ərizəsinə dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 fevral 2018-ci il tarixli 1708-FNX-001 saylı podrat müqaviləsi üzrə ƏDV xaric 84.268,47 manat, 09 noyabr 2018- ci il tarixli 17**-FC-*** saylı podrat müqaviləsi üzrə ƏDV xaric 103.165,57 manat, 30 noyabr 2018-ci il tarixli, 1721-FNX-001 saylı podrat müqaviləsi üzrə 176.146,12 manat, cəmi 363.580,16 manat məbləğində pul vəsaitinin, əldən çıxmış faydaya görə 100.000 manat məbləğində pul vəsaitinin, 25.050,7 manat məbləğində faizlərin, vəkilə ödənilmiş 2.500 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2260/2021 saylı, 20.09.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən 20 fevral 2018-ci il tarixli 1708-FNX-001 saylı podrat müqaviləsi üzrə ƏDV xaric 84.268,47 manat (səksən dörd min iki yüz altmış səkkiz manat, 47 qəpik), 09 noyabr 2018-ci il tarixli 1713- FC-001 saylı podrat müqaviləsi üzrə ƏDV xaric 103.165,57 manat (yüz üç min yüz altmış beş manat, 57 qəpik), 30 noyabr 2018-ci il tarixli, 1721-FNX-001 saylı podrat müqaviləsi üzrə ƏDV xaric 176.146,12 manat, cəmi ƏDV xaric 363.580,16 manat məbləğində əsas borc, vəkilin göstərdiyi yardıma görə çəkilmiş xərclərin əvəzi olaraq 1.500 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh MMC-nin 11.10.2021-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin dəqiqləşdirilmiş məbləğinə - cəmi 363.580 manat məbləğə uyğun olaraq iddia təmin etmə tədbiri olaraq həbs qoyulmuş daşınan əmlakların (minik avtonəqliyyatların) siyahısından **-PR-*** dövlət qeydiyyat nişanlı, Haval H6 minik markalı; **-PC-*** dövlət qeydiyyat nişanlı, Haval H6 minik markalı; 99- AR-887 dövlət qeydiyyat nişanlı, Haval H6 minik markalı; **-JF-*** qeydiyyat nişanlı, Ford cargo yük markalı və **- JZ-*** qeydiyyat nömrəli, Volvo FMX yük minik avtonəqliyyat vasitələrinin çıxarılmaqla həbsin götürülməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 22.10.2021-ci il tarixli, e-2-2(113)-2260/2021 saylı qərardadı ilə ərizə rədd edilmişdir. Cavabdeh MMC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin 29.10.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 162.1-ci maddəsinin tələblərinə görə müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Həmin Məcəllənin 162.3-cü maddəsində isə təsbit olunmuşdur ki, iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. Kollegiya hesab edir ki, hazırkı işdə həmin maddənin tətbiq edilməsi və **-PR-*** dövlət qeydiyyat nişanlı, Haval H6 minik markalı; **-PC-*** dövlət qeydiyyat nişanlı, Haval H6 minik markalı; **-AR-*** dövlət qeydiyyat nişanlı, Haval H6 minik markalı; **-JF-*** qeydiyyat nişanlı, Ford cargo yük markalı və **-JZ-*** qeydiyyat nömrəli, Volvo FMX yük minik avtonəqliyyat vasitələri üzərindən həbsin götürülməsi üçün əsaslar mövcuddur. Belə ki, iş materiallarından görünür ki, iddiaçı tərəfindən ilk əvvəl 463.580,16 manat məbləğində pul vəsaitinin, əldən çıxmış faydaya görə 100.000 manat məbləğində pul vəsaitinin, 31.940,67 manat həcmində faiz məbləğinin, vəkilə ödənilmiş 2.500 manat məbləğində pulun cavabdehdən tutulması tələbi irəli sürmüşdür. İddianın təmini tədbiri barədə ərizənin qismən təmin edilməsi barədə Bakı Kommersiya Məhkəməsinin 30.04.2021-ci il tarixli qərardadı qəbul edilən zaman da məhz həmin məbləğlər nəzərə alınaraq ərizədə sadalanan nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi qadağan edilmişdir. Bundan sonra iddiaçı iddia tələbinin həcminin azaldaraq, cəmi 363.580,16 manat məbləğində pul vəsaitinin, əldən çıxmış faydaya görə 100.000 manat məbləğində pul vəsaitinin, 25.050,7 manat məbləğində faizlərin, vəkilə ödənilmiş 2.500 manat məbləğində pulun cavabdehdən tutulması tələbi irəli sürmüş və Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-2260/2021 saylı, 20.09.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, 363.580,16 manat məbləğində əsas borc və vəkilin göstərdiyi yardıma görə çəkilmiş xərclərin əvəzi olaraq 1.500 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Göründüyü kimi iddianın təmini tədbiri barədə ərizə təmin edildikdən sonra iddia tələbinin həcmi 100.000 manat məbləğində azaldılmış, həmçinin məhkəmə tərəfindən iddia qismən təmin edilərək cəmi 365.080,16 manat (363.580,16 + 1500 = 365.080,16) məbləğində təmin edilmişdir. Eyni zamanda iddiaçı tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilməmişdir. Bu isə iddianın rədd edildiyi hissədə qətnamənin qanuni qüvvəyə minməsi və Mülki Prosessual Məcəllənin 162.3-cü maddəsinin tətbiq edilməsi üçün əsasların yaranması anlamına gəlir. Eyni zamanda cavabdeh tərəfindən təqdim edilən qiymətləndirmə hesabatına əsasən (cild 2, i/v 72) özgəninkiləşdirilməsi qadağan edilən 25 ədəd nəqliyyat vasitələrinin ümumilikdə bazar dəyəri 632.510 manat təşkil edir. Cavabdeh tərəfindən üzərindən həbsin götürülməsi xahiş edilən 5 ədəd nəqliyyat vasitəsinin (**-PR-*** dövlət qeydiyyat nişanlı, Haval H6 minik markalı; **-PC-*** dövlət qeydiyyat nişanlı, Haval H6 minik markalı; **-AR-*** dövlət qeydiyyat nişanlı, Haval H6 minik markalı; **-JF-*** qeydiyyat nişanlı, Ford cargo yük markalı və **-JZ-*** qeydiyyat nömrəli, Volvo FMX yük minik avtonəqliyyat vasitələri) ümumilikdə bazar dəyəri isə 180.394,36 manat təşkil edir (35294,12 + 35294,12 + 35294,12 + 48000 + 26512,88 = 180.394,36). Göründüyü kimi üzərindən qadağanın götürülməsi xahiş edilən həmin 5 ədəd nəqliyyat vasitəsinə aid hissədə müvəqqəti təminat tədbirləri ləğv edildiyi təqdirdə bu qətnamənin icrasına heç bir maneə yaratmayacaq. Çünki həmin nəqliyyat vasitələri üzərindən qadağa götürüldüyü təqdirdə üzərinə qadağa qoyulmuş digər nəqliyyat vasitələrinin ümumi dəyəri 452.115,64 manat (632510 – 180394,36 = 452.115,64) təşkil edir ki, bu da qətnamə ilə qət edilmiş məbləği (365.080,16 manat) artıqlaması ilə əhatə edir. Bu baxımdan kollegiya hesab edir ki, ərizə təmin edilməli və müvəqqəti təminat tədbirləri **-PR-*** dövlət qeydiyyat nişanlı, Haval H6 minik markalı; **-PC-*** dövlət qeydiyyat nişanlı, Haval H6 minik markalı; 99- AR-887 dövlət qeydiyyat nişanlı, Haval H6 minik markalı; **-JF-*** qeydiyyat nişanlı, Ford cargo yük markalı və **-JZ-*** qeydiyyat nömrəli, Volvo FMX yük minik avtonəqliyyat vasitələrinə aid hissədə ləğv edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iddianın təmini tədbirinin qismən ləğvi barədə cavabdeh tərəfindən verilmiş ərizə təmin edilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2260/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 22.10.2021-ci il tarixli qərardadı ləğv edilsin. Cavabdeh MMC tərəfindən verilmiş iddianı təmin etmə tədbirinin qismən ləğv edilməsi barədə ərizə təmin edilsin. **-PR-*** dövlət qeydiyyat nişanlı, Haval H6 minik markalı; **-PC-*** dövlət qeydiyyat nişanlı, Haval H6 minik markalı; **-AR-*** dövlət qeydiyyat nişanlı, Haval H6 minik markalı; **-JF-*** qeydiyyat nişanlı, Ford cargo yük markalı və **-JZ-*** qeydiyyat nömrəli, Volvo FMX yük minik avtonəqliyyat vasitələrinin özgəninkiləşdirilməsinin qadağan edilməsi ilə bağlı müvəqqəti təminat tədbiri ləğv edilsin və həmin nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsinə qoyulmuş qadağa götürülsün. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Məmməd Məmmədov İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar