Məhkəmə qərarları › İş №2-2(103)-204/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-204/2020

17.06.2020 · Sair işlər - Digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-204/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, üçüncü şəxs Cavabdeh2 vəkili X3 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri İcra Hakimiyyətinə, Cavabdeh5-yə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə qarşı zərərin ödənilməsi tələbinə dair iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2iqt(81)-383/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsindən üçüncü şəxs Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işin apellyasiya baxışından çıxarılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh5” MMC, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər BŞİH və Agentliyin digər cavabdeh “Cavabdeh5" MMC tərəfindən Bakı şəhəri, Atatürk prospekti, 3078 “a” məhəllənin şimal hissəsində 0.553 ha torpaq sahəsində inşa olunmuş ticarət mərkəzinin (otaqlarının faktiki sahəsinin təsdiq olunmuş layihəyə uyğun olmasına nəzarət edilməməsi kimi hərəkətsizliklərinin qanunsuz hesab edilməsi, Cavabdeh5 tərəfindən inşa olunmuş «Ticarət Mərkəzi»nin otaqlarının faktiki sahəsi təsdiq olunmuş layihəyə uyğun inşa edilməməsi hərəkətinin qanunsuz hesab edilməsi, «Ticarət Mərkəzi»-nin otaqlarının faktiki sahəsinin nəzərdə tutulduğundan az olduğu üçün, yəni 443 kv.m artıq sahəyə görə xx.xx.2006-cı il tarixdə ödənilmiş 58.236,78 ABŞ dolları həcmində pul vəsaitinin indeksasiya olunmaqla geri qaytarılması, həmin obyektlərdə təmir və tamamlama işlərinin aparılması üçün obyektlərin qeyd-şərtsiz iddiaçıya verilməklə işlərin görülməsi zamanı Cavabdeh5 tərəfindən müdaxilələrin və maneələrin aradan qaldırılması, “Cavabdeh5“ MMC-nin iddiaçıya qarşı etdiyi qanunsuz hərəkətləri nəticəsində dəymiş 100.000 manat məbləğində mənəvi ziyanın ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər BŞİH və Agentliyin digər Cavabdeh5 tərəfindən «Ticarət Mərkəzi»nin otaqlarının faktiki sahəsinin təsdiq olunmuş layihəyə uyğun olmasına nəzarət edilməməsi kimi hərəkətsizliyinin qanunsuz hesab edilməsi, Cavabdeh5 tərəfindən inşa olunmuş «Ticarət Mərkəzi»nin otaqlarının faktiki sahəsi təsdiq olunmuş layihəyə uyğun inşa edilməməsi hərəkətinin qanunsuz hesab edilməsi, «Ticarət Mərkəzi”nin otaqlarının faktiki sahəsinin nəzərdə tutulduğundan 318,16 kv.m. az olduğu üçün ödənilmiş 41.825,3 ABŞ dolları həcmində pul vəsaitinin indeksasiya olunmaqla geri qaytarılması, həmin obyektlərdə təmir və tamamlaman işlərinin aparılması üçün obyektlərin qeyd-şərtsiz iddiaçıya verilməklə işlərin görülməsi zamanı Cavabdeh5 tərəfindən müdaxilələrin və maneələrin aradan qaldırılması, “Cavabdeh5“ MMC-nin iddiaçıya qarşı etdiyi qanunsuz hərəkətləri nəticəsində dəymiş 100.000 manat məbləğində mənəvi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh5 tərəfindən Bakı şəhəri, Atatürk prospekti, 3078 (A) məhəllənin şimal hissəsində, 0,553 ha torpaq sahəsində inşa olunmuş "Ticarət Mərkəzinin" otaqlarının faktiki sahəsi təsdiq olunmuş layihəyə uyğun inşa edilməməsi qanunsuz hesab edilmiş, Cavabdeh5 tərəfindən Bakı şəhəri, Atatürk propekti, 3078 (A) məhəllənin şimal hissəsində, 0,553 ha torpaq sahəsində inşa olunmuş "Ticarət Mərkəzinin" otaqlarının faktiki sahəsi nəzərdə tutulduğundan az olduğu üçün, yəni 318,16 kv.m artıq sahəyə görə xx.xx.2006-cı il tarixdə ödənilmiş 41825,32 ABŞ dolları həcmində pul vəsaitinin geri qaytarılması və həmin obyektlərdə təmir və tamamlama işlərinin aparılması üçün obyektlərin qeyri-şərtsiz İddiaçı verilməsi və işlərin görülməsi zamanı Cavabdeh5 tərəfindən müdaxilələr və maneələrin aradan qaldırılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə ilə razı olmayan Cavabdeh5 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-852/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə, cavabdehin apellyasiya şikayəti mübahisə predmeti olan hissədə təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(81)-383/2013 saylı, xx xxxxxx 2013-cü il tarixli qətnaməsi müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 tərəfindən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, üçüncü şəxs Cavabdeh2 iddia tələbi Cavabdeh5-yə münasibətdə qismən təmin edilməsi, Cavabdeh5-nin hərəkət və hərəkətsizliklərinin qanunsuz hesab edilməsi, Bakı şəhəri, Atatürk prospekti, 3078-ci məhəllənin şimal hissəsində 0,0553 torpaq sahəsində Cavabdeh5 tərəfindən inşa edilmiş yaşayış binasının “B” korpusu,14-cü mərtəbəsində 3 otaqdan ibarət ümumi sahəsi 183,80 kv.m yaşayış sahəsi, 100,33 kv.m olan və yaşayış binasının “B” korpusu, 13-cü mərtəbəsində 3 otaqdan ibarət ümumi sahəsi 183,80 kv.m yaşayış sahəsi 100,33 kv.m olan mənzillər Cavabdeh5 tərəfindən boşaldılaraq Cavabdeh2 təhvil verilməsi, yaşayış sahələri üzərində sahibliklə bağlı maneələrinin aradan qaldırılması, Cavabdeh5-dən 286.268 ABŞ dolları pul ödənilən vaxt Mərkəzi Bank tərəfindən müəyyən edilmiş Azərbaycan manatının məzənnəsinə uyğun olaraq alınaraq Cavabdeh2 verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)- 271/2018 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Cavabdeh2 Məmməd oğlunun kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya məhkəməsinin qətnaməsi qismən Cavabdeh2 Məmməd oğlunun iddiasının təmin edilməməsi hissəsinə ləğv edilmiş, işə həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmiş, qətnamə Cavabdeh2 iddiasının təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmışdır. İşə yenidən apellyasiya qaydasında baxılan zaman Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən məktub ünvanlanaraq hazırki işin Ali Məhkəməyə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli məktubuna əsasən iş apellyasiya baxışından çıxarılaraq Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 364 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli məktubuna əsasən hazırki iş apellyasiya baxışından çıxarılaraq Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar