Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-195/2025 02.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X15 Elektrik Elektronik ve X8 Ticaret Limited” Şirkətinin Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair ilk, iddiaçı Cavabdeh “X15 Elektrik Elektronik ve X8 Ticaret Limited” Şirkətinə qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiaları üzrə kommersiya mübahisəsi Açar söz: podrat müqaviləsi, zərər, əldən çıxmış fayda. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Həsənov Elnur Məmmədsaat oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elmam qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkilləri Nümayəndə2, Nümayəndə3 və Vəkil2 iştiraklarıı ilə, İddiaçı “X15 Elektrik Elektronik ve X8 Ticaret Limited” Şirkətinin Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair ilk, iddiaçı Cavabdeh “X15 Elektrik Elektronik ve X8 Ticaret Limited” Şirkətinə qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı ərizələri üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-173/2024 nömrəli qətnaməsindən “X15 Elektrik Elektronik ve X8 Ticaret Limited” Şirkəti və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. Cavabdeh MMC (sifarişçi) ilə “X15 Elektrik Elektronik ve X8 Ticaret Limited” şirkəti (podratçı) arasında bağlanmış xx.xx.2020-ci il tarixli, İCBA-0018 nömrəli müqaviləyə əsasən, müqavilə X18 X19 layihəsinin inşaatı çərçivəsində yer alan layihənin elektrik təchizatıyla bağlı bütün işlərin podratçı tərəfindən yerinə yetirilərək test və işə salma prosedurlarının sonunda qüsursuz şəkildə müvəqqəti və son qəbul ilə İdarə/Müşavir və Sifarişçiyə təhvil verilməsi işləriylə bağlıdır.
2. Müqavilənin 4-cü bəndinə görə, işin başa çatma müddəti müqavilə tərəflərinin səlahiyyətli nümayəndələri tərəfindən imzalandıqdan sonra 24 aydır.
3. Müqavilənin 5.1-ci bəndinə görə, bu müqavilənin predmeti sayılan işin toplam dəyəri müqavilənin tərkib hissəsi sayılan əlavə 2-də göstərilən araşdırma xülasəsində göstərildiyi kimi (ƏDV xaric olmaqla) 29500000 (iyirmi doqquz milyon beş yüz min) ABŞ dollarıdır.
4. Müqavilənin 5.5-ci bəndinə görə, iş müddətinin uzadılması hər nə səbəb olursa olsun xidmət dəyərindəki məbləğə təsir göstərmir.
5. Müqavilənin 6-cı bəndinə görə “görülən işlərin təhvil-təslim aktları” işə başlanan tarixdən sonrakı aydan başlamaqla hər ayın 25-də podratçı tərəfindən tərətib ediləcək və araşdırıldıqdan sonra 7 gün ərzində sifarişçi tərəfindən müvafiq sayıldığı təqdirdə təsdiq ediləcəkdir. Tərtib ediləcək təhvil-təslim aktlarına və bu müqavilənin qiymətlərinə qanunvericiliyə əsasən ediləcək tutulmalar daxil ediləcəkdir. Təhvil-təslim aktlarına əsasən ediləcək ödənişlər varsa pul formasında olan təminatı, podratçının digər borcları və İraq Respublikasının qanunvericiliyinə əsasən bu müqavilə çərçivəsində olmaqla yanaşı podratçının adından sifarişçi və sifarişçi tərəfindən müəyyən edilən üçüncü şəxslər tərəfindən çəkilən bütün xərc və ödənişlər də ödənişlərdən tutulacaqdır.
6. Müqavilənin 6.4-cü bəndinə görə, bu müqavilə və onun əlavələrinə əsasən podratçı tərəfindən görüləcək işlərin dəyəri son ödəniş olmamaqla və qazanılan haqq sayılmamaqla podratçının təhvil-təslim aktının dəqiqləşməsi və dəqiqləşən aktın miqdarı qədər tərtib etdiyi hesab-fakturaya əsasən hesab fakturanın tərtib edildiyi tarixdən etibarən 56 gün ərzində podratçının bank hesabına köçürüləcəkdir.
7. Müqavilənin 18.2-ci bəndinə görə layihənin davam etməsi mərhələsində gecikmə aşkar edildiyi təqdirdə həmin hissəylə bağlı ödəniş gecikmə ortadan qaldırılana qədər dayandırıla bilər. Toplam gecikmənin və ya iş proqramının hər hansı bir mərhələsində yaranacaq gecikmənin 30 təqvim gününü keçməsi zamanı sifarişçi podratçıdan gecikmə cəriməsi alaraq işi davam etdirməyə və ya müqaviləni birtərəfli şəkildə ləğv etməyə və ya işi podratçının adından və onun hesabına başqa bir təşkilata və ya şəxsə gördürməyə səlahiyyətlidir. Sifarişçinin işi bu maddədə göstərilən səbəblərlə üçüncü şəxsə gördürməsi zamanı yaranacaq məsrəflərə görə podratçı məsuliyyət daşıyacaqdır. Ancaq bu gecikmənin podratçının səhvi və ya nəzarəti xaricindəki səbəblərlə ortaya çıxdığı aşkar edildiyi təqdirdə podratçıya bu səbəblərin təsiri nisbətində müddət uzadılması verilir və bu maddədə tənzimlənən cərimə və ləğvetməylə bağlı maddələrdəki məhdudiyyətlər tətbiq edilmir.
8. Müqavilənin 21.1.3-cü bəndinə görə müqavilənin podratçı tərəfindən pozulmasına görə müqavilə başa çatarsa, podratçının alacaq hesabı aşağıdakı maddələrə görə ləğv edilir. Müqavilənin ləğv edildiyi tarixdən etibarən 7 gün ərzində müqavilənin ləğv edildiyi tarixə qədər görülən işlər üçün tərəflər tərəfindən aparılacaq ölçmələrə görə bir “ölçmə protokolu” tərtib edilir. Ölçmə protokolunda göstərilən emalatın son dəyəri müqavilədəki üsul və əsaslara görə qiymətləndirilir. Əksik qalan işlərin başa çatmasından sonra başa çatan bu işlərin dəyəri son təminat məbləğindən yuxarıdırsa, podratçının bloklanan və varsa sığortada olan alacaqlardan xəbərdarlıq göndərməyə və məhkəmə qərarı qəbul edilməsinə ehtiyac qalmadan çıxılır. Əksik qalan işlərin dəyəri podratçının sifarişçidən alacağı ilə, bloklanan miqdarla və ya təminatla ödənilmədiyi təqdirdiə sifarişçiyə alacaq olaraq qeyd edilir və podratçı sifarişçinin ilk tələbində ödəyəcəyini öhdəsinə götürür. Əskik qalan işlərin dəyəri təminat miqdarından az olduğu təqdirdə təminatdan qalan miqdar geri qaytarılmayaraq sifarişçiyə gəlir olaraq qeyd edilir. Gəlir olaraq qeyd edilən təminat heç bir halda podratçının üçüncü şəxslərə olan borcuna aid edilə bilməz.
9. Müqavilənin 24.2-ci bəndinə əsasən müqavilənin şərh edilməsi, tətbiq edilməsi Azərbaycan Respublikasının hüququndan asılıdır. Müqavilənin tətbiq edilməsinə görə yaranacaq mübahisəli məsələlərin həll edilməsində Azərbaycan Respublikasının səlahiyyətli məhkəmələri səlahiyyət daşıyır.
10. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixində 120000 ABŞ dolları, xx.xx.2022-ci il tarixində 250000 ABŞ dolları, xx.xx.2021-ci il tarixində ******* ABŞ dolları (sonradan xx.xx.2021-ci ildə 500000 ABŞ dolları, xx.xx.2021-ci ildə 250000 ABŞ dolları olmaqla, ümumilikdə 750000 ABŞ dolları geri qaytarılmışdır), xx.xx.2020-ci il tarixində 110000 ABŞ dolları, xx.xx.2022-ci ildə 155000 ABŞ dolları, xx.xx.2022-ci ildə 140000 ABŞ dolları, xx.xx.2022-ci ildə 50000 ABŞ dolları nağdsız qaydada ödəniş edilmişdir.
11. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü ildə 22304 ABŞ dolları, xx.xx.2022-ci ildə 50000 ABŞ dolları, xx.xx.2022-ci ildə 4200 ABŞ dolları, xx.xx.2022-ci ildə 6000 ABŞ dolları, xx.xx.2022-ci ildə 3540 ABŞ dolları, xx.xx.2022-ci ildə 25971 ABŞ dolları, xx.xx.2022-ci ildə 20000 ABŞ dolları, xx.xx.2022-ci ildə 40000 ABŞ dolları, xx.xx.2022-ci ildə 31207 ABŞ dolları, xx.xx.2021-ci ildə 28500000 İQD (21719 ABŞ dolları) nağd qaydada ödəniş edilmişdir.
12. Cavabdeh MMC (sifarişçi) ilə “X15 Elektrik Elektronik ve X8 Ticaret Limited” şirkəti (podratçı) arasında bağlanmış xx.xx.2020-ci il tarixli, İCBA-0018 nömrəli müqaviləyə Əlavə 1-in 2.1-ci bəndinə əsasən, tərəflər podratçıya adi edilmiş və podratçının sifarişçiyə müqavilə ilə təmin və təhvil verməyi öhdəsinə götürdüyü, bəzi materialların bu əlavə ilə sifarişçi tərəfindən satın alınması və bu materialların podratçının cavabdeh olduğu işlərin dairəsindən çıxarılması barəsində razılığa gəliblər.
13. Əlavənin 2.2-ci bəndinə görə, tərəflər bu əlavə əsasında edilən dəyişikliklə yeni müqavilə qiymətinin 19521656,58 ABŞ dolları olaraq yenilənməsini qəbul edirlər. Yenilənmiş smeta icmalı əlavə olunur.
14. Tərəflər arasında imzalanaraq təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 1 nömrəli hakediş raporuna (təhvil-təslim aktı) görə iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş materialın dəyəri 1104263,07 ABŞ dolları, icra edilmiş işlərin işçilik dəyəri 0 ABŞ dolları, xx.xx.2021-ci il tarixli, 2 nömrəli hakediş raporuna görə təhvil verilmiş materialın dəyəri 161407,16 ABŞ dolları, işçilik dəyəri 63311,88 ABŞ dolları, xx.xx.2022-ci il tarixli 3 nömrəli hakediş raporuna görə təhvil verilmiş materialın dəyəri 320820,66 ABŞ dolları, işçilik dəyəri 78318,03 ABŞ dolları təşkil edir.
15. İddiaçı tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 4 nömrəli hakediş raporuna (təhvil-təslim aktı) görə iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş materialın dəyəri 179954,02 ABŞ dolları, icra edilmiş işlərin işçilik dəyəri 51671,56 ABŞ dolları təşkil edir.
16. Tərəflər arasında imzalanaraq təsdiq edilmiş xx.xx.2022-ci il tarixli “tutanak (protokol)” adlı sənəddə cavabdeh tərəfindən iddiaçıdan təhvil alınmış materiallar (24 çeşiddə) göstərilmişdir.
17. Tərəflər arasında imzalanaraq təsdiq edilmiş xx.xx.2022-ci il tarixli “tutanak (protokol)” adlı sənəddə cavabdeh tərəfindən iddiaçıdan təhvil alınmış materiallar (535 çeşiddə) göstərilmişdir.
18. Tərəflər arasında olan (Suat Yılmaz və Barış Öngel) xx.xx.2022-ci il tarixli elektron poçt yazışmalarından görünür ki, iddiaçı tərəfindən cavabdehə qaytarılmayan inventar əşyaların siyahısı göndərilmişdir.
19. Məhkəmə iclasında şahid qismində dindirilmiş Damar Gökan ifadəsində bildirmişdir ki, proyekt üzrə 2021-ci ildə dizayn üzrə cavabdeh olmuşdur. Əvvəlcə onun işlədiyi firmada razılıq əldə olunmuş, işin irəliləməsi üçün tərəflərindən koordinasiya işləri edilmiş, mexaniki işlər üçün podratçı 1 il sonra gəlmişdir. Onlar işlərini görən zaman "xxxx" MMC başqa firmalarla da işləyirdi. Proyekt onlara əskik formada verilmiş, işlərini yekunlaşdırmağa az qalmış iş dayandırılmışdır. Daha sonra onların hazırladıqları proyekt ilə işlər görülməsinə başlanmışdır, lakin hazırda orada iş irəliləmir, onların qurduqları proyektin davamı gətirilə bilmir. "xxxx" MMC onların işindən narazı qalsa da, sonra yenə iş təklifi ünvanlamışdır.
20. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suat Yılmaz ifadəsində bildirmişdir ki, 2020-ci ildə SinerjiPro şirkətində işləmiş, 1 il sənəd işləri ilə məşğul olmuşdur. 2021-ci ilin mart ayında depoya getmişlər, həmin vaxt depo şefi işləmişdir. Gələn və gedən mallara cavabdeh olmuşdur. Ora gələn mallar təsdiq olunur, təsdiq gələndən sonra sifariş verilir və hazırlanmağa başlanırdı. Mallar "xxxx" MMC-nin mərkəzi anbarına boşaldılırdı, onlar isə malları ordan özlərinə məxsus anbarına çəkirdilər. Malları alanda o da sənədləri imzalamışdır. Gətirilən və aparılan mallar orada olan mühafizəçilər tərəfindən yoxlanılır, daha sonra buraxılırdı. Hər hansı qüsurlu mal "xxxx" MMC-nin razılığı olmadan nə sifariş edilə, nə də anbara daxil ola bilərdi.
21. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yalçıner Cengiz ifadəsində bildirmişdir ki, 2018-ci ildən etibarən "xxxx" MMC-də texnik ofis müdiri kimi işləyir. X20 görülən işlərlə bağlı hakediş hazırlanması və digər mühasibatlıq işlərini yerinə yetirir. Sahədə nə iş olsa onun proyektini hazırlayıb rəhbərliyə təqdim etmişdir. Miqdarların aşağı olmağı səbəbi ilə mübahisə başlamış, malların sahəyə gəlməməsi ilə mübahisə davam etmişdir. Mein Hard şirkəti çertyojlara və tətbiqə baxaraq uyğunluğu yoxlayırdı, uyğunluq müəyyən edilərsə, hakediş hazırlanırdı. Şopdroinqlər az miqdarda gəldiyi üçün sahədə işlər yarımçıq qalmış, 3 dəfə rəsmi məktub yazılmasına baxmayaraq ətraflı iş proqramı SinerjiPro tərəfindən "xxxx" MMC-yə təqdim edilməmişdir. Kabellərin dəyərinin bir hissəsi SinerjiProya ödənilmişdir. X24 nə ödəniş etsə, onlar da onu ödəmişlər. Gətirilmiş kabellərdə uyğunsuzluq olmuşdur.
22. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kaya Murad ifadəsində bildirmişdir ki, o, elektronik işlərlə məşğul olmuş, SinerjiPro şirkətindən smeta istəmiş, lakin onlar vermədiyi üçün uyğunsuzluqlar başlamışdır. SinerjiPro Simensdən malları ala bilmədiyi üçün "xxxx" MMC almış, firma taparaq dəstək olmuşlar. Kabellərin ödənişini etmiş, gömrükdən çıxarmış və iş görülməsi üçün SinerjiProya vermişlər. SinerjiPro tərəfindən maaşların ödənməsində gecikmələr olurdu.
23. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, pandemiya bitdikdən sonra sifarişlər verilib sahədə işə başlanmış, lakin işçi azlığı səbəbi ilə işlər zəifləmişdir. İşçilərin üzərinə çox yük düşür və təcrübəsiz olduqları üçün problemlər yaranırdı. Onlar komanda quraraq işləri aparmış, daha sonra SinerjiPronun işçiləri 45 günlük pulun verilmədiyini deyərək işə çıxmamağa başlamışdır. İşçilərə maaşlarının onlar tərəfindən ödənəcəyi deyilərək işə çıxmaqları deyilsə də, bir hissəsi qayıtmışdır.
24. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirin Gökmən ifadəsində bildirmişdir ki, o, elektrik mühəndisidir və SinerjiPro ilə işləməmişdir. SinerjiPronun hazırladığı işlərdə problem olmuş, hazırladıqları sahədə olanlarla uyğun olmamışdır. Dizaynın edilməsini şopdrolinqlər hazırlamış, heç olmasa da müəyyən qədəri SinerjiPro tərəfindən hazırlanmışdır.
25. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 10/1001-9/1020 nömrəli ekspert rəyinin nəticə hissəsinə əsasən SinerjiPro və "xxxx" MMC-nin imzaladığı 3 təhvil-təslim aktına (hakediş) əsasən SinerjiPro tərəfindən "xxxx" MMC-yə 1747898,05 ABŞ dolları məbləğində mal təhvil verilmişdir. 3 ədəd qəbul edilmiş təhvil-təslim aktına (hakediş) əsasən Sinerjipro tərəfindən "xxxx" MMC-yə təhvil verilmiş mal-materialın miqdarı rəyin tədqiqat hissəsində ətraflı göstərilmişdir. SinerjiPro və "xxxx" MMC-nin imzaladığı 3 ədəd qəbul edilmiş təhviltəslim aktına (hakediş) əsasən SinerjiPro tərəfindən görülmüş işlərin (işçiliyin) dəyəri 141629,92 ABŞ dolları olduğu müəyyən edilir. İş materiallarında olan 22 oktyabr 2022-ci il tarixində Sinerjipro və "xxxx" MMC-nin səlahiyyətli şəxsləri arasında imzlanmış təhviltəslim protokollarına (tutanak) əsasən həmin tarixə "xxxx" MMC-nin SinerjiPro anbarından təhvil aldığı materialların dəyəri (müqavilənin smetasındakı qiymətlər əsas götürülməklə) aşağıdakı kimi müəyyən olunur. 1. Birinci protokolda, 24 ədəd kabel qrupu material nəzərdə tutulmuşdur. Bu materialların ümumi dəyəri, 1405797,67 ABŞ dolları təşkil edir. 2. İkinci protokolda 309 ədəd material nəzərdə tutulmuşdur. Bu materialların ümumi dəyəri 877492,05 ABŞ dolları təşkil edir. Sinerjipro tərəfindən "xxxx" MMC-yə göndərilmiş, lakin imzalanmamış 4 nömrəli təhvil-təslim aktına (hakediş) əsasən 51671,56 ABŞ dolları dəyərində iş (işçilik) görülmüşdür. Eyni zamanda, 4 nömrəli təhviltəslim aktına əsasən 179954,02 ABŞ dolları dəyərində materiallar təhvil verilmişdir. 22 oktyabr 2022-ci il tarixində SinerjiPro və "xxxx" MMC-nin səlahiyyətli şəxsləri tərəfindən imzalanmış təhvil-təslim protokolunda (tutanak) "xxxx" MMC tərəfindən saxlanılan SinerjiPro-ya məxsus inventar əşyaların (Demirbaş malzemeler) bazar dəyəri 195947,95 Abş dolları təşkil etdiyi müəyyən olunur. "xxxx" MMC-nin təlimatı ilə SinerjiPro tərəfindən görülmüş (kabel kanalı açma+tavan və divar borulama, zirzəmi koridorlarında 3000 metr metal kabel tavaları montajları) işlərin smetaya görə dəyəri (material+işçilik) 197842,18 ABŞ dolları, o cümlədən istifadə edilmiş materialların dəyəri 105959,43 Abş dolları məbləğində, işçilik dəyəri 91882,75 ABŞ dolları məbləğində müəyyən edilir. İş materiallarında mövcud olan sənədlərə əsasən “X15 Elektrik Elektronik ve X8 Ticaret Limited” Şirkəti tərəfindən təchiz edilmiş və Meinhardt şirkətinin uyğunsuzluq hesabatlarında əks olunan kabellərin ümumi dəyəri 873949 ABŞ dolları məbləğində müəyyən olunur.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
26. İddiaçı “X15 Elektrik Elektronik ve X8 Ticaret Limited” Şirkəti (bundan sonra – iddiaçı) Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, podrat müqaviləsi üzrə dəymiş zərər kimi 5 516 151.25 ABŞ dolları məbləğində (5 278 699.76 ABŞ dolları məbləğində zərər + 237 451.49 ABŞ dolları məbləğində gecikmə faizi) pul vəsaitinin və iddiaçı tərəfindən ödənilən 5 479 (beş min dörd yüz yetmiş doqquz) manat məbləğində dövlət rüsumu və 8 000 (səkkiz min) manat məbləğində vəkilə ödənilməli olan nümayəndəlik haqqının cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixində iddiaçı ilə cavabdehin İraqın Bağdad şəhərində yerləşən filialı arasında İCBA-0018 saylı X11 tikintisi ilə əlaqədar elektrik işlərinin görülməsinə aid podrat müqaviləsi imzalanmışdır. Layihənin müddəti 24 ay kimi müəyyən edilsə də, işlərin görülməsə 30 aya qədər uzanmışdır. Bu müddətdə iddiaçı üzərinə düşən layihə işlərini özü maliyyələşdirməyə və mal-materialı özü alıb gətirməyə məcbur qalmışdır. Yubanmanın əsas səbəbi cavabdehin binanın inşa edilməsində yaşadığı yubanmalar və ortaya girən COVİD-19 pandemiyası olmuşdur. İddiaçı öz üzərinə düşən bütün işləri layiqincə icra etsə də, cavabdeh iddiaçının fəaliyyətinə maneələr yaratmış, iddiaçının işçilərinin sahəyə buraxılmasına məhdudiyyət qoymuş, onun işçilərini qanunsuz şəkildə öz tərəfinə cəlb etmiş və xx.xx.2023-cü il tarixində müqavilənin birtərəfli qaydada ləğv etmək barədə bildiriş göndərmişdir. Bu ana qədər iddiaçı üzərinə düşən işlərin təxminən 90%-ni bitirsə və qarşılıqlı hesablaşmaların aparılmasına dair cavabdehə məktublar göndərsə də, cavabdeh nə görülmüş işləri qəbul etmiş, nə də iddiaçıya bu işlərə görə çatası muzdu ödəmişdir. İddiaçının müqavilənin sonlandırılmasına qədər olan real zərəri (məsələn, mal-material, işçilik və s.) 2 621 435 ABŞ dolları təşkil etmişdir. Bundan əlavə, müqavilənin vaxtından əvvəl birtərəfli qaydada ləğv edilməsi səbəbindən iddiaçıya əldən çıxmış fayda şəklində əlavə olaraq 2 557 264.79 ABŞ dolları məbləğində zərər dəymişdir. Beləliklə, sözügedən müqavilənin cavabdeh tərəfindən birtərəfli qaydada sonlandırılması nəticəsində iddiaçıya toplam 5 278 699.76 ABŞ dolları məbləğində zərər dəymişdir ki, iddiaçı bu məbləği və Azərbaycan Respublikası mülki qanunvericiliyi ilə nəzərdə tutulan aşağıda qeyd edilən faizlər ilə birgə cavabdehdən tələb edir. Podrat müqaviləsinin 21.1.3-cü bəndindən müqaviləyə cavabdeh tərəfindən birtərəfli qaydada xitam verildiyi təqdirdə artıq görülmüş işlərə görə iddiaçı ilə hesablaşmaların aparılması qaydası müəyyən edilsə də, cavabdeh müvafiq bildirişlərə məhəl qoymadan hər hansı hesablaşma aparmaqdan yayınmışdır. Nəticədə, iddiaçıya artıq görülmüş işlərə görə ödənilməyən muzd olaraq real zərər olaraq 2 621 435 ABŞ dolları, podrat müqaviləsi birtərəfli qaydada xitam edilməsəydi iddiaçının əldə edəcəyi əldə çıxmış fayda kimi 2 557 264.79 ABŞ dolları, toplam 5 278 699.76 ABŞ dolları məbləğində zərər dəymişdir.
28. İddiaçı daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 5178640,58 ABŞ dolları məbləğində əsas borc və 388397 ABŞ dolları məbləğində faiz borcu, cəmi 5567037,58 ABŞ dolları məbləğində pulun, ilk iddia üzrə ödənilmiş 5524 manat dövlət rüsumu və 8000 manat məbləğində hüquqi xidmət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
29. İddia tələbinin həcminin artırılması barədə ərizə məhkəməyə təqdim olunmuş yazılı açıqlama ilə belə əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC, görülmüş işlərin təhvil-təsliminin təşkilinə məqsədli şəkildə maneə yaratmışdır. Belə ki, SinerjiPro-nun gördüyü və böyük məbləğdə muzdun ödənilməsini nəzərdə tutan təhvil-təslim aktlarının tərtibi mərhələsində DAAX müqaviləyə əsassız olaraq birtərəfli qaydada xitam vermişdir. Nəticədə, SincrjiPro gördüyü işlərin işçilik haqlarını da əldə edə bilməmişdir. Ancaq aylarla bu işçilərin əmək haqları SincrjiPro tərəfindən ödənilmişdir. Sübutlar: ödənilmiş əmək haqlarının ətraflı siyahısı və məbləğləri, bank ödəniş sənədləri, qəbzlər. SinerjiPro və DAAX-ın səlahiyyətli şəxslərinin imzaladığı 22 oktyabr 2022-ci il tarixli təhvil-təslim protokollarında (“Tutanak”) əksini tapmış materiallar üzrə birinci protokol (24 ədəd kabel qrupu) üzrə materialların qiyməti: 1.405.797,67 ABŞ dolları İkinci protokol üzrə materialların qiyməti: 877.492,05 ABŞ dolları Sübutlar: İş materiallarında olan 22 oktyabr 2022-ci il tarixli SinerjiPro və DAAX-ın səlahiyyətli şəxslərinin imzaladığı təhvil-təslim protokolları (“Tutanak”), habelə Ekspert rəyi. Rəsmi qəbul edilmiş 3 təhvil-təslimi aktında (“Hakediş”) əksini tapmış işlər üzrə Quraşdırılmış malların qiyməti: 145.618,15 ABŞ dolları Sübutlar: İş materiallarında olan və DAAX-ın rəsmi olaraq qəbul etdiyi 3 təhviltəslim aktı, habelə Ekspert rəyi. DAAX-ın faktiki qəbul etdiyi, ancaq imzalamaqdan heç bir əsas olmadan imtina etdiyi 4 nömrəli təhvil-təslim aktında (“Hakediş”) əksini tapmış işlər üzrə Təhvil verilmiş malların qiyməti: 179.954,02 ABŞ dolları Sübutlar; İş materiallarında olan və DAAX-ın heç bir əsas göstərmədən imzalamaqdan imtina etdiyi 4 nömrəli təhvil-təslim aktı, habelə ekspert rəyi MM maddə 770-ə görə, “Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul eciilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. DAAX-ın qanunsuz olaraq özündə saxladığı SinerjiPro-ya məxsus inventarın (“Dcmirbaş” əşyaların) dəyəri. Bu əşyalar SinerjiPro-ya məxsusdur və DAAX tərəfindən qanunsuz olaraq saxlanılmışdır. Hazırda həmin əşyaların yeri, hətta mövcud olub-olmadığı barədə məlumatlı deyilik. Həmin əşyaların dəyəri 195.947,95 ABŞ dollarına bərabərdir. Sübutlar: İş materiallarında olan SincrjiPro anbar üzrə məsul şəxsi Suat Yılmazın xx.xx.2022-ci il tarixində DAAX səlahiyyətli şəxsi Barış Öngelə göndərdiyi elektron poçt məktubu; 22 oktyabr 2022-ci il tarixli SincrjiPro və DAAX-ın səlahiyyətli şəxslərinin imzaladığı təhviltəslim protokolu (“Tutanak”); İnventarın qiymətini əks etdirən siyahılar; Ekspert rəyi. DAAXın təlimatı ilə görülmüş (kabel kanalı açma + tavan və divar borulama, zirzəmi koridorlarında 3.000 metr metal kabel tavaları montajları) işlərinin dəyəri Sadalanan işlər DAAX-ın təlimatı ilə SinerjiPro tərəfindən görülmüşdür. Bu işlər üzrə quraşdırılmış materialların dəyəri 105.959,43 ABŞ dolları, işçiliyin dəyəri 91.882,75 ABŞ dolları, cəmi 197.842,18 ABŞ dolları təşkil etmişdir. Sübut: Ekspert rəyi DAAX-ın tələbi ilə SinerjiPro tərəfindən görülmüş dizayn işlərinin dəyəri Tərəflər arasında bağlanmış podrat müqaviləsinin 4.2-ci maddəsinə görə, “Bu müqavilə çərçivəsində Podratçıdan heç bir dizayn xidməti gözlənilmir”. Lakin müddətin daralması və layihənin icrası, DAAX-ın tələbi ilə SinerjiPro dizaynları da düzəltmək məqsədilə əlavə işlər görməyə məcbur olmuş, nəticədə, həm əhəmiyyətli ölçüdə vaxt itirilmiş, həm də əvvəlcədən görülməsi mümkün olmayan əlavə məsrəfləri çəkməli olmuşdur. Dizayn işlərinin görülməsinə görə, SinerjiPro tərəfindən işçilərə 424.860,9 ABŞ dolları məbləğində əmək haqqı ödənilmişdir. Sübutlar: Dizayn işçilərinin adı və soyadları və aparılmış ödəmələrin tarix və məbləğlərini əks etdirən siyahı; həmin siyahıda göstərilmiş şəxslərin bank hesablarına ödəmələrin həyata keçirildiyini təsdiq edən elektron bank (Garanti Bankası) ödəniş sənədləri; Dizayn qrupuna daxil olan və layihədə çalışmış yerli (İraqdan olan) işçilərə əmək haqqı ödəmələrinin həyata keçirildiyini təsdiqləyən sənədlər. Digər xərclər Podrat müqaviləsinin 9-cu maddəsinə görə, DAAX bir sıra xidmətləri, o cümlədən məskunlaşdırma/yerləşdirmə xidmətlərini yerinə yetirmək öhdəliyini daşıyır. Lakin SinerjiPro-nun sahəyə getdiyi andan etibarən işçi heyəti üçün kifayət sayda yerləşmə/məskunlaşma yeri hazırlanmamışdır. Buna görə də, SinerjiPro, öz işçiləri üçün məskunlaşma yerləri təşkil etməyə məcbur olmuşdur. DAAX-ın müqavilədən irəli gələn öhdəliyini icra etməməsi səbəbindən SinerjiPro baxımından əlavə vaxt itkisi və məsrəflər ortaya çıxmışdır. SinerjiPro tərəfindən göndərilmiş xx.xx.2021-ci il tarixli CBİ-COM-RPL-001 nömrəli məktubla da bu hallar DAAX-a bildirilmişdir. Eyni zamanda, DAAX-a ünvanlanmış Ankara 2-ci Notariat Ofisinin 7 sentyabr 2022-ci il tarixli 18467 nömrəli və 25 noyabr 2022-ci il tarixli 24772 nömrəli pretenziyalarında da bu xüsusat öz əksini tapmışdır. Beləliklə, SinerjiPro çəkdiyi 61.000 ABŞ dolları kirayə haqqı, 217.353,37 ABŞ dolları ofis xərcləri, işçilərin İraqa girişi üçün ödənilmiş 30.353,13 ABŞ dolları gömrük xərci, işçilər üçün ödənilmiş 73.749,27 ABŞ dolları təyyarə bileti xərci və işçilərin miqrasiya məsələlərində hüquqi xidmət göstərmiş yerli vəkilə ödənilmiş 41.900 ABŞ dolları hüquqi yardım xərcinin əvəzini, ümumilikdə, 424.356,77 ABŞ dolları məbləğində vəsaitin ödənilməsini DAAX-dan tələb edir.
30. Cavabdeh ilk iddia ərizəsinə yazılı etiraz verib iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
31. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ərizəsində yubanmanın əsas səbəbi kimi binanın inşa edilməsində yubanmaların və “Covid-19” pandemiyasının olduğunu, cavabdeh tərəfindən işçilərin sahəyə buraxılmasına məhdudiyyət qoyulduğunu və cavabdehin onun fəaliyyətinə maneə yaratdığını qeyd etmişdir. İddiaçının mövqeyinə cavab olaraq bildirilir ki, cavabdeh tərəfindən əraziyə girişlə bağlı hər hansı məhdudiyyət qoyulmamış və hər hansı formada iddiaçının fəaliyyətinə maneə yaradılmamış, əksinə işin vaxtında yekunlaşdırması üçün iddiaçıya möhlət verilmişdir. Belə ki, Müqavilənin 4-cü maddəsinə əsasən, işin yekunlaşma müddəti müqavilə tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzaladığı gündən 24 ay təşkil edir. Bu müddət ərazinin təhvil verilməsi ilə başlayır və cavabdeh tərəfindən işin təsdiq edilib təhvil alınması ilə bitir. 12 fevral 2020-ci il tarixində tərəflər arasında imzalanmış protokol əsasında iddiaçı ərazini cavabdehdən təhvil almışdır. Müqavilənin 15-ci maddəsinə əsasən, iddiaçı müqavilədə göstərilən müddət ərzində qüsursuz və nöqsansız olaraq işləri təhvil verməyi qəbul edir və razılaşır. İddiaçı ərazini vaxtında təhvil alsa da, 24 ay müddətində işləri tam yekunlaşdıra bilməmiş və bununla bağlı cavabdeh tərəfindən 31 avqust 2022-ci il və 22 sentyabr 2022-ci il tarixlərində Türkiyə Respublikasının notariat kontoru tərəfindən təsdiq edilmiş pretenziya məktubları iddiaçıya təqdim edilmiş, işlərin tamamlanması üçün ağlabatan möhlət verilərək ödənişlər dayandırılmışdır. Müqavilənin 18.2-ci maddəsinə əsasən, layihənin icrası mərhələsində gecikmə aşkar olunarsa, gecikmə aradan qaldırılanadək ödəmə dayandırıla bilər. ümumi gecikmənin və ya hər hansı bir mərhələdə baş verəcək gecikmənin 30 təqvim günü keçməsi halında cavabdeh iddiaçıdan gecikmə cəriməsi alaraq işi davam etdirmək və ya müqaviləni tək tərəfli xitam vermək və ya işi digər bir hüquqi və ya fiziki şəxsə iddiaçının adından və hesabına icra etdirmək hüququna malikdir. İddiaçı ərizəsində cavabdehin onun işinə maneə törətmiş olduğunu qeyd etsə də, cavabdehin bunu hansı formada etdiyini nə bildirmiş, nə də əsaslandırmışdır. Eyni zamanda bununla bağlı hər hansı sübut təqdim edilməmişdir. Göründüyü kimi, iddiaçı verilən möhlətlərə baxmayaraq işin icrasını özü gecikdirmiş. Müqavilə bağlanıldığı tarixdən xitam tarixinədək, 2 il ərzində işi tam həcmdə təhvil verməmişdir. Öz iddia ərizəsində üzərinə düşən bütün işlərin təxminən 90%-ni layiqincə icra etdiyini qeyd etsə də, iddiaçı qismən təhvil verdiyi işləri belə qüsurlu formada icra etmişdir. Belə ki, təhvil verilən işlərin keyfiyyətinin dəyərləndirilməsi məqsədi ilə Layihəyə mühəndislik xidməti göstərən ‘‘Meinhardt” Şirkəti tərəfindən 03 və 12 iyun 2023-cü il tarixlərində tərtib edilən uyğunsuzluq hesabatlarına əsasən, cavabdeh tərəfindən işlə bağlı istifadə edilən naqillərdə qüsurlar aşkar olunmuş, əraziyə gətirilən faktiki naqillər ilə təqdimat zamanı göstərilən nümunədəki naqillər arasında ziddiyyətin olduğu, ağ naqillər yerinə qırmızı naqillərdən istifadə olunduğu məlum olmuşdur. Bununla da cavabdeh qüsurlu materiallardan istifadə etməsi nəticəsində İddiaçıya 873 949 ABŞ dolları məbləğində zərər vurmuşdur. Bundan əlavə, layihəyə mühəndislik xidməti göstərən "xxxx" Şirkəti tərəfindən subpodratçının (İddiaçının) gördüyü işlərlə bağlı dəfələrlə podratçıya (Cavabdehə) xəbərdarlıq məktubları və bildirişlər göndərilmişdir. Bu fakt onu təsdiqləyir ki, iddaçı müqavilə üzrə öhdəliklərini davamlı şəkildə pozmuş və işi qüsurlu icra etməkdə davam etmişdir. Cavabdeh iddiaçının işçilərinə hər hansı təsir göstərməmişdir. İddiaçı ərizəsində işçilərin Cavabdehin təsirinə məruz qaldığını desə də, bunu hansı formada baş verdiyini nə bildirmiş, nə də əsaslandırmışdır. Xüsusilə, müqavilənin 7.3-cü maddəsinə əsasən, işçi heyətin maaşından, sığorta ödənişlərindən və digər bütün xərclərindən İddiaçı məsuliyyət daşıyır. Buna baxmayaraq, cavabdeh işlər daha da gecikməsin deyə işçilərin maaşlarını öz hesabına ödəmişdir. İddiaçının əldən çıxmış faydanın cavabdeh tərəfindən ödənilməsini tələb etmək hüququ yoxdur. İddiaçı ərizəsində Müqavilənin vaxtından əvvəl bir tərəfli qaydada ləğv edilmədiyi halda 2 557 264.79 ABŞ dollar məbləğində əldə edəcəyi gəliri əldən çıxmış fayda kimi Cavabdehdən tələb etmişdir. Bildirlir ki, iddiaçı gələcəkdə əldə edə biləcəyi gəlirlərin Cavabdehdən tələb etmək hüququnun olmadığını tərəflər arasında bağlanılmış müqavilə ilə təsdiqləmişdir. Belə ki, müqavilənin 21.1.3-cü maddəsinə əsasən, müqavilənin xitamı halında iddiaçının hələ görülməmiş işlər və ya təhvil-təslim edilməmiş materiallar, avadanlıqlarla bağlı hər hansı xərclər, təminat, əldən çıxmış fayda və ya istənilən adda digər ödənişlərin edilməsinə dair cavabdehdən hər hansı tələbi olmayacağını təsdiq və bəyan etmişdir. Buna baxmayaraq, iddiaçı Müqavilənin şərt və müddəalarına zidd davranaraq gələcəkdə əldə edə biləcəyi gəliri iddia ərizəsində cavabdehdən tələb etmişdir. İddiaçının ərizəsində tələb etdiyi real zərər məbləği əsassızdır. İddiaçı ərizəsində müqaviləyə xitam verilməsinə qədər olan real zərərin 2 621 435 ABŞ dollar təşkil etdiyini bildirsə də, qeyd olunan məbləğin hüquqi və maliyyə aspektini əsaslandırmamışdır. Bundan əlavə, iddiaçı tərəfindən ödənilməli olan xərclərdə gecikmələr olduğu üçün cavabdeh işin zamanında yekunlaşması məqsədi ilə müəyyən materialları öz hesabına almış və işin icrasına dair yaranmış digər xərcləri öz hesabına qarşılamışdır. Bu da onu deməyə əsas verir ki, cavabdeh tərəfindən edilmiş ödənişlər İddiaçının tələbində nəzərə alınmamışdır. Cavabdeh Müqavilənin xitamından sonra son hesablaşmanı aparmışdır. İddiaçı ərizəsində cavabdehin Müqavilənin xitamından sonra hesablaşma aparılmasından yayındığını qeyd etmişdir. Cavabdeh 08 may 2023-cü il tarixində Müqaviləyə uyğun olaraq son hesablaşmaya dair akt tərtib etmişdir. Buna baxmayaraq, iddiaçı qeyd edilən son hesablaşmada iştirak etməmiş, iddia ərizəsində isə bu halın tamamilə əksini bildirmişdir.
32. Daha sonra iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraicət edərək, 12 fevral 2020-ci il tarixli, İCBA 0018 saylı podrat müqaviləsi üzrə vurulmuş maddi zərər kimi 3 411 473 ABŞ dolları məbləğində pul vəsaitinin, 10.000 manat hüquqşünas xərclərinin və 3 695 manat məbləğində ödənilmiş dövlət rüsumunun “X15 Elektrik ve X8 Ticaret Limited” Şirkətindən tutularaq "Daax Construction” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsini xahiş etmişdir.
33. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, müqaviləyə əsasən Cavabdeh işləri 24 ay müddətində təhvil almalı olduğu halda Sinerji Pro işləri gecikdirmişdir. Bununla bağlı “Daax Construction“ tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara, xüsusilə 31 avqust 2022-ci il və 22 sentyabr 2022-ci il tarixlərində Türkiyə Respublikasının notariat kontoru tərəfindən təsdiq edilmiş pretenziya məktublarına və işin tamamlanması üçün verilən möhlətlərə baxmayaraq, Sinerji Pro işləri yekunlaşdırmamışdır. Buna görə də, “Daax Construction" Müqavilənin 21.1.3-cü maddəsinə əsasən, Türkiyə Respublikasının notariat kontoru tərəfindən təsdiq edilmiş 06 yanvar 2023-cü il tarixli bildirişlə Müqaviləyə bir tərəfli olaraq xitam vermiş və dəyən maddi zərərin ödənilməsini Sinerji Pro şirkətindən tələb etmişdir. Öz iddia ərizəsində üzərinə düşən bütün işlərin təxminən 90%-ni layiqincə icra etdiyini qeyd etsə də, Sinerji Pro şirkəti işləri Müqavilədə göstərilən qaydada və tarixdə Cavabdeh şirkətinə tam təhvil verməmiş, o cümlədən Müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək 'Daax Construction” şirkətinə maddi zərər vurmuşdur. Sinerji Pro şirkəti işləri Müqavilədə göstərilən müddətdə Cavabdeh şirkətinə təhvil verməmişdir. Müqavilənin 4-cü maddəsinə əsasən, işin yekunlaşma müddəti Müqavilə tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzaladığı gündən 24 ay təşkil edir. Bu müddət ərazinin təhvil verilməsi ilə başlayır və Cavabdeh şirkəti tərəfindən işin təsdiq edilib təhvil alınması ilə bitir. Qeyd edilir ki, 12 fevral 2020-ci il tarixində tərəflər arasında imzalanmış protokol əsasında Sinerji Pro şirkəti ərazini Cavabdeh şirkətindən təhvil almışdır. Müqavilənin 15-ci maddəsinə əsasən, X16 göstərilən müddət ərzində qüsursuz və nöqsansız olaraq işləri təhvil verməyi qəbul edir və razılaşır. Sinerji Pro ərazini vaxtında təhvil alsa da, 24 ay müddətində işləri tam yekunlaşdıra bilməmiş və bununla bağlı Cavabdeh şirkəti tərəfindən 31 avqust 2022-ci il və 22 sentyabr 2022-ci il tarixlərində Türkiyə Respublikasının notariat kontoru tərəfindən təsdiq edilmiş pretenziya məktubları Sinerji Pro şirkətinə təqdim edilmiş, işlərin tamamlanması üçün ağlabatan möhlət verilərək ödənişlər dayandırılmışdır. Müqavilənin 18.2-ci maddəsinə əsasən. Layihənin icrası mərhələsində gecikmə aşkar olunarsa, gecikmə aradan qaldırılanadək ödəmə dayandırıla bilər. Ümumi gecikmənin və ya hər hansı bir mərhələdə baş verəcək gecikmənin 30 təqvim günü keçməsi halında Cavabdeh şirkəti Sinerji Pro şirkətindən gecikmə cəriməsi alaraq işi davam etdirmək və ya Müqaviləni tək tərəfli xitam vermək və ya işi digər bir hüquqi və ya fiziki şəxsə Sinerji Pro şirkətinin adından və hesabına icra etdirmək hüququna malikdir. Buna baxmayaraq, Sinerji Pro şirkəti pretenziya məktublarına məhəl qoymamış və Müqavilə bağlanıldığı tarixdən xitam tarixinədək, 2 il ərzində işi tam həcmdə təhvil verməmişdir. Sinerji Pro şirkəti iş üçün tələb olunan həcmdə işçi qüvvəsini təmin etməmişdir. Belə ki, Sinerji Pro şirkəti işin təşkilini düzgün aparmamış, edilən xəbərdarlıqlara məhəl qoymamış və işçi qüvvəsini bütünlüklə cəlb etməyərək işin vaxtında görülməsini yubatmışdır. Müqavilənin 7.3-cü maddəsinə əsasən, Sinerji Pro şirkəti işin şərtləri və standartları üçün tələb olunan keyfiyyətdə, iş proqramının tələb olunan müddətdə icra olunması üçün kifayət edəcək sayda və işin icrası üçün tələb olunan lazımi peşəyə sahib işçi heyəti təmin etmək öhdəliyini daşıyır. Müqavilənin 15-ci maddəsinə əsasən, Sinerji Pro şirkəti Layihə üçün tələb olunan şərtlər və müddət ərzində birinci sinif işçilik anlayışına uyğun formada işləri yerinə yetirməlidir. Sinerji Pro şirkəti təhvil verdiyi işləri belə qüsurlu formada yerinə yetirmişdir. Belə ki, təhvil verilən işlərin keyfiyyətinin dəyərləndirilməsi məqsədi ilə Layihəyə mühəndislik xidməti göstərən "xxxx" Şirkəti tərəfindən 03 və 12 iyun 2023-cü il tarixlərində tərtib edilən uyğunsuzluq hesabatlarına əsasən, Sinerji Pro tərəfindən işlə bağlı istifadə edilən naqillərdə qüsurlar aşkar olunmuş, əraziyə gətirilən faktiki naqillər ilə təqdimat zamanı göstərilən nümunədəki naqillər arasında ziddiyyətin olduğu, ağ naqillər yerinə qırmızı naqillərdən istifadə olunduğu məlum olmuşdur. Bununla da Sinerji Pro şirkəti qüsurlu materiallardan istifadə etməsi nəticəsində Cavabdeh şirkətinə 873 949 ABŞ dolları məbləğində zərər vurmuşdur. Sinerji Pro şirkətinin öhdəliyi olduğu halda, Cavabdeh şirkəti işin icrası ilə bağlı yaranmış xərcləri öz hesabına qarşılamışdır. Müqavilə üzrə Sinerji Pro şirkətinin öhdəliyi olsa da, Cavabdeh şirkəti işçilərin maaşını öz hesabına ödəmişdir. Belə ki, müqavilənin 7.3-cü maddəsinə əsasən, işçi heyətin maaşından, sığorta ödənişlərindən və digər bütün xərclərindən Cavabdeh şirkəti məsuliyyət daşıyır. Buna baxmayaraq, Cavabdeh şirkəti işlər daha da gecikməsin deyə Sinerji Pro şirkətinin işçilərinin maaşlarını öz hesabına ödəmək məcburiyyətində qalmışdır. Bu da bir daha təsdiqləyir ki. Sinerji Pro şirkəti işin vaxtında təhvil verilməsi üçün tələb olunan işçi qüvvəsini təmin edə bilməmişdir. Bundan əlavə, Sinerji Pro şirkəti tərəfindən ödənilməli olan xərclərdə gecikmələr olduğu üçün Cavabdeh şirkəti işin zamanında yekunlaşması məqsədi ilə müəyyən materialları öz hesabına almış və işin icrasına dair yaranmış digər xərcləri öz hesabına qarşılamışdır. Beləliklə, Sinerji Pro şirkəti nəinki Müqavilə üzrə Cavabdeh şirkətinin işləri vaxtında təhvil almaq hüququnu pozmuşdur, hətta üzərinə düşən maliyyə öhdəliklərini vaxtında icra etməyərək iddiaçıya maddi zərər də vurmuşdur.
34. İddiaçı “X15 Elektrik Elektronik ve X8 Ticaret Limited” şirkəti qarşılıqlı iddia ərizəsinə yazılı etiraz verib qarşılıqlı iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
35. Etiraz onunla əsaslandırılmışdır ki, SinerjiPro, podrat müqaviləsi üzrə elektrik materiallarının tədarükünü və bunların quraşdırıİmasına dair işlərin görülməsini öhdəsinə götürmüşdür. Sözügedən işin yerinə yetirilməsi, yəni elektriklə işləyəcək sistemlərin quraşdırılması ancaq mövcud bir binaya, tikiliyə münasibətdə mümkündür. Məhkəməyə təqdim etdiyimiz video yazılardan da göründüyü kimi, DAAX-ın çatışmazlıqların tamamlanmasına dair xəbərdarlıqları (pretenziyalan) göndərdiyi tarixlərdə binanın qaba inşaatı hələ yekunlasdırılmamışdı. Bizdə olan məlumata və hazırkı etiraza əlavə edilmiş “Google Xəritələr" tətbiqi vasitəsilə 22 oktyabr 2023-cü il tarixində əldə edilmiş peyk görüntüsünə əsasən də, binanın hələ də yarımçıq vəziyyətdə olduğu təsdiqlənməkdədir. Podrat Müqaviləsinin “İşin müddəti, işə Başlama” adlı 4-cü maddəsində müqavilə müddətinin 24 ay olduğu təsbit edilmiş, bu müddətin verin təhvil verilməsindən etibarən başlayacağı göstərilmişdir. Bir podrat müqaviləsində də uyğun olan onsuz da işin görüləcəyi sahənin təhvili ilə işin görülmə müddətinin başlamasıdır. Lakin DAAX tərəfindən iş yeri vaxtında və lazımınca təhvil verilməmişdir. İş materiallarında olan 9 sentyabr 2023-cü il tarixli DAAX əməkdaşı Orçun Akın tərəfindən SinerjiPro əməkdaşı və müdiri Volkan Eyiyə göndərilmiş elektron poçt məktubu ilə təsdiq edilir ki, yer təhvil aktı Podrat Müqaviləsinin bağlanmasından 1 (bir) il sonra tərtib edilmişdir. Layihənin davam etdirilməsi və qarşılıqlı müqavilə təməlli etimada söykənən münasibətlərə əsasən, bir il sonra ölkə müdiri Tan Aydın tərəfindən sözü gedən yer təhvil aktı imzalanaraq DAAX-a təqdim edilmişdir. Hər nə qədər, SinerjiPro iş sahəsinə, Müqavilənin bağlanmasından əvvəlki dövrdə ölçmə, mobilizasiya işlərinin əlaqələndirilməsi məqsədilə getmiş olsa da, DAAX-ın sahəni işin yerinə yetirilməsi üçün əksiksiz təhvil verməməsi səbəbindən işə tam şəkildə dərhal başlamaq imkanından məhrum olmuş, mobilizasiya dövrü çox gecikmişdir. Müqavilənin 9.1-ci maddəsinə görə, məskunlaşdırma xidməti DAAX tərəfindən təmin edilməlidir. Lakin Müqavilənin imzalandığı tarixdə iş sahəsi bu baxımdan da hazır edilməmiş, bu səbəbdən SinerjiPro-nun işçilərinin iş sahəsinə keçidindən sonra problemlər meydana gəldiyindən SinerjiPro öz hesabına məskunlaşdırma yeri təmin etməli olmuşdur. İş yerinin təhvili ilə əlaqədar yaranan bir çox nöqsan və əksiklik səbəbindən Müqavilənin 4.1-ci maddəsində nəzərdə tutulmuş mobizilizasiya dövrü uzanmış və DAAX-ın öhdəliklərini icra etməməsindən doğan əlavə məsrəflər meydana çıxmışdır. Bu xüsuslar, iş materiallarında olan SinerjiPro-nun xx.xx.2021 tarixli CBİ-COM- RPL-OOl istinad nömrəli məktubu, Ankara 2-ci Notariat Ofisinin 7 sentyabr 2022-ci il tarixli və 18467 nömrəli, 25 noyabr 2022-ci il tarixli və 24772 nömrəli pretenziyaları ilə DAAX-a bildirilmişdir. Müqavilədə nəzərdə tutulan işlərin yerinə yetirilməsi üçün hər şeydən vacib olan məqam hələ inşaat başlanmazdan əvvəl hazırlanmalı və planlaşdırılmalı olan dizaynlardır. Belə ki, əvvəlcə binada bütöv binanın memarlıq dizaynına uyğun olaraq elektrik layihəsinin dizaynı hazırlanmalı, bu layihədəki tələblərə müvafiq olaraq hansı elektrik sistemlərinə ehtiyac olduğu ən ideal şəkildə təsbit edilməli, sonrasında bütün bunlara uyğun olaraq mühəndislik biliyi tələb edən hesablamalar ilə zəruri material və avadanlıqlar müəyyənləşdirilməlidir. Dizayn mərhələsi bitdikdən sonra Podrat Müqaviləsinin predmetini təşkil edən bu avadanlıq və materiallar tədarük edilməklə mühəndislik dilində məna kəsb edən dizaynlar işi görəcək olan ustanın/işçinin başa düşəcəyi daha kiçik hissələrdən ibarət əməli layihələrə ("shop drowing"lərə) çevirilərək həyata keçirilir. Lakin Müqavilənin “Layihələr/Modellər (Mock-Up) İstehsallar" başlıqlı 12-ci maddəsinin 1-ci hissəsinin zəruri layihələrin 1 nüsxə formasında SinerjiProya təhvil verilməli olması barədə açıq göstərişinə rəğmən layihələr təqdim olunmamışdır. Bu məqam, pretenziyaiarda DAAX-a bildirilmişdir. Müqavilənin bağlanması tarixindən kifayət qədər vaxt keçdikdən sonra Müqavilədə nəzərdə tutulmuş nəzarətçi müşavir/məsləhətçi şirkət olan CME şirkəti layihədən uzaqlaşdırılmış və onu əvəzləyən "xxxx" şirkəti idarə üçün məsləhətçi/nəzarətçi şirkət olaraq işə başlamışdır. Dizaynlar/layihələr "A-Uyğun; B-X4; C-Uyğun deyil; D-Qətiyyən qəbul edilə bilməz" şəklində təsnifləşdirilir və nəzarətçi şirkət tərəfindən qiymətləndirilir. “Meinhardt" şirkətinin işə başlaması ilə birlikdə sözü gedən dizaynların layihəyə uyğunsuz olduğu və əksəriyyətinə “C-Uyğunsuz" qiyməti verildiyi bildirilmişdir. Belə bir vəziyyətdə, SineıjiPronun həmin tarixə qədər uyğun olaraq bildiyi dizaynları rəhbər tutmaqla hazırladığı əməli layihələr də əhəmiyyətini itirmişdir. Bu dövrdən sonra layihə tam bir düyünə düşmüş, Müqavilənin 4.2-ci maddəsində açıq şəkildə "Bu müqavilə çərçivəsində Podratçıdan heç bir dizayn xidməti gözlənilmir" deyilməsinə baxmayaraq müddətin daralması və layihənin icrası üçün SinerjiPro dizaynları da düzəltmək məqsədilə əlavə işlər görməyə məcbur olmuş, nəticədə, həm əhəmiyyətli ölçüdə vaxt itirilmiş, həm də əvvəlcədən görülməsi mümkün olmayan əlavə məsrəfləri çəkməli olmuşdur. Müqavilənin predmetini təşkil etməyən və SinerjiPro-nun yerinə yetirdiyi müqavilədən kənar dizayn xidmətlərinin əvəzi DAAX-dan tələb edilsə də, hər hansı bir ödəniş edilməmişdir. Halbuki MM m. 753.3-ə görə. "Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır”. Yeri gəlmişkən, Dizaynlarla bağlı problemlər Podrat Müqaviləsinin xitamından sonra belə hələ də davam etməkdədir. Dizaynların hazırlanmasına dair öhdəliyi DAAX-ın daşıdığı aşkardır. Layihəyə başlanmazdan əvvəl layihələrin lazımınca hazırlanmamasında DAAXın ağır təqsirinin olduğu ortadadır. İş materiallarında olan DAAX-ın səlahiyyətli şəxsi Atilla Gündüzün 8 avqust 2022-ci il tarixli elektron poçt məktubu dizayn dəyişikliklərinin hələ də davam etdiyini təsdiq edən hallara dair nümunələrdən yalnız biridir. Üstəlik, 12 mart-19 mart 2021-ci il tarixlərində DAAX-ın cavabdeh mühəndis və memarları ilə SinerjiPro-nun səlahiyyətli şəxsləri arasında aparılmış elektron poçt məktublaşmaları dizaynlarla bağlı problemlərin varlığını, burada meydana çıxan problemlərin Sinerji Pro tərəfindən aradan qaldırılmasının DAAX tərəfindən tələb edildiyini təsdiqləyir. Beləliklə də bu yazışmalar, dizaynlardakı çatışmazlıqları isbat etməklə Müqavilədən kənar işlərin Sinerji Pro-nun üzərinə qoyulduğuna dəlalət edir. Müqavilənin imzalandığı xx.xx.2020-ci il tarixində muzd məbləği 29.500.000 ABŞ dolları müəyyənləşdirilmişdi; xx.xx.2021-ci il tarixdə tərəflər arasında Əlavə-1 imzalanaraq muzd məbləği 19.521.656.58 ABŞ dollarına endirilmişdir. Aradakı təxminən 10 milyon ABŞ dolları məbləğindəki fərqin yaranma səbəbi, Smetada (BOQ) alınması SineıjiPro-nun üzərinə qoyulmuş materialların artıq DAAX tərəfindən əldə ediləcəyi barədə razılığa gəlinməsi olmuşdur. Müqavilənin 8.2-ci maddəsi Sifarişçi tərəfindən təmin ediləcək avadanlıqlar və materiallar və bunlarla əlaqədar şərtlər' adlanmaqdadır. Müqavilənin tərkib hissəsi olan Smetada (BOQ) və Əlavə-l-in Smetasında DAAX-ın təmin elməli olduğu materiallar açıq şəkildə öz əksini tapmışdır. Adı çəkilən materiallar vaxtında əldə edilmədiyi kimi qüsurlu (xətalı) satın almalara da yol verilmişdir. DAAX tərəfindən əldə edilməli olan materiallar elektrik işlərinin görülməsi üçün əhəmiyyətli əsas materiallar olduğundan; materialların vaxtında alınmaması səbəbindən yuxanda verilən nümunələrdə olduğu kimi, dizayn prosesinin tamamlanması mümkün olmamışdır. Üstəlik, xətalı satın almalara vol verilməsi səbəbindən lavihənin dəyişdirilməsi zərurəti mevdana cıxmıs və əhəmiyyətli miqdarda əlavə xərc çəkilməli olmuşdur. Bu vəziyyət, 26 may-22 iyun 2021-ci il tarixləri arasında DAAX səlahiyyətli şəxsləri ilə SinerjiPro məsul şəxsləri arasındakı elektron poçt məktublaşmalarında bildirilmişdir. Yenə SinerjiPro X21 Ufuk Aydın, layihə müdiri Sadık Şentürk ilə DAAX Mexanik və Elektrik Layihələri Əlaqələndiricisi Feridun Pasinler arasındakı 29 may-24 iyun 2021-ci il tarixləri arasında aparılmış elektron poçt məktublaşmalarında DAAX tərəfindən səhv alınan Fancoil (FCU) vahidlərinin bu səbəbdən ortaya çıxan problemləri ətraflı olaraq izah edilmiş, ancaq DAAX tərəfindən hər hansı düzəlişlər edilməmişdir. xx.xx.2022-ci il tarixli və SNJPRO-CBİ-109-22 istinad nömrəli bildiriş və iş materiallarında olan pretenziyalardan göründüyü kimi, xətalı və gecikdirilmiş satın almalar DAAX-a dəfələrlə bildirilmişdir. Bütün Dünyaya təsir göstərən Covid-19 Pandemiyasına baxmayaraq işlərin görülməsi təxirə salınmamış və ya fors-major hal maddəsi tətbiq edilməmişdir. Bu azmış kimi, bütün tələblərə baxmayaraq yeni iş proqramı formalaşdırılmamışdır. Müqavilə müddətinin bitməsinə rəğmən zəruri uzadılma aparılmamış, əsla bir X25 müəyyənləşdirilməmişdir. Covid-19 pandemiyası səbəbindən 2020-ci ilin mart ayı etibarı ilə iş sahəsində çalışma imkanı qalmamış, tikinti meydançasında fəaliyyət tamamilə dayandırılmış, 2020-ci ilin noyabr ayına qədər, təxminən 9 ay ərzində hər hansı bir iş görülməmişdir. Müqavilənin “işin dayandırılması" başlıqlı 20-ci maddəsinə görə, fors-major səbəb ortaya çıxdığı halda, tərəflərin görüşərək ortaq (müştərək) hesabat tərtib etmələri zəruri ikən, DAAX tərəfindən işin faktiki olaraq dayandırılmasından başqa hər hansı bir hərəkət edilməmişdir. Yenə, Müqavilənin “Forsmajor səbəblər və Təsirlər” başlıqlı 22-ci maddəsinin, həmin tarixdə işin mövcud olmuş mərhələsinə dair razılığın (uzlaşmanın) əldə olunmasının zəruriliyi barədə göstərişinə də əməl olunmamışdır. Bu azmış kimi, is müddəti və proqramında bu qədər əhəmiyyətli vaxt itkisinin bas verməsinə baxmayaraq DAAX tərəfindən yeni bir is proqramı hazırlanmamış və bütün tələblərə rəğmən uzadılma müddəti/isin bitmə tarixi müəyyənləşdirilməmişdir. SinerjiPro tərəfindən öz is proqramı pandemiva sonrası dövrdə də DAAX-a təqdim edilmişdir. Halbuki yalnız SinerjiPro-nun proqramının deyil, əlaqəli şəkildə işləməli olan digər subpodratçılar ilə birlikdə qarşılıqlı çalışmanın müəyyənləşdiriləcəyi X25nın Müqavilənin başlanğıcında olduğu kimi, yenidən tərtib edilməsi işin görülməsi baxımından mühüm əhəmiyyət kəsb edirdi. Bu zərurət onsuz da Müqavilənin 7.5-ci maddəsində "Digər subpodratçılarla işləmə" şəklində ayrıca tənzimlənmiş və DAAX-ın üzərinə xüsusilə qarşılıqlı iş proqramı hazırlamaq ilə işləmə əsaslarını müəyyənləşdirmə öhdəliyi qoyulmuşdur. Belə ki, bəzi ixtisas sahələrinin öz işini bitirməmiş SineıjiPro-nun işini icra etməsi mümkün deyildi, eyni zamanda, mexanik işləri kimi bəzi işlərin SineıjiPronun görməli olduğu elektrik işləri ilə birlikdə yerinə yetirilməsi zəruri idi. Çünki bu işlər eyni nöqtədə (yerdə) görülməkdədir, məsələn: SinerjiPro-nun elektrik təsisatına aid sistemi keçirdiyi eyni nöqtədən (yerdən) havalandırma sisteminə dair avadanlıqlar keçirilməkdədir. Bu sistemlərin bir-birinə uyğun olması üçün hər iki ixtisas sahəsi işçilərinin ortaq çalışması tələb olunur. İş proqramının SinerjiPro tərəfindən mütəmadi olaraq yeniləndiyi, DAAX-ın Müqavilənin müddətinin bitdiyini iddia etdiyi tarixdən sonra yeni iş proqramı tələb etməsi CBİ-DAAX-SNJ- LT-0010 nömrəli və 19 iyun 2022-ci il tarixli DAAX Layihə Koordinatoru Abdullah Salih Özdoğanın imzaladığı məktubla təsdiqlənir (iş materiallarına əlavə olunmuşdur). SinerjiPro-ya ödənilməli olan pul vəsaitlərinin ödənişi vaxtında və tam olaraq həyata keçirilməmişdir. SinerjiPro-nun Azərbaycan banklarından təqdim etmək istədiyi zəmanət məktubu qəbul edilməmişdir. SinerjiPro-nun Türkiyə banklanndan xx.xx.2021-ci il tarixində zəmanət məktubu təqdim etməsindən sonra Müqavilənin 17.1-ci maddəsinə əsasən, 10 gün ərzində ödənilməli olan 10 faiz avans ödənişi belə gecikdirilərək həyata keçirilmişdir. Avans ödəməsinin Müqavilədəki mötəbər bank xüsusatına əsaslanılmaqla zəmanət məktubları qəbul edilmədiyindən Avans ödənişi Müqavilənin bağlanması tarixində 1 il sonra edilmiş, bu müddət ərzində SinerjiPro maliyyə planlaşdın İmasından ziyadə layihəni özü maliyyələşdirməyə məcbur olmuşdur. Bu hal, işdəki zəmanət məktubları və ödəmə sənədləri ilə təsdiq edilir. Tərəflərin qarşılıqlı etimadı və DAAX-ın ehtiyacı səbəbindən tərəflər arasında belə bir razılıq əldə edilmişdir: SinerjiPro nağd avans məbləğinin bir hissəsini qaytarır. DAAX isə, zəmanət məktublarının geri verilməsini təmin edir. Eyni zamanda, DAAX, qaytarılan avans məbləğinin layihənin davamı müddətində hissə-hissə Sinerji Pro-ya ödəməyi öhdəsinə götürmüşdür. Zəmanət məktubunun qaytarılmasına dair xx.xx.2021 -ci il tarixli DAAX səlahiyyətli şəxsləri Ruhi Şenel və Hüseyin Berkyürek elektron poçt məktubları və Hasan Gozal tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli məktub iş materiallarına əlavə edilmişdir. Zəmanət məktublarının qaytarılması ilə SinerjiPro tərəfindən xx.xx.2021-ci il tarixində 500.000 ABŞ dolları və xx.xx.2021-ci il tarixində 250.000 ABŞ dolları məbləğində pul vəsaiti DAAX-a geri verilmişdir. Qaytarma əməliyyatlarım təsdiqləyən bank ödəniş sənədləri iş materiallarına əlavə olunmuşdur. Lakin DAAX, layihənin davamı mərhələsində 750.000 ABŞ dolları məbləğində avans ödənişini həyata keçirməmişdir. Layihə davam etdiyi, müddətdə SinerjiPro tərəfindən görülmüş islərin təhvil-təslim aktlarının hazırlanmasına daima mane olunmuş, Müqavilənin 6,1-ci maddəsinə uyğun olaraq aylıq tərtib edilməli olan təhvil-təslim aktları hazırlanmamışdır. İş materiallarından da aydın olur ki. cəmi 3 ədəd təhvil-təslim aktı təsdiqlənmişdir. Buna görə də Sinerji Pro gördüyü işlər ilə təhvil verdiyi materialların əvəzini, yaxud Müqavilənin 8.3-cü maddəsinə əsasən almalı olduğu pul vəsaitini ala bilməmiş və ya çox gec ala bilmişdir. SineriiPro-nun 2022-ci ilin may ayında DAAX-a təqdim etdivi 4 nömrəli təhvil-təslim aktı üzrə ödəmə həyata keçirilməmişdir. Yuxarıda göstərilənlər bir daha təsdiq edir ki, işlərin vaxtında yerinə yetirilməməsində SinerjiPronun heç bir təqsiri olmamışdır. MM m. 445.5-ə görə, “Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, hu, gecikdirmə sayılmır. AAX tərəfindən 31 avqust 2022-ci il və 22 sentyabr 2022-ci il tarixlərində göndərilən pretenziyalarda işin tamamlanması üçün möhlət (əlavə vaxt) verildiyi iddia edilsə də. bu hal. tamamilə həqiqətə ziddir. SinerjiPro-nun xx.xx.2022-ci il tarixindən sonra iş sahəsində çalışmasına əsla icazə verilməmişdir. İş materiallarında olan 4 və 29 sentyabr 2022-ci il tarixli aktlarla təsdiq edildiyi kimi, əvvəlcə, SinerjiPro-nun işçiləri təhdid edilmiş, onlara "DAAX-da çalışa biləcəkləri, əks halda, tikinti sahəsindən kənarlaşdırılacaqları" barədə xəbərdaqlıqlar olunmuşdur. SinerjiPro-nun sahə üzrə cavabdeh şəxsləri sahə işlərinə 4 sentyabr 2022-ci il tarixdən sonra cəlb edilməmiş, işçilərin bir hissəsi 4 sentyabr tarixində, digər hissəsi isə, 25 sentyabr tarixində DAAX-da işləməyə başlamışdır. Yenə iş materiallarına əlavə olunmuş X26 X27 Aydının video yazısından aydın olduğu kimi, 4 sentyabr 2022-ci il tarixində əlavədə təqdim edilən giriş kartları olan Sinerji Pro işçilərinin hamısının iş sahəsinə giriş kartları ləğv edilmişdir. Məhkəməyə təqdim etdiyimiz 26 sentyabr 2022-ci il tarixli video yazı ilə təsdiq edilir ki, SinerjiPro-nun layihələrə çıxışını təmin edən, işlərin aparıldığı serverlərə girişi bağlanmışdır. Eyni tarixlərdə, SinerjiPro-dan başqa 17 nəfərlik elektrik heyətinin sahəyə gətirildiyi müəyyənləşdirilmişdir. Bütün bunların nəticəsində SinerjiPro bir daha iş sahəsinə daxil ola bilməmiş, işləmək imkanından tam məhrum olmuşdur. Bu hərəkətləri ilə SinerjiPro-nun işləməsinə icazə verməyən DAAX-ın müqavilənin tamamlanması məqsədilə əlavə müddət (möhlət) verməsi barədə iddiası həqiqətə uyğun deyildir. Bu məqamlar, xx.xx.2022-ci il tarixli SNJPRO-CBİ-118-22 və SNJPRO-CBİ-117-22 istinad nömrəli bildirişləri, habelə Ankara 2-ci Notariat ofisinin 7 sentyabr 2022-ci il tarixli və 18467 nömrəli pretenziyası, Ankara 2ci Notariat ofisinin 25 noyabr 2022-ci il tarixli və 24772 nömrəli pretenziyası, Ankara 2-ci Notariat ofisinin 24 yanvar 2023-cü il tarixli və 02324 nömrəli pretenziyası ilə DAX-ın diqqətinə çatdırılmışdır. Müqavilənin 8-ci maddəsində ətraflı şəkildə ifadə edildiyi kimi, SinerjiPro tərəfindən layihə predmetini təşkil edən materiallar təhvil verilməmişdən 15 gün əvvəl yazılı şəkildə DAAX-a bildirilir, materialların daşıma və bütün gömrük əməliyyatları DAAX tərəfindən həyata keçirilir. Bu mənada, daşıma və gömrük əməliyyatları zamanı materialların siyahısı DAAX-a çatdırılmaqda və gömrük uyğunluğuna nəzarət edilməkdədir. Əks təqdirdə, materialların İraqa çatdırılması mümkün olmazdı. Sözügedən materiallar iş sahəsinə daxil olarkən DAAX və məsləhətçi şirkət tərəfindən materialların Müqaviləyə uyğunluğu ilə bağlı X5 (X9) tərtib edilərək materialların sahəyə çatdırılması təmin edilir. Yəni layihəyə və ya Smetaya uyğun olmayan hər hansı bir materialın onsuz da sahəyə gətirilməsi mümkün deyildir. Materiallar təkrar-təkrar nəzarətdən keçdikdən sonra sahəyə təhvil verilirdi. DAAX-ın qarşılıqlı iddiasında irəli sürdüyü SineıjiPro tərəfindən sahəyə qüsurlu material gətirildiyinə dair dəlili qəbul etmədiyimizi bildirmək istəyirik. Üstəlik, DAAX-ın SinerjiPronu iş yerindən çıxarmasından sonra qarşılıqlı üzləşmə aktı ilə bütün materiallar DAAX-ın cavabdeh şəxslərinin nəzarəti və razılığı ilə onların özlərinə təhvil verilmişdir (iş materiallarına əlavə edilmişdir). SinerjiPro-nun layihədən kənarlaşdırılmasından sonra ortaya atılmış qüsurlu material alınması səbəbindən zərər dəydiyi barədə iddiaların qəbulu yolverilməzdir. Digər tərəfdən, tərtib edilmiş üzləşmə aktlarında SinerjiPro-ya qaytarılmalı olan az miqdarda materiallar da bu günə kimi bizə təhvil verilməmişdir. Bundan başqa, görülmüş işlər həm DAAX, həm də nəzarətçi şirkət tərəfindən yoxlanılmaqda, bütün işlərin X22 (Method Statements) və NFİ formaları ilə təsdiqi həyata keçirilməkdə idi. Odur ki, qüsurlu bir materialın təhvili, yaxud qüsurlu bir işin görülməsi mümkün deyildir. DAAX-ın yetərli sayda və ixtisaslı işçilərin cəlb olunmadığına dair dəlili də yersizdir. Belə ki, Müqavilənin "İşçilər və Ümumi iş şəraiti” başlıqlı 7.3-cü maddəsinə əsasən, SinerjiPro çalışdıracağı işçilərin işə başlamasından əvvəl onlar barədə xülasə təqdim etməklə təsdiq almaqda, təsdiq ala bilmədiyi işçilərin işə başlamasına icazə verməməkdədir. DAAX-ın əməkdaşı Recep Çalışkanın 6 fevral 2021-ci il tarixli elektron poçt məktubundan görüldüyü kimi, təqdim edilmiş onlarla işçidən yalnız iki nəfəri təsdiqlənməmiş, onlar da SinerjiPro tərəfindən işə cəlb olunmamışdır. Digər tərəfdən, yuxarıda ətraflı şəkildə izah edildiyi kimi, DAAX hər nə qədər keyfiyyətli və yetərli sayda işçi olmadığını iddia etsə də, SineriiPro-nun sahədə çalısan bütün əməkdaşlarını işə qəbul etmişdir. Bununla yanaşı SineırjiPro-da çalışan bəzi işçilər də bu gün belə DAAX tərəfindən işə qəbul edilməkdədir. Belə ki, X24 Layihəsində işlədikdən sonra isə xitam verilməsi səbəbindən SineriiPro-nun Azərbaycandakı işlərinə cəlb edilən Nazım Dal xx.xx.2023-cü il və Ferav Acar xx.xx.2023-cü il tarixlərində müqavilələrinə xitam verərək DAAX-da X24 isində calısmağa başlamışlar. Adı çəkilən işçilərin vaxtı ilə SinerjiPro-da işləmələri və hazırda DAAX-da çalışmağa başlamalarını təsdiq edən sənədlər hazırkı etiraza əlavə edilmişdir. Üstəlik, məhkəməyə təqdim edilmiş işçi heyət giriş kartlarından da aydın olduğu kimi, sahədə həmişə işi görməyə kifayət edən yetərli sayda işçi çalışmış, işin gedişatına əsasən işçi sayı artırılmışdır. DAAX-ın yetərli sayda və keyfiyyətdə işçilərin olmadığına dair dəlili həqiqətə uyğun deyildir. Sahədə kifayət sayda işçi çalışdığı ölkə müdiri Tan Aydın və Anbara görə cavabdeh şəxs Suat Yılmaz başda olmaqla layihədə iştirak etmiş bir çox işçinin şahid ifadələri ilə asanlıqla təsdiqlənə bilər. DAAX avans ödənişi başda olmaqla SinerjiPro-nun ödənişlərini vaxtında və lazımınca həyata keçirməmişdir. Avans ödənişləri hesabına həyata keçirilməli olan ödəmə zamana yayılmış, ancaq lazımı qaydada SinerjiPro-ya ödənilməmişdir. Müqavilənin sonuna doğru birbaşa SinerjiPro-ya ödəniş etməkdən boyun qaçıran DAAX digər üçüncü şirkətlərdən aldığı satın almalara görə bilavasitə özü ödəniş həyata keçirmək qərarına gəlmişdir. Eyni qaydada, DAAX-da çalışmağa başlamaları ilə birlikdə işçilərin işin təbii axınına görə içəridə saxlandan bəzi ödəmələri və sentyabr ayından başlayaraq DAAX-da çalışmalarına görə almalı olduqları ödəmələrin də edilməsindən SinerjiPro tərəfindən haqlı olaraq imtina edilmişdir. DAAX tərəfindən tələb edildikdən sonra, məsuliyyət daşımadığımıza dair bildiriş 24 oktyabr 2022-ci il tarixində DAAX səlahiyyətli şəxslərinə ölkə müdiri Tan Aydın tərəfindən, işçilərə zərər vurulmaması məqsədilə, təqdim edilmişdir. Sözügedən ödəmələrin yalnız bununla məhdudlaşdığını nəzərə alsaq, sanki bütün layihədəki maaşların DAAX tərəfindən qarşılandığı kimi bir iddianın ortaya atılması həqiqəti təhrif etməyə yönəlmişdir. Həmin ödəmələrin SinerjiPro-ya verilməyən avans ödənişlər hesabına birbaşa DAAX tərəfindən edilmiş ödəmələr olduğu aşkardır.
36. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-173/2024 nömrəli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, Cavabdehndən 1659012,59 ABŞ dolları məbləğində pul, 43066,53 ABŞ dolları faiz borcu, ümumilikdə 1702079,12 (bir milyon yeddi yüz iki min yetmiş doqquz dollar on iki sent) ABŞ dolları məbləğində pulun və 2236,77 (iki min iki yüz otuz altı manat yetmiş yeddi qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçı “X15 Elektrik Elektronik ve X8 Ticaret Limited” Şirkətinə ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməməsi, çəkilmiş qalan məhkəmə xərclərinin (dövlət rüsumu və hüquqi yardımla bağlı vəsait) tərəflərin özlərinə aid edilməsi, aparılmış ekspertiza tədqiqatı ilə bağlı 200 (iki yüz) manat ekspertiza xərcinin Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilməsi qət edilmişdir.
37. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ilk iddia ərizəsi birinci hissədə əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixli, İCBA-0018 nömrəli müqaviləyə əsasən materiallarda olan tərəflərin səlahiyyətli nümayəndələrinin imzaları ilə təsdiqlənmiş 3 ədəd hakediş raporu adlanan forma 2 sənədlərinə əsasən iddiaçı tərəfindən müqavilə çərçivəsində icra edilmiş işlərin ümumi dəyəri 141629,92 ABŞ dolları, iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş materialların ümumi dəyəri 4031187,77 ABŞ dolları (hakediş raporları üzrə ümumilikdə 1747898,05 ABŞ dolları, tutanak adlanan sənədlərə əsasən isə 1405797,67 ABŞ dolları və 877492,05 ABŞ dolları) təşkil edir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş sənədləri, habelə ilk iddia ərizəsində iddiaçının mübahisəsiz olaraq qəbul etdiyinə görə cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 3084161,58 ABŞ dolları məbləğində vəsait ödənilmiş, qalıq 1088656,11 ABŞ dolları borc (4172817,69 ABŞ dolları - 3084161,58 ABŞ dolları) hazırkı günədək ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin qeyd etmişdir ki, ödənilməmiş qalıq borcun 1088656,11 ABŞ dolları olması məhkəmə araşdırması zamanı müəyyən edilsə də, ilk iddia ərizəsində ödənilməmiş 1033596,88 ABŞ dolları məbləğində borcun tutulması tələb edilir. Məhkəmə ilk iddia tələbini ikinci hissədə əsassız hesab etmişdir. Belə ki, ilk iddia ərizəsində iddia tələbinin bu hissəsi ilə bağlı iddiaçı göstərmişdir ki, müqaviləyə 1 saylı Əlavə imzalanan zaman iddiaçının çəkəcəyi xərclərin hesabatı aparılmış, bu məbləğ 16964391,79 ABŞ dollarına bərabər olmuş, lakin müqavilənin 1 saylı əlavəsində smetanın ümumi dəyəri 19521656,58 ABŞ dolları təşkil etmişdir. Bu səbəbdən bu iki rəqəm arasındakı fərq, yəni 2557264,79 ABŞ dolları müqavilə vaxtından əvvəl cavabdeh tərəfindən xitam edildiyi üçün iddiaçının məhrum olduğu gəlir kimi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Materiallarda olan podrat müqaviləsinin xx.xx.2021-ci il tarixli əlavəsi ilə tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, İCBA-0018 nömrəli müqaviləyə dəyişiklik edilmiş, əlavə və dəyişiklik hər iki tərəfdən təsdiq edilmiş, Əlavənin 2.2-ci bəndinə görə, tərəflər bu əlavə əsasında edilən dəyişikliklə yeni müqavilə qiymətinin 19521656,58 ABŞ dolları olaraq yenilənməsini qəbul etmişlər. İddiaçı müqavilənin sifarişçi (cavabdeh) tərəfindən vaxtından əvvəl ləğv edilməsi ilə bağlı ona 2557264,79 ABŞ dolları məbləğində zərərin dəyməsini bildirsə də, dəymiş zərərin nədən ibarət olması, həmin zərəri təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, bununla da MPM-nin 77.1-ci maddəsinə ilə üzərinə düşən sübutetmə vəzifəsini icra etməmişdir. Bundan əlavə, tərəflər arasında bağlanmış müqavilənin 5.5-ci bəndinə əsasən iş müddətinin uzadılması hər nə səbəblə olur olsun xidmət dəyərindəki məbləğə təsir göstərmir, podratçı sifarişçidən əlavə pul tələb edə bilməz. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, ilk iddia bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə ilk iddia ərizəsini üçüncü hissədə əsaslı hesab etmişdir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş tərəflər arasında olan xx.xx.2022-ci il tarixli elektron poçt yazışmasından çıxarışa əsasən iddiaçının nümayəndəsi Suat Yılmaz cavabdehin nümayəndəsi Barış Öngelə iddiaçıya məxsus olan, lakin qaytarılmayan, sahəyə təhvil verilmiş materialların (malzeme) “depo çıkış fişi” adlı sihayısını təqdim etmişdir. Cavabdeh tərəfindən məhkəməyə həmin siyahının cavabdeh tərəfindən mübahisələndirilməsini, habelə cavabdehdə olması iddia edilən həmin əşyaların iddiaçıya geri qaytarılmasını təsdiq edən hər hansı sübut təqdim edilməmiş, ekspert rəyində həmin əşyaların dəyərinin 195947,95 ABŞ dolları olması müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddiaçı həmin əşyaların qaytarılmaması nəticəsində ona vurulan 195947,95 ABŞ dolları zərərin cavabdeh tərəfindən ödənilməsini tələb etməkdə haqlıdır, bu səbəbdən iddia bu hissədə təmin edilməli, göstərilən vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə ilk iddia tələbini 4-cü hissədə qismən əsaslı hesab etmişdir. İddiaçı iddia ərizəsində müqavilənin icrası ilə bağlı çəkdiyi mobilizasiya, məskunlaşdırma, daşıma, digər məsrəflərin əvəzi qismində 783250 ABŞ dolları məbləğində pulun cavabdehdən tutulmasını xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi M.Özdemir iddiaçı tərəfindən tərtib edilmiş 4 saylı hakediş raporu üzrə ödənilməli olan 231625,58 ABŞ dolları məbləğində pulun da iddia ərizəsi yazılarkən hazırkı tələbə (məbləğə) daxil edildiyini bildirmişdir. Materiallardan görünür ki, tərəflər arasında imzalanaraq təsdiq edilmiş sonuncu hakediş raporunun tarixi xx.xx.2022-ci ildir. Tərəflərin nümayəndələrinin məhkəmə iclaslarında verdiyi izahatlardan, habelə tərəflər arasında olan elektron poçt yazışmalarından məlum olur ki, cavabdehin təşəbbüsü ilə işlər 2022-ci ilin sentyabr ayında dayandırılmışdır. Göstərilən hal cavabdeh tərəfindən iddiaçıya göndərilmiş materiallarda olan xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubları ilə də təsdiq olunur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1, məhkəmə iclasında dindirilmiş şahidlər işlərin cavabdeh tərəfindən dayandırılana qədər iddiaçı tərəfindən icra edilməsinin davam etdirildiyini təsdiq etmişlər. Materiallardan görünür ki, sonuncu təhvil aktı tərtib edildiyi tarixdən (xx.xx.2022-ci il) işlərin cavabdeh tərəfindən dayandırıldığı ana qədər iddiaçı tərəfindən müqavilə üzrə icra edilmiş öhdəliklər tərəflər arasında rəsmiləşdirilməmiş, iddiaçı tərəfindən tərtib edilmiş sonuncu 4 saylı təhvil aktı (hakediş raporu) cavabdeh tərəfindən təsdiq edilməkdən tutarlı səbəb göstərilmədən imtina edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli vəsatətdə göstərilmişdir ki, 4 nömrəli Təhvil-təslim aktı (“Hakediş-4”) imzalanmayıb və tərəflər arasında bağlanmış müqavilədə göstərilmiş qaydada (Müqavilənin 6-cı maddəsinə uyğun olaraq) cavabdeh tərəfindən təsdiq edilməyib. Ekspert rəyindəki 4 nömrəli Təhvil-təslim aktı (“Hakediş-4”) üzrə riyazi hesablamalar tamamilə yanlışdır. Bununla yanaşı, cavabdeh tərəfindən məhkəməyə iddiaçı tərəfindən tərtib edilmiş sonuncu 4 saylı təhvil aktının hansı səbəbdən əsassız olması, cavabdehin həmin təhvil aktını hansı hissədə doğru hesab etməməsi barədə hər hansı sübut, əks arqument (düzgünlüyünü iddia etdiyi riyazi hesablamalar) təqdim edilməmiş, cavabdeh ekspert rəyi ilə 4 saylı təhvil aktı üzrə görülmüş işlərin dəyəri, habelə təhvil verilmiş materiallar hissədə razılaşmadığını bildirsə də, bu hissədə təkrar ekspertizanın təyin edilməsi barədə vəsatət verməmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, cavabdehin 4 saylı hakediş raporunun tərəflərindən təsdiq edilməməsi əsası ilə ödənilməli olmaması barədə dəlili əsassızdır, iddiaçı hazırda 231625,58 ABŞ dolları məbləğində pulun (podrat müqaviləsi üzrə muzdun) ödənilməsini tələb etməklə haqlıdır, göstərilən vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə qalan 551624,42 ABŞ dolları (783250 ABŞ dolları - 231625,58 ABŞ dolları) xərcin cavabdehdən tutulması hissəsində iddianı əsassız hesab etmişdir. Belə ki, iddiaçı hazırda çəkilmiş mobilizasiya, məskunlaşdırma, daşıma və sairə xərclərin əvəzinin ödənilməsini xahiş etsə də, məhkəməyə həmin xərclərə dair hər hansı sübut təqdim etməmiş, bundan əlavə, müqavilə və onun əlavəsində tərəflər arasında bağlanmış podrat müqaviləsinin qiyməti (göstərilən xərclərin iddiaçıya aid edilməli olması nəzərə alınmaqla) razılaşdırılmış, iddiaçı həmin xərclərin müqavilədə cavabdeh tərəfindən ödənilməsi, habelə qarşılanması barədə hər hansı öhdəlik nəzərdə tutulmadığı halda, hansı səbəbdən həmin xərclərin cavabdehdən tutulmalı olmasını sübuta yetirə bilməmişdir. Bundan əlavə, tərəflər arasında imzalanmış sözügedən müqavilənin 7.1, 7.3-cü bəndlərinə əsasən, işçi heyətin iş və yaşayış icazələrinin alınması, maaşından, sığorta ödənişlərindən və digər bütün xərclərindən iddiaçı məsuliyyət daşıyır. Müqavilənin 8.1-ci bəndinə əsasən müqavilə çərçivəsində işlərin görülməsi ilə bağlı istifadə ediləcək material və avadanlığın Türkiyədən göndərilməsi, habelə geri qaytarılması ilə bağlı yaranacaq xərc, təminat və digər xərclərə görə də iddiaçı məsuliyyət daşıyır. Habelə, müqavilənin 21.1.3-cü bəndinə əsasən, müqavilənin xitamı halında iddiaçının hər hansı xərclər, təminat, əldən çıxmış fayda və ya istənilən adda digər ödənişlərin edilməsinə dair cavabdehdən hər hansı tələbi olmayacağı razılaşdırılmışdır. Müqavilənin 10-cu bəndinə əsasən podratçı öz işçilərinin kommunikasiya və internet xərclərini, habelə öz işçi heyətinin İraqa gediş-gəliş xərclərini özü təmin etməli, viza və digər rəsmi icazələrin alınması, bilet, sığorta, tibbi xidmət və sairə xərclərini özü qarşılamalıdır. Müqavilənin 15-ci bəndinə əsasən işlərin yerinə yetirilməsi üçün lazım olan, podratçının istifadə edəcəyi bütün material, maşın və avadanlıqların tikinti sahəsinə gətirilməsi, yenidən öz ölkəsinə aparılması ilə bağlı yaranacaq xərclər (gömrük, daşıma, sığorta və sairə) podratçıya (iddiaçı) aiddir. Məhkəmə ilk iddia ərizəsini 5-ci hissədə qismən əsaslı hesab edir. Belə ki, iddiaçı müqavilədə nəzərdə tutulmasa da, sifarişçinin tələbi üzrə əlavə işlər icra edildiyini, həmin işlərin dəyərinin 310148,61 ABŞ dolları təşkil etdiyini bildirir. Bununla yanaşı, materiallarda olan ekpert rəyi ilə (cild 5, iş v. 210-211-də olan sənədlərə əsasən) iddiaçı tərəfindən icra edilmiş əlavə işlər: kabel kanalı açma+tavan və divar borulama, zirzəmi koridorlarında 3000 metr metal kabel tavaları montajları işlərinin smetaya görə dəyərinin (material+işçilik) 197842,18 ABŞ dolları (istifadə edilmiş materialların dəyəri 105959,43 ABŞ dolları və işçilik dəyəri 91882,75 ABŞ dolları) məbləğində olması müəyyən edilmiş, göstərilən hissədə eskpert rəyi iddiaçı tərəfindən mübahisələndirilməmiş, rəyi bu hissədə şübhə altına ala biləcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçının tərəflər arasında bağlanmış podrat müqaviləsində nəzərdə tutulmasa da, sifarişçinin tələbi üzrə icra etdiyi əlavə işlərə görə muzd almaq hüququna malik olmasını nəzərə alaraq, məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, cavabdehdən 197842,18 ABŞ dolları məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə ilk iddia ərizəsini müqavilə müddətinin uzadılması nəticəsində iddiaçının çəkdiyi əlavə xərclərin əvəzi qismində 298432,35 ABŞ dolları məbləğində pulun tutulması hissəsində isə əsassız hesab etmişdir. İddiaçı tərəfindən məhkəməyə həmin xərclərlə bağlı hər hansı sübut təqdim edilməmiş, çəkilmiş əlavə xərclərin nədən ibarət olması iddia ərizəsində ümumiyyətlə göstərilməmişdir. Bundan əlavə, xx.xx.2020-ci il tarixli müqavilənin tərəflər arasında razılaşdırılmış 5.5-ci bəndinə əsasən iş müddətinin uzadılması hər nə səbəblə olursa olsun xidmət dəyərindəki məbləğə təsir göstərmir, podratçı sifarişçidən əlavə pul tələb edə bilməz. Bu səbəbdən məhkəmə bu hissədə iddianın əsassız olması qənaətinə gəlir. Məhkəmə ilk iddia tələbini sonuncu hissədə qismən əsaslı hesab etmişdir. Belə ki, materiallardan və işin məhkəmə tərəfindən araşdırılan hallarından görünür ki, podrat müqaviləsi üzrə (görülmüş işlərin, təhvil verilmiş materialların müqabilində) cavabdeh iddiaçının ödənilməsini tələb etdiyi 1033596,88 ABŞ dolları məbləğində pulu işlərin dayandırıldığı tarixdən iddia ərizəsi verilən tarixə qədər keçən 10 ay ərzində hazırkı günədək ödəməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı borclunun icranı gecikdirməsi nəticəsində əsas borc (yəni podrat müqaviləsi üzrə 1033596,88 ABŞ dolları məbləğində ödənilməli olan vəsait) üzrə iddiaçıya vurulmuş zərər qismində 43066,53 ABŞ dolları faiz borcunun (MMnin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) ödənilməsini tələb etməkdə haqlıdır, göstərilən vəsait (1033596,88 ABŞ dolları * 5 faiz / 12 ay * 10 ay) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə qarşılıqlı iddia ərizəsini aşağıda göstərilənlərə əsasən əsassız hesab etmişdir, təmin edilməli olmaması qənaətinə gəlmişdir. Qarşılıqlı iddiaçı tərəfindən məhkəməyə bununla təqdim edilmiş Meinhardt şirkətinin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli uyğunsuzluq hesabatlarına əsasən “X15 Elektrik Elektronik ve X8 Ticaret Limited” şirkəti tərəfindən təchiz edilmiş kabellərin ümumi dəyəri 873949 ABŞ dolları təşkil edir. Belə ki, qarşılıqlı iddiaçı bildirir ki, təhvil verilən işlərin keyfiyyətinin dəyərləndirilməsi məqsədi ilə Layihəyə mühəndislik xidməti göstərən ‘‘Meinhardt” Şirkəti tərəfindən 03 və 12 iyun 2023-cü il tarixlərində tərtib edilən uyğunsuzluq hesabatlarına əsasən, cavabdeh tərəfindən işlə bağlı istifadə edilən naqillərdə qüsurlar aşkar olunmuş, əraziyə gətirilən faktiki naqillər ilə təqdimat zamanı göstərilən nümunədəki naqillər arasında ziddiyyətin olduğu, ağ naqillər yerinə qırmızı naqillərdən istifadə olunduğu məlum olmuşdur. Bununla da iddiaçı qüsurlu materiallardan istifadə etməsi nəticəsində cavabdehə 873 949 ABŞ dolları məbləğində zərər vurmuş, cavabdeh işlərin daha da gecikməməsi Sinerji Pro şirkətinin işçilərinin maaşlarını öz hesabına ödəmək məcburiyyətində qalmış, müəyyən materialları öz hesabına almış və işin icrasına dair yaranmış digər xərcləri öz hesabına qarşılamış, iddiaçı üzərinə düşən maliyyə öhdəliklərini vaxtında icra etməyərək onlara maddi zərər də vurmuşdur. Qarşılıqlı iddiaçı iddia ərizəsində ona vurulmuş zərərin ******* ABŞ dolları olmasını bildirsə də, həmin məbləğin hansı qaydada hesablanması, zərər müəyyən edilən zaman hansı hesablamaların, hansı qaydada aparılması, ümumiyyətlə həmin məbləğin necə müəyyən edildiyini ərizədə ümumiyyətlə göstərə bilməmiş, məhkəməyə təqdim etdiyi özü tərəfindən tərtib edilmiş ölçmə protokoluna əsasən xx.xx.2023-cü il tarixli yazılı bildirişlə müqaviləyə xitam verildikdən sonra ona ödənilməli olan vəsaitin məbləğinin isə ******* ABŞ dolları olması göstərmişdir. Məhkəmə ilk növbədə cavabdehin iddiaçı tərəfindən ona təhvil verilmiş materiallarda qüsurlar olması barədə dəlilini əsassız hesab etmişdir. Belə ki, iddiaçı tərəfindən müqavilə üzrə təhvil verilən mallar tərəflər arasında imzalanmış hakediş reporları və 2 ədəd tutanakla cavabdeh tərəfindən qəbul edilmiş, həmin materiallarda qüsurlar olması barədə iddiaçıya pretenziya verilməsini, habelə həmin materialların qüsurlu olması əsası ilə iddiaçıya geri qaytarılmasını, yaxud buna cəhd edilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə Sinerji Pro şirkətinin işçilərinin maaşlarını ödəmək məcburiyyətində qalmaqla əlavə xərc çəkməsi barədə qarşılıqlı iddiaçının dəlilinə cavab olaraq bildirmişdir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş elektron poçt yazışmaları, nağd ödənişlər barədə ödəniş qəbzlərinin bəzilərinə əsasən cavabdeh tərəfindən iddiaçının işçilərinə imza edilməklə ödənilmiş vəsaitlər müqavilə çərçivəsində sifarişçinin podratçıya ödəməli olduğu vəsaitdən çıxılmış, göstərilən halı məhkəmə iclasında iddiaçının nümayəndəsi M.Özdemir də təsdiq etmişdir. Bu səbəbdən nağd qaydada ödənilmiş həmin vəsaitlərin hazırda geri tələb edilməsi barədə iddia tələbi təmin edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, ilk iddia qismən təmin edilməli, cavabdehdən 1659012,59 ABŞ dolları məbləğində pul, 43066,53 ABŞ dolları faiz borcu, ümumilikdə 1702079,12 ABŞ dolları məbləğində pul tutularaq iddiaçıya ödənilməli, ilk iddia qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Məhkəmə hesab etmişdir ki, ilk iddia qismən təmin edildiyindən ilk iddia ərizəsi ilə bağlı ödənilmiş 2236,77 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatoru əsas götürülməklə) cavabdehə, qalan ödənilmiş 3287,23 manat dövlət rüsumu iddiaçının özünə, qarşılıqlı iddia təmin edilmədiyindən qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş 3695 manat dövlət rüsumu, 1000 manat hüquqi yardımla bağlı xərc qarşılıqlı iddiaçının özünə aid edilməlidir. Bundan başqa ilk iddia ərizəsində 8000 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması tələb edilsə də, həmin xərci təsdiq edən hər hansı sənəd materiallara əlavə edilməmişdir. Bu səbəbdən Məhkəmə hesab etmişdir ki, çəkilmiş hüquqi yardımla bağlı xərc iddiaçının özünə aid edilməlidir.
38. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 439.1, 445.1, 445.2, 445.2.1, 445.2.2, 445.7, 448.1, 448.2, 449.1, 1096.1, 1096.2, 1099.1-ci maddələrini, Azərbaycan Respublikası MPM-nin 77.1, 78.1, 119.1, 121.1-ci maddələrini tətbiq etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
39. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-173/2024 nömrəli qətnaməsindən “X15 Elektrik Elektronik ve X8 Ticaret Limited” Şirkəti apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni ilk iddianın rədd edildiyi hissədə ləğv olunmasını, ilk iddianın həmin hissədə təmin edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
40. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qalan 551624,42 ABŞ dolları (783250 ABŞ dolları - 231625,58 ABŞ dolları) xərcin cavabdehdən tutulması hissəsində iddianı əsassız hesab etmişdir. Məhkəməyə görə, SinerjiPro mobilizasiya, məskunlaşdırma, daşıma və sairə xərcləri çəkdiyini təsdiqləyən hər hansı sübutu təqdim etməmişdir. Eyni zamanda, Podrat müqaviləsinin bir sıra maddələrinə görə (7.1, 7.3, 8.1, 21.1.3, 10, 15) həmin xərcləri qarşılamaq öhdəliyi məhz SinerjiPro-nun üzərində olmuşdur (qətnamənin 73-75-ci bəndləri). Məhkəmənin qiymətləndirməsi Podrat müqaviləsinin 9-cu maddəsinə ziddir. Belə ki, Podrat müqaviləsinin 9-cu bəndi DAAX tərəfindən əvəzli/əvəzsiz qaydada təmin edilməli olan xidmətləri tənzimləyir. Həmin maddəyə əsasən, DAAX: - Özünün yerləşmə (kamp) yerində SinerjiPro-nun işçi heyətinə səhər, günorta və axşam yeməklərinin əvəzli qaydada verilməsini təmin etməliydi (m. 9.1, abzas 1) - SinerjiPro-nun işçi heyətinə əvəzli qaydada yerləşdirmə (yaşayış sahəsinin verilməsi) xidmətləri göstərməliydi (9.1, abzas 2). - SinerjiPro-ya 25 kv.m. ölçüdə bir ofisi əvəzsiz olaraq təhvil verəcəkdir. Göründüyü kimi, DAAX bir sıra xidmətləri, o cümlədən məskunlaşdırma/yerləşdirmə xidmətlərini yerinə yetirmək öhdəliyini daşıyır. Belə ki, İraqdakı siyasi qeyri-sabit vəziyyət səbəbindən Türkiyə başda olmaqla bir çox ölkələrdən cəlb edilən işçi heyətinin təhlükəsiz bir şəkildə yerləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Hamıya bəlli olduğu kimi, layihənin davam etdiyi müddətdə Bağdadda bir sıra silahlı toqquşma hadisəsi baş vermişdir; bunların sübuta ehtiyacı yoxdur (MPM m. 82.1). X10 inşaatı olduğu üçün iş yeri və iş yeri ilə əlaqəsi olan digər sahələr ən yüksək səviyyədə qorunmaqdadır. İraqdakı təhlükəsizlik qayğısı səbəbindən yerləşdirmənin kamp sahəsi daxilində təmin edilməsi zərurəti DAAX-ın 21 sentyabr 2022-ci il tarixli pretenziyasında da öz əksini tapmışdı. Lakin SinerjiPro-nun sahəyə getdiyi andan etibarən işçi heyəti üçün kifayət sayda yerləşmə/məskunlaşma yeri hazırlanmamışdır. Buna görə də, SinerjiPro, öz işçiləri üçün məskunlaşma yerləri təşkil etməyə məcbur olmuşdur. DAAX-ın müqavilədən irəli gələn öhdəliyini icra etməməsi səbəbindən SinerjiPro baxımından əlavə vaxt itkisi və məsrəflər ortaya çıxmışdır. SinerjiPro tərəfindən göndərilmiş xx.xx.2021-ci il tarixli CBİ-COM-RPL-001 nömrəli məktubla da bu hallar DAAX-a bildirilmişdir. Eyni zamanda, DAAX-a ünvanlanmış Ankara 2-ci Notariat Ofisinin 7 sentyabr 2022-ci il tarixli 18467 nömrəli və 25 noyabr 2022-ci il tarixli 24772 nömrəli pretenziyalarında da bu xüsusat öz əksini tapmışdır. Sübutetmə məsələsinə gəldikdə, Podrat müqaviləsinin 9.1-ci bəndi ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etidyini isbat etmə vəzifəsi məhz DAAX-ın üzərindədir. DAAX məhkəməyə bu müqavilə öhdəliyini icra etdiyinə dair heç bir sübut təqdim etməmişdir. İşin mübahisəsiz halıdır ki, SinerjiPro-nun kifayət qədər çoxsaylı işçi heyəti Bağdadda qalaraq layihədə çalışmışlar. Əlbəttə ki, bu işçilər yaşayış sahələrində yaşamış və qidalanmışlar. Məsələ DAAX-ın bu xidmətləri əvəzli göstərəcəyi ilə bağlı deyildir, SinerjiPro öz maliyyə vəziyyətini qiymətləndirərkən məhz Podrat müqaviləsində nəzərdə tutulmuş xərcləri çəkməyi planlaşdırmışdır. Ancaq DAAX öz öhdəliyini icra etmədiyi üçün podrat müqaviləsində nəzərdə tutulandan qat-qat artıq xərc çəkməyə məcbur olmuş, yəni DAAX-ın müqaviləyə zidd davranışı SinerjiPro-ya real zərər vurulmasıyla nəticələnmişdir. Məhkəməyə görə, Podrat müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi səbəbindən SinerjiPro-ya 2.557.264,79 ABŞ dollar məbləğində zərər dəyidiyini və bu zərərin nədən ibarət olduğunu sübut edə bilməmişdir. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi MPM m. 77.1-ə və Podrat müqaviləsinin 5.5-ci bəndinə istinad etmişdir (qətnamənin 51-58-ci bəndləri). Məhkəmənin gəldiyi nəticə bir neçə səbəbdən əsassızdır. Belə ki, SinerjiPro-nun tələbinin hüquqi əsasını bu hissədə MM m. 759.1 təşkil etməkdədir. MM m. 759.1-ə görə, “Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir”. Məhkəmə ilk iddia ərizəsinin ilk tələbini əsaslı hesab etmiş və bu nəticəyə gəlmişdir ki, DAAX-dan SinerjiPro lehinə görülmüş işlərin əvəzi kimi ödənilməmiş 1033596,88 ABŞ dolları məbləğində borc tutulmalıdır. Başqa sözlə, məhkəmə özü müqaviləyə xitam nəticəsində görülmüş işlərin dəyərinin ödənilməli (yəni maddənin “... lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli” hissəsinin icra edilməli) olduğu nəticəsinə gəlmişdir. Ancaq nədənsə məhkəmə MM m. 759.1-i qalan (“...müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir”) hissədə mübahisəyə tətbiq etməmişdir. Halbuki DAAX, podrat müqaviləsinə xitam verdiyi üçün SinerjiPro-ya vurulmuş zərərin əvəzini də ödəməlidir. Bu hal, MM m. 759.1-də açıq şəkildə öz əksini tapmışdır. MM, dəymiş zərər dedikdə, həm real zərəri, həm də, əldən çıxmış faydanı nəzərdə tutmaqdadır (MM m. 21.2). SinerjiPro əldən çıxmış fayda tələb etidiyini və bunu hesablama metodunu kifayət qədər əsaslandırmış və məhkəməyə təqdim etmişdir. Lakin məhkəmənin zərərin nədən ibarət olduğunu müəyyənləşdirə bilməmə səbəbi SinerjiPro-ya məlum deyildir. Bununla belə, apardığımız hesablamanı təkararlamaqda fayda görürük: Müqavilə təklifi veriləndə və sonra podrat müqaviləsinə 1 nömrəli Əlavə imzalananda, SinerjiPro tərəfindən çəkiləcək xərclərin hesabatı aparılmış və bu məbləğ 16.964.391,79 ABŞ dollarına bərabər olmuşdur. Podrat müqaviləsinə 1 nömrəli Əlavəyə görə isə, smetanın ümumi dəyəri, 19.521.656,58 ABŞ dolları təşkil etmişdir. Göründüyü kimi, bu iki rəqəm arasındakı fərq, yəni 2.557.264,79 ABŞ dolları SinerjiPro-nun müqavilə üzrə əldə edəcəyi, ancaq DAAX-ın xitamı səbəbindən məhrum olduğu gəlirə dəlalət edir. Beləliklə, DAAX-dan SinerjiPro-nun xeyrinə əldən çıxmış fayda qismində 2.557.264,79 ABŞ dolları məbləğində pul vəsaiti tutulmalıdır. Məhkəmənin, Podrat müqaviləsinin 5.5-ci bəndinə istinadı da haqlı deyildir. Belə ki, SinerjiPro bu hissədə iş müddətinin uzadılmasına görə əlavə pul (muzd) tələb etmir. Əksinə, Podrat müqaviləsinə xitam verildiyinə görə dəymiş zərəri tələb edir. Dolayısıyla, 5.5-ci bəndin bu tələblə heç bir əlaqəsi yoxdur. Üstəgəl, 5.5-ci bəndin əlaqəsinin olduğu iddia edilmiş olsa belə, həmin bəndin MM m. 759.1 qarşısındakı vəziyyəti açıqdır: həmin bənd əhəmiyyətsizdir. Ona görə ki, məzmunundan da aydın olduğu kimi, MM m. 759.1 imperativ xarakterlidir və bu normaya zidd müqavilə şərti əhəmiyyətsiz sayılır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən hesab etmişdir ki, məhkəmə iddianı bu hissədə rədd etməkdə haqlı olmamış, MM m. 759.1-in tələblərini pozmuşdur. Məhkəməyə görə, MM m. 449.1 və Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarına müvafiq olaraq, MM m. 449.1-ə əsasən faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etmişdir. SinerjiPro isə, qeyd olunan halların təsdiqi barədə sübut təqdim etməməklə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilmədiyindən, cavabdehdən Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən bank uçot faizi dərəcəsinə uyğun hesablanmış faizlər tutula bilməz. Məhkəmənin qərarı tamamilə əsassızdır. Belə ki, məhkəmə MM m. 445.7-ni düzgün şərh etməmişdir. MM m. 445.7-nin 24 fevral 2023-cü il tarixədək qüvvədə olmuş redaksiyasında deyilirdi: “Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur”. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, “Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır”. Göründüyü kimi, MM-nin 445.7 və onun şərhinə dair Konstitusiya Məhkəməsinin Plenum Qərarına görə, SinerjiPro-nun illik 5 faizdən artıq faiz məbləğini tələb etmək hüququ vardır. Bunun üçün MM m. 449.1-dəki şərtlərin varlığı zəruri deyildir. Məhkəmə MM m. 449.1-i düzgün şərh etməməklə maddi hüquq pozuntusuna yol vermişdir. Məhkəməyə görə, SinerjiPro, Podrat müqaviləsinin müddətinin uzadılması nəticəsində çəkdiyi əlavə xərclərin əvəzi qismində 298.432,35 ABŞ dolları məbləğində pulun tutulmasını tələb etsə də, bunu təsdiq edən hər hansı sübut təqdim etməmiş, çəkilmiş əlavə xərclərin nədən ibarət olması iddia ərizəsində ümumiyyətlə göstərilməmişdir (qətnamənin 81 və 82-ci bəndləri). Müqavilə müddəti SinerjiPro-dan asılı olmayan səbəblərdən uzanmışdır. Bunun nəticəsində əlavə məsrəflər meydana gəlmişdir. Bu əlavə xərclər 298.432,35 ABŞ dolları təşkil etməkdədir. MM-nin 448.2-ci maddəsinə görə, “Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz”. Nəzərə alınmalıdır ki, SinerjiPro X24 layihəsi ilə bağlı planlama edərkən işlərin razılaşdırılmış müddətdə bitiriləcəyi ehtimalından çıxış etmişdir. Bura işçi heyətlə bağlanmış müqavilələrin müddəti və s. daxildir. Əgər DAAX öz üzərinə düşən öhdəlikləri icra etmiş olsaydı, SinerjiPro layihəni vaxtında həyata keçirmiş və tamamlamış olacaqdı. Dolayısı ilə, işlərin görülməsində gecikmə (uzanma) və buna bağlı zərərlər də meydana çıxmayacadı. Beləliklə, Məhkəmə diqqətə almamışdır ki, gecikən hər günə görə SinerjiPro öz işçilərin əlavə maaş ödəmiş, onların Bağdadda qalması xərclərini qarşılamışdır. Bu xərclərin ortaya çıxmasının yeganə səbəbi isə, DAAX-ın müqavilə öhdəliklərini pozmasıdır. Məhkəmə MM-nin 448.2-ci maddəsini tətbiq edərək iddia tələbimizi bu hissədə təmin etməli olduğu halda, bunu etməmiş və növbəti maddi hüquq pozuntusuna yol vermişdir. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Məhkəməyə görə, SinerjiPro Podrat müqaviləsində nəzərdə tutulmadığı halda DAAX-ın tələbi üzrə 310.148,61 ABŞ dolları dəyərində əlavə işlər gördüyünü iddia etsə də, işdəki ekpert rəyi ilə bu məbləğin 197842,18 ABŞ dollarına (istifadə edilmiş materialların dəyəri 105959,43 ABŞ dolları və işçilik dəyəri 91882,75 ABŞ dolları) bərabər olduğu müəyyən edilmişdir. Bu səbəbdən, iddia tələbi bu hissədə yalnız 197.842,18 ABŞ dolları məbləğində pulun tutulması hissəsində təmin edilməli, qalan hissədə isə, rədd olunamlıdır (qətnamənin 76-80-ci bəndləri). Məhkəmənin gəldiyi nəticə əsaslı deyildir. Belə ki, Podrat müqaviləsinin 4.2-ci maddəsində açıq şəkildə “Bu müqavilə çərçivəsində Podratçıdan heç bir dizayn xidməti gözlənilmir” deyilməsinə baxmayaraq müddətin daralması və layihənin icrası üçün SinerjiPro dizaynları da düzəltmək məqsədilə əlavə işlər görməyə məcbur olmuş, nəticədə, həm əhəmiyyətli ölçüdə vaxt itirilmiş, həm də əvvəlcədən görülməsi mümkün olmayan əlavə məsrəfləri çəkməli olmuşdur. Müqavilənin predmetini təşkil etməyən və SinerjiPro-nun yerinə yetirdiyi müqavilədən kənar dizayn xidmətlərinin əvəzi DAAX-dan tələb edilsə də, hər hansı bir ödəniş edilməmişdir. Halbuki MM m. 753.3-ə görə, “Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır”. Dizayn işlərinin görülməsinə görə, SinerjiPro tərəfindən işçilərə 424.860,9 ABŞ dolları məbləğində əmək haqqı ödənilmişdir. Bu hal, işdəki çoxsaylı sənədlərlə (dizayn işçilərinin adı və soyadları və aparılmış ödəmələrin tarix və məbləğlərini əks etdirən siyahı; həmin siyahıda göstərilmiş şəxslərin bank hesablarına ödəmələrin həyata keçirildiyini təsdiq edən elektron bank (Garanti Bankası) ödəniş sənədləri; Dizayn qrupuna daxil olan və layihədə çalışmış yerli (İraqdan olan) işçilərə əmək haqqı ödəmələrinin həyata keçirildiyini təsdiqləyən sənədlər) öz təsdiqini tapmaqdadır. Nəzərə alınmalıdır ki, dizayn işlərini məhz DAAX təşkil etməliydi. DAAX bu məqsədlə subpodratçı şirkətlərlə də razılaşma əldə etmiş (və ya ən azı, əldə etməliydi, çünki bu işi özü görə bilməzdi), ancaq işi təşkil edə bilməmişdir. Həmçinin, işin mübahisəsiz halıdır ki, dizayn işləri məhz SinerjiPro tərəfindən görülmüşdür. Nəticə etibarı ilə, dizayn işlərinin əvəzinin ödənilməməsinə dair qətnamə qəbul edən məhkəmə bu yolla DAAX-ın əsassız varlanmasına şərait yaratmışdır. Çünki DAAX xərc çəkərək görməli olduğu işləri SinerjiPro-nun hesabına əvəzsiz əldə edə biləcək bir vəziyyətə (statusa) gətirilmişdir. Belə bir mövqeninin haqlı olma ehtimalı isə, yoxdur. Məhkəmənin bu hissədə iddianı rədd edərkən gətirdiyi dəlillərin isə, dizayn işləriylə hər hansı bağlılığından söhbət gedə bilməz. Çünki iddia tələbi bu hissədə kabel kanalı açma və tavan işləri kimi işlərə aid deyildir.
41. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-173/2024 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ilk iddianın qismən təmin edilməsi - Cavabdehndən 1659012,59 ABŞ dolları məbləğində əsas borc, 43 066,53 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 1 702 079,12 (bir milyon yeddi yüz iki min yetmiş doqquz dollar, on iki sent) ABŞ dolları məbləğində pul və 2236,77 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı “X15 Elektrik Elektronik ve X8 Ticaret Limited” Şirkətinə ödənilməsi - hissəsində və iddiaçıCavabdeh“X15 Elektrik Elektronik ve X8 Ticaret Limited” Şirkətinə qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddianın təmin edilməməsi hissəsində tam ləğv edilməsi, birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında “X15 Elektrik Elektronik ve X8 Ticaret Limited” Şirkəti tərəfindən Cavabdehnə qarşı pul tələbinə dair verilmiş ilk iddianın təmin edilməməsi, Cavabdeh “X15 Elektrik Elektronik ve X8 Ticaret Limited” Şirkətinə qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
42. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia tələbinin birinci hissəsini əsaslı hesab edən məhkəmə qətnaməsinin 43-50-ci paraqrafları ilə bağlı hakimin apardığı riyazi hesablama kökündən səhvdir. Belə ki, forma 2 (hakediş raporları) sənədlərinə baxaraq riyazi hesablama aparmaq xüsusi bilik tələb edir. Birinci instansiya məhkəməsinin hakimi isə bəzi hissələrdə ekspert rəyinə istinad etmiş, bəzi hissələrdəisə özü ekspert əvəzinə riyazi hesablama aparmışdır. Açıq-aşkar görünür ki, hakim forma 2 (hakediş raporları) sənədlərini düzgün təhlil edə bilməmiş, yalnız iddiaçı tərəfin nümayəndəsinin izahatları ilə kifayətlənmişdir. Forma 2 (hakediş raporları) sənədləri təhlil edilən zaman birinci növbədə müqavilə tələbləri nəzərə alınmalıdır. Bu hissədə iddia tələbini təhlil etmək üçün hər 3 forma 2 (hakediş raporu) sənədinə nəzər salaq: 01 iyul 2021-ci il tarixli 1 nömrəli hakediş raporunda (forma 2) 5-ci bənddə “xalis ödənilməli cəmi məbləğ (net ödenecek toplamtutar)” bəndinin qarşısında 402780,32ABŞ dolları qeyd edilmişdir. Əvvəlki bəndlərdə, istifadə olunan material, işçilik, ödəmələrdən tutulmalar, avans ödənişləri, saxlanc məbləğləri və s. qeyd edilmişdir. Hesablamaların aparılması zamanı tutulmalarla bağlı Müqavilədə bir neçə bənd mövcuddur. Misal üçün, Müqavilənin 9.1-ci bəndində podratçının işçi heyətinə sifarişçi tərəfindən yemək xidmətlərinin təmin edilməsi əvəzli xidmət kimi müəyyən edilmişdir və sifarişçi (DAAX Construction) tərəfindən yeməklə bağlı xərclər Müqavilənin 9.1-ci maddəsinə uyğun hesablanmaqla forma 2 (hakediş raporu) sənədində qeyd edilmiş məbləğlərdən tutulmalıdır. 1 nömrəli hakediş raporunun 2.4-cü bəndinə baxsaq yeməklə bağlı xərcləri görərik. Bu məbləğ ümumi ödənilməli olan məbləğdən çıxılmalıdır. Bu müqavilədə nəzərdə tutulmuş mexanizmdir. Oxşar məsələ işçi heyətinin giriş kartları ilə bağlı Müqavilənin 9.3-cü maddəsində müəyyən edilmişdir. Digər tərəfdən, Müqavilənin 17.1 və 17.2-ci maddələrinə nəzər salsaq görərik ki, ödənilən avans podratçıya ödənilməli olan məbləğdən (hakedişdən) 10% məbləğində tutulmalıdır. Eyni zamanda, iş tam təhvil verilənə qədər də 10% məbləğində saxlanc məbləği müəyyən edilmişdir ki, həmin vəsait də podratçıya ödənilməli olan məbləğdən (hakedişdən) tutulmalıdır. Bu tələblər beynəlxalq inşaat təcrübəsində mövcud olan eyni zamanda da Azərbaycan qanunvericiliyinə zidd olmayan tələblərdir. Xüsusilə, saxlanc məbləği ilə bağlı tələb öhdəliyin icrasının təminatı mahiyyətindədir. Sözügedən tələb podratçını işi sona qədər Müqavilədə müəyyən edilmiş keyfiyyət tələblərinə uyğun icra etməyə təşviq edən mexanizmdir. Podratçı əvvəlcədən bilir ki, işi Müqaviləyə uyğun təhvil verməsə həmin saxlanc məbləğləri Sifarişçinin sərəncamında qalacaq. Əlavə olaraq, Müqavilənin 6.3-cü maddəsində 3% ödəmə mənbəyində verginin (stopaj vergisi) podratçıya ödənilən məbləğdən tutulması da müəyyən edilmişdir. Ona görə də, forma 2 sənədləri təhlil edilərkən bütün qrafaları təhlil etmək, ödəniş məqsədləri üçün isə yekun 5-ci bəndi əsas götürmək gərəkdir. Birinci hakediş raporunda “xalis ödənilməli cəmi məbləğ (net ödenecek toplamtutar)” 402780.32 ABŞ dolları, 23 sentyabr 2021-ci il tarixli ikinci hakediş raporunda həmin məbləğ 198000.27 ABŞ dolları, 28 mart 2022-ci il tarixli üçüncü hakediş raporunda isə həmin məbləğ 144952.99 ABŞ dolları təşkil edir. 3 hakediş raporu (forma 2) üzrə xalis ödənilməli cəmi məbləğ 745936.18 ABŞ dolları təşkil edir. Hətta, hakediş raporlarının rəqəmlə yazılan bəndlərin qarşılığında hərflər də qeyd edilmişdir. Müvafiq hərfləri toplamaqla və ya çıxmaqla düstur formalaşdırılmışdır ki, bununla da yekun ödənilməli olan məbləği hesablamaq mümkündür. Başqa cür ifadə deyilərsə, hesablama mexanizmi hakediş raporunun özündə tərəflərin razılığı ilə müəyyən edilmişdir. Misal üçün, 1.11-ci bəndin hərf olaraq qarşılığı K-dır. K isə İ və J-nın toplamıdır. L tutulmaların cəmidir. N1 və N2 müvafiq olaraq işçilik və material üzrə avansın geri ödənilməsidir (görülmüş işin və ya təhvil verilmiş materialın ödənilmiş avans məbləğindən çıxılması). P isə tutulmalı olan saxlanc məbləğidir. Hakediş raporlarının 5-ci bəndinə nəzər salsaq görərik ki, R=R1+R2 düsturu qeyd edilmişdir və R1-dən isə K, L, N1, N2 və P çıxılmalıdır. Başqa cür ifadə etsək, xalis ödənilməli cəmi məbləğin hesablanması üçün 1.11-ci bənddə qeyd edilmiş hesab-faktura məbləğindən (K), 2-ci bənddə qeyd edilmiş tutulmaların cəmi (L), 3.2-ci bənddə qeyd edilmiş işçilik üzrə avans geri ödənişi (N1), 3.5-ci bənddə qeyd edilmiş material üzrə avans geri ödənişi (N2) və 4cü bənddə qeyd edilmiş saxlanc məbləği (P) çıxılmalıdır. Birinci instansiya məhkəməsinin hakimi isə, hakediş raporlarını (forma 2 sənədlərini) düzgün təhlil etməmiş və səhv nəticəyə gəlmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin hakimi hakediş raporlarına (forma 2 sənədlərinə) səthi yanaşaraq həmin sənədlərdə nəzərdə tutulan məsələləri dərindən araşdırmamışdır. İlk iddia ərizəsini 3-cü hissədə əsaslı hesab edən məhkəmə qətnaməsinin 59-62-ci bəndləri ilə bağlı bildiririk ki, iddiaçı tərəfindən malların cavabdehə təhvil verilməsi, təhvil verildiyi iddia olunan malların dəyəri sübuta yetirilməmişdir. Qətnamənin 60-cı bəndində elektron poçt yazışmasına istinad edilsə də həmin poçt yazışmasının həqiqiliyi və mötəbərliyi məhkəmə tərəfindən araşdırılmamışdır. Həmçinin, qətnamənin 60-cı bəndində adları çəkilən Suat Yılmaz və Barış Öngelin şəxsiyyətləri müəyyən edilməmiş və onların müvafiq olaraq iddiaçı və cavabdeh tərəfindən sözügedən təhvil-təslim prosesinin həyata keçirilməsinə səlahiyyətlərinin olubolmaması araşdırılmamışdır. Digər tərəfdən, qeyd etməyi zəruri hesab etmişdir ki, hazırki mübahisə üzrə istinad olunan Müqavilə podrat müqaviləsidir və onun predmetini Müqavilədə nəzərdə tutulan işin icra edilməsi təşkil edir. Müqavilənin predmetini malların Sifarişçiyə verilməsi təşkil etmir. Müqaviləyə əsasən təhvil verilən malların dəyəri o zaman podratçıya ödənilməlidir ki, həmin mallar (materiallar) işin icra edilməsində istifadə edilsin. Təsadüfi deyil ki, Müqavilənin 2-ci bəndində (“Anlayışlar”hissəsi) “Material/Materiallar” ifadəsinə anlayış verilmiş və qeyd edilmişdir ki, “Material/Materiallar” “podratçının bu Müqavilənin şərtlərinə və əlavələrinə uyğun olaraq qüsursuz olaraq təchiz və təhvil verməyə öhdəlik daşıdığı işin icrasında istifadə ediləcək bütün materialları və əlavə materialları ifadə edir. ”Başqa sözlə ifadə etsək, mallar və ya materiallar öz-özlüyündə podrat müqaviləsinin müstəqil predmeti deyil, yalnız iş üçün istifadə edildikdə, işin tərkib hissəsi kimi əhəmiyyət kəsb edir. Podrat müqaviləsində sifarişçinin ödəniş öhdəliyinin əvəzini məhz görülən iş təşkil edir. Materiallar işin qiymətinin (dəyərinin) formalaşması baxımından əhəmiyyət kəsb etsə də, podrat müqaviləsinin müstəqil predmeti deyil. Hazırki Müqavilə üzrə də İddiaçının iddia etdiyi hər hansı malın/materialın Cavabdehə təhvil verilməsini ehtimal etsək belə, həmin mallar Müqavilənin 6-cı bəndində müəyyən edilmiş ödəniş mexanizminə uyğun olaraq forma 2də əks olunmadığından (hakediş raporlarına daxil edilmədiyindən) sifarişçinin sözügedən malları ödəmək öhdəliyi yaranmır. Əlavə olaraq bildirmişdir ki, iddiaçı tərəfindən təqdim olunan 22 oktyabr 2022-ci il tarixli protokol adlı sənəddə Cavabdeh MMC-nin möhürü yoxdur. Həmin sənədin etibarlı olub-olmaması məhkəmə tərəfindən araşdırılmamışdır. Həmin sənəd təhvil-təslim aktı deyil. İstinad olunan protokolun özündə qeyd edilmişdir ki, “siyahıda qeyd olunan materialların göstərilən sayda SinerjiPro anbarından sayılaraq təhvil alındığı bu protokol ilə rəsmiləşdirilmişdir”. Protokolda həmin materialların kimin mülkiyyətində olması, inşaat (tikinti) sahəsinə kimin tərəfindən gətirilməsi, hansı şirkətin mühasibat uçotunda əks olunması, hansı şirkət tərəfindən İraq Respublikasına idxal edilməsi, həmin materiallara münasibətdə daşıma/nəqliyyat sənədlərinin və gömrük bəyannamələrinin hansı şirkətin adına rəsmiləşdirilməsi və digər iş üçün əhəmiyyət kəsb edən xüsusatlar işə baxan hakim tərəfindən araşdırılmamışdır. Eyni zamanda, sözügedən protokollarda əks olunan “SinerjiPro bu materialların göndərilməsini təmin edənə qədər DAAX anbarında mühafizə ediləcəkdir” qeydinə hər hansı hüquqi qiymət verməmişdir. Məhkəmə yuxarıda qeyd edilənlərlə yanaşı, həmçinin sözügedən malların/materialların SinerjiPro tərəfindən müvəqqəti olaraq DAAX Construction şirkətinə saxlanca verilib-verilməməsini də araşdırmamışdır. İşə baxan hakim qeyd olunan məsələlərə səthi yanaşaraq ekspert rəyinə istinad etməklə kifayətlənmişdir. Halbuki, ekspert rəyinin özünün mötəbərliyi şübhə doğurur və hazırki apellyasiya şikayətinin 7-ci bəndində bu hissəyə xüsusi olaraq toxunulur. İlk iddia tələbini 4-cü hissədə qismən əsaslı hesab edən məhkəmə qətnaməsinin 63-72-ci bəndləri ilə bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, 4 nömrəli forma 2 sənədi (hakediş raporu) ümumiyyətlə imzalanmamışdır. Hakim bu hissədə qərar qəbul edərkən öz mülahizəsini əsas götürmüş, tərəflərin razılaşmasına və Müqavilənin 6-cı bəndinin müddəalarına məhəl qoymamışdır. Lakin, bunu heç cür əsaslandıra bilməmişdir. Qeyd etmişdir ki, 4 nömrəli forma 2 sənədi (hakediş raporu) tamamilə əsassızdır. 4 nömrəli forma 2 ümumiyyətlə sənəd rekvizitlərinə malik deyil. Bu sadəcə iddiaçı tərəfindən hazırlanmış sənəd layihəsidir. İddia olunan işlərin görülməsi və materialların təhvil verilməsi iddiaçı tərəfindən sübuta yetirilməmişdir. 4-cü hakediş raporunun qeyd olunan tarixi 10 dekabr 2023-cü ildir. Halbuki, hakim öz qərarında işlərin 2022-ci ilin sentyabr ayında dayandırıldığını qeyd etmişdir (qətnamənin 67-ci bəndi). Bu hissədə xronoloji uyğunsuzluq açıq-aşkar görünür. Hakim, bu xüsusata fikir verməmişdir. Digər tərəfdən, Müqavilənin 6.1-ci bəndində forma 2 sənədinin (hakediş raporunun) podratçı tərəfindən tərtib edilməsi və sifarişçi tərəfindən təsdiq edilməsi müəyyən edilmişdir. Hakediş raporu sifarişçiyə podratçı tərəfindən təqdim edildikdən sonra sifarişçi hakediş raporunu təhlil edir və “uyğundur” qeydi ilə təsdiq edir. Həmçinin, Müqavilənin 6.1-cimaddəsində podratçı ilə sifarişçi arasında hakediş raporu ilə bağlı fikir ayrılığı olduğu təqdirdə, yekun qərar qəbul etmə səlahiyyəti sifarişçiyə aiddir. Əslində 4-cü hakediş raporu mahiyyət etibarı ilə əsassız iddiaların başlanğıc nöqtələrindən biridir. Tarixlərə və hadisələrin xronoloji ardıcıllığına nəzər salsaq görərik ki, tərəflər arasında mübahisə başladıqdan, DAAX Construction tərəfindən SinerjiPro şirkətinə xəbərdarlıq məktubları göndərildikdən sonra, cavabdehdən əsassız pul tələb etmək məqsədilə iddiaçı tərəfindən tez-tələsik, heç bir fakta əsaslanmayan 4-cü hakediş raporu hazırlanmışdır. DAAX Construction da haqlı olaraq heç bir hüquqi və faktiki əsası olmayan sənədi Müqavilənin 6.1-ci bəndində müəyyən edilmiş hüququndan istifadə edərək imzalamamışdır. Sifarişçinin podratçının təqdim etdiyi hər bir hakediş raporunu imzlamaq və ya təsdiq etmək kimi bir öhdəliyi və ya vəzifəsi yoxdur. Bu sifarişçinin hüququdur. Müqavilənin 6.2-ci maddəsinə əsasən, sifarişçi tərəfindən təsdiqlənməyən işlər podratçının təhvil-təslim aktlarına daxil edilməyəcəkdir. Belə aktlar (“Hakediş”) yalnız işin icra olunması barədə müvəqqəti xarakterli bir təsdiq olub, işin tam yerinə yetirildiyi və müqavilənin şərtlərə uyğun olduğuna dair yekun qərar sayılmayacaqdır. Həmçinin, FİDİC (Federation İnternationale Desİngenieurs – Conseils) Müqavilələrinin 14-cü maddəsində qeyd edilmişdir ki, “hakediş” dedikdə əsasən müvəqqəti xarakter daşıyan təhvil-təslim aktları nəzərdə tutulur. Müvəqqəti hakediş podratçı və ya müşavir-mühəndis tərəfindən hazırlanan və imzalanan özündə podratçıya ödəniləcək məbləği əks etdirən müvəqqəti ödəniş sənədidir. Bu səbəbdən, son haqq-hesab mərhələsində hakedişlərdə qeyd edilən yanlışlıqların düzəldilməsi mümkündür. Sinerji Pro əlavə işləri icra etdiyini iddia etsə də, bu işlərin həqiqətən icra edildiyinə və ya lazımi keyfiyyətdə icra edildiyinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Həmçinin, Sinerji Pro tərəfindən kabel kanalı açma, tavan və divar borulama, zirzəmi koridorlarında 3000 metr metal kabel tavaları montajlanması üzrə əlavə işlər görülmüş olsa belə, bu işlərin görülməsi Daax Construction tərəfindən tələb edilməmişdir. Bununla bağlı da məhkəməyə iddiaçı tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir. Bu hissədə də məhkəmə tərəfindən ətraflı və dərin araşdırılma aparılmamış, həmin hissə qətnamədə əsaslandırılmamış və yalnız ekspert rəyinə istinad etməklə hakim kifayətlənmişdir. Qətnamənin 78-ci bəndində“ rəyi bu hissədə şübhə altına ala biləcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir” qeyd edilsə də, bildirmək istəyirik ki, ekspert rəyini cavabdeh tərəf olaraq tamamilə şübhə altına alırıq. 7-ci hissə ilə bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, ilk iddia ərizəsinin birinci hissəsi əsassız olduğu üçün və cavabdehin iddiaçıya Müqavilə üzrə hər hansı borcu olmadığı üçün ilk iddia ərizəsinin 7-ci hissəsi də əsassızdır. Belə ki, sonuncu tələb müstəqil tələb deyil və yalnız birinci tələb əsaslı olduğu təqdirdə nəzərə alına bilər. Müqavilənin 4-cü maddəsinə əsasən, işin yekunlaşma müddəti Müqavilə tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzaladığı gündən 24 ay təşkil edir. Bu müddət ərazinin təhvil verilməsi ilə başlayacaq və Daax Construction tərəfindən işin təsdiq edilib təhvil alınması ilə bitəcək. Qeyd etmişdir ki, 12 fevral 2020-ci il tarixində tərəflər arasında imzalanmış protokol əsasında ərazi təhvil alınmışdır. Müqavilənin 15-ci maddəsinə əsasən, SinerjiPro Müqavilədə göstərilən müddət ərzində qüsursuz və nöqsansız olaraq işləri təhvil verməyi qəbul edir və razılaşır. SinerjiPro ərazini vaxtında təhvil alsa da, 24 ay müddətində işləri tam yekunlaşdıra bilmir və bununla bağlı Daax Construction tərəfindən 31 avqust 2022-ci il və 22 sentyabr 2022-ci il tarixlərində Türkiyə Respublikasının notariat kontoru tərəfindən təsdiq edilmiş pretenziya məktubları SinerjiPro-ya təqdim edilmiş, işlərin tamamlanması üçün ağlabatan möhlət verilərək ödənişlər dayandırılmışdır. Müqavilənin 18.2-ci maddəsinə əsasən, Layihənin icrası mərhələsində gecikmə aşkar olunarsa, gecikmə aradan qaldırılanadək ödəmə dayandırıla bilər. Ümumi gecikmənin və ya hər hansı bir mərhələdə baş verəcək gecikmənin 30 təqvim günü keçməsi halında Daax Construction SinerjiPro-dan gecikmə cəriməsi alaraq işi davam etdirmək və ya Müqaviləni tək tərəfli xitam vermək və ya işi digər bir hüquqi və ya fiziki şəxsə SinerjiPro-nun adından və hesabına icra etdirmək hüququna malikdir. Buna baxmayaraq, SinerjiPro Müqavilə bağlanıldığı tarixdən xitam tarixinədək, 2 il ərzində işi tam həcmdə təhvil verməmişdir. Belə ki, SinerjiPro işin təşkilini düzgün aparmamış, edilən xəbərdarlıqlara məhəl qoymamış və işçi qüvvəsini bütünlükdə cəlb etməyərək işin vaxtında görülməsini yubatmışdır. Müqavilənin 7.3-cü maddəsinə əsasən, SinerjiPro işin şərtləri və standartları üçün tələb olunan keyfiyyətdə, iş proqramının tələb olunan müddətdə icra olunması üçün kifayət edəcək sayda və işin icrası üçün tələb olunan lazımı peşəyə sahib işçi heyəti təmin etmək öhdəliyini daşıyır. Müqavilənin 15-ci maddəsinə əsasən, SinerjiPro Layihə üçün tələb olunan şərtlər və müddət ərzində birinci sinif işçilik anlayışına uyğun formada işləri yerinə yetirəcəkdir. Belə ki, təhvil verilən işlərin keyfiyyətinin dəyərləndirilməsi məqsədi ilə Layihəyə mühəndislik xidməti göstərən "xxxx" Şirkəti tərəfindən 03 və 12 iyun 2023-cü il tarixlərində tərtib edilən uyğunsuzluq hesabatlarına əsasən, SinerjiPro tərəfindən işlə bağlı istifadə edilən naqillərdə qüsurlar aşkar olunmuş, əraziyə gətirilən faktiki naqillər ilə təqdimat zamanı göstərilən nümunədəki naqillər arasında ziddiyyətin olduğu, ağ naqillər yerinə qırmızı naqillərdən istifadə olunduğu məlum olmuşdur. Bununla da SinerjiPro qüsurlu materiallardan istifadə etməsi nəticəsində iddiaçıya 873949 ABŞ Dolları məbləğində zərər vurmuşdur. Müqavilənin 15-ci maddəsinə əsasən, Sifarişçi ehtiyac olduğu təqdirdə nəzarəti həyata keçirmək məqsədi ilə üçüncü şəxsləri (fiziki və ya hüquqi) işə cəlb edə bilər. Həmin Müqavilənin 12.3-cü maddəsində qeyd edilmişdir ki, İcraçı, Lahiyə üzrə həyata keçirəcəyi bütün məmulatı, Sifarişçi tərəfindən ona təqdim edilmiş BİM modelinə uyğun olaraq yerinə yetirməyi öhdəsinə götürür. SinerjiPro qüsurlu və ya təyinatına uyğun olmayan məmulat təhvil verdiyini bilə-bilə bu barədə Sifarişçiyə məlumat verməmişdir. Xüsusi ilə qeyd etmişdir ki, "xxxx" şirkətinin hesabatlarına əsasən dəyən zərərin məbləği (873 949 ABŞ dolları) ekspert rəyi vasitəsi ilə təsdiqlənmişdir. Lakin, məhkəmə qətnaməsində bunu nəzərə almamışdır. Müqavilə üzrə SinerjiPronun öhdəliyi olsa da, Daax Construction işçilərin maaşını öz hesabına ödəmişdir. Belə ki, Müqavilənin 7.3-cü maddəsinə əsasən, işçi heyətin maaşından, sığorta ödənişlərindən və digər bütün xərclərindən SinerjiPro məsuliyyət daşıyır. Buna baxmayaraq, SinerjiPro işçilərin maaşlarının ödənilməsini DaaxConstruction şirkətinə təklif etmişdir. Daax Construction isə işlər daha da gecikməsin deyə işçilərin maaşlarını öz hesabına ödəmişdir. Bu da bir daha təsdiqləyir ki, SinerjiPro işin vaxtında təhvil verilməsi üçün tələb olunan işçi qüvvəsini təmin edə bilməmişdir. Bundan əlavə, SinerjiPro tərəfindən ödənilməli olan xərclərdə gecikmələr olduğu üçün DaaxConstruction işin zamanında yekunlaşması məqsədi ilə müəyyən materialları öz hesabına almış və işin icrasına dair yaranmış digər xərcləri öz hesabına qarşılamışdır. Beləliklə, SinerjiPro nəinki Müqavilə üzrə Daax Construction şirkətinin işləri vaxtında təhvil almaq hüququnu pozmuşdur, hətta üzərinə düşən maliyyə öhdəliklərini vaxtında icra etməyərək Daax Construction şirkətinə maddi zərər də vurmuşdur. Belə ki, "xxxx" şirkəti tərəfindən tərtib edilmiş 3 və 12 iyun 2023-cü il tarixli hesabatlara əsasən, Sinerji Pro tərəfindən Müqavilənin şərtlərində nəzərdə tutulmayan materiallardan istifadə edilmişdir. Tərəflərin razılığına əsasən, işlərin icrası zamanı ağ kabel əvəzinə qırmızı kabel istifadə edilmişdir. Bu kabellərin təyinat xüsusiyyətlərinə fərqli olduğundan, Daax Construction onları öz hesabına yeniləri ilə əvəz etməli olmuşdur. Bunun nəticəsində, Daax Constructiona 873 949 (səkkiz yüz yetmiş üç min doqquz yüz qırx doqquz) ABŞ dolları məbləğində zərər dəymişdir. Daax Construction və Sinerji Pro arasında olan e-2-2(113)-173/2024 nömrəli məhkəmə mübahisəsinə 4 avqust 2023-cü il tarixindən 5 noyabr 2024-cü il tarixinədək ümumilikdə, 13 məhkəmə iclasında baxılmışdır. Bu iclaslardan 8-i hakim Zaur Pirverdiyevin, 1-i Leyla Əliyevanın, 1i keçirilməmiş və digər 3-ü isə X12 icraatında olmuşdur. X12 sədrliyi ilə ilk iclas 23 oktyabr 2024-cü il tarixində, digər iclas 29 oktyabr 2024-cü il tarixində, yekun iclas isə 05 noyabr 2024-cü il tarixində keçirilmişdir. İş üzrə İddiaçı və Cavabdeh tərəfindən ümumilikdə 200-dən çox sənəd elektron sistem vasitəsilə məhkəməyə təqdim edilmişdir. Bu sənədlər minlərlə səhifədən çoxdur. Göründüyü kimi, belə xüsusilə mürəkkəb bir işlə birinci instansiya məhkəməsinin hakimi cəmi 14 gün ərzində tanış olmuş və yekun qərar qəbul etmişdir. Dəfələrlə iş üzrə təkrar ekspertiza təyin edilməsi barədə vəsatət qaldırsaq da, hakim özü tərəflərdən öz mülahizəsinə əsasən dəqiqləşdirmələr aparmaqla özü ekspert funksiyasını icra etməyə cəhd göstərmişdir. Nəticə etibarı ilə ziddiyyətli məqamlarla dolu, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə bir iri həcmli və xüsusilə mürəkkəb bir işin, müxtəlif tələblərdən ibarət ilkin iddia ərizəsinin və qarşılıqlı iddia ərizəsinin 14 gün ərzində keyfiyyətli, hərtərəfli və obyektiv araşdırılmasında söhbət gedə bilməz. Digər tərəfdən, birinci instansiya məhkəməsində işin 3 fərqli hakimin icraatına keçməsi də işin araşdırılma keyfiyyətinə təsir edir (düzdür, bu iş üzrə yekun qərar qəbul edən hakimə aid olan məsələ deyil və digər əvvəlki iki hakimin yuxarı instansiya məhkəməsinə təyin edilməsi ilə bağlı olan məsələdir). Qeyd edək ki, hakim Zaur Pirverdiyevin icraatında olduğu zaman iş üzrə Bakı Kommersiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli, e-2-2(113)-4103/2024 nömrəli qərardadı ilə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısına 14 sual qoyulmuşdur. Rəydə ekspert qarşısına qoyulmuş 14 sualdan sadəcə 6-sı cavablandırılmışdır və cavablandırılmamış suallar ilkin iddia üzrə cavabdeh - Cavabdeh tərəfindən ünvanlanmış suallardır (biri istisna olmaqla). Ekspert rəyinə əsasən, ekspertizanın icraçıları kimi mühəndis-texniki ekspertizalar şöbəsinin böyük eksperti, ali texniki təhsilli, “tikinti-texniki obyektlərin tədqiqi” ixtisası üzrə 1999-cu ildən iş təcrübəsi olan X3 və İqtisad ekspertizalar şöbəsinin eksperti, ali iqtisadi təhsilli, “Mühasibat uçotu qeydlərinin, təsərrüfat subyektlərinin maliyyə vəziyyətinin və maliyyə-iqtisad göstəricilərinin tədqiqi” ixtisası üzrə 2017-ci ildən ekspert stajına malik olan X2 təyin edilmişdir. Ekspert rəyinin təsvir hissəsində qeyd edilmişdir ki, 2 nömrəli təhvil-təslim aktının (“Hakediş-2”) 1.2-ci sətrinə əsasən, “SinerjiPro” tərəfindən Cavabdeh MMC-yə 322.814,32 ABŞ dolları dəyərində material təhvil verilmişdir və 1.5-ci sətrinə görə 161.407,16 ABŞ dolları məbləğində hazırlıq ödənilmişdir. Lakin, 2 nömrəli təhvil-təslim aktının (“Hakediş-2”) 1.2ci sətrində heç bir məbləğ qeyd edilməmişdir. Həmçinin, rəydə 3 nömrəli Təhvil-təslim aktının (“Hakediş-3”) 1.2-ci sətrinə əsasən,“Sinerji Pro” tərəfindən Cavabdeh MMC-yə 320.820,66 ABŞ dolları dəyərində materialın təhvil verildiyi və 1.5-ci sətrinə əsasən isə 160.410,33 ABŞ dolları məbləğində hazırlıq ödənildiyi bildirilmişdir. 3 nömrəli təhvil-təslim aktının 1.2-ci sətrində (Tedarik edilen malzeme faturatutarı) hər hansı məbləğ qeyd edilməmişdir. Ekspert rəyində “Sinerji Pro” tərəfindən Cavabdeh MMC-yə imzalanmış 3 təhvil-təslim aktına (“Hakediş”) əsasən, 1.747.898,05 ABŞ (bir milyon yeddi yüz qırx yeddi min səkkiz yüz doxsan səkkiz dollar, sıfır beş sent) dolları məbləğində materialın təhvil verildiyi göstərilsə də, sözügedən məbləğin nəyə əsasən və ya hansı üsulla əldə etdiyinə dair məlumat verməmişdir. Digər məqam isə odur ki, ekspert öz rəyində qeyd etmişdir ki, birinci protokolda 24 ədəd kabel qrupu material nəzərdə tutulmuş və bu materialların ümumi dəyəri 1.405.797,67 ABŞ (bir milyon dörd yüz beş min yeddi yüz doxsan yeddi dollar, altmış yeddi sent) dolları təşkil edir. Protokol 1-dəki materialların miqdarı nəzərdə tutulsa da, materialların dəyərinə dair məlumat göstərilməmişdir. Ekspert öz rəyində 1.405.797,67 ABŞ dollarını hansı mənbə (materialların gömrük dəyəri, bazar qiyməti və s.) vasitəsi ilə əldə etdiyini və materialların konkret siyahısı üzrə qiymət cədvəlini göstərməmişdir. Həmçinin, ekspert “Dəmirbaş malzame” siyahısını bazar dəyərini əsas almaqla hesablamış və materialların ümumi dəyərini 195.947,95 ABŞ dolları olaraq müəyyən etmişdir. Lakin, materialların ayrı-ayrılıqda qiymətlərini və hesablama metodunu qeyd etməmişdir. 4 nömrəli təhvil-təslim aktı (“Hakediş-4”) imzalanmayıb və Tərəflər arasında bağlanmış müqavilədə göstərilmiş qaydada (Müqavilənin 6-cı maddəsinə uyğun olaraq) "xxxx" MMC tərəfindən təsdiq edilməyib. Ekspert rəyindəki 4 nömrəli Təhvil-təslim aktı (“Hakediş-4”) üzrə riyazi hesablamalar tamamilə yanlışdır. “X17 ve X14 Müşavirlik” Anonim Şirketi tərəfindən tərtib edilmiş və üzləşmə aktı mahiyyətində olan vacib maliyyə sənədinə (“Mutabakat mektupu”) əsasən, “X15 Elektrik ve X8 Ticaret Limited” Şirkətinin Cavabdeh MMC-yə 31 dekabr 2021-ci il tarixindən etibarən 1 212 965, 57 (bir milyon iki yüz on iki min doqquz yüz altmış beş dollar, əlli yeddi sent) ABŞ dolları məbləğində borcu vardır. Bu maliyyə sənədi 2022-ci il 25 aprel tarixində “Sinerji Pro” tərəfindən təsdiq edilmişdir (bu sənəd ümumiyyətlə məhkəmə tərəfindən araşdırılmamışdır). Xüsusiilə qeyd etmişdir ki, məhkəmə 26 dekabr 2023-cü il tarixli,e-2-2(113)-4103/2023 nömrəli qərardadı ilə bilavasitə məhkəməmühasibatlıq ekspertizası təyin etsə də, ekspert Abdullayev Əli rəy verməmişdir. Belə ki, Abdullayev Əli rəydə bildirmişdir ki, məhkəmə-mühasibatlıq ekspertizasının həyata keçirilməsi üçün ilk öncə beynəlxalq mühasibatlıq standartları əsasında audit yoxlanılması aparılmalı, daha sonra ehtiyac yarandığı təqdirdə, yenidən məhkəməmühasibatlıq ekspertizası təyin edilə bilər. Göründüyü kimi, məhkəmənin təyin etdiyi mühasibatlıq ekspertizası üzrə heç bir araşdırma edilməmiş və suallar cavablandırılmamışdır. Cavablandırılmış sualların əksəriyyəti isə mühasibatlıqla birbaşa əlaqəli olsa da, məhkəmə texniki-tikinti eksperti tərəfindən cavablandırılmışdır. Belə olduğu təqdirdə, dəymiş zərərin və iş üzrə mühüm əhəmiyyət kəsb edən sualların müəyyən edilməməsi ilə yanaşı, qəbul edilmiş ekspert rəyinin mötəbərliyi də şübhə doğurur. Bir daha qeyd edək ki, iş üzrə təkrar ekspertiza təyin edilməsi barədə dəfələrlə vəsatət qaldırılsa da, vəsatət heç bir nəticə vermədi. Həmçinin, iddiaçı da sonuncu iclasadək (xx.xx.2024) əlavə məhkəmə ekspertizanın keçirilməsini tələb etmiş, daha sonra məhkəmə iclasında fikrindən daşındığını bildirmişdir. Birinci instansiya məhkəməsinin hakimi Cavabdeh tərəfindən təqdim edilmiş sübutları nəzərə almamış və laqeyd münasibət bəsləmişdir. Belə ki, lahiyəyə nəzarəti həyata keçirən "xxxx" Şirkəti tərəfindən hazırlanmış hesabatlarda Daax Constructiona xeyli miqdarda zərər dəydiyi aşkar görünür. Məhkəmə isə nə məhkəmə prosesi zamanı, nə də qətnaməsində "xxxx" hesabatlarına heç bir münasibət bildirməmişdir. Hətta, mötəbərliyi ilə razı olmasaq belə, hakimin dəfələrlə istinad etdiyi və mötəbər sübut kimi qəbul etdiyi (əslində isə müvafiq sahə üzrə ekspert olmayan şəxsin verdiyi) ekspert rəyində "xxxx" hesabatlarında göstərilən rəqəm öz əksini tapmışdır. Lakin, məhkəmə qeyri-bərabər mövqe sərgiləyərək, ekspert rəyindəki iddiaçının xeyrinə qeyd edilmiş maddələri nəzərə almış, amma cavabdehin xeyrinə cavablandırılmış tək sualı ("xxxx" hesabatlarına dair) əsassız hesab edərək qarşılıqlı iddianı təmin etməmişdir. Göstərilənlərlə yanaşı məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsi xüsusilə qeyd edilməlidir. Sübutların qiymətləndirilməsi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqini ehtiva edir. Ədalətli məhkəmə qərarı isə yalnız obyektiv, qərəzsiz və mötəbər sübutlara əsaslanır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
43. İddiaçının nümayəndəsi və vəkilləri məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdirlər.
44. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi 445.2.2-ci maddəsinə əsasən icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etmişdir. 449.1-ci maddəsinə əsasən bank uçot faizi dərəcəsinə uyğun hesablanmış faizlər tutula bilməz. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014cü il 24 dekabr tarixli qərarına əsasən “Kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir.İcranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir.
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 384.0-cı maddəsinin tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsi: qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
47. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
49. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
50. Məhkəmə apellyasiya şikayətlərinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, iddiaçı və cavabdehin apellyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-173/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
51. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh MMC (sifarişçi) ilə “X15 Elektrik Elektronik ve X8 Ticaret Limited” şirkəti (podratçı) arasında bağlanmış xx.xx.2020-ci il tarixli, İCBA-0018 nömrəli müqaviləyə əsasən, müqavilə X18 X19 layihəsinin inşaatı çərçivəsində yer alan layihənin elektrik təchizatıyla bağlı bütün işlərin podratçı tərəfindən yerinə yetirilərək test və işə salma prosedurlarının sonunda qüsursuz şəkildə müvəqqəti və son qəbul ilə İdarə/Müşavir və Sifarişçiyə təhvil verilməsi işləriylə bağlıdır. Müqavilənin 4-cü bəndinə görə, işin başa çatma müddəti müqavilə tərəflərinin səlahiyyətli nümayəndələri tərəfindən imzalandıqdan sonra 24 aydır. Müqavilənin 5.1-ci bəndinə görə, bu müqavilənin predmeti sayılan işin toplam dəyəri müqavilənin tərkib hissəsi sayılan əlavə 2-də göstərilən araşdırma xülasəsində göstərildiyi kimi (ƏDV xaric olmaqla) 29500000 (iyirmi doqquz milyon beş yüz min) ABŞ dollarıdır. Müqavilənin 5.5-ci bəndinə görə, iş müddətinin uzadılması hər nə səbəb olursa olsun xidmət dəyərindəki məbləğə təsir göstərmir. Müqavilənin 6-cı bəndinə görə “görülən işlərin təhvil-təslim aktları” işə başlanan tarixdən sonrakı aydan başlamaqla hər ayın 25-də podratçı tərəfindən tərətib ediləcək və araşdırıldıqdan sonra 7 gün ərzində sifarişçi tərəfindən müvafiq sayıldığı təqdirdə təsdiq ediləcəkdir. Tərtib ediləcək təhvil-təslim aktlarına və bu müqavilənin qiymətlərinə qanunvericiliyə əsasən ediləcək tutulmalar daxil ediləcəkdir. Təhvil-təslim aktlarına əsasən ediləcək ödənişlər varsa pul formasında olan təminatı, podratçının digər borcları və İraq Respublikasının qanunvericiliyinə əsasən bu müqavilə çərçivəsində olmaqla yanaşı podratçının adından sifarişçi və sifarişçi tərəfindən müəyyən edilən üçüncü şəxslər tərəfindən çəkilən bütün xərc və ödənişlər də ödənişlərdən tutulacaqdır. Müqavilənin 6.4-cü bəndinə görə, bu müqavilə və onun əlavələrinə əsasən podratçı tərəfindən görüləcək işlərin dəyəri son ödəniş olmamaqla və qazanılan haqq sayılmamaqla podratçının təhvil-təslim aktının dəqiqləşməsi və dəqiqləşən aktın miqdarı qədər tərtib etdiyi hesab-fakturaya əsasən hesab fakturanın tərtib edildiyi tarixdən etibarən 56 gün ərzində podratçının bank hesabına köçürüləcəkdir. Müqavilənin 18.2-ci bəndinə görə layihənin davam etməsi mərhələsində gecikmə aşkar edildiyi təqdirdə həmin hissəylə bağlı ödəniş gecikmə ortadan qaldırılana qədər dayandırıla bilər. Toplam gecikmənin və ya iş proqramının hər hansı bir mərhələsində yaranacaq gecikmənin 30 təqvim gününü keçməsi zamanı sifarişçi podratçıdan gecikmə cəriməsi alaraq işi davam etdirməyə və ya müqaviləni birtərəfli şəkildə ləğv etməyə və ya işi podratçının adından və onun hesabına başqa bir təşkilata və ya şəxsə gördürməyə səlahiyyətlidir. Sifarişçinin işi bu maddədə göstərilən səbəblərlə üçüncü şəxsə gördürməsi zamanı yaranacaq məsrəflərə görə podratçı məsuliyyət daşıyacaqdır. Ancaq bu gecikmənin podratçının səhvi və ya nəzarəti xaricindəki səbəblərlə ortaya çıxdığı aşkar edildiyi təqdirdə podratçıya bu səbəblərin təsiri nisbətində müddət uzadılması verilir və bu maddədə tənzimlənən cərimə və ləğvetməylə bağlı maddələrdəki məhdudiyyətlər tətbiq edilmir. Müqavilənin 21.1.3-cü bəndinə görə müqavilənin podratçı tərəfindən pozulmasına görə müqavilə başa çatarsa, podratçının alacaq hesabı aşağıdakı maddələrə görə ləğv edilir. Müqavilənin ləğv edildiyi tarixdən etibarən 7 gün ərzində müqavilənin ləğv edildiyi tarixə qədər görülən işlər üçün tərəflər tərəfindən aparılacaq ölçmələrə görə bir “ölçmə protokolu” tərtib edilir. Ölçmə protokolunda göstərilən emalatın son dəyəri müqavilədəki üsul və əsaslara görə qiymətləndirilir. Əksik qalan işlərin başa çatmasından sonra başa çatan bu işlərin dəyəri son təminat məbləğindən yuxarıdırsa, podratçının bloklanan və varsa sığortada olan alacaqlardan xəbərdarlıq göndərməyə və məhkəmə qərarı qəbul edilməsinə ehtiyac qalmadan çıxılır. Əksik qalan işlərin dəyəri podratçının sifarişçidən alacağı ilə, bloklanan miqdarla və ya təminatla ödənilmədiyi təqdirdiə sifarişçiyə alacaq olaraq qeyd edilir və podratçı sifarişçinin ilk tələbində ödəyəcəyini öhdəsinə götürür. Əskik qalan işlərin dəyəri təminat miqdarından az olduğu təqdirdə təminatdan qalan miqdar geri qaytarılmayaraq sifarişçiyə gəlir olaraq qeyd edilir. Gəlir olaraq qeyd edilən təminat heç bir halda podratçının üçüncü şəxslərə olan borcuna aid edilə bilməz. Müqavilənin 24.2-ci bəndinə əsasən müqavilənin şərh edilməsi, tətbiq edilməsi Azərbaycan Respublikasının hüququndan asılıdır. Müqavilənin tətbiq edilməsinə görə yaranacaq mübahisəli məsələlərin həll edilməsində Azərbaycan Respublikasının səlahiyyətli məhkəmələri səlahiyyət daşıyır. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixində 120000 ABŞ dolları, xx.xx.2022-ci il tarixində 250000 ABŞ dolları, xx.xx.2021-ci il tarixində ******* ABŞ dolları (sonradan xx.xx.2021-ci ildə 500000 ABŞ dolları, xx.xx.2021-ci ildə 250000 ABŞ dolları olmaqla, ümumilikdə 750000 ABŞ dolları geri qaytarılmışdır), xx.xx.2020-ci il tarixində 110000 ABŞ dolları, xx.xx.2022-ci ildə 155000 ABŞ dolları, xx.xx.2022-ci ildə 140000 ABŞ dolları, xx.xx.2022-ci ildə 50000 ABŞ dolları nağdsız qaydada ödəniş edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023cü ildə 22304 ABŞ dolları, xx.xx.2022-ci ildə 50000 ABŞ dolları, xx.xx.2022-ci ildə 4200 ABŞ dolları, xx.xx.2022-ci ildə 6000 ABŞ dolları, xx.xx.2022-ci ildə 3540 ABŞ dolları, xx.xx.2022-ci ildə 25971 ABŞ dolları, xx.xx.2022-ci ildə 20000 ABŞ dolları, xx.xx.2022-ci ildə 40000 ABŞ dolları, xx.xx.2022-ci ildə 31207 ABŞ dolları, xx.xx.2021-ci ildə 28500000 İQD (21719 ABŞ dolları) nağd qaydada ödəniş edilmişdir. Cavabdeh MMC (sifarişçi) ilə “X15 Elektrik Elektronik ve X8 Ticaret Limited” şirkəti (podratçı) arasında bağlanmış xx.xx.2020-ci il tarixli, İCBA-0018 nömrəli müqaviləyə Əlavə 1-in 2.1-ci bəndinə əsasən, tərəflər podratçıya adi edilmiş və podratçının sifarişçiyə müqavilə ilə təmin və təhvil verməyi öhdəsinə götürdüyü, bəzi materialların bu əlavə ilə sifarişçi tərəfindən satın alınması və bu materialların podratçının cavabdeh olduğu işlərin dairəsindən çıxarılması barəsində razılığa gəliblər. Əlavənin 2.2-ci bəndinə görə, tərəflər bu əlavə əsasında edilən dəyişikliklə yeni müqavilə qiymətinin 19521656,58 ABŞ dolları olaraq yenilənməsini qəbul edirlər. Yenilənmiş smeta icmalı əlavə olunur. Tərəflər arasında imzalanaraq təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 1 nömrəli hakediş raporuna (təhvil-təslim aktı) görə iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş materialın dəyəri 1104263,07 ABŞ dolları, icra edilmiş işlərin işçilik dəyəri 0 dolları, xx.xx.2021-ci il tarixli, 2 nömrəli hakediş raporuna görə təhvil verilmiş materialın dəyəri 161407,16 ABŞ dolları, işçilik dəyəri 63311,88 ABŞ dolları, xx.xx.2022-ci il tarixli 3 nömrəli hakediş raporuna görə təhvil verilmiş materialın dəyəri 320820,66 ABŞ dolları, işçilik dəyəri 78318,03 ABŞ dolları təşkil edir. İddiaçı tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 4 nömrəli hakediş raporuna (təhvil-təslim aktı) görə iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş materialın dəyəri 179954,02 ABŞ dolları, icra edilmiş işlərin işçilik dəyəri 51671,56 ABŞ dolları təşkil edir. Tərəflər arasında imzalanaraq təsdiq edilmiş xx.xx.2022-ci il tarixli “tutanak (protokol)” adlı sənəddə cavabdeh tərəfindən iddiaçıdan təhvil alınmış materiallar (24 çeşiddə) göstərilmişdir. Tərəflər arasında imzalanaraq təsdiq edilmiş xx.xx.2022-ci il tarixli “tutanak (protokol)” adlı sənəddə cavabdeh tərəfindən iddiaçıdan təhvil alınmış materiallar (535 çeşiddə) göstərilmişdir. Tərəflər arasında olan (Suat Yılmaz və Barış Öngel) xx.xx.2022-ci il tarixli elektron poçt yazışmalarından görünür ki, iddiaçı tərəfindən cavabdehə qaytarılmayan inventar əşyaların siyahısı göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Damar Gökan ifadəsində bildirmişdir ki, proyekt üzrə 2021-ci ildə dizayn üzrə cavabdeh olmuşdur. Əvvəlcə onun işlədiyi firmada razılıq əldə olunmuş, işin irəliləməsi üçün tərəflərindən koordinasiya işləri edilmiş, mexaniki işlər üçün podratçı 1 il sonra gəlmişdir. Onlar işlərini görən zaman "xxxx" MMC başqa firmalarla da işləyirdi. Proyekt onlara əskik formada verilmiş, işlərini yekunlaşdırmağa az qalmış iş dayandırılmışdır. Daha sonra onların hazırladıqları proyekt ilə işlər görülməsinə başlanmışdır, lakin hazırda orada iş irəliləmir, onların qurduqları proyektin davamı gətirilə bilmir. "xxxx" MMC onların işindən narazı qalsa da, sonra yenə iş təklifi ünvanlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suat Yılmaz ifadəsində bildirmişdir ki, 2020-ci ildə SinerjiPro şirkətində işləmiş, 1 il sənəd işləri ilə məşğul olmuşdur. 2021-ci ilin mart ayında depoya getmişlər, həmin vaxt depo şefi işləmişdir. Gələn və gedən mallara cavabdeh olmuşdur. Ora gələn mallar təsdiq olunur, təsdiq gələndən sonra sifariş verilir və hazırlanmağa başlanırdı. Mallar "xxxx" MMC-nin mərkəzi anbarına boşaldılırdı, onlar isə malları ordan özlərinə məxsus anbarına çəkirdilər. Malları alanda o da sənədləri imzalamışdır. Gətirilən və aparılan mallar orada olan mühafizəçilər tərəfindən yoxlanılır, daha sonra buraxılırdı. Hər hansı qüsurlu mal "xxxx" MMC-nin razılığı olmadan nə sifariş edilə, nə də anbara daxil ola bilərdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yalçıner Cengiz ifadəsində bildirmişdir ki, 2018-ci ildən etibarən "xxxx" MMC-də texnik ofis müdiri kimi işləyir. X20 görülən işlərlə bağlı hakediş hazırlanması və digər mühasibatlıq işlərini yerinə yetirir. Sahədə nə iş olsa onun proyektini hazırlayıb rəhbərliyə təqdim etmişdir. Miqdarların aşağı olmağı səbəbi ilə mübahisə başlamış, malların sahəyə gəlməməsi ilə mübahisə davam etmişdir. MeinHard şirkəti çertyojlara və tətbiqə baxaraq uyğunluğu yoxlayırdı, uyğunluq müəyyən edilərsə, hakediş hazırlanırdı. Şopdroinqlər az miqdarda gəldiyi üçün sahədə işlər yarımçıq qalmış, 3 dəfə rəsmi məktub yazılmasına baxmayaraq ətraflı iş proqramı SinerjiPro tərəfindən "xxxx" MMC-yə təqdim edilməmişdir. Kabellərin dəyərinin bir hissəsi SinerjiPro-ya ödənilmişdir. X24 nə ödəniş etsə, onlar da onu ödəmişlər. Gətirilmiş kabellərdə uyğunsuzluq olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kaya Murad ifadəsində bildirmişdir ki, o, elektronik işlərlə məşğul olmuş, SinerjiPro şirkətindən smeta istəmiş, lakin onlar vermədiyi üçün uyğunsuzluqlar başlamışdır. SinerjiPro Simensdən malları ala bilmədiyi üçün "xxxx" MMC almış, firma taparaq dəstək olmuşlar. Kabellərin ödənişini etmiş, gömrükdən çıxarmış və iş görülməsi üçün SinerjiPro-ya vermişlər. SinerjiPro tərəfindən maaşların ödənməsində gecikmələr olurdu. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, pandemiya bitdikdən sonra sifarişlər verilib sahədə işə başlanmış, lakin işçi azlığı səbəbi ilə işlər zəifləmişdir. İşçilərin üzərinə çox yük düşür və təcrübəsiz olduqları üçün problemlər yaranırdı. Onlar komanda quraraq işləri aparmış, daha sonra SinerjiPro-nun işçiləri 45 günlük pulun verilmədiyini deyərək işə çıxmamağa başlamışdır. İşçilərə maaşlarının onlar tərəfindən ödənəcəyi deyilərək işə çıxmaqları deyilsə də, bir hissəsi qayıtmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirin Gökmən ifadəsində bildirmişdir ki, o, elektrik mühəndisidir və SinerjiPro ilə işləməmişdir. SinerjiPro-nun hazırladığı işlərdə problem olmuş, hazırladıqları sahədə olanlarla uyğun olmamışdır. Dizaynın edilməsini şopdrolinqlər hazırlamış, heç olmasa da müəyyən qədəri SinerjiPro tərəfindən hazırlanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 10/1001-9/1020 nömrəli ekspert rəyinin nəticə hissəsinə əsasən SinerjiPro və "xxxx" MMC-nin imzaladığı 3 təhvil-təslim aktına (hakediş) əsasən SinerjiPro tərəfindən "xxxx" MMC-yə 1747898,05 ABŞ dolları məbləğində mal təhvil verilmişdir. 3 ədəd qəbul edilmiş təhvil-təslim aktına (hakediş) əsasən Sinerjipro tərəfindən "xxxx" MMC-yə təhvil verilmiş mal-materialın miqdarı rəyin tədqiqat hissəsində ətraflı göstərilmişdir. SinerjiPro və "xxxx" MMC-nin imzaladığı 3 ədəd qəbul edilmiş təhvil-təslim aktına (hakediş) əsasən SinerjiPro tərəfindən görülmüş işlərin (işçiliyin) dəyəri 141629,92 ABŞ dolları olduğu müəyyən edilir. İş materiallarında olan 22 oktyabr 2022-ci il tarixində Sinerjipro və "xxxx" MMC-nin səlahiyyətli şəxsləri arasında imzlanmış təhvil-təslim protokollarına (tutanak) əsasən həmin tarixə "xxxx" MMC-nin SinerjiPro anbarından təhvil aldığı materialların dəyəri (müqavilənin smetasındakı qiymətlər əsas götürülməklə) aşağıdakı kimi müəyyən olunur.
1. Birinci protokolda, 24 ədəd kabel qrupu material nəzərdə tutulmuşdur. Bu materialların ümumi dəyəri, 1405797,67 ABŞ dolları təşkil edir. 2. İkinci protokolda 309 ədəd material nəzərdə tutulmuşdur. Bu materialların ümumi dəyəri 877492,05 ABŞ dolları təşkil edir. Sinerjipro tərəfindən "xxxx" MMC-yə göndərilmiş, lakin imzalanmamış 4 nömrəli təhviltəslim aktına (hakediş) əsasən 51671,56 ABŞ dolları dəyərində iş (işçilik) görülmüşdür. Eyni zamanda, 4 nömrəli təhvil-təslim aktına əsasən 179954,02 ABŞ dolları dəyərində materiallar təhvil verilmişdir. 22 oktyabr 2022-ci il tarixində SinerjiPro və "xxxx" MMC-nin səlahiyyətli şəxsləri tərəfindən imzalanmış təhvil-təslim protokolunda (tutanak) "xxxx" MMC tərəfindən saxlanılan SinerjiPro-ya məxsus inventar əşyaların (Demirbaş malzemeler) bazar dəyəri 195947,95 Abş dolları təşkil etdiyi müəyyən olunur. "xxxx" MMCnin təlimatı ilə SinerjiPro tərəfindən görülmüş (kabel kanalı açma+tavan və divar borulama, zirzəmi koridorlarında 3000 metr metal kabel tavaları montajları) işlərin smetaya görə dəyəri (material+işçilik) 197842,18 ABŞ dolları, o cümlədən istifadə edilmiş materialların dəyəri 105959,43 Abş dolları məbləğində, işçilik dəyəri 91882,75 ABŞ dolları məbləğində müəyyən edilir. İş materiallarında mövcud olan sənədlərə əsasən “X15 Elektrik Elektronik ve X8 Ticaret Limited” Şirkəti tərəfindən təchiz edilmiş və Meinhardt şirkətinin uyğunsuzluq hesabatlarında əks olunan kabellərin ümumi dəyəri 873949 ABŞ dolları məbləğində müəyyən olunur.
52. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlilləri əsasızdır və formal mülahizələrdir. Belə ki, iddiaçı və cavabdeh apellyasiya şikayətində əsaslandırmağa çalışmışdır ki, 1-ci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan halları nəzərə almamış, həmçinin işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Lakin iddiaçının apellyasiya şikayətlərində qeyd etdiyi dəlillər öz təsdiqini tapmamışdır. 1-ci instansiya məhkəməsi işin hallarını düzgün qiymətləndirərək düzgün nəticəyə gəlmişdir. 1-ci instansiya məhkəməsində araşdırma zamanı müəyyən edilmişdir ki, “xx.xx.2020-ci il tarixli, İCBA-0018 nömrəli müqaviləyə əsasən materiallarda olan tərəflərin səlahiyyətli nümayəndələrinin imzaları ilə təsdiqlənmiş 3 ədəd hakediş raporu adlanan forma 2 sənədlərinə əsasən iddiaçı tərəfindən müqavilə çərçivəsində icra edilmiş işlərin ümumi dəyəri 141629,92 ABŞ dolları, iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş materialların ümumi dəyəri 4031187,77 ABŞ dolları (hakediş raporları üzrə ümumilikdə 1747898,05 ABŞ dolları, tutanak adlanan sənədlərə əsasən isə 1405797,67 ABŞ dolları və 877492,05 ABŞ dolları) təşkil edir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş sənədləri, habelə ilk iddia ərizəsində iddiaçının mübahisəsiz olaraq qəbul etdiyinə görə cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 3084161,58 ABŞ dolları məbləğində vəsait ödənilmiş, qalıq 1088656,11 ABŞ dolları borc (4172817,69 ABŞ dolları - 3084161,58 ABŞ dolları) hazırkı günədək ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin qeyd etmişdir ki, ödənilməmiş qalıq borcun 1088656,11 ABŞ dolları olması məhkəmə araşdırması zamanı müəyyən edilsə də, ilk iddia ərizəsində ödənilməmiş 1033596,88 ABŞ dolları məbləğində borcun tutulması tələb edilir. Məhkəmə ilk iddia tələbini ikinci hissədə əsassız hesab etmişdir. Belə ki, ilk iddia ərizəsində iddia tələbinin bu hissəsi ilə bağlı iddiaçı göstərmişdir ki, müqaviləyə 1 saylı Əlavə imzalanan zaman iddiaçının çəkəcəyi xərclərin hesabatı aparılmış, bu məbləğ 16964391,79 ABŞ dollarına bərabər olmuş, lakin müqavilənin 1 saylı əlavəsində smetanın ümumi dəyəri 19521656,58 ABŞ dolları təşkil etmişdir. Bu səbəbdən bu iki rəqəm arasındakı fərq, yəni 2557264,79 ABŞ dolları müqavilə vaxtından əvvəl cavabdeh tərəfindən xitam edildiyi üçün iddiaçının məhrum olduğu gəlir kimi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Materiallarda olan podrat müqaviləsinin xx.xx.2021-ci il tarixli əlavəsi ilə tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, İCBA-0018 nömrəli müqaviləyə dəyişiklik edilmiş, əlavə və dəyişiklik hər iki tərəfdən təsdiq edilmiş, Əlavənin 2.2-ci bəndinə görə, tərəflər bu əlavə əsasında edilən dəyişikliklə yeni müqavilə qiymətinin 19521656,58 ABŞ dolları olaraq yenilənməsini qəbul etmişlər. İddiaçı müqavilənin sifarişçi (cavabdeh) tərəfindən vaxtından əvvəl ləğv edilməsi ilə bağlı ona 2557264,79 ABŞ dolları məbləğində zərərin dəyməsini bildirsə də, dəymiş zərərin nədən ibarət olması, həmin zərəri təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, bununla da MPM-nin 77.1-ci maddəsinə ilə üzərinə düşən sübutetmə vəzifəsini icra etməmişdir. Bundan əlavə, tərəflər arasında bağlanmış müqavilənin 5.5-ci bəndinə əsasən iş müddətinin uzadılması hər nə səbəblə olur olsun xidmət dəyərindəki məbləğə təsir göstərmir, podratçı sifarişçidən əlavə pul tələb edə bilməz. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, ilk iddia bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə ilk iddia ərizəsini üçüncü hissədə əsaslı hesab etmişdir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş tərəflər arasında olan xx.xx.2022-ci il tarixli elektron poçt yazışmasından çıxarışa əsasən iddiaçının nümayəndəsi Suat Yılmaz cavabdehin nümayəndəsi Barış Öngelə iddiaçıya məxsus olan, lakin qaytarılmayan, sahəyə təhvil verilmiş materialların (malzeme) “depo çıkış fişi” adlı sihayısını təqdim etmişdir. Cavabdeh tərəfindən məhkəməyə həmin siyahının cavabdeh tərəfindən mübahisələndirilməsini, habelə cavabdehdə olması iddia edilən həmin əşyaların iddiaçıya geri qaytarılmasını təsdiq edən hər hansı sübut təqdim edilməmiş, ekspert rəyində həmin əşyaların dəyərinin 195947,95 ABŞ dolları olması müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddiaçı həmin əşyaların qaytarılmaması nəticəsində ona vurulan 195947,95 ABŞ dolları zərərin cavabdeh tərəfindən ödənilməsini tələb etməkdə haqlıdır, bu səbəbdən iddia bu hissədə təmin edilməli, göstərilən vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə ilk iddia tələbini 4-cü hissədə qismən əsaslı hesab etmişdir. İddiaçı iddia ərizəsində müqavilənin icrası ilə bağlı çəkdiyi mobilizasiya, məskunlaşdırma, daşıma, digər məsrəflərin əvəzi qismində 783250 ABŞ dolları məbləğində pulun cavabdehdən tutulmasını xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi M.Özdemir iddiaçı tərəfindən tərtib edilmiş 4 saylı hakediş raporu üzrə ödənilməli olan 231625,58 ABŞ dolları məbləğində pulun da iddia ərizəsi yazılarkən hazırkı tələbə (məbləğə) daxil edildiyini bildirmişdir. Materiallardan görünür ki, tərəflər arasında imzalanaraq təsdiq edilmiş sonuncu hakediş raporunun tarixi xx.xx.2022-ci ildir. Tərəflərin nümayəndələrinin məhkəmə iclaslarında verdiyi izahatlardan, habelə tərəflər arasında olan elektron poçt yazışmalarından məlum olur ki, cavabdehin təşəbbüsü ilə işlər 2022-ci ilin sentyabr ayında dayandırılmışdır. Göstərilən hal cavabdeh tərəfindən iddiaçıya göndərilmiş materiallarda olan xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubları ilə də təsdiq olunur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1, məhkəmə iclasında dindirilmiş şahidlər işlərin cavabdeh tərəfindən dayandırılana qədər iddiaçı tərəfindən icra edilməsinin davam etdirildiyini təsdiq etmişlər. Materiallardan görünür ki, sonuncu təhvil aktı tərtib edildiyi tarixdən (xx.xx.2022-ci il) işlərin cavabdeh tərəfindən dayandırıldığı ana qədər iddiaçı tərəfindən müqavilə üzrə icra edilmiş öhdəliklər tərəflər arasında rəsmiləşdirilməmiş, iddiaçı tərəfindən tərtib edilmiş sonuncu 4 saylı təhvil aktı (hakediş raporu) cavabdeh tərəfindən təsdiq edilməkdən tutarlı səbəb göstərilmədən imtina edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli vəsatətdə göstərilmişdir ki, 4 nömrəli Təhvil-təslim aktı (“Hakediş-4”) imzalanmayıb və tərəflər arasında bağlanmış müqavilədə göstərilmiş qaydada (Müqavilənin 6-cı maddəsinə uyğun olaraq) cavabdeh tərəfindən təsdiq edilməyib. Ekspert rəyindəki 4 nömrəli Təhviltəslim aktı (“Hakediş-4”) üzrə riyazi hesablamalar tamamilə yanlışdır. Bununla yanaşı, cavabdeh tərəfindən məhkəməyə iddiaçı tərəfindən tərtib edilmiş sonuncu 4 saylı təhvil aktının hansı səbəbdən əsassız olması, cavabdehin həmin təhvil aktını hansı hissədə doğru hesab etməməsi barədə hər hansı sübut, əks arqument (düzgünlüyünü iddia etdiyi riyazi hesablamalar) təqdim edilməmiş, cavabdeh ekspert rəyi ilə 4 saylı təhvil aktı üzrə görülmüş işlərin dəyəri, habelə təhvil verilmiş materiallar hissədə razılaşmadığını bildirsə də, bu hissədə təkrar ekspertizanın təyin edilməsi barədə vəsatət verməmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, cavabdehin 4 saylı hakediş raporunun tərəflərindən təsdiq edilməməsi əsası ilə ödənilməli olmaması barədə dəlili əsassızdır, iddiaçı hazırda 231625,58 ABŞ dolları məbləğində pulun (podrat müqaviləsi üzrə muzdun) ödənilməsini tələb etməklə haqlıdır, göstərilən vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə qalan 551624,42 ABŞ dolları (783250 ABŞ dolları - 231625,58 ABŞ dolları) xərcin cavabdehdən tutulması hissəsində iddianı əsassız hesab etmişdir. Belə ki, iddiaçı hazırda çəkilmiş mobilizasiya, məskunlaşdırma, daşıma və sairə xərclərin əvəzinin ödənilməsini xahiş etsə də, məhkəməyə həmin xərclərə dair hər hansı sübut təqdim etməmiş, bundan əlavə, müqavilə və onun əlavəsində tərəflər arasında bağlanmış podrat müqaviləsinin qiyməti (göstərilən xərclərin iddiaçıya aid edilməli olması nəzərə alınmaqla) razılaşdırılmış, iddiaçı həmin xərclərin müqavilədə cavabdeh tərəfindən ödənilməsi, habelə qarşılanması barədə hər hansı öhdəlik nəzərdə tutulmadığı halda, hansı səbəbdən həmin xərclərin cavabdehdən tutulmalı olmasını sübuta yetirə bilməmişdir. Bundan əlavə, tərəflər arasında imzalanmış sözügedən müqavilənin 7.1, 7.3cü bəndlərinə əsasən, işçi heyətin iş və yaşayış icazələrinin alınması, maaşından, sığorta ödənişlərindən və digər bütün xərclərindən iddiaçı məsuliyyət daşıyır. Müqavilənin 8.1-ci bəndinə əsasən müqavilə çərçivəsində işlərin görülməsi ilə bağlı istifadə ediləcək material və avadanlığın Türkiyədən göndərilməsi, habelə geri qaytarılması ilə bağlı yaranacaq xərc, təminat və digər xərclərə görə də iddiaçı məsuliyyət daşıyır. Habelə, müqavilənin 21.1.3cü bəndinə əsasən, müqavilənin xitamı halında iddiaçının hər hansı xərclər, təminat, əldən çıxmış fayda və ya istənilən adda digər ödənişlərin edilməsinə dair cavabdehdən hər hansı tələbi olmayacağı razılaşdırılmışdır. Müqavilənin 10-cu bəndinə əsasən podratçı öz işçilərinin kommunikasiya və internet xərclərini, habelə öz işçi heyətinin İraqa gediş-gəliş xərclərini özü təmin etməli, viza və digər rəsmi icazələrin alınması, bilet, sığorta, tibbi xidmət və sairə xərclərini özü qarşılamalıdır. Müqavilənin 15-ci bəndinə əsasən işlərin yerinə yetirilməsi üçün lazım olan, podratçının istifadə edəcəyi bütün material, maşın və avadanlıqların tikinti sahəsinə gətirilməsi, yenidən öz ölkəsinə aparılması ilə bağlı yaranacaq xərclər (gömrük, daşıma, sığorta və sairə) podratçıya (iddiaçı) aiddir. Məhkəmə ilk iddia ərizəsini 5-ci hissədə qismən əsaslı hesab edir. Belə ki, iddiaçı müqavilədə nəzərdə tutulmasa da, sifarişçinin tələbi üzrə əlavə işlər icra edildiyini, həmin işlərin dəyərinin 310148,61 ABŞ dolları təşkil etdiyini bildirir. Bununla yanaşı, materiallarda olan ekpert rəyi ilə (cild 5, iş v. 210-211-də olan sənədlərə əsasən) iddiaçı tərəfindən icra edilmiş əlavə işlər: kabel kanalı açma+tavan və divar borulama, zirzəmi koridorlarında 3000 metr metal kabel tavaları montajları işlərinin smetaya görə dəyərinin (material+işçilik) 197842,18 ABŞ dolları (istifadə edilmiş materialların dəyəri 105959,43 ABŞ dolları və işçilik dəyəri 91882,75 ABŞ dolları) məbləğində olması müəyyən edilmiş, göstərilən hissədə eskpert rəyi iddiaçı tərəfindən mübahisələndirilməmiş, rəyi bu hissədə şübhə altına ala biləcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçının tərəflər arasında bağlanmış podrat müqaviləsində nəzərdə tutulmasa da, sifarişçinin tələbi üzrə icra etdiyi əlavə işlərə görə muzd almaq hüququna malik olmasını nəzərə alaraq, məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, cavabdehdən 197842,18 ABŞ dolları məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə ilk iddia ərizəsini müqavilə müddətinin uzadılması nəticəsində iddiaçının çəkdiyi əlavə xərclərin əvəzi qismində 298432,35 ABŞ dolları məbləğində pulun tutulması hissəsində isə əsassız hesab etmişdir. İddiaçı tərəfindən məhkəməyə həmin xərclərlə bağlı hər hansı sübut təqdim edilməmiş, çəkilmiş əlavə xərclərin nədən ibarət olması iddia ərizəsində ümumiyyətlə göstərilməmişdir. Bundan əlavə, xx.xx.2020-ci il tarixli müqavilənin tərəflər arasında razılaşdırılmış 5.5-ci bəndinə əsasən iş müddətinin uzadılması hər nə səbəblə olursa olsun xidmət dəyərindəki məbləğə təsir göstərmir, podratçı sifarişçidən əlavə pul tələb edə bilməz. Bu səbəbdən məhkəmə bu hissədə iddianın əsassız olması qənaətinə gəlir. Məhkəmə ilk iddia tələbini sonuncu hissədə qismən əsaslı hesab etmişdir. Belə ki, materiallardan və işin məhkəmə tərəfindən araşdırılan hallarından görünür ki, podrat müqaviləsi üzrə (görülmüş işlərin, təhvil verilmiş materialların müqabilində) cavabdeh iddiaçının ödənilməsini tələb etdiyi 1033596,88 ABŞ dolları məbləğində pulu işlərin dayandırıldığı tarixdən iddia ərizəsi verilən tarixə qədər keçən 10 ay ərzində hazırkı günədək ödəməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı borclunun icranı gecikdirməsi nəticəsində əsas borc (yəni podrat müqaviləsi üzrə 1033596,88 ABŞ dolları məbləğində ödənilməli olan vəsait) üzrə iddiaçıya vurulmuş zərər qismində 43066,53 ABŞ dolları faiz borcunun (MMnin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) ödənilməsini tələb etməkdə haqlıdır, göstərilən vəsait (1033596,88 ABŞ dolları * 5 faiz / 12 ay * 10 ay) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə qarşılıqlı iddia ərizəsini aşağıda göstərilənlərə əsasən əsassız hesab etmişdir, təmin edilməli olmaması qənaətinə gəlmişdir. Qarşılıqlı iddiaçı tərəfindən məhkəməyə bununla təqdim edilmiş Meinhardt şirkətinin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli uyğunsuzluq hesabatlarına əsasən “X15 Elektrik Elektronik ve X8 Ticaret Limited” şirkəti tərəfindən təchiz edilmiş kabellərin ümumi dəyəri 873949 ABŞ dolları təşkil edir. Belə ki, qarşılıqlı iddiaçı bildirir ki, təhvil verilən işlərin keyfiyyətinin dəyərləndirilməsi məqsədi ilə Layihəyə mühəndislik xidməti göstərən ‘‘Meinhardt” Şirkəti tərəfindən 03 və 12 iyun 2023-cü il tarixlərində tərtib edilən uyğunsuzluq hesabatlarına əsasən, cavabdeh tərəfindən işlə bağlı istifadə edilən naqillərdə qüsurlar aşkar olunmuş, əraziyə gətirilən faktiki naqillər ilə təqdimat zamanı göstərilən nümunədəki naqillər arasında ziddiyyətin olduğu, ağ naqillər yerinə qırmızı naqillərdən istifadə olunduğu məlum olmuşdur. Bununla da iddiaçı qüsurlu materiallardan istifadə etməsi nəticəsində cavabdehə 873 949 ABŞ dolları məbləğində zərər vurmuş, cavabdeh işlərin daha da gecikməməsi Sinerji Pro şirkətinin işçilərinin maaşlarını öz hesabına ödəmək məcburiyyətində qalmış, müəyyən materialları öz hesabına almış və işin icrasına dair yaranmış digər xərcləri öz hesabına qarşılamış, iddiaçı üzərinə düşən maliyyə öhdəliklərini vaxtında icra etməyərək onlara maddi zərər də vurmuşdur. Qarşılıqlı iddiaçı iddia ərizəsində ona vurulmuş zərərin ******* ABŞ dolları olmasını bildirsə də, həmin məbləğin hansı qaydada hesablanması, zərər müəyyən edilən zaman hansı hesablamaların, hansı qaydada aparılması, ümumiyyətlə həmin məbləğin necə müəyyən edildiyini ərizədə ümumiyyətlə göstərə bilməmiş, məhkəməyə təqdim etdiyi özü tərəfindən tərtib edilmiş ölçmə protokoluna əsasən xx.xx.2023-cü il tarixli yazılı bildirişlə müqaviləyə xitam verildikdən sonra ona ödənilməli olan vəsaitin məbləğinin isə ******* ABŞ dolları olması göstərmişdir. Məhkəmə ilk növbədə cavabdehin iddiaçı tərəfindən ona təhvil verilmiş materiallarda qüsurlar olması barədə dəlilini əsassız hesab etmişdir. Belə ki, iddiaçı tərəfindən müqavilə üzrə təhvil verilən mallar tərəflər arasında imzalanmış hakediş reporları və 2 ədəd tutanakla cavabdeh tərəfindən qəbul edilmiş, həmin materiallarda qüsurlar olması barədə iddiaçıya pretenziya verilməsini, habelə həmin materialların qüsurlu olması əsası ilə iddiaçıya geri qaytarılmasını, yaxud buna cəhd edilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə Sinerji Pro şirkətinin işçilərinin maaşlarını ödəmək məcburiyyətində qalmaqla əlavə xərc çəkməsi barədə qarşılıqlı iddiaçının dəlilinə cavab olaraq bildirmişdir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş elektron poçt yazışmaları, nağd ödənişlər barədə ödəniş qəbzlərinin bəzilərinə əsasən cavabdeh tərəfindən iddiaçının işçilərinə imza edilməklə ödənilmiş vəsaitlər müqavilə çərçivəsində sifarişçinin podratçıya ödəməli olduğu vəsaitdən çıxılmış, göstərilən halı məhkəmə iclasında iddiaçının nümayəndəsi M.Özdemir də təsdiq etmişdir. Bu səbəbdən nağd qaydada ödənilmiş həmin vəsaitlərin hazırda geri tələb edilməsi barədə iddia tələbi təmin edilə bilməz. Bundan başqa ilk iddia ərizəsində 8000 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması tələb edilsə də, həmin xərci təsdiq edən hər hansı sənəd materiallara əlavə edilməmişdir. Bu səbəbdən Məhkəmə hesab etmişdir ki, çəkilmiş hüquqi yardımla bağlı xərc iddiaçının özünə aid edilməlidir.” Qeyd edilənlərə əsasən müəyyən etmək mümkündür ki, 1-ci instansiya məhkəməsi qətnaməsində qət etdiyi və əsaslandırdığı halları tamamilə düzgün qiymətləndirmişdir. Həmçinin qətnamə düzgün əsaslandırılmışdır.
53. Apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, ədalətli və qanuni nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini əsaslı hesab etmir.
54. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
55. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,
QƏT ETDİ:
“X15 Elektrik Elektronik ve X8 Ticaret Limited” Şirkəti və Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-173/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. “X15 Elektrik Elektronik ve X8 Ticaret Limited” Şirkəti və Cavabdeh MMC tərəfindən apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onların özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.