Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-174/2023 24.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı2n Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X9 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4928/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. "xxxx" MMC hüquqi şəxs kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmış və MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Cəfər Cabbarlı 34-dür.
2. İddiaçı2 publik hüquqi şəxs statusunda İddiaçı2 MMC-nin əsasında yaradılmış, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmış və İddiaçı2 publik hüquqi şəxs ünvan 2 ünvanında yerləşir.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı2 cavabdeh “Azəriqaz" İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı2nə əsassız yazılmış 14.846,15 manat borcun silinməsi, yeni müqavilənin imzalanması və yeni sayğacın qoşulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı bildirir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İddiaçı2 inzibati binasında yeni qazanxananın istifadəyə verilməsi üçün qaz xətlərinin dəyişdirilməsinə və yeni sayğacın quraşdırılmasına ehtiyac yaranmışdır. Bununla bağlı, iddiaçı tərəfindən Asan Kommunal mərkəzinə müraciət edilmiş, lakin şifahi şəkildə 020078 ödəyici kodlu sayğacda borc olması əsas gətirilərək sənədlərin qəbulundan imtina edilmişdir. Daha sonra, məsələ ilə bağlı aidiyyəti qurum olaraq Cavabdeh İB-yə müraciət edilmişdir. Cavabdeh İB-nin Bakı regional qazın satışı departamenti Yasamal XS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 24 nömrəli hesab fakturaya əsasən məlum olmuşdur ki, iddiaçının yerləşdiyi ünvana təhkim edilmiş 020078 ödəyici kodlu sayğacda 14.857,15 manat ödənilməmiş borc mövcuddur. Lakin iddiaçı 14.846,15 manat məbləğində borcla razı deyildir. Çünki aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, bu borcun yalnız 11 manatı iddiaçıya məxsusdur. Belə ki, iddiaçı 2007-ci ilin avqust ayından etibarən Bakı şəhəri Yasamal rayonu Cəfər Cabbarlı 34 ünvanında yerləşmişdir. Həmin tarixə qədər bu ünvanda Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (bundan sonra “GEM”) fəaliyyət göstərmiş və 020078 ödəyici kodlu sayğac ünvana uyğun olaraq iddiaçıdan əvvəl GEM-ə məxsus olmuşdur. 2007-ci ildən əvvəlki tarixlərə məxsus GEM və cavabdeh arasında imzalanmış qarşılıqlı hesablaşma haqqında üzləşmə aktlarına əsasən 14.846,15 manat məbləğində borcun 2007-ci ildən əvvəl yarandığını aydın olur. 020078 ödəyici kodlu sayğac həmin ünvana təhkim edildiyindən 2007-ci ilin avqust ayına qədər GEM-in, həmin tarixdən bugünə qədər iddiaçının sərəncamında olmuşdur. Yəni borc yarandığı tarixdə iddiaçı həmin ünvanda yerləşməmişdir. Həmçinin GEM və cavabdeh arasında qarşılıqlı hesablaşma haqqında üzləşmə aktlarında müqavilə nömrəsi olaraq hər iki abonent üçün (həm GEM, həm də iddiaçı) eyni - 78 saylı müqavilənin qeyd olunduğu diqqəti cəlb edir və ehtimal edirlər ki, bu səbəbdən hal-hazırda iddiaçının ödəyici koduna (020078) GEM tərəfindən ödənilməmiş borc məbləği əlavə edilmişdir. Qeyd edilənlərə istinad edərək, iddiaçı tərəfindən 20 may 2022-ci tarixində borcun əsassız olması və silinməsi barədə cavabdehə məktub ünvanlanmış, lakin 17 iyun 2022-ci il tarixində cavabdeh tərəfindən iddiaçıya məzmunu aydın olmayan, standart bir bildiriş ünvanlanaraq iddiaçının qaz ilə təminatı kəsilmişdir. Qoşma şəklində əlavə edilən xx.xx.2005-ci il tarixli GEM və cavabdeh arasında bağlanmış Qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktında borc məbləği 71.603.061 manat (hazırki dəyərlə 14.320,61 manat) təşkil etmişdir. xx.xx.2009-cu il tarixli iddiaçı ilə cavabdeh arasında bağlanmış qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktında iddiaçının borcu 0,00 manat təşkil etsə də, GEM və cavabdeh arasında bağlanmış həmin tarixə aid qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktında borc məbləği 14.320,63 manat təşkil etmişdir. 2013-cü ildən başlayaraq iddiaçı ilə cavabdeh arasında bağlanmış qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktlarına 14.846,15 manat borc əlavə edilmişdir. Yuxarıda göstərilənlərə əsasən hesab edirlər ki, cavabdeh tərəfindən iddiaçıya məxsus olmayan borca görə qaz təminatının dayandırılması və yeni qaz xətlərinin və sayğacın quraşdırılmasında imtina edilməsi qanunaziddir. Cavabdeh öz hərəkətləri ilə iddiaçının qanunla qorunan hüquq və mənafelərinə zərər vurur.
5. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, işə əlavə edilmiş “X7 ekspertiza mərkəzi” PHŞ-in adına olan abonent saldosundan göründüyü kimi istehlakçıya məxsus qeyri-yaşayış sahəsi 2002-ci ildən təbii qazla təchiz edilmişdir. Qeyd edilən ildən qeyri-yaşayış sahəsində mütəmadi olaraq təbii qazdan istifadə edilmiş, lakin istifadə edilən qazın dəyəri vaxtında və tam ödənilmədiyindən debitor borc yaranmışdır. İstehlakçıya tərəflərindən hər ay hesab-faktura təqdim edilir və təqdim edilən hesab-fakturalarda cari istehlak edilmiş qazın dəyərindən əlavə qalıq borcu da göstərilməklə ödənilməsi tələb edilmişdir. Hesab fakturadan göründüyü kimi 01.03.-xx.xx.2021-ci il müddətdə istehlak edilmiş qazın dəyəri 770 manat təşkil edir, xx.xx.2021-ci il tarixə qalıq borc məbləği isə 16.388,12 manat təşkil edir. Beləliklə, göründüyü kimi iddiaçı təşkilat hər ay qalıq borcu barədə məlumatlandırılıb və həmin borcun ödənilməsi ondan tələb edilmişdir. Həmçinin Cavabdeh İB istehlakçı tərəfindən edilmiş ödənişləri ilk növbədə debitor borcun ödənilməsinə yönəldir, məbləğdən artıq qaldığı halda isə cari istehlak edilmiş qazın dəyərinin ödənilməsinə yönəldir. İddiaçı hazırda mübahisələndirdiyi borcun ödənişi üçün pul ödəmədiyini bildirsə də, bununla bağlı heç bir sübut təqdim etməmişdir. Belə ki, tərəfindən etdiyi ödənişlərin təyinatı barədə sübut təqdim etməmişdir. Hazırda mübahisələndirilən borc məbləği iddiaçının istifadəsində olan qaz sayğacının göstəricilərinə əsasən yaranmış və iddiaçı tərəfindən ödənilməlidir.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4928/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı2 abonent hesabına (abonent kodu **********00000) daxil edilmiş 2008-ci ildən əvvəlki dövrə aid 14.569,42 manat məbləğində borcun Cavabdeh İB tərəfindən həmin abonent hesabından silinməsi, qalan hissədə iddianın rədd edilməsi, Cavabdeh İB-dən çəkilmiş mediasiya xərclərinin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı2nə ödənilməsi qət edilmişdir.
7. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.
a) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz etdi.
11. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir).
13. Həmin Qaydaların 5.5-ci bəndinə görə qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
14. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
15. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia əsaslıdır.
16. Belə ki, xx.xx.2005-ci il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktından görünür ki, 78 nömrəli müqavilə üzrə Respublika Epidemioloqiya Mərkəzinin Qaz İstismar İdarəsinə (Qİİ) xx.xx.2004-ci il tarixə (denominasiyadan əvvəl köhnə manatla) 71.038.100 manat (2006-cı il yanvarın 1-dən denominasiyadan sonra (71.038.100:5.000) yeni manatla - 14.207,62 manat), xx.xx.2005-ci il tarixə borcu (denominasiyadan əvvəl köhnə manatla) 71.603.061 manat (2006-cı il yanvarın 1-dən denominasiyadan sonra (71.603.061:5.000) yeni manatla - 14.320,61 manat) təşkil edir. Akt X14 İdarəsi və Respublika Epidemioloqiya Mərkəzinin imzası və möhürü ilə təsdiq edilmişdir.
17. xx.xx.2005-ci il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktından görünür ki, 78 nömrəli müqavilə üzrə Respublika Epidemiologiya Mərkəzinin Qaz İstismar İdarəsinə (Qİİ) xx.xx.2005-ci il tarixə borcu (denominasiyadan əvvəl köhnə manatla) 72.050.397 manat (2006-cı il yanvarın 1-dən denominasiyadan sonra (72.050.397:5.000) yeni manatla - 14.410,07 manat) təşkil edir. Akt X14 İdarəsi və Respublika Epidemioloqiya Mərkəzinin imzası və möhürü ilə təsdiq edilmişdir.
18. xx.xx.2005-ci il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktından görünür ki, 78 nömrəli müqavilə üzrə Respublika Epidemioloqiya Mərkəzinin Qaz İstismar İdarəsinə (Qİİ) xx.xx.2005-ci il tarixə borcu (denominasiyadan əvvəl köhnə manatla) 72.440.056 manat (2006-cı il yanvarın 1-dən denominasiyadan sonra (72.440.056:5.000) yeni manatla - 14.488,01 manat) təşkil edir. Akt X14 İdarəsi və Respublika Epidemioloqiya Mərkəzinin imzası və möhürü ilə təsdiq edilmişdir.
19. xx.xx.2007-ci il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktından görünür ki, 78 nömrəli müqavilə üzrə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (C.Cabbarlı) Qaz İstismar İdarəsinə (Qİİ) xx.xx.2007-ci il tarixə borcu 14.320,61 manat təşkil edir. Akt X14 İdarəsi və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin imzası və möhürü ilə təsdiq edilmişdir.
20. xx.xx.2009-cu il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktından görünür ki, 78 nömrəli müqavilə üzrə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (C.Cabbarlı) Qaz İstismar İdarəsinə (Qİİ) xx.xx.2009-cu il tarixə borcu 14.320,63 manat təşkil edir. Akt X14 İdarəsi və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin imzası və möhürü ilə təsdiq edilmişdir.
21. xx.xx.2008-ci il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktından görünür ki, 78 nömrəli müqavilə üzrə X7 Ekspertiza Mərkəzi MMC-nin Qaz İstismar İdarəsinə (Qİİ) xx.xx.2008-ci il tarixə borcu 898 manat təşkil edir. Akt Yasamal rayon Qaz İstismar İdarəsi və X7 Ekspertiza Mərkəzi MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir.
22. xx.xx.2008-ci il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktından görünür ki, 78 nömrəli müqavilə üzrə X7 Ekspertiza Mərkəzi MMC-nin Qaz İstismar İdarəsinə (Qİİ) xx.xx.2008-ci il tarixə borcu 0 manat təşkil edir. Akt Yasamal rayon Qaz İstismar İdarəsi və X7 Ekspertiza Mərkəzi MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir.
23. xx.xx.2008-ci il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktından görünür ki, 78 nömrəli müqavilə üzrə X7 Ekspertiza Mərkəzi MMC-nin Qaz İstismar İdarəsinə (Qİİ) xx.xx.2008-ci il tarixə borcu 0 manat təşkil edir. Akt Yasamal rayon Qaz İstismar İdarəsi və X7 Ekspertiza Mərkəzi MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir.
24. xx.xx.2009-cu il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktından görünür ki, 78 nömrəli müqavilə üzrə X7 Ekspertiza Mərkəzi MMC-nin Qaz İstismar İdarəsinə (Qİİ) xx.xx.2009-cu il tarixə borcu 0 manat təşkil edir. Akt Yasamal rayon Qaz İstismar İdarəsi və X7 Ekspertiza Mərkəzi MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir.
25. xx.xx.2009-cu il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktından görünür ki, 78 nömrəli müqavilə üzrə X7 Ekspertiza Mərkəzi MMC-nin Qaz İstismar İdarəsinə (Qİİ) xx.xx.2009-cu il tarixə borcu 75,30 manat təşkil edir. X17 İstismar İdarəsi və X7 Ekspertiza Mərkəzi MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir.
26. xx.xx.2009-cu il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktından görünür ki, 78 nömrəli müqavilə üzrə X7 Ekspertiza Mərkəzi MMC-nin Qaz İstismar İdarəsinə (Qİİ) xx.xx.2009-cu il tarixə borcu 0 manat təşkil edir. Akt X14 Sahəsi və X7 Ekspertiza Mərkəzi MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir.
27. xx.xx.2010-cu il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktından görünür ki, 78 nömrəli müqavilə üzrə X7 Ekspertiza Mərkəzi MMC-nin Qaz İstismar İdarəsinə (Qİİ) xx.xx.2010-cu il tarixə borcu 0 manat təşkil edir. Akt X14 Sahəsi və X7 Ekspertiza Mərkəzi MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir.
28. xx.xx.2022-ci il tarixli 24 nömrəli hesab-fakturaya əsasən xx.xx.2022xx.xx.2022-ci il tarixlərdə X7 Ekspertiza Mərkəzinə yazılmış borc 11 manat, həmin tarixə Dərman X1q borcu 14.857,15 manat təşkil edir.
29. Cavabdeh İB tərəfindən təqdim edilmiş:
30. Hesabat ili 2002-ci il olan (**********00 kodlu) abonentin saldosundan görünür ki, 020078 nömrəli müqavilə üzrə C.Cabbarlı ev 34 ünvanında yerləşən Dərman X2 sərfinə görə 2002-ci ilin dekabr ayının sonuna borcu (denominasiyadan əvvəl köhnə manatla) 75.471.948,43 manat (2006-cı il yanvarın 1-dən denominasiyadan sonra (75.471.948,43:5.000) yeni manatla - 15.094,39 manat) təşkil edir.
31. Hesabat ili 2003-cü il olan (**********00 kodlu) abonentin saldosundan görünür ki, 020078 nömrəli müqavilə üzrə C.Cabbarlı ev 34 ünvanında yerləşən Dərman X2 sərfinə görə 2003-cü ilin dekabr ayının sonuna borcu (denominasiyadan əvvəl köhnə manatla) 75.471.948,43 manat (2006-cı il yanvarın 1-dən denominasiyadan sonra (75.855.590,81:5.000) yeni manatla - 15.171,12 manat) təşkil edir.
32. Hesabat ili 2004-cü il olan (**********00 kodlu) abonentin saldosundan görünür ki, 020078 nömrəli müqavilə üzrə C.Cabbarlı ev 34 ünvanında yerləşən Dərman Vasitələrinin
33. X3 görə 2004-cü ilin dekabr ayının sonuna borcu (denominasiyadan əvvəl köhnə manatla) 72.326.140,64 manat (2006-cı il yanvarın 1-dən denominasiyadan sonra (72.326.140,64:5.000) yeni manatla - 14.465,23 manat) təşkil edir.
34. Hesabat ili 2005-ci il olan (**********00 kodlu) abonentin saldosundan görünür ki, 020078 nömrəli müqavilə üzrə C.Cabbarlı ev 34 ünvanında yerləşən Dərman X2 sərfinə görə 2005-ci ilin dekabr ayının sonuna borcu (denominasiyadan əvvəl köhnə manatla) 73.130.420,64 manat (2006-cı il yanvarın 1-dən denominasiyadan sonra (73.130.420,64:5.000) yeni manatla - 14.626,08 manat) təşkil edir.
35. Hesabat ili 2006-cı il olan (**********00 kodlu) abonentin saldosundan görünür ki, 020078 nömrəli müqavilə üzrə C.Cabbarlı ev 34 ünvanında yerləşən Dərman Vasitələrinin X6 2006-ci ilin yanvar ayının əvvəlindən iyun ayının sonuna borcu 14.626,08 manat təşkil etmiş, iyun ayında 56,64 manat ödəniş edilmiş, iyul ayının əvvəlindən noyabr ayının əvvəlinə olan borcu 14.569,44 manat və 2006-cı il dekabr ayında 42373 m3 (2.000,01 manat) qaz sərfiyyatına görə 2.000 manat ödəniş edilmiş və dekabr ayının sonuna borcu 14.569,42 manatdan aşağı düşməmişdir. 2010-cu ilin yanvar ayına borc 14.569,42 təşkil etmişdir.
36. Hesabat ili 2007-2010-cu illər olan (**********00 kodlu) abonentin saldolarından görünür ki, 020078 nömrəli müqavilə üzrə C.Cabbarlı ev 34 ünvanında yerləşən X7 Ekspertiza Mərkəzi tərəfindən həmin dövrlərdə istifadə edilən qaz sərfiyyatına görə ödənişlər edilmiş, lakin 14.569,42 manat borc olduğu kimi qalmışdır.
37. Abonentin saldosundan görünür ki, Dərman Vasitələrinin X6 (abonent kodu: **********00000) qazdan istifadəyə görə Cavabdeh İB-yə olan borcu 2010-ci ilin noyabr ayından 2011-ci ilin mart ayına 14.569,42 manat, 2022-ci ilin iyun ayının əvvəlinə 14.857,15 manat (həmin ay 11 manat ödəniş edilmiş), hazırkı iddia ilə məhkəməyə müraciət edilən vaxta (xx.xx.2022-ci il tarixə) o cümlədən sentyabr ayının sonuna 14.846,15 (14.857,15-11) manat təşkil etmişdir. Saldodan həmçinin müəyyən edilir ki, saldonun əhatə etdiyi müddət (iyun 2010-cu il- sentyabr 2022-ci illər) ərzində abonent tərəfindən yalnız istifadə edilmiş qaz sərfiyyatına görə cari borcların ödənilməsi həyata keçirilmişdir.
38. Qeyd olunan sübutlarla müəyyən edilir ki, C.Cabbarlı 34 ünvanında yerləşən 0**********00 nömrəli abonent kodu üzrə qazdan istifadəyə görə borclar 2002-ci ildən hesablanmağa başlanmış, o cümlədən 2006-cı ilin yanvar ayına borc 14.626,08 manat təşkil etmişdir.
39. Eyni zamanda, işin mübahisəsiz halıdır ki, İddiaçı2 MMC xx.xx.2006-cı ildə hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış və həmin hüquqi şəxsə xx.xx.2006-cı il tarixdə ********** nömrəli VÖEN verilmişdir.
40. Göründüyü kimi işin hazırda iddiaçının adına olan abonent kodu iddiaçının hüquqi sələfi olan hüquqi şəxs yaranmamışdan əvvəl də aktiv olmaqla həmin hesabda qazdan istifadəyə görə borc yığılmağa başlamışdır. 2002-ci ildən yaranmağa başlamış borcun 2006-cı ildə yaradılmış hüquqi şəxsə aid olmasının istisna olunması isə açıq-aşkardır.
41. Bundan əlavə, X14 Sahəsi ilə X7 Ekspertiza Mərkəzi və X14 Sahəsi ilə Gigiyena və Epidemiologiya Mərkəzi arasında imzalanmış 2010-cu ilin əvvəlinə qarşılıqlı borcların üzləşmə aktlarından da göründüyü kimi hər iki aktda C.Cabbarlı küçəsində yerləşən qeyri-yaşayış sahəsinin qazla təchiz edilməsi ilə bağlı bağlanmış 78 saylı müqaviləyə istinad edilmiş və aktlarda müvafiq olaraq 2010-cu ilin əvvəlinə Gigiyena və Epidemiologiya Mərkəzinin borcunun 14.320 manat təşkil etməsi, X6 borcunun isə 0 olması qeyd edilmişdir.
42. Cavabdeh İB tərəfindən təqdim edilmiş X6 adına olan 0**********00 abonent kodu üzrə 2010-cu il üçün məlumatlardan isə görünür ki, saldoda həmin kod üzrə 2010-cu ilin yanvar ayına borc 14.569,42 manat məbləğində göstərilmişdir.
43. Beləliklə, cavabdeh ilə iddiaçının hüquqi sələfi arasında imzalanmış üzləşmə aktına əsasən 2010-cu ilin əvvəlinə iddiaçının borcu 0 təşkil etdiyi halda, iddiaçının adına olan abonent kodu üzrə məlumatda isə 2010-cu ilin əvvəlinə iddiaçının 14.569,42 manat borcunun olmasının göstərilməsi, eləcə də həmin abonent kodu üzrə 14.000-dən yuxarı məbləğdə borcun 2006-cı ildən əvvəl də mövcud olması (iddiaçının hüquqi şəxs kimi mövcud olmadığı dövrdə) ona dəlalət edir ki, hazırda iddiaçının adına olan abonent saldosunda əks olunmuş həmin borc cavabdeh ilə iddiaçı (və ya onun sələfi) arasında deyil, həmin abonent kodu üzrə əvvəlki abonent arasında yaranmış müqavilə münasibətlərindən irəli gələn borcdur.
44. Həmçinin iddiaçı "xxxx" PHŞ-nin fəaliyyət göstərdiyi ünvanda əvvəllər Səhiyyə Nazirliyinin digər qurumu – Gigiyena və Epidemiologiya Mərkəzinin yerləşməsi iş üzrə mübahisəli hal olmasa da, tərəflərin heç biri İddiaçı2 MMC-nin mübahisəli ünvanda yerləşməsi, qazın alqı-satqısı müqaviləsinin İddiaçı2 MMC ilə bağlanması və qazdan istifadə üzrə abonent kodunun İddiaçı2 MMC-nin adına keçməsinin tarixini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
45. Odur ki, iş materiallarına əsasən tərəflər arasında müqavilə münasibətlərinin və belə olan halda iddiaçının qazdan istifadəyə görə borcu ödəmək öhdəliyinin nə vaxtdan yaranmasını müəyyən etmək mümkün olmadığından kollegiya qazdan istifadəyə görə borcun iddiaçıya aid olmayan hissəsinin tərəflərin təsdiq etdikləri üzləşmə aktlarına əsasən müəyyən edilməsini mümkün sayır.
46. Belə ki, iddiaçının hüquqi sələfi ilə cavabdeh arasında imzalanmış 2008-ci il tarixli üzləşmə aktına əsasən həmin ilin əvvəlinə iddiaçının borcu 245,9 manat təşkil etdiyi halda həmin tarixə abonent saldosunda 14.815,32 manat (fərq 14.815,32-245,9=14.569,42 manat) məbləğində borc əks olunmuşdur. Eynilə 2010-cu il tarixli üzləşmə aktına əsasən iddiaçının 2010-cu ilin əvvəlinə iddiaçının borcunun 0 manat olması müəyyən edildiyi halda həmin tarixə abonent saldosunda 14.569,42 manat məbləğində borc əks olunmuşdur.
47. Beləliklə, işin yuxarıda göstərilən halları ilə öz təsdiqini tapır ki, hazırda iddiaçının abonent saldosunda əks olunmuş borcun 14.569,42 manat hissəsi onunla (və ya onun sələfi ilə) Cavabdeh İB arasında alqı-satqı müqaviləsi üzrə münasibətlərdən irəli gəlmədiyindən, eləcə də iddiaçının həmin borcu ödəmək öhdəliyini üzərinə götürməsi (məsələn, öhdəliyin verilməsi qaydasında) iş materialları ilə təsdiq edilmədiyindən İddiaçı2 PHŞ-nin həmin borcu ödəmək öhdəliyi yaranmamışdır.
48. Cavabdehin istinad etdiyi iddiaçının mübahisəli borcdan ödəniş etməsi barədə dəlillərinə gəldikdə kollegiya qeyd edir ki, iş materiallarına əlavə edilmiş abonent saldolarından da göründüyü kimi iddiaçı (və onun hüquqi sələfi tərəfindən) 2010-cu ilin əvvəllərindən başlayaraq yalnız cari borclar ödənilmişdir.
49. Belə ki, həmin müddət ərzində abonent kodu üzrə qazdan istifadəyə görə borcun məbləği 14.569,42 manatdan aşağı düşməmişdir. Odur ki, cavabdehin istinad etdiyi dəlillər əsassızdır.
50. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
51. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4928/2022 saylı qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn