Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-150/2020 18.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, X18 və X7 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçı “xxxxxxxxx” MMC-nin cavabdehlər Cavabdeh1 ASC -yə, Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzinə, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə qarşı “alqı-satqı müqaviləsinin, yekun protokolun etibarsız sayılması, ipotekaya xitam verilməsinə” dair iddiası üzrə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2(82)-1071/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən (hakim Aytən Oruczadə) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı “xxxxxxxxx” MMC Cavabdeh1 ASC -yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək və sonradan iddia ərizəsinin həcmini artıraraq, cavabdehlər qismində Cavabdeh1 ASC, Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzi, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsini qoyaraq, Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzi tərəfindən tərtib olunmuş xx xxxxxx 2019-cu il tarixli yekun protokolun, protokol əsasında hazırlanmış alqı-satqı müqaviləsinin etibarsız sayılması, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində səhvən Cavabdeh1 ASC-nin Naxçıvan MR Baş İdarəsinin adına qeydə alınmış çıxarışların ləğv edilməsi, Cavabdeh1 ASC-nin Naxçıvan MR Baş İdarəsi ilə “xxxxxxxxx” MMC arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli, 450.000 manat dəyərində olan ipotekaya; xx xxxx 2009-cu il tarixli 1.125.000 manat dəyərində ipotekaya (Nizami-61A); xx xxxx 2009-cu il tarixli 1.125.000 manat dəyərində olan ipotekaya (Nizami-41); xx xxxxxx 2009-cu il tarixli, 28/01 saylı 851.000 manat dəyərində olan ipotekaya; xx xxxxxx 2010-cu il tarixli 02/01 saylı 802.500 manat dəyərində olan ipotekaya; xx xxxxxx 2010-cu il tarixli 24/01 500.000 manat dəyərində olan ipotekaya xitam verilməsi, ipoteka sənədlərinin geri qaytarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb “xxxxxxxxx” MMC-yə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2(82)-1071/2019 saylı xx.xx.2019cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçının tələbi və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Naxçıvan Muxtar Respublikasının İnzibati İqtisadi Məhkəməsinin 2-2(087)-06/2016 saylı xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh1 ASC-nin iddia tələbi təmin edilmiş, cavabdeh “xxxxxxxxx” MMC-dən 1 984 406,65 manat əsas və 397 739,28 manat faiz borcunun, cəmi 2 382 145,93 manat məbləğində kredit borcunun, bu borcun tam ödənildiyi günədək əsas borca hesablanacaq faizlər və 30 manat dövlət rüsumunun tutularaq Cavabdeh1 ASC Naxçıvan Muxtar Respublikası Baş İdarəsinə ödənilməsi, Kredit borcu ödənilmədiyi təqdirdə kredit borcunun ipoteka ilə yüklü edilmiş, ilkin qiymətləndirmə dəyəri 1 125 000 olan, mülkiyyət hüququ “xxxxxxxxx” Kiçik Müəssisəsinə məxsus olan, Naxçıvan şəhəri, Nizami 41-də yerləşən, ümumi sahəsi 257.0 kv.m. olan, bütün növ əmlak və avadanlıqlar daxil olmaqla qeyri-yaşayış sahəsinə, bazar dəyəri 2 652 000,00 (iki milyon altı yüz əlli iki min) manat olan, “xxxxxxxxx” MMC-yə tam mülkiyyət hüququ üzrə məxsus olan, Naxçıvan şəhəri, Nizami 61A ünvanında 0.0902 ha torpaq sahəsində yerləşən 4 girişli, 3 mərtəbəli, 1797.4 kv.m. ümumi, 913.1 kv.m. əsas, 884.3 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış binasına, ilkin qiymətləndirmə dəyəri 75 000 (yetmiş beş min) manat olan, X2 tam mülkiyyət hüququ üzrə məxsus olan, Naxçıvan şəhəri, Atabəylər məhəlləsində yerləşən 8 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 3cü mərtəbəsində, 85.64 kv.m. ümumi, 61.71 kv.m. yaşayış, 23.93 kv.m. köməkçi sahədən ibarət 5 otaqlı, 21 nömrəli mənzilə, ilkin qiymətləndirmə dəyəri 68 000 manat olan, Nümayəndə məxsus olan, Naxçıvan şəhəri, Atabəylər məhəlləsi, 8 nömrəli binada, 55.84 kv.m. ümumi, 37.92 kv.m. yaşayış, 17.92 kv.m. köməkçi sahədən ibarət 3 otaqlı, 32 nömrəli mənzilə, ilkin qiymətləndirmə dəyəri 66.000 manat olan, X10 məxsus olan, Naxçıvan şəhəri, Şadlinski küçəsi, 1 nömrəli binada, 59.96 kv.m. ümumi, 47.32 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 2 nömrəli mənzilə, ilkin qiymətləndirmə dəyəri 29.000 manat olan, X4 məxsus olan, Naxçıvan şəhəri, Ə.Əliyev küçəsi, 20-ci məhəllədə yerləşən ticarət obyektinin sahəsi 18.0 kv.m. olan bir hissəsinə, ilkin qiymətləndirmə dəyəri 28.000 manat olan, X16 tam mülkiyyət hüququ üzrə məxsus olan, Naxçıvan şəhəri, Əlincə məhəlləsində yerləşən 2B nömrəli binanın 1-ci mərtəbəsində 14.3 kv.m. ümumi 14.3 kv.m. əsas sahədən ibarət qeyri-yaşayış sahəsinə (mağaza), ilkin qiymətləndirmə dəyəri 39.000 manat olan, X5 tam mülkiyyət hüququ üzrə məxsus olan Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Aşağı Uzunoba kəndində 0.1395 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 40.86 kv.m. yaşayış, 81.88 kv.m. qeyri-yaşayış, 40.26 kv.m sahədən ibarət 2 otaqlı fərdi yaşayış evinə, ilkin qiymətləndirmə dəyəri 70.000 manat olan, X6 tam mülkiyyət hüququ üzrə məxsus olan, Naxçıvan şəhəri, 6-cı məhəllədə 0.0448 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 73.22 kv.m ümumi 45.78 kv.m. köməkçi sahədən ibarət 3 otaqlı, 73 nömrəli fərdi yaşayış evinə, ilkin qiymətləndirmə dəyəri 5000 manat olan, Nümayəndə məxsus olan, Haxçıvan şəhəri, Nizami küçəsində 0.0446 ha torpaq sahəsində yerləşən 41 nömrəli binanın 2-ci mərtəbəsində, ümumi sahəsi 95.7 kv.m. olan, 49.0 kv.m. əsas, 46.7 kv.m. köməkçi sahədən ibarət olan qeyri-yaşayış sahəsinə (X17), ilkin qiymətləndirmə dəyəri 30 000 manat olan, Nümayəndə məxsus olan, Naxçıvan şəhəri, Nizami küçəsində 0.0446 ha torpaq sahəsində yerləşən 41 nömrəli binanın 1-ci mərtəbəsində, ümumi sahəsi 31.8 kv.m. olan, 15.8 kv.m. əsas, 16.0 kv.m. köməkçi sahədən ibarət olan qeyri-yaşayış sahəsinə (cildləmə sexi) ilkin qiymətləndirmə dəyəri 20 000 manat olan, X3 tam mülkiyyət hüququ üzrə məxsus olan, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Cəhri kəndində 0.0756 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 58.32 kv.m. yaşayış, 49.08 kv.m. köməkçi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə, ilkin qiymətləndirmə dəyəri 10.000 manat olan, X11 tam mülkiyyət hüququ üzrə məxsus olan, Naxçıvan Muxtar Respublikası, Kəngərli rayonu, Yeni Kərki kəndində 0.1271 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 51.2 kv.m. yaşayış, 17.7 kv.m. köməkçi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə, ilkin qiymətləndirmə dəyəri 10.000 manat olan, X12 tam mülkiyyət hüququ üzrə məxsus olan, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Cəhri kəndində 0.1098 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 65.37 kv.m. yaşayış, 32.5 kv.m. köməkçi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə, ilkin qiymətləndirmə dəyəri 15.000 manat olan, MH seriyalı ******* və MH seriyalı ******* nömrəli çıxarışlara əsasən X12 məxsus olan, Babək rayonu, Cəhri kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə, ilkin qiymətləndirmə dəyəri 5000 manat olan MH seriyalı 0017559, MH seriyalı 0017560, MH seriyalı 0017561, MH seriyalı ******* nömrəli çıxarışlara əsasən Nümayəndə məxsus olan, Babək rayonu, Şıxmahmud kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə yönəldilməsi və həmin əmlakların açıq hərracda satılıb kredit borcunun ödənilməsi qət edilmişdir. Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzi tərəfindən xx xxxxxx 2016-cı il tarixdə açıq hərraca çıxarılacaq əmlaklar haqqında məlumat verilmiş və qətnamə əsasında həmin tarixdə hərrac keçirilmişdir. Həmin hərrac alıcı olmaması səbəbindən baş tutmadığından Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzi tərəfindən xx xxxxxx 2016-cı il tarixdə təkrar hərrac keçirilmişdir. Həmin hərrac da alıcı olmaması səbəbindən baş tutmamışdır. Lakin təkrar hərracın baş tutmamış elan edilməsindən təqribən 1 ay yarım keçdikdən sonra Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzi ilə Cavabdeh1 ASC Naxçıvan Muxtar Respublikası Baş İdarəsi arasında hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx xxxxxx 2017-ci il tarixdə müqavilə bağlanmışdır. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi diqqətsizlik etmiş və bu 5 əmlakı xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində səhvən Cavabdeh1 ASC-nin Naxçıvan MR baş İdarəsinin adına qeydə almışdır. Bu hallar iddiaçıya qarşı ipoteka predmetinin boşaldılıb təhvil verilməsinə dair Naxçıvan Muxtar Respublikasinin İnzibati-İqtisadi məhkəməsinə müraciət etdiyi iddia ərizəsində də öz əksini tapıb. Qanunvericilikdə yalnız iki dəfə hərracın keçirilməsi nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmədiyindən ipotekaya xitam verilməlidir. Məhkəmə qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçının bu iddia tələblərini irəli sürməyə subyektiv hüququ yoxdur. Halbuki belə olan halda iş üzrə icraata xitam verilməli idi. İşə apellyasiya qaydasında baxılması sonuncu dəfə xx.xx.2020-ci il tarixə təyin edilmiş, iddiaçıya və cavabdehlərə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmiş, Cavabdeh1 ASC-nin nümayəndəsinin əvvəlki məhkəmə iclasında iştirak edərək apellyasiya şikayətinə münasibət bildirdiyini və digər cavabdehlər Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzinin, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin apellyasiya şikayətinə dair yazılı mülahizələr göndərərək işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etdiklərini nəzərə alaraq məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 ASC-nin nümayəndəsi X19 əvvəlki məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2(82)-1071/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: xx xxxxxx 2009-cu il tarixli “xxxxxxxxx” MMC (“Girovqoyan”) ilə Cavabdeh1 ASC-nin Naxçıvan MR Baş İdarəsi arasında bağlanmış girov (ipoteka) müqaviləsindən görünür ki, girovqoyan Bank tərəfindən verilmiş 250.000 manat məbləğində kreditin və ona hesablanacaq faizlərin qaytarılmasının təminatı kimi Naxçıvan şəhəri, Nizami küçəsi, 41 ünvanında yerləşən “xxxxxxxxx” MMC-yə məxsus bütün növ əmlak və avadanlıqlar dəyəri 450.000 manat olan əmlaklar ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. xx xxxx 2009-cu il tarixli “xxxxxxxxx” MMC (“Girovqoyan”) ilə Cavabdeh1 ASC-nin Naxçıvan MR Baş İdarəsi arasında bağlanmış girov (ipoteka) müqaviləsindən görünür ki, girovqoyan Bank tərəfindən verilmiş 750.000 manat məbləğində kreditin və ona hesablanacaq faizlərin qaytarılmasının təminatı kimi Naxçıvan şəhəri, Nizami küçəsi, 61 A ünvanında yerləşən “xxxxxxxxx” MMC-yə məxsus qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. xx xxxx 2009-cu il tarixli “xxxxxxxxx” MMC (“Girovqoyan”) ilə Cavabdeh1 ASC-nin Naxçıvan MR Baş İdarəsi arasında bağlanmış girov (ipoteka) müqaviləsindən görünür ki, Girovqoyan Bank tərəfindən verilmiş 750.000 manat məbləğində kreditin və ona hesablanacaq faizlərin qaytarılmasının təminatı kimi Naxçıvan şəhəri, Nizami küçəsi, 41 ünvanında yerləşən “xxxxxxxxx” MMC-yə məxsus bütün növ əmlak və avadanlıqlar girov qoyulmasına barədə razılığa gəlmişlər. xx xxxxxx 2009-cu il tarixli ipoteka saxlayan Cavabdeh1 ASC-nin Naxçıvan MR Baş İdarəsi ilə ipoteka qoyan-X8, X20, X21, X24, X13 və borcalan “xxxxxxxxx” MMC arasında bağlanmış ipoteka müqaviləsindən görünür ki, ipoteka predmeti olan Nümayəndə məxsus ünvan 4 mənzil 32 ünvanında yerləşən, X2 məxsus ünvan 4 mənzil 21; X10 məxsus Naxçıvan şəhəri,M.Rəsulzadə küçəsi, bina 107, mənzil 2; X14 məxsus Naxçıvan şəhəri, Ə.Əliyev küçəsi 20-ci məhəllədə yerləşən mağaza; X16 məxsus ünvan 5 B ünvanında yerləşən mağaza; X10 məxsus Naxçıvan şəhəri, İstiqlal-77 ünvanında yerləşən mağaza; X13 və “xxxxxxxxxa” MMC-yə məxsus ünvan 7 ünvanında yerləşən ümumilikdə 851.000 manat dəyərində əmlaklar girovqoyan bank tərəfindən verilmiş 500.000 manat məbləğində kredit və ona hesablanacaq faizlərin qaytarılmasının təminatı kimi qoyulmuşdur. xx xxxxxx 2010-cu il tarixli “xxxxxxxxx” MMC (“Girovqoyan”) ilə Cavabdeh1 ASCnin Naxçıvan MR Baş İdarəsi arasında bağlanmış ipoteka müqaviləsindən görünür ki, Girovqoyan Bank tərəfindən verilmiş 500.000 manat məbləğində kreditin və ona hesablanacaq faizlərin qaytarılmasının təminatı kimi “xxxxxxxxx” MMC-yə məxsus qeyriyaşayış sahəsi, Naxçıvan şəhəri Nizami küçəsi 61A; Nümayəndə məxsus qeyri-yaşayış sahəsi, Naxçıvan şəhəri, Nizami küçəsi 41, Nümayəndə məxsus qeyri-yaşayış sahəsi, Naxçıvan şəhəri, Nizami küçəsi 41 Nümayəndə məxsus Babək rayonu, Şıxmahmud kəndində yerləşən torpaq sahələri, ümumilikdə 802.500 manat dəyərində əmlakların ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. xx xxxxxx 2010-cu il tarixli ipoteka saxlayan Cavabdeh1 ASC-nin Naxçıvan MR Baş İdarəsi ilə ipoteka qoyan-X9, X22, X23 və borcalan “xxxxxxxxx” MMC arasında bağlanmış ipoteka müqaviləsindən görünür ki, ipoteka predmeti olan X3 məxsus fərdi yaşayış evi, Naxçıvan MR, Babək rayon, Cəhri kəndi; X11 məxsus fərdi yaşayış evi Naxçıvan MR, Kəngərli rayon, Yeni Kərki kəndi; X12 məxsus fərdi yaşayış evi və torpaq sahələri, Naxçıvan MR, Babək rayonu, Cəhri kəndi (torpaq sahəsi-seriya MN № ******* çıxarış; torpaq sahəsi-seriya MN № ******* çıxarış) ünvanında yerləşən ümumilikdə 500.000 manat dəyərində əmlaklar bank tərəfindən verilmiş 500.000 manat məbləğində kredit və ona hesablanacaq faizlərin qaytarılmasının təminatı kimi qoyulmuşdur. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinin (hakim F.Heydərov) xx xxxx 2016-cı il tarixli, 2-2(087)-06/2016 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 ASC Naçıvan Muxtar Respublikası Baş İdarəsinin iddia tələbi təmin edilərək, cavabdeh “xxxxxxxxx” MMC-dən 1 984 406,65 manat əsas və 397 739.28 manat faiz borcunun, cəmi 2 382 145.93 manat məbləğində kredit borcunun, bu borcun tam ödənildiyi günədək əsas borca hesablanacaq faizlər və 30 manat dövlət rüsumu tutularaq Cavabdeh1 ASC Naxçıvan Muxtar Respublikası Baş İdarəsinə ödənilməsi, kredit borcu ödənilmədiyi təqdirdə kredit borcunun ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsi və həmin əmlakların açıq hərracda satılıb kredit borcu ödənilməsi qət edilmişdir. X41 Bölməsinin 902 nömrəli icra işindən görünür ki, X41 və Probasiya Şöbəsi tərəfindən hərracın keçirilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzinə sifariş verilmiş və tələbkar təşkilatın tələbini təmin etmək məqsədi ilə qətnamədə göstərilən əmlakların açıq hərrac vasitəsi ilə satışının təşkil edilməsi xahiş edilmişdir. Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzi tərəfindən Cavabdeh1 ASC-nin Naxçıvan Muxtar Respublikası Baş İdarəsinə ünvanlanmış xx xxxxxx 2016-cı il tarixli məktubunda qeyd edilmişdir ki, X41 Bölməsinin 902 saylı,xx xxxxxxxx 2016-cı il tarixli sifariş məktubuna və Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilmiş 2-2(087)-06/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli icra sənədinə əsasən Naxçıvan şəhəri, Nizami 61 A 0.0906 ha torpaq sahəsində yerləşən 4 girişli, 3 mərtəbəli 1797.4 kv.m ümumi, 913.1 kv.m əsas, 884.3 kv.m köməkçi sahədən ibarət qeyriyaşayış binası (“xxxxxxxxx” kiçik müəssisəsi); Naxçıvan şəhəri Nizami 41-də yerləşən ümumi sahəsi 257.0 kv.m olan bütün növ əmlak və avadanlıqları olan qeyri-yaşayış sahəsi; Naxçıvan şəhəri, Atabəylər məhəlləsi 8-də yerləşən 5 mərtəbəli binanın 2ci giriş, 3-cü mərtəbəsində 85.64 kv.m ümumi, 61.71 kv.m yaşayış, 23.93 kv.m köməkçi sahədə ibarət 5 otaqlı 21 nömrəli mənzil; Naxçıvan şəhəri 6-cı məhəllə, ev 73-də, 0.0448 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 73.22 kv.m ümumi, 45.78 kv.m köməkçi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evi; Naxçıvan şəhəri, Atabəylər məhəlləsi 8-də yerləşən, 5 mərtəbəli binada 55.84 kv.m ümumi, 37.92 kv.m yaşayış, 17.92 kv.m köməkçi sahədən ibarət 3 otaqlı 32m nömrəli mənzil; Naxçıvan şəhəri, Nizami küçəsi bina 41,1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 31.8 kiv.m olan 15.8 kv.m əsas, 16.0 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi (cildləmə sexi) “İpoteka” qanunun 42.1 maddəsinə uyğun olaraq xx xxxxxxx 2016-cı il tarixdə ilkin və “İpoteka” qanunun 43.5 maddəsinə uyğun olaraq xx xxxxxx 2016-cı il tarixdə təkrar hərraca çıxarılmışdır, lakin alıcı olmadığından satılmamışdır. İpoteka predmetini “İpoteka” qanunun 43.7-ci maddəsində qeyd olunduğu kimi təkrar hərracdakı ilkin satış qiymətindən 25 % faiz olmayan qiymətə Cavabdeh1 ASC Naxçıvan Muxtar Respublikası Baş idarəsi ala bilər. Tələbkar tərəf qismində sifariş verilməsi xahiş edilmişdir. Cavabdeh1 ASC Naxçıvan MR Baş İdarəsinin rəisi O.A.Qurbanov tərəfindən Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzinin direktoru N.A.Əliyevə ünvanlanmış xx xxxxxx 2017-ci il tarixli 01/23 nömrəli məktubuna əsasən, Bank Naxçıvan MR Baş İdarəsinin xx xxxxxx 2016-cı il tarixli 84 saylı məktubuna cavab olaraq bildirmişdir ki, ipoteka predmeti olan Naxçıvan şəhəri, Nizami 61 A 0.0906 ha torpaq sahəsində yerləşən 4 girişli, 3 mərtəbəli 1797.4 kv.m ümumi, 913.1 kv.m əsas, 884.3 kv.m köməkçi sahədən ibarət qeyriyaşayış binası (“xxxxxxxxx” kiçik müəssisəsi); Naxçıvan şəhəri Nizami 41-də yerləşən ümumi sahəsi 257.0 kv.m olan bütün növ əmlak və avadanlıqları olan qeyri-yaşayış sahəsi; Naxçıvan şəhəri, Atabəylər məhəlləsi 8-də yerləşən 5 mərtəbəli binanın 2-ci giriş, 3-cü mərtəbəsində 85.64 kv.m ümumi, 61.71 kv.m yaşayış, 23.93 kv.m köməkçi sahədə ibarət 5 otaqlı 21 nömrəli mənzil; Naxçıvan şəhəri 6-cı məhəllə, ev 73-də, 0.0448 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 73.22 kv.m ümumi, 45.78 kv.m köməkçi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evi; Naxçıvan şəhəri, Atabəylər məhəlləsi 8-də yerləşən, 5 mərtəbəli binada 55.84 kv.m ümumi, 37.92 kv.m yaşayış, 17.92 kv.m köməkçi sahədən ibarət 3 otaqlı 32 nömrəli mənzilə dair Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzinin təklifini qəbul etmiş və həmin əmlakları almağa razı olduğunu bildirmişdir. İcra işində olan xx xxxxxx 2017-ci tarixli protokoldan və hərracın yekunlar üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, Naxçıvan şəhəri İcra Bölməsinin xx xxxxxxxx 2016-cı il tarixli 902 saylı sifariş məktubuna, Naxçıvan Muxtar Respublikası İnzibati- İqtisadi Məhkəməsi tərəfindən verilmiş xx xxxxxx 2016-cı il tarixli 2-2(087)-06/2016 saylı icra sənədi və Cavabdeh1 ASC-nin Naxçıvan Muxtar Respublikası Baş İdarəsinin xx xxxxxx 2017-ci il tarixli 01/23 nömrəli məktubuna əsasən “xxxxxxxxx” MMC-yə məxsus əmlaklar ilkin satış qiyməti 4.020.000 manat olan “İpoteka haqqında” qanunun 43.7-ci maddəsinə əsasən 2.562.750 manat qiymətləndirilərək Cavabdeh1 ASC-nin Naxçıvan Muxtar Respublikası Baş idarəsinə satılmışdır. xx xxxx 2019-cu il tarixli 75 nömrəli məktubdan görünür ki, iddiaçı “xxxxxxxxx” MMC Cavabdeh1 ASC-yə müraciət edərək ipoteka müqavilələrinin xitam edilməsini və ipoteka sənədlərinin qaytarılmasını xahiş etmişdir. xx xxxxxx 2019-cu il tarixli 76 nömrəli məktubdan görünür ki, iddiaçı “xxxxxxxxx” MMC Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzinin direktoruna müraciət edərək bildirmişdir ki, qeyri-qanuni tarixdə xx xxxxxx 2017-ci il tarixli hərracın nəticələri barədə saxta yekun protokolunun, “xxxxxxxxxxx” ASC Naxçıvan MR Baş İdarəsi ilə bağlanmış saxta alqı-satqı müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə düzgün olaraq hesab etmişdir ki, xx xxxxxx 2009-cu il tarixli, 28/01 saylı 851.000 manat dəyərində olan ipoteka müqaviləsi üzrə ipoteka qoyan qismində X8, X20, X15, X25, X13 və xx xxxxxx 2010-cu il tarixli 24/01 ipoteka müqaviləsi üzrə ipotekaqoyan qismində X9, X22, X23 çıxış etdiyindən ipoteka qoyan “xxxxxxxxx” MMC olmadığından həmçinin, ümumi dəyəri 802500 manat məbləğində əmlakların girovu ilə bağlı xx xxxxxx 2010-cu il tarixli ipoteka müqaviləsi üzrə isə ipoteka qoyan qismində həmçinin, bir sıra əmlaklar üzrə mülkiyyətçi Nümayəndə çıxış etdiyindən iddiaçı qismində “xxxxxxxxx” MMCnin həmin ipotekada olmuş əmlaklarla bağlı hazırki iddianı qaldırmağa subyektiv hüququ yoxdur. İddiaçının özü tərəfindən ipoteka ilə yüklü edilmiş əmlaklarla bağlı ipotekaya xitam verilməsi üçün qanunu əsaslar mövcud deyil. Belə ki, işin araşdırılan hallarından görünür ki, hərrac baş tutmadığından 2016-cı ilin dekabr ayında həmin əmlaklar 25 % az olmayan qiymətə Cavabdeh1 ASC Naxçıvan Muxtar Respublikası Baş İdarəsinə təklif edilmiş, 2017-ci ilin yanvar ayında qanunla nəzərdə tutulmuş müddəti ötürmədən Cavabdeh1 ASC ipoteka predmeti olan əmlakları almağı razı olduğunu bildirmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Qanunda “əldə edilmə” ifadəsi əldə edilmənin rəsmiləşdirilməsini deyil, hərracda satılmamış ipoteka predmetlərinin əldə edilməsinə ipoteka saxlayanın razılığını ifadə edir. Hazırkı halda bankın əmlakları əldə etməyə razılığı 30 təqvim günü ərzində verildiyindən iddiaçının tələbləri düzgün olaraq məhkəmə tərəfindən rədd edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2(82)-1071/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cımaddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı “xxxxxxxxx” MMC-nin apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2(82)-1071/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına ( ünvan: Bakı şəhəri, Yusif Səfərov küçəsi, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-150/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-150/2020
18.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver