Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-5/2023 19.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X15 Hüseynin sədrliyi və məruzəsi ilə, X6 və X7 ibarət tərkibdə, X13 qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh5-yə və digərlərinə qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi, artıq ödənilmiş pul vəsaitinin qaytarılması, obyektlərin təhvil verilməsi, qanunsuz müdaxilənin qadağan edilməsi və mənəvi ziyanın tutulması” tələbinə dair iş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs Cavabdeh2 cavabdehlər Cavabdeh5-yə və İddiaçı qarşı “dəyəri tam ödənilmiş sahələrin boşaldılması, naturada təhvil verilməsi, istifadəyə maneələrin aradan qaldırılması və ya bazar dəyərinin tutulması” barədə iddia tələbləri üzrə kommersiya işinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İş materiallarında olan İddiaçı (bundan sonra – “İddiaçı”) ilə Cavabdeh5 (bundan sonra – “MMC”) arasında bağlanmış 2006-cı il 3 aprel tarixli 23 saylı müqavilədən (bundan sonra – "xxxx") görünür ki, MMC Bakı şəhəri, Atatürk prospekti 3078 “a” məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində (bundan sonra – “müvafiq ünvanda”) layihə sənədlərinə uyğun olaraq qüsursuz və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq olunmuş tikinti norma və qaydalarına uyğun çoxmərtəbəli binaların tikintisini icra etməyi, İddiaçı isə həmin sahədə aparılan tikintini maliyyələşdirməyi öhdələrinə götürmüşlər.
2. İş materiallarında olan Cavabdeh5 ilə X12 arasında bağlanmış 2004-cü il 16 fevral tarixli 01 saylı müqavilədən görünür ki, M.Qurbanova Cavabdeh5 tərəfindən müvafiq ünvanda tikiləcək çoxmərtəbəli yaşayış binasının 2 mərtəbəli ticarət mərkəzinin “B” korpusu, 1-ci mərtəbəsində D-E oxları arasında dəhliz, D-34 oxları arasında sahəsi 71,4 m2 olan qeyri-yaşayış sahəsini 51.408 ABŞ dollarına almışdır. Bu barədə Cavabdeh5 tərəfindən 2004-cü il 16 fevral tarixli kassa mədaxil orderinin qəbzi alıcıya verilmişdir.
3. İş materiallarında olan Cavabdeh5 ilə M.Qurbanova arasında bağlanmış 2004-cü il 16 fevral tarixli 02 saylı müqavilədən görünür ki, M.Qurbanova Cavabdeh5 tərəfindən müvafiq ünvanda tikiləcək çoxmərtəbəli yaşayış binasının 2 mərtəbəli ticarət mərkəzinin “A4” korpusu, 1-ci mərtəbəsində 22-26 A-C oxları arasında sahəsi 61,2 m2 olan qeyriyaşayış sahəsini 44.064 ABŞ dollarına almışdır. Bu barədə Cavabdeh5 tərəfindən 2004-cü il 16 fevral tarixli kassa mədaxil orderinin qəbzi alıcıya verilmişdir.
4. İş materiallarında olan Cavabdeh5 ilə M.Qurbanova arasında bağlanmış 2004-cü il 16 fevral tarixli 03 saylı müqavilədən görünür ki, M.Qurbanova Cavabdeh5 tərəfindən müvafiq ünvanda tikiləcək çoxmərtəbəli yaşayış binasının 2 mərtəbəli ticarət mərkəzinin “A4” korpusu,1-ci mərtəbəsində 19-22 A-C oxları arasında sahəsi 93 m2 olan qeyri-yaşayış sahəsini 66.960 ABŞ dollarına almışdır. Bu barədə Cavabdeh5 tərəfindən 2004-cü il 16 fevral tarixli kassa mədaxil orderinin qəbzi alıcıya verilmişdir.
5. İş materiallarında olan Cavabdeh5 ilə M.Qurbanova arasında bağlanmış 2004-cü il 16 fevral tarixli 04 saylı müqavilədən görünür ki, M.Qurbanova Cavabdeh5 tərəfindən müvafiq ünvanda tikiləcək çoxmərtəbəli yaşayış binasının 2 mərtəbəli ticarət mərkəzinin “B” korpusu, 2-ci mərtəbəsində D-34 oxları arasında sahəsi 50,2 m2 olan qeyri-yaşayış sahəsini 36.144 ABŞ dollarına almışdır. Bu barədə Cavabdeh5 tərəfindən 2004-cü il 16 fevral tarixli kassa mədaxil orderinin qəbzi alıcıya verilmişdir.
6. İş materiallarında olan Cavabdeh5 ilə M.Qurbanova arasında bağlanmış 2004-cü il 16 fevral tarixli 05 saylı müqavilədən görünür ki, M.Qurbanova Cavabdeh5 tərəfindən müvafiq ünvanda tikiləcək çoxmərtəbəli yaşayış binasının 2 mərtəbəli ticarət mərkəzinin “B” korpusu, 1-ci mərtəbəsində 26-29 rəqəm oxları ilə A-C oxları arasında, sahəsi 66,2 m2 olan qeyri yaşayış sahəsini 47.664 ABŞ dollarına almışdır. Bu barədə Cavabdeh5 tərəfindən 2004-cü il 25 fevral tarixli kassa mədaxil orderinin qəbzi alıcıya verilmişdir.
7. İş materiallarında olan Cavabdeh5 ilə M.Qurbanova arasında bağlanmış 2004-cü il 16 fevral tarixli 06 saylı müqavilədən görünür ki, M.Qurbanova Cavabdeh5 tərəfindən müvafiq ünvanda tikiləcək çoxmərtəbəli yaşayış binasının 2 mərtəbəli ticarət mərkəzinin “B” korpusu, 1-ci mərtəbəsində 29-34 rəqəm oxları ilə A-C oxları arasında, sahəsi 55,5 m2 olan qeyri-yaşayış sahəsini 39.960 ABŞ dollarına almışdır. Bu barədə MMC tərəfindən 2004-cü il 25 fevral tarixli kassa mədaxil orderinin qəbzi alıcıya verilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh5, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehlər BŞİH və Agentliyin digər Cavabdeh5 tərəfindən “Ticarət Mərkəzi”nin otaqlarının faktiki sahəsinin təsdiq olunmuş layihəyə uyğun olmasına nəzarət edilməməsi kimi hərəkətsizliyinin qanunsuz hesab edilməsi, Cavabdeh5 tərəfindən inşa olunmuş “Ticarət Mərkəzi”nin otaqlarının faktiki sahəsi təsdiq olunmuş layihəyə uyğun inşa edilməməsi hərəkətinin qanunsuz hesab edilməsi, “Ticarət Mərkəzi”nin otaqlarının faktiki sahəsinin nəzərdə tutulduğundan 318,16 kv.m. az olduğu üçün ödənilmiş 41.825,3 ABŞ dolları həcmində pul vəsaitinin indeksasiya olunmaqla geri qaytarılması, həmin obyektlərdə təmir və tamamlama işlərinin aparılması üçün obyektlərin qeyd-şərtsiz iddiaçıya verilməklə işlərin görülməsi zamanı Cavabdeh5 tərəfindən müdaxilələrin və maneələrin aradan qaldırılması, “Xudafərin“ MMC-nin iddiaçıya qarşı etdiyi qanunsuz hərəkətləri nəticəsində dəymiş 100.000 manat məbləğində mənəvi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2iqt(81)-383/2013 saylı 13 avqust 2013-cü il tarixli qətnaməsi (hakim İ.Əhmədovun sədrliyi ilə) ilə iddia qismən təmin edilərək, Cavabdeh5 tərəfindən Bakı şəhəri, Atatürk prospekti, 3078 (A) məhəllənin şimal hissəsində, 0,553 ha torpaq sahəsində inşa olunmuş “Ticarət Mərkəzinin” otaqlarının faktiki sahəsinin təsdiq olunmuş layihəyə uyğun inşa edilməməsi qanunsuz hesab edilmiş, Cavabdeh5 tərəfindən Bakı şəhəri, Atatürk prospekti, 3078 (A) məhəllənin şimal hissəsində, 0,553 ha torpaq sahəsində inşa olunmuş “Ticarət Mərkəzinin” otaqlarının faktiki sahəsi nəzərdə tutulduğundan az olduğu üçün, yəni 318,16 kv.m artıq sahəyə görə xx.xx.2006-cı il tarixdə ödənilmiş 41825,32 ABŞ dolları həcmində pul vəsaitinin geri qaytarılması və həmin obyektlərdə təmir və tamamlama işlərinin aparılması üçün obyektlərin qeyri-şərtsiz İddiaçı verilməsi və işlərin görülməsi zamanı Cavabdeh5 tərəfindən müdaxilələr və maneələrin aradan qaldırılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Həmin qətnamə ilə razı olmayan Cavabdeh5 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 13 avqust 2013-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya instansiya məhkəməsindəki birinci icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2014-cü il 19 fevral tarixli 2-2(103)-94/2014 saylı qətnaməsi ilə Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 2iqt(81)- 383/2013 saylı, 13 avqust 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
12. Həmin qətnamədən İddiaçı 2014-cü il 18 mart tarixində kassasiya şikayəti verərək qətnaməyə dəyişiklik edilməsini və pul məbləğinin indeksasiya olunmaqla ödənilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2014cü il 3 iyul tarixli 2-2(102)-214/2014 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 2(103)94/2014 saylı, 19 fevral 2014-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni pul məbləğinin indeksasiya olunmaqla ödənilməsi barədə iddianın rədd olunması hissəsində dəyişdirilmədən saxlanılmışdır.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri "xxxx" Lizinq Şirkəti QSC nin və Cavabdeh1 müraciəti əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna təqdimat verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2014-cü il 19 fevral tarixli, 2-2(103)-94/2014 saylı qətnaməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2014-cü il 03 iyul tarixli, 2-2(102)-214/2014 saylı qərarının ləğv olunmasını və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
ç) Ali Məhkəmənin Plenumundakı icraat
15. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3-1(102)-01/2015 saylı 10 aprel 2015-ci il tarixli qərarı ilə təqdimat təmin edilərək, İddiaçıin cavabdehlər BŞİH və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X1rşı “cavabdehlərin hərəkət və hərəkətsizliklərinin qanunsuz hesab edilməsi, inşa olunmuş “Ticarət Mərkəzi”nin otaqlarının faktiki sahəsinin təsdiq olunmuş layihədə nəzərdə tutulduğundan az olduğu üçün artıq sahəyə görə ödənilmiş pul məbləğinin geri qaytarılması, həmin təmir və tamamlama işlərinin aparılması üçün obyektlərin qeyd-şərtsiz iddiaçıya verilməklə işlərin görülməsi zamanı müdaxilələrin və maneələrin aradan qaldırılması, dəymiş mənəvi zərərin ödənilməsi” tələbinə dair iqtisadi mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İİK-nın 03 iyul 2014-cü il tarixli qərarı və onunla əlaqədar Bakı Apellyasiya Məhkəməsinin İİK-nın 19 fevral 2014-cü il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
16. Plenum hesab etmişdir ki, hazırkı mübahisəyə baxılarkən "xxxx" Lizinq şirkəti QSC və Cavabdeh1 işdə iştirak etməyə cəlb olunmadıqlarından, onların hüquqlarının pozulması ilə nəticələnmiş hüquq və vəzifələrinə dair məsələ həll edildiyindən kassasiya instansiya məhkəməsinin və onunla bağlı apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməli, işə yenidən baxılarkən "xxxx" Lizinq şirkəti QSC və Cavabdeh1 işdə iştirak etməyə cəlb olunmalıdırlar.
d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
17. Yeni apellyasiya baxışı zamanı "xxxx" Lizinq şirkəti QSC müstəqil tələb irəli sürməyən üçüncü şəxs, Cavabdeh1 isə müstəqil tələb irəli sürən üçüncü şəxs kimi iştirak etməyə cəlb olunmuş, eyni zamanda, yeni apellyasiya baxışı zamanı X11 müstəqil tələb irəli sürməyən üçüncü şəxs, Cavabdeh2 müstəqil tələb irəli sürən üçüncü şəxs qismində işə cəlb olunmuş, Cavabdeh1 və Cavabdeh2 iddia ərizələri icraata qəbul edilərək işə yenidən baxılmışdır.
18. Müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 cavabdehlər Cavabdeh5-yə, İddiaçı, Cavabdeh3nə, Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2rşı iddia ərizəsi ilə apellyasiya instansiya məhkəməsinə müraciət edərək, cavabdehlərin hərəkət və hərəkətsizliklərinin qanunsuz hesab edilməsi, ona məxsus yaşayış və qeyri-yaşayış sahələrinin cavabdehlər tərəfindən boşaldılması və ona qaytarılması, əmlaka sahibliklə bağlı maneələrin aradan qaldırılması, bu mümkün olmadığı təqdirdə Cavabdeh5-dən onun xeyrinə 2 120 000 (iki milyon yüz iyirmi min) AZN pul vəsaitinin tutulması, mənəvi zərərə görə 50.000 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
19. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum anası X12 xx.xx.2011-ci ildə vəfat etdikdən sonra Sumqayıt şəhər notariat kontorunda ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bakı şəhəri, Atatürk prospekti 3078 “a” məhəllənin şimal hissəsində Cavabdeh5 tərəfindən inşa edilən yaşayış binasından 2004cü ildə sonradan vəfat etmiş anası X10 adına 2 mənzil və 6 obyekt; 16 fevral 2004-cü il tarixli 274 №-li müqavilə ilə 1 kv.m qiyməti 202,46 ABŞ dollarına 37212 ABŞ dolları məbləğində pulu ödəməklə “B” korpusunun 14-cü mərtəbəsindən 3 otaqdan ibarət ümumi sahəsi 183,80 kv.m və 16 fevral 2004-cü tarixli 275 №-li müqavilə ilə 1 kv.m qiyməti 202,46 ABŞ dollarına 37212 ABŞ dolları məbləğində pulu B korpusunun 13-cü mərtəbəsindən 3 otaqdan ibarət ümumi sahəsi 183,80 kv.m olan mənzil almışdır. Obyektlərə görə isə müvafiq olaraq 51408 ABŞ dolları, 44064 ABŞ dolları, 66960 ABŞ dolları, 36144 ABŞ dolları, 47664 ABŞ dolları və 39960 ABŞ dolları pul ödənmişdir. Binanın tikilmədiyinə görə əlavə olaraq hər mənzilə görə ondan 9190 ABŞ dolları olmaqla ümumilikdə 18.380 dollar pul ödənmişdir. Ödənilən pullara dair qəbz verilmişdir. Cavabdeh İddiaçı anasına məxsus qeyri-yaşayış sahələrini onlardan sonra almışdır. Belə ki, Cavabdeh5 onun mərhum anası X12 ilə 2004-cü ildə alqı-satqı müqavilələri bağladıqdan sonra eyni ərazini 2006-cı ildə cavabdehə sataraq ondan da pul almışdır. Bununla da ona məxsus əmlaka sahiblik, istifadə və sərəncam vermək hüququ məhdudlaşdırılmışdır. Nəzərə alınmalıdır ki, həmin obyektlərin qiyməti (1 kv.m. 4000 olmaqla) hazırkı dövrdə ******* AZN, aldığı mənzillərin qiyməti isə (1 kv.m. 800 AZN olmaqla) 320000 AZN-dir. Azərbaycan Respublikası MPMnin 55, 149, 216-cı maddələrinə əsasən iddianın təmin edilməsi xahiş olunmuşdur.
20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2015-ci il tarixli qərardadı ilə Cavabdeh2 iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilərək iddiası icraata qəbul edilmişdir.
21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2015-ci il 24 iyul tarixli 2-2(103)-302/2015 saylı qərardadı ilə müstəqil tələb irəli sürən 3-cü şəxs Cavabdeh2 cavabdehlər Cavabdeh3 və Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3rşı cavabdehlərin hərəkət və hərəkətsizliklərinin qanunsuz hesab edilməsinə dair hissədə iddia tələbi üzrə icraata xitam verilmişdir.
22. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-302/15 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 avqust 2013-cü il tarixli qətnaməsi “iddianın qismən təmin edilərək, Cavabdeh5 tərəfindən Bakı səhəri, Atatürk prospekti, 3078 (A) məhəllənin şimal hissəsində, 0,553 ha torpaq sahəsində inşa olunmuş “Ticarət Mərkəzinin” otaqlarının faktiki sahəsinin təsdiq olunmuş layihəyə uyğun inşa edilməməsi qanunsuz hesab edilmiş, Cavabdeh5 tərəfindən Bakı şəhəri, Atatürk prospekti, 3078 (A) məhəllənin şimal hissəsində, 0,553 ha torpaq sahəsində inşa olunmuş “Ticarət Mərkəzinin” otaqlarının faktiki sahəsi nəzərdə tutulduğundan az olduğu üçün, yəni 318,16 kv.m artıq sahəyə görə xx.xx.2006-cı il tarixdə ödənilmiş 41825,32 ABŞ dolları həcmində pul vəsaitinin geri qaytarılması və həmin obyektlərdə təmir və tamamlama işlərinin aparılması üçün obyektlərin qeyd-şərtsiz İddiaçı verilməsi və işlərin görülməsi zamanı “Xudafərin" MMC tərəfindən müdaxilələr və maneələrin aradan qaldırılması” hissəsində dəyişdirilmədən qüvvədə saxlanılmış, apellyasiya şikayətləri təmin edilməmiş, müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh5-yə qarşı müqavilənin qismən etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməmiş, müstəqil tələb irəli sürən 3-cü şəxs Cavabdeh2 cavabdehlər Cavabdeh5-yə və İddiaçı qarşı iddia tələbi qismən təmin edilmiş, Cavabdeh5dən 286.268 (iki yüz səksən altı min iki yüz altmış səkkiz) ABŞ dolları, pulun ödənilən vaxt Mərkəzi Bank tərəfindən müəyyən edilmiş Azərbaycan manatının məzənnəsinə uyğun olaraq alınaraq Cavabdeh2 verilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir.
23. İddiaçı məhkəmə qərarlarını mübahisələndirməmişdir.
24. Həmin qətnamədən narazı qalan müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh1, "xxxx" Lizinq Şirkəti QSC, Cavabdeh5, müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 da kassasiya şikayəti vermişlər.
e) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 2(102)168/16 saylı 01 iyun 2016-cı il tarixli qərarı ilə cavabdehin və üçüncü şəxs Cavabdeh2 kassasiya şikayətlərinin qismən təmin olunması, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2015-ci il 24 iyul tarixli 2-2(103)-302/2015 saylı qətnaməsinin X12 ilə Cavabdeh5 arasında bağlanmış müqavilələrdə göstərilən yaşayış və qeyri-yaşayış sahələrinə münasibətdə ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi, cavabdehin və üçüncü şəxs Cavabdeh2 kassasiya şikayətlərinin qalan hissələrdə təmin olunmaması, üçüncü şəxslər "xxxx" Lizinq Şirkəti QSC-nin və Cavabdeh1 kassasiya şikayətlərinin təmin olunmaması, qətnamənin qalan hissələrdə cavabdehə və üçüncü şəxslər Cavabdeh2, "xxxx" Lizinq Şirkəti ASC-yə və Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Apellyasiya məhkəməsinin qərarı mənəvi zərərə görə 50.000 manat məbləğində pulun tutulmasının təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 2(102)168/16 saylı 01 iyun 2016-cı il tarixli qərarı əsasında işə yenidən apellyasiya icraatında baxılan zaman apellyasiya baxışının predmetini İddiaçı iddiasının Minayə Qurbanova ilə Cavabdeh5 arasında bağlanmış müqavilələrdə göstərilən yaşayış və qeyriyaşayış sahələrinə aid hissəsi, həmçinin müstəqil tələb irəli sürən 3-cü şəxs Cavabdeh2 cavabdehlər Cavabdeh5-yə və İddiaçı qarşı iddia tələbinə aid hissə təşkil etmişdir.
ə) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
27. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)- 501/2016 saylı, 12 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh5-nin apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi qismən - İddiaçı iddiasının Bakı şəhəri, Atatürk prospekti 3078 məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində inşa edilən binanın ticarət mərkəzində İddiaçı məxsus obyektlərdə təmir - tamamlama işlərinin aparılması üçün həmin obyektlərin qeydşərtsiz İddiaçı təhvil verilməsi və işlərin görülməsi zamanı Cavabdeh5 tərəfindən müdaxilələr və maneələrin aradan qaldırılması tələblərinin təmin edilməsi hissəsində ləğv edilmiş, İddiaçı iddia ərizəsi həmin tələblər hissəsində qismən təmin edilərək, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Atatürk prospekti 3078 məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində inşa edilən binanın 2 mərtəbəli ticarət mərkəzinin B korpusunun 1-ci mərtəbəsində D-E oxları arasında dəhliz, D-34 oxları arasında sahəsi 71,4 kv.metr olan qeyri-yaşayış sahəsinin, A4 korpusunun 1-ci mərtəbəsində 22-26 A-C oxları arasında sahəsi 61,2 kv.metr olan qeyri-yaşayış sahəsinin, A4 korpusunun 1-ci mərtəbəsində 19-22 A-C oxları arasında sahəsi 93 kv.metr olan qeyri-yaşayış sahəsinin, B korpusunun 2-ci mərtəbəsində D-34 oxları arasında sahəsi 50,2 kv.metr olan qeyri-yaşayış sahəsi istisna olmaqla, həmin binada İddiaçı məxsus xx.xx.2006-cı il tarixli 23 saylı müqavilədə göstərilmiş qalan obyektlərdə təmir-tamamlama işlərinin aparılması üçün həmin obyektlərin qeyd-şərtsiz İddiaçı təhvil verilməsi və işlərin görülməsi zamanı Cavabdeh5 tərəfindən müdaxilələr və maneələrin aradan qaldırılması, Bakı şəhəri, Atatürk prospekti 3078 məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində inşa edilən binanın 2 mərtəbəli ticarət mərkəzinin B korpusunun 1-ci mərtəbəsində D-E oxları arasında dəhliz, D-34 oxları arasında sahəsi 71,4 kv.metr olan qeyri-yaşayış sahəsinin, A4 korpusunun 1-ci mərtəbəsində 22-26 A-C oxları arasında sahəsi 61,2 kv.metr olan qeyri-yaşayış sahəsinin, A4 korpusunun 1-ci mərtəbəsində 19-22 A-C oxları arasında sahəsi 93 kv.metr olan qeyriyaşayış sahəsinin, B korpusunun 2-ci mərtəbəsində D-34 oxları arasında sahəsi 50,2 kv.metr olan qeyri-yaşayış sahəsinin, B korpusunun 1-ci mərtəbəsində 26-29 rəqəm oxları ilə A-C hərif oxları arasında sahəsi 66,2 kv.metr olan qeyri-yaşayış sahəsinin, B korpusunun 1-ci mərtəbəsində 29-34 rəqəm oxları ilə A-C hərf oxları arasında sahəsi 55,5 kv.metr olan qeyri-yaşayış sahəsinin, Baki şəhəri, Atatürk prospekti 3078 məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində inşa edilən binanın B korpusunun 14-cü mərtəbəsində 3 otaqdan ibarət, ümumi sahəsi 183,80 kv.metr, yaşayiş sahəsi 100.33 kv.metr olan mənzilin, B korpusunun 13-cü mərtəbəsində 3 otaqdan ibarət, ümumi sahəsi 183,80 kv.metr, yaşayiş sahəsi 100,33 kv.metr olan mənzilin Cavabdeh2 naturada təhvil verilməsinin başa çatdırılması öhdəliyinin Cavabdeh5 Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması, Bakı şəhəri, Atatürk prospekti 3078 məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində inşa edilən binanın 2 mərtəbəli ticarət mərkəzinin B korpusunun 1-ci mərtəbəsində D-E oxlari arasında dəhliz, D-34 oxları arasında sahəsi 71,4 kv.metr olan qeyri-yaşayış sahəsinin, A4 korpusunun 1-ci mərtəbəsində 22-26 A-C oxları arasında sahəsi 61,2 kv.metr olan qeyri-yaşayış sahəsinin, A4 korpusunun 1-ci mərtəbəsində 19-22 A-C oxları arasında sahəsi 93 kv.metr olan qeyri-yaşayış sahəsinin, B korpusunun 2-ci mərtəbəsində D-34 oxları arasında sahəsi 50,2 kv.metr olan qeyri-yaşayiş sahəsinin istifadə və sahibliyinə maneçilik törədilməsi İddiaçı və Cavabdeh5-yə, həmin binanın B korpusunun 1-ci mərtəbəsində 26-29 rəqəm oxları ilə A-C hərif oxları arasında sahəsi 66,2 kv.metr olan qeyri-yaşayiş sahəsi, B korpusunun 1-ci mərtəbəsində 29-34 rəqəm oxları ilə A-C hərf oxları arasında sahəsi 55,5 kv.metr olan qeyri-yaşayış sahəsi, Bakı şəhəri, Atatürk prospekti 3078 məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində inşa edilən binanin B korpusunun 14-cü mərtəbəsində 3 otaqdan ibarət, ümumi sahəsi 183,80 kv.metr, yaşayiş sahəsi 100.33 kv.metr olan mənzil, B korpusunun 13-cü mərtəbəsində 3 otaqdan ibarət, ümumi sahəsi 183,80 kv.metr, yaşayiş sahəsi 100,33 kv.metr olan mənzilin istifadə və sahibliyinə maneçilik törədilməsi isə Cavabdeh5 Məhdud Məsuliyyətli Cəmiyyətinə qadağan edilmiş, iddia tələbinin qalan hissəsinin - 252.000 manat dəymiş maddi ziyanın və 3000 manat nümayəndə xərcinin cavabdehlərdən tutulması, həmçinin həmin binanın B korpusunun 1-ci mərtəbəsində 26-29 rəqəm oxları ilə A-C hərif oxları arasında sahəsi 66,2 kv.metr olan qeyri-yaşayiş sahəsi, B korpusunun 1-ci mərtəbəsində 29-34 rəqəm oxları ilə A-C hərif oxları arasında sahəsi 55,5 kv.metr olan qeyri-yaşayış sahəsi, Bakı şəhəri, Atatürk prospekti 3078 məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində inşa edilən binanin B korpusunun 14-cü mərtəbəsində 3 otaqdan ibarət, ümumi sahəsi 183,80 kv.metr, yaşayiş sahəsi 100.33 kv.metr olan mənzil, B korpusunun 13-cü mərtəbəsində 3 otaqdan ibarət, ümumi sahəsi 183,80 kv.metr, yaşayış sahəsi 100,33 kv.metr olan mənzilin istifadə və sahibliyinə maneçilik törədilməsinin cavabdeh İddiaçı qadağan edilməsi hissəsinin rədd edilməsi qət edilmişdir.
28. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-501/2016 saylı, 12 oktyabr 2016-cı il tarixli qətnaməsinin qismən ləğv edilməsi və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunması hissəsində və üçüncü şəxs tərəfindən verilmiş iddia tələbinin təmin olunması hissəsində rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
29. Üçüncü şəxs Cavabdeh2 həmin qətnamədən kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-501/2016 saylı, 12 oktyabr 2016-cı il tarixli qətnaməsinin iddianın rədd edilən 252.000 manat dəymiş maddi ziyanın və 3000 manat nümayəndə xərcinin cavabdehlərdən tutulması hissəsində ləğv edilərək iddianın həmin hissələrdə də təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. f) Kassasiya instansiyası məhkəməsindəki üçüncü icraat
30. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017ci il 19 aprel tarixli 2-2(102)-93/17 saylı qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2016-cı il 12 oktyabr tarixli 2-2(103)-501/2016 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
31. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 2(102)93/2017 saylı, 19 aprel 2017-ci il tarixli qərarında göstərilmişdir ki, üçüncü şəxs yenidən verilmiş iddia tələbləri ilə ilkin iddianın həm predmetini, həm əsasını dəyişdirmiş və yeni tələblər irəli sürülmüşdür. Bu isə artıq istinad edilmiş Məcəllənin 53-cü maddəsinin anlamında iddianın dəyişdirilməsi kimi, lakin bu maddənin tələblərinin də pozulması kimi qiymətləndirilməlidir. Bununla da, aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya məhkəməsi tərəfindən apellyasiya baxışının predmetini təşkil etməli olmayan iddia tələblərinə baxılmış və Azərbaycan Respublikası MPM-53 və 372.5-ci maddələrinin tələblərinin pozulmasına yol verilmişdir. Üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası aşağıdakı nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsinin əldə etdiyi nəticə baxışın predmetini təşkil etməli olmayan üçüncü şəxsin yeni tələbləri ilə bağlı bu tələblərin icraata qəbul edilməsi ilə bağlı məsələyə yeni apellyasiya baxışında qiymət verilməlidir.
g) Apellyasiya instansiyası məhkəməsindəki dördüncü icraat
32. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-852/2018 saylı, 25 dekabr 2018-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayətinin mübahisə predmeti olan hissədə təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(81)-383/2013 saylı, 13 avqust 2013-cü il tarixli qətnaməsi müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 tərəfindən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, üçüncü şəxs Cavabdeh2 iddia tələbi Cavabdeh5-yə münasibətdə qismən təmin edilməsi, Cavabdeh5nin hərəkət və hərəkətsizliklərin qanunsuz hesab edilməsi, Bakı şəhəri, Atatürk prospekti, 3078-ci məhəllənin şimal hissəsində 0,0553 torpaq sahəsində Cavabdeh5 tərəfindən inşa edilmiş yaşayış binasının “B” korpusu, 14-cü mərtəbəsində 3 otaqdan ibarət ümumi sahəsi 183,80 kv.m yaşayış sahəsi, 100,33 kv.m olan və yaşayış binasının “B” korpusu, 13-cü mərtəbəsində 3 otaqdan ibarət ümumi sahəsi 183,80 kv.m yaşayış sahəsi 100,33 kv.m olan mənzillərin Cavabdeh5 tərəfindən boşaldılaraq Cavabdeh2 təhvil verilməsi, yaşayış sahələri üzərində sahibliklə bağlı maneələrin aradan qaldırılması, Cavabdeh5-dən 286.268 ABŞ dolları pul ödənilən vaxt Mərkəzi Bank tərəfindən müəyyən edilmiş Azərbaycan manatının məzənnəsinə uyğun olaraq alınaraq Cavabdeh2 verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
33. Cavabdeh2 2019-cu il 22 aprel tarixində qətnamədən kassasiya şikayəti verərək: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 25 dekabr tarixli 2- 2(103)-852/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, müvafiq ünvanda inşa edilən binanın 2 mərtəbəli ticarət mərkəzinin B korpusunun 1-ci mərtəbəsində D-E oxları arasında dəhliz, D-34 oxları arasında sahəsi 71,4 m2, A4 korpusunun 1-ci mərtəbəsində 22-26 A-C oxları arasında sahəsi 61,2 m2, A4 korpusunun 1-ci mərtəbəsində 19-22 A-C oxları arasında sahəsi 93 m2, B korpusunun 2-ci mərtəbəsində D-34 oxları arasında sahəsi 50,2 m2, B korpusunun 1-ci mərtəbəsində 26-29 rəqəm oxları ilə A-C hərf oxları arasında sahəsi 66,2 m2, B korpusunun 1-ci mərtəbəsində 29-34 rəqəm oxları ilə A-C hərf oxları arasında sahəsi 55,5 m2 olan qeyri-yaşayış sahələrinin, müvafiq ünvanda inşa edilən binanın B korpusunun 14-cü mərtəbəsində 3 otaqdan ibarət, ümumi sahəsi 183,80 m2, yaşayış sahəsi 100,33 m2, B korpusunun 13-cü mərtəbəsində 3 otaqdan ibarət, ümumi sahəsi 183,80 m2, yaşayış sahəsi 100,33 m2 olan mənzillərin Cavabdeh2 naturada təhvil verilməsinin başa çatdırılması öhdəliyinin MMC-nin üzərinə qoyulması; müvafiq ünvanda inşa edilən binanın 2 mərtəbəli ticarət mərkəzinin B korpusunun 1-ci mərtəbəsində D-E oxları arasında dəhliz, D-34 oxlan arasında sahəsi 71,4 m2, A4 korpusunun 1-ci mərtəbəsində 22-26 A-C oxları arasında sahəsi 61,2 m2, A4 korpusunun 1-ci mərtəbəsində 19-22 A-C oxları arasında sahəsi 93 m2, B korpusunun 2-ci mərtəbəsində D-34 oxları arasında sahəsi 50,2 m2, B korpusunun 1-ci mərtəbəsində 26-29 rəqəm oxları ilə A-C hərf oxları arasında sahəsi 66,2 m2, B korpusunun 1-ci mərtəbəsində 29-34 rəqəm oxları ilə A-C hərf oxları arasında sahəsi 55,5 m2 olan qeyri-yaşayış sahələrinin, müvafiq ünvanda inşa edilən binanın B korpusunun 14-cü mərtəbəsində 3 otaqdan ibarət, ümumi sahəsi 183,80 m2, yaşayış sahəsi 100,33 m2, B korpusunun 13-cü mərtəbəsində 3 otaqdan ibarət, ümumi sahəsi 183,80 m2, yaşayış sahəsi 100,33 m2 olan mənzillərdən istifadə və sahibliyinə maneçilik törədilməsinin İddiaçı və Cavabdeh5-yə qadağan edilməsi, dəymiş maddi ziyanın əvəzi kimi 252.000 manat və 3.000 manat nümayəndə xərcinin cavabdehlərdən tutulması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
h) Kassasiya instansiyası məhkəməsindəki dördüncü icraat
34. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019cu il 5 dekabr tarixli 2-2(102)-271/2018 saylı qərarı ilə Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 25 dekabr tarixli 2-2(103)-852/2018 saylı qətnaməsi qismən (Cavabdeh2 iddiasının təmin edilməməsi hissəsində) ləğv edilmiş, işə həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmiş, qətnamə Cavabdeh2 iddiasının təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmışdır.
ı) Apellyasiya instansiyası məhkəməsindəki beşinci icraat
35. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 16 sentyabr tarixli 2-2(103)-466/2020 saylı qətnaməsi ilə Cavabdeh2 Cavabdeh5-yə və İddiaçı qarşı Cavabdeh5 tərəfindən inşa edilmiş Ticarət Mərkəzində mərhum anası M.Qurbanova tərəfindən dəyəri ödənilmiş qeyri-yaşayış sahələrinin boşaldılaraq ona təhvil verilməsi, həmin sahələrə sahibliklə bağlı maneələrin aradan qaldırılması və qeyri-yaşayış obyektlərinə görə 286.268 ABŞ dollarından əlavə vəsaitin MMC-dən tutulması barədə iddia tələbləri rədd edilmişdir.
36. Cavabdeh2 2020-ci il 18 dekabr tarixində qətnamədən kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 16 sentyabr tarixli 2- 2(103)-466/2020 saylı qətnaməsinin ləğv edilməsini, İddiaçı və Cavabdeh5-nin hərəkət və hərəkətsizliklərinin qanunsuz hesab edilməsi, müvafiq ünvanda inşa edilən binanın 2 mərtəbəli ticarət mərkəzinin B korpusunun 1-ci mərtəbəsində D-E oxları arasında dəhliz, D-34 oxları arasında sahəsi 71,4 m2, A4 korpusunun 1-ci mərtəbəsində 22-26 A-C oxları arasında sahəsi 61,2 m2, A4 korpusunun 1-ci mərtəbəsində 19-22 A-C oxları arasında sahəsi 93 m2, B korpusunun 2-ci mərtəbəsində D-34 oxları arasında sahəsi 50,2 m2, B korpusunun 1-ci mərtəbəsində 26-29 rəqəm oxları ilə A-C hərf oxları arasında sahəsi 66,2 m2, B korpusunun 1-ci mərtəbəsində 29-34 rəqəm oxları ilə A-C hərf oxları arasında sahəsi 55,5 m2 olan qeyri-yaşayış sahələrinin boşaldılması və Cavabdeh2 qaytarılması, əmlaka sahibliklə bağlı maneələrin aradan qaldırılması öhdəliyinin Cavabdeh5-nin üzərinə qoyulması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
i) Kassasiya instansiyası məhkəməsindəki beşinci icraat
37. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(102)- 98/2021 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 16 sentyabr tarixli 2-2(103)-466/2020 saylı qətnaməsi qismən – “qeyri-yaşayış obyektlərinə görə 286.268 ABŞ dollarından əlavə vəsaitin Cavabdeh5-dən tutulması barədə iddia tələbinin rədd edilməsi” hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış, qətanmə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
38. Ali Məhkəmə işi apellyasiya baxışına qaytararkən qeyd etmişdir ki, İddianın həcminin artırılması və ya azaldılmasının heç də həmişə iddia predmetinin və ya əsasının dəyişdirilməsi kimi şərh olunmamasına dair dəlillə (bax yuxarıda § 188) bağlı məhkəmə kollegiyası bildirir ki, bu məsələ hazırkı iş üzrə məhkəmələrdə bir neçə dəfə müzakirə predmeti olunmuş və ona dair məhkəmələr yekdil mövqedən çıxış etmişlər. Ali Məhkəmənin 2019-cu il 5 dekabr tarixli son qərarının əsaslandırcı hissəsində də son apellyasiya baxışında Cavabdeh2 təqdim etdiyi yeni tələblərlə bağlı iddianın dəqiqləşdirilməsi barədə ərizənin düzgün olaraq qəbul edilmədiyi vurğulanmış, bununla bağlı hər hansı göstəriş verilməmişdir.
39. Ona görə də apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bu məsələyə qiymət verərkən Ali Məhkəmənin son qərarında ifadə olunmuş mövqeyi əsas götürmüş, araşdırmanı Cavabdeh2 ilk iddia ərizəsində irəli sürdüyü iddia tələbləri üzrə aparmış, bununla bağlı hər hansı maddi və prosessual hüquq pozuntusuna yol verməmişdir.
40. Bundan başqa, məhkəmə kollegiyasının qənaəti belədir ki, son apellyasiya baxışında məhkəmə dəyəri ödənilmiş qeyri-yaşayış sahələrinin boşaldılaraq M.Qurbanova təhvil verilməsi, həmin sahələrə sahibliklə bağlı maneələrin aradan qaldırılması barədə iddia tələblərini rədd edərkən düzgün nəticəyə gəlmişdir.
41. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 25 dekabr tarixli 2-2(103)852/2018 saylı qətnaməsi ilə Cavabdeh2 iddiası qismən təmin edilmiş, MMC-nin hərəkət və hərəkətsizlikləri qanunsuz hesab edilmiş, MMC tərəfindən inşa edilmiş yaşayış binasında 2 mənzilin MMC tərəfindən boşaldılaraq Cavabdeh2 təhvil verilməsi, yaşayış sahələri üzərində sahibliklə bağlı maneələrin aradan qaldırılması, 286.268 ABŞ dolları pul ödənilən vaxt Mərkəzi Bank tərəfindən müəyyən edilmiş Azərbaycan manatının məzənnəsinə uyğun olaraq MMC-dən alınaraq Cavabdeh2 verilməsi qət edilmiş, Cavabdeh2 iddiası qalan hissələrdə təmin edilməmişdir.
42. Ali Məhkəmənin iş üzrə qəbul edilmiş sonuncu qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qeyd edilən qətnaməsi Cavabdeh2 iddia tələblərinin təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılaraq, qismən, yəni iddianın təmin edilmədiyi hissədə ləğv edilmiş və iş həmin hissədə baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir.
43. Göründüyü kimi, Ali Məhkəmənin iş üzrə qəbul edilmiş sonuncu qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qeyd edilən qətnaməsi Cavabdeh2 iddia tələblərinin təmin edildiyi hissədə, o cümlədən MMC-dən 286.268 ABŞ dolları pulun ödənilən vaxt Mərkəzi Bank tərəfindən müəyyən edilmiş Azərbaycan manatının məzənnəsinə uyğun olaraq alınaraq Cavabdeh2 verilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Ona görə də qeyri-yaşayış sahələrinin Cavabdeh2 qaytarılması tələbinə baxılması və həmin tələbin də təmin edilməsi Ali Məhkəmənin son qərarının mahiyyət baxımından yenidən təftişi ilə nəticələnə bilərdi. Bu isə prosessual baxımdan yolverilməzdir.
44. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cavabdeh2 iddiasının mübahisəli qeyri-yaşayış sahələrinin boşaldılaraq ona təhvil verilməsi hissəsində yenidən araşdırılaraq verilməsi prosessual baxımdan qeyri-mümkün idi.
45. Bundan başqa, Cavabdeh2 məhkəmə baxışının predmeti olmuş tələbləri aşağıdakılardan ibarət olmuşdur: 1) 6 ədəd qeyri-yaşayış sahəsinin cavabdehlər tərəfindən boşaldılaraq Cavabdeh2 qaytarılması, əmlaka sahibliklə bağlı maneələrin aradan qaldırılması; 2) tələbin qeyd olunan hissəsinin təmin edilməsi mümkün olmadığı təqdirdə MMC-dən Cavabdeh2 xeyrinə 2.120.000 manat pul vəsaitinin tutulması.
46. Göründüyü kimi qeyd olunan tələblər bir-birinə münasibətdə alternativ xarakter daşıyır. Bu isə o deməkdir ki, həmin tələblər bir-birini istisna etdiyindən onların hamısının birlikdə təmin edilməsi qeyri-mümkündür. Bu mənada, qeyri-yaşayış sahələrinə görə ödənilmiş 286.268 ABŞ dollarının MMC-dən Cavabdeh2 xeyrinə tutulması əvvəlki apellyasiya baxışında qət edildiyindən və bu qətnamə həmin hissədə Ali Məhkəmənin son qərarı ilə ləğv edilmədiyindən, Cavabdeh2 digər alternativ tələbinə (qeyri-yaşayış sahələrinin qaytarılması tələbinə) yenidən baxılması mümkünsüz olmuşdur.
47. Bununla belə, məhkəmə kollegiyası Cavabdeh2 dəymiş zərərin və bunun müqabilində ona ödənilməli zərərin həcminin düzgün müəyyən edilməməsi ilə bağlı kassatorun yuxarıda § 179-da əks olunmuş dəlili ilə razılaşaraq apellyasiya instansiya məhkəməsinin bu məsələ barədə mövqeyini əsassız hesab edir.
48. Əvvəla, məhkəmənin Cavabdeh2 tərəfindən məhkəməyə müvafiq obyektlərin hazırkı bazar dəyərinin 1.800.000 manat təşkil etməsi barədə hər hansı mötəbər sübut təqdim edilməməsinə dair nəticəsinin haradan (hansı sübutlardan) qaynaqlandığı qətnamədən görünmür.
49. Halbuki işin materiallarında (Vİ cild, səh.175-206) M.Qurbanovanın adına rəsmiləşdirilmiş obyektlərin və mənzillərin bazar qiyməti haqqında “MBA Consulting Group” şirkətinin qiymətləndirmə hesabatı mövcuddur. Bu hesabata görə, 2015-ci il 21 iyul tarixinə həmin ticarət sahələrinin bazar dəyəri 1.590.000 manat, mənzillərin bazar dəyəri isə 301.400 manat (daşınmaz əmlakların ümumi bazar dəyəri 1.891.400 manat), habelə əldən çıxmış fayda 477.000 manat təşkil edir.
50. Məhkəmə zərər (MM-in 452.2-ci maddəsinin tətbiqi) barədə nəticəyə gələrkən ən azından bu sənədə qiymət verməli idi.
51. Əgər məhkəmə Cavabdeh2 iddia ərizəsində, habelə bununla bağlı təqdim etdiyi qiymətləndirmə hesabatında göstərilmiş qiymətlə razılaşmırdısa və həmin hesabatı mötəbər sübut kimi qəbul etmirdisə, bunu lazımi qaydada müvafiq sübutlarla, tutarlı dəlillərlə əsaslandırmalı idi.
52. Lakin məhkəmə bunu etməmiş, sübutların qiymətləndirilməsinə dair MPM-nin 88ci maddəsinin tələblərini pozmuşdur.
53. Bundan başqa, dəymiş zərərin həcmi hazırda dəqiq müəyyən edilmədiyindən ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsinin kəskin bahalaşması səbəbindən Cavabdeh2 vurulmuş zərərin ödənilmiş olması, buna görə də 286.268 ABŞ dollarından əlavə vəsaitin MMC-dən tutulmasının qeyri-mümkün olması barədə məhkəmənin gəldiyi nəticələr subyektiv mülahizə xarakterli olduğundan, konkret hüquq normalarına istinad edilmədiyindən kifayət qədər əsaslandırılmış hesab edilə bilməz.
54. Göstərilənlərə əsasən, məhkəmə kollegiyasının mövqeyi belədir ki, hazırkı iş üzrə zərər barədə tələbin əsaslı olub-olmaması məsələsi həll edilərkən ilk növbədə dəymiş zərərin həcmi dəqiq müəyyən olunmalı idi. Lakin məhkəmə bunun əvəzinə subyektiv mülahizələrlə Cavabdeh2 müvafiq iddia tələbinə qiymət vermiş, nəticədə qanuni və əsaslı qətnamə qəbul etməmiş, MPM-nin 217.1 və 217.3-cü maddələrinin tələblərini pozmuş, həmçinin tətbiq edilməli maddi hüquq normasını tətbiq etməmişdir.
55. Məhkəmə kollegiyası kassaiya şikayətinin digər dəlillərinə münasibətdə aşağıdakı qiymətləndirmənin aparılmasını zəruri hesab edir.
56. Məhkəmə kollegiyası aşağı məhkəmənin MMC-nin hüquqlarının qorunmasını təmin etməməsi, MMC-nin Cavabdeh2 iddiasını qəbul etməsinə münasibət bildirməməsinə dair dəlili ilə razılaşmır.
57. Birincisi, qətnamənin əsaslandırıcı hissəsində sonuncu məhkəmə iclasında Cavabdeh2 vəkilinin, MMC-nin və İddiaçı nümayəndələrinin (hər üçünün) izahatları ardıcıllıqla qeyd olunmuş və bunun ardınca deyilənlərlə bağlı apellyasiya instansiyası məhkəməsinin qənaəti əks etdirilmişdir.
58. İkincisi, Cavabdeh2 iddiası üzrə cavabdehlərdən biri MMC olduğundan onların prosesin nəticəsində olan maddi-hüquqi maraqları bir-birinə ziddiyyət təşkil edir. Belə olan halda Cavabdeh2 kassasiya şikayətində məhkəmə tərəfindən MMC-nin hüquqlarının pozulması barədə dəlil gətirməsi ciddi qəbul oluna bilməz.
59. Üçüncüsü, MMC-nin iş üzrə son qətnamədən kassasiya şikayəti verməməsi MMC-nin bu qətnamə ilə razılaşması anlamına gəlir.
60. Dördüncüsü, İddiaçı borc pula görə obyektlərin girov verilməsi məsələsi işə baxan məhkəmələrdə dəfələrlə müzakirə predmeti olmuş və həmin fakt məhkəmə qərarları ilə öz təsdiqini tapmamışdır. Hətta iş üzrə Ali Məhkəmənin 2016-cı il 1 iyun tarixli qərarında qeyd edilmişdir ki, tərəflərin hüquq və öhdəlikləri onlar arasında bağlanmış 2006-cı il 3 aprel tarixli podrat müqaviləsindən irəli gəlmişdir. Həmin müqavilənin 5.3 və 5.4-cü bəndləri şikayətdə göstərildiyindən fərqli məzmundadır və orada tərəflərin hər hansı girov hüquq və öhdəliklərinə dair şərtlər nəzərdə tutulmamışdır.
61. Məhkəmə kollegiyası aşağı məhkəmənin iddia predmetinin, əsaslarının, apellyasiya şikayəti verilməsinin və apellyasiya icraatı zamanı yeni verilmiş tələblərin müəyyənləşdirilməsi zamanı qanunun tələblərini pozmasına dair dəlillə bağlı bildirir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində Ali Məhkəmənin iş üzrə son qərarının nəticə hissəsində göstərilənlər, habelə Cavabdeh2 ilk iddia ərizəsində qeyd edilmiş tələblər nəzərə alınmaqla son apellyasiya baxışının hədləri düzgün müəyyənləşdirilmişdir.
62. Məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən məhkəmə qərarlarının təhrif edilməsinə dair kassatorun dəlili ilə bağlı bildirir ki, hazırkı kassasiya baxışının predmeti olan qətnamədə Apellyasiya Məhkəməsinin 2015-ci il 24 iyul tarixli qətnaməsi ilə Cavabdeh2 iddiasının 6 qeyri-yaşayış sahəsinin təhvil verilməməsinə görə MMC-dən 286.268 ABŞ dolları pulun tutulması hissəsində təmin olunduğu və həmin hissədə qətnamənin dəyişdirilmədən saxlanıldığı göstərilmişdir (işin materialları, Vİİ cild, səh. 193). Halbuki Ali Məhkəmənin 2016-cı il 1 iyun tarixli qərarı ilə bu qətnamə həmin hissədə ləğv edilmişdir. Bununla belə, eyni məsələ Apellyasiya Məhkəməsinin 2018-ci il 25 dekabr tarixli qətnaməsində göstərilmiş və qətnamə həmin hissədə Ali Məhkəmə tərəfindən dəyişdirilmədən saxlanılmışdır.
63. Lakin məhkəmə kollegiyasının mövqeyinə görə, bu səhv təhrif kimi qiymətləndirilə bilməz. Belə ki, işin həqiqi vəziyyəti hazırkı kassasiya baxışının predmeti olan qətnamənin digər yerində (işin materialları, Vİİ cild, səh. 189-190) göstərilmişdir. Ona görə də son qətnamədə iş üzrə yekunda mahiyyətə təsir etməyən texniki səhvə yol verildiyi qənaəti daha əsaslı görünür.
MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Məhkəmə icraatı iştirakçılarının izahatları
64. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakları olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
65. Mülki Məcəllənin 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
66. Mülki Məcəllənin 452.2-ci maddəsinə əsasən kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
67. Mülki Məcəllənin 575.2-ci maddəsinə əsasən satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər.
68. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
69. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
70. Mülki Prosessual Məcəllənin 88-ci madəsin əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
71. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin qanuniliyi və əsaslılığı “qeyri-yaşayış obyektlərinə görə 286.268 ABŞ dollarından əlavə vəsaitin Cavabdeh5-dən tutulması barədə iddia tələbinin rədd edilməsi” hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
72. Məhkəmə kollegiyası hesab edir ki, müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 iddia tələbi “qeyri-yaşayış obyektlərinə görə 286.268 ABŞ dollarından əlavə vəsaitin Cavabdeh5-dən tutulması” hissəsində qismən əsaslıdır.
73. Hazırkı apelyasiya baxışının həddi müəyyən edilərkən nəzərə alınmalıdır ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 25 dekabr tarixli 2- 2(103)852/2018 saylı qətnaməsi ilə müstəqil tələb irəli sürən şəxs Cavabdeh2 Cavabdeh5-yə qarşı iddia tələbi qismən təmin edilmiş, Cavabdeh5-nin hərəkət və hərəkətsizlikləri qanunsuz hesab edilmiş, Cavabdeh5 tərəfindən inşa edilmiş yaşayış binasında 2 mənzilin Cavabdeh5 tərəfindən boşaldılaraq Cavabdeh2 təhvil verilməsi, yaşayış sahələri üzərində sahibliklə bağlı maneələrin aradan qaldırılması, 286.268 ABŞ dolları pul ödənilən vaxt Mərkəzi Bank tərəfindən müəyyən edilmiş Azərbaycan manatının məzənnəsinə uyğun olaraq MMC-dən alınaraq Cavabdeh2 verilməsi qət edilmiş, Cavabdeh2 iddiası qalan hissələrdə təmin edilməmişdir.
74. Həmin qətnamədə məhkəmə kollegiyası qeyd etmişdir ki, X12 ilə Cavabdeh5 arasında bağlanmış müqavilələrdə nəzərdə tutulan qeyri-yaşayış sahələri 2014-cü ildən mülkiyyət hüququ ilə İddiaçı sahibliyinə və istifadəsinə verildiyinə görə, həmin qeyriyaşayış sahələrinin Cavabdeh2 qaytarılması mümkün olmadığından və iddiaçı qeyriyaşayış sahələrinin qaytarılması mümkün olmadığı halda, cavabdehdən onun xeyrinə pul vəsaitinin tutulmasını tələb etdiyindən, 286 268 ABŞ dolları ödənilən vaxt Mərkəzi Bank tərəfindən müəyyən edilmiş məzənnə ilə Cavabdeh5-dən alınaraq X10 hüquqi varisi olan iddiaçı Cavabdeh2 verilməlidir.
75. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-2(102)- 271/2018 saylı qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yuxarıda qeyd edilən iddia tələbinin təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmış, iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilərək yeni baxışa göndərilmişdir.
76. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(103)-460/2020 saylı qətnaməsi ilə Cavabdeh2 Cavabdeh5-yə və İddiaçı qarşı Cavabdeh5 tərəfindən inşa edilmiş Ticarət Mərkəzində mərhum anası M.Qurbanova tərəfindən dəyəri ödənilmiş qeyriyaşayış sahələrinin boşaldılaraq ona təhvil verilməsi, həmin sahələrə sahibliklə bağlı maneələrin aradan qaldırılması və qeyri-yaşayış obyektlərinə görə 286.268 ABŞ dollarından əlavə vəsaitin Cavabdeh5-dən tutulması barədə iddia tələbləri rədd edilmiş, Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli 2-2(102)-98/2021 saylı qərarı ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsi qismən – “qeyri-yaşayış obyektlərinə görə 286.268 ABŞ dollarından əlavə vəsaitin Cavabdeh5-dən tutulması barədə iddia tələbinin rədd edilməsi” hissəsində ləğv edilmiş, qalan hissədə isə dəyişdirilmədən saxlanılmışdır.
77. Bu səbəbdən də hazırda apellyasiya baxışının həddini Ali Məhkəmənin sonuncu qərarında qeyd edilən “qeyri-yaşayış obyektlərinə görə 286.268 ABŞ dollarından əlavə vəsaitin Cavabdeh5-dən tutulması barədə iddia tələbinin rədd edilməsi” hissəsi təşkil edir.
78. Ali Məhkəmənin qərarında qeyd edilən göstərişlərə uyğun olaraq xx.xx.2021-ci il tarixdə əvvəlki məhkəmə iclaslarında Cavabdeh2 vəkili kimi iştirak etmiş Vəkil2 vəsatətinə əsasən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə edilmişdir.
79. "xxxx" MMC tərəfindən hər hansı rəy göndərilmədiyindən xx.xx.2021 və xx.xx.2021 tarxlərində xatırlatma məktubları göndərilmiş, "xxxx" MMC tərəfindən göndərilmiş, xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olan məktubda baxış keçirilməsi mümkün olmadığından qərardad icrasız geri qaytarıldığı qeyd edilmişdir.
80. 14.04.2022-ci il tarixdə məhkəmə tərəfindən yenidən məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, qərardad icra edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinə göndərilmiş, sonuncu tərəfindən baxış keçirilməsinin mümkün olmaması səbəbindən rəyin edilməsindən imtina edilmişdir.
81. Dəfələrlə məhkəmə prosesi təyin edilməsinə baxmayaraq tərəflər məhkəmə iclaslarında iştirak etməmişlər. Bunu nəzərə alaraq məhkəmə kollegiyası Ali Məhkəmənin sonuncu qərarının 217-ci bəndində qeyd edilən hesabata istinad edilməsini mümkün hesab etmişdir.
82. Belə ki, iş materiallarında olan "xxxx" MMC-nin 21 iyul 2014-cü il tarixli qiymətləndirmə hesabatından (Vİ cild, səh.175-206) görünür ki, M.Qurbanovanın adına rəsmiləşdirilmiş ticarət sahələrinin 2015-ci il 21 iyul tarixinə bazar dəyəri 1.590.000 manat müəyyən edilmişdir.
83. Kollegiya hesab edir ki, müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 iddia tələbi qeyri-yaşayış obyektlərinə görə 286.268 ABŞ dollarının Cavabdeh5-dən tutulması hissəsində qanuni qüvvəyə mindiyindən, həmin məbləğ qiymətləndirmə hesabatında müəyyən edilmiş məbləğdən çıxılmaqla Cavabdeh5-dən tutularaq Cavabdeh2 ödənilməlidir.
84. "xxxx" MMC-nin 21 iyul 2014-cü il tarixli qiymətləndirmə hesabatında ticarət sahələrinin bazar dəyəri 1.590.000 manat müəyyən edilmişdir.
85. Qətnamə çıxarılan xx.xx.2023-cü il tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq 1 ABŞ dollarının məzənnəsi 1.7 manat müəyyən edildiyindən, 286.268 ABŞ dollarının manat qarşılığı 486.655,6 (dörd yüz səksən altı min altı yüz əlli beş manat altmış qəpik) təşkil edir.
86. "xxxx" MMC-nin 21 iyul 2014-cü il tarixli qiymətləndirmə hesabatında ticarət sahələrinin bazar dəyəri kimi müəyyən edilən 1.590.000 manatdan 486.655.6 manat çıxıldıqda 1.103.334.4 (bir milyon yüz üç min üç yüz otuz dörd manat qırx qəpik) manat Cavabdeh5-dən tutularaq Cavabdeh2 ödənilməlidir.
87. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 cavabdehlər Cavabdeh5-yə və İddiaçı qarşı iddia ərizəsi üzrə iddia tələbi “qeyri-yaşayış obyektlərinə görə 286.268 ABŞ dollarından əlavə vəsaitin Cavabdeh5-dən tutulması” hissəsində qismən təmin edilməli, qeyri-yaşayış obyektlərinə görə cavabdeh “Xudafərin MMC-dən 1.103.334.4 (bir milyon yüz üç min üç yüz otuz dörd manat qırx qəpik) manat tutularaq iddiaçı Cavabdeh2 ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
88. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 cavabdehlər Cavabdeh5-yə və İddiaçı qarşı iddia ərizəsi üzrə iddia tələbi “qeyri-yaşayış obyektlərinə görə 286.268 ABŞ dollarından əlavə vəsaitin Cavabdeh5-dən tutulması” hissəsində qismən təmin edilsin. Qeyri-yaşayış obyektlərinə görə Cavabdeh5-dən 1.103.334.4 (bir milyon yüz üç min üç yüz otuz dörd manat qırx qəpik) manat tutularaq iddiaçı Cavabdeh2 ödənilsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasısı vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aida Hüseyn Hakimlər: Fərrux Qasımov Pərviz Hüseynov