Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-142/2023 31.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndələri Qanuni nümayəndə2 və X2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3429/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh "X1 Company" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İşin mübahisəsiz halları ondan ibarətdir ki, “Podratçı” – Cavabdeh MMC ilə “Subpodratçı” – İddiaçı MMC arasında 29 yanvar 2020-ci il tarixli, HP 018/0120 saylı subpodrat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən subpodratçı podratçının təsdiq etdiyi və/və ya təqdim etdiyi layihəyə uyğun olaraq “Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin aparılması” layihəsi çərçivəsində tikinti quraşdırma işlərini bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə(lər)də göstərilən vahid qiymətlərə uyğun yerinə yetirməyi, başa çatdırmağı və podratçı ilə birlikdə sifarişçiyə təhvil verməyi, podratçı isə subpodratçının gördüyü işin müqabilində bu müqavilədə razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürmüşdür.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı MMC cavabdeh "X1 Company" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 545564,19 (beş yüz qırx beş min beş yüz altmış dörd manat on doqquz qəpik) manat əsas borc, 410 manat məbləğində mediasiya xərci və 370 manat dövlət rüsumu olmaqla, ümumilikdə 546344,19 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
3. İddiaçı bildirir ki, İddiaçı MMC tərəfindən müqavilə üzrə öhdəlik tam icra edilmiş, cavabdeh isə müəyyən edilmiş muzdu ödəməmişdir. Hazırda cavabdehin əsas borcu 545564,19 manat təşkil edir. Cavabdehə elektron qaimə-faktura təqdim edilmiş və həmin elektron qaimə-faktura cavabdeh tərəfindən təsdiq edilmişdir.
4. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iştirak etməmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3429/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdehndən 545564,19 manat (beş yüz qırx beş min beş yüz altmış dörd manat on doqquz qəpik) məbləğində əsas borc, 400 (dörd yüz) manat mediasiya xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 370 (üç yüz yetmiş) manat olmaqla, cəmi 546334,19 manat (beş yüz qırx altı min üç yüz otuz dörd manat on doqquz qəpik) məbləğində pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Cavabdeh "X1 Company" MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən onun bank hesabından edilən ödənişlərin ümumi dövrü əhatə edən çıxarışı yox, fərqli tarixlərdə edilən ödənişlərə aid hesabdan çıxarış təqdim edilmişdir. Məhkəməyə təqdim edilən günlük çıxarışlarda cavabdeh tərəfindən ödənilən 210000 manat məbləğində ödəniş barədə məlumat verilməmişdir. Həmçinin məhkəmə cavabdehin məhkəmə iclaslarında iştirakını təmin etməmiş, beləliklə çəkişmə prinsipinin pozulması ilə nəticələnən qətnamə qəbul edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
10. Məhkəmə iclasında iddiaçının nümayəndələri Qanuni nümayəndə2 və X4 və iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz etdilər.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
12. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydalarının təsdiq 3.9-cu bəndində isə təsbit olunmuşdur ki, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
13. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
14. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia əsaslıdır.
15. Belə ki, Mülki Məcəllənin 752.1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun olaraq iddianın əsaslı hesab edilməsi üçün müəyyən edilməlidir ki, podratçı (iddiaçı) tərəfindən müqavilə üzrə müəyyən edilən podrat işləri yerinə yetirilmiş, sifarişçi (cavabdeh) tərəfindən isə müqavilə ilə müəyyən edilən muzd ödənilməmişdir.
16. Hazırki işdə də həmin hallar sübut olunur.
17. Belə ki, xx.xx.2020-ci il tarixli, EBAH seriyalı, 032894 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMCyə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 228522,99 (ƏDV daxil) manat təşkil edir.
18. 08.04.2020-ci il tarixli, EBAİ seriyalı, 537465 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 32815,80 (ƏDV daxil) manat təşkil edir.
19. 28.04.2020-ci il tarixli, EBAJ seriyalı, 289668 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 153834,59 (ƏDV daxil) manat təşkil edir.
20. 13.05.2020-ci il tarixli, EBAJ seriyalı, 836829 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 385746,66 (ƏDV daxil) manat təşkil edir.
21. 25.06.2020-ci il tarixli, EBAL seriyalı, 586610 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMCyə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 76700 (ƏDV daxil) manat təşkil edir.
22. 13.07.2020-ci il tarixli, EBAM seriyalı, 334692 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMCyə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 129963,19 (ƏDV daxil) manat təşkil edir.
23. 13.07.2020-ci il tarixli, EBAM seriyalı, 336197 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMCyə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 153400 (ƏDV daxil) manat təşkil edir.
24. İddiaçı tərəfindən tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, HP 018/0120 nömrəli müqaviləyə “subpodratçının görülmüş işlərə dair qəbul akt”ları (Forma-3) və “qiymət razılaşma forması” adlı (Forma-2) əlavələr təqdim edilmiş və sözügedən əlavələr hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir.
25. "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib və təsdiq edilmiş hesabdan çıxarışdan görünür ki, İddiaçı MMC-nin hesabına Cavabdeh MMC tərəfindən 120000 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
26. "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib və təsdiq edilmiş hesabdan çıxarışdan görünür ki, İddiaçı MMC-nin hesabına Cavabdeh MMC tərəfindən 101473,55 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
27. "xxxx" QSC tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib və təsdiq edilmiş hesabdan çıxarışdan görünür ki, İddiaçı MMC-nin hesabına Cavabdeh MMC tərəfindən 300068 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
28. İddiaçı MMC-nin Cavabdeh MMC-dən daxilolmalar üzrə ƏDV şəxsi hesabından çıxarış” adlı sənəddən görünür ki, İddiaçı MMC-nin hesabına Cavabdeh MMC tərəfindən xx.xx.2020-ci il tarixdə 34859,44 manat (EBAH 032894 saylı EQ əsasən ƏDV), xx.xx.2020-ci il tarixdə 5005,80 manat (EBAİ 537465 saylı EQ əsasən ƏDV) və xx.xx.2020-ci il tarixdə 54012,24 manat (EBAJ 836829 saylı EQ əsasən ƏDV) olmaqla, ümumilikdə 93877,48 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
29. Göründüyü kimi tərəflərin bağladığı subpodrat müqaviləsi üzrə dəyəri 1160983,23 manat olan işlərin görülərək, cavabdehə təhvil verilməsi həm iddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaimələr, həm də tərəflər arasında bağlanmış müqaviləyə “subpodratçının görülmüş işlərə dair qəbul akt”ları (Forma-3) və “qiymət razılaşma forması” adlı (Forma-2) əlavələrlə təsdiq olunur.
30. Eyni zamanda yuxarıda qeyd olunan ödəniş tapşırıqlarından müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 615419,03 manat məbləğində ödənişlər edilmişdir.
31. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən görülmüş işlərə görə ödənilməyən ümumilikdə 545564,19 manat (1160983,23 - 615419,03 = 545564,2) məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır. 32 Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, cavabdeh yuxarıda qeyd olunan ödənişlərdən əlavə 210000 manat məbləğində ödənişi həyata keçirdiyini bildirsə də, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Məhkəmə bildirişləri isə cavabdehin ünvanına göndərilmişdir. 33 Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. 34 Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i:
Cavabdeh "X1 Company" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3429/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn